Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixologiya"

Bəzi psixoloji gərçəklər...

 

İnsan psixologiyası bilinməzlərlə doludur. Bəzi psixoloji gərçəklərə nəzər salaq...

İnsanın özü özünü qıdıqlaya bilməsi mümkün deyildir. Sadəcə bəzi şizofren xəstələri, özü özlərini qıdıqlaya bilirlər!

Dünyada psixoloqlar tərəfindən bilinən 400-dən artıq fobiya növü vardır.

Beyin, sıxıcı insanlardan dinlədiyiniz sıxıcı danışıqları olduğu kimi qeyd etmir. Onları daha maraqlı hala gətirərək yenidən yazır.

Aparılan araşdırmalara görə, profil səhfələrində çox sayda “selfie” yükləyən kişi istifadəçilərin, psixopat və narsistik şəxsiyyət pozuntusuna sahib olma ehtimalı çox yüksəkdir.

Dinlədiyiniz musiqi növü dünyanı qavrama formanıza da təsir edir.

“Aşiq olmaq” ilə “Obsessiv – kompulsiv şəxsiyyət pozuntusuna sahib olmaq” vücudda eyni bioloji təsiri yaradır.

Araşdırmalara görə, pulu fiziki olaraq bir şeylərə “sahib olmaq” üçün deyil, “təcrübə qazanmaq” üçün xərcləmək insanı daha çox xoşbəxt edir.

“Yeriyən cəsəd sindromu” adlanan xəstəliyə sahib olan insanlar ölü olduqlarını, ətlərinin çürüdüyünü, orqan və qanlarının olmadığını düşünür!

Televizorların və populyar mədəniyyətin həyatımıza girməsiylə ortaya çıxan bir digər ruhi pozuntu da “Truman sindromu” adlanır. Bu xəstəliyə tutulanlar həyatlarının hər anının filmdəki kimi gizlicə kameraya çəkilib televizorda göstərildiyini zənn edir.

Bir musiqinin “ən sevdiyiniz musiqi” olmasının səbəbi, onu həyatınızdakı “duyğusal bir an” ilə əlaqələndirmənizdən irəli gəlir.

Aparılan araşdırmalara görə, cahil insanların özlərini mükəmməl görməyə, ağıllı insanların isə istedadlarını dəyərsizləşdirməyə meyilli olduğu bilinir.

Paris sindromu, xüsusilə Yaponların tutulduğu qəribə bir psixoloji problemdir. Parisə gəlmədən əvvəl şəhərlə əlaqəli böyük gözləntiləri olan şəxslər, şəhərin gərçək üzü ilə qarşılaşınca depresyona girirlər.

Anadangəlmə görmə qüsurlu olan şəxslər şizofren xəstəliyinə tutulmurlar.

Mobil telefonunu itirmək artıq bir fobiya olaraq ədəbiyyatlarda yer almışdır. Nomofobi, mobil telefonu və bağlantısını itirmə qorxusu deməkdir.

                                                        Tərcümə etdi; Ülfət Abbaszadə

                                                        Narınc Könüllü qrupunun üzvü.

Go Back

YENİYETMƏLİK

                                           

Yeniyetməlik dövrü müxtəlif ədəbiyyatlarda fərqli yaş dövrlərinə bölünmüşdür. Bəzi ədəbiyyatlarda 11 yaş, bəzi ədəbiyyatlarda isə 12 yaşdan başlayan bu dövrün bitmə tarixi də bəzən 17 və ya 19 yaş göstərilmişdir.Əsasən qızlar yeniyetməlik dövrünə oğlanlara nisbətən 1-2 il tez keçid edər. Yeniyetməlik dövrünün hansı yaşlari əhatə etməsi hər bir fərddə fərqlidir. Bu fərqlilik yeniyetmənin fiziologiyasından, fərdi psixi xüsusiyyətlərindən,aliəsindən, mühitindən və başqa bu kimi səbəblərdən bilavasitə asılıdır.Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı dövrdür.Elə ziddiyyətlər də yeniyetmənin “şəxsiyyət arayışında” meydana çıxır.Yeniyetmə “Mən kiməm?” sualına cavab tapana qədər bu dövr davam edir.

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid dövrüdür.Bu zaman yeniyetmə hər gün dəyişən bədəni və psixi halı arasında zidiyyətlər yaşar.Sürətlə artan fizioloji dəyişikliklər qarşısında yeniyetmə tez bir zamanda uşaqlıq ruhundan qurtularaq bu dəyişməyə uyğunlaşmaq istər.Özünün də dərk etməkdə çətinlik çəkdiyi yeni xüsusiiyətlər meydana çıxar.İlk növbədə müstəqilliyə hədsiz meyl özünü göstərir və valideynləri də narahat edən başlıca səbəblərdəndir.Yeniyetmə asılılıq duyğusundan azad olmaq,ekonomik azadlıq eldə etmək arzusundadır.

Yeniyetmə üçün en vacib ünsürlərdən biri cinsi rolunu qəbullanma və bu rola nə dərəcədə uyğun olmasıdır.Cinsi rolunu dost əhatəsində dərk etməyə çalışan yeniyetmə üçün valideynlərin sözləri önəm daşımır.Bu dövrdə valideynlərin cinsiyyətlə bağlı fikirləri yeniyetmələrdə aqresiyya yaradır.Özünü kəşf etmək üçün yeniyetməyə “özü kimilər” lazımdır.Digər yeniyetmələr arasında rahatlıq tapır,şəxsiyyətini formalaşdırır.Bu zaman yeniyetmə üçün en vacib ünsürlərdən biri olan dost çevrəsi ortaya çıxır.Dostlar bir yeniyetmənin həyatının mərkəzidir.Bu dövrdə dostluq qura bilməyən,hər hansı dost çevrəsində söz sahibi ola bilməyən yeniyetmələr böyük sıxıntılar keçirir.Xüsusən valideynlərin dost seçiminə qarışması,onları pisləməsi yeniyetməni valideynlərdən uzaqlaşdırıb dostlarına daha yaxın edir. Emosional böhran içərisində olan yeniyetmə qərarlarını özü vermək istər və heç kimin fikrini almaq istəməz.Lakin verdiyi qərarın arxasında durmaq,onun məsuliyyətini daşımaq yeniyetmə üçün çətindir.Belə çətinliklər içərisində valideynlər tərəfindən “uşaq yerinə qoyulmaq” yeniyetmənin özgüvənini aşağı salır. Digər mühüm ünsürlərdən biri yeniyetmənin peşə seçimidir.Valideynlərin bitmək bilməyən müdaxilələri bu vəziyyəti ağırlaşdırır.Bəzən valideynlər həyata keçirə bilmədikləri arzularına övladı vasitəsilə çatmaq istəyir. Qeyd olunan bu ünsürlər və daha artığı bir-biri ilə sıx əlaqədədir,zəncirvari xarakter daşıyır.Yeniyetmənin emosional dəyişiklikləri,qız-oğlan münasibətləri.dost çevrəsi,valideynlərlə münasibətlər,peşə seçimi və s. bu kimi amillər böhran yaradır.Əgər yeniyetmə düzgün istiqamətləndirilmirsə və müvafiq dəstək almırsa böhran getdikcə böyüyür və içindən çıxılmaz bir hala gəlir.Ailələrin yeniyetmə ilə bağlı qorxuları böyükdür.Dərslərindən yayınarsa,yalnış mühitə düşərsə,valideynlərindən uzaqlaşarsa nələr olacaqına dair fikirlər valideynləri daim narahat edir.Yeniyetməni necə anlamalı? Ona necə dəstək olmalı?Onu cəmiyyətə bir şəxsiyyət kimi necə qazandırmalı? və s. bu kimi suallar qarşısında nələr etməliyik?

Əslində valideynlər də övladlarının tez böyüməsi arzusundadır.Lakin bu arzu onları olduğundan böyük görməli olduğumuz anlamına gəlməz.Valideynlər övladının gün-gündən böyüyən bədəninə aldanmamalı,onun eyni uşaq olduğunu bilməlidir.Baş verən dəyişikliklərin böhran dövrü ilə əlaqəli olduğunu bilməli,yeniyetməni anlamağa çalışmalıdır.Valideynlər yeniyetmələrin onları dinləmədiyini iddia edər,yeniyetmələr isə valideynlərin onların  hər fikrinə qarşı çıxdığını düşünür.İlk növbədə yeniyetməni dinləmək vacib şərtdir.Yeniyetmə onu anladığınızı,şəxsiyyətinə və fikirlərinə hörmət etdiyinizi bilməlidir.Yeniyetmə həddindən artıq emosional olduğu üçün ona emosiyalarla təsir etmək daha mümkündür.Məsələn,evə gec gəldiyində valideyn ona qışqırmaq yerinə, bu vəziyyətdə nə qədər pis olduğunu,məyus olduğunu ona bildirməlidir.

