Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixologiya"

İŞLƏRİMİZİ QISA ZAMANDA EFFEKTİV HƏLL ETMƏYİN YOLLARI

        

 

Biz elə bir həyatda yaşayırıq ki,  bir anda milyonlarla hadisə baş verir. Əksəriyyətimiz üçün  bir neçə işi eyni anda həll etməyə çalışmaq, zamanla ayaqlaşmağımızı düşünməyə və hiss etməyə vadar edir. 

         Amma bir problem var: yalnız insanların 2%-i eyni anda bir neçə tapşırığı həll etməyə qadirdir. Bu o deməkdir ki, insanların  98% -i  öz işlərini vaxtında həll etmək üçün yalnız təlaş içində olurlar.

         Aşkardır ki, bizim beynimiz bir neçə işi eyni anda həll etmək üçün yetərli deyil. Beyin bir neçə tapşırıqla eyni anda qarşılaşdıqda “dona” bilər. Araşdırmalar göstərir ki,  biz çox tapşırıqlı rejimdə işlədikdə beynimiz onları həll etmək əvəzinə diqqətimizi tez bir şəkildə bir tapşırıqdan digərinə yönləndirir. 

Fəaliyyət planı

   İnsanların əksəriyyəti eyni anda bir neçə tapşırığı  həll etməyə yönümlü olmasına baxmayaraq, araşdırmalara görə, insanlara bir tapşırıq üçün diqqəti toplamaq   çətin olduğu halda , bir neçə tapşırıq üçün lazım olan diqqəti toplamaq daha da çətindir.

Ruhdan düşməyə tələsməyin. Əgər siz paralel şəkildə bir neçə tapşırığı yerinə yetirməyə gücünüzün yetmədiyini qəbul edirsinizsə , o zaman diqqətinizi bir işə yönləndirəcək və o işi ziyansız həll etməyə kömək edəcək məsləhətlərdən yararlana bilərsiniz:

Telefonu söndürün: Sizə işi həll etməyə mane olacaq hər şeyi təcrid edin - telefonu, televizoru və sizə mane olacaq digər vasitələri söndürün.

İş planı tərtib edin: Əgər siz kompyuter qarşısında yaxud evdə çox vaxt keçirirsinizsə, bu sizə daha da faydalı olacaq. Gününüzə uyğun qrafik tərtib edin – hər tapşırığa müəyyən vaxt təyin edin. Bunu edərkən , yemək aralarını və istirahət vaxtlarını unutmayın.  Beləliklə, siz işləməyə başlayan zaman nə etməli olduğunuzu biləcəksiniz. Həmçinin, bu sizə vaxtınızı sosial şəbəkələrdə boşuna keçirməyi əngəlləyəcək.

Məqsədlər qoyun: Bir işi etməmişdən əvvəl onu hansı məqsədlə edəcəyinizi yaxşı-yaxşı düşünün.  Əgər sizin dəqiq məqsədiniz yoxdursa , siz rahatlıqla öz işinizdən yayınmaya başlayacaqsınız.  Yeni tapşırığı həll etməyə başlamamışdan əvvəl onun fəaliyyətini planlaşdırmaq üçün müəyyən vaxt ayırın. 

Sağlam səhər yeməyi qəbul edin: Sağlam səhər yeməyi diqqətinizi gücləndirər və işgörmə potensialınızı artırar.

Meditasiya edin: Araşdırmalar göstərir ki, şərq təcrübəsindən istifadə etmək beyinin funksiyalarını yaxşılaşdırır və diqqətinizi cəmləməyə kömək edir. Meditasiya etmək stressi azaltmağın da ən yaxşı üsullarındandır.

Diqqətlə dinləyin: Mesajları cavablayaraq, xəbərləri oxuyaraq yaxud videolara baxaraq  kimdənsə yeni informasiya qəbul etmək effektiv olmur. Əgər siz kimləsə söhbət edirsinizsə, bu zaman bütün diqqətinizi söhbətə yönləndirməlisiniz. 

Nizamı qoruyun: Kompyuterinizdə sizi yayındıracaq hər şeyi nizama salın. Ana səhifədə yalnız sizə lazım olan faylları və proqramları saxlayın.

Fasilələr edin:Araşdırmalar göstərir ki, tapşırığı həll edərkən qısa fasilələr diqqəti  gücləndirir.

Oxuyun: Daha çox məsləhət istəyirsiniz? Bunun üçün strategiyanızı inkişaf etdirəcək yetərli qədər kitablar mövcuddur. 

Şübhəsiz ki, bu məsləhətlər sizə bir işin həllinə diqqətinizi toplamağa və həll etməyə kömək edəcək. Daha sonra digər işləri də bu şəkildə həll edəcəksiniz. Nəticədə, işlərinizi vaxtında həll edəcək və bununla da özgüvəniniz artacaqdır. 

 

 

Tərcümə etdi: Esmira Cənnət

motivasiya.com

Go Back

EMOSİONAL İNTELLEKT UĞUR MƏNBƏYİ KİMİ

 

Həyatda uğur qazanmaq hər kəsin istəyidir. Gündən-günə dəyişən dünyada öz duyğularını, eyni zamanda digər insanların duyğularını anlamaq, bu duyğuları idarə edərək onları nizamlamaq isə hər kəsin edə biləcəyi bir fəaliyyət deyil. Bildiyimiz kimi, insan zəkasının əsasını təşkil edən intellekt haqqında əsaslı və qəbul olunmuş bir nəzəriyyə yoxdur. Lakin buna baxmayaraq, intellektin müxtəlif modelləri irəli sürülmüş, araşdırmalar, təcrübələr aparılmışdır.

İntellekt dedikdə hər kəsin ağlına ilkin olaraq İQ , yəni məntiqi zəka göstəricimiz gəlir. Məntiqi zəka əlbəttə ki, biliklərin qazanılması və onların istifadəsi üçün çox önəmlidir. Lakin İQ-sü yüksək olub həyatda uğuru və xoşbəxtliyi tapmayan insanlar da var. Əgər İQ-sü yüksəkdirsə, bilikləri yaxşı qavrayırsa, belə bir sual meydana çıxır : O zaman niyə onlar uğurlu deyil? Cavabı isə çox sadədir. Çünki insanın həyatda uğur qazanması üçün yalnız məntiqi zəka kifayət etmir. Bunun üçün bizə emosional intellekt lazımdır.

Emosional intellekt emosiyalarımızı, eyni zamanda digər insanların emosiyalarını anlama, onları idarə edə bilmə qabiliyyətidir. Məhz emosional intellekt vasitəsilə emosiyalarımızı idarə edə bilə, stress, aqressivlik kimi mənfi emosiyalardan xilas ola, düşdüyümüz istənilən vəziyyətdə özümüzü situasiyaya adaptasiya edə bilərik.

Araşdırmalara görə məlum olur ki, emosional intellekt anlayışı ilk dəfə Peter Saloyevin işlərində öz əksini tapmışdır. O öz həmkarı John Mayer ilə birlikdə 1990-cı ildə emosional intellektlə bağlı ilk formal nəzəriyyənin əsasını qoydu. Burada emosional intellekt “gündəlik həyatımızda effektli bir şəkildə duyğuları tanıma, başa düşmə, istifadə etmə və tənzimləmə qabiliyyəti” kimi təsvir edilirdi. (Yale Center for Emotional İntelligence,2013) Onların bu işləri, yazdıqları kitablar, araşdırmalar və s. həm elm sahəsində, həm də cəmiyyətdə böyük marağa səbəb oldu.

Saloyev və Mayerin işlərindən sonra çox uzun müddət keçmədən digər psixoloqlar, tədqiqatçılar da bu mövzu üzərində işləməyə başladılar. Bu psixoloqlardan biri Daniel Goleman idi. O, 1995-ci ildə ən çox satılan Emosional İntellekt kitabını nəşr etdirdi.

Daniel Golemana görə, intellektin 5 əsas komponenti mövcuddur. Bunlar özünüdərk, özünütənzim, sosial bacarıqlar, empatiya və motivasiyadır.

1.Özünüdərk.

Özünüdərk insanın öz duyğularını tanıması, anlaması, eyni zamanda bu duyğuların digər insanlara necə təsir etdiyinin fərqində olması ilə əlaqəlidir. Özünü tanıyan, emosiyalarını, onların davranışlarla əlaqəsini bilən insan istənilən şəraitdə digər insanların da ona olan münasibətini anlaya bilir. Belə insanlar hər zaman öz sərhədlərini, imkanlarını bilir, insanların davranışlarından dərs çıxarma qabiliyyətinə də sahib olurlar. Özünüdərki inkişaf etdirmək üçün gündəlik yaşadığımız vəziyyətlərdə, stress və ya digər hallarda necə düşündüyümüzü, davranışlarımızı bir qeyd kimi yazmaqla və ya insanların davranışlarımıza verdiyi reaksiyanı müşahidə edərək özümüzə nəticə çıxara bilərik.

2. Özünütənzim.

Özünü və öz duyğularını tanımaq insana uğurlu olması üçün yetərli deyil. Eyni zamanda həmin duyğuları  tənzimləməyimiz və idarə etməyimiz mühümdür. Bu real emosiyalarımızı gizlətmək, fərqli formada göstərmək mənasına deyil, sadəcə həmin emosiyaları doğru zamanda, doğru formada ifadə etmək mənasına gəlir. Özünütənzimə sahib olan insanlar öz emosiyalarını situasiyaya uyğun idarə edə, olduqları mühitə tez adaptasiya ola bilirlər. Bu insanlarda vicdan hissinin də güclü olduğu vurğulanır. Öz davranışlarının başqalarına necə təsir etdiyi, bu təsirdəki məsuliyyət hissi onları daima düşündürür. Özünütənzimi inkişaf etdirmək üçün səhv etmişiksə, bunun məsuliyyətini ala və insanlarla həmin vəziyyətdə daha anlayışlı olmağa səy göstərə, nəfəs texnikalarından istifadə edə bilərik.

3. Sosial bacarıqlar.

Sosial bacarıqlara digər insanlarla xoş ünsiyyət, onlarla ortaq cəhətlər tapa bilmə qabiliyyəti, digər insanlara liderlik etmək, problemli situasiyalarda konflikti sonlandıra bilmə bacarıqları və s. aiddir. İnsanlar sosial bacarıqlar nəticəsində əlaqələrini genişləndirə, insanlarla münasibətlərini hörmət, anlayış içərisində davam etdirə bilər. Sosial bacarıqları inkişaf etdirmək üçün insanlarla empatiya qabiliyyətlərini inkişaf etdirmək, mənfi əlaqələr mövcuddursa, bunun səbəbini araşdıraraq, bədən dili və nitqimizdə müəyyən dəyişikliklər etmək, motivasiyaverici və maraqlanaraq danışmaq, əgər lideriksə, işçilərlə məqsədimizin bir olduğunu göstərmək üçün bərabər çalışmaq və s. kimi fəaliyyətlər edə bilərik.

4. Empatiya.

Empatiya başqalarının necə hiss etdiyini, eyni zamanda müəyyən vəziyyətlərdə necə reaksiya verəcəyini anlama qabiliyyətidir. Empatiyaya sahib olmaq üçün insan ilk öncə öz-fərqindəliyə sahib olmalıdır. Çünki öz hiss və duyğularını anlamayan insan başqa insanları da düzgün anlaya bilməz. Özünü, öz duyğularını anlayıb, hansı vəziyyətdə necə və niyə reaksiya göstərdiyinizi başa düşdüyünüz zaman, digər insanlar sizdən fərqli olsa da, onları anlaya biləcəksiniz. Empatiyanı inkişaf etdirmək üçün özümüzü başqalarının olduğu vəziyyətdə hiss edə bilərik. Hətta elə bir vəziyyəti yaşamamışıqsa belə, həmin insanın yaşadığı duyğuları yaşadığımız başqa bir vəziyyətdə necə hiss etdiyimizi xatırlaya bilərik. Önyargıdan uzaq olmalıyıq ki, insanları daha düzgün tanıya və anlaya bilək. Məsələn, ilk baxışda soyuq və ya ünsiyyətə meyilli olmayan biri kimi görünən insanlar əslində ünsiyyət prosesi yaratsanız, canayaxın və xoş ünsiyyətli ola bilər.

