Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Mələk Kərimova"

Bizi Addım-Addım İzləyən YAŞLILIQ!!!


İstər cavan, istərsə də yaşlı, hamı uzunömürlü olmaq, çox yaşamaq  istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə  insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə heyfsilənmə kimi özünü göstərir. Yəqin elə buna görə, gənclər gələcəklərindən, yaşlılar isə  keçmişlərindən danışmağı sevirlər.

Elmin, qıdalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün  əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur. Dünya Səhiyyə Təşkilatı qocalığın orta yaş sərhədini 60 yaş olaraq qeyd etsə də, ehtiyac hiss edilən bəzi peşələr üçün məcburi təqaüd yaşı  65-67 olaraq qeyd edilir. Bunlar yenə də sabit  deyildir. Xüsusilə 70-80 yaşında hələ də xalqına faydalı və əlverışli olan bir çox  insanlara yaşlı, qoca demək çox çətin, həm də ədalətsizlik olar. Birren (1982) yaşlılığı bioloji, sosial, psixoloji cəhətləri olan bir hadisə kimi qiymətləndirir. Qocalıqda ortaya çıxan müxtəlif fiziki dəyişikliklər və sağlamlıq problemləri ilə birlikdə təqaüdə çıxmaq, dul qalmaq, yaxın insanların itgisi, maddi  çətinliklər, ailə həyatı qurmamaq  və s. kimi sıxıntılar da bu dövrün çətinlikləri arasındadır.

Uyğunlaşma (adaptasiya) insanın öz ehtiyacları ilə ətraf mühitin ondan gözlədikləri arasında yaranan asılılıq kimi qiymətləndirilir.

Qocalar nə özlərindən, nə də ətraf mühitdən razı qalırlar. Bu mənada  yaşlıların problemlərinin çox və çətin olduğunu deyə bilərik.Yaşlı insan sağlamlığından, ətrafdakılardan tez-tez şikayət edir. Ətraf mühit də onu tənbəl, deyingən, məsuliyyətsiz, tez-tez ağlayan, yazıq rolu oynayan insan kimi qiymətləndirir.Burada müəyyən həqiqətlər vardır. Yaşlı insanın streslərlə mübarizədə apardığı reaksiyalar sabit və kəskin hal almışdır. Bu insanlar güclü streslər qarşısında  dözümsüzlüyə görə, hadisələrdə rast gəldiyi bütün mənfi hallara sanki böyüdücü vasitəsilə, yəni öz prizmalarından baxırlar. Yaşlı insanın özünü ətraf mühitdən təcrid edərək öz daxili aləminə qapanması, hərəkətsizliyi, depressiv reaksiyaları bezmə və uzaqlaşma kimi özünü göstərə bilər. Təbii ki, bunu bütün yaşlılara şamil etmək düzgün olmazdı. Öz enerjisi,potensialı ilə gəncləri belə geridə qoyan yaşlılar hamıya örnək ola bilirlər. Almaniyanın cənubunda Mersedes-Benz fabrikində aparılan tədqiqatlar nəticəsində  müəyyən edildi ki, yaşlı insanlar gənclərə nisbətən az səhvə yol verirlər. Fiziki güc tələb etməyən işlərdə yaşca böyük olanların daha yaradıcı və məhsuldar olduqları ortaya çıxmışdır.

Qocaların tez-tez keçmişlərindən söhbət açmaları onların keçmişləri ilə  yaşamaq istəkləri ilə əlaqədardır. Yaşlının qarşısına çıxan çoxlu və çətin maneələr onları əsasən fizioloji ehtiyaclarını icra etməkdə çətin vəziyyətdə qoyur.

Beləliklə əvvəlki illərdə olduğu kimi, ehtiyaclarını ödəmək  üçün onlar maneələr qarşısında yeni əlaqələndirici reaksiyalar verməlidirlər. Təbii ki, o zaman da qarşılarına müxtəlif yeni maneələr çıxır. Əvvəlcədən qeyd edildiyi kimi, vücuddaki itkilər, sağlamlıqla bağlı müxtəlif problemləri insanın özünü qiymətsiz görməyinə gətirib çıxarır. Təqaüdə çıxarkən işsiz və hüquqsuz qalmaq da onlarda “işə yaramama” hisslərinin inkişaf etməsinə səbəb olur. Məlumdur ki, yaşlılar bir çox şəxsi problemləri həll etməkdə qətiyyətsiz olurlar. Bu vəziyyət sağlamlıq problemlərindən, maddi çətinliklərdən, problemi həll edə biləcəklərinə inamsızlıqdan irəli gəlir.

