Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Düşünən Qələm"

ŞİZOFREN olmaq gərəkdir bəzən - HEKAYƏ

 

Gözləri qara pərdə ilə örtülən Babək həyatının da birdəfəlik qaranlığa qərq olacağını zənn etmişdi. Onun bəxti bu dəfə də gətirmiş oldu. Əgər demək olarsa, gətirdi. Bəlkə də, bu cür final daha yaxşı olardı onun üçün, ancaq ömrünün süjeti bu cür inkişaf etdi. “...kəndin ətrafında keçirdiyimiz çətin günlər hər an gözümün önündədir.Yuxular mənim üçün dözülməz əzab və iztirab olub. Əslində özümün hər kəsdən daha istedadlı, daha bacarıqlı hesab edirəm. Amma döyüş günlərinin vurduğu sağalmaz yaralar məni cəmiyyətin şikəstinə çevirmişdi. Hər gün nələrəsə cəhd etmək, nələrəsə nail olmaq və əslində illər əvvəl düşmənlə üz-üzə vuruşarkən sərf etdiyim güc və qətiyyətimi indi də ətrafımdakı insanlara, cəmiyyətə qarşı yönəltmək məcburiyyətindəyəm. Hər saat, hər an daxili mübarizə kimidir. Sənin fikrini düzgün başa düşməyənlər, ciddiyə almayan və təcrid edən toplumun  içində yaşamaqdan zor nə ola bilər?” “Bəzən evdə olanda anamın mənim köhnə şəkillərimə baxdığını və ötən illərdə qazandığım diplom və fəxri fərmanlarıma baxaraq necə ağladığının şahidi oluram. Doğrusu, ilk dövrlərdə bunu heç cür ağlıma sığdıra bilmirdim. Axı, niyə? Mən ki, həmin Babəkəm...” Ancaq o, həmin Babək deyildi.“Mənim ən nifrət etdiyim bilirsiniz nədir? İnsanların məni yola verməsi. Onlar məni anlamaq belə istəmirlər. Üç il öncə anam məni hansısa şirkətə aparmışdı. Şirkət onun tanışlarından birinə məxsus idi. Anam mənim qayğıma qalır, istəyir ki, özümü hər kəsdən biri kimi hiss edim. Bu da onun məni işə düzəltmək üçün növbəti cəhdi idi. Reklam şirkətinin başçısı məni qarşıladı və səliqəli otaqlardan birinə apardı. Orada bir gənc xanım var idi. İlk görüşdən mənim o insana qarşı müsbət fikirlərim yaranmışdı. Bir neçə gün idi artıq. Amma mən yalnız tapşırılan xırda işləri yerinə yetirməkdan başqa heç nə etmirdim” “Xeyli müddətdir ki, anamın tanışı gözümə dəymirdi. Axı, ola bilməz ki, o mənim yazılarımı oxusun və bir dəfə də olsun mənə təşəkkür etmək və ya sadəcə halımı öyrənmək üçün otağımıza baş çəkməsin. Bu məndə narahatlıq doğururdu. Bu qədər çalış, çalış, amma müdirin bir xoş sözünü də eşitmə. Ola bilməz! Gedib mütləq nəsə öyrənəcəm. Hə, gedib deyəcəm ki, mən sizə bu qədər yazı vermişəm. Siz isə qımıllanmırsınız. Necə adamsınız siz?” Birdən uzaqdan yüksək adam səsləri eşidilməyə başladı. Xatırələr fırtınasından ayılan Babək yolunu dəyişərək, səs gələn istiqamətə doğru addımladı. Artıq milis bölməsində Qırmızı, bazarın yanında toplaşanların əslində etirazçı, plakatda yazılanların isə sökülməsi haqqında qərar verilmiş heyvanlar sığınacağının qorunması çağırışları olduğunu öyrəndi. Səhər oyananda Babək, bu məsələni həll edəcəyinə qərar verdi. Blokda qarşısına çıxan qonşusu, 60 yaşlı Əhməd dayıya planını danışan gənc, qarşı tərəfin gülüşünə zəmin yaratdı. -Ay oğlum, sən bilirsənmi o otel kimindir? Bilirsənmi kim tikdirir onu? Ora heç BMT-nin katibi qarışsa belə, mənasızdır. Get, get, ağıllı işlərlə məşğul ol mənim balam... -Kimdir axı o? Qoy, Kim olur olsun. Bir canı məhv etmək hüququnu ona kim verib? Yoxsa ki, Uca Tanrıdan da yüksəkdir o? BMT? Mən BMT-nin katibini də qarışdıraram bu məsələyə. Ancaq o sığınacaq yenidən tikiləcək, görərsən! Arxadan gülüş səsləri eşidildi. “Mən nə etdiyimi bilmirəm. Haralara müraciət etmədim, başçıya məktub yazdım. Nələrə əl atmadın? Ancaq hamısı mənasızdır. Niyə insanlar bu qədər laqeyd olublar. Bəyəm heyvanlar canlı deyillərmi?” Babək yazdığı ssenarilən aqibətini öyrənmək üçün baş müdirin kabinetinə getməyi qərarlaşdırdı. Koridorda onu binan işçisi, zibilləri daşıyan oğlan qarşıladı. -Oo, Babək, necəsən? Eşitdim BMT-nin katibinə müraciət edirsən. Ahaha. İmkan olsa, mənim yerimə də bir ağız aç. Bezmişəm vallah zibil daşımaqdan. Babək onun üzə nə belə baxmadı, çünki daşıdığı arabanın içində yalnız onların otağında olan açıq mavi rəngli kağızları gördü. O dərhal bütün zibil arabasını yerə tökdü. -Nə edirsən, ey dəli? Mühafizə, kömək edin!!, - deyə zibil daşıyan qışqırdı.Qırmızı, əyilərək çoxlu sayda vərəqlərə bir-bir baxmağa başladı. “Gözlərimə inanmırdım. Bu mənim yazdığın mətnlər idi. Zibillərə qarışmış halda. Özümdən çıxdım. Sanki üzümə sillə vurmuşdular. Vaxt itirmədən, kağızların bir neçəsini əli götürərək müdirin otağına yollandım. Ondan sonra nələrin baş verdiyi yadımda deyildi” Ertəsi gün məhkəməyə təqdim olunan arayış əsasında o, azadlığa buraxıldı. Qanunvericiliyə görə, şizofreniya xəstələrini cinayət məsuliyyətinə cəlb etmək mümkün deyildi. Babək evə qayıtdı. Artıq o işsiz idi. Həmin gün anası ilər bir kəlimə belə kəsmədi. Onun düşündüyü yalnız Nigar və yarımçıq qalmış işi idi. “Mən həqiqətən də bu həyatda lazımsız birisiyəm. Mənim bu dünyada yaşamağa haqqım yoxdur. Əl atdığım işi ancaq korlamağı bacarıram. Axı, kimə lazım idi mənim yazılarım? Kimə? Mən bunu özüm anlamalı idim. Nigar məni çox istədiyi üçün xətrimə dəymək istəmirdi və ssenarilərimi tərifləyirdi. Mən başa düşmürdüm bunları.”Babəkin şəkli getdiyi bütün idarələrdəki kameralar tərəfindən çəkilmişdi və elə həmin fotolar oteli tikdirəm biznesmenin adamlarına verilmişdi. Onlardan ikisi  Babəkin də keçdiyi küçədə imişlər və onu görər-görməz tələsik şəkildə ona hücum etdilər. Küçənin ortasında iki nəfər cavan oğlan tapança ilə Babəkin ürəyinə atəş açdılar -Nigar, BMT-dən ,deyəsən, cavab gəlib axı. Get öyrən... O, artıq, dünyadan getmişdi. Bəli, o həyatda yox idi. Bütün nağıllar və filmərdən fərqli olaraq, sonluq yaxşı olmadı. Ola da bilməzdi. Babəkin ölümündən sonra məlum oldu ki, BMT-dən məktub gəlib və bütün qanunsuzluq və özbaşınalıqlara son qoyulacaqdı. Hətta katib özü şəxsən ölkəyə gələrək, sığınacağı açılışında iştirak etdi. Babəkin adı Qırmızı Zanbaqlar küçəsinə verildi. Qırmızının yazdığı ssenarilər bir yerə toplandı və onlardan bəzilərinin əsasında filmlər ekranlaşdırıldı. Onun adı yaşayırdı, bu gün də yaşayır. Babək əslində heç nəyin qeyri-mümkün olmadığını isbat etmiş oldu. Kimlərəsə real görünməyən və sadəcə xülya kimi olanların mümkün olduğunu sübut etdi. İnsan hər şeyə rəğmən öz arzusu, məqsədi uğrunda hər şeyə hazır olmalıdır. Mücadilə aparmaq, sərhədləri aşmaq, bacaracağını göstərməkdir qəhrəmanlıq. Qoy sizə inanmasınlar, kinayə ilə yanaşaraq, ələ salsınlar, bu sizə daha da çox güc verməlidir. Çətin və keşməkeşli həyatda öz arzu şamının yanacağına ümin edərək yaşamaq, onun reallaşdırılması üçün gücün ortaya qoymaq, ŞİZOFREN olmaq gərəkdir. Hər bir insanın, bəzən, daxilindəki şizofreni oyatmağa ehtiyacı vardır. İçinizdəki şizofreni öldürməyin!

RƏŞİD MUSTAFAZADƏ , 19 yaş.

BDU Jurnalistika, III kurs, qrup 019.

 

 

 

Go Back

Saxta xəyanet

-Aysel.Aysel...-Uzaqlardan gələn müəllimənin səsi.

Səs onu düşüncələrdən ayırdı.Son zamanlar dərsdə tez-tez fikrə gedirdi.Elə hey bacısını düşünürdü.Bacısıyla həmişə yaxın olmusdular,amma Aynur universitetə qebul olandan sonra nə isə olmusdu sanki.Bacısı ondan uzaqlasmışdı.Əvvəllər bunu yeni mühit və aralarındakı məsafəylə əlaqələndirirdi,lakin sonra səbəbin bu olmadığını anladi.Di gəl ki,əsl problemi tapa bilmirdi. Bacısını çox istədiyi üçün bu uzaqlığa tab gətirmirdi,onsuzda vaxtsiz ölüm onları atalarından ayırmısdı.Bacısının həsrətinə dözə bilməyən Aysel axırda anasını Bakiya getmək ücün razı saldı.Bacısına zəng edib gələcəyini deyəndə onun sevinəcəyini ümid edirdi,lakin Aynur soyuq bir nida ilə: özün bil istəyirsən gəl,amma mənim çox  isim olur-dedi.

Uzun ve yorucu səyahətdən sonra nəhayətki anasinin ona verdiyi ünvana-Aynurun qaldığı yataqxanaya catdı.Onu bacısının otaq yoldasları  qarşılayıb,Aynurun evdə olmadığını  dedilər.Bacısı olmadığı müddətdə qızlarla söhbətləşdi.Sən demə Aynur heç onlarlada dostluq etmirmiş.Dediklərinə görə,bir rəfiqəsi varmış,bütün gününü rəfiqəsiyle kecirirmiş.

Nəhayət bir neçə saatdan sonra Aynur evə gəldi.Aylardir bacısının həsrətini çəkən Aysel bacısının boynuna sarıldı,lakin eyni istiliyi Aynurdan görmədi.Orda qaldığı müddətdə Aynur nəinki bacısıyla söhbət etməyə calışmır,hətta göz-gözə gəlməkdən belə çəkinirdi sanki.Aysel artıq belə getməyəcəyini anlayırdı,danışaraq nələr olduğunu öyrənmək istəyirdi.Qaldıqları otağın qapısını bağlayaraq,Aynura sərt bir şəkildə:ya mənimlə danışacaqsan ,ya da buradan heç birimiz cıxmayacağiq-dedi

Danışmağa razı imiş kimi görünən  Aynur dayanmadan əllərini ovuşdurur, sanki ilk dəfə görmüş kimi divardakı səklin çərçivəsinə baxırdı.Aysel bacısının önündə əyləşdi və sual dolu gözlərlə,heç bir söz demədən ona baxmağa başladı.

-Yaxşı danışaram,amma söz verki dediklərim ikimizin arasında qalacaq

.-Söz verirəm.Amma başdan danış görüm nə məsələdir.

-Mən Cavid adlı bir oğlanı     sevirem,amma bir əngəl var.Rəfiqəm Günel. Əslində mən Güneli çox istəyirəm,biz onunla mən buraya gələnden bir müddət sonra kitabxanada taniş olmuşuq.Həmin gündən də refiqəyik.Günelburadakı heç kəsə bənzəmir.Üzümə deməsələrdə  qrup yoldaşlarımın haqqımda kəndçi,geridəqalmış kimi ifadələr işlətdiklərini çox eşitmişəm.Günel isə mənimlə çox yaxşı davranır,çox tez-tez danışdıgımın ləhcənin çox şirin olduğunu deyir. Bir gün o məni sevgilisiyle, yəni Cavidlə tanış etdi. Caviddə onun kimi mehriban ve gülərüz idi.Artiq həmişə üçümüz gəzirdik. Gizlətməyə çalışsamda Caviddən xoşum gəlməyə başlamışdı. Bir gün hər şey tamamilə dəyişdi, mən kitabxanada olarkən Cavid gəldi və düz qarşımda oturdu.Biraz dərslərdən söhbət etdik mövzunun ortasında, heç gözləmədiyim halda Cavid məni sevdiyini dedi.Əslində mənimdə ondan xoşum gəlirdi,amma arada Günel var idi.Sanki ne düsüşdüyümü duyurmuş kimi Cavid: hələlik ona heçnə demərik- dedi.Ne qədər qəribə olsa da, biz sevgili olmuşduq.Günlər keçdikce yalanımız dahada böyüyür və mən onun ağırlığının altında əzilirəm.Mən Cavidi çox sevirəm,ondan imtina edə  bilmirəm.

Sözlerini bitirən Aynur ağlayaraq otağın küncünə sıxıldı.

Aysel eşitdiklərini garşısında donub galmışdı. Fikirləşdikcə dəli olurdu,Aynurun gözlərinin içinə baxaraq,özündə asılı olmadan qışqırdı:Necə belə bir şey edə bilərsən axı?! Cavidlə bir daha danışmamalısan,bu ki dəlilikdir.Araya uzun bir səssizlik çökdü,sükutu Ayselin çıxarkən çırpdığı qapının səsi pozdu.

Gecə düsmüsdü.Hamının yatmasına baxmayaraq Ayselə  beynindəki fikirler yuxuya getməyə  imkan vermirdi.Birdən pıçıltı eşitdi, elə bil kimsə danışırdı .Ayağa qalxaraq səs gələn tərəfə getdi.Danışan Aynur idi.Əvvel onun telefonla danışdığını düsünsədə,sonra dəhsətlə əlinde heç nə olmadığını fərqinə vardı."Aynur","Aynur" deyə səsləndi.Bacısı ona cavab verməyərək addımlayırdı.Axırda qorxa-qorxa ona yaxınlaşdı, qolundan tutdu.Aynur cığırmağa başladı :gedin hamınız gedin.Cavid məni gözləyir.Səsə qızlarda ayılmışdılar.Hamısı heyrətlə  Aynura baxırdılar.Aynur kimisə   qucaqlayacaqmıs kimi qollarını açaraq eyvana doğru gaçmağa başladı.Ən qorxulusu isə o idi ki,Aynur Cavidlə  danışırdı.Bu cür boşluğa doğru qaçmaqla Aynur eyvandan yıxıla bilərdi.Onu ölümdən bacısının bir saniyəlik soyuqqanlılıqla möhkəmdən tutması xilas etdi.Qızların köməyilə qışqıran,dəli kimi çırpınan Aynuru      otağa gətirdilər...

Hadisədən günlər keçmişdi.Aysel bacısının Şizofreniya adlı psixoloji        xəstəlikdən əziyyət çəkdiyini,Günel və Cavidi beynində canlandırdığını,əslində heç birinin var olmadığını  öyrənmişdi.Bundan sonra bacısını tək qoymayacaqdı.Psixoloqunda dediyi kimi bacısına kömək etməsi üçün güclü olmalı idi.

Xanım Hüseynova

Bakı Dövlət Universiteti.Sosial elmlər və psixologiya fakultəsi.

Ixtisas:Təhsildə sosial psixoloji xidmət. III kurs

 

 

Go Back

Mr.Şizofren X.S.- ƏN YAXŞI MÜSAHİBƏ-MƏQALƏ

İlk dəfə,birinci dəfə olub olan

Səni görən günü vuruldum sənə,

Leyli və məcnun məhəbbəti əfsanəsinə  döndü sevgimiz.

Gül kimi qoxuladım sənin ətrini

Bahar fəslini avaz etdi payız fəsili.

Cavan idik ürəkdə yaşamaq sevib sevilmək..İstəyini şair öz ürək sözünü qələmdən kağıza köçürdü.

Şairin fikri,xəyalı uzaqlarda idi.Yazmağa xeyli mövzu tapmışdı.Vərəqlər yazıldı,dolduruldu.Şair rahat nəfəs aldı,yüngülləşdi və gülümsədi.Özünü dünyanın xoşbəxti sandı.Pəncərə önündə möhkəm dayanmışdı şair.Yazıb yaratmaqdır(bir ağ kağız)bir qələm silahıdır şairin.

                                                                                                                      X.S.    25.11.2014

Yarı məndən,yarı səndən məqaləmin qəhrəmanı Mr.Şizofren X.S. haqqında

Mr.Şizofren X.S. Bakı şəhərində anadan olub,həyatına burada davam etmişdir.İlk gənclik dövrünü onun deyimiylə normal keçirib.39 yaşlı qəhramanım artıq 19 ildirki şizofreniyadan əziyyət çəkir.Mənə görə əziyyət çəkir,ona görə isə o tamamilə sağlamdır.2 ildirki ruhi xəstəxanaların birində yatır.O çəkdiyi rəsimlər və yazdığı şeirlərlə diqqətimi cəlb etdi.Onun həyat hekayəsini dinləmək istədim.Xəstə kimi yox,bir sirdaşı kimi dinlədim onu,ürəyini bu yolla açdı mənə və baxın qəhrəmanım nələrdən bəhs etdi.

+Mən evə getmək istəyirəm Doktor (məni ağ xalatla gördüyündən doktor deyə müraciət edirdi).

-Evdə sizi kim gözləyir?

+Evdə məni gözləyən oğlum var,həyat yoldaşım var.

+Eviniz harada yerləşir? Həyat yoldaşınız və oğlunuz hardadır?

-Evim burdadı Bakıda atam anam yaşayır indi orada.Həyat yoldaşım və oğlum Ukraynadadırlar.

+Ata və ananız sizi ziyarətə gəlirmi?

-Bəli gəlirlər. Mən atama dedimki apar məni burdan, həkimdə dediki gedə bilər evə, amma atam dediki əgər evə gəlsən səni övladlıqdan çıxarıb ataram.

+Bəs yoldaşınız və oğlunuz,onları axrıncı dəfə nə vaxt görmüsünüz?

