Düşüncə Jurnalı

header photo

Blog posts : "Hamiləlik Dövrü"

Hamiləlik zamanı tonus

Tonus – hamiləliyin istənilən vaxtı yarana biləcək ən çətin hallardan biridir. Bu diaqnozdan qorxmaq o qədər də lazım deyil, çünki bu diaqnoz demək olar ki, həkimlər tərəfindən hər ikinci hamilə qadına qoyulur və hamiləlik müşahidə altında saxlanılaraq normal keçilir.

Lakin o demək deyil ki, bu vəziyyətə çox yüngül baxıb onu nəzarətsiz saxlamaq lazımdır. Qeyd edək ki, tonuslu hamiləlik nəticəsində düşüklər baş verə bilər və hamilə qadınlar körpələrini itirməklə üz – üzə qala bilərlər. 

Hər qadın ilk növbədə özü – özünə diqqətli yanaşmalıdır. Hamilə qadın uşaqlıq yolunda olan hipertonusu və vəziyyətində olan ümümi bütün dəyişiklikləri xüsusi diqqətlə nəzərində saxlamalıdır və ən kiçik narahat olduğu halı həkim yaxud da ki, ətrafındakı şəxslərə bildirməlidir.
 
Tonus uşaqlıq yolunda baş verən gərginlik zamanı yaranır. Uşaqlıq yolunun tonusu zamanı hansı ağır nəticələr baş verə bilər? Uşaqlıq yolunun tonusunun yüksəlməsi – hamiləliyin erkən dövründə düşüklərə səbəb olan ən böyük problemlərdən biridir. 

Tonusun baş vermə səbəbləri:
Hormonal problemlər – bu problem hamiləlik zamanı lazımi hormonların kifayət qədər olmaması səbəbindən irəli gəlir. 

Toksikoz – erkən baş verən toksikoz güclü qusma ilə nəticələnir. Bu da uşaqlıq yolunun gərginləşməsinə səbəb olur. Toksikozun yaranması zamanı onu tamamilə aradan qaldırmaq yox, lakin vəziyyəti müəyyən qədər yüngülləşdirmək mümkündür.

Uşaqlıq yolunun quruluşunun düzgün olmaması – cinsi orqanlarının quruluşunun pozulmuş vəziyyətdə olması da güclü tonusun yaranmasının ən böyük səbəblərindəndir.

Döl və ana arasında olan qan rezus faktorunun tərs olması – ana və uşağın qan rezusunun uyğunsuz olması tonusu yaradan ən böyük faktorlardan biridir. Belə ki, qan rezus faktorunun uyğunsuz olması ananın bətnində ciddi dəyişikliklərin baş verməsinə səbəb olur.

Bağırsaqların fəaliyyətinin pozulması nəticəsində — uşaqlıq yolunun gərginləşməsi və qazların yaranması nəticəsində də tonus yüksələ bilir.

Psixoloji problemlər – tam alınmayan yuxu, stress, depressiya bütün bunlar anada tonusun yüksəlməsinə gətirən səbəblərdəndir.

Kayzen.az

Go Back

Hamilə qadının səhhətinin qorunması

 

 

Hamilə qadınlara bütün növ isti prosedurlar(sauna, isti vanna), çox isti havada çimərlikdə olmaq məsləhət görülmür.

Ananın bədən hərarətinin artması dölün də hərarətinin artmasına səbəb olur ki, bu da onun orqanizmində mübadilə proseslərini pozaraq, infeksion xəstəliklər zamanı yüksək hərarətin təsiri kimi, onun mərkəzi sinir sisteminə mənfi təsir göstərir. İsti prosedurları ilıq duşlarla əvəz etmək məsləhət görülür. Hamilə qadınlara sintetik materialdan tikilmiş paltarların (xüsusən alt paltarlarının) geyilməsi məsləhət deyil. Belə geyimlər dəri tənəffüsünün və tərləmənin qarşısını alaraq qadın orqanizminə mənfi təsir göstərir. Belin dar kəmərlər və rezin vasitələrlə sıxılmasına yol verməmək, rezinli corab və qolfiləri geyinməkdən də çəkinmək lazımdır. Onlar damarları sıxaraq ayaqlarda qan dövranının pozulmasına səbəb olur. Nəticədə isə varikoz xəstəliyi inkişaf edə bilər. Məhz bu səbəbdən də hamilə qadınlara oturarkən bir ayağını digərinin üzərinə aşırmaq da məsləhət deyil. Hamilə qadınlara hündürdaban, həmçinin baldırı dar olan uzunboğaz çəkmələrin geyilməsi də qadağan olunmalıdır.

Gələcək analara təbii parçalardan (pambıq, kətan, yun) tikilmiş paltarlar, qarını saxlayan bandajlar və rahat ayaqqabılar geymək məsləhətdir.

Yuyucu tozların və təmizləyici maddələrin, həmçinin yüksəktezlikli elektrik sobaların (“mikrovolnovka”), kompüterin orqanizmə olan mənfi təsirləri sübut olunmasa da, həkimlər hamiləlik dövründə onlardan istifadə olunmasını məhdudlaşdırmağı məsləhət görürlər.

Bundan başqa ağır yüklər qaldırmaq, əyilmiş vəziyyətdə iş görmək, ayaq tikiş maşını ilə tikmək, vibrasiyalara (titrəmə) məruz qalmaq da qadağan edilir.

Hamiləlik zamanı oksigenə tələbat artır. Ona görə də gün ərzində 2 saatdan az olmamaqla, nəqliyyatın və səs-küyün intensiv olmadığı ərazilərdə, parklarda və digər yerlərdə gəzmək vacib qaydalardan hesab olunur.

Hamilə qadın gün ərzində 10 saatdan az olmayaraq yatmalıdır. Bu dövrdə yuxugətirici dərmanların qəbul edilməsi yolverilməzdir.

Hamiləliyin 7-ci ayından sonra istənilən nəqliyyat növü ilə uzun səfərlərdən çəkinmək, doğuş yerinə yaxın olmaq vacibdir.

Go Back

Hamiləlikdə siqaret istifadə olunması və onun zərərləri

       

     Siqaret tüstüsündə olan nikotin zift karbon monoksit və digər zəhərli maddələr üst tənəffüs yollarına, ağciyərlərə, bronxlara və qana keçir. Qana keçdikdən sonra bədəndəki bütün orqanlara yayılaraq, tənəffüs sistemində, ürək və damarlarda və digər sistemlərdə zərər verici təsirlərə malik olur.

            Aparılan  araşdırmalar siqaret istifadə edilməsinin hamiləlik dövründə düşmə hallarının olmasına  səbəb olduğu göstərilmişdir. Siqaret çəkən ana adayları dölün sağlamlığını ciddi şəkildə riskə almaqdadırlar. Hamiləlik dövründə ananın siqaret çəkməsi dölün su kisəsinin tez açılmasına, ciftin yanlış yerdə yerləşməsinə, kənar hamiləliyə və hamiləlik zamanı yüksək təzyiqin olmasına səbəb olur. Hamiləlik müddətində siqaret istifadə edən analar uşaqlarının düşük doğum ağrılarıyla doğulmasına səbəb ola bilirlər. Bu uşaqlarda beşik ölümü, ani ölüm daha sıx görünməkdədir. Hamiləlikdə siqaretdən istifadə olunması əsasən aşağıdakı halların yaranmasına səbəb olur:

  • Hamiləlikdə erkən doğum riskini artırır;
  • Hamiləlik zamanında düşmə olması riski daha çox olur;
  • Hamiləlik kisəsinin daha erkən açılmasına səbəb olur;
  • Uşağın ana qarnında daha az çəkili olmasına səbəb olur;
  • Hamiləlik sırasında qanaxmalara səbəb olur;
  • Hamiləlik zamanında südün tərkibində C vitamininin  miqdarını azaldır;
  • Doğumla birlikdə uşaqda xüsusi xəstəliklərin yaranmasına səbəb olar;

            Siqaret istifade edən anaların uşaqlarının ağciyərləri daha az inkişaf edir, uşaqlarda ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Eyni zamanda uşaqların beyin funksiyalarınada təsir göstərir, sonradan bu uşaqlarda öyrənmə çətinliyinin yaranmasına, zəkasının çox az inkişaf etməsinə, davranış pozulmalarının yaranmasına səbəb olur. Yəni hamiləlikdə siqaret çəkən analar öz uşaqlarına ömrü boyu zərər vurmaqdadırlar.

