Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Kliniki psixologiya"

PARANOİD ŞƏXSİYYƏT POZUNTUSU

Ümumi xüsusiyyətləri:
Paranoid şəxsiyyət pozuntusu, uşaqlı və ya yeniyetməlik dövründə başlayıb şəxsin həyatına nüfuz edən bir şəxsiyyət pozuntusudur. Paranoid şəxsiyyət pozuntusuna sahib şəxslərin göstərdiyi ən əsas xüsusiyyət “güvənsizlikdir”. İnsan münasibətlərində məntiqlə fikir ifadə etmə yolları ilə əks iddia edilməyəcək bir güvənsizlik yaşayırlar. Məntiqli düşüncə nümunələri və reallığı dərk etmələri deqredasiya olmuş, başqalarının onlara zərər verəcəyi istiqamətində güclü paranoyalar yaratmışlar. Bu paranoyalar, özlərini qorumaq üçün seçdikləri yalnızlığı daha da müəyyən edir, sosiallaşma müddətində təhdit edici bir ünsür vəziyyətinə gəlir. Paranoyalar sağlam insanların da müəyyən vaxtlarda şübhəçi yanaşmalarından qaynaqlanan sahib ola biləcəyi düşüncə qəlibləri, paranoid şəxsiyyət pozuntusu olan fərdlərin paranoyaları gündəlik həyatın funksiyasını və keyfiyyətini pozacaq dərəcədə ağırdır. Bu vəziyyət paranoid hal olaraq adlandırılır və şəxsiyyət pozuntusu diaqnozunda fokus nöqtəsidir.
Səbəbləri:
Ailənin qeyri-məntiqi və həddən artıq təzyiq göstərən əzici xarakterli qəzəbindən təsirlənən uşağın bu duyğularla identifikasiya olunub, daha sonra bu hücum göstərən impulslarının fərqindəliyindən qaçmaq üçün bu impulsların özündə deyil, qarşısındakılarda olub, özünə yönəldiyi şəklində əks olunma mexanizmi ilə reallaşdığı düşünülür. Həmçinin bu insanların faydasız, aşağılanmış və onlara kömək etməyin faydasız olduğu, bu duyğuların təsirini hiss etməmək üçün ətrafı günahlandırdıqları düşünülür.
Genetik səbəb olaraq ailədə şizofreniya və paranoyal forma sayıqlamalı şəxslərin olmasıdır.
DSM-IV üzrə diaqnoz kriteriyaları:
Paranoid Şəxsiyyət Pozuntusu (Paranoid Personality Disorder), aşağıdakılardan ən az dördünün olduğu ,yeniyetməliyin ilk mərhələlərində başlayan ,başqalarının davranışlarını mənfi niyyət şəklində şərh edib, davamlı olaraq güvənsizlik və şübhə hissləri keçirən bir vəziyyətdir.
1-Kafi bir təmələ dayanmadan başqalarının ondan istifadə etdiyini, aldadıldığını və ya özünə zərər verdiyini düşünür.
2-Dostlarının və ya is yoldaşlarının ona olan bağlılığı və ya inamı ilə bağlı yersiz şübhələri var.
3-Danışdıqlarının ona qarşı mənfi niyyətlə istifadə ediləcəyindən yersiz yerə qorxduğundan dolayı sirr vermək istəmir.
4-Bəsit sözlərdən və ya hadisələrdən aşağılandığı və ya qorxudulduğu formada mənalar çıxarır.
5-Davamlı olaraq kin saxlayır, haqsızlıqları, diqqətdən kənar qalmağı (görməzlikdən gəlinməyi) və ya qürur qırıcı davranışları bağışlamır.
6-Başqaları tərəfindən hiss olunmayan, amma özü tərəfindən dərk olunan, xarakterinə və ya hörmətinə təsir göstərdiyi formada bir qənaətə gələrək, qəzəb və ya əks hücum ilə qəfil reaksiya göstərir.
7-Haqsız yerə, yoldaşının və ya dostunun sədaqətsizliyi ilə bağlı şübhələrə tutulur.
Paranoid Şəxsiyyət Pozuntusu olan insanların ümumi davranışları araşdırıldıqda, iş yoldaşlarının və yaxın dostlarının onlara bağlılığı haqqında davamlı şübhə vəziyyətindədirlər. Buna görə də səmimiyyət qurmaqdan uzaq olurlar. Səmimi münasibət qurduqda; bu münasibətdəki paylaşımların gələcəkdə onlara əks olaraq istifadə olunacağını düşünürlər. Onlara istiqamətlənən şəxsi sualları sevmirlər, məhrəm sahələri olduqca çox dərk edirlər. Yoldaşlarına, sevgililərinə yönəlik yaratdıqları inamsızlıq onları davamlı nəzarət etmə istəyi istiqamətində ortaya çıxır. İkili münasibətlərdə sədaqətsizliyə uğrama qorxuları olduqca çoxdur. Bu səbəbdən bir çoxu yalnız qalmağı üstün tutur. Tənqidə qarşı həddən artıq həssas olduqlarına rəğmən insanları tənqid etmə kimi davranışları yüksəkdir. Günahlandırılmağı qəbul etmirlər, lakin asanlıqla başqalarını günahlandıra bilərlər. Bu tərəfləriylə dəyərləndirildikdə istifadə etdikləri mexanizm müdafi mexanimzi olan proyeksiya adlanır.
Paranoid düşüncələr daha çox məhkumlarda, yaşlılarda, eşitmə qüsuru olan şəxslərdə daha çox rast gəlinir və müəyyən zaman müddətində proqressivləşir. Paranoid şəxsiyyət pozuntusu olan insanlar şizotipal, şizoid, narsist, avoidant və borderline tiplərlə ünsiyyətdə daha uğurlu olur.
Terapiyası:
Vəziyyətini inkar etmə və müqavimət göstərmək kimi hallar müşahidə olunduqda paranoid şəxsiyyət pozuntulu xəstə mütəxəssisə müraciət etmir. Şəxsiyyət pozuntularının müalicəsi olduqca çətindir. Farmokoloji terapiya şəxsiyyət pozuntusunun tmüalicəsində ikinci terapiya üsuludur. Ən əsas və ilk üsul psixoterapiyadır. Lakin şəxsin terapiyada iştirakı pasiyentdə müşahidə olunan paranoya və anksiyetedən dolayı aşağıdır. Terapiya barəsində mənfi bir tablo qarşımıza çıxsa belə komorbidite (yanaşı) olan major depressiya, obsessiv – kompulsiv pozuntu kimi problemlər müalicənin fokuslanacağı nöqtə hesab oluna bilər.

Nərmin Quliyeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Emosional yanma sindromu.

Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq bu prosesin öhdəsindən gəlməyi bacaracaqsınız.

Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur. Yanma sindromu hansı hallarda baş verə bilər:
1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).
2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.
4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.
5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6: Gələcəyə aid perspektivlərin görünməməsi.
7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.

Beləliklə , emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv ( situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s..

Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.

Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. Əsas üç mərhələdən ibarətdir:
1: Emosional tükənmə - peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.
2: İkinci mərhələdə insanda qıcıqlanma , acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur.
3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir.

Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur. Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir. Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin.
Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:
1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.
2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.
3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.
4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır.
5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.
6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.

Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın.

PPC.az

 

Go Back

Qış depressiyası

Qış depressiyası bir növ affektiv narahatlıq – emosional pozğunluqdur. Bu hal fəsil depressiyalarının bir növüdür. Əsasən əhval-ruhiyyənin aşağı olması, həssaslıq, koqnitiv pozğunluqlarla – adaptasiya olmada çətinlik, yaddaşın zəifləməsi və s. müşahidə edilir. 

Qadınlar kişilərlə müqayisədə bu hala daha həssasdırlar. Əsasən 18-30 yaş arası insanlarda daha çox baş verir. Bir çox alimlər bunu qış vaxtı yetərli gün işığı almama ilə əlaqələndirirlər. İşıq çatışmazlığı isə öz növbəsində beyində hipotalamusun işinə mənfi təsir edir, melatonin və serotonin arasındakı balans pozulur. Fəsil depressiyasının əlamətləri erkən payızdan da başlayaraq qışa qədər qala bilər. Hətta bir çox insanlar bu hala çox ağır reaksiya verirlər. 

Qış depressiyasının əlamətləri: 
• Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s.
• Yuxu pozğunluğu, yuxusuzluq 
• Yaddaşın azalması, intellektual səviyyənin enməsi 
• İş qabiliyyətinin aşağı düşməsi 
• İştahanın azalması
• Həzm pozğunluqları 
• İmmun sistemin zəifləməsi 
• Özünəqapanma 
• Sosial problemlərin yaranması və s. 

Müalicəsi
Əslində hər bir kəs özünün psixoloqu olaraq özünü bu haldan çıxara bilər. Qış depressiyalarının ən effektiv müalicələrindən biri işıq terapiyasıdır. Bundan əlavə idman, rəqs, musiqi dinləmə, uzun müddət açıq, təmiz havada gəzintilərin təşkili də dəyərli metodlardan sayılır. Eyni zamanda qida rasionuna bu qidalar da daxil edilsə yaxşı olar: ət, yumurta, süd, balıq, pendir, meyvə və tərəvəzlər. Ətirli bitki dəmləmələri – məkkəgülü, jasmin, mixək, darçın, ətirli yağlarla masaj – lavanda, limon, portağal və s., efir yağları ilə aromaterapiya müsbət təsir edən üsullardandır. Və ən nəhayət, çalışın ki, hər kəsə gülümsəyəsiniz ki, depressiyadan uzaq olasınız.

kayzen.az

Go Back

Autoimmun xəstəliklər

İmmun sistemi – xeyli sayda immun hüceyrələri və digər müdafiəçiləri olan yüksək döyüş qabiliyyətli bir «ordudur». Bu döyüşçülərdən ən məşhurları limfositlərdir. Onlar hələ uşaq ana bətnində olarkən xüsusi hazırlıq keçerək “özününkü” olmayanları (bakteriyalar, viruslar, yad hüceyrələr və s.) “özününkülərdən” (hüceyrələr, toxumalar, orqanizmin öz molekulları və s.) ayırmağı öyrənirlər. Ancaq əfsuslar olsun ki, immun sisteminin döyüşçüləri arasında orqanizmin öz hüceyrələrinə hücum edən «satqınlar» da olur. Onlar autoimmun (“auto” – özünükü, şəxsi sözündəndir) və ya autoreaktiv hüceyrələr adlanır. 

İmmun sisteminin əsas vəzifələrindən biri belə «satqınları» izləyərək onları məhv etməkdən ibarətdir. Ancaq bunu etmək heç də hər zaman mümkün olmur.Əgər autoimmun hüceyrələr immun sisteminin nəzarətindən çıxarlarsa, onlar orqanizmin öz toxumalarını məhv etməyə başlayırlar ki, bu da insulindən asılı şəkərli diabet, revmatoid artrit və s. kimi avtoimmun xəstəliklərinin yaranmasına səbəb olur. Digər halda isə bu hüceyrələr orqanizmin öz toxuma və molekullarına qarşı anticisimlər hazırlayırlar ki, bunun da nəticəsində yayılmış skleroz, qırmızı qurd eşənəyi və s. kimi xəstəliklər yaranır. Ümumilikdə 80-dən artıq autoimmun xəstəlik növləri məlumdur.

Autoimmun xəstəlikləri bunlardır:

- miasteniya (bədənin müxtəlif əzələləri zədələnir);

- Şeqren sindromu (tüpürcək vəziləri, qara ciyər, qalxanvari vəzi, böyrək hüceyrələri zədələnir);

- autoimmun trombositopeniya (trombositlərin sayının azalması);

- sklerodermiya (ürək, dəri, böyrək və ağ ciyər hüceyrələri zədələnir);

- insulin asılılıqlı şəkərli diabet (mədəaltı vəzinin hüceyrələri zədələnir);

- revmatoid artrit (oynaqların birləşdirici toxumaları zədələnir);

- diffuz toksik zob (qalxanvari vəzi hüceyrələri zədələnir);

- qurd eşənəyi sistem xəstəliyi (dəri, oynaqlar, ürək, ağ ciyərlər, böyrəklər zədələnir);

- autoimmun hemolitik anemiya (qan hüceyrələri zədələnir);

- yayılmış skleroz (mərkəzi sinir sisteminin hüceyrələri zədələnir);

- vitiliqo (dəri hüceyrələri zədələnir) və s.

Autoimmun xəstəliklərin yaranması mexanizmi hələ tam öyrənilməmişdir. Məlumdur ki, autoimmun xəstəliklərinin səbəbi immun sisteminin bütün funksiyalarının və ya onun ayrı-ayrı komponentlərinin pozulmasıdır. Məsələn, qırmızı qurd eşənəyi sistem xəstəliyinin, miasteniyanın və ya diffuz toksik zobun inkişaf etməsində “günahkar” — öz funksiyasını kifayət dərəcədə yerinə yetirə bilməyən T-limfositlər-supressorlardır. Normal halda, bu limfositlər immun cavabı tormozlayaraq, onun inkişaf edərək orqanizmin özü üçün təhlükə törədə biləcək həddə çatmasına imkan vermirlər. Sklerodermiya zamanı T-xelper-limfositlərin aktivliyinin anormal şəkildə artması nəticəsində orqanizmin immun cavabı xeyli dərəcədə güclü olur və orqanizmin özünü də dağıtmağa başlayır.

