Düşüncə Jurnalı

header photo

AĞLAMAĞIMIZIN SƏBƏBİ NƏDİR?

Hamımız doğular doğulmaz ağladıq. Bəzən süd vəzisi istədiyimiz zamanlarda gəlmədi, yenə ağladıq. Anamız-atamız bizdən bir az uzaqlaşanda, geri qayıtmayacaqlarını zənn edib ağladıq. Uşaqkən dəfələrlə yıxıldıq ağladıq. İstədiyimiz müvəffəqiyyəti əldə edə bilməyincə, biri canımızı yandırdığında, ürəyimiz qırıldığında, bizə və ya sevdiyimiz birinə bir şey olacaq deyə qorxduğumuzda, sevdiyimiz canlıları itirdiyimizdə ağladıq və ağlayırıq. Yaxşı ağlamalarımız arasında fərq var mı? Ağlamağın altında yatan dinamiklər nələrdir? Niyə ağlayırıq?

 

Psixologiya professoru  Provine'e görə ağlamaq lazım olduğu qədər əhəmiyyət verilməyən və hətta pis bir davranış olaraq təyin oluna bilən lakin daxili dünyada baş verənlər haqqında dərin məlumatlar verən bir davranışdır. Provine ağlamağın altında yatan səbəblərin yaşa görə dəyişdiyini ifadə edir:

 

 "Yetkinlikdə ağlamalar seyrəkləşir və daha sakit bir hal alır; hıçqıra-hıçqıra və iç çəkərək ağlamaq yerinə əksəriyyətlə yalnız gözyaşı tökürlər və yetkinlikdə  göz yaşlarına səbəb olan zədə fiziki olmaqdan çox romantikdir. Buna qarşı, niyyətli və ya niyətsiz, fiziki və ya emosional səbəbli, yetkin və ya uşaq olaraq ağlamağın mənası eynidir: "Köməyə ehtiyacım var". Paradoksal şəkildə, kömək çağırışı olan yetkin ağlamaları daha səssiz və məhrəmi; ümumiyyətlə evdə və xüsusi birinin iştirakı  ilə reallaşır. Özünü dayandırma sisteminin inkişafı yetkinlərə harada və nə zaman ağlayacağına qərar vermə şansı təqdim edir. " Provine'e görə ağlamaq və gülmək bir-birini tamamlayan davranışlardır. Buna  görə Provine, bizi -Ağlama fiziologiyasını daha yaxşı anlamaq üçün- ağlamanı və gülməyi birlikdə düşünməyə dəvət edir:

 

"Araşdırmaçılar tipik bir ağlama və ya gülmənin olub olmadığını müzakirə edir, ancaq mən ağlama və gülmə səsləri arasındakı kəskin fərqi bilmənin, bu davranışları analiz etməyə çatacaq məlumatı təmin etdiyini düşünürəm. Ağlamaq uzun, davamlı, səsli və saniyədə bir sıxlıqla nəfəs alverinə səbəb olan bir davranışdır. Bir körpənin 'ıngaaa'sını düşünək. Ağlayışlar  saniyədə bir sıxlıqla təkrarlanır, bu müddət bir nəfəs alma-vermə dövrünün müddətidir. Buna qarşı, gülmək uzun davamlı olmayan, ümumiyyətlə səsin çölə verildiyi ( 'hahaha' kimi) bir davranışdır, hər hecanın deyilməsi saniyənin on beşdə biri qədər davam edir və saniyənin beşdə biri müddətdə bir təkrarlayar. "

 

Ardınca ağlama ilə gülmənin maraqlı bir ortaq xüsusiyyəti olan iradə xarici sıx şəkildə istifadə edilməsini (perseverasyon) açıqlayır:

 

 

"İki davranış üçün də bir bağlama düyməsi yoxdur.. Çox vaxt ağlamaq daha çox ağlamağa səbəb olur. Eyni şəkildə gülmək də daha çox gülməyə səbəb olur. Məsələn, komediya klublarında ana nümayişdən əvvəl tamaşaçıları alışdırmaq üçün başqa komediya nümayişləri təqdim edirlər, bir müddət sonra o qədər də komik olmamasına baxmayaraq idarəsizcə güldüğünüzü fərq edirsiniz. İşin özü, istəkli nəzarət yalnız ağlamanı və ya gülməyi başlamazdan və bitirmək görülür deyə bilərik. "

Provine son olaraq, romantik gözyaşlarının funksiyasını sorğulayır. Əgər hıçqıraraq ağlamaq kömək çağırışına çevrilibsə səssizcə tökülən göz yaşlarının təkamül keçirməsinin səbəbi nədir? Kiməsə görə, səssizcə tökülən gözyaşları bədənin antiseptiği olan və gözü təmizləyən lizozim maddəsi daxildir. Romantik olmayan qabaqlayıcı gözyaşlarının gözlərdəki bir zədəni, fiziki agresiya  yaradan düşmənlərin dayandırılmasını və ya qəbilə üzvlərinin qorunması lazım olduğunu göstərən bir siqnal olduğu söylənir.

 

 

TƏRCÜMƏ ETDİ-Narınc uşaq psixologiya mərkəzinin Könüllü qrupunun üzvü-Əhmədova Samirə

 

Go Back

Sorğu göndər