Düşüncə Jurnalı

header photo

Saxta xəyanet

-Aysel.Aysel...-Uzaqlardan gələn müəllimənin səsi.

Səs onu düşüncələrdən ayırdı.Son zamanlar dərsdə tez-tez fikrə gedirdi.Elə hey bacısını düşünürdü.Bacısıyla həmişə yaxın olmusdular,amma Aynur universitetə qebul olandan sonra nə isə olmusdu sanki.Bacısı ondan uzaqlasmışdı.Əvvəllər bunu yeni mühit və aralarındakı məsafəylə əlaqələndirirdi,lakin sonra səbəbin bu olmadığını anladi.Di gəl ki,əsl problemi tapa bilmirdi. Bacısını çox istədiyi üçün bu uzaqlığa tab gətirmirdi,onsuzda vaxtsiz ölüm onları atalarından ayırmısdı.Bacısının həsrətinə dözə bilməyən Aysel axırda anasını Bakiya getmək ücün razı saldı.Bacısına zəng edib gələcəyini deyəndə onun sevinəcəyini ümid edirdi,lakin Aynur soyuq bir nida ilə: özün bil istəyirsən gəl,amma mənim çox  isim olur-dedi.

Uzun ve yorucu səyahətdən sonra nəhayətki anasinin ona verdiyi ünvana-Aynurun qaldığı yataqxanaya catdı.Onu bacısının otaq yoldasları  qarşılayıb,Aynurun evdə olmadığını  dedilər.Bacısı olmadığı müddətdə qızlarla söhbətləşdi.Sən demə Aynur heç onlarlada dostluq etmirmiş.Dediklərinə görə,bir rəfiqəsi varmış,bütün gününü rəfiqəsiyle kecirirmiş.

Nəhayət bir neçə saatdan sonra Aynur evə gəldi.Aylardir bacısının həsrətini çəkən Aysel bacısının boynuna sarıldı,lakin eyni istiliyi Aynurdan görmədi.Orda qaldığı müddətdə Aynur nəinki bacısıyla söhbət etməyə calışmır,hətta göz-gözə gəlməkdən belə çəkinirdi sanki.Aysel artıq belə getməyəcəyini anlayırdı,danışaraq nələr olduğunu öyrənmək istəyirdi.Qaldıqları otağın qapısını bağlayaraq,Aynura sərt bir şəkildə:ya mənimlə danışacaqsan ,ya da buradan heç birimiz cıxmayacağiq-dedi

Danışmağa razı imiş kimi görünən  Aynur dayanmadan əllərini ovuşdurur, sanki ilk dəfə görmüş kimi divardakı səklin çərçivəsinə baxırdı.Aysel bacısının önündə əyləşdi və sual dolu gözlərlə,heç bir söz demədən ona baxmağa başladı.

-Yaxşı danışaram,amma söz verki dediklərim ikimizin arasında qalacaq

.-Söz verirəm.Amma başdan danış görüm nə məsələdir.

-Mən Cavid adlı bir oğlanı     sevirem,amma bir əngəl var.Rəfiqəm Günel. Əslində mən Güneli çox istəyirəm,biz onunla mən buraya gələnden bir müddət sonra kitabxanada taniş olmuşuq.Həmin gündən də refiqəyik.Günelburadakı heç kəsə bənzəmir.Üzümə deməsələrdə  qrup yoldaşlarımın haqqımda kəndçi,geridəqalmış kimi ifadələr işlətdiklərini çox eşitmişəm.Günel isə mənimlə çox yaxşı davranır,çox tez-tez danışdıgımın ləhcənin çox şirin olduğunu deyir. Bir gün o məni sevgilisiyle, yəni Cavidlə tanış etdi. Caviddə onun kimi mehriban ve gülərüz idi.Artiq həmişə üçümüz gəzirdik. Gizlətməyə çalışsamda Caviddən xoşum gəlməyə başlamışdı. Bir gün hər şey tamamilə dəyişdi, mən kitabxanada olarkən Cavid gəldi və düz qarşımda oturdu.Biraz dərslərdən söhbət etdik mövzunun ortasında, heç gözləmədiyim halda Cavid məni sevdiyini dedi.Əslində mənimdə ondan xoşum gəlirdi,amma arada Günel var idi.Sanki ne düsüşdüyümü duyurmuş kimi Cavid: hələlik ona heçnə demərik- dedi.Ne qədər qəribə olsa da, biz sevgili olmuşduq.Günlər keçdikce yalanımız dahada böyüyür və mən onun ağırlığının altında əzilirəm.Mən Cavidi çox sevirəm,ondan imtina edə  bilmirəm.

Sözlerini bitirən Aynur ağlayaraq otağın küncünə sıxıldı.

Aysel eşitdiklərini garşısında donub galmışdı. Fikirləşdikcə dəli olurdu,Aynurun gözlərinin içinə baxaraq,özündə asılı olmadan qışqırdı:Necə belə bir şey edə bilərsən axı?! Cavidlə bir daha danışmamalısan,bu ki dəlilikdir.Araya uzun bir səssizlik çökdü,sükutu Ayselin çıxarkən çırpdığı qapının səsi pozdu.

Gecə düsmüsdü.Hamının yatmasına baxmayaraq Ayselə  beynindəki fikirler yuxuya getməyə  imkan vermirdi.Birdən pıçıltı eşitdi, elə bil kimsə danışırdı .Ayağa qalxaraq səs gələn tərəfə getdi.Danışan Aynur idi.Əvvel onun telefonla danışdığını düsünsədə,sonra dəhsətlə əlinde heç nə olmadığını fərqinə vardı."Aynur","Aynur" deyə səsləndi.Bacısı ona cavab verməyərək addımlayırdı.Axırda qorxa-qorxa ona yaxınlaşdı, qolundan tutdu.Aynur cığırmağa başladı :gedin hamınız gedin.Cavid məni gözləyir.Səsə qızlarda ayılmışdılar.Hamısı heyrətlə  Aynura baxırdılar.Aynur kimisə   qucaqlayacaqmıs kimi qollarını açaraq eyvana doğru gaçmağa başladı.Ən qorxulusu isə o idi ki,Aynur Cavidlə  danışırdı.Bu cür boşluğa doğru qaçmaqla Aynur eyvandan yıxıla bilərdi.Onu ölümdən bacısının bir saniyəlik soyuqqanlılıqla möhkəmdən tutması xilas etdi.Qızların köməyilə qışqıran,dəli kimi çırpınan Aynuru      otağa gətirdilər...

Hadisədən günlər keçmişdi.Aysel bacısının Şizofreniya adlı psixoloji        xəstəlikdən əziyyət çəkdiyini,Günel və Cavidi beynində canlandırdığını,əslində heç birinin var olmadığını  öyrənmişdi.Bundan sonra bacısını tək qoymayacaqdı.Psixoloqunda dediyi kimi bacısına kömək etməsi üçün güclü olmalı idi.

Xanım Hüseynova

Bakı Dövlət Universiteti.Sosial elmlər və psixologiya fakultəsi.

Ixtisas:Təhsildə sosial psixoloji xidmət. III kurs

 

 

Go Back

Sorğu göndər