Düşüncə Jurnalı

header photo

Blog posts : "MUASİR AİLE"

Azadə Bayramova:Anam deyir, uşaq vaxtı üzümdən təbəssüm ayrılmazmış

 

Adım Röyadır.  Həyatımın 18- ci qışına yağan qar dənəciklərinə tamaşa edirəm, otağımın dörd bir yanı qara haşiyəyə alınmış kiçik pəncərəsindən. Anam yanımdadır, hər zaman olduğu kimi. Sağ yanımda. Və birdə o var, sol yanımda. Soruşsanız, o kimdir?- deyə: odur mənim 17 illik adətinə qurban getdiyim qışım. Odur mənim ürəyimi donduran boranım. Odur mənim gözlərimdə əriyib yanağımda suya çevrilən qar  dənəciklərim.. O, indiyə kimi bitməyən və  bitəcəyinə hələ də ümid etdiyim boşluğumdur. O boşluq ki, içərisi atasızlıqla doludur. Elə doludur ki...məni vadar edədi qələmin mürəkkəbini özündən də mürəkkəb sətirlərlə kağıza tökməyə...

  Anam deyir, uşaq vaxtı üzümdən təbəssüm ayrılmazmış. Kimi görərdimsə gülərmişəm, sən demə. Hətta atamın etil spirti qoxuyan saqqallı siması da gülüşümə səbəb olarmış. Atamın  onu "cəngavər" edən butulkalarını daha çox sevərmişəm anamın həzin laylasından. Məyərsə, mən uşaq ikən atalıymışam.

 Bilməzdim, qayğısız günlərimin astanasını yaxın edən rüzgar əsəcək bir gün. Bilməzdim, xoş anlarımı  atasızlığım cəzb edəcək nə zamansa... Və beləcə, böyüdüm. Böyüdük. Özümü dərk etdim. Özümü dərk edərək gülüşümü, sevincimi ürəyimə dəfn etdim. Amma böyüdüm, böyüdük. Özümə ,-xiffət çəkmədiyin anların oldumu deyə sual edərkən,- heç bir zaman! - cavabını alıram. Nədənmi deyə sualına isə cəsarətsizliyimdənmi, ya gördüklərimdənmi dolayı cavab verə bilmirəm.

 Nə yalan deyim, ata və anası yanında olan bir uşaq görərkən qibtə də etdim. Bəzən qızının saçına tumar çəkən ata görəndə öz atamı danladım da. Hələ eşidəndəki qonşumuz öz ərini içkidən ayırıb, əvvəlki həyatına qaytarıb, hədəfi dəyişib anamı da danladım. Bəli, danladım. Məni bir an belə yalnız qoymayan anamı. Sadecə, səssizliyimlə. Dilimə gətirə bilməyib boğazıma düyünlədiyim hayqırıqları sol köksümə atıb, hər döyüntüsündə sıxıldım. Sıxıldım, çünki atasızlığın məngənəsi çox ağır imiş...Üzümdəki hər saxta gülüşü ürəyimə göz yaşı təki süzdüm. Damla, damla. Amma "damla, damla göl olar"- ataların deyimi doğrultmadı özünü. Oldu, oldu da..ümman oldu! Göl nə ki?!

Ən pisi odur ki, öz öhdəliklərini icra edə bilməyən atam, öz kürsüsünü yoxluğuna verdi. Əslində o, vardı. Amma ucu- bucağı bilinməyən ünvanda. Bəzən düşünür və ən əlacsız vəziyyətdə atamın məndən uzaq olmasını istəyirdim. İstəmək sözmü?! Bunun üçün nələr etməzdim, nələr..!  Fərqi yoxdur harada olmağının, istər Çikaqoda, istərsə də Afinada. Yetər ki o zəhrimardan da uzaq olaydı atam. Əslində, məsafələrdən doğan həsrət, mənəvi həsrətin kölgəsinin küncündə qısılacaq qədər cılızdır. Buna görə dözərdim o həsrətə. Amma rəqibim çox güclü oldu, atalıq vəzifəsini yerinə yetirməkdən qorxacaq, övladına olan sevgini üstələyəcək qədər güclü...Əslində yanımdaydı atam, nəfəs təki. Amma onun hənirtisini duymurdum. Bəlkə də o özüdə duymurdu; ata olduğunu, xanımına yoldaş olduğunu.

 Mən, çırpıntılarımı xısın-xısın ürəyimə ataraq böyüdüm. Böyüdük. Məndən bir addım belə geri qalmayan, hətta hər fürsətdə  məni haqlayan, dərinliyi bitməyən və içərisi atasızlıqla dolu olan boşluğumla. Acınacaqlısı o idi ki, atam hər dəfə "Zolotoye Koltso" nu başına çəkəndə özünü ən xoşbəxt insan sanırdı. Amma mən tək ona deyil, həm də yoldaşsız anama və düşünəndəki belə atalar var, bax o zaman yüzlərlə Röyalara, puç olan ümidlərə acıyırdım.

Bəzən ətrafın o qədər insanla əhatə olunar ki, sənə zillənmiş kənardakı göz(lər) xoşbəxt sanar(lar) səni. Amma bilməzlər, heç bir kəs tək "Onu" əvəz edə bilməz. Bir əskikin varmış kimi davam edər həyatın.  Sanki  gözünün biri yoxmuş kimi baxarsan həyata. Bu zaman kənardakılar öz məşhur bayraqlarını əsdirə- əsdirə deyərlər: "Kişi içər də...!" Xeyr! Övladının həyata tək gözlə baxmağına razı olmayan ata içməz! Övladını unudacaq, öz ötəri "xoşbəxtliyi" naminə içməz ata! Bir neçə kişinin qucağında ailəsinə təhvil veriləcək qədər içməz kişi! Onun səndəlləyə- səndəlləyə yerişi "gizlən, qaç" oynayan uşaqların gülüşünə səbəb olacaqsa, içməz kişi!

  ...Dünən də pəncərəmdəm bir ailə tablosunu izlədim. Əsl ailə. Qızının hörülmüş qəhvəyi saçına tumar çəkən ana. Qızının başını köksünə, sol əlini ovucuna sıxan ata. Bəli, ata! Üzərindən spirt qoxusu gəlməyən, övladını tək gözlü qoymayan ata! Ama nədənsə daha qibtə etmədim o qıza.

 Elə bu an başqa bir tablo da gördüm. Anam və gözündə bir damla yaş. Nə az, nə də çox. Tək damla yaş. O da çuxura düşmüş sol gözünün altında. İndi başa düşürdüm, həyata tək gözlə baxan bircə mən deyilmişəm. İki gözə bais olan atam, görəsən, dörd gözlə necə baxır həyata?!

    19- cu fəslin ilk baharını cüt gözlə yaşamaq diləyi ilə...kaş ki, Röyanın röyası ola, atasızlığım.

Azadə Bayramova, BSU(Bakı Slavyan Üniversiteti, Jurnalistika) 

Go Back

Sevinc Hacıyeva: Əsl xoşbəxt ailə elə odur ki, bütün problemlərin içərisində yenə də bir-birinə olan bağlılıqlarını, sevgilərini qoruyub- saxlaya bilsinlər

       

 Ailə- bu o qədər mürəkkəb sözdür ki, onu rahatlıqla ifadə etmək olmaz. Bu söz özündə bir çox fikri əks etdirir. Çünki hər bir insanın gələcəkdə cəmiyyət içərisəndə tutduğu mövqe bir başa ailədən irəli gəlir. Xoşbəxt ailələr xoşbəxt ailələri törədir, necə ki, bədbəxt ailələr də bədbəxt ailələri törədir. Bəs xoşbəxt ailə nədir? İnsanlar niyə xoşbəxt olmur? Daha doğrusu xoşbəxt ailələrə sahib ola bilmir?

        Yer kürəsində elə bir ailə tapmaq olmaz ki, o ailənin içərisində problemlər yaşanmasın. Lakin bu ailəni quran fərdlərdən bəziləri güclü, bəziləri zəifdir. Necə ki, həyatda hər şeyin öhdəsindən güclülər qalib gəlir, ailədə də belədir. Ailədə özünə möhkəm, güclü, iradəli və s.insanlar tələb edir. Əsl xoşbəxt ailə elə odur ki, bütün problemlərin içərisində yenə də bir-birinə olan bağlılıqlarını, sevgilərini qoruyub- saxlaya bilsinlər. Ailələrin çoxusu xoşbəxt ola bilmir. Bu əslində bəzən normaldır. Çünki iki insan fərqlə həyatda, fərqli mühitdə böyümüş insan oxşar həyata, mühitə uyğunlaşmağa çalışır. Lakin bəzən tərəflərdən biri uyğunlaşa bilmir və bu da ailənin bədbəxtliyinə gətirib-çıxarır. Yuxarıda qeyd etdiyim kimi xoşbəxt ailələr xoşbəxt ailələri törədir. Çünki insan öz ailəsində gördüklərini nümunə götürüb gələcəkdə quracağı ailədə onu tətbiq edir. Çox az ehtimal olunur ki, pis ailələrdə böyümüş uşaqlar həyatlarından nəticə çıxararaq xoşbəxt ailə qura bilsinlər. Çünki əksər insan ana- atasından gördüklərini nümunə götürərək özü də illər sonra əksər hallarda elə ana elə ata olur və deyir ki, mənimdə anam (atam) mənə belə etmişdi, mən dözə bilmişəmsə uşağım da dözə bilər və yaxud da atam anama belə etmişdi, anam dözmüşdürsə, həyat yoldaşlmda dözə bilər. Bu özü də psixologiyaynan bağlıdır. Çünki bu insanların psxiologiyasında uşaqlıq xatirələri belə qalır. Ona görə də hər bir ana- ata öz uşağının da gələcəkdə xoşbəxt bir ailəyə sahib olmasını istəyirsə xoşbəxt ailə şəraitində yaratmağı bacarmalıdır. Ailədə erkən boşanmaların da bir sıra səbəbləri vardır. Məsələn: Ərlə- arvadın yaşları arasındakı böyük fərq boşanma ehtimalını artırır, bu zaman arvad ərdən yaşca böyük olduqda bu ehtimal daha yüksək olur. Boşanmanın mühim amillərindən biri də, boşanan ər-arvadın uşaqlarının sayıdır. Uşaq olmuyan ailələrdə boşanmanın ehtimalı bir və daha artıq uşağı olan ailələrlə müqayisədə daha çoxdur. Bəzi insanlar erkən yaşlarda ailə qurur. Bəziləri bunu sırf sahib olduqları pis həyatdan yaxa qurtarmaq üçün edirlər. Bu özü də bədbəxtliyə gətirib- çıxarır. Çünki sahib olduqları pis ailəni yaxşı bir ailə ilə əvəz edecəklərini düşünərək bəzən bilmədən səhv addım atırlar. Yəni fırtınanın qopduğu bir zamanda sığınacaq liman axtarırlar. Amma fırtınanın hər yerdə qopa biləcəyini, və yaxud başqa bir tərəfdə daha da güclənə biləcəyini düşünmürlər. Müasir dövrümüzdə elədir ki, ailədə maddiyatda rol oynayır. Çünki fərdlər ailə qurduqdan sonra uşaq dünyaya gəldikdə onu maddi cəhətdən də təmin edə bilmədikdə ailə fərdləri arasında problem yaranır. Əlbəttə, xoşbəxtlik sadəcə maddiyatla olmur, əksərən, mənəviyyatla bağlı ola bilir. Bəzən maddi cəhətdən çox yaxşı olan insanlarda xoşbəxt ola bilmirlər. Çünki bəzən belə ailələr mənəvi cəhətdən çox kasıb olurlar və bu elə bədbəxtliyin başlıca səbəblərindən biridir. Ona görə ki, mənəvi cəhətdən kasıb olan ailələrdə ya ana, ya ata, ya da uşaqda daima əksiklik hissi olur. Belə insanlar əksərən də belə ailərdə böyüyən uşaqlar qayğını başqalarında axtarır, bir problemlə rastlaşdıqda bunu ailədən kənar insanlarla bölüşür, səhv addım atırlar və o balaca səhvlər vaxt keçdikcə boyük problemlərə çevrilirlər. Çünki nə olursa olsun, heç kim insana ailəsi qədər düz yol göstərə bilməz. Maddi və əsas da mənəvi problemləri olan insanlar xoşbəxt ola bilmirlər. Necə ki, təməli güclü qoyulan bir bina zəlzələ olduğu zaman möhkəmliyini itirir, çatlar əmələ gəlirsə ailədə də belədir nə qədər güclü təməli qoyulsa belə problemlər yarandığı zaman dağılmasa belə  ailədaxili çatlar əmələ gəlir və öz möhkəmliyini itirir. Ona görə də hər bir insan həm  mənəvi, həm də maddi cəhətdən özünü hazır hiss etdiyində ailə qurmalıdır. Və xoşbəxt ailənin qurulması üçün 2 oxşar düşüncə tərzi olan insan bir araya gəlməlidir ki, bir problem yarandıqda onlar bunun öhdəsindən rahatlıqla gələ bilsinlər. Çünki tamamilə fərqli düşüncə tərzi olan iki insan bi araya gəlsə belə dünyaları həmişə fərqli olacaq. Mənə görə ideal ailə odur ki, orada qarşılıqlı hörmət, sevgi, güvən olsun. İdeal ailələr görmək istəyiriksə ideal insanlar olmağa çalışmalıyıq və insan çalışdıqdan sonra hər şeyi bacarar!

 

Hacıyeva Sevinc Nizami qızı

 Xəzər Universiteti, Humanitar və sosial fənlər fakultəsi, Psixologiya ixtisası, I kurs tələbəsi

           

 

Go Back

Nərmin Bədirova: Ailə xoşbəxtdirsə deməli, insan da xoşbəxtdir

   Ailə şəxsiyyətin tərbiyəsi və inkişafının sosiomədəni mühitidir. Ailə insanın həyatında, formalaşmasında mühüm rol oynayır. Uşağın doğulması, inkişafı, formalaşması ailədən başlayır. Uşaq ailədə elə ilk gündən birgəyaşayış normalarını mənimsəyir, öz ailəsində olan yaxşını və pisi, ailəyə aid olan hər bir cəhəti götürür və artıq gələcəkdə uşaq ailəsində gördüklərini təkrar edərək , sosiallaşır.

  Ailə eyni zamanda cəmiyyətin də vəziyyətini əks etdirir. Yəni cəmiyyətin iqtsadi, sosial, maddi durumu necədirsə, ailə də eyni tərzdə olur.   Ailəni biz həyatımızın bir parçası da deyə bilərik. Ailənin əsasında ən başlıca rol oynayan insanlar valideynlərdi. Yəni ana və ata. Məhz onların sayəsində biz böyüyüb, boya-başa çatırıq. İnsan həyatda hər bir zaman valideynlərə borcludur. Övlad ancaq valideynə borcunu: öz sevgisi ilə, qayğısı ilə, hörməti ilə verə bilər. Bunun üçün  insan daim həyatda ailə üçün nümünə olmalıdır. Valideynlər  o vaxt sevinə bilər ki, övlad daim ana- atasının başını uca etsin. Əsl övlad ata- ananın çətinliklə keçirdiyi yollarla böyüdüb, başını uca zirvəyə çatdıran, daim ailənin yanında olan , ana –atanın zəhmətini görüb , onlara yardım edən, hər zaman sevgi, qayğı göstərən insana deyilir.

  Həyat insana bir dəfə verilir.  Bunun üçün biz həyatımızın bir hissəsini ailəyə həsr etməliyik. İnsan zamanın qədrini bildiyi kimi, valideynlərin də qədrini vaxtında bilməlidir. Axı onlarsız həyatın mənası yoxdur.

  Ana evin istiliyidir, işığıdır,  qayğı göstərənidir. O, bir övladı dünyaya gətirənə qədər nə qədər kəşməkeşli yollardan keçir. Uşaq doğulur, amma ana yenə can qoyur, uşağı böyüdür. Əbəs yerə demirlər ki, cənnət anaların ayaqları altındadır.

 Ailədə atanında rolu böyükdür. Ana tək başına övladı böyüdə bilməz. O da övlad yolunda çox əziyyət çəkir. Ata evin dayağıdır, onu qoruyandır.

 Ailədə kişi ilə qadın arasında bütövlüyün olması mütləq vacibdir. Əgər münasibətdə tamlıq, bir – birinə hormət, qarşılıqlı sevgi, dayaq ,anlaşma eyni zamanda da dostluq varsa, o ailə artıq “bütöv ailə”  hesab olunur.

 Ailədə olan tərəflər bir – birilə eyni zamanda dost olmalıdır. Dostluq  insanların bir - birinə qarşılıqlı  münasibət və qarşılıqlı təsir sistemidir. Ailə dostluğu isə tərəflərin bir – birilə qarşılıqlı bağlılığı, sədaqəti, qarşılıqlı hiss və arzuları ilə seçilir. Eyni zamanda valideynlər çalışmalıdırlar ki, uşağın da ən səmimi və etibarlı dostu olsunlar. Belə olduqda uşaq məhz ailəyə dayaq olur, heç bir sözünü , yaxud səhv hərəkətini gizlətmir. Ailədə hər iki tərəf tam sədaqətlə, ağıl və şəriət çərçivəsində bir – birinin razılığını qazanmalıdır.

 Ailədə kişi ilə qadın öz istəklərini bir- birilə bölüşməli, bütün mərhələlərdə bir – birilərinə həmrəy olmalıdırlar.

