Düşüncə Jurnalı

header photo

Blog posts : "Aforizmlər"

Unudulmayan sözlər....

~Heç bir susuzluq məhəbbət qədər yandıra bilməz.

~Bütün dünya üçün sən sadəcə bir insan ola bilərsən, amma kiminçünsə sən bütün dünyasan.

~Ağıllı insan düşündüyü hər şeyi söyləməz, söylədiyi hər şeyi düşünər.

~Boş zaman yoxdur, boş keçən zaman var.

~Xəyallar və gerçəklər yarışar. Xəyallar həmişə öndə gedər, amma hər zaman gerçəklər qazanar.

~Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.

 

~Əgər getdiyiniz yolda əngəl yoxdursa, o yol sizi uğura apara bilməz.

~Göz yaşları acının səssiz sözləridir.

~İnsan gülər bəzən, sevər bəzən, dözər bəzən

Bu bəzənlər üzər bəzən, ölər bəzən, susar bəzən.

 

~Səni başa düşməyən insanın səninlə olması həqiqi yalnızlıqdır.

 

~Kifayət qədər xoşbəxt görünürsüz. “Görünmək” və “olmaq” eyni şey deyil.

~Ən güclü iki döyşçü var: biri zaman, digəri səbr.

~Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.

~İnsan nə edərsə, özünə edər...

Amma soruşanda günahkarı

Ya həyatdır, ya da Qismət....!

 

~Düşmənlərinizi sevin, çünki qüsurlarınızı tək onlar açıq söyləyə bilərlər.

~Üç adam bir sirri saxlaya bilər: əgər, ikisi ölübsə...

~Həyat bir cümlədir, nə qədər uzatsan da nöqtəsi qoyulur. Çalış ki, qurduğun cümlə mənalı olsun..

~Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görünməz.

~Dünyanın harasında olursan ol, olduğun yerdə deyil, düşündüyün yerdəsən.

 

 

 

 

 

 

 

 

Go Back

XÖŞBƏXT OLMAĞINIZ ÜÇÜN BAŞQALARI LAZIMDIRMI?? (Psixoloji Test)

XÖŞBƏXT OLMAĞINIZ ÜÇÜN BAŞQALARI  LAZIMDIRMI??  Yoxlayın...
1.Dostlarınız çoxdur?
a-Dost çox ola bilməz (5bal)
b-Hə,çoxdur (10 bal)...
c-Azdır,tanışlarımsa çoxdur (15 bal)

2.Mağazaya kiminlə gedirsiz?
a-Anam və ya ən yaxın rəfiqəmlə(və ya dostumla) (5 bal)
b-Təbiiki tək,mən ancaq öz zövqümə güvənirəm (10 bal)
c-Getməsəm də olar,mənə paltarı vlideynlərim də seçə bilər (15 bal)

3.Asudə vaxtınızda siz.....
a-internetdə otururam (5 bal)
b-təzə paltarlar və ümumi tanışlarımızı müzakirə etməkçün ən yaxın rəfiqəmə və ya dostuma zəng edirəm(10 bal) c-dostrımla birgə kafeyə,restarana və ya əyləncə kompleksinə gedirəm (15 bal)

4.Sevgilinizin sizdən daha qəşəng olduğunu və sizin yaraşmadığınızı eşitsəniz,reaksiyanız necə olar?
a-çox normal,sevinərdim ki mənim belə zövqüm var (5 bal)
b-depresiyaya düşərəm,axı bu doğrudursa mən onu itirə bilərəm (10 bal)
c-bu mümkün deyil,çünki mən özümdən qəşəngini sevə bilmərəm (15 bal)

5.Bu həftə sonunu harada keçirmək istərdiniz?
a-təkcə,hardasa təbiət qoynuna gedib dincələrdim (5 bal)
b-ailəmlə birlikdə,büdcəmizə müvafiq olan bir yerdə (10 bal
c-dostlarımla biryerdə,şəhərdən kənarda(15 bal)

6.Ən yaxın rəfiqənizin(və ya dostunuzun) ailə qurması xəbərini necə qarşılayarsınız?
a-sevinərdim,o buna layiqdi,təcili paltar almaq lazımdı (5 bal)
b-eeee,bu necə olur,onu bəyəndilər,bəs mən????? (10 bal)
c-pulun yox vaxtında bu mene lazım idi??!! (15 bal)