Bu və ya digər autoimmun xəstəliklərinin heç birinin yaranmasının səbəbləri indiyə qədər də alimlər tərəfindən dəqiq öyrənilməmişdir. Ancaq o da məlumdur ki, bir sıra həm xarici, həm də daxili zərərli faktorlar onların inkişaf etməsinə təkan verə bilər. Belə faktorlardan bəzilərini nəzərinizə çatdırmaq istəyirik:

1. Genetik meyilliliyin olması. Məsələn, əgər sizin yaxın qohumlarınız arasında yayılmış sklerozu olan xəstə olarsa, bu halda sizin bu xəstəliyə düçar olma riskiniz 20-50% təşkil edir.

2. İnfeksion xəstəliklər. Hamıya məlumdur ki, istənilən xəstəlik immun sisteminin aktivləşməsinə, qoruyucu reaksiyalar «zəncirinin» işə düşməsinə səbəb olur ki, onlar da viruslara yoluxmuş hüceyrələri və ya bakteriyaları məhv etməyə başlayırlar. Ancaq bəzi hallarda belə xəstəliklərinə cavab olaraq yaranan immun reaksiya sonradan dayanmır. Bu zaman anormal bir vəziyyət yaranır – xəstəliyi törədən bakteriya və viruslar orqanzmdən xaric olsalar da, immun sistemi işləməkdə davam edir. Nəticədə orqanizmin normal hüceyrələrindən azca da olsa, fərqlənən öz hüceyrələri də onun hədəfinə çevrilir.

Sadə şəkildə bunu belə təsəvvür etmək olar: məsələn, qrip xəstəliyinin kəskin dövründə virus hər zaman ürək əzələsi hüceyrələrinə, qığırdaq toxumasına, qan hüceyrələrinə daxil olaraq, onlarda öz bioloji izini qoya bilir. Viruslarla mübarizəyə qarışan immun sistemi, bu hüceyrələri də “yad” hüceyrələr kimi qəbul edərək onları (bunula yanaşı olaraq, ürək, oynaqlar, böyrəklər və qanı da) da dağıtmağa başlayır. Nəticədə qrip keçirmiş insanda miokardit, artritlər (oynaqların zədələnməsi), qan xəstəlikləri və ya nefrit (böyrək xəstəliyi) kimi xəstəliklər də inkişaf edə bilər. Elə infeksiya törədiciləri vardır ki, onlarqara ciyərin, mədəaltı vəzinin və ya qalxanvari vəzinin hüceyrələrini zədələyir. Belə hallarda həmin orqanların autoimmun xəstəlikləri — qara ciyər sirrozu, diabetin müxtəlif formaları, zob inkişaf edir. Viruslar baş beyin qişalarını, görmə orqanlarını, dəri hüceyrələrini və s. toxumaları zədələmiş olarsa, immun sisteminin anormal işləməsi nəticəsində yayılmış skleroz, uveitlər,psoryaz və digər xəstəliklər də inkişaf edə bilər.

3. Xroniki intoksikasiyalar. Məsələn, metallurgiya (metal istehsalı), neftayırma və kimya sənayesi olan iri şəhərlərdə yaşayan əhali arasında autoimmun xəstəliklərinin səviyyəsi kənd yerlərində ekoloji təmiz şəraitdə yaşayanlara nisbətən daha yüksək olur.

4. Ultrabənövşəyi şüalanma, radiasiya. İnsanlar günəş altında normadan artıq dərəcədə “qaraldıqda”, həmçinin radiasiyanın təsirinə məruz qaldıqda onların orqanizmində olan normal maddələr öz qurluşunu dəyişə bilər. Bu halda, orqanizmin immun sistemi həmin dəyişilmiş maddələri yad substansiya (maddə) kimi qəbul edərək onlarla mübarizəyə başlaya bilər.

5. Dərman preparatları. Bəzi dərmanlar (məsələn, penisillin) eritrositlərlə (qırmızı qan hüceyrələri) birləşirlər. Ona görə də orqanizmin immun sistemi bu hüceyrələri “yad” antigenlər kimi qəbul edərək onlara hücum edir.

6. Balanslaşdırılmamış qidalanma (yüksək kalorili pəhriz, qidada kifayət qədər sellülozun olmaması) – yaxın qohumlarında şəkərli diabet olan insanlarda insulin asılılıqlı şəkərli diabetin yaranmasına səbəb ola bilər.

Bəzi autoimmun xəstəliklər müəyyən bir müddət keçdikdən sonra qəflətən başladıqları kimi, qəflətən də öz-özünə keçib gedə bilərlər. Anacaq əksər hallarda, onlar xroniki hala keçərək insanın bütün ömrü boyu müalicə tələb edir.

Bəs, immun xəstəliklərindən necə qurtulmaq olar? Əlbəttə ki, digər xəstəliklər kimi bu xəstəliklərdən də heç kim sığortalanmamışdır. Ancaq yaxın qohumlarında autoimmun xəstəliklər olan insanlar bu təhlükəyə daha çox məruz qalırlar. İrsən ötürülən risk — xəstəliyin özü yox, ona meyilliliyin olmasıdır. Xəstəliyin yaranması üçün müvafiq şərait yarandığı halda, bu meyllilik, xəstəliyin özünə çevrilə bilər. Ona görə də, ailələrində autoimmun xəstəliklər olan şəxslər bu xəstəliklərin profilaktikasına əməl etməlidirlər: kəskin və infeksion xəstəliklər vaxtında və düzgün müalicə olunmalı, zərərli adətlərdən imtina etməli, düzgün qidalanmalı, stresdən uzaq olmalı və s.

Yəqin ki, hər bir həkim-terapevt öz təcrübəsində, cavan kişi və qadınların xəstəlik tarixlərində, müalicə olunmayan və ya yarımçıq müalicə olunan infeksion xəstəliklərdən sonra onların başında, dərisində, qara ciyərində, oynaqlarında anlaşılmaz problemlərin yaranması kimi halları xatırlaya bilər.

“Sadəcə olaraq bir qədər soyuqlamışam” deyərək, biz bir çox hallarda xəstə ola-ola, hərarətin yüksək olmasına baxmayaraq işə çıxırıq. Bunun nəticəsi olaraq bu xəstəlikdən sonra bir dəstə fəsadlar (otit, tonzillit, bronxit və s.) almış oluruq. Belə fəsadlardan biri də autoimmun xəstəlik ola bilər. Məsələn, hazırda ən çox yayılmış autoimmun xəstəliklərdən biri hesab olunan — revmatoid artrit bir çox hallarda məhz angina xəstəliyi keçirdikdən sonra yaranır.

Əgər soyuqdəymədən tamamilə sağalmamış uşağı valideynləri uşaq bağçasına və ya məktəbə göndərirlərsə və bu zaman ona hər hansı bir infeksion xəstəliyə qarşı profilaktik peyvənd və ya vaksin də vururlarsa, bu daha da acınacaqlı nəticələrə gətirib çıxara bilər. Bu halda autoimmun xəstəliyin inkişaf etməsi ehtimalı dəfələrlə artır. 
Bu deyilənlərdən ancaq bir nəticəyə gəlmək olar: həm özünüzün, həm də uşaqlarınızın orqanizminə çox ehtiyatla yanaşmaq, risk faktorlarını və orqanizmin imkanlarını düzgün qiymətləndirmək lazımdır. Bu halda, digər xəstəliklərlə yanaşı autoimmun xəstəliklərin inkişaf etmə ehtimalı azalmış olur.

kayzen.az

Go Back

Əllər nə üçün titrəyir

Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq,nevroloq,psixoloq,toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməniz atılan ən doğru addımdır.Bu zamanında və düzgün diaqnozun qoyulması eyni zamanda düzgün müalicə taktikasının seçilməsi üçün olduqca əhəmiyyətlidir.Unutmayaq ki.düzgün  diaqnoz yarı-yarıya müalicə deməkdir.Titrəmənin səbəbləri kkifayət qədər çoxdur.Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır.Tibbdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab olunmuşdur:patoloji və normal. 

  Normal titrəmənin kliniki olaraq bir əhəmiyyəti olmayıb xüsusilə gənc yaşlarda daha çox müşahidə olunmaqdadır.İnkişaf edən orqanizmi hər hansı ani stress və ya həddindən çox fiziki yükləmə bədənin müxtəlif hissələrinin eyni zamanda və ya domino effekti ilə titrəməsinə səbəb ola bilər.Əgər titrəmə tamailə sakit bir vəziyyətdə başlayır və müəyyən müddət davam etməklə yanaşı digər hissələrə də keçirsə həkimə müraciət edilir və bu zaman mütəxəssis tərəfindən təyin olunan qıcolma əleyhinə və trankvilizator preparatlar problemin aradan qalxmasına kömək edir.Kliniki müşahidə üçün 2 həftə kifayətdir.Əgər bu hal davam edirsə artıq buna normal deyil patoloji titrəmə diaqnozu altında baxılır və uyğun tədbirlər görülür.Bu halda heç bir zaman kənardan müdaxilə olmadan titrəmənin spontan olaraq dayanması mümkün olmur.Patoloji titrəmö dərman qəbulu,orqanizmin metabolik reaksiyası şəklində və zərərli vərdişlərin nəticəsi kimi meydana çıxa bilir.Hər bir halda həkim-mütəxəssis səbəbi müəyyən edərək adekvat addım atmalıdır,buna görə də heç bir halda özünüzə təsəlli verərək problemin aradan qalxa biləcəyini düşünməyin.

kayzen.az

Go Back

ANANKAST ŞƏXSİYYƏT POZUNTUSU

Hamımız öz prinsip və ideallarımızla yaşayırıq. Lakin ümumi, dünyəvi qanunlar var ki, biz onları adlaya bilmərik. Bunun üçün bəzən öz istəklərimizi qurban veririk ki, nəticədə yenə də qalib tərəf  biz oluruq.

Müəyyən şəxsiyyət tipləri var ki, onlar nəinki öz prinsiplərini qurban vermirlər, hətta hamını bu prinsiplə yaşamağa məcbur edirlər. Və əgər bir prinsipi “ideal” formada reallaşmazsa bu insan, həyatını “qaralamaq” nəticəsinə gəlir.

Hər bir detala diqqət yetirən bu insanın həyatında eybəcər, əyri və ya səhv bir şey olmamalıdır. Hər bir addım qabaqcadan fikirləşilir və detallara qədər düşünülür.   Pedantik və  inadkar olan bu insanlar həmişə səhv axtarıb onu düzəltməyə çalışırlar.

Bu insanların daim şübhələrlə yaşaması onların həyatı dolğun yaşamasına imkan vermir. Əslində şübhələrinin real olmasını istəyirlər – çünki istəkləri “mənim şübhələrim düz oldu. Mən səhv düşünə bilmərəm” şəklindədir.  Bütün bunlar eqonun  artmasına gətirib çıxarır. Insanın məhsuldarlığı daim aşağı və nəticədə nailiyyətlərin olmaması daha da ideallığa can atmağa məcbur edir. Dairə qapanır – sıfirdan yaradılan hər bir şey nəticədə yenidən məhv edilir, çünki hər yaradılan getdikcə ideallıqdan daha uzaq qəbul edilir.

Xəstəliklərin Beynəlxalq Təsnifatında belə ideallığa can atmaq, şübhələnmək, tərəddüd edən, detallara diqqət yetirən bu şəxsiyyətləri  F60.5 aşağıdakı simptomları özündə ehtiva edir:

  1. Hədsiz xırdaçılıq
  2. Təmkinlilik
  3. Inadkarlıq
  4. Ehtiyatlılıq
  5. Şübhəli olmaq
  6. Rigidlik
  7. Pedantiklik

Belə şəxsiyyətlər həyatda nəinki özünün, həmdə ətrafın həyatını keyfiyyətsiz etmək iqtidarındadır.

Gözəl bir kəlmə “ideal heç bir şey yoxdur”. Və məhz bu çatışmayan cəhətlər insanı gözəl və seçilən edir. Biz robot deyil, adi insanlarıq!

Dəyişməyə deyil və həzz almağa çalışın!

Aydan Xasməmmədzadə. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu

pcc.az

Go Back

Şəxsiyyət Oğurluğu Sindromu

Əgər siz də özündən tez-tez şübhə edənlərdənsinizsə, bu məqalə məhz elə sizin üçündür. Məsələn, siz işlədiyiniz yerə layiq olmadığınızı düşünə, kimsə sizi tərifləyəndə özünüzü xeyli narahat hiss edə bilərsiniz. Əslində bu təriflərə layiq olmadığınızı, heç kəs bundan xəbərdar olmasa da, özünüzün təcrübəsiz, istedadsız, uğursuz və ya savadsız biri olduğunuzu hesab edə bilərsiniz. Əgər bu suallara təsdiq cavabı verirsinizsə, deməli psixologiyada şəxsiyyət oğurluğu sindromu adlandırılan bir problemə yaxınsınız. Lakin siz tək deyilsiniz, insanların 70 faizi karyeralarının müəyyən nöqtələrində bu sindroma yoluxurlar. 