                                                                           Narınc könüllü qrupunun üzvi Ülfət Abbaszadə

 

Go Back

Tənhalığın psixologiyası

Tənhalıq bəzən duyğusuzluq kimi görünsə də, duyğusuz qalmaqdır, sevilməməkdir, özünü sevdirə bilməməkdir. Tənhalıq insanın özünü çarəsiz,dəyərsiz hiss etməsinə səbəb olur. İnsana əsl ağır gələn tənha qalması deyil, ehtiyacı olduğu zaman heç kimi yanında tapa bilməyəcəyini bilməsidir.

 Əsas tənhalıq qısa müddətli tənhalıq deyil. Bu tənhalıq zamanı özümüzlə hesablaşmaqdır. İnsan tənha qalıb,öz həyatı, həyatını,duyğu və düşüncələrini mühakimə etməli, bu proses sonunda özünü tanımalıdır.

 Bəzən kütlələr içində də özümüzü çox tənha hiss edə bilərik. Tənhalıq hissi insanda öz içində həll yolları istehsal etməkdədir. Amma bu həll bəzən ani və tamamilə həzz prinsipinə müraciət edə bilər.

 Tənha insanlar internet və ya komputer oyunlarından asılı olurlar. Davamlı izdihamlara qarışıb tənhalığını görməməzliyə vururlar. Tənha insanlar özlərini işlərinə həsr edir, bununla bağlı olaraq da uğur qazanırlar. Lakin bu onları qane etmir.

 Davamlı olduğu mühitdən və ya cəmiyyətdən özünə qarşı maraq gözləməkdə tənha insanlara aid xüsusiyyətdir. Bu insanlar intensiv emosional-sosial əlaqələr yaşamaqdan-bağlanmaqdan qaçırlar. İctimai münasibətlərdə səthi olurlar. Yaşadıqları hadisələr nəticəsində cəmiyyətdən uzaq qalmağı seçirlər (təcavüzə məruz qalmaq, qəsb və s.)

 Bütün insanlar cəmiyyətdə dəyər görmək, sevilmək qayğı görmək istəyirlər. Amma bəzən dəyər görmək istəyən fərd, özünü dəyər görmək istədiyi insana, qrupa, birliyə üstünlük davranışı nümayiş etdirər. Üstün olduğunu fərqli olduğun göstərərək dəyər və qayğı gözləyərlər. Məhz burada ideoloji və davranışsal xətanın ilk nəticəsi insanın tək qalmasıdır. Nəticədə insanlar özlərindən fərqli olana, uzaq olana, üstün olana deyil, özünə oxşayana, eyni səviyyədə olana dəyər verirlər.

 Əgər, şəxsin həyat yoldaşıyla arasında məsafə məsələsi varsa bu bir evdə iki nəfərlik tənhalıq yaşamaq deməkdir. Daxili o tənhalığı həyat yoldaşı doldurmaz. Beləliklə, yoldaşlardan biri davamlı bir bədbəxtlik və axtarış içində olur. Evli insanların tənhalığı daha ağır olur. İnsan bunu qəbul etmir. Bu səbəblə bu hal birlikdə həll olunmalıdır.

 Yaşlılar, yaxınları ilə birlikdə yaşadıqları zaman daha xoşbəxt olurlar. Bu zaman yaşlılar özlərini təhlükəsizlikdə hiss edirlər. Yaşlıların ən böyük problemi tək qalmaqdır. Çünki ailələrin uşaq sahibi olmalarının əsas məqsədlərindən biri də tənha qalmamaqdır.

 Tənha insanlar tənhalıqla başa çıxmaq üçün aşağıdakıları yerinə yetirməlidir:

  • Özümüzü mühakimə etməliyik. Biz niyə dost tapa bilmirik?
  • Münasibətlərimizdə gündəlik gözləntiləri deyil, uzunmüddətli hədəfləri qarşımıza məqsəd qoymalıyıq.
  • İnsanlara güvənmək barədə fikirlərimizlə deyil, şərait və ünsiyyətin xarakterinə görə hərəkət etməliyik. İnsanlara güvənmədiyimiz müddətcə  dərin və etibarlı əlaqələr qura bilmərik.
  • Yoldaşlıq və dostluq meyarlarını həqiqətlər üzərində qurmalıyıq.
  • Qarşı cinslə olan münasibətlərdə qarşılıqlı gözləntilərə həssas olmalıyıq.
  • Tənhalığa qalib gəlmək üçün real olmayan üsullar əvəzinə bizi inkişaf etdirəcək fəaliyyətlər tapmalıyıq.
  • Əgər içimizdəki duyğusal tənhalığın səbəbini bilmiriksə bu zaman bir mütəxəssisdən kömək almalıyıq. Bu hal həyati bir qalıq və ya psixoloji bir problemin göstəricisi ola bilər.

 

 

 

Mustafayeva Sünbül Münasib qızı

Narınc Könüllülük qrupunun üzvü

 

 

  

Go Back

OYUN TERAPİYASI


Mövzu uşaqlar olduqda, ən təbii və özlərini rahat ifadə edə bildikləri mühit oyunlardır.
Oyun və oyuncaqlar vasitəsilə uşaqların ehtiyaclarını ifadə etmələrinə kömək edən 
xüsusi fəaliyyətə oyun terapiyası deyilir. Təhlükəsiz mühit yaradan təcrübəli bir 
oyun terapevti ilə uşaqlar istədikləri kimi oynamağa cəsarətləndirilirlər. Bu fəaliyyətdə
 emosional problemlərini ifadə etmələri üçün uşaqlara çox müxtəlif oyuncaqlar təqdim edilir. Uşaqlar oyun terapiyasının incəsənət, qum, xəyal gücü kimi müxtəlif formalarını istifadə edərək özlərini ifadə etmə şansına sahib olurlar. Oyun terapiyası travmatik təcrübələri olan uşaqların duyğularına çatmağı təmin edir, bunlarla necə mübarizə edəcəklərini öyrədir. Ən çox tətbiq olunan texnika rol oyunlarıdır. Oyun materialları kuklalar, oyun evləri, miniatür teatrlar, plastilinlər, kağız və rəngli karandaşlardır. Çətin təcrübə və vəziyyətlər təkrar canlandırılır ya da fiqurlarla və şəkillərlə ortaya qoyulur. Uşaqlar bu sayədə mənfi duyğularını yenidən yaşayırlar və terapevtin köməyilə bunların üzərində işləmə şansı tapırlar. Psixoterapiya əsaslı oyun terapiyası ana-atanın ölümü, boşanma və cinsi istismar kimi ağır təcrübələr keçirən 5 yaşından böyük uşaqlara kömək olur.

 

Uşaqlar üçün niyə oyun terapiyası?

Uşaqlar oynamağı sevirlər. Uşaqlar hisslərini böyüklər kimi mənalandıra bilmədikləri üçün bu haqda böyüklər kimi də danışmazlar. Buna görə də böyüklərlə aparılan terapiya forması uşaqlara uyğun deyil. Oyun uşaqlar üçün terapiya kimi istifadə olunduğunda uşaq yaşadıqlarını və duyğularını ifadə etmək üçün şərait tapır. Uşaqlar oyun zamanı yaşadıqlarının bir hissəsi olaraq davranışlarına təsir edən hirsliliklərini, qorxularını, kədərlərini yenidən yaradırlar. Oyun terapiyasının üstünlüyü uşaqların inkişaflarına uyğun terepevtik oyun yaratmaqdadır. Terapevt ilə uşağın qurduğu terapevtik münasibət isə uşaqların yaşadığı stressli, emosional təcrübəni əks etdirən oyunu yaratdıqlarında özlərini təhlükəsiz hiss etmələrinə imkan verən ən önəmli ünsürdür.

Oyun terapiyasında nə olur?

Oyun terapiyası yardımı ilə uşaqlar daxili dünyalarında mübarizə apardıqları emosional hadisələri bir yerə toplayan oyun yarada bilərlər. Bu təcrübələri uşaqlar, əsasən, şifahi olaraq bildirmirlər. Uşaq yaradacağı oyuna uyğun emosional problemlərini əks etdirən oyuncaqları seçir və oyununu yaradır. Bu, oyun irəlilədikcə inkişaf edir və problemlə bağlı anlama və rahatlıq yaranana qədər davam edir.

