Düşüncə Jurnalı

header photo

"CREATİVE AUTHOR" müsabiqəsinin yekun mükafatlandırma mərasimi baş tutdu

09.04.2015 tarixində Xəzər Universitetində Psixologiya və Konsultasiya Mərkəzi, DÜŞÜNCƏ Psixologiya Jurnalı və Xəzər Universitetinin birgə layihəsi olan "CREATİVE AUTHOR" müsabiqəsinin yekun mükafatlandırma mərasimi baş tutdu.

Tədbir Mələk Kərimovanın açılış nitqi və Xəzər Universitetinin Psixologiya fakultəsinin III kurs tələbəsi Nərmin Quliyevanın ingilis dilindən tərcümə etdiyi , müəllifi Viktor Franklın olduğu “İnsanın məna axtarışı” kitabının təqdimetmə mərasimi ilə başladı. Daha sonra söz AMEA-nın elmi işçisi, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmova verildi. Elnur Rüstəmov günümüzdə psixologiyanın inkişaf vəziyyəti, bu cür müsabiqələrin psixologiyanın inkişafında önəmindən danışdı. Eyni zamanda Nərmin Quliyevanın tərcümə etdiyi kitab haqqında öz fikirlərini bildirərək, gəncləri bu kimi işlərdə daha da aktiv olmağa səslədi.

Daha sonra Xəzər universiteti HR departameninin rəhbəri, psixologiya fakultəsinin kafedra müdiri, psixoloq Ülkər İsayeva söz alaraq iştirakçılarımız təbrik etdi. 

Tədbirdə müsabiqənin əsasını təşkil edən  “Depressiya və Suisid” mövzusunda hüquqi aspektdən yanaşması üçün hüquqşünas  Akif Əlizadə, fəlsəfi askpektən yanaşma üçün fəlsəfə kafedra müdiri Mail Yaquba söz verildi.

Qeyd edək ki, müsabiqə çərçivəsində 100-ə yaxın məqalə qəbulu olmuşdu  və yekun mükafatlandırma mərasimində onlardan 35 –i peşəkar münsiflər heyyəti tərəfindən seçilərək təltif olundu.

Birinci yerin qalibi “Birinci və sonuncu ad günüm” yazısıyla müsabiqəyə qatılan Samir İmanov oldu. İkinci və üçüncü yerləri isə Xəzər universiteti,psixologiya fakultəsi III kurs tələbəsi Aydan İbrahimova və Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi Bəyimxanım Bəhməni  paylaşdı.

Tədbir Xəzər universitetinin təsisçisi və rektoru, professor Tamerlan İsaxanın qapanış nitqi ilə başa çatdı.

 

    

 

Go Back

Sorğu göndər