5. Motivasiya. Emosional intellektə sahib insanlarda əsasən daxili motivasiya üstünlük təşkil edir. Daxili motivasiya öz məqsədlərinə, hədəflərinə çatma istəyi, sağlam olmaq və s. kimi daxili tələbatlarla əlaqəlidir. Bu insanlar xarici motivasiyaya meyilli olmurlar. Məsələn ,varlı olmaq, tanınmaq, bəyənilmək xarici motivasiyalara aiddir. Belə insanlar daxili motivasiyaya təkan verən şeyləri tapır, öyrənir, hədəflərinə çatmaq üçün daima çalışırlar. Qərarlılıq və təşəbbüskarlılıq da bu insanlara xas xüsusiyyətlərdir. Motivasiyamızı artırmaq üçün müəyyən işə başlarkən hansı məqsədə yönəldiyimizi xatırlaya, əgər bir məqsədimiz yox idisə, yeni hədəflər qoyaraq həvəslə davam edə bilərik. İstənilən maneədə müsbət düşüncədə qalmağı bacarmalıyıq və digər insanlara motivasiya vermək üçün onlarla bərabər çalışmaq, onlara özlərini daha dəyərli hiss etdirmək olar.

Hal-hazırki dövrdə də emosional intellektlə bağlı tədqiqatlar aparılır. Düşünürəm ki, həm İQ, həm də EQ həyatımızda bir-birini tamamlayan iki əsasdır. Çünki savadlı və dünyagörüşlü olmaq hər dövrün tələbidir, lakin qazandığımız bilikləri daha faydalı istifadə etməsək, insanlarla münasibətlərimizin təbiiliyini itirsək, o biliklər də yox olar. Emosional intellekt uğur mənbəyidir, o mənbəyi qorumaq və inkişaf etdirmək isə bizə bağlıdır.

Müəllif: Aysel Əliyeva

Bakı Dövlət Universiteti

SABAH qrupları, Psixologiya ixtisası,

 lll kurs tələbəsi,

ll Könüllü Fəaliyyət Qrupunun üzvü

pcc.az

Go Back

Stress və mərhələləri

                

   Stress fiziologiya, psixologiya, psixiatriya və tibb elmlərini əhatə edən, ümumilikdə tam və doğru bir izahı olmayan hipotetik bir anlayışdır. Selye tərəfindən 1936-cı ildə canlı orqanizmaya yönələn, ümumilikdə zərərli,yönələn təhdidin xüsusiyyətindən əlaqəsiz bir cavab ya da fiziki olaraq bədənin adi hallarda meydana gətirdiyi tarazlıqda dəyişikliklərə səbəb olan hərhansı bir vəziyyət olaraq qeyd olunmuşdur. Türkcə qarşılığı olaraq “zorlanma” ifadəsinin işlədilməsi tövsiyyə olunur.

   Orqanizmaya zərərli bir faktorun ani olaraq tətbiq olunması nəticəsində “ümumi adaptasiya sindromu” olaraq adlandırılan bir görüntü ortaya çıxır. Bu sindromda müşahidə olunan simptonların təhdidedici zərərli faktorun formasından, xüsusiyyətindən asılı olmayaraq ortaya çıxdığı qeyd olunur.Buna görə də bu reaksiyaların ortaya çıxmasına səbəb olan xəbərdarlıqların hamısına stress deyilir.

   Stressə cavab reaksiyasında birinci mərhələ ilk 24 saatı əhatə edir və həyəcan mərhələsi adlanır.Bu mərhələdə bədən stresslə ilk dəfə qarşı-qarşıya qalmaqla bağlı reaksiyalar verir.Bu reaksiyalar hormon ifraz edən organların həcmlərində qəfil azalma, mədə-bağırsaq sisteminin iç üzünü əhatə edən layın zədələnməsi və simpatik sinir sisteminin xəbərdar edilməsi ilə bağlı reaksiyalardır.

   Əgər eyni vəziyyət davam edərsə birinci mərhələdəki reaksiyalar yoxa çıxır və bədənin dözümlülüyünün artdığı ikinci mərhələ olan  müqavimət göstərmə mərhələsinə keçilir.Bu mərhələdə müqavimət stress hormonları olaraq da adlandırılan böyrək üstü bezlərdən ifraz olunan hormonlar tərəfindən təmin olunur.İlk iki mərhələ stressə verilən adi reaksiyalardır və organizmanın təhdid edici bir vəziyyətə qarşı uyğunlaşması və bu vəziyyətlə mübarizə aparmasına yönəlmişdir.Stress anında ortaya çıxan biyoloji dəyişikliklərin bir qismi “döyüş da qaç” kimi klassik mübarizə reaksiyaları adlandırılan fizioloji reaksiyaları əhatə edir.Bu fizioloji reaksiyalar davranışların yaranmasına və göstərilməsinə  təkan verərək canlı organizmanın həyatda qalması ehtimalının artırılmasına yönəldilmişdir.

   Stress hallarının davam etməsi vəziyyətində sonuncu tükənmə mərhələsi kimi qəbul edilən üçüncü mərhələ meydana çıxır.Adaptasiya enerjisinin tükəndiyi bu mərhələdə ilk mərhələdəki həyəcan resksiyaları yenidən ortaya çıxır, ölüm ya da psixiatrik-psixosomatik xəstəliklər ilə nəticələnir.Tükənmə mərhələsi stressin patoloji nəticəsidir.Davamlı olaraq stress vəziyyətində olmaq organlara fiziki olaraq zərər verə bilər və xəstəliklərin ortaya çıxmasına şərait yaradar.

   Digər tərəfdən qeyd etmək lazımdır ki, stress qarşısında ortaya çıxan xoşagəlməz hisslər insanlarda bu vəziyyət qarşısında problemin həllinə yönəlmiş bir motivasiya yaranmasına şərait yaradır.Bu kimi hisslərin ortaya çıxmaması da başqa bir patoloji vəziyyətdir.

          Stress, münasibət və ailə

         

   Ailə həyatının stresi bəsləyə biləcək bir çox faktoru əhatə etməsinə baxmayaraq bütöv bir ailə həyatının stresslə mübarizədə olduqca köməkçi olduğu görünür.Günümüzdə xüsusilə də kiçik ailənin qurulması evlilik ilə başlayır.Evlilik bir-birindən fərqli mühitlərdə, bəzən fərqli mədəniyyətlərin təsiri ilə və fərqli dillərdə böyüdülmüş, bir-birindən fərqli təhsil səviyyələrinə və fərqli təcrübələrə sahib insanlar tərəfindən həyata keçirilir.Yəni ailənin qurulmasının başlanğıcında özlüyündən var olan bu faktorlar sonrakı mərhələləri təhdid etmə riski daşıyır.

   Bir-birindən olduqca fərqli olan bu iki insan keçmişdəki ailələri ilə qurduğu münasibətlərdə, evlənmədən öncəki münasibətlərində və evlilik ilə qazandığı yeni münasibətlərdə, uşaq dünyaya gətirmə, bu uşaqları böyütmə və tərbiyə etmədə, yaşayacaqları yeri və evi seçmədə və bunlar kimi bir çox nümunədə olduğu kimi ortaq qərarlar vermək və minimum səviyyədə uyğunlaşmaq məcburiyyətində qalacaqlar.

   Şərtlər olmmasına baxmayaraq bəzi xüsusiyyətlətə məxsus cütlüklər daha çətin uyğunlaşmaqdadırlar.Yaşları bir-birindən normal ölçülərdən daha çox olan cütlüklərdə bəzi mövzu və vəziyyətlərdə eyni fikirdə olmaq çətin ola biləcəyinə görə uyğunlaşmaq çətinləşir.Bir-birindən uzaq social-iqtisadi səviyyəyə sahib olmaq və ya çox fərqli təhsil səviyyələrinə malik olmaq ortaq məxrəci daralda biləcəyinə görə problemlər meydana gələ bilər.Başlanğıcda bu kimi problemlər risk faktorları olmayan evliliklərin daha uyumlu ailələr qura biləcəyi düşünülür.

           

   Ailə içərisində baş verən stressin önəmli bir hissəsi ailə içərisindəki münasibətlərlə əlaqəlidir.Stressi yaradan sadəcə tərəflər arasında münasibətdəki problemləri deyil.Valideyn və uşaqlar arasındakı münasibət,uşaqların bir-biriləri arasındakı münasibət və hətta geniş bir ailədən bəhs etsək ailə üzvləri ilə digərləri arasındakı münasibət səviyyəsi stressin yaranmasına təkan verir.Ailə içərisindəki münasibətə ailə üzvləri təşkil edən insanların bir-birləri üzərində hökmranlıq etmə istəyi damga vurursa,münasibətlər daha çox insanların bir-birlərini günahlandırdıqları cümlələr və davranışlardan ibarətdirsə,daha çox insanın qarşısındakını dinləmə və başa düşmək səyi ilə deyil də öz bildiklərini diktə etmə şəklindədirsə,məhdudlaşdırıcı və təzyiq edici xüsusiyyətlət daşıyırsa və bərabər deyilsə, hərhansı bir mövzuda azlıq təşkil edənin də haqları qorunmursa gərginlik və stressin ortaya çıxması qaçınılmazdır.

   Ailə içərisindəki münasibətlərdə xüsusilə aktual bir vəziyyəti əlaqələndirən mövzularda “keçmiş dəftərləri açmaq” və ya qarşıdakı insanın olduqca həssas olduğu mövzularda “damarına basmaq” tez-tez edilən səhvlərdir.Belə vəziyyətlərdə aktual problemə fokuslanmaq,bu problemdən kənara çıxmamaq, keçmişi mübahisə etməyin problemin həll olunmasına kömək etməyəcəyini ağıldan çıxarmamaq gərginlik yaradan bu səhvin baş verməsinin qarşısını ala bilər.Eyni zamanda ailə üzvlərinin öz hisslərini ifadə etməsinə kömək edən demokratik və bərabər mühitin yaradılması, inamın itirilməsinə səbəb olan söz və hərəkətlərdən uzaq olmaq, hərhansı bir problemin həllində mütləq tək bir yolun olduğu düşünülməsindən vazkeçmək ailə üzvləri arasındakı münasibətin daha sağlam olmasına və bundan ötrü ailədaxili stressin azalmasına səbəb olacaqdır.Əvvəldə də qeyd olunduğu kimi münasibətləri sağlam olan bir ailənin üzvü olmaq həyatın başqa sahələrində də baş verəcək müxtəlif stresslər qarşısında insane daha asan mübarizə aparmaq şansı verəcək.

    Diqqət! Ailə daxilindəki stressin önəmli bir hissəsi ailə içərisindəki münasibətlərin forması ilə əlaqəlidir.

 Tərcümə olunmuş məqalə.

Tərcümə etdi: Təhminə Mehralıyeva

Mənbə: "Ailə psixologiyası və tədrisi" Anadolu universiteti və nəşrləri № 2743

 

Go Back

Halo effekti

İlk təəssürat hər vaxt əhəmiyyətlidir. İş görüşmələrində də. Bəlkə də qapıdan girdiyimiz ilk anda, o bir neçə saniyədə insan qaynaqları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, əli necə sıxdığınız ilk təəssüratların meydana gəlməsinə köməkçi olur.

