Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Lahiyələr"

“Məktəblinin dostu” layihəsi - Psixoloqlara sertifikatlar verildi

 
“Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin psixoloqlarına sertifikatlar verildi. “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün keçirilən təlimlər başa çatıb. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirilib. Təlimlərin keçirilməsində məqsəd layihənin tətbiq olunduğu məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarının təcrübə keçməsi, məktəblilərin və valideynlərin psixoloji mövzularda daha əhatəli məlumatlandırılması, eyni zamanda yaranacaq problemlərə münasibətdə psixoloqların daha peşəkarcasına yanaşmasını təmin etməkdir. Təlimlərin başa çatması münasibətilə keçirilən tədbirdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, “Məktəblinin dostu” layihəsinin və layihənin tətbiq olunduğu məktəblərin psixoloqları iştirak edib. Tədbirdə çıxış edən psixoloq Elnur Rüstəmov uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar fikirlərini bölüşüb. “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev çıxışı zamanı layihənin tətbiq olunduğu məktəblərdəki vəziyyət və layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin iş prinsipi haqqında məlumat verib. Sonda psixoloqlara sertifikatlar təltif olunub və xatirə fotosu çəkilib. Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 34 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. 
 
 

Go Back

17 yaşım olsaydı... - YENİ MÜSABİQƏ

Psixologiya və Konsultasiya Mərkəzinin yeni layihəsi

“17 yaşım olsaydı…” məqalə müsabiqəsi

1.Qəbul müddəti: 04.04.16-04.05.16

2.Məqalənin həcmi: 14 shrift, Times New Roman, səhifə sayı mütləq deyil

3.Məlumat: məqaləni göndərənin adı, soyadı, əlaqə nömrələri, email və oxuduğu\işlədiyi müəssisə, ixtisas qeyd olunmalıdır.

4.Nəticə:   iştirakçılar sonda iştirak etdikləri və yazdıqları mövzularla bağlı müxtəlif nominasiyalar üzrə, ən əsası isə qalib sertifikatı və mükafatlar ilə təltif olunacaqlar.

6.Müsabiqənin informasiya dəstəyi: pcc.az; elnurrustamov.az; psixotest.az; dushunce.az

E mail: pccmerkez@gmail.com

 

Go Back

"VALİDEYNLİK MƏKTƏBİ" - Valideynlər üçün sosial-psixoloji layihə

Narınc Uşaq Psixologiya Mərkəzi və Psixologiya və Konsultasiya Mərkəzindən yeni bir layihə daha!!!!

"VALİDEYNLİK MƏKTƏBİ"

Uşaqlarımıza öyrətdiyimiz hər şeydə bizdən bir parça vardır.


Ana-ata olmağı yaşayaraq öyrənirik. Əmin olun ki, bu gün uşaqlarımızda ortaya çıxan hər hansı bir problemin kökündə mütləq və mütləq bizdən hansısa bir iz, hansısa bir parça vardır.
Bu layihə ,Valideynlərin uşaqlarına qarşı müsbət münasibət və davranışlar inkişaf etdirməsinə köməkçi olmaq, ana və atalara uşaqları ilə necə sağlam bir ünsiyyət qura biləcəklərini izah etmək, uşağın inkişaf dönəmindəki fiziki və psixi dəyişmələrini (cinsi tərbiyəyə qədər), bu dövrlərdə valideynlərin onlara necə davranması gərəkdiyini, uşaq və yeniyetmələri maraqlandıran müxtəlif mövzularda valideynləri maarifləndirmək məqsədi ilə qurulan bir proyektdir.

GƏLİN UŞAQLARIMIZA MARRİFLİ, ANLAYIŞLI VƏ ONLARI YAXINDAN TANIYAN VALİDEYNLƏR HƏDİYYƏ EDƏK!


Bu layihə uşaqlarımızın hərtərəfli inkişafı ilə bağlı Peşəkarların Toplaşdığı bir layihədir!!!