7.Küçədə sizə tanış olmaq məqsədilə yaxınlaşırlarsa,siz.....
a-ona sakitcə qulaq asaramçsonra fikrimi bildirərəm (5 bal)
b-özümü karlığa vuraram (10 bal)
c-hardadı məndə o bəxt?! (15 bal)

8.Qonaqlarınızın gəlişini eşidirsiniz,amma evdə təksiniz....
a-cox sevinərəm,onları böyük məmnuniyyətlə qarşılayaram (5 bal)
b-onlara zəng edib evdə heçkəsin olmadığını bildirərəm (10 bal)
c-təcili olaraq mama(ya papama) zəng edərəm ki, qayıtsınlar evə (15 bal)

9.Sizi məktəbdən(işdən və ya universitetdən) qovmaq istəyirlər,bu xəbəri ilk olaraq kimlə bölüşərsiz?
a- ilk öncə anamla,axı atamı yola gətirməkdə o mənə yardımçı olur (5 bal)
b-atamla,cünki gec-tez o bunu bilməlidi (10 bal)
c-rəfiqəm(və ya dostumla),axı o mənə düzgün yol göstərə bilər (15 bal)

10.İnternet vasitəsilə dost olduğunuz bir insana sirrlərinizi etibar edersiniz?
a-hə edərəm,əgər o özünü doğruldubsa,,, (5 bal)
b-yox etmərəm,axı onu heç görməmişəm (10 bal)
c-baxır kimə (15 bal)

Beləcə,indi isə topladığınız xala uyğun olaraq görün sizə xöşbəxt olmaqçün kimsə lazımdırmı?

50- 80 bal-Xöşbəxt olmağınızçün sizə özünüzdən başqa heç kəs lazım deyil.Tənha qalmaq və ondan zövq almağı bacarmaq faydalıdır.Bu sizə özünüzə qulaq asmaq,nəyin çatışmadığını,nəyə can atmaq və nədən yaxa qurtarmaq lazım olduğunu başa düşmək imkanını verir

80 -120 bal- Xoşbəxtliyinizin düsturu bir-birilə səmimi olaraq maraqlanan insanlardır.Sevdiyiniz insana özünü bütünlüklə həsr etməkdə pis heçnə yoxdur.Amma həyatınızdakı stabilliyi pozun,daim yeni tanışlar qazanmağa çalışın
120-150 bal- insanlarla ünsiyyətə girmək sizinçün çox vacibdir.Yalnız çoxlu tanışlar şəbəkəsi formlaşdırmaq və saxlamaqla özünüzü rahat hiss edəcəksiniz.Amma unutmayın ki,ünsiyyətdə kəmiyyətlə yanaşı keyfiyyət də vacibdir..uzunmüddətli və dərin əlaqə qurmağa çalışın

Go Back

Müalicəvi bədən tərbiyəsi

İnsanların müalicəsində müalicəvi bədən tərbiyəsinin rolu böyükdür. Fiziki məşğələlər bir çox xəstəliklərin müalicəsinə müsbət təsir edir. Nadir xəstəliklər var ki, fiziki məşğələlər bu zaman insana ziyan verə bilər.

Tibbi təcrübədə insanların vaxtında müalicəvi bədən tərbiyəsi ilə məşğul olaraq sağaldığını sübut edən bir sıra faktlar var (nevrasteniya, hipertoniya xəstəliyinin ilkin mərhələsində, qəbizlik, bronxial astma, nevralgiya, oynaqların artriti zamanı oynaqların zədələnməsi, poliartrit, artroz, onurğa sütununun zədələnməsi – skalioz və s. zamanı). Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər müntəzəm olaraq məşq edərək orqanizmlərini möhkəmləndirəcək və bu zaman rejimə riayət etsələr, yaşlanana qədər xəstəliyin əlamətlərini hiss etməyə və əmək qabiliyyətini itirməyə bilərlər.