Şəxsiyyət oğurluğu sindromuna yoluxan insanlar özlərini daima natamam hiss edir və bunun əksini göstərən hər hansı bir şey ilə qarşılaşdıqda özlərindən şübhə etməyə başlayırlar. Bu sindrom insanların özlərini sanki intellektual oğru kimi hiss etmələrinə səbəb olur. Onlar heç vaxt əldə etdikləri uğurları dərk etmir, hər bir bacarıqlarını gözardı edirlər. 

Əgər belə bir problemlə siz də üz-üzəsinizsə, unutmayın ki, əldə etdiyiniz bütün uğurlar sizin bəxtinizin yaxşı olmasına görə deyil, sərf etdiyiniz əməyə görə sizin olub. Onların hər birinə layiqsiniz.

Bu sindroma yoluxan insanlar adətən uğurlu insanlar olur. Öz çevrələrində və ya yaş qrupunda olan digər insanlar onları kifayət qədər peşəkar və savadlı hesab edirlər. Şəxsiyyət oğurluğu sindromu yaşayan insanlar karyeralarında yüksək pillələrə qalxdıqca, ətrafda baş verən hadisələrlə maraqlanmağı tərgidir və bir nöqtədən sonra olduqları yerdə panikaya düşməyə başlayırlar. Özlərini saxtakar kimi hiss edir və çevrələrindəki insanların əslində bu uğura layiq olduğuna inandırma cəhdlərinə başlayır. 

Bəs bu sindrom nədən qaynaqlanır?

Psixoloqlar digər bütün vərdişlərlə bağlı qəlibləşmiş düşüncələrdə olduğu kimi, şəxsiyyət oğurluğu sindromunun da ailə quruluşundan və uşaqlıqdan bəri yaşadıqlarımızla bağlı olduğunu iddia edir. Şəxsiyyət oğurluğu sindromuna gətirəcək səbəblər müxtəlifdir. Onlardan bir neçəsini sizə təqdim edirik:

- Layiq olmadığınız təriflər: Əgər valideynləriniz və digər ailə böyükləriniz sizə edilən təriflərə layiq olmadığınızı aşılayıbsa, problem məhz buradan qaynaqlana bilər. Daima başqa uşaqlarla müqayisə edilirək, onları sizi nümunə göstərmələri bir müddət sonra təriflər qarşısında özünüzü saxtakar kimi hiss etməyə gətirib çıxarır.

- Heç təriflənməmək: Etdiyiniz çox gözəl işlərin sonundan da ailənizdən heç bir tərif və təqdirə layiq görülməmisinizsə, tədricən bu sizin travmanıza çevrilə bilər. Özünüzü daima natamam hiss edəcək, şəxsinizə qarşı hörmət və sevginiz azalacaqdır. Əgər uşaq yaşlarında sizin bu ehtiyaclarınız ödənilməyibsə, özünüzə qarşı baxışınızda da natamamlıq olacaq. 

- Daima arxa planda saxlanılmaq: Sizin liderliyinizi nümayiş etdirməyiniz üçün heç bir şərait yaradılmayıbsa, bu da vəziyyətin tədricən gərginləşməsinə səbəb ola bilir. Daima arxa planda tutulmaq, məsuliyyət altına girməyə qoyulmaması sizin özünüzə olan etibarınızı da sarsısa bilir. 

Bununla necə mübarizə aparmalıyıq?

Şəxsiyyət oğurluğu sindromundan yaxa qurtarmağın yeganə yolu kökləri uşaqlığınıza qədər gedib çıxan bəzi inanclarınızı aradan qaldırmaqdadır. İllərdir sizinlə birgə olan bu inanclarınızdan xilas olmaq asan iş deyil. Bunun üçün növbəti tövsiyələrə nəzər salaq:

- Düzgün dəyərləndirmə aparın. Özünüz üçün çox böyük hədəflər qoyub, sonra natamamlıq hissinə qapılmaq vərdişinizdən xilas olun. Əldə etdiklərinizə fokuslanın və həmin şeyləri daha da böyütməyə çalışın. 

- Tərifləri obyektiv şəkildə dəyərləndirməyi öyrənin. Deyilən hər hansı bir sözü mühakimə və ya təhlil etməyin, sadəcə qəbul edin.

- Özünüzü sübut etməyə çalışmayın. Uğurunuzu sübut etmək üçün sözlərə çox güc verməyin. Bu heç də yaxşı görünmür. Belə etdiyinizdə layiq olmadığınız bir uğurun qarşısında hiss etdiyiniz narahatçılığı gizətməyə çalışırsınız. Lakin tam əksini etmiş olursunuz. Bütün bunların əvəzinə, "Təşəkkür edirəm, sizin üçün yararlı olduğuna çox sevindim," deyərək, qarşılıq verə bilərsiniz. 

- Bəxtinizin gətirdiyini düşünməkdən əl çəkin. Belə edərək, çəkdiyiniz zəhmətləri heçə endirir, özünüzə qarşı böyük haqsızlıq edirsiniz. Ən çətin şərtlər altında da ağır bir iş və texniki yanaşma nəticəsində uğur qazanmaq mümklündür. Sizin əldə etdiyiniz bütün uğurlar da ağır zəhmətin nəticəsidir.

pahoo.az

Go Back

Katatonik sindromlar

Katatonik oyanma sindromu, səbəbsiz, məntiqsiz və pərakəndə (bəzən stereotip) formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halına deyilir. Xəstənin xarici görünüşü qeyri-təbii, yöndəmsiz, nitqi isə anlaşılmaz olur. Hər şeyi əksinə etmək-neqativlik qeyd olunur. Məsələn: xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır. 
Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Bəzən isə yersiz və gülünc formada meydana çıxır. Buna kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər. 

Katatonik stupor. Hərəkətlərini və nitqin tormozlanması ilə təzahür edən bu sindrom ya katatonik oyanmadan sonra, ya da müstəqil olaraq meydana çıxır. Bu halı keçirən xəstələr saatlarla hər hansı bir vəziyyətdə donub qalır, məcburi belə onları yerindən tərpətmək mümkün olmur. 
Onlar qolunu və ayaqlarını qarınlarına yığaraq bir küncdə otururlar və ya yataqda uzanırlar. Buna embrional vəziyyət deyilir. Çox zaman xəstə başını balıncdan bir qədər aralı saxlayaraq saatlarla bu vəziyyətdə qalır, bəzən də onlara verilmiş vəziyyətdə donub qalır. Bir ayağını və qolunu yuxarı qaldırıb, başını yana əyərək belə yöndəmsiz vəziyyətdə xeyli müddət dayana bilirlər. Buna katalepsiya (mumabənzər gərginlik) deyilir. Bəzən xəstələrə heç bir vəchlə hər hansı bir hərəkəti etdirmək olmur. Xəstə əks müqavimət göstərir (neqativizm əlaməti).

Katatonik sindromlar əksər təsadüflərdə bir sıra məhsuldar psixopatoloji əlamətlərlə birlikdə rast gəlinir. Aydın düşüncə fonunda hallüsinasiyalar və sayıqlamalarla müşayiət olunan katatoniya sindroma şizofreniyanın bir forması kimi rast gəlinir (Lüsid katatoniya).Emosional gərginliklə ifadə olunan hallüsinasiyalar, sayıqlamalarla və düşüncənin oneyroid vəziyyətdə pozulması ilə müşahidə olunan katatonik sindrom xoşxassəli gedişə malik şizofreniya üçün xarakterikdir (Oneyroid katatoniya).

Hebefrenik sindrom. Əhval-ruhiyyənin səbəbsiz, məzmunsuz yüksəlməsi fonunda nitqin və davranış hərəkətlərinin oyanıqlığı ilə müşayiət olunan psixi pozuntulardır. Xəstənin hərəkətləri gülünc və cəfəng (yöndəmsiz) olur. Müxtəlif təfəkkür pozuntuları, nitqin qırıqlığı, şəxsiyyətin enməsi əlamətləri bu sindromun ağırlıq dərəcəsini göstərir. Hebefrenik sindrom əsasən gənc yaşlarda başlayan bədxassəli şizofreniyada rast gəlinir. Nadir hallarda epizodik olaraq müxtəlif zəhərlənmələrdə-intoksikasion və reaktiv psixozlarda da rast gəlinir.

Mənbə: PCC jurnalı
Müəllif: Nərmin Quliyeva 

Go Back

Kleptomaniya (Oğurluq xəstəliyi)

Ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur.

Şəxsin əslində o malı satın ala biləcək kafi maddi təcrübəyə sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Bu davranış birindən intiqam alma məqsədiylə edilməmişdir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir.

Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilmişdir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır.

Narahatlıq haqqında aparılan tədqiqatların azlığı, bu vəziyyətlərin insanlar tərəfindən gizlədilməsi və bu vəziyyəti reallaşdıran kəslərin sağlamlıq xidmətlərindən çox məhkəmələrə sövq edilmələri səbəbiylə gerçək sıxlığı tam olaraq bilinməsə də min adamdan altısında rast gəlindiyi müəyyən olunmuşdur. Tutulan dükan oğrularının % 5-25`ində müəyyən olunmuşdur. 

Xəstələrin ümumi xüsusiyyətləri:
Qadınlarda kişilərə görə təxminən dörd qat daha sıx görülməkdədir.Gender arasındakı nisbətin bu qədər yüksək olmasının bir səbəbi də, kişilərin belə bir vəziyyətdə əksəriyyətlə xəstəxanalar yerinə həbsxanalara göndərilmələri ola bilər.

Qadınlarda ortalama olaraq 30-35 yaşda; kişilərdə 50-55 yaşda daha sıx görülməkdədir.Həm kişi, həm də qadınlarda digər impuls-idarə pozğunluqları narahatlıqla birlikdə özünü büruzə verə bilər.

Kişilərdə daha çox piromaniya (impulsiv olaraq atəş yandırıb, yanğın törətmə) və xəstəlik dərəcəsində qumar oynama, təkrar partlayıcı davranış pozğunluğu ilə bir yerdə ikən; qadınlarda trikotilomaniya (impulsiv olaraq saç və bədən tüklərini tutma xəstəliyi) ilə birlikdə görülə bilməkdədir.

Narahatlıq sosial-iqtisadi səviyyə ilə birbaşa bağlı olmayıb, bu vəziyyətdəki adamın hətta sosiomədəni səviyyəsi yüksək də ola bilər. Şəxslər bu davranışlarına mane ola bilmək üçün ictimai həyatlarını məhdudlaşdıra və ətraflarından uzaqlaşa, alış-veriş etməməyə çalışa bilərlər.

Xəstəliyə səbəb ola biləcək faktorlar:
Uşaqlıq dövründə yaşanan mənfi şərtlərin nəticəsində inkişaf edən itkin həyatları əhəmiyyətli faktorlar arasındadır.Kleptomanik davranışlar da bunların təsirini aradan qaldırmağa istiqamətlidir. Şüuraltındakı bu xatirələrin şəxsi məcbur etməsi ilə meydana gəldiyi düşünülməkdədir. Bu insanların uşaqlıqlarındakı ailə həyatlarının olduqca travmatik və problemli olduğu müəyyən olunmuşdur. Bu fərdlərdə narsisistik (özünə olan sevgi, maraq) qırılmaların, özünə inam yaralanmalarının nəticəsi olaraq ortaya çıxdığı da düşünülməkdədir. İnsanın özünə hörmət və dəyərliliyinə istiqamətli hücumlar irəliləyən dövrlərdə adamın yetkin bir mənlik quruluşu inkişaf etdirməsinə mane olar və bu cür davranışlara zəmin hazırlayar. 

Kleptomaniya hərəkətləri bir itkin həyatını izləyərək də inkişaf edə bilməkdədir.Bu vəziyyətə qadınlarda uşaqların evdən uzaqlaşması; kişilərdə andropoz dövründə rast gəlinə bilər. Qadınlarda gərginliyin artdığı mensturasiya dövrləri və hamiləlik dövrlərində bu cür hərəkətlər artmaqdadır.

Bu insanlarda cinsəlliklə əlaqədar problemlərə də rast gəlinir. Müxtəlif psixiatrlara görə uşaqda 3-5 yaş arasında müşahidə edilən və Freud tərəfindən “fallik dövr” olaraq adlandırılan, uşağın cinsi orqanlara istiqamətli maraq və hərəkətlərində artımın olduğu dövrlərdə qarşılaşılan problemlərlə bağlı olduğu düşünülməkdədir.

Müalicəsi:
Fərdin keçmişi və bu anı ilə əlaqədar zədələyici hadisələrdən yan keçərək,bunlara istiqamətli uyğun düşüncə sxemləri inkişaf etdirilməsi və ictimai əlaqələrdəki əlverişsiz müdafiə mexanizmlərinin dəyişdirilməsini hədəfləyən müalicələr, impulsiv hərəkətləri və qayğı vəziyyətini azaltmağa istiqamətli dərman müalicələri və lazım olsa hipnoz ilə müvəffəqiyyətli nəticələr alınmaqdadır.

Mənbə: PCC jurnalı
Müəllif: Nərmin Quliyeva 

Go Back

Psixi inkişafı ləngidən amillər hansılardır?

