Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Hamiləlik Dövrü"

Yüksək riskli hamiləliklər

Yüksək riskli hamiləlikləri iki hissəyə  ayıra bilərik. Bəzi hamiləliklər hamiləliyin əvvəlində, yəni hamilə qalmamışdan  qabaq  risk  daşıyıcısı olurlar.  Amma bir çox hamiləlikdə  sonradan bir sıra problemlər ortaya  çıxır. Və bu problemlərə görə hamiləlik yüksək riskli hamiləliyə çevrilir. Riskli  hamiləliklər  ümumi hamiləliklərin yüzdə 5-i və yüzdə 10-nu təşkil edir.  

Zəmin   yaradan faktorlar

Riskli hamiləliyə səbəb  olan bəzi irsi xəstəliklər var.  Bu irsi  xəstəliklər, irsən keçən bir sıra təhlükələr yaradır. İrsi xəstəlik irsən  keçdiyi üçün  gələcək nəsillərə də ötürülə  bilər. Bəzi hamilə xanımlarda  sistemik xəstəliklər olur. Buna ən sadə  nümunə olaraq şəkər xəstəliyini göstərmək olar. Şəkər xəstəliyi hamiləlik dövründə də yarana bilər. Belə sistemik xəstəliklərin bir çox növü vardır. Hamiləlikdə  yaranan bir sıra infeksiyalar  da hamiləliyi  riskli formaya gətirib çıxarır. Ümumiyyətlə  bir çox faktorlar hamiləlikdə problemlər  yarada bilər. 

Hamiləlikdə dərmandan istifadə

Miqrenə qarşı dərman  istifadəsinin hamiləlik baxımından heç bir qorxusu yoxdur. Bu tip suallar  bizə də çox verilir. Çünki analıq fərqli bir duyğudur. Uşaq, ana üçün  özündən daha dəyərli bir varlıqdır. Elə bu səbədən analar  öz xəstəliklərindən daha çox uşaqlarını  düşünürlər, öz sağlamlıqları üçün istifadə etdikləri dərmanları istifadə etməmək  fikrinə düşürlər.  Amma biz xüsusilə sistematik xəstəlikləri olan , yəni əvvəlcədən  bir xəstəliyi olan, dərman istifadə edən və hamilə qalan xanımlara həkimlərilə  danışıb müalicələrini davam etdirməyi məsləhət görürük. Məsələn əgər hamilə  xanımın revmatizması varsa, o,  bu sahə  üzrə mütəxəssisə, epilepsiyası varsa  bir nevropatoloqa müraciət edib dərmanlarını  davam etdirməlidir. Yəni, demək istəyirik ki  analar hamiləlikdə öz sağlamlıqlarının da  qayğısına  qalmalı, etdirməli olduqları  bir müalicə  varsa bunu həkimlərlə məsləhətləşərək  davam etdirməlidirlər. Uşaqlarına zərərli olmasın deyə müalicələrini  dayandırmaları  həm özləri, həm də körpələri  üçün problemlər yarada bilər.
Təbii ki, bu məsələdə   dərman firmalarının üzərinə  çox böyük məsuliyyət düşür. Belə ki, hamilə  xanım hər hansı bir dərmandan  istifadə  etsə və bu dərmana görə uşağında hər hansı bir problem yaranarsa həmin dərman  firmaları üçün də çox böyük problemlər yarana bilər. Ona görə də demək  olar ki  bütün dərmanların içində “hamiləlikdə  istifadə edilməsi təhlükəlidir” deyə bir yazı var. Bu yazı bir ümumiləşdirmədir  və daha çox firmaları qorumaq üçün nəzərdə tutulub. Amma elmi olaraq bir sübütu yoxdur. Ümumiyyətlə bu fəaliyyətlərin  əsasında heyvan üzərində aparılan təcrübələr durur.

bebe.az

Go Back

Hamiləlikdə hansı musiqilərin faydası var?

                                       

Çoxdan sübut olunub ki, musiqi insana böyük təsir edir. Musiqi sakitləşdirir və ya əksinə insanı daha gümrah edir, aqressiyanı, stesi azaldır, depressiyadan çıxmağa kömək edir və s.

Hərbi marşaları misal çəkmək olar. Bu marşlar əsgərlərin ruhunu möhkəmləndirirdi, onları döyüşə hazırlaşdırırdı.

Qədim vaxtlardan bu günə kimi musiqini köməkçi müalicəvi vasitə kimi müxtəlif xəstəliklərin (xüsusilə sinir sistemi pozulmalarının - nevroz, nevrasteniya, yuxusuzluq, kəkəlləmə və s.) müalicəsində istifadə edirlər.

Beləliklə, musiqinin insana böyük müsbət təsiri şübhəsizdir.

Bütün dünyada həkimlər hamilə qadınlara musiqiyə qulaq asmaq tövsiyə edirlər. Bu həm ana, həm körpə üçün çox xeyirlidir. Hamiləlik zamanı qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın ağlağan olur, depressiyaya düşür. Musiqi bu halda güclü psixoterapevtik təsir edir - sakitləşdirir, qadında pozitiv fikirlər, duyğular yaradır.

Ana bətnində olan uşaq səsləri eşidir və bu səslərə müxtəlif reaksiya verir. Alimlərin fikirinə görə, musiqi ana bətnində olan körpənin inkişafına (xüsusilə onun beyninin inkişafına) çox müsbət təsir edir, hətta gələcəkdə onun zövgünün formalaşmasında böyük rol oynayır.

 

Araşdırmalar nəticəsində məlum olub ki, Mosart və Vivaldi kimi dahi bəstəkarların musiqisi ana bətnində olan uşaqların əksəriyyətinin xoşuna gəlir, onları sakitləşdirir.

Musiqi seçdikdə klassik melodiyalara, xalq musiqisinə, beşik mahnılarına üstünlük verin. Hər hansı melodiya körpənin xoşuna gəlməyə bilər (siz bunu körpənin "davranışından" başa düşəcəksiniz).

 

Klassik melodiyaları arasında mütəxəssislər bu melodiyaları tövsiyə edirlər:

- Mosart "Simfoniya N40"

- Betxoven "Sonata N14"

- Şubert "Ave Mariya"

- Vivaldi "İlin fəsilləri" ("Времена года")

- Çaykovski "Şelkunçik", "Yatmış gözəl"

- Şopen "Noktürn-sol-minor"

- Qaydn "Sonatalar"

- Qlinka "Ruslan və Lyudmila"

- Bokkerini "Minuet".

 

Hamilə qadınlar üçün mütəxəssislər tərəfindən hazırlanmış xüsusi musiqi disklər buraxılır.

Təbii ki, zövqünüzə uyğun olan digər klassik melodiyaları seçə bilərsiniz.

Həmçinin ana körpəsinə beşik mahnıları oxuya bilər - ananın səsi körpə üçün ən yaxşı melodiyadır.

Təbiətin səsləri (yağışın, okeanın, quşların, meşənin səsi) də həm uşağa, həm də anaya müsbət təsir edir.

 

saglamolun.az

Go Back

Hamilə sərnişinlərə uçuş məsləhətləri

Yeni məsləhətlərə görə uçmaq üçün ən salamat vaxt hamiləliyin 37-ci həftəsinədək, ekizlərə hamilə olanlara isə hamiləliyin 32-ci həftəsindək olan müddətdir.
 
Britaniyanın Kral Mamaçalıq və Ginekoloqlar Kolleci (The Royal College of Obstetricians and Gynaecologists - RCOG) bildirir ki, aşağı riskli hamiləlik zamanı təyyarə üçüşları təhlükəli deyildir, lakin bunun yan fəsadları ola bilər.
Əgər hamiləlik 28 həftədən artıqdırsa, səfərə çıxarkən qadın tibb kitabçasını və sahə həkimindən alınmış məktubu özü ilə götürməlidir. Bir çox hava şirkətlərinin hamiləliyin hansı müddətində uçuşa icazə verilməsinə dair öz qaydaları mövcuddur.
 
Uçuş zamanı hamının azacıq radiasiyaya məruz qalmasına baxmayaraq, uçuşların uşaq salınmasına, erkən doğuşa və ya uşaqlıqdan su açılmasına səbəb olduğu barədə dəlillər yoxdur.
 
Uçuş zərərsizdir
 
Uçuş zamanı təyyarə salonunda təzyiqin dəyişməsinin və rütubətin azalmasının hamiləliyə zərərli təsiri barədə də faktlar məlum deyil.
RCOG-un buraxdığı məsləhət vərəqəsində deyilir ki, hamiləlik normal gedirsə, uçuş qadın və onun bətnindəki uşaq üçün zərərsizdir.
Bundan əvvəl, bətnində birdən artıq uşaq olan qadınlar üçün salamat üçüş müddəti hamiləliyin 34-cü həftəsinədək müəyyən edilmişdi, lakin indi bu müddət, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association-IATA) tövsiyəsi ilə 32 həftəyə endirilib.
Hamiləliyin 37 həftəsindən sonra doğuş hər an baş verə bilər.
 
Vərəqədə həmçinin hamiləlik zamanı uçuşların yan fəsadları barədə də məsləhətlər verilir.
Bura maye yığılması nəticəsində ayaqların şişməsi, hava təzyiqinin dəyişməsidən burun və qulaqda yarana biləcək problemlər, ürək bulanması kimi hamiləliyi çətinləşdirən hallar daxildir.
 
4 saatdan daha uzun sürən uzaqmənzilli uçuşlar zamanı dərin damar trombozu riskləri arta bilər. Bu zaman ayaqlarda və qasıqda qanın qatılaşması baş verir ki, bu da hamiləlik zamanı daha risklidir.
Vərəqədə deyilir ki, qadın gen paltarlar və rahat ayaqqabı geyinməli, uçuş zamanı salonda vaxtaşırı gəzişməli və yarım saatdan bir öz kreslosunda idman hərəkətləri etməlidir.
 
