Düşüncə Jurnalı

header photo

"Uşaq Psixologiyası" kitabının təqdimat mərasimi baş tutdu!

 

19.10.2014 tarixində Azərbaycanın ən böyük kitab marketi olan KITABEVIM.AZ –da daha bir kitab təqdimatı baş tutdu. Bu dəfə səbəkar kitabımız “Uşaq Psixologiyası”, qəhrəmanımız isə Narınc Uşaq Psixologiya mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc xanım Rüstəmova oldu.

Kitabla və müəlliflə tanış olmaq , kitab haqqında təəssüratlarını bölüşmək istəyən hər kəs  KITABEVIM.AZ marketində toplanmışdı. Azərbaycan psixoloji ədəbiyyatında bir yenilik sayılacaq olan kitaba təlabat və  maraq, təqdimata gələn insanların üzlərində və sözlərində öz əksini tapmışdı. Tədbirdə “Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri, psixoloq Elnur Rüstəmov, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini f.e.ü.f.d. Şəmil Sadiq,  “Düşüncə jurnalı”nın baş redaktoru Vüsalə Ələkbərova, kitabın yazılmasına xüsusi rəy verən şəxslərdən – Azərbaycan Tibb Universitenin Psixiatriya kafedrasının  dossenti Araz Manuçehri Laleli, və psixologiya üzrə fəlsəfə elmləri doktoru Rühəngiz Qarayeva, “ Narınc Uşaq Psixologiya Mərkəzi”nin Nizami filialının rəhbəri Təranə Kazımlı, ” Azərbaycan Diabet Liqası”nın rəhbəri Yeganə Sultanova, “Nitq İnkişaf Mərkəzi”nin rəhbəri Esmira Kazımova,  Yazıçı Cəlil Cavanşir, “Aida Uşaq Psixologiya Mərkəzi”nin rəhbəri Aida Nəbiyeva, “Ritm Danışma Mərkəzi”nin rəhbəri Şəlalə Quliyeva və mərkəzin baş psixoloqu Qarayeva Samirə, “Buta Uşaq İnkişaf Mərkəzi”nin rəhbəri Günay Ağamalıyeva, “Psixologiya və Konsultasiya Mərkəzi”nin klinik psixoloqu Orxan Fərəcli, yazıçı -kulturoloq Aydın Xan Əbilov, yazıçı-dramaturq Elnurə Ayxan, övladları ilə birgə valideynlər, gənclər, tələbələr  və media nümayəndələri iştirak edirdilər.

Tədbir psixoloq  Elnur Rüstəmovun açılış nitqi ilə başladı. Qonaqları, iştirakçıları salamlayan  Elnur Rüstəmov həm bir həmkar, həm də həyat yoldaşı kimi müəllifi təbrik etdi. Gələcək işlərində daha gözəl nailiyyətlər arzuladı və hər zaman dəstəyini əsirgəməyəcəyini vurğuladı. 

Daha sonra fəxri qonaqların hər biri ayrı-ayrılıqda söz alaraq, Narınc xanımı atdığı bu dəyərli addım münasibətilə təbrik etdilər. Narınc xanımın peşəkar psixoloq fəaliyyətindən bəhs edən qonaqlar, kitabın xüsusən validyenlərə uğurlu və əvəzsiz bir töhvə olduğunu  və  Azərbaycan psixoloji ədəbiyyatında özünəməxsus yer tutacagını vurğuladılar.

Sonda, Narınc xanım Rüstəmova illərdir peşəkar fəaliyyətinin bir bəhrəsi kimi , müəlliflik etdiyi kitabın təqdimat mərasimini təşkil edən, tədbirdə maraq göstərib iştirak edən, dəvətini qəbul edib gələn və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz səmimi təşəkkürünü bildirdi. Nəzəri hissə bitdikdən sonra imza mərasimi başladı. Uzun bir növbə yaranmasına abxmayaraq, Müəllif hər bir kitabı xüsusi  diqqətlə imzalayaraq, iştirakçılar ilə xatirə foto çəkdirdi.

Biz də, Düşüncə jurnalı  kollektivi adından jurnalımızın ayrılmaz hissəsi, maarifləndirici və aktual mövzular xüsusunda məqalələri ilə “Uşaq Psixologiyası” rublikamızın əsasını təşkil edən Narınc xanım Rüstəmovanı təbrik edir,əməkdaşlığımıın daimi olmasını diləyirik!!!

 

Go Back

Sorğu göndər