 Ailənin bütövlüyü üçün əsas şərt ailə üzvlərinin bir –birinə qarşı hörmətidir. Hörmət varsa ailədə rifahda var, sevgidə var. Qarşılıqlı olan yerdə səmimiyyətdə olur.

 Müasir dövrdə bir çox problemlər var. Qlobal, istisadi, siyasi, ekoloji , maddi , eyni zamanda psixoloji problemlər, iş həyatında isə stress, aqressiya, konfliktlər və s. Bu problemlərdə insana psixoloji təsir göstərir, insanın saglamlığının aşağı səviyyədə olamasına, eyni zamanda birbaşa ailəyə təsir göstərir.

 Müasir dövrdə geniş yayılmış problemlərdən biridə ailə daxilində olan konfliktlərdir.

 Konflikt latın sözü olub , mənası “mübahisə” deməkdir. Yəni insanların fikirlərinin, maraqlarının, dünyagörüşünün bir – birindən fərqli olmasıdır. Ailə daxili mübahisələrin səbəbləri ən çox işsizlik, işdə olan stress , aqressiya, maddiyatın zəif olması, qadın ilə kişi arasında mövcud olan problemlərdir. Bundan başqa ailənin natamam olması , yəni övladın olmaması da problemə gətirib çıxarır.

 Müasir dövrdə ailədə rast gəlinən problemlərdən biri də qısqanclıqdır. Qısqanclıq     hər hansısa bir hərəkət , yaxud situasiyada qarşı tərəfə təsir edən reaksiyadır.  Qısqanclıq geyimlə, işlə bağlı müəyyən xüsusiyyətlərin xoşa gəlməməsi ilə olur. Qısqanclıq ən çox ailəyə təsir göstərir. Qısqanclıq hər iki tərəf üzvlərində ola bilər. Əgər kişidə bu xüsusiyyət çoxdursa, qadın bu cür yanaşmanın qarşısını almalıdır. Qadın birinci növbədə bu situasiyada özünü ələ almağa bacarmalı, qarşılıqlı anlaşmaya yol verməlidir. Ailədə qarşılıqlı anlaşma, tərəflərin  bir – birinin fikirlərinə qulaq asması problemi həll edə bilər. Bayaq qeyd etdiyim kimi əks təqdirdə bir çox problemlər, eyni zamanda ailə böhranları, zorakılıq da baş verə bilər.

 Ailədə baş verən digər problemlərdən biridə ailə zorakılıqlarıdır. Zorakılıq müasir dövrdə geniş yayılan psixoloji problemdir. İstər ailədə, istərsə də təlim-tərbiyə müəssisələrində, eyni zamanda cəmiyyətdə fiziki, emosional, psixoloji və aktual xarakterli zorakılıqlara çox təsadüf olunur.

 Ailədə baş verən zorakılığın səbəbləri ailənin natamam olması, qadın ilə kişi arasında olan problemlər, valideynlərin psixoloji cəhətdən sağlam olmaması və s. göstərmək olar. Kişinin qadına qarşı göstərdiyi fiziki zorakılıq həm qadına, həm də ən çox uşağa təsir edərək, birbaşa psixikada iz salır , nəticədə psixoloji problemlərə yol açır.  Buna baxmayaraq sonralar ailədə hər şey düzəlir, münaqişələr də qaydasına düşür. Amma uşaqda ciddi problemlər yaranır.

Çünkü problemlərin belə desək, çox hissəsi uşaqlara psixoloji cəhətdən təsir göstərir. Fobiyalar, nevrozlar, aqressiya və s.  Niyə? , səbəbi nədir?- sualını həkimə verən ailə səbəbini başa düşə bilmir. Səbəbi isə aydındır. Burada söhbət təkcə zorakılıqdan getmir. Ümumiyyətlə ailədə olan problemlər də aiddir. İnsan psixikası elə bir məkandır ki , bizi idarə edir. İnsana kənardan təsir edən hər şey psixikada cəmlənir. Bunun nəticəsində problemlər yaranır. Adi faktiki olaraq bayaqkı misalda göstərdiyim qorxu. Qorxu bilavasitə beyinə təsir edərək, qorxu nevrozuna, panikalara, hallunasiyalara, autizm ,daun sindromuna, uşağın ünsiyyətdə olan problemlərə səbəb ola bilər. Təbii ki, belə hallarda  uşaqı bu durumdan uzaqlaşdırmaq məsləhətdir.

 Təssuf ki, belə ailələrə son dövrdə daha çox rast gəlinir. Ailədə belə situasiyaların qarşısının alınması üçün valideynlər hər situasiyada özlərini ələ almağı bacarmalıdılar. Özünü ələ almaq , daxili iradə , yaxud situasiyada hər şeyin yaxşı olacağına ümid etmək çox vacibdir. Sadaladığım bu xüsusiyyətlər təkcə problemlərin həlli zamanı deyil, həm də  hər hansısa bir işi , fəaliyyəti həyata keçirilməsində də  çox səmərəlidir.

Belə problemlərin qarşısının alınmasında psixoloji xidmət fəaliyyət göstərərək, insanlara lazımı metodlar yolu ilə psixokorreksiya, psixoloji konsultasiya, psixodiaqnostika , psixoloji maarifləndirmə və s işləri aparılır. Sadaladığım bu sahələr valideynlərlə, ailələrlə, uşaqlarla aparılaraq, səmərəli nəticələr əldə olunur. 

 Bundan başqa ailənin tipləri də vardır. Müasir ailə, Ənənəvi ailə , nuklear ailə, cavan ailə, natamam ailə, , nigahdan kənar ailə, təkrar nigahdan yaranan ailə və s.

 Müasir ailə tipi ailənin tam müasir standartlara uyğun olan aiələyə deyilir. Təbii müasir dövrdə müasir ailəyə də çox rast gəlmək olar. Bu cür ailələrdə ailə çox sərbəstliyə meyl edir. Bunun çərçivəsində uşaqda ailədə göstərilən sərbəstliyə uyğun formalaşır. Belə ailə tipini fikrimcə səmərəli hesab etmək olar. Çünkü nə kişi, nədə qadın öz iş, yaxud fəaliyyətlərində bir- birilərinə müdaxilə etmir, əksinə daha sərbəst olaraq ailəyə həm maddi chətdən dəstək olur, eyni zamanda ailədə olan vacib işləri yerinə yetirir. Belə ailələrdə münaqişədə olmaz , ailənin istirahəti , vəzifələri də qaydasında ola bilər. Eyni zamanda uşaq arzuladığı  hansısa işini valideynlərin müdaxiləsi olmadan həyata keçirir. Belə ailədə tamlıq, ahəngdarlıq da olur.

 Ənənəvi ailədə isə adından göründüyü kimi bizim adət -ənənlərimizə uyğun yönümlü tipdir. Ailə təkcə müasir olmağı ilə yanaşı ,eyni zamanda ənənəsi ilə də seçilməlidir. Amma mənim fikrimcə, indi müasir dövr olduğu üçün ailədə ənənə həddindən çox olmamalıdır.

  Müasir dövrdə ən geniş yayılmış ailə tiplərindən biridə nuklear ailədir. Nuklear ailə tipində ailənin tərkibi 3-4 nəfərdən ibarət olur.Belə ailələrdə uşaqların tərbiyəsi və təlimi ilə məktəqəqədər müəssisələr məşğul olur.

 Cavan ailə adından göründüyü kimi, yeni ilk nigah olub, yaşı 30-u keçməyən ailədir.

  Natamam ailə tam olmayan bir valideynli ailə olub, son illərdə sayı artmaqdadır. Belə ailə boşanma nəticəsində yaranır, bir çox səbəblərdən , yəni valideynlərdən birinin ölümü və ya nigahdan kənar doğulan uşaq olduqda əmələ gəlir.

 Ailədə valideynlərin birinin itirilməsi uşaqlara psixoloji cəhətdən təsir göstərə bilər. Belə hallarda uşağın psixolji yardıma, dəstəyə  ehtiyacı olur. Uşağın yaxınları onun yanında olaraq, dəstəyi ilə situasiyanı yaxşılaşdıra bilər.

 Təkrar nigahdan yaranan ailə dedikdə isə, bu hər iki valideynin olduğu ailədir, lakin burada ümumi uşaqlarla yanaşı, əvvəlki nigahdan olan uşaqlarda vardır.

 Bundan başqa bayaq ailənin bütövlüyünü saxlayan digər ailə tipi: ideal ailədir. Hər kəs ailəsinin ideal olmasını arzulayır. Təbii ki, ideal sözü mükəmməl anlayışını versə də, amma heç bir insan ideal deyil. Hər insanın qüsurları olduğu kimi ailədə də problemlər olur. Sual oluna bilər ki, bəs ideal ailə anlayışı necə mövcud olur ?

 Fikrimcə, belə ailələrin sayı az olsa da, amma mövcuddur. Biz elə ailəni ideal ailə hesab edə bilərik ki, ailədə hər bir şey bərabərdir, bütövdür, münaqişəsizdir. Eyni zamanda tərəflərin bir- birinə qarşılıqlı hörməti, sevgisi, qayğısı var. Təbii ki, belə ailə xoşbəxt və idealdır.

 Beləliklə, sonda qeyd etmək istəyirəm ki , hər bir insan ailəyə dəyər , qiymət verməlidir. İnsan üçün həyatın mənası elə ailəsidir. Ailənin xoşbəxt  olması insanın öz əlindədir. Xoşbət ailə üçün də birinci növbədə,  saglamlıq , övladın olması, ailədə dostların, yaxınların olması əsasdır. Ailə xoşbəxtdirsə deməli, insanda xoşbəxtdir.

 

Nərmin Bədirova

Azərbaycan Müəllimlər İnstitutu, “ Filologiya və təhsildə sosial-psixoloji xidmət fakültəsinin məzunu

Go Back

Kəmalə Rəsulova - "Real həyatda məhəbbətə sahib çıxmaq elə evləndikdən sonra başlayır"

Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı. Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında “Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində “İki qızım vardı, indi bir oğlum da var” deyən qız anası da kürəkənini lənətləyirdi. Söz-söhbətə, dava-dalaşa səbəb nə idi? Səbəb çoxdur. Hər il ölkəmizdə neçə-neçə nikah bağlanır. Bu, yaxşı haldır. Lakin hər il eyni zamanda neçə-neçə boşanma hadisəsi qeydə alınır. Bu isə pis haldır. Cəmiyyətimizin, dövlətimizin mənəvi sağlamlığı, möhkəm və qudrətli olması bilavasitə ailələrin uğurlu olmasından asılıdır. Ailə bütün fəaliyyət sahələrində həm ictimai həm də fərdi funksiyaları yerinə yetirir. Ailənin funksiyaları tarixi kateqoriyalardır, ənənəvi və müasir xarakter daşıyır. Danılmaz faktdır ki, ölkəmizdə xoşbəxt, uğurlu ailələrlə yanaşı həm də uğursuz, bir növ bədbəxt ailələr də vardır. Belə ailələr çox vaxt elə qonşuluğumuzda yaşayır, onların söz-söhbətlərinin, dava-dalaşlarının hər gün şahidi oluruq. Həmin ailələrin üzvlərindən bəziləri elə öz qohumlarımızdır. Və biz bu cür ailələrlə cox rastlaşiriq.Bir\birini sevən iki gənc ailə qurmaga tələsir.Onlar məhəbbətin xoşbəxt sonlugunu sevənlərin ailə qurmasinda gorurlər.Ancaq nagillardaki kimi məhəbbətin xoşbəxt sonlugu evlənmək deyil.İki sevən gənc evləndikdə nagil tamamlanir,həyatda isə kitab hələ təzə yazilmaga başlayir.Real həyatda məhəbbətə sahib cixmaq elə evləndikdən sonra başlayir.  Ailədə məhəbbəti,qarşiliqli horməti evləndikdən sonra qorumaq heyfslər olsun ki hər ailədə baş tutmur.Ailədə daxili konfliktlər,problemlər baş verir.Və bu da munasibətlərin pozulmasina,cutluklərin qarşiliqli hormetsizliyinə,və hal/hazirda cox ailənin probleminə cevrilən boşanma hadisələrinə səbəb olur. Boşanma mürəkkəb sosial hadisədir. O öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər-arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün, hər şeydən əvvəl ər-arvad münasibətlərində özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır. Əvvəlcə gəlin belə bir sadə həqiqətdən başlayaq. Ailədə söz-söhbət var. Bunu hökmən qonum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mabahisəni həmin şəxslərin özləri ikilikdə həll etsinlər. Axı bir sıra hallarda üçüncü, dördüncü və s. nəfərin müdaxilə etməsi əslində “qaş düzəltmək yerinə vurub gözü də tökür”. Lap adicə, son dərəcə əhəmiyyətsiz və xırda məsələ üstündə ər-arvadın mübahisəsi günlərlə davam edə bilər və nəhayət, ciddi şəkil ala bilər. İxtilaflar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Ümumiyyətlə mübahisəsiz, konfliktsiz ailə təsəvvür etmək olarmı? İnamla deyə bilərik ki, mübahisəsiz, konfliktsiz aile olmur. Buna baxmayaraq 30, 40, 50 il davam edən çox ailələr vardır. Deməli, ailədə mübahisələr olur, amma mübahisə edən tərəflərin hər ikisinin və yaxud heç olmasa birinin mədəni səviyyəsi, bir-birinə olan sevgi, məhəbbət bu mübahisənin müəyyən bir çərçivədən çıxmasına imkan verməz.

İki şəxs bəxtini, qismətini birləşdirib ailə qurduqda bu ümumi ocağa hər biri öz “yükü” ilə gəlir. Lakin bu günə qədər “mənimki” deyilən hər bir şey indi yalnız “bizimki” ilə əvəz olunması üçün müəyyən səy göstərilməsi vacibdir. Bu yalnız maddi cəhətə deyil, mənəvi cəhətə də aiddir. Bu “bizim” prinsipi ər-arvad tərəfindən nə qədər qəbul olunarsa, xoşagəlməz mübahisələr, söz-söhbət də bir o qədər tez aradan qalxıb yox olar. Bəzi ailələrdə isə əksinə olur. İlk vaxtlar guya bir=birini sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdıraraq əvəzinə müqabil tərəflərin kin, ədavət hisslərini daha da kəskinləşdirirlər.

Nikahın ilk dövrlərində və, ümumiyyətlə, ər-arvad arasında konfliktlər nə səbəbə baş verir? Əhəmiyyətinə görə mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla gösterirler:


  • Ər-arvad münasibətlərində etikanın pozulması xəyanət, qısqanclıq).
    Bioloji uyğunsuzluq.

     
  • Ər-arvaddan birinin ve ya her ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması.
     
  • Həyata marağın və tələblərin uyğunsuzluğu.
     
  • Uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi.
     
  • Ər-arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması.
     
  • Valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.

 

Hər ailədə xoşagəlməz hadisələr baş verir.Mühüm olan bu hadisələri sakitliklə,qarşiliqli hörmətlə aradan qaldirmaqdir.

Və real həyatin sonlugunu gulərüz tamamlamaqdir.