Uçuş zamanı alkoqollu və kafeinli içkilərin qəbulunu məhdudlaşdırmaq, elastik corablar geyinmək də fayda verə bilər.
 
Uçuş qadağası
 
Lakin bəzi hallarda hamiləlik zamanı uçmamaq daha yaxşıdır.
 
Məsələn, əgər qadının doğuş günündən əvvəl doğa bilməsi riski mövcuddursa, kəskin anemiyası, oraqşəkilli eritrosit xəstəliyi vardırsa, bu yaxınlarda uşaqlığından əhəmiyyətli qanaxma keçirmişdirsə və ya ciddi ürək - ağ ciyər qüsurları vardırsa, uçmamaq daha məsləhətlidir.
RCOG-un pasient informasiya komitəsinin sədri Philippa Marsden deyir ki, bu məlumatlar uzaq və yaxın uçuşlara çıxanlar üçün keçərlidir.
“Təyyarə ilə uçub-uçmamaq barədə qərar qəbul edərkən, səfər zamanı hamiləliyin neçənci həftəsinin olacağını hesablamaq, mənzil başında doğuş üçün lazımi avadanlıq və müəssisənin olub-olmamasını, tibbi problemlərin kəskinləşməsi riskini nəzərə almaq lazımdır.
 
“Çox mühümdür ki, uçuşdan əvvəl sağlamlığınızla və ya hamiləliyinizlə bağlı bütün narahatlıqlarınızı mamaçanız və ya həkiminizlə müzakirə edəsiniz”.
RCOG qadın şəbəkəsinin sədri Cath Broderick deyir ki, təlimatlarda düzgün məsləhətlər verilib.
 
“Yeni məsləhətlərdə deyilir ki, təyyarıə səfərləri zamanı hamiləlik qeydlərinizi, gözlənilən doğum gününü təsdiq edən sənədi, Avropa Səhiyyə Sığortası şəhadətnaməsini və qəbul etdiyiniz dərmanları özünüzlə götürməlisiniz”.
 
milli.az

Go Back

Hamiləlik zamanı mədədə turşuluq və həzmin pozulması

                                                                                              

Hamiləlik zamanı mədədə turşuluq Hamiləlik zamanı körpənizin böyüməsinə imkan yaratmaq üçün əzələləriniz yumşaq olmalıdır. Bunu təmin etmək üçün hamiləlik dövründə bədəniniz bütün əzələlərinizə təsir edən əlavə proqesteron ifraz edir. Mədənizin girişində olan qapaq da buna daxildir. Nəticədə, mədənizə az miqdarda mədə turşusu daxil olduğu üçün mədə turşuluğundan əziyyət çəkə bilərsiniz. Həzmetmə əzələləriniz yumşaq olduğundan, yeməyin həzmetmə sitemindən keçməsi çətinləşir və böyüyən uşaqlığınızın mədənizə əlavə təzyiqi belə sizə kömək etməyəcək.

Hamiləlikdə mədə turşuluğunun sizə narahatlıq törətməsinə baxmayaraq, bu körpənizin lazımi qidaları almasına kömək edir. Bu sizi daha yavaş yemək yeməyə vadar edə bilər. Bununla, yemək daha çox müddətə həzm olacaq və körpənizə qidaları qəbul etmək üçün daha çox vaxt veriləcək.

Hamiləlik zamanı mədə turşuluğunu necə yaxşılaşdırmaq olar?

  • Kafein mədə turşuluğuna səbəb ola bilər, buna görə də, çay və kofe qəbul etməyin.
  • Turşulu sitrus meyvələri və şirələri mədə turşuluğunu pisləşdirəcək. Siz lifi tam dənli undan hazırlanmış çörəkdən, qəhvəyi düyüdən, dənli bitkilərdən hazırlanmış səhər yeməyin üçün sıyıq və digər meyvələrdən və tərəvəzlərdən əldə edə bilərsiniz.
  • İstiotlu, yağlı və bol yeməkləri qəbul etməyin.
  • Şokolad yemək olmaz.
  • Az miqdarda lakin tez-tez yemək yeyin və yuxu vaxtından iki saat öncədən gec olmayaraq qidalanın.
  • Çoxlu miqdarda su için - yeməkdən öncə iki stəkan su həzmetməyə kömək edəcək.
  • Ümumi inancın əksinə, süd mədə turşuluğunu pisləşdirə bilər. Bir stəkan soyuq su ağrıkəsici təsiri təmin edəcək.
  • Yeməkdən sonra saqqız çeynəmək tüpürcək ifrazını artıracaq, bu da mədə turşusunu məhv etməyə kömək edəcək.
  • Belə deyilir ki, nanəli çay və sarımsaq kömək edə bilər. Əgər təbii sarımsaq yemək istəmirsinizsə, sarımsaq kapsulaları qəbul edin.
  • Bədəninizin yuxarı yarısını hündürdə saxlamaq üçün yuxu zamanı əlavə balışdan istifadə etmək cazibə qüvvəsinin mədə turşusunu aşağıda saxlamasına imkan yaradacaq.

Əgər heç bir şey kömək etməzsə, həkiminizlə danışın, o sizə hamiləlikdə qəbulu təhlükəsiz olan turşuya qarşı vasitələr məsləhət görə bilər.

nutriciaclub.az

 

 

 

 

Go Back

Dölün tərpənməsi

Dölün ilk tərpənməsi hamiləlik zamanı ən həyacanlı, ən unudulmaz hisslərdən biridir.

Dölün ilk tərpənməsi adətən qadın tərəfindən bağırsaqlarda yelin yerdəyişməsi kimi hiss olunur.

Döl hamiləliyin 8-ci həftəsindən başlayaraq hərəkət edir. Lakin o, hələ ki çox kiçikdir və dölyanı sularda üzdükdə uşaqlığın divarlarına toxunmur. İnkişaf etdikcə dölün çəkisi artır, döl daha güclü hərəkətlər etməyə və uşaqlığın divarlarına toxunmağa başlayır. İlk hamiləlikdə bu təxminən hamiləliyin 20-ci həftəsində baş verir, təkrar hamiləliklərdə - 2 həftə tez. Arıq qadınlar dölün tərpənməsini daha tez, kök qadınlar isə dəri altı piyin çox olmasına görə daha gec hiss edə bilər.

Ciftin yerləşməsi də burada müəyyən rol oynayır. Cift uşaqlığın ön divarında yerləşdikdə dölün tərpənməsi daha gec hiss olunur.

Döl ilk dəfə tərpəndikdə bu günü yadınızda saxlayın və təqvimdə qeyd edin. Həkim mütləq bu haqda sual verəcək. Bu çox vacib tarixdir. Bu tarixə əsaslanaraq doğuşun təxmini gününü təyin etmək mümkündür. İlk hamiləlikdə bu tarixə 20 həftə, növbəti hamiləliklərdə 22 həftə əlavə olunur.

Dölün tərpənməsindən onun yerləşməsini başa düşmək olar. Dölün ən fəal hərəkət etdiyi yerdə ətraflar (ayaqlar) yerləşir. Əgər dölün ən aktiv təkanları diafraqmaya (döş boşluğunu qarın boşluğundan ayıran əzələ) yaxın hiss olunursa, bu o deməkdir ki, uşağın başı aşağıdadır. Əgər ən aktiv təkanlar qarının aşağı hissəsində hiss olunursa, deməli, uşağın başı yuxarıdadır. Nəzərinizə çatdıraq ki, hamiləliyin 34-cü-35-ci həftəsinə kimi uşaq doğuş üçün lazım olan vəziyyətini (başı aşağı olmaqla) tuta bilər.

Hamiləliyin 24-cü həftəsindən təxminən 32-ci həftəsinə kimi uşaq çox fəal olur, çox hərəkət edir. Daha sonra isə "ev" böyümüş uşaq üçün dar olur və onun aktivliyi getdikcə azalır. Doğuşa yaxın həftədə uşaq çox az hərəkət edir. Lakin bu hərəkətlər mütləq hiss olunmalıdır!

Adətən qadınlar uşağın tərpənməsini oturaq və ya uzanaq vəziyyətdə daha yaxşı hiss edir. Bəzən qadınlar şikayətlənir ki, ev işləri görəndə uşaq hiss olunmurdu, uzanan kimi isə çox aktiv tərpənməyə başladı. Bu normal haldır. Qadın gəzdikdə, ev işləri gördükdə onun qarnı yellənir və bu uşağın xoşuna gəlir, onu sakitləşdirir və yatızdırır. Hamiləliyin sonuna yaxın ana və uşaq adətən eyni vaxtlarda yatır və ayıq qalır.

Uşağın tərpənməsində olan dəyişikliklərə qadın mütləq fikir verməlidir. Əgər uşaq adi günlərdən fər            qli şəkildə tərpənirsə, bu hər hansı pozulmanın əlaməti ola bilər. Çox güclü, qaydasız, narahat hərəkətlərdən sonra hərəkətlərin kəskin azalması və ya heç olmaması hipoksiyadan (oksigenin çatışmazlığı) xəbər verə bilər. Bu hal təhlükəlidir. Buna səbəb cift çatışmazlığıdır. Kəskin cift çatışmazlığı dölün həlak olmasına səbəb ola bilər.

Uşaq 3 saat ərzində tərpənməyibsə, narahat olmayın. Çox güman ki, uşaq yatır. Lakin uşaq 12 saat ərzində heç tərpənməyibsə, dərhal həkimə müraciət edin!