            Aparılan araşdırmalarla müəyyən olunmuşdur ki, çəkilən siqaret sayı ilə risk faktoru arasında doğru bir münasibət olduğu aşkar olunmuşdur. Siqaret sayının artması ilə yaşanacaq problemlərdə artmaqdadır. Ancaq siqaret sayının azaldılması da, riskin olmayacağı mənasına gəlmir. Ana olmaq istəyən qadınların etməsi lazım olan hamilə qalmaq qərarına gəldikdə siqareti tamamilə buraxmalarıdır. Mümkün olduqda siqareti hamilə qalmaq qərarına gəldikdən en azı 3 ay əvvəldən buraxmalıdırlar. Siqaret çəkmək kimi alışqanlığı olan cütlərin onsuzda hamilə qalmaq imkanları daha azdır. Araşdırmalarda müəyyən olunmuşdur ki, siqaret hamilə qalma ehtimalını 40% azaldır.

            Siqaretin kişi sonsuzluğunada səbəb olması müəyyən edilən faktorlardan biridir. Qeyd edilmişdir ki, hamiləliyin ilk 3 aylıq zamanında siqaretdən istifadə olunmasının saxlanması halında , uşağın sağlamlığı və doğumun zamanında olması kimi əlamətlər siqaret istifadə etməyən analarla eyni olduğu söylənilmişdir.

          Bəzən siqaretin uşaq üçün zərərlərinin olmasının bilinməsinə rəğmən, siqaretdən istifadə etmənin buraxılması çox çətin ola bilər. Bu zaman ananın dəstək alması əsas məsələlərdən biridir. Lazım olarsa həkimindən , lazım olduqda yoldaşından, ailəsindən, öz valideynlərindən dəstək alması əsas məsələlərdəndir.

                                                                                          Tərcümə - Prof. DR. Cem Fıçıcıoğlu

              Mənbə: http://www.cemficicioglu.com.tr/hamilelikte-sigara-kullanimi-ve-zararlari

 

Narınc Uşaq Psixologiya Mərkəzinin Könüllüsü Abbaslı Vəzifə Səfər qızı.

                                                                                  

Go Back

İkinci hamiləlik nə zaman planlaşdırılmalıdır?

İkinci uşağın gəlişi bir çox ailədə problemlərə səbəb olur; qısqanclıqlar başlayır və ya böyük qardaş və bacıların davranışlarında dəyişikliklər olur, marağın yeni doğan körpəyə yönəlməsi ilə özlərini qıraqda qalmış hiss edərlər.

Psixoloqa görə heç bir ana-ata özlərini ikinci uşaq üçün əslində hazırlıqlı hiss etmir… İkinci uşaq doğulduğunda ilk uşağın onu qısqanmasıyla ya da böyüdüklərində bir-birləriylə dava-dalaşı ilə başa çıxa bilmirlər. Daxildə olan günahkarlıq duyğusu onlara birini digərindən qorumaları lazım olduğunu söyləyir. Çox zaman qardaş qısqanclığı ya da çəkişməsi ana ataların müdaxilə etməsi ya da tərəf tutmasıyla daha da alovlanır.

Məşhur uşaq həkimi Brazelton-a görə də əslində ana-atanın iki uşağı birdən eyni anda sevə biləcəyik mi?!, eyni anda diqqət göstərə biləcəyik mi?! narahatlığı, ananın ikinci uşağa hamiləliyi ilə başlayır. Ana hamiləykən birinci uşaq sorğulamağa və mənfi reaksiyalar verməyə başladığında isə ana-ata panikaya düşür. Təbii ki ilk uşaqla başlayan o həyəcan və sevgi macərası, ikinci uşağın gəlməsiylə pozulur. Sevgi artıq bərabər dərəcədə paylanmalı olduğu üçün biz bunu necə edəcəyik qayğısı başlayır.

Yaxşı idarə etmək lazımdır

İlk uşaq üçün yeni gələcək bir körpəni öz həyatına salmaq olduqca çətindir. İndiyə qədər onun varlığıyla xoşbəxt olan ana atası indi bir başqasının gəlişiylə xoşbəxt olacaq. Uşaqlar böyüdükcə də döyüşürlər, ad taxmalar, lağ etmələr, itələmələr və hətta vurmalar, çimdikləmələr başlayar. Bunu etmələrinin səbəbi də ümumiyyətlə ana atanın diqqətini çəkmək üçündür. Bunların olması olduqca normaldır, əhəmiyyətli olan ana atanın bu vəziyyəti yaxşı idarə edə bilməsidir. Uşaqlar etdiklərinin qısqanclıqdan olduğunu anlamazlar hətta çox vaxt qardaşlarını çox sevdiklərini söyləyib bunları etməyə davam edərlər hətta ana- ata da “qardaşını çox sevir amma yenə də belə davranır” deyə dilə gətirər. Bu davranışlar diqqət çəkmək adına pis davranma ya da yaş qrupundan daha kiçik davranma davranışı şəklində görünə bilər, məsələn əmzik istəyə bilərlər ya da tualet anlayışına malik olsa da altına qaçıra bilər.

Ana atalar ümumiyyətlə böyük uşaq bu şəkildə davrandığında dərhal əsəbiləşib “o sənin qardaşın, ona vurma” deyərək əsəbiləşər ancaq 6-7 yaşında bir uşaq qardaşını itələdiyində ya da çimdikləyəndə nə qədər ağrıtdığını fərq etməyib onun yerinə özünü qoymaya bilər, çünki onun məqsədi o anda yalnız diqqət çəkməkdir.

Ana atalar nələr edə bilər?

İlk uşağınıza təkrar hamilə olduğunuz andan etibarən söyləyin. Qarnınızda bir zamanlar onunda olduğu yerdə bir başqa körpə olduğunu ancaq bu an çox kiçik olduğunu və qarınınızın getdikcə böyüyəcəyini, körpənin də böyüyəcəyini və bir gün onu qucağınıza aldığınız kimi digər körpəni də qucağınıza götürəcəyinizi izah edin. Uşağınıza yeni bir qardaşın gəlməsiylə əlaqədar hekayələr də oxuya bilərsiniz, bu da olduqca faydalıdır.

Qarınınız böyüdükcə onun qarınınıza toxunmasına və təpikləri hiss etməsinə icazə verə bilərsiniz. Körpə doğulacağı zaman xəstəxanaya gedəcəyinizi, bəlkə bir neçə gün orada qalacağınızı, o müddətdə onunla kimin maraqlanacağını və hətta bəlkə xəstəxanadan buraxılacağı gün xəstəxanada onu ziyarətə gələ biləcəyini və birlikdə qardaşıyla evə dönə biləcəklərini izah edə bilərsiniz, çünki bir anda getməniz uşağınızın narahat olmasına səbəb ola bilər. Körpə doğulduğunda da onu nə qədər sevdiyinizi qardaşı olsa da onu sevmənizin heç bir zaman dəyişməyəcəyini davamlı xatırladın və körpənin baxımında ondan kömək istəyin. Əmziyi gətirmək, ədyalını sərmək, qucağınızda saxlayarkən onun da bir müddət tutmasına icazə verməklə qardaşının baxımında kömək istəmənizə görə xoşbəxt olacaq.

xanim.net

Go Back

Hamiləliyin yadda qalan nöqtələri

Hamiləlik dövrü hər bir qadının həyatında yaşadığı ən gözəl hissdir. Bu dövrdə qadınların bir çox yadda qalan xatirəsi vardır, lakin bu siyahıda hamilə olduğunuz vaxtda məncə ən əhəmiyyətli, heç yaddan çıxara bilməyəcəyiniz 7 gözəl nöqtə var. Oxuduqca mənə haqq verəcəksiniz. 

Hamiləlikdə bunlara diqqət emək lazımdır.

1. Hamiləlik testi

Bu, əsla yaddan çıxmır. Təbii ki, bu anı yaşayanlar o ankı duyğunu daha yaxşı bilirlər. Testdə iki xətt göstərdiyi anda keçirdiyimiz həyəcanın yerini heç nə verə bilməz (Təbii ki, bu vəziyyət bəzən ağlamağa, ya da depressiyaya da səbəb ola bilər.) Eyni zamanda bu iki kiçik xətt həyatınızın geri qalan qisiminin birdən necə dəyişəcəyini göstərir.

2. İlk ultrasəs müayinəsi
Bəli, körpə kiçikdir və demək olar ki, heç inkişaf etməyib. Hətta bəlkə də qurbağa balası və ya yer fıstığı kimi görünür. Lakin ana üçün körpəsini ilk dəfə görmək dünyaya dəyər. 9 ay boyunca daşıyacağınız körpənizin kiçik başını və kiçicik bədənini görə bilərsiniz. Və bu bənzərsiz fotoşəkilin kopyasını alıb hər kəsə göstərə bilərsiniz. Bu, sizin üçün dünyadakı ən möhtəşəm anlardan biridir.
3. Ürək döyüntüsünü eşitmək

Həkimlərlə görüşdükdən sonrakı mərhələ körpənin ürək döyüntüsünü eşitməkdir. Həkimin körpənizin ürək döyüntüsünün yaxşı olduğunu deməsi bizə yeni bir həyat bəxş etməsi deməkdir. Bu o deməkdir ki, siz artıq nizamlı həkimlə uşaq haqqında görüşəcəksiniz, amma ilk həyəcan artıq qalmayacaq.