Sağalma mərhələsində bir çox xəstəliklər zamanı fiziki məşğələlərin tətbiqi əmək qabiliyyətinin bərpa olunmasını tezləşdirir. Xroniki xəstəliklərdən əziyyət çəkən xəstələrin çoxu uzun müddət müalicəvi bədən tərbiyəsinin tətbiqinə ehtiyac duyurlar.Müalicəvi Bədən Tərbiyəsi (MBT) müstəqil müalicə üsulu kimi, eləcə də digər müalicə üsulları ilə birgə tətbiq olunur. MBT orqanizmin təbii funksiyaları olan hərəkətlərin tətbiqinə əsaslanır, müalicə prosesi xəstəni özünə tam cəlb edir, sağalmağa ruhlandırır, fiziki məşğələlər yalnız müəyyən sahəyə deyil, ümumilikdə orqanizmə təsir edərək orqanizmin müqavimətini gücləndirir. Fiziki məşğələlərin əsas hədəfi əzələ sisteminin gücləndirilməsi, bütün daxili orqanların fəaliyyətinin yaxşılaşdırılması, bütün orqanlarınbaşında duran və bütün funksiyaların
requlyasiyasını həyata keçirən əsəb sisteminin yuxarı hissələrinin məşqi yolu ilə orqanizmin bütünlükdə funksional vəziyyətinin qaldırılmasıdır. Dərindən öyrənilmiş fiziki məşğələlər xəstəliyin müxtəlif formaları və mərhələləri zamanı xəstəliyin gedişatına və xəstənin individual xüsusiyyətlərinə uyğun olaraq fiziki yüklənməni dozalara bölməyə imkan verir.

Xəstənin orqanizminə MTB-nin təsiri

İstənilən xəstəlik zamanı insanın hərəkətliliyi azalır ki, bu da beyin qabığının fəallığının və qazanılan şərti refleksların azalmasına gətirib çıxarır. Fiziki məşğələlər zamanı əzələ, vətər, bağ, dəri, göz, qulaqlar, müvazinəti saxlamağa xidmət edən orqanlar, eləcə də ürək, damar, ağ ciyər və hərəkət aktını təmin edən başqa orqanlardan beyin qabığına çoxlu siqnal gəlir. Bu yolla beyin qabığında və beynin başqa hissələrində patoloji refleksların sıxışdırılmasına, həyat üçün vacib olan yeni refleksləri yaradan və ya sönən reflekslərin bərpasına xidmət edən yeni oyanma ocaqları yaranır.

Uzun müddət və sistemli şəkildə aparılan fiziki məşğələlərin təsiri altında və yüklənmənin ardıcıl çoxaldılmasına ciddi riayət edilməsilə orqanizmdə xoş biokimyəvi oyanmalar baş verir. Fiziki məşğələlərin xəstəlik barədə sarsıdıcı fikirlərdən yayınmağa xidmət edən müsbət təsirini, xəstədə fəallığı artırdığını, tezliklə sağalacağına ruhlandırdığını qeyd etmək olar. Əzələ hərəkəti Mərkəzi Sinir Sisteminə təsir edərək beyin qabığının oyanmasına müsbət təsir göstərir.

MBT üsulları və vasitələri

MBT bədən tərbiyəsi arsenalına daxil olan bütün mümkün forma və üsulları istifadə edir və bunu konkret müalicəvi tapşırığın həlli üçün istifadə edir. Bura gimnastika hərəkətləri, idman məşğələləri, nəfəs məşğələləri, əzələlərin boşalmasına xidmət edən məşğələlər, gəzmək və su prosedurları (üzgüçülük, su gimnastikası – akva aerobika) daxildir.

MBT-nin qadınlar üçün özəllikləri

Qadın orqanizminin bir sıra özəllikləri var: daha zəif sümük-əzələ sistemi, ağırlıq mərkəzinin daha aşağıda yerləşməsi, ürək-damar sisteminin gücünün və dözümlülüyünün daha az olması, əsəb sisteminin yüksək oyanıqlığı. Bütün bunlar qadınlar üçün nəzərdə tutulan MBT-nə xüsusi yanaşma tələb edir. Qadınların həkətlərinin xarakteri də kişilərə nisbətən daha çox rəvanlığı, yumruluğu, plastik olması ilə fərqlənir ki, bunu MTB zamanı nəzərə almaq lazımdır. Həyatının bütün mərhələlərində qadınlar kobud və qəfildən olan, çox gərginlik tələb edən hərəkətlər etməməlidirlər. Uşağa qalmaq istəyən qadınlar isə bu məşqlərdən əvvəl həkimginekoloq ilə məsləhətləşməlidirlər. Bu səbəbdən də MTB ilə müalicəyə başlamazdan əvvəl ilk növbədə xəstəliyin tipini, orqanizmin bu xəstəliyə qarşı necə müqavimət göstərməsini və qadının yaşını nəzərə almaq lazımdır.