Ana bətnində olan uşağın hərəkətlərini başa düşməyə çalışmalıdır. Belə ki, əgər ana uzun müddət bel üstə uzanırsa, bu uşaqlığın damarlarının sıxılmasına səbəb olur ki, nəticədə qan dövranı pozulur və uşaq əziyyət çəkməyə başlayır. Bunu anaya "çatdırmaq" üçün döl daha çox hərəkət etməyə başlayır. Ana körpəni başa düşməli və vəziyyətini dəyişməlidir.

Ana onun bətnində olan uşaqla danışmalıdır. Bu uşağın xoşuna gəlir, onu sakitləşdirir. Uşağa mahnı oxuyun, nağıl danışın.

Hamiləliyin sonunda uşağın hərəkətləri bəzən anada diskomfort və hətta ağrılara səbəb olur. Bu halda bədəninizin vəziyyətini dəyişin, qarnınızı sığallayın, uşaqla bir qədər danışın.

saglamolun.az

Go Back

Uşaqlıqdan kənar hamiləlik

Uşaqlıqdan kənar hamiləlik nə deməkdir?

Uşaqlıqdan kənar hamiləlik hamiləliyin uşaqlıqdan kənar orqanda olması anlamına  gəlir. Adətən bu, uşaqlıq borularında olur, amma yumurtalıqda və qarın boşluğunda da olması mümkündür.

Uşaqlıqdan kanar hamiləlik necə baş verir?

 Qadın yumurta hüceyrəsi  və kişi spermasının mayalanması nəticəsində hamiləlik baş verir. Bu mayalanma sonrası əmələ gələn hüceyrə qrupu ''rüşeym'' və ya ''embrion'' adlanır. Mayalanma uşaqlıq borularında baş verdikdən sonra bu rüşeym uşaqlığa doğru hərəkət edir və orda qalır, inkişaf edir. 

Uşaqlıqdan kənar hamiləlikdə mayalanma baş verir. Ancaq əmələ gələn rüşeym uşaqlığa doğru hərəkət etmir. Uşaqlıq boynunda, uşaqlıq borularında, yumurtalıqlarda və ya qarın boşluğunda qala bilər və burda böyüməyə başlayır.

 Çox vaxt isə xarici hamiləlik uşaqlıq borularında baş verir. Burda rüşeym böyüməyə başlayır. Bu da xəstələrdə ağrı və qanama problemlərinə yol açır.
Bəzi qadınlarda xarici hamiləlik görülmə riski digər qadınlara nisbətən yüksəkdir.

Hansı qadınlarda bu risk ortaya çıxar?

- Daha öncə infeksiya və ya əməliyyat səbəbindən zərər görmüş uşaqlıq boruları.
- Daha əvvəl xarici hamiləlik problemi olan xəstə
- Sonsuzluq səbəbindən müalicə almış xəstələr
- Siqaret çəkmək
Spiralı ayrı qeyd etmək istəyirəm. Spiral ümumiyyətlə qadınlarda hamiləlik şansını azaldır. Ancaq spiralı olan qadında hamiləlik baş verərsə, bu hamiləliyin xarici hamiləlik olma riski daha yüksəkdir.

Uşaqlıqdan kənar hamiləlik özünü hansı əlamətlər ilə göstərir?

- Qarnın alt bölgəsində ağrı;
- Vajinal qanaxma.
Erkən diaqnoz qoyulmayan xəstələrdə rüşeym böyüməsi uşaqlıq borusunun partlamasına, cırılmasına gətirib çıxara bilər. Bu xəstələrdə daxili qanaxmayla bağlı simptomlar görülə bilər:
- Şiddətli qarın ağrısı;
- Şiddətli vajinal qanama;
- Daxili qanaxmayla bağlı təzyigin düşməsi, döyüntü, tərləmə, baş dönməsi.
Ginekologiyada qarın ağrısı, vajinal qanama, aybaşıda gecikmə kimi bu 3 simptom olan xəstəyə xarici hamiləlik şübhəsiylə baxılmaqdadır. Əgərr diaqnoz qoyula bilmirsə, ancaq hələ də xarici hamiləlik şübhəsi varsa, belə xəstələrə 24-48 saat sonra ultrasəs müayinəsi və qanda hamiləlik analizi vacib duyula biler.

Uşaqlıqdan kənar hamiləlik necə müalicə edilir?

1) Tibbi müalicə və ya dərman müalicəsi - burda istifadə edilən dərman rüşeymin böyüməsini dayandırır və rüşeymin müəyyən bir zaman içində yox olmasına səbəb olur. Bu müalicə şəkli seçildiyi zaman xəstələrimiz müəyyən zaman sıxlığında qan analizləri üçün yönləndirilir.
2) Cərrahi müalicə - açıq və ya laparaskopik əməliyyatla rüşeymin götürülməsi. Bu əməliyatda həkiminiz əgər ehtiyac duyarsa, uşaqlıq borusunun götürülməsinə də qərar verə bilər.

Bu iki müalicənin hansı xəstələrə təyin edəcəyimizi nəyin əsasında qərar veririk?

- Rüşeymin böyüklüyü
- Xəstənin ümumi dinamikası (məsələ daxili qanaxma olan xəstədə, əlbəttə, cərrahi müdaxiləyə üstünlük verilir).
Bir çox hallarda xəstələrdə belə suallar yaranır. "Əvvəl uşaqlıqdan kənar hamiləlik oldu, borumun birini götürdülər, yenə hamilə qala bilərəmmi və ya yenə də hamiləlik olacaq?" Bəli, tək boru ilə yenə də hamilə qala bilərsiniz. Sonrakı hamiləliyiniz normal da ola bilər. 

qadin.net

Go Back

Hamiləlik zamanı varikoz

Əfsuslar olsun ki, hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin “risk qrupuna” daxil olurlar. Bunun səbəbi əsasən aşağıdakılardır:

- çəkinin tez bir zamanda artması və bunun nəticəsində isə aşağı ətraflara düşən yüklənmənin artması;

- hamilə qadınların az hərəkətli və oturaq həyat tərzi sürmələri;

- ölçüləri artmaqda olan uşaqlığın kiçik çanaq damarlarına olan təzyiqi;

- damarlarda dövr edən qan kütləsinin artması və s.

Bütün bunlar aşağı ətraf damarlarında qanın axmasını çətinləşdirir ki, bunun da nəticəsində onların genişlənməsi baş verir.

İrsi meylliliyin olduğu halda varikoz xəstəliyinin inkişaf etmə ehtimalı daha da artır.

Hamiləlik dövründə varikoz xəstəliyinin profilaktikası üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:

- uzun müddət ərzində ayaq üstə dayanmayın, ağır əşyalar qaldırmayın, çömələrək oturmayın, önə əyilmiş vəziyyətdə işləməyin. “Ayaq üstə” olan işləri fasilələrlə yerinə yetirin, fasilə zamanı isə ayaqlarınız bir qədər yuxarı qaldırılmış vəziyyətdə olmaqla uzanın;

- hamiləliyin ilk günündən etbarən mütləq xüsusi kompression kolqotkalar, corablar və ya qolfilər geyinmək lazımdır. Onlar ayaqları sıxaraq damarların genişlənməsinə imkan vermirlər. Bu kolqotka və corablar, hamilə qadına ilkin baxış keçirdikdən sonra həkim fleboloq tərəfindən seçilir. Müayinədən sonra həkim sizin ayağınız üçün tələb olunan təzyiqi - kompressiya dərəcəsini (ümumiyyətlə bunun 4 dərəcəsi olur) müəyyən edir. Nəzərə almaq lazımdır ki, müalicə trikotajinin kompressiya (sıxılma) dərəcəsi “denlərlə” (adi kolqotkalardakı kimi) yox, mm.c. st. ilə ölçülür.

Bu corab və ya qolfilər doğuş zamanı da mütləq qadının ayaqlarında olmalıdır.

saglamolun.az

Go Back

Qeysəriyyə kəsiyi əməliyyatı nə zaman tətbiq olunur?

Hal hazırda bəzi hamilə qadınlar buna heç bir ciddi səbəb olmadan təbii doğuşdan imtina edərək, qeysəriyyə kəsiyi əməliyyatını seçirlər.

Bu çox səhv yanaşmadır.

Bütün digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, qeysəriyyə kəsiyi əməliyyatı da yalnız buna ciddi göstərişlər olduğu halda tətbiq edələ bilər (yəni vaginal doğuş mümkün deyil və ya ana və uşaq üçün təhlükəlidir).

Qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq və nisbi göstərişlər var.

Mütləq göstərişlər arasında:

Kliniki dar çanaq (qadının canağın dar olması). Bu halda doğuş zamanı uşağın başı ananın çanağından keçə bilmir. Nəzərinizə çatdıraq ki, hamiləlik zamanı bu patologiyanı qadına nəzarət edən ginekoloq bəzi müayinələr və USM zamanı aşkar edə bilər. Əgər siz incə bədən quruluşuna maliksinizsə, bu heç də o demək deyil ki, sizdə bu patologiya var. Mama-ginekoloqların normal və dar çanağın dəqiq meyarları var.

Qadında bu patologiya aşkar olunduqda vaginal doğuş mümkünsüz sayılır və qadına qeysəriyyə kəsiyi əməliyyatı təyin olunur.

- Əgər qadının doğuş yollarında təbii doğuşa mane olan hər hansı maneələr (uşaqlıq boynuna yaxın yerləşən mioma, şiş və s.) varsa. Belə maneələr USM zamanı aşkar olunur və həkim bunlara əsaslanaraq qeysəriyyə kəsiyi əməliyyatını təyin edir.

- Uşağa doğuş yollarından keçmək üçün mane olan ananın çanaq sümüklərinin deformasiyaları.