-Onlar Ukraynadadılar. Biz yoldaşımla ayrıldıq, heç bilmirəm niyə amma ayırdıq evlərimizi mən gəldim Azərbaycana onlar qaldı orda. Oğlum sizinlə yaşıd olar. Eh bilirsiz doktor başıma nə gəldisə elə yoldaşımı görüb sevdiyim gündən gəldi. Mən ona aşıq oldum, ailəmsə mənə dediki sən aşiq yox dəli olmusan. Onlara izah etməyə çalışdım, oğlum var axı mənim dedim.Həyat yoldaşımı və oğlumu gətirdim atam və anamla tanış etməyə. Atamsa sən xəstəsən mən səni heçvaxt evləndirməyəcəm, xəstə adam xəstə uşaq dünyaya gətirər dedi.

Yoldaşım qaldı orda mənsə burda.Elə darıxıramki onlar üçün.Amma bilirsiz onlar bilir mən darıxıram ona görədə tez-tez televizora çıxırlar.Oğlum ağlıyır,məni istəyir.Məndə ona deyirəmki"gələcəyəm oğlum səbr elə".O reklam vare doktor baxmısız yeqinki uşaq yatağında ağlıyır ata anası qaçaraq gəlirlər yanına bax o kişi mənəm,cavanlığımdı,o gözəl qadınsa yoldaşımdı.

+Yoldaşınız və oğlunuz bilirki indi siz xəstəxanada yatırsız?

-Yox doktor bilmirlər.İcazədə vermərəmki bilsinlər.Hansi kişi istəyərki oğlu və arvadı onu xəsxətanada yatan ruhu xəstə kimi görsün.Mən xəstə deyiləm axı.Sadəcə məni evə aparmırlar deyə burda yatıram.Onlar məni necə sağlam görmüşdülərsə son görüşümüzdə yenə elə görsünlər istəyirəm.

Qəhrəmanım gerçək həyatı ilə tanış oldum görüşdən sonra.Aldığım məlumatlar məni yanıltmadı. Mr.Şizofrenin nə sevdiyi o gözəl qadın gerçək idi nədə oğlu.Düzdür qalan məlumatlar həqiqətlə örtüşürdü,yəni:

Qəhrəmanım "aşiq" olduğu gün ailəsinin deyimiylə "dəli" olmuşdu.Bu dəliliyin adı  şizofreniya idi.Yoldaşı və oğlunu ailəsi ilə tanışdırmağa gətirdiyi gün xəstəxanaya gətirilmişdi.Ailəsi realda heçkəsin olmadığını gördüyü anda dərhan xəstəxanaya müraciət etmişdilər.O xəyali  yoldaşı və oğlundan beləcə ayrılmışdı.Həyatında heç vaxt Ukraynada olmayıb,Ukrayna gözəlləri ilə isə televizor vasiəsi ilə" tanış olub".

O,"mənim məhəbbətim kordu"deyirdi.Bəli onun məhəbbəti kordu,qaranlıq bir quyu,tək işiğı vardı oda sevdiyi qadın və oğlu,onlardanda uzaq düşmüşdü xəstəxanaya gəldiyi gündən bəri.

Bəs niyə son görüş xəstəxanaya gələndə oldu?

Çünkü o gündən etibarən dərman müalicəsi başladı artıq nə səslərini eşidir nədə onları görürdü yanında,sadəcə televiziyaya baxan zaman xəyallar onu bihuş edirdi.

Əksər hallarda şizofrenlərin dini inancları qabarıq olur mr.Şizofrendə də belədir.Çəkdiyi rəsimlərdə xristian və islam dinindən elementlər var.Mənə hədiyyə etdiyi şəkildədə bunu görəcəksiz. Lakin onun əsas dərdi"məhəbbət dəlisi"olması idiki buda şəkillərində özünü göstərir.

Məqaləmin sonunu elə əvvəlində olduğu kimi qəhrəmanıma həvalə edirəm.

Gül sən necə lətafətli sudan qidalanmısan?

Gül olub bülbülü pərvazlandırıb qanadlandırmısan.

Səni mən sevirəm çünki belədir işi dünyanın əzəldən

Qəribə dövrandır fırlanır-fırlanır dünya əzəldən

Yaradıb yaradan dünyanı belə əzəldən.

Başladım bir-iki cümlə sətirlə şeirə qəzələ mən

Çünki görən gündən aşiq olub vuruldum sənə mən.

Sən gül olub bülbül təki cəzb eyləyib bihuş elədin sən məni

Dərviş olub dəmir ayaqqabımla gəzib dolandım.

Dünyanı son nəfəsim almaq idisə sən qoymadın,

Sevdim seviləndə dünyanı səninlə yenidən.                   

       20.10.2014

Sonda bir şey daha deməy istəyirəm.Qoy bu məndən kiçik bir sırğa olsun.

Pəncərə insanı dünyaya bağlayan bir elementdir.

Qoca dünyada axırda tülkülər həccə gedir.

Yaxşı yaxşıdır,pis pisdir dünyada.

 

+Bu qədər doktor,çox sağ olunki ürəyimi açmağa imkan yaratdız.

- Buyurun.Mən təşəkkür edirəm.

 PS: Şəkil müsahibimin öz əl işidir

Tünzalə Talıblı

Xəzər universiteti 4-cü kurs, Humanitar və Sosial elmlər, ixtisas Psixologiya

 

 

 

  

Go Back

Bir şizofrenin dünyası


Şizofreniya, zehnin parçalanması mənasını verən bir xəstəlikdir. Biyoloji və genetik faktorlarla berabər, xüsusi ilə hər hansı ciddi travma insanda bu xəstəliyə səbəb ola bilər. Nəticə etibarı ilə, bu xəstəlik insanın həqiqətlərdən tamamilə qopmasına və xəyal dünyasında yaşamasına gətirib çıxardır. Bu xəstəliyi tam başa düşməyiniz üçün sizə bir hekayə danışacağam. Hekayəmiz həqiqi bir həyat hekayəsidir. Anonimliyi qorumaq üçün bir sıra dəyişikliklər etmişəm.

“Mənim heçnəyim yoxdur,mən özümü çox yaxşı hiss edirəm.Valideynlərim məndən qurtulmaq üçün məni buraya gətiriblər”ilk cümləsi bu idi Anarın xəstəxanaya gətirilərkən.Daha iyirmi iki yaşında idi.Həyata daha yeni addımlar atırdı.Həkim və Anar arasında qısa dialoq yarandı:

Həkim- Nə üçün burdasınız?

Anar- Bayaq dediyim kimi mənim heçnəyim yoxdur,məcbur gətiriblər.

H- Nə üçün səni buraya gətiriblər,bilirsiniz?

A- Bilirsiz,mən bir qızı sevirəm ancaq ailəm o qızın əslində var olmadığını deyir və bizi ayırmaq istəyirlər.Məni evdə tək anam başa düşür.

H- Ananız hardan bilirsiniz ki,sizi başa düşür?

A- O,da sevdiyim qızla ailə qurmağıma razıdır.

H-Başqa nə kimi vəziyyətlərinizdən şikayətçidirlər?

A- Həkim,mən uzun zamandır bunu hiss edirəm,hara gedirəmsə hər yerdə məndən danışırlar.Hətta televizorda belə,eşidirəm mənim adımı çəkirlər.Bunları ailəmə dediyimdə dəli olduğumu düşünürlər.İnsanlar mənim düşündüklərimi oxuya bilirlər.Mən bunları bilirəm və deməyə də qorxuram.Baxın həkim dedim deyə,bu gün buradayam.

  Bu danışıqlardan sonra həkim Anarı otaqda qoyub,valideynleri olan zala keçdi.Məsələni bir də valideynlərinin dilindən eşitmək istəyirdi həkim.Valideynlərindən problemlərin necə başladığını soruşdu həkim.Anası ağlayaraq danışmağa başladı “Həkim,mənim iki oğlum var idi,böyük oğlum keçən il avtomobil qəzasında vəfat etdi.Oğlanlarım qardaşdan əlavə çox yaxşı dost idilər.Anar qardaşının ölümündən sonra belə olub.Əvvəllər kitab oxuyan,dərslərinə vaxtında gedən Anar qardaşınıitirdikdən sonra hər şeyi dəyişdi həyatında.Daima susur,dərslərə getmir heç kimlə əlaqə saxlamaq istəmirdi.Bir dəfə universitetdən dostu Anarı çox çətinliklə ad gününə apardı.O gündən Anar evə çox xoşbəxt gədi.Dörd ay sonra mənə dediki ailə qurmaq istəyir və qızı tanış eləmək istəyir bizimlə.İnanmazsınız həkim,çox sevindim.Axşam qızla birlikdə gəlməsini gözləyirdik,qapı döyüldü qapını açdıq və oğlum tək idi,ancaq özünü yanında biri var imiş kimi aparırdı.Biz çox dəhşətli anlar yaşadıq həmin gün,ancaq yenədə oğlum pis olmasın deyə yanında adam var imiş kimi davrandıq ona.Səbəb isə oğlum qəbul etməyəcəkdi bunu və yenə dava edəcəkdi.Əvvəllər də olmuşdu ki,olmayan insanlarla dava etmişdi sadəcə gözünə görünürdü və otağında hər tərəfi dəfələrlə dağıtmışdı.Həkim heç yerə getmək istəmir,düşünür ki,hamı ona baxır gülür,televizora baxanda radioya qulaq asanda belə ondan danışdıqlarını düşünür.Oğlum çox xəstədi həkim,mənim iki oğlum var idi birini cismən itirdim,digərini ruhən itirmək istəmir.Kömək edin.”

 Həkim hər iki tərəfə də qula asdıqdan sonra diaqnozu qoydu “Paranoidal şizofreniya” .Anar xəstəxanaya qoyuldu və artıq on ildir ki müalicə alır,demək olar ki,səslər və görüntü azalıb,lakin dərmanları azaldanda yenidən vizuallar görünür.

Şizofreniya ruhun cismi tərk etməsidir!

Aygül Rüstəmova
Xəzər Universiteti, Psixologiya 4cu kurs

Go Back

Xəyalları gerçək edən sevgi

                                           

   Yenə çalırdı. Həmişəki kimi ən sevdiyi melodiyanı... Çalanda elə fikirləşirdi ki, guya taa onun arxasında durub qulaq asır. Mahnı bitdi. . Süküt çökdü. Sonra yenə elə düşündü ki,yox dəqiq arxada durub mənə qulaq asır... Sevincək ayağa qalxdı və  arxaya çevrildi. Heç kim yox idi. Bircə Yasəmən xala var idi. O həmişəki kimi əlində silgisi və yanında, içində lap azca suyu olan vedrə ilə otağı silirdi. O həm kardır, həm də gözləri olduqca zəif görür. Heç Nazlının burda piano çaldığından da xəbəri yox idi. Nə onu görürdü,  nə də ki eşidirdi. Zavallı Nazlı peşman, həyatdan   əlini üzmüş halda yenidən stula oturdu. Daha onu görə bilməyəcək,bu onda alınmır.Cəhd edir, yenə də cəhd edir amma hamısı boş yerə.Axı o özüdə bunu bilir. O sadəcə Nazlının ``Beyninin məhsuludur``. Hə düppədüz eşitmisiz. ``Beyninin məhsulu``.O fərqlidir. Heç kimə ehtiyacı yoxdur. İstədiyini öz beynində canlandırır. Xəyallarında necə arzulayırsa elə də yaşayır. Ən pisi də odur ki hər şeyin gerçək olmadığını sonradan öyrəndi,amma yenə də belə daha xoşbəxt idi. Taa ki anası bunu öyrənənə qədər...

İndi isə  onlarca dərman,  saatlarca elektrik... . Daha bacarmır və anasına verdiyi sözün üstündə durmalıdır. ``Real həyat``ında yanında olan yeganə insan. . Bax onun üçün bunu bacarmalıdır. Özünə qarşı durmalıdır. Onu ``Real həyat``da anasından çox sevən ikinci bir adam yoxdu .Bütün sevdikləri,dostları, bacısı bu xəstəlikdən sonra onu atıb getdi,əvvəl ondan qorxmağa başladılar sonra əlaqələrini kəsib ondan uzaqlaşdılar, tamamilə yadlaşdılar.Yolda, küçədə hər kəs ona qəribə nəzərlərlə baxır,pıçapıçla nəsə danışırlar. Nazlı bu baxışlara qarşı durmağı çox istədi amma artıq cəmiyyətin boz qanunları ilə baş edə bilməyəcəyini anladı.İndi anasına da utanc gətirdiyini hiss edir və bu onu hər gün daha da öldürürdü. Hər şeyin qaydasında getdiyi bir vaxtda universiteti qırmızı diplomla bitirdi, kiçik bacısına həmişə örnək olurdu, atasının fəxri idi.Daha sonra hər şey məhv oldu, atası rəhmətə gedəndən sonra hər şey dəyişildi,sanki ağacın kökü dağılmışdı və indi qış idi, ağac kökü olmadan bu mübarizədən məğlub ayrılacaqdı.Bacısının ailəsində yaranan söz-söhbətlər, anasının cavab verməli olduğu axmaq suallar...Nazlı bir yer axtarır, gizlənsin və bir daha heç vaxt çıxmasın. Bəlkə də onu hələ də azacıq da olsa sevən vardı. Hər halda o, fikirləşirdi ki yalnızdır... Seçim etməlidir ya anasını ya da ``dünya``sını... Arada bir öz dünyasına qaçmaq istəyirdi, amma bacarmırdı, çünki bu zəhrimar dərmanlar ona imkan vermirdi. ``Beatiful Mind`` filmindəki kimi Con Neş demişkən  ``Eynilə beyin dieti, bəzi dadlardan uzaq durmalı``. İndi o ən sevdiyi şeylərdən uzaq durmalı idi. ``Dünya``sındakı ən yaxın rəfiqəsi, həqiqətən ən yaxın, ``real həyat``dakı kimi ikiüzlü rəfiqələrdən deyil, hansıkı sirrini etibar edə biləcəyi və dəqiq bilirdi ki, Ülkər onun xoşbəxt olmağını istəyir, onun pis halında onunla kədərlənir, xoşbəxt olanda isə onunla birgə xoşbəxt olur. Və onun qəribə bir təsadüflə tanış olduğu Rauf.

Onlar təyyarədə tanış olmuşdular. Təyyarə hava boşluğuna düşmüşdü və Nazlı özündən xəbərsiz dilində pıçıltı ilə dua oxuyarkən yan oturacağın qoluna əlini qoyan Raufun əllərindən tutub dırnaqları ilə elə möhkəm sıxmışdı ki, dərisi deşilmişdi, barmaqları arasından qan axırdı. Təbii ki belə bir şey olmamışdı, həmin gün təyyarədə onun yanında heç kim oturmamışdı. Bu onun ``Beyninin məhsulu`` idi. Amma o Raufu və Ülkəri çox sevirdi. Hətta Rauf ona evlənmə də təklif eləmişdi. Onlar evlənib bir ömür xoşbəxt olacaqdılar. O vaxtlar o necə də xoşbəxt idi. İndi isə yenə yalnız qalıb...

O yenə üzünü pianoya çevirib çalmağa başladı. Musiqi bitəndən sonra ayağa durdu. Qara çantasını çiyninə keçirib, səhnədən aşağı düşdü. Başını aşağı salmışdı. Düppədüz çıxışa doğru gedirdi. Birdən hiss elədi ki, kimsə oturacaqda oturub ona qulaq asırdı. Doğurdanda belə idi. Lap axırıncı sırada , qara kapşonlu bir adam oturmuşdu. Nazlı donub qaldı. O necə də Raufa oxşayır. Həmin oğlan ayağa qalxdı və Nazlıya tərəf gəldi. Bu doğurdan da Rauf idi. Axı bu necə olur? Bu dəfə xəyal deyildi, çünki Yasəmən  xala da görürdü. O Raufa dedi

-Ay bala,  bir çəkil, aman ver işimizi görək, axı mən elə indicə buranı silmişdim. Sən gör buranı nə günə qoymusan.

- Üzr istəyirəm, xala

- Yox, yox arxaya keçib eləmə oralarıda ayaqqabın ilə pis gününə qoyarsan. Çıx çölə.

     Nazlının gözlərindən axan yaşa baxmayaraq dodağında da gülüş var idi. Rauf ona yaxınlaşdı. Nazlı  qollarını açıb bərk-bərk Raufu qucaqladı. İlk dəfə idi ki,  həm Rauf, həm göz yaşları, həm də sevinci bu qədər canlı idi. O bunu hiss eləyirdi. Rauf da onu qucaqladı. Və dedi

 -Daha ağlamayacaqsan. Daha tək qalmayacaqsan. Hər şey yaxşı olacaq...

    Bu ola bilməzdi, daha dərman qəbul edir, saysız- hesabsız müalicələr alır və demək olar ki, 2 aydır nə Ülkəri nə də Raufu görürdü.Sadəcə maraqsız həyatına cəmiyyətin çirkin baxışlarından uzaqlarda,bir yerlərdə davam eləmək istəyirdi.       Amma Nazlı çox şeyi bilmirdi. O bilmirdi ki ``Real Həyat``da təkliyində canlandırdığı Raul və Ülkər qədər onu sevən biriləri var. Onlar Elxan və Aytac idi. Bir neçə ay  bundan əvvəl Aytac Nazlıgilin evində Nazlının gündəliyin tapmışdı. O xəyalında yaşadığı hər şeyi bura yazmışdı üstəlik Raufun şəklini də əlləri ilə çəkmişdi. Nazlının həm rəsm , həm də musiqi bacarığı mükəmməl idi. Elxan bu rəsmi götürüb Amerikaya getdi. Orda üz əməliyyatı elətdirdi. Tamamilə Raufa oxşayırdı. Nazlı buna çox inandı, sadəcə boğazı yırtılana kimi “mən dəli olmamışam, bəsdirin mənə dəli dediniz, dəli kimi baxdınız” deyə bağırmaq istəyirdi. Həyatında heç olmadığı qədər xoşbəxt idi. Bunu ona bir neçə müddət deyə bilməzdilər amma hər şey qaydasına düşəcəkdi. Hər şey...

Həyata davam etmək üçün çox səbəb var. Hər şeyin tamamilə bitdiyini düşündüya anda yanında olan çox deyil cəmi 2 dost. Elxan və Aytacdan başqa heç kim nə baş verdiyini bilmirdi. Əsas odu Nazlı çox xoşbəxt idi. Elxan və Aytacda ən azı onun qədər xoşbəxt idilər. Nazlı öz ``Dünyası``nda qurduğu həyatı ``Real həyat``da da qura bilərdi. Çox təəssüf ki,o,Elxanın sevgisindən, Aytacın səmimi dostluğundən xəbərsiz idi. Amma daha o tək deyil və ``Yuxular Aləmi``nə heç vaxt geri dönməyəcəkdi. Bunu ona bəxş edənlər onu heç vaxt tək qoymayacaqdılar. Sonuna qədər yanında olub, onunla birgə bu xəstəliklə mübarizə aparacaqdılar.

