Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "İNTİM HƏYAT"

Mükəmməl evliliyin sirləri

Uğurlu bir karyera üçün komanda işinin nə qədər vacib olduğunu göstərən bir çox araşdırma var. Komanda yoldaşları ilə yaxşı yola getmək, lazım gəldikdə kömək istəmək, səbrli olmaq və ya ortaq məqsəd üçün işləmək… 

Bunları hamımız bilirik. Bəs iş həyatında uğura aparan bu tövsiyələri evliliyinizə də tətbiq edə biləcəyinizi düşünmüşdünüz? Həm də bu məsləhətlər əslində xoşbəxt bir evliliyin ən vacib addımlarıdır. Yəni mükəmməl evliliyin sirri iş yerinizdədir. 

Kömək istəyin
Verimli iş üçün komanda yoldaşlarınızdan kömək istəməyin vacib olduğunu bilirsiniz. Çünki birindən kömək istəyə bilmək düşünüldüyündən daha çətindir. Kömək istədikdə qarşınızdakı insana olan hörmətinizi, təcrübələrinə, bacarıqlarına, ya da düşüncələrinə qarşı olan inancınızı göstərmiş olursunuz. Həmçinin bunu evliliyinizə də tətbiq etdikdə partnyorunuza hörmət və inamı göstərirsiniz. Bu zaman çətin anlarınızda kömək istəyə biləcəyiniz birinin olduğunu bir daha başa düşəcəksiniz. 

Bir-birinizlə fəxr edin 
Evlilik bir çox cəhəti ilə iş həyatına bənzəyir. İş yerinizdəki daim uğurlu olan qruplara baxın. Hamısının sirri eynidir. Komanda üzvləri bir-birinin uğuruna kölgə salmağa çalışmır. Əksinə bir-birləri üçün xoşbəxt olmağı bacarırlar. Evlilikdə də qarşı tərəfin uğurları sizi xoşbəxt edə bildikdə və onun üçün sevindikdə mükəmməl münasibət üçün ən vacib addımı atmış olursunuz. 

Səbrli olun
İş həyatında bir işin bitməsi üçün günlərlə, aylarla çalışdığımız vaxtlar olur. Müdirimizə, iş yoldaşlarımıza, ya da müştərilərə davamlı olaraq səbr göstərməli oluruq. Ancaq məsələ münasibətə gəldikdə o qədər səbrli olmuruq. Halbuki səbrli olmaq qarşımızdakı insana əhəmiyyət verdiyimizi göstərməyin ən yaxşı yoludur. Partnyorumuza olan inamımızı, bir şəkildə işləri yoluna qoyacağımıza dair inancımızı göstərmək üçün sözlərdən çox səbrli olmaq işə yarayır. Əlbəttə sərhədlərinizin aşılmasına icazə verməyə ehtiyac yoxdur, amma həll oluna bilən problemlər üçün deyinmək yerinə səbr etmək, sənə inanıram deməyin ən yaxşı yoludur. 
Kayzen.az

Go Back

Münasibəti tükəndirən səhvlər

Həmişə haqlı olmağa çalışmaq
Həyatda hər zaman haqlı olmaq mümkün deyil. Bəzi məsələlər var ki, haqlı olmağın bir əhəmiyyəti də yoxdur. Ancaq bir adamın hər zaman haqlı olmağa çalışması doğru deyil. Bəzən insanlar haqlı olmağa o qədər meyilli olurlar ki, xoşbəxt olmağı unudurlar. Söhbət sevgi münasibətindən gedirsə, tərəflərdən hansınınsa yüzdə yüz haqlı ya da yüzdə yüz haqsız olmadığını unutmayın və ikili münasibəti bitirən bu yanlışı kənara qoyun. Lazım gələrsə, üzr istəyin, üzr istəmək zəiflik deyil. 

Hər şeyi bərabər etmək istəyi
Bir münasibətdə önəmli olan “mən”ləri itirmədən “biz” ola bilməkdir. Münasibətdə hər bir insanın özünə aid bir ətrafının olması çox önəmlidir. Birlikdə vaxt keçirməklə yanaşı hər bir fərdin öz dostları, ailə ilə vaxt keçirməsi, öz hobbilərinə vaxt ayırması, insanların münasibətlərinə daha obyektiv yanaşması və münasibətdən daha da çox zövq almalarını təmin edər. Buna görə “mütləq hər şeyi birlikdə etməliyik” istəyindən əl çəkin. 

Bir-birini dəyişdirməyə çalışmaq
Hər bir münasibətin başlanğıcında sevgilinizdə sevdiyiniz xüsusiyyətlər, zamanla ən çox dəyişdirmək istədiyiniz özəlliklər ola bilər. Ən yaxşısı, qarşınızdakının da hər insan kimi qüsurlarının olduğunu qəbul edin və həmişə onu dəyişdirməyə çalışmayın. Üstəlik bir adam dəyişmək istəmirsə, onu zorla dəyişdirə bilmərsiniz. Sevdiyinizin mənfi yönlərinə diqqətinizi daha çox kökləsəniz, o zaman münasibətiniz gərginləşəcək. Ancaq önəmli bir amil odur ki, sevdiyinizdə dəyişdirmək istədiyiniz özəllik sizə və ətrafdakılara zərər verir ya yox? Zərər vermirsə, dəyişdirməyin. Dəyişdirmək ona qarşı edilmiş bir haqsızlıq olar. 

Sevgilini həyatının mərkəzinə qoymaq
Belə yanaşma son dərəcə yanlışdır. Bir münasibətə çox köklənməniz, hər şeyinizi sevgilinizə görə planlaşdırmanız sizi tez tükəndirəcək və münasibətdəki balansı pozur. Sevdiyiniz insan sizin üçün çox önəmli ola bilər, amma həyatınızı tamamlayan şeylərdən yalnız biridir, həyatınızın hamısı deyil. Ona görə bu səhvi etməyin. 

Sosial şəbəkə və oyunlarda çox vaxt keçirmək
Günümüzdə ən mühüm problemlərdən biri tərəflərdən birinin həddən çox telefon və sosial şəbəkələrdə vaxt keçirməsidir. Axşam evə gələn kimi əlinə telefonu alıb buraxmamaq, sosial şəbəkədən gözünü ayırmamaq, bir-biri ilə zaman keçirmək yerinə başqalarının paylaşımlarına baxmaq, “başımı dincəldirəm” deməklə kompüter oyunlarında vaxt keçirmək gerçək münasibətlərə ciddi zərər verir. 

Çox şey gözləmək
Qarşınızdakı insandan sizə verə biləcəyi qədər istəməlisiniz. Hər insanın sevgi alma və vermə qədəri var. Sevdiyiniz adamın bu qədərini bilin və ondan hər şeyi gözləməyin. Xüsusilə, indi insanların çoxu sosial şəbəkələrdə bəzi insanlar əyləncələrdə, gəzintilərdəki fotolarına baxaraq öz həyatı ilə müqayisə edir və qarşı tərəfin günün qara edirlər. 

Keçmişə və pis şeylərə ilişib qalmaq
Bəzi insanlar keçmişi heç cür unuda bilməzlər. Ancaq ki münasibət zamanı keçmişdə edilən səhvlərə ilişib qalmaq, köhnə problemləri həmişə gündəmə gətirmək münasibətin dağılması üçün hazır qoyulan bir bombadır. Səhvlərindən dərs çıxarıb çıxarmadığına baxmaq mühümdür. Keçmişdəki səhvlərini bağışlamağı seçmisinizsə, bunun məsuliyyətini də dərk etməlisiniz. Əgər bağışlaya bilmirsinizsə, mütəxəssis yardımı alın. 

Təhqir etmək
Dava edərkən sizi narahat edən məsələ ilə bağlı danışın, amma təhqir etməyin. Problemi daha da böyütməyin. Qarşınızdakı adamın dəyərlərinə hücum etmək, kiçik görmək etdiyiniz ən böyü səhvlərdən olar. 

İçinə atmaq
Sualları içinizə atmaq yerinə, doğru zamanda, doğru yerdə dilə gətirməkdən qaçmayın. Əksinə içinizə atmanız, danışmamanız problemlərin gələcəkdə daha da böyüməsinə səbəb olar. Sakitliyinizi qoruyaraq incikliyinizi bir yolla dilə gətirin. Duyğularınızı paylaşın.  

 

ailem.az

Go Back

AİLӘ XOŞBӘXTLİYİ ÜÇÜN 40 QAYDA (QADINLARA AİD)


Ailәnizin xoşbәxt olmasını istәyirsinizsә, o zaman çoxsaylı tövsiyәlәr içәrisindәn seçdiyimiz 40 qaydaya әmәl etmәyә çalışın.

