Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixoanaliz"

İdeal kişi necə olmalıdır?

Xanımların arzusu Romantik Kişi:
Romantik kişini dərhal tanıyacaqsınız. O, görüşdüyü xanıma gül və şirniyyat alır, işdən evə qədər onu ötürür. Romantika dolu görüşlər təşkil edir – şam işığında yemək süfrəsi, günəşin batmasına tamaşa etmək, şer demək və s.
Belə kişilərin idealı kübar, zərif, romantik istəklərini bəyənən və dəstəkləyən qadındır. Əgər siz həyata real baxan, romantikanı sevməyən, sərbəst həyat tərzi sürən, bir qədər də acıdil xanımsınızsa romantik kişi ilə münasibətiniz baş tutmayacaq. Belə ki, romantik kişilər sakit təbiətli, mehriban və incə səsli, mənalı baxışlı xanımlara üstünlük verirlər.

Xanımlar üçün Süpriz Kişi:
Onunla həyat gözlənilməz və macəra ilə doludur. Belə kişilər çox cəld olur, gözlənilməyən qərarlar verir, müntəzəm olaraq xəbərlər və yeniliklərlə maraqlanır. Daim sizin üçün yeni əyləncələr fikirləşir. Bir sözlə onunla darıxmayacaqsınız. Onunla keçirdiyiniz görüşlər bayramı xatırladır.
Əgər siz səs-küyü, əyləncəni, macəralı həyatı deyil, sakitliyi istəyirsinizsə “sürpriz” kişi sizin yarınız deyil. Bəzi qadınlar sakit həyat tərzini, evdə oturub seriala və ya onu maraqlandıran verilişlərə baxmağı sevir ki, belə ərlə onları xoşbəxtlik gözləmir.

Ciddi görünüşü ilə cəzb edən İş Adamı:
O, daim məşğuldur. Onun dost – tanışları ciddi iş adamlarıdır. Günü işgüzar zənglər, danışıqlar, görüşlər, müqavilə bağlamaqla keçir.
Belə kişilər etibarlı həyat yoldaşı seçirlər. Onlar evə gələndə rahat olmaq, problemlərdən uzaqlaşmaq istəyirlər. Səliqəli ev, dadlı yeməklər, mehriban həyat yoldaşı, bir sözlə ev və sevdiyi qadın onun möhkəm qəsri olmalıdır. Bütün bunlarla yanaşı təbiətcə tələbkar olan belə kişilər qadının onların zövqünə uyğun olmasını arzulayırlar. Əgər siz onun bütün bu istəklərinə cavab verirsinizsə xanımı ola bilərsiniz.

O, səni hər şeydən qoruyan Çin Səddindir:
Sakit və özünə əmin adamdır. Onun həyatı stabil, gələcəyi isə əvvəlcədən planlaşdırılıb. Qəfil və gözlənilməyən qərarlar onun təbiətinə uyğun deyil. Belə kişilər bir aydan, hətta bir ildən sonra da atacağı addımları bilir. O, heç vaxt xanımını qısqanmır, çünki özünə güvənir. Bilir ki, hər nə olsa da qadın onu həmişə arzulayacaq.
Belə kişi ilə qadın problemlərin həllini düşünmür və hər məsələdə ona arxayın olur. Məsuliyyətli olan belə kişilər bütün problemləri özləri həll edir. Lakin onlar yalnız sevdiyi xanımları onların tələblərinə və istəklərinə cavab verirsə onun problemlərini həll etməyə hazırdılar.

Səni çərçivədən çıxara bilən Azadlığı Sevən Kişi:
Heç nə planlaşdırmır və sabah nə edəcəyini bilmir. Azadlığı sevir, məsuliyyət, problemləri isə həll etmir, onlardan qaçır. Gününü əyləncələrə həsr edir. Əgər siz sabah hara gedəcəyinizi bilmirsiniz və gələcək üçün plan tutumursunuzsa bu kişi sizə uyğundur. O, sərbəst, heç bir qaydanı, adəti, çərçivəni gözləməyən, macəra və əyləncə dalınca elə indicə qaçmağa hazır olan kişidir.
Nəzərə alın ki, onunla sabahın necə olacağını da bilməyəcəksiniz. Belə kişi ilə münasibətin müsbət tərəfi isə odur ki, o, sizi darıxmağa qoymayacaq.