 

Rəsulova Kəmalə

Azərbaycan Müəllimlər İnstitutu

Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi

Go Back

Allahverdiyeva Elmiraxanım - "Yuvanin təməli sevgi, istiliyi razılaşma, damı da hörmətdir"

Aile qurmaq üçün mütləq iki tərəf də hazır olmalıdır. Əvvəlcə qarşılıqlı münasibətlər düzgün qurulmalı, bir-birini anlamalıdırlar. Bəzi hallarda bir-birini tamamlamayan cütlüklər bir araya gəlir. Bu da gələcəkdə uyğunsuzluq və boşanma ilə nəticələnir. Təbii ki, gələcəkdə boşanmaq üçün ailə həyatı qurulmur və bu heç kəsin arzusu deyil. Lakin, ayrilma hallarına tez-tez rast gəldiyimiz də doğrudur.
İnsan mütləq, onu tamamlayacaq biri ilə həyat qurmalıdır. Dünyagörüşləri, həyata baxışları, istək və arzuları, düşüncələri hardasa eynilik təşkil etməlidir. Qeyd edək ki, evlilik həyatına qatılmaq üçün yalnız ürəyi deyil, ağılı da nəzərə almalıyıq. Ailə qurarkən yaş həddi də önəmli məsələlərdəndir. Mən erkən evliliyə qarşıyam. Bir cox problemlər də elə bu məsələdən yaranır. Erkən yaşlarda insana evliliyin yükü ağır gəlir və tez yorulur. İki tərəf də həyatda öz yerini, mövqeyini bilməli, özünü idarə etməyi bacarmalıdır. Məsuliyyətli, ciddi və bir o qədər çətin olan evliliyə tam hazır olduqdan sonra qerarlarını verməlidirlər. Evlənməzdən öncə iş həyatına qatılmaq önəmlidir. Bu, insana olduqca gözəl təsir bağışlayır və onu təkmilləşdirir. Tebii ki, gənclər aileni şirin nağıl kimi təsəvvür edir və evləndikdən sonra problemlə üz-üzə qalırlar. Ona görə müəyyən həyat təcrübəsi qazandıqdan, özünü tanıdıqdan, dərk etdikdən sonra evlilik qərarını verməlidirlər. Bu zaman gələcək günlərdə boşanma halı ilə rastlaşma az hallarda ola bilər. Ailə qurduqdan sonra bəlli məsələdir ki, övlad tərbiyəsi öndə durur. Bu incə işdə son dərəcə diqqətli olmaq lazımdır. Övlad tərbiyəsində yalnız ananın iştirak etməsi düzgün deyil, ata da bu məsələ ilə yaxından maraqlanmalıdır. Övlad tərbiyəsində mütləqdir ki, valideynlərin fikirləri eyniyyət təşkil etsin. Yəni, ananın dediyinin ata əksini söylərsə, uşaqda çaşqınlıq yaranar və ona sərf edənə əməl edər. Nəyicədə uşağın tətbiyəsi pozular və ailədaxili münaqişələr artar. Deməli bir faktor kimi, ailədaxili söz bitkinliyi, vəhdətin olması əsas şərtlərdəndir. Bəzi hallarda tərbiyə məsələsini pozan nənə və babalar olur. Mütləq nənə, babalar ananın dediyini təsdiqləməlidirlər. Əks halda uşaq ərköyün böyüyür. Bundan başqa şəxsi münasibətlər də yalnız iki tərəf arasında olmalı, kənara çıxmamalıdır. Bunun üçün ana və ata birlik göstərməli və kənar təsirlərə yol verməməlidir. Bu da ailə bütövlüyünü qorumaq məsələsidir ki, çox vacib şərtdir.
İki tərəf arasında müəyyən mövzu ilə bağlı hər zaman eyni fikir, eyni düşüncə ola bilməz. Belə hallarda qarşılıqlı anlama əsas rola malikdir. Birlikdə qərar qəbul olunmalı və son nəticəyə gəlinməlidir. O.D.Balzakın dahiyanə fikrini qeyd etmək istərdim : "Evlilik zənciri elə ağırdır ki,onun yükünü ikilikdə daşımaq lazımdır."
  Qadın və kişi psixikasında hansı fərqlər ailədaxili konfliktlərə gətirib çixarır və bundan qaçmaq üçün nə etmək gərəkdir ?
   Mən belə cavab verərdim. Qlobal problem, kişinin sözünü qadının qebul etməməsi və əksinə qadının sözünü də kişinin qəbul etməməsidir. Bəzi ailələrdə kişi öz sözünün, fikrinin önəmli olmasını söyləyir, qadının fikrinə əhəmiyyət vermir. Evdə qərarı mütləq o verməlidir deyə düşünür. Təbii ki, bu qarşı tərəfə olan hörmətsizlikdir. Ailəni ailə edən qarşılıqlı sevgi və hörmətdir. Mütləq ortaq məxrəcə gəlinməli, doğru olan seçilməlidir. Lev Tolstoyun fikrinə diqqət edək :" Yuvanin təməli sevgi, istiliyi razılaşma, damı da hörmətdir." Bir çox ailələrdə kişilər aşırı dərəcədə qısqanc olur. Həyat yoldaşına koryera qurmağa izn vermir hətta evdən bayıra çıxmasına da nadir hallarda qoyur. Qadının rahat və istədiyi kimi yaşamasına maneəçilik törədirlər. Bu kimi hallarda qadın bezir və ailənin sonu boşanma ilə nəticələnir. " İdeal ailə" ücün iki tərəf də yorulmadan çalışmalı, səy göstərməlidir. Müasir ailəni xarakterinə görə 3 yerə bölürlər :
1) Uşaq tərbiyəsini müvəffəqiyyətlə quran ailələr. Bu tip ailələrdə valideynlər arasında qarşılıqlı məhəbbət və hörmət olur. Ana və ata öz məsuliyyətini dərk edir və övladlarına da düzgün tərbiyə aşılayır.
2) Uşaq tərbiyəsini formal müvəffəqiyyətlə quran ailələr. Belə ailələrdə valideynlər uşaqlara eyni tərzdə tələblər qoymur, müxtəlif mövqedə olurlar. Onlar tərbiyənin əsas məqsəd və vəzifələrini aydın dərk etmir, uşaqlara verilən tələblərdə kortəbiilik göstərirlər. Uşağın inkişafı diqqətdən kənar qalır.
3) Uğursuz ailələr. Belə ailələrdə kollektiv əlaqə münasibətləri qüvvədən düşür. Uşağın həyatı kölgədə qalır. Uşağın xarakterində valideynlərə hörmətsizlik, onların tələblərini yerinə yetirməmək, laqeydlik və s. hallar nəzərə çarpır.
   Ailə kiçik dövlətdir. Ailə üzvləri arasında söz azadlığı, qarşılıqlı anlaşma olmalıdır. Uşaqlara şəxsiyyət kimi baxmalı, onların mənəviyyatını alçaltmamalı, təzyiq göstərməməli, və fikirləri dinlənilməlidir. Ailəni tərif formasında qeyd edək. Ailə - nigah və qan qohumluğuna əsaslanan məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir.
  Niyə ailə qurduqda iki tərəf də məsuliyyətini dərk etməlidir?
  Ailə düzgün, sistematik təşkil olunmalıdır ki, tərbiyəli, vətənpərvər vətəndaş yetişdirilsin. Bunun üçün də insan öncə öz tərbiyəsini düzgün qurmalıdır ki, övladına da sistematik şəkildə ötürə bilsin. İnsanın formalaşmasında mühütün rolu böyükdür. Çünkü, dünyaya gələn uşağın ilk düşdüyü mühüt ailədir. Təbii ki, insanın formalaşması üçün mühütdən əlavə tərbiyə və irsiyyət də önəmli faktordur. Con Lokun " Ağ Lövhə " nəzəriyyəsini qeyd etmək yerinə düşər : " İnsan dünyaya ağ lövhə kimi gəlir. O, nə qul, nə ağa, nə də həkim olmur. Düşdüyü mühüt onu formalaşdırır." Bu səbəbdən insan öz məsuliyyət və vəzifələrini dərk etmədən ailə həyatı qurmamalıdır. Ailə o zaman " İdeal ailə " adını qazanır ki, ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanır, həsəd aparılır. Yenə də, bunun kökündə qarşılıqlı sevgi, hörmət, diqqət rol alır.

Allahverdiyeva Elmiraxanım

Bakı Humanitar kollecinin " Ailə və ev təhsili" fakultəsinin tələbəsi

Go Back

Fərəh Quliyeva: Ailə "mən" i unutmadan "biz" ola bilməkdir

İlk öyrənməyimiz gərəkən məsələ münasibətlərin başlanığıcında hər iki tərəfdə öz qarzu etdiyi xarakterləri seçdikləri insanda olub olmamasına diqqət yetirməlidirlər . Sonradan türklər demiş hayal kırıklığına uğramasınlar. Hər iki tərəf tanışlıqlarının ilkin mərhələsində özlərini öz ideal yönlərindən tanıdırlar və bu ideal yöndən tanımlama uzun müddət cütlüklərin münasibətlərini ideal səviyyədə saxlayır. Onları ovsunlayan ilk mərhələdəki rəngli qələmlə çəkilmiş gözəl və parlaq obrazlardır . Tanışlıq artıq dərinləşir və cütlüklər öz istək və tələblər mərhələsinə keçid alırlar . O zaman cütlüklər artıq daha məsuliyyətli yanaşmalar edirlər.

Nəyə görə cütlüklər öz seçimlərində xarici görünüşlə yanaşı psixoloji uyğunlaşmalarıni öz seçim kriteriyaları arasında qeyd etmirlər.? Axi bizi daima sevdirən və təkrarsız edən davranış və hadisələrə baxış prizmalarımızdır.  Qadın və kişi psixologiyası fərkli olduğu üçün hər iki tərəfdə öncədən qarşı tərəfin psixologiyasi ilə də maraqlansınlar. Xanımlar və bəylər öz gözləntiləri və realda ola biləcək dəyişiklikləri də nəzərə almalıdırlar ki, sonradan aralarında mubahisələrin sayı artmasın. 

Ailədə ən mühüm münasibət problemlərindən biri də qısqanlıqdır. Xanımlar bəzən o qədər qısqanclıq edərlər ki, özlərini kənardan necə göründüklərini unudarlar. O zaman xanımlar həyat yoldaşı obrazından çıxaraq deyingən və yorucu xanım obrazına keçid alarlar. Qısqanclıq problemi yaşayan cütlüklər özlərini müdafiə etməkləri üçün sevgidə qısqanclıq mütləqdir deyərlər. Eslində isə normadan artığ qısqanclıq inamsızlıq,  yoruculuq və ən əsası isə şəxsin özünə dəyərini azaldacaq nüanslardır. Hərşey qədərində olmalıdır.

Türk alimi Prof. Mehmet  Z Sunqurun dediyi kimi ailə "mən" i unutmadan "biz" ola bilməkdir . Ailələrimizə hər zaman sağlam höküm sürən gözəl ailə münasibətləri arzu edirik.

Fərəh Quliyeva

Go Back

Maarifli Zәrifә:Ailə canlı təsisatdır

Ailә canlı tәsisatdır. O da dialektika qanunlarına tabedir.Bu mәnada da söhbәt heç dә ailәdә mübahisәnin olub-olmaması haqqında getmir. Ümumiyyәtlә mübahisәsiz, konfliktsiz ailә tәsәvvür etmәk olarmı? İnamla deyә bilәrik ki, mübahisәsiz, konfliktsiz ailә olmur. Buna baxmayaraq 30, 40, 50 il davam edәn çox ailәlәr vardır. Demәli, ailәdә mübahisәlәr olur, amma mübahisә edәn tәrәflәrin hәr ikisinin vә yaxud heç olmasa birinin mәdәni sәviyyәsi, bir-birinә olan sevgi, mәhәbbәt bu mübahisәnin müәyyәn bir çәrçivәdәn çıxmasına imkan vermәz.İki şәxs bәxtini, qismәtini birlәşdirib ailә qurduqda bu ümumi ocağa hәr biri öz “yükü” ilә gәlir. Lakin bu günә qәdәr “mәnimki” deyilәn hәr bir şey indi yalnız “bizimki” ilә әvәz olunması üçün müәyyәn sәy göstәrilmәsi vacibdir. Bu yalnız maddi cәhәtә deyil, mәnәvi cәhәtә dә aiddir. Bu “bizim” prinsipi әr-arvad tәrәfindәn nә qәdәr qәbul olunarsa, xoşagәlmәz mübahisәlәr, söz-söhbәt dә bir o qәdәr tez aradan qalxıb yox olar. Bәzi ailәlәrdә isә әksinә olur. İlk vaxtlar guya sevişәn gәncler qısa müddәtdәn sonra bir-birini sevmәdiklәrini,yanıldıqlarını anlayır vә bu zaman xasiyyәtlәrini uyğunlaşdıraraq әvәzinә müqabil tәrәflәr kin, әdavәt hisslәrini daha da kәskinlәşdirirlәr.Ümumiyyәtlә, әr-arvad arasında konfliktlәr nә sәbәbә baş verir? Mütәxәssislәr bu sәbәblәri aşağıdakı ardıcıllıqla göstәrirlәr:

1) Әr-arvad münasibәtlәrindә etikanın pozulması (xәyanәt, qısqanclıq).

2) Bioloji uyğunsuzluq.

3) Әr-arvaddan birinin vә ya hәr ikisinin onları әhatә edәn adamlarla (qohum, dost, tanış vә s.) pis münasibәtdә olması.

4) Hәyata marağın vә tәlәblәrin uyğunsuzluğu.

5) Uşağa qarşı pedaqoji mövqeyin müxtәlifliyi.

6) Әr-arvaddan birindә, bәzәn isә hәr ikisindә şәxsi çatışmazlıqların olması.

7) Validәynlәrlә uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.Ola bilsin ki, bәzi ailәlәrdә başqa sәbәblәr dә meydana çıxsın, amma bu yeddi sәbәb әn çox ailә dağıdan sәbәblәrdir. Әsas mәsәlә narazılığın әmәlәgәlmә sәbәbini bilmәk deyil, bu narazılıqları aradan qaldırmaq üçün hәr birinin düzgün hәrәkәt etmәsidir.Sevәn әr-arvadın ailәdә mübahisәlәri mәdәni şәkildә aparması vә tәrәflәrdәn heç birinin qalib gәlmәk mәqsәdi güdmәmәsi ilkin şәrtdir. Yadda saxlamaq lazımdır ki, sәnin qәlәbәn sevdiyin şәxsin mәğlubiyyәtidir. Bәs sevdiyin şәxsi mәğlub etmәklә sәn özün nә qazanırsan? Axı әr-arvad bir ailә tәşkil etdiyindәn hәr hansı tәrәfin qәlәbәsi ailәnin mәğlubiyyәti demekdir.Әr-arvad arasında mübahisәlәr üçün sәbәb yarandıqda onlardan hәr biri öz dediyinin hәqiqәt olduğunu isbat etmәyә çalışmayıb, ikilikdә mübahisәnin sәbәbini aradan qaldırmağa sәy etmәsi daha düzgün olar.Ailә mübahisәlәrindә hәr bir halda hörmәt pәrdәsini saxlamaq vacibdir. Mübahisә vaxtı bir-birini acılamaq, alçaltmaq, tәhqir etmek yol verilmәz haldır. Ailә dava-dalaşdan sülh yolu ilә qurtarmaq üçün әn yaxşı şәrt kin saxlamamaqdır. Ailә münasibәtlәrinin psixologiyasını öyrәnәn mütәxәssislәr pis şeyi tez yaddan çıxaran ailәlәrdә münasibәtlәrin hәmişә yaxşı, ailәnin isә xoşbәxt olduğunu söylәyirlәr. Әn әsas şәrtlәrdәn biri dә mübahisә

 

qurtardıqdan sonra onun sәbәblәrini bir dә yada salmamaqdır.Müәyyәn bir sözdәn, hәrәkәtdәn incidikdә ailәnin rifahı üçün bu hissi gizlәdib saxlamaqdan qorxulu şey yoxdur. Xoşa gәlmәyәn hәr bir sözә, hәrәkәtә qarşı reaksiya nә qәdәr tez olarsa onun nәticәsinin müsbәt olacağına daha çox ümid bәslәmәk olar. Gizlәdilmәkinciklik isә tәdricәn düşmәnçiliyә çevrilә bilәr. Dava-dalaş vә münaqişәni sülhlә qurtarmaq üçün әn yaxşı vasitә adamın – kişinin ve ya qadının “bu gün sәni narahat edәn nәdir?” sualını verib, vicdanla da bu suala cavab almaqdır.Bu zaman aydınlaşacaqdır ki, xörәyin duzunun çox olması, paltarın pis ütülәnmәsi әslindә kiçik mәsәlәlәrdir. Sadәcә olaraq idarәdә müdirlә qanqaraldan “söhbәtdәn” sonra gәrginlәşmiş әsәblәri sakitlәşdirmәk üçün xörәyin duzu bәhanә olmuş ve nahaq yerә o, sevimli arvadının qәlbinә toxunmuşdur. Ailәdә müxtәlif sәbәblәrdәn baş verәn mübahisә vә münaqişәlәri (avtobusda xoşa gәlmәyәn konflikt, uşağın mәktәbdә pis qiymәt alması, televizorun xarab olması vә s.) Әr-arvad heç zaman savaşa çevirmәmәlidir. Әlbәttә, elә şeylәr var ki, onların üstündәn keçmәk, bağışlamaq olmaz — bu özünü hörmәtdәn salmaq, öz şәxsiyyәtini qorumamaq kimi qiymәtlәndirilir. Xoşbәxtlikdәn mübahisә adәtәn xırda, әhәmiyyәtsiz sәbәblәrdәn yaranır vә sәhәrisi günü artıq barışmış әr-arvad onun peşmançılığını çәkir.Çox vaxt mübahisәyә sәbәb gәnclәrin subay vaxtından qalma adәtlәri olur. Adәtlәr müxtәlif ola biler. Onlardan zәrәrsiz vә asanlıqla tәrgidә bilәnlәrә fikir vermәk lazım deyil, çünki belә adәtlәr birgә hәyat tәrzi nәticәsindә unudulacaqdır. Ciddi, zәrәrli ve müqabil tәrәfә ziyan verәn, onu әsәbilәşdirәn adәtlәri isә tәdricәn tәrgitmәk lazımdır. Amma hansı adәt olursa-olsun, onu birdәn-birә tәrgitmәyi tәlәb etmәk düzgün deyil. Uzun illәr boyu yaranmış adәti tәrk etmәk üçün müәyyәn vaxtlazımdır. Bәzi gәnc qadınlar ultimatum şәklindә: “Әgәr sәn futbola gedirsәnsә, siqaret çәkmәyi tәrgitmirsәnsә, demәli mәni sevmirsәn. ” deyirlәr. “Ya sәn tәrgidәcәksәn, ya da mәn bu evdәn gedәcәyәm “. Mәsәlәnin bu şәkildә qoyulması qısa müddәtdә münasibәtlәrin pislәşmәsinә gәtirib çıxarır. Bәzәn qadınlar kәnar şәxslәrin, uşaqların yanında şәxsiyyәtә toxunan, onun mәnliyini alçaldan tәnbehlәrlә әrlәrini tәnqid edirlәr. Göstәrilәn bu sәbәblәr gec-tez ailәnin dağılmasına sәbәb olur. Belә hallarda boşanmaq üçün yazılmış әrizәdә ayrılmağın sәbәbi qarşısında: “xasiyyәtlәrimiz uyğun gәlmәdi” – sözlәri yazılır, halbuki burada xasiyyәt yox, tәrbiyә әsas rol oynayır.

Maarifli Zәrifә 

ADPU, Pedaqogika və psixologiya fakültəsi

 

Go Back

Günel Əliyeva - ""Artıq o məni sevmir, çünki məni qısqanmır..."