Qocaların gəlirləri az olduğundan pul xərcləmə onların gözündə böyüyə bilər. Bu mənada övladlarının cüzi köməyi onlara böyük mənəvi dayaq kimi görünür.

Yaşlıları yaşadan onların cəmiyyətdə, öz ailələrində faydalılığıdır. Təqaüdə çıxan hər kəs başqa bir işlə özünü ovundurmursa, onu ölüm təhlükəsi öz ağuşuna alır. Ona  görə “iş insanın cövhəridir” kəlamı hamı üçün örnək olmalı, əmək qabiliyyətli yaşlılar işdən uzaqlaşdırılmamalıdır. Yaşlı insanların  sosial həyatla əlaqələrinin itməmələri üçün müxtəlif dərnəklərin qurulması, tədbirlərin keçirilməsi də vacib amillərdən biridir. Yaxşı olardı ki, yaşlılar bu dövrü edə bilmədikləri işlər üçün bir fürsət kimi qiymətləndirsinlər, hobbiləri ilə məşğul olsunlar.

Son olaraq deyə bilərik ki, yaşlılar zəngin həyat təcrübələri, təmkinləri, dözümlülükləri ilə gənclərə örnəkdilər. Qoy, həyatın bu mərhələsi xoş təəssüratlarla dolu olsun!

 Mələk Kərimova

 Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu

 

 

Go Back

Sən Mənə Lazımsan....


AYRILIQ

Xəstəxanadayam. Qarşımda 5 yaşında şəkər xəstəliyi olan bir uşaq var. Həyat dolu, xəstəliyinin adını bilib, nə olduğunu başa düşməyən məsum gözlər mənə baxır. “Mənə şirin bir şey yemək olmazdeyir. Əlini yeni il hədiyyələrinə uzadır və tez də geri çəkir.O, bu il çox sevdiyi atası ilə birlikdə olmayacaq. Anası 1 həftə əvvəl həyat yoldaşını itirdiyini mənə bildirdi.

Uşağın əllərini tuturam. Bu arıq, həyat eşqi ilə dolu, eyni zamanda çox kiçik yaşda fələyin silləsini yemiş kiçik insana baxıram. Bir anlıq dünyada valideynini itirmiş neçə uşağın ola biləcəyi ağlıma gəlir.

1 həftə əvvəl atasını itirən bu məsum qıza baxdığım zaman, həyatın gözlənilməz sərt qaydaları ilə, çətinlikləri ilə kiçik yaşlarda üz –üzə gəldiyini ürək acısı ilə qarşılayıram.

Beləliklə, kiçik yaşlarda ana ya da atasını itirmiş uşaqlara və eləcə də onların sağ qalmış valideynlərinə psixoloji xidmətin zəruriliyini bir daha başa düşərək bu haqda fikirlərimi oxuyucularla bölüşməyə qərar verdim.

Ata anasından birini, ya da hər ikisini itirən uşaqların yaşadıqları stress reaksiyaları onların yaşlarına görə fərqlidir. Belə ki, 7 yaşına qədər uşaqların ölüm haqqında anlayışları və reaksiyaları məhduddur. Onlarda mücərrəd anlayışlar tam formalaşmadığına görə, belə hadisələr çox dərin izlər buraxmaya bilər. Burada istisna hallar da mövcuddur. Əgər uşaqlarda uzun müddət kefsizlik, yuxudan qorxaraq oyanma və iştahsızlıq baş verərsə, o zaman mütəxəssislə görüşmək məsləhət olunur. Uşaqlara ölənlərin yox olmadığını, başqa bir yerə getdiyini demək , ya da haradasa onu izlədiyini demək düzgün hesab olunmur. Çünkü uşaqda, ölən şəxsin geri dönəcəyi fikri formalaşa bilər. Bu isə illərcə uşağın həsrətlə gözləməsinə, aldanıldığı hisslərinin yaşanmasına səbəb olur. Bu da mənfi mənada uşağa təsir edir. Valideynin ölüm səbəbini fikirləşən uşağa elə gəlir ki, bunun səbəbkarı odur. Uşaq bu günahkarlıq hissi ilə bacarmadıqda psixoloqun köməyinə ehtiyac hiss olunur.

Qeyd edəkiuşağıemosional reaksiyaları bir çox faktordan asılıdırBelə kiitiriləvalideynlə olan münasibət,itirilmə şəraiti (qəzaqəfiluşağıngözü önündə və s.)ailədə ki digər üzvlərin ölühadisəsinə münasi bəti də uşağıreaksiyalarına təsiredir.

