Düşüncə Jurnalı

header photo

Limonlu Cheesecake

Əsası üçün 
2 paket istənilən peçenyə
80 qram kərə yağı
Kremi üçün;  
1 paket labne pendiri 
1 su stəkanı qatıq 
2 ədəd yumurta  
2 yemək qaşığı un  
1 su stəkanı şəkər tozu
  1 paket vanil  
1 limon qabığı rəndəsi
Limon sousu üçün
40 qram kərə yağı
  1 yumurta  
1 çay stəkanı toz şəkər
  1/4 çay stəkanı limon suyu
  bir az limon qabığı rəndəsi

peçenyəni hər hansı bir üsulla əzib yumşaq halına gətirin və icində böyük hissəciklər qalmamasını təmin edin. Kərə yağı əridib un halına gətirilmiş peçenyənin içərisində töküb qarışdırın qabın içərisinə yaxşıca yayın Hazırladığınızı soyuducunda 25-30 dəqiqə saxlayın. Once pendir və qatığı birlikdə çırpın. Sonra şəkər əlavə edərək hamar bir məhlul əldə edənə qədər çırpın. Qarışığa yumurtaları tək tək əlavə edin və çırpma sürətinizi azaldın Dərhal sonra un, vanil və limon qabıqlarını da əlavə edib çırpma əməliyyatını son verin. Axıcı bir krem əldə etmiş olacaqsınız.Soyuducunda gözlətdiyiniz qab üzərinə hazırladığınız krem tökün və Əvvəldən isidilmiş sobada təxminən 180 dərəcə istilikdə yarim saat qədər bişirin.Keks bişdikdən sonra soyuducuya qaldırın və soyumağa qoyun.Keks soyuyarkən sousunu etməyə baslayin. Benmari üsulu olmaq şərtilə bütün sous vəsaitlərini bir qaba qoyub bişirin. (benmari üsulu buxarda bişirilməyə deyilir bu zaman yumurtaları -1-1 qatmaq lazımdırkı bişməsin) Limon qatırıq sonra keksin üzərinə tökürük . Nuş olsun

.p.s. Bu resepti başqa meyvələrlə də hazırlamaq mümkündür.

Go Back

Sorğu göndər