         Bu gün ailə bağlarının qopmasına səbəb olan faktorlar çoxdur.  Fikir ayrılıqları, qərarsızlıqlar, bir-birini başa düşməmək kimi problemlər ailə bağlarının qopmasına səbəb olur. Bu problemlər adi bir problem kimi görünsə də, əslində kiçik çatışmazlıqlar böyük problemlərə yol aça bilir. "Ailə kiçik bir dövlətdir" - boş yerə deyilmiş bir söz deyil. Təbii ki, ailədə problemlər olur və olmalıdır. Kişi və qadın problemlərini birlikdə həll edərək, bir-birini başa düşə bilməlidirlər.

         Hər kəs üçün müasir ailə modeli müxtəlif cür ola bilər:

Mənim üçün müasir ailə modeli bir-birini başa düşməkdən keçir. Bir-birini başa düşmək üçün ünsiyyət qurulmalıdır. Ünsiyyət quraraq insanlar aralarındakı bütün problemləri həll edə bilərlər. Elə yaranan problemlərin əsası da ünsiyyət defisitinin olmasından yaranır. Ailədə bir-birinə qarşılıqlı hörmət lazımdır. Bəzən deyirik sevgi əsasdır, bəzən isə hörmət əsasdır deyirik. Amma məncə insanlar bir-birini sevərək evlənir, sevgi daha sonra hörmətə çevrilir. Sevilmək gözəl hissdir, o cümlədən də sevmək.

         Qadın və kişi münasibətlərində müxtəlif fərqlər ola bilər. Hər bir insanın xarakteri fərqlidir. Hər bir insanın düşüncə tərzi fərqlidir. Qadın və kişi öz aralarında olan problemi həll edərkən bir-birlərinə güzəştə gedə bilməyi bacarmalıdırlar. Bəzən ailədə olan 2 nəfərdən biri problem yaradırsa, digər bir nəfər həmin problemi böyütməməlidir. Xalq arasında deyilən deyimə əsasən biri od olarsa, digəri su olmalıdır. Qadın və kişi öz arasında olan problemi həll edərkən bir-birinə verdikləri sözü başa düşməlidir. Təbii ki, evliliyə qədər olan müddətdə insanlar bir-birini tanımalıdır. Bu dövr nişanlılıq dövrü adlansa da, əslində mən bu dövrü tanıma dövrü adlandırıram. Çünki cütlüklər bu dövrdə bir-birlərinin xarakterik xüsusiyyətlərini öyrənirlər. Əgər bu dövrü düzgün dəyərləndirə bilmək vacibdir, çünki bu sonrakı dövrlər üçün əsas zəmin rolunu oynayır. Ona görə də bu müddət bir qədər uzun olmalıdır, amma verilən bu müddəti onlar dəyərləndirə bilərək, bir-birilərini yaxşı tanımağa çalışmalıdırlar ki, sonralar yarana biləcək adi problemlərdə "mən səni yaxşı tanımamışam", "sənin belə bir insan olduğunu bilmirdin", "belə olacağını bilsəydim səninlə ailə qurmazdım" kimi xoşagəlməz, problem yarada biləcək ifadələr işlənilməsin.

         Ailədaxili konfliktlərin yaranmasına səbəb olan amillərdən biri də qısqanclıqdır. Qısqanclıq özünü bəzən xəstəlik kimi göstərə bilər. Ona görə də buna fikir vermək lazımdır. Qısqanclıq boşanmaya belə səbəb ola bilir. Ona görə də bunun üçün psixoloji yardım almaq lazım olur. Hər şeyin bir həddi olmalıdır. Həddi aşılan hər şey cansıxıcı, bezdirici  və dözülməz olur. Qısqanclıq mənim üçün gözəl bir hissdir. Amma bu yerli-yerində olmalıdır. Tərəflər bir-birinə olan sevgi hissinin azaldığını görəndə bunu belə izah edirlər. "Artıq o məni sevmir, çünki məni qısqanmır". Bir-birini sevmək üçün qısqanclıq olmalıdır, amma ailədə bir-birinə inana bilmək, bir-birinə güvənmək hissi əsas olmalıdır.

         İdeal ailə nədir?

İdeal bu söz hər kəs tərəfindən işlənilir və hər zaman söylənildiyi kimi "ideal insan və ideal olan heç bir şey yoxdur". Çünki hər bir insan və ətrafımızda olan hər bir hadisə qüsurları ilə gözəl sayılır. Bəzən qıraqdan insanlara ailələr ideal görsənə bilər. Hətta insanların ideal saydığı ailələrdə konflikt olanda hamı təəccüblənir. Niyə belə oldu? Axı biz onların belə olduğunu bilmirdik?

         Təbii ki, bir-biri ilə yaxşı anlaşan, bir-birini yaxşı başa düşən, bir-birinə hörmət edən insanlar var. Mən buna inanmaq istəyirəm. əslində ideal olmağa çalışmamalıyıq. Özümüz kimi ola bilsək məncə yetərli olar. Sadəcə bir-birimizi başa düşə bilsək, bir-birimizin fikirlərinə, istəklərinə hörmətlə yanaşa bilsək heç də ideal ailə olmağa ehtiyac olmayacaq.... İdeal ailə deyil də bir-birinə hörmət edən, bir-birinə sahib çıxan ailə axtarmalıyıq.

         Ailə quran gənclər bəzən sadəcə evlənmək məqsədi ilə ailə qururlar. Bu da təbii ki, sonradan mənfi nəticələrə səbəb ola bilir. Bizim ailə mentalitetimizə əsasən müəyyən yaşa qədər ailə qurmalıdırlar. Əks təqdirdə onlar evdə qalmış sayılır. Təbii ki, bütün bunlarında təsiri var.  Və nəticə olaraq ailədə adi bir çətinlik yaranan kimi problemlərdə yaranmağa başlayır.

         Ənənəvi ailə modeli dedikdə, keçmişdə qurulan ailələri misal göstərərdim. Analarımız-atalarımız həmişə öz ailələrinin nə qədər möhkəm olduğunu, adi problemləri böyütmədiklərini xatırladırlar. Əslində biz baxdığımızda bunun doğru olduğunu görə bilərik. Valideynlərimiz bizə də adi problemləri böyütməməyimizi, ailəmizə sahib çıxmağımızı istəyirlər. Əslində biz nə qədər istəsəkdə bu alınmır. Bunun tək bir səbəbi var:

         Keçmişdə insanların gözləntiləri bu qədər deyildi. Amma yaşadığımız müasir dövrün gözləntiləri də çox olur. İstəklərimiz çox olduqca gözləntilərimiz də çox olur. Və adi bir problemdən başlayaraq yeni problemlər yarana bilir.

         Bugünkü dövrdə ailələrin dağılmasına müxtəlif problemlər səbəb ola bilir. Ən əsas təsir isə kənar amillərin yaratdığı təsir olur. Bunlar da əsasən valideynlər olur. Bir evdə yaşamaq, yeni şəraitə adaptasiya olmaq hər kəs üçün eyni olmur. Hər insan eyni şəkildə adaptasiya olunmur. Bu zaman  digər tərəf də qarşı tərəfin adaptasiya olunmağına şərait yaradılmalıdır. Ən əsası tərəflər arasında olan problemlərə valideynlər qarışmasa daha yaxşı olar, hətta kişi və ya qadın kömək üçün valideynlərinə müraciət etsələr belə, valideynlər onların məsələsinə qarışmamalıdırlar. Çünki hər valideyn öz övladının tutduğu mövqedən məsələyə yanaşmağa çalışsa bu zaman problem daha da böyüyəcək. Onun üçün insanlar problemlərini öz aralarında ünsiyyət quraraq, bir-birini dinləyərək həll etsələr problem o qədər də böyüməz. Necə deyərlər: iki tərəf arasında olan münasibətə üçüncü tərəf qarışmamalıdır.

         Ailə hər insanın zənginliyidir. Ailəni qurmaq deyil, onu qorumaq gərəkir. Ailə iki nəfər arasında olan sevgi, hörmət, düzgünlük əsasında qurulmalıdır. Necə gəldi qurulan ailələrin sonu belə olmur. Ailə sözünün deyil, ailə yükünün ağırlığını çəkə bilmək lazımdır. Ailə qurarkən gəncləri məcbur etməməliyik. Hər kəs müəyyən yaşa gəldikdə ailə qurmaq istəyir. Bu zaman onlar valideynlərinin məsləhətinə qulaq asaraq və ya öz seçdikləri biri ilə ailə həyatı qura bilməlidir.

         Dövr müasir dövrdür. Mən psixoloq olaraq düşünürəm ki, ailə qurmamışdan əvvəl cütlüklərlə psixoloq arasında konsultasiyalar aparılsa gözəl olar. Ən azından 1-2 konsultasiya. Məsləhət hər zaman gözəldir. Təbii ki, ailə qurmamışdan əvvəl valideynlərimiz kifayət qədər məsləhət verməyə çalışır. Amma psixoloqla da görüş yaxşı olardı. Kişi və qadının gələcək arzularını, istəklərini deməsi, psixoloqun onlara məsləhət verərək, sonda seçimi onların öhdəsinə buraxması gözəl olardı.

         Ailəmizə sevərək sahib çıxmalıyıq. Sevgi hər şeyin başlanğıcıdır. Ailənin olması vacibdir. Ailə sevincləri, üzüntüləri ilə gözəldir. Ailənin özəyi möhkəm qurularsa və qorunularsa biz bu zaman xoşbəxt olan ailədən söz aça bilərik. Və sonda xoşbəxt ailə mənim üçün:

         1) Bir-birinə sevgi və hörmətlə yanaşmalı;

         2) Biri-birinə inanmalı və güvənməli;

         3) Biri-birinə verdikləri sözü unutmamalı

 

Günel Əliyeva

Psixoloq

Go Back

Qurbanova Zemfira- "Sevib evlənmək hər şeyi həll edərmi?"

Heç tanımadığımız insanların arasında həyata göz açırıq. Bəli, biraz ədalətsiz səslənir. Valideynlərimizi, bacı-qardaşlarımızı, qohumlarımızı seçmək şansı bizə verilmir. Amma həyat bizə öz seçimlərimizlə yeni bir ailə qurmağ üçün şans verir. İkinci bir ailə. Kimi insan bu ailəni öz valideynlərinin istəyi ilə, kimiləri ürəyinin, kimiləri də yalnızca ağlının səsini dinəyərək qurur. Bəs hansı daha uğurludur?

Valideynlərimiz daima bizim üçün əllərindən gələn hər şeyi ediblər. Heç vaxt bizim pisliyimiz üçün çalışmazlar. Bəs görəsən onları dinləsək ideal ailəyə sahib ola bilərik mi? Məncə hər zaman yox. Çünki həmin insan həqiqətən də çox yaxşı ailənin tərbiyəli övladı olacaq, amma sağlam ailə üçün bu heç də kifayət deyil. Bizimlə ortaq yanları olmayan, söhbət edə biləcəyimiz bəlkə da heç bir şey olmayan biri ilə bir ömür boyu həyat paylaşa bilmərik. Ona görə də məncə bu addımda valideynlərimizdən çox özümüzü dinləməliyik. Bəs özümüz necə? Haqlıyıq mı? Nə etsək daha sağlam və uzun ömürlü, xoşbəxt bir ailəyə sahib ola bilərik? Ağlımızla ürəyimizin arasında qaldıqda necə addım atmalıyıq? Əslində "məntiq evliliyi" qulağa daha ideal səslənir. Biz hər şeyi ölçüb-biçib bir insan seçib, onunla həyatımızı paylaşarıq. Onun evi var, yaxşı işə sahibdir, uşaqlarla arası yaxşıdır - yaxşı ata olacaq. Ya da bəlkə çox romantik insandır, nağıllardakı ağ atlı şəhzadə kimi. Bunlar ailə üçün kifayətdir mi? Bu situasiyaya da yalnız öz pəncərəmdən qiymət verib deyə bilərəm ki, məncə sağlam ailə üçün tərəflərin kariyeralarından daha əvvəl bir-birilərinə olan sevgiləridir. İnsan sevərək evlənməlidir. Çünki yalnız o halda sözün əsl mənasında həyat yoldaşı ola bilərlər. Çünki bir insana qarşı hiss etdiyimiz sevgi bütün problemləri həll edəcək gücə malikdir. Çünki sabah siz, hər ailədə olduğu kimi balaca bir şeyə görə dava etsəniz, o insana qarşı hiss etdiyiniz hörmətə görə üzr istəməyəcəksiniz. Yalnız o insan sizin həyatınızın insanı olduğunu düşünsəniz barışmağa cəhd edəcəksiniz. Ailədə tərəflər ilk öncə sevgili olmalıdırlar. O zaman barışmaq o insan üçün çox rahat olacaq. Bir sabah oyanıb hər gün eyni simanı görməkdən bezmək əvəzinə, xoşbəxt olacaq.

Bəs sevib evlənmək hər şeyi həll edərmi? Yəni bizim sevgimizin gücü hər şeyə yetərmi? Məncə bu da olan iş deyil. Sağlam ailə qurmaq üçün bir insani uzun muddət tanımağa ehtiyac var. O insanın hər hadisədə nə reaksiya verəcəyini bilməlisiniz. Sevdiyi və sevmədiyi şeylərə bələd olmalısınız. Çünki sevgi nə qədər güclü olursa olsun bəzən elə hallarnan rastlaşa bilərsiniz ki, məhz ona sevginizin gücü çatmasın. Amma bir çox şeyi sevginizlə həll edə bilərsiniz. Məsələn siz sevib evlənmisinizsə və həyat yoldaşınızın sizin toy gününüzdə sizi bahalı bir restoranda axşam yeməyinə aparmağa imkanı çatmazsa, sizin bunun üçün heç vaxt mübahisə etməyəcəksiniz. Əksinə ona gözəl bir masa hazırlayıb, işdən evə qayıtmağını gözləyəcəksiniz. Bu hadisəni hər hansı bir hörmət üzərində qurulmuş münasibətdə görə bilmərik. Bəlkə də o insan sizi hər gün bahalı restoranda şam yeməyinə aparacaq. Lakin toy gününüzü belə xatırlamayacaq.

Sevgidən əlavə bir şeyə ehtiyacımız yoxdur? Əlbəttə var! Sevgi qədər içimizi oxşayan bir hiss olmasa belə, onun qədər önəmli olan bir duyğumuz daha var - GÜVƏN. Güvənmədiyiniz bir insanla hər gecə eyni yastığa baş qoya bilməzsiniz və bu güvən bir çox cürə anlaşıla bilər. Özünüzü təhlükəsiz hiss edərsiniz, evdən arxayın olarsınız, övladlarınızdan rahat olarsanız, sizi aldatmayacağına əmin olarsınız. Bu da bir başqa faktordur. Hər gecə görəsən ərim bu gün həqiqətən də dostlarıyla axşam yeməyində idi? - sualı sizə və eyni zamanda evliliyinizə ən böyük xərərdir. Bir gün o paranoyalarınıza görə hətta yoldaşınıza qarşı içinizdə nifrət yaranacaq və artıq heçnəyin əvvəlki kimi olmadığını hiss edərsiniz.

Evlilik üçün bir çox şey önəmlidir: sizin şəxsi dünya görüşünüz, yaşınız, qarşı tərəfdən gözlədikləriniz, xarakteriniz... Bunların hər biri haqqında ayrıca bir kitab yazmaq olar. Amma məncə sadaladıqlarım bütün münasibətlərə şamil oluna biləcək şeylərdir. Və yaddan çıxarmaq olmaz ki, ən gözəl cütlüklər belə bəzən dava etməlidir. Əksinə davalar olmasa bir anormallıq var deməkdir. Əsas odur ki, qarşımızdakı sevdiyimiz, hörmət etdiyimiz, bütün həyatımızda yanımızda olmağını istədiyimiz və ən əsası itirməkdən qorxduğumuz bir insan olsun.

 

Qurbanova Zemfira

Bakı Avropa liseyinin 11-ci sinif şagirdi

Go Back

Qarayeva Lamiyə: "Ər vә arvad öz ailә әsәrlәrinin nәinki müәllifilәri, hәm dә aktyorlarıdırlar"

Ailə kiçik bir dövlətdir. Bəs bu dövlət nə səbəbə görə və niyə dağılır? Dövlətin dağılmaması üçün biz nə etməliyik?

Bunun bir çox səbəbləri var. Әn başlıca səbəb evlənməmişdən öncә qızla oğlan bir- birinin xasiyyətlərinə yaxşı bələd olmamalarıdır. Xasiyyətlərinin uyuşmamaları ailə daxili konfliktlərə gətirib çıxarır və bu da ailә bağlarının qopmasına sәbәb olur.

2 ci bir səbəb isə ailәyә xaricdən təsir. Ən əsası odur ki ərlə arvad mübahisələri etdiklәri zaman yaranan söz-söhbәt ancaq evdə qalmalıdı evdən kənara çıxmamalıdır. Əgər mübahisə evdәn kənara çıxarsa artıq o böyük mübahisələrə gətirib çıxara bilər. Əgər ərlə arvad arasında mübahisə yaranarsa onlar bunu öz aralarında hәll edib ortaq məxrəcə gəlib, bir-birlәrinә güzәştә getmәyi bacarmalıdırlar. Hissә qapılmamaq, dalaşmaq, yaxud küsmәk üçün bәhanә axtarmamalıdırlar. Mübahisә zamanı әr vә arvad xırdalanıb kiçilmәmәli, hәmişә cәmiyyәtin, ailәnin vә uşaqların mәnafeyini nәzәrә almalıdırlar.

