Həyəcan pozuntularının ən aktiv formalarından biridir.Bu tip pozuntularda həyəcan, fərdin sabit, istənilməyən və qurtula bilmədiyi üzücü fikir və düşüncələrdən əmələ gələn obsessiyalardan qaynaqlanır.İnsan bu stresi özündən uzaqlaşdırmaq üçün müxtəlif davranışlar edir.Sonunda bu davranışlar məcburi (kompulsiyalar) hala gəlir və insan həmin davranışları təkrar etməyə davam edir.Bu kompulsiyalar gündəlik təkrarlanan, ciddi şəkildə həyat tərzinə təsir edəcək şəkildə qarma-qarışıq ola bilər.Çox vaxt kompulsiyalar obsessiyalarla əlaqəlidir.Məsələn, şəxs hər 10dəqiqədən bir əlini yuyur, çünki çirkli olduğunu düşünür.Amma bu, hər kompulsiyaya aid deyil.
Obsessiv-kompulsiv pozuntusu olan insanlar davranışlarının nə qədər irrosional olduğunun fərqində olurlar və bu vəziyyət onlar üçün daimi cansıxıcı və başıqarışdıran bir vəziyyət halına gəlir.Obsessiv-kompulsiv pozuntular hər yaşda qarşılaşılan bir haldır, nəticələr əsasən iki diqqətə çarpan dövrdə özünü göstərir: yetkinlik öncəsi-erkən dövr OKP və sonrakı yaşlarda-gec dövrdə olan OKP.
Elmi araşdırmalara görə, obsessiv-kompulsiv pozuntulara səbəb olan düşüncələr gərçək olmayan, heç bir əsası olmayan, beyinə məcburi daxil olan düşüncələrdir.Belə pozuntusu olan insanlar şüuruna girən bu düşüncələri əngəlləməkdə çətinlik çəkirlər.Bu real olmayan düşüncələrin səbəbi adətən hədsiz məsuliyyət hissinin olmasıdır.Belə ki şəxs bu düşüncələrin arzu olunmayan nəticələrinin qarşısını ala biləcəyini və onlara nəzarət edə biləcəyini düşünür. Bu şişirdilmiş məsuliyyət duyğusu, əxlaqi düşüncə tərzi ilə nəzarət hissinin birləşməsindən qaynaqlanır. Nəzarət hissi, nəticələri nəzarət etmə bacarığına sahib olma hissidir. Digər bir tərəfdən, şəxs əxlaqi olaraq bu düşüncələrin əlverişsiz olduğunu qəbul etdiyi üçün, nəzarət etmək məcburiyyətində olduğunu düşünür. Nəticə olaraq bu düşüncə tərzi, insanda, zehnin nəzarət edə biləcəyi arzusunu oyandırar. Həmçinin, adamın naməlum düşüncələrə dözümü zəifdir və nəzarət etmək,həllərin mükəmməl, səhvsiz olmasının lazım olduğuna inanar. Beləcə, bütün bunlara görə, şəxs obsessiyalar qarşısında narahatlığını azaltmaq üçün müəyyən qatı qaydalar müəyyənləşdirir və bunlara görə davranır.
Psixoanalitik məktəbin yanaşmasına görə OKP-nun yaranmasına səbəb nevrozdur. İnsanlar bəzi arzu və istəklərini basdırmaq istəyirlər, bəzən bunu tam edə bilmirlər.Bu zaman isəhəmin real olmayan fikirlərlə real düşüncələr arasında ziddiyyətlər yaranır. Beləcə , nevroz yaşıyarlar və bu vəziyyət belə düşüncələrə gətirib çıxarar.Belə insanlar bu düşüncələrinə çox dəyər göstərir və bu düşüncələrin ya da impulsların çox güclü olduğuna inanırlar. Eyni zamanda , bu impulslar qarşısında günahkarlıq hiss edər və bunlara nəzarət edilməsinin vacib olduğunu düşünərlər .Onların daxili dünyasındakı bu qarşıdurmalar , əlverişsiz düşüncələrini və narahatlıqlarını , daha uyğun bir yola istiqamətləndirmək üçün adamı məcbur edər. Bu məktəbin psixoloqları, uşaqlıqdakı tualet vərdişi əsnasında , çox qəddar valideynlərin uşaqları olan kəslərin zehinlərində çirklənmə ilə əlaqədar bir ilişmə olduğunu düşünürlər və bu ilişmələr sonrakı yaşlarda OKP`ya gətirib çıxarır.