 

 ALLAHQULUZADƏ NƏRGİZ 

BDU/ SOSİAL ELMLƏR VƏ PSİXOLOGİYA FAKULTƏSİ,

PSİXOLOGİYA İXTİSASI/ III KURS/

Go Back

Şizofreniya haqqında elmi araşdırma

Şizofreniya(yunanca “schizo” – parçalayıram, “phren” – idrak, ağıl deməkdir) – tutmalar şəklində fasiləli və ya fasiləsiz davam edən tədricən kəskinləşərək şəxsiyyətin xarakter dəyişiklərinə gətirib çıxaran xronik gedişli, psixi xəstəlikdir. Xəstəliyin əsasən gənc yaşlarada meydana çıxması(17-25 yaş), geniş yayılması, xronikgedişlə əlaqədar əmək qabiliyyətinin itməsi,etiologiya və patogenezinin dəqiq öyrənilməməsi və buna görə də məqsədəuyğun müalicəsinin olmaması onu psixiatriyanın ənaktual probleminə çevirmişdir. Sağlam əhali arasında şzifreniyaya tutlam halları 0.5-1 %-ə bərabərdir.Bu xestəlik keçici və ya qalıcı ola bilər.İsanın düşüncə, duyğu və davranışlarında,özünün və ətrafındakılara  əhəmiyyətli dərəcədə təsir edən  bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Şizofreniya irsi xəstəliklərdən biridir.ŞİZOFRENİYA-düşüncə prosesindəki problemlər və zəif,emosianal cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümümi simptonlar,paranoid,esitme  hallusinasiyaları,nitqdə əks olunan düsüncə pozğunluğunun daxil olduğu yanılmalardır.Xəstəliyin ən sıx təzahürləri esitmə qarabasmaları,paranoik və ya fantastik sayıqlama və ya nitq qabiliyyətinin pozulmasıdır. Kişi və qadinların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir.

Şübhə yoxdur ki,insan cəmiyyəti yarandığı ilk dövrlərdə də şizofreniya xəstəliyi mövcud olmuşdur. Bu,qədim rəvayətlər,nağıllar və s. mənbələrdən məlumdur.Məsələn, Troyan padşahının  müharibədən boyun qaçırmaq məqsədilə özünü  ruhi xəstə kimi  aparması,taxt-tacı tərk edərək səhralarda yaşaması ve s.

Şizofreniyanı elmi səkildə ilk dəfə alman psixiatrı E.Krepelin olmuşdur. O, fransız alimi M.Morelin “Erkən ağıl zəifliyi”,E.Hekkerin “Heberfreniya”,K.Kalbaumun “Katatoniya”və M.Mayanın “Xroniki sayıqlama psixozları” adı ilə təsvir etdikləri psixi xəstəlik formalarını  “Erkən ağıl zəifliyi” adı altında birləşdirərək,indiki şizofreniya xəstəlilinin  gedişinin əsas qanunauyğunluqlarını təsvir etdi. Bu  xəstəliyin əsas əlamətləri:nitqin qırıqlığı,şəxsiyyətin,emosiyaların və irdənin pozuntuları başlıca əlamətlər kimi  göstərilmişdir.E.Bleyler isə ”şizofreniya” terminini  elmə gətirdi.E.Krepelin və E.Bleylerin tedqiqatlarından sonrakı illərdə şizofreniyaya olan münasibət  dəyişməyə başladı. “Ağıl zəifliyi” termini “Psixoloji qüsur”,ağıl zəifliyinə aparan proses isə “tədricən şiddətlənmə”anlayışı ilə əvəz olundu. Beləliklə,şizofreniyaya,yeni baxımdan tədricən şiddətlənərəkqüsur  əmələ gətirən,yaman və ya xoş,yəni yumşaq və ya süstgedişli formaları olan xəstəlik kimi yanaşılmağa başlandıı.2.Simptomatologiyası. .Şziofreniyanın  klinik təzahürləri öz xarakter məzmununa görə, psixopataolji əlamətlərin ifadəolunma dərəcəsinə görə müxtəlifdir. Bu xəstəlik zamanı psixi pozuntunun demək olar ki, bütün formalarına qavrama, təfəkkür, emosiya, iradə, meyl sferası və s-ni əhatə edən əksər psixopatoloji əlamətlərə rast gəlinir. Lakin bu pozuntuların bir çoxu tək-tək hallard, bəziləri isə mütləq əlamət kimi xəstəliyin bütün klinik formalarında müşahidə olunur.

 Şizofreniyanın ən xarakter əlaməti xəstəliyin adında öz əksini tapmışdır. Bu psixi tamlığın parçalanması, yəni şəxsiyyətlə mühit arasındakı normal,harmonic əlaqənin pozulasıdır. Bu psixopatoloji hal şizofreniyanın gedişinin bütün mərhələlərində, xəstəliyin klinik variantlarından asılı olmayaraq bu və ya başqa formada təzahür edən başlıca əlamət kimi daima özünü büruzə verir. Psixi tamlığın parçalanması, şəxsiyyətlə mühit arasındakı normal vəhdətin pozulması, xəstənin təfəkküründə, emosiyalarında, iradə və davranışında özünü göstərir.

 Diaqnostik əhəmiyyət kəsb edən əsas əlamətlərə aşağıdakıları aid etmək lazımdır.

  Təfəkkürün pozuntuları. Şizofreniya xəstəliyi zamanı təfəkkür sferasına məxsus olan pozuntuların qeyd olunması adi hal olmaqla lap ilkin mərhələlərində aşkar edilir. Assosiasiyaların normallığı dəyişərək xarici mühitdə baş verən hadisələrlə sağlam əlaqə itirilir və ona görə də təsəvvürlər yanlışxarakter daşıyır. Təfəkkürün qırıqlığı, mənasız müdriklik, uzunçuluq, bəzən fikirlərin axını, onların çoxluğu – mentizim, bəzən isə əksinə,onların yoxluğu, bir anlığa dayanması –şperrunq müşahidə olunur.

 Nisbətən ağır pozuntular zamanı assosiasiyaların gedişində cümlələr öz qrammatik quruluşunu saxladığı halda məzmununu itirir. Belə ki,sözlər arasında əlaqə olmur, cümlələrin mənası başa düşülmür.

 Təfəkkür pozuntusunun əksər formaları, bir qayda olaraq, xəstələrdə autizmi, özünəqapanmanı əks etdirir. Autistic təfəkkür reallığını itirmiş, xəstənin “xüsusi”,daxili məntiqinə uyğun tərzdə cərəyan edən fikirlərdir. Assosiaisyaların qırıqlığıyazıda və xəstənin bədii yaradıcılığında da özünü büruzə verir. Assosiasiyaların gedişi fikirlərin qeyri-ixtiyarı axını – mentizim formasını ala bilər.fikirlərin qeyri-ixtiyari axını xəstələr tərəfindən çətin qəbul edilir. Bununla bərabər qısamüddətli “fikirsiz” vəziyyətlər müşahidə olunurki,xəstələrbunun boşluq, uçurum, iflas kimi qiymətləndirirlər. belə hallarda xəstələr söhbət zamanı bəzən susur və bunu “fikirqırıqlığı” ilə izah edirlər.

   Şizofreniya xəstəliyində tez-tez təsadüf edilən əlamətlərdən biri də simvolik təfəkkürdür. Xəstələr konkret sözləri, əşyaları və s. mücərrəd məzmun ifadə edən, cəfəng, qeyri-müəyyən fikirlərlə əvəz edirlər. Həqiqi qanunauyğunluğunu, əsl məzmununu itirmiş məntiqsiz təfəkkürünolması da şizofreniya üçün xarakter əlamətdir. Hadisə və əşyaların, onların qarşılıqlı ılaqəsinin təhlili və əqli nəticə çıxarma qabiliyyətinin pozulması şizofreniya xəstəliyi zamanı tez-tez rast gəlinir. Xəstəliyin başlanğıcında müşahidə olunan təşviş, qorxu hisləri tədricən inkişaf edərək sayıqlama fikirlərinə çevrilir. Xəstəliyin tarixi nə qədər azdırsa, pataloji proses bir o qədər yavaş inkişaf edir və sayıqlama ideyalarını aşkar etmək bir o qədər çətin olur. Sayıqlamanı xəstə iləilk söhbətdə müəyyən etmək həmişə mümkün olmur. Bu, prosesin başlanğıcında xəstənin şəxsiyyətinin mühafizə olunması ilə əlaqədardır.

 Şizofreniyanın kəskin başlanğıcı üçün orazlı sayıqlamalar xarakterikdir. Bu zaman xəstələr bütün təbii hadisələrə xüsusi məna verir. Belə heasb edirlər ki, bu hadisələr onlara aiddir. Onlar gördüyü, eşitdiyi adi şeylərə yanlış məna verir, yaxud da təhlükəli, təhqiredici bir hal sayırlar.

  Sayıqlamanın daha tez-tez rast gəlinən formalarına təqib sayıqlamaları qiddir. Bu zaman xəstə özünün həmişə təqib olunduğunu qeyd edir. Hər yerdə onu bir neçə nəfərin, yaxud tam bir təşkilatın təqib etdiyini söyləyir.

   Özünü böyütmə sayıqlamaları nadir hallarda müşahidə olunur. Bəzən xəstə özünü “sirli ilahi qüvvə”, “hər şeyi bilən şəxs” hesab edir. Bu zaman o, düşünür ki, nəhəng işlər görməyə, təbiəti, insanın bədən quruluşunu dəyişməyə qadirdir. Digər hallarda xəstə özünün ölməzliyini, ilahi və əzəmətli olmasını təkid edir. Bəzən isə müxtəlif orqanlarda pataloji dəyişikliklərin olduğunu söyləyir(ağciyərləri havanı xaric etmir, bağırsaqları, ürəyi işləmir və s.). ipoxondriya adlanan belə sayıqlamalar ən cidi müalicəyə belə çətin tabe olur.

 Xəstəliyin bəzi formalarında müşahidə olunan əlamətlərindən biri də psixi avtomatizm sindromudur. Hallüsinasiya və sayıqlama əlamətləri fonunda cərəyan edən, xəstəyə kənar qüvvə tərəfindən məcburi icra etdirilən hərəkət və fikirlər psixi avtomatizm və ya Kandinski – Klerambo sindromu adlanır. Xarakerinə görə ideator, sensor və motor formaları ayrıd edilir. Ideator psixi aavtomatizmə missal olaraq fikirlərin səslənməsini qeyd etmək olar. Bu zaman xəstə fikirləşdiyi hər şeyi eşidir və ya onlar əks-səda kimi təkrarlanır. Ideator avtomatizmə “məcburi” icara olunan, qarşısıalınmaz fikirlərin axını aiddir. Xəstə fikilərin başqası tərəfindən  “beyinə doldurulmasından”, fikirlərin “təzyiqindən” şikayətlənir.

 Emosional pozuntular. Şizofreniyanın əsas əlamətlərindən biri olub xəstəlyin gedişi boyu bu və ya başqa formada – başlıca olaraq emosional kütlüklə ifadə olunur. Xəstələr yaxın adamlarına, qohumlarına, o cümlədən, valideynlərinə, övladlarına qarşı normal hissiyyatlarını itirir, onlara soyuqqanlı, biganə münasibət göstərirlər. Eyni zamanda bəzən olduqca tələbkar, yüksək emosionallıq, hətta affektiv reaksiyalarda ifadə olunan tərzdə münasibətərini dəyişə bilirlər.

 Xəstəliyin erkən dövründə adi hadisələrə qarşı paradoksal emosional reaksiya üstünlük təşkil edir. Belə ki, bu vaxtadək istəkli olan valideynlərə qarşı qəzəb, kin, sevdiyi peşəyə qarşı nifrət, dözümsüzlük kimi hisslər meydana çıxır. Bəzi xəstələr yaxın adamlarına qarşı eyni zamanda həm nifrət, həm də məhəbbət hissi – ambivalentlik bəsləyirlər.

  Xəstələrin xarici görünüşü, mimikası çox vaxt onun emosiyası ilə uzlaşmır. Məsələn, gülərüzlü xəstə faciəli hadisə haqqında danışır, əsəbi halda olan xəstə özünü qeyri-təbii, yüngül aparır. Bir sıra hallarda səbəbsiz olaraq xəstə özündən çıxır, yaxın adamlarını təhqir edir, əvvəllər ona xas olmayan kobud, nalayiq sözlər işlədir. Ailədə baş verən hər hansı bir bədbəxt hadisə, hətta yaxın adamın ölümü xəstəni maraqlandırmır.

   Xəstəliyin sonrakı dövrlərində, xüsusən bədxassəli şizofreniyada tam laqeydlik və emosional kütlük inkişaf edərək daimi əlamətə çevrilir.

Iradə və fəaliyyət pozuntuları. Şizofreniyaya tutulan xəstələrdə müşahidə olunan süstlük, hərəki fəaliyyətin və aktivliyin enməsi xəstələrin böyük əksəriyyətində rast gəlinən tipik əlamətlərdəndir. Xəstə öz sevimli peşəsi ilə məşğul olmağa və ya təhsilini davam etdirməyə laqeyd münasibət bəsləyir, günlərlə evdən bayıra çıxmır, yaxın qohumları, dostları ilə əlaqə saxlamaqdan,  söhbət etməkdən imtina edir. Özlərinə lazimi gigiyenlik xidmət göstəmədikləri, geyimlərinə, səliqəsinə fikir vermədikləri üçün xarici görkəmləri dəyişir, pinti və əcaib görkəm alırlar. Xəstəlik yaman gedişə mailk olarsa və vaxtında müalicəvi yadım göstərilməzsə onlarda tam hərəkətsizlik, nitqin tormozlonması, natəmizliyin artması kimi əlamətlər güclənir.

Xəstə, həkimlə söhbət etmək istədiyini bildirir, buna təkid edir, onunla tək qaldıqda isə susur, heç nə demir. Yaxud o, müalicə olunmağa razılıq verir, hətta müalicə ilə maraqlanır və elə bu vaxt dərman qəbul etməkdən imtina edir, təcili evə getmək istədiyini bildirir, inandırmağa çalışır ki, o, sağlamdır.

 Özünüdərketmənin pozulması haqqında xüsusi danışmaq lazımdır. Bu sindromun şizofreniaynın, demək olar ki, bütün kliniki formalarda təsadüf etməsi onu xəstəliyin əsas əlamətlərindən biri kimi qiymətləndirməyi tələb edir. Özünüdərketmə qabiliyyətinin pozulması ilə yanaşı psixi fəaliyyətin bəzi cəhətlərinə qarşı yadlaşma, onları inkaretmə yaranır. Bəzən isə özünün “ikiləşdiyini” deyir, öz varlığını real həyatdan təcridolunmuş təsvir edir.

 Müalicəsi. Müalicəsinin əsası ilk öncə dopaminin reseptor fəaliyyətinin qarşısını alan antiöpsixi müalicədir. Psixoterapiya peşə, social reablitasiyada, müalicədə əhəmiyyətlidir. Özünə və başqalarına xəsarət yetirmə halları olanda ilk dəfədən fərqli olaraq xəstənin qısa müddətdə xəstəxanada qalmasına baxmayaraq, o, mütləq xəstəxanaya yerləşdirirlir.

Ülvi Salmanlı

 

 

Go Back

Mən şizofren deyiləm

Hamı şizofren olduğu üçün məni şizofren zənn edir. Həyatım boyunca özümlə tək qala biləcəyim bir yer axtardım. İnsanın özü ola biləcəyi tək yer qəlbidir deyə fikirləşdim, insan yalnızkən belə özü deyil deyib susdum. Özünlə tək qalmağı bacarmadığın müddətcə həmişə əzab çəkəcəksən. Hər şey lənətə gəlmiş o gün başladı. 

O gün düşünürdüm ki, həyatımda mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Valideynlərim mənim həkim olmağımı istəsələr də uşaqlığımdan bəri arzusunda olduğum kimi Bakı Dövlət Universitetinin Psixologiya fakultəsinə qəbul oldum. O'nu daha əvvəldə görmüşdüm amma onunla ilk dəfə 3cü kursda oxuyarkən əyani olaraq tanışdım və ona psixoloji olaraq kömək etməyimi istədi. O 27 yaşında gənc oğlan idi. Sakitcə otağa daxil oldu. Və otaqda dərin sükut var idi. İçimdə çox qəribə hiss var idi. İndi başa düşürəm ki bu hiss gələcəkdə baş verəcək hadisələrlə bağlı intuisiya imiş. Mən o'nunla bir ppsixoloq kimi yox bir dost kimi danışmağa başladım. O artıq mənim həyatımın hər anında var idi. Lakin onun əlaqədar məni qorxudan bəzi şeylər var idi. O tez-tez öz-özünə danışırdı, o ətrafımdakı insanlardan qaçırdı və o məndən bəzi şeyləri gizlədirdi. 
Seminar dərsində şizofreniya haqqında qrup işi hazırlanmışdı. Bu xəstəlik məni çox qorxutdu. Hətta o'nun şizofren ola biləcəyindən şübhələndim. Artıq onu müşahidə etməyə başladım. Xəstəlik haqqında araşdırmalar edirdim bütün gün o'nun və xəstəliyin haqqında düşünürdüm. Tez-tez onun dilindən inandırıcı olmayan sözlər, fikirlər eşidirdim. Amma heç cürr onun xəstə olduğunu qəbul edə bilmirdim. Artıq onun və xəstəliyi haqqında olan fikirlər məni ailəmdən, dostlarımdan tamamilə uzaqlaşdırmışdı. Getdikcə fikirlərim öz təsdiqqini tapırdı. Onu bir mütəxəssislə görüşdürməyi qərara almışdım. Bu fikri onunla paylaşanda o qəti olaraq etirazını bildirdi. 

Offff... axı mən hələdə düşünə bilmirəm. Bir kitabda oxumuşdum ki "fikirləşirsənsə deməli hələdə ağıllısan". Görəsən bu cəhənnəmdən nə vaxt qurtulacam. 

Universitetde psixoloq-müəllimi görən kimi qeyri-ixtiyari olaraq ona yaxınlaşdım və o'nunlar baş verənləri müəllimə danışdım. Müəllim mənə bəzi suallar verdi və məni dərsdən sonra yanına çağırdı. Hər şeyi daha ətraflı ən incə ayrıntısı ilə danışdım.

O gündən bilmirəm nə qədər müddət keçib. Mənim şizofren olduğumu deyən şizofrenlərlə doludu ətrafım. Artıq o'nuda az görürəm. Bu xəstəxanada yatandan bəri bir neçə dəfə gəlib. O'da unudub məni.

Hərdən düşünürəm ki bəlkə həqiqətən də mən xəstəyəm. Bəlkə sadəcə şizofren mənəm? Fikirləşirəm... fikirləşirəm... Görəsən o niyə gəlmir? Görəsən o niyə həmişə mənimlə tək qalmaq istəyirdi? Görəsən niyə o həmişə insanlardan qaçırdı? Bu fikirlər məni çox yorur. Nə qədər cəhənnəm adlandırsam da burda o olmadan daha rahatam. Artıq onun haqda daha az düşünürəm.