Alimlərin çoxu sübut edib ki, MBT ilə məşğul olaraq, insanlar vaxtından əvvəl yaşlanmanın və orqanizmin təravətini itirməsinin qarşısını alır.

Eləcə də, MBT hamiləlik zamanı, doğuşdan sonraki dövrdə və ginekoloji xəstəliklər zamanı tətbiq olunur.

Sultan Saba Spa klubunun baş treneri Usolseva Natalya

 

Go Back

Orucluğun mənəvi faydaları

Həzrət Məhəmməd Peyğəmbər (s) Ramazan ayına "Allahın ayı" və "Allahın ziyafəti" adlarını vermişdi. Həqiqətən, Ramazan ayında bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ziyafətdən daha yaraşıqlısı, belə qonaqdan daha sevimlisi olarmı? Bir halda ki, ziyafətin sahibi - təmənnasız nemətlər verən Allahdır. Qonaqlığa dəvət edən elçi - əziz peyğəmbərimiz Həzrət Məhəmməddir (s). Süfrədəki nemətlər isə dua, ibadət və tövbədir. 

Möminlər Ramazan ayında ibadəti, duanı, Quran tilavətini artırarlar. Çünki bu ayda edilən tövbələr qəbul olar, dualar yerinə yetər, xeyir əməllər üçün ikiqat savab yazılar. Sevimli peyğəmbərimiz buyurmuşdur: "Əsl məhrum şəxs odur ki, Ramazan ayında günahlardan təmizlənmə fürsətini əldən vermiş olsun".

Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha yaxından tanıyar.

Kamiləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. İradəni möhkəmlətmək üçün bir sıra məşqlərdən istifadə edirlər. Bu mənada oruc da bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir.

Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susaduğu vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər.

Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari olaraq hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır.

Əxlaq alimləri haqlı olaraq qeyd etmişlər ki, oruc - cismlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurmuşdur ki, Ramazan orucu cəhənnəm alovu qarşısında bir sipərdir. Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun. Yoxsa, Həzrət Fatimənin (ə) buyurduğu kimi, "dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?".

Əxlaq və irfan alimləri oruc tutan adamları üç dəstəyə ayırmışlar. Birinci dəstəyə aid olanlar orucun yalnız zahiri ehkamına əməl edir və yalnız orucu batil edən əməllərdən çəkinirlər. Bu, adi ibadət əhlidir.

Bunlardan fərqli olaraq, ikinci dəstəyə mənsub mömin şəxslər bütün bədən üzvlərini pis işlərdən çəkindirirlər. Onlar dilləri ilə pis söz danışmır, qulaqları ilə haram söhbət eşitmir, gözləri ilə çirkinliyə baxmır, əlləri ilə günah iş görmür, ayaqları ilə imansızlıq və pislik yolunu getmirlər. Bədənlərini tamamilə günahdan təmizləmiş belə şəxslər bəndələrin seçilmişləridir. Əziz peyğəmbərimiz belə şəxslərin barəsində buyurmuşdur: "Oruc tutan şəxs yuxuda olsa belə, Allaha ibadət etmiş kimi sayılar; bu şərtlə ki, müsəlman qardaşının arxasınca qeybət etməsin".

Nəhayət, bundan da üstün olan elə şəxslər var ki, nəinki bədənlərini, hətta qəlblərini də oruca tabe etmişlər. Onlar nəinki yeyib-içmir, günah etmirlər, hətta bu barədə düşünməyi belə özlərinə rəva bilmirlər. Belə şəxslər öz qəlblərini Allahdan savayı hər şeydən təmizləmişlər. Bunlar bəndələrin seçilmişləri içindən seçilmişlərdir. Bunlar həqiqət mərhələsinə yetişmiş övliya ariflərdir.

Həzrət Əli (ə) bu üç dəstənin ibadətini bir-birindən fərqləndirərək, onlara belə qiymət verir: "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür". Mömin şəxsin tutduğu oruc Allah yanında elə əzizdir ki, onu layiqincə qiymətləndirəcəyini vəd etmişdir: "Oruc mənim üçün tutulur, onun mükafatını özüm verəcəyəm".

