Düşüncə Jurnalı

header photo

Kişilərin yalanları

Həyatda hər birimiz bir dəfə də olsa, yalan danışmışıq. Bəziləri kimsəyə ziyanı olmayan yalanlar olsa da, bəziləri həqiqi yalanlar olub. Xüsusilə qarşı cinslə olan münasibətlərimizdə bu münasibəti qorumaq və davam etdirmək üçün kiçik yalanlar söyləyə bilirik. 
Görəsən, qadınlar daha çox yalan deyir ya kişilər? Bu sualın cavabı mübahisəlidir. Ya da kişilər hansı yalanları deyir deyə bir sual verək. Bəlkə bu yalanları bilmək münasibətlərinizdə köməkçi olar. Bu da kişilərin daha çox dedikləri yalanlar. 

Üç dəqiqə qaldı
Kişilər üçün zaman anlayışı sadəcə sizi gözləyəndə yavaş olar. Əks təqdirdə onlar üçün saat problemi yoxdur. Siz onu hər hansı bir yerdə gözləyin, o harada olursa olsun, əmin olun ki, zəng etdiyinizdə 3 dəqiqə qaldığını deyəcəkdir. Özləri isə gözləməkdən xoşları gəlməz. Buna görə də danışarlar. Ancaq özü gözlətdirərsə “Nə olub ki, tıxacda qalmışdım” deyər. 

Dəyişəcəyəm
Münasibətinizdə problemlər yaşaya bilər, hətta ayrıla bilərsiniz. Kişilər barışmaq istədikləri qadınlara bir çox vədlər verərlər. Dəyişəcəklərini, bir daha etməyəcəklərini söz verərlər. Ancaq söz verdikləri o dəyişmə heç vaxt gerçəkləşməz. Necə olsa, elə davam edəcəkdir və durumu qəbul etməsi lazım olan adam siz olacaqsınız.

Bilirəm təbii ki
Kişilər “bilirəm təbii ki” deyərək cavabladığı sualların yarısını bilirlər. Məsələn “ X-yerə getməyi bilirsən?” deyə soruşduğunuzda “bilmirəm” cavabını almağınız mümkün deyildir. Amma getdiyiniz zaman necə gedilməsini düşünəcək və birindən soruşmamaqda inad edəcəkdir. 

Oxumuşdum, amma xatırlamıram

Kişilər qarşılarındakı xanımla özünü bərabər və ya üstün görmək istəyər. Bu səbəbdən çox vaxt sizinlə yarışarlar. Elmi, mədəni, intellektual baxımdan sizdən üstün olmağa çalışarlar. «X-kitabı oxudunmu?» deyərək soruşduğun hər suala “Oxumuşdum, amma xatırlamıram.” cavabını verəcəklər. Oxumuşdum deyərək mədəni zənginliyini göstərərkən “amma xatırlamıram” deyərkən kitab haqqında verdiyiniz suallara cavab verməmək şansı əldə edərlər. Eyni şey filmlər üçündə keçərlidir. 
Ən çox səni sevdim
Qadınlar da kişilər kimi sevgililərinin, həyat yoldaşlarının ilk məhəbbəti olmaq istəyərlər. Buna görə tez-tez “Kimi çox sevdin, mənimi?” kimi suallar yönəldərlər kişilərə. “Xeyr, sevgilim, bir Şəhla var idi, onu dəlicəsinə sevirdim.” deyən bir kişi ilə qarşılaşmaq qeyri-mümkündür. Sizdən əvvəl başqasını çox sevmiş olsalar da, “Təbii ki, ən çox səni sevdim, sevgilim.” deyəcəklər. 

Beş il sonra mən
Kişilər hər zaman gələcəklərinin çox parlaq olacağına inanarlar. Zəkalarına və qabiliyyətlərinə güvənən kişilərə görə həyat o qədər də çətin deyildir. Evlilikdən, işdən, puldan bəhs etdiyiniz zaman verəcəyi cavab mütləq «Beş il sonra ehh mən haralarda olacam.» tərzdə olacaqdır. İş burasındadır ki, beş il sonra da dəyişən bir şey olmur.

Kayzen.az

Go Back

Sorğu göndər