DÜNYANI SEVMƏYƏ YENİDƏN CƏHD ETMƏYƏ QƏRAR VERDİM.

 

Elnarə Əhmədli

BDU, Sosial Elmlər və Psixologiya fakultəsi, II k

Go Back

Şizofreniya haqqında

Şizofreniya-xəstələnmə və ölüm üzrə yüksək göstəricilərə malik olan, ciddi, lakin müalicəyə tabe olan prosessual psixi xəstəlikdir.Xəstəlik çox vaxt cavan yaşlarda meydana çıxır və bütün ömür boyu psixotik əlamətlərlə gedərək, xəstələrin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir.Tarixi kontekstdə şizofreniyanın spesifik əlamətləri Assosiativ pozulmalar, Affektiv pozuntular, Autizm və Ambivalentlikdir (4A).Müasir təsəvvürlərə görə, şizofreniyaya psixikanın təfəkkür,qavrama, emosiya, iradə, davranış kimi sahələrinin pozulması kimi baxılır.Təfəkkürün formal pozulması, nizamsız davranış, diqqətin və qısamüddətli yaddaşın pozulması kimi ümumi əlamətlər, hallüsinasiya, sayıqlama, katatonik əlamətlər, psixi avtomatizmin təzahürləri aid olan pozitiv (məhsuldar) əlamətlər, həmçinin autizm, təfəkkürün məhsuldarlığının azalması, nitqin kasadlığı, sosial uzaqlaşma, emosiyanın solğunlaşması, iradənin zəifləməsi daxil olan neqativ (defisitar) əlamətlər ayırd etmək qəbul olunmuşdur. Neqativ əlamətlər remissiya dövründə də ola bilər, bu zaman onlar xəstəliyin xüsusiyyəti ilə bilavasitə əlaqədar ola bilir və ya yanaşı depressiya, dərmanların əlavə təsiri və yaxud xəstələrin sosial uzaqlaşması nəticəsində baş verir.

Şizofreniyalı xəstələr, o cümlədən, intihar, psixoaktiv maddələrin istifadəsi, evsizlik, işsizlik, həmçinin somatic xəstələnmə aid olan yüksək ictimai təhlükə riskinə malikdirlər. Şizofreniya endogen mənşəli xroniki ruhi xəstəlik sayılır. Etiologiya (yaranma səbəbləri) Yaranma səbəbi tam öyrənilməyən bir çox xəstəliklərdən biridir. Tam olaraq irsi xəstəlik sayılmır, amma irsi faktorun rolu çox böyükdür. Belə ki biryumurtalı ekizlərdən birində bu xəstəlik varsa təxminən 80% ehtimalla o birində də xəstəlik baş verir. Müxtəlif yumurtalı ekizlərdə, adi bacı-qardaşda olbuğu kimi bu faiz nisbətən aşagıdır, lakin ümumi populyasiyaya nisbətən xeyli yuxarıdır. Xəstəlik anadangəlmə deyil, müxtəlif yaşlarda başlaya bilər: çox erkən yaşlardan (3-4 yaş), 45-50 yaşa gədər. lakin xəstələrin çoxunda xəstəliyin başlanması 18-25 yaş dövrünə təsadüf edir. Beləliklə yaş faktoru da xəstəliyin yaranmasında rol oynayır. Önəmli patogenetik faktorlardan biri də stress sayılır. Müxtəlif stresslərdən sonra şizofreniya xəstəliyinin başlanması çox hallarda müşahidə olunub. Qadınlarda bəzən xəstəlik doğuşdan sonra inkişaf edir. Maraqlıdır ki, xəstəlik nə gədər erkən və spontan yəni provakasion faktor (səbəb) olmadan başlayırsa proqnoz o gədər ağır olur. Beləliklə şizofreniya xəstəliyi endogen, yəni xarici faktorlardan daha az asılı olan, daxildən gələn bir xəstəlik sayılır. Ortalama olaraq populyasiyada bu xəstəliyin 0,5-3% yayılmasını söyləmək olar.

Şizofreniya, insanların həqiqəti anormallıq olaraq şərh bir qrup ciddi beyin narahatlığının. Şizofreniya, halüsinasyon, delüzyon, xarab düşüncə və davranışların bəzi birləşmələri ilə nəticələnə bilər. Şizofrenisi olan insanların normal hərəkət etmə və özlərinə bakabilme qabiliyyətləri zamanla sui getməkdədir.Bəzi məşhur inancların tərsinə, şizofreniya şəxsiyyət bölünməsi və ya çoxlu şəxsiyyət deyil. "Şizofreniya" sözü "ağılın bölünməsi" mənasında gəlməz; ancaq duyğuvədüşüncələrin adi tarazlığının pozulmasına göndərmədə tapılar.Şizofreniya həyat boyu müalicə tələb xroniki bir vəziyyətdir. İfadə Şizofreniya əlamətləri digər ruhi xəstəliklərə da dayandırılabilir və heç bir şizofreniya diaqnozunu tam olaraq saptayamaz.

Kişilərdə, şizofreniya əlamətləri adətən ergen yaşlarda və ya 20li yaşlarda başlayır. Qadınlarda şizofreniya əlamətləri ümumiyyətlə 20li yaşlarda və ya 30ların başında başlamaqdadır. Uşaqlara və ya 40 yaş üzərində olan şizofreniya diaqnozu qoyulması çox məşhur bir vəziyyət deyil. Şizofreniyanın əlamətləri adətən müsbət, mənfi və ya kognitif olaraq üç kateqoriyaya ayrılmaqdadır. Müsbət əlamətlər:Şizofreniyanın müsbət əlamətlər, normal funksiyaların aşırılığını və ya pozuqluğunu əks etdirir. Bu aktiv, anormal əlamətlər arasında bunlar yer ala bilər: Hezeyanlar (Delüzyonlar). Bu inanclar həqiqətə əsaslanmır və ümumiyyətlə qəbul və təcrübələrin səhv yorumlanmasını daxildir. Şizofreniyalı ifadə edilərin ən məşhuru bunlardır.

Düşüncə pozuqluğu. Danışmada və ya düşüncələri ifadə etmədə yaşanan çətinliklər, danışmağı yarıda kəsmə və ya "söz salatı" olaraq adlandırdığımız mənasız sözləri bir araya getirmeyle nəticələnə bilər.

Nizamsız davranışlar. Bu vəziyyət, uşaq nadincliyindən gözlənilməz gərginliklər qədər bir çox formada  özünü göstərə bilər.

 Mənfi əlamətlər:Mənfi əlamətlər, adi xüsusiyyətlərin azalmasını və ya yox olmasını əks etdirir.

Müsbət əlamətlərdən aylar və ya illər əvvəl meydana çıxa bilərlər. Mənfi əlamətlər arasında bunlar sayıla bilər: Gündəlik fəaliyyətlərə marağın azalması, duyğusuz kimi görünmə, Aktiviteleri planlaşdırma və ya reallaşdırma qabiliyyətinin azalmas ,Şəxsi gigiyenaya diqqət göstərməliyik , Sosial mənada geri çəkilmə Motivasiya itkisi

Şizofreniyanın qəti səbəbi tam olaraq bilinə bilməməkdədir. Bu mövzuda dəyişik nəzəriyyələr irəli sürülməkdədir. Klinika izləmələrdə qan bağı olan kəslərdə genetik uyğunluğun olduğu başqa səbəblərin də araya girməsi ilə xəstəliyin ortaya çıxdığı görülməkdədir. Tək yumurta əkizlərinin birində şizofreniya görülməsi vəziyyətində digərində şizofreniya ortaya çıxma ehtimalı %50, ana atanın ikisinin birdən şizofreniyalı olması vəziyyətində uşaqlarda şizofreniya görülmə ehtimalı %40, ana və ya atanın şizofreniyalı olması vəziyyətində uşaqlarda görülmə ehtimalı %8, qardaşlardan birinin şizofreniyalı olması vəziyyətində digər uşaqda xəstəliyin görülmə ehtimalı %12dir. Genetik keçişdən məsul tutulan bəzi genlər vardır ancaq bu mövzu hələ tam olaraq işıqlandırıla bilməmişdir. Şizofreniyalı xəstələrin beyin tomoqrafiyası və MR kimi radyolojik araşdırmalarında beynin bəzi bölgələrində dəyişikliklər təsbit edilməkdədir ancaq bu dəyişikliklərin şizofreniyaya xas olmadığı bilinməkdədir. Yeni ölən şizofreniyalı xəstələrin beyin biyopsilərində beyində bəzi toxu dəyişiklikləri görülməkdədir. Bu dəyişikliklərin də xəstəlik meydana gəlmədən əvvəlmi olduğu və ya xəstəliyin ortaya çıxışıylamıı inkişaf etdiyi bilinə bilməməkdədir. Beyin biokimyası ilə əlaqədar araşdırmalarda beyində xəbərçi rolu boynuna götürən (nörotransmitter) maddələrdən biri olan dopaminin fəaliyyət artımının xəstəliyə gətirib çıxardığı bilinməkdədir. Son illərdə dopamin yanında serotonin və norepinefrin kimi digər xəbərçilərində şizofreniya meydana gəlməsində rol oynadığı ifadə edilməkdədir. İstifadə edilən dərmanlar da bu sistemlər üzərindən təsir etməkdədir. Hər xəstədə eyni şeylərin ortaya çıxmaması, hər dərmanın hər xəstəyə yaramaması xəstəliyin ortaya çıxışında bu maddələrlə əlaqədar adamdan adama dəyişən xüsusiyyətlərin olduğunu düşündürməkdədir. Xəstəliyin ortaya çıxış səbəbi olaraq bəzi xəstələrdə dopamin sistemi daha təsirli olarkən bəzilərində problemin daha çox serotonin sistemində ola bilər. İmmunitet sisteminin bu xəstəliyə gətirib çıxardığı qarşıya qoyulan nəzəriyyələr arasındadır. Hamiləlik əsnasında qrip infeksiyası keçirən anaların uşaqlarında bu xəstəliyin ortaya çıxdığı irəli sürülmüşdür, ancaq araşdırmalar bunu dəstəkləməməkdədir. Ekoloji bəzi faktorlar xəstəliyin ortaya çıxışında rol oynamaqdadır. Ürək xəstələri necə ekoloji stress yaradan vəziyyətlərdən mənfi təsirlənirsə və ya stressli bir həyat hadisəsi necə xəstəliyin ortaya çıxmasında rol oynayırsa şizofreniyalılarda də eyni vəziyyət etibarlıdır. Bu xəstələrdə tək başına dərman müalicəsi ümumiyyətlə kafi olmaz, stress yaradan vəziyyətlərin də ələ alınması lazımdır. Bəzi ailə strukturlarının şizofreniyaya gətirib çıxardığı qarşıya qoyulmuş və şizofreniyalı ailələr modeli inkişaf etdirilməyə çalışılmışdır, ancaq sonra edilən araşdırmalar bu nəzəriyyəni dəstəkləməmişdir. Şizofreniyalılarda hormonlarda bəzi dəyişikliklər olduğu və bunun da xəstəliyə gətirib çıxardığı ifadə edilməkdədir. Bəzi strukturca və kimyəvi pozuqluqların şizofreniyalı xəstələrin hisslərində pozulmalara gətirib çıxardığı və xəstələrin hisslərində seçicilik olmaması səbəbindən beynin həddindən çox xəbərdar edilməsi ilə qarşılaşdığı qarşıya qoyulmaqdadır. Məsələn normal kəslərdə olduğu mühitdə eyni anda ortaya çıxan səslərə qarşı bir seçicilik vardır, televiziyanın səsini dinlərkən çöldə qışqıran satıcının səsini qəbul etməyə bilər, halbuki şizofreniyalılarda bu seçiciliyin olmadığı eyni anda var olan bütün səslərin qəbul edildiyi və beynin çox xəbərdar edilməsi ilə qarşı-qarşıya qaldığı ifadə edilməkdədir. Stress-diyatez nəzəriyyəsinə görə bəzi kəslərdə stressli bir vəziyyətlə qarşılaşıldığında şizofreniya ortaya çıxmaqdadır. Şizofreniyanın ortaya çıxışında bioloji, psikososial və ekoloji faktorların birlikdə rol oynadığı, stress yaradan bir vəziyyətlə qarşılaşıldığında xəstəliyin ortaya çıxdığı və stress yaradan vəziyyətin də bu faktorlardan biri ilə əlaqədar ola biləcəyi ifadə edilməkdədir. Məsələn ortaya çıxarıcı faktor infeksiya kimi bioloji bir səbəb və ya bir yaxınını itirmə və ya problemli bir ailədə həyata kimi psixoloji bir səbəb ola bilər. Hər infeksiya xəstəliyi olan və ya hər yaxınını itirən şizofreniya olmaz, bu xəstəliyin ortaya çıxışı üçün irsi uyğunluğun da olması lazımdır. 

Abbaslı Əminə

BDU, Sosial Elmlər və Psixologiya fakültəsi,  Psixologiya ixtisası , 2ci kurs 

 

 

Go Back

Mən Qorxuram


Qələmə aldığım bir nəçə məqalələrimdə də olduğu kimi bu yazimda da çalışmışam ki öz baxış tərzimi və eyni ilə də reallığı əks etdirim.Beləki düşünürəm ki şizofreniya haqqinda hərkəs asanlıqla istər internet istərsə də kitab və ya jurnallar vasitəsi ilə yetərincə məlumat əldə edə bilər. Lakin mənim günümüz cəmiyyətində qarşılaşdığım reallıq onu göstərir ki insanlar nəyinki xüsusi səy göstərərək hər hansi bir xəstəlik haqqında maariflənməyə ehdiyac duyur əksinə olaraq hər hansı bir yollada olsa xəstəliyin bütün gerçəkliyi ilə üz üzə qaldıqda belə nədənsə önəmsəmirlər. Bütün bunları nəzərə alaraq bu yazımda yaşanmış bir hadisəni tam aydınlığı ilə danişacam və bu hadisəyə nələrin səbəb olduğunu həmçinin yaşamış olduğumuz cəmiyyətin xəstəliklərə və bunlarla mübarizə aparmağa çalışan insanlara baxış tərzindən danışacağam.

Hadisə Şizofreniya xəstəsi olan bir qızın sırf öz faciyəsi olmaqdan çıxıb bir ailənin faciyəsinə çevrilməsindən bəhs edir. Gənc N.A hələ gənc qız ikən müxtəlif davranış pozuqluğu göstərdiyinə görə həkimə muraciət olunur. Nəticədə ona Moskvada Paranoid Şizofreniya diaqnozu qoyulur. Lakin bütün bunlara baxmayaraq ailə ictimai qinağın və eyni ilə də savadsızlığın nəticəsi olaraq boşver düşüncəsi ilə həyatlarına davam edir. Və hətta bələ bir qənayətə gəlirlər ki “evlənsə duzeler”… Nəticədə N.A evlənir və bir oğlan övladı R.A dünyaya gəlir. Hadisənin gedişindən yəqin ki çoxunuza da aydın olar ki vaxtın keçməsi ilə artiq N.A nin xəstəliyi daha xroniki bir hal alir və o oz həyatina son qoyur.Bəs bununla bitirmi?!Əgər bütün bu yaşananlar bir təsədüf nəticəsində olsa idi bəlkədə.Amma R.A nin artiq 19yasi var və həm gozlərinin onundə anasi faciyəvi səkildə dunyasini dəyisən bir usaq olaraq həmdə dəyərdimki irisi faktorun ozunu gostərməsi nəticəsindədirki artiq ondada xaraktərik xususiyyətlər ozunu biruzə verir.və bu prosəsləri bir dəfə yasamis bir ailə olmasina baxmayaraq R.A nin ailəsi yənədə muayinə ətdirməyi oglan usagidir sabahsi gunu kim qiz vərər dusuncəsi ilə ərtələyirlər.Məni isə yalnizca bir səy narahat ədir R.A nin “mən qorxuram”sozlərini təz təz təkrar ətməsidir.Axi N.Anin hətta son sozudə bu olmusdur.Buda sozsuzki onlarda əsitmə halusinasiyalarinin yaratdigi qorxudan irəli gəlir.

Butun bunlara səbəb kimi bir nəcə faktoru qəyd ədəcəm:

1.insanlarin bəyninə həyacan təbili calaraq təsir gostərməyin vaxtidir. Ancaq belə olan səraitdə ailələr xəstəliklə nəqədər uzləsməyi bilsələr və bundan utanc duymaq yərinə duzgun yanasma tərzini secsələr xəstəliyin novundən asili olmayaraq asan asila biləcək səd oldugunu gorəcəklər.

2.ruhi xəstələrin xususi ilə də sizifrəniya xəstələrinin nigaha daxil olmasi qadagandir. Lakin bu haqda tam rahatliqla dəyə bilərəmki əksəriyyətdə məlumat yoxdur. Və yalnis ictimai qinaqin təsirindən hətta nigah oncəsi gənclərin muayinə olunmasi ayibdir. Nəticəsi isə acinacaqlidir. Sizofreniya əsasən ətrafa zərər torədən xəstəlik dəildir. Amma bu danisdigim hadisədəndə yəqinki aydin olurki məlumatsizliq oz novbəsində yanlıs ictimai qinaga bu isə ozluyundə ətrafindakilara dərin yaralar buraxacaq bir xəstəlik olma əhtimali yuksək ədir…


Əlizadə Münəvvər

Baki Qizlar Univərsitəti,Sosial Pedaqoqika,Ibtidai Sinif müəllimi

Go Back

Dahilikdən dəliliyə bir addım

Dəlilik…yəqin ki, bir çox insanın diqqətini cəlb edən bu anlayış ilk öncə bir çox sual formalaşdırır. Dəlilik və dahilik? Bir-birindən tamamilə fərqli olan bu anlayışların hansı ortaq nöqtəsi ola bilər? Bəs bu ortaqlıqda şizofrenyanın rolu nədən ibarətdir?. Əslində isə bu anlayışların ortaq nöqtəsi çoxdur. Ancaq gəlin öncə dəlilik anlayışın mahiyyətini açıqlayaq. Müxtəlif tarixi dövrlərdə və müxtəlif mədəniyyətlərdə fərqli mənalar daşıyan dəlilik anlayışı qeyri-adi düşüncə və davranışları olan insanların vəziyyəti kimi xarakterizə olunur. Müasir psixologiya və psixiatriyada ruh xəstəliyi olaraq tamamlanan bu anlayış, ümumilikdə isə ağılın hakimiyyətini təmsil edən bir yanaşma ilə ələ alınmaqdadır. Ağıl hakimiyyətindən söz açarkən isə şizofrenyadan danışmaq lap yerinə düşər.