Xanımlara olan tövsiyələr:

1. Dinindә möhkәm ol;

2. Әrinlə fəxr et;

3. Onu heç kəslə müqayisə etmə;

4. Qüruru ilə oynama;

5. Qənaətcil ol;

6. Öz gözəlliyini başqalarına göstərmə;

7. Әrinə naz edә bilәrsәn, lakin әsla təkəbbürlülük etmә;

8. Onun üçün daima heyranedici olmağa çalış. Xarici görünüşündә necә olmağını istәyirsә, o cür olmağa çalış. Bәyәnmәdiyi şeylәrdә tәnbәllik edirsәnsә, sәndәn uzaqlaşmasına sәbәb ola bilәcәyini unutma;

9. Ailәnin sirrini heç kimә (әn yaxınına belә) demә;

10. Hәr kiçik şeyi böyüdәrәk “çürükçülük” etmә;

11. Təmkinli ol;

12. Onun üçün dәrd ortağı olmağa çalış ki, səninlә dәrdlәşsin;

13. Çox vә mәnasız danışma, dinlәmәyә üstünlük ver;

14. Gözəlllikləri sev vә faydalan, lakin çox tәlәbkar olma;

15. Aşbaz olmaya bilәrsәn, lakin yaxşı yemәk bişirmәyi öyrәn;

16. Dağıdıcı deyil, bәrpa edici ol;

17. Bəzənməmiş, yoldaşının qarşısında oturmamağa çalış;

18. Ağzından qoxu gәlmәmәsinә çalış, çünki insan bunun çox zaman fәrqinә varmır, hiss etmir. Buna görә dә maksimum dәrәcәdә diqqәtli ol;

19. Tər qoxulu olma;

20. Çalış paltarından yemək qoxusu gəlməsin;

21. Yemək bişirәrkәn önlükdәn istifadә et;

22. Әrindən öncә yatmamağa, lakin ondan öncә qalxmağa çalış;

23. Saçların daima gözәl görünsün;

24. Heç vaxt gözəl təbəssümü qaş-qabaqla əvəz etmə;

25. Çәtinliklәrin varsa, sәbir et, gözəl gәlәcәyi düşün;

26. Hәyat yoldaşın sәnә “məndən başqası səninlə ailə qurmazdı” deyәrsә, cavab qaytarma, sadәcә tәşәkkür et;

27. “Səni sevmirəm” deyәrsә, “lakin mən səninlə fəxr edirəm” deyә cavab ver;

28. Әgər desə ki, “sənə hövsələm çatmır”, de ki “mənim səndən başqa heç kimim yoxdur”;

29. “Ailəndən xoşum gəlmir” deyәrsә, “lakin mən sənin ailəni çox istәyirәm” de;

30. Üzür istәmәyi әksiklik hesab etmә, “biri od olduqda biri su olsun” mәsәlәni xatırla. Әsəbləşәrsə, “mәni bağışla” de vә bil ki, qәzәbә qәzәblә qarşılıq vermәk, fayda vermәz;

31. Bәzәn qayınanan üçün hədiyyə al;

32. Әsla küsәrәk ata evinә getmәyi ağlından keçirmә;

33. Çalış heç nәyә mәcbur etmә;

34. Әrinin işinin çətinliyini dərk etmәyә çalış;

35. Hәyat yoldaşına, insanlarla davranışında köməklik et, faydalı mәslәhәtlәr vermәyә çalış;

36. Evə daxil olarkәn gözәl qarşıla;

37. Heç vaxt onu bәyәnmәdiyi formada çağırma, bәyәnmәdiyi sözü demә;

38. Paltarları ütülü saxlamağa çalış ki, dəyişmək istədikdә gecikməsin;

39. Yeməyi süfrəyə qoyduqda “bilmirəm xoşuna gələcək yoxsa yox” de;

40. Hər an Allahdan yardım istə, ailәnin sabitliyi vә xoşbәxtliyi üçün bol-bol dua et! Bil ki, ailә böyük bir nemәtdir vә şeytan әsla ailәlәrin möhkәm vә xoşbәxt olmasını istәmәz!

qadinla.com

Go Back

Qucaqlaşma məharəti

 
Qucaqlaşma İntim münasibətləri təsvir edən qədim kitablarda göstərilir ki, ehtiraslı kişilər və qadınlar insana həzz və zövq bəxş edən, dadı süd və bal qədər bir-birindən seçilən 64 növ ehtiras üsuluna yiyələnməlidi. Qədim dövrün intim münasibətlər elmində birinci olaraq ağuşa almaq məharəti təsvir olunur və qucaqlaşmanın əsas səkkiz növü göstərilir.
Tanış olmaq istədiyiniz kişinin və ya qadının çiyninə yüngülcə toxunma. Qucaqlamanın gözə çarpmayan bu növü “təmas” adlanır. Belə təmas artıq xüsusi informasion-energetik atmosfer yarädır. Sizin diqqətinizin yönəldiyi insan, əgər sizin auralarınız “qohumdursa” və energetika baxımında üst-üstə düşürsə, qeyri-iradi olaraq bu ötəri təmasa hansısa şəkildə reaksiya verəcək. Bujda tanışlığı da-vam etdirmək üçün bəhanə olacaq. Ümumiyyətlə belə bir fenomeni yadda saxlayın ki, əgər sizin ürəyinizdən kimisə qucaqlamaq istəyi keçirsə, deməli energetika baxımından o sizə uyğun gəlir, əks halda sizdə belə istək yaranmazdı.
Qadın “öz sevgilisinə arxadan yaxınlaşır, boynunu (əgər onlar bir boydadırlarsa), yaxud, sinəsini (əgər kişi ondan hündürdüsə) qucaqlayır. Bu zaman qadının döşləri zərifcə onun kürəyinə toxunur. Qucaqlamanın bu növü “nüfuzetmə” adlanır. Mövcud halda bu termin energetik qarşılıqlı təsirin mahiyyətini ifadə edir. Kişinin kürəyinə qısıl-maqla qadın onun aura sahəsinə, kobud dildə desək, gizli duyğular aləminə nüfuz etmiş olur.
Bu cür intim nəvazişdən sonra hissiyatlı kişi adətən çevrilir və dəli bir ehtirasla qadını qucaqlayaraq onu ağuşunda sıxır, yaxud divara söykəyir. Bu zaman o, qadının yanağından, yaxud, çiynindən öpür. Qucaqlaşmanın bu növü “sıxçalama” adlanır.
Qadın kişinin boynunu qucaqlayır; onlar sinə və qarınları ilə bir-birlərinə sıxılırlar və kişi qadını azca qaldırır. Qucaqlamanın bu növü “sarmaşıq” admı daşıyır. Bu zaman qadının döş, qarın və belinin erogen zonalarının qıcıqlanması baş verir. Qadının qucaqda yuxarı qalxması kişi enerjisini stimullaşdırır. Belə ki, cinsi oyanma zamanı kişinin enerjisi yuxarı yönəlmiş olur (tənasül alətinin dikəlməsi) və bu da mövcud halda kişinin qeyri-iradi olaraq öz sevgilisini yuxarı qaldırmağa sövq edir. Bu qalxma qadına da öz təsirini göstərərək, onun kiçik çanaq nahiyyəsində yerləşən enerji mərkəzlərini stimullaşdırır.
Qadın ayağını qaldıraraq kişinin belinə dolayır, o biri ayağını isə kişinin ayaq barmaqlarının üstünə basır; o, kişinin başmı özünə tərəf çəkir və onlar öpüşürlər. Bu, - “ağaca dırmaşma” adlanır.
Kişi və qadın budlarını bir-birlərinə sıxırlar; qadın döşlərini kişinin sinəsinə sıxır və baxışlarını kişinin gözlərinə zilləyir, bədəninin yuxan hissəsini ona sürtür. Qucaqlamanın bu növü “palmanı silkələyən külək” adlanır. Mövcud halda onların auraları bir-birinə qovuşur və qadının sürtünmə hərəkətləri sayəsində dinamo-maşındakı kimi qarşılıqlı energetik təsir və əlaqə baş verir. Döşlərin bu sürtülmə hərəkətləri ürək çakrasını stimullaşdırır, bununla da cinsi enerjinin yuxarı mərkəzlərə qalxmasına şərait yaradır. Bir-birinə kip yapışmış budlar enerjinin aşağı axıb itməsinə imkan vermir.
Ehtiras odu ilə alışıb yanan sevgililər nəhayət ki, uzanırlar. Qadın öz bədəninin aşağı hissəsini kişinin həmin hissəsinə yönəldir. Eşq istəyi ilə alovlanan qadın öz “məhəbbət gülünü” kişinin “dəstəciyinə” yaxınlaşdırır və çanağını yırğalamaqla onu öz içinə yeridir, onlar qovuşurlar. Qucaqlaşmanın bu növü “dalğalanan bayraq” adlanır).
İndi onların bədənləri və enerjiiəri vahid bir tam təşkil edir. Suyu süddən ayırmaq mümkün olmadığı kimi bu məqamda qadını da kişidən ayırmaq olmur. Buna görə qucaqlaşmanın bu növü “südlə suyun qovuşması” adlanır.
Qucaqlamanın bu üsulundan vəcdə gəlmiş qadın saçlarını açır. Saçlar insanın onu əhatə edən təbiətlə daha yaxşı enerji mübadiləsinə köməklik edir. Təsadüfi deyil ki, tüklər insan bədəninin güclü enerji saçan yerlərində müşahidə edilir.
Qədim əsərlərdə cinsi şövqü artırmaq üçün məhz göstərilmiş ardıcılığa riayət etmək tövsiyyə olunurdu. Lakin sevgililər kifayət qədər cuşa gəldikdən, “məhəbbət təkəri fırlanmağa” başladıqdan sonra quçaqlaşmanın istənilən növündən istifadə edilə bilər, təki bunlar sevgi və ehtirası artırmış olsun.
Qucaqlamanın başqa xüsusi növləri də var. Buna ilk növbədə qadın sağrısının şövqləndirilməsi aid edilə bilər.
Seksual stimul qismində qadın sağrısı döşlərdən sonra gəlir. Hətta bəzi kişilər döşlə müqayisədə yançağa üstünlük verirlər. Qədim dövrün heykəl və statuetkaiarına diqqət versək, görərik ki, o zamanlar enli və dik sağrılı qadınlar dəbdə imiş. Vaxtı ilə Afrikada (Mərakeşde,.Misirdə) və Polineziyada ərlik yaşma çatmış qızlara, onların yanbız və yançaqlarını enlədib böyütmək üçün xüsusi yeməklər verirdilər.
Mütəxəssislər yançaqları “alt döşlər” adlandırırlar, həm də ki, yançaqlar hər iki cinsdə əsas erogen zonalardan hesab olunur. O, kişilərdə qadın döşlərini xatırladır və əgər onun həcm və elasükliyini nəzərə alsaq, bir çox hallarda döşlərlə müqayisədə kişini daha çox cuşa gətirir. Heç də təsadüfi deyil ki, qadınlar bədənlərinin bu hissəsinə xüsusi qayğı ilə yanaşır, ələlxüsus yaraşıqlı, cəzbedici sağrısı olan qadınların əksəriyyəti elə geyinməyə çalışır ki, onu daha çox nəzərə çarpdırsın.
Qadın sağrısının stimuilaşdırılmasına gəldikdə isə ən kəsərli üsul aşağıdakından ibarətdir. Qadınla üzbəüz durmuş kişi onu qucaqlayır və ovuclarını onun yançaqlarına qoyur. Sonra o, qadını özünə tərəf çəkərək eyni zamanda əlləri ilə onun sağrısını sıxçalayır.
Yançaqların kişi tərəfindən qıcıqlandırılması bəzi qadınlara xoş gəlir. Bəzən bu qıcıqlandırma qeyri-adi üsullarla həyata keçirilir. Buna əyani bir misal.
“Mən “çubuqla” döyülmənin faydası haqqında xüsusi ədəbiyyat oxumamışam, lakin öz şəxsi təcrübəmdən bilirəm ki, bəzi seksual problemləri həll etmək üçün bu heç də pis üsul deyil. Mən “çubuqla” döyülməni ciddi şəkildə deyil, bir oyun kimi nəzərdə tuturam. Əvvəlcə arvadınızı fırça, yarpaqlı budaqla və s. sığallaya bilərsiz, bu ona yeni hisslər bəxş edəcək. O bu növ nəvaziş və sığala alışdıqdan sonra, sığallamaqdan savayı, yarpaqlı budaqla onu yüngülcə “döyə” bilərsiz. Ən başlıcası odur ki, o bunu oyun kimi, özü də sevgi oyunu kimi qəbul etsin. Arvadınızı yüngülcə şappıldatmağınız, yoxsa var gücünüzlə “qamçılamağınız” isə onun öz istəyindən asılıdır. İnanın ki, bu, seksi əlvanlaşdıran ən ləzzətli üsullardan biridir. Təsadüfi deyil ki, bir vaxtlar Rusiyada seksual oyanıqlığı artırmaq vasitəsi kimi, gicitkən “süpürgəsi” ilə ayaqlan və yançaqları qamçılamaq tövsiyyə edilirdi”.
Əgər biz dünya təcrübəsinə müraciət etsək, görərik ki, insanı orqazm həddinə çatdıra biləcək” özünəməxsus çoxsaylı dəri stimulyasiyaları mövcuddur. Hazırda bunlardan ən məşhuru xüsusi təlim görmüş tayılandlı qızların masajıdır. Taillanda səfər edən turistlərin çoxu gizli, yaxud açıq şəkildə bu masajdan feyziyab olmağa tələsir. Bəs bu masaj nədən ibarətdir? Əvvəlcə müştərini bir və ya bir neçə qız xüsusi ətirli maddələr qatılmış vannada çimdirirlər. Sonra onun bədəninə şampunabənzər xüsusi maye sürtürlər. Sonra gənc qızın bədəni ilə icra edilən masaj başlayır. Qız öz bədənini müştərinin bədəninə sürtür, bədəni ilə onun bədənini sıxçalayır, ovxalayır, bir sözlə, öz bədənini hamam kisəsi kimi işlədir. Aydın məsələdir ki, bu, kişidə qeyri-adi seksual oyanma doğurur, onu vəcdə gətirir Bu həzzin nə ilə başa çatacağı isə qarşılıqlı razılaşmadan, daha doğrusu ödənilən pulun məbləğindən asılıdır.
Belə bir məsəl var: “Könül sevən göyçək olar”, bir də deyirlər ki, zövq barədə mübahisə etməzlər. Məsələn, bəzi qadınlar daz, yaxud tüklü və yaxud çirkin kişiləri sevirlər. Bu cür halı kişilərdə də müşahidə etmək olur
 