Oyun terapiyası uşağa necə kömək edir?

Oyun terapiyası müddətində uşaq hadisələrlə əlaqədar dünyagörüşlərini, davranışlarını dəyişdirə və başqaları ilə əlaqələrindən həzz alacaq hala gəlir. Uşaq oyun zamanı xəyal qırıqlıqları yaşadıqları hadisələri yenidən yaratmaqla oyun zamanı bu təcrübələri dəyişdirmə fürsəti tapır və beləcə həm oyun təcrübələri, həm də həyatdakı münasibətlərindən zövq alır.

Oyun terapiyasının müddəti nə qədərdir?

Oyun terapiyasının müddəti uşaqların keçmiş və bu gün də yaşadıqları hadisələrlə əlaqədar çox müxtəlif amillərdən asılıdır. İki ən əhəmiyyətli faktor uşağın hansı inkişaf dövründə olduğu və hər hansı bir travma varsa bu travmanın baş verdiyi yaşdır. Ümumiyyətlə, yaşanan hadisədən sonra nə qədər tez terapiya aparılsa terapiya müddəti də o qədər qısa olur.

Oyun terapiyası uşağın evdə oynadığı oyundan fərqlidirmi?

Evdə ya da terapiyada oyunun əsas funksiyası eyni qalır. Uşaqlar üçün oyun bir mənada yaşadığı dünyanı, insanlarla münasibətlərini məşq etdikləri təbii bir ünsiyyət yoludur. Təhsilli oyun terapevti ilə oyun emosional məqsədə xidmət edir. Bu da uşağın sağlamlığındakı tarazlıqda əhəmiyyətli rol oynayır.

Ana-atalar oyun terapiyasına qoşula bilərmi?

Oyun müalicəsində ailə ən əhəmiyyətli ünsürdür. Ailə ilə oyun terapevti arasındakı görüş nizamlı şəkildə davam edir. Terapevt uyğun görərsə, bəzən ailəni də oyuna dəvət edir. Həm də terapevt ailələrə uşaqlarının terapiya zamanı yaxşılaşma prosesinə kömək edəcək və terapiya otağı xaricində edə biləcəkləri tövsiyələr verir.

Oyun terapiyasının köməkçi ola biləcəyi psixoloji problemlərdən bəziləri hansılardır?

- PTSD (Post Travmatic Stress Disorder): Travma sonrası stress pozuntusu

- Həyəcan-təşviş pozuntusu

- Diqqət əskikliyi və hiperaktivlik (həddindən artıq hərəkətlilik)

- Oxuma pozuntuları

- Sosial içə qapanıqlılıq

- Güvən əskikliyi / depressiya

- Səbəbi aydın olmayan baş və qarın ağrıları

- Boşanma sonrası adaptasiya problemləri

 

 

Tərcümə etdi: Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)

 

http://www.odakpsikoloji.com/konuoku.asp?id=46

Go Back

İzah etmənin gücü

İnsan danışdığıyla,  özünü ifadə edə bildiyi ilə var olur bir az da.Özümüzü,  yaşadıqlarımızı və düşüncələrimizi ifadə etmək çox əhəmiyyətlidir.Bu izah etmənin nəticəsində qarşı tərəfdən aldığımız müsbət və hətta mənfi əks etdirmələr var  olduğumuzu əks etdirir.

İzah edən və paylaşan insan rahatlayar, içindəkini boşaltdığı üçün yüngülləşər və artıq içinə yeni bir

şeylər ala bilər,bu da içində bir nəhəng yaradar.Bu enerji verici və rahatladıcı bir döngüdür.

Amma bəzi insanlar ifadə etməz,ifadə edə bilməzlər.İfadə edərsə ciddiyə alınmayacağını, zəif nöqtələrinin öyrəniləcəyini düşünür bəlkədə...Və sonrasında bir də görərsənki, çiyinlərində yükünün altında əzildiyi içində danışmaq istədiklərinin toplandığı böyük bir torba.Bu torba insanın hərəkət qabiliyyətinə məhdudiyyət qoyar, insanı tez yorar.İşin qəribə tərəfi, bunu yaşayan bir çox insan bu yükün fərqində belə deyildir.Həmişə özündən soruşar, mən niyə beləyəm deyə..

Anam danışırdı;qədimdən biri pis bir yuxu görəndə get axan suya danış yuxunu, suyla bərabər pisliklər də axar gedər deyirlərmiş.Əslində bir həqiqət var bu misalda, mənfi olan

şeylər danışıldıqca zərərli təsirləri azalır və təsiri yox olur.Danışmadıqca eləcə də qalır.

Bəzən danışmaq istəyərsiniz amma özünüz özünüzə sual verərsiniz, kimə danışmalıyam, necə danışmalıyam.Təmin edici bir cavab tapmadığınız zaman yenə ən başdakı ürkək vəziyyətinizə geri qayıdarsınız.Yenə içinizdə tək başına qalmışsınızdır.Danışmağın  çox zaman ən təsirlisi qanlı canlı olanıdır.Amma bu olmazsa, bəzən

o qədim misaldakı kimi suya danışmaq, kağıza yazmaq hətta bir kompüterə belə yazmaq işimizə yarayabilər.

Yazaraq ifadə etmək, içini tökmək

kağızlara.Bir çox

pasiyentimə tövsiyyə etmişəm yazmasını, kağızlara danışmasını sıxıntısını.Yazabilənlər, əmək verəbilənlər

hər zaman qarşılığını müsbət olaraq almışlardır.Deyə bilirsiniz mən yazanda

nə olacaq, biri məni dinləmədikdən sonra, mənə tövsiyyələr vermədikdən sonra danışmışam, yazmışam nəyə yarar?Halbuki, rahatlamanın vacib olan bir hissəsi sadəcə

danışmaqla belə ortaya çıxa bilər.Siz danışın sadəcə, baxın

arxası necə də öz özünə gəlir.

 

http://psikoloji-psikiyatri.com/beyhan-budak/anlatmanin-gucu/

Go Back

Dissosiyativ şəxsiyyət pozğunluğu (cəm şəxsiyyət)

 

Dissosiyativ şəxsiyyət pozğunuğu əsasən ayrı-ayrı şəxsiyyətlərə durmadan çoxlu növ parçalanma olaraq görülür. Xəstəliyin yaratdığı problemlər, bir maddənin və ya ümumi tibbi vəziyyətin psixoloji təsirlərindən çox uzaqdır. Bəzi mütəxəssislər dissosiyativ şəxsiyyət pozğunluğu xəstələrinin asanlıqla hipnoz edildiyini və bu xəstələrin simptomlarının yatrogen olduğunu, yəni terapistin təkliflərinə cavab olaraq ortaya çıxdığını düşünür. Digər tərəfdən, bəzi beyin görüntüləmə işləri bəzi xəstələrdə şəxsiyyət keçidləri ilə bağlı göstəricilərə çatmış vəziyyətdədir.

 Dissosiyativ şəxsiyyət pozğunuğunda xəstə; şəxsiyyət, yaddaş və şüurunu tək bir           şəxsiyyətdə yığmaqda çətinlik çəkər. Xəstənin əsas şəxsiyyəti adətən ona verilən adla tanınır və bu şəxsiyyət; passiv, asılı, günahkar və yatırılmış bir xarakter təəssüratı çəkir. Xəstənin büründüyü hər bir xarakterin öz hekayəsi, fərdi imici və şəxsiyyəti vardır. Bu xüsusiyyətlərin hamısı, adamın əsas şəxsiyyətindən çox fərqlidir.  

 Əlamətlər:

 Dissosiyativ şəxsiyyət pozğunuğu yaşayan xəstələrdə iki və ya daha çox şəxsiyyətin xüsusiyyətləri olur. Bu fərqli şəxsiyyətlərin  sayı 2 də ola bilər 100-dən çox da ola bilər. Adətən bu sayı 10-a qədərdir. Bu xarakterlərin ən azı ikisi, insanın davranış modellərini nəzarət altına alır. Hər xarakter öz hekayəsinə, fərdi görünüşünə, davranış modellərinə, fiziki xüsusiyyətlərinə və ada malikdir. Bəzi xarakterlər isə bəzi vəziyyətlərə xas olaraq ortaya çıxar. Alternativ şəxsiyyətlər çox qısa müddət ərzində dəyişə bilir, biri digərini basdıra bilir. Bir şəxsiyyətdən digərinə keçid psikososyal stresslə əlaqədardır.