Bir adamı ilk gördüyünüzdə əldə etdiyiniz anlıq təəssüratın, o adamı qiymətləndirməmizdə daha sonrakı mühakimə təməlini meydana gətirməsinə də «halo təsiri» deyilir. Yəni qarşınızda bu təsirin altında qalan birisi varsa ən başda təsir etdiniz, etdiniz. Yoxsa işiniz çətindir.  

Bir insanın sahib olduğu müsbət ya da mənfi xüsusiyyətlərinin, onunla əlaqədar ümumi bir mühakimənin meydana gəlməsinə və digər xüsusiyyətlərinin də bu çərçivədə qiymətləndirilməsinə halo təsiri deyilir.

Jest, mimika, bədən hərəkəti və ya bədənə əks olunan psixoloji vəziyyətlər insanlarda ilk təəssüratların meydana gəlməsinə köməkçi olur. Başqa sözlə, halo təsiri ilk təəssüratların digərini qəbul etmədə əhəmiyyətli bir istinad nöqtəsi meydana gətirməsi mənasını verir. Əgər birisini ilk dəfə çox məlumatlı bir insan hesab etmiş isək, bu ön mühakiməmiz o adamın digər bütün əlaqələrində də qiymətləndirmədə ölçü olur. Yeni məlumatlar əldə etmədikcə, o insanı həmişə məlumatlı olaraq görməyin davamlı olması ehtimalı yüksək olur.

Kayzen.az

Go Back

Dentofobiya

“Doktor, dişim çox ağrıyırdı, amma həkimin yanına girən kimi ağrısı keçdi” ifadəsinin birbaşa səbəbi stomatoloq qorxusudur. Buna tibdə dentofobiya deyilir. Dentofobiya adi həkim qorxusundan həyəcanın, qorxunun daha kəskin olması ilə fərqlənir. Statistik rəqəmlər göstərir ki, dünya əhalisinin təxminən 14 %-i dentofobiyadan əziyyət çəkir. Əgər aşağıda qeyd olunanlardan ən azı 4-ü sizdə varsa, bu, dentofobiyanızın olma ehtimalını yaradır.

– Dişiniz çox ağrısa belə, həkimə getməməkdə inad edirsinizmi? 
– Klinikadan gələn spesifik qoxu qorxunuzu artırırmı?
– Tibbi cihazların səsi sizdə əlavə həyəcan yaradırmı? 
– İynədən qorxursunuzmu? 
– “Keyləşmə” birdən açılmaz düşüncəsi olurmu? 
– Hepatit, QİÇS infeksiyasına tutulmaq qorxusuna qapılırsınızmı? 
– Ağrıya dözməyib həkimə məcbur getdiyiniz halda ürək çırpıntısı, mədə bulantısı, soyuq tər basması kimi əlamətlər olurmu? 

Diş həkimindən niyə qorxuruq?
Bütün digər fobiyalar kimi, diş həkimi fobiyasının da kökündə məntiqə sığmayan uydurulmuş düşüncələr dayanır. Yəni şəxs əslində bunun qorxulu olmadığını dərk etsə də, beynindən bu düşüncəni heç cür uzaqlaşdıra bilmir. Bu düşüncələrə səbəb isə əvvəllər yaşanmış xoşagəlməyən vəziyyətlərdir. Ola bilər, bu qorxulu hal ya öz başına gəlmiş, ya da bununla bağlı xoş olmayan bir xatirəni kimsə danışmışdır. 

Bu qorxunun öhdəsindən necə gələ bilərik?
Bu qorxuya qalib gəlmək üçün həkimin və pasiyentin üzərinə düşən bəzi şərtlər var. İlk olaraq həkimin üzərinə düşəcək şərtləri sadalayaq: 
1. Pasiyentə tam güvən hiss aşılanmalı 
2. Müalicə planı pasiyentlə müzakirə olunmalı, ona izah olunmalıdır. 
3. Tam keyimə olmadan heç bir prosedurun tətbiq edilməyəcəyinə inandırmaq lazımdır. 
4. Ən kiçik ağrı zamanı sizi xəbərdar etməsini deyin və belə olan halda proseduru saxlayacağınız güvənini verin. 
5. Tibbi alətlərin çıxardığı səslərdən qorxuya düşənlər üçün xüsusi qulaqcıqlarla rahatladıcı musiqi dinlətmək mümkündür.
6. Çox həyəcanlı şəxslərdə kürək və çiyin masajı, isidici yastıqlar istifadə etmək olar.

Pasiyentlərə qorxunun öhdəsindən gəlmək üçün bəzi tövsiyələr: 
– Ətrafınızda olan insanlarla bunu müzakirə etməyin
– Müayinədən əvvəl qəhvə, enerji içkiləri və ya qazlı su içməyin. Bu içkilər həyəcanın artmasına səbəb ola bilər 
– Müayinəyə gedərkən sürətli yeriməyin, avtomobili sürətlə idarə etməyin 
– Həkiminizə qorxunuz barədə məlumat verin 
– Müayinə zamanı mobil telefonunuz və ya digər elektron cihazlarda sakitləşdirici musiqilər dinləyə bilərsiniz.

Orxan Fərəcli
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, 
həkim-psixiatr 

Kayzen.az

Go Back

Polyanna sindromu

“Polyanna sindromu” konsepsiyası ilk dəfə 1978-ci ildə psixoloqlar Matlin və Stanq tərəfindən irəli sürüldü. “Pollyanna sindromu” insanın hətta pis hadisələrin belə yalnız müsbət tərəflərini görə bilməsi deməkdir. Təxminən gözünüzə çəhrayı eynək taxmış kimi olursunuz. Məsələn, maşınınız xarab oldu, eybi yoxdur piyada gəzəcəksiniz. Piyada gəzmək sağlamlığa xeyirdir. Bu sindromu araşdırmaq üçün psixoloqlar “Polyanna” əsərinə müraciət ediblər. 

Polyanna əsəri Amerikalı uşaq yazıçısı Eleanor Porter tərəfindən 1913-cü ildə yazılıb. Qısa zamanda «Polyanna» bir uşaq ədəbiyyatı nümunəsi olaraq uşaqların, xüsusən, də qızların sevimli əsərinə çevrilib. Roman çap olunandan sonra qəhrəmanı Polyannanı ədəbiyyatçılar ən nikbin ədəbi personaj adlandırmışlar.  

«Polyanna» 11 yaşında yetim qalmış və vaxtilə zəngin olan anasının kasıb bir oğlanla ailə qurmağını heç cür bağışlaya bilməyən və illərdir küsülü olduğu xalası tərəfindən ictimai qınaqdan qurtulmaq üçün himayəyə götürülən bir qızın hekayəsidir. Qızın qeyri-adi xasiyyəti, təmiz qəlbi bir müddət sonra sərt və soyuq xalası Polli Harrinqtonu da yumşaldır. Xüsusən onun atasının öyrətdiyi «Məmnunluq oyunu» Polyannanı yaşadığı şəhərdə tezliklə məşhur edir. Bu oyuna görə insan həyatında başına gələn bütün hadisələrin gözəl yönünü tapa bilməlidir. Hətta həmin hadisələr nə qədər çox ağır olarsa, oyun bir o qədər də maraqlı alınır. 

Əslində bizim bildiyimiz «hər şərdə bir xeyir var» məntiqinin daha əyləncəli və asan anlaşıla bilən halı əsərdə işlənib. Bu oyun sayəsində Polyanna həmişə şəndir, gümrahdır, həyatcanlıdır. Eyni zamanda bu əhval-ruhiyəsi ilə ətrafındakılara da sevinc qaynağıdır: xalası Pollinin soyuq və cansıxıcı həyatına isti nəfəs gətirir, qaraqabaq və qaradinməz Con Pendeltonun özünə qapanıq xasiyyətini dəyişdirir, həyatdan küsmüş, deyingən bir yataq xəstəsi olan xanım Snouya ondan daha ağır vəziyyətdə olanlardan danışıb, həyatında gözəl şeylərin də olduğunu göstərib onu bu əzabdan xilas edir, yetim Cimmi Binin isti bir evdə rahat bir şəkildə yaşaması üçün əlindən gələni edib, axırda buna müyəssər olur və nəhayət ən sonunda illər öncə küsüb ayrılmış xalası və Tomas Çiltonun barışmasına səbəb olur. 

Yazıçı beləliklə, həyata pozitiv yanaşıb, stəkanın dolu tərəfini görənlərin, başına gələnlər üçün səbir edib, hər şeydə şükür etməyə səbəb tapanların həm özlərinin, həm də ətrafindakıların həyatına necə müsbət təsir edəcəyini açıq-aydın göstərib. 

Lakin, qulağa nə dərəcədə xoş gəlsə də Polyanna sindromunun mənfi tərəfləri də var. Bu sindroma tutulma zamanı insan reallığı görə bilmir və özünü “yaxşı” dünyada yaşayan “pis” biri kimi təsəvvür edir.

Polyanna sindromu daha çox valideynləri tərəfindən sevgi hiss etməyən uşaqlarda yaranır. Uşaq özünü valideynə göstərmək üçün dəridən qabıqdan çıxır. Nəticədə öz şəxsi istək və arzularını hiss etmək qabiliyyətini itirir. 

Kayzen.az
 

Go Back

Təmizlik xəstəliyi

 

Obsessiv kompulsiv pozuntunun bir forması olan “təmizlik xəstəliyi” qadınlarda daha çox yayılmışdır. Ən çox əl yuma şəklində rast gəlinir.

Daimi olaraq əşyaların yuyulması, paltarların tam təmiz olduğu düşüncəsi olana kimi yuyulması, bəzən paltar harasa çirkli yerə toxunduqda xəstəlik keçər fikriylə paltardan bir daha istifadə etməmə, evdə keçirilən vaxtın yarısından çoxunun təmizliyə sərf olunması xəstəliyin ağırlaşmış formada olduğunun göstəricisidir, qonaq üçün istifadə etdiyi qabları xəstəlik keçər fikriylə dəfələrlə yuması, hər hansı bir yerə toxunduqda əlləri dəfələrlə uzun müddət yumasıda bu xəstəliyin əsas əlamətlərindəndir. 

Bu xəstəlik daha çox qadınlarda xüsusi olaraqda diqqətə möhtac, evdar və yoldaşıyla problemi olan xanımlarda daha çox rast gəlinir, amma bu xəstəliyin həmişə belə insanlarda rast gəlməsi şərt deyil, bu forma OKP – su olan valideynlərin uşaqlarındanda bunu tələb etməsiylə əlaqədar gələcəkdə uşaqlardada bu xəstəlik yarana bilər.

Belə xəstələrin xarakter xüsusiyyətləri

Görəsən toxunduğum hər hansı bir şeydən mənə xəstəlik keçər? 
Əşyaların simmetrikliyinə qarşı həssaslıq, hər şey simmetrik olmadır. 
Saatlarca hamamda qalmaq görəsən tam təmizləndinmi fikriylə. 
Başqa yerdə çirklənmə qorxusuyla tualetdən istifadə etməmə. 
Xəstəliyin ilk vaxtlarında həkimə müraciət etdikdə daha asan müalicə olunur. 

Kayzen.az
 

Go Back

Sağlam münasibət qurmağın qaydaları

 



"Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz".

"Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır"
 
«Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar». 

«Biz sevgini əzabların hüdudları ilə qiymətləndiririk. Halbuki sağlam sevgi sənin nə qədər xoşbəxt olmağındır».

"Əgər ərə getmək istəyirsinizsə, sadəcə bu barədə düşünməyə son verin. Bu, kapotun üstündə gəlincik, duvaq və digər zir-zibil arzulamağa bərabərdir. Sağlam insanlarda vəziyyət bir qədər başqa görünür. Birincisi, onların sevməyə ehtiyacı var. Və bu tələbat imkan verir ki, onları sevən kişi ilə tanış ola bilsin".

