Düşüncə Jurnalı

header photo

Şizofreniya xəstələrinin psixoloji xüsusiyyətləri

 

E.Kretchmer zamanlarından şizofreniyanı şəxsin ən səciyyəvi hallarda introvertliklə, abstrakt düşüncəyə meyilliklə,emosional soyuqluqla və bu və ya digər üstünlük təşkil edən səylər və həvəslərin həyata keçirilməsinə  mübtəalıqla birlikdə hisslərin göstərilməsində təmkinliklə səciyyələnən şizoid xarakteri ilə əlaqələndirirdilər. Şizofreniyanın gedişatının müxtəlif formalarını öyrənərək psixiatrlar xəstəliklərin premorbidinin xəstəliyin müxtəlif kliniki formalarında çox müxtəlif olduğu aşkar edilmiş xeyli ümumiləşdirilmiş xarakteristikalarından uzaqlaşmışlar.

 Şizofreniya xəstələrinin xəstəlikdən əvvəlki şəxsi xüsusiyyətlərinin 7 növü var:

1)emosional sahədə yetişməmə və xəyalpərəstlik və fantaziyalara meyllilik xüsusiyyətlərinə malik hipertim şəxsiyyətlər,2)stenik şizoidlər,3)sensitiv şizoidlər,4)dissosiasiya edilmiş və ya mozaik şizoidlər 5)tez əsəbləşən şəxslər,6)”nümunəvi”şəxslər,defisitar şəxslər

  Hipertim tipli şəxsin premorbid xarakteri şizofreniyanın tutmayaoxşar  forması olan xəstələrdə təsvir edilib. Stenik şizoidlərə onun müxtəlif formalarında rast gəlinir. Sensitiv şizoidlər şizofreniyanın tutmaya oxşar formalarında,həm də bu xəstəliyin ləng gedişatında təsvir edilib.

  Dissosiasiya edilmiş şizoidlər tipli şəxsin xarakteri ləng gedişatlı şizofreniyaya xasdır. Tez əsəbləşən tipli şəxslərə xəstəliyin müxtəlif formalarında rast gəlinir.”Nümunəvi”və defisitar şəxslərin növləri bəd xassəli gənc şizofreniyası formaları üçün xüsusilə səciyyəvidir.

  Şizofreniya xəstələrinin psixologiyaya marağı bu xəstəlik zamanı psixi pozuntuların özünəməxsusluğu, xüsusilədə idrak proseslərinin qeyri adiliyi və paradoksallığı ilə fərqlənir. Əksər müəlliflər diqqəti xəstələrin yalnız idrak deyil,həm də bütün psixi fəaliyyət və davranışını səciyyələndirən  dissosiasiyanın xüsusi formasına yönəldir.Belə ki,şizofreniya xəstələri intellektual fəaliyyətin mürəkkəb növlərini yerinə yetirə bilərlər, lakin sadə məsələlərin həllində adətən çətinliklərlə rastlaşırlar.Həmçinin onların hərəkət üsulları, meyillikləri və həvəsləri də çox vaxt paradoksal olur.

  Psixoloji tədqiqatlar göstərmişdir ki,şizofreniya zamanı idrak fəaliyyətinin pozuntuları fəaliyyətin birbaşa duyğu əksindən,əyani qavrayışdan başlayaraq,onun bütün səviyyələrindən baş verir.Ətraf dünyanın müxtəlif xüsusiyyətləri sağlam insanlarla müqayisədə xəstələrdə bir qədər fərqli olur.Onlar diqqətlərini fərqli şəkildə “cəmləyirlər”, bu isə qavrama prosesinin effetivliyin və “faydalılığınının”azalmasına gətirir.Lakin bu zaman obrazın qavranılmasının “perseptiv dəqiqliyinin”artırəlması qeyd edilir.

Məqalə müəllifi:Nigar Qasımova(Narınc Könüllü qrupunun üzvü)

Azərbaycan Dövlət Pedaqoji Universiteti,"Məktəbəqədər təhsil,psixoloji xidmət, korreksiyaedici təlim fakültəsi",4-cü kurs

Go Back

Sorğu göndər