 Bu xəstəliklə yaşayan insanların şəxsi keçmiş, insanlar, məkanlar, hadisələrə dair yaddaşlarında ciddi boşluqlar var. Fərqli şəxsiyyətlər müxtəlif hadisələri xatırlaya bilər. Ancaq adətən passiv xarakterlərin yaddaşları daha məhduddur. Dissosiyativ şəxsiyyət pozğunluğu yaşayan insanlarda depressiya, narahatlıq, passivlik, asılılıq və ya günah kimi simptomlar görülür. Bu insanların uşaqlıq çağlarında davranış problemi və ya məktəbdə diqqət yetirmə problemi tez-tez görülür. Özünə zərər vermə və ya aqressiv davranışlar nümayiş etdirmə bir başqa simptom ola bilər. Dissosiyativ şəxsiyyət pozğunluğu yaşayan insanlarda görmə və ya eşitmə hallüsinasiya ortaya çıxa bilər. İlk simptomların görülməsi xəstəliyin müəyyən edilməsi arasında keçən müddət adətən 6-7 il şəklindədir.

 Səbəblər:

 Bəzi insanlar dissosiyativ şəxsiyyət pozğunluğu yaşayarkən bəzilərinin bunu yaşamamasının səbəbi tam olaraq bilinmir. Ancaq mütəxəssislər,dissosiyativ şəxsiyyət pozğunluğu xəstələrinin çoxunun uşaqlıq çağlarında fiziki və ya cinsi istismara məruz qalmış insanlar olduqlarını deyir. Həmçinin dissosiyativ şəxsiyyət pozğunluğu olan insanlarda adətən travma sonrası stress pozğunluğu da görünə bilər. Mütəxəssislər xəstəliyin irsi xüsusiyyətlərinə də diqqət çəkir. Belə ki, aparılan bir çox iş dissosiyativ şəxsiyyət pozğunluğu xəstəsi olan insanların bioloji yaxınlarında eyni xəstəliyin görülme sıxlığının, digər insanlara görə daha yüksək olduğunu göstərir. Həmçinin xəstəlik nə qədər çox gördükcə, diaqnozu da o qədər çətinləşir.

 Müalicə:

 Dissosiyativ şəxsiyyət pozğunluğunun əsas müalicəsi uzun müddətli psixoterapiyadan keçir. Müalicənin hədəfində isə fərqli şəxsiyyətlərin parçalanıb, daha sonra tək bir xarakterdə birləşdirilməsi yer alır. Xəstəliyin müalicəsi üçün xüsusi bir dərman olmur ancaq mütəxəssislər antidepressant, qorxuyla mübarizə edən və ya sakitləşdirici xüsusiyyətinə malik dərmanları, xəstəliyə bağlı digər simptomların yüngülləşdirilməsi üçün təklif edə bilir.

 

 

Mustafayeva Sünbül

NUPM Könüllü Qrupunun üzvü

http://www.uplifers.com/tum-yonleriyle-coklu-kisilik-bozuklugu-tanimi-belirtileri-nedenleri-tedavisi/

 

 

 


 

 

 

 

Go Back

Prader Willi Sendromu

Prader Willi sendromu   (PWS)   başda   zəka  geriliyi,     duyğuların     pozulması   (duyqusal   balansızlıq ), əzələlərdə  güc    çatışmazlığı  (əzələ   zəifliyi),  qısa  boyla bərabər iştah pozuqluğuna bağlı morbid obezitenin gözləndiyi  nadir bir  genetik  xəstəlikdir.Xəstəlik adını ilk dəfə 1956-cı ildə təsvir edən üç həkimdən almaqdadır.(Prader  Labhart   və  Willi).

Xəstəliyin görülmə sıxlığı dəyişiklik göstərməklə bərabər ortalama hər 16000  canlı doğumda bir olaraq  qəbul  edilir.Bu vəziyyət oğlan və qız uşaqlarında bərabər nisbətdə görülməkdədir.Ümumiyyətlə genetik  və doğumla gələn bir sendrom olmasına rəğmən, doğumdan sonra hipotalamusa verilən bir zərər də bu sendromun yaranmasına səbəb ola bilməkdədir.Bu sendromun genetik    səbəbi atadan gələn 15.xromosomun qolunda 11 ilə 13 seqmentləri bölgəsində mövcud olması lazım olan genetik materialın yoxluğudur.Eyni xromosomun anadan gələn kopyasında Prader-Willi sendromuna yol açan genlər təzyiq altında olduğundan xəstəlik dominant keçiş göstərir.İtki bölgəsinin anadan gələn 15.xromosomda olması tamamiylə başqa bir xəstəliyə, Angelman sendromuna yol açar.Bu vəziyyətin səbəbi söz mövzusu xromosom bölgəsinin maternal və paternal genomunda fərqli şəkillərdə təzyiq altında olmasındadır.

Yeni doğulmuş PWS’li uşaqlar ümumiyyətlə hipotonik olur.Yeni doğulan dövrdə tənəffüs və bəslənmə problemləri tez-tez rast gəlinir.Bu dövrdə bir çox uşağın qidalanmasını borular vasitəsilə həyata keçirmək lazımdır.PWS’li insanlarda diqqətə çarpan bir özəllik, bir və dört yaş arası ortaya çıxan və həyatı boyu davam edən böyük bir iştah artımıdır.Sağlamlığına zərərli hədsiz köklük, aşağı kalorili diyet və fiziki fəaliyyətlər yoluyla qarşısı alınır.Hədsiz köklük fiziki fəaliyyəti əngəlləyə biləcəyi kimi sosial təcrit etməyə də yol aça bilir.Çoxlu yağ toplanması xüsusiylə sinə və sinə altında sıxlaşarkən, qollar və ayaqlar zəif qala bilər.Hədsiz köklük ürək-ağciyər xəstəlikləri, şəkər xəstəliyi və ən pisi ölümə səbəb ola bilər.Psixomotor inkişaf gecikir.Ümumiyyətlə uşaqlar iki yaşına gəldikdən sonra dəstək olmadan yeriyir, üş-dört yaşında və ya daha gec danışmağa başlayırlar.Sözləri qavrama qabiliyyəti ümumilikdə özlərini sözlü olaraq ifadə etmək qabiliyyətindən daha yaxşıdır.Bir çoxunda öyrənmə çətinliyi vardır.Bir çoxu oxumağı öyrənir,ancaq hesablama və mücərrəd düşünmə mövzularında problem yaşayırlar.PWS’li kiçik uşaqlar ümumi  olaraq şən və sakitdirlər.Zamanla bir çoxunda, başqalarına anlaşılmaz gələ biləcək, hirs partlaması və kədərə qapılma meyli ortaya çıxar.Bu vəziyyət xüsusiylə, təcrübənin yemək miqdarını azaltmağa istiqamətli cəhdlər kimi, ani təkrarlanan dəyişmələrində meydana gəlir.PWS’li şəxslərin bir çoxu xarici görünüşünə görə bir birinə oxşayır və nisbi olaraq dar, mimikasız bir sifətləri vardır, ağızları açıq durur və dodaq kənarları sallanır.Qardaş-bacılarına və ana-atalarına görə daha açıq rəngli saçları və bədənləri olur.Bir çoxunda çəplik və ya başqa görmə pozuntuları vardır.Gözləri badam formasındadır.bir çoxunun əlləri və ayaqları balacadır.Cinsi orqanları ümumilikdə az inkişaf etmiş olub, yeniyetməlik inkişafı əksik və ya gecikməkdədir.Boy uzanması zəifdir.

Prader-Willi sendomunda genetik analiz, xəstəliyin nadir görülməsindən və hələ xəstələrdə müalicəyə istiqamətli bir üsul olmadığına görə, xəstələrə ancaq diaqnoz üçün istifadə olunan testlər təklif edilməlidir.Xəstəliyin erkən diaqnozunda və ayrıca diaqnozda genetik analiz ən qəti nəticə verən üsuldur.