«Sağlam insanlar həmişə özünü, nevrozlar isə özünə ziyan verən münasibətləri seçir. Bax bu, onlar arasında başlıca fərqdir».

«Heç bir halda evli kişi ilə münasibət qurmağa dəyməz. Vaxtınızı boşa itirməyin. Evli kişiyə arvad lazım deyil, o, onsuz da evində var».

"Əgər ərə getmək istəyirsinizsə, kimləsə görüşürsünüzsə, hətta bir il yarım birlikdə yaşayırsınızsa və heç nə dəyişmirsə, ondan ailə qurmaq və toy etmək istədiyi barədə soruşmaq lazımdır. Əgər kişi ailə qurmağa hazır deyilsə, deməli, onunla vidalaşmağın vaxtıdıtr. Əlbəttə ki, yaxşı yolla. Məsələn, “Sənə çox isti yanaşıram və eyni ruhda davam edəcəm, amma səndən uzaqda” deyə bilərsiniz".

"Əgər kimsə bir insan üçün bütün dünyanı əvəz edirsə, deməli, o insanın öz dünyası yoxdur".

"İllərlə evdə oturub ev təsərrüfatı və uşaqların tərbiyəsi ilə məşğul olan qadın «xarablaşır». Bu, qaçılmazdır. Nəticə etibarı ilə kişi bu qadınla darıxmağa və onu səfeh hesab etməyə başlayır. Bu isə boşanmağa doğru atılan yarım addımdır".

«Yalnızlıq — ətrafında sevginin olmaması yox, özünə marağın olmamasıdır».

"Əgər o, sizi narahat edirsə, ayrılın. Tək qalmaqdan qorxmayın. Dünyada heç bir kişi ona görə özünü sındırmağa, onun qarşısında əyilməyə, onun uğrunda arzu və ehtiyaclarından vaz keçməyə layiq deyil. Heç bir kişi!"

«Hər şey sadədir. Sizə ya birlikdə yaxşıdır, ya da sadəcə ayrılmaq lazımdır. Özü də ipoteka almazdan və 3 uşaq doğmazdan əvvəl».

«Psixoloji cəhətdən sağlam olan insan öz hisslərinə istiqamətlənir və həmişə özünü seçir. Nə sevgi, nə də gözəllik qurban tələb etmir. Əgər tələb edirsə, bu, dəqiq sizin hekayəniz deyil. Aradan sürüşün. Elə bir hədəf yoxdur ki, uğrunda uğursuz münasibətlərə dözmək lazım gəlsin».

«Partnyorunda axtardığı yeganə keyfiyyət səni özünə cəlb etməsidir. Qalan heç bir məsələ heç bir rol oynamır. Əgər onu sevirsənsə, ona görə narahat olur və həyəcanlanırsa, onda heç bir “planka” yoxdur».

"Özünü sevməyən insanlar bir-birini sevə bilməz, odur ki, belə cütlük xoşbəxt ola bilməz".

"Ərə getmək üçün nə etmək lazımdır? Sadəcə bir şeyi etmək lazımdır – özün olmaq. Bu, kifayətdir. Prinsipcə, təkcə buna görə sevirlər".

"Əgər onun sizinlə davranışı xoşunuza gəlmirsə, xoşagəlməz nə isə edin, ona bu barədə bir dəfə deyin. Əgər vəziyyət dəyişmirsə, “Xoşgetdin”.

«Normal insan sayğı duyulmayan münasibəti davam etdirməz. Və belə münasibətə ümumiyyətlə başlamır».

"İnsan həyatının girov hesab edildiyi bir dövr var ki, valideynlərindən obyektiv şəkildə asılı olur. Bu, uşaqlıq və valideynlərdən asılılıqdır. Amma bu dövr qısa çəkir. Qalan bütün hallarda istənilən münasibətlərdə yetkin insanın seçimi dayanır". 

Mixail Labkovski
psixoloq, yazıçı və aparıcı

Kayzen.az

Go Back

XƏTTİMİZ XARAKTERİMİZ BARƏDƏ NƏ DEYİR?

Əgər sizin əlinizə şey deyə bilərsizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə, demək şəxsi eksperimentinizə başlaya bilərsiniz. Elektron poçtun yaranması ilə biz daha çox elektron məktublar göndəririk. Amma buna baxmayaraq əlinizə yazılı məktub düşən kimi onu götür-qoy edin.

Elektron poçtun yaranması ilə biz daha çox elektron məktublar göndəririk. Amma buna baxmayaraq əlinizə yazılı məktub düşən kimi onu götür-qoy edin. Faktiki olaraq kağızda yazıya baxıb, onun müəllifi haqqında çox şey öyrənmək olar!

Əgər sizin əlinizə sizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə,demək şəxsi eksperimentinizə başlaya bilərsiz.

Boşluqlar

Boşluqlar solda buraxılıbsa, demək müəllif ehtiyatllığı, hətta xırdaçılığı ilə fərqlənir. Belə ki, solda sahə daraldıqca, xəsislik xarakteri artır. Geniş sahələr aktiv və geniş ürəkli adamlar tərəfindən buraxılır.

Sahələr çox genişdir?  Bu alicənablığa , pafosa, dəbdəbəyə işarədir.

Sətrin istiqaməti

Xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat,  səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir.

Xəttin yuxarı istiqamətdə yazılması həmin şəxsin özü haqqında yüksək fikirdə olduğuna işarədir. O, həm də nikbin ruhlu insandır.

Xəttin aşağı istiqamətdə yazılması pessimistlər üçün səciyyəvidir. Belə insanlarda özünü qiymətləndirmə aşağı səviyyədə olur.

“Dalğayabənzər” xəttlər avantürizmə meyllilik, yalan danışma məharəti ilə xarakterizə olunur.

Səliqəsiz xətt əhval-ruhiyyənin daimi dəyişkənliyini vurğulayır.

Qələmi bərk basaraq yazmaq

Basmaq adi mürəkkəbli qələmlərin sahibləri üçün səciyyəvi deyildir. Əgər mətn qu tükü ilə yazılıbsa, dəqiq söz demək mümkündür.

Qələmi basaraq yazanlar adama yovuşan, aydın məqsədli və enerjili insanlardır. Belə insanlar əmək sevərdirlər.

Yüngül basma romantik, böyük maraq dairəsi olan adamlar üçün tipikdir.

Hərflərin ardıcıllığı

Bütün hərflər birləşibsə belə xəttin sahibləri adətən düzgün, təşəbbüskar, məntiqi düşüncəyə üstünlük verən insanlardır. Əgər hərflər birləşməyibsə , ehtimal ki, belə şəxsdə obrazlı düşünmə üstünlük təşkil edir, intuisiya yaxşı inkişaf edib, zəngin daxili dünyası var.

Hərflərin istiqaməti

 

Hərflərin azacıq sola meyilli olması şəxsin öz maraqlarını kütlənin maraqlarından üstün tutmasını bildirir. Həmçinin belə insanlar tənqidi fikir söyləməyi xoşlayırlar.

Hərflərin sola meyilli olması sahibinin “İki nöqteyi-nəzər var,səhv və mənim “fikrinin daşıyıcısı olduğuna işarədir.

Hərflərin azacıq sağa meylliliyi kifayət qədər tez-tez müşahidə olunur, bu şəxsin məktəbdə çalışqan şagird olmasını göstərir.

Hərflərin sağa meyilliliyi konkret məqsəd və sabitlikdən danışır. Əgər həyatınızdakı kişi belə yazırsa, ehtiyatlı olun! Ehtimal ki, o,  tez sevən və qısqancdır.

Şaquli xətt (meyilsiz) fikrini 100 dəfə ölçüb-biçənlərə xarakterikdir.

Hərflərin ölçüsu

Böyük hərflər ( 3 mm-dən çox)- belə xəttin sahibi asanlıqla mühitə adapdasiya olan, emosional, kollektivlə tez dil tapan,bir qayda olaraq, lider şəxslərdir.

Orta hərflər(təxminən 3 mm) –buna daha çox təsadüf olunur. Belə insanlar heç bir gizli işi olmayanlar sırasındadırlar.

Kiçik hərflər (2 mm-dən az)-böyük səbrə, ehtiyyata, məqsədyönlü insanlara xasdır.

Yadda saxlamaq vacibdir ki, əsl informasiyanı 25-45 yaş arası insanların xəttindən almaq olur.

 

 Gültac Bayramova

pcc.az

Go Back

Tətildən sonra diqqətimizi işə necə ayıra bilərik?

Tətil günlərində hər kəs kifayət qədər istirahətinə vaxt ayırmağa çalışır. Bu sağlamlığımız cəhətdən, həmçinin özümüzə zaman ayırmağımız baxımından çox yaxşı bir haldır. Ancaq mümkün qədər dincəldikdən sonra işə bütün diqqətini toplamaq bir o qədər qəlizləşir. Bu müddəti necə tezləşdirə və daha sadə bir hala  gətirə bilərik? Aşağıdakı tövsiyyələrimiz inanırıq ki, sizə bu mövzuda yardımçı olacaqdır.                                                                                                                                                                                     1. Hazırlıq görün.
 Tətildən sonra işə hazırlıq görmək lazımdır. Buna ilk olaraq ofisdəki otağınızda, iş masanızın üzərində  düzəliş etməklə başlaya bilərsiniz. Bu sizin işlərinizi qismən yüngülləşdirəcək, hansısa bir sənədi axtaranda tez tapmağınızda böyük kömək olacaqdır. Ümumiyyətlə tətildən sonra üzərinizə çox iş düşməyini və qanınızın qaralmağını istəmirsinizsə, getməzdən əvvəl bütün işlərinizi bitirməyə çalışın.
2. Yetərincə istirahət etməyə çalışın.
 İnsanların bir çoxu tətil günlərinə nədənsə çoxdandır arzuladığı istirahət kimi yanaşa bilmir. Təbii ki belə insanların da işə gəlişini təsəvvür etmək mümkündür. Sizcə istirahət etməyən bir insan necə bütün gücünü, enerjisini toplayıb işə gələ bilər? Bu səbəbdən də çalışın ki, tətil günlərinizi yaxşı dəyərləndirəsiniz. Bunun üçün sırf yaşadığınız yerdən uzaqlaşmalısınız demirik. Elə evdə, ailə üzvlərinizlə də gözəl bir gün keçirə bilərsiniz. Və yaxud öz ölkənizdə gözəl yerləri kəşf edə, gəzintiyə də çıxa bilərsiniz. Bunun üçün bir çox variant saymaq olar. Yetər ki, dincəlmək üçün bir zamanınız, bir məkan olsun.
 3. Özünüzə plan hazırlayın.
Plan hazırlamaq - işə adaptasiya olmaq üçün əla bir vasitədir. Bunu tətilin sonlarında və yaxud iş ərəfəsinin başlanğıcında etsəniz daha yaxşı olar. Planda ən əsası işləri çətin və asanlığına görə ayırıb qeyd etmək lazımdır. Təbii ki istirahətdən sonra birdən-birə fəallaşacağınızı özünüzdən gözləməyiniz biraz ağılsızlıq olar. Yavaş-yavaş iş axınına ayaq uydurmağa çalışın. Məhz bu yolla gərginlikdən bir az da olsa qurtulmaq mümkündür.