3 cü bir səbəb : yeni evlənən gənclər öz ailәlәrinin tamlığını qorumaq üçün cәmiyyәt qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etmirlər. O isə evlilik insan həyatında ən məsuliyyətli iş sayılır. Çünki nigahın әsasını mәhәbbәt hissi ilә borc vә mәsuliyyәt hisslәrinin vәhdәti tәşkil edir.

4cü sәbәb әr vә arvad arasında hüquqlarının bir olmaması. Kişi psixologiyasında belә bir ifadә var: "mən kişiyəm mənə hər şey olar". Әslində bu tamam yanlış fikirdi. Bəs bu fikir hardan qaynaqlanıb? -Bu valideynlәrin oğlan uşaqlarını düzgün tәrbiyә etmәmәlәri sәbәbindәn baş verir.Hәlә kiçik yaşlarındanuşaqların beynində bu fikri formamalaşdırırlar ki, "sәn kişisәn dözümlü, güclü olmalısan", "sәn kişisәn qız kimi ağlamamalısan" vә s. Bu kimi fikirlәrlә böyüyәn uşaqlar özlәrini qarşı cinsdәn üstün bilir, qadının hüquqlarını nәzәrә almır. Belә tәrbiyә alan uşaqlar da gәlәcәydә ailә hәyatı qurarkәn öz hәyat yoldaşlarına bu problemi yaşadır vә bu da ailә konfliktlәrinә sәbәb olur. Valideynlər oğlan uşaqlarının beynində bu fikri formamalaşdırmamalıdırlar. Eksinə onlar qadına hörmətlə yanaşmağı nəzakətlə davranmağı öyrətməlidirlər.Kişi qadınına hörmətlə yanaşmalı, onun istədiklərinə qulaq asmalı, qadınına laqeydlilik etmemeli ve qadının ailəsinə hörmətlə yanaşmalıdı. Həmçinin qadında. Necə deyərlər hörmət hötmətə bağlıdır.

Qadın cәmiyyәtdә olduğu kimi öz ailәsindә dә aparıcı qüvvәyә malik olmalıdır. Qadın çalışdığı qədər evdə problemin yaranmasının qarşısını almalıdı, evdə elə bir şərait yaratmalıdı ki yoldaşı evə gəlməyə can atsın, onun beynində ev sakit, dinclik tapacağı bir yer kimi olsun. Yox әgәr qadın gün ərzinde baş verən problemlərini yoldaşının evə qayıtmasını gözləyib ve ona dincəlməyə imkan vermədən problemlərini danışmağa başlasa əlbəttəki ər evə gelmək istəməyəcək.Evdar xanımlar özlerinə daha diqqətlə baxmalıdırlar. Onların saç düzümü geyimi təmiz və səliqəli olmalıdır. Ən əsası qaından xoş qoxu gəlməlidi. Əgər qadın özünə laqeydlilklə yanaşsa yani özünü ancaq uşaqlarına evə adasa özünə arxa plana qoyması da ailə bağlarının boşalmasına hətta xeyanətə də gətirib cixara bilər. İstər qadın evdar olsun istərsədə iş qadını həmişə özünə baxmalı ve gözəl görünməlidi ki, ər qadınını görəndə daha da fərəhlənsin.

Ailә bağlarının qırılmasına sәbәb olan mәsәlәlәrdәn biri dә aşırı dәrәcәdә qısqanclıqdı. Әslindә isә ailədə qısqanclıq normal bir haldır. Qısqanclıq hətta ərlə arvadın bir birinin sevgi təcəssümüdür. Ama hər şey normasında olmalıdır, aşırı qısqanclıqda adamı bezdirir ve bir birlərindən soyudur qarşıdakı şəxsin beynində inamsızlıq formalaşır. Ama heç qısqanmıyanda da qarşıdakı şәxs həmin şəxsin onu sevməməsində,onun üçün maraq kəsb etmədiyi fikrə gəlib çıxır.

Yuxarıdakılardan belә bir qәnaәtә gәlә bilәrik ki, ideal ailə yoxdur, çünki hər ailənin öz probləmləri öz çatışmazlıqları vardır. Ancaq valideynlər elə etməlidirlər ki, uşaqlar öz ailəsini ideal ailə kimi görsün. Mübahisə olan zaman onların yanında etməsinlər . Yoxsa bu uşağın psixologiyasına güclü zərbə vura bilər.

Bəzi gənclər ailə quranda elə bilirlər hər şey mükəmməl, onların xəyal etdikləri kimi olacaq. Amma elə olmur. Ailədə yaran konflitlərdən qaçmaq üçün qızlar çıxış yolunu evlənməkdə görür. Bu isə düzgün seçim deyil. Qızlar hər şeydən əvvəl öz ayaqları üstə dumağı bacarmalıdırlar. Çünki gələcəkdə onların nə gözlədiyini bilə bilməzlər.Qızlar ailə quranda oğlanın yaraşığına puluna ən çox önəm verirlər. Amma ən diqqət yetirilməsi oğlanın xasiyyəti və xasiyyət uyumluluğudu. Necə deyərlər pul hər şeyi həll etmir.

Sonda isә bunu demәk istәrdim ki, әr vә arvad öz ailә әsәrlәrinin nәinki müәllifilәri, hәm dә aktyorlarıdırlar. Әr vә arvad özlәrinin müdrik vә nәcib insan olduqlarını bu ailә rolları vasitәsilә göstәrmәlidirlәr.

 

Qarayeva Lamiyə

Go Back

Məlikzadə Təhminə - "Xoşbəxt ailəyə sahib olmaq insanın öz əlindədir"

 Ailə- nigah, yaxud qan qohumluğuna əsaslanan kiçik qrupdur.  Ailə üzvləri bir-birinə məişət birliyi və qarşılıqlı köməklə bağlıdır.

Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir.  Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar.
Ailə yaxın qohumların (kişi və qadının, valideyinlərin  və uşaqların və s.) birlikdə yaşadıqları qrupdur.  Lakin buna adi qrup kimi baxmaq doğru deyildir.O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir.

Ailənin özünəməxsus funksiyaları vardır. Ailənin funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur.  Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. Ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin müxtəlif tələbatı (şəxsi və ümumailə, yəni qrup) ilə yanaşı cəmiyyətin bir sıra mühüm tələbatını- əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. Ailənin funksiyaları məhz buradan irəli gəlir. Ailənin funksiyaları ictimai-tarixi xarakter daşıyır.   Ailənin bir sra tarixi formaları (“Punaula” ailəsi, ikili ailə və monoqam ailə) mövcud olmuşdur. Ölkəmiz, o cümlədən dünyanın əksər ölkələri üçün monoqam (təknigahlıq) ailə forması səciyyəvidir. Cəmiyyətimizdə monoqam ailə ər-arvadın qarşılıqlı məhəbbətinə, hörmətinə, səmimiyyətinə onların bir-biri, eləcədə uşaqlar qarşısında borc daşımasına əsaslanır. 

Ailədə zaman zaman müxtəlif münaqişələr, anlaşılmazlıqlar olur. Münaqişə  ailədə ünsiyyətin özünəməxsus cəhəti kimi meydana çıxır,ərin,yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək,həyat yoldaşına təsir etmək,hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi kimi nəzərə çarpır.  Ailədə münaqişələr müxtəlif səbəblərdən baş verə bilər.

1.Ər-arvadın tələbatlarının,o cümlədən seksual tələbatlarının təmin olunmaması əsasında əmələ gələn münaqişələr.

2.Onların tərbiyəsi, xüsusilə xarakteri və mənəvi inkişafı ilə bağlı olan münaqişələr. Bəzən insanların xarakterləri arasında uyğunsuzluqlar müşayiət olunur. Bu da ailədaxili münaqişələrə səbəb olur.

Ailədaxili münaqişələrin başlıca səbəblərindən biri də maddi səbəblərdir. Pulun xərclənməsi,mənzil problemi, alınan maaşın ailəni saxlamağa yetməməsi və s.Münaqişələrin əmələ gəlməsində mənəvi-psixoloji səbəblər də ön plana çəkilir.

 Ailədə boşanmaların bir qismi ər-arvad vəfasızlığı(xəyanəti)  nəticəsində baş verir. Bu azərbaycanlı ailələrində geniş yayılmamışdır. Demək olar ki, cüzilik təşkil edir. Lakin bu hallara da rast gəlinir. Xəyanət yeri gələndə hətta bir xalqın taleyini belə həll edir. Ailələr arasında inamsızlıq da bəzən xəyanətə gətirib çıxardır. Ailə içindəki xəyanət daha dəhşətlidir. Buna görə də uşaqlara xəyanət hissi yad olmalıdır.  Çünki onların psixologiyasına çox pis təsir göstərə bilər.

Ailədə ər-arvad arasında ixtilaf doğuran səbəblərdən biri də qısqanclıqdır. Həyatda elə şəxslər vardır ki, onlar təbiətən qısqanc olurlar. Qısqanclıq 3 şəkildə özünü biruzə verir

a)Kişi və ya qadın azca qısqanır, ama sonradan peşman olmağa başlıyır.

 b)Kişi  və qadın son dərəcə özündən çıxır,danışığına hərəkətlərinə hədd qoya bilmir. Bu da çox vaxt ailə üçün pis nəticələrə,boşanmalara gətirib çıxardır.

Ailədə ən çox kişilər qadınlarını qısqanırlar. Onlar əsasən qadının geyiminə görə,əks cinsin hər hansı bir nümayəndəsinə qarşı qısqanırlar. Bunun başlıca səbəblərindən biri də ailədə güvənsizliyin olmasıdır. Bir ailədə güvən olmasa o ailədə sevgi də,hörmət də olmaz. Buna görə də ər-arvad  bir birlərinə güvənməlidirlər. O zaman qısqanclıq halları da daha az olar.

Münaqişələrin arada qaldırılması  üçün nə etmək lazımdır? 

İlk növbədə ər-arvad münasibətlərini, mədəniyyətini,nigah mədəniyyətini qorumaq və yüksəltmək lazımdır. Ailədə münaqişələrin baş verməməsi üçün ər-arvad bir-birinə hörmət etməlidir,fikirlərinə hörmətlə yanaşmalıdırlar.  Kiçik sayılan hər hansı bir məsələni böyütməməlidirlər.  Baş verən mübahisələri səbr və təmkinlə yoluna qoymalıdırlar və uşaqlara bunu biruzə verməməlidirlər.

 Ər-arvad bir birini acı sözlə,kobudluqla deyil mehribanlıqla, şirin dil ilə başa salmalıdır.  Dalaşmaq, yaxud küsmək üçün bəhanə axtarmaq lazım deyil.

Ailədə baş vermiş xırda məsələləri unutmaq, yaddan çıxartmaq zəruridir.Münaqişə baş verdikdə çalışmaq lazımdır ki, ər-arvad bir birinə həyat yoldaşı,övladının anası və atası kimi hörmət etsin.

Ailədə mehribanlıq və dostluq ruhu hökm sürməlidir. Ər-arvad bir birlərinə mehriban münasibət göstərməlidir.

Unutmayın ki, xoşbəxt ailəyə sahib olmaq insanın öz əlindədir. Həm də düzgün seçim etmək lazımdır ki,sonradan peşman olmuyasan.

 

Məlikzadə Təhminə 

ADPU-nun Pedaqogika və  psixologiya fakültəsinin tələbəsi

Go Back

Aysel Nəbiyeva - "Məhəbbətsiz ailənin təməli olmur..."

Ailənin qurulmasının əsasında ər və arvad arasinda məhəbbət durur.Mənim fikrimcə,məhəbbətsiz ailənin təməli olmur.Keçmişdə nənə,babalarimiza-"ailənizi necə qurumusunuz?"deye sual verdikdə,onlar məhəbbət adi çəkmirdilər.Yəni əvvəllər insanlar sevgisiz-"ailə raziligi" ilə ailə qurmuşlar.Və bu cür ailələrdə həm xoşbəxtlik həm də firavanlıq olmuşdur.Lakin indiki dövrümüzdə yeni çox an texnologiya həmçinin bir sira dəyişikliklər insanlarin fikrini istər sevgi,istərsə də başqa məsələlərdə dəyişdirir.Yəni keçmişin gəncləri ilə indiki gənclər sevgini eyni cür anlamırlar. Bu baximdan da hal-hazirda yeni qurulmuş ailələrin dağılma faizi keçmişə nisbətən çoxdur.
Müşahidələrimə əsasən deyə bilərəm ki,müasir ailə modelində-mənə görə-bir birini sevən və məhəbbət dolu gözlərlə bir birinə baxan həmçinin bu cürək məhəbbətin uşağa və onun tərbiyəsinə təsiri də vurğulanır. 
Ailənin qurulmasının əsasinda ər və arvadin qarşiliqli şəkildə nigaha daxil olmasi durur.Əsas ailənin durumu isə nigahdan sonra bilinir.Belə ki,bildiyim qədər heç bir anlaqlı qadin və kişi eyni evdə yaşamadan bir birlərini yaxşi taniya bilməzlər.Mənim fikrimcə əsas tanişliq mərhələsi də nigahdan sonra başlayır. 
Evlilikdən də müxtəlif mərhələlər varki,bu mərhələlər hər birinin xüsusiyyətləri vardir.Məsələn,1ci il,2ci il,3cü il və.s Zaman keçdikcə uşaqda bu mərhələnin bir iştirakçısına çevrilir və burada uşaqların tərbiyəsi ailədə ər və arvadin dolan işi öz xüsusiyyəti ilə seçilir.
Mənə görə müasir ailə modeli ailə həyati quran hər iki şəxsin bir birini başa düşməsi,ilk öncə isə bir birlərini çox sevmələri və bu sevgini övladları ilə bölüşməlidir. Bu sevgi tərbiyəsində gələcəydə ailə həyatinda cox böyük rol oynayır. 
Çox təssüf ki,bu günkü dövrümüzdə müasir deyildikdə çox insan ailə heyat in da komputer,internet,planetlərin böyük rolunu qeyd edir və çox ailədə bu qurğular uşağın tərbiyəsinə mənfi təsir göstərir.Müasir dövrümüzü esas götürərək  hətta kiçik yaşlı uşaqlara telefon,planşet istifade etməyə icazə də verilir.Sözsüz ki,texnikanın da uşağa təsiri olacaq,lakin onun az və ya cox olmasi valideynlərdən asilidir.Çalışaq uşaqlar I'm izi dövrümüzün yeni texnikalari ilə deyil,düzgün anlaqlı düşüncə ilə tərbiyələndirək. 
Çox vaxt bu texnikalar ər və arvad arasinda müxtəlif konfliktlərin yaranmasına da gətirib çixarir.Nəticədə boşanma baş verir.Bu zaman texnologiyanın mənfi nəticəsi budur ki,ər və ya arvad bir birilə vaxt keçirməkdən çox müxtəlif sosial şəbəkələrdə vaxt keçirirlər.Və bu da ailə onlarin bir birinə olan tələbatlarini ödəmələrinə maneə olur.
Bütün bunlara əsaslanaraq deyə bilərəm ki,dahilərimizin də dediyi kimi:ailə kiçik bir dövlətdir.Çalışaq bu dövləti qoruyaq və ailə modelinə sosial həyatda baş verən hər cür dəyişikliyin təsir etməsinə yol verməyək.Müasir ailə dedikdə isə ağilli düşüncə ilə qurulmuş ailəni əsas götürək.
 
 
Aysel Nəbiyeva

Go Back

Coşqun Dəniz - "Sadə məsələlərin yaratdığı mürəkkəblik..."

Yuvanın təməli sevgi, istiliyi razılaşma, damıda hörmətdir...

Məqalə tamamilə xarici müşahidələrimə əsaslanır.

Son zamanlar tez-tez rastlaşdığımız belə bir anlayış mövcuddur- "Ailə konfliktləri". Hansı ki bir çox mütəxəsislərlə yanaşı psixoloqların da diqqət mərkəzində dayanır. Ailə olduqca geniş bir anlayışdır və özündə bir çox məsələləri birləşdirir. Necə dəyərlər ailə kiçik bir dövlətdir və onun uğurlu idarəsi vacib şərtlərdən biridir. Hər bir ailə müxtəlifdir. Belə bir fikir mövcuddur. "Hər bir ailə tarixdir, hətta oxumağı bilənlər üçün dastandır..."   

Ümumilikdə "Ailə kofliktləri" cinayətkarlıq və boşanma hallarının mərkəzində dayanır.Xəbər portallarında rastlaşdığımız cinayətkarlıq hallarını buna misal göstərmək olar. Son zamanlar ailədaxili münaqişələrin böyük bir qismi qısqanclıq zəminində baş verir. Qısqanclıq hallarını araşdırdıqda isə olduqca sadə , gülünc məsələlərlə rastlaşırıq. Hansı ki mürəkkəb proseslərin yaramasına səbəb olur. Gündəlik həyatımızda baş verən hər xırda məsələlər insan psixologiyasına kəskin dərəcədə təsir göstərir. Sadə bir misalı nəzərdən keçirək.   Gündəlik iş həyatımızda direktorlarla aramızda tez-tez xoşagəlməz hallar baş verir və bu hallar daxilimizdə  aqressiya şəklində toplanır.  Evə gəldikdə isə hər xırda məsələlər bizə böyük problemlər şəklində görsənərək aqressiya partlayışına səbəb olur. Məlumdur ki, ailə anlayışı hər kəs üçün eyni mənanı kəsb etmir. Bəziləri üçün o nəsilartırma, digər biriləri üçün "dayaq", "sevgi", "birlik" anlamına gəlir. Bir çoxları xoşbəxt ailə modelini arzulasada bəzən bu mümkün olmur. Sevgi ilə qurulmuş aile tezliklə xarici təsirlərlə, iqtisadi- sosial, psixoloji problemlərlə üzləşir.Günü-gündən Avropaya inteqrasiya edən ölkəmizdə ailədaxili  yeni problemlər baş qaldırır.Bəzi ailələrdə ailə fərdlərindən biri müasirləşməyə can atdığı halda digəri avtoritar ailə modelini, necə deyərlər " öz ata-baba adətlərini" ön mövqeydə tutur. Bəs sonra?.. Beləliklə yeni konfliktlər yaranır. Ailə daxili konfiliktlər az hallarda müsbət şərait yaratsada bəzən mənfi hallara , boşanmaya imza atır. Yalnız bununla bitmir.Günümüzdə saxta mentalitet anlayışı hələdə kifayət qədər məhşurdur. Hansı ki bu anlayış ailəni daxildən parçalayaraq uçuruma sürükləyir. Mentalitet hər bir ailəyə görə dəyişir. Beləki bəziləri  qadınını təhsilli olması  eleyhinə olduğu halda bir başqası təhsili ön plana çəkir. Acınacaqlı haldır ki hələdə bəzi rayonlarda "gəlin evin süpürgəsidir" anlayışı hökm sürür.