PWS üçün səbəbə söykənən bir müalicə yoxdur, ancaq şəxsin vəziyyətinə uyğun və yetərli fiziki məşq ilə birlikdə, erkən və davamlı bəslənmə təqibi önəmlidir.Xəstələrin bir çoxu, istənilən boy uzanması və əzələ kütləsinin təmin edilməsi məqsədiylə böyümə hormonu ilə müalicə edilir.Bu sendrom öyrənmə, ünsiyyət, motor və sosial funkiya ilə əlaqədər dəyişik problemlərə yol açır.Motor qabiliyyətlərini inkişaf etdirmək üçün vaxt itirmədən fiziki müalicə və danışma terapiyasına başlanılmalıdır.Ağrının yüksək olmasına görə, mikrobik vəziyyətləri təsbit etmək çətindir.Bu səbəblə də davamlı olaraq təqib altında olmaları lazımdır.Qarşıda  ortaya çıxa biləcək davranış problemləriylə bacara bilmək mövzusunda ailə təhsilm almalıdır.

 

 

St. Dr. Neslihan ARI

 

www.cocukgenetik.com/Prader-Willi-Sendromu

 

Go Back

Şizotipal Kişilik Bozukluğu

Şizotipal kişilik bozukluğu, olaylara tepki vermek yerine, tepkilerini kendi içlerinde yaşayan, kimseyle ilişkisi olmayan kişilerin yaşadığı bir kişilik bozukluğudur. Bu kişiler yaşadıkları sosyal aktivite olaylarında aşırı heyecan, kuşku, kaygı ve alınganlık yaşarlar. Toplumda garip davranışlar, ilginç düşünceler sergilerler. Toplumdan soyutlanmayı istemeseler de, insanlara karşı mesafeli davranırlar. Gerçeklere karşı yabancı gibi davranırlar. Batıl inanışları, garip düşünceleri, gerçek olmayan kişilerden mesaj aldığına dair düşünceleri olan kişilerdir. Davranışlarında, duygu ve düşüncelerinde dağınıklık vardır. Bu kişilerin davranışlarında gariplik olması, konuşmalarının net olmaması, insanlarla olan ilişkilerinin bozulmasına neden olur. Kendilerine az sayıda arkadaş edinebilirler. Yabancıların yanında gergin olur, tarikat gibi gruplara katılma eğilimi gösterirler. Bu kişilik bozukluğuna sahip olan kişiler, ciddi olarak problem yaşar ve şizofren hastalara benzetilirler. Fakat şizofrenlere göre daha az garip davranışları vardır.  

Şizotipal kişilik bozukluğu özellikleri nedir?

  • Referans düşünceleri bulunur: Konuşmaların kendi ile ilgili olduğunu düşünür. Her söyleneni, bakışı ve tutumu yanlış algılar, bunlara gerçek dışı anlamalar yükler.
  • Tuhaf inanış ve sihirsel düşünceleri bulunur: Kişiler başına gelenleri, olayların oluş şeklini tuhaf yorumlarlar. Kendi yorumlarına ise gerçekçi bakmadan inanırlar. 
  • Konuşmaları belirsiz, basmakalıp ve ayrıntılıdır: Kişiler konudan konuya atlayarak konuşma yaparlar. Sürekli olarak aynı konuları tekrar ederler.Karşılarındaki kişiler konuşmadan bir şey anlamazlar. Anlamadıklarını kişiye söyleseler bile, kişilik bozukluğu olan kişi, aynı konuşma şekline devam eder.
  • Bildikleri sosyal ortamlarda bile aşırı kaygı durumu yaşarlar: Karşılarındaki kişilerle ne kadar yakın olsalar da, sürekli olarak bir kaygı durumu yaşarlar. Bu yüzden bulundukları ortamı terk etmeyi düşünürler. 
  • Bedensel illüzyonlar hissederler: Kişilik bozukluğu olan kişiler bacaklarında, kollarında, yüzünde sanki böcek dolaşıyormuş gibi bir hisse kapılırlar. Vücutlarında bir yerin büyüdüğünü, şeklinin bozulduğunu düşünerek, buna inanırlar.

Şizotipal kişilik bozukluğu tedavisi nasıl yapılır?

Bu kişilik bozukluğu olan hastalar tedavi için psikoloğa gitmek istemezler. Ailelerinin zoruyla ya da başka sebeplerle terapi almaya razı olurlar. Terapiye gittiklerinde, olumlu olarak tepki verirler. Kendilerini izole etmeden, insanlarla iletişim kurmaktan dolayı keyif alırlar. Kişilik bozukluğu hastalığı bulunanlarda, ilaç tedavisi hastalığı tedavi etmek için değil, meydana gelen semptomları tedavi amacıyla kullanılmaktadır. Bu kişilik bozukluğunda da, ilaçlar kullanılsa da, terapi öncelikli olarak tercih edilmelidir. İlerlemiş rahatsızlığı bulunanlar hastanede yatarak tedavi edilebilir. Bu yöntem onların kişilerle iletişim kurmasına yardımcı olabilir. Terapistler bu kişilerin gerçek dışı davranışlarına ve inanışlarına karşı daha gerçekçi düşünceler geliştirmesine yardımcı olabilir. Konuşma bozukluğunu tedavi eden yöntemler, kişilerin iyileşmesinde oldukça etkilidir. 

Şizotipal Şəxsiyyət Pozuntusu

 

Şizotipal şəxsiyyət pozuntusu, hadisələrə reaksiya vermək yerinə, reaksiyalarını öz içlərində yaşayan, kimsəylə əlaqəsi olmayan şəxslərin yaşadığı bir şəxsiyyət pozuntusudur. Bu kəslər yaşadıqları ictimai fəaliyyət hadisələrində həddindən artıq həyəcan, şübhə, qayğı və küsəyənlik yaşayarlar. Cəmiyyətdə qəribə davranışlar, maraqlı düşüncələr sərgiləyərlər. Cəmiyyətdən kənar gəzməyi istəməsələr də, insanlara qarşı məsafəli davranırlar. Gerçəklərə qarşı xarici kimi davranırlar. Batil inancları, qəribə düşüncələri, gerçək olmayan kəslərdən mesaj aldığına dair düşüncələri olan kəslərdir. Davranışlarında, duyğu və düşüncələrində dağınıqlıq vardır. Bu kəslərin davranışlarında qəribəlik olması, danışmalarının dəqiq olmaması, insanlarla olan əlaqələrinin pozulmasına səbəb olur. Özlərinə az sayda yoldaş əldə edə bilərlər. Əcnəbilərin yanında gərgin olur, təriqət kimi qruplara qatılma meyli  göstərərlər. Bu şəxsiyyət pozuntusuna sahib olan kəslər, ciddi olaraq problem yaşayır və şizofreniyalı xəstələrə bənzədilir. Lakin şizofreniyaya  görə daha az qəribə davranışları vardır.

 

Şizotipal şəxsiyyət pozuntusunun xüsusiyyətləri nədir?

 

  1. Referans düşüncələri vardır: Hər  danışılanın özləri ilə əlaqədar olduğunu düşünərlər. Hər deyiləni, baxışı və tutumu səhv başa düşər, bunlara inanılmaz mənalar yükləyərlər.
  2. Qəribə inanc və sehirli düşüncələri vardır: Şizotipal insanlar başlarına gələnləri, hadisələrin meydana gəlmə  şəklini qəribə yozurlar. Öz şərhlərinə isə inandırıcı olub olmadığına baxmadan inanırlar.
  3. Danışmaları naməlum, şablon və ayrıntılıdır: Şizotipal insanlar mövzudan mövzuya atlayaraq danışarlar. Davamlı olaraq eyni mövzuları təkrar edərlər.

Qarşılarındakı insanlar onların danışmalarından bir şey anlamazlar. Anlamadıqlarını şizotipə söyləsələr belə, şəxsiyyət pozuntusu olan adam, eyni danışma şəklinə davam edər.

  1. Bildikləri ictimai mühitlərdə belə həddindən artıq gərgin vəziyyət yaşayarlar: Qarşılarındakı insanlarla nə qədər yaxın olsalar da, davamlı olaraq gərginlik vəziyyətində olarlar. Buna görə onlar olduqları mühiti tərk etməyi düşünürlər.
  2. Vücudlarında illuziyalar hiss edərlər: Şəxsiyyət pozuntusu olan kəslər qıçlarında, qollarında, üzündə sanki böcək dolaşırmış kimi bir hissə qapılırlar. Bədənlərində bir yerin böyüdüyünü, şəklinin pozulduğunu düşünərək, buna inanırlar.

Şizotipal şəxsiyyət pozuntusununun müalicəsi necə edilər?