4. İkinci dövr

Hamiləliyin ilk dövrünün sona çatmasıyla hər səhərki mədə bulanması və narahatlığa da son qoyulur. Çox insan hamiləliyi "bal ayı" olaraq adlandırır. Çünki bir çox xanım özünü daha çox özü kimi hiss edir, yoldaşıyla daha da səmimi olur və üçüncü dövrdəki kimi yorğun, halsız, kök hiss etmir. Siz xoşbəxt mədə bulantılarına və narahatlıqlara əlvida deyib bu dövrü çox gözəl bir şəkildə keçirə bilərsiniz. 
5. İkinci ultrasəs müayinəsi 
Bir neçə istisna xaricində bir çox hamilələr 20-ci həftədə ikinci ultrasəs müayinəsinə alınır. Bu müayinədə körpənizi daha ətraflı görmə fürsəti ələ düşəcək. Siz xoşbəxt körpənin cinsiyyətini də öyrənə bilərsiniz. Beləcə, qız ya da oğlan olduğuna dair söz-söhbətlərə son qoyularkən, sıra qiymətli körpənizə ən uyğun adı tapmağa gəlir.

6. Körpəni hiss etmək 

Analar körpələrini ümumiyyətlə 18-22-ci həftələr arasında hiss etməyə başlayırlar. Əgər ikinci hamiləlikdirsə, daha tez də ola bilər. Çünki analar daha əvvəldən bu hissi yaşadıqları üçün ağrı və körpə hərəkətləri arasındakı fərqləri bilirlər. Körpənin içinizdə hərəkət etməsi çox gözəl bir hissdir. Bu hissi təsvir etmək qeyri-mümkündür, amma tək sözdən istifadə edərək belə deyəcəyik - inanılmazdır...

7. Ad 
Bəli, bir az ağrılı bir an, uzun və yorucu bir müddətdir, amma sonda yeni dünyaya gələn körpəni qucağa aldıqda bunun dünyadakı ən qiymətli şey olduğunun şahidi olacaqsınız. 4-cü həftə müddətində bətninizdə daşıdığınız körpə indi qucağınızdadır. Doğulduğu vaxtdan etibarən sizi tanıyacaq və bu, sizə böyük xoşbəxtlik verəcək. Ağladığı zaman qollarınız arasında olarkən anasının qucağında olduğunu hiss edəcək, birdən sakitləşəcək və rahatlaşacaq. Bu hissi həyatı boyu yaddan çıxarmayacağınıza əminəm.
qadin.net
 
 

Go Back

Hamiləlik Problemləri

Hamiləlik problemləri. Hamiləliyin ilk günlərində bulantı və qusma kimi narahatlıqlar görülə bilər. Hamiləliyin irəliləyən mərhələlərində nəfəs alış-vermələrdə problem, bel ağrısı yüksək təzyiq, ishal, qabizlik, hamiləlik diyabeti, qarında gərginlik və iç qanamalar görülə bilər. Döl tərəfindən həddindən artıq nisbətdə mineral xərclənməsi və səbəbiylə baldır krampları görülə bilər. Hamilə qadınlardakı östrojen hormonunun artması səbəbiylə ara toxumalar açılar və gənişləyər və də bədən beləcə özünü doğuma hazırlayar. Bunun nəticəsində qıçlarda şişmə, varis və makatta basil ortaya çıxa bilər və də hijyene diqqət yetirilməzsə vajinada göbələk yayıla bilər. Hamilə qadınlardakı hormonların dəyişməsi səbəbiylə psixoloji narahatlıqlar görülə bilər. Hamilə qadınların spirt, siqaret və kimyəvi dərman istifadə etmələri uşağın orqanik və ya psixoloji üzürlü (spastik) doğulmasına səbəb ola bilər. Bu səbəblə hamilələrin spirt, siqaret və kimyəvi dərmanlardan və hətta çox qara çay və qəhvədən də uzaq dayanmaları lazımdır. 1960-1971 illərində contagan sahə hamilə qadınlardan 15.000in uşağı ağır spastik (üzürlü) olaraq doğulmuşlar. (Geniş məlumat üçün təhlükəli maddələrə bax) Spirt: Spirtli anaların uşaqlarının % 90 nisbətində zəkalarının inkişaf etmədiyi uşaqların məktəb çağında isə anlamaqda geri qaldıqları və konsentrə ola bilmədikləri gözlənmişdir. Spirt zade uşaqların başlarının çox kiçik olduğu, əzələlərinin inkişaf etmədiyi və hərəkətlərini idarə edə bilmədikləri təsbit edilmişdir.
Spirtin döl üzərindəki təsirləri: 1-) Döl tam olaraq inkişaf etməz və ümumiyyətlə üzürlü olar. 2-) Özelikle yüzdə tam inkişaf etməmişlik görülər: Göz qapaqlarının sallanan, burun kürəyinin qısa, və dodaqların incə olması vs. Diqqətə çarpan özelikler. 3-) Qol və qıçlarda diqqət çəkici anormallıqlar (tam inkişaf etməmişlik), kiçik barmaqların daha kiçik olması və əllərin inkişaf etməməsi 4-) İç orqanlarda səhvli (qüsurlu) meydana gəlmələr: Ürəkdə, cinsi orqanlarda, və sidik yollarında anormallıqlar Bu yuxarıdakı üzrlərin hamısı eyni anda və sıxlıqda uşaqlarda görülməyə bilər.  
Siqaret: Sigar təqribən 3.500-4.000 arasında çox müxtəlif və fərqli maddələr ehtiva etməkdədir. Bunlardan 40a yaxını kanserojen (xərçəng quruluşçu) olub ən təhlükəliləri : qatran, arsenik, benzol, polonium 210, kadmiyum, və nitrosaminleri saya biləri
k. Buna əlavədən çox zəhərli olan: Siyanürasit, güllə və karbon monoksiti saya bilərik. Karbon monoksit (CO) qandakı oksigeni azaldar, çünki karbon monoksit oksigendən 300 qat daha böyük bir güclə hemoglobine sanki yapışar və oksigeni xariclər. Beləcə oksigen qeyri-kafiliyi ortaya çıxar. Siqaretin döllər üzərindəki təsiri: 1-) Spastik üzürlü ola bilərlər 2-) Erkən doğuma səbəb ola bilər. 3-) Aşağı etməyə səbəb ola bilər. 4-) Uşağın xəstəlikli və cılız olmasına səbəb ola bilər.
Siqaret çəkilən mühitdəki körpələrdə: 1-) Akut nəfəs yolları xəstəlikləri 2-) Bronxit və sətəlcəm 3-) Xroniki ortakulak iltihablanması 4-) Astma və alerjik narahatlıqlar 5-) Ani uşaq ölümləri Bu narahatlıqlardan biri və ya bir neçəsi siqaret çəkilən oramda böyüyən körpələrdə görülə bilər.
Hamiləlik problemlərini müalicə: 1-) Qarın və qıçlardakı cırılmaları önləmək üçün çox az badam yağı ilə qarın və qıçlar düzənliklənər. 2-) Qabizliyi önləmək üçün kətan toxumu alınar. 3-) Aşağı etmə təhlükəsi olanları sabinə bədəndiri ilə müalicə edilə bilər. (Bunun dozajı və istifadə etmə müddəti əhəmiyyətlidir.) 4-) Əgər rəhm böyüməz və dölü sıxsa qadın kökü bədəndiri istifadə edilər. 5-) Hamiləlik əsnasında hamilələrdə yod qeyri-kafiliyi uşağın geri zəkalı olmasına səbəb ola bilər. Bu səbəblə yodlu duz alınmalı, dəniz məhsulları və çiyələk yeyilməlidir. 6-) Uşağının gözəl olmasını istəyənlər heyva yeməlidir. 7-) Hamilə qadınlarda ortaya çıxa biləcək mineral-, vitamin-, amin turşusu-, və ferment qeyri-kafiliyinə qarşı zəncəfil və ya ZYE istifadə edilər.

odlarmed.com

 