Ailə problemləri yalnız rayon daxilində diqqəti cəlb etmir. O eyni zamanda şəhərləri, eləcədə paytaxtımızıda əhatə edir. Hər kəsə məlumdur ki son dövrlərdə erkən nigahlara heç də az rast gəlinmir.Bu nigahlardan çox az hissəsi öz eviliklərini yürüdə bilirlər. Bəs digərləri?... Erkən nigahların uğursuzluğu səbəbləri içərisində başlıca amili təhsildə görürəm. Beləki natamam təhsilli ailələrin bir çoxunun yetərincə biliyə malik olmaması yeni konfliktlərə yol açır. Sadə bir halı nəzərdən keçirək. Günümüzdə kifayət qədər aktual olan "qız", "oğlan"uşağı fərqləndirməsi. Bəzi ailələr xüsusilə  oğlan uşağı istəklisi olduğu təqdirdə qız uşağı atası olurlar.Bu halda tək müqəssir qadın olur.Səbəb? Çünki ailə XY xromosomu barəsində yetərincə biliyə malik olmurlar( yada inkar edirlər).  Və buda son halda boşanmaya səbəb olur.  

Ailədaxili konfiliktlərin yaranmasına kişilərlə yanaşı qadınlarda təsir göstərir. Qadınların bir çoxu uğurlu ailə həyatı arzuladığı halda digər bir qismi karyera qurmağa can atır. Lakin bir qisim qadınlarda mövcuddur, hansı ki karyer ilə ailəni paralel aparmaq uğuruda mübarizə aparır. Bu mümkün olmadıqda isə frustrasiya halı yaranır. Qadında evdəkilərə qarşı aqressiv hal baş qaldırır. Bunun nəticəsidirki ailədə münasibətlərdə soyuqluq yaranır. Digər hallarda isə kişilərin çox hissəsi xanımlarının hələdə nə istədiklərini anlamır, əks halda isə onun istəklərinə əhəmiyyət vermirlər.

Səbəbi nə olursa olsun son halda isə konflikt qurbanları uşaqlar olur. Bəzən uşaqların bu mövzulara qarşı nə qədər həssas olduqları unudulur. Ailədə baş verən hər bir münaqişə uşağın inkişaf etməkdə olan psixologiyasında dərin iz buraxır. En pis halda isə gələcək həyat üçün antisosial şəxs yetişdirir.

Son olaraq qeyd etmək istərdim ki hər kəs "İdeal ailə" arzusundadır. Mənə görə isə İdeal aile bünövrəsi yaxşı qoyulmuş ailədir. İdeal ailəni  axtarmaq yox, yaratmağa cəhd etmək lazımdır!  Uğurlu Ailə modelinizi yaratmaq ümidi ilə...

Coşqun Dəniz

Bakı Dövlət Universiteti

Sosial Elmlər və Psixologiya fakultəsinin tələbəsi 

Go Back

Natəvan Qarayeva - "Ər və arvad yalnız yaxşını yadda saxlamamalıdır..."

Ailələrin yaranmasında 2 nəfər - ər və arvad iştirak edir.Ər və arvadın şəxsi səadəti, gələcək ailənin, uşaqların xoşbəxtliyi ,ümumiyyətlə, onların bir şəxsiyyət kimi necə formalaşmasından asılıdır.

         Müəyyən yaşa çatanda bütün oğlan və qızlarda ailə qurmaq tələbatı yaranır.Onlar evlənmək istəyirlər və evlənirlər.Ailə qurarkən onlar hər biri müxtəlif motivdən çıxış edirlər.Bir qrup sevdiyi üçün, digəri adət-ənənəyə görə ,yəni hamı evlənib məndə evlənim, üçüncü qrup isə maddi mülahizələrə görə, yəni universitet oxuyub, yaxşı imkanı var, evi var və.s, bəziləridə xoşuna gədiyi və ya əxlaqi davranışlarına görə ailə qurur.Biz bu motivlər üzərində qurulan ailələrə baxsaq görərik ki, onların davranışları köklü surətdə fərqlənir.Sevdiyi üçün və maddi mülahizələrə görə evlənmiş iki adamın davranış motivləri heç də eyni məna daşımır.Onların öz ailələrinə, həyat yoldaşlarına, hətta doğma uşaqlarına münasibətlərində fərqli cəhətlər özünü göstərir.

         Hər bir ailədə müəyyən vaxt münaqişələr baş verir.Bu münaqişələr müəyyən səbəblərdən yaranır.Ailə münaqişələrinin ən başlıca səbəbi uzun müddət maddi cəhətdən ailənin təmin olunmaması, mənzil problemi, ər və arvadın öz hüquq və vəzifələrini yerinə yetirməməsindən irəli gəlir.Bu münaqişələrin artması ailədə şiddətli keçimsizliklərə gətirib çıxarır, nəticədə ər və arvad arasında qarşılıqlı hörmət olmur bu da boşanmaya doğru aparır.

Boşanmalar bundan əlavə müxtəlif səbələrdən olur.Bunlardan biri xəyanətdir.Bu səbəbdən boşanmalara çox az rast gəlinir.Lakin olduğu bir gerçəkdir.Xəyanətdə müəyyən səbəblərdən yaranır.

İkinci bir səbəb isə ailədə kişinin sərxoşluğa qurşanmasıdır.Kişilər içkiyə qurşandıqda nəticədə ailədə müəyyən münaqişələr yaradırlar, evə gec gəlirlər, bəzi hallarda şiddətədə yönəlirlər və nəticədə qadın övladlarına görə müəyyən müddət səbr etsədə sonu boşanma ilə nəticələnir.

Səbəblərdən biri isə ər və arvad arasında qısqanclığın olmasıdır.Həyatda elə şəxslər vardır ki, onlar təbiətən qısqancdırlar.Bəzən bu hiss belələrində heç bir əsas olmadan baş qaldırır və bunun üçün müəyyən bəhanə də lazım olmur.Səbəb onun daxili aləmində, təbiətindədir.Qısqanclıq  müəyyən formalarda  özünü biruzə verir:

1)Kişi və ya qadın azca qısqanır, sonra yanıldığını başa düşüb peşmançılıq hissi keçirir, zəifliyinə təəssüflənir

2)kişi və qadın son dərəcə özündən çıxır, danışığına, hərəkətlərinə bələd olmur

Kişilər əsasən qadınları gözəlliyinə və ya geyiminə görə qısqanır.Öz qadınlarının ətrafında başqa kişilərin olmasını istəmir.Bəs niyə özləri başqa qadınlarla səmimi olarkən bu düşüncəylə düşünmürlər?bunun cavabı çox və müxtəlifdir.

Qadın qısqanclığı bu da özünü müxtəlif cür göstərir.Qadınlarda müxtəlif paranoyalar yaranır.Onlar öz həyat yoldaşlarının cibini axtarır, telefonuna gələn zəngərdən şübhələnir, hər sözdə bir yalan axtarırlar.Qadın və ya kişi qısqanclığı münaqişələrə gətirib çıxarır həddən artıq qısqanc oğlanlar bəzən şiddətədə yönəlirlər öz həyat yoldaşlarına əl qaldırırlar.Ailədə qısqanclığın olması güvənsizliyə gətirib çıxarır və nəticədə boşanma halları baş verir.

Ər və arvad xoşbəxt ailə həyatı sürmək üçün nə etməlidir?

Bir-bizinizi çürütməyin, eyni məsləhəti, tələbi çox təkrar etməyin.Ağıllı şəxs bir dəfə deyilən sözü, məsləhəti başa düşər.Ağılsız isə 100 cinsi də deyilsə yenə başa düşməyəcək.

Bir-birinizi qısa müddətdə özünüzə oxşatmağa çalışmayın.Ömrü boyu adamın canına yox qanına keçmiş adətləri qısa müddətdə unutmaq, onlardan azad olmaq çətindir.Bunun üçün vaxt tələb olunur.Həyat boyu yaranmış bütün adətlərdən əl çəkmək şəxsiyyətin itirilməsinə səbəb olar.

Xüsusilə uşaqların və başqalarının yanında bir-birinizi tənqid etməyin.Bu məsləhət daha çox qadınlara aiddir.Ər və arvad uşaqlarının yanında bir-birlərini tənqid, təhqir etdikdə, bu onların hər ikisini uşaqlarının gözündə alçaldır.

Ər və arvad bir-birini qiymətləndirməyi öyrənməlidir.Bir-birinə qarşı çox diqqətli, nəzakətli olmalıdır.

Ər və arvad arasında münasibət, təmas, əlaqə çox sıx və fasiləsiz olmalıdır.

Heç bir iş, vəzifə, əyləncə ər-arvadın intim həyatına, münasibətlərinə mane olmamalıdır.

Ər və arvad yalnız yaxşını yadda saxlamamalıdır.Yaxşını yadda saxlamaq pisi unutmaq deməkdir.Əgər pisi unutsanız ondan nəticədə çıxarmarsınız və yenidən təkrarlana bilər.

Ər və arvad bir birini qorumalıdır.Əgər xoşbəxt bir ailəyə sahib olmaq istəyirsinizsə bu sizin öz əllərinizdədir.Atalar yaxşı deyib: “Birinci dövlət sağlamlıqdır, ikincisi xoşbəxt ailə”.

Qarayeva Natəvan

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və psixologiya fakültəsinin tələbəsi

Go Back

Leyla Yusibova: İdeal ailə nə deməkdir

 

Praktik baxımdan hər kəs ideal ailəyə sahib olmaq isdəyir, amma hər kəs hər zaman öz ailəsini ideal adlandıra bilməz. Gəlin ilk öncə hansı ailəni ideal ailə adlandırmaq olduğunu düşünək. Bəlkədə hansı o ailəniki orda çox uşaq və uşaq səsi var, və yaxud o ailəniki onlar arasında qarşılıqlı hörmət hökm sürür. Bəlkə də o ailəni ki, bir-birinə hörmətlə yanaşırlar. Bəzəndə biri digəri insanın xoşbəxtliyi üçün üçün özünü qurban verən ailəni ideal adlandırmaq olar.Çox hallarda elə belədə olur. Yəqinki ideal ailə kriteriyası yoxdur.Hər bir şəxsin özünə görə normal ailə təsəvvürü vardır.Ancaq ideal ailənidə təsəvvür etmək olar. Birinci növbədə bir-birinə hörmət etməli və bir-birinin fikrinə hörmətlə yanaşmalıdırlar, o qədərdə mifik sevginin olub-olmaması önemli deyil. Ən əsası hörmətin olmasıdır. İkinci növbədə onlar bir-birlərinə kömək etməlidirlər.Vacib deyil bu mətbəxdə, ev yığışdırmada,yada paltar yuma ilə bağlı olsun.Əsas odur ki, siz sözdə yox hərəkətdə bir yerdəsiz. Çox zaman ortaya belə bir sual çıxır ki, natamam ailəni xoşbəxt ailə adlandırmaq olarmı? Biz kriminal statistikaya nəzər yetirsək, nəticə çiıxardarıq ki, məhz natamam ailələrdə çox zaman belə hadisələr baş verir və belə halda belə ailələri xoşbəxt və ideal adlandırmaq olmaz. Amma bu fikir yalnışdır. Çox hallarda təkcə ideal ailədən söhbət getmir, ümumiyyətlə bu haqda bütün fikirləri cəmiyyətimiz yaradır. Çoxları deyirki boş şeydir ideal ailədən danışmaq. Cəmiyyət özü ideal deyil axi....... Mənim fikrimcə hər bir şəxs yaxşı olmağa çalışsa, bir-birinə mülayim olmağa çalışsa, bir-birinə hörmət etsə cəmiyyətdə dəyişilər, ailələrdə ideal olar. Sadəcə bir-birimizə çox vaxt ayırmaq lazımdı. İdeal həyat yoldaşı olmaq heçdə qeyri-mümkün deyildir. En azından bir neçə qaydalara riayet edilir:

 1). Hər şeydən əvvəl ideal həyat yoldaşı insanın ən yaxşı dostudur.O, ailəsinə daha çox vaxt ayırır, hər şeyə görə tez inciyib küsmür və onlara qayğı göstərir.

2). Həssas olur. Həyat yoldaşının isdəmədiyi mövzulardan uzaq durur, o mövzu haqda söhbət açmır.

3). İdeal həyat yoldaşı öz həyat yoldaşını olduğu kimi qəbul edir və onu dəyişdirməyə çalışmır.

4). Ailədə hər zaman həyat yoldaşının fikrinə hörmət bəsləməlidir.

“Belə bir addım atmaq isdəyirəm. Sən necə düşünürsən ?”.......

İdeal ailəyə misal gətirin desəz, mən öz ailəmi ideal ailə adlandıraram. Çünki ailədaxili baş verən bütün hadisə və proseslərə ailə nümayəndələrimizin hər biri öz fikrini bildirir, sonra isə ortaq nöqtəyə gəlinir. Təbiki hər bir şəxsin fikrinə hörmətlə yanaşılır.Hətda kiçik qardaşım hər hansı fikir irəli sürdüyü zaman onun fikrinə hörmətlə yanaşılır. Bütün ailələrin təməli güvənlə qurulduğu kimi bizim ailədədə ailədaxili güvən öz hökmünü göstərir. Ailənin ideal olmasi tam olaraq qüsursuz olması demək deyil. Hər sıxıntıdan, hər münaqişədən həll yolunu axtararaq birlikdə çixmaq deməkdir..

 

Yusibova Leyla

Bakı Dövlət Universiteti, sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbəsi

Go Back

Şəms Abbasova - "Konfliktlər münasibəti bərkitmək əvəzinə boşluqlar da buraxa bilir"

Mən ailəli deyiləm,ancaq ailə bağlarını müqəddəsləşdirənlərdənəm.

Bilmirəm...

Bəlkədə məsələyə daha çox romantikcəsinə yanaşıram,bəlkədə mənim kimi düşünən insanlarda az deyil. Nəysə,ya az ,ya çox fərq etməz əsas odurki  onun məsuliyyətini anlayanlar olsun.

Ancaq nəzərə alsaqki ,ailəni qorumaq çox mühüm məsələdir və çox məsuliyyətli bir vəzifədir o zaman fərq etməz ya realistcəsinə yanaşasan yadaki romantik.Əsas olan məsuliyyətdən qorxmaq yox onu dərk etməkdir.

Heyifki "müasir dövrümüzdəki''  ailəli şəxslərinin çoxu necə önəmli bir şeyə sahib olduqlarının fərqində deyillər.Məqsədim ailənin müqəddəsliyindən danışmaq yadaki məsləhət vermək deyil.Sadəcə konfliktlərə səbəb olacaq bir neçə problemləri canlandırmağa çalışacam. Əvvəldə də dediyim kimi mən ailəli deyiləm və bu məqaləni yazdıqca ailə ,sevgi münasibətləri  haqqında daha dərindən düşündüm.Və içimdəki məsuliyyət qorxusunu boğub onu daha da çox dərk etməyə çalışdım.Bu yazacaqlarım sadəcə öz müşahidələrimin nəticəsidir ,əslində qeyd edəsi çox şey var,ancaq hər nə qədər çox söz desəkdə,hər nə qədər çox məsləhət versəkdə yenə də əsas iş tərəflərin öhdəsindədir...Ən başlıcası SƏBİRDİR..

Elə isə başlayaq,lap əvvəldən.

Bir azcada əvvələ getmək lazım gəlir.Məsəl üçün sevgili,nişanlı olan dönəmlərə.Belə bir sual qoyaq.Görəsən ailə quran gənclər atdıqları addımın məsuliyyətini dərk edirlərmi?!Məncə tam yerində verilmiş sual olardı,çünki  problemlərin ilki bu dönəmdə qoyulur.Ailə qurana qədər müəyyən bir müddət ərzində bir yerdə olan cütlüklər problemləri həll etmək əvəzinə vaxtlarını küsüb -barışmaqla keçirirlər.

Razıyam. Çəkişməsən bərkiməzsən ,ancaq bəzi konfliktlər münasibəti bərkitmək əvəzinə boşluqlarda buraxa bilir.Başqa bir məsələ isə problemi həll etməyin yollarıdır ki,elə burada səhvlərə yol verilir.Çünki əsas problem yox ,onu necə həll etməkdir.Çox vaxt belə olurki problemin həllində tək tərəfli qərar verilir və güya məsələ həll olmuş olur.Əgər "ailə kiçik bir dövlətdir"deyiriksə o zaman niyə bu dövlətdə demokratiya olmasınki?!