 
Fb. heyata dair her sey
 

Go Back

Hamiləlik dövründə cinsi əlaqə

Hamiləlik müddətində cinsi münasibətlər haqda qulaqdan-qulağa eşidilən bəzi fikirlər cütlüklər arasında qorxulara səbəb olur. Qadın, yaxud kişi 9 ay müddətində cinsi əlaqədə olmağa ehtiyat edir. 
Hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman həkimlərdən soruşmağa utandıqları mövzudur. Halbuki soruşsalar, problemə aydınlıq gətirmiş olarlar. Çünki həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər. Hamiləlik qayda-qanunlarına düzgün riayət etdikdə cinsi həyatı davam etdirmək olar. Hətta bəlli ölçüdə adi vaxtlardakından daha rəngli bir cinsi həyat yaşamaq mümkündür. 
Həkimlər bildirir ki, hamiləlik zamanı cinsi əlaqədə olmaq zərərlidir fikri kökündən yanlışdır. Bu yanlış fikrin yayılmasının bir çox səbəbləri var. Hamiləlik müddətində cinsi əlaqə körpəyə heç zaman zərər verə bilməz. Çünki körpənin amnion mayesi (embrionu qoruyan və qidalandıran maye) bütün fiziki dəyişiklikləri içində saxlayacaq şəkildə yaradılıb. Ona görə də hamiləlik dövründə sekslə məşğul olmaq zərərli deyil. Əksinə, anaya və uşağa xeyirdir. Belə ki, hormon nizamında artma olduğu üçün genital bölgədə qan axımı artır, bu zaman oyanma daha asan baş verir və qadınların çoxu üçün hamiləlik zamanı cinsi münasibət daha zövqverici ola bilər. Hamiləlik zamanı mütəmadi seks hər hansı səbəbdən yaranan neqativ enerjini alır və gərginliyin aradan qaldırılmasına kömək olur. Hamiləlik zamanı cinsi münasibət fiziki aktivliyi artırır. Bu isə hamilə qadının artıq çəki almasına mane olur. Bununla yanaşı, istifadə edilən əzələlər sayəsində normal doğuş daha rahat keçir. 
Hamiləykən cinsi yaxınlığın uşağa ziyan olduğunu düşünən qadınlar həyat yoldaşlarından soyuyur və bu zaman hamiləlik daha da çətin bir hal alır. Qadınlar bilməlidir ki, hamiləlik bir xəstəlik deyil və normal həyatlarını hamiləliklərinə qurban vermələri düzgün deyil. Ancaq hamiləlik zamanı körpə və anaya zərər verməyən pozaların seçilməsi mühümdür. Bu movzünu cütlüklər hamiləliyin ilk vaxtlarında həkimlə mütləq müzakirə etməlidirlər. Çünki hamiləlikdən əvvəl istədiyiniz sevişmə pozaları hamiləlik müddətində arzuedilməz ola bilər. Misal üçün, qadının arxası üstə uzandığı və kişinin üstdə olduğu misioner pozası kimi tanınan və cütlüklərin 80 faizinin üstünlük verdiyi bu poza hamiləlik zamanı uyğun deyil. İlk 3 aydan sonra körpə ilə birlikdə böyüyən uşaqlıq arxası üstə yatan hamilə qadının ürəkdən gələn böyük damarlarına təzyiq edir və beləliklə də uşaqlıq, plasenta, həmçinin körpə kifayət qədər qan qəbul edə bilmir.
Eyni zamanda təzyiq səbəbindən ananın ürəyinə kifayət qədər qan geri qayıtmır və ana baş gicəllənməsi, nəfəs çatışmazlığı hiss edir. Bu halda hamilə qadının ürəyi də gedə bilər. Ona görə də hamiləlik zamanı cinsi münasibətdə qaşıq deyilən poza, yəni qadın yanı üstə uzanmalı və ya üstə olduğu pozalar seçilməlidir. 
Hamiləlik zamanı cinsi münasibətin qadağan olunduğu hallar da var:
— Dölün düşmə təhlükəsi varsa 
— Daha əvvəl iki dəfədən çox düşmə halı baş veribsə 
— Səbəbi məlum olan və olmayan vaginal qanama 
— Körpənin qadının uşaqlığına yaxın olması (plesentaprevia) 
— Uşaqlığın çatışmazlığı hallarında 
— Vaxtından əvvəl doğuş təhlükəsi və ya vaxtından əvvəl doğuş baş veribsə
— Hamiləlik kisəsi vaxtından tez açılıbsa və ya su vaxtından tez gəlməyə başlayıbsa
— Kişidə cinsi yolla keçən xəstəliyin olması və ya daşıyıcısı olması (genital bölgədə aktiv kondiloma və ya herpesenfeksiyanın olması) — Yüksək riskli hamiləlikdə (əkiz və ya başqa hallar) 
Bu hallara isə diqqət etmək lazımdır:
— Həkim tərəfindən qadağan olunduğu hallarda cinsi münasibətdə olmaq
— Cinsi münasibətdən sonra az da olsa, qanama baş verərsə, mütləq bunu həkimə bildirmək vacibdir 
— Cinsi münasibət zamanı döşlərin ucları çox oyandırılmamalıdır. Çünki bu oyandırma zamanı beyindən oksitosin deyilən hormon ifraz edilir, bu isə uşaqlıqda sıxılmalara səbəb olur və vaxtından tez doğuş baş verə bilər. Qeyd edək ki, bu cür hallar çox zaman döş uclarının stimulyasiyası səbəbindən baş verir.
Bəs hamiləlikdə cinsi yaxınlıq zamanı qoruyuculardan istifadə etmək vacibdirmi?
Hamiləlik zamanı qadın orqanizmindən ifraz edilən maddə cinsi yaxınlıq zamanı vücuda daxil olan sperma və bakteriyaların qarşısını alır. Ancaq spermanın tərkibindəki prostaqlandin adlı maddə uşaqlığın ağzında sıxılmalara səbəb olduğu üçün cinsi əlaqə zamanı qoruyucudan istifadə edilməsi məsləhətdir.

