Düşüncə Jurnalı

header photo

Televizor asılılığı uşaqlara necə təsir göstərir?

Uşaqların çöldə oyun oynaması üçün məkanın olmaması televizor asılılığını artırır.Televizor məsələsində ana və ataların diqqətli olması uşaqların inkişafı baxımından çox vacibdir.

 Televizor asılılığı uşaqlara necə təsir göstərir və valideynlər nələrə diqqət etməlidirlər?

-0-3 yaş-Bu yaşlar uşaqların beyin inkişafının ən kritik olduğu vaxtdır.Uşaqların beyin inkişafının böyük bir hissəsi bu yaşlarda tamamlanır.Uşaqlar,xüsusilə,2 və 3 yaş arasında ətraf aləmi kəşf edərək,yaşlılarla ünsiyyət quraraq inkişaf edirlər.Digər tərəfdən,televizor passiv bir fəaliyyətdir.Bu dövrdə uzun saatlar televizor izləyən uşaqların inkişafında gerilik müşahidə olunur.Bu məqsədlə,uşaqlar 0-3 yaşa qədər televizordan uzaq tutulmalı,3 yaşdan sonra isə öyrədici olmayan verlişlərin izlənilməsinə icazə verilməməlidir.

-3-6 yaş-Bu dövrdə uşaq mümkün olduğu qədər televizor qarşısında az vaxt keçirməli,qısa seanslar şəklində televizor izlənməlidir.Məsələn,uşaqlar aralıqsız 30 dəqiqə televizor izləmək yerinə 15 dəqiqə izləyib,1-2 saat fasilə verdikdən sonra 15 dəqiqə daha izləyə bilərlər.Uşaqların saatlarca televizor izləməsi onların beyin funksiyalarına mənfi təsir göstərə bilər.

-Kiçik yaşlı uşaqların izlədiyi cizgi filmlərinin süjetinə diqqət edilməli,şiddət olan filmlər izlədilməməlidir.Uzun saatlar televizor izləmək məktəb qabağı dövrdə uşaqların psixologiyasına mənfi təsir göstərə bilər.Uşaqlar izlədikləri hər şeyi təqlid etmək istəyirlər.Məsələn,superman kimi uçmaq istəyə bilərlər.Çünki uşaqlar bu dövrdə real və xəyalı ayırd edə bilmirlər.Ən zərərsiz cizgi film belə olsa uşaqların davamlı izləməsi doğru deyildir.

-Uşaqların yaşına uyğun cizgi film belə olsa, asılılıq yaranmasına icazə verilməməlidir.Xüsusilə,Pepee,Caillou kimi zərərsiz görünən cizgi filmlərinində mənfi tərəflərinin ola biləcəyini unutmaq olmaz.

-6-12 yaş-Bu yaşda uşaqların dostları ilə çöldə oyunlar oynamağa,hərəkət etməyə,idman etməyə ehtiyacı vardır.Uşaqlarda artan obezitenin ən böyük səbəbi uzun saatlar hərəkət etmək yerinə televizor qarşısında zərərli qidalar yeməkdir.

Uşaqların izlədikləri onlara böyük təsir göstərir.Xüsusilə,bu yaşlarda uşaqlar bəzi kinolara pərəstiş edib,güc,savaş,silah,öldürmə kimi formatlı kino qəhrəmanlarını təqlid edirlər.Son illərdə aparılan araşdırmalara görə,məktəblərdə şiddət səviyyəsinin uşaqların televizorda izlədikləri şiddət temalı filmlərlə bağlı olduğu ortaya çıxmışdır.Bu yaşda uşaqların film,serial pərəstişkarlığının qarşısı alınmalı,sosiallaşa biləcəyi fəaliyyətlərə cəlb olunmalıdır.

-Uşağınız hansı yaşda olursa olsun televizor izləmək yerinə çöldə oynanan oyunlara yönləndirin.Uşağınızın dostları ilə birlikdə vaxt keçirməsi üçün fürsətlər yaradın.

-12 yaş və yeniyetməlik dövrü-Bu dövrdə uşaqlara sərhəd qoyulmadıqda  televizorda nə izləyəcəyinə,nə qədər müddət izləyəcəyinə qarışdığınız zaman bu yeniyetməlik dövründə kritik olan münasibətinizə mənfi təsir göstərə bilər.Buna görə də,ana və atalar uşaqların televizor izləməsi məsələsinə daha erkən yaşlardan diqqətli olmalıdır.

Uşaqlarınızı mümkün olduğu qədər televizordan uzaq tutub,digər fəaliyyət növlərinə istiqamətləndirməniz arzusuyla...

Tərcümə etdi:Nəzrin Kərimli (Narınc Könüllü qrupunun üzvü)

Bakı Dövlət Universiteti, "Sosial elmlər və Psixologiya" fakültəsi, 2-ci kurs

Go Back

Sorğu göndər