Düşüncə Jurnalı

header photo

Ayının dostluğu

    

   Bir əjdaha ayını tutub parçalamağa çalışırdı. İgid bir adam yolda gedərkən ayının səsini eşidir. Tez  qaçdı, hər nə qədər əjdaha güclü olsa da adamın həm gücü, həm də hiyləsi var idi. Ayı əjdahadan canını qurtarandan sonra Ashab-Kefhin iti kimi o adamın arxasınca getdi. Adam xəstə olub yatağa düşəndə də onu tək qoymadı, başının üstündə gözləməyə başladı. Oradan keçən biri:

      - Ay qardaş, dedi, bu ayıyla nə işin var? Adam əjdaha hadisəsini danışdı. Bunun üzərinə həmin adam:

      - Ayıya güvənmə, dedi, axmağın dostluğu düşmənlikdən betərdi.

      - Sən bunu həsədliyindən deyirsən. Ayıya baxma, sevgisinə bax.

      - Axmaqların sevgisi aldadıcı sevgidir. Mənim bu həsədim onun sevgisindən yaxşıdır. Gəl mənimlə bir ol, o ayını uzaqlaşdır getsin.

      - Get başımdan həsədçi adam, öz işində ol.

      - Mən bir ayıdan daha aşağı deyiləm ki. Başına bir şey gələcək deyə ürəyim əsir. Nə badə belə bir ayı ilə meşəyə gedəsən.

Bu sözlər adamın ağlına batmadı:

      - Get başımdan, dedi.

      - Mən sənin düşmənin deyiləm. Mənimlə gəlsən özünə yaxşılıq etmiş olarsan.

      - Yuxum gəldi, məni burax, işinə get.

      - Mənim kimi bir dosta inan, himayəmdə yat. Adam:

      - Bu deyəsən bir qatildi, deyə düşündü, yatarkən məni öldürəcək. Ya da məndən bir şey umur, dilənçidi.

Adamın yola gəlmədiyini görən nəsihətçi əsəbləşərək və içindən “ La havle...” deyərək ordan uzaqlaşdı.

      - Mən ona ciddi nəsihət etdim, o isə məndən daha çox şübhələndi, deyə düşündü.

Adam yatdı. Üzünə milçək qonur, ayı da onu qovurdu. Milçək qovulanda qalxır, amma inadına yenidən eyni yerə qonurdu. Bu belə davam etdi. Ayı milçəyə əsəbləşdi, getdi kənardan yekə bir daş gətirdi. Milçək yenə adamın üzünə qonanda  ayı daşı ona atdı. Daş yatan adamın üzünü paramparça elədi.

Axmağın sevgisi ayının sevgisidir. Kini sevgisidir, sevgisi kinidir. Əhdi boş, sözü böyük, vəfası zəifdir. 

                                                                                                                                                                                                                                                                               Hz. Mevlana

Go Back

Sorğu göndər