 

ailem.az

 
 

Go Back

İntim normalar

"İntim norma" dedikdə biz nəyi nəzərdə tuturuq? Müxtəsər danışsaq, bu, qadınla kişi arasında, onların davranış və hərəkətlərini müəyyən qaydalar əsasında tənzimləyən cinsi münasibətlərdir.
Bu tərifi həqiqət kimi qəbul edib tarixi keçmişə, eləcə də müasir xalqların gündəlik həyat və məişətinə nəzər salsaq, görərik ki, intim, yəni cinsi normalar xeyli sərbəst şərh və təfsir edilən anlayışdır. Məsələn, xristian dininə tapınan Avropa ölkələrində rəsmi surətdə yalnız bir qadınla, yeri nikaha girdiyin şəxslə, qeyri rəsmi surətdə isə istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur. Müsəlman ölkələrində bir kişinin bır neçə qanuni arvadı (siğələri nəzərə almasaq, dörd arvadı) ola bilər və şəriətə görə kişi hər bir arvadına eyni dərəcədə qayğı və diqqət göstərməyə borcludur. Qadınların kişilərdən xeyli az olduğu bəzi Afrika tayfalarında isə bir qadının bir neçə əri olur. Qədim Misirdə firon ailəsində qardaşla bacının nikahını sülalə maraqları tələb edirdi, halbuki bütün dövrlərdə və xalqlarda bu cür izdivac ən dəhşətli zina və cinayət sayılıb. 
Vaxtı ilə bir sıra xalqlarda (məsələn, çinlilərdə) ev sahibi qonaqpərvərlik və hörmətin ən yüksək təzahürü kimi gecə öz arvadını qonağın tam sərəncamına verirdi. Halbuki heç bir avropalının (biz hələ islam xalqlarını demirik) ağlına da gəlməz ki, bu cür “hörmət və nəciblik” nümayiş etdirsin, belə bir hadisə baş versə də dərhal cəmiyyət tərəfindən lənətlənib damğalanar. Bir çox xalqlarda hər bir qızın öz bəkarətini qoruyub gələcək əri üçün saxlaması müqəddəs qanundur və bu qanunu pozan qızı böyük rüsvayçılıq və hətta ölüm gözləyir. Halbuki bəzi xalqlarda qız ər evi üçün cehizi öz bədənini satmaq sayəsində əldə edir və belə "bacarıq" və "zirəklik" hamı, o cümlədən gələcək ər tərəfindən təqdir olunur; bəzi tayfalarda isə ərə gedən qız zifaf gecəsini bu "iş" üçün nəzərdə tutulmuş şəxslə - tayfa başçısı, yaxud kahinlə keçirir və yalnız öz bəkarətini itirdikdən sonra ər evinə köçmək hüququnu qazanırdı. Ana qohumluğu xəttinə əsaslanan (madərşahlıq) ibtidai-icma quruluşu dövründə uşağın hansı ki­şidən olması hər kəsi maraqlandırmırdı; şəxsi mülkiyyətin meydana gəlməsi ilə hər şey kökündən dəyişdi - nəsil şəcərəsi daha ata qohumluğu xətti üzərində quruldu və hamı­nı məhz atanın kim olması məsələsi narahat etməyə başla­dı.
Müasir dövrdə də yer kürəsində çoxsaylı nikah for­maları mövcuddur. Bir sıra xalqlarda monoqam, fərdi nikah deyil, poliqam nikahın müxtəlif formaları yayılmışdır: polinigiya - bir kişinin iki və daha çox qadınla izdivacı, poliandriya - bir qadının iki və daha çox kişi ilə izdivacı və nəhayət qrup halında nikah müxtəlif cinsdən olan bir neçə adamın izdivacı.
Polinigiya (çoxarvadlılıq) bütün dünyada yayıldığı balda, poliandriyaya (çoxərlilik) əsasən Tibetdə, Hindistanda yaşayan bəzi tayfalarda, Sakit Okean xalqlarında rast gəlinir. Məsələn, lepça xalqında belə bir adət var: təsərrüfat işlərinin öhdəsindən gələ bilməyən kişi öz ailəsinə kiçik qardaşını dəvət edir ki, o, iş və arvad barəsində ona "ortaql;q" eləsin. Özü də bu cür nikahdan doğulan uşaqlar böyük qardaşın övladları sayılır. 
Qrup halında nikahlara isə nadir nallarda təsadüf edilir. Bunun klassik nümunəsinə yalnız Markiz adalarında rast gəlmək olardı. Orada ailə əsas ərdən - yeri ailə başçısından, onun arvadlarından və bir, yaxud, bir neçə əlavə ərdən ibarətdir. İkinci ər əsas ərin bir növ köməkçisi sayılır və əsas ər bir yerə getdikdə ailəni idarə edir, "baş ərin" icazəsi ilə, o başqa yerə getdikdə isə onun icazəsi olmadan da onun arvadları ilə yatıb-durur. Digər nisbətən aşağı "rütbə­li" ərlər yaxınlıqda yaşayır və təsərrüfat işlərində köməklik göstərirlər. Onlar da təsadüfdən-təsadüfə arvadlardan is­tifadə edirlər və əsas ər buna müsbət hal kimi baxır, belə ki, onun fikrincə, seksual cəhətdən təmin olunmuş kişi təsərrüfat işlərində daha yaxşı və səmərəli işləyə bilər.
Həyatda eyni cinsdən olan şəxslərin də birgə nigahı mövcuddur. Hazırda dünyada eyni cinsdən olanların nikahı birinci olaraq Danimarkada qanuniləşdirilmışdir. Onun ardınca Norveçdə və İsveçdə də bu cür nikaha icazə verilmişdır. Nə qədər acınacaqlı olsa da, normal insanlarda yalnız ikrah doğuran bu məsələ bir sıra ölkələrdə ciddi müzakirə obyektinə çevrilmişdir.
Lakin biz istəsək, istəməsək də, bütün bəşəriyyət seks barəsində öz sağlam düşüncəsini itirmək həddindədir. Bunu, yer kürəsində seksin "təntənəli və qarşısı alınmaz yürüşü" adlandıranlar da var. Başqa bir misal. Dilçilər hesablamışlar ki, ingilis dilində kişinin tənasül alətinin təxminən 1.000, qadının uşaqlıq yolunun 1.200, cinsi aktın 800 adı və sinonimi var! Fransız dilində bu göstəricilər müvafiq olaraq 600 və 1.500-dür. Elə təkcə bu fakt müasir dünyada intim münasibətlərin nə qədər böyük rol oynadığını, həyatın ən müxtəlif və dərin qatlarına nüfuz etdiyini göstərir.
Beləliklə hər bir dövr, hər bir cəmiyyət öz intim norma və qanunlarını təyin və təsdiq edir. Əgər bu qayda və qanunlar sağlam düşüncədən məhrumdursa və insanın intim ehtiyaclarının ödənməsinə imkan vermirsə, o zaman şüurda çoxsaylı qadağalar qoymaqla, ener­jinin təbii cərəyanının qarşısına sədlər çəkmiş olur, bu da öz növbəsində ruhi təbəddülatları - özünəməxsus günah hissini, narahatlıq, narazılıq, məyusluq, həyatdan küskün­lük və sair hissləri doğurur və son nəticədə hansısa xəstəliyin yaranmasına səbəb olur.

kayzen.az

Go Back

Sapioseksual

Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca «sapio» — ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz — ağlın qüdrəti və dərinliyi, həzz almaq — intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir. 
Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi — partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir. 
Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək — böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.
Sapioseksuallıq üçün misal kimi, Şerlok Holmsun İren Adlerə qarşı hisslərini və ya onun Moriarti ilə qarşılaşmasından sonra asılılığını çəkə bilərik. Höte, Hokinq, Volter, Nitşe və s. insanlara heyran olmağı da buna misal çəkmək olar.

kayzen.az

 

Go Back

Münasibətlərdə psixoloji yaş çox önəmlidir

Ailə qurarkən insanları narahat edən əsas problemlərdən biri də yaş məsələsdir. Lakin insanlar bu məsələyə birmənalı yanaşmırlar. Bəziləri yaş fərqinin çox, digərləri isə az olmağının tərəfdarıdırlar.
Psixoloq, psixoterapevt Günel Vəliməmmədova bildirib ki, burada insanın tək fiziki yaşı yox, psixoloji yaşı da çox önəmlidir:
“Mənə elə gəlir ki, burada yaş fərqindən əlavə insanın tək fiziki yaşı yox, psixoloji yaşı çox önəmlidir. Elə olur ki, eyni yaşlı insanlar münaqişələrlə rastlaşırlar, çünki onların psixoloji yaş durumu bir-biri ilə uyğun gəlmir. Amma elə də olur ki, 10 yaş və ya 5 yaş fərq olanda uyğun gəlir. Bu insandan asılı olaraq dəyişir. Yəni elə cütlüklər var ki, qadın 10 yaş hətta daha böyükdür, amma onlar çox gözəl yola gedirlər. 
Burada əsas psixoloji yaş amili olmalıdır. Yəni ki burada passport yaşının önəmi çox deyil. Cütlüklərin xasiyyət və yaş baxımından uyğun olub-olmaması qeyri-müəyyən bir şeydir, yəni ki, bu ancaq münasibətin gedişatından sonra aydın ola bilər. İki insan bir neçə müddətdən sonra bunu hiss edə bilər”.

kayzen.az

 

Go Back

Sapioseksual

Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca «sapio» — ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz — ağlın qüdrəti və dərinliyi, həzz almaq — intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir. 
Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi — partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir. 
Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək — böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.
Sapioseksuallıq üçün misal kimi, Şerlok Holmsun İren Adlerə qarşı hisslərini və ya onun Moriarti ilə qarşılaşmasından sonra asılılığını çəkə bilərik. Höte, Hokinq, Volter, Nitşe və s. insanlara heyran olmağı da buna misal çəkmək olar.

kayzen.az

Go Back

İNTİMDƏN AİLƏ MÜNAQİŞƏSİNƏ GEDƏN YOL

Ailənin möhkəmliyini sarsıdan digər şərtlərdən biri də   cinsi tələbatların ödənilməməsidir .