Bu şəxsiyyət pozuntusu olan xəstələr müalicə üçün psixoloqa getmək istəməzlər. Ailələrinin gücü ilə ya da başqa səbəblərlə müalicə almağa razı olurlar. Müalicəyə getdiklərində, müsbət olaraq reaksiya verirlər. Özlərini təcrid etmədən, insanlarla ünsiyyət qurmaqdan ötəri kef alarlar. Şəxsiyyət pozuntusu xəstəliyi olanlarda, dərman müalicəsi, xəstəliyi müalicə etmək üçün deyil, meydana gələn simptomları müalicə məqsədiylə istifadə edilməkdədir. Bu şəxsiyyət pozuntusunda da, dərmanlar istifadə edilsə də, müalicə prioritetli olaraq seçilməlidir. İrəliləmiş narahatlığı olanlar xəstəxanada yataraq müalicə edilə bilər. Bu üsul onların insanlarla ünsiyyət qurmasına kömək ola bilər. Terapistlər bu insanların anormal davranışlarına və inanclarına qarşı daha həqiqi düşüncələr inkişaf etdirməsinə köməkçi ola bilər. Danışma pozuntusunu müalicə edən üsullar, şizotipal insanların yaxşılaşmasında olduqca təsirlidir.

 

Tərcümə etdi : Narınc Könüllü Qrupunun Üzvü BƏYİMXANIM OSMANLI.

Mənbə :  www.psikolojik.gen.tr

Go Back

Sensor afaziya

   

Sensor afaziya akustik – qnostik və akustik – mnestik afaziyaya ayrılır.

      Akustik – qnostik afaziya baş beyin qabığının sol yarımkürəsinin yuxarı gicgah payının arxa hissəsinin zədələnməsi nəticəsində yaranır ( vernike 22- ci sahə ). Afaziyanın bu forması zamanı mərkəzi mexanizm fonematik eşitmənin pozulması ilə nəticələnən akustik təhlilin və danışıq səslərinin sintezinin patologiyasıdır. Fonematik eşitmənin pozulması sensor afaziyanın mərkəzi qüsuru olub impressiv nitqin kobud pozulmaları ilə şərtlənir. Nitqin paradinamik sistemi artıq fonem səviyyəsində pozulmuş olur. Fonemləri cingiltili – kar, bərk – yumşaq, nazal – qeyri nazal xassələrinə görə ayıra bilmirlər. Akustik – qnostik afaziyalı xəstələr səsləri bu əlamətlərinə görə ayıra bilmədiklərinə görə bütün səsləri eyni cür tələfffüz edirlər. Və ya səsləri oxşar səslərlə əvəz edirlər. Nəticədə sözün mənası itmiş olur.  Akustik – qnostik afaziya zamanı:

  1. Oxu və yazı qüsurları müşahidə olunur.
  2. Eşitmə ilə şərtlənən hesab pozulmuş olur.
  3. Ritmin pozulması müşahidə olunur.
  4. Emosional iradi sferanın pozulması müşahidə olunur.

       Afaziyanın bu növündə hətta sadə təlimat anlaşılmaz olur. Lakin bəzən deyilənin ümumi mənası qavranılır. Nitqi anlamın 3 səviyyəsi qeyd olunur:

  1. Kobud – anlama çox məhduddur.
  2. Orta – stituativ nitq anlaşılır.
  3. Yüngül – məntiqi ardıcıllığa varmadan nitq nisbətən sərbəst anlaşılır.

Akustik – qnostik afaziya zamanı yaranan şifagi nitqin üç inkişaf səviyyəsi qeyd olunur:

  1. Ağır səviyyə - nitq müxtəlif səs, söz, ifadə yığımından ibarət olur. Nitqi ifadə etmək mümkün deyil. Bu cür nitq bir müddət sonra loqoreya ilə əvəz olunur. Loqoreya – lazımsız informasiya axınıdır.
  2. Orta səviyyə - loqoreya elementləri hərfi və verbal parafaziyalarla əvəz olunur. Parafaziya – nitqə yaxınlaşma sözlərin səslərin cümlələrin mənasız əvəzlənməsidir. Nitqin tempi sürətli olur. Lakin özünü idarə və özünü korreksiya cəhdləri olaraq sözün içərisində və ya sözlər arasında pauza verilir. Nitqdə cümlə üzvlərindən istifadə olunsada mübtəda və xəbər üstünlük təşkil edir.
  3. Yüngül səviyyə - nitqin bərpa olunmasının sonuncu mərhələsidir. Insanın şifahi nitqi leksik tərkibinə və sintaktik strukturuna görə müxtəlif və açıqdır. Tələffüz çətinlikləri hiss olunur.

         Akustik – mnestik afaziya gicgah sahənin orta və arxa payının zədələnməsindən yaranır. Bu qüsurun əsasını eşitmə yolunun artan tormozlanmasından yaranan nitqi eşitmə yaddaşının azalması təşkil edir. Afaziyanın bu növü zamanı bir neçə mərkəzin pozulması baş verir:

  1. Nitqi eşitmə mərkəzi pozulur.
  2. Akustik qavramanın həcmi azalır.
  3. Əşyavi obrazlı təfəkkür pozulur.

      Əsas mərkəzi qüsur isə nitqi anlamanın pozulmasıdır. Akustik – qnostik afaziyadan fərqli olaraq loqoreya müşahidə olunmur. Bəzi hallarda sözün düzgün tələffüzünə baxmayaraq mənanın fərqli qavranılması ola bilər. Bu qüsur zamanı ötürücü yolların tormozlanması baş verir. Tormozlanma nəticəsində öncə gələn informasiya yaddan çıxır, yeni informasiyaya yer verilir. Informasiyanın çoxluğu qüsuru ağırlaşdırır. Ağır yazı qüsurları müşahidə olunmur. Afaziyanın bu tipində qısa cümlələrdən istifadə olunur. Lazımı sözün axtarışına müəyyən vaxt sərf olunur.

Go Back

AQORAFOBİYALI PANİK POZUNTU

Aqorafobiyalı panik pozuntu nədir?

Hər insanın qorxuları var. Qorxu bizi təhlükəli situasiyalara qarşı xəbərdar edən vacib və əhəmiyyətli reaksiyadır. Panik pozuntu isə, insanın şəxsi və iş həyatına mənfi təsir göstərən ciddi xəstəlikdir.

Məsələn, panik pozuntusu olan insanlarda ataklar zamanı sinə ağrıları, titrəmə, nəfəs ala bilməmək, baş gicəllənməsi ürək bulantısı, tərləmə və ya istilənmə müşahidə edilir. Onlarda özünənəzarəti itirmək, dəli olmaq, ölüm qorxuları yaranır. Fiziki narahatçılıqlara görə bir çoxu həkimə və ya təcili yardıma müraciət edirlər. Lakin, ataklara səbəb olan fiziki səbəb aşkarlanmır.

Bir ay müddətində birdən çox panik atak müşahidə olunarsa, panik pozuntudan danışmaq olar.

“Aqorafobiya” (yunanca) termini “məkan qorxusu” kimi tərcümə olunur. Xəstə evdən çıxmaq, ictimai yerlərdə olmaqdan, alışveriş mərkəzlərinə, mağazalara getməkdən, cəmiyyət içərisində, kinoda və ya dar və qapalı otaqlarda olmaqdan, qatarla, avtobusla, təyyarə ilə səyahət etməkdən qorxur. Buna görə də, belə yerlərə getməkdən qaçır ya da belə yerlərdə olarkən böyük qorxular keçirir. Panik atak və aqorafobiya çox vaxt eyni anda baş verir. Bunun diaqnozu “Aqorafobiyalı panik pozuntu”dur.

Panik pozuntu və aqorafobiya hansı tezlikdə müşahidə olunur?

Panik pozuntu və aqorafobiya ən çox rastlanılan psixi xəstəliklərdəndir. Hər 100 nəfərdən beşi bu pozuntulardan birini həyatında ən az bir dəfə yaşayır.

Almaniyada təxminən 1,5 milyon nəfərdə aqorafobiya və panik pozuntu var ki, bu, kişilərə nisbətən qadınlarda iki qat daha çox müşahidə olunur. Bu xəstəliklər, əsasən, yetkinlik dövrünün ilk illərində meydana çıxır.

Fərqli formaları və irəliləyişləri varmı?

Çox vaxt ilk olaraq panik pozuntu baş verir. İnsanlar panik atak zamanı avtobus, dolu ticarət mərkəzi, hərəkətdə olan maşın kimi yerləri tərk edə bilməyəcəklərini düşünərək qorxurlar. Bu “qorxmaqdan qorxmaq” halı sonradan aqorafobiyaya çevrilir.