Böyüinsanların ölüqarşısında yaşadığı duyğular ilə, uşaqlarıduyğuları arasında oxşarlıqda müşahidə edilir. Çarəsizliktənhalıqboşluqmənasızlıyaşanan hissləarasındadır. Çox vaxt uşaqlarda aqresiyya da müşahidə olunurMəclisdə ölən şəxs haqqında söylənə biləgizli mənfi fikirlərdə bu aqresiyyanıdahada şiddətlənməsinə səbəolabilər.

Ailə üzvlərinin özhisslərini uşağıyanında gizlətməsiheç nə olmamış kimi davranmaları da məsləhədeyil.Həyatda olan  valideynuşağın ölən şəxs haqqında danışmasına mane olmamalıdırUşağısevdiyi şəxsə, öləşəxshaqqında xoş xatirələrini danışmaq istəyi diqqətə alınmalıdırBəzəbununəksidə müşahidə olunur.Uşaq buhaqda qətiyyədanışmaq istəmirzaman həyat da qalan valideyn öhisslərini gizlətməməlibelə bir vəziyyətin ona da çətin olduğunuamma həyatıdavam etdiyini  və ölən şəxsi sevmələrinə heç birhadi sənin mane olmadığını bildirməlidir.

Yalnız itirdiyimiz zaman, gələcəklə əlaqədar ümidlərimizin məhv olduğunu hiss edir, sevdiklərimizlə keçən zamanın dəyərini başa düşürük. Amma klassik bir cümlə kimi səslənsə də, həyat davam edir.

Gəlin həyatımızın ən dəyərli varlıqları olan övladlarımıza daha çox vaxt ayıraq. Ətrafımızda valideynini itirmiş uşaqlara diqqətlə yanaşaq...

 

Mələk Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

Xəzər Universitetinin psixologiya müəlliməsi 

 

Go Back

STRESS GÜLDÜRÜR,YOXSA ÖLDÜRÜR?!

Stress terminini hamı istifadə etsə də  stressin nə olduğu bəzən aydın ifadə edilmir. Stress – emosional gərginlik, xarici qıcıqlandırıcıların təsiri nəticəsində insan psixikasının yüklənməsidir.
Stress – emosional gərginlik, xarici qıcıqlandırıcıların təsiri nəticəsində insan psixikasının yüklənməsidir.  Stress nə yaxşı, nə də pisdir. Bu sözün müsbət və ya mənfi məzmun alması onun hansı kontekstdə işlədilməsindən asılıdır.  Bir tərəfdən stress həyatı canlandıran, xilas edən qüvvə, digər tərəfdən isə həyatı məhv edə biləcək qüvvədir.
Stresin insanlar üzərindəki təsiri insanlara görə dəyişməkdədir. Ümumi olaraq aşağıdakiləri qeyd etmək  olar .
• özünə inamsızlıq
• yuxu pozğunluğu
• müxtəlif sağlık problemləri, 
• gələcəqorxusu
• məişət və iş qəzalarında artış
• iş tempinin düşməsi
• səhv addımlarda  artış, 
• sosyal münasibətlərdə azalma, 
• rəqabətin artması, 
• iş veriminde düşmə
• güvənsizlik  duyguları, 
• mübahisənin   artması, 
• işləmə   müddətinin artması  və ya azalması vs.
Insanlarda yorğunluqhirslilik, baş ağrıları, gec oyanmatez  ağlama, yuxunun  pozulması, yalnız qalma istəği, iştahsızlık, çarpıntılar, mədə bağırsak stəlıkləri, alergiyalar, revmatizmalar, ağrılar gibi psikosomatiksimptomlarda  artış yaşanır. 
 
Stressli vəziyyətdə nə edə bilərik?
•“Xeyir! deməyi öyrənin. Ekstra işlərə, istəmədiğiniz sosyal  və zamanınız olmayan dəvətlərə  xeyir  demek  sakit bir həyat üçün  önəmli bir addımdır. Bunun üçün zaman zaman   sakit  və yalqızlıq üçün vaxr ayırın.
•• “Ehtiyaclarınızı  seçımlərə  çevirin. Əsas  ehtiyaclarımız  yemek, su və özümüzü istidən,soyuqdan qorumaqdan  ibarəttir. Geriyə qalan hər şey sizin seçiminizdir.Beləliklə  yaşamınızdaki seçimlərinizə  aşırı derecede bağlanmayın.
•• Şübhəci və həyəcanlı  olmayan insanlarla dostluq edin. Heç  bir şey pessimist  bir insanın duyğularının keçıcı olması qədər  təsirli  değildir. Qısa bir müddət  içinde siz de onun kimi ola bilərsiniz.
• Əgər  işiniz uzun müddət  oturmaqla əlaqədardırsa arada bir ayağa qalxıb  bədəninizı rahatladın.
•• Yuxunuzu  alın. Tez yatma vərdişi qazanın.
•  Xaos içinde düzən yaratın. Evinizi və işinizi elə  bir şəkildə idarə  edin ki, nəyin harda olduğunu bilin. Əşyalarınızı yerlərinə qoymağı vərdiş  halına  getirin beləcə  bir şeyləri axtarmanın stresindən azad olarsınız.