4. Diqqətini cəmləmək.
İstirahət nə qədər insana xoş təsir edirsə, bir o qədərdə insanı passivləşdirir. Burda yəqin ki hər kəs bizmlə razılaşar. Təbii olaraq, rahat bir şəraitə öyrəşdikdən sonra birdən-birə iş şəraitinə qayıtmaq çətin gəlir. Tətil sonrası depressiya da məhz bu şəkildə qayıtdıqdan sonra yaranır. Ancaq siz çalışın ki, istirahəti elə istirahət zonasında da qoyub işinizə diqqətinizi cəmləyə biləsiniz.
5. Yuxu rejimi vacibdir!
Təbii ki, tətil günlərində heç kim evdə oturmaq istəmir. Hər kəs çıxıb gəzmək, qonaqlığa getmək, alış-veriş etmək istəyir. Bu normal haldır. Ancaq hər şeyi zamanında bitirməyə çalışın ki, yuxu rejiminiz itməsin və yuxuya qalıb işə gecikməyəsiniz.
6. Pəhriz.
Yenidən işə başlayarkən qida rasionunuza mütləq diqqət etməlisiniz. Nəfsinizi müəyyən şeylərdə saxlamağa çalışın. Kalorili yeməklərdən uzaq dayanmağa çalışın.
7. Daha əvvəlki uğurlarınızı yadınıza salın.
İstirahətdən sonra işə gözəl abu-havada qayıtmağın ən gözəl yolu keçmişdə qazandığınız uğurları yada salmaqdır. Bu həqiqətən də insana motivasiya verir. Bunu həqiqətən də sınayın. Yenidən işə başlamaq üçün içinizdə xüsusi bir həvəs yarandığının özünüz şahidi olacaqsınız.
8. İş məsələlərini işdən kənara çıxartmayın.
İş problemlərini işdə qoymağı bacarın. Əgər tətildən sonra işə rahat qayıtmaq istəyirsinizsə, şəxsi və iş problemlərini bir-birinə qarışdırmayın.

Korrektə etdi: Hürü Mustafayeva

http://motivasiya.com/is-heyatinda-motivasiya/tetilden-sonra-ise-nece-diqqetimizi-vere-bilerik-962/

 

Go Back

Nəqliyyat vasitələrində olarkən kitab oxuya bilirikmi?

Bir çoxumuz günümüzün çox hissəsini ictimai nəqliyyat vasitələrində keçiririk.Yada tez-tez səfərlərə çıxırıq.Təbii ki,uzun yolda darıxmamaq üçün müxtəlif üsullardan istifadə edirik.Kimisi musiqi dinləyir,kimisi kinoya baxır,kimisi isə kitab,qəzət və.s oxumaqla vaxtını dəyərləndirir.Bəziləri avtobusda,metroda ayaqüstə belə kitab oxuyarkən bəzilərimiz isə ürək bulanması və baş gicəllənmə səbəbilə oturduğu halda belə 2 sətirlik bir şey oxuya bilmir.Bəs bu problemin səbəbi nədir?

Buna səbəb daxili qulaqda yerləşən  və yarımdairəvi kanal adlanan sahədə baş verən proseslərdir.Tarazlığı saxlamaq üçün yarımdairəvi kanalda kristal hissəciklər mövcuddur.Bu kristal hissəciklərin pozisiyası pozulduqda baş gicəllənməsi halları baş verir.Bir çox insanda isə bu kristallar tez 1 zamanda öz funksiyasını bərpa etdiyi üçün həmin insanlarda baş gicəllənmə halları baş vermir.Burada genetik quruluş da önəm kəsb edir.Bu vəziyyət daha da artaraq ürək bulanma və qusma kimi hallara da səbəb olur.Daha aydın izah etsək deyə bilərik ki,kitab oxuyarkən səhifələrə istiqamətlənən gözlərimiz beynimizə sabit durduğumuza dair 1 siqnal göndərir.Ancaq nəqliyyat vasitəsi hərəkətli halda olduğu üçün bədənin digər hissələri beyinə “hərəkətdə olduğumuza” dair siqnal göndərir.Beynimiz isə eyni anda həm sabit qalmağa həmdə hərəkət etməyə öyrəşməyib.Bu 2 siqnalın eyni anda gəlməsi isə beyinə “bədən zəhərləndi”siqnalı verir və refleks olaraq qusma hissi yaranır. Bu hal hər insanda eyni cür özünü göstərmir.Bəziləri pəncərədən çölə baxaraq rahatlıq tapdığı halda bəziləri nəsə oxumaq üçün tez-tez fasilə verməyi çıxış yolu olaraq seçirlər.Ancaq ümumi olaraq aşağıdakı məsləhətləri yerinə yetirsəz problemi nisbətən azaltmış olarıq: İlk öncə maşına minərkən gediş istiqamətində oturmanızı tövsiyyə edirəm.Çünki belə olduğu halda kitab oxumaq daha rahat olur.Yəni kitab oxuyarkən arabir gözünüzü kənarlaşdırdıqda yolun düz istiqamətini görəcəksiz və beyin siqnalları beyinə düzgün informasiya ötürə biləcək.Digər xəstəlikləri olan insanlarda bu problemə rast gəlmə riski daha yüksəkdir.Məsələn qulaq xəstəlikləri,daxili qulaq əməliyyatı keçirmiş şəxslər,şəkərli diabet xəstələri daha çox risk altındadırlar.Ona görə bu problemlə rastlaşdığınız zaman həkim müayinəsindən keçərək problemin kökünü tapa bilərsiz.Daha sonra bədəninizin beyinə “hərəkət edirik” siqnalı göndərməməsi üçün bacardığınız qədər az hərəkət edin.Xüsusilə baş,boyun nahiyəsini hərəkət etdirməməyə çalışın.Maşınla səyahət edirsizsə çalışın pəncərəni az miqdarda açıq qoyun.Çünki həm “maşın tutması” həmdə indi danışdığımız problemdən əziyyət çəkən insanlarda həmin an nəfəs almada problemlər yaranır.Mütəmadi qəbul edilən oksigen nəfəs aktını yaxşılaşdırır və insana rahatlıq verir.Ancaq diqqət edilməsi 1 şey varki pəncərəni açarkən tam açmayın.Bu halda sürətlə gedən nəqliyyat vasitəsində çöldən gələn küləyin səsi sizə əlavə narahatlıq yarada bilir.Məsələn qulaqda uğultu,üzdə quruluq,kitabın vərəqlərinin uçması və.s. Bu isə diskomfort deməkdir.Səyahət zamanı kitab seçərkən həriflərin ölçülərinə də diqqət edin.Çox xırda yazılmış həriflər gözdə ağırlıq yarada bilər.”Maşın tutması”ilə bağlı bəzən 1 sıra dərmanlar təyin olunur.Amma əgər sizdə “maşın tutması” yalnız kitab,qəzet oxuyarkən baş verirsə bu cür dərmanlardan istifadə etməniz məsləhət bilinmir.Çünki bu dərmanların tərkibində diqqət yayındırıcı və sakitləşdirici maddələr olduğu üçün kitab oxumanızda problemlər yaşana bilər.

                                                                                                                                                                                                                                              Nuray Lətifzadə

Go Back

Zaman...

Hər gün fərqli mövzu, fərqli gün­dəm. Baş döndürən yeniliklər, içindən çıxıl­maz problemlər, fəlakətlər. Mühari­bələr, seçil­mə­lər, anlaşmalar, məğlubiy­yətlər. Və bu nəhəng dəyişmələr qarşısında fərqinə varmadan sür­ətlə keçən zaman. Bugünün tarixi ilə sətirlərin yazılma tarixini nəzərdən keçirin. Siz də mə­nim­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­ kimi “Zaman necə də sürətlə gedir”, - deyəcəksiniz.

 Əslində zaman məfhumu bəşər tarixiboyu insanların maraq dairəsində olmuş, bəzən müxtəlif şərhlərə tabe tutulmuş, bəzən də bir müəmma olaraq yadda qalmışdır.

Fəlsəfi yorumlarda zaman məfhumuna Eynşteynin məkana və hərəkətə bağlı izafi zaman düşüncəsindən Nyuton və Klarka gorə mütəq var olan zaman anlayışına, Leibniz və Kanta görə zehin kateqoriyasında təsəvvür edilən  zaman qavramından Berson istituionizminə əsaslanan zaman idrakına qədər fərqli aspektlərdən toxunulmuşdur.

Qədim fəlsəfi düşüncələr arasında zaman məfhumunun ən dərin izahı Auqustinusa aitdir. “Əgər kimsə soruşmasa, bilirəm. Yox, birinə cavab verəcəksəm, bilmirəm”.

 Osvald Spenqler də zamanı “Zaman bir növ tilsimdir. Sadəcə düşü­nərək əldə edilən bir kəşf və qavranlması çətin bir şeyi ifadə etmək üçün isti­fadə edilən bir kəlimədir” sözlərilə  izah etməyə çalışır.

Hər kəsin fərqli prizmadan təhlil etdiyi zaman, həqiqətən “çətin tap­maca” halına gəlmişdir. Bu konteksdə söylənənlərin hamısı doğru olmadığı kimi, hamısına da səhv demək olmaz. Hətta doğru qəbul etdik­lərimizdə belə müəyyən çatışmazlıqlar möv­cuddur. Lakin bütün bunlar bir yana hər kəs tərəfindən qəbul edilən bir fakt var: insanların zaman mövzusunda həs­sas olma­dıqları.

 Məhz buna istinadən sözlərin ən gözəlini söyləyən Peyğəmbər Əfəndimiz (s.a.v) “İki nemət vardır ki, insanların çoxu bunların qiyməti haqqında aldanma içindədir: səhhət və zaman”, - buyurur.

Halbuki düşünsəniz, Yaradıcının insanlara bərabər olaraq payladığı tək şeyin zaman olduğunu görəcəksiniz. Əsla vaxtım yoxdur deməyin. Edisonun, Eynşteynin, Pasterin də günləri 24 saatdan ibarət idi.

Əslində, geri sayım doğulduğunuz andan etibarən başlamışdır. Hər kəsə günü 86400 saniyədən ibarət sərmayə verilmişdir. İstifadə etsəniz də, biganə yanaşsanız da, mütləq bitəcək bir sərmayə. Əldə etdikləriniz qiymət­ləndirdiklərinizlə ölçüləcək. Bəs, görəsən insanlar vaxtlarının nə qədərini qiymətləndirə bilirlər?

Həsən Bəsri Yazıcı “Həyatı gözəl və anlamlı yaşamaq” adlı kita­bında insan ömrünün necə keçdiyini aşağıda verilmiş bir araşdırma ilə ortaya qoyur.

 -70 il  Həyat                                  .             

-20 il  Yuxu

-16 il  Təhsil almaq

-  4 il  Yemək

-  4 il  Səyahət etmək

-  5 il  Şəxsi qulluq

-  3 il  Kino, teatr,televizor

-  3 il  Səyahət, telefon danışıqları

-  1 il  İtmiş bir şeyin axtarılması             

 14 il  Geriyə qalan zaman dilimi

 Qəribədir, geriyə sadəcə 14 il qalır – yetmiş illik ömrün 20%-i. Həyatımızın 20%-lik müddətində 80%-ni qazanırıq. Əgər bu zaman dilimini səmərəli istifadə edə bilsək, ömrümüzün 80%-ində müvəffəqiyyət bizi təqib edəcək. Lakin səmərəli istifadə prossesi o qədər də asan olmayacaq, yol­boyu zaman tələləri ilə qarşılaşacaqsınız.

 Zaman Tələləri

 Zaman idarəetməsi sahəsində artıq məşhur bir termin var: zaman tələləri. Hörümçək toru kimi dünyanı saran və insanların böyük əksəriy­yətini təsiri altına alan tələlər. Mücadilə etmək məcburiy­yətin­dəsiniz. Çünki keçən dəqiqələr ömürdən gedir. Fateh Sultan Məhməd “Düşməni tanımaq möh­təməl təhlükələri əvvəlcədən önləməkdir”, - deyir. Deməli, müvəf­fə­qiy­yət naminə atılmış hər addımda yolumuzu kəsən və bizi bir düşmən kimi uğursuzluğa sürükləyən zaman tələlərini tanımalı və müvafiq tədbirləri əv­vəl­cədən almalıyıq.