Go Back

Hamiləlik psixologiyası

Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, bunada hamiləlik psixologiyası deyilir.Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərin yanında bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlamışdır. Özünü fərqli və dəyişkən bir bədəndə gözlərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşarkən, bir tərəfdən də uşaqla bağlı ağlında yaranan bir çox suallarla da mübarizə etməyə çalışır. Bu vəziyyətdə ananın etməli olduğu bir tək şey hamiləlik vəziyyətini qəbul etməsi, bütün yaşanan duyğuların hamiləlik dövrünə xas olduğunu düşünməsidir. Həm də ana, uşağın öz bətnində yaşadığını hiss etməli və bu vəziyyətin keyfini çıxartmalıdır. İnsanlar bilmədikləri müvzudan daha çox narahatlanaraq tələsiklik edirlər və bu baxımdan problemlər yaşayırlar. Bu səbəbdən hamiləlikdə ilk addım kifəyət qədər məlumata sahib olmaqdır. Məlumatın düzgün alınması qədər, məlumatın verilməsi tərzi də düzgün olmalıdır. Özünü itirməmək və daha az problem yaşamaq üçün ananın, mütləq özünü rahat hiss edə biləcəyi həkimlə məsləhətləşməsi və bu dövrü onunla yaşaması ən yaxşı seçimlərdən biridir. Çünki, analiğa namizəd olan xanım doqquz ay ərzində, fiziki dəyişikliyin gətirdiyi rahatsızlığların yanında, həyəcan, qorxu, təlaş, qayğı və narahatlıq da yaşamaqdadır. Həkimdən əlavə, daha çox məlumat ala biləcəyimiz kitablardan, internetdən və hamiləlik kurslarından da faydalana bilərsiniz. Belecə daha çox məlumatin verdiyi güc və biliklə daha az həyəcan və tələsgənlik yaşanacaqdır. Ana namizədi hamiləlikdə yaşadığı psixoloji problemlər xaricində, doğum müvzusunda da anlaşılmaz düşüncələrini bu şekildə aydınlığa çixartmalıdır.
legend.az

 

 

Go Back

Hamilələrin nəzərinə: bu yazını oxumadan hovuza girməyin

 

Üzgüçülük ən sağlam idman növüdür. Qamət, duruş pozuqluğu baxımından, bir çox ağrıların azalması, bütün əzələlərin işləməsi, təzyiqin tənzimlənməsi və digər bir çox müsbət təsirlərinə görə hamiləlikdə də üzgüçülük çox faydalıdır. Elə isə hamilə xanımlar hovuzdan necə yararlana bilərlər? Aile.lent.az bu barədə mütəxəssis fikirlərini təqdim edir.

 

İngiltərədə hamiləlik müddətində nizamlı olaraq üzən qadınların uşaqlarında allergik xəstəliklərin sürətlə artması hovuzlara diqqəti yönlədib. Tədqiqatçılar xüsusilə son 50 ildə astma, eqzema kimi allergik xəstəliklərin təxminən beş qat artdığını deyirlər. Bunun səbəblərindən biri də, xüsusilə, açıq hovuzlarda xlor və bənzəri təmizlik məhsullarının havaya qarışaraq yaratdığı zərərli təsirlərdir. Bu kimyəvi maddələrə məruz qalan ananın bətnindəki dölün immunitet sistemi dəyişikliyə uğrayır və doğulduqdan sonra bu körpələrdə dəridə soyulma və qızarmalar, qida allergiyaları, eqzema, astma kimi xəstəliklərə rast gəlinir.

 

Sıxlıq və qapalı hovuzlara diqqət

 

Sirr deyil ki, ana bətnindəki döl kimyəvi maddələrə qarşı həddindən artıq həssas olur.  Bakteriyaları və yoluxucu infeksiyaları aradan qaldırmaq üçün isə bu maddələrdən hovuzlarda bol istifadə edilir. İsti yay aylarında hovuza girən hamilələr bu baxımdan diqqətli olmalıdırlar. Ən çox yayılan dezinfeksiya maddəsi THM-dir (trihalometan). Bu maddə xlorun dəri hüceyrələri, sidik və tər kimi təbii maddələrlə qarışması nəticəsində meydana gələr. Çox adamın çimdiyi və bol xlorlu hovuzda daha çox olur. Havalandırmanın kifayət qədər olmadığı bağlı hovuzlarda xlor qoxusunu yəqin ki, hiss etmisiniz. Uşaqda beynin və immunitet sisteminin inkişafı kimyəvi xəbərdaredici hormonların doğru zamanda və doğru miqdarda tapılması ilə baş verir. Lakin artıq miqdarda olanda narahatlıq verən bu kimyəvi maddələr immunitet sistemini dəyişməyə gətirib çıxarır. Hovuzlarda istifadə edilən təmizlik maddələri, tənəffüs yoluna gedən  xlorlu hava bu yolla allergik xəstəliklərə səbəb olur”.

 

 

Yəqin, siz də paltar suyu qoxan hovuzlara rast gəlmisiniz. Bu baxımdan dəniz suyu hovuz suyu kimi kimyəvi maddələr ehtiva etmədiyi üçün daha gigiyenik hesab edilir. Gedəcəkləri hovuzun təmizliyindən əmin olmayan hamilələr imkan daxilində dənizə üz tutsalar, yaxşı olar. 

 

Ümidə QƏHRƏMAN

Go Back

Hamilələr, DİQQƏT: bu səhvlərə yol verməyin

 

Hamiləliklə bağlı zaman-zaman səslənən yanlış fikirlər hamilə qadınlara təsir edərək onların səhv etməsinə səbəb olur və narahatlıq yaradır. Bir çox qadın hamiləliklə bağlı bəzi şeyləri düzgün hesab edir, lakin əslində səhvlərə yol verir. Bunları nəzərə alan Aile.lent.az hamiləlik zamanı edilən 7 səhvi nəzərinizə çatdırır.

 

Səhvləri bu cür sıralamaq olar:

 

1. Qrip peyvəndi etdirmək hamilələrə zərər verir. Xeyr, əksinə, qrip peyvəndi ana və körpəsinin xəstəliklərdən qorunmasına kömək olur. Həkim nəzarəti altında və tövsiyələrinə uyğun olaraq qrip peyvəndi etdirməyin heç bir qorxusu yoxdur. Unutmayın ki, hamiləlik dövründə qrip çox ağır keçə bilər və hamilələr bir çox insandan daha çox qripdən təsirlənə bilər.

 

2. Balıq yemək körpəyə zərər verir. Əsla! Balıq yemək əksinə, körpə üçün çox faydalıdır. Həftədə iki dəfə balıq yeməyin heç bir qorxu yoxdur. Balıq yemək körpənin inkişafı və göz sağlamlığı üçün olduqca xeyirdir. Xüsusilə somon və ya ton balıqları yeyə bilərsiniz.

 

3. Hamilə iki nəfərlik yemək yeməlidir. Səhv fikirdir. Körpənin sağlamlığı üçün çox zülal və vitamin qəbul etmək lazımdır. İki nəfərlik yemək yeməyiniz gələcəkdə körpənizin piylənmə problemlərinin ortaya çıxmasına səbəb ola bilər. Bir stəkan süd və bol yaşıl meyvə-tərəvəz, ağ pendirli buterbrodu yeməyin isə heç bir zərəri olmaz.

 

 

4. Saç boyamaq körpəyə zərər verir. Tamamilə səhv düşüncədir. Saçınıza vurduğunuz boya dərinizə də dəyir, lakin körpəyə verəcəyi heç bir zərəri yoxdur. Xüsusilə təbii qarışıqlı boyaları seçməniz bütün pis ehtimalları də ortadan qaldırar. Diqqət yetirilməsi lazım olan tək məqam boyanın qoxusudur ki, bu da mədə bulanmasına yol aça bilər. Bunun da qarşısını almaq üçün isə açıq hava şəraitində və ya havanın bol olduğu bir mühitdə saçınızı boyamaq tövsiyə edilir.

 

5. Hamiləykən sekslə məşğul olmaq olmaz. Yanlış fikirdir. Sekslə məşğul olmağın körpəyə zərər verəcəyi inancı tamamilə səhvdir. Körpəni plasentası və uşaqlıq yolu, uşaqlıq əzələləri qoruyur. Yalnız cinsi yolla keçən xəstəliyiniz varsa, körpəyə keçə bilər, bunun qarşısını almaq üçün isə prezervativdən istifadə edə bilərsiniz.

 

6. Qarnınız dik böyüyürsə, körpə oğlandır. Xeyr, belə bir qəti qənaət yoxdur. Hər qadın fərqli anatomiyaya malikdir və körpə ona əsasən böyüyür, hərəkət edir. Körpənin cinsiyyətinə görə fərqli qarın quruluşu yoxdur. Hərəkətini və mövqeyini körpə özü seçir.

 

7. Mədə bulansına səbəb körpənin saçlarıdır. Hamiləlikdə yaşanan mədə bulantısı hormonların mədəyə təsiri ilə bağlıdır. Körpənin saçlarının ürək bulanma, mədə ağrısına səbəb olma ehtimalı yoxdur.

aile.lent.az

Go Back

Hamilə qadınların və anaların hüquqları

Hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir.

Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır.

Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez–tez pozulur. Bunları nəzərə alaraq, biz Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.