- Uşaqlığın yırtılması riski də qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Belə vəziyyət ilk doğuş qeysəriyyə kəsiyi əməliyyatının köməyi ilə həyata keçirdikdə növbəti doğuş zamanı inkişaf edə bilər. Qeysriyyə əməliyyatından sonra uşaqlığın üzərində çapıq qalır. Bu çapığın normal sağalması zamanı növbəti hamiləlikdə uşaqlığın yırtılması riski olmur. Lakin bəzən çapıq normal sağalmır və bu halda belə risk əmələ gəlir. USM-də çapığın eni 3 mm-dən az təyin olunur, onun qıraqları düz olmur. Mama-ginekoloq hamiləlik zamanı çapığın vəziyyətini USM vasitəsilə bir neçə dəfə qiymətləndirir və uşaqlığın yırtılması riski aşkar etdikdə qeysəriyyə kəsiyi haqqında qərar verir.

- Ciftin uşaqlıq boynuna yaxın yerdə yerləşməsi və ciftin vaxtından tez qopması da qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş sayılır.

Normada cift uşaqlığın ön və ya arxa divarında yerləşməlidir. Lakin bəzən cift uşaqlıq boynuna yaxın yerdə yerləşir ki, bu zaman uşaqlıqdan çıxış uşaq üçün bağlı olur. Bu vəziyyət qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Bu vəziyyət hamiləliyin əvvəlindən USM zamanı təyin olunur və əməliyyat əksər hallarda hamiləliyin 38-ci həftəsində keçirilir. Bəzən qadında qanlı ifrazatlar olduqda (bu ciftin qopmasına işarə edir) əməliyyat daha tez keçirilə bilər.

Cift normada uşaqlığın divarından uşaq doğulduqdan sonra aralanır. Lakin bəzən müxtəlif səbəblərə görə cift doğuşdan qabaq uşaqlığın divarından qopmağa başlayır.

Bu vəziyyət qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Məsələ burasındadır ki, ananın bətnində olan uşaq oksigeni ananın qanından alır. Ciftin qopması dölün nəfəsalmasını mümkünsüz edir və bu halda təcili qeysəriyyə kəsiyi əməliyyatını təyin olunur.

Bundan əlavə ciftin qopması ananın həyatı üçün də təhlükə yaradır ki, bu zaman güclü qanaxma inkişaf edir.

Sadaladığımız hallar qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstərişlər sayılır. Mütləq

göstərişlərdən əlavə nisbi göstərişlər də var.

Nisbi göstərişlər o deməkdir ki, fiziki olaraq vaginal doğuş mümkündür, lakin belə doğuş ananın və ya körpənin sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.

Belə nisbi göstərişləri arasında:

- Qadında olan ürək-damar sistemi, böyrəklər, sinir sistemi xəstəlikləri və patologiyaları, göz dibində dəyişikliklərlə müşayiət olunan yüksək dərəcəli miopiya (yaxınıgörmə), şəkərli diabet (ağır formada), istənilən xərçəng xəstəlikləri və bəzi digər xəstəliklər.

- Anada cinsiyyət yollarının xroniki xəstəlikləri (məsələn, genital herpes). Bu halda vaginal doğuş zamanı xəstəlik anadan uşağa keçə bilər.

- Bəzi hamiləlik ağırlaşmaları, ilk növbədə hestoz. Hestoz yalnız hamiləlik zamanı inkişaf edən və qadın orqanizminin ürək-damar və sinir sistemində ağır pozulmaları yaradan vəziyyətdir. Hestoz həm ana, həm də uşaq üçün təhlükəlidir.

- Doğuş fəaliyyətinin zəif olması. Bu zaman doğuş çox uzun çəkir, uşaq doğulmağa "tələsmir", dərman preparatların istifadəsi lazım olan nəticə vermir. Bu halda körpənin vəziyyəti pişləşdikdə (ürək döyünməsi zəifləyir və s.), təcili qeysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.

- Qadının yaşı qeysəriyyə kəsiyi üçün göstəriş sayılmır. Lakin əgər qadının yaşı 35-dən çoxdursa və eyni zamanda qadında hər hansı patologiya varsa, bu halda qeysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.

- Dölün ana bətnində köndələn yerləşməsi və ya sağrı gəlişi.

- Dölün çox iri (4 kq-dan yuxarı) olması və anada patologiyanın olması.

- Dölün hipoksiyası (oksigen çatışmazlığı). Dölün kəskin hipoksiyası doğuş zamanı inkişaf edir. Bu zaman dölün ürək döyüntüsü kəskin zəifləyir və bərpa olunmur. Bu halda qeysəriyyə kəsiyi əməliyyatı üşaq üçün daha təhlükəsiz sayılır.

- Bəzən eyni qadında bir neçə belə nisbi göstərişlər olur (məsələn, iri döl + dölün sağrı gəlişi; uşaqlığın üzərində çapıq + ananın yaşı və s.).

Hər bir konkret halda doğuşun üsulu ilə (vaginal doğuş və ya qeysəriyyə kəsiyi əməliyyatı) bağlı olan qərar həkim verməlidir.

saglamolun.az

Go Back

Hamiləlikdə özünü xoşbəxt hiss etmək mütləqdir

Hamiləlik müddəti qadının həyatında çox əhəmiyyətli bir dövrdür. Bu dövrdə duyğular və davranışlar sürətlə dəyişən hormonlara bağlı olaraq fərqli olur və qadının hassaslığı artır.

Hər keçən ayda körpəsinin sağlamlığı ilə bağlı narahatlıqları artır və bu narahatlıqlarla əlaqədar yaranan əsəbilik ətrafındakı yaxınları tərəfindən tez-tez müşahidə edilir. Emosional dəyişikliklər zamanı ətrafın dəstəyi və anlayışı çox əhəmiyyətlidir. Bu dövrdə ana namizədi dƏ həm özü həm də körpəsinin sağlamlığı üçün bəzi səylər göstərməlidir.
Hamilə olduğunu ilk öyrəndiyi andan etibarən bu duyğununun gözəlliyindən zövq almalıdır. Körpəsi ilə danışmağa başlaya bilər, eyni zamanda yaşadığı gözəl duyğuları həyat yoldaşı və yaxın ətrafı ilə paylaşa bilər. Paylaşmaq bu duyğunu daha dərindən hiss etməsinə səbəb olacaq.
İlk həftədən etibarən stress yarada biləcək insanlara və hadisələrə qarşı özünü qorumalıdır. Sonrakı aylarda əhvalını korlayacaq adamlardan və hadisələrdən uzaq durmağı bacara bilməli və yalnız həyatına və körpəsinə fokuslanmalıdır. Bu mövzularda yarana biləcək narahatlıqları yoldaşı ilə birlikdə, lazım gəldikdə isə mütəxəssisin köməyi ilə aradan qaldırmalıdır.
Hamiləlik zamanı onu müşahidə edən həkimi ilə yaxın ünsiyyət qurmalı və ona güvənməlidir. Körpənin sağlamlığı ilə bağlı narahatlıqlarını əvvəlcə həkimi ilə paylaşmalıdır.
Gün ərzində tətbiq edə biləcəyi günlük plan hazırlaya bilər. Gündəlik planını görünən bir yerə asa bilər. Beləcə hamiləliyi üçün bir motivasiya yaradaraq mənfi prosesləri həyatından daha asan çıxarda bilər. Planında necə qidalanmalı olduğu, həkiminin məsləhətləri, kitab-jurnal oxumaq saatları, həkiminin məsləhət gördüyü idman fəaliyyətləri və ünsiyyət zamanı zövq ala biləcəyi insanlarla görüşləri qeyd edə bilər.
Analıq, körpə sağlamlığı, inkişafı və psixologiyası ilə bağlı etibarlı mənbələrdən məlumatlar əldə edə bilər. Bu məlumatlar körpə doğulduqdan sonra ananın işini olduqca asanlaşdırır. Nə vaxt nə etməli olduğunu bilən bir ana narahat olmur, özünə güvənir və beləcə daha az yorulur. 
Həkimin məsləhət gördüyü sakitləşdirici idman hərəkətləri nizamlı olaraq edilməlidir.
Ana namizədinin hamiləlik müddətində özünə ayırdığı hər gözəl an psixologiyası və sağlam bir hamiləlik müddəti üçün çox əhəmiyyətlidir. Xoşbəxt bir ana namizədi körpəsinin sağlam inkişafına nəzarət etməklə yanaşı, evliliyinin də bu müddət ərzində zərər görməməsi üçün səy göstərməlidir. Çətin keçən hamiləlik müddəti evlilik üçün də riskli ola bilər. Bu dövrdə yoldaşların bir-birinə verəcəyi hər cür mənəvi dəstək çox əhəmiyyətlidir. Birlikdə edilən xoş söhbətlərə və fəaliyyətlərə xüsusilə diqqət yetirilməlidir.
Ana və ata namizədinin günün müəyyən saatlarında körpələri ilə edəcəyi söhbətlər unudulmamalıdır. Bu söhbətlər körpə qədər ananın psixologiyasını də müsbət təsir edir.
Ana namizədi dəyişən emosialarına diqqət göstərməli, gərginliyinin artdığını hiss etdiyi dövrlərdə özünə daha çox zaman ayırmalıdır.
Digər ana namizədləri ilə görüşlər təşkil edərək, müvəffəqiyyətli və müsbət hamiləlik əhvalatlarından bəhs edən söhbətlər edə bilər. Mənfi nümunələri dinləməməyə diqqət etməkli, bu mövzuda qarşılaşdığı xəbərlər və televiziya proqramlarından yayınmalıdır. Bu vəziyyət ana namizədinin narahatlıqlarını daha da artıra bilər.
Ana namizədi hər şeyə fikir verən bir xasiyyətə malikdirsə, yəni evinin nizamına və təmizliyinə çox əhəmiyyət verirsə hamiləlik zamanı bu məsələlərə fasilə verməli olduğunu xatırlamalıdır. Əvvəlcə özünə zaman ayırmalı olduğunu bilməli, özünü yormamalıdır.

azadqadin.az

Go Back

Hamiləlik zamanı diş ağrısı

Hamiləlik zamanı diş ağrısı çox aktual mövzudur. Hamilə qadın özünə qarşı çox diqqətli olmalıdır ki, hər hansı xəstəlik və ağrı keçirməsin və həblər qəbul etmək məcburiyyətində qalmasın. Lakin diş ağrısı "gəlirəm" deməz və insanı ummadığı bir vaxt yad edər. Hamiləlikdə diş ağrısı baş verərsə, mütləq ilk əvvəl həkimə müraciət etmək lazımdır. Həkim məsləhəti ilə hər hansı həbi qəbul etmək olar. Lakin çox zaman diş ağrıları gecələr baş verir və bir çox qadınlar səhərə qədər dözüb həkimə getməyə səbr edə bilmirlər. Bu yorucu və əzab verən ağrıdan xilas olmaq istəyirlər. Gəlin görək hamiləlik zamanı diş ağrısından necə xilas olmaq olar?