 Bir ömürboyu qarşılaşdığımız zaman tələləri:

 

-          Ertələmək, təxirə salmaq

-          Televizor

-          Boş vaxt keçirmək

-          Mükəmməllik arayışı

-          İşləri əhəmiyyətinə görə sıralamamaq

-          Hər işi görməyə çalışmaq

-          Plansızlıq

-          Dəvətsiz qonaqlar

-          Yuxu...

 

Səmədova Sərfin. Bakı Qızlar Universiteti. Sosial Psixologiya 

Go Back

PULLA XOŞBƏXTLİK ALMAQ MÜMKÜNDÜRMÜ?

Hər birimiz uşaqlarımızın sadecə xoşbəxt olmağını arzulayırıq.Onların yaxşı qidalanmağını,istədikləri kimi oyun oynaya bilmələrini,həmçinində böyüklərlə rahat ünsiyyət qurmaqlarını istəyirik.Çalışırıq ki,pis zamanlarında hər zaman yanlarında olduğumuzu hiss etdirək.Onlarla vaxt keçirtmək,günü gündən gözümüzün önündə necə böyüdüklərini görmək üçün hər şeyi edirik.

Digər tərəfdən isə uşaqlarımızın bu günü və gələcəyi üçün bir çox valideyn daha çox işləmək məcburiyyətindədir.Vaxtımızın böyük bir qismini işə ayırmaq,eyni zamanda gün ərzində yaşadığımız yorğunluq enerji itkisinə gətirib çıxarır.Uşaqlarımıza axşamlar ayırdığımız kiçik vaxt və həmçinin həftə sonları birlikdə keçirtdiyimiz zamanlar onların heçdə bu vəziyyətdən razı qalmasına səbəb olmur.Təəssüf ki,biz gün ərzində keçirtdiyimiz stressi və həyatın çətinliklərini onlara başa sala bilmirik.

Bu yaşadığımız çətinliyin həllini əksəriyyətimiz yalnız bir yolda görür.Çox vaxt biz uşaqlarımızın sevgiyə olan tələbatını onlara geyimlər,müxtəlif oyunlar,oyuncaqlar alaraq ödəməyə çalışırıq.Eyni zamanda onları fərqli musiqi və idman kurslarına qoyuruq.Hətta məktəbdə oxuyan bir uşaq tetil vaxtlarını bele səriştəli keçirdə bilmir.Həftə onlar üçün bazar ertəsi başlayar və bazar axşamına kimi müxtəlif tədbirlərlə bitər.Həftə sonları çıxdığımız alış-verişlər uşağımızın ehtiyacı oladığı şeyləri belə almaqla bitər.

Bu vəziyyətdə əvvəlcə uşaqlarımız özlərini çox xoşbəxt hiss edirlər.Biz valideynlər isə onlara vaxt ayıra bilmədiyimiz üçün keçirdiyimiz narahatçılıqları bir qədər azalmış olur.Lakin uşaqlarımızın bu sevinci çox qısa müddət çəkəcəkdir.Artıq hər yeni aldığımız oyuncaq “köhnə “oyuncaqların arasına atılacaq,yenidən alış-verişə getdikdə isə onlar bizdən nə istəyəcəklərini bilməyəcəklər.

Günümüzdə bu problem getdikcə artmaqdadır.Əksər valideynlərin tez-tez konsultasiyalarda dilə gətirdikləri problemlərdən biridə uşağım nə istəyirsə alıram,istədiyi bütün kurslara qoyuram,nə istəyirsə etməsinə icazə verirəm,ancaq etdiyimiz heç nə onları xoşbəxt etmir.

Bəs bu vəziyyətdən necə düzəldə bilərik?

İlk əvvəl bir valideyn kimi sakit və səbirli şəkildə onlara “Yox”deməyi bacarmalıyıq.Bu heçdə asan bir iş olmuyacaq.Bu günə kimi istədikləri hər şeyi əldə edən uşaqlar yox sözünü eşidən kimi ağlıyacaq,narazılıq edəcəklər.Təbii ki biz bu anlarda onların yanında olmalı,onlara nəyin gərək olub olmadığını izah etməliyik.Bəyənmədikləri,hər gün alınan və axşama kimi artıq kənara tulladıqları oyuncaqları azaltçalıyıq.Nə qədər az oyuncaq olarsa uşaqlarımız daha çox oyuncaqlarını sevəcəkdir.Daha az şeylə daha çox böyük nəticələr yarandığını görən uşaqlar,kiçik şeylərlədə xoşbəxt olmağı öyrənirlər.Uşaqlarımız həyatlarındakı bir çox addımı bizlərlə atır.Xoşbəxtlikdə bunlardan biridir.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

 

Go Back

Dismorfofobiya nədir?

Dismorfofobiya nədir? İnsanın öz bədənindən utanması və intihar

Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir.

Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur. Əksər hallarda dismorfofobiya depressiya və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir.

Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır:

  • * xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olur
  • * bir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olur
  • * xəstə öz qüsurunu faciəyə çevirir
  • * xəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyir
  • * xəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması

Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir. Onlar aşağıdakılarla əlaqədar olur:

  • * güzgü
  • * şəkillər
  • * uydurma fikirlər
  • * cəmiyytdən uzaqlaşma
  • * pərtlik
  • * diqqətin yanlız ö çayışmazlığına yönəlməsi
  • * öz deffektini düzəltməyə çalışmağa dirənmək

Dismorfofobiyadan əziyyət çəkən adamlar şəkillərinə və güzgüyə baxdıqları zaman intihar barədə düşünürlər. Əgər oların qüsurlarını düzətdirməyə pulları çatmırsa o zaman onlarda intihara cəhd halları baş verir. Bu səbəbdən də dismorfofobiyadan əziyyət çəkən xəstələri təcili müalicə etdirmək lazımdır. Xəstəliyin müalicəsi müxtəlif vasitələrlə aparılır. Adətən bu xəstəlikdən əziyyət çəkən adamların qüsurlarını plastik cərrhiyə yolu vasitəsilə müalicə etdikdə onlar başqa yerlərində qüsur axtarmağa başlayırlar. Ona görə də mütəxəssislər dismorfofobiyadan əziyyət çəkən xəstələri psixoloqların müalicə etməsi daha münasib sayılır. Kompleks müalicə isə daha yaxşı effekt verir. Bu zaman xəstə özünün bədənində qüsur olmadığını düşünür və özünü olduğu kimi qəbul edir. 
 

immunitet.az

Go Back

Capgras sindromu.

 Capgras sindromu ən qısa tərifiylə tanış adamların əvəzinə, onlara çox bənzəyən saxtakarların keçmiş olduğuna dair hallusinasiyalarla xarakterizə bir sindromdur. Bu sindrom nadir olaraq görülür və daha çox şizofreniya anlayışı içində yer alır.

 Ona bəzəyirsən, çox bənzəyirsən, hətta bəlkə qohumsunuz; Aranızdakı yeganə fərq onun parlaq bir şahin və bir şahzadə, səninsə bir bayquş və satıcı olmağındır.

 Ecinnilər / Dostoyevski

 Uc və ilişməli fikirlər.

 Uc və ilişməli fikirlər.

 Capgras sindromu ilə bilinən bu psixotik pozğunluq, ilk dəfə 1923-ci ildə Fransız psixiatr Capgras tərəfindən ətraflı şəkildə təqdim edilmişdir. Psixiatr, mirasını əldə etmək və mülkünü əlindən ala bilmək üçün əvvəl ərinin və sonra qızının yerini alan saxtakarlardan - ya da həqiqətin tamamilə oxşarı olan surətlərdən - söz edən bir qadının halını qeyd etmişlər. Bu iki uc və ilişməli fikir, özündən başqa bir psixoloji narahatlıq ya da zehni pozğunluq ilə birlikdə ortaya çıxmadığı üçün daha da maraqlı və mürəkkəb bir hal almaqdadır.

 Sindrom şizofreniyanın bir əlaməti olaraq görülə bilər.

 Bu vəziyyət, hallusinasiya pozuntulardan biri kimi təsnif oluna biləcəyi kimi, şizofreniyanın bir əlaməti olaraq da görülə bilir. Bu sindromu ortaya çıxara bilməsi üçün psixotik prosesin nəticəsi olaraq həqiqəti qiymətləndirmə bacarığının pozulmuş olması lazımdır. Capgras, hallusinasiya prosesində özgəlik hiss etmə, güvən duymamaq ilə gedən bir paranoid tendensiyanın olduğunu açıqlamışdır. Son illərdə paryetal lob funksiya pozğunluğuna bağlı olaraq da ortaya çıxa biləcəyi irəli sürülmüşdür. Capgras sindromuna psixodinamik bir məna da yüklənir. Xəstə pis xüsusiyyətləri ilə tanıdığı ya da özünə bir sıra pis xüsusiyyətlər yükləyən adamı kənarlaşdırmaqda ancaq günahkarlıq duyğuları və ambivalans tutumu səbəbi ilə bu adamı kənarlaşdırır olmasının şüura çıxmasınına izn vermir. Bu səbəbdən qarşı-qarşıya gəldiyi adam ilə əlaqədar duyğularını o adamın yerinə keçən yoldaşına, onun saxtasını yönəltməkdə, beləliklə bu adam daha asan kənarlaşdırıla bilməkdədir. Bu sindromun necə nəticələndiyi yoldaşlıq etdiyi psixozun müalicəsində əldə edilən uğurla bağlıdır.

 “Qarşımdakı üz qardaşıma aid, lakin qardaşım deyil...”

 Məşhur Hindli nevroloq Vilayanur S.Ramachandran ortaya atdığı bir iddaya görə sindromun səbəbi, üzləri verməyə yarayan temporal lob ilə tanınan üzlərə duyğusal mənada reaksiya verməyi təmin edən limbiq sistem arasındakı əlaqənin bir şəkildə zədə görməsi və düzgün işləməməsidir. Bu zədə üzündən xəstə, qarşısında gördüyü tanıdığının üzünü tanımaqda, amma xəstə bu sifətə qarşı duyğusal mənada reaksiya yaratmır. Xəstə, qardaşı ilə qarşılaşanda və üzünə baxdıqda, qarşısındakı üzün qardaşının olduğunu bilir lakin duyğusal mənada ona "bu mənim qardaşım" hissini içində hiss etməz. Qarşıdakı üzü tanıyan amma hər hansı bir hiss oyatmayan beyin isə bu vəziyyəti xarakterizə etmək üçün "qarşımdakı üz qardaşıma məxsus amma qardaşım deyil" hallusinasiyası yaradır.

 Capgras sindromlu hallar araşdırılır.

 Mövzu üzərində aparılan iş üçün 2 ay içərisində dərhal dərhal eyni zamanda xəstəxanaya yatan, paranoid şizofreniya diaqnozu almış 8 Capgras sindromlu hal, Capgras sindromu olmayan 8 hal ilə müqayisə edilmişdir. Hallar xəstəxanada qalış müddətləri, yatış sıxlıqları, xəstəlik müddətləri, müalicəyə verdikler cavab, istifadə edilən antipisixotik doza, əlavə müalicə üsulları, xəstəxanaya yatış ayları kimi xüsusiyyətləri prizmasından qiymətləndirilmişdir. Capgras sindromlu xəstələrin, atipik nevrotiklərə daha yaxşı cavab verdikləri hal sayı artırılaraq bu nəticələrin təsdiqlənməsi lazım olduğu qənaətinə gəlinmişdir.