Şizofrenya (yunanca “schizo” – parçalayıram , “phren”-idrak, ağıl deməkdir) tutulmalar şəklində baş verən aşağıdakı əlamətlərdən ən azı ikisinin varlığı (sayıqlamalar, hallüsunasiya, danışıq xüsusiyyətləri və keyfiyyətində pozulma; həddindən artıq dərəcədə qəribə və mənasız şəkildə dağılmış davranışlar; mənfi əlamətlər dediyimiz emosiyalarda  azalma, təfəkkürün qırıqlığı, enerjinin azalması və  fəaliyyəti həyata keçirməyə həvəssizlik halı) xəstəliyin əlamətləri kimi səciyyələndirilir. Bu vəziyyətdəki adamda xəstəliyin baş vermə müddəti içində sosial, peşə, ailəvi əlaqələrində və özünə baxım kimi sahələrində diqqəti cəlb edən  pozulmalar meydana gəlir. Bu əlamətlər ən az 6 ay müddətdə  olmalıdır.

Şizofreniyanın necə fərqinə vararıq? Şizofreniya özünü insanın xarici görünüşündə, duyğularını ifadə etməsində, davranışlarında, düşüncələrində etdiyi dəyişikliklər və bunların ictimai əks olunması ilə  müəyyən edər. Başlıca əlamətlər bu şəkildə yekunlaşdırıla bilər:  

-Mimiklər və jestlərdə azalma, ətrafda olub bitənlərə qarşı maraqsızlıq görülə bilər. Bəzilərində üz ifadəsi donuqlaşabilər, bəzi xəstələrdə isə danışıq pozular, dağınıq və müəmmalı ola bilər, özünəqapanma və ya yaxınlarından asılı olmaqla bağlı artım görülə bilər.

 -Məqsədsiz və mənasız davranışlar göstərə bilərlər. Heç hərəkət etməmək, davamlı bir nöqtəyə baxaraq heç danışmama və ya təcavüzkar davranışlar nümayiş etdirə bilər. Geyim-keçimə diqqətsizlik və özünə qulluq vərdişləri azalabilər.

-Xəstələrin çoxunda onların təqib edildiklərini, öldürüləcəklərini, onlar əleyhinə sui-qəsd, tələ qurulduğunu düşünmə, qorxma və s. kimi əlamətlər görülür.

Bir çox insanlar istedadlarının yüksək səviyyəsi ilə fərqlənirlər, onların yaradıcı nailiyyətləri cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü, epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf səviyyəsi dahilik adlanır. Dahilik şəxsiyyətin elə bir yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Məhz həmin şəxslərdir ki, onların bir çoxu dahilik və dəlilik arasındakı o incə xətti keçərək ya dahilik statusunu özündə saxlayır ya da dəliliyi. Bu cür şəxslərə tarixdə çox rast gəlinir. Amerikalı dahi riyaziyyatçı John Nash 1950-ci illərin ən məşhur riyaziyyatçısı olaraq tanınır. 1958-ci ildə şizofreniya xəstəliyinə tutulan John Nash, 25 il elm dünyasından uzaq qalır. 1994-cü ildə xəstəliyini məğlub edən dahi riyaziyyatçı aktiv elm dünyasına qayıdır. Eyni il, inkişaf etdirdiyi “ Oyun Nəzəriyyəsi " ilə Nobel mükafatı qazanır. Bundan başqa avropanın ən yaxşı qapıçıları arasında yer alan Andy Goran, Albert Eynşteynin oğlu - Eduard Eynşteyn, Dr. Watsonun oğlu ( Dr.Watson DNT-nin birgə kəşfi və Nobel mükafatçısı ) , superbowl oyunun qalibi futbolçu Lionel Aldridge, rus rəqqası Mary Todd Lincoln, məşhur şizofreniyalı rəssam Louis Wain, yazıçı Jack Kerouac, dramaturq  Antonin Artaud və s. adlar da həmin siyahıya daxildir.

Lakin, buradakı ən önəmli və hər kəsi düşündürən məsələ dahilik dəliliyə səbəb olur yoxsakı dəlilik dahiliyə səbəb olur sualıdır ki, bu suala  cavab isə əlbəttə ki, hələ də axtarılmaqdadır...

Ceyhunə Dəmirova

BDU, Sosial elmler ve psixologiya fakultesi
Magistr, 2 kurs,umumi psixologiya ixtisasi

Go Back

Şizofreniya- insanın eyni anda iki fərqli həqiqətə inanmasıdır

Biraz şizofreniya xəstəliyi haqqında məlumatlandırmaq istərdim sizi;

Şizofreniya yunanca yarmaq və - ağıl, düşüncə— insanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Haqqında danışılan adamın iki şəxsiyyətli olması deyil, eyni anda iki fərqli həqiqətə inanmasıdır. "Gerçək həqiqət" normal, sıravi bir insanın qəbul etdiyi, "ikinci həqiqət" sağlam bir insanın anlaya bilməyəcəyi, çox zaman müəyyən bir sistemə əsaslanan bir həqiqətdir
Şizofreniya daxilə qapanma, gerçəklərə laqeydlik və şəxsiyyət ikiləşməsi, zehn bölünməsi, daxilə istiqamətlinmiş düşüncə quruluşunun yerləşməsi şəklində meydana çıxan bir psixozdur. Şizofreniyalı özünə xas bir dünya da yaşamır, ilksəl və egosantrik bir düşüncə quruluşuna sahib olur. Daxili aləminə qapanmış olan şizofreniyalı xülyalar aləmində yaşayır. Bu xəstəliyə tutulma yaşı ümumiyyətlə 15-35 yaşları arasındadır. Hadisələrin böyük bir qisimində irsi faktor əsas rol oynayır. Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec bas varir.

Diaqnoz necə qoyulur?

Şizofreniyaya aid əlamətlər başqa psixiatrik xəstəliklərdə də görülə bilər. Heç bir əlamət tək başına diaqnoz qoymaq üçün yeterli sayılmır.Diaqnoz psixiatriya eksperti tərəfindən xəstənin ruhi müayinəsi, xəstə yaxınları ilə görüş və çox vaxt xəstənin klinik izlənilməsi nəticəsində qoyulur.
Şizotipik şəxsiyyət pozğunluğu, şizoaffektif pozğunluq, bipolyar duyğu pozğunluğu şizofreniya ilə tez-tez qarışan pozğunluqları. Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır
Bəzi fiziki xəstəliklərin analizi əsnasında da oxşarlıq yaranar, bu səbəblə fərqləndirici diaqnozu edə bilmək üçün fiziki müayinə və qan təhlillərinin edilməsi lazımdır.
Spirt və maddə asılılığı olan və ya bəzi dərmanları istifadə edən insanlarda də oxşar əlamətlər ola bilər. Xəstənin problemlərinin öyrənilməsi zamanı buna diqqət yetirilməli və söhbətdə bu vəziyyətlərdən danışılırsa bu istiqamətli tədqiqlərin edilməsi lazımdır.


ƏLAMƏTLƏRİ HANSILARDIR ?

Şizofreniya xəstələri dünyanı fərqli cür qəbul edirlər. Şizofreniyanın meydana gəlməsi fərqli cür ola bilər. Bəzi xəstələrdə birdən ortaya çıxa biləcəyi halda bir çox xəstədə hiyləgərcə yavaş yavaş inkişaf edir. Yavaş seyr göstərən şizofreniyaya başlanğıcda diqqət toplama çətinliyi, ictimai marağı itirmə, daxilə qapanma, özünə baxımda azalma, və ya quru sevdaya tutulma kimi diqqətə çarpan olmayan və ilk baxışda şizofreniyaya düşündürməyən hallar yaranır və əsasən başqa psixiatrik xəstəliklərlə qarışdırılır. Bu başlanğıc ifadə sonra bir neçə ay və ya il içində də bütün əlamətləri ilə xəstəlik ortaya çıxar. Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulması. Xəstələr tez-tez qəribə davranışları və danışıqları ilə seçilirlər.Gerçekte olmayan səslər eşitməyə və xəyallar görməyə başlayarrlar. Bəzi xəstələrdə qəribə mövqelərdə uzun müddət dayanma, bəzilərində heç hərəkət etmədən uzun müddət səssiz qalma və ya həddindən artıq hərəkətlilik görülə bilər. Yavaş seyr göstərən şizofreniyanın yanında sürətli seyr göstərən şizofreniya də ola bilər. Bu xəstələrdə isə simptomlar birdən ortaya çıxır.Bəzi xəstələrdə bu hal yüngül baş vererkən bəzilərində şiddətli simptomlar ola bilər və bu vəziyyətdə xəstələri nəzarət etmək çətinləşə bilər..
Şizofreniyanın tipinə görə əlamət çoxluqları də dəyişər. Məsələn paranoid şizofreniyaya şüphəcilik misaldır. Paranoid şizofreniyalılarda sıx görülən mövzulardan bəziləri bunlardır: ona qarşı pislik etmək istəyən kəslər və ya güclər olduğunu düşünür, bununla əlaqədar müxtəlif səslər eşidir,evdə pərdələri bağlayıb oturur, yemək yeyərkən zəhərlənmə riski olduğunu düşünüb yeməyi ya öz qarşısında hazırltdırır və ya öz elədiyi yeməyi yeyir. Otağına dinləmə cihazları yerləşdirildiyini zənn edib, otağında təmkinli danışır, həyat yoldaşının ona xəyanət etdiyini düşünür.Sadə şizofreniyaya isə ictimai geriləmə, daxili qapanma, ictimai fəaliyyətlərdə azalma, özünə baxımın düşməsi ola bilər. Müsbət əlamətlərdə; şübhəçilik, muxtəlif səslər eşitmə zənni və qəribə davranışlar sıxtır.Xəstələrdə düşüncə və danışmada zəiflik olur..

Danışarkən mövzudan mövzuya atılma, məzmun olaraq bir məna ifadə etməyən sözləri bir-birinin ardınca sıralama nəticəsində dinləyənlər tərəfindən bir məna ifadə etməyən söz salatı dediyimiz məzmunu boş, mənasız və kompleks danışma forması görülə bilər. Bəzən də xəstələr özləri söz uydururlar, bu sözlər onlara görə bir məna ifadə edir.Əslində mənasız kimi görülən danışığa diqqət yetirilsə çoxda mənasız olmadığı məzmunun olduğu görə bilərik.
Xəstələr danışarkən ani dayanmalar, bloklar ümumiyyətlə buna bağlıdır. Düşüncələr ümumiyyətlə kiçik və fantastik. Xəstələrdə gerçəklə əlaqəsi olmayan inanclar görülə bilər. Bu xəstələrdə görülən bəzi düşüncələrə bu nümunələr verilə bilər; telefonları dinləməkdə, insanlar onu təqib etməkdə, hər kəs düşüncələrini bilir, pislik etmək istəyən insanlar var, hətta ev içindəki yaxınları belə pisliyini istəməkdə və özünə zərər vermək üçün planlar etməkdədir, televiziyadan mesajlar alır, hər kəs özünə mənalı mənalı baxmaqdadır, daxili orqanları parçalanmış və yox olmuşdur, telepatik gücləri vardır, yadplanetlilər onun ilə əlaqə qurmaqdadır və s

Gerçəklə əlaqəsi olmayan səslər eşidə bilər. Onun fikrincə bu səslər ona bəzi əmrlər verir və ya pis sözlər söyləyir. Yenə gerçəkdə olmayan xəyallar görülür.Qəribə şəkillər, qorxunc varlıqlar ola bilər. Xəstələr bu səs və görünüşlərin gerçəkdə olub olmadığını ayırd edə bilməz. Çox vaxt bunlardan narahat olarlar və qorxarlar. Bunları öz beyinlərinin bir məhsulu olaraq qəbul etməz və ümumiyyətlə xaricdən bəziləri tərəfindən edildiyini düşünürlər. Bəzən bu səslərə cavab verər, danışmağa başlayırlar və ya şəkilləri təqib ederler.Hastaların bu hərəkətləri çöldən müşahidə edildiyinə öz-özünə danışırmış və ya sabit bir nöqtəyə baxırmış kimi gəlir.

Mənfi əlamətlərdə; ictimai geriləmə, daxilə qapanma, maraq və istək azlığı, özünə baxımda azalma, danışma və hərəkətlərdə azalma kimi ifadələr aiddir. Xəstələrin jest və mimikalarının azaldığı görülür.Hadisələrə uyğun reaksiyalar verə bilmirlər. Çox vaxt üzlərinə maska taxmış kimi reaksiyasız bir görünüş təsiri bağışlaırlar.Bəzən də dəxlisiz reaksiyalar verirlər ağlanılacaq yerdə gülər və ya gülünəcək yerdə ağlayırlar.Ümumiyyətlə hərəkətlər azalmışdır.
Hərəkətə başlama çətinliyi görülər. İrəli mərhələlərdə uzun müddət hərəkətsiz dayanırlar. Bu hərəkətsizliyə səbəbi tez-tez qərarsız qalmaqla əlaqədardır. Bəzən gözlənilməyən ani bir hərəkətlilik ola bilər, xəstə yaydan atılmış ox kimi hərəkətə keçə bilər. Xəstələr ictimai hadisələrə maraq və istəklərini ümumiyyətlə itirərlər.Şizofreniya xəstələrində təcavüzkarlıq sıx görülən əlamət deyil. Ancaq şizofreniya əlamətləri ortaya çıxmadan əvvəl təcavüzkar şəxsiyyəti olanlarda xəstəlik ortaya çıxdıqdan sonra təcavüzkarlıq halı görsənir.Bunun xaricindəki xəstələr ümumiyyətlə içinə qapalıdır. Şübhəçiliyi olan xəstələr dərman istifadə etməsədə təcavüzkar ola bilərlər. Ümumiyyətlə ailə içində və ya yoldaş mühitində təcavüzkar davranışlar göstərirlər. Yenə spirt və maddə asılılığı olan şizofreniyalılarda təcavüzkarlıq halı ola bilər. Şizofreniyaya intihar riski normal cəmiyyətə görə çoxdur. Xəstələrin% 10-də intihar cəhdi riski var. Hansı xəstənin intihar edəcəyini əvvəldən düşünmək ümumiyyətlə çətindir.
Şizofreniyalı xəstələr xəstəlik əvvəli səssiz, yoldaşı az, təkliyi sevən, qəribə, etibarsız kəslərdir. Bu xüsusiyyətlər ayırıcı diaqnoz üçün çox kömək edir. Ailələr ümumiyyətlə uşaqlarının xəstəlik başlamadan əvvəl həmişə çalışan, səssiz, uyğun, yoldaşsız olduqlarını izah edərlər.Şizofreniya, daha əvvəl də ifadə edildiyi kimi, əksəriyyətlə 18-25 yaşlarında hər növ psixoloji stresslə başlaya bilər. Adamın mənliyinə zərbələr, cavanlıq çağında impulsların həddindən artıq şiddət qazanması, cinsi və ya təcavüzkar təhriklərə qarşı yoxlama zəifliyi kimi vəziyyətlərə, psixozun başlamasından əvvəl tez rast gəlinməkdədir.

 

Yusibova Leyla 

BDU-Sosial elmlər və psixologiya fakultəsinin ikinci kurs tələbəsi 

Go Back

Yazılmamış sonluq-ƏN AKTİV İŞTİRAKÇI

Yaxin bir rəfiqəmin əmisi şizoren idi və hekayə belə başlayir........

Onun adi Əli idi məktəbin ən savadli və ən çox ələ salinan uşaqi idi.3uşaq idilər evdə ama evdəkilər Əlini heç sevmirdilər daim onunla xəcalət çəkirdilər.Əliyə 4göz deyirdilər ona hərgün məktəbdə dostlari tərəfindən ələ salinirdi.Amma Əli müəllimlərin sevimlisi idi çünki o çox avadli idi ən çoxda kimyadan.Əli anasina həmişə şikayət edirdiki onun Elnurdan savayi dostu yoxdu Elnur onu başa düşür və anlayir.Birgün dərsə gələndə Əli lövhədə 1 yaziya rast gəlir məktəblərarasi yariş və bunu görüb o çox sevinir.Çünki həmin yariş qeyri adi texnologiyalarin ekologiyanin təmizliyi naminə istifadəsi idi əlbət bunu o bacarardi.

-Elnurla birlikdə cihazin düzəlişinə başlamişiq ana və əminəm ki qalib olacam.

+Olacaqsan ya olacaqsiz?oğlum

-Ana  axi bu mənim ideamdir və o sadece yardimçidir həm Elnur gizli təşkilata işləyir bir dəfə bunu özündən eşitmişəm.

+Oğlum nə təşkilat?nə danişirsan

-Ana sonra izah edərəm indi Elnurla görüşməliyəm.

Gecə gündüz çalişirdimki 1 ci olum çünki o mənim haqqim idi Elnurla yatmaq nədi bilmirdik .Şibyələrlə işləyirdik.Mənim məqsədimi o bilməməkçün qeyd dəftərçəmi ondan gizlətirdim.

Düz 1 ay keçdi Elnur mənə şibyə yetişdirməkdə yardim edirdi ama bir gün gördümki deftərim yoxdu və üstəlik Elnur da həmin gün bzim yerimizə gəlməyib çox əsəbləşdim və nə edəcəyimi bilmirdim.

Dövlət dayi mənim balacaliqdan tanidiğim polis işçisi idi o daim necə təqsirkarlari tutdğundan və olari ram etdiyindən danişirdi. Ağlima ilk o gəldi və polis şöbəsinə onun yanina getməyi qərara aldim..

Gözümü açanda anam başimin üstündə idim QORXMA deyirdi sağalacaqsan.

Əslində danişdiğim qəhrəman öz Dövlət dayisin qətlə yetirən və şibyələrdə torpaq almaği kəşf edən insandir.

Dəftərçəsini tpa bilməyən Əli onlarin qonşusu Dövlət dayini onlarin yerinə çağirir və dəftərçəsinin itdiyin bildirir.İsrarla deyirki onu Elnur götürüb ama Dövlət dayi bunu inkar edir və Əli nəticədə elindəki bel ilə onu qətlə yetirir.Beləliklə üzə çixirki onunn heç dostu olmayib və gormə qabiliyyəti olmadiğindan o yaza bilməyib və onun heç qeyd dəftəri olmuyub

İndi Əli dayi gözdən əllillər üzrə məktəbdə kimya dərsri deyir və 1 qizi var o da gözdən əlildir .Müalicəsini indiyədək davam etdirir.

Çünki həyat davam edir kim olursan ol əngəlli ya əngəlsiz şizofren ya vunder kind bu həyatda yalniz 1 qanun var o daki həyat sən yazan qanunlardan ibarətdir.

 

                                      Yaşam nədir- o mənəm

                              Dünya nədir –o mənəm

                              Bəs sən kimsən 

                              Mən dahi Yuli Sezaram

                              Bəs arzun nədi

                              Arzum o du hami mənə səcdə etsin

                              Bəs olacaqmi

                              Əlbət bir gün

                              Bəs hansı  gün

                       Zavalli insan sən Sezara inanan gün

Və hər şey başlaği kimi bir sonu da olur, bu da Əli dayinin  şeiri ilə xoşbəxt sonluq...........