O, istədiyin kimi ola bilər Neqativ Düşünən Kişi:
Təəssüf olsun ki, elə kişi ilə də rastlaşa bilərsiniz. İlk baxışdan uğurlu iş adamı təəsüratı oyadan bu kişilər evdə mənfi emosiyalarını birüzə verən insandır. O, daim neqativ düşüncələri ilə bölüşür, bununla da sizi sıxa bilər.
Amma belə kişi ilə özünüzü onun problemlərini tam anlayan ana kimi apara bilərsiniz. Onun ümidi və dayağı olaraq onu karyerada yuxarıya doğru istiqamətləndirmək, yüksək gəlir əldə etməyə ruhlandırmaq mümkündür. Sonda nəticə ilə qürur duya bilərsiniz. Axı, o, sizin dəstəyiniz olmadan bunlara nail ola bilməzdi. Lakin belə kişi ilə münasibət urmazdan əvvəl yaxşı düşünün. Sizin bunu etməyə gücünüz çatacaqmı? İkinizin əvəzinə də hər şeyi edə biləcəksinizmi? Belə bir kişi ilə həyat qursaz öz karyeranızı unutmağa məcbur olacaqsınız.

Çoxsaylı romanları ilə məşhur olan Həyatında Ötəri İnsan:
Belə kişi öz idealına oxşar obrazda qadın görən kimi münasibətlərinizə son qoyacaq. O, sonradan növbəti qurbanının da onun idealı olmadığını anlayıb, hətta sizin yanınıza qayıda da bilər. XANIMLAR DİQQƏT! Onu geriyə qəbul etməyin. O, sizinlə yenə də belə edə bilər. Növbəti dəfənin sonuncu olma ehtimalı daha çoxdur. Belə insanlar daim axtarışda olduğu üçün çoxlu sayda sevgi romanları yaşayır və nadir halda xoşbəxt ola bilirlər.
Sadaladığımız istənilən kişi tipi altında maskalanan belə insanın fərqli cəhəti odur ki, o, sizinlə həyatının çətin anları bitənədək qalacaq. O, həyatında baş verən problemləri həll etmək
və başına gələ biləcək daha yaxşı hadisələri gözləmək üçün sizinlə birlikdədir. Ola bilsin o, öz məqsədləri üçün sizdən istifadə edir və ya siz onu sadəcə sakitləşdirirsiniz. Düzdür, bu sizin ağlınıza gəlmir. O, sizi elə inandırıb ki...
Siz yaraşıqlı, işgüzar, dadlı yeməklər bişirməyi bacaran, səliqəli, mehriban və cazibədarsınız. Sizin hələ çox müsbət keyfiyyətləriniz var. Ancaq o, idealını gözləyir. Sizinlə münasibət həmişə keçid xarakterini daşıyacaq.

 

Aylin Kamilova

Go Back

Alma almaya bənzər

Sən nə yeyirsənsə, ona bənzərsən.

Bilməlisiz ki, insan və onun xarakteri haqıında məlumatlar təkcə jestlərlə, davranışa və danışığa əsasən deyil, həmçinin qida seçiminə görə də müəyyənləşdirmək mümkündür. Obrazlı dillə desək “Sən nə yeyirsənsə, o cür də varsan”. Belə ki, Avstriyalı biofiziklərin apardıqları tədqiqatlara əsasən müxtəlif insanlar eyni meyvəni xoşlayırsa onların bir-biriləri ilə oxşar xarakterləri də mövcuddur. Beləliklə:

ALMA:  bu meyvəni çox xoşlayan şəxslər daim sadiq və etibarlı olurlar.


