Düşüncə Jurnalı

header photo

Sürətli saç uzatmağın 7 üsulu

Uzun saç həqiqətən də qadının yaraşığıdır. İndiki vaxtda qadınlar uzun saçlara qovuşmaq üçün böyük pullar xərcləyir, bir çox üsullara müraciət edirlər. 
Sizə bildirəcəyimiz sürətli saç uzatmanın 7 üsulunu tətbiqi ilə qısa müddətdə uzun və həcmli saçlara qovuşa bilərsiniz. Evdə hazırlayacağınız vəsaitlərdən ibarət olan bu üsul həm sizə ucuz başa gələcək, həm ipək kimi saçlarınız olacaq, həm də heç bir əks təsiri olmayacaqdır.

Bitki yağları ilə masaj edin 
Bitki yağları ilə edilən masaj saç uzatmaq üçün ən təsirli üsullardan biridir. Bu üsul saçınızı bəsləyir və qan dövranına kömək edir.
Yalnız bu yağları tətbiq etməzdən əvvəl bir az isidin və ilıq halda saçınıza və saç diblərinə sürtün. Bunun üçün kokos yağı, zeytun yağı, gül yağı, badam yağlarıyla edilən masaj sürətlə saçınıza nüfuz edərək saçlarınızın qısa müddətdə uzanmasını təmin edəcək. Masajı bitirdikdən sonra saçınızda bu yağı yarım saat saxlayın. Bu üsul saçınızın sürətlə uzanmasını təmin etməklə yanaşı, saç tökülməsini və kəpəyin yaranmasını da önləyəcək.

Soğan suyu 
Soğan saç uzatmaq üçün yaxşı vasitədir. O, saç köklərinin yenilənməsinə kömək edir. Soğandan faydalanmaq üçün bir kiçik ölçülü soğan, 3 diş sarımsaq və bir çubuq darçın lazımdır. Bütün bu vəsaitləri ən az 15 dəqiqə qaynadın. Hazırladığınız suyu soyuduqda saçınıza çəkin. Bunu 1 həftə etməlisiniz. Soğan, sarımsaq və darçın suyundan ibarət olan bu su saçlarınızın sürətlə uzanmasını təmin edəcək. Bundan əlavə, istəsəniz, şampununuza da bu sudan əlavə edə bilərsiniz.

Kartof suyu 
Kartof saç uzatmaq üçün olan vasitələrdən biridir. Şirəçəkən vasitəsilə kartofu sıxıb suyunu çıxarın. Üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı bal əlavə edin. Bu qarışığı saçlarınıza çəkib 20 dəqiqə saxlayın və saçlarınızı ilıq su ilə yaxalayın. 

Saçlarınızın qırıqlarını kəsdirin 
Saçdakı qırıqlar və köhnəlmiş saç ucları saçların uzanmasını gecikdirir. İki ayda bir dəfə saçlarınızın qırıqlarını kəsdirin. 
Mütəxəssislər səhər və axşam gündə 2 dəfə nizamlı saçları daramağın qan dövranını sürətləndirərək saçların böyüməsinə səbəb olduğunu bildirirlər. Saçlarınızı nəm halda daramayın! Belə etsəniz, saçlarınız asan qırılar, güçsüzləşər və canlılığını itirər.

Saça qulluq 
Saçlara qulluq saçların uzanması üçün çox əhəmiyyətlidir. Bu tətbiq saçlarınızın qırılmasını da önləyər. Yumurta saçlarınızı bəsləyən və gücləndirən ən ideal qidalardan biri kimi qəbul edilir. 
Saçınıza yumurta sarısı sürtün və ən az yarım saat saçınızda saxlayın. Yumurta saçlarınızı bəsləyərək sürətlə uzanmasına köməkçi olacaq.

Sağlam qidalanın 
Uzun və sağlam saçların olması yaxşı qidalanmaqdan asılıdır. Uzun saçlara qovuşmaq üçün kök, qatıq, kələm, ispanaq, brokkoli, meyvə və digər zülal cəhətdən zəngin olan qida maddələrini bolluca qəbul etməlisiniz. Buna əlavədən çoxlu su için. Balıq və qoyun əti kimi zülal cəhətdən zəngin qidalar da saçlarınızın uzanmasına təsir edir.

Təbii yağlar 
1 ç.q lavanda yağı, 1 ç.q rozmarin və 1 ç.q şam ağacı yağını qarışdırın. Yavaşca bu yağla masaj edin. Ardınca nəmli, çox isti olmamaq şərtilə isti bir bezlə başınızı sarıyın. Saçlarınız bu yağı əməcək və qısa müddətdə uzun saçlara qovuşacaqsınız. Bu tətbiq parlaq, həcmli, və uzun saçlara qovuşmağı təmin edən ən köhnə üsullardandır.

qadin.net

Go Back

Sorğu göndər