Düşüncə Jurnalı

header photo

Gözlərimiz niyə yaşarır

Gözlərin yaşarması adətən bir çox səbəblərə görə baş verir. Bu iltihabi proses, allergiya, yorğunluq və bir sıra başqa səbəblər ola bilir.

Belə ki, gözlər yaşarırsa buna fikir vermək məslətdir, çünki bu orqanizmdə baş verən dəyişikliyin və ya hər hansı bir problemin çağırış zəngi ola bilər.

Bu kimi problemlərin səbəbini öyrənmək və gələcəkdə belə problemlərlə rastlaşmamaq üçün nə etmək lazım olduğunu məqaləmizdə sizə qısa olaraq bildirmək istəyirik.

Orqanizmdə  bir sıra vitamin və mikroelementlərin defisiti, xüsusən də B2  vitamini və kaliy mikroelementinin defisiti belə problemin başlıca səbəbi ola bilər. Gözlərinizin məhz bu səbəbdən yaşarmasını öyrənmək üçün bir sıra əlamətlərə fikir vermək lazımdır. İlk olaraq göz yaşarması əlaməti ilə bərabər işığa olan antipatiya və ağız qırağında yaranan yaralar bu vitaminə olan çatışmazlıq deməkdir. Kaliy defisiti adətən duz, tünd çay, qəhvədən çox istifadə etdikdə, yuxugətirici və sidikqovucu preparatların qəbulu zamanı çox təsadüf edilir. Bundan əlavə əl və ayaqların soyuq olması və gecə qıcolmaları, insanın tez yorulması və yuxulu vəziyyətdə olması da bu vəziyyətə aiddir. Bu əlamətlər sizdə varsa,  gözlərinizin niyə yaşardığı bəllidir, ən əsası bununla necə mübarizə aparmalı? Qida rasionunuza  banan, xiyar, paxlalı bitkilər və başqa kaliy mikroelementi ilə zəngin olan məhsulları əlavə edin.

İkinci səbəb, kontakt linzalar ola bilər. Linzaların dioptriyaya uyğun gəlməməsi, daimi əzələ gərginliyinə səbəb olur. Linzaları taxarkən gözlər həddən çox yaşarması, gözün buynuz təbəqəsinin həddən artıq hissiyatlı olması və ya gözlərin linza saxlanması üçün istifadə olunan vasitələrə olan allergiyası ola bilər. Bunu yoxlamaq asandır. Çalışıb bir neçə gün linzasız keçinin,müsbət dəyişiklik hiss etdikdə həkimə müraciət edib, görmə qabiliyyətini yenidən yoxlatdırın. Həmçinin unutmayın ki, yaz aylarında uçan tozcuqlar gözə düşərək qıcıqlanma yarada bilər. Çalışın yaz ayları və küləkli havalardan gün eynəklərindən istifadə edin.

Üçüncü səbəb, adətən qadınların istifadə etdiyi kosmetik vasitələrdir (tuş, karandaş, pudra və s.). Adətən belə hallar ucuz kosmetikadan istifadə zamanı yaranır, lakin bahalı kosmetikanın da hər bir insan üçün uyğun olub, olmayacağı bəlli olmur. Kosmetika hər bir insan üçün individual məhsuldur. Gözlərin yaşarmasının məhz kosmetikadan olub olmamasını öyrənmək üçün, eyni qaydada bir neçə gün istifadə etdiyiniz kosmetikadan imtina edin. Nəticə müsbət olduqda bu markanı dəyişməniz məsləhət görülür. Bu müddət ərzində gözləri çay və çobanyastığı məhlulu ilə yuyub, gələcəkdə tərkibində konservantlar olmayan hipoallergen kosmetikadan  istifadə edin. Məhz konservatlar allergiyaya səbəb olurlar.

Gözləri sakitləşdirmək üçün bir neçə məhlul resepti:

Tünd çay dəmləyin, onu soyuduqdan sonra pambıq disklərini istifadə edərək gözləriniz bağlı vəziyyətdə üzərinə qoyub bir neçə dəqiqə saxlayın. Həmçinin soyulmuş kartof da gözlərə sakitləşdirici təsir edir.

Çobanyastığ məhlulu hazırlayıb, onu buz qabına süzün. Buz halına gəldikdə təmiz əsgiyə büküb gözlərinizin üzərinə qoyun. Bu prosesi 1 dəqiqədən artıq davam etdirməyin... əks təsiri ola bilər.

Həmçinin gözlərin sakitləşməsi üçün göz idmanı etmək də məsləhət görülür.

 

Go Back

Sorğu göndər