Düşüncə Jurnalı

header photo

"SAĞLAMLIQ PSİXOLOGİYASI" KONFRANSI. 07.04.2019

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi sizi 07.04.2019-cu il tarixində baş tutacaq "SAĞLAMLIQ PSİXOLOGİYASI" KONFRANSI-na dəvət edir. 

 7 Aprel "Beynəlxalq Sağlamlıq Günü"-nə həsr olunmuş konfrans 2 hissəli təşkil olunmuşdur. 
 Birinci hissədə hər biri öz sahəsi üzrə peşəkar olan 7 mütəxəssis sizin görüşünüzə gələcək.

 1. Elnur Rüstəmov - Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq.
 Mövzu: "Gözəl düşünən sağlam olar".

 2. Tutu Zeynalova - həkim-dietoloq.
 Mövzu: "Sağlam qidalanma və həyat tərzi".

 3. Rövşən Nəzərov - psixoloq, psixoterapevt.
 Mövzu: "Sağlam düşüncə - harmonik həyat".

 4. Gülnarə Xəlilova - 
 Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner. 
 Mövzu: "Geyimimiz ruhumuzun təzahürüdür".

 5. Nuranə Kazımova - neyro-psixoloq. 
 Mövzu: "Bioritmlər və sağlamlıq. Neyro-psixoloji aspekt".

 6. Bahar Bəylərova-Ələkbərova - ARTİ-nin Psixologiya və Yaş fiziologiyası şöbəsinin böyük elmi işçisi və dissertantı, musiqişünas, psixoloq. 
 Mövzu: Sağlam musiqi - sağlam psixo-fiziologiya".

 7. Elxan Bəylərov - Psixologiya elmləri doktoru, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru.
 Mövzu: "İnsan ruhu qədər sağlam və gəncdir".
 "SAĞLAMLIQ PSİXOLOGİYASI" KONFRANSI-nın birinci hissəsi Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq. 

 Qeydiyyat: 10:00-11:00 
 Konfrans: 11:00-15:00 

 Konfransın davamı, yəni ikinci hissə, saat 17:00-19:00-da Dənizkənarı Bulvarda davam edəcək. Burada sağlamlıq yürüyüşü və Orxan İskəndərlinin rəhbərliyilə yoqa master-   klassı baş tutacaq. ( Yoqa master-klassında iştirak etmək istəyənlərdən özləri ilə yoqa xalçası gətirmələri xahiş olunur). 

 Konfransda iştirak ÖDƏNİŞSİZDİR! 

 ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!

 Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( what's app da aktivdir).

Go Back

Sorğu göndər