 

BU PROEKTDƏ SİZ VALİDEYNLƏR, PSİXOLOQ, PSİXİATR, NEVROPATOLOQ, DİNŞÜNAS, LOQOPED,PEDİATR, OFTALMOLOQ, ORTOPED, GİNEKOLOQ, TERAPEVT, ENDOKRİNOLOQ VƏ S. BİR SÖZLƏ ÖVLADINIZIN PSİXİ VƏ FİZİKİ İNKİŞAFINI TAM OLARAQ ƏHATƏLƏYƏCƏK SAHƏLƏR ÜZRƏ PEŞƏKAR MÜTƏXƏSSİSLƏRİN TƏQDİMATINDA SEMİNARLAR, TƏLİMLƏR KEÇƏCƏKSİNİZ!!!

 

Sırf VALİDEYNLƏR üçün nəzərdə tutulmuş bu layihə 2 ay ərzində davam edəcəkdir!!

 

7 həftə - 14 seminardan ibarət olan MƏKTƏBİMİZƏ QEYDİYYATI QƏBUL OLUNAN İŞTİRAKÇILAR HƏR HƏFTƏ KEÇİRİLƏCƏK SEMİNARLARIMIZDA İŞTİRAK ETMƏLİDİRLƏR!

 

2 ayın sonunda kiçik bir imtahan verərək iştirakçılarımız xüsusi DİPLOMLA təltif olunacaqlar!!!!

 

Bu layihəmizə qoşulmaq üçün aşağıdakı ONLAYN QEYDİYYAT FORMUNU doldurmalısınız!!!!

 

http://goo.gl/forms/AguZGavoVX

 
İŞTİRAK ÖDƏNİŞSİZDİR!!!!

Go Back

"AUTİZMƏ ELMİ-BƏDİİ YANAŞMA" - YENİ MÜSABİQƏ

Narınc Uşaq Psixologiya Mərkəzi,"Düşüncə" psixologiya jurnalı və  Bakı Qızlar Universiteti   ilə daha bir ortaq layihəmiz!!!

"AUTİZMƏ ELMİ-BƏDİİ YANAŞMA" adlı yeni layihəmizə hər biriniz qatıla bilərsiniz!

Aşağıdakı punktlar üzrə məqalələrinizi yazıb dushunce.office@gmail.com adresinə göndərin qalib olmaq şansını qazanın!!!

Sizləri dəyərli hədiyyələr və möhtəşəm bir yekun mərasimi gözləyir!!!!

QALİBLƏR PEŞƏKAR MÜNSİFLƏR HEYƏTİ TƏRƏFİNDƏN SEÇİLƏCƏKDİR!

QALİB ŞƏXSLƏR ÜÇÜN:

- Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun tədris etdiyi kurslara 200 AZN-lik hədiyyə kuponu

- Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən ödənişsiz diaqnostika kuponu

- Qalib məqalə Narınc Uşaq Psixologiya Mərkəzinin "Psixoloji Məqalələr Toplusu" kitabında çap olunacaq

- Bakı Qızlar Universiteti tərəfindən Qalibiyyət diplomu

- "Düşüncə" Psixologiya jurnalı tərəfindən təltif hədiyyəsi

Go Back

NARINCI BAYRAM - 31.05.2015

 

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNDƏN GÖZƏL BİR LAYİHƏ!!!!

Əziz uşaqlar və valideynlər!!!

Sizləri 1 iyun Uşaqların Müdafiə Günü ilə əlaqədar keçirəcəyimiz “NARINCI BAYRAM” a dəvət edirik!!!