Təbii ki, ilk növbədə, bütün anaları hamiləlik və doğuşa görə verilən məzuniyyətlər maraqlandırır. Körpələrini ana südü ilə qidalandıran analar gün ərzində bir neçə dəfə uşaqlarının yanında olmalıdırlar. Bununla əlaqədar olaraq Əmək Məcəlləsində məzuniyyət dövrü iki hissəyə bölünür: doğuşdan əvvəl və doğuşdan sonra.

Əmək Məcəlləsinin "Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125–ci Maddəsinə əsasən analara verilən bu məzuniyyət ödənişlidir. Lakin onun müddəti müəyyən hallarda fərqli olur. Normal doğuş zamanı analara verilən məzuniyyətin müddəti doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gündür. Amma doğuşun çətin keçməsi (keysəriyyə əməliyyatı və s. çətin sayılan hallar) və iki və ya daha çox uşağın doğulması kimi bəzi xüsusi hallarda doğuşdan sonrakı məzuniyyətin müddəti 14 gün artırılır, yəni 70 təqvim günü təşkil edir.

Kənd təsərrüfatı sahəsində çalışan qadınlara isə hamiləliyə və doğuşa görə məzuniyyət, bu qadınların işinin çətinliyinə görə verilir. Bu, normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü), doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) kimi verilir. Bəzi mütəxəssislər yuxarıda qeyd olunan vaxtların yetərli olmadığınıdeyirlər. Çünki körpə 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır.

Lakin qanunvericiliyə istinad etməklə, bu problemdən çıxış yolu tapmaq mümkündür. Belə ki, adətən birinci il işləyən işçilərə məzuniyyət haqqı 6 ay işlədikdən sonra verilir, lakin "Əmək məzuniyyətinin verilməsi qaydası” Maddəsinə (Maddə 131.) görə, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən qadınlar hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonar istifadə edə bilərlər. Beləliklə analar öz körpələrinin yanında olmaq imkanını, hamiləliyə və doğuşa görə verilən sosial məzuniyyətdən dərhal sonar məzuniyyət götürərək, bir az da uzada bilərlər.

Dövlət, körpəsi olan analara 6 ay müddətində işə çıxmamaq imkanı yarada bilməsə də, onlara başqa güzəştlər edir. Belə ki, dövlət Əmək Məcəlləsinin "Uşağın yedizdirilməsi üçün fasilələr” Maddəsində (Maddə 244) yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir.

Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduğu təqdirdə isə hər fasilənin müddəti ən azı bir saat müəyyən edilir. Bu fasilələr qadının əmək haqqından çıxılmır, onlar iş vaxtına daxil olur. Ona da diqqət yetirmək lazımdır ki, qanunvericilik bu fasilələrin ən azı 30 dəqiqə olduğunu deyir, yəni, əgər siz iş yerindən uzaqda yaşayırsınızsa, siz işəgötürənlə razılığa gəlib fasilə müddətini uzada da bilərsiniz.

Əmək Məcəlləsinin "Qısaldılmış iş vaxtı” Maddəsinə (Maddə 91) görə analar işə çıxdıqdan sonra işəgötürəndən 36 saatadək qısaldılmış iş vaxtını tələb etmək hüququna malikdirlər. Bu haqdan analar uşaqlarının yaş yarımına qədər istifadə edə bilərlər. Bunlardan əlavə, dövlət hamilələrə və 3 yaşınadək uşağı olan analara işə düzələn zaman da böyük güzəştlər edir. Əmək Məcəlləsinin "Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri” Maddəsində (Maddə 240) deyilir ki, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbi ilə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yol verilməzdir.

Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir.

Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir (Maddə 242). Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur.

Bu qaydalar yaş yarımına çatma səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir (Maddə 242).

Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur. Bu qaydalar yaş yarımına çatmamış uşağı olan və əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkən qadınlara da aid edilir (Maddə 243). Elə hallar da olur ki, işəgötürən işçilərin ixtisarı, səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi, özünün əmək funksiyasını yerinə yetirməməsi adı altında hamilə və yaxud uşaqlı ananı işdən azad etmək istəyir.

Lakin dövlət, bu vəziyyətdə olan qadınların xüsusiyyətlərini nəzərə alaraq Əmək Məcəlləsinin 79–cu Maddəsində bu səbəblərlə hamilə və 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsinə qadağa qoyub. İş yerlərində hüquqlarının tapdanmasının qarşısını ala bilmək üçün anaların və hamilə qadınların öz hüquqlarını bilməsi çox vacibdir.

qadinlar.biz

Go Back

Ana bətnində uşağın tərbiyəsi

Ümumiyyətlə, ilk anda qəribə gələn bu anlamı gəlin sizə sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. “Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə “aparın bu uşağı artıq onun üçün gecdi” demişdi.

Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan Məhəmməd Peyğəmbər burda uşağın ana bətnində olan tərbiyəsin nəzərdə tutmuşdu. Hətta dində də Allah uşağa ana bətnində 2 ay yarımında ruh verir. Tibbi olaraq artıq uşağın 3 ayında əsas struktur orqanları tam yaranır. Deməli, artıq uşağı tərbiyə eləmək vaxtı başlayır. Düşünün, doğulanda belə dilsiz-ağızsız körpəyə nəsə öyrətmək çətin olur. Dili olmasa belə, öz münasibətini ən azı ağlamaqla göstərir. Amma ana bətnində tam rahat və ən uğurlu tərbiyə etmək mümkündür. Körpə tam sizin istədiklərinizi qəbul edir və bu cür inkişaf edir.

     

ABŞ-da “baby shine” adı altında maraqlı bir terapevtik üsul var ki, uşağın embrional inkişafına birbaşa təsir edir və psixoloji mərkəzlərdə, klinikalarda belə uğurla istifadə olunur. Bu, ananın körpəylə danışması adlanır. Ana gün ərzində nələr edirsə, özünü necə hiss edirsə, bu barədə körpəsinə raport verir: “Ana indi ataya yemək verməyə mətbəxə gedir”, “bir az darıxdıq, gəl, gedək televizora baxaq”, “Ata əsəbidi, gəl, onu güldürək”. Bu metod uşaqlarda intellektual səviyyəni artırır, buna görə də uşaq daha tez dil açır, səlist və aydın ünsiyyət qurur. 


Çox yaxşı olardı anamız özünə hamiləlik boyu qeyd edə biləcəyi bir dəftər ayırsın. Ora övladından nələr görmək istədiyini qeyd etsin: “1.Sarışın, göy göz olsun. 2. Hamıyla ünsiyyətə girən, ağlamayan uşaq olsun. 3. Burnu balaca olsun. 4. Saçları buruq olsun və s.”

Mümkün olsa, göz qabağında ola biləcəyi yerə yapışdırsın və üstündə ayın tarixini qeyd etsin. Məsələn, soyuducunun, yataq otağında şifonerin üstünə və hər dəfə yanından keçəndə oxusun, yadına düşdükcə əlavə etmək istədiyi şeyləri yazsın. Ayın sonunda yeni boş vərəqə əvvəlki vərəqdəki istəklərdən ən çox istədiyi 5 dənəsini əlavə edərək yapışdırsın. Bu, hamiləliyin sonuna qədər belə davam eləsin. Övladı dünyaya gələndə ana özünü rəssam kimi hiss edəcək.

 

Ümumiyyətlə, ananın hamiləlik boyu dinlədiyi musiqilər çox önəmlidir. Bəzən biz Şopen, Motsart kimi dünya klassiklərinin musiqisini dinləyirək uşağımızın daha “mədəni” olmasını istəyirik. Əslində isə bu, tam belə deyil. Psixologiyada etnopsixologiya deyilən bir elm var ki, burada hər bir millətin fərqli zövlərə, iqlimə, yaşayış tərzinə bir sözlə, bütün ekoloji və sosial faktorların təsiri ilə insanların psixologiyası öyrənilir. Yəni Azərbaycanlı ananın və körpənin öz etnosundan olmayan musiqi dinləməsi elə də effekt vermir. Analar çalışmalıdır ki, Azərbaycan mənşəli musiqiyə (sözsüz mahnı) qulaq assınlar. Bu, övladlarını vətənpərvər və anaya bağlı, özgüvəni yüksək, kommunikativ uşaq edəcək. Məsələn, elə bizim əksəriyyətimiz himnimiz və ya “Sarı gəlin”imizi dinləyəndə çox həssaslaşır, qəribə hisslər keçiririk, el dili ilə desək, “tüklərimiz biz-biz olur”. Bu da bizim genetik yaddaşımızı göstərir.