Şəxsiyyətin əsas sahələrinə arzu və istəklərinə,hisslərinə toxunulduğu hallarda ciddi konflikltlər geniş vusət alır.Ödənilməyən cinsi istək və arzuların olması konfliktli situasiyanın stabilliyini  pozur və konfliktin baş verməsi imkanlarını  artırır. Ümumiyyətlə ailədə cütlüklər arasında yaranan ciddi problematik situasiyaların  maraqlı analizi onu göstərir ki,hər iki tərəf fərqli düşüncə tərzinə malik olduğundan fərqli davranış tərzləri də onları həyatiboyu muşayət edir.Bir -birlərindən fərqli münasibətlər gözləyən cütlüklər daxilində nələri isə umar amma onunla üzləşmədikcə peşmanlıq çəkərlər .Güclü cinsin nümayəndəsi  intim sferada   təmin olunmamasından şıkayətlənməsə də bunu şüuraltı mesajlarla ötürər, ailədə kiçik –kiçik konfliktlər yaradar.Hər nə səbəb olsa da belə onu təmin olunması əsas şərt olmalıdır deyə təkid edər ,alınmasa da acığından min cür bəhanələrlə dava dalaş yaradar. Sadəcə bunun  səbəbini dərk etməyən qarşı tərəf  də bu incəliyi xırdalaya bilməyərək problemin səbəbini  başqa yerdə axtarar.Bəzən də bir qisim  qadınların cinsi tələbatları  ödənilmədikcə şübhə və neqativ düşüncələrin həyacan təbili çalınmağa başlayar. “Görəsən niyə soyuyub məndən ?”,”deyəsən həyatında kimsə var “,”bəlkə zəifliyi var deyə bilmir” və ya “ailəsi ilə birgə dar evdə yaşam tərzi”, “uşaqdan sonra çox dəyişib”və.s kimi duşuncələr .

Qadınlar əslində xəfiyyə obrazı kimi tanınırlar .Məhz buna görə də kişilərin heç onun özünə də məlum olmayan tərəflərini qadınlar duymalı və bəzi fəndləri  də tətbiq etməyi öyrənməlidirlər.Kişilər qadınların qadınlar da kişilərin imtiyazını qazanmağı bacarmalıdırlar.Təbii ki, frigid qadınlar istisna olmaqla bir çox qadınların daxilində gizli cərəyan edən yalnız  cox vaxt dilə gətirilməyən  və ailədə böyük ekstrimal şərait yaradan  intim tələbatların ödənilməməsi problemi nevrotik pozuntulara səbəb olduğu halı kişilərə də birmənalı aiddir..Həqiqətən də toxunduğumuz movzuda konfliktlərin episentrini cinsi əlaqənın, intim münasibətlərin layiqli həyata keçməməsi təşkil edirsə bu halda qeyd etmək istərdim ki,kişilər bu situasiyalarda olduqca həssas olmalıdırlar. Qadınlarının istək və tələbatlarını(qarşılıqlı istək çərçivəsində, küsülü anı silmək üçün ilk addımlar ataraq  və ya kritik günlər olmadığı zamanlarda ,zor tətbiq deyil də həzin sevgi yağışı ilə öpüşlərə xoş sözlərə qərq etməklə və.s) ödəməlidirlər.Qadınlar  da ( bir qismi  ehtiyac olarsa  bu mövzularda psixoloq və ya mütəxəssislərdən lazımı məsləhətləri alaraq), əsl sevimli qadın obrazında olmağı ,incə fəndlərdən istifadə edərək  güclü cinsin nümayəndəsini məhz onların istədiyi və sevdiyi tərzdə təmin etməyi bacarmalıdırlar .Əslində ailənin təməli saglam arzu və istəklərin qovşağında qurularsa ,bu halda onlar bir birlərini dəyişdirməyə deyil də bu zaman hər iki tərəf özündə cərəyan edən bu halların çözümünü özlərinin  düşüncə zənginliyində axtarıb tapmalı, hisslərinə dəyər verərək qarşılıqlı anlaşma qovşağında  stabil idarə olunmaqla tamamlanmalıdırlar .

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Evlilik?

«Evliliyin ilk beş ili kritikdir», «Dərhal uşaq dünyaya gətirməyin» kimi tövsiyələri eşitməyən, yəqin ki, yoxdur. Bu cümlələr elə hey qurulur, amma evliliyə son həll təklifləri verilmir. ABŞ-da Cornell və Chicago Universitetinin sosioloqları 3 min yetkin üzərində araşdırma aparıb. Bu araşdırmalarda, evliliklərində özlərinə aid ictimai həyatı olmayan insanların evliliklərinin təhlükəyə girdiyi görülüb. Xəbərdə evliliyi qurtarmanın düsturu «insanın insana ilişməsi» olaraq verilib. Evliliyinizdə işlər yaxşı getmirsə, problemləriniz varsa və həll edə bilmirsinizsə, hətta evliliyiniz bitmə nöqtəsinə doğru gedirsə, aşağıdakı sualları özünüzə verin və cavabların sizə ipucunu verməsinə şərait yaradın. 
Evlilik üçün lazım olanlar
Bir çox evlilik mütəxəssisi evli cütlərin bu sualları cavablamalarının lazım olduğunu söyləyir:

  • Bir probleminiz var? Problemin xüsusiyyətlərini təyin edə bilərsinizmi?
  • Problemlərə hər ikiniz də ciddi bir şəkildə əyilmək istəyirsinizmi? Hər ikiniz də ortada problem olduğuna inanırsınızmı? Deyilsə, bu şərtlərdə əlaqənizi davam etdirmənizə səbəb olan müsbətləri və mənfiləri müəyyən edə bilərsinizmi?
  • Problemlərinizdə hirs necə rol oynayır? İkinizdən biriniz hirsi daha az ifadə etməyə iş, ətrafdakılar hirsdən danışdığında əsəbiləşmə, hirslənmə səbəbiylə özünü günahkar hiss etmə nöqtəsinə gəldisə, müalicə variantlarını daha diqqətli nəzərdən keçirməniz lazımdır.
  • «Bir kinoya ya da teatra gedəkmi?» demək əvəzinə 2 nəfərlik bilet alın. Ona «Sürpriz, sabah axşam kinoya gedirik» dediyiniz zaman sizinlə gələcəkdir.
  • Rəqs ya da fərqli bir sahənin kursuna gedin. Bərabər izah edəcəyiniz şeylər ola bilər. Danışma tərzinizi dəyişdirin. Məsələn, "Çox dağınıqsan" demək yerinə «Bu otaqda özümü yaxşı hiss etmirəm» deyə bilərsiniz.
  • Laqeyd yanaşdığınız bədəniniz üçün bir şeylər edin… Məsələn, məşq...
  • Ondan istədiyiniz şeyi almağı bilin. Sarılmasını istəyirsinizsə, «Mənə sarıl» deyin.
  • Mübahisələr bəzən əlaqəni canlandıra bilər.
  • Çəkinmədən, yataq otağında yoldaşınızı canlandıracaq fantaziyalar xəyal edin.
  • kayzen.az

Go Back

Xoşbəxt sevgili olmaq üçün 5 qayda

Münasibətlərdə dincliyi qoruya bilmək və ilk günkü həyəcanı yaşamaq üçün hər iki tərəfin də üzərinə düşən vəzifələr var. Bunları edə bilsəniz, münasibətdəki xoşbəxtliyinizi qarşılıqlı olaraq qoruya bilərsiniz. 
1. Qarşılıqlı güvən münasibətin əsasını təşkil edir. Sevdiyiniz adama sonuna qədər güvənirsinizsə, eşqiniz şübhə edilməyəcək bir şəkildə möhkəmdir. Tərəf müqabilinzə qarşı sadiq olmaq ən yaxşı yoldur. Xüsusilə bu iki xüsusiyyət münasibətinizi icra edəcək qədər dəyərlərdir. 
2. Qarşınızdakının hər şeyi etməsini gözləməyin və münasibətdə siz də təəccübləndirici, çaşdırıcı həmlələr və gözəl hərəkətlər edin. Özünüzə yaxşı davranın, çünki özünüzə davranış formanız tərəf müqabilinizə də təsir edər, mənfilikləri ona da əks etdirmiş olarsınız. Davamlı olaraq qarşı tərəfdən bir şeylər gözləmək bir müddət sonra əlaqəyə zərər verər. Siz özünüzə qarşı müsbət olmalısınız ki, qarşı tərəf də müsbət ola bilsin. 
3. İçində olduğunuz vəziyyətdən asılı olmayaraq daim dürüst və içdən olun. Qarşınızdakından sirr saxlasanız, münasibətdə də güvən bir o qədər yox olar. Artıq münasibətinizdə səmimiyyət tapmaya bilərsiniz. Əgər özünüz kimi davranmasanız, qarşı tərəf də sizi kəşf edə bilməz və beləcə, səthi, süni münasibət yaşayarsınız.
4. Münasibətlərdə ən əhəmiyyətli məqamlardan biri də çətinliklərə birlikdə sinə gərməkdir. Yaranan hər mənfi vəziyyətdə onun həllini qarşı tərəfdən gözləməyin. Münasibətdə üstünüzə düşən vəzifəni yerinə yetirin ki, əlaqəniz düzgün və problemsiz bir şəkildə irəliləsin. 
5. Qarşınızdakını dəyişməyə çalışmayın. Tərəf müqabilinizi olduğu kimi sevin və qəbul edin, o zaman münasibətinizdə daha az çətinlik yaşayarsınız. Qarşınızdakı ilə hər zaman eyni fikirdə ola bilməyəcəyiniz kimi, bəzən münasibətinizə rəng qatan, belə anlaşılmazlıqlardan doğan mübahisələr də ola bilər. Ən sonda bir daha vurğulayaq ki, kiçik problemi böyütməyin və davamlı haqlı tərəf olmağa çalışmayın. Bəzi zamanlarda görməzlikdən gəlin ki, dinc və xoşbəxt bir münasibət yaşaya biləsiniz.

kayzen.az  

Go Back

Ən yaxın dostuna aşiq olanlara 8 məsləhət

Ən yaxın dostunuzun sizin üçün daha böyük əhəmiyyət kəsb etdiyini anladığınız an demək, vəziyyət dəyişib. Onunla bir çox məqamları paylaşmaq, dostunuza nəsə danışmaqdan daha çox sanki ona nəsə izah etməyə çevrilir. Deməli, siz artıq ən yaxın dostunuza aşiq omusunuz. Sözsüz ki, burada söhbət oğlan və qız dostluğundan gedir. 