 

Arzu Məmmədova

BDU, Sosial Elmlər və Psixologiya fakultəsi, Psixologiya ixtisası, II kurs

Go Back

Şizofreniya xəstəliyi nədir?

    Şizofreniya,səbəbi hələ də bilinməyən,duyğu,düşüncə və davranışlarda önəmli pozuntularla müşahidə edilən,adı ilə belə insanı qorxudan bir xəstəlikdir.

Ümumilikde götürdükde xroniki gedişlidir və prodromal faza,aldanma və ya hallusinasiyaların var olduğu aktiv faza,kəskin faza,nəhayət zəifləmə və rezidiv faza olmaqla 3 mərhələdən ibarətdir.İlk simptomlara tez-tez baş veren gerilik hissi,qəzəb püskürən davranışlar daxildir.Bu simptomlar birinci mərhələni təşkil edir ki,bu  mərhələ günlərlə,aylarla və illərlə davam edə bilər.İkinci mərhələnin başlamasının ilk simptomları insanların əslində mövcud olmayan insan və ya varlıqları görməsidir.Belə hallar isə xəstələrdə  çaşdırıcı və aldadıcı düşüncələrin formalaşmasına səbəb olur.Bu simptomlar tədricən və yavaş-yavaş görünə bilər.Simptomlar ağır olduğu hallarda xəstə psixi epizodlar görə bilər.Belə hallarda isə xəstə reallıq və qeyri-reallıq arasındakı fərqi hiss etmir.Belə xəstələri isə artıq xəstəxanalara göndərmək zərurəti yaranır.Əks təqdirdə xəstəlik daha ağırlaşa bilər.Bu vəziyyətdə olduqda insanlar öz qayğıları haqqında qərarlar qebul edə bilmədiyindən məcburi də olsa onları xəstəxanaya yerləşdirmək gərəkdir.Bu faza 4 və ya 8 həftə davam edir və bu fazada şizofreniya xəstəliyinin diaqnozu qoyulur.Sonuncu mərhələ zəifləmə və ya residiv mərhələ adlanır.Aktiv fazadan sonra ,simptomlar zəifləyə və həyat normal ola bilər ki,buna zəifləmə deyilir.Am-ma simptomlar əksinə daha da  kəskinləşirsə,bu residiv mərhələ adlanır.Bu dövrdə simptomlar daha da ağırlaşa və təkmilləşə bilər.

        Şizofreniyanın ömür boyu yayılma faizi 0,5-1%-dir.Bu isə o deməkdir ki,dünya-ya gələn hər əkiz uşaqdan 2-3-ü sizofreniya xəstəliyinə tutulma ehtimalı vardır.Xəstəliyin ortaya çıxmasında isə cinsiyyətin fərqi yoxdur.Xəstəlik əsasən 15-35 yaşlar arasında başlanır.10 yaşdan aşağı və 40 yaşdan yuxarı başlaması nadirdir.Bu baxımdan şizofreniyanın başlaması üçün ən riskli yaş 15-25 yaşlardır.Ailəsində şizofrenik olan insanlarda şizofreniya riski normal insanlara nis-bətən daha yüksəkdir.Eyni zamanda tək yumurta əkizlərinində,cüt yumurta əkizlə-rinə nisbətən xəstəliyə tutulma riski daha yüksəkdir.Övladlığa götürülmüş uşaqlar üzərində aparılmış tədqiqatlarda ,əgər bioloji ana və atada  şizofreniya varsa,övladlığa götürülmüş uşaqlarda şizofreniyaya tutulma riski yenə də yüksəkdir.Əksinə ana və atası şizofrenik olmayan bir uşaq,şizofrenik bir aile tərəfindən övladlığa götürüldükdə,həmin uşaqlarda şizofreniya riski artmaqdadır.Deyilənlərdən aydın olur ki,şizofreniya irsi bir xəstəlik deyildir.Şizofreniya xəstəsinin övladına da bu xəstəlik keçəcəkdir düşüncəsi tama-milə yanlışdır.Bu baxımdan şizofreniyanın tək bir faktora bağlı bir xəstəlik olmadığını,çoxlu faktorla bağlı olduğu qeyd edilməlidir.

Müsbət simptomlar

Müsbət simptomlar şəxsin səxsiyyətinə “əlavə edilən”həyəcanlardır.

Yanılmalar-yalan ideyalar-onlar belə güman edirlər ki,məşhurdular və onları kimsə izləyir və ya güdür.

Hallusinasiyalar-həqiqətdə mövcud olmayan nəyisə görmək,hiss tmək,dadmaq və ya esitməkdir.Bu halda şizofreniklər onlara əmrlər və şərhlər verən uydurma səslər eşidirlər.

Pozulmuş nitq və fikir-mənasız şəkildə bir mövzudan başqa bir mövzuya keçidin baş verməsidir.

Mənfi simptomlar

Mənfi simptomlar şəxsin şəxsiyyətindən “itirilən” bacarıqlardır.Sosial geriləmə,insanlardan uzaqlaşma,həyatdan zövq almamaq,öz işinə laqeydsizlik,xarici görünüşə önəm verməmək,baxımsızlıq və.s daxildir.

Şizofreniyanın tipləri

Paranoidal tip-şəxs özünü çox şübheli  aparır,xüsusi olduğuna,xüsusi bir vəzifə üçün dünyaya göndərildiyinə,özünə xüsusi bir vəzifə verildiyinə,bədənin fövqəltəbii olduğuna inanır.

Dağıdılmış tip-bu xəstələr pozulmuş nitqə və davranışa malik olurlar.Yəni qarma-qarışıq davranışlar və ətraf mühitə qeyri-adi görünüşə malik olan davranışlar göstərirlər.Üzlərinə baxdıqda donuq bir üz ifadəsi və yaxud mövcud vəziyyətlə heç bir əlaqəsi olmayan davranışlar göstərirlər.Belə hallarda onlar ağlanılacaq şeylərə gülür və ya gülünəcək şeylərə ağlaya bilərlər.

Katatonik tip-xarici mühitlə əlaqəsi kəsilmiş kimi görünsələrdə ətraf mühitdə baş verənləri tanımaq və qeyd etməkdədirlər.Xəstələr bəlli bir duruşda uzun müddət qala və xaricdən gələn reaksiyalara cavab verməzlər.Bu tip xəstələr qarşısındakı insanın hərəkət və davranışlarını təkrar edə bilərlər.

Şizoaffektiv tip-bu tip xəstələrdə şizofreniyanın əlamətləri artıq qalmamışdır və ya bu əlamətlər yumşamlış halda davam etdiyi vəziyyətlərdə bu tip şizofreniyadan behs edilir.

Sadə tip-yavaş başlayan və daha çox mənfi halların üstün olduğu şizofreniya tipidir.Adətən aldanmalar,hallusinasiyalar,hərəkət pozuntuları müşahidə edilmir.

Qalıq tip-xəstə müayinə edildiyində şizofreniya diaqnozu qoyulur,ancaq yuxardakı alt tiplərdən heç birisi tam olaraq ayırd edilmədikdə bu diaqnoz qoyulur.Daha çox mənfi halların üstün olduğu pozğunluqdur.Dəyişməyə qarşı istək və maraq azdır.Cəmiyyətdən qaçmaq,düşüncədə durğunluq,özünə yaxşı baxmamaq kimi mənfi hallar gözlənilir.

Şizofreniya sonrası çökkünlük-şizofrenik tutmaların ardından xəstə çox aydın çökkünlüyə girə bilər.Daha çox mənfi əlamətlər olmaqla birlikdə müsbət əlamətlər də gözlənilir.Qalıq tip şizofreniyadan ayırmaq bir qədər çətindir.Diaqnozun qoyulması üçün xəstənin hekayəsi önəmlədir.

Şizofreniyanın mualicesini 4 mühüm növü vardır;

Dərman müalicəsi,psixo və ya sositerapiya,psixo-melumatlandırma,ailə dəstəyi.

Dərman müalicəsi-xəstənin bu yöntəmlə müalicəsində neyroleptik maddələrdən istifadə edilir.Neyroleptik dərmalardan 1950-ci illərdə ilk dəfə olaraq xlorpromazin ilə istifadəyə girmiş və şizofreniyanın müalicəsində cığır açmışdır.Dərmaların istifadəsi xəstədən xəstəyə dəyişir.Dərmanların təsir müddəti də xəstədən-xəstəyə dəyişilir və istifadə edilən dərman növünə bağlı yan təsirlər görülə bilər.Tez-tez görülən yan təsirlər arasında yorğuluq,susuzluq,tərləmə,bulanıq görmə,iştah artması sayıla bilər.

Psixo-terapiya-şizofreniya xəstələrinin müalicesində istifadə olunan müxtəlif psixoterapiya müalicələri formalaşmışdır(dəstəkləyici,şəxsi,bağlılıq və.s).Bu cür terapiyaların dərman müalicəsindən sonra geridə şikayətləri qalan xəstələrdə yararlı olduğu düşünülməkdədir.

Psixo məlumatlandırma-şizofreniya xəstələrinin müalicəsində yerinə yetiriləcək proqrama daxil edilməsində yararlı olduğuna dair sübutlar var və bəzi ölkələrdə bu cür proqmlardan xəstəliyin müalicəsində istifadə edilir.

İsmayılova Aysel

Bakı Dövlət Universitenin Sosial elmlər və Psixologiya  fakültəsinin Psixologiya ixtisası üzrə 2-ci kurs tələbəsi

Go Back

Şizofreniya xəstələrinin psixoloji xüsusiyyətləri

Şizofreniya duyğu, təfəkkür, davranış pozuntuları ilə meydana çıxan beyin xəstəliyidir. Xəstəlik 17-25 yaşlarında özünü göstərə bilər. Şizofreniya "şizo"- bölürəm "frenikus" - düşüncə sözlərindən ibarət olub, "ikiyə ayrılmış düşüncə" mənasını verir. Statistik araşdırmalar xəstəliyin son 20-30 il ərzində artdığını göstərmişdir. Şizofreniya hər 100 adamdan birində müşahidə edilir. Bütün dünya ölkələri üçün bu risk faktoru 1% təşkil edir. Hal -hazırda dünyada 60 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Şizofreniya xəstəliyinin qurbanına çevrilən şəxslər real aləmi tanıya bilmir, insanlardan uzaqlaşıb öz xəyal aləmlərində yaşayırlar. Hallusinasiya, illuziya, naməlum şəxslərin görülməsi, müəyyən səslərin eşidilməsi, başqalarına və özünə ziyan vurma, təfəkkür və emosional pozuntu, özünə qapanma şizofren xəstələrə xas olan xüsusiyyətlər sırasına daxildir. Xəstələr tez-tez "məni öldürəcəklər", "məni zəhərləyəcəklər", "mənə cadu ediblər", "məni izləyirlər" kimi kəlmələrdən istifadə edirlər. Şizofrenlərin hiss və davranışlarında bəzən paradokslar müşahidə edilir. Lüzumsuz gülmə və ya ağlama , yüksək həyacanlılıq, həddindən artıq aktivlik və ya özünəqapanma, həyatdan zövq almama, səsə və rənglərə qarşı həssaslıq ən bariz nümunə hesab edilə bilər.

Xəstəliyin yaranma səbəbi beyində dofamain maddəsinin miqdarının artmasıdır. Şizofreniya genetik faktorlarla əlaqəlidir. Valideynlərin hər ikisi şizofreniyadan əziyyət çəkirsə doğulacaq körpənin şizofren olması riski 50% , valideynlərdən birində müşahidə edilərsə  25% təşkil edir. Nənə və ya babada bu xəstəliyin olması körpənin şizofren olması riskini 11% ə endirir. Sosial və psixoloji problemlər, keçirilmiş xroniki depressiya, postravmatik stress pozuntusu xəstəliyin yaranmasına yalnız təkan verə bilər. Bunlar risk faktorudur. Hamilə qadının düzgün qidalanmaması, keçirdiyi stresli situasiyalar, zəhərlənmə halları, hamiləliyin 2-ci 3 ayında qrip və digər viruslara yoluxma doğulacaq körpənin şizofren ola biləcəyinə lüzum yarada bilər. Şizofreniya xəstəliyinə daha çox intellekt səviyyəsi yüksək olan şəxslərin tutulduğu qeyd edilir. Məşhur holland rəssamı Van Qoq, görkəmli rus yazıçısı Qoqolun şizofren olduqları danılmaz faktdır. Şizofreniya xəstəliyindən əziyyət çəkən Nobel mükafatı almış riyaziyyatçı John Nashı da bura aid etmək olar. 2001-ci ildə çəkilmiş "A beautiful mind" filmində onun  həyatı əks olunub. Filmdə şizofren xəstənin psixoloji vəziyyəti, rəftar və davranışı, ailədə mövqeyi aydın şəkildə canlandırılmışdır

Şizofreniyanın tam olaraq müalicəsi elm adamlarına təəssüf ki, məlum deyil. Xəstələrin 25-30% i sağalmır. Müalicəsi zamanı xəstələrdə müəyyən qədər yaxşılaşma-remisiya müşahidə olunur, ancaq bir müddət sonra əlamətlərin yenidən  baş qaldırması özünü göstərə bilər. Bu müddət 1 il, həmçinin 10 il də ola bilər. Müalicə zamanı dofamin maddəsinin miqdarı azaldılır. Antipsixotik preparatların qəbulu, xəstənin xəstəxana şəraitində müalicəsini davam etdirməsi, ailə və yaxın insanların dəstək və sevgisi vacib şərtlər sırasına daxil edilmişdir. Qəbul edilmiş preparatların bəzən əks təsiri də özünü göstərir.

Müalicə üçün başlıca şərtlərdən biri xəstənin öz xəstəliyini qəbul etməsidir. Əksər hallarda xəstə sağlam olduğunu iddia edir, daima nələrisə ətrafdakı insanlara sübut etməyə çalışır, amma nəticə gözlənilən olmur. Belə olduqda müalicə prosesində müsbət nəticələr əldə edilməsindən söz gedə bilməz. Bu istiqamətdə prioritet məsələ xəstənin sosial həyatının yaxşılaşmasına nail olmaq və xəstəni normal həyata qaytarmaqdır.

Cəmiyyətimizdə anormal sosial davranış hesab edilən şizofreniya və həmçinin digər buna bənzər xəstəliklər birmənalı qarşılanmır.  Bu xəstələrlə ünsiyyət saxlamaq, onlarla iş mühitində olmaq insanlarda qorxu və dəhşətli hisslər yaradır.

Yadda saxlamaq lazımdır ki, şizofreniyadan əziyyət çəkən şəxslər heç də qorxulu deyillər, onlardan uzaq durmaq, lağ etmək, qınamaq əvəzinə yardım məqsədilə ciddi işlər görülməli, insanlar arasında kütləvi şəkildə təbliğat aparılmalı, maarifləndirmə tədbirləri həyata keçirməklə belə xəstələrlə necə rəftar etməyin yolları aşılanmalıdır.

Leyla  Abdurəhimova

Azərbaycan Müəllimlər İnstitutu, "Təhsildə  sosial- psixoloji xidmət", 4-cü kurs

Go Back

Nə olar damğalamayın və qorxmayın

Şizofreniya deyəndə hamı hürkür.Sanki bu xəstəlik yalnız başqaları tutulsun deyə yaranmışdır.Heç kim bu xəstəliyi özünə və doğmalarına yaraşdırmaz.Ona görə də belə bir xəstə görəndə onu görməzdən gəlib, yox sayıb və ya özümüzü onlardan qoruyarsaq bizi bu bəla yaxalaya bilməz.Odur ki bu xəstəlik  qədim zamanlardan e.ə. 1400-cü illərdə Hindistanda, Çinde, Tevratda və antik Yunan mifologiyasında yer almışdır.

Yunan həkimlərinin yazılarında özünü həddindən artıq yüksək qiymətləndirən, böyük görən, digər bütün insanlardan pislik görəcəyi qorxusu ilə yaşayan insanlardan söz edilir və onlara necə kömək edilə biləcəklərinə dair yollar axtarmaqdan bəhs edilir.

İnsanlar orta əsrlərdə Avropada yaranan sxolartik düşüncə nəticəsində belə xəstələri qorxulu və düşmən kimi görmüşlər.Hətta onları zəncirlə bağlayıb odda yandırarlarmış.Bu vəziyyət 1744-cü ildə Fransada Pinel  (1745-1826)ilk dəfə belə xəstələrin arasına girib gəzinmiş və onları zəncirlərindən qurtarmışdır.Bu qurtarma bir simvol kimi hafizələrə həkk olunmuşdur.Hal-hazırda şizofreniyadan əziyyət çəkən insanlara baxışlar orta əsrlərdəki baxışlardan çox da fərqli deyil.Bu daha çox sosial-psixoloji cəhətdən onları cəmiyyətdən təcrid etmişdir.Adətən onlara təhlükə mənbəyi kimi baxmışlar.Bunda təkcə tək insanlardan yox, cəmiyyəti idarə edən və onlara təsir göstərən quruluşların da rolu heç də az deyil.Məsələn:Medya şəkər xəstəliyindən əziyyət çəkən bir xəstənin törətdiyi cinayəti xəbər edərkən xəstəlikdən bəhs etməz.Ancaq şizofreniyadan əziyyət çəkən bir xəstənin törətdiyi cinayət adətən gündəlikdən düşmür.

Ailəsində şizofreniya xəstəsi olan şəxslər bu vəziyyəti evlərinin xaricinə çıxarmamaq üçün əllərindən gələni edirlər.Beləcə xəstə 4 divar arasında qalmış,heç bir sosial və insani ehtiyaclarını qarşılaya bilməyəcək vəziyyətə gəlmişdir.Ailə də bu vəziyyətdən əziyyət çəkir.Nəticədə bir yana gedə bilmir və qonaq qəbul edə bilmir.Beləcə də cəmiyyətin ən kiçik institutu olan bir ailə cəmiyyətdən özünü təcrid etmiş olur.Şizofreniyanın yayılma  sıxlığını nəzərə alsaq ki,100 insandan biri şizefroniyadan əziyyət cəkirsə ,deməli hər 100 ailədən biri cəmiyyətdən təcrid olunmuş ailədir.

Bu vəziyyət həm cəmiyyət, həm də dövlətlər üçün ciddi itkilərə səbəb olur.Həm sosial həm də psixoloji olaraq insanlar ən faydalı ola biləcəkləri dövrdə cəmiyyətdən ayrı bir vəziyyətdə yaşayırlar.Bu o ailədəki yaşayışı tamamilə dəyişdirər.O ailənin ümidlərini,xəyallarını,gələcəklərini tamamilə poza bilər.

Ona görə də biz onlara bir xəstə kimi baxıb,onlara acığımız gəlmədən,onları damğalamadan həyatlarını daha yaxşı hala gətirə bilərik.Ona görə ki,şizofreniya xəstələrinə ailələri,yaxın dostları,iş yoldaşları hamısı birdən psixoloji olaraq yanında ola bilsək və dərmanlarını içməkdə ona kömək etsək bir cox xəstələr həyatda öz yerlərini tuta bilərlər.