 

GÜLÜN.............NİYƏ Gülək? deyə soruşursunuzsa aşağıdaki faktları oxuyun.

 

•Vilyam Osper ingilis filosofu və həkimi qeyd edir ki,  gülüş həyatın musiqisidir  və gün ərzində 17 dəqiqə gülən insan bir il ömrunu uzadır.
• Yaponiyada vərəm xəstələri ilə gülmə seansları keçirilir.
•Malazyada imtahan qabağı tələbələrə nəfəs təlimləri və gülmə seansları verilir.Bu seansları keçənlər rahat imtahan verirlər
••Amerikada artıq 10 ildir ki, hərbi hissə komandirlərini gülüş seminarlarına göndərirlər..Dərsləri məşhur aktyor Çarlz Metkaf aparır və dərsin adı yumorobika adlanır.

 

Beləliklə stressə meydan oxuya bilərsiniz.

 

Mələk Kərimova

Psixologiya və  Konsultasiya  Mərkəzinin psixoloqu 

psixotest.az

Go Back

ZAMANIMIZIN DƏYƏRİNİ BİLİRİKMİ??!

DÜNƏNKI GƏLƏCƏYIMIZ VƏ SABAHKI KEÇMIŞIMIZ OLAN “BUGÜN”

Vaxt  həyatdır. Keçən zamanı yerinə qoymanın və geri gətirməyin  imkanı yoxdur. Zamanı bosa keçirmək, həyatı boşa keçirmək deməkdir. İnsanın keçən zamana hökm etməsi, onun öz həyatına hökmetməsi mənasına gəlir. Vaxtından düzgün istifadə edən bir insan həyatının keyfiyyətini yuksəldir, keçən zamandan  özu ve  məqsədləri üçün  istifadə edir. Zamandan düzgün istifadə etmək qısa muddətdə çox iş görmək mənasında  deyil, tam əksinə  insanın məqsəd və planlarını müəyyənləşdirərək vaxtını həqiqətən görmək istədiyi işlərə ayırması və həyatından çox zövq alması  mənasına gəlir.  

Dünyada bütün insanlara demokratik  olaraq verilmiş  tək şey  zamandır.Uğurlu ya da uğursuz  insanların  günləri   24 saat, həftələri  7 gün,ayları 30 (31) gündür . Vaxtindan düzqün istifadə etməyən  bir insan həmişə  stress altındadır. Dövrümüzdə ən çətin iş zaman darlığıdır.  Bu elə maraqlı bir məqamdır ki,evdar qadın da , bir çox işin məsuliyyətini daşıyan şəxs də  vaxt məhdudiyyətindən şikayətlənir.

İşə gedəndə keçən vaxt, TV və  internetə ayrılan vaxt da  zamanımızdan gedir. Əvvəllər çox işləmək uğurun açarı sayılırdı. Indi isə zamandan planlı şəkildə istifadə etmək əhəmiyyətlidir. Belə bir planda istirahətə də yer qalır.

Çox vaxt başını qaşımağa vaxtı olmayan iş adamlarının başqalarına təhkim edəcəkləri işlərlə özləri məşğul olaraq işi gərəyindən çox uzadaraq vaxt itirdikləri müşahidə olunur. 

Vaxtının olmadığını deyənlər çox vaxt vaxtdan düzgün istifadə etməyən insanlardır. Çox təəssüf ki,vaxtı idarə etməmək  həyatın  nəzarətini  itirməyə gətirib çıxardır. İnsan  zamanın təzyiqini çiyinlərində hissetməkdən çox, vaxtdan düzgün istifadə etməyi və gördüyü  işdən zövq almağı bacarmalıdır. Zamandan  düzgün istifadə etməməyin nəticələri nələr ola bilər?

