Düşüncə Jurnalı

header photo

Unudulmayan sözlər....

~Heç bir susuzluq məhəbbət qədər yandıra bilməz.

~Bütün dünya üçün sən sadəcə bir insan ola bilərsən, amma kiminçünsə sən bütün dünyasan.

~Ağıllı insan düşündüyü hər şeyi söyləməz, söylədiyi hər şeyi düşünər.

~Boş zaman yoxdur, boş keçən zaman var.

~Xəyallar və gerçəklər yarışar. Xəyallar həmişə öndə gedər, amma hər zaman gerçəklər qazanar.

~Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.

 

~Əgər getdiyiniz yolda əngəl yoxdursa, o yol sizi uğura apara bilməz.

~Göz yaşları acının səssiz sözləridir.

~İnsan gülər bəzən, sevər bəzən, dözər bəzən

Bu bəzənlər üzər bəzən, ölər bəzən, susar bəzən.

 

~Səni başa düşməyən insanın səninlə olması həqiqi yalnızlıqdır.

 

~Kifayət qədər xoşbəxt görünürsüz. “Görünmək” və “olmaq” eyni şey deyil.

~Ən güclü iki döyşçü var: biri zaman, digəri səbr.

~Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.

~İnsan nə edərsə, özünə edər...

Amma soruşanda günahkarı

Ya həyatdır, ya da Qismət....!

 

~Düşmənlərinizi sevin, çünki qüsurlarınızı tək onlar açıq söyləyə bilərlər.

~Üç adam bir sirri saxlaya bilər: əgər, ikisi ölübsə...

~Həyat bir cümlədir, nə qədər uzatsan da nöqtəsi qoyulur. Çalış ki, qurduğun cümlə mənalı olsun..

~Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görünməz.

~Dünyanın harasında olursan ol, olduğun yerdə deyil, düşündüyün yerdəsən.

 

 

 

 

 

 

 

 

Go Back

Comment