Və yaxud bir-birini yaxşı tanımamaları....

Münasibətə başlarkən "O hamıdan fərqli olur,lakin zaman keçdikcə hamı kimi eyni olur" Məsəl üçün ,cütlüklər özünü  bir "mələk "kimi göstərməyə çalışar və çatışmazlıqlarını ,mənfilərini gizlədərlər.Səbəbsə "bəyənilməmək"qousudur,yadaki  qarşı tərəflə özlərini eyniləşdirməyə çalışarlar.Düşüncə isə belədir: "Əsas ailə qurana kimidir,sonrası  düzələr"Ancaq məlum olurki sonrası düzəlmir.Və yaxud bəzi dünyagörüşü formalaşmayan oğlanlar və qızlar illərlə beyinlərində yaratdığı xəyali həyat yoldaşı obrazını düşünərkən yanlışlıqlara yol verirlər.Bunu dərk edəndə isə təəssüfki çox gec olduğundan ziddiyyətlər içərisində qalırlar və nəticədə nevroz halları qaçılmaz olur.Və son nəticə olaraq ailədaxili münaqişələrdə aralarında uçurumlar yaranır.

Qadın və kişi psixologiyasındaki fərqlər,müəyyən bir hadisəyə fərqli aspektdən yanaşmalar bəzi konfliktlərə gətirib çıxara bilər,ancaq hər səbəbə görə də hadisəni boşanma hədddinə gətirib çıxartmaqda düzgün deyil.Həmçinində  ailə quran gənclərin gözləntiləri və qarşılaşdıqları reallıqlar fərqli olan zaman problemlərdə qaçılmaz olur.Daha bir problem isə "daha çoxunu və daha yaxşısını tələb etmək "hallarıdır.Bir çoxları ailə qurmamışdan  əvvəl hər bir çətinliyə dözə biləcəyini düşünər və "məni anlayan həyat yoldaşım ,uşaqlarım,normal şəraitdə yaşaya biləcək maddi durumum olsun "deyər ancaq təəssüfki sonra doyumsuzluqlar baş qaldırar.Daha yaxşısını ,arzu etmək yox məhz tələb etmək kimi problemlər baş qaldırar.Heç kim çətin anlardan sığortalanmayıb,ancaq nəzər salsaq görərikki bir az çətinlik olan kimi ,bəzi xanımlarımız bu vəziyyətə dözüm gətirə bilmir.Halbuki O.Balzakında dediyi kimi "Evlilik zənciri elə ağırdır ki,onun yükünü ikilikdə daşımaq lazım gəlir"

Digər problemlərdən biridə kənar amillərin təsiridir.Əslində bu məsələdə hər iki tərəf diqqətli olmamlıdır.Hər cuzi səbəbə görə başqalarını məsələyə qatmaq yaxşı fikir deyil.Çünki qaynana,qaynata faktoru bu günki ailədaxili münaqişələrin səbəbləri sırasında ,demək olarki başlıca mövqeydə duran amillərdən bridir.

İki insan arasında baş verən münaqişələr,onlar arasında həll oluna biləcək dərəcədədirsə ,niyə bunu digərləridə  bilməlidirki?!

Nədənsə bəzi ata və analar anlamaq istəmirlərki,onların övladları artıq öz ailələrini idarə edəcək qədər böyüyüblər və onlarda artıq bir ailə başçılarıdır.Bəzən qız analarının ailəyə qarışması və ya oğlan analarının hətta ataların belə o ailəni yönəltmək istəyi qarşıdurmalara gətirib çıxarır.

Bəzilər insanlarda elə düşünürki  gərək mütləq sevib ailə qurmq lazımdırki,bütün bu problemlərə dözüm gətirə biləsən.Bilirsiz,əslində əvvəlcədən böyük bir sevgi yaşamaq mütləq deyil.Ailə qurduqdan sonrada o sevgini dada bilər insan.Hüqo demişkən" sevginin konkret bir zamanı yoxdur".Deməli başqa önəmli faktorlarda var.Hörmət,inam,məsuliyyət,anlayış və s..Ancaq ən önəmli daha bir faktor da var. Onun adı Düşüncədir.Bizim ailə haqqında olan düşüncələrimiz.Kimisi ideal ailə axtarışında olar,kimisi yaxşı həyat yoldaşı,bəziləri madi durumu yaxşı ola,bəziləri romantik,bəziləri qısqanc olmayan..Qısqanclıq demişkən onuda qeyd edimki,münaqişələrin yaranmasında bu amilində təsiri böyükdür.Cütlüklər arasındaki aşırı dərəcədə olan qısqanclıq sonda qarşıdurmalara gətirib çıxarır.Hər hansı bir tərəfin keçmiş şəxsi həyatında müəyyən problemlər yaranıbsa,ya inamı qırılıbsa bunu həll etməmiş yeni bir münasibətə başlaması düzgün olmaz,çünki  o qorxu içində qalmış olacaq həmin şəxsi.Qarşı tərəf nə qədər yaxşı olsada yenədə qısqanclıqlar olacaq və şübhələr baş qaldıracaq.Əslində  məncə qısqanclıq həmdə  münasibətə bir az şirinlik, rəng qatır,ancaq aşırı dərəcədə olduqda nə şirinlik olar nədəki adrenalin :) Münasibətdə cütlüklər arasında bir-birinə qarşılıqlar inam çox vacibdir,çünki şübhələr bütün hissləri məhv etməyə qadirdir.

Və son olaraq "ideal"ailə məsələsinə toxunmaq istəyirəm.Məncə idealı axtarmağa heç ehtiyac yoxdur.Əgər zamanla baş verən problemlərdən üzü ağ çıxsaz,hər nə olur-olsun bir-birinin yanında olsaz,öz mənfilərinizi düzəltməyə çalışıb ,xoşbəxt olmağa cəhd etsəz idealın özü formalaşacaq.

Və əgər bu məqaləni oxuyan şəxs ailəlidirsə və yaxud hələ lap əvvəldədirsə ,mənim kimi bir gün sevgisinə qovuşacağı anı gözləyirsə səbirli olmalı və xoşbəxt olmağı ürəkdən istəməlidir.Sahib olduqlarımızın dəyərin bilmək ümidi ilə...

 

Şəms Abbasova

Go Back

Bahar Primova - "Sevginin olması vacibdir..."

Ailə həyatı qurmazdan əvvəl hər bir fərd psixoloji cəhətdən buna hazır olmalıdır. Ailənin hər bir fərdi-kişi və qadın bir-birinə uyğunlaşmağa, fikirlərinə hörmətlə yanaşmağa çalışırlar. Ən azından bu məsuliyyəti özlərində dərk edirlər. 
 
Təəssüf ki, hər bir ailədə bu, belə deyil. Ailədə müəyyən səbəblərdən dolayı-diqqət və qayğının göstərilməməsi, sevgi, hörmət hissinin aşılanmaması, uşaqların düzgün tərbiyə olunmaması, maddi və mənəvi tələbatların ödənilməməsi fərdlər arasında anlaşılmazlıq yaradır. Bu saydıqlarım azmış kimi, ailəyə kənar amillərin də rolu öz tesirini göstərir. Məsələn: qayınata-qayınananın( bu, hər kəsə şamil olunmur), qohum-əqrabaların ailənin hər xırda probleminə müdaxilə etmələri, kişi və qadının iş şəraitində rastlaşdıqları çətinlikləri bir-birilərinə yansıtması onlar arasında qəlbən uzaq məsafələrə, soyuqluq yaranmasına səbəb olur.. Ve boşanmalara kimi getirib çıxarır.
 
Müasir dövrdə gənc ailələr yeni həyata başlamazdan əvvəl bir-birlərinə qulağa xoş səslənən vədlər verirlər, sanki bu dövrdə insan ömrünün ən xoş günlərini yaşayır. Hər iki tərəfin gözlədiyi anlayış, hörmət, sevgi, sədaqət hisləri bu dövrdə asanlıqla verilir. Lakin ailə həyatı qurduqdan sonra vəziyyət bir qədər mürəkkəbləşir. Maddiyat problemi, müəyyən anlaşılmazlıqlar, xəyanət, sağlamlıq problemi bu kimi hallar özünü göstərir. Ailədə rast gəlinən problemlərdən biri də qısqanclıqdır. Və bunun ailəyə böyük təsiri var. İlk növbədə qısqanclığın həddən artığı bir-birinə güvənsizlik deməkdir və qarşı tərəf bunu qəbul etməyə bilər. Bir sözlə, ailə həyatı qurmamışdan öncə gözlədiklərinlə ailə həyatı qurduqdan sonrakı reallıqlar bir-birinin əksi olur. Bu zaman ailənin bütövlüyünü qorumaq üçün kişi və qadının özünəməxsus vəzifələri olur. İlk növbədə qadın həyat yoldaşı çətin vəziyyətdə olduğu zaman ona özünü yalnız hiss elətdirməməli, hər dəfə ona dəstək olacaq ifadələr işlətməli, ruhən onu motivasiya etməlidir.. Kişi isə öz növbəsində qadının hislərini anlamalı, fikirlərinə hörmətlə yanaşmalı, onların emosional bir varlıq olduğunu nəzərə almalıdır. Hər iki tərəfdə empatiya hissi güclü olmalıdır.
 
Ümumiyyətlə, ailədə bu kimi halların baş verməməsi üçün hər iki tərəf müəyyən müddət ərzində bir-birini düzgün tanımalı, münasibətdə yalan olmamalı, onu olduğu kimi qəbul etməlidir.. Və ən əsası da ailə sevgi üzərində qurulmalıdır. O səbəbdən ki, hər hansı bir çətinliklə rastlaşan zaman məhz o sevgi həmin çətinliyi aradan qaldırmağa kömək edir, qarşı tərəfin qüsurlarını bağışlayır.. və getdikcə bu sevgi qarşılıqlı hörmətə çevrilir.. 
 
Sevginin olması vacibdir.. Yuxarıda da qeyd elədiyim kimi. Bu fikrimlə də yəqin ki, çoxları mənimlə razılaşar. Amma ailə başçısı ailəsinin maddi tələbatlarını ödəyə bilmirsə, bir müddət sonra bu sevgi öz əhəmiyyətini itirəcək, ailədə müəyyən konfliktlər yaradacaq, onların psixologiyasında dərin izlər qoyacaq. Dediyim odur ki, sevgi və maddiyyat qarşılıqlı şəkildə olsa o ailədə problemlər də, söz-söhbət də az olar.. Və həmin ailə ideal ailə kimi hesab olunar. Burada böyüyən uşaqlar da düzgün tərbiyə olunacaq, sağlam fikirli, gələcəyi parlaq, cəmiyyət içərisində öz mövqeyini bilən biri kimi formalaşacaq.
 
Ailə elə bir mühitdir ki, burada tək heç nəyə nail olmaq mümkün deyil. Hər iki tərəf bu məsuliyyəti öz çiyinlərinə götürübsə əgər, bunu sona kimi davam etdirmək onların borcudur, kiçik problemdə belə ailəni dağıtmaq, bu ağır işi bir nəfərin çiyinlərinə yükləmək, onu yalnız qoymaq gələcək nəsillərin də düzgün formalaşmamasına təsir edir.. Necə deyərlər, AİLƏ BİRLİKDİR, AİLƏ KİÇİK CƏMİYYƏTDİR..
 
Primova Bahar
 
Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi, psixologiya ixtisasının tələbəsi 

Go Back

Qasımova Cəmilə - Bu gün ailə bağlarının qopmasının əsas səbəblərindən biri

Bu gün ailə bağlarının  qopmasının  əsas  səbəblərindən  biri  aradakı  sevgi  və  qarşılıqlı  anlaşmanın olmamasını  göstərə  bilərik.   Fərqli maraqlar  fərqlı düşüncələr  yaxud  inamsızlıq  kimi  amillər də buna misaldır.  Bəzən  bəlli  bir yaşda  olmasına  baxmayaraq  hələ  də fərdlər  özlərini kifayət  qədər  tərbiyələndirməmiş mənfi  xislətlərdən yaxa qurtarmamışlar.  Həmçinin  nə cür ailə  modeli istədiklərini  müəyyənləşdirmədən ailənin nə olduğunu  anlamadan ailə  qururlar.  Bəzən  isə  fərdin   daxili problemi  də ola bilir xəyanət   edir  amma səbəbi  onun öz daxili  doymaq bilməyən  istəklərinə  sərhədsiz  qoymasıdır. Arada  nə qədər  uyğunluq  olarsa   (əxlaq səviyyə ) cəhətlərdən  o qədər  xöşbəxt ailə  modeli yaratmaq mümkün ola bilər.

Müasir  ailə  modelinin  təməl  prinsipləri  başlıca olaraq  hər iki tərərf  öncə  necə bir insanla xöşbəxt  ola biləcəyni  müəyənləşdirməli,  və bir-birlərini  (görünüş, düşüncə, mədəniyyət və ) kimi istəklərdə qane etməlidir. Arada qarşılıqlı anlaşma  olması  ən önəmli  faktorlardandır.   Hətta belə desək o insana baxanda  pozitiv  enerji ala  bilməlidir.  Misal  olaraq fərqli  şəhər yaxud  rayonlarda  böyüyən fərdlər  arasında  fərqli  düşüncələrin olması,  hadisələrə fərqli  baxış  bucağı  qaçinılmazdır. Bunlar da  istənilən ailə  modelinin yaranmasının  qarşısını  alan faktorlardandır. 

Qadın  və  kişi psixologiyaları  fitri  olaraq fərqlidir.  Bəzən qadınların bitmək  bilməyən istəkləri  , emosianallığı , mövzuları  kişilərin  gərəksiz  hesab  etdikləri  yöndən  uzatmaları  arada  konfiliktlərə  səbəb  ola bilir.   Kişilərin isə  bəzən  özlərinə  hər  hansı   məhdudiyətin  qoyulmasını  qəbul etməmələri  lakin  qadınların  tam  olaraq  onlarin (yersiz)  olsa  belə  istəklərinə   xidmət  etmələrini  tələb etmələri  ola bilir .  kişilərin  qadınların daxili  mənəvi  istəklərini  ödəməyin  zəruriliyini  anlamamaqları  əsas səbəblərdəndir.   Kişilər çox  zaman qadınların  həssas  ruhiyələrini  anlamırlar   və  qadınların  mənəvi  boşluqlarını  doldurmurlar.  Nəticədə  qadının  mənəvi  boşluğu  ailədə  (əsəbilik, kobudluq) kimi  təzahür edir beləliklədə  konfiliktlərin  davamı gəlir..

Ailədaxili konfiliktlərdən  qaçınmaq  üçün   ilk olaraq  hər  iki  tərəf  bir-birinin  xarakterini, ruhiyəsini nəydən xoşlanıb  xoşlanmadığını  öyrənməlidir.   Güzəşt etmək,  mübahisə  olarsa  uzunçuluq  etməmək,   qarşı  tərəfi  sərt  çəkildə  ittiham etmək kimi  xüsusiyyətlərdən  çəkinmək  lazımdır.  Hər iki  tərəf  bir-birinin  xoşlanmadığı şeyləri  etməməyə  çalışmalıdır.  Bunları  edə  bilmək üçün önəmli  olan  işlərdən  biri  insanı tanımaq  , insan  psixologiyasını  müəyyən qədər  öyrənməyə  çalışılmalıdır.  əgər  qarşı  tərəf  əsəbidirsə  ona nəyisə izah  etmək   üçün  uyğun  zaman  gözləməy  lazımdır.

Ideal ailə modeli  deyərkən   bütün  proemlərdən  tam  olaraq  uzaq   olmalıdır  da   deyə bilmərik, çünki  təbii olaraq  hər kəs  insandır,  müəyyən   daxili hissləri də var və heç  kəs  tam  olaraq biz  istəyən  kimi  quraşdırılmayıb. Sadəcə  ən prinsipial  qayda  olaraq  deyə bilərik  ki,  arada nə  qədər  oxşarlıq  və anlaşma olarsa  o  qədər  ideal  ailə  modeli   yarana bilər.  bəzən  bəzi insanlar  ideal  ailəni  yalnız  aradakı  sevgi   ilə  ola  biləcəyini  düşünürlər.  lakin  əgər  fərdlər  bir-birinin  xarakterlərini   yetərincə  bilmədən  əhəmiyyətsiz  yanaşaraq  ailə qurarlarsa  nəticədə  ailənin dağılmasına gətirib  çıxarar.

Qısqanclıq  ağıl  məntiq üzərinə    bir həddəcən  olması  normaldır.  Lakin  yersiz  qısqanclıqlar,  qarşı   tərəfi  bezdirmək,  lazımsız  məhdudiyyətlər   qarşı  tərəfdə özünə qarşı   bəzən  hörmətszlik,  inamsızlıq  kimi  də anlaşılıb  arada  məsafələr, soyuqluqlar , sevginin azalması  kimi  nəticələnə də bilər.   və  sonda  qarşı  tərəfdə  ikrah  yarana  hətta  boşanma   ilə də  nəticələnə bilər.  bəzən insan   qısqanıldiğını   gördükdə  sevildiyinin  amili  kimi  qəbul edərsə də,  bu  çox  zaman  arada  söz-söhbət  ,  dava-dalaşlara da  gətirib  çıxara  bilər. 