Çoxlarınız elə bilirsiniz ki, əgər insan dişlərinə qarşı qayğı göstərməsə və təmizliyinə qalmasa, bu zaman diş ağrıları baş verir. Lakin hamiləlik zamanı bədəndə baş verən hormonal dəyişikliklər, vitamin çatışmazlığı, orqanizmdə maddələr mübadiləsi proseslərinin pozulması, ağız boşluğu öz turşululuğunu artırılması, karies toksikozu çox zaman buna səbəb olur. Hamiləlik zamanı diş ağrılarını necə müalicə edək? Bu zaman diş ağrısı ilə həblər olmadan mübarizə aparmalıyıq. İlk növbədə hamilə qadının orqanizmi üçün ən təhlükəsiz vasitələrdən istifadə etmək lazımdır.

* Bu zaman soda və adaçayı, qaxotu, çobanyastığı, bağayarpağı ilə ağız boşluğunu qarqara etmək və dişləri yaxalamaq lazımdır.

* Yaxud pambığı hər hansı bitgi yağı ilə isladıb diş ətinə qoya bilərsiniz. Tədricən ağrının azaldığının şahidi olacaqsınız. 

* Mixək burda köməyimizə çatacaq. Əzib ağrıyan dişin üzərinə töksəniz xeyrini görəcəksiniz.

* Sarımsaq və bağayarpağı da diş ağrılarına kömək edir. Bunların bir damcısını ağrıyan dişin üzərinə qoysaq diş ağrısına müsbət təsir edəcək.

*Ağacşəkili əzvay, ev gülü də müalicəvi xarakterə malikdir. Belə ki, əzvayın yarpağını kəsib ağrıyan diş ətinin üzərinə qoysanız, diş ağrısının nə qədər tez keçdiyinin şahidi olacaqsınız.

Hamiləlik zamanı baş verən diş ağrıları çox əziyyət verici olur. Onsuz da hamiləlik səbəbində əsəbləri qeyri-sabit olan qadının bu diş ağrıları ilə əsəbləri tamamilə pis olur və bu da həm anaya, həm də körpəyə zərərlidir. Yuxarıda saydıqlarımız diş ağrısına kömək etməyə də bilər. Bu zaman ağrıkəsici həblərə həkimlər tərəfindən də icazə verilir. Bunlardan noşba, paraçitomol, tempalqin, pentalqin və s. bunların əvəzedicilərini qəbul etmək olar. 

Xanımlar, unutmayın ki, hamiləliyinizin ilk rübündə, yəni ilk üç ayında döl çox zəif olur. Ona görə də ağrıkəsici həblərdən istifadə etməməyə çalışın. Lakin 3 ayından sonra döl ciftin himayəsinə keçdiyindən qəbul etdiyiniz həblər daha az təsir edir. Bunu da unutmayın ki, qəbul etdiyiniz həbləri mütləq hissələrə ayırıb qəbul edin. Ən yaxşısı isə mütləq stotoloqa müraciət edin. Ən yaxşı müalicəni gələcək anaya yalnız həkim edə bilər. Hamilə qadınların çox hissəsi diş ağrıları olduğu zaman təlaşa qapılır və həyəcan keçirir. Lakin qorxmaq lazım deyil. Qeyd etdiyimiz üsullarla ağrını bir az azaldıb sonra həkimə müraciət etmək lazımdır.

qadin.net

Go Back

Körpənin ana bətnində qazandığı ilk vərdişlər

Alimlər sübut ediblər ki, ana bətnində olan körpə hələ doğulmamış bəzi vərdişləri qazanır. 

Əmmək bacarığı – körpə ilk öncə barmaqlarını əmməyə başlayır. 11 həftəlikdən etibarən yaranan bu vərdiş onun sakitləşməsinə, çənə sümüyünün bərkiməsinə kömək olur. 20 həftəlik olduqda isə, duyğulara nəzarət edən sinir hüceyrələri yaranır və bu da qoxu, dadbilmə qabiliyyətinin, hiss etmək və görmə bacarığının formalaşmasına gətirib çıxarır. 32 həftəlikdən etibarən isə körpənin refleksləri yaranır. 

Qavrama qabiliyyəti – hamiləliyinizin 25 həftəliyindən etibarən körpəniz bətninizdə əllərini yumruq şəklinə salaraq nəyisə tutmağa çalışır. Onun ən böyük əyləncəsi isə əlləri ilə üzünə, bədəninə toxunmaq, göbək ciyəsi ilə oynamaqdır. Bu səbəbdən körpə doğularkən əlinə hər hansı əşyanı versəniz, möhkəm saxlayacaq. 

Ürkmə - yüksək səs, ani bir toxunuş körpənizin ürkməsinə səbəb olar. Bu zaman reflektiv olaraq əllərini və ayaqlarını geri çəkəcək. Dinlədiyiniz yüksək səsli musiqi, kiminsə qarnınıza əlini vurması bətninizdə körpənizi narahat edər. 

Hıçqırıq – Körpələrdə ana bətnində başlayan bu vərdiş bəzi alimlər üçün hələ də müəmmalıdır. Bir qrup mütəxəssis bunu reflekslərlə əlaqələndirir. Məhz hıçqırıq sayəsində körpənizin doğuşdan sonra rahat nəfəs alması üçün tənəffüs əzələləri inkişaf edir. Hətta səsini eşitməsəniz də, körpəniz hıçqırarakən qarnınızdakı gərilmələri hiss edə bilərsiniz.

axsam.az

Go Back

Hamilə qadınlara dondurma yemək olar?

Protein və kalsiumla zəngin və qidalandırıcı dondurma, hamilə qadınlara enerji verir. 

Dondurma hamilə qadınlar üçün faydalıdır. Çünki dondurmanın enerji verən xüsusiyyətləri var. Dondurma yay aylarının əvəzolunmaz şirniyyatıdır. Hamiləliyinin son ayları isti yay günlərinə təsadüf edən qadınların şirniyyat əvəzinə dondurma yeməsi məsləhət görülür. 

Dondurma xoşbəxtlik gətirən qida olmaqla yanaşı, yaxşı kalsium, enerji və protein qaynağıdır. Kalsium hamiləlikdə ananın sümüklərini möhkəmləndirir, uşağın sümük inkişafını isə gücləndirir. Həm də ananın təzyiq riskini azaldır. Süd və süd məhsulları kalsiumun ən zəngin qaynaqlarıdır. Gündəlik qidlanmada pendir, qatıq və süd məhsullarına üstünlük verən hamilələr, həftədə 1-2 dəfə dondurma yeyərək də kalsium miqdarını artıra bilər. 

Lakin yeməzdən əvvəl 5 dəqiqə saxlayın 

Ana namizədləri dondurma yeyəndə diqqət etməlidir. Dondurma hamiləlikdə qadınıları bol enerji ilə təmin edir. Dondurmanın tərkibindəki proteinlər isə uşağın inkişaf etməsini sürətləndirir. Protein ananın sağlamlığının qorunmasında xüsusi rolu olduğu üçün gündəlik qidalanmada mütləq yer veriməldir. Dondurmanın da tərkibində protein olduğunu nəzərə alaraq hamilələrə dondurma çox faydalıdır. Lakin dondurmanın hazırlanma, saxlanılma və gigiyenik cəhətdən təmiz olmasına diqqət edilməlidir. 

Qanda şəkər miqdarını normaya salmaq üçün gündüz saatlarında və yeməkdən ən az 2 saat sonra yeyilməsi daha məqsədəuyğundur. Yeməzdən əvvəl təxminən 5 dəqiqə saxlamaqda fayda var. Çünki çox soyuq qidalar hamiləlikdə riskli ola, ya da boğaz və tənəffüs yolu infeksiyaları yarada bilər.

mix.az

Go Back

Hamiləlik zamanı şişkinlik

Hamiləlik zamanı qadınların əksəriyyətində (xüsusilə hamiləliyin sonuna yaxın) ödemlər (şişkinlik) müşahidə olunur.

Qadın fikir verir ki, ayaqqabılar ona dar olur, üzük barmaqdan çıxmır və s. Bir çox qadınları belə dəyişikliklər narahat edir, qorxuzur. Lakin əksər hallarda narahatçılıq üçün ciddi səbəb olmur.

- Hamiləlik zamanı qadının orqanizmində baş verən dəyişikliklər orqanizmdə dövr edən mayenin çoxalmasına səbəb olur. Belə ki, hamiləlik zamanı qadının orqanizmində yeni əlavə qan dövranı - ciftin qan dövranı əmələ gəlir. Bu qan dövranı vasitəsi ilə dölə lazım olan qidalı maddələr və oksigen çatdırılır, parçalanma maddələri və karbon qazı isə çıxardılır. Təbii ki, bunun nəticəsində qanın həcmi orqanizmdə artmalıdır. Hamiləlik zamanı qadının orqanizmində dövr edən qanın həcmi, demək olar, 2 dəfə artır.