Aqorafobiyalı panik pozuntuları terapiya yardımı almadan çətinliklə aradan qaldırmaq olar. Lakin, xəstələr professional yardım alarsa, müvəffəqiyyət əldə etmək ehtimalı daha çox olur. Çox vaxt xəstələrin başqa problemləri də vardır. Bu xəstəliklə birlikdə ən çox depressiya ilə spirtli içki və narkotik maddə istifadəsi müşahidə edilir.

Tərcümə etdi: Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)

 

 

Go Back

Niyə hamı varlı ola bilmir?



 

Nəyə görə mənim, sizin, onun hələ də $1.000.000 pulu yoxdur? Bunun səbəblərini aydınlaşdırmağa və arzularımızı həyata keçirməkdə bizə mane olan maneələri aradan qaldırmağa çalışaq. 

Birinci səbəb: Mən heç vaxt varlı olmaq haqqında düşünməmişəm
Əksər hallarda insanlar ümumiyyətlə nə vaxtsa varlı olacaqları haqqında heç düşünmürlər də. Əgər onlar bu barədə düşünsəydilər, müəyyən tədbirlər görəcək, cəhdlər edəcək və zənginliyə bir addım daha yaxınlaşacaqdırlar.
Heç kəs sizə nəyə nail ola, nəyəsə nail ola bilməyəciyiniz haqqında heç nə deyə bilməz. Bizim hər birimiz istədiyinə nail ola bilər. 
İkinci səbəb: İmkanlarla istəklər üst-üstə düşmür
Yəqin ki, bir çoxumuz nə vaxtsa varlı olacağımız haqqında planlar qurur, bu planları ətrafımızdakılarla bölüşürük. Lakin planlarımızın həyata keçməsi üçün heç nə etmirik. Arzularınızın arxasıyca gedin. 
Üçüncü səbəb: Təxirə salmaq
“Yeni ildən mən yeni həyata başlayacağam!”, “Sabah mən mütləq idmanla məşğul olacağam!”, “Bazar ertəsindən etibarən yeni iş axtarmağa başlayacağam!”. Unudun. Sabahlar günlərlə, həftələrlə, aylarla davam edə bilər. Bu gün, elə bu anda öz istəklərinizi həyata keçirməyə başlayın. 
Dördüncü səbəb: Başlayıb sona çatdırmamaq
Bəzən seçdiyimiz yolda sonuna qədər irəliləmək üçün bizim səbrimiz çatmaya bilər, vaxtından tez təslim ola bilərik. Halbuki bir az da yol qət etsək, hər şeyə nail olacayıq.
Başladığınız istənilən işi sonuna qədər yerinə yetirin.

kayzen.az

Go Back

Həbsxanada yazılan əsərlər


 

Migel de Servantes – “Don Kixot” Dövlət xəzinəsinin yeyilməsi səbəbi ilə həbsə atılan Servantes dörd divar arasında bəşəriyyətin ən möhtəşəm romanlarından olan “Don Kixot”u yazmağa başlayır. Həbsxana həyatı da elə uzun deyildi. Və yazıçı burda “Don Kixot” kimi əfsanə romanı bitirməyə müvəffəq oldu. 
Adolf Hitler – “Mənim mübarizəm” 
Hitlerin Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınıb. Kitab iki cilddədir. Həyatını, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlər, yəhudilər haqqındakı ilk fikirləri, müharibə xatirələri bu kitabın əsas mövzusudur. 
Markiz de Sad – “Sadomun 120 günü” 
1785-ci ildə Bastiliyada həbsdə olarkən Markiz de Sad bu romanı yazmağa başlayıb. Nə az, nə çox, düz 37 günə romanı tamamlayıb. Roman 12 metrlik tualet kağızına yazılmışdı. 
O Henri – “Hekayələr” 
Əsl adı Uilyam Sidney Porter olan O Henri Texas banklarının birində kassir işləyirdi. Fırıldaqçılığa görə polislərdən gizlənsə də, günlərin birində onu tuturlar və üç il həbs cəzası verirlər. Məhz həbsxanada dünya ədəbiyyatının usta hekayəçisi doğulur: Uilyam Sidney Porter dönüb olur O Henri. İlk hekayəsini də burda yazır: “Dika Svistunun doğum günü hədiyyəsi”. 
Vladimir Lenin — “Rusiyada kapitalizmin inkişafı” 
Lenin bu monoqrafiyaya həbsə düşdüyü vaxt, yəni 1896-cı ildə başlayıb. Böyük lider kitabı 3 ilə tamamlayıb. 
Harri Qrey – “Quldurlar”
Amerika yazıçısı Harri Qreyin bu əsəri əsasında məşhur “Bir zamanlar Amerikada” filmi çəkilmişdi. Bu avtobioqrafik romanı tək kameralı həbsxanada yazan Harri Qrey real quldurları qələmə aldığını etiraf edib. 
Georgi Devid Roberts – “Şantaram” 
Avstraliya yazıçısının bu avtobioqrafik romanı özünün Hindistandakı həyatından bəhs edir. Kitabın bir hissəsi müəllifin olduğu hind həbsxanasının geniş təsviridir. Məhz o həbsxanada Roberts bu əsəri yazmağa başlayıb. Bu kitab çap olunandan sonra milyon tirajla satılıb. 
Jan Qenet – “Çiçəklərin Məryəm anası” 
1910-cu ildə uşaqlar evinə qoyulan körpə Jan yeddi yaşında zərgər ailəsi tərəfindən övladlığa götürülür. 10 yaşından oğurluğa başlayan Jan 1926-cı ildə həbs olundu. 3 ay davam edən ilk məhbusluğunu yaşayanda 15 yaşında idi. Bu məşhur romanını da məhz həbsxanada olanda yazdı. Və bu romanla ədəbiyyat evinin qapısından içəri girdi.

 

kulis.az 

Go Back

AMNEZIYA NƏDİR?

     

Amneziya yaddaş və xatirələrin itirilməsi halıdır, tam və ya hissəvi olmaqla amneziya iki formada müşahidə edilir.Hissəvi anmeziyada yaddaş tam itirilmir və bulanıq obrazlar, hadisələrin kiçik hissələri saxlanır, lakin baş verənlərin fəza-zaman ölçüsü unudulur. Amneziyanın ehtimal olunan səbəbləri:

     Dissosiativ amneziya - yaxın zamanlarda baş vermiş vacib hadisələrin, şəxsi həyata aid faktların itirilməsidir ki, bu zaman bütün digər xatirə və bacarıqlar saxlanır. Əksər hallarda psixi travmalar, tragik hadisələr, yaxınlardan birinin itkisindən sonra yaranır. Vacib məqamlardan biri budur ki, amneziyanın bu formasında beyində heç bir üzvi dəyişiklik, intoksikasiya əlamətləri və ya hədsiz yüklənmə olmur. Yaddaşın belə itirilməsi  xəstə ayıq olduğu zaman özünü göstərsə də, hipnoz altında hadisələrin gedişi bərpa olunur.Posthipnotik amneziya - hipnoz seansı zamanı baş verənlərin xatırlanmaması halıdır.Dissosiativ fuqa - psixogen amneziyadır, xəstənin psixi travma və ya ekstremal situasiyadan qaçma istəyi ilə izah olunur. Xəstə doğrudan da yaşadığı və işlədiyi yerdən uzaqlaşaraq bir neçə saat, bir neçə gün, bəzən isə daha uzun müddət bütün tərcümeyi-halını unudur. Sonra birdən-birə hər şeyi xatırlayıb fuqa müddətində baş verənləri unuda bilir.

     Amneziya bəzən baş beyin xəstəliyinin tək əlaməti ola bilər. Xəstə itirilmiş xatirələrin yerini yalançı xatirələrlə - konfabulyasiyalarla doldura bilir və ya onları təhrif edir - bu, hal paramneziya adlanır.

    Diaqnoz

    Amneziyadan şikayət edən bütün xəstələr elekrtoensefaloqrafiya, maqnit-rezonans tomoqrafiya, kompüter tomoqrafiyası, qanın müayinəsi, biokimyəvi və toksikoloji müayinələrdən keçməli, nevroloqun, psixiatrın və narkoloqun baxışı aparılmalı, testlər vasitəsilə yaddaş funksiyaları qiymətləndirilməlidir. Xəstə yaddaşının nə dərəcədə itirməsini obyektiv dəyərləndirə bilmədiyi üçün ətrafında olan yaxınlarının, iş yoldaşlarının və qohunlarının diaqnozun qoyulmasında böyük yardımı olur.