 

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz analar, bəzən övladlarımızı hansısa formada görmək istəyiri,k bəzən buna zorlayırıq, sonda isə çox vaxt məyus olur, daxili istəyimizə görə göstərdiyimiz təzyiqlər bəzən uşaqlarımız tərəfindən üsyanla qarşılanır. Ondansa bunu zamanında sizin tam nəzarətiniz altında etsəz, nə siz inciməzsiniz, nə də övladınız.

 

Narınc Rüstəmova

 

"NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ"nin rəhbəri, uşaq psixoloqu

 

narinc.az

Go Back

Hamiləlikdə panik atak

Panik atak hamiləlik dövründə tez-tez rast gəlinən vəziyyətdir. Bu dövr qadın üçün həm fiziki, həm də ruhi baxımdan böyük dəyişikliklərin olduğu mərhələdir. Hormon səviyyəsinin yüksəlməsiylə əlaqədar duyğusal hallar, əhvalın dəyişməsi yaşana bilər. Həmçinin uşaqla bağlı narahatlıqlar, “yaxşı ana ola biləcəm” kimi suallar, həyat tərzindəki dəyişikliklər və maddi problemlər də panik atakın psixoloji faktorlarını yaradır.

Hamiləlikdə panik atak simptomları fərqlidir?

Hamiləlik müddətində panik atak simptomları ilə əvvəl olanlar arasında heç bir fərq yoxdur:

  • Ürək döyüntüsünün artması
  • Döş qəfəsində ağrı
  • Titrəmə
  • Tənəffüs çətinliyi və s.

Atak keçirən şəxs infarkt keçirdiyini düşünür, hətta bəzən öləcəyini hiss edir.

Yeganə müalicə üsulu dərman deyil!

Panik atakda ən çox müraciət olunan terapiya üsullarından birincisi farmakoterapiyadır. Lakin hamiləlik müddətində dərman preparatlarının uşağa verəcəyi mənfi təsirlərdən dolayı pasiyentin dərman qəbul edilməsi təqdir olunmur. Bu səbəbdən də panik atakda yeganə üsul dərman deyil. Psixoterapiya vasitəsilə effektiv şəkildə problem korreksiya oluna bilər. Koqnitiv terapiya və bihevioral terapiya panik atakın müalicəsində ən təsirli psixoterapiya metodlarıdır. Terapiyanın əsasında panik pozuntu haqqında məlumat verilir, stress yaradan faktorlar araşdırılır və bunların aradan qaldırılma üsulları pasiyentə tətbiq edilir.

Həmçinin hamilə şəxsə bir neçə tapşırıq verilir:

  • Birinci addım: ailə və ətrafdakıların dəstəyi. Bu müddəti keçirmək üçün ən böyük köməkçilər onlar olacaq
  • Tədqiqatlar həyat yoldaşının göstərdiyi sevgi və qayğının hamiləlikdə panik atakı azaldığını göstərir
  • Ana olacaq şəxsin təcrid olunmasının əksinə, sosial həyatını daha fəal şəkildə təmin etmək
  • Hamilə şəxs kofein qəbulunu (çay, yaşıl çay, kofe və s.) azaltmalı, mütəmadi yuxu rejiminə diqqət etməlidir
  • Müxtəlif nəfəs hərəkətləri stressi azaldır və rahatlamasına kömək edir
  • Hamiləlik müddətində psixoloji yardım alması bu mərhələdə yaşadığı narahatlıqların qarşısını almağa kömək edə bilər. Əks təqdirdə keçirdiyi gərginlik panik atak tutmalarının artmasına səbəb ola bilər

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

Depressiya yaşayan ananın uşağı tez kökəlir

Ana stress keçirdiyində uşağı ilə maraqlanma müddəti azalır. Ananın yalnız öz kontekstinə deyil, evə və həyata olan marağı da azaldığı üçün uşaq tək qalır.
 
Ananın depressiyada olması uşağa necə təsir edir?
 
Depressiya səbəbindən kifayət qədər qayğı görməyən uşaqda, daha nizamsız qidalanma saatları, nizamsız yuxu saatları, daha çox çərəz və paketli məhsullar istehlak etmə vərdişləri, daha az hərəkət etmə və televiziya ya da kompyuter arxasında daha uzun müddət keçirmək kimi hallar görünür.
 
Ananın ailə üçün yemək hazırlamasından tutmuş, yuxu və ya yuxusuzluq müddəti də uşağa birbaşa təsir edir. Daha az qayğı, daha az yemək bişirən, daha çox yatan və ya yuxusuzluq çəkən anadan ən çox təsirlənən, onun yanında həyatı yaşayan, onun pəncərəsindən həyata baxan övladları olur.
 
Bəzən hamımız sıxıntılı günlər keçiririk, sıxıntıya, stressə, kədərə düşdüyümüz günlər olur. Hər nə yaşasaq da bunu övladlarımıza mümkün olduğu qədər hiss etdirməyək. Bir dostumuzla, həyat yoldaşımızla ya da ki, bir psixoloqa gedərək dərdimizi bölüşə  bilərik.
 
Yaşadığınız məşəqqəti uşaqlarınıza hiss etdirməmək üçün onların qəhqəhə ilə güldüyü, xoşbəxt olduqları zamanları gözünüzün qarşısına gətirin. Onların xoşbəxtliyi bir müddət də olsa sizi rahatlayar və öz bədbəxtliyinizi ən azından onlara əks etdirməyinizə mane olar.
 
qadin.az

Go Back

Hamiləlikdə böyük təhlükə: varikoz

Hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin risk qrupuna daxildirlər. İlk hamiləlikdə varikoz problemi çox az hallarda yaşansa da, hamiləliyin sayı artdıqca bu xəstəliyin ortaya çıxma ehtimalı da artır.

 

Hamiləlikdə varikozun yaranmasını əngəlləmək üçün nələr etməli?

 

Erkən doğuşa səbəb ola biləcək varikozun qarşısını almaq üçün Aile.lent.az-ın bu tövsiyələrinə əməl edin:

 

Hamiləlik zamanı uzun müddət ayaq üstə qalmayın.

 

Alçaq stullarda oturmaqdan çəkinin və sərt kənarların ayağa toxunmamasına diqqət edin.

 

Mümkün olduqca çox gəzin, qaçın, velosiped sürün.

 

İsti su ilə çimməyin. Uzun müddət günəşin altında qalmayın.

 

İsti havalarda, ya da idmandan sonra ayaqlarınızı soyuq su ilə isladın.

 

Gecə yatarkən, ya dincələrkən ayaqlarınızı ürək səviyyəsinə çatacaq məsafəyə qədər qaldırın.

 

Həkiminizin məsləhət gördüyü varikoz əleyhinə corab geyinin.

 

lent.az

Go Back

Hamiləlikdə anemiya: ana və körpəsi risk altındadır

Bətnində uşaq daşıyan hər bir ana öz sağlamlığını diqqətlə izləməli və bu vəziyyətdə həm onu, həm də körpəni gözləyə biləcək təhlükələrdən xəbərdar olmalıdır.

Hamiləlikdə tez-tez rastlanan ağırlaşmalardan biri də anemiyadır. Hamiləlikdə yaşanan anemiyanın 90 %-i dəmir çatışmazlığı ilə bağlı olur. Bu xəstəlik qadın bədənində hemoqlobin çatışmazlığının xəbərçisidir. Məhz hemoqlobin sayəsində orqanlar və döl toxumasına oksigen daşınır. Dəmir anemiyası insan bədənində dəmir və onu təmin edən, təsirini sürətləndirən, orqanların dəmirlə təmin edilməsinə kömək edən element əskiliyindən irəli gəlir. Dəmirin törəmələri olan mis, sink, kalsium, A, C, B 6 vitaminləridir. Buna görə anemiyanın müalicəsində təkcə dəmir preparatı deyil, kompleks preparat qəbul edilməlidir.
 
Hamiləlikdə yaşanan anemiyanın ağır, orta, yüngül dərəcələri var. Anemiyanı nəinki ananın səhhətinə, həmçinin körpənin inkişafına mənfi təsir edənə kimi ciddiyə almaq lazımdır.
 
Anemiya hamiləlikdə hansı risk daşıyır?
 
Anemiyanın ağır dərəcəsi daha çox hamiləliyin ikinci yarısında baş verir və 29-cu həftədən 36-cı həftəyə qədər davam edir. Anemiyanın səbəb olduğu ən böyük təhlükə erkən doğuş, ağır qan zəhərlənməsidir.
 
Anemiya qan laxtalanmasının azalmasına səbəb olur. Nəticədə doğuş zamanı qanaxma yaşana bilər. Ağır anemiya dölə təsir edərək inkişafın gecikməsinə, oksigenlə tam təmin olunmamasına səbəb olur. Bu cür doğulan uşaqlar zəif, az çəkili olurlar. İmmuniteti güclü olmadığından həmyaşıdlarından fərqli olaraq çox tez-tez xəstələnirlər. Doğuşdan sonra südün olmaması halı da yaşanır.
 