1. Onun nə düşündüyünü bilirsiniz
Onun düşüncələrini bildiyiniz üçün hər hansı mövzu haqqında fikirlərini öyrənməyə çalışmaq lazım deyil. Buna görə həddindən artıq analiz, bir-birini tanımağa istiqamətlənən cəhdlərə ehtiyac yoxdur.

2. Seks əyləncəli bir hal alır 
Bir-birinizə cinsi həyatınız daxil hər şeyi danışdığınız bir insanla sekslə məşğul olmağa başlayanda bunun gerçək olduğuna təəccüblənib gülə bilərsiniz. Sonra bir də görəcəksiniz ki, cinsi həyatınız mükəmməldir. 

3. Günün 25 saat olmasını istəyərsiniz 
Onunla artıq dostluğun tələb etdiyindən daha çox sevgili olmanın verdiyi üstünlükləri də paylaşmağa başlayacaqsınız. Dost olan zaman etmədiklərinizi və qaçırdığınız fürsətləri kompensasiya etmək istəyərkən, həyatınızdakı digər insanlara laqeyd yanaşmayın. 

4. Bir-birinizlə zarafat edə bilərsiniz 
Açıq zarafatlarınız bir-birinizin xətrinə dəyməyəcək. Uşaqlığınızdan qalma xatirələri, sizi utandıran halları danışacaq, zarafatlaşacaq və gülüşəcək çox şey var. 

5. «Birdən onu itirərəm» fikri 
Bu, adətən sevgilidən ayrılmaq deyil, həyatınızdakı ən vacib dostun da itirilməsi anlamına gəlir. Nəticədə, sevgililik bitdikdən sonra dostluq əlaqəniz də kəsiləcək. Problemləriniz varsa, bunu paylaşmaqdan, kömək almaqdan çəkinməyin. 

6. Təxmin etdiyinizdən daha çox dalaşa bilərsiniz
Nəticədə, o, sizin özünüzü necə hiss etdiyinizi, nə düşündüyünüzü söyləməkdən çəkinmədiyiniz bir insandır. Münasibətlərinizin romantik müstəviyə keçməsi bunun dəyişəcəyi mənasını vermir. Bundan başqa, ən yaxın dostunuz onsuz da sizin limitlərinizi bilir. Buna görə də mübahisələri öz düşüncənizdə çox da böyütməyin. 

7. Görünüşünüzə əhəmiyyət verməyə başlayırsınız 
O, əvvəllər sizi yüzlərlə dəfə ev geyimində, səliqəsiz formada görə bilər. Amma artıq onun gözündə necə göründüyünüzə əhəmiyyət verməyə başlayacaqsınız və detallara diqqət edəcəksiniz. 

8. Buna dəyər 
Ən yaxın dostunuza aşiq olmağın yaxşı bir hal olmadığını söyləyənləri dinləməyin. Əgər işlər yolunda getməsə, sevdiyiniz birini itirə bilərsiniz, amma heç kimlə qura bilmədiyiniz bir bağ da qura bilərsiniz. Gələcəkdə peşman olmaqdansa, sınayın.

kayzen.az

 

Go Back

Yuxu pozanıza görə evliliyinizin təhlükədə olub-olmadığını müəyyənləşdirin

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yuxu-poza.jpeg

Bu günə kimi “Ailə dostu” layihəsində bir-birindən maraqlı mövzulara toxunmuşuq.

Bu dəfə isə yuxu pozalarından, daha doğrusu, cütlüklər arasındakı münasibətin yuxu pozalarında öz əksini necə tapmasından danışacağıq.

Araşdırmalar göstərib ki, cütlüklərin yuxu pozasından onların bir-birini həqiqətən sevdikləri və ya ayrılmaq üzrə olduqlarını anlamaq mümkündür. “Goodbye Insomia” və “Hello Sleep” adlı kitabların yazarı psixiatr Samuel Dunkell düz 25 ildir ki, yuxu pozalarının mənalarını araşdırır. Onun məqsədi insanların eşq həyatı ilə yuxu pozaları arasındakı əlaqəni öyrənməkdir.

Siz də son günlər partnyorunuzun soyuq davranışlarından şikayət edir və artıq sizi əvvəlki qədər sevmədiyini düşünürsünüzsə, mütləq yazımızı oxuyun.

Qaşıq pozası

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu2.jpeg

Bu pozada yuxuya gedən cütlüklərin evlilikləri, adətən, uzunmüddətli olur. Onlar bir-birini çox sevir, biri olmayanda o birinin gözünə yuxu getmir. Onlar sevgilərini dilə gətirməkdən çəkinmirlər.

Yastıq söhbəti

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu2.2.jpeg

Belə cütlüklərdə dostluq eşqi üstələyib. Bu pozada yatan cütlüklər bir-birinin ən yaxşı sirdaşıdırlar. Onlar üçün səmimiyyət hər şeydən önəmlidir. Aralarında heç bir sirr yoxdur. Onlar gün ərzində tez-tez söhbətləşməkdən, dərdləşməkdən zövq alırlar. Belə cütlüklərin də münasibətləri uzunmüddətli olur.

Romantik poza

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu3.jpeg

Adətən filmlərdə dillərə dastan eşq yaşayan cütlüklər bu pozada yuxuya gedirlər. Adından da məlum olduğu kimi, bu poza cütlük arasında güclü romantik hisslərin olduğundan xəbər verir. Yeni evlənənlər, əsasən, bu yuxu pozasına üstünlük verirlər. Belə yatan cütlüklər arasında sevgi və hörmət hissləri güclü olur. Araşdırmalar göstərib ki, qarşı tərəfin çiyninə söykənərək yuxuya getmək həm kişi, həm də qadın üçün faydalıdır. Çünki  sevdiyi şəxsin ürək döyüntülərini eşitmək hər bir insanın əsəb sisteminə yaxşı təsir edir, gün ərzində keçirdiyi əsəb, stres, gərginlik hisslərini unutdurur.

Kürək-kürəyə

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu4.jpeg

İllərdir ki, evli olan cütlüklər çox vaxt bu pozada yatırlar. Bu bir-birinə öyrəşmiş, artıq qarşı tərəfə olan marağını itirmiş cütlüklərin yuxu pozasıdır. Tərəflər bir-birini yaxşı tanıyır, bir-birinə inanır. Eşq bitsə də, sevgiləri hələ də onları tərk etməyib. Bu poza bir-birinizin yanında olduğunuzu hiss etdirir. Eyni zamanda da, rahat yatmağa imkan yaradır. Ancaq onu da qeyd edək ki, belə cütlüklərin 1-2 il ərzində ayrılmaq ehtimalı var. Çünki  müəyyən mərhələdən sonra bezib eşqin çılğınlığını dadmaq istəyəcəklər.

Çarpayının ucunda yatanlar

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu5.jpeg

Evli cütlüklər çarpayının əks qütblərində, bir-birinə kürəyini çevirərək yatırlarsa, deməli, bu ailə dağılacaq. Çünki araşdırmalar şüuraltında toplanan fikirlərin, əsasən, gecə saatlarında insanların davranışlarında öz əksini tapdığını bildirirlər. Əgər isti yay aylarında tərləməmək və rahat yuxuya getmək üçün bu pozada yatırsınızsa, problem yoxdur. Ancaq hər gecə eyni şey təkrarlanırsa, deməli, diqqətli olmaq lazımdır. Çünki bu qarşı tərəflə aranızda münasibətin soyuduğunu, məsafəli olduğunuzu göstərir. Qeyd edək ki, sevərək evlənməyən, ailənin və ya qohumların məsləhəti ilə ailə quranlar adətən, bu yuxu pozasında yatırlar.

Qanadlarının altında

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu6.jpeg

Psixoloq Samuel Dunkell bu pozanın çox səmimi olduğunu vurğulayır. Hətta dediyinə görə, xərçəng xəstəliyinə yaxalanan pasienti bir dəfə ona əri ilə bu pozada yuxuya getdiklərini və bunun ona mənəvi cəhətdən çox yaxşı təsir etdiyini bildirib. Bir sözlə, bu poza əsl sevgidən və mərhəmətdən xəbər verir. Əgər partnyorunuz sizi belə qucaqlayıb yatırsa, onu xoşbəxt etmək üçün əlinizdən gələni edin. Çünki dünyada sevməyi bacaran nadir insanlardan biri ilə birlikdəsiniz. Bunun qiymətini bilin.

Rahat, amma birlikdə

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu7.jpeg

Bəzi cütlüklər rahat yatmaq üçün çarpayıda uzaqlaşdıqlarını, qucaqlaşmağın, yaxın təmasın yuxunu qaçırdığını bəhanə edirlər. Ancaq illər keçsə belə, sevgiləri azalmayan, hələ də bir-birlərinə yaxın olmaqdan zövq alanlar rahat pozada yatsalar belə, mütləq əl, qol, ayaqlar qarşı tərəflə təmasda olur. Belə cütlüklər arasında qısqanclıq, dava-dalaş olmur. Onlar evli olsalar belə, hələ də sevgili və dost qala bilənlərdir.