Digər tərəfdən orqanizm gələcək doğuşda qanın itirilməsini "bilərək" qanın ehtiyatını yığır.

- Hamiləlik zamanı çoxlu miqdarda ifraz olunan və hamiləliyin normal inkişafını təmin edən progesteron hormonu orqanizmdə mayenin və duzların yığılmasına səbəb olur.

- Hamiləlik zamanı böyümüş uşaqlıq aşağı ətrafların damarlarına güclü təzyiq edir. Bu isə bir çox qadınlarda varikoz xəstəliyinin inkişafına səbəb olur. Varikoz xəstəliyi zamanı  damarlar genişlənir, onlarda qan durğunluğu yaranır. Nəticədə ayaqlarda şişkinlik əmələ gəlir.

Bütün sadaladığımız amillər hamiləlik zamanı (xüsusilə hamiləliyin sonuna yaxın) ödemlərə səbəb olur. Cüzi ödemlər fizioloji sayılır, qadının və uşağın səhhəti üçün heç bir təhlükə yaratmır. Adətən belə ödemlər axşam daha çox gözə çarpır, səhər isə qadın yatıb dincəldikdən sonra azalır və ya tam yox olur.

Lakin arterial təzyiqin artması və sidikdə zülalın artması ilə müşayiət olunan güclü ödemlər təhlükəlidir. Bu ürək və böyrək xəstəliklərinin, hestozun (gecikmiş toksikoz) əlaməti ola bilər. Bu halda qadın mütləq həkimə müraciət etməlidir.

Ödemlərin profilaktikası üçün qadın aşağıdakı qaydalara əməl etməlidir:

- Qidalanmada duz kəskin azaldılmalıdır. Duzun tərkibində olan natrium elementi orqanizmdə mayeni saxlamaq xüsusiyyətinə malikdir. Bu səbəbdən hamilə qadının qidalanmasında duzlu qidalar (duza qoyulmuş tərəvəzlər, balıq və s.), kolbasa və sosislər, konservləşdirilmiş və hisə verilmiş qidalar kəskin azaldılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin.

- Qızardılmış qidalardan imtina etmək lazımdır. Qidaları suda və ya buğda bişirin. Yağlı, şirin qidalar da arzuedilməzdir.

- Bir çox hallarda hamiləlik zamanı ödemlərin səbəbi varikoz xəstəliyi olur. Bu halda qadın xüsusi müalicə almalıdır. Qadına xüsusi müalicəvi kremlər və gellər, qanın laxtalanmasını azaldan dərmanlar təyin olunur. Qadın gecə yatanda ayaqların altına yastıq qoymalı, dincəldikdə ayaqlarını bir qədər qaldırmalıdır.

- Əvvəllər ödemlər olan qadınlara həkimlər mayenin qəbulunu azaltmağı tövsiyə edirdilər. Lakin hal hazırda həkimlər belə məhdudiyyətlər qoymur ki, bu qadının damarlarına çox mənfi təsir edir, qanın laxtalanmasını gücləndirir, trombların əmələ gəlməsinə təkan verir. Digər tərəfdən mayenin məhdudlaşdırılması nəticəsində orqanizm mayeni daha da çox saxlamağa "çalışır". Bu isə yenə də şişkinliyə səbəb olur.

Beləliklə hamilə qadın təxminən 1,5-2 l maye qəbul etməlidir. Çaydan (o cümlədən, yaşıl çaydan), qəhvədən, qazlı sulardan imtina edin. Adi təmiz su ən yaxşı seçimdir.

- Şişkinliklərin riskini azaltmaq üçün qadın daha çox hərəkət etməlidir (gəzməli, xüsusi hamilə qadınlar üçün olan fiziki hərəkətlər etməlidir və s.). Hərəkətlilik qanın daha yaxşı dövr etməsinə kömək edir, mayenin durğunluğunun qarşısını alır.

- Hamiləlik zamanı sol böyürü üstə uzanmaq və yatmaq lazımdır. Bu böyrəklərin daha yaxşı işləməsinə və daha az yüklənməsinə kömək edir.

- Hamiləlik zamanı xüsusi bandajların taxılması da aşağı ətraflara olan təzyiqi azaldır və şişkinliklərin azalmasına səbəb olur.

 saglamolun.az

Go Back

Gələcək analara bir neçə məsləhət

1) Hamiləlik zamanı fəal məşqlərə başlamaq gec olsa da, hamiləlik normal keçdikdə fiziki fəallıqdan çəkinməyin. Gələcək analar üçün yoqa ideal məşqələdir. Yeriş və dartdınma təmrinləri də məsləhət görülür.
 
2) Çarpayıda uzanmısınızsa, heç vaxt oturmadan ayağa qalxmayın: əvvəlcə böyrü üstə çevrilin, dirsəyinizə dayaqlanıb sonra ayağ durun.
 
3) Azacıq, məsələn 15 dərəcə əyilmə gələcək ananın kürəyi üçün daha təhlükəlidir. Ütü taxtasını elə bir hündürlükdə qoymaq lazımdır ki, əyilmək lazım olmasın.
 
4) Gələcək ana ağırlıq qaldırakən də müəyyən qaydanı gözləməlidir. Əvvələn, hamilə qadın hər əlində 3 kq artıq yük daşımamalıdır. Yedən nəsə qaldıranda isə dizlərini qatlayaraq əlini döşəməyə yaxınlaşdırmalıdır, beldən əyilməməlidir.
 
5) Əzələ və bağları möhkəmlətmək üçün bir sıra təmrinləri yerinə yetirmək lazımdır. Ayaq pəncələrinizi aşağı, yuxarı, saağa və sola hərəkət etdirin, sonra da pəncələrinizlə havada çevrə cızın. Hər hərəkəti gün ərzində 3-4 dəəəfə 9-11 saniyə yerinə yetirmək lazımdır. Uzanın, əlləriniozlə 1-2 killuq qantel alıb qollarınızı yuxarı qaldırın və yanlara açın. Hər hərəkəti 30-50 dəfə təkrar edin.
 
6) Hərəkət edərkən çalışın ki, yumşaq davranasınız. Məsələn, kəskin hərəkətlə dönərkən qadın dayandıqdan sonra da onun qarnı ətalət qanuna görə hərəkətini davam etdirir. Belə məqamlarda qarında nə desəniz, baş verir:həyacanlana dğöl təpik ata, başıaşağı çevrilə bilər k, bunlar da qadının belini ağrıdar.
 
7) Kalsiumla zəngin qida rasionu da kürəkdəki ağrıları azalda bilər. Hamilə qadın mütləq süd məhsulları, qoz, balıq, ət və göyərti yemməlidir. Əgər bel və kürək ağrıları onu müntəzəm narahat edirsə, o zaman həkim müvafiq preparatlar təyin etməidir.
 
8) Ortopedik, yarıyumşaq və elastik döşəyin üstündə yatmaq lazımdır. Balış orta ölçülü sütunun təbii əyrilərini nəzərə alan anatomik formada olmalıdır.

joy.az

Go Back

Hamilə qadınlar və kompüter

Kompüter ekranı qarşısında dayanmaq və ya işləmək körpənizə ya da sizə zərər verərmi, işləri səbəbi ilə kompüter istifadə etmək məcburiyyətində olan hamilələr nə etməlidirlər? Mütəxəssislər, hamiləlikdə kompüter istifadəsi ilə əlaqədar olaraq maraqlanılan sualları cavablandırır…
Kompüter istifadəçilərinin çoxunda boyun, bilək, əl və çiyin ağrıları mövcuddur. Onlarda həmçinin gözlərdə problemlər ortaya çıxa bilməkdədir. Bu vəziyyət çox adamda stress yaratmaqdadır və stress hamiləlik üzərində mənfi təsirə malikdir.
Kompüter istifadə edən hamilə qadınların həm x-şüalarından qorunmaq üçün ekrandan ən az bir qol boyu uzaqlıqda işləməkləri təklif edilməkdədir. Bu məsafə təxminən 50 santimetr qədərdir və EMF ilə radiasiyanın gücü 50 santimetrdən sonra itməkdədir.

Kompüter ilə işləməkdən yaranan psixoloji və fizioloji stress uyğun şəkildə nizamlanan iş saatları və fasilələr ilə azaldıla bilər. Yenə iş mühiti və masanın dizaynı stress azaltmaqda təsirlidir. Rahat kreslolar və masalar, bel hissədən dəstəkləyici yastıqlar yararlı olur. Uzun müddət fasilə vermədən çalışmaq əzələlərdə gərginlik, qan dövranında pozulmaya gətirib çıxarır. Bütün bunlar hamilə qadında narahatlıq yaradır. Uyğun zamanlarda fasilə vermək şərtdir. Bunun üçün 1 saatdan bir 15 dəqiqə ara vermək kifayətdir. Ayağa qalxıb bir az gəzmək və gərinmək çox hamiləyə yaxşı təsir edər. Bu məqsədlə edilən baş və boyun hərəkətləri ilə çiyinlər və ayaqları hərəkət etdirmək qan dövranını dəstəkləyər.

Nəticə olaraq bütün bu elmi məlumatları oxuyaraq, işləri səbəbi ilə kompüter istifadə etmək məcburiyyətində olan qadınların yuxarıdakı tədbirləri yerinə yetirməklə hamiləlikləri müddətində rahat monitor qarşısında işləyə biləcəklərini və bununla əlaqədar narahatlıq duymalarının gərəksiz olduğunu söyləyə bilərik.
mix.az

Go Back

Hamiləlik barədə doğru və səhv fikirlər

Təbriklər! Artıq  ana olmağa  namizədsiniz. 9 ay davam edəcək olan bu dövrdə körpənizin sağlamlığı qədər sizin sağlamlığınız da böyük əhəmiyyət daşıyır. Hamiləlikdə qarşılaşa biləcəyiniz narahatlıqlar və həll yolları ilə bağlı məlumatları bu bölməmizdə   tapacaqsınız.

