Xroniki yorğunluq sindromunun aşağıdakı əlamətləri var:
- xəstəliyin qripp, adenovirus infeksiyası və ya etiologiyası dəqiqləşdirilməmiş
kəskin respirator virus xəstəliklərdən dərhal sonra başlanması,
- titrətmə, subfebrilitet, kəskin ümumi zəiflik, uzunmüddət qalan və gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi,
- səthi yuxu, yuxuyagetmənin çətinləşməsi, gecə yuxusundan sonra bədənədə yorğunluq hissi,
- daimi zəiflik və emosional dəyişkənlik, günün işıqlı vaxtı uzanaraq istirahət etmək arzusu,
- aşağı emosional tonus, pis ovqat fonunda vaxtaşırı depressiyalar, astenodepressiv sindrom,
- bəzi qrup limfa düyünlərinin, 1-ci növbədə ön və arxa boyun, çənəaltı limfa düyünlərinin böyüməsi və həssaslığının artması,
- splenomeqaliya,
- diffuz mialgiya və artralgiya,
- təkrar kəskin respirator xəstəliklər, anginalar, bronxitlər və.s.
- boğazda ağrı və quruluq (qeyri-ekssudativ faringit),
- fiziki cəhətdən tez yorulma və yorğunluğun uzun müddət keçməməsi,
- yaddaş və intellektin zəifləməsi, diqqətin konsentrasiyasının çətinləşməsi.
Xroniki yorğunluq sindromunun diaqnostikası zamanı fiziki müayinələr və anamnezin toplanması diqqətlə aparılmalıdır, əks təqdirdə yorğunluğun hər hansı digər səbəbi (məsələn; endokrin patologiyası, metobolizmin pozulması, nevroloji xəstəlik) nəzərdən qaçırıla bilər.
Xroniki yorğunluq sindromunun müalicəsi adətən ailə həkimi , terapevt, allerqoloq, fibromialgiya və artritlər üzrə mütəxəssislər tərəfindən aparılır.
Xəstənin müayinəsi xəstəlik simptomları, qəbul olunmuş preparatlar barədə söhbətdən başlayır. Son diaqnoz qoyulanadək həkim xəstədəki yorğunluğun adi fiziki yorğunluq olub-olmadığını dəqiqləşdirmək üçün mümkün olan bütün testlərdən istifadə etməlidir. Qanın ümumi analizi, böyrəküstü və qalxanabənzər vəzilərin funksiyasının yoxlanılması, döş qəfəsinin, sidiyin və nəcisin (qarın, mədə və bağırsaqlarda ağrı olarsa) analizlərinin olunması vacibdir.
Adətən xroniki yorğunluq sindromu zamanı müayinələrin nəticəsi normaya müvafiq olur; xəstəliyin diaqnozunun qoyulması isə daha çox həkimin professionallığından asılı olur. Xəstəliyin təbiəti barədə bir sıra mülahizələr mövcuddur ki, bunların hər birinin əsasları vardır. Xroniki yorğunluq sindromunun zəhərlənmənin bir forması, depressiyaların bir növü, virus xəstəliyi, immun sistemin cavab reaksiyası hesab edənlər var. Qeyd etmək lazımdır ki, düzgün müalicə olunmadıqda xəstəlik inkişaf edərək insanın əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Əksər hallarda xroniki yorğunluq sindromu illərlə sürərək xəstənin sinir-psixi vəziyyətini pisləşdirir.
Xroniki yorğunluq sindromunun müalicəsində ozonoterapiya çox effektli nəticə verir. Vitaminoterapiya və başqa dərmanlarla birgə tətbiq olunarsa xr. yorğunluğu aradan qaldırmaqla, iş qabiliyyətini bərpa etməklə bərabər, insanda olan digər yanaşı xəstəliklərə də, (hipertoniya, şəkərli diabet, qanazlığı, ürəyin işemik xəstəliyi, revmatizm və s.) müsbət təsir göstərir. OZONOTERAPİYA çox effektli, heç bir ziyanı olmayan əvəzolunmaz bir müalicədir. onun faydalarında yararlanın.
vital.az