  1. Tələsgənlik,
  2. Xoşa gəlməyən hadisələr içində   narahatçılıq,
  3. Boş zamanın düzgün qiymətləndirilməməsi,
  4. Vaxtında qurtara biləcəyiniz işləri çatdıra bilməmək,
  5. Xırdalıqlar  ya da  görüləcək işlərin altında əzilmə hissi , zamanın böyük bir bölümündə istəmədiyiniz işləri görmək,
  6. Istirahət və insanlar arası  münasibətə vaxtın olmaması,

Vaxtın düzgün idarə edilməsi nəticəsində yuxarıda sadaladığımız səbəbləri ortadan qaldıra bilərik. Vaxtı planlaşdırmaq gələcəyi bu günə gətirmək deməkdir.

Aşağıda  zamandan istifadə də  nələr edə biləcəyinizin üçün alternativ yollar göstərilir.

v Həyatdaki  rolum nədir? Bu suala cavab vermek çətindir.

Gözlərinizi yumun  dərindən bir nəfəs alın. Artıq həyatınızdan 10 il keçib. Haradasınız? Özünüzü 10 ildən sonra harada görmək istəyərdiniz? Sizi nə xoşbəxt edər?Həyatda hansı uğuru qazanmaq istərdiniz? Özünüzü belə xəyal etməniz məqsədlərinizi müəyyənləşdirməyə kömək edir.

v Məqsədlərinizə uyğun  olaraq  plan qura  bilərsiniz. Bu plan məqsədinizə gedəcək yolda kiçik addımlar kimi qiymətləndirilə bilər. Hər həftə, hər  ay planınızı gözdən keçirərərək  nələr etdiyinizi və nələri edə bilmədiyinizi  qiymətləndirə  bilərsiniz.

 

v İnsan  yeri gəldikcə “vaxtim yoxdur”, “xeyr” deməyi bacarmalıdır.Bu vaxtınıza qənaət etmənizə səbəb olacaqdır.

v Əsas işlərinizi gördükdən sonra əlavə işlərə keçin.

v Planınızda özünüzü rahat hiss edəcəyiniz saatlara mütləq yer verin.

v Eyni anda iki işi görməyi öyrənin.

v Yuxudan tez durun.

v Televizor və internet  vaxt itgisinə səbəb olan əsas vasitələrdir. Yalnız izləmək istədiyiniz verilişlərə baxın. İnternet üçün də nə qədər vaxt sərf edəcəyinizi əvvəlcədən qərarlaşdırın.

v Səhv edə biləcəyinizi,ani işlər çıxa biləcəyini nəzərə alın və bu kimi vəziyyətlərin sizi narahat etməməsinə çalışın.

v Sosial əlaqələrinizi yenidən gözdən keçirin və sizin vaxtınızı  mənasız yerə sərf etmənizə səbəb olan insanlardan uzaq durun.

v Sosial əlaqələrinizə vaxt ayırın. Sevdiyiniz və sizi sevən insanlarla birlikdə olmaq, sizin uğurlarınıza sevinən,sizə dəstək olan və sizin dəstək ola biləcəyiniz insanların da həyatınıza rəng qatmasına şərait yaradın.

 

Mələk Kərimova

Xəzər Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin

psixologiya müəlliməsi 

Go Back

Ixtisas necə seçməli?

Yeniyetməlik dövrundə yeniyetmələri gözləyən ən əsas vəzifələrdən biri də, pesə seçimidir. Bildiyiniz kimi insanın peşə seçməsi və bu seçimi həyata keçirmək üçün calışması onun bütün həyatına təsir edən faktordur.

Çünki insanın peşəsi, onun həyat tərzini, dəyərlərini, sosial statusunu müəyyən etmədə önəmli rol oynayır. Ayrıca seçilən peşədə görulən fəaliyyətlər insanın psixi ehtiyaclarını ödəməyə və öz qüvvəsini ortaya qoymağa fürsət yaradır.

Insanlar ehtiyaclarını ödəyərkən çox vaxt qərar vermək problemi ilə qarşılaşırlar. Əgər qərardan asılı olan nəticə əhəmiyətsizdirsə, insan daha az stress yaşayır. Ancaq peşə seçimi kimi önəmli qərar vermək mərhələsində olan gənclər seçimlərini əvvəlcədən görmək imkanına və bunun üçün də görüləcək fəaliyyətləri planlaşdırmaq gücünə sahibdirlər.

Qeyd edək ki, qərar vermək mərhələsində olan gənclər çox fərqli davranırlar. Belə ki, qərar vermək tərzi insanların mənlik şüuru ilə əlaqədardır.