Belə olan halda müalicə  %– 80 faiz daha səmərəli olar.

Yadımımızdan çıxarmayaq ki,kiçik yaxşılıqlar birləşərək gözəllikləri əmələ gətirər.

 

Züleyha İCİK

BDU Sosial elmlər və Psixologiya fakultəsi III kurs tələbəsi.

 

 

Go Back

Şizofreniya xəstələrinin özünə və ətrafdakılara qarşı münasibətin emosional və koqnitiv komponenti

                                 “Şizofreniya – daxili səsin öz müstəqilliyini bildirməsidir.”

                    S. Fedin

 Şizofreniya xəstəliyinin yayılma surəti cəmiyyətə geniş miqyasda ziyan vura bilən  psixi pozuntular çərçivəsində böyük dövriyyələri əhatə edir.  

 Vaxtında kliniki diaqnostika və həqiqi simptomokompleksin üzə çıxardılması üçün insanın psixi varlığının bilavasitə hər gün rastlaşdığımız  sferalarını öyrənmək lazımdır.

 Şizofreniya xəstəliyi ən birinci insanın emosional və koqnitiv sferalarını pozur. Emosional pozuntulara ətrafdakı qıcıqlara qeyri- adekvat reaksiyalar, apatiya, abuliya və parabuliyaya qədər çatan davranış, situasiyaları səhv başa düşmək, impulsivlik, təkliyə can atma, insanlarnan ünsiyyətdən qaçmaq aiddir. Koqnitiv pozuntular arasında daha çox rezenyorluq, neologizmlərin istifadəsi, təfəkkürün və nitqin qırıqlığı  geniş yer alır.

 Tədqiq etdiyimiz sahə məhs şizofrenik xəstələrdə emosional və koqnitiv komponentlər barədədir. Tədqiqat üçün A.R. Luriyanın “Piktoqramma” proyektiv metodikası və V.İ. Dadonovun “Şəxsiyyətin ümumi emosional yönəlişinin təyini ” metodikasından həm kontrol həmdə eksperimental qrupplarda istifadə olmuşdur.

 Metodikalar arasındaki fasilə zamanı  daha çox xəstələrlə ümümi suallar müzakirə edilirdi. Söhbət əsnansında özünə qarşı münasibəti müəyyən etməyə çalışdıq. Ümid, özünə əminlik, pozitivizm, nadir hallarda neqativizm, çox ümumi sualların fərdiləşdirməsi, öz həyatı üçün qorxu, eqoist münasibət təzahür edildi.

 Ətrafdakəlara qarşı münasibətin təzahürü zamanı etibarsızlıq, gizlinlik, uyğunlaşmanın uzun prosesi, hiddət(əgər onları bir şeyə görə narahat edirlərsə), köməyin axtarışı, ünsiyyətin prosesinə giriş – yalnız öz ehtiyaclarını təmin ortaya çıxdı.

 Şizofrenik xəstələrdən “Şəxsiyyətin ümumi emosional yönəlişinin təyini ” metodikasıyla alınan qeydlər zamanı: qloristik (şöhrətpərəstlik), hedonistik, akkizitiv (kolleksiyalar yığmaq), puqnik (risk etməyi sevmək), estetik emosiyalara daha çox rast gəlinir. Bu tip xəstələrdə ən az miqyasda isə altruistik, kommunikativ, praksik (aktivlik), qnostik emosiyalara rast gəlindi.

 Şizofrenik xəstələrnən söhbət əsnasında məlum olduki, onların emosiyları fərqlənir. Onlarda daha çox özünə qapalılıq, autistik emosiyaların çoxluğu, emosional keyləşmə, soyuqluq, ambivalentlik və özünə qarşı yönəlmiş emosiyalar təzahür edilir.

 Koqnitiv sferanın öyrənilməsi bizim tədqiqatda əsasən şizofrenik xəstələrinin təfəkkürünün qeyri-adi olmasının bir təsdiqidir. Burada onların “Piktoqramma” metodikası vasitəsi ilə hər bir deyilən sözə və ya sözbirləşməsinə şəkillərin və obrazların çəkilməsi təfəkkürün analizini etməyə imkan verdi. Təhlil zamanı aşkar olunan komponentlər aşağıdakılardır: əgər normal insanlarda geometrik simvollardan az istifadə olunursa, şizofrenik xəstələrdə bu simvollardan 2-3 dəfə daha çox istifadə olunur,konkret obrazlar isə daha az istifadə edilir, fərdliləşdirmə simvollarına həddən artıq çox rast gəlinir, qeyri-adekvat obrazlardan istifadə edilməsi aşkar olunur, standart şəkillərin təsvir edilməsi çox nadir hallarda olur. Çəkilən şəkilləri özləri analiz edən zaman, bəzən qeyri-adekvat izahat verirdilər, və ya söhbətdən qırağa çıxır, ümümi söhbətlərə daha çox üstünlük verirdilər.

 Bunların hamısı şizofrenik xəstələrin təfəkkürünün dəyişməsindən xəbər verir. Onların daha abstrakt düşünməsi gözə çarpır, daha çox deduksiya və induksiya proseslərindən istifadə etməsindən, həyata başqa prizmadan baxmaları, öz eqosunu hamıdan yüksək tutmaq (və ya tam əksi – özünü ən pis saymaq) – qeyri-adekvat özünü qiymətləndirmə gözə çarpır.

 Lakin bəzən təfəkkür pozuntuları, şizofrenik xəsətlərin peşəkar fəaliyyətin müxtəlif sahələrində gözəl nəticələrə nail olmağa imkan verir. Bəzi xəstələrə yüksək İQ, abstrakt düşüncə, qeyristandartlılıq xasdır. Bunların sırasına İ.Nyuton, Van Qoq, İ.V.Qoqol, F.Niçşeni aid etmək olar.

 “Piktoqramma” metodikası vasitəsi ilə həmçinin kontrol və eksperimental qrupplarda hafizənin dəyişikliyini öyrənməyə çalışdıq. Şizofreniya xəstələrində hafizə ilə problemlər aşkar edilmədi. Bəzən, sözləri və söz birləşmələrini yada salmağın mümkünsüzlüyü tapşırığın mənasının onlar tərəfindən anlaşılmaması ilə  bağlı idi.

 Emosional – koqnitiv sferada, davranış tərzində təzahür edilən bütün dəyişikliklərə baxmayaraq şizofrenik xəstələr də bizim cəmiyyətin bir hissəsidir və biz onlara qayğı və hörmətlə yanaşmalıyıq. Stiqmatizasiya və stereotiplərdən uzaq olmalıyıq. Yalnız bu zaman sağlam və xoşbəxt bir cəmiyyət qura biləcəyik.

 

 

Xasməmmədzadə Aydan

BDU (Sosial elmlər və psixologiya fakultəsi, psixologiya ixtisası üzrə bakalavr),

Xəzər universiteti (Humanitar və sosial elmlər fakultəsi, klinik psixologiya ixtisası üzrə magistr, 1 kurs)

 

Go Back

Öz Taleyinə Acıyan Qadın

 

-Soyuqdu hə? Bu ağ divarlar gecənin qaranlığından daha çox qorxudur adamı. Sevil gah divarlara, gah da ki tavana baxırdı. Çox qorxurdu, amma otaq yoldaşına hiss etdirməməyə çalışırdı. Sanki xəstəxananın tavanı üzərinə uçacaqdı. O küncə sıxılıb dizlərini qucaqladı. Otaq yoldaşı gözünü ondan heç ayırmadan dediklərini dinləyir, Sevili anlamağa çalışırdı. 

- Hər gecə gördüyüm qorxunc yuxular, qarabasmalar artıq məni cana yığmışdı. Bu zaman gözləri bərəlir, hər gecə yuxusunda gördüyü uzun saçlı qadının üzünü xatırlamağa çalışırdı.

- Mən tər-su içində oyanıb diqqətlə otağın qapısına baxırdım. Yanımda birilərinin nəfəsini duyurdum. Tək olmadığımı hiss edirdim. Ancaq heç kəsi görmürdüm.

Bilirsən, elə hey düşünürəm.. Axı mən bunu necə edə bilərdim!
- Nəyi? Otaq yoldaşı maraqla soruşdu.

- Hər zamankı səhərlərdən biri idi. Otağın küncündən qalxıb otaqda gəzişməyə başladı. Əllərini bir-birinə qovuşdurdu və məsum baxışlarla gözünü boşluğa zillədi:

- Mələklərim  üçün səhər yeməyi hazırlayırdım. Sonra (alnını qırışdırdı, gözləri artıq nifrət dolu baxışlarla baxırdı) Sonra...Qapının zəngini eşitdim. Təəccübləndim… Axı heç kimi gözləmirdim. Qapını açdığımda tanımadığım yaşlı bir qadınla üz-üzə idim. Qadını tanımağa çalışdım. Amma yox, tanımırdım. Ehtiyac içinde olduğunu dedi. Məndən yemək, su istədi. Mənsə yox demədim.

- Nahaq yerə, tanımadığın insanları evə qoyma.

- Bilmirəm,  nədənsə heç nə düşünmədən onu evə dəvət etdim. Yemək yediyimiz müddətdə onunla dayanmadan söhbət etdik. Uşaqların mənə qəribə baxışlarını həmin an başa düşmürdüm. Elə bilirdim ki, yad, yaşlı qarı ilə bu qədər ara vermədən danışmaq, həyatımla bağlı  hər şeyi paylaşmaq onlara da qəribə gəlmişdi. Oğlum 4-cü sinifdə oxuyurdu, qızım isə 1ci sinfə yeni başlamışdı. (Gözləri yenə də işıq saçırdı) Həyat yoldaşım bizi atıb başqa qadınla Rusiyaya yaşamağa getmişdi. Üst-üstə gələn bu qədər sarsıntılar məni yetərincə sıxmış və yormuşdu.

 Adının Səadət olduğunu dedi mənə...  (kinayə ilə gülürdü) Səadət!

Ona hər gün bizə gələ biləcəyini, nə zaman ehtiyaci olsa məni tapa biləcəyini demişdim.

- Bura həqiqətən də soyuqdu ( otaq yoldaşı yöndəmsiz hərəkətlərlə əllərini çarpazlayıb çiyinlərini isitməyə çalışdı)

- Atamı uşaqlıqdan itirmişdim. Anamın məndən, mənim də anamdan başqa heç kimimiz yox idi. Çox ağır günlər yaşadıq. Ərim bizi atıb xaricə qaçmışdı. Bilirsən, bəzən düşünürəm ki, mənim burda olmağımın səbəbi bütün bu yaşadıqlarımdı. Amma mən artıq sağalmışam. Mən bütün bu çətinliklərə qalib gəldim. Mən güclüyəm.

Otaq yoldaşı artıq onu dinləmir, çarpayısında oturub nə iləsə əlləşirdi.

Sevil otaq yoldaşının onu diqqətə almadığını görüb bir az alçaq səslə özü-özünə dedi: Anama çay süzə-süzə qarı haqqında həyəcanla danışırdım. O isə məni diqqətlə dinlədikdən sonra, tanımadığım insanı nahaq yerə evə dəvət etdiyimi dedi.

Sevilin gözyaşları yanağından süzülüb yerə çırpılırdı, o isə üzünü silmək üçün cəht də göstərmirdi. Üsyankarcasına bağırdı:

O qadın artıq hər gün bizə gələrdi. Mənə məsləhətlər verirdi...

Məğlubiyyətə uğramış kimi diz üstə çökdü:

- Sanki məni yönləndirirdi. Ancaq bunda heç bir pis məqsəd görmürdüm.

- Bir gün məni xəstəxanaya apardılar. Özümü çox pis hiss edirdim. Xərçəng... Xərçəng olduğumu dedilər. Mənə elə gəlirdi ki, hər gün bir az daha arıqlayıram. Öləcəyimi düşünürdüm. Hər günümü son dəqiqəm kimi həyəcan içində keçirirdim. Övladlarımdan, anamdan uzaqlaşmışdım. Səadət də artıq gəlmirdi. Onunla danışmağa ehtiyacım var idi... son günlərimdə onunla dərdləşmək istəyirdim.

Qəfil necə itmişdisə, beləcə qəfildən, anidən o yenə gəldi. Başıma gələn bütün əhvalatları, xəstəliyim haqqında, bir sözlə hər şeyi, özəlliklə də nələr hiss etdiklərimi  ona danışdım.. Öldükdən sonra övladlarımın sahibsiz qalacağından qorxduğumu dedim. Anam da qocalırdı. Axı onlara kim baxacaqdı?..  Bu suallar məni gündən günə daha da məhv edirdi. Səadətin təklifi isə məni daha çox dəhşətə gətirmişdi... O, mələklərimi öldürməyi təklif etdi. Əgər mənim yoxluğumda onlar kimsəsiz qalıb ən məşəqqətli bir həyat yasayacaqlardısa, bunu etməyə məcbur idim... Düz iki gün bunu düşündüm... Gecə, gündüz göz yaşlarım belə dayanmadı.

Anamı işə yola saldıqdan sonra uşaqlara səhər yeməyini yedizdirdim. Sonra ikisini də hamama aparıb çimizdirdim.

Təmiz, məsum balalarım...Gözləri sevgi dolu idi. Başını bir sağa bir sola yelləyirdi:

- Onlara çirkli ölüm yaraşmazdı. Qızıma laylay oxuyaraq onu yatızdırdım. Hər zamankı kimi mələk siması ilə uyumuşdu. Qızımı qucağıma alıb vanna otağına apardım. Onu vannaya uzandırıb suyu açdım. Qapını bağlayıb sakitcə oğlumun yanına gəldim. Məktəb üçün aldığım kostyumu geyindirib saçını daradım. Yaraşıqlı balam… Sonra  qalstukunu  bağladım və anidən onu sıxmağa başladım. Balam əlimdə boğularaq öldü...

Səadətin dediyini elədim. Sonra heç bir şey olmamış kimi yatağıma girib yuxuya getdim... 

Anamın qışqırıq səsinə oyandım. Balalarımın cəsədlərini qarşısına qoyub fəryad edirdi. Mənsə anamı anlamırdım. Axı onların yaxşılığı üçün bunu etmişdim. Səadət məni yalnış yola yönləndirməzdi.

Sanki birdən yuxudan ayıldım. Balalarımın cəsədlərini görüb özümdən getdim. Gözümü açanda ətrafımda bir- iki tibb bacısı və polislər vardı.

Polis idarəsinə apardılar. Qollarımda qandal, qonşularımın, qohumlarımın, əsasən də anamın mənə dəhşətli baxışları…

Heç nə xatırlamırdım. Uşaqlarımı görmək istəyirdim. Axı onlar mənsiz nə edəcəklər? Axı onların məndən başqa heç kimi yoxdu. Məndən ifadəmi almağa çalışırlar.

Heç nə bilmirəm. Xatırlamıram. Amma heç kim məni eşitmir.

Anidən gözlərimdə o qadının obrazı canlandı. Və sonra Səadəti xatırladım. Həə.... Səadət. Bütün bunların səbəbkarı olan  Səadət.

Bütün olanları danışdım. Sonra məni bura gətirdilər.  Bitkin halda otaq yoldaşına baxdı. -Bu olanların hamısı mənim uydurmalarımmış. Heç Səadət deyilən biri belə yoxmuş. Xəyali qonağımmış. Nə də  xərçəng deyilmişəm..
Bu qədər uydurulmuş həyatı yaşamışam. Amma mən artıq sağalmışam. Otaq yoldaşını inandırmağa çalışırdı.
Elə bu anda otağın qapısı açıldı və ağ xalatlı qadın yemək gətirdi. Sevil təəccüblə soruşdu:

Bəs o? Ona niyə yemək gətirməmisən? Tibb bacısı Sevilin gözləri ilə göstərdiyi boşluğa baxdı. Otaqda Sevildən başqa heç kim yox idi. Tibb bacısı yeməyi qoyub çıxdı. Sevil isə otaq yoldaşının gözlərinə baxırdı, onun uzun saçları yuxusunda gördüyü qadının kim olduğunu yadına saldı.

Qeyd:


Şizofreniya nədir?

Şizofreniya — insanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər qalıcı ola bilər. Şizofreniya həm də irsi xəstəliklərdən biridir.
Şizofreniya - düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Real həyatdan qopuqluq, şəxsiyyət pozuqlugu da adlana bilər. Ümumi simptomlar paranoid, eşitmə hallusinasiyaları, nitqdə əks olunan düşüncə pozuğluğu və əqli çatışmamazlığın da daxil olduğu yanılmalardır. İlkin səciyyəvi simptomlar gənc yaşlarda özünü göstərir. Diaqnoz müşahidə olunan davranışlara və xəstənin şikayət etdiyi təcrübələrə əsaslanır. Genetik faktor, ətraf mühit, nevrobiologiya, psixi və sosial proseslər köməkçi amillər hesab edilir. Bəzi reseptsiz və ya reseptlə istifadə edilən dərmanlar da simptomların artmasına səbəb ola bilər.
Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik, fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulması.İzofreniyalı xəstələrdə hallusinasiya (adətən səs eşitmə), yanılmalar (təbiətdə qəribəliklər və izlənmələr), şüur və nitq pozuğluğu müşahidə olunur. Digər ağır hallarda fikir yayınması, qeyri ardıcıl sözlər və ya mənaca sıx bağlı olmayan cümlələrin işlədilməli halları da olur. Sosial mühitdən uzaqlaşma, geyimlərin səliqəsizliyi və gigiyenası, ruh düşkünlüyü və ittiham etmə şizofreniya üçün ümumi səciyyəvi xüsusiyyətlərdir. Paranoidin simptomlarından olan qavrama pozuğluğu şizofreniyayla əlaqəlidir. Hətta sosial mühitdən təcrid olunma da baş verir.İşləmək, yaddaş, diqqət, icraedici funksiyalar və proseslərin sürətində çətinliklərə də tez-tez rast gəlinir. Belə insanlarda uzun müddətli susqunluq, qəribə vəziyyətlərdə hərəkətsiz qalmaq, məqsədsiz hərəkətlilik və ya katatoniyanın bütün əlamətlərinə rast gəlinə bilər. 30-50% insanlar şizofreniya olduğunu qavramırlar. Başqa sözlə ifadə etsək onlar bu situasiyanı və müalicəni qəbul etmirlər. Müalicənin qavramaya müəyyən təsiri ola bilər. Şizofreniyalı insanlarda üz ifadələrinə az rast gəlinir. Gec və ya erkən yetkinlik şizofreniyanın başlanğıcı üçün əhəmiyyətli mərhələdir. Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir.


 Qənirə Həsənli

 Turkiye,Samsun Ondokuz Mayis Universitesi
Fakulte:Psikoloji danisman ve Rehberlik 3cu sinif tələbəsi

                                                                                                                                                                                                                  

 

Go Back

Şizofreniya və Xəstənin Psixologiyası-ƏN POTENSİALLI İŞTİRAKÇI

Tək bir söz insanın həyatını ələ keçirə bilərmi? Həyatda etmək istədikləri arzuların  önündəki ən böyük əngəl-ŞİZOFRENİYA...

