Düşüncə Jurnalı

header photo

Nəqliyyat vasitələrində olarkən yaranan ürək bulanma və qusma refleksi

El arasında “Maşın məni tutur” olaraq bilinən bir ifadə vardır.Statistik məlumatlara əsasən dünya əhalisinin təxminən 25-30% bu problemdən əziyyət çəkir.Bu problem əsasən maşında,avtobusda,qatarda bəzənsə təyyarədə səyahət edərkən qarşıya çıxır.Ürək bulanma,qusma,baş gicəllənmə kimi əlamətlərlə özünü biruzə verir.Xüsusilə nəqliyyat vasitələrində kitab oxuyarkən,telefona və.s baxarkən daha da şiddətlənir.Bu problemdən əziyyət çəkmə dərəcəsi insandan asılı olaraq dəyişə bilər.Məsələn yola çıxmazdan əvvəl qəbul edilən qida,insanın sinir sitemi,genomu buna təsir edir.

Bəs səbəbləri nədir?-Bildiyimiz kimi bədən tarazlığının saxlanılması üçün gözlər və daxili qulaqdan Mərkəzi Sinir Sisteminə müəyyən siqnallar göndərilir.Bu siqnallar beyinə insanın hərəkət halındamı yoxsa durğun vəziyyətimi olması haqqında məlumat verir.Məhz bu prosesdə olan uyğunsuzluq nəticəsində  Mərkəzi Sinir Sistemi  beyinə səhv məlumatlar ötürür.Yəni beyinə bədənin hərəkət etdiyi siqnalı ötürülsə də göz bunu təsdiqləmir.Eləcə də Vestibulyar aparat başın hərəkətliliyində rol oynadığından zəif olduqda başın sabit saxlama problemi yaranır.Bir çox insana bu problem genetik kodlarla ötürülür.Məsələn anada bu problem varsa gələcək övladları da bu problemlə qarşılaşırlar.

Əsas əlamət aşağıdakılardır:

-Mədə bulantısı

-Baş gicəllənmə

-Qusma refleksi

-Görmənin toranlaşması

-Nəbizin artması

-Stress

Bəs bu problemin qarşısını qismən də olsa necə almaq olar?

Praktik olaraq qarşılaşdığım “doğru bilinən”əslində isə tamamilə yanlış olan 1 yanaşma.”Ac qarına çıxsan ürəyin bulanmayacaq”,”Yemək yemə,qaytaracaqsan” vəs.Əslində isə yola çıxmazdan əvvəl mütləq yüngül bir şeylər qəbul olunmalıdır.Çünki mədə boş olduqda ürək bulanma daha artır.Yolda olarkən isə ürək bulanmanın qarşısın almaq üçün duzlu krekerlər,cipslər,duzlu peçenyelər və bu kimi atıştırmalıqlar qəbul olunarsa vəziyyət daha sabit olar.Maye qəbulunə gəldikdə isə yol boyu adi su içilməsi ürək bulanma,qaytarma hallarını daha da artırır.Bunun əvəzinə albalı şirəsi,portağal şirəsə və.s bu kimi bulantı,mədədə turşluq yaratmaq mayelərin qəbulu məqsədə uyğundur.Amma istənilən alda bu üsullar hər insanda fərqli ola bilər.Məsələn bəziləri bunun qarşısını hər hansı nanəli saqqız çeynəməklə alırlar.

Bu problemin aradan qaldırılmasında Meditasiya,Yoqa kimi vasitələrdən də istifadə olunur.Nəzərə alsaq ki,problemin əsasını bədən və göz tarazlığındaki disharmoniya təşkil edir,o zaman yuxarıda adını qeyd etdiyim vasitələr ideal seçim ola bilər.Yola çıxmazda 1 gün əvvəl,uzun səyahətlər zamanı isə 1 həftə əvvəl Meditasiya və ya Yoqa ilə məşğul olmaq məsləhət bilinir.

Son çarə olaraq isə müəyyən təyinatlı dərman preparatlarıdır.

                                    Nuray Lətifzadə

 

Go Back

Sorğu göndər