Son dövrlərdə daha çox rast gəlinən bu problemi necə aradan qaldırmaq olar?

Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm deməkdir. Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauygunluqları və mexanizimləri haqqında elmdir. Həmçinin psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslər də 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emmosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir.

İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir. Birinci mərhələ, nitqin nkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir. İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir ki, bud a 1 yaşdan 3 yaşa qədər olan dövrə təsadüf edir. Üçüncü şifahi nitqin zənginləşməsi mərhələsidir. Bu mərhələ -3 yaşdan 7 yaşa qədər olan dövrü əhatə edir. Dördüncü mərhələ nitqin təkminlləşməsi və yazılı nitqin inkişafı mərhələsidir və 7 yaşdan sonar baş verir.

Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosianal vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır. 3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyyatı olur. Ona gorə də istər valideyinlər istərsədə tərbiyyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə örətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin. İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyükdür. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır.

Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özün inamsızlıqda yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və baxçaya getmək istəmirlər. Elə psixika var ki nitqi geri salır. Elə qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitq yoxdursa uşağın psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa bu xüsusiyyətlərdə ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz.Beləki uşaq deyilən müraciəti anlamırsa onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görədə uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır. Bəzən isə uşaqlarda psixi inkişaf ləngiməsi kimi mənfi tendensiya müşahidə edilir. Etiraf etmək lazımdır ki, psixi inkişaf ləngiməsi dövrümüzün aktual problemlərindən biridir. Bu problem ilk dəfə XIX əsrdə Lassenq və Lorens tərəfindən aşkarlanıb. Müasir dövrdə psixi inkişaf ləngiməsi daha ətraflı öyrənilməyə başlayıb. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Bunu müəyyən etmək üçün psixi inkişaf ləngiməsinin yaranma səbəbini aşkara çıxarmaq lazımdır. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, bu amillər isə 3 qrupa bölünür. Birincisi, endogen amillər-yəni daxili səbələrdən qaynaqlanan amillər qrupu, ikicisi, ekzogen amillər-yəni xarici səbəblərdən qaynaqlanan amillər qrupu və nəhayət üçüncüsü, irsi amillər. Endogen amillərə - hamiləlik dövründə ananın qida rejiminin pozulması, keçirdiyi infeksiyalar, hamiləliyin ümumi toksikozu, nevropatiya daxildir. Ekzogen amillərə - doğuş zamanı travma, erkən yaş dövründə keçirilən xəstəliklər daxildir. İrsi amillər isə genetik faktorlarla bağlıdır. Mərkəzdən bildirilir ki, bəzən isə hormonal problemlərin də psixi inkişaf ləngiməsinə səbəb olması barədə fikirlər də söylənilir. Lakin bu fikir tam təsdiqini tapmayıb.

Psixi inkişaf ləngiməsini səciyyələndirən bəzi xarakter xüsusiyyətlər var. Adətən bu kimi insanlar ətrafındakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkirlər. Çox vaxt isə məntiqsiz hərəkətlər edirlər. Həmçinin say, zaman və böyüklük ölçülərindən istifadə zamanı çətinliklə üzləışirlər Bir qayda olaraq diqqəti mərkəzləşdirə bilmir, təfəkkür sferasında analiz, sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkirlər. Həmçinin psixi inkişaf ləngiməsindən əziyyət çəkənlərdə iradə və emosional sferada kasadlıq, təsəvvür etmədə çətinlik, tez təsir altına düşmə kimi də mənfi hallar müşahidə edilir.

Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, əgər uşaqlarda bu hallar müşahidə edilərsə, o zaman vaxt itirmədən mütəxəssis köməyindən faydalanmaq zəruridir. Çünki vaxtında müdaxilə edilmədikdə daha sonra ağır nəticələrlə üzləşmə riski böyükdür.

Kamal

olaylar.az

 

Go Back

XRONİKİ YORĞUNLUQ

Xroniki yorğunluq sindromunun aşağıdakı əlamətləri var:
- xəstəliyin qripp, adenovirus infeksiyası və ya etiologiyası dəqiqləşdirilməmiş 
kəskin respirator virus xəstəliklərdən dərhal sonra başlanması,
- titrətmə, subfebrilitet, kəskin ümumi zəiflik, uzunmüddət qalan və gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi,
- səthi yuxu, yuxuyagetmənin çətinləşməsi, gecə yuxusundan sonra bədənədə yorğunluq hissi, 
- daimi zəiflik və emosional dəyişkənlik, günün işıqlı vaxtı uzanaraq istirahət etmək arzusu, 
- aşağı emosional tonus, pis ovqat fonunda vaxtaşırı depressiyalar, astenodepressiv sindrom, 
- bəzi qrup limfa düyünlərinin, 1-ci növbədə ön və arxa boyun, çənəaltı limfa düyünlərinin böyüməsi və həssaslığının artması,
- splenomeqaliya,
- diffuz mialgiya və artralgiya,
- təkrar kəskin respirator xəstəliklər, anginalar, bronxitlər və.s.
- boğazda ağrı və quruluq (qeyri-ekssudativ faringit),
- fiziki cəhətdən tez yorulma və yorğunluğun uzun müddət keçməməsi,
- yaddaş və intellektin zəifləməsi, diqqətin konsentrasiyasının çətinləşməsi.
Xroniki yorğunluq sindromunun diaqnostikası zamanı fiziki müayinələr və anamnezin toplanması diqqətlə aparılmalıdır, əks təqdirdə yorğunluğun hər hansı digər səbəbi (məsələn; endokrin patologiyası, metobolizmin pozulması, nevroloji xəstəlik) nəzərdən qaçırıla bilər.
Xroniki yorğunluq sindromunun müalicəsi adətən ailə həkimi , terapevt, allerqoloq, fibromialgiya və artritlər üzrə mütəxəssislər tərəfindən aparılır.
Xəstənin müayinəsi xəstəlik simptomları, qəbul olunmuş preparatlar barədə söhbətdən başlayır. Son diaqnoz qoyulanadək həkim xəstədəki yorğunluğun adi fiziki yorğunluq olub-olmadığını dəqiqləşdirmək üçün mümkün olan bütün testlərdən istifadə etməlidir. Qanın ümumi analizi, böyrəküstü və qalxanabənzər vəzilərin funksiyasının yoxlanılması, döş qəfəsinin, sidiyin və nəcisin (qarın, mədə və bağırsaqlarda ağrı olarsa) analizlərinin olunması vacibdir.
Adətən xroniki yorğunluq sindromu zamanı müayinələrin nəticəsi normaya müvafiq olur; xəstəliyin diaqnozunun qoyulması isə daha çox həkimin professionallığından asılı olur. Xəstəliyin təbiəti barədə bir sıra mülahizələr mövcuddur ki, bunların hər birinin əsasları vardır. Xroniki yorğunluq sindromunun zəhərlənmənin bir forması, depressiyaların bir növü, virus xəstəliyi, immun sistemin cavab reaksiyası hesab edənlər var. Qeyd etmək lazımdır ki, düzgün müalicə olunmadıqda xəstəlik inkişaf edərək insanın əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Əksər hallarda xroniki yorğunluq sindromu illərlə sürərək xəstənin sinir-psixi vəziyyətini pisləşdirir. 
Xroniki yorğunluq sindromunun müalicəsində ozonoterapiya çox effektli nəticə verir. Vitaminoterapiya və başqa dərmanlarla birgə tətbiq olunarsa xr. yorğunluğu aradan qaldırmaqla, iş qabiliyyətini bərpa etməklə bərabər, insanda olan digər yanaşı xəstəliklərə də, (hipertoniya, şəkərli diabet, qanazlığı, ürəyin işemik xəstəliyi, revmatizm və s.) müsbət təsir göstərir. OZONOTERAPİYA çox effektli, heç bir ziyanı olmayan əvəzolunmaz bir müalicədir. onun faydalarında yararlanın.

 

vital.az

Go Back

Nevrozu necə müalicə etmək olar?

Bunun üçün müxtəlif vasitələr mövcuddur.

Nevroz, psixonevroz, nevrotik pozğunluq tibb elminə istifadə olunan termindir və funksional psixogen pozğunluqlar qrupudur.
Adətən Astentik, təkrarlanan və isterik nevrozlar əqli və fiziki iş qabiliyyətlərinin azalmasına səbəb olur. Əsas psixoloji faktor kimi nevrozda konfliktli (daxili və xarici) şəraitdə yaranan psixoloji travmalar yaxud uzunmüddətli emosional, intellektual gərginlikdir.
Nevrozun psixoloji simptomları kimi- qətiyyətsizlik, ünsiyyətdə problemlər, emosional narahatlıq (adətən, səbəbsiz yerdə), tez-tez qorxu yaxud həyəcan hisslərinin yaşanması, əhval-ruhiyyənin kəskin dəyişməsi, yüksək səsə, parlaq işığa və temperaturun dəyişməsinə qarşı həssaslıq, yuxunun pozulması daxildir.
Fiziki simptomlardan danışsaq isə ilk növbədə- ürək və qarın nahiyəsində ağrılar, yorğunluq və halsızlıq hissləri, baş gicəllənməsi və gözdə qaralma, iştah pozğunluğu və öz sağlamlığının qeydinə həddən artıq diqqətin ayrılması daxildir.
Nevroz kənar yardım olmadan müalicə olunması gəldikdə, ilk növbədə bilmək lazımdır ki, nevrozun yaranamsına səbəb olan bütün konflikt və travmalar beyinin bir yerində saxlanılır. Daha doğrusu isə şüuraltında. Unutmaq olmaz ki, şüuraltı insan ağlının dərk etmədiyi hissəsidir.Bu çox önəmlidir.
İnsanın doğuluşundan indiki gününə qədər bütün məlumatlar şüuraltında saxlanılır. Bütün fikirlər, hisslər, situasiyalar, öyrəndiyiniz istənilən hərəkət burada cəmləşib.
İndi isə şüuraltında toplanan hisslərə nəzər salaq:
Uşaq vaxtı alınan psixoloji travmalar (beyində tez-tez blok edilən xatirələr silinir)
Neqativ emosiyalar (qəzəb, qorxu, nifrət və s.)
Şəxsiyyətin neqativ emosiyaları (qeyri-adekvat olmaq, özünə qurban gözü ilə baxmaq, inciklik və s.)
Özünə inamın məhdudlaşdırılması (məndə bu yoxdu, bu mümkün deyil, bu iş alına bilməz və s.)
Psixoloji komplekslər (öz fiziki və əqli qabiliyyətlərindəki çatışmazlıqları şişirtmək)
Bütün yuxarıda sadalananlar nevrozla birbaşa əlaqədədir və onun əsas səbəbidir. Sosiumun istənilən üzvündə bu özəlliklər var. Sadəcə, hər kəsdə bu müxtəlif saydadır. 
Ənənəvi müalicə vasitələri nevrozu müalicə edə bilərmi?
Adətən nevrozdan xilas olmaq üçün psixoterapevtə müraciət olunur. Lakin burda bir önəmli çatışmazlıq var- vaxt və effektlilik. Psixoterapevt söhbət vasitəsilə pasientdəki ziddiyyətləri ortaya çıxardır və onun özü-özündən baş çıxarmasına yardım edir. 
Nevroza qarşı digər müalicə vasitələri:
Nevroz əleyhinə preparatlar (həblər, homeopatiya/müalicəvi otlar)
Prosedurlar (masajlar, nevroza qarşı iynələr)
Kurort bölgələrə səyahət (istirahət et və əsəblər bərpa olunacaq)
Dərmanlar (preparatlar) nevrozun səbəbini müalicə etməsə də sakitləşmək üçün ondan istifadə etmək məsləhət görülür. Eyni səbəbdən pozitiv düşüncə treninqlərinin də faydası bir o qədər faydası ola bilər. 
Bütün bunları nəzərə aldıqda nevrozun müalicəsində ən asan yol səbəbin özündən xilas olmaqdır. Bəli, bunun üçün daha ciddi yanaşam tələb olunur, sadəcə aptekə gedib dərman qəbul etmək yox. İlk növbədə insan profilaktik tədbirlər görməlidir.
Məsələn, özünüzdə toplanan mənfi enerjini azad edin. Mənfi enerjidən xilas olmaq üçün hərə şəxsi seçimin edir- kimsə divar boyayır, kimsə idmanlar məşğul olur, kimsə də gündəlik qeyd dəftəri tutur.
Əgər pis bir hadisə baş veribsə, bundan azad olmaq üçün kiminləsə danışın. Bu psixoanalitik yaxud yaxın rəfiqə də ola bilər. Əsas odur ki, kiminləsə danışın və öz psixikanızı yükləməyin.
İş və istirahət zamanı balans yaratmaq lazımdır. Əməksevərlik də nevroza yol aça bilər. Əqli fəaliyyəti bir müddət fiziki aktivliyə çevirmək lazımdır. Sutka ərzində ən azı 30 dəqiqə fiziki hərəkətlərə ayrılmalıdır. 
Yuxu sutkada 6-8 saat olmalıdr. Əgər yuxu rejimi pozulubsa, yuxunu yaxşılaşdırmaq üçün profilaktik addımlar atmaq: vaxtında yatmaq, yüksək səsli musiqi dinləməmək, yuxu öncəsi çox yeməmək, otağın havasını dəyişmək lazımdır. 
Gündəlik rasionunuza antistress məhsullardan qatın. Bədəndə serotonini bərpa edən, sakitliyə cavab verən: tərkibində piy olan balıqlar, banan və pomidorlardan istifadə etmək. 
İstirahət edin. Təbiətdə gəzinti sizin psixiki durumunuz üçün səs-küylü kompaniyalardan daha faydalı olacaq.
Psixiatrlardan qorxmayın. Vitaminlər və profilaktik tədbirlər yaxşı olsa da sırf profilaktik xarakter daşıyır. Əgər nevroz artıq varsa, professionallara müraciət etmək lazımdır.
Nevrozun müalicəsi kompleks olmalıdır. İlk növbədə: psixiatr, psixoterapevt və nevroloqa müraciət olunmalıdır. Həkimin iştirakı ilk növbədə nevrozun səbəblərini aşkar etmək üçün lazımdır. Bundan bqaş məhz həkim lazımi müalicə təsirlərini (gərgin yaxud sakit əsəb sistemləri üçün)istiqamətləndirə bilər. 
Müalicə üçün aşağıdakı vasitələrdən istifadə olunur:
Psixotrop vasitələr (bunlar əsasən trankvilizatorlar olsa da, əsasən həkim reseptləri ilə satılır) 
Psixoterapiya kursları, Fitoterapiya (psixoloji travmaların müalicəsi) və Fizioterapiyadan istifadə olunur.