Anemiyası olan hamilə qadın özünü zəif hiss edir, tez-tez baş gicəllənmə yaşayır, dərisinin quru və solğun olduğunu görür. Ən ağır halında isə qadının saçları belə tökülməyə başlayır. Qadın təbaşir, əhəng yemək istəyə bilər.
 
Necə müalicə edək?
 
Müalicə üçün ilkin olaraq düzgün qidalanmağa başlamaq lazımdır. Dəmir, zülal tərkibli qidalar, qaraciyər, mal əti, balıq, süd və süd məhsulları, qarabaşaq yeyin. Meyvə, tərəvəzləri bol kəsmiklə yeyin. Kök, alma və kələmə üstünlük verin.
 
Düzgün qidalanma ilə yanaşı həkim məsləhəti ilə dəmir tərkibli preparat qəbulu da lazımdır.
 
lent.az

Go Back

Anada süd çatışmırsa, nə etmək lazımdır

Tez-tez doğum evində qadınlarda süd azlığı olur. Evə gəlib dincəldikdən sonra qadın südün çoxalmasını hiss edir.

Bu halda mütləq süd ifrazının azalmasının qarşısını almaq və körpənin tələbatına uyğun olaraq onun artırılmasına çalışmaq lazımdır.

Süd verən ana fiziki gərginlikdən uzaq, sakit emosional şəraitdə olmalı, çoxlu müsafir qəbul etməməli, kifayət qədər qida və maye qəbul etməlidir. Kompot, müxtəlif şirələr, çay, südlü çay, qazsız mineral sular içmək olar. Qazlı şirin sular, təmiz inək südü məsləhət görülmür. Xüsusən əmizdirməkdən 10-15 dəqiqə qabaq və 20-30 dəqiqə sonra maye qəbul etmək lazımdır.

Maye qəbul edilməsinə tələbat yoxdursa, özünüzü məcbur etməyin. Tələbat varsa bütün işlərinizi atıb körpənin xatirinə mütləq maye qəbul edin. Əks halda, südünüz azala bilər. Bütün bunlara baxmayaraq süd çatışmırsa, körpəyə əlavə olaraq xüsusi süd qarışıqları vermək olar. Ancaq hər bir halda ana südünün miqdarını azaltmayın. Körpənin qidalandırılmasında ana südü həcmcə üstünlük təşkil etməlidir.

Yalnız ana südü ilə əsas qidalanmadan sonra körpəyə şüşədən süd təklif edin. Əlavə qidanın həcmi körpənin iştahasından asılıdır. Uşağın çəkisi 4,5 kq-dan artıqdırsa, o, 100-150 qr südü bir dəfəyə içəcək. Uşağın çəkisi 4,5 kq-dan az olarsa, o, bir qədər az miqdarda süd içəcəkdir. Körpəni ana südü ilə əmizdirdikdən sonra ona əlavə olaraq 80-90 qr süni süd təklif edin və istədiyi qədər içməyə imkan verin, artığını isə tullayın.

Körpəyə ana südü azlıq edirsə körpəni daha tez-tez əmizdirin. Yadda saxlayın ki, ana südünün hər bir damlası körpə üçün çox dəyərli bir nemətdir. Həmçinin körpənin tez-tez əmizdirilməsi laktasiyanı gücləndirir. Süd vəzisinin dolmağını gözləməyin - körpəyə nə qədər fasilə ilə süd versəniz, bir o qədər də gec süd gələcək.

İndi apteklərdə aktasiyanı gücləndirmək üçün xüsusi preparatlar satılır. Bu haqda uşaq həkimi ilə məsləhətləşin.

saglamolun.az

Go Back

Hamiləlik dövründə yaranan stress və onunla mübarizə üsulları

Stress bizim gündəlik həyatımızda artıq adi hal olaraq qarşıladığımız bir haldır. Lakin əlimizdən gələni edirik ki,bu hallarla qarşılaşmayaq. Təbii ki, müasir zamanda bu bir az çətindir. Özümüz bu hallardan uzaqlaşa bilməsək də, əlimizdən gəldiyi qədər çalışırıq ki ,uşaqlarımız stresdən uzaq olsunlar. Bunun üçün ilk olaraq hamiləlik dövründən öz psixikamızı stress yaradan faktorlardan uzaq tutmağa çalışmalıyıq.

Hamiləlik müddəti həm qadın, həm də ətrafı üçün xüsusi və fərqli bir dövrdür və bu dövrdə hamilə qadının bədənində, duyğularında və həyat tərzində bir çox dəyişiklik meydana gəlir. Xüsusilə hamiləliyin ilk 3cü ayında. Tez-tez səbəbsiz ağlayır, arzu edilən hamiləlik olsa belə ilk aylarda hamiləliyi qəbul edə bilməmə hissi yaranır, içə dönüklük və passivlik meydana gələ bilər. Qarşıdakı aylarda da bədəndəki dəyişiklikləri mənimsəyə bilməmə vəziyyəti yarana bilər. Son aylarda isə ümumiyyətlə doğum qorxusu, sağlam körpə dünyaya gətirmə narahatlığı, “Yaxşı ana ola biləcəyəcəyəm?” qayğısı yaşana bilər.

Stresi yaradan səbəblər

Hamiləliklə bağlı ortaya çıxan ürək bulanma, qusma, tez-tez sidiyə getmə, bel ağrısı, əllərdə və ayaqlarda şişliklər, çəkinin artması kimi dəyişikliklər hamilə qadın üçün stress qaynağı ola bilir. Hamiləlik müddətində ortaya çıxan hormonal dəyişmələr də qadının psixoloji vəziyyətində dəyişikliklərə səbəb ola bilir.Körpənin sağlam olub olmadığı az qala bütün qadınları narahat edir. Xüsusilə ilk hamiləliyini yaşayanlar analar daha çox narahat olur. Qadınların bir çoxu doğum sancılarına dözə bilməyəcəklərini, doğumda səhv bir şey edərək körpəsinə zərər verə biləcəyini düşünürlər. İqtisadi səbəblər də stresə səbəb olur. Körpənin doğumu və sonrasındakı xərclərin çətinlik qorxusu həm ananı,həm atanı narahat edir.Əsasən də riskli hamiləlik səbəbiylə işindən ayrılıb evində hamiləliyini keçirmək məcburiyyətində qalan bir qadın üçün hamiləlik müddəti çox daha stressli və narahatverici olur.Bütün bu düşüncələr hamiləlikdə stres yaradan faktorlardi.

Hamiləlik dövründə yaşanan stress körpəyə necə təsir edir?

Hamiləlik dövründəki stress həm anaya, həm körpəyə mənfi təsir edir. İlk olaraq onu qeyd edim ki, stress erkən doğuma səbəb olur. Bəzi stress hormonları plasentaya gedən damarlarda daralmağa səbəb olur, körpəyə daha az oksigen və qida maddəsi getməsinə səbəb olur. Bu vəziyyət körpələrdəki inkişaf geriliyinə səbəb olur. Stress nəticəsində dünyaya gələn uşaqlarda diabetə,beyindaxili təzyiqə,alergiyaya tutulma ehtimali 2 qat daha çoxdur. Həmçinin onlarda davranış pozuntuları da müşahidə olunur.

Bəs nə etməli?

Hamiləlik fizioloji bir hadisədir və insan bədəni bu möcüzəvi hadisəni reallaşdıra bilmək üçün olduqca yaxşı inkişaf etmiş bir adaptasiya mexanizminə malikdir. Ana namizədinin özünü gözləyən dəyişikliklər mövzusunda yaxşı məlumatlandırılması çox əhəmiyyətlidir. Həmçinin hamiləlik müddətində ana nələrin normal, nələrin anormal olduğunu bilməlidir ki, özünü rahat hiss etsin.

Hər hamilə qadın şəxsi və iş həyatındakı stress qaynaqlarını təyin etməli və bunlarla mübarizə üsulları tapmalıdır. Buna görə hamilə bir qadın sağlam qİalanmalı, kifayət qədər yatmalı, spirt və siqaretdən uzaq dayanmalı və fiziki fəaliyyətdə olmalıdır. Fiziki fəaliyyət-yorğunluq, halsızlıq və bel ağrıları kimi hamiləlik ilə əlaqədar narahatlıqlarını azaldır.

Ən vacib nöqtə də qadının həyat yoldaşı, ailəsi və dostları tərəfindən dəstək görməsidir. Yaxın ətraf hamilə qadına mənəvi dəstək olmalı və işlərində köməkçi olaraq da ana namizədinin yaşadığı stressin azalmasına köməkçi olmalıdır. Bütün bunlardan əlavə hamilələr mütləq mütəxəssis dəstəyi almalıdırla. Çünki bu hamiləlikdən sonrakı dönəmdə qadınların depresiyaya düşməsinin qarşısını alır.

narınc.az

Go Back

Analarda zahılıq sindromu

Doğumdan sonra yaranan zahılıq sindromu müalicə edilməsə, ana südünün kəsilməsindən intihara qədər yol var...