Gəlin, Ramazan ayında elə oruc tutaq ki, öz bəndəsindən layiqli ibadət gözləyən Allahın hüzurunda xəcalətli qalmayaq. Elə oruc tutaq ki, mükafatını Allahdan tələb etməyə haqqımız olsun.

islam.az
Natiq RƏHİMOV

 

Go Back

Gözəl ünsiyyət insanları yaxınlaşdırır

İnsanlar arasındakı ən uzaq məsafə, o insanlar arasındakı ünsiyyət çatışmazlığından irəli gəlir. Ünsiyyətdə olan anlaşmazlıqlar nəticəsində çox zaman mübahisələr qaçınılmaz olur.


Qarşıdakının fikrini səhv başa düşmək, böyük mübahisələr, hətta şiddət istifadə olunan davalara qədər bir çox problemlərin kökündə yatan ən boyük təsiredicidir ünsiyyət çatışmazlığı. Bəs ünsiyyətin yüksək səviyyədə olması üçün nələr etməliyik?


1. Qarşınızdakı insanla empati qurun. Bu, normal ünsiyyətdə istifadə olunan ən vacib texnikalardan biridir. Qarşınızdakının yerində siz olsaydınız görəsən nə edərdiniz? Bu cür düşünərək onu anlaya bilərsiniz. Ona qarşı olan münasibəti tamamilə sizə göstərsəydilər özünüzü necə hiss edərdiniz?
2. Səhv başa düşülə bilən sözləri istifadə etməkdən qaçınınn. Söylədiyiniz hər bir sözün yayından çıxan bir ox olduğunu unutmayın. Yayını tətk edən ox geri qayıda bilməyəcəyi kimi ağizdan çıxan sözü də geri götürmək çox çətindir. Danışan zaman 2 dəfə düşünüb bir dəfə danışmaq lazımdır.
3. Jest və mimikalardan istifadə etməyi unutmayın. Yerində və düzgün zamanda istifadə olunan bədən dili, qarşı tərəfə sözlərinizdən daha çox təsir göstərə bilər. Ümumiyyətlə, bədən dilinin danışıqlara 55% təsir göstərdiyi hesab olunur.
4. Diqqətlə dinlədiyinizi duruşunuzla və duyğularınızla bəlli edin. Qarşılıqlı münasibətlərdə yol verilən ən böyük səhvlərdən biri özünü dinləyirmiş kimi göstərməkdir. Bu yanlışa görə insanlar arasındakı ünsiyyət bağı möhkəm zərər görür. Çünki qarşı tərəfin sizə olan güvəni azalır, bu isə heç də yaxşı bir hal hesab olunmur. Dinləyən zaman müsahibinizin gözlərinə baxın və onu dinlədiyinizi hərəkətlərinizlə hiss etdirin.
Gözəl ünsiyyət üçün əsas məqamları bu şəkildə ümumiləşdirə bilərik. Təbii ki, ünsiyyətdəki keyfiyyət yalnız bu dörd nöqtədən ibarət deyil. Amma bu da unudulmamalıdır ki, əgər bu dörd nöqtəyə diqqət etsəniz ünsiyyətdə olduğunuz insanlarla münasibətlərinizin daha da yaxşılaşdığını hiss edəcəksiniz. Ona görə də ən azından bu dörd nöqtə ilə başlaya bilərsiniz. Hər kəsə keyfiyyətli ünsiyyət dolu gözəl günlər arzu edirəm.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu Ceyran Həsənli

 

Go Back

Bütün dünya vaz keç deyəndə

- Həyat heyrətamiz bir şeydir. Udmaq üçün bütün kartlar sənin əlində olanda, o, səninlə şahmat oynamağa başlayır...
Jan Reno

- Bütün dünya vaz keç deyəndə, ümid qulağına pıçıldayır: “Bir də yoxla”.

- Qorxu - bədbəxtlik gözlənişidir. Qorxuya aiddir: dəhşət, cəsarətsizlik, utancaqlıq, sarsıntı, hürkü. Dəhşət - adamın əzalarını qurudan qorxudur. Utancaqlıq - rüsvay olmaq qorxusudur. Cəsarətsizlik - əməli, hərəkəti həyata keçirmək qorxusudur. Sarsıntı - vərdiş etmədiyin təsəvvürdən yaranan qorxudur. Hürkü - dilin tutulduğu qorxudur. Əzablar - məchulluq qarşısındakı qorxudur.

- Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik.

Şeyx Ədabali

- Həyat güldür, sevgi onun şərbəti

Viktor Hüqo

 

Cənnətdə iki mələk vardı. Onlardan biri daim dincəlirdi, o birisi yerlə göy arasında uçurdu. Dincələn mələk o birisindən soruşdu:

- Sən nə üçün yerlə göy arasında qalmısan? Elə hey ora-bura uçursan?

- Mən "Allahım,yardım et" sözləri ilə başlanan namələri Allaha çatdırıram. Bəs sən niyə həmişə dincəlirsən?

- Mən "Allahım, sənə təşəkkür edirəm" sözləri ilə başlanan namələri çatdırmalıyam...

 

 

 

 

Go Back

Həqiqətən sevən ürəkdə ya qısqanclıq məhəbbəti, ya da məhəbbət qısqanclığı öldürür

1. Öz yerini bilməyən şəxs ləyaqət hissindən daha çox məhrumdur.

2. Ağıl istədiyinə nail ola bildiyi üçün ağıldır.

3. Yazıçının ən böyük bacarığı - qaralamağı bacarmasıdır.

4. Gülüş hər şeydən əvvəl səmimiyyəti sevir.

5. Gücün təhqirə ehtiyacı yoxdur.

6. Ağıllı adam odur ki, dediyini nəticəsini əvvəlcədən görür.

7. İnsan hər bir şeyə alışan bir məxluqdur.

8. İstedatsız yazıçı ağsaq əsgər kimidir.

9. Həqiqətən sevən ürəkdə ya qısqanclıq məhəbbəti, ya da məhəbbət qısqanclığı öldürür.

10. Hər cür sevgi keçib gedəndir. Yalnız həyat tərzləri uyğun olmayan əlaqələr unudulmur.

11. Borclardan və vəzifələrdən qaçaraq hüquqlarını tələb edən insan insanlıqdan kənardır.

12. Xoşbəxtlik xoşbəxt olmaq demək deyil, onu əldə etməkdir.

13. Fikri ifadə tərzi çox əhəmiyyətlidir: axı, ifadə tərzi üst geyimdirsə, fikir - bu geyimə bürünən bədəndir.

14. Zarafatı, bənzətməni, istehzanı başa düşməmək pis əlamətdir.

15. Əsl həqiqət həmişə düzə oxşamır. Odur ki, onu həqiqətə bənzər etmək üçün bir qədər yalan qatmaq lazımdır.

16. Elə anlar olur ki, insanlar cinayəti alqışlayırlar.

 

Fyodor Mixayloviç Dostoyevski  (legend.az)

 

Go Back

Qadın haqqında aforizmlər

Qadını Allah bəzəmişdir. Allahın bəzədiyindən necə qaçmaq olar?

(Mövlanə Cəlaləddin Rumi)

Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalıŞır, qocalanda isə təsəlli verir.

(Avreli Avqustin)

Qadın gülürsə, bu işsiz mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

(Hüseyn Cavid)

Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub. (Onore de Balzak)
Qadınsız ev məzar kimidir.

(Onore de Balzak)

Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.

(Onore de Balzak)

Qadın-həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.
(Vissarion Qriqoryeviç Belinski)

Ağıllı qadın ərini xoşbəxt, ağılsızı isə bədbəxt edir.
(Trinstan Bernard)

Qadınlar qorxanda daha təhlükəli olurlar.
(Robert Berns)

Qadın hər şeyi fitrətən bilir, kiŞi kitablardan öyrənir.
(Siddhartha Qautama Budda)

Qadınların ən güclü silahı zəiflikdir.
(İvan Alekseyeviç Bunin)

Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur.
(Giyom de Buşe)

Sevən qadının fədakarlığı ölçüyə gəlmir.
(Alfons Dode)

Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir.
(Corc Eliot)

Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir.