 Bir xəstənin xatirələri.

 Capgras sindromuna tutulmuş bir xəstənin yaşadıqlarından bəhs edən maraqlı bir nümunə:

 Hər şey mənə bir az qəribə görünməyə başlayır, bir qədər süni kimi məsələn. Bəzən, ətrafımdakı heç bir şeyin həqiqət olmadığı hissinə qapılıram. Sanki hər şey bir səhnə və hər kəs bir rol oynayır. Kimə doğrudan etimada bilirəm? Sonunda cəsarətimi toplayıb bu vəziyyətdən arvadıma söz etdim.

 Mənə qəribə bir şəkildə baxdı və bir həkimə getməyimin lazım olduğunu söylədi. Bu davranış  onun görəcəyi şey deyil. Əslində, qulağa dəlicəsinə gəlir bilirəm, amma getdikcə daha tez-tez, bu qadını həqiqətən tanıyıb tanımadığımı düşünməyə başladım. Son zamanlarda çox əsəbi və narahat görünür; Əvvəllər heç belə deyildi. Əslində tam olaraq nəyin dəyişdiyini söyləmirəm amma bütün bu xırda dəyişikliklər, mənə bəzən onun əslində mənim arvadım olmadığını düşündürür. Evlediğimiz zamanlarda çəkilmiş köhnə bir sıra fotoşəkillərlə, yaxın zamanlarda çəkilmiş olanları müqayisə etdikdə, bu dəyişikliklərdən bəzilərini həqiqətən görə bilərsiniz. Barmaq izlərini müqayisə etmək bir şeyləri sübut edə bilir mi deyə düşünürəm...

 Nəticə olaraq bu sindromdan əziyyət çək olan xəstələr yaxın münasibətdə olduğu şəxslərin yerini eyni görünüşdə olan, amma saxtakara bənzərlərinin aldığı özünə bu şəkildə bir sui-qəsd qurulduğu hallusinasiyası xarakterizə psixotik pozğunluq.

 

 

 Mustafayeva Sünbül Münasib qızı

 Narınc Könüllüler qrupunun üzvü

 

 

Go Back

Bəlkə bu fobiyalar sizdə də var?

      

Hər bir şəxsiyyətin mənliyində həm qayğıları, həm də qorxuları vardır.Bunlar təbii duyğulardır.Lakin qorxu və qayğının dərəcəsi insanın günlük həyatında fəaliyyətinə mənfi təsir edirsə, ortada təbii olmayan bir vəziyyət var deməkdir.Təbii olmayan bu vəziyyətə də fobya deyilir.

Fobyalarda duyulan qorxu məntiqsiz və həddən artıqdır.Fobya sahibi olan insanlara fobik deyilir.Qadınlarda kişilərə nisbətən iki qat daha artıq görülmüşdür.Fobyalar müalicə olunmayacaq narahatlıq deyildir.Çox insan müalicədən sonra bu davranışlardan xilas olur.Hər insana fərdi xüsusiyyətlərinə uyğun müalicə tətbiq edilir.

İndi isə ən çox yayılan və tez-tez rastlaşdığımız fobyalara deyil, qeyri-adi fobyalara nəzər salaq:

Limnofobya – göllərdən qorxma fobyası. Düşünün, səssiz bir yerdə göl kənarında oturmuş istirahət edirsiniz...Lakin göl fobyanız yoxsa! Bəzi insanların göl fobyaları var.

Chirofobya – öz vücudundan qorxma.Bu fobyaya sahib olan insanlar, vücudlarındakı hər hansı bir bölümdən qorxarlar.

Peladofobya – keçəl insanlardan ya da keçəlləşməkdən qorxma.Bu qorxu əsasən kişilərdə görünür və qorxunun dərinliklərində isə keçəl qalmaq gizlidir.

Chaetofobya – tük və saçlardan qorxma.Peladofobyanın əksinə bu qorxuya sahib olanlar saç və tüklərdən qorxurlar.

Agyrofobya – yol keçmək qorxusu.Agyrofobik insanların yol keçmə qorxusu vardır ki, bu fobya da şəhərdə yaşamalarını çox çətinləşdirir.Bu fobyanın dərəcələri vardır, kiçicik bir küçədə belə yol keçmə qorxusu ola bilər.Bu fobya, avtomobil fobyasından ayrı olaraq öyrənilir.

Pediofobya – oyuncaq gəlinciklərdən qorxma.Bu qorxuya sahib olan insanlar yalnız qorxunc olan oyuncaqlardan deyil, bütün oyuncaq gəlinciklərdən qorxarlar.Daha dəqiq desək, bu daha çox “canlı və duyğusu olan şeylərə çox bənzəyən cansız şeylərə” qarşı duyulan bir qorxudur.

Demonofobya – şeytan qorxusu.Bu qorxuya sahib insanlar, ətrafda davamlı pis ruhlu məxluqların gəzdiyini və ətrafa, insanlara zərər verdiklərini düşünürlər.

Pentherafobya – qaynana fobyası.Bu qeyri-adi fobyalar içərisində ən geniş yayılanı budur.Əlbəttə evli insanlar həyatlarında bir neçə dəfə bu qorxunu yaşamışdırlar.Həqiqi mənada bu qorxunu çəkən insanlar həll yolunu ya terapiyada, ya da boşanmaqda tapırlar.

Graphofobya – yazı və ya əl yazısı fobyası.Graphofobya ilə baş etməyə çalışanlar yaxşı yazı yazma istedadlarından şübhə edirlər və bu mövzuda uğursuzluğa uğramaqdan həddən artıq qorxurlar.

Eisoptrofobya – ayna və ya özünü aynada görməkdən qorxma.Ayna qorxusuna daha çox ayna qarşısına keçdikdən sonra ruhlarla bağlantıya keçmə qorxusu aiddir.Bu fobyaya sahib olanlar hər nə qədər mənasız olduğunu bilsələr də, ayna qarşısına keçdikdən sonra inanılmaz bir narahatlıq yaşayırlar.Bu fobya daha çox batil inanc olduğu üçün aynanın qırılmasının onlara bədbəxtlik gətirəcəyini düşünürlər.

                                                             Tərcümə etdi: Ülfət Abbaszadə

                                                              Narınc könüllü qrupunun üzvü.

 

Go Back

İntihar haqqında səhv bilinənlər və doğrular.

İntihar hadisələrini araşdıran mütəxəssis Marcia Valenstein müxtəlif zamanlarda intihar meylində artım olduğunu söyləmişdir. Lakin bu hərkəsin təxmin etdiyi kimi insanların gərgin olaraq işlədiyi zamanlarda deyildir.

     İntihar nisbətləri rəqəmə görə yüksəlməkdə;

     2.000 metr və daha çox yüksək yerləşim yerlərində intihar nisbətləri dəniz səviyyəsindəki yerlərə görə 70% daha çoxdur.

Sucidə_main

    Gənclik zamanları riskin ən yüksək olduğu zaman.

        Dr. Valenstein – a görə yeniyetməlik zamanında intihar etməyə meylli olan insanlar diqqət çəkmə məqsədi güdərkən, orta yaşlılar sadəcə öz həyatlarını sonlandırmaq üçün belə bir hərəkət edərlər.

      Xüsusilə 85 yaş üzəri və ağ dərili insanlar böyük risk altındadırlar. Aparılan  araşdırmalara görə, 65 yaş və üzəri insanlarda intihar nisbəti hər 100.000 – də 14 olduğu halda bu insanlarda nisbət %49.8 qədər çıxmaqdadır.

     Ağ dərili insanlarda intihar nisbəti digər irqlərə görə daha çoxdur.

      Amerikada yaşayan ağ dərili insanlar, zənci, Asiyalı və İspanyalılara görə daha çox intihara təşəbbüs etmişdirlər.

      Dr. Valenstein mövzu ilə əlaqədar bunları demişdir: “Heçkimsə ağ dərililərin intihar meylinin çox olmasının səbəbini bilmir. Bu vəziyyət ictimai dəstəyin fərqli olmasından qaynaqlana bilər”.

    Yazma stili ilə intihar riski arasındakı əlaqə.

       Yaradıcılıq, depressiya və intihar arasındakı bir əlaqə olduğunu keçmişdəki nümunələrlə dəstəkləyə bilərik. Tarixdəki bir çox yaradıcı sənətçilər əslində ağıl xəstəliyi səbəbindən sıxıntı çəkmişlər. Depressiya, Charles Dickens, John Keats və Tennessee Williams kimi bir çox məhşur insanın zehninə təsir etmişdir.

     Depressiya ümumiyyətlə intiharla nəticələnməkdə.

      Depressiya zamanlarında 3 insandan 2 – si intihara təşəbbüs etməkdədir. Buna rəğmən sadəcə 3 insandan 1 – i spirtli içki aldığında intihar etməkdədir. Ailələrdə risk nisbətinə təsir etməkdə. Keçmişdəki ailə böyüklərinin yaşadığı depressiyalar, sonrakı nəsillərin eyni vəziyyətə məruz qalmasına səbəb olmaqdadır.

          Tərcümə edən; Abbaslı Vəzifə Səfər qızı ADPU-nun Korreksiyaedici təlim 3 – cü kurs tələbəsi. Narınc könüllü qrupunun üzvü.

 

Go Back

İnsanlar qarşısında çıxış edə bilmirəm, üzüm qızarır!

Sosial  mühitdə özünü ifadə edə bilməmək, sosial münasibətlərə başlaya bilməmək ya da davam etdirə bilməmək, özünə güvənməmək, davamli özünü tənqid etmək və bunlarla yanaşı mövcud olan həyəcan sosial fobiyaya işarə edə bilər. Bu əlamətləri günlük həyatında həddindən artıq yaşayan insanlar başqaları ilə bu özəl vəziyyəti paylaşmaq, bir mütəxəssisə müraciət etmək və sıxıntılarını ona danışmaqdan çəkinə bilər. Onlar cəmiyyət arasında olmamağa çalışaraq bu psixoloji vəziyyəti daha da pisləşdirirlər.

            Həmişə başqalarının özlərindən daha yaxşı, daha gözəl və daha uğurlu olduğunu düşünərlər. Özləri heç bir halda heç nəyi bacarmirlar. Özlərini bəyənməzlər. İnsanlar arasında olarkən hər kəs onlara baxır və onlarla bağlı pis şeylər düşünürlər. Özlərinə güvənləri yoxdur və həmişə hər şeyin pis tərəfini düşünürlər. Etdikləri hər bir hərəkətdə səhvə yol verəcəklər və insanlar onları lağa qoyacaq. Əgər bu əlamətlər sizdə də varsa, ola bilsin ki siz də sosial fobiyadan əziyyət çəkirsiniz.

            Fiziki əlamətlər sosial fobiyalı insanlarda onları narahat edən əsas amillərdəndir. Bəzi insanlarda özünü daha çox göstərən bu əlamətlərə urəyin daha sürətli atması, sürətli nəfəs alma, tərləmə, titrəmə, mədədə narahatlıq, üz qızarması aiddir. Sosial fobiklər bu əlamətlərin və düşüncələrin yersiz olduğunu bilərlər lakin onlardan qurtula bilməzlər. Dəvətlərə, yığıncaqlara getməz, ya da getməkdə çətinlik çəkər və təxirə salarlar. İnsanlar arasında yemək yeyə bilməmə, yazı yaza bilməmə, insanlarla göz kontaktı qura bilməyən sosial fobiklər üçün insanlar qarşısında çıxış etmək, sözün əsl mənasında bir işgəncədir.