 

Vüqar İsmayılov

az.azvision.az

 

Go Back

Qapalı yer qorxusu - Klostrofobiya

Panik pozuntusu məşhur anksiyete pozuntusu və fobiyalardən bəhs edib,insanın ən fundamental qorxularından biri olan klostrofobiyadan bəhs etməmək əksiklik olar.

Bunu bəzən özbaşına dilə gətirirlər,bəzən də əhəmiyyət vermirlər,hətta normal qarşılayır amma soruşduqda izah edirlər.Ən çox qarşılaşılan vəziyyət,həyatını liftə minə bilməmə,qapısı bağlı otaqda yata bilməmə,dar sahədə durmama kimi bəzi əlamətləri, öz idarəsində basqılayan,bu vəziyyətlərdən qaçınan və əhəmiyyət verməyən şəxsin MR çəkilişi lazım olduğunu öyrənməsi ilə yaşadığı böhrandır.Tibbi bir zərurət vardır,tunel kimi,dar bir maşına girməsi və orada yarım saata yaxın müddət keçirməsi lazım gəlirdi.Amma bu onun üçün tabuta girib məzarın içində gözləməkdən fərqsizdir.MR çəkdirməyə müraciət zamanı %10 ətrafında klostrofobiya müəyyən olunmuşdur.Bu kəslərə ya anesteziya altında yatırdılaraq çəkiliş edilər,ya açıq MR-ə girərlər ya da klostorfobiya üçün müalicə görüb dərman alaraq girə bilərlər.MR ən dəqiq tətikləyən vəziyyətdir amma lift,hamam,kiçik və basıq tavanlı otaqlar, qapının kilidli olduğu bilinən hər hansı bir yer, sıxlıq mühitlər, mağaralar, tunellər,metro və hətta boğazı bir az sıxan bir qalstuk və ya boğazlı paltar belə claustrophobic bir vəziyyət ola bilər.Bəzi klostrofobiklərin bərbər kreslosunda oturarkən belə,qalxa bilməyəcəklərini düşünərək panikaya qapıldıqlarını bilirik.Adam da nəfəs darlığı,hava aclığı,baş gicəllənməsi,bayılacak kimi hiss,ölüm qorxusu,ağlını qaçırma qorxusu kimi bir sıra əlamət yaradar.Bu şiddətə çatdığında, vəziyyət artıq panik ataktır.Onsuz da bir çox hallarda klostrofobiya ilə panik atak pozğunluğu bir aradadır.

Sözün kökü,Latınca claustrum yəni "bağlı yer" və phobia "qorxu"dan gəlir.Tətikləyən düşüncə adamın o an orada çarəsiz və bağlı olduğu,istəsə də çıxa bilməyəcəyi,kömək ala bilməyəcəyi fikridir.Klassik psixologiyadakı bu öyrənilmiş,şərtlənmə şərhinin yanında,klostorfobiya üçün daha bioloji şərh də vardır,beyində duyğuları idarə edən amygdala adlı sahənin klostrofobik şəxslərdə daha kiçik olduğunu göstərən tədqiqatlar vardır.Bir digər görüş isə bəzi ailələrdə klostrofobik daha tez olduğu,bunun genetik faktorla açıqlana biləcəyidir.Bəlkə də insanın içində yaranmasından bu yana olan ölüm qorxusuna işarə edir.Müasir həyatda əsrlər boyunca,insanın ən dərin,gizli qorxularından biri ölmədən məzara girməkdir.Qəzada öldü sanılmaq və basdırılmaq,oyandığında çarəsiz və hərəkət edə bilməz halda məzarın içində olmaq.Bu qorxu,tarix içində özünə yeni ticarət sektorları yaratmışdır.Daha köhnə dövrlərdə cənazənin biləyinə bir ip bağlayıb,ipin ucunu məzarın xaricindəki bir çana məzmuna,daha yaxın zamanlarda izə kameralarla təchiz tabutlar,insanın bu qorxusunun məhsuludur.

Uşaqlıqda başı barmaqlıqlar arasına sıxışan,bir hovuza düşüb boğulma təhlükəsi keçirən,qaranlıq bir otaqda kilidli qalan,ailə tərəfindən kilidli bir avtomobildə buraxılan uşaqlarda,irəlidə klostrofobi inkişaf riski daha çoxdur.Bu da claustrophobic öyrənilən bir tərəfi olduğunu düşündürər.Klostorfobiyanın müalicəsində müxtəlif müalicə üsulları istifadə edilər.Klostrofobik adam,yaşadığı vəziyyətdən deyil,o vəziyyətə aid nəticələrdən qorxur.Qorxulan liftə minmək deyil, orada bağlı qalar və liftdən çıkamazsa huşunu itirmə keçirib kimsədən kömək alamamaqdır.Koqnitiv müalicədə adamda lift və bağlı qorxu ilə əlaqədar məlumatlar yenilənir,yenidən qurulur.Liftin qorxulacaq,zərər verəcək,həyati təhlükə meydana gətirəcək bir alət olmadığı,bağlı qalması vəziyyətində nələr ediləcəyini yenidən öyrədirlər.Məruz buraxma müalicəsindən isə,insan gedərək artan şiddətdə,qorxduğu vəziyyətə məruz buraxılar,alışması hədəflənər.Məsələn,liftə terapevt ilə birlikdə minmə və qapının açıq olaraq gözlənilməsi,biri aşağıda gözləyərkən bir qat çıxma,birinə xəbər verərək beş qat çıxma kimi.Bilinən ən təsirli müalicə üsulu budur,müvəffəqiyyət nisbəti 70%-ə yaxındır.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi 

psixotest.az

Go Back

Panik Atak və Ölüm Qorxusu

Panik atak nədir?

Kriz anında sanki öləcəm, ruhum bədəndən ayrılır, həqiqətən ölürəm? bu kimi suallar onları daima narahat edir. Panik atak gözləmədiyimiz bir anda baş verir və 10-30 dəqiqə davam edir daha sonra isə öz-özünə keçir.

Panik atakın göstəriciləri nələrdir ?

* Tərləmə

* Ürək döyüntüsünün artması, tez-tez vurması

* Nəfəs darlığı və boğulma hissi

* Baş fırlanması

* Üşümə yaxud istilik basması

* Titrəmə

* Sinədə sıxışma və ağrılar

* Ürək bulanma və qarın ağrısı

* Uyuşma

* Ölüm qorxusu

Bu göstəricilərdən ən az 4 və daha çox elamet panik atak anında baş verir ! Ataklar davamlı olmağa başlayır və insan hər dəqiqəsini qorxu içərisində yaşayır. Insanlar yaşayış tərzini dəyişir. Insanların çoxluq təşkil etdiyi məkanlara getmirlər, metro, avtobus, təyyarə, qatar və s. nəqliyyat vasitələrindən istifadə etmirlər. Ataklara yol aça bilən qidaları qəbul etmirlər. Ataklara görə evdən çıxanda dərmanlar götürürlər, əllərində daima su gəzdirirlər, tək qala bilmirlər, çölə tək çıxa bilmirlər, vaxtlarını daha çox xəstəxana yaxud əczaxana yaxınlarında keçirməyə üstünlük verirlər və s. Bir sözlə, həyatını dəyişməyə başlayırlar. Bəs həyat belə davam edərmi ? Təbii ki, yox !

Panik atakın 2 müalicə üsulu var:

1. Dərman terapiyası

2. Psixoterapiya (koqnitiv-bihevioral terapiya)

Bu müalicədə psixiatr və psixoloq vəhdət şəklində müalicəni davam etdirir.

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Psixoloji dəyərləndirmə nə deməkdir

Psixoloji testlər nədir?

Psixoloji test, insana xas davranış formasının standart və obyektiv dəyərləndirmə vasitəsidir.  Testin nəticələri, insan davranışlarına dair müəyyən məlumatlar verir. Psixoloji testlər digər elm sahələrində istifadə olunan testlərə bənzəyir. Məsələn, qandakı dəmirin miqdarı qandan nümunə alınaraq təyin olunursa, psixoloq yetkin insanın şəxsi keyfiyyətlərini şəxsiyyət testləri vasitəsilə qiymətləndirir. Psixoloji testlərdə fiziki xüsusiyyətin birbaşa ölçülməsi mümkün olmadığı üçün bu testlərdəki maddələrə və stimulyatorlara verilən cavabların şəxsin duyğu, düşüncə, inanc və davranışlarını əks etdirən davranışlar olaraq qəbul edilir. Qısacası, psixoloji testlər davranışların proyeksiyasıdır və standart şərtlərlə əldə olunur.

Psixoloji testlərin funksionallığı

Ümumiyyətlə, psixoloji testlərin funksiyası, eyni insanın fərqli situasiyalarda verdiyi reaksiyanı və ya digər insanlarla aralarındakı fərqləri ölçməkdən ibarətdir. Psixoloji testlərin ilk istifadə sahəsi məktəblər və uşaqlar olmuşdur. Tətbiq sahəsində ilk yararlı olan testlər əqli inkişaf geriliyi ilə bağlı yaradılmışdır. Bunu duyğusal istiqamətdən pozuntu olanlar, uşaq məhbuslar və müxtəlif davranış pozuntusu sahələrində tətbiq ediblər. Psixoloji testlərin ikinci istifadə sahəsi, beynəlxalq münasibətlər, maliyyə və iqtisadiyyatın digər sahələri olmuşdur. Burada isə əsasən fərdi konsultasiya, duyğusal yardım alma, özünüdərk və şəxsi inkişaf məqsədi daşımışdır. Hazırki dövrdə isə daha çox psixiatrik pozuntuların diaqnoz və ya təsnif olunmasında, mütəmadi şəkildə nəzarət altında saxlamaq məqsədiylə, proqnozda istifadə olunur. Gündəlik istifdə zamanı bu testlərin tədqiqat prosesində də əhəmiyyətli funksiyaları mövcuddur. Müxtəlif tədqiqatlar istifadə səbəblərindən biri də araşdırılan mövzuların daha obyektiv, mötəbər və güvənilir şəkildə dəyərləndirilməsini hədəf alır.

Psixoloji testin klinik sahədə istifadəsi üçün yararlılığı mütləqdir. Bunun üçün testi istifadə edən psixoloq bu dəyərləndirmə vasitəsi ilə təmin olunacaq məlumatların əhəmiyyətini bilməlidir. Testlə bağlı repertuarın geniş olması psixoloqa daha çox istifadə elastikliyini təqdim edir. Dəyərləndirmə üçün tələblərinə uyğun olan üsul və ya vasitələrdən istifadə edə bilər.

Psixoloji test və dəyərləndirmə vasitələrinin növləri

Psixoloji testlər müxtəlif xüsusiyyətləri baxımından təsnif olunur. Amma ən geniş yayılan təsnifat qabiliyyət və şəxsiyyət testləri sinfidir. Qabiliyyət testləri öz daxilində zəka testləri və şəxsi qruplar daxilində qabiliyyət testlərini ehtiva edir. Şəxsiyyət testləri isə şəxsiyyəti ölçən və əlavə olaraq maraq, dəyər və davranış testlərini əhatə edir. Şəxsiyyəti ölçən testlər isə öz daxilində obyektiv və proyektiv testlər şəklində iki yerə ayrılır. beyin və davranış əlaqəsini əsas götürən və müxtəlif beyin funksiyalarının səviyyəsini ölçməyi məqsədə alan neyropsixoloji testlər zəka testlərinə uyğun götürülür.