  • Uşaqların əl işlərindən ibarət sərgi ( Rəsm, muncuqlarla iş, toxuma, aplikasiya və.s)
  • Uşaqların iştirakı ilə əyləncəli teatr
  • Narınc uşaq rəqs ansamblının ifası
  • Face art – uşaqların üzünün boyanması
  • Maraqlı, əyləncəli və intellektual oyunlar ( psixoloq və pedoqoqların iştirakı ilə)
  • Şer və mahnı müsabiqəsi
  • Uşaqlar üçün müxtəlif bayram hədiyyələri
  • Tanınmış şəxslərin iştirakı

Uşaqların əl işlərinin toplanması üçün son tarix  - 25 may

Sərgidə iştirak etmiş uşaqlara Narinc Uşaq Psixologiya Mərkəzi tərəfindən TƏŞƏKKÜRNAMƏ veriləcək!

Qaliblər üçün isə

  • Narınc Uşaq Psixologiya Mərkəzindən uşaqlar üçün  100 azn lik psixoloji konsultasiya kuponu
  • Happyland uşaq əyləncə mərkəzinə 20 azn-lik hədiyyə kuponu
  • Koala Park uşaq əyləncə parkına 20 azn-lik hədiyyə kuponu
  • Panda kids dən özəl hədiyyə paketi

BAYRAMDA İŞTİRAK ÖDƏNİŞSİZDİR!!!!

Go Back

"MÜASİR AİLƏ MODELİ"- gözləntilər və reallıqlar

 

PSIXOLOGIYA VƏ KONSULTASİYA MƏRKƏZİ, NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ VƏ "DÜŞÜNCƏ" PSİXOLOGİYA JURNALINDAN DAHA BİR LAYİHƏ!!!!!!

Son zamanlarda ailədaxili konfliktlərin, boşanmaların sayı getdikcə artmaqdadır. Bir vətəndaş kimi bu bizi narahat etməyə bilməz. O səbəbdən Sizlərlə birgə yeni bir layihəyə başlamaq istərdik. 

Sizin fikrinizcə;

- Bugün ailə bağlarının qopmasına səbəb olan başlıca faktorlar hansılardır?

- “MÜASİR AİLƏ” modelinin təməl prinsipləri

- Qadın və kişi psixologiyasındakı hansı fərqlər ailədaxili konfliktlərə gətirib çıxarır?

- Ailədaxili konfliktlərdən qaçınmaq üçün nələr etmək lazımdır?

- İdeal ailə necə olmalıdır?

- Qısqanclığın ailə bütövlüyünə təsiri?

- Ailə quran gənclərin gözləntiləri və qarşılaşdıqları reallıqlar

- Ənənəvi ailə modelinin üstünlükləri və ya çatışmazlıqları?

- Ailəyə kənar amillərin təsiri 

- Ailə bütövlüyünü qorumaq üçün hansı addımları atmaq lazımdır?

- Ailə psixoloqunun “MÜASİR AİLƏ” modelində rolu


Aşağıdakı istiqamətlər üzrə məqalələrinizi dushunce.office@gmail.com e-mail adresinə göndərməklə QEYDİYYATDAN keçə bilərsiniz. 

İŞTİRAKÇILAR ÜÇÜN HEÇ BİR MƏHDUDUİYYƏT YOXDUR! HƏRKƏS BU MÜSABİQƏDƏ İŞTİRAK EDƏ BİLƏR! 

Məqalənin sonunda adınızı, soyadınızı, yaşınızı və sosial statusunuzu ( peşə,ixtisas,şagird,tələbə- universitet,fakultə,ixtisas), yaşınızı və əlaqə nömrənizi də qeyd etməyi unutmayın!

MƏQALƏLƏR PROBLEMİ ÖZÜNDƏ ƏKS ETDİRƏN YAZI,ESSE,ŞER,HEKAYƏ VƏ S .OLA BİLƏR!!!!

Qalibləri Psixologiya və Konsultasiya Mərkəzindən, Narınc Uşaq Psixologiya Mərkəzindən və Düşüncə Psixologiya Jurnalından xüsusi hədiyyələr gözləyir.

- Qalibiyyət diplomu

- Psixologiya və Konsultasiya Mərkəzinin və ya Narınc uşaq Psixologiya Mərkəzinin təşkil etdiyi kurslardan birində ödənişsiz iştirak kuponu

- Ödənişsiz psixoloji chek-up kuponu

- Düşüncə jurnalından xüsusi təltif hədiyyələri


MÜSABİQƏDƏ 2 QALİBİMİZ OLACAQ!!!!