            İnsanların çox olduğu yerlərdə danışmaq, çıxış etmək qoroxusunun bəzi insanlar üçün hörümcək və ya yüksəklik qorxusundan daha şiddətli olduğunu bilirdiniz? Bir çox halda sosial fobiyanın əlaməti olan bu problemə nə səbəb olur? Ağlımızdan keçən bəzi səbəblər:

            İnsanlar sizi tənqid edə bilər, həm də çox ağır şəkildə

            Özünüzü axmaq kimi hiss edə bilərsiniz  

            Sizi sevməyə bilərlər

            Başqaları qədər yaxşı olmaya bilərsiz

            Başa salmaq istədiyinizi başa düşməyə bilərlər

            Bəs bu vəziyyətlə necə başa çıxmaq olar? İnsanlar qarşısında çıxış etmək çətin bir şey ola bilər, lakin bir az həyəcanlanmaq yaxşıdır. Həyəcan sizi oyaq tutar, çox raahat olmağınıza əngəl olar, nəticədə daha az səhv edərsiniz. Xüsusilə özümüzü narahat hiss etdiyimiz zamanlarda bütün diqqətimizi öz üzərimizə yönəldirik ki bu daha da həyəcanımızın artmasına səbəb olur. Həyəcanımızı doğru yönəltmək istəyirsinizsə özünüzdən başqa bir şeyə istiqamətlənin. Ətrafınızı incələməyə cəhd edin. İnsanların nə geyindiyinə, davranışına və hərəkətlərinə diqqət edərək diqqətinizi dağıda və həyəcanınızı öz lehinizə çevirə bilərsiniz. Diqqətinizi öz üzərinizdəm çəkmək üçün yönələcəyiniz onlarla şey tapacaqsınız. Necə hiss etdiyinizi düşünməyi buraxdığınız halda özgüvəninizin necə artdığının şahidi olacaqsınız. Unutmayın ki, səhv etmək çox normaldır. Hər kəs səhv edə bilər. Lakin səhv etməkdən qorxmaq sizi daha çox səhv etməyə vadar edə bilər. Tək bir yerdə durmaqdansa sizin üçün ayrılan ərazidən tam istifadə edib hərəkət edə bilərsiniz. Mümkün olduqca hər bir insanla 1-2 saniyəlik göz kontaktı qurun. Slaydlarınızla deyil, dinləyicilərlə danışın, unutmaylın ki slaydlar sizi dəstəkləmək üçün ordadırlar. Haqqinda danışdığınız mövzu nə qədər sıxıcı olsa da onu zarafatlarla bəzəyərək işin içindən çıxa bilərsiniz. Əgər öz cəhdinizlə həyəcanınızı idarə edə bilmirsinizsə mütəxəssiz yardımı almağınız lazımdır.    

            Narınc Könüllü qrupunun üzvü – Lalə Fətəliyeva                                           

                                                                                                          

           

            

Go Back

STRESS ÇARXINDAKI GÖRÜLMƏYƏN TƏHLÜKƏ

Son zamanların məşhur oyuncağı stress çarxının bəzi ölkələrdə qadağan edilməsiylə birlikdə ölkəmizdə də müzakirələr artmış vəziyyətdədir. Oyuncağın diqqət dağıdıb dağıtmaması danışılarkən əhəmiyyətli bir digər nöqtə olan asılılıq mövzusu gözdən qaçmaqdadır.

Zaman keçdikcə bu və bənzəri oyuncaqların məşhur olduğunu dilə gətirən Mütəxəssis Klinika Psixoloq və Pedaqoq Gülşah Öztürk Erten, xüsusilə uşaq və gənclər arasında sürətlə yayılmaqda olduğunu ifadə edir.

Başda günahsız görünən bu oyuncaqlar zamanla asılılıq dərəcəsində maraq gördüyündə reaksiyalar başlayır.

STRESS ÇARXINDAKI GÖRÜLMƏYƏN TƏHLÜKƏ

Asılılıq bütün zərərlərinə qarşı adamın iradəsinin dövrə xarici qalması, davamlı eyni fəaliyyətlə məşğul olaraq idarəsinin itməsi vəziyyəti olaraq təyin oluna bilər. Vəziyyətin davam etməsinə mane olunmadığı təqdirdə adamın davranış, romantik, ictimai və akademik olaraq mənfi təsirlənməsi söz mövzusudur.

Təməlini ruhi boşluğunun doldurulması təşkil edirBağımlığı təməlində isə ruhi boşluğun doldurulması var. Bu baxımdan baxıldığında öz güvən problemi yaşayan, sosyallıqdan uzaq, özünü qiymətli və kafi hiss etmək istəyən, bu oyuncaqlarla diqqət çəkib görülməyə çalışan uşaq olduğunu söyləmək mümkündür. Davamlı bir şeylərlə məşğul olma səyi; anda qala bilməmə və düşünməkdən qaçmaq olaraq şərh oluna bilər.

Qısa zaman içində rahatlama təmin edir amma ..Bu baxımdan baxıldığında, bu cür oyuncaqlar bir çox uşaq üçün ictimai mühitdən uzaqlaşacağı, sorumluluklarıyla üzləşməkdən qaçacağı zaman meydana gətirməkdədir. Uşaqlar üçün qısa davamlı rahatlama təmin etsə də uzun zaman istifadə edildikdə emosionalvə ictimai problemlər yarada bilər.

 

İDMAN VƏ HƏRKƏTLİ OYUNLAR

 

Bu cür oyuncaqlara olan marağın artmasının bir digər səbəbi olaraq uşaqların həyatında idman və hərəkətli oyunların yerinin azalması göstərilə bilər. Əvvəldən açıq havada, parklarda, ictimai qarlılıqlı təsirin çox olduğu oyunlar söz mövzusu olarkən indiki vaxtda tək başına oynanan hətta virtual oyunlar seçilməkdədir. Edilən araşdırmalar yalnız oynanan oyunların məğlub olmaqdan qaçma dolayısı ilə acı verən hərəkətdən uzaqlaşma olaraq seçildiyini ortaya qoymuşdur.

İnsan  narahatlıqdan qaçar həzz verən hərəkətlərə yönəlir

 

Asılılıqdan isə dopamin səviyyəsi artar və həzz alınır. Dopamini artırmaq isə xoşuna gələn şeyin təkrarlanması ilə mümkündür. Bu sistemin çox xəbərdar edilməsi isə asılılıq müddətini başladar.

Bu məlumatlardan yola çıxaraq stress çarxı və bənzəri oyuncaqların ümumi olaraq uşaq üzərindəki təsirlərinə baxmaq üçün uşaqların hansı məqsədlə bu oyuncaqlara yönəldiyini diqqət etmək lazımdır. Stress çarxının, uşaqların ehtiyaclarını anlamamız üçün bizə fürsət təmin edən oyuncaqlar olaraq görülməsi və bu sahələrdə uşaqların dəstəklənməsi qadağalardan çox daha təsirli olacaq.

Tərcümə etdi Narınc Uşaq Psixoloji Mərkəzin könüllüsü Əkbərzadə Təhminə

Mənbə huriyyetaile.com

 

 

Go Back

Əlehdar olma qarşı gəlmə pozğunluğu

Ən sıx görülən əlamətlər yetkinlərə qarşıgəlmə, mənfi və düşmanca davranışlar, kin tutma, sözlə təcavüz və fiziki hücum bildirən davranışlardır.Bu davranışlar, inkişaf xüsusiyyətləriylə açıqlana bilməz, 6 aydan uzun davam edər, davranış pozğunluğu əlamətlərinin tamamı qarşılanmaz.Qızlarda bilavasitə davranışlar(passiv), sözlə təcavüz və əlaqəli təcavüz daha geniş yayılıb.Kiçik başlanğıclı(məktəböncəsi) daha mənfi seyredər, yaşla bərabər qayğı və depresiya kimi pozğunluqlarla bərabərlik artar.Diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu ilə geniş bir bərabərlik göstərir.

Davranış problemlərinin ortaya çıxmasında sosial problemlər, bağlanma problemləri, əksiklik, yaşanılan çevrədə şiddət, ailə içi istismar, valideynlərin əsassız davranışları, uyğun supervizyon verməmələri, sıx və yersiz cəzalandırma kimi faktorlar yer alır.

Əlehdar olma qarşı gəlmə əlamətlərinin ortaya çıxmasının qarşısını almaq üçün bir neçə istiqamətlər istifadə edilməkdədir.

Davranış pozğunluğu:

Davranış pozğunluğu evdən və məktəbdən qaçma kimi qanunları aktiv olaraq çeynəmə hərəkətləri, başqasının əşyasına vəya şəxsinə istiqamətli təcavüz, təhtit, cinsi təcavüzkarlıq, oğurluq, qəsb, heyvanlara əziyyət vermə kimi davranışlarla şərtlənir.

Bu davranış pozuntuları 3yoldan birini izləyərək inkişaf edər:

Nüfuz ilə qarşıdurma yolu.12 yaşından öncə inadkarlıqla başlar, əlehdar olama və qarşı gəlmə davranışları ikinci səviyyədə yer alır, üçüncü səviyyədə isə nüfuzdan qaçma davranışları ortaya çıxır.

Gizliyol:15 yaşından öncə kiçik, gizli hərəkətlərlə başlar, ikinci səviyyədə mülkə zərər vermə vardır, üçüncü səviyyədə orta dərəcədə günaha istiqamətli davranışlar, dördüncü səviyyədə isə ciddi günaha istiqamətli davranışlar ortaya çıxır.

Açıqyol:Bu yol kiçik təcavüzlərlə başlar, ikinci səviyyədə fiziki davalar və şəbəkəli davalar yaranar, üçüncü səviyyədə ciddi təcavüzkarlıq ortaya çıxar.

Normal inkişaf sırasında bir çox yeniyetmədə davranış problemləri görünür.Bu problemlər ümumilikdə daha nadirdir və daha az təkrarlar, yəni davranış problemləri davamlı və sıx göstərən fərdlərlə nadir göstərənlər arasında inkişaf fərqlilikləri vardır.Normal inkişafda nadirən ortaya çıxan davranışlar özlüyündən azalma meyli göstərir.

Davranış pozğunluğunun davametdiyi müddətdə isə antisosial kişilik pozğunluğu ortaya çıxar.

 

Antisosial kişilik pozğunluğu və psixopat.

Antisosial kişilik pozğunluğu, digər insanların haqqlarına qarşı davamlı olaraq təcavüz göstərmək, məsuliyyətsizlik, təcavüz və peşmanlıq hissetməmə xüsusiyyətlərini özündə daşıyır.Psixopat isə özünü fərdlər arası və uyğunluq ilə bağlı problemlər, vicdansızlıq və digər insanlar üzərində hakimiyyət qurma ilə göstərir.Antisosial kişilik pozğunluğu faktların çoxunda davranış pozğunluğunun inkişaf etmiş bir vəziyyətini təsəvvür edər.Antisosial kişilik pozğunluğu və psixopatiyanın müalicəsi olduqca çətindir.

 

Müalicə prinsipləri:

Müalicə prinsipləri, ailə və uşaqla yaxşı terapevtik əlaqə qurmaq,mədəni mövzulara diqqət etmək, standart uyğunluqlarla birdən çox mənbədən məlumat toplamaq, müalicənin fərdiləşdirilməsi, ana və ataya müdaxilələr işlənilməsi, vacib vəziyyətlərdə dərman istifadə edilməsidir.Ayrıca sinif təməlli yanaşmalar da önəmlidir.Qısamüddətli, sadəcə dərmanla edilən müalicələrdən və ”sərtlik” ehtiva edən tutumlardan müsbət nəticə alınmaz.

Fərdi cəhtlər kişilik pozğunluqlarından önəmlidir, ancaq uzun müddətli müalicələr lazım olur.

 

http://www.ozguroner.dr.tr/tani-ve-tedavi-alanlari/davranis-bozukluklari.html

Go Back

20 nəticə göstərilir