Zəka testləri

Hər bir insan zəka deyilən anlayışın olduğuna inanır, lakin bu anlayışın tam təsəvvürünü formalaşdırmaq bir qədər çətindir. Fransız psixoloqu Alfred Binet və dostları zəkanın ölçülməsinə yönəlik bir sıra tətqiqatlar aparırlar. İnsanların ovuc cizgilərindən fiziki xüsusiyyətlərinə qədər çox müxtəlif sahələrdə dəyərləndirmə aparırlar. Ən sonda fərqli qabiliyyətlər əvəzinə qarışıq zehni funksiyaları ölçməyi tapırlar. Hazırda zəka testləri (İQ testi), bəzən də zehni qabiliyyət testi olaraq adlandırıılan bu testlər insanın mövcud zehni qabiliyyətini dəyərləndirmək məqsədiylə yaradılmış standart ölçmə vasitələri olaraq təyin olunur. Binet testləri, Wechsler zəka testləri, akademik qabiliyyət testi kimi fərdi tətbiq olunan testlərin hamısı insanın mövcud zehni funksiyalarını dəyərləndirməyə və onun məktəbdəki performansını şərhləndirməyə yönəlir. Bu testlər başqa istiqamətlərdə də istifadə olunur: öyrənmə çətinliyini müəyyənləşdirmə və akademik planlama üçün zəif və güclü tərəfləri təyin etmə; üstün zəkalı şəxslərin təhsillərinin təmin olunması üçün xüsusi proqramın müəyyənləşdirilməsi və neyropsixoloji dəyərləndirmənin bir hissəsi kimi istifadə oluna bilər.

Zəka testləri; dil qabiliyyəti, sözsüz mühakimə, mücərrəd düşünmə, vizual bacarıqlar, diqqət və konsentrasiya və məlumatın ötürülmə sürəti kimi zəkanı yaradan müxtəlif funksiyaları ehtiva edir. ZƏka testlərinin bir çoxunda qiymətləndirmə standartdır. Suallar testi tətbiq edən mütəxəssis tərəfindən pasiyentə oxunur və cavablar qeyd olunur.Fərdi testlər xüsusilə klinik mühitdə tətbiq olunur. Fərdi testlərdən başqa bir neçə insana eyni anda tətbiq olunan qrup zəka testləri də var.

Şəxsiyyət testləri

Şəxsiyyət testləri, obyektiv (özünü dəyərləndirmə) testlər və proyektiv testlər olaraq iki yerə bölünür. Şəxsiyyət testləri, sadəcə şəxsiyyət xüsusiyyətlərinin və psixoloji əlamətlərin ölçülməsiylə bağlı testləri əhatə etmir. Bunlarla yanaşı affektiv, düşüncə, davranış və instinkt, maraq və davranışları da ehtiva edir.

Neyropsixoloji testlər

Bu testlər bir çox məqsədə xidmət edir. Bunlardan ən əsası pasiyentin şikayətlərinin psixoloji yaxud beyin travması nəticəsində ortaya çıxdığını araşdırmaqdan ibarətdir. Bir digər istifadə sahəsi isə beyin travmasının generalizə və ya hissəvi olub-olmadığını müəyyənləşdirmək və hansı funksiyalara nə dərəcədə təsir etdiyini təsbit etməkdən ibarətdir.

Ümumi qabiliyyət, qavrama və qavrama-motor performans, dil funksiyaları, yaddaş, problem həll etmə, diqqət və konsentrasiya, davranış elastikliyi, reaksiya zamanı istiqamətləndmə testlər vasitəsilə ölçülə bilir.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

Nərmin Quliyeva

pcc.az

 

Go Back

Amneziya nədir və necə yarana bilər

Zehnimizdə qeyd olunan məlumatları saxlamaq və yada salmaq gücünə yaddaş deyilir. Keçmişlə bağlantı qurmağımızı təmin edən yaddaş müxtəlif xəstəliklər və ya travmalar nəticəsində zədələnə bilər. Bunların nəticəsində xəstə hiss etmədən, onda amneziya, yəni, yaddaş pozulması yarana bilər. Xalq arasında amneziya və unutqanlıq qarışdırılır.Lakin amneziyada unutqanlıqdan fərqli olaraq, zehində pozuntular, psixoloji təsirlər, davranış pozuntuları, qarabasma kimi problemlər olur.

Amneziyanın növləri

Travmatik amneziya = Kəlləyə dəyən zərbələrdən yaranmış amneziya travmatik amneziya, əksər hallarda müvəqqəti yaddaş pozulmasına səbəb olur. Lakin yaranmanın şiddəti önəmlidir.Yaralanmadan yaranan amneziyanın müddəti dəyişə bilər.

Anteroqrad amneziya = Yeni hadisələrin və ya məlumatların uzun müddətli yaddaşa həkk olunmamasına anteroqrad amneziya deyilir. Bunun əksinə amneziya əvvəlki dövrü xatırlaya bilməyə də retroqrad amneziya adı verilir. Beynin deklarativ yaddaş ilə bağlı hissələrin zərər görməsi nəticəsində yaranır.

Dissosiativ amneziya = Psixoloji və ya duyğusal travmalar nəticəsində yaranan yaddaş pozuntularıdır. Stress və gərginlik yaradan hadisələrin yaddaşda itməsinə deyilir.

Korsakov sindromu = Həddən artıq alkoqol qəbulundan yaranan B1 vitamini çatışmazlığı beyində amneziya yarada bilər.

Laküner amneziya = Spesifik bir hadisə haqqında yaranan yaddaş itkisinə laküner amneziya adı verilir.

Dissosiativ füg = Psixoloji travmalar nəticəsində yaranan müvəqqəti yaddaş itkisinə deyilir.

İnfantil amneziya = Uşaqlıq dövründəki xatirələrin xatırlanmamasına deyilir.

Qlobal amneziya = Travmatik bir hadisə nəticəsində yaranan tam yaddaş itkisidir.

Postipnotik amneziya = Hipnoz zamanı hadisələrin unudularaq təkrar xatırlanmasının mümkün olmamasına deyilir.

Psixogenik amneziya = Amneziya səbəbi olaraq psixoloji faktorlar göstərilməkdədir.

Qaynaq amneziya = Bir xatirənin özünün yox,qaynağının bilinməməsinə deyilir.

Xəzər Universitetinin 2-ci kurs tələbəsi

 Günel Qurbanova

psixotest.az

Go Back

TRİXOTİLLOMANİYA -SAÇ VƏ TÜK QOPARMA XƏSTƏLİYİ

Səbəbləri

Xəstəliyin səbəbləri, problem əsnasında beyində yaranan dəyişikliklər, digər xəstəliklərdən fərqli cəhətləri, narahatlığın dərəcəsini artıran faktorlarla bağlı tədqiqatlar davam edir.  Bəzi araşdırmalar nəticəsində aşkarlanmışdır ki, xəstəlik neyrobioloji müddəti əhatə edir və xəstəliyin proqressiv müddətində genetik faktorlar xüsusi əhəhmiyyət daşıyır. Eynilə alkoqolizm, patoloji qumar, depressiya və digər psixiatrik xəstəliklərdə olduğu kimi genetik, duyğusal və mühit faktorlarının icmal nəticəsi ortaya çıxır. Lakin mühüm məqam saç qoparmağın müxtəlif xəstəliklərin komorbid əlaməti kimi ortaya çıxmasıdır. Yəni yüksək hərarət, sidik yolu infeksiyası, gün vurması kimi fərqli səbəblərlə ortaya çıxan xəstəliklərdə olduğu kimi saç qoparma da müxtəlif psixiatrik xəstəliklər əsnasında müşahidə olunur.

Etimologiya

1889-cu ildə Fransız dermatoloqu Francois Hallopeau tərəfindən saç qoparma xəstəliyinə bu ad verilmişdir. Yunan dilindən tərcümədə triko-saç, tillo-qoparma, maniya, dəlilik mənasını ifadə edir.

Trixotilomaniya daha çox kimlərdə müşahidə olunur?

Bütün yaş dövrlərində, etnik qruplarda və sosioekonomik səviyyədə olan insanlarda müşahidə oluna bilər. Problem uşaqlıq dövründə qız və oğlanlarda eyni yayılma dərəcəsində olduğu halda, yetkinlik dövründə 80-90% qadınlarda rastlanılır. Cəmiyyət arasında görülmə tezliyi 1-3%-dir.

Problem nə vaxtdan başlanır?

Xəstəlik bütün yaş dövrlərində, ən çox isə 11-13 yaş arasında ortaya çıxır. Aparılan tədqiqatların nəticəsində müəyyən hormonal dəyişikliyin problemin yaranma səbəbi olduğu müəyyənləşdirilmişdir. 1 yaşlı uşaqlarda xəstəliyin müşahidə olunduğu tədqiqatlar mövcuddur.

Xəstəlik müdaxilə olmadan korreksiya oluna bilər?

Bir insanda xəstəlik gedişatının necə olacağını təsəvvür etmək qeyri-mümkündür. Ümumiyyətlə korreksion tədbir görülməyən insanlarda problem uzun illəri əhatə edir və simptomların şiddətlilik dərəcəsinin mütəmadi dəyişməsi, hətta uzun illər remissiya olduqdan sonra yenidən residivləşdiyi müşahidə oluna bilər. Qeyd olunan xroniki forma bütün həyat dövrünü əhatə edə bilər. Lakin, uşaqlıq və ya erkən uşaqlıq dövründə başlayan bir çox nümunədə trixotilomaniya qısa bir müddət davam edə və anidən aradan qalxa bilər.

Trixotilomaniya ağrılıdır?

Bir çox xəstələr bu prosesin daha çox rahatladıcı olduğunu qeyd edir. Qoparmaq üçün yaranan impuls və qarşısıalınmaz saç və ya tükün qoparılması ilə ortaya çıxan rahatlama halı müşahidə olunur. Bəzi xəstələr bunu qaşınma və ya qaşınıldıqdan sonra yaranan rahatlamaya bənzədirlər. Trixotilomanik şəxs gündə yüzlərlə, minlərlə saç və ya tük qopardığı üçün əl, bilək, dirsək ağrıları yarana bilər. Tük soğanaqlarının iltihabı nəticəsində ağrılı folikulitlər yarana bilər.

Trixotilomaniyanın terapiyası

Terapiya xəstəliyin etiketinə görə deyil, xarakterik xüsusiyyətlərinə görə tətbiq edilir. Əsasən psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq farmakoterapiya aparılır.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

TURETTA SİNDROMU

Turetta sindromu – spesifik psixonevroloji pozuntudur. İnsanda bir və ya bir neçə müxtəlif tiklər,bəzi hallarda isə koprolaliya ( insanın qarşısını ala bilmədiyi nalayiq sözləri qışqıraraq ifadə edilməsi) ilə müşahidə olunur. Bu xəstəlik genetik meylinə malik olan insanlarda uşaq və yeniyətmə yaşlarında başlanır. Əksər  hallarda insan yetkinlik yaşına çatanda simptomların göstəricisi azlır.

Sindrom fransız həkim- nəvroluqu Jil de la Turettanın adı ilə adlandırılmışdır. Turetta sindromu- məhz Turret xəstəliyin ümumi xüsusiyyətlərini və simptomlarını əsaslandırdığı üçün , onun şərəfinə adlandırdılar.

 Sindromun səbəbləri aşağıdakılardır:

Hesab edilir ki, bu xəstəlik spesifik genə sahib olan insanlarda imkişaf edir. O, autosom yolla ötürülə bilər: həm dominantlara,  həm də  resessivlərə. Validəydən uşağa keçmə riski 50%-dir. Bu sindrom qızlara nisbətən, oğlanlarda daha çox rast gəlinir.

Bəzi hallarda Turetta sindromu valideynləri sağlam olan insanlardada rast gəlinir. Əgər hamiləlik zamanı ana dərman preparatlarını, anabolizm steroidlərini qəbul edib, və ya yüksək temperaturla müşayiət olunan xəstəliyi keçiribsə, xəstəliyin inkişafının riski əhəmiyyətli dərəcədə artır. Bu sindromun başlaması aşağıda qeyd edilmiş səbəblərin nəticəsində yaranır:

  • mikrobla yoluxan xəstəliklərdə (angina, skarlatin,  qlomerulonefrit, revmatizm)
  • stress
  • intoksikasiyalar: alkoqollu, zəhərli maddələrlə
  • bədənin temperaturunu artıran xəstəliklər
  • psixotrop maddələr

Simptomlar:

Turetta sindromunun əsas əlamətləri çoxsaylı hərəki və səs tikləridir

Səs ( vokal) tiklər:

müəyyən səslərin, ayrı sözlərin, sözbirləşmələrin təkrarlanmasıdır.

1) Exolaliya – hansısa oxuduğu və ya eşitdiyi sözün və sözbirləşməsinin təkrarlanması

2)  Palilaliya- şəxsi sözləri təkrarlama

3)  Koprolaliya – heç bir səbəb olmadan nalayiq sözlərdən istifadə edilməsi

Motor( hərəki) tiklər- əzələlərin ( baş, çiyin və s.) qeyri-ixtiyari olaraq atması. Turetta sindromu zamanı motor tikləri daha mürəkkəb olur. Xəstə başını bir tərəfdən o biri tərəfə hərəkət etdirə,  göz qırpa,  ağzını aça və ya boğazını darta bilər.