Publika.az

Go Back

Ailə qurmağa mane olan səbəblər

Ətrafda olan bütün yaşıdlarınız, sizdən kiçiklər, karyera, cazibə, bacarıq baxımından sizdən heç də öndə olmayanlar ailə həyatı qurub, sevdikləri ilə xoşbəxt ömür sürürlər?Bəs siz niyə tənhasınız? Çünki, beyninizdə aşağıdakı fikirlər hökm sürür.

"Valideynlərim kimi ailə həyatı qurmaq istəmirəm"
Deməli, hələ də öz uşaqlığınızın təsiri altındasınız. Evdə olan söz-söhbətlər sizi bezdirdiyi üçün evlilik təklifini rədd edirsiniz. Elə bilirsiniz ki, sizin də ailəniz öz valideynlərinizinki kimi olacaq. Digər tərəfdən isə azadlığınızı itirəcəyinizdən qorxursunuz. Əgər düzgün həmdəm seçsəniz, bütün bunlar baş verməz.

"Heç kəs məni onun qədər hirsləndirmir"
Siz artıq "tora" düşmüsünüz. Çox gözəl başa düşürsünüz ki, fərqli insanlarsınız, amma onunla görüşməkdən imtina edə bilmirsiniz. Rəfiqələriniz də ondan ayrılmağınızı təklif edir. Onunla bağlılığınız özünüzə də xoş deyil. Amma özünüzlə bacarmırsınızsa, özünüzə sual verin: Bütün bu əzablara dözməyə dəyər? O, insanı yaddaşınızdan silin. Sizə dəyər verən insan tapın.

"Anam deyirdi ki, heç kəs məni sevə bilməz. Ona görə..."
...Çox kökəm, çox danışıram, gözəl deyiləm. Bir sözlə, məndən evinin qayğısına qalan xanım olmaz. Kişilər isə bu keyfiyyəti olmayan qadın tərəfə baxmaz. Axı, özünüz çox gözəl bilirsiniz ki, sevdiyiniz və sizi sevən insan üçün hər şeyi edə bilərsiniz. Həm də hər bir qadını olduğu kimi sevən insan var. 

"Öz səhvlərimi təkrarlamaqdan qorxuram"
Həyatınıda "eks sevgili" anlayışı var. Bu sevginizə görə də özünüzü bağışlaya bilmirsiniz. Bəlkə də, sevgiyə tövbə etmisiniz. Amma unutmayın, bütün insanlar eyni deyil. Axı hamı sizi aldada bilməz. Həm də sevgi məsələsində bir dəfə yanıldığınız üçün, ikinci dəfə daha da təcrübəli olacaqsınız.

"Karyeram dağılacaq"
Əldə etdiklərinizin hamısı zəhmətinizin bəhrəsidir. Bütün bunları sevgi yolunda itirmək  isə sizin üçün faciədir. Axı, niyə bu fikirlərlə özünüzü yükləyirsiniz? Niyə düşünürsünüz ki, sevgi sizi karyeranızdan ayıracaq? Əgər bu gün uğurlu karyera qurmusunuzsa, deməli, siz bacarıqlı xanımsınız və ailə həyatının öhdəsində də gələ bilərsiniz. Ağıllı xanımlar isə daima həyata qalib gəlirlər.

"Tələsən təndirə düşər"
Ən çox rast gəlinən haldır. Karyerapərəst xanımlar işləri haqqında fikirləşməkdən ailə həyatına vaxt qalmır. Gözlərini açanda isə görürlər ki, artıq ömrünün 30 ilini geridə qoyub. Bax, bundan sonra başlayır- həyəcan və təşviş. Nə qədər şablon səslənsə də qeyd edilməlidir ki, "dəmiri isti-isti döyərlər." Qız qaldıqca qızıla dönər" məsəli isə karyerapərəst xanımların bəhanəsidir.

"Ailədəki problemlər"
Bəzi ailələr uşaqlarına azadlıq vermirlər. Ona görə də gənc və yeniyetmə qızlar ailə problemlərindən azad olmaq üçün və azadlığı əldə etmək üçün kimə gəldi, tanımadan ailə həyatı qururlar. Lakin həmişə istədiklərinə nail ola bilmirlər. Başa düşmürlər ki, ailə həyatı sadəcə toydan və nigahdan ibarət deyil. Bunda isə əsas günahkar valideynlərdir. Məncə, valideynlər uşaqları ilə dost olmalı və  onlara lazımı qədər azadlıq verib, lakin həmişə nəzarətdə saxlamalıdırlar.

Unutmayın hər bir qadın xoşbəxt olmağa layiqdir!

qadinlar.biz

 

Go Back

YENİYETMƏLİK DÖVRÜNDƏ CİNSİ TƏRBİYƏ!!! Valideynlər Necə Davranmalı?!

 Yeniyetmə yaşlarında orqanizmdə baş verən dəyişikliklər, inkişaf gənclərin və onların gələcəyi üçün cavabdehlik daşıyan böyüklərin qarşısına yeni problemlər çıxarır. Cinsi hormonların artıq dərəcədə hasil olunması nəticəsində orqanizmdə baş verən bioloji dəyişikliklər cinslər arasında münasibətlərin dəyişməsinə səbəb olur ki, bu da qarşıya ictimai və əxlaqi məsələlərin həlli kimi ciddi vəzifələr qoyur. Yaşlılar bunu bilməli və heç vaxt yaddan çıxarmamalıdırlar. Onlar gigiyena məsələləri haqqında məsləhətlərlə kifayətənməyib, yeniyetmə gənclərə orqanizmin biofizioloji xüsusiyyətləri, bu dövrdə müqabil cinsə münasibət haqda sadə, onların anlayacağı şəkildə məlumatlar verməlidirlər. Əgər bu yaşda orqanizmdə fizioloji dəyişmə prosesləri, şəxsi gigiyena qaydalarına aid məsələlərdə valideynlər uşaqlar ilə ümumi dil tapırlarsa da, yeniyetmə yaşlarında olan oğlanlarda baş verən bəzi seksual məsələlərdə onlar böyük səhvlərə yol verirlər. Bunlardan ən çox təsadüf olunanı valideynlərin, müəllimlərin təsadüf etdikləri onanizm — masturbasiyadır. Oğlanların bu “eyib işlə” məşğul olduğunu bildikdə xüsusilə analar çox həyəcanlanırlar. Bu vəziyyətdə, adətən, istər fizioloji və istərsə də psixoloji sferada elə bir gərginlik yaranır ki, gəncin şüuru qeyri-ixtiyari olaraq yalnız bir istiqamətdə fəaliyyət göstərir və onu müəyyən yollara bu vəziyyətdən qurtarmağa məcbur edir. Onanizmə də elə bu baxımdan münasibət göstərilməlidir. Birinci masturbasiyalar səbəbi dərk olunmadan, sonralar isə dərk olunmuş səbəblərlə edilir. Cinsi əlaqə istəyi, adətən, gəncin özü üçün uydurduğu xəyali fikirlər, fantaziyalar nəticəsində, məsələn, tanıdığı və ya tanımadığı qadının, qızın obrazını xəyalına gətirdikdə yaranır. Belə fantaziyalar məlum səbəblərə. görə oğlanlarda qızlara nisbətən daha çox inkişaf etmiş olur.

Masturbasiya aktının-sayı gənc orqanizmin fərdi xüsusiyyətlərindən və onun azad vaxtlarından necə səmərəli istifadə etməsindən asılıdır. Bəzi gənclərdə psixoloji gərginlik o qədər güclüdür ki, cinsi istək onun başqa hissləri arasında üstünlük təşkil edərək gəncin diqqətini daimi olaraq seksual sahədə cəmləyir. Belələrini masturbasiya aktı müəyyən müddət üçün bu gərginlikdən çıxarır. Bir qayda olaraq normal cinsi əlaqənin başlanması onanizmlə məşğul olmağa son qoyur. Amma bəzi hallarda evləndikdən sonra da müəyyən səbəblərə görə (arvadın xəstəliyi, hamiləlik, aybaşı və s.) onanizmdən istifadə olunur. Bəzi gənclərin həyatında onanizm yeganə əyləncəyə çevrilir və o, vaxtının çoxunu masturbasiyaya həsr edir. Belə vəziyyət əksərən intellekt cəhətdən məhdud, qaraqabaq, utancaq və yaşıdlarından ayrılıb, onlarla yoldaşlıq, dostluq etməyən gənclərdə olur. Belələri təklikdə olmağı, vaxtını boş-boşuna keçirməyi xoşlayırlar.

Buna görə valideynlər belə gəncləri müəyyən bir maraqlı fiziki və ya əqli işlə, idmanın bir növü ilə maraqlandırmalı, onu yaxşı, işgüzar həmyaşıdları ilə yoldaşlığa, dostluğa təhrik etməlidirlər. Ümumiyyətlə, qeyd etməliyik ki, fiziki əmək, idman onanizmlə məşğuliyyətin qarşısını tamamilə almasa da, onun sayının hiss olunacaq dərəcədə azalmasına səbəb olar. Yeniyetmənin onanizmlə məşğul olduğunu bildikdə valideynlər heç bir vaxt cəza tədbirlərinə əl atmamalı, bu işlə məşğul olmayacağı haqqında onun söz verməsini tələb etməməlidirlər.

Unutmaq olmaz ki, belə yeniyetmələrdə iradə zəif olduğundan onanizm istəyi həmişə onun verdiyi vədə üstün gələcəkdir. Burada yalnız valideynlərin sakit, inandırıcı söhbəti və məsləhətləri, eləcə də oğlanın məsləhətləri anlayıb qəbul etməsi müəyyən rol oynayar.