QALİBLƏR HƏM PEŞƏKAR MÜNSİFLƏR HEYYƏTİ TƏRƏFİNDƏN, HƏM DƏ SİZİN TƏRƏFİNİZDƏN ( HƏR BİR MƏQALƏ PAYLAŞILACAQ VƏ HANSI SİZ TƏRƏFDƏN DAHA ÇOX SƏS TOPLAYARSA QALİB OLACAQ) SEÇİLƏCƏK!!!


MƏQALƏ QƏBULU ÜÇÜN SON TARİX: 01.07.2015

E-MAİL: dushunce.office@gmail.com

Go Back

"Sevgi Köşəsi" müsabiqəsinin yekun tədbiri baş tutdu

25.02.2015 tarixində Düşüncə psixologiya jurnalının daha bir layihəsi olan "Sevgi Köşəsi" müsabiqəsinin yekun tədbiri baş tutdu!

Tədbir Psixologiya və Konsultasiya Mərkəzində keçirildi. Mərkəzin rəhbəri Psixoloq Elnur Rüstəmov və Düşüncə Psixologiya Jurnalı və dushunce.az saytının baş redaktoru Vüsalə Ələkbərovanın açılış nitqi ilə başladı. Daha sonra iştirakçılara Təşəkkürnamələr və Düşüncə Psixologiya Jurnalı və Psixologiya və Konsultasiya Mərkəzi  tərəfindən özəl hədiyyələr verildi.

Qalib Seymur Hüseynov isə Diplom və xüsusi hədiyyələrə təltif edildi.

Qeyd edək ki, müsabiqə çərçivəsində 60-dan çox iştirakçı məqalə, şer, hekayə ilə iştirak etmişdir. Onların hər biri üçün Təşəkkürnamə və hədiyyələr nəzərdə tutulmuşdur.

Sonda iştirakçılarla birlikdə  müsabiqəyə özəl tort kəsildi və xatirə fotolar çəkildi.

 

 

         

 

 

Go Back

Creative Author

Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi və Düşüncə jurnalının birgə layihəsi olan "CREATİVE AUTHOR" müsabiqəsinə artıq start verildi!

"Depresiya və Suisid" mövzusu ilə bağlı elanda əks olunan müxtəlif istiqamətlər üzrə məqalələrinizi pccmerkez@gmail.com adresinə göndərməklə müsabiqədə istirak edə bilərsiz. 

Müsabiqədə iştirakla bağlı hər hansı məhdudiyyət qeyd olunmur. 

Məqalələr münsiflər heyəti tərəfindən yoxlanılacaq və sonda qaliblər müəyyən ediləcək.

Ən əsası sonda təşkil olunacaq tədbirdə mövzu ilə bağlı mütəxəssislər tərəfindən training keçiriləcək , iştirakçılar iştirak etdikləri və yazdıqları mövzularla bağlı müxtəlif nominasiyalar üzrə, ən əsası isə qalib sertifikatı və mükafatlar ilə təltif olunacaqlar.

Müsabiqənin informasiya dəstəyi: www.khazar.orgwww.pcc.az,www.psixotest.azwww.dushunce.az

Go Back

Sevgi Köşəsi

 Dushunce.az saytı "Sizin Köşə" rublikası çərçivəsində "Sevgi Köşəsi" adlı yeni bir konkurs elan edir!!!!!!!!!

Qatılın, "Düşüncə Jurnalı" və dushunce.az saytından özəl hədiyyələrin sahibi olun!!!!