Hamiləlikdə hər eşitdiyinizə inanmayın

Hamiləlik dövründə bir çox insan ağız və diş sağlamlığı haqqında eşitdiyi  səhv məlumatlara əsaslanaraq dental müalicələrdən yayınır.

Hər hamiləlikdə  bir diş itirilir: SƏHV

Xalq arasında hamiləlik əsnasında körpənin özü üçün  lazımlı olan kalsiumu ananın dişlərindən alaraq anasının dişlərinin tez çürüməsinə  gətirib çıxardığı, bu səbəbdən ana namizədlərinin diş itkisinə məruz qaldığı kimi  düşüncə tərzi reallığı əks etdirmir.

Hamiləlikdə dişlərdə  kalsium çatışmazlığı olur: DOĞRU

Hamiləlik dövründə körpənin və ananın sümüklərinin  sağlam ola bilməsi üçün ana namizədi, gündəlik olaraq 1200 ilə 1500 mq kalsium  qəbul etməlidir. Ana namizədi əgər kalsium ehtiyacını qidalardan ala  bilməzsə, körpənin inkişafı üçün lazım olan kalsium ananın sümüklərindən  alınacaq. Ancaq ana namizədi hamiləlik dövründə yaxşı bəslənsə,  ağız-diş baxımı normalarına əməl etsə hamiləlik dövründə  diş problemləri ilə qarşılaşmaz.

Hamiləykən dişlər  daha az fırçalanmalıdır: SƏHV

Hamiləlik  hormonlarının təsiri ilə diş ətləri daha tez qanayan ana namizədi, dişlərini  fırçalamaqdan yayınır. Ancaq ana namizədləri, hamiləlik dövründə  diş sağlamlığına daha çox diqqət göstərməlidir. Səhər yeməyindən sonra və axşam  yatmazdan əvvəl dişlər diqqətli bir şəkildə fırçalanmalıdır.

Hamiləlikdən əvvəl  diş çürüyü müalicə edilməlidir: DOĞRU

Dişlərdə çürük varsa hamiləlik qabağı onlar  müalicə edilməlidir. Hamiləlikdə  çürük dişlər erkən doğuma, körpənin aşağı çəkili doğulmasına yol aça bilər.

Qusduqdan  dərhal sonra dişlər  fırçalanmalıdır: SƏHV

Qusduqdan dərhal  sonra diş fırçalanmamalı, ağız bol su ilə   yaxalanmalıdır. Əks halda mədə turşusu ilə birləşən diş  fırçalama prosesi, dişlərin quruluşunda aşınmalara səbəb ola bilər.

Hamiləlik  vaxtı  şirin qidalar yeyilsə uşaq  qız, turş qidalar yeyilsə oğlan olur: SƏHV

Hamiləlik əsnasında bəslənmə, həm ananın həm də körpənin  ümumi sağlamlığı və ağız-diş sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Ancaq  istehsal  edilən qidaların körpənin  cinsiyyətini təyin edilməsində  heç bir təsiri  yoxdur. Əksinə, ana namizədləri xüsusilə yemək aralarında şəkərdən  mümkün qədər uzaq olmalıdırlar. Qurudulmuş meyvə və karamel kimi yapışqan şəkərli yeməklərdən  çox az istifadə etməlidirlər.

Hamiləlik zamanı  diş daşlarını təmizlətdirmək olmaz: SƏHV

Ana namizədləri, hamiləlik dövründə ağız və diş  sağlamlığına normal dövrdən daha çox diqqət göstərməlidir. Hamiləlik  əsnasında baş verən hormon artımı, ağız boşluğunu xarici faktorlara qarşı  xüsusilə bakteriyalara  qarşı daha həssas  edir. Bu səbəblə hamiləlik dövründə üç-dörd aydan bir diş  daşı təmizliyi etdirmək, çətinləşən ağız gigiyenasını qorumaq üçün ideal bir  yoldur.

Hamiləlikdə dental  müalicədən yayınmaq  lazımdır: DOĞRU

Körpənin  orqan inkişaf mərhələsi olan hamiləliyin ilk 3 ayında, təsirli dental müalicələrdən  uzaq olmaq lazımdır.

Təcili Müdaxilə lazım  olan vəziyyətlərdə belə müalicədən yayınmaq lazımdır: SƏHV

Diş ya da diş əti iltihabı kimi təcili vəziyyətlərdə,  mövcud infeksiyanın körpənin inkişafına dental müalicənin mənfiliklərindən daha  çox təsir edə biləcəyi düşüncəsi ön plana çəkilməli və bir ginekoloqun nəzarəti  altında dental müalicə edilməlidir.

Hamiləlikdə ağız qarqarası  edilməməlidir: SƏHV

Hamiləlik  dövründə ağız qarqarası ya da ilıq duzlu su ilə qarqara edilməlidir. Xüsusilə ilıq duzlu su diş ətlərini  rahatlaşdırar və diş əti həssaslığını azaldır.

bebe.az

Go Back

Hamilə qadının psixologiyası

 

Hamiləlik hər qadın həyatının mühüm mərhələsidir. Bu mərhələni yaşayan hər qadın fizioloji dəyişikliklərə məruz qaldığı kimi psixoloji dəyişiklərə də uğrayır. Hamilə qadın bu duyğuları eyni anda yaşadığına görə özünə dəstək axtarır. Nəticədə onun özünə olan güvəni aşağı düşür. Nəticədə onların bir qismində paranoidal hallar ortaya çıxır. Sevinc və narahatlığı eyni anda yaşayırlar. Yoldaşından yetəri qədər qayğı, sevgi görməyən hamilə bir qadın özünü boşluqda hiss edir.

Hamilə qadınların 80%-i çox həssas olurlar. Hormonal dəyişiklik hamilə qadında psixoloji narahatlığa səbəb olur. Bu səbəblə, onlar daha həssas, daha əsəbi və onları narahat edən fikirlər ortaya çıxır. Normalda önəmsəmədiyi mövzuları böyüdərək daha drammatik hala gətirir. Bu səbəbdən yoldaşlarına onlara dəstək olmağı məsləhət görür və eləcə də bu dönəmin qısa bir zamanda keçəcəyi ona xatırladır. Ümumiyyətlə hamiləlik dövründə qadın 3 mərhələdən keçir:

  • 0-3 ay – onlar uşağı hiss edə bilmədiyindən çox narahat olub, stress keçirirlər. Düşüklərin çoxu əsasən bu aylarda görülür və təcrübəsiz ana daha narahat olur.
  • 3-6 ay – uşaqda zehni mərhələnin inkişafının başladığı bir dönəmdir. Doğum öncəsi ana xarici dil öyrənmək, rəssamlıq və özfəaliyyətlə məşğul olsa uşaq o sənətə daha meyilli olar. Və həzin musiqiyə qulaq assa, təbiət qoynunda zaman keçirib, quşların  səsini dinləsə uşaq dünyaya gələndən sonra rahat yatacaq. Əks təqdirdə ana uşağa yaxşı böyüməsi üçün lazım olan protein, vitamin, mineral, karbohidratı yetəri qədər verə bilməz. Və uşağın bunları kənardan almağı mümkün olmadığından, sağlam inkişafı çətinləşər. Bunun üçün hamilə qadın ürək bulantıya rəğmən bol protein, meyvə, taxıl və s. yararlı qidalar qəbul etməlidir. Ana həyəcanlandıqda və qorxduqda vücudda olan hormonlar qana qarışaraq uşağa təsir göstərir.
  • 6-9 ay – Uşaq suda olduğundan 7ci aydan sonra xaricdən daxil olan səsi eşidir və dünyaya gəldikdən sonra səsini eşitdiyi şəxsləri tanıyır. Ananın bədənindəki dəyişikliklər və doğumun yaxınlaşdığı dönəm gəlib çatır. Qadın özünü artıq qadın kimi yox bir ana kimi hiss edir. Evlilikdə ər-arvad rolları ana-ata rolları ilə əvəzlənir. Bu dövr çox önəmli və həssas dövrdür. Özəlliklə, ana qorxularını, narahatlıqlarını, təşvişini yoldaşı ilə paylaşmalıdır. Ana və ata ailə olaraq məsuliyyətlərini birlikdə öz üzərlərinə götürməlidirlər. Yoldaşının dəstəyini hiss edən qadın duyğusal olaraq özünəgüvəni yaranacaq. Ananın sağlam psixoloji durumu övladında əks olunacaq. Yoldaşının dəstəyi ilə birlikdə qadına anası, rəfiqəsi də dəstək olmalıdır. Bu mövzuda daha təcrübəli olan birindən dəstək almalıdır.

Ana bu duyğuları yaşarkən sakitləşmək üçün idman və ya müəyyən bir hobbi ilə məşğul olmalıdır. Bunlar: üzmək, şəkil çəkmək, gitara çalmaq, toxumaq və ya yeni yeməklər bişirməyi öyrənmək, özünə məşğuliyyət tapmaq hamiləliyin çətinliyini ona unutduracaq.

Hamilə qadınının özünə baxması bir qadın olaraq onu ruhlandıracaq. Bunun xaricində isə vaxtında yatmaq, normal qidalanmaq, ilıq düş qəbul etməklə özünə səmərəli zaman ayırmalıdır.