İnsanlar həyatı boyu özlərinə aid bütün hadisələri müşahidə edirlər. Müşahidə etdikləri hadisələr duyğu orqanları vasitəsilə insanda təəssürat yaradır. Bu təəssüratlar bir-biri ilə əlaqələndirilərək müəyyən fikir yaradır. Beləliklə insanda özü haqqında da təəssüratlar formalaşır. Insanın özu haqqında bilikləri onun “mən”liyini formalaşdırır. Peşə seçməyə qərar verən gənc də “mən”inə uyğun ixtisaslardan bəhs etməyə başlayır. Peşə seçmək də bir fəaliyyətdir. Beləcə, gənc öz xasiyyətinə uyğun peşəni seçir. Peşə seçimi edən bir yeniyetmə isə bir şəxsiyyət kimi öz daxili gücünü ortaya qoymaq üçün artıq fəaliyyətə keçir.

Nəzərinizə çatdıraq ki, ayrıca gənclərin “mən” obrazının və “peşə mənliyi”nin inkisafında, ata, ananın ya da onu əvəz edən böyüklərin rolu əvəzsizdir. Ailə daxili münasibətlər gəncin peşə seçimində qərarını çətinləşdirə bildiyi kimi, asanlaşdıra da bilər. Təzyiq göstərən valideynlər uşaqlarının fikirlərini öz istədikləri tərəfə çəkməyə calışırlar və övladlarının fikirlərinə, istəklərinə göz yumurlar, özlərinin həyata keçirə bilmədikləri arzu və yaşayış tərzini uşaqlarında görmək istəyirlər. Halbuki, təzyiq göstərməyən valideynlər övladlarının xarakterini, “mən” obrazlarını tanıyaraq, onların çətinliklərinə qarşı həssaslıqla yanaşaraq, uşaqlarına mənəvi dəstək olmağa çalışırlar. Belə münasibət quran ailədə istilik, övladını olduğu kimi qəbul etmə anlayışı hakimdir. Belə ata və analar övladları ilə yaxın ünsiyyət quraraq onları başa düşməyə çalışır, onların peşə qərarlarına hörmətlə yanaşırlar.

Ümumiyyətlə, imtahana hazırlaşan bir şagirdin ana və atasının üzərinə böyük məsuliyyət düşür. Onların vəzifəsi uşağına yaxşı təhsil vermək və ona maddi dəstək saxlamaqdan ibarət deyil. Belə ki, valideynlər övladlarının narahatlığını başa düşməli, onlara düzgün yol göstərməlidirlər.

Ali məktəbə hazırlaşan gənclərin yasadıqları çətinliyin 2 səbəbi var. Birinci səbəb insanın bütün həyatına təsir edəcək bir qərarın verilməsidir. Bu qərara görə narahatlıq normaldır. Amma ikinci səbəbin real və məntiqi əsası yoxdur. Şagirdlərdə onların stress səviyyələrini yüksəldən düşüncələr olur. Bu düşüncələri belə sıralamaq mümkündür.

- Fəlakət halına gətirmək - real vəziyyətə aid bütün müsbət halları görməyib, həmişə mənfi halları fikirləşmək (imtahanı verə bilməsəm, rüsvay olacağam, heç nə bacarmayacağam.)

- Ümumiləşdirmək - bir hadisəyə nəzərən bütün hadisələrdə oxşar nəticənin olacağına özünü inandırmaq (kursda imtahan pis keçdi).

- “Ağıl oxuma” - başqalarının nə fikirləşdiyini bilmədən, onların nə düşündüyünü bildiyini düşünmək (qohumlar imtahanı yaxşı verəcəyimə inanırlar).

Yuxarıda sadalanan misallar yəqin ki, bir çox valideynə tanışdır. Valideynə düşən əsas vəzifə bu cür fikirlərin yerinə daha real və ruhlandıran düşüncələri gəncə aşılamaqdır. Valideynlərin uşaqların kiçik yaşlarından etibarən onlardan çox şey gözləməsi, uşağın səhvlərini duzəltmək yerinə onları daim tənqid etməsi, fiziki cəza tətbiq etməsi, “tənbəl”, “ləng”, “məsuliyyətsiz” və s. kimi sözlərlə övladını tənbeh etməsi də vəziyyəti çətinləşdirən amillərdəndir.

Övladınızın narahatlığını artırmayın.


“Belə oxumaqla çətin ki, imtahanı verə biləsən”, “Belə başla çətin yaxşı oxuya biləsən”, “Bu cür oxumaqla çətin ki, işinin mütəxəssisi olasan” kimi fikirlər yeniyetmədə stress yaradır və narahatlığın artmasına səbəb olur.