    Yaddaş pozulmasının profilaktikası

    Yaddaş pozulmasının qarşısını almaq üçün sağlam həyat tərzi ən vacib şərtdir. Alkoqollu içkilər, dərman preparatları və narkotik maddələrdən uzaq durmaq, yuxu rejimini gözləmək, fiziki cəhətdən aktiv olmaq, piyada gəzmək, tam rasional qidalanmaq və ən əsası isə yaddaşı daim məşq etdirməklə buna nail olmaq mümkündür.Beynin normal fəaliyyətini təmin etmək üçün müxtəlif növ qidalar vacibdir - mal əti, yağlı balıq sortları, yağsız süd və süd məhsulları, yumurta, qarabaşaq və yulaf sıyıqları, sərt buğda unundan hazırlanmış makaron məmulatları, təbii bal, meyvə və tərəvəzlərdən kartof, pomidor, brokkoli kələmi, ispanaq, banan, şaftalı, armud, alma, qaragilə, həmçinin sarıkök, darçın, cirə, tünd şokolad və qoz sinir sistemi üçün faydalıdır.

      Məqaləni yazdı  :   

                                        Salamzadə Afaq

Go Back

Mən kiməm?

Bəziləri bu sualı özlərinə heç vaxt verməz, bəziləri hər gün verər bəziləri isə boş vaxtlarında oturub fikirləşəndə. Mən kiməm? Bu  dünyaya niyə gəlmişəm, niyə yaşayıram, kimə görə və nəyə görə mübarizə aparıram, hansı yoldayam, məqsədlərim nədir,nə istəyirəm?

Mən həftənin 5 günü eyni avtobusla, eyni metroyla üniversitetə gedib gələn, hər gün eyni ortamda və eyni insanların əhatəsində olan, demək olarki hər gün eyni şeylər edən bir insanam. Avtomatlaşdırılmış kimi. Amma eyni zamanda mən öz məqsədləri, arzuları, xəyalları olan,bütün səhvlərim və düzlərimlə özümü qəbul edən, özümü sevən, hər yeni günümdə bir sevinc axtaran, bəziləri üçün pis bəziləri üçün yaxşı olan biriyəm. Əgər bizim arzularımız, xəyal qurmaq bacarığımız, məqsədlərimiz və həyatdan gözləntilərimiz varsa, nə qədər hər gün eyni şeyləri təkrar etsək də demək biz avtomatlaşdırılmamışıq, demək o hər eyni keçən günün içində fərqli bir şey vardır.

Mən kiməm? Bu sualın cavabı insanın dünyagörüşündən, yetkinliyindən, həyata baxış prizmasından asılıdır. Bizim dünyagörüşümüz, yaşımız artdıqca həyata baxışımız da dəyişir və buna görə də sualın cavabı da dəyişir. Sual eyni qalır cavablar isə dəyişir.

            Bəziləri bu həyatı yaşadığı yerlə, gördüyü işlə məhdudlaşdırıb çərçivəyə alar bəziləri isə həyatı dolu-dolu yaşamağı bacarar, çərçivə tanımaz. Və sən nə qədərki “Mən kiməm?” sualına qısa cavablar verəcəksən, nə qədərki bu suala dar mənada yanaşacaqsan bir o qədər də həyat çərçivən dar və mənasız olacaq. Sən öz həyatının mərkəzindəsən, sən öz həyatını yaşayırsan başqasınınkını yox. Demək elə həyat sən özünsən və sən bu suala cavab verməklə bütün həyatının suallarını cavablandırmş olursan. Hər şey sənin özündən asılıdır elə bu sualın cavabı da.

 

 

 Narınc Uşaq Psixologiya Mərkəzinin könüllü qrupunun üzvi Gərayzadə Elmira

Go Back

Eqoizm

Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir… 
 Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət еnеrji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür. 
 Aldığımız еnеrji işdə, ailədə, qarşılaşdığımız insanlarla münasibətdə özünü büruzə vеrir. Fiziklərə inansaq, еnеrji yox olmur, bir şəkildən başqa şəklə düşür. Dеməli, biz qəbul еtdiyimiz impulsu mütləq ya ətrafımıza ötürürük, ya da iş əmsalına çеviririk. Nəticə еtibarilə bizdəki mənfi еnеrjinin dağıdıcı xüsusiyyəti işimizə, ətrafımıza hakim kəsilir. Nеqativ yük daşıyıcısı olmağımızın bir səbəbi milli komplеksimizdir. Birinin küçədə qarşılaşdığı şəxsin üzünə gülümsəməsini dəlilik əlaməti hesab edirlər. Nə qədər qaşqabaqlı olsaq, bir o qədər tənədən uzaq olacağımızı düşünürük və əslində olmadığımız şəkildə görünürük, özümüzü təcrid еdirik.
 Özünü qılaflamaq, təcrid еtmək yalnız özünəinamsızlığın nəticəsidir. Özünə inanan şəxs kimsədən çəkinmir, özünü rahat ifadə еdir, daha səmimi olur. Ətrafdan özünü qoruma instikti isə nəticədə özünəvurğunluq xaraktеrini gücləndirir ki, bu da sözün tam mənasında xəstəlikdir.
 Özünə vurğunluq, özünü ətrafından bir baş üstün tutmaq cəhdi, еqoizm insanı içindən yеyir. Allah kimsəni kimsədən üstün və ya əskik yaratmayıb, hamının yеri, məqamı Haqq tərəzisində еynidir — yəqin bu tərəzinin çəki еtalonuna şübhəniz olmaz. 
 Özündənrazılığın Tanrı dərgahındakı əcrini mömünlər daha yaxşı bilər, amma maddi aləmdəki əvəzi də var.
Еqoistlər – hеç vaxt öz istеdadını, qabiliyyətini qorumaq imkanında dеyillər, heç vaxt sona qədər xeyirxah da ola bilmirlər: onları ya imkanlarından üstün iddiaları, ya da qеyri-səmimilikləri gеc-tеz məhv еtməlidir. Еqoizm daxilə düşən qurddur – xərçəng kimi nə vaxtsa sənin axırına çıxacaq!
 Bunlar görünən komplеkslərimizdir. Qəribəlik bilirsiz nədədir? Biz özünəvurğunları, еqoistləri daha çox diqqətdə saxlayırıq. Çünki еqoizm maddiyyatın, özünəinam mənəviyyatın təzahürüdür. Biz madiyyatı və еqoizmi daha yüksəkdə tuturuq. «Dəryaca ağlı olub, yoxsul olana gülürük», imkanlının ağzından çıxan sözlərin dürr, inci olacağını düşünürük və еlə hеsab еdirik ki, yеrə tökülən bu «dürr» və «inci»ni ona daha yaxın olmaqla dənləyə, ciblərimizə doldura bilirik. Həzrəti Əli(ə)  dеyirdi ki, «baxma kim danışır, bax, gör, nə danışır»!  Bizsə baxırıq kim danışır, onun nə danışdığını bizim üçün еlə də əhəmiyyəti yoxdur…
 Əslində, bu komplеksin arxasında böyük bir faciə dayanır. Biz еqoistə diqqətimiz, marağımızla onu daha çox еqoistləşdiririk, onun «mənəmlik» xəstəliyinin dərinləşməsinə səbəb oluruq. Nəticədə həmin insanın məhvini sürətləndiririk! 
 Yaxşı hal dеyil – bir insanın tədricən ölməsini bu qədər diqqətlə, bu qədər yaxından sеyr еtməzlər!
 Bir insanın özünəvurğunluqla özünəqəsdinə bu qədər şərait yaratmazlar.
Bəlkə, özümüzü özümüzdən qorumağımız yеtər, bir az da özümüz özümüzü qoruyaq, hə?

kayzen.az  

Go Back

Düzgün ünsiyyətin sirrləri

Psixologiya elmi mütləq çoxluğun həqiqəti müsbət bir məfhum kimi gördüyünü söyləyir. Kimə soruşsan, dürüstlük, düzgün davranış və həqiqətin yanında olduğunu bildirəcək. Bəlkə siz, həyatınızda həqiqətdən açıq-aşkar imtina edən birini tanıyırsınız, amma 40 illik həyatımda beləsi ilə şəxsən rastlaşmamışam.
Əvvəllər çox şey fərqli idi. Bir insan bir gün və ya ay ərzində ən çox 10–15 insan ilə ünsiyyətdə olurdu. Sadə söhbət deyil əlbəttə, kiminsə nitqinə şahid olmaq və susmaq da bir ünsiyyət formasıdır