(Ralf Emerson)

Qadının hökm etdiyi yerlərdə iŞdən çox, istəklər vacibdir.
(Esxil)

Qadının ən böyük cavahiratı onun namusudur.
(Anatol Frans)

Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır.
(Anatol Frans)

Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir.
(Anatol Frans)

Gözəl,lakin sevgi hissi doğurmayan qadınlar ətirsiz gözəl çiçəklərə bənziyirlər.
(Edvard Hant)

Qadın evi şam kimi işıqlandırır.
(Alferd Hausman)

Qadınlar onları dinləməyi bacaran kiŞini varlı kişidən üstün tuturlar.
(Corc Herbetr)

Qadını Allah gözəl yaradır, şeytan isə onu sevdirir.
(Viktor Mari Hüqo)

Hər hansı bir hiylə qadın hiyləsi ilə müqayisədə heç nədir.
(İncil)

Qadın hökmdarlıq edir, amma idarə etmir.
(Delfina Jirarden)

Qadının bişirdiyi yeməyi tərifləsən, onu xoşbəxt etmiş olarsan.
(Deyl Karnegi)

Qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır.
(Konfutsi)

Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş.
(Alfons Karr)

Qadınların düŞündüyünü, adətən, kişilər həyata keçirirlər.
(Konfutsi)

Qadın kitaba bənzəyir:onu sevərək və diqqətlə oxumaq lazımdır.
(Naməlum)

Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər.

(Jan Labrüer)

Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilər dostluqda daha möhkəmdirlər.
(Jan Labrüer)

Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.
(Jan Lafonten)

Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır.
(14cü Lüdovik)

Qadın qaşqabaqlı çöhrələri güldürən, yaşlı sifətləri gəncləşdirən güzgüyə bənzəyir.
(Naməlum)

Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır.
(Con Lokk)

Qadınların ən yaxşısı ərini xoşbəxt edən qadındır.
(Tomas Navarro)

Qadın kobudluğu, nifrəti, ikrahı bağışlayır, lakin iztehzanı heç vaxt unutmur.
(Etyen Rey)

Qadının ən böyük düşməni səbirsizlikdir.
(Jan Pol İohann Poul Fridrix Rixter)

Qadının hər şeyi, hətta beyni də ürəkdən ibarətdir.
(Jan Pol İohann Poul Fridrix Rixter)

Qadınlar ağıllı, kişilər isə istedadlıdır. İstənilən bir qadınlar səylə, kiçilər isə düşünərək görürlər.
(Jan Jak Russo)

Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər.
(Migel de Servantes)

Qadın ömürdən şirin və ölümdən acıdır.
(Həzrəti Süleyman (ə) )

Mən qadınlarda zahiri gözəlliyi deyil, ruhun gözəlliyini axtarıram.
(Uilyam Şekspir)

Dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır.
(İohann Kristof Fridrix Şiller)

Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir.
(Mari Fransua Arue Volter)

Qadının zahiri gözəlliyi müvəqqəti, daxili gözəlliyi isə daimidir.
(Emil Zolya)

Qadınsız evdə hörümçək tor qurar.
(Azərbaycan atalar sözü)

Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç.
(Çin atalar sözü)

Qadın evin açarı kimidir, gərək onu itirməyəsən.
(Yapon atalar sözü)

Qadının çöhrəsi ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının necə olduğunu göstərir.
(Yuqoslav atalar sözü)

Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə,özünə həmsöhbət axtarır.
(Onore de Balzak)

Qadını idarə etməyi bacaran dövləti də idarə edər.
(Onore de Balzak)

Qadın insanın kölgəsi kimidir: Qovsanız-qaçar, qaçsanız-qovar.
(Nikola Sebastyan Şamfor)

Qadın elə bir mövzudur ki, onu nə qədər incələsən də, hər zaman yenidir.
(Lev Nikolayeviç Tolstoy)

Qadının gözəlliyi uşağın əlindəki silahı kimidir:-həm onun özü, həm də ətrafdakılar üçün təhlükəlidir.
(Ərəb atalar sözü)

Ərinə itaət edən qadın xoşbəxt olar.
(Yunan Atalar sözü)

Kişi əfv edir və unudur, qadın yalnız əfv edir.
(Filip Jerfo)

Kişi geniş,qadın isə dərin düşünür. Kişi üçün dünya ürəkdir, qadın üçünsə ürək dünyadır.
(Kristian Ditrix Qrabbe)

Qızılı od ilə, qadını qızıl və kişini qadın ilə sınaqdan çıxarırlar.
(Litsi Anney Seneka)

Pis qadın kişinin gec-tez düşüb boğulacağı bataqlıqdır.
(Afrika atalar sözü)

 pcc.az

 

Go Back

Her insan ozler

Go Back

Səni buraxa bilmərəm

Go Back

Heç nəyə baxmayaraq səni...