Bəs bu hal hansı əlamətləriylə özünü biruzə verir? Üzüntü, boşluq hissi, əsəbilik, səbəbsiz yerə ağlamaq, dünyaya gətirdiyi uşağı sevməməklə özünü göstərən zahılıq sindromu ilk hamiləlikdə daha çox üzə çıxır. Bu depressiya doğumdan sonra 6 həftə ərzində gizli baş qaldırır və bir neçə ay ərzində davam edir. Ancaq bu depressiyanın qarşısı alınmasa 1-2 il davam edə bilər. Bu zaman, dediyimiz kimi, əsəb, narahatlıq, sıxıntı, həddən artıq duyğusallıq, ya da laqeydlik, çox yorğunluq, enerjisizlik müşahidə olunur. Bəzən ailədən, dost-tanışdan uzaq durma ehtiyacı da ortaya çıxır. Əlamətlər içərisində uşağa zərər verməkdən qorxma, iştahsızlıq, çəki itirmək, yuxusuzluq, istəksizlik də olur. Doğum sonrası depressiyaya düşmə riski bəzi qadınlarda daha yüksəkdir.  Xüsusilə keçmişdə depressiya kimi ruhi problemlər, evliliklə bağlı müşküllər yaşayan, ruhi problemi olan yaxınları olanlarda bu risk daha çoxdur. Sosial dəstəyi olmayan yeni analar da zahılıq sindromuna daha çox tutulurlar.

Həkimlər ana südünün kəsilməsinin psixoloji səbəblərindən birinin də zahılıq sindromu olduğunu aşkar ediblər. Belə ki, əhval-ruhiyyə düşkünlüyü ana südünün azalmasına, hətta kəsilməsinə səbəb olur. Uşaqla baş-başa qalmaq, ona baxmaq anaları narahat edir. Bu çətin mərhələdə həyat yoldaşının və ailənin dəstəyini almaq vacibdir. Bundan başqa, bu mərhələdən daha asan keçmək üçün doğumqabağı təlim almaq,  müxtəlif ədəbiyyatlar oxumaq da faydalıdır. Gündə bir dəfə duş qəbul etmək, geyimi dəyişmək, gəzintiyə çıxmaq bu sindormdan qurtulmaq üçün sadə üsullardır. Lakin həkimə müraciət etmək və məsləhət almaq da mütləqdir.

atv.az

Go Back

Hamiləlikdə şişən ayaqlar kabusunuz olmasın

Hamiləlikdə ayaqlarınızın sizə yük olmasını istəmirsinizsə bu məşqlərə laqeyd yanaşmayın.

Hamiləlikdə bədəninizdəki şiş artar, qıç və ayaqlarınz şişər. Şişən qıçlarınız sizə mane olmasına icazə verməyin!
İdman təlimçisi sizə köməkçi olacaq məşqlər təklif etdi.
Budur ayaqlarınızı rahatlaşdıracaq məşqlər…

  • Olduğunuz yerdə 50ə qədər sayaraq gedin. Qıçlardakı qan dövranını artırmaq üçün bu əhəmiyyətlidir.
  • Əvvəl sağ yana sağ ayaq ilə addım atıb sonra sol ayağınızı yanına gətirin; ardından sol yana sol ayaqla addım atıb sağ ayağınızın yanına gətirin. Yana açdığınız hər addımı bir sayın və 50-yə qədər davam edin.
  • Əllərinizi belinizə qoyun. Bir sağ ayaq ilə bir sol ayaq ilə önə doğru bir addım atın, beliniz bükün və ardından aşağı doğru asda əyilərək -geri çəkilin. Bu hərəkət əsasında ağırlığınızı qıçlarınıza balanslı verin. 20 dəfə bu hərəkəti təkrarlayın.
  • Bir stuldan kömək alın. Arxasına keçin. Ayaq barmaq uclarınızı çölü göstərəcək şəkildə qıçlarınızı çiyin genişliyindən bir az çox açın. Dik durun və dizlərinizi çölü göstərəcək şəkildə aşağı doğru əyilib durun. 20 dəfə təkrar edin.
  • Kürəyinizi bir divara söykəyib dəstək alın. Yavaş-yavaş dizlərinizi büküb ombanızı aşağı doğru endirin. Qıçlarınızdakı sıxılmağı hiss etdiyiniz an 20ə qədər sayıb təkrar durun. Bunu 2 dəfə təkrarlayın.
  • Kürsüdən yapışın. Bir qıçınızı ayaq barmaqlarınız gərgin bir şəkildə önə doğru uzadın. 10a qədər sayıb çəkin. Sonra digəri ilə hərəkəti təkrarlayın. Hər iki qıça 5 dəfə təkrar edin buraxın.

xanim.net

Go Back

Abortdan sonrakı hamiləliyin ağırlaşmaları

Abort keçirtmiş qadının hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək ehtimalı abort olunmamış qadınlarla müqayisədə daha azdır.

Abortdan sonra bir çox qadınların orqanizmində bu və ya digər pozulmalar inkişaf edir - hormonal pozulmalar, iltihablar və s. Məhz bu pozulmalar bəzən hətta sonsuzluğa səbəb olur. Belə sonsuzluq ikincili sonsuzluq adlanır. Bu sonsuzluq formasının əsas səbəbi məhz abortlardır.

Əgər qadın abortdan sonra hamilə qalıbsa, bu zaman hamiləlik zamanı müxtəlif ağırlaşmalar mümkündür.

Bunun səbəblərini izah edək.

- Abort zamanı həkim qadının uşaqlıq boynunu xüsusi alətlərlə genişləndirir. Bu zaman uşaqlıq boynu travma alır, bəzən yırtılır. Bunun nəticəsində qadında uşaqlıq boynu çatışmazlığı inkişaf edə bilər. Bu nə deməkdir? Uşaqlıq boynu bütün hamiləlik zamanı bağlı olmalıdır və yalnız doğuşa yaxın açılmalıdır. Normada bu belə olmalıdır. Abortdan sonra növbəti hamiləlik zamanı travmaya məruz qalmış uşaqlıq boynu doğuş vaxtından tez açıla bilər ki, bu uşaqsalmaya gətirib çıxardacaq. Belə pozulması olan qadına hamiləliyin əvvəlində uşaqlıq boynuna tikiş qoyulur. Bu tikiş doğuşa yaxın sökülür.

- Abort bir çox hallarda bitişmələrə səbəb olur. Bitişmələr həm uşaqlığın daxilində, həm də uşaqlıq borularında əmələ gələ bilər. Bitişmələr uşaqlıq borularının fəaliyyətini pozur ki, nəticədə qadında sonsuzluq inkişaf edə bilər. Bitişmələr həmçinin uşaqlıqdan kənar hamiləliyə səbəb ola bilər. Mayalanmış hüceyrə uşaqlıq borusunun daxilində "ilişir" və burada implantasiya edir (bitişir). Bu isə uşaqlıqdan kənar hamiləlikdir.

- Abort həmçinin uşaqlığın iltihabına səbəb olur. Bu isə sonsuzluğa gətirib çıxarda bilər.

- Abort zamanı həkim tək döl yumurtasını xaric etmir, həkim uşaqlığın selikli qişasını da qaşıyır. Nəticədə uşaqlığın daxili qatı zədələnir. Çoxsaylı abortlar nəticəsində uşaqlığın daxili qatı o dərəcədə zədələnir ki, embrion uşaqlığın daxili qatına implantasiya edə bilmir.

Bəzən isə embrion uyğun olmayan yerdə implantasiya edə bilər (məsələn, uşaqlıq boynuna çox yaxın yerdə). Nəticədə burada cift inkişaf edir. Bu isə hamiləlik zamanı qanaxmalara, hamiləliyin erkən pozulmasına səbəb ola bilər. Əksər hallarda ciftin uşaqlıq boynuna yaxın yerləşməsi Qeysəriyyə kəsiyi əməliyyatının tətbiqinə səbəb olur.

- Nadir hallarda olsa da çoxsaylı abortlar hamiləlik zamanı uşaqlığın yırtılmasına səbəb olur. Bu zaman güclü qanaxma inkişaf edir. Qadının həyatını xilas etmək üçün həkimlər qadının uşaqlığını xaric etməyə məcbur olurlar.

Abortdan ən azı 6 ay sonra növbəti hamiləliyi planlaşdırmaq olar. Bu müddət ərzində qadının orqanizmi bərpa olunur, hormonal fon stabilləşir.

Hamiləliyi planlaşdıran qadın mütləq ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.

saglamolun.az

Go Back

20 blog posts