Diaqnostika:

Diaqnostika üçün xüsusi testlər yoxdur. Klinik müsahibə yolu ilə müəyyənləşir.

a)     tiklər qeyri-ixtiyari məqsədyönsüz hərəkət formasında yerinə yetirilir.

b)    tiklər 20 yaşdan əvvəl yaranıb

c)     1 ildən az olmayaraq müşahidə edilir

d)    simptomların göstəricisi dəyişə bilər, hansı ki, remissiya və residiv ilə xarakterizə edilə bilər

MRT,EEQ organik patologiyanı istisna etmək üçün edilir.

Turetta sindromunun müalicəsi nevroloq, psixoterapevt və psixiatr tərəfindən xüsusi müəssələrdə həyata keçirilir. T.s. yüngül formalarında medikamentoz müalicə lazım olmur.

Müalicə aşağdakı yollarla aparılır:

  • psixoterapiya
  • hipnoterapiya
  • autotrening
  • kognetiv-davranış terapiyası
  • ailədə mənəvi vəziyyətin düzəlməsi
  • uşağın gün rejiminin dəyişdirilməsi. Axşam vaxtı kinolara baxmaq və komputer oyunlar oynamamaq. Vaxtında yatmaq.

Proqnoz:

Xəstəliyin göstəriciləri yeniyetməlik dövrünün bitməsi ilə azalır. Yetkin insanda sindromun bəzi göstəriciləri qala bilər:  tiklər, koprolaliya və bəzi psixi pozuntular ( depressiya ,panik atak , əhvalın oynaması, antisosial davranış)

Reyhan Mirzağayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Hamının kabusu olan FOBİYALAR haqqında

Qorxu təbii bir hissdir. Hər bir insanda digər hisslər kimi sevgi, sevinc, kin, nifrət ,həyəcan və .s. kimi qorxu da hər kəsdə var. Bu hiss insan həyatının ilk həftələrindən yaranır. Belə ki, ilk dəfə anasını görüb tanıyan körpə  anasını  görməyəndə və ya tanımadığı biri yaxınlaşanda həyəcan, təşviş keçirir və bununla da qorxu hissi ilə ilk tanışlığı olur və zamanla bu hiss formasını dəyişir. Ətrafını qavrama və analiz funksiyları artdıqca qorxuların forması dəyişir. Məsələn, körpə anasından başqasını görüb ağlayırdısa, qavrama artdıqca həkim insanın onunçün təhlükəli olmadığını anlayır və daha qorxmur, lakin, qorxu hissi başqa obyektlərə və ya hadisələrə yönəlmiş olur. Və beləliklə, bu hiss insanın ilk dünyaya gəldiyi günlərdən ömrünün sonuna qədər davam edən, lakin, formasını dəyişən bir yaşam tərzidir. Qorxu—insan həyatı üçün lazımlı bir duyğudur, çünki insan qorxu sayəsində həyatını davam etdirir. Qorxu olmasa insan ölüm risqi yüksək olan təhlükəli vəziyyətlərdən və davranışlardan qoruna bilməz. Bu hissin pataloji forması fobiya adlanır. “Phobos” –yunanca “dəhşət tanrısı” deməkdir.

Normal şərtlərdə qorxu duyulmayacaq vəziyyət və obyektlərə qarşı yaranan mənasız qorxulara fobiya deyilir. Belə olduğu üçün fobiya insan həyatını qorumaq bir yana, dözülməz hala gətirir.Dünyada hər 10 nəfərdən ən azı bir nəfərdə fobiya vardır. Və qadınlarda kişilərdən daha çox rast gəlinir.

Fobiyası olan insan qorxularının məntiqə uyğun olmadığının və çox anlamsız olduğunun fərqindədir, amma özünü onun əsarətindən qurtara bilmir.

İnsan fobiya yaradan vəziyyət və ya obyektlə qarşılaşdığında panik əlamətləri göstərir, qorxu yardan səbəb aradan qalxanda və ya uzaqlaşanda normla vəziyyətinə qayıdır. Fobiyanın yaranmasında psixoloji və bioloji faktorlar böyük rol oynayır. Çünki, o psixo-fizioloji reaksiyadır. Qorxu hiss etdiyi an ürək döyünmə, dərin nəfəsalma, ağızda quruluq, təzyiqin qalxması, tərləmə, titrəmə, boğulma, əllərin və ayaqların keyləşməsi, əzələlətdə gərginlik və.s. bioloji əlamətlər olur.

Qorxu zamanı baş-beyində yerləşən hipotalamus vəzindən impulslar böyrəküstü vəzə ötürülür, böyrəküstü vəxin beyin maddəsindən kortikosteroidlər—adrenalin və kortizol qana ifraz olunur. Adrenalin hormonu qan damarlarının divarındakı α2 reseptorlarına və ürəyin keçirici sistemindəki β1 adrenoreseptorlarına stimuləedici təsir göstərir. Bununla da damar divarları daralır və qan təzyiqinin qalxmasına 2qat təsir edir. Həmçinin qorxu zamanı qan dəridən daxili orqanlara doğru sürətlə axmağa başlayır, bu da əllərin və ayaqların keyləşməsinə, soyumasına, üzdə rəngin ağarmasına səbəb olur. Böyrəküstü vəzdən eyni zamanda adrenalin hormonu da qana ifraz olunur ki, bu da azan sinirinə təsir edir. Azan sinirinə təsirindən ağız suyu vəzlərində blokaedici effekt yaratdığı üçün ağızda quruluğa səbəb olur.

Adrenalin eyni zamanda brouz divarindakı β2 adrenoreseptorlarına təsir etdiyinə görə broux divarı genişlənir və nəfəsalma dərinləşir. Qan dövranı sürətləndiyinə və ürək ritmi artdığına görə bədən tempraturu yüksılir və bunu kanplusasiya etmək üçün tər vəzlərində aktivləşmə başlayır, tərləməklə tempratur normada qalır.

Qorxu zmanı qanda şəkərin miqdarı artır. Fobiya yaradan səbəb aradan qalxandan sonra bədəndəki bütün dəyişikliklər normla vəziyyətinə qayıdır.

Fobiyanın çox növləri vardır: zoofobiya—heyvan qorxusu, kloustrofobiya—qapalı yer qorxusu, akrofobiya—yüksəklik qorxusu, aqorafobiys—açır yer qorxusu, ailurofobiya—pişik qorxusu, kinofobiya—it qorxusu, ekninofobi—ar qorxusu, ojidofobi—ilan qorxusu, herpetofobi—kərtənkələ qorxusu, antofobi—insan qorxusu, niktofobi—gecə qorxusu, kaprofobi—nəcisdən qorxmaq,izolofobi—təklikdən qorxu və.s.

Bunlardan ən geniş yayılmış formalrdan biri aqorofabiyadır. BU açıq hava fobiyası kimi tanınır və son zamanlar çox rast gəlinir. Bu ən çox evdə tək qalmaqdan, liftdə minməkdən, kinoteatr, konsert zalı, konfrans kimi insan çoxolan yerlərdə, təyyarə, avtobus, qatar, gəmi—bu cür nəqliyyat vssitələrinə minməkdə körpü və tunellərdən keçməkdən qorxan insanlar nəzərdə tutulur.

Bu cür yerlərdə adammı bir təhlükə gözləyirmiş kimi və təhlükə gəldiyində çarəsiz qalacaq, heç kim ona kömək edə bilməyəcəkmiş kimi qorxulara qapılır, orda çarəsiz qalacağını düşünür. Belə fobiyası olanlar bu cür yerlərdən mümkün qədər uzaq durmağa çalışırlar və ya yanlarında güvəndiyi biri olmadan bu cür yerlərə getməzlər. Evdə tək qala bilmir, küçəyə tək çıxa bilmir, ticarət mərkəzinə tək gedə bilmir, avtobusa tək minə bilmir. İnsan qorxu hiss elədiyi məkanda olduğu zaman onda fobiyanın bir neçə əlaməti müşahidə olunur, tərləmə, titrəmə, həyəcan, urək döyüntüləri və.s. kimi əlamətlər...Tezliklə ordan uzaqlaşmağa çalışır.Aqorafobiya ən çox 20 yaşlarda başlayır və bunlar müalicə haqqında düşünmürlər, yalnız kritik vəziyyətlərdə həkimə müraciət edirlər. Çünki, aqorafobiyanın ilkin mərhələlərində yəni, yüngül formasında insanlar keçirdikləri qorxu hisslərinə baxmayaraq tək qala bilirlər., yəni gundəlik həyat tərzlərinin tələbatlarından geri qalmırlar və sosial münasibətləri bu durumdan çox təsirlənmir. Çünki, bu davranışlarına görə gülünc vəziyyətə düşəcəklərini və qınaq obyektinə çevriləcələrini düşünürlər. Bunlarə düşünərək qorxularını gizlədər, başqalarına hiss elətdirməməyə çalışar.Lakin ağırlaşmlş formada panik atakla özünü göstərir və insanın həyatı bir tələbatlarından təcrid olunmuş formada keçir və getdikcə depressiv fona qapılır.

Fobiyanın digər geniş yayılmış növü sosial fobiyadır. Qrup şəklində olan ortamlarda olmaqdan qaynaqlanan məntiqi əsası olmayan qorxular—sosial fobiya adlanır. Çoxlu insan olan bir ortamdan çəkinməklə özünü göstərən bu fobiya insanın sosial yaşamını müxtəlif formalarda məhdudlaşdırır. Sosial fobiyası olan insan toplu insanlar qarşısında danışmaz, kollektiv sohbətlərə qatılmaz və fikrini söyləməkdən çəkinər.Üzərinə diqqət cəlb edəcəyi bütün vəziyyətlərdən qaçar.Çünki, pərt ola biləcəyi vəziyyətin yaranacağından səhvlər edəcəyindən, qızaracağından, utanacağı vəziyyətə düşə biləcəyini düşünür. Bir məclisdə yemək yeməz, çünki yeyərkən üstünə tökəcəyindən ya da yemək azında qalacağından ehtiyat edir. Bir çox insasnda belə bir məcburiyyət yaranarsa, yəni toölu qarşısında çıxışı qaçılmaz olarsailk başlanğıcda sosial fobiya əlamətləri olur. Qızarır, kəkələyir, tərləyir, tez-tez udqunur, ağzı quruyur, ürəyi tez-tez döyünür, deyıcıyi spzləri bir anlıq unudur, sonra isə yavaş-yavaş normallaşır.Sonrakı çıxışlarında daha rahat formada danışır.Amma bu durum fərqli zamanlarda hər dəfə eyni formada özünü göstərir. Sosial fobiyada qorxualr şiddətli və xroniki olur.Və bu qorxular korreksiya olunmazsa zamanla panik atakakeçə bilər. BU növ fobiya əsasən yeniyetməlik yaşlarında başlayır, lakin, 18yaşdan kiçik insanlarda sosial fobiya diaqnozu qoymaq üçün bu durum davamlı olaraq ən azı 6ay  davam etməlidir.  Sosial fobiyanın yüngül və ağır forması var. Depresiya, əmək fəaliyyətinin aşağı düşməsi və intihar riskini artırır.

Fobiyanın bir başqa geniş yayılmış növlərindən biri spesifik fobiyadır. Normal şəraitdə qorxu ünsürü olmayacaq vəziyyətlərdən və ya əşyalardan artıq dərəcədə qorxma halına deyilir. Ən çox rastlaşdığımız fobiya növüdür. İnsan pişik, siçan, ilan, yüksəklik, çiçək, qaranlıq və.s. kimi hallara qarşı qorxu hissi keçirir.

Həmin insan qorxu hiss elədiyi əşya və ya vəziyyətlə üz-üzə gəlmək istəmir. Həmin ortamlardan uzaq olduöu müddətdə normal yaşam tərzi keçirir, qorxu heç cür üzə çıxmır.

Zəhərli ilanlardan, dişləyə bilən heyvanlardan və ys yıxılma riski olan yüksəkliklədən bütün insanlar qorxur. Bunlar həqiqi qorxulardır, yeni, bir insan özünü riskə atmamaq üçün bu durumlardan uzaq olur.Məsələn,ilandan qorxan biri ilana çox da yaxın getməz, çünki ilana tərəf yaxınlaşsa ilan onusancma təhlükəsi var. Bu normla reksiyadır və fobiya saylmır. Amma əgər bir insan ilanı çox uzaqda görürsə və ya həmin ilanın ona xətər yetirmə ehtimalı yoxdursa və bu halda insanda artıq dərəcədə qorxu, təlaş göstərirsə fobiyadan söz gedə bilər.Bundan əlavə fobiyası olan insan şəkildə və ya televizorda ilan görərsə ilana qarşı aşırı dərəcədə qorxu hiss edə bilər. Bu növ fobiyası olanın çox zaman yaşamında çətinlik yaranmaz. Lakin əgər o həmin durumla tez-tez qarşılaşarsa, artıq yaşayış tərzinə ciddi problemlər yaradar. Məsələn, itdən qorxan birinin it çox olan yerdə yaşaması artıq onun həyat tərznini çox çətinləşdirər. Bu növ fobiya uşaqyaşlarında başlayır. Terapiyaya ehtiyacı olmadığını düçünərək ömrü boyu bu formada yaşayırlar. Bu npv fobiyada terapiyanın ən yaxşı təsirli forması davranış psixoterapiyasıdır.