Go Back

Sevgim

Go Back

Son 5 ilin 33 ən populyar adı

Milli.Az "Media forum" saytına istinadən son 5 ildə Azərbaycanda uşaqlara qoyulmuş ən populyar adların siyahısını təqdim edir. 

Ədliyyə Nazirliyinin rəsmi portalından götürülmüş siyahıda 2010-2014-cü illərdə ən azı 3 min dəfə qoyulmuş 33 ad yer alır:

Zəhra - 14668 uşaq

Yusif - 14465

Nuray - 12580

Fatimə - 11925

Əli - 11547

Hüseyn - 10647

Məhəmməd - 7442

Murad - 6915

Zeynəb - 6617

Ayan - 6607

Aylin - 6493

Ömər - 6269

Xədicə - 6235

Fidan - 5693

Leyla - 5113

Nihad - 5059

Kənan - 4913

Gülay - 4559

İbrahim - 4535

Nəzrin - 4441

Mədinə - 4415

Ayxan - 4397

Məryəm - 4255

Nərmin - 4207

Aysu - 4136

Fərid - 3871

Tunar - 3610

Mələk - 3451

İsmayıl - 3408

Həsən - 3292

Ramal - 3183

Aydan - 3178

Dəniz - 3004

 

Go Back

Sevgim

 

 

Go Back

Təsirli aforizmlər

 

* Qışqıran sükutlar var ki, onu yalnız Allah duyar...

* Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir.

* Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.

* İnsanlar sevilmək, əşyalar isə istifadə edilmək üçün yaradılıb. Amma mən bunun əksini görürəm. 

* Qadın öz ürəyinin açarını kiməsə verdikdən sonra səhərisi ürəyinin qıfılını dəyişir.

* Haqlısansa qorxma, haqq səni qoruyar.

* Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən qəlbidir.

* Ey könül, bir günah işləyərkən onun kiçikliyinə deyil, onu qadağan edənin böyüklüyünə bax ...

* Ağlayan adama heç zaman gülməyin, amma bəzən gülən adamlara ağlayın.

* Bu gün insanlar öz paltarlarından daha ucuzdular...

* Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmanlığını çəkir.

* Həyata bir pəncərədən baxma ki, günəş yerin dəyişəndə işıqsız qalmayasan...

* Qışqıran sükutlar var ki, onu yalnız Allah duyar...

* Müvəffəqiyyətlərimiz etdiyimiz pis hərəkətlərdən daha çox düşmən qazandırar...

* Ona qadın qüruru əzab verir, mənə kişi heysiyyəti...O, mənim məğlubiyyətimi gözləyirdi, mən də onun təslim olmasını...

* Təsadüfi təsadüflər olmur, yalnız təsadüfün illuziyası olur.

* İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.

* Sevmək, sevilməkdən yaxşıdır: bununla belə insanlar şöhrətpərəst olduqlarından özləri sevmək əvəzinə sevilməyi üstün tuturlar. Onlara görə sevimli olmaq hansısa üstünlük deməkdir.

* Ümid ən pis şeydir. Çünki işgəncəni uzadır.

* İnsan ruhunu etdiyi seçimlər müəyyənləşdirir.

* Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək.

* Əgər siz xoşbəxtlik tapmaq istəyirsinizsə,­ onda minnətdarlıq və ya nankorluq haqqında düşünməyin, özünüzü fədakarlıqdan irəli gələn daxili sevinc hissinə həsr edin.

* Sahili gözdən itirməyə cəsarət etmədikcə insan yeni okeanlar kəşf edə bilməz.

* Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrətə səbəb olmaq daha yaxşıdır.

* Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.

* Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən.

* Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin.

* Ürəklər insanlara xəyallarının arxasından getmək məcburiyyətində olduqlarını niyə söyləmirlər ?

 * Bütün qadınlar mələkdir əslində. Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər.Hamısı budur.

* Bir kişiylə xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.

* Yalan nə qədər böyüksə, inananı da o qədər çox olar.

* Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər.

* Şöhrət ölməz əməllərin ətridir.

* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. 

* Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır
.

Go Back

15 blog posts