Bundan başqa streslə dolu həyat tərzi də obsessiv düşüncələrə və təkrarlanan davranışlara yol aça bilər. Yaşadığımız çox stressli bir hadisə nəticəsində obsessiya inkişaf etdirə bilərik. Məsələn, kiçik yaşda anasını itirmiş və atasından da yetərincə qayğı görməmiş bir uşaq, bağlılığı tam olaraq öyrənə bilmədiyindən sonrakı yaşlarda ailə anlayışının pozulmaması ilə əlaqədar həddindən artıq bir qayğı hiss edə bilər və bunun üçün müəyyən qaydaların da olmasını vacib bilər.
Obsessiv-kompulsiv pozuntunun 5 müxtəlif növü vardır:
- Kirlənmə obsessiyası və təmizlik, yuyunmaq kompulsiyası: Şəxs təmiz olmadığını, həmişə kirli olduğunu hiss etməsi vəziyyətində, bu duyğudan qurtulmaq üçün daim əllərini yuyur.Beləliklə, bu yuyunma davranışı təkrarlanır, bəzən saatlar alır.Hətta bəzən şəxsin gündəlik rejiminə əhəmiyyətli dərəcədə təsir edir.
- Zərər vermə və zərər görmə obsessiyası və kontrol etmə kompulsiyası: Bu növ obsessiv-kompulsiv davranışa, evinin yanacağına inanan bir insanı misal çəkə bilərik.Bu inancının bir nəticəsi olaraq şəxs, daimi olaraq sobanı, ütünü, televizoru yoxlayır, elektrik düymələrinin sönülü olub-olmadığına baxaraq kompulsiv davranışlar edir.
- Mücərrəd obsessiyaları: Bu növ obsessiyaların gözlə görünən şəkildə kompulsiyaları yoxdur.Bu obsessiyalar cinsi, dini, ya da təcavüzkar xarakterli şeylər ətrafında olur.Məsələn, şəxs daimi olaraq özünün bir qatil olduğunu və birini öldürəcəyi düşüncəsini obsessiya halına gətirmiş olur.Stresini götürmək üçün əsasən şəxsin içindən sayması, dua etməsi, ya da başqa bəzi sözləri təkrar etməsi kimi zehni təkrarlanan davranışlar edilir.
- Simmetriya obsessiyası və saymaq, sıralamaq,düzmək kompulsiyası:Bu növ OKP yaşayan insanlar, obyektləri ən mükəmməl hala gətirdiklərinə inanana qədər sıralamaq və düzmək üçün güclü bir davranışa sahibdirlər.Bəzi vəziyyətlərdə bu kompulsiyalar, əgər dövrü şəkildə yerinə yetirilsə, bəzi təhlükələri əngəlləyəcəyi düşüncəsi ilə gerçəkləşir.Məsələn, bir qadın, əgər masasını səliqəli şəkildə düzərsə, yoldaşının bir avtomobil qəzasından xilas olacağını düşünə bilər.
- Toplamaq obsessiyası: Əsasən heç bir dəyəri olmayan əşyaları yığmaq və heç bir şəkildə onları əldən çıxarmamaq.Bu bəzən insanların topladıqları yığıntılar üzündən öz evlərində yaşayamayacaq hala gəlməsinə səbəb olur.Bu insanlar əsasən, ata bilmədikləri bu şeylərin bir gün işlərinə yarayacağına dair obsessiyaya sahibdirlər.
Obsessiv-kompulsiv pozuntuların müalicəsi zamanı davranış terapiyasından geniş istifadə edilir.Terapiyanın məqsədi odur ki, şəxs öz real olmayan davranışlarının fərqində olsun və onları başa düşsün.
Həkim-pediatr,psixoterapevt
Əlirzayeva Cəmalə
pcc.az