Övladınız yaxşı təhsil ala bilməsə


Ovladınız sizin bir parçanızdır. Ali məktəbə daxil olmayan yeniyetmə çox məyus olur. Onun kədərini bir daha artırmaq övladınızın psixikasına ciddi təsir göstərə bilər. Həyatın məqsədi yaşadığın həyatdan zövq ala bilmək çətinliklərə dözmək və düzgün nəticə cıxarmaqdır. Ali məktəbə qəbul olmaqsa bir yoldur. Həyatda uğur qazanmaq ali məktəbə girməkdən asılı deyil. Övladınızla aranızdakı yaxın münasibətiniz sizin məqsədiniz olmalıdır. Ali məktəbə qəbul olub-olmamasından asılı olmayaraq, övladınızla münasibətlərinizi korlamayın. Əgər uşağınıza “oxu” deyirsinizsə və münasibətləriniz də gərgin və soyuqdursa bu vəziyyəti düzəltməyəcək. Əksinə münaqişəli şəraitdə bunu deyirsinizsə, dediyiniz sözun heç bir əhəmiyyəti olmayacaq.

Siz nəyə dəyər verirsiniz?

Usağınızın müvəffəqiyyətini ürəkdən istədiyinizi və dəstəklədiyinizi bilirik. Bunun qarşılığında, ondan dərslərini oxumağını gözləməyiniz təbiidir. Ancaq uşağınız da əlindən gələni edib istədiyini əldə edə bilmirsə, o zaman bacarığının bu qədər olduğunu qəbul edin. Düzgün hazırlaşa bilmədiyini, zamanından düzgün istifadə etmədiyini hiss edirsinizsə, bu sahə üzrə mütəxəssisə müraciət edin.

 

 

 

 

 

 

Go Back

Hippoterapiyanın möcüzəsi

İnsan dünyaya gəldiyi gündən etibarən ətraf mühitə uyğunlaşmağa başlayır. Bu uyğunlaşmada insanın daxili resursları ilə birlikdə, fiziki mühit ilə əlaqəsi böyük əhəmiyyət kəsb edir. İnsanın təbiəti, heyvanları sevməsi və onlarla bərabər varlığını dərk etməsi onun inkişafında böyük rol oynayır. Elmi texniki tərəqqinin inkişafına bağlı olaraq insanlar tədricən təbiətdən uzaqlaşmaqla bərabər özlərindən də uzaqlaşmağa başlayırlar. İnsanın canlılarla təması azaldıqca o, bu möhtəşəm bir sistemdə varlığını da təhlükəyə atır. Bir anlıq yer kürəsində heyvan, bitki olmadan ancaq insanın yaşadığını xəyal etsək, həyatımızın sanki mənasını da itirərik. Bəşər övladının psixi və fiziki sağlamlığı təbiəti və canlıları sevməklə mümkündür. Təbiət gözəlliyindən zövq almaq, canlı varlığa məhəbbət insanın həyatına daha da məna qatır.

Təbiətdə hər bir ünsür bir-biri ilə qarşılıqlı əlaqədardır. Müxtəlif xalqların tarixi keçmişlərinə nəzər saldıqda asanlıqla görmək olur ki, heyvanların insan həyatında rolu həmışə böyük olub. Bu mənada insan həyatında atın rolunu qeyd etmək lazımdır. İnsan at ilə birlikdə bir tarixi keçmişi paylaşaraq müxtəlif müharibələrdə onların qüvvəsindən istifadə edib. Azərbaycan ədəbiyyatında da bunu aydın görmək mümkündür. Xüsusən Koroğlu dastanı bunun bariz nümunəsidir. Koroğlunun Qıratının onun həyatının bir parçası halına gəldiyini və onunla necə fəxr etdiyini bu dastanda aydın görmək mümkündür.

Milatdan əvvəl 460-377 illər arasında Hipokrat“Təbii idman” adlı yazısında ata minmədən bəhs etmişdir. 1569-cu ildə, İtalyan Merkurialis “Jimnastika sənəti” adlı əsərində ata minmənin ən faydalı idman olduğunu qeyd etmişdir . İngiltərə əsrin əvvəllərində ikinci dünya müharibəsində yaralananların müalicəsində, zəka qüsuru olanlarda atlardan istifadə etmənin faydalarını kəşf etdilər. Hətta 1952-ci ildə İngilis Liz Hartel uşaq iflici olmasına baxmayaraq, Helsinki at olimpiyadasında gümüş medal alır.