Şizofreniya olan biri, sadəcə kimsəsiz bir adada insandır. Şizofreniya yaşadığın yox, başqa bir dünyanın qapılarının açılmasıdır. Amma onlar bu dünyada uzun müddət qala bilməzlər. Onların gerçək həyata mütləq geri dönmələri  lazımdır. Gerçək həyata geri dönmələri  üçün də sevəcəkləri, güvənə biləcəkləri insanlara çox  ehtiyacları olur. Şizofrenlər gerçəklə xəyalı çox zaman  qarışdırırlar. Yaşadıqları bəzi xəyalların həqiqi olduğunu düşünürlər və bu da onlara yeni hüznlü bir dünyanın qapılarını açır.

Şizofreniya bir növ beyin xəstəliyidir. Demək olar ki, hər 100 nəfərdən biri şizofreniya xəstəsidir. Əsasən, bu xəstəliyə 15-25 yaş arası insanlar tutulur. Xəstəlik nə qədər erkən başlayarsa, normal bir həyat sürmə şansı da azalar.

Bu xəstəliyin ən pis xüsusiyyətlərindən biri də, tamamilə müalicə oluna bilməməsidir. Müalicə olunduqdan bir müddət sonra  xəstəlik özünü yenidən biruzə verir. Müalicə olunduğu müddətdə yaxşılaşma dövrü baş verir ki, məhz bu remissiya adlanır. Şizofreniya haqqında bəzi yanlış fikirlər vardır. Məsələn, bu xəstəliyin yoluxucu, tam müalicəsinin olduğu, həmin xəstəliyə tutulan insanların dahi, aqressiv insanlar olması və s. Lakin biz bilirik ki, yoluxucu olan xəstəliklər əsasən infeksion  xəstəlikləri olur,  şizofreniya isə ruhi-əsəb xəstəliyidir. Düzdür, bu insanlar çox ağıllı, məntiqli fikirlər yürüdə bilir, hətta şizofren xəstələrin içərisində Nobel mükafatı alan xəstələr də olub, amma  bu heç də hamısının dahi olduğu nəticəsinə gəlmir. Bu cür xəstələr aqressiv yox, əksinə sakit və yalnızlığa meylli olurlar. Onlar özlərini çox tənha hiss edir, daima nədənsə qorxur, kiminsə onları izlədiyini düşünürlər. Yaşadıqlarının yuxu yoxsa gerçək olduğunu ayırd edə bilmirlər. Əksərən yuxusuzluq kimi problemlərə düçar olurlar. Xəstələr fərqli bir xarakter yaradıb, onun həyatında yaşadığını düşünürlər. Məsələn, televizorda xəbərlər verilişi gedir, şizofren ora baxdıqda ona elə gəlir ki, orda onun özü haqqında danışırlar. Daima müxtəlif səslər eşidir, nə edəcəklərini  bilmir, utanc duyğusu ilə yaşayırlar. Onlar üçün müxtəlif sahələrdə çalışmaq, insanlarla ünsiyyət qurmaq çox çətin olur. İnsanların əksəriyyəti onlardan qorxur. Əslində isə daha çox şizofrenlər insanlardan qorxur, çünki onlar daima kiminsə onlara ziyan verəcəyini düşünürlər. Bəzi insanların fikrincə isə, şizofrenlər ətrafa ziyan vururlar  və  onlar təhlükəlidirlər. 

Əgər biz bu xəstələrə təhlükəli insan kimi baxsaq, onlardan qorxsaq, hər 10 şizofrendən 9-na haqsızlıq etmiş olarıq. Şizofrendə ətrafa qarşı ziyanvericilik müalicənin olmadığı vaxtda başlayır. Əgər xəstə müalicə olunursa, bu nisbətən riski azaldır. Biz heç birimiz onların psixologiyasını tam anlaya bilmərik. Şizofrenlər hətta özləri belə deyirlər ki, bunu yaşamayan bilməz. Bu xəstəlik insana yaşarkən cənnəti də göstərir, cəhənnəmi  də... Ümidsizlik insanı ölümə belə götürə bilər. Məhz ən çox ümidsizliyə düçar olan insanlarda elə şizofrenlərdir. Onların bəziləri yaşadıqları əzabverici həyata dözə bilməyərək xilası intiharda görürlər. Əslində isə onları bu həyatdan çəkib çıxardacaq bir şeylərə ehtiyacları olur. Heç bir dərman xəstənin ətrafla ünsiyyət qurmasını,  hər hansı bir şeyi daha yaxşı öyrənməsini,  bir işə girib işləməsini təmin etməyə kifayət etmir.Yalnızca dərman və azacıq dəstək, bir başqa insan tərəfindən başa düşülmə duyğusunu əvəz edə bilməz. Tənhalığıyla baş-başa buraxılmış insan bir yalnız mənlik olaraq qalar. Buna görə də həmin xəstənin öz qaranlıq  dünyasından çıxarılmasına çox ehtiyacı olur. Bu cür insanlardan ümidi üzmək yerinə onlara sevgi ilə yanaşmaq lazımdır. Çünki ən çox bu insanların sevgiyə ehtiyacı var. Hər şey tam qaydasıyla gedərkən bir gün şizofreniya qapımızı döyə bilər. Gəldiyində bizi  sevdiklərimizdən ayırıb öz içimizdə itə biləcıyimiz uzaq bir ölkəyə apara bilər...

               

Hacıyeva Sevinc Nizami qızı, 18 yaş

“Xəzər” Universiteti, Sosial və humanitar fənlər fakultəsi, “Psixologiya” ixtisası, I kurs tələbəsi

 

        

 

 

Go Back

Ailələrində şizofreniyalı xəstə ola fərdlərin psixologiyası

 Ailələrində şizofreniyalı xəstə olan insanların psixologiyası təəssüflər olsun ki, mənə daha yaxındır. Belə ki, bizim ailə də məhz belə ailələrdən olmuşdur. Mənim babam paranoid tipli şizofreniya xəstəsi olmuşdur. Nənəmin və atamın danışdıqları əsasında, eyni zamanda onların keçirdiyi hisslər, həyəcanlar məndə bu barədə müəyyən təsəvvürlər yaradıb. Eyni zamanda bu məqaləni hazırlayarkən tanıdığım 6 şizofreniya xəstəsinin yaxın qohumları ilə söhbətlər aparmışam. Nəticədə, ailələrində şizofreniya xəstəliyi olan insanların psixologiyalarında baş verən pozuntular haqda müəyyən qənaətə gəlmişəm.

   Bütün elmi ədəbiyyatlarda yazılır ki, şizofreniya genetik xəstəlikdir. Yəni şizofreniya xəstəsinin nəsli  bu geni daşıyır. Xəstənin birinci dərəcə qohumlarında şizofreniyanın görülmə ehtimalı 10-15 % arasındadır. Ana ya da ata şizofreniya xəstəsidirsə, uşaqlarda bu ehtimal 12-16 %; ana və atanın ikisi də şizofreniya xəstəsidirsə, uşaqlarda bu ehtimal 35-45 % arasındadır. Bu faktı bilən insanların qohumlarından kimsə şizofreniya xəstəsidirsə onda həmin insanın da ürəyinə şübhə düşür və hər zaman beynində özü ilə bağlı qorxunc suallar yaranır. Xüsusən də kimsə ona “atana oxşamısan” ya da “ot kökü üstə bitər” deməklə onun şüur altına bu “dəlilik” qorxusunu bir az da gücləndirəcək impulslar ötürür. Nəticədə, şizofreniya xəstəsinin övladlarında obsessiv-kompulsiv tipli pozuntular yaranır. Belə ki, onlar qətiyyətsiz olur, özlərindən, dedikləri sözlərdən şübhələnir, daim bu xəstəliyin onlarda və ya övladlarında baş verəcəyi barədə fobiyalar əmələ gəlir. Belə insanlar cəmiyyətdə kimləsə ünsiyyətdə olanda içlərində həmişə bir “dəli” kompleksi olur, psixofobiya əmələ gəlir.  Adi insanlardan fərqli olaraq ailələrində şizofreniya xəstəsi olan insanlar öz hərəkətlərinə daha çox çəki-düzən verir və kiminsə onlar haqqında pis fikirləşməməsinin daha çox qayğısına qalırlar.

    Şizofreniyanın növündən asılı olaraq xəstələrin ailə üzvlərində bir sıra psixi pozğuntular yaranır.

    Ailələrində paranoya tipli şizofreniya xəstəsi olan insanlar  daim özlərini təhlükədə hiss edirlər. Çünki şizofreniyanın bu tipi olan insanlarda, özlərinə və başqalarına ziyan vermə meylləri daha çox olur. Belə xəstələrin ailə üzvlərində həmişə xroniki qorxu olur. Bu insanlar cəmiyyətdə sağlam insanlarla da münasibətdə olanda bu qorxu hissi onları tərk etmir. Onlar qarşılarına çıxan hər adamın təhlükəli olmasından başqalarına nisbətən daha çox ehtiyat edirlər. Onların zehni və təfəkkür prosesləri ifrat dərəcəsində olur, bu insanlar özündə narahatlıq hiss edir, həmişə həyəcanlanır, hər şeydən şübhələnir, təşviş keçirir, cürət və qətiyyətini itirir, diqqətini cəmləyə bilmir, onda özünə, öz qüvvəsinə inamsızlıq yaranır

    Bəzən xəstənin gördüyü və ya eşitdiyi hallusinasiyalara ailə üzvləri inanır və bunları hansısa gözə görünməyən qüvvələrlə (cin, şeytan) əlaqələndirir, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək mistikaya üz tuturlar. Bu zaman yuxarıda qeyd etdiyim qorxu daha da artır və fazmofobiya əmələ gəlir.

    Ailələrində şizofreniya xəstəsi olan insanlara xas olan xüsusiyyətlərdən biridə utancaqlıqdır. Belə insanlar əvvəlcə yaxınının şizofreniya xəstəsi olması faktından utanır və bunu gizlətməyə çalışırlar. Daha sonra isə bu utancaqlıq onların başqa işlərində də özünü göstərməyə başlayır və beləcə bir xarakter formasına çevrilir. 

    Daimi əsəbi gərginlik, xəstə ailə üzvünə görə keçirdikləri utanc hissi, stresslər, qorxu insanlrda bəzən dayanıqlı psixoloji pozuntuların əmələ gəlməsinə səbəb olur. Onlar çox kiçik, əhəmiyyətsiz bir şeydən tez hirslənir. Ucadan danışmaq, qapının çırpılması, yazı qələminin səsi, su kranının şırıltısı, ətrafdakıların az, yaxud çox danışması onlara pis təsir göstərir. Bu adamlar ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azaldığından şikayətlənir, tez kövrəlir, başı ağrıyır.

    Şizofreniya xəstələrinə evdə baxan ailə üzvləri maddi yük, çarəsizlik, ümidsizlik kimi kompleks hislərin  əsarətində olduqlarından adi həyatlarında da qərar verməkdə çətinlik çəkir və çox vaxt nə edəcəklərini  bilmirlər.

    Şizofreniya diqnozu –bu təkcə xəstənin özü üçün ağır zərbə yox həm də onun ailə üzvləri üçün sınaqdır. Çox vaxt ailə üzvləri nədənsə ailə üzvündə olan bu xəstəliyi gizlətməyə çalışır. İstəyirlər ki özləri xəstəliklə mübarizə aparsınlar və çoxlu problemlərlə baş-başa qalırlar. Belə olan halda onlar emosianal şok keçirirlər. Həyəcan, müxtəlif fobiyalar, təşviş, depressiya, qətiyyətsizlik, ümidsizlik,  – belə bir problemlə üzləşən ailə üzvlərinin keçirdiyi psixoloji pozğunluqdur.

 

FUAD ƏSƏDOV

BDU PSIXOLOGIYA VƏ SOSİAL ELMLƏR  FAKULTƏSİ

İXTİSAS: PSİXOLOGİYA BİRİNCİ KURS

 

 

Go Back

Ən yaxın rəfiqən Şizofren olarsa

... Şizofreniya adını hər kəsin eşitdiyi  xəstəlikdir. Bu xəstəlik nümayəndələri televizorda, digər informasiya mənbələrində təhlükəli, günahkar insanlar kimi qələmə verilir.

Və bütün bunlar şizofreniya xəstələrinin cəmiyyətdən kənar edilməsinə səbəb olur, cəzalandırılması lazım olan insanlar kimi tanınır.

Şizofreniya, qısaca insanın yaşadığı gerçəklikdən uzaqlaşaraq özünün şəxsi dünyasının yaratdığı bir haldır.  Ətrafda baş verənləri qiymətləndirməsi, hadisələrə baxışı və insanlarla münasibəti xəstəliyin təsiri ilə yenidən formalaşır. Hamımız yuxuda müxtəlif yuxular görürük: uşaqlıq illərinə, gələcəyə aid zamanda özümüzü tapırıq. Amma bilirik ki, bu, yuxudur və oyandıqda real dünyaya dönəcəyik. Şizofreniyada isə adətən yuxu ilə real həyat eyni anda və oyaqkən yaşanır. Daha əvvəl olan maraqları öz dəyərini itirir və xəstənin öz dünyasında yaratdığı qorxular, düşüncələr ön plana çıxır. Adı çəkilən hallara qadınlarda və kişilərdə bərabər nisbətdə rast gəlinir. Və daha çox maddi problemlər yaşayan ailələrdə təsadüf edilir. Araşdırmalar görə 100 adamdan 1-i bu xəstəliyə tutulur. Xəstəlik haqqında inanclardan biri də pis bir hadisə səbəbi ilə ortaya çıxmasıdır. Doğrusu isə budur ki, stress sağlam şəxslərdə şizofreniyaya səbəb olmur, lakin müəyyən psixi pozğunluqlar olanda stress xəstəliyin yaranmasına təkan ola bilər. Xəstəliyin  başlanğıcı ani və şiddətli olduğu kimi gizli şəkildə də formalaşa bilər. Bu zaman şəxs ətrafa qarşı istəksiz olur, az danışır, özünə qapanma halı və əvvəllər zövq aldıqlarından uzaqlaşmaq halı müşahidə olunur. Sosial fəaliyyətində maraqsız olur, müvəffəqiyyətsizliklər yaşayır. Daha sonralar şəxs özünü qəribə, məqsədsiz hiss edir..

...Oxuduqları onu son dərəcə təsirləndirmişdi. Bu xəstəliyə heç vaxt rast gəlməyən və haqqında eşitməyən  Aynur bunları oxuduqca bir sonrakı cümləyə daha sürətlə keçirdi.  Bunun nə olması marağı onun nitqini daha da tezləşdirirdi.  Artıq daha çox informasiyanı beyni qəbul edə bilməzdi. Və kamputeri söndürüb öz həyatına davam eləməyə başladı. Daha doğrusu o elə sandı.. Əvvəlki həyatına davam.. Gecə öyrəndiklərini bir daha düşünməyə başladı.  Şizofreniya, stress,onun nəticələri,digər psixi  hadisələr və.s.. Bunlarla bərabər qorxular, şüphələr onu rahat buraxmadı..

Səhər açıldı. Aynuru əvvəlkindən daha əsəbi və hadisələrə qarşı daha çox lazımsız reaksiyasının olduğunu müşahidə elədim.  Dünənə qədər kampüterdə seriallara baxan bu qızın indi axtardığı mövzular daha mənəvi və dini mövzuları əhatə edirdi.  Bunlara o qədər alüdəçilik yaranmışdı ki, geyimləri səliqəsiz, uyğunsuz forma almışdı. Bunları onun nəzərinə çatdırdıqda özü o qədər vecsiz olsa da amma hər kəs bunun fərqində idi..

Bütün bunları canlı olaraq yaşamağa davam edərkən hadisələrə reaksiyasız qala bilmədim. Bu halların nə zaman baş verə biləcəyini araşdırmağa başladım. Və budur- şizofreniya xəstəliyi. Bütün tapdıqlarım gerçəklərlə üst-üstə düşürdü: məsuliyyətsizlik, təmizliyə və paltarına fikir verməmək,hislərinin mimkalar ilə ifadə edə bilməmək, az danışmaq, xəyanətlə rastlaşdığını düşünmək, insanüstü ya da dini xüsusiyyətlərə malik olmaq,zamanlarının çoxunu xəyal qurmaqla keçirmək,tək qalmaq istəyi və daha nələr nələr..

Daha da dərinə getdikcə onun bu xəstəliyin xüsusi növü olan paranoid şizofreni”nə aid olduğu qənaətinə gəldim. Hansı ki, bir zaman Aynura “nə qeyri-adi düşüncələrin var” dediyimdə gözlənilməz reaksiya paranoid növə aid iltifatı sevməmək xüsusiyyəti ilə eyni idi. Yaxud internetdə axtarışda ona kömək etmək istədiyimi bildirəndə qəbul etməməsi,kömək təklifini özlərinin bacara bilməməyi kimi düşünməsi kimi..

Paranoid növünü araşdırdıqca anladım ki, onlar xəstə olduqlarını qəbul etmirlər. Müalicəyə səslədikdə isə gərgin, şübhəli olurlar. Əyər ailə xəstəlik göstəricilərini gizlədərlərsə, xəstəlik özünü göstərməyə bilər və xəstə hər kəsə baş verənlərin normal olduğuna inandırar.

Bütün bunları oxuduqdan sonra Aynuru müalicəyə necə razı salmaq haqda düşündüm. Və nəhayət qərara gəldim ki, xəstəliyin aradan qaldırılması yolu elə xəstəliyə necə tutulması ilə birbaşa əlaqədədir. Yəni, Aynur necə saytdakı məqalədən təsirlənib bu halları özündə axtarıb xəstəliyə tutulmuşdusa, yenə internet məqaləsi ilə də qurtula bilərdi.

Bu qərardan sonra tapdığım məqalənin kiçik bir hissəsini Aynurun mütəmadi baş çəkdiyi sayta yerləşdirdim...Adı çəkilən hallar günümüzdə “şizofreniya” xəstəliyi kimi qəbul edilməkdədir. Onun  xroniki xəstəlik olmasına baxmayaraq tez diaqnoz qoyulduğunda və müalicəyə başladıqda xəstələrin sağaldığı məlumdur.Müalicə zamanı xəstə,həkim və ailənin qarşılıqlı əlaqəsi çox vacibdir. Uzun müddətli və fədakarlıq tələb etməsinə baxmayaraq ümidin daima var olması və sağalmağa cəhd xəstəliyin sağalmasını sürətləndirən bir nömrəli şərtlərdəndir..   Və budur.. Artiq Aynur xəstəliyini qəbul edir və müalicəyə raziliq verir..

     Məmmədova Nigar, 19 yaş.

Bakı Dövlət Universiteti,Sosial elmlər və Psixologiya fakultəsi, Psixologiya ixtisası, II kurs.                 

Go Back

20 nəticə göstərilir