Son Qeydiyyat tarixi: 12.02.2015

Email: dushunce.office@gamil.com

Go Back

TƏBƏSSÜM etdik, TƏBƏSSÜM yaratdıq

07dekabr 2014 tarixində Düşüncə jurnalı və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə layihəsi olan “Təbəssüm Evi” lahiyəsi baş tutdu. Tədbir Xətai rayonu 4 saylı uşaqlar evində gerçəkləşdi. İştirakçların sayından, üzlərindəki həyəcandan tədbirə marağın nə dərəcədə böyük olduğunu hiss etmək olurdu. Layihəmizdə Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova, Narınc Uşaq Psixologiya Mərkəzinin xalqlar dostlugu filialının rəhbəri Təranə Kazımlı, Mərkəzin uşaq psixoloqları Ayşən Rza, Nigar Məmmədova, Naibə Hacıyeva, Gülay Şəkərxanlı, Düşüncə Jurnalının baş redaktoru, Psixologiya və Konsultasiya Mərkızinin psixoloqu Vüsalə Ələkbərova, Düşüncə jurnalınn redaktoru Fəridə Qasımova, Psixoloq Ceyhun Fərzəliyev və bir çox xeyriyyəçi insanlar iştirak edirdilər. Hətta balacalar da vardı ki, öz kiçik dostları ilə oynamağa, onları əyləndirməyə gəlmişdilər.  Uşaqlara hədiyyələri təqdim edildikdən sonra Narınc xanımın və digər psixoloqların köməyilə uşaqlarla birgə maraqlı qrup oyunları, psixodrama keçirildi, uşaqlarla birgə yeni il üçün şam ağacı bəzədildi. Sonda bütün uşaqlarla və iştirakçılarla birgə xatirə foto çəkildi.

 

           

 

                    

 

         

 

        

 

 

 

   

   

 

 

Go Back

QİÇS ilə mübarizəyə SƏN də Qoşul

 Yanındakının QİÇS olduğunu bildiyi anda oradan səssizcə uzaqlaşan, ÖZünün QİÇS olduğunu oyrəndiyi zaman özünə, ətrafına və gələcək taleyinə qarşı susqun qalanlar üçündür bu!!!! Bir "QİÇS əməliyyatı"dır bu - səssiz, susqun və kəskin!

"Düşüncə" psixologiya jurnalı, Psixologiya və Konsultasiya Mərkəzi, Narınc Uşaq Psixologiya Mərkəzi, PCC TV , psixotest.az 

Go Back

"X Lady" konsultativ romanının təqdimat mərasimi - 32.11.2014

Müəllifliyini Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun etdiyi "X Lady" konsultativ romanının təqdimat günü müəyyən olundu. Təqdimat mərasimi noyabr ayının 23-ü, saat 12:00 - da kitabevim.az -da( Azərbaycanın ən boyük kitab marketi)  keçiriləcəkdir. Maraqlananlar iştirak edib müəllifdən imzalı şəkildə kitab əldə edə bilərlər. Qeyd edək ki, Azərbaycanda bu kitab yeni bir janr kimi qiymətləndirilə bilər.

Elnur Rüstəmov açıqlamasında bildirib ki,  “Roman konsultativ roman janrında qələmə alınıb və bildiyim qədər bu janrda yazılmış hələlik yeganə romandır. Gələcəkdə bu janrda növbəti romanlarımı oxuculara təqdim edəcəyəm. Düşünürəm ki, peşəkar psixoloqun qələmə aldığı roman həm də maarifləndirici, bədiiliklə elmi özündə birləşdirməyi bacarmalıdır. “X-Lady” məhz bu xüsusiyyətlərinə görə kitab bazarımızdakı digər romanlardan seçiləcək. Psixologiya və ədəbiyyat həvəskarları, eyni zamanda psixologiya sahəsində fəaliyyət göstərən həmkarlarım üçün də bu romanın faydalı olacağına inanıram.”

Go Back

"TƏBƏSSÜM EVİ" layihəsi - 07.12.2014

 

NARINC USAQ PSİXOLOGİYA MƏRKƏZİ və Azərbaycanda ilk peşəkar psixologiya jurnalı olan "DÜŞÜNCƏ JURNALI"nın birgə layihəsi

Sən də öz TƏBƏSSÜMÜNlə bizlərə qoşul!!!!!