Bu hadisə mütəxəssislərin diqqətini çəkir və Avropada atla terapiya mərkəzləri qurulmağa başlayır. Atla terapiya 1960-cı illərdən etibarən Avropa, Kanada və Amerikada yayılmağa başlayır. Eyni zamanda Almaniya, Avstriya və İsveçrədə atlardan tibbi məqsədlə istifadə etməyə başladılar.1969-cu ildə İngiltərədə fiziki qüsurlular üçün kraliyyət ailəsinin dəstəyi ilə at minmə dərnəyi yaradıldı. Eyni ildə Şimali Amerikada qüsurlular üçün at minmə birliyi quruldu və bu atla terapiya qruplarının mərkəzi oldu. 1987-ci ildə Amerikalı və Kanadalı terapistlərdən ibarət 18 nəfərdən ibarət bir qrup Almaniyaya getmişdir.1992-ci ildə Amerika Hipoterapi Birliyi quruldu. (AHA) 1994-cü ildə atla terapiyaya standartlar gətirildi və Amerika Hipoterapi Sertifikasiya Birliyi və ilk Hipoterapi Klinik mütəxəssisi imtahanı tətbiq edildi. Artıq Amerikada həkimlər, psixiyatristlər, psixoloqlar pasiyentlərinə atla terapiyanı məsləhət görməkdədirlər. “Michigan” universiteti, “St.Andrew” kolleci öz dərs proqramlarına at terapiyasını əlavə ediblər.

HİPOTERAPİYA at üzərində müxtəlif hərəkətlər vasitəsi ilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Görəsən, Avropa və Amerikada bu qədər maraq oyadan və Azərbaycan qəhrəmanlıq dastanlarında da xüsusi yeri olan atın faydaları nələrdir?

●Atın belində olan şəxs onunla birlikdə hərəkət edərək yıxılmamağa və tarazlığını qorumağa çalışır. Beləcə həm sağlam, həm də zərər görmüş əzələlər hərəkətə keçir və əsas odur ki, müalicə xüsusən uşaqlar üçün bir oyun kimi qəbul edilir.

●Hipoterapiya insanda özünə inam hissi formalaşdırır, atın belində olan şəxs atı idarə etməkdən zövq alır, daha cəld və çevik olur.

●Atın istiliyi 1.5-2 dərəcə daha yüksəkdir. Bu da masaj aləti kimi ayaq əzələlərinə təsir edir, qan təzyiqi yüksəlir.

●Hipoterapi mədə-bağırsaq, qəlb-damar xəstəliklərinin müalicəsində, iflic, autizm, diqqət əksikliyi, monqolizm, artıq çəki kimi xəstəliklərin profilaktasında rol oynayır.

●Təbiətdə sadəcə iki canlı növünün atlar və delfinlərin müsbət enerji yaydığı qeyd edilməkdədir. At bir idman aləti olmayıb, əsla insanı yormur.

● İnsanda müsbət hisslər oyadır, müvazinət hissini inkişaf etdirir, qamətin formalaşmasına, paylaşma, dostluq hissinin formalaşmasına təsir edir.

●Bu cür müalicənin yan təsiri yoxdur. Sadəcə olaraq, hipoterapiya başlamazdan əvvəl cild problemləri, allergiyanın olub-olmaması müəyyənləşdirilməlidir.

Ayrıca qeyd etmək lazımdır ki, hipoterapiya ata minmə və onu çapmağı öyrənmək kimi qiymətləndirilməməlidir.

Hipoterapiya klinik mütəxəssisi olmaq üçün əvvəlcədən bu sahədə müəyyən bilik və təcrübəsi olmaq əsasdır. Xüsusən bu təhsili almaq istəyən mütəxəssis 3 il (600 saat) teorik dərs və 100 saatlıq hipoterapiya praktikası ilə məşğul olmalıdır. Bu daha sonra Klinik Mütəxəssis Sertifikatı almaq üçün imtahanda iştirak etməyə icazə verir. Bu imtahanı keçənlərə HPCS ( Hippotherapy Clinical Speciality Certification) verilir. Bu sertifikat 5  il müddətində keçərli olub, bu müddət bitdikdən sonra terapist təkrar imtahan verməlidir. İmtahan vermək istəməyən yazılı olaraq 120 saatlıq təcrübəsini təqdim etməlidir. Təhsilin bu mərhələsində 50%-ni (60 saatlıq) əsas fənlər psixologiya, çapma bacarıqları, təlim təşkil edir. Alternativ olaraq, bu sahədəki iş təcrübəsi də diqqətə alınır. 

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu,

Xəzər Universitetinin psixologiya müəlliməsi Mələk Kərimova

 

 

Go Back

6 nəticə göstərilir