ÇİYƏLƏK: rahatlığı, dəbdəbəli həyat tərzini üstün tutan, maddi maraqlarına görə
evlənən şəxslərdir. Onlar hər zaman öz istəklərini təmin etməyə çalışırlar.


ANANAS: macəra axtaran, ilk baxışdan aşiq olan, mübahisə və diskussiyalara
asanlıqla qoşulan insanlardır.


PORTAĞAL: dəqiq, sakit, ağıllı və intellektual insanlar bu meyvəni xoşlayırlar.
Onlar sevgidə romantik, qayğıkeş və hissiyatlı olurlar.


ÜZÜM: yüksək zövq axtarışında olan, nostalgiyaya meyl edən insanlar
bu meyvəyə üstünlük verirlər.


QREYFURT: sadəlövh, fantaziyalarda yaşayan, qeyri-adi dünya sirlərini
axtaran insanların sevimli meyvəsi hesab olunur.


ARMUD: şən, zarafatcıl və cazibədar insanların seçimidir. Bu tip insanlar hər zaman
şənlik və yığıncaqları daha da maraqlı edir.

 

 

Go Back

Qadının makiyajı onun əhvalından xəbər verir

Deyirlər ki, qadınları anlamaq mümkün deyil. Niyə axı? Bir az diqqətli olsanız onları nəinki anlaya, həmçinin də onların əhvalının necə olduğunu başa düşə bilərsiniz. Heç bilirdinizmi, etdiyi makyaja görə qadının əhval-ruhiyyəsini müəyyənləşdirmək mümkündür?

Qara gözlər: Çox miqdarda vurulan tuş bunu bildirir ki, xanım əsl üzünü və xarakterini makiyajın altında gizlətməyə çalışır. Bu xanımlar istənilən münasibətdə özünə hansısa bir rolu seçir və bu rolu oynayır. Onlardan hər zaman maraqlı sürprizlər gözlənilir.

Qırmızı dodaqlar: Qırmızı dodaq boyasından istifadə edən xanımlar çox ehtiraslı olurlar. Kişilər şüuraltı buna reaksiya verir. Əgər bu gün qarşınızdakı xanımın dodaqları al-qırmızıdırsa, ən qətiyyətli zərbəyə hazır olun. Amma daha yaxşı olar ki, birinci zərbəni siz vurasınız.

Ənlik: Bir xanım yanaqlarını çox rəngləyirsə, deməli, öz görünüşündən elə də razı deyil. Belə xanımlara komplimentləri iki dəfə çox demək daha məsləhətdir. Komplimentlərdən sonra o, qızaracaq və öz gözəlliyinə güvənərək hərəkət edəcək.

Parlaq dodaqlar: Parlaq və ya nəm görüntü verən dodaq boyasından istifadə edən xanımlar böyümək istəmir. Qırmızı dodaq boyalı qadınlar özlərini qaçırılmaz fürsət kimi qiymətləndirir, bu xanımlar isə özlərini yeniyetmə kimi aparırlar. Onların nazıyla oynayın, bu halda sizə hər şey icazə verəcəklər.

Makiyaj etməyən xanımlar: Kosmetika istifadə etməyən xanımların fikri həmişə başqa yerdədir və ya sadəcə özünü olduğu kimi sevir. Onlar həmişə olanı deyir, özündən heç nə əlavə etmirlər. Belə xanımlar həddindən artıq romantik fikirləri qiymətləndirmir.

Go Back

Ruh düşgünlüyünün səbəbləri nədir?

Sən və sənin kimi insanların əksəriyyəti ruh düşkünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatın dakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapılırsan həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir,  işə getmək, kimisə görmək,  ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasınsa çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan.

Sən və sənin kimi insanların əksəriyyəti ruh düşkünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatın dakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapılırsan həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir,  işə getmək, kimisə görmək,  ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasınsa çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan.

Sən və sənin kimi insanların əksəriyyəti ruh düşkünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatın dakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapılırsan həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir,  işə getmək, kimisə görmək,  ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasınsa çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan.

Go Back

4 nəticə göstərilir