 

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

Go Back

Qadınlarda İlk Gecə Qorxusu - VAGİNİZM

 Cinsi mövzularda məlumatı az olan bir cəmiyyət olmamız danılmaz bir faktdır. Ətrafdan alınan yalnış ya da az informasiyadan qaynaqlanan bir çox cinsi problemlər var,ancaq bunlardan ilk gecə qorxusu bəzən xəstəlik səviyyəsinə gəlib çatır. 

Vaginizm xəstəliyində vagina əzələlərində cinsi əlaqəyə imkan verməyəcək şəkildə bir spazm müşahidə olunur. İnformasiya mühitində yaşamamıza baxmayaraq, bu şüuraltına işləmiş ilk gece qorxusunun məhsuludur.Əksər hallarda gənc qızların öz aralarında danışaraq yaratdıqları bu xəstəlikdə cütlüklər heç bir halda cinsi əlaqədə ola bilmirlər. Ön sevişməni cox yaxşı bacarsalar belə,tam cinsi birləşmə (koitus) əzələlərdə olan spazma görə baş vermir.

Bu da ər və arvad arasındakı münasibətin bir müddət sonra pozulmasına gətirib çıxarır. Lakin bəzən 5-6 il bu vəziyyətdə yaşayan ailələrə rast gəlinir. Bunlar bir müddət sonra cinsi əlaqədən imtina edib, sadəcə ön sevişmənin orqazmı ilə kifayətlənirlər. 

Bu problem ilk cinsi əlaqə vaxtı ortaya çıxa bildiyi kimi uzun illərdən sonra da yaşana bilər. Bəzən bir partnyorla yaşandıqı halda digəri ilə görünməyə bilər. Təməlində isə yalnış maariflənmə dayanır.Bu qorxular içində qızlıq pərdəsinin açılması zamanı həddən artıq ağrıların olması,cinsi əlaqənin çox ağrılı olması və doğuşun çox qorxulu olması kimi söhbətlər də var.

21 ci əsrdə , informasiya və texnologiya erasında yaşadıqımız bir vaxtda «hələ də bu cür xəstəlik var?»deməyin. Çox yayılan və ailələrin xəstəlik kimi qəbul etməyib yaşadıqları bir xəstəlikdir.

Vaginizm xəstəliyinin müalicəsi cinsi məlumatların yenidən gözdən keçirilib, az ya düz olmayanların düzəldilməsi, verilən bəzi tapşırıqların olunması,və qorxunun xüsusi psixoterapiya metodları ilə aradan qaldırılmasına əsaslanır.

 

Orxan Fərəcli

Psixologiya və Konsultasiya Mərkəzinin 

Klinik  psixoloqu

www.psixotest.az

 

Go Back

Xanımlarınızı yataqda belə xoşbəxt edin


Yataqda xanımını daha da xoşbəxt etmək istəyən kişilərə tövsiyələrimiz var. Ailem.az xəbər verir ki, bunlara əməl etməklə xanımlarınızı daha xoşbəxt və məmnun edə bilərsiniz.



Bir qadının bədəni nə qədər bəyənilirsə, münasibətdən də o qədər zövq alır. Tərəfdaşınızın necə möhtəşəm olduğunu desəniz, bədəni haqqında nə qədər çox xoş söz söyləsəniz, gecəniz bir o qədər yaxşı keçəcək.



Gənc qadınların kişilərə nisbətən orqazm olma səviyyəsi yarı-yarıya daha azdır. Amerikada aparılan bir araşdırmaya görə, qadınların sadəcə 8 faizi orqazm olarkən, bu göstərici kişilərdə 100 faizdir. Qadınların seksdən daha az zövq almasının səbəbi də özünü yox, kişini xoşbəxt etməyi düşünməsidir.



Yataqda qadınların öz istəklərini kişilər kimi çəkinmədən dilə gətirməməklərini “zövq almırlar” kimi qəbul etmək düzgün olmaz. Qadınlar, “çox təcrübəlidir” kimi kişi düşüncəsindən qorxurlar. Buna görə yataqda xanımınızdan nədən xoşlandığını siz soruşun.



Xanımınız orqazm olmadısa, bu, razı qalmadı demək deyil. Çox vaxt qadınlar kişiləri razı salmaq üçün onların orqazm olmasına daha çox diqqət yönəltdiyindən bu, onların işini bir qədər çətinləşdirir. Hər yaxınlıq zamanı qadının orqazm olmasını gözləməyin.



Əgər ona toxunaraq bədənini titrətməyi bacarmırsınızsa, deməli, doğru nöqtəni hələ tapmamısınız. Bu, bir az zaman alacaq.



Yaxşı cinsi həyat üçün yaxşı münasibət lazımdır. Əgər sizin yanınızda necə hiss etməsi ilə bağlı şübhəniz varsa, soruşun. Münasibətiniz nə qədər sevgi doludursa, yataq otağınız da bir o qədər hərəkətli olar.

 

Go Back

Öpüşmək niyə bu qədər zövq verir?


Cinsi çəkiciliyin yüksək olduğu anlarda öpüşməkdən hər kəs xoşlanır. Öpüşmək niyə bu qədər zövq verir? İntim münasibət niyə öpüşmələ başlayır?

Öpüşmək haqqında 10 sirr

1. Dodaqlaırmızda barmaqlarımızın 100 qatı qədər sinir ucu var. Bu səbəbdən də cinsi istəyin atəşləşməsində öpüşməyin böyük rolu var. Hətta boşalma zamanı həfif bir öpüşün təsiri çox güclüdür. 


Həkim Krista Bloom

2. Uzun və istəkli bir öpüşmə bədəni qısa müddət ərzində ehtiraslandıra, intim münasibətə tam hazır edə bilər.  


Cosmo Poll

3. Əgər sevgiliniz sizinlə sağollaşarkən sadəcə yanağınızdan öpürsə, özünü qorumağa çalışır və duyğusal bir ilişki yaşamaq istəmir. Əgrə son vaxtlar belə etməyə başlayıbsa, ilişginizlə bağlı beyninizdə şübhələr var.

Tony Reyman

4. Ayaqüstü öpüşərkən bədəninizin birdən ona yaxınlaşdırmağınız və bədənin aşağı hissəsini toxundurmağınız istəyi həmin anda alovlandırır.  

Öpüşmə üzrə məşqçi William Cane

5. Bir kişinin qulağını öpməyinin ən yaxşı yolun nədir?

Qulağının altından öpün və qulağının aşağ hissəsini dodaqlarınızın arasına alın. Daha sonra dilinizin ucuyla qulağında gəzdirin. Əgər bu anda qulağına erotik sğzlər pıçıldasaz, ehtiras son həddə çatacaq. 

Həkim Ava Cadell

6. Dodaqları aralama zamanı

Libido yüksəldəb bir öpüşmədən sonra testosterone hormonu kişiyə dodaqlarını arala müsajını verir.  Öpüş gücləndikcə qarşısındakından da eyni şeyləri bəkləyər.

Doktor Ava Cadell

7. Arzulanan öpüşmə qadını ehtiraslandırır, həyəcanlandıraraq daha asan orqazm almağa kömək edir.

Mahcup mu, arzulu mu? 

Öpüşmeye başladıktan sonra mahcubiyeti bir kenara bırakmalısınız. Arzulu bir öpüşme kadın basıncını arttırır, kalbi hızlandırır ve sizi heyecanlandırarak daha kolay orgazm olmanızı sağlar.

Albani Universiteti

8. Kişilər pöis öpüşən bir qadınla yenidən münasibət yaşamaq haqqında düşünsələr də, qadınlar pis öpüşən kişini həmin an silirlər.

eHarmony.com

9. 18-24 yaş arasında olan qadılarla aparılan sorğuya görə, qadınların 54 faizi başqa qadını öpüb.  25-34 yaş arasında olanlarınsa 43 faizi başqa qadını öpür. 

10. x bütün dünyada öpücük simvoludur. 

Dushunce.az

Go Back

Cinsi istəklərini üz cizgisindən anla

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, bir insanın üz quruluşuna diqqət yetirərək onun uzunmüddətli, yoxsa tək gecəlik münasibət tərəfdarı olduğunu anlamaq mümkündür. Yəni, bundan sonra tərəf müqabilinizin sizin haqqınızada nə dərəcə ciddi fikirləşdiyini öyrənməyiniz üçün onunla uzun müddət bir yerdə olmağınız lazım olmayacaq.
Bir insanın çənəsinin, gözlərinin, burnunun quruluşu onun daxili dünyasından, sağlamlıq vəziyyətindən xəbər verdiyi kimi, bu həm də o insanın ətrafdakılara münasibəti, qarşı tərəfdən gözlədikləri haqqında da müəyyən təsəvvür yaradır.
İngiltərənin “Evolution and Human Behaviour” jurnalında bu barədə araşdırma yazısı ilə çıxış edən Aberdeen Universitetinin professoru Dr. Ben Jones öz yazısında bildirib ki, qarşı tərəf əslində öz siması ilə bizə hansısa mesajlar ötürmək istəyir. Bunun üçün sadəcə onun xarici görünüşünə, üz cizgilərinə diqqətlə fikir vermək lazımdır.
Araşdırma nəticəsində həmçinin o da bilinib ki, qadınlar sərt cizgiləri, dairəvi çənəsi, büyük burnu, normaldan daha kiçik gözləri olan kişilərin uzunmüddətli, qalın dodaqları, iri gözləri olanların isə tək gecəlik münasibət tərəfdarı olduğunu düşünürlər.
 Təcrübədə iştirak edən insanların 80%-i onlara təqdim edilən şəkillərə 10 dəqiqə içində düzgün diaqnoz qoymağı bacarıblar. (kishi.az)

 

Go Back

20 nəticə göstərilir