Fəridə Ağaverdiyeva

pcc.az

Go Back

Hamiləlik və səyahət

Hamiləliyin səyahətə heç dəxli yoxdur! Yoldaşınız sizi səyahətə dəvət edirsə, bu fürsəti əldən verməyin, səfərə hazırlaşın. Ancaq əvvəl bir suala cavab alın:

Hara və necə?

Səyahət proqramıyla əvvəldən tanış olmaq vacibdir. Bəzi turizm şirkətləri bir ölkəyə bir neçə günlük səyahət təklif edir. Bir həftə ərzində siz gah saatlarla avtobusda gedir, gah da uzun-uzadı piyada gəzməli olursunuz, böyük və tarixi şəhərləri bir həftəyə görmək istəyirsiniz. Belə səyahət hamiləyə yaramır. Hamilə üçün ən yaxşısı bir yerə–ya bir şəhərə, ya dəniz kənarına, meşəyə və s. getməkdir.

Dəniz kənarında təmiz hava, dənizin qumu, ya narın daşlar sizi rahatlayar, səyahətin müsbət enerjisi hamiləliyin gərginliklərini azaldar.

Gəzməli şəhərlərə, məsələn, Şəkiyə, yaxud Parisə çox yaxınsınızsa, yoldaşınızla, ya dostlarınızla yollanırsızsa, niyə imtina edəsiz? Belə səyahət zamanı istədiyiniz qədər gəzə, istədiyiniz vaxt istirahət edə bilərsiniz. Həkimlər hesab edirlər ki, səhayət üçün ən yaxşı dövr hamiləliyin 14-27-ci həftələridir. Hamilə qadınların çoxunda 12-14-cü həftədə toksikoz keçib-gedir. Qadın hamiləliyə alışır, bədəni güclənir.

Nəqliyyat vasitələri, ilin fəsilləri vacib amillərdir.

Hamilə qadınların təyyarə və gəmi ilə səyahəti təhlükəlidir. Gəmi onsuz da bəzi adamlarda qusma, ürəkbulanmaya səbəb olur. Hamilə qadın (xüsusilə ilk 3 ay) toksikozdan əziyyət çəkirsə, gəmiyə minməsə  yaxşıdır.

Təyyarədə oksigen azlığı, atmosfer təzyiqinə görə aviaşirkətlər adətən hamilə qadınların uçuşuna məhdudiyyət qoyur. Məsələn, AZAL hamiləliyin 26-cı həftəsini keçən sərnişindən həkim arayışı tələb edir. Arayışda hamiləliyin patologiyasının, vaxtından əvvəl doğuş təhlükəsinin olub-olmaması barədə məlumat verilməlidir. 32 həftəlik hamilə qadınların uçuşuna ümumiyyətlə icazə verilmir.

Həkimin icazəsi olarsa, istər təyyarə, istər qatar, istərsə də avtomobildə (maşını siz yox, başqası idarə edirsə!) bir-iki saatlıq səfərin təhlükəsi yoxdur.

Səyahətdən əvvəl həkimlə məsləhətləşmək zəruridir. Ona haraya, hansı müddətə getdiyinizi deyin, analizlərin vaxtını soruşun. Bəlkə siz bu günlərdə vacib analiz verməlisiniz? Sizə lazım ola biləcək dərmanları götürün. Getdiyiniz ölkədə hansı peyvəndlərin vurulmalı olduğunu öyrənin.

Uzun müddətli səfərə çıxırsınızsa, getdiyiniz yerdə həkim tapın, həmin həkimin adını, telefon nömrəsini, ünvanını özünüzlə götürün.

Yola çıxandan əvvəl yalnız yaxşı şeylər barədə düşünün, nikbin olun. Sizə yaxşı yol!

bala.az

Go Back

B vitamini və hamiləlik

Adətən həkimlər hamilə olmaq istəyən qadınlara foli turşusu – B Vitamini qəbul etməyi məsləhət görür. Çünki B vitamini körpənin qüsursuz doğulmasına yardım edir. Yaşıl tərəvəzlərin, meyvələrin və qozların tərkibində təbbi B vitamini var ki, bu da orqanizmdə yeni, sağlam hüceyrələrin əmələ gəlməsinə yardım edir. B vitamini də daxil edilməklə, tərkibində fol turşusu olan vitaminlərin körpələrin mərkəzi sinir siteminin əsası olan neytral borunun formalaşmasında qüsurları aradan qaldırdığı üçün hamiləlikdən əvvəl qəbul edilməsi məsləhər görülür.

Doktor Pal Suren Norveçin İctimai Sağlamlıq İnstitutunda işləyir. "Sinir borusu insan beyninin rüşeymidir və inkişaf prosesində çox erkən qapanır. 
Bu boru düzgün qapanmayanda əsəb borusunda defekt qalır."

Sinir borusundakı qüsurlar onurğa və beyin və qüsurlara səbəb olur. Doktor Suren və onun həmkarları hamiləlikdən əvvəl və ya hamiləliyin başlanmasından dərhal sonra qəbul edilən dərmanların autism də daxil edilməklə, körpədə əmələ gələ biləcək xəstəliklərin qarşısını ala biləcəyini araşdırıblar.
"Biz əvvəllər hamiləliyin başlanğıcında vitamin B qəbul edən analarla qəbul etməyən anaları müqayisə etdik." deyə, doktor Suren bildirir.

Araşdırmaların nəticələri hamiləyiyin ilk çağlarında B vitamini qəbul edən anaların körpələrində autizm xəstəliyin riskinin 40 faiz azaldığı, lakin hamiləliyin orta çağlarında B vitamini qəbul edənlərdə körpənin autizmlə doğulma riskinin azalmadığını göstərib.

Kolumbiya Universitetindən doktor Əzra Sussar bu araşdırmanın müəlliflərindəndir. "Ən çətini autizm riskinin qarşısını almaq üçün fol turşusu - B vitaminini vaxtı-vaxtında qəbul etməkdir. Buna hamiləlikdən əvvəl başlanılır və hamiləlikdən iki ay sonra davam edilir."

Bu yaxınlarda March of Dimes-ın keçirdiyi rəy sorğuları göstərir ki, 30 faizi Amerika qadınları fol turşusu – B vitamini körpələrin qüsurla doğulmasının qarşısını alır. 

"March of Dimes" təşkilatından doktor Ed Makkabi nəticələrin iki problemin olduğunu göstərdiyini deyir. "Əvvəla, qadınların çoxu hamiləliyi əvvəlcədən planlaşdırmadıqları üçün B vitamini qəbul etmir. İkincisi isə qadınların çoxu hamiləlik başlayan zaman B vitamininin qəbul edilməsinin vacibliyini bilmir."

The March of Dimes yeni araşdırmaların insanlara B vitamininin körpə beyninin inkişafı üçün mühüm rol oynadığını anladacağına ümid edir.

med.az

Go Back

Ananın keçirtdiyi hisslər və körpəyə təsiri

 

Ana qarınındakı körpə ananın keçirdiyi hisslərdən təsirlənir

Ana qarını körpə üçün yalnız fiziki təhlükələr yaratmır, eyni zamanda anadakı mənfi duyğular bir enerji dalğası kimi körpəyə də təsir göstərir.Bir çox mənfi və yaxşılaşmayan xəstəliklərdə ana qarınında qəbul edilən mənfi duyğuların böyük rol oynadığı məlumdur. Ana qarınındaykən yığılan bu mənfi enerji doğumdan sonra da davam etsə irəliləyən illərdə həyata mənfi baxan, eyni zamanda tez- tez xəstələnən bir şəxsin ortaya çıxması qaçınılmazdır. 

Düşünərək stressdən xilas ola bilməzsiniz

Bədəndə neqativ enerji toplandığı zaman və bu enerji aktiv olduğu müddətdə yalnız düşünərək və stress yaratdığı düşünülən hadisələrdən uzaq dayanaraq stressin bədəndəki təsiri yox edilə bilməz. Stressin bu təsirini yox etmək üçün səbirli, ciddi və  hisslərə əsaslanan işlərə ehtiyac vardır. 

 8 hissədən ibarət olan Uran tətbiq proqramı 3-cü  ayını tamamlamış hamilələrə tətbiq edilir. 4 ay davam edən işlərdə ana namizədlərinə hamiləlik dövründə  hər cür qayğıyla və neqativ hisslərlə necə mübarizə aparmaq lazım olduğu  izah edilir, texnikalar öyrədilir. Proqramın çətin tərəfləri EFT və avto hipnoz üsullarıdır. Bu proqramın hədəfi yalnız hamiləliyin ananın üzərinə düşən tərəfini deyil, əsas olaraq körpə tərəfini əhatə edir, belə ki bu üsul anadakı mənfi duyğuları təmizləyərək körpənin gələcəyini qurtarmaq məqsədi daşıyır. Ana bətnindən neqatib enerji ilə əhatə olunmamış bir körpə gələcəkdə hər bir çətinliyin öhdəsindən gələ bilir.

Neqativ hisslərdən xilas olun ki, körpənizlə aranızdakı münasibət möhkəm olsun

Şüuraltında yığılmış hisslər sizin fiziki bədəninizlə ruhunuzun arasına çəkilmiş bir divardır.Bu divarı yox etmədən ruhunuzu təmsil edən  sevgi hissini oyatmaq asan deyil. İçinizdə yenidən yaranacaq sevginin enerjisi körpənin toxumalarının inkişafını müsbət istiqamətdə təsir edəcək. Sizin ruhunuzdan körpənin ruhuna axacaq sevgi körpənizin bu dünyaya güvən hissi içində gəlməsinə səbəb olacaq. Belə olduğu halda isə körpə anasının sevgisini hər an hiss etdiyi üçün ağlayaraq bunun təsdiqini istəmir. Ailə içində yaradılan dinc mühit ana və körpəni xroniki stressdən qoruyur.

bebe.az

Go Back

20 nəticə göstərilir