DƏQİQ HƏR HANSI BİR MƏBLƏĞ YIĞILMIR.Hər kəs qəlbinin və imkanın yetdiyi qədər!

Görüş yeri: H. Aslanov metrosunun GRAND Marketə olan çıxışı

Tarix: 07.12.2014
Saat: 15:00-da (Xahiş edirəm məsuliyyətli olun və vaxtında gəlin)

Gediləcək yer: H. Aslanov metrosunun yanı

Bu dəfə də hər zaman olduğu kimi yığılan məbləğə uşaq evi ilə əlaqə saxlayıb ehtiyaclarını öyrəndikdən sonra alınacaqlar hamısı çəkilərək səhifədə paylaşılacaq. 

Gəlin Uşaqlarımızın üzündə birlikdə Təbəssüm yaradaq!

PS: Bu lahiyədə Biz tək deyilik, illərdir bu xeyriyyə işi ilə məşğul olan gözəl bir qrup İNSAN da Bizim də olacaq!!!!

Go Back

"DÜŞÜNƏN QƏLƏM" müsabiqəsinə strat verildi

 BDU Tələbə Həmkarlar  İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk

peşəkar psixologiya jurnalı olan  "Düşüncə Jurnalı"nın birgə lahiyəsi olan

“Düşünən Qələm” müsabiqəsinə start verildi!

Mövzu:

“ŞİZOFRENİYA”

Istiqamətlər:

1.    Xəstəlik  və xəstənin psixologiyası haqqında məqalələr

2.    Ailəsində şizofren olan fərdlərin psixologiyası

3.    Xəstəliyin mahiyyətini əks etdirən bədii yazılar, esselər, şerlər , hekayələr

 Layihə haqqında:

Müəyyən edilmiş istiqamətlər üzrə psixologiya fakultələrinin tələbələri və gənc mütəxəssilər tərəfindən yazılmış məqalələr bir ay müddətinə qəbul ediləcək. Hər gun 2 -3 məqalə sosial şəbəkələrdə və dushunce.az saytında paylaşılacaq. Bir ayın sonunda əvvəlcədən təyin olunmuş məşhur psixoloq və psixiatrlardan ibarət münsiflər heyəti tərəfindən hər 3 istiqamət üzrə ən yaxşı və orijinal məqalənin sahibi seçiləcək və mükafatlanacaqdır.

Mükafatlar: 

  1. 1.    Psixologiya və Konsultasiya mərkəzi tərəfindən qalibiyyət sertifikatı və digər təltif hədiyyələri.
  2. 2.    Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponu.

 

 

Musabiqə şərtləri !!!!

 

1. Məqalələr Microsoft Office Word proqramında, 14 şriftdə, 2 A4 səhifəsindən artıq olmamalıdır.

2. Məqalə daha öncə hardasa çap olunmuş, kiminsə məqaləsi,bir basa hansisa kitabdan, mənbədən köçürülməməlidir. Əlbətdəki, məlumat toplamaq üçün hansısa mənbələrdən istifadə etmək olar,ancaq nəticə etibarilə məqalə təmamilə öz fikrinizi ifadə tərziniz, öz cümlələriniz olmalıdır. Ən orijinal məqalənin seçilməsinə üstünlük veriləcək.

3. Məqalənin sonunda aşağıdakılar mütləq qeyd edilməlidir:

-Adınız, soyadınız, yaşınız
-Təhsil aldığının Universitet, fakultə, ixtisas, kurs
-Əlaqə nömrəsi

4. Məqalənizi, məqaləniz üçün seçdiyiniz şəkil ilə birgə dushunce.office@gmail.com e-mail adresinə göndərməklə qeydiyyatdan keçmiş sayılacaqsınız!

 

 

Son qeydiyyat tarixi: 20.12.2014

Go Back

14 nəticə göstərilir