Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Düşünən Qələm"

Şizofreniya haqqında bir neçə kəlimə-0ƏN SƏMİMİ MONOLOQ

Əslində şizofreniyanın nə olduğunu bilmirdim.İlk dəfədir eşidirdim.Şizofreniya haqqında oxuduqdan sonra fərqinə vardım ki,ətrafımda nə qədər şizofren insan var imiş.Elə birinci mən özüm..

Çox qəribə hiss edirəm özümü.Biraz da fərqli..Sanki paralel bir dünya var və mən nə o dünyadayam nədəki burda.İki dünya arasında qalmış boş boş düşünən,düşünməkdən heç vaxt yorulmayan biriyəm mən.Yol gedəndə avtobusda,metroda hamıya diqqətlə baxıram,üz cizgilərini analiz edirəm.Hər kəs sanki nədənsə yorğundu,bezgindi.Sanki çox sıradan yaşayırlar həyatı.Heç məqsədləri yoxmuş kimi..Üzlərindən oxuyuram ki həyat eşqləri ölüb.Mənə maraqsız gəlirlər.Biraz da əsəbləşirəm onlara.Onlara baxanda biraz da özümü görürəm.

Çox qəribədir ki, mən əslində həyat doluyam. Planlarım var,çox böyük ümidlərim,arzularım və bunları həyata keçirmək üçün böyük bir gücüm.Amma səhər yuxudan oyananda hamsı yadımnan çıxır :)

Həvəssiz oluram. O insanlardan biri oluram. Evdə ancaq uzanıram.Təmbəl deyirlər mənə. Amma bilmirlər ki nə qədər həvəsliyəm ev işlərini görməyə,təzə şeylər öyrənməyə,şəkil çəkməyə.. Sonra özüm haqqında kənardan eşidirəm ki, heç danışqan deyiləm, susuram elə həmişə. Heç mehriban, söhbətcil, şirindil və s. deyiləm. Məcbur qalmasam nəyisə soruşmağa heç soruşmaram. Amma bilmirlər ki, ürəyimdə nə qədər çox istəyirəm bütün sevdiklərimlə xoş münasibət qurmağı, söhbət etməyi, vaxt keçirtməyi...

Məsələn heç rəfiqəm yoxdur. Həmişə istəmişəm ki, bir rəfiqəm olsun. Bəlkə də bir neçə. Deyək, gülək, gəzək, yaxşı-pis anlarımızı paylaşaq.. Lakin bezirəm hamıdan. Yorurlar məni, yoruluram danışanda. Təkliyi sevirəm. Bəlkə də sevmirəm sadəcə öyrəşmişəm. Çox istəyirəm ki bir gün yuxudan biraz tez durum, səhərin o təmiz havasında biraz gəzim sonra evə gəlib filmlərdəki kimi iştah açan bir səhər yeməyi hazırlayım. Yeməkdən doyum ama süfrəyə baxmaqdan doymayım. Amma səhər yuxudan oyanmaq istəmirəm. Məni oyatmasalar günlərlə yata bilərəm, heçnə yemədən, içmədən. Gün işığı yorur sanki məni. Bəlkə vampirəm deyə fikirləşirdim amma qan ən qorxduğum şeydi J Bəlkə də buna görədir ki, qanım çox azdır.

Çox istərdim normal qidalanmaq, bol-bol meyvə-tərəvəz yemək, su içmək.Tez tez gülmək, öz gülüşümün səsini əzbərliyə bilmək. Demirəm ki,  xoşbəxt deyiləm. Sadəcə həyatdan çox şey istəyirəm, çox planlar qururam, mən bunu edecəm deyirəm...

 Amma səhər oyananda hamsı yadımnan çıxır..

 

Adsız.

Hədiyyə falan istəmirəm.

Qalib olmaq da istəmirəm.

Tək istəyim biraz həyata qarşı istəkli olmağımdır...

Sağolun, sizi sevirəm :)

 

Məmmədova Çinarə, 21 yaş


Bakı Sosial pedaqoji kollec, Məktəbəqədər təlim və tərbiyə

Go Back

"DÜŞÜNƏN QƏLƏM" müsabiqəsinə strat verildi

 BDU Tələbə Həmkarlar  İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk

peşəkar psixologiya jurnalı olan  "Düşüncə Jurnalı"nın birgə lahiyəsi olan

“Düşünən Qələm” müsabiqəsinə start verildi!

 

Mövzu:

“ŞİZOFRENİYA”

Istiqamətlər:

1.    Xəstəlik  və xəstənin psixologiyası haqqında məqalələr

2.    Ailəsində şizofren olan fərdlərin psixologiyası

3.    Xəstəliyin mahiyyətini əks etdirən bədii yazılar, esselər, şerlər , hekayələr

 Layihə haqqında:

Müəyyən edilmiş istiqamətlər üzrə psixologiya fakultələrinin tələbələri və gənc mütəxəssilər tərəfindən yazılmış məqalələr bir ay müddətinə qəbul ediləcək. Hər gun 2 -3 məqalə sosial şəbəkələrdə və dushunce.az saytında paylaşılacaq. Bir ayın sonunda əvvəlcədən təyin olunmuş məşhur psixoloq və psixiatrlardan ibarət münsiflər heyəti tərəfindən hər 3 istiqamət üzrə ən yaxşı və orijinal məqalənin sahibi seçiləcək və mükafatlanacaqdır.

Mükafatlar: 

1.    Psixologiya və Konsultasiya mərkəzi tərəfindən qalibiyyət sertifikatı və digər təltif hədiyyələri.

2.    Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponu.

 

Musabiqə şərtləri !!!!

 1. Məqalələr Microsoft Office Word proqramında, 14 şriftdə, 2 A4 səhifəsindən artıq olmamalıdır.

2. Məqalə daha öncə hardasa çap olunmuş, kiminsə məqaləsi,bir basa hansisa kitabdan, mənbədən köçürülməməlidir. Əlbətdəki, məlumat toplamaq üçün hansısa mənbələrdən istifadə etmək olar,ancaq nəticə etibarilə məqalə təmamilə öz fikrinizi ifadə tərziniz, öz cümlələriniz olmalıdır. Ən orijinal məqalənin seçilməsinə üstünlük veriləcək.

3. Məqalənin sonunda aşağıdakılar mütləq qeyd edilməlidir:

-Adınız, soyadınız, yaşınız
-Təhsil aldığının Universitet, fakultə, ixtisas, kurs
-Əlaqə nömrəsi

4. Məqalənizi, məqaləniz üçün seçdiyiniz şəkil ilə birgə dushunce.office@gmail.com e-mail adresinə göndərməklə qeydiyyatdan keçmiş sayılacaqsınız!

 

 

Son qeydiyyat tarixi: 20.12.2014

Go Back

2 nəticə göstərilir