Ümumiyyətlə, fobiyaların müalicəsi psixoterapiya ilə mümkündür, ağır hallarda dərman dəstəyi də almaq daha effektli nəticə almağa yardım edər.

Nərmin Qələndərova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Go Back

Bipolyar Affektiv Pozuntu - Elmi araşdırma

Bipolyar-affektiv pozuntu nədir?

Bipolyar pozuntu, əvvəlki təsnifatda manik-depressiv psixoz olaraq adlandırılırdı. “Bipolyar” sözünün təcüməsi iki qütblü deməkdir və affektiv xəstəliklər qrupuna aiddir. Bipolyar pozuntu diaqnozu qoyulan insanda maniya, depressiya, hipomaniya kimi xəstəliyin mərhələləri müşahidə olunur. Qeyd olunan mərhələlərdən yalnız depressiya müşahidə olunduğu təqdirdə bipolyar pozuntu diaqnozu qoyulmur. Əgər depressiya ilə yanaşı həyatı boyu ən azı bir dəfə maniya keçiribsə, DSM-V diaqnoz kriteriyalarına əsasən birinci tip bipolyar pozuntu, yalnız bir depressiya və hipomaniya keçiribsə, ikinci tip bipolyar pozuntu diaqnozu qoyulur. Sadəcə təkrarlanan depressiya keçirən insanlara isə unipolyar depressiya (bir qütblü pozuntu) diaqnozu qoyulur.

Affektiv xəstəliklərə həmçinin, major depressiya, tsiklotimiya, distimiya da aid olunur. Affekt, insanın davamlı şəkildə, müəyyən bir zaman daxilində (əsasən 1 həftə müddətində) hiss etdiyi əhval durumudur. Depressiya zamanı əhvalın enməsi (qəmginlik, kədər), maniyada isə yüksəlməsi qeyd olunur.

Bipolyar pozuntu hansı yaşdan başlayır, hansı tezlikdə görülür?

Bipolyar pozuntu, bütün yaş dövrlərində başlamasına baxmayaraq, ən çox erkən yeniyetməlik dövründə, 15-35 yaş arası müşahidə edilir. Kişilərdə başlanğıc yaşı təxmini olaraq 18, qadınlarda isə 20 yaşı əhatə edir. Bipolyarların yarısı xəstəliyin ilkin fazasını 20 yaşından əvvəl keçirir. Uşaqlıq və digər yaş dövrlərində başlanmasına nadir hallarda rast gəlinir. Ailəsində bipolyar diaqnozu olan insanlarda bipolyar pozuntu daha erkən yaşdan başlayır.

Cəmiyyət rastlanma tezliyi 1-2% arasında dəyişir. Belə demək mümkünsə, bipolyar pozuntu heç də nadir görülən narahatlıq deyil. Bipolyarın generalizasiyasında (yayılması) heç bir irqi, dini və coğrafi fərqlilik yoxdur.

Qadın və kişilər arasında fərq var?

Unipolyar depressiya qadınlarda kişilərə nisbətdə iki dəfə daha çox müşahidə edilsə də, bipolyar pozuntunun faiz göstəriciləri hər iki genderdə eynidir. Bipolyar pozuntunun alt tiplərinə nəzər saldıqda, ikinci tip bipolyar pozuntuda depressiv fazanın çoxluğu ilə müşahidə olunan vəziyyət qadınlarda kişilərə nisbətən daha çox, manik fazanın üstünlüyü ilə qeyd olunan alt tip isə kişilərdə qadınlarla müqayisədə daha çoxdur.

Bipolyar pozuntunun növləri hansılardır?

Bipolyar pozuntunun ən çox 4 alt tipinə rast gəlinir:

  1. Birinci tip bipolyar pozuntu: manik, depressiv və hipomaniakal fazanın müşahidə olunduğu alt tipdir. Bu diaqnozun qoyulması üçün manik fazanın qeydə alınması mütləqdir. Birinci tip bipolyar pozuntu digər növlərə nisbətən daha ağır gedişlidir və birmənalı şəkildə stasionar (xəstəxanada yatış) müalicəyə göndərilməlidir.
  2. İkinci tip bipolyar pozuntu: hipomaniakal və depressiv fazaların müşahidə olunduğu alt tipdir.
  3. Tsiklotimiya: 2 il müddətində mütəmadi şəkildə davam edən yüngül dərəcəli depressiv (major depressiya səviyyəsində deyil) və hipomaniakal dərəcələrin ardıcıl yaşandığı, 2 aydan çox davam edən müsbət göstəricilərin olmadığı alt tipdir. Xroniki gedişli olmasına görə borderline (sərhədi) şəxsiyyət pozuntusu ilə qarışdırıla bilər.
  4. Yuxarıda qeyd olunan alt tiplərin hər hansına uyğun gəlməyən tip: bu növ DSM-V-də “digər adla adlandırılmayan bipolyar pozuntu” kimi adlandırılır.

Bipolyar pozuntu diaqnozu necə qoyulur?

DSM-V kriteriyalarına əsasən diaqnozun qoyulması üçün maniakal və ya hipomaniakal fazadan biri mütləq olmalıdır. Depressiv faza ola bilər, lakin I tip bipolyar pozuntu diaqnozu üçün depressiv fazanın olması əsas deyil. Əlamətlərin dərəcəsi, narahatlığın davametmə müddəti (neçə müddətdir ki, müşahidə olunur) və daha əvvəllər xəstəliyin mövcudluğu diaqnoz qoyularkən nəzərə alınmalıdır. Bu mərhələdə depressiyanın olması, daha əvvəl maniya və ya hipomaniya fazasının mövcudluğunun qeyri-dəqiqliyi bipolyar pozuntu diaqnozunun qoyulmasını çətinləşdirir. Çünki maniya və ya hipomaniyanın mövcudluğu dəqiq deyilsə, unipolyar depressiya diaqnozu qoyula bilər. Əgər depressiyanın mövcudluğunu da müəyyənləşdirmək qeydi-mümkündürsə, ailə üzvlərində bipolyar pozuntunun olub-olmaması araşdırılır.

Bipolyar pozuntu diaqnozunun qoyulması üçün testlər var?

Bipolyar pozuntu diaqnozu psixiatrik müayinə və keçmişlə bağlı məlumatların doğru şəkildə toplanması ilə qoyulur. Klinik müayinə, ətraflı anamnezin toplanması, xəstəliyin başlanğıcı, gedişatı, uşaqlıq və yeniyetməlik dövrünün araşdırılması, məktəb, iş və duyğusal həyatının sorğulanması, yaxın ailə fərdləri ilə görüşmə vasitəsilə aparılır. Diaqnozun qoyulması üçün psixoloji test, beynin müxtəlif cihazlarla yoxlanılması (MRT, tomoqrafiya) və ya EEG-nin (elektroensefaloqrafiya) çox zaman faydası olmur.

Bipolyar pozuntu ilə bağlı risk faktorları nələrdir?

Ən böyük risk faktoru, ailədə bipolyar pozuntunun olmasıdır. Genetik təsirləri olduqca əhəmiyyətlidir. Lakin ailədə və ya genetikada bipolyar bozuntu rastlanılmayan insanlarda da xəstəlik ortaya çıxa bilər. Narkotik maddələrin (kokain, marixuana, amfetamin, efedrin), hədsiz dərəcədə qəhvənin, enerji içkilərinin istifadəsi də risk faktorlarına aiddir. Stress, yuxusuzluq da xəstəliyin yaranmasına səbəb ola bilər. Uşaqlıq dövründə diqqət əksikliyi və hiperaktivlik sindromu olan uşaqların bipolyar pozuntu diaqnozu ilə qarşılaşması riski digərlərinə nisbətdə daha yüksəkdir.

Bipolyar pozuntunun yaranmasına səbəb nədir?

Bipolyar pozuntunun səbəbləri ilə bağlı uzun illər tədqiqatlar aparılmışdır və nəticədə genetik faktorun üstün olduğu sübut edilmişdir. Nəticələrə əsasən qeyd olunur ki, ailə üzvlərinin bir qismində meyillilik olduğu üçün bir qismində xəstəlik yaranır, digər bir qismində qeydə alınmır. Bipolyar pozuntu necə başlayır və gedişatı necədir?

Əsasən 20 yaşda başlayan bipolyar pozuntunu depressiv faza ilə ilkin mərhələyə başlayır. Depressiya ilə başlama, bipolyar pozuntu diaqnozunun qoyulmasını çətinləşdirir. Bipolyar pozuntu təkrarlanan xarakterlidir; bipolyarların 10%-dən azı sadəcə bir mərhələni keçirir. Yaşadığı müddətdə xəstəliyin mərhələlərinin sayı hər insanda fərqli olur.

Amerikada bipolyarların 33%-də xəstəliyin 15 yaşından əvvəl, 27%-də 15-19 yaş arası, 39%-də isə 20 yaşdan sonra başladığı qeyd olunmuşdur (Hirschfeld RM Lewis L. 2003).

Araşdırlmalara əsasən, bipolyar pozuntu fazalarının təkrarlanma riski 10 illik müşahidədə I tip bipolyar üçün 2.5 dəfə, 27 il müddətində müşahidə olunan bipolyar insanlarda ildə 0.4 dəfə təkrarlanma riski müəyyənləşdirilmişdir. II tip bipolyarın təkrarlanma riski I tip bipolyara nəzərən daha yüksəkdir.

Bipolyar pozuntu və intihar

Bipolyarların həyat müddətində 50%-də intihar cəhdi, 15%-də tamamlanmış intihar olduğu müəyyənləşdirilmişdir. İntihar cəhdi daha çox depressiv fazada müşahidə olunur. Terapiyaya cəlb olunanlarda isə intihar cəhdi qeydə alınmır.

Bipolyar pozuntuda xəstəliyin mərhələləri arasında intermissiya (tam sağalma) müşahidə olunurmu?

Klassik məlumatlarda, bipolyar insanların böyük bir qisminin xəstəliyin mərhələləri arasında sağaldığı qeyd olunur. Lakin son illərdə aparılan tədqiqatlar zamanı müəyyən olundu ki, bəzi bipolyarlarda mərhələlər arasında müəyyən problemlər müşahidə olunur. Bu problemlər xüsusən, interpersonal münasibətlərdə və işlə bağlı sahələrdə qabarıq şəkildə müşahidə edilir. Major depressiya və bipolyar pozuntu müqayisə edildiyi təqdirdə, bipolyarların il ərzində iş qabiliyyətini itirməsi, depressivlərə nisbətdə daha çoxdur.

II tip bipolyar pozuntu daha yüngül gedişli pozuntudur?

II tip bipolyar pozuntu, I tip bipolyarla müqayisədə maniakal fazanın olmaması, psixotik əlamətlərin (sayıqlama, hallüsinasiya kimi) olmaması və daha az dərəcədə stasionar müalicəyə göndəriş olduğu üçün yüngül gedişatlı pozuntu kimi dəyərləndirilir. Lakin xəstəliyin davam etdiyi müddətdə mərhələlərin daha uzun və xroniki olması, ağır depressiv fazanın qeydə alınması, intihar cəhdinin yüksək qiymətləndirilməsi, əlavə digər psixiatrik pozuntuların müşahidə olunması səbəbindən çox da yüngül xəstəlik kimi qiymətləndirilmir. Xüsusən də, II tip bipolyarda depressiv faza daha uzun müddəti əhatə etdiyi üçün diaqnozun dəqiqləşdirilməsi çətindir. Çünki tədqiqatlara əsasən bu əlamətlərin müşahidə olunduğu insanların 40%-i unipolyar depressiya diaqnozu qoyulduğu üçün yanlış korreksiya aparıldığı və bipolyar diaqnozun qarışdırıldığı müəyyən olunmuşdur.

Maniya və hipomaniyanı necə bir-birindən fərqləndirmək olar?

Hər iki pozuntunun sərhəddi bəzi hallarda çox da dəqiqliklə qeyd olunmur. Lakin hipomaniyada psixotik əlamətlərin olmaması, statisonar müalicənin tətbiq olunmaması, insanın həyat və funksionallığında dəyişikliyin olmaması maniakal fazadan fərqli olaraq pozuntunu daha yüngül xarakterli edir. DSM-V-ə əsasən maniaya diaqnozunun qoyulması üçün əlamətlərin ən azı 7 gün, hipomaniya üçün 4 gün müşahidə olunması tələb edilir.

Bipolyar pozuntunun terapiyası

İlk əvvəl pozuntunun yaranmasına səbəb olan faktorlar araşdırılmalıdır. Daha sonra mərhələlərin hansı zaman müddətində əvəz olunmasına diqqət yetirilməldir (maniakal və depressiya və ya hipomaniya və tsiklotimiyanın əvəzlənməsi). Lakin diaqnozun dəqiqləşdirilməsi üçün mütləq şəkildə psixiatra yönəldilməli və lazım olduğu təqdirdə psixoterapiya ilə yanaşı farmakoterapiya tətbiq olunmalıdır.

Psixoterapiya vasitəsilə xəstəlik əlamətlərinə uyğunlaşdırılır və cəmiyyətə yenidən adaptasiya olunur.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva

pcc.az

 

Go Back

20 nəticə göstərilir