Ailə  qurarkən  çox  zaman  gənclərin    gözləntiləri çox   fərqli    lakin reallıq  tamamilə   fərqli  olur. Buna görə  də  öncədən  qarşı  tərəflə  qarşılıqlı  istəklər  danışılmalı , bir-birlərinin  istəklərini  özləri  ilə  uyğun  olmasını  öyrənməlidirlər. əks  halda  öz  nəzərində  nəyin  nə  cür olmasını gözləmək  sonradan  isə elə olmaması  ,  ailədə  ciddi konfiliktlər,  münasibətlərin pozulması ,  discomfort  ailə  mühiti   yarana    bilər.  

Ailə  içi  münasibətlərdə  fikrimcə  ən  böyük  çatışmazlıq  fərdlərin  nəinki  qarşı tərəfin heç  özünün  belə  nə  kimi  xarakteredə  olmasını,  düzgün  ailə  idarə  etməyi  kifayət  qədər  bilməmələridir.

Ailəyə  kənar  amillərin  təsiri  ən böyük  ailə   dağıdıcı    səbəbdir.  Ailə  qurulursa  gənclər  bir-birinə  uyğunlaşmalıdır  digər  qohumlara deyil..  çox  zaman  ailəyə  edilən  müdaxilələr,  onların  idarə edilməsi,  problemlərin   kənar  insanların  təsiri  nəticəsində  daha  da  çətinləşməsi  qaçınılmazdır.  Gənc  ailəyə  imkan  yaratmaq  lazımdır  ki.  Ailə  idarəçiliyini,  çətinliklərini  həllini   öyrənsinlər   yoxsa  ki  yersiz müdaxilələr  problemin  həlli  əvəzini  onu daha  da  çıxılmaz  vəziyyətə gətirib  çıxarır.

Ailə  bütövlüyünü  qorumaq  üçün   hər  iki  tərəf  evdə  olan  heç bir  şeyi  (ana,ata) olsa  belə heç  kimə  danışmamalı  ailəsinə  kənar   müdaxilənin  olmasına  qəti  şəkildə  izn  verməməlidir. Hər  bir çətinikdə  bir-birinin əlindən  tutaraq  əLindən  gələni   əsirgəməməlidirlər.

Müasir  ailə  modelində  ailə  psixoloquna  çox  zaman ehtiyac  olur.  Bəzən  fərdlərin  bir-birini  anlamaması,  kobudluğu,  ailə  davranışlarını  bilməməsi  nəticəsində  və  s   etdikləri  səhvlər  mütləq  şəkildə  ailə  psixoloqunun  yardımına  ehtiyac  duyulurr.  Ailə  psixoloqu  aradakı  əsl  problemi  aşkar  edib   kökünə  vararaq  problem   aradan qaldırır.

Qasımova Cəmilə

İxtisas: Radio və televiziya

Go Back

İsrafilzadə Əminə - Ailәdә kiçik sayılan bir mәsәlәni böyüdüb ailә faciәsinә çevirmәk lazım deyil

Ailә xoşbәxtliyin açarıdır. Ailәsiz insan xoşbәxt ola bilmәz. Araşdırmalar göstәrir ki, evli kişi vә qadınlar subay vә boşanmış insanlara nisbәtәn daha çox yaşayır, az xәstәlәnirlәr.

Bәs görәsәn ailә xoşbәxtliyinin sirri nәdәdir?

- İlk öncә ağıla sevgi gәlir. Ancaq tәcrübәlər  göstәrir ki, insanların 30%-i sevmәdәn ailә qururlar. Ya qohum-tanış vasitәsilә, ya da tәsadüf nәticәsindә. Boşanmaya aid statistika göstәrir ki, bu ailәlәrin bir qismi müәyyәn müddәt keçdikdәn sonra ayrılırlar. Ancaq elәlәri dә vardır ki, ailә qurandan sonra bir-birlәrini yaxşı tanıyır, sevir, cәmiyyәt üçün yararlı uşaqlar yetişdirir vә xoşbәxt yaşayırlar.

Statistika göstәrir ki, insanların 70%-i sevib ailә qurur. Ancaq evlәnәndәn 5-9 il keçdikdәn sonra isә bunların cәmi 46%-i öz hәyat yoldaşlarını sevmәkdә davam edir, qalan 24%-i isә artıq sevmir. Bu da boşanmaya gәtirib çıxarır. Görәsәn boşanmaya sәbәb nәdir?

Ailәnin xoşbәxtliyi әr vә arvadın şәxsiyyәt kimi necә formalaşmasından asılıdır. Ona görә dә biz ailә quracağımız insanı әvvәlcә yaxşı tanımalı, davranışını müәyyәnlәşdirmәliyik  ki, onun şәxsiyyәtindәn xәbәrimiz olsun. Bunu nәzәrә almaqdıqda ailәdәәr vә arvad arasında psixoloji uyuşmazlıq baş verir. Ümumiyyәtlә, cütlüklәr arasında psixoloji uyuşmazlıq deyilәndә ağıla nә gәlir?

- Psixoloji uyuşmazlıq iki cür olu:

1) müsbәt mәnada psixoloji uyuşma;

2)mәnfi mәnada psixoloji uyuşma.

Müsbәt mәnada psixoloji uyuşma deyәndәәr vә arvadın hәr ikisinin mehriban, sәmimi, gülәrüz, tәmkinli vә digәr müsbәt keyfiyyәtә malik olması ağıla gәlir. Yaxşı mәnada әr vә arvad bir-birinә uyuşanda ailәdә xoşbәxtlik hökm sürür.

Mәnfi mәnada psixoloji uyuşma deyәndә isәәr vә arvadın hәr ikisinin kobud, tәnbәl, yalançı, sözbaz vә digәr mәnfi keyfiyyәtlәrә malik olması ağıla gәlir. Bu tipli ailәlәrdәn boşanmalarının sәbәbini soruşduqda deyirlәr ki, "xasiyyәtimiz düz gәlmir". Әslindә isә onların "xasiyyәtlәri düz gәldiyi" üçün ayrılırlar. Belә yerdә deyәrlәr "iki qoçun başı bir qazanda qaynamaz".

Bәs ailә daxili konfiliktlәrә başqa nә sәbәb ola bilәr?

 1) әr-arvad arasında seksual tәlәbatın ödәnilmәmәsi.

 2) Maddi sәbәblәr. Bura ailәnin yaxşı tәmin olunmaması, ya hәddindәn artıq israfçılıq edilmәsi, ya da simiclik. M.F.Axundovun "Hacı Qara" әsәrindәki Hacı Qara obrazını misal gәtirәk. O, xәsisliyi ucbatından ailәsini ac saxlayırdı, arvadı isә belә deyirdi: " Sәn ölsәn heç olmasa arvad uşağın doyunca çörәk yeyәr".

 3) Xәyanәtin baş vermәsi. Seksual tәlәbatlarının ödәnilmәsi ardınca qaçan insanlar tez-tez ailәlәrinә xәyanәtlә bağlı problemlәr yaşadırlar. Normalda isә ailәdә  övlad dünyaya gәldikdәn sonra "nәsil artırma proqramı " hәyat yoldaşı ilә bir-birinә olan hörmәt, qayğı, nәvaziş, yaxınlıq, sevgi yaşandığını göstәrәn intim münasibәtinә çevrilmәlidir.

 4) Ailәdә kişinin hәddәn artıq içkiyә aludәçilik etmәsi. Bura Ә.Haqqverdiyevin"Dağılan tifaq" әsәrindәki Nəcəf  bәy obrazını misal göstәrmәk olar. Onun sәrxoşluğu ucbatından ailәsi mәhv olur.

 5) Aşırı dәrәcәdә qısqanclıq. Buraya S.Rәhmanın "Әliqulu evlәnir" әsәrindәki Rövşәn obrazını misal gәtirәk. O, aşırı dәrәcәdә qısqanc biri idi. Onun qısqanclığından etiraz edәn Nazlı belә deyirdi: "Su içirdim su satanla savaşırdı ki, niә mәnim arvadımın üzünә baxdın? Paltar tikdirirdim, dәrzini hәdәlәyirdi. Hәtta cansız şkafa, divara, otağa da mәni qısqanırdı"

 6) Ailәyә kәnar şәxslәrin müdaxilәsi. Bәzәn әr-arvad evdә olan söz-söhbәti valideynlәri ilә bölüşür, bununla da valideynlәr gәnclәrin ailә hәyatlarına kobudcasına müdaxilә edir, bu da çox vaxt mәnfi fәsadlara sәbәb olur.

7) Sonsuzluq. Sonsuzluq problemi evli cütlüklәr arasında  ailә konfliktlәrinin vә boşanmalarının sayını artırır. Ancaq bu problemlә üzlәşәn cütlüklәr bir-birini günahlandırmaq әvәzinә bir-birinә dәstәk olsalar problemin hәllindә daha sağlam qәrarlar qәbul edә bilәrlәr.

Ailәnin bütövlüyünü qorumaq üçün hansı addımlar atmaq lazımdır?

Unutmaq olmaz ki, ailә hәyatını dağıtmaq çox asandır, ancaq onun bütövlüyünü qorumaq isә çәtin.  Ailәdә kiçik sayılan bir mәsәlәni dә böyüdüb ailә faciәsinә çevirmәk lazım deyildir. Bunun üçün әr vә arvad qarşılıqlı güzәştә getmәyi  bacarıb, mübahisә zamanı sәsini yüksәltmәmәli, bir-birlәrinin şәxsiyyәtini tәhqir etmәyib, sözlәrini tәmkinli, yumşaq şәkildә demәli, hәr kәsin hüququna hörmәt bәslәyib, bir-birinә hәyat yoldaşı, övladının ata vә anası kimi  hörmәt pәrdәsini saxlamalıdır. Mübahisәnin әn qızğın dәqiqәlәrindә belә әr  vә arvad az müddәt әvvәl münasibәtlәrin nә dәrәcәdә yaxşı olduğunu, birgә keçirilәn xoşbәxt günlәri unutmayıb, mübahisәni son hәddә çatdırmamalıdır.

Alman filosofu Kantın sözlәri ilә desәk "Ailәdә әr vә arvad bir-birini tamamlamalı, çatışmazlıqların qәbul etmәlidir".

Әr vә arvad sәhvlәrinin aradan qaldırmasında  bir-birinә kömәk edib, yeri gәldikdә isә bir-birini tәrbiyәlәndirmәlidir. Әn әsası isә mübabisәlәrini uşaqların yanında etmәmәlidirlәr. Әks halda bu uşaqların psixikasına mәnfi tәsir göstәrә bilәr.

Ailә uşağın ilk mikro mühiti sayılır, uşağın gәlәcәyi mәhz ailәdәn asılıdır. Evdә yaxşı ab-havanın olması uşaqda özünәgüvәn hissi formalaşdırır. Konfliktli ailә mühiti isә uşağın iç dünyasını pozar, bu da onun davranışında özünü göstәrәr.

Buna görә dә valideynlәr daim uşağa nümunә olmalı, onun yanında danışığına, hәrәkәtinә ciddi fikir vermәlidirlәr. Axı uşaqların gәlәcәyi onların әlindәdir....

 

İsrafilzadə Əminə

ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin tələbəsi 

Go Back

İbrahimli Fəridə - Heç kəs boşanmaq üçün evlənməz

Keçmişdən bəri hərkəsin həyatında önəmli məqamlardan biri ailə həyatıdır. Zamanı gəldiyində insanlar özünə ömür yoldaşı olduğuna əmin olduqdan sonra həyatlarını birləşdirməyə qərar verirlər. Bu yolda valideynlər gənclərin ən böyük dayağı olmalı , onların düzgün qərar vermələrinə çalışmalı , dəstək olmalıdır. Normal mühitdə ailə dedikdə, nigah qurmuş iki insan və dünyaya gələn övladları bura daxil edilir. Lakin, cəmiyyətdə ən böyük problemə çevrilən məsələ ailə mühitinin həddən artıq genişlənməsi və daha çox insanı əhatə etməsidir. Beləki, yeni evlənmiş iki gənc həyatlarının ən gözəl anlarını tək başına yaşamaq yerinə bu mühitə qaynana, qaynata,baldız, qayın və daha çox insanlar ailənin içinə aid edilir. Ailəyə kənardan müdaxilələr, anlaşılmazlıqlar, bir birlərinə komprimisə getməmək ən böyük bədbəxtlik olan boşanmalara gətirib çıxarır.Boşanmalara bir çox amillər təsir edir və bu istiqamətdə aparılan bütün addımlar eyni nəticələrə gətirib çıxarır.Bu yolda daha çox problem oğlanın anasının heç bir şəkildə gəlindən razılıq etməməsi , bəzən isə oğlunu qısqanmaq (xüsusən oğlan evin tək oğludusa) , eyni zamanda qızın yoldaşının anasını öz anası kimi qəbul etməməsi və bu kimi digər hallar baş verir. Yaranmış kiçik bir anlaşılmazlıq üzündən ailədə problem yaranır. Ən gərəksiz hallardan biri də bu probelmin bütün qohumlar tərəfindən bilinməsi, hərkəsin bu məsələdə fikir yürütməsi ,nəsihətlər ,məsləhətlər etməsidir. Yaşlı insanlar bu problemləri daha çox görməzdən gəlməyi tövsiyyə edər, bu cür halların hərbir ailədə baş verə biləcəyini deyərlər. Ailədən kənara çıxan bu məsələ artıq həllini tapmaqdan çıxar , problemin daha da böyüməsinə yol açar. Kimisi gəncləri günahkar bilər və valideynlərin hər zaman haqlı ola biləcəyini deyər, kimiləri isə gənclərin cahil və tam həyatı dərk etmədiklərini deyər və valideynlərdən onlara səbr göstərməsini istəyər. Bütün bunlar nə səbəbi ortadan qaldırmaz nə də nəticəni bərpa etməz.

Boşanmalara gətirib çıxaran səbəblər təkcə kənar təsirlər deyil, gənclərin şəxsi keyfiyyətlərinin üst üstə düşməməsi , zaman keçdikcə yaranan anlaşılmazlıqlar, bir birinin ruh halına bələd olmamaları, sinirlərinə sahib ola biləmək, kompromisə getməmə, inadcılıq və bu kimi digər ünsürlər də aiddir.

Çox şahidi olduğumuz kimi  birbirini dəlicə sevən iki gəncin ailə qurması ilə onların sevgisinin bitməsi boşanması arasında vaxt fərqi çox olmuyada bilir. Bütün bunlar həqiqətən mi sevginin bitməsi üzündən baş verir. Ailə adlanan məfhumda önəmli faktorlar mövcuddur. Burada sevgi nə qədər vacib rol oynasa da, hörmət etmək bütün hallarda vacib olduğu kimi ailədə də ən vacib amildir. Bu daha çox birbirinin fikirlərinə hörmət etmək deməkdir. Əgər bir məsələdə fikirlər fərqlidirsə, bu zaman ortaq qərara gələrək problem yaratmağın qarşısını almaq olar. Həqiqətəndə birinin fikrinə hörmət etmək o şəxsin sevgisini qazanmaq üçün mühüm amildir. Ailə daxilində  baş verən bütün anlaşılmazlıqlar fikirlərin fərqli olması ilə başlayır.

Ailə həyatı qurmağı düşünən hər bir gənc gözəl günlərin xəyalını qurar, xoşbəxt, uzunömürlü bir ailəyə sahib olacağını ümid edər. Həqiqətən də necə deyərlər "heçkəs boşanmaq üçün evlənməz". Qarşılaşdığı bütün çətinliklər ailədə münaqişələrə yol açar. Kişilərin bəzən qadınlara həddən artıq basqısı, qadınların isə dedektiv kimi davranaraq yoldaşının hər addımını izləməsi hər iki tərəfdə narazılığa və mübahisəyə səbəb olur. Yaranmış qısqanclıq ailədə inamsızlığa yol açar, hətta bucür hallarda ailədə tərəflərin artıq birbirinə güvənməməsi halı meydana çıxar. Bucür münasibətlərin yaranması  ailə bağlarının qopmasına , tərəflərin birbirinə olan hörmətinə son qoyar. Bucür hallar övladların psixoloji travma almalarına səbəb olar.

Boşanmaların statistik göstəricisi günü gündən artır. Bütün bunların qarşısını almaq ailələrin dağılmaması, uşaqların psixoloji cəhətdən zərər görməməsi üçün vacib tədbirlər görülməlidir. Bu işdə ilk öncə tərəflərin hər ikisinin səhvlərini və doğrularını ayırd edə bilməsi üçün psixoloqa müraciət etməsi işin daha tez nəticələnməsi üçün müsbət addımdır. Yaşanmış bütün hadisələr hər ikisində öz təsirini buraxdığı kimi təkrar ailəsini bərpa etmək istəməsində tərəddüdlərə səbəb olacaq. Yaşanan bütün hadisələr təkrarən gözdən keçirilməli, ortaya çıxan narazılıqların həlli yolunu axtarmaq , gənclərin birbirinə olan sevgi və hörmətini yenidən qazanması üçün hər ikisi çalışmalıdır. Ailənin yenidən bir arada olması, bərpası üçün övladlar xüsusi rol oynayır. Hər iki tərəf uşaqlarla daha çox vaxt keçirməli, problemlərini uşaqlarının gələcəyindən üstün tutmamalıdır.

Hər birimiz çalışmalıyıq ki, vacib ünsürlərə diqqət edək. Ailə quran gənclər birbirini anlamağa çalışsın , kompromisə getməyi bacarsın, həm gələcək ailələrimiz uzunömürlü olsun , boşanmaların statistikası aşağı səviyyəyə ensin və cəmiyyətə istər fiziki istər psixoloji cəhətdən sağlam ruhlu övladlar bəxş etsin. 

İbrahimli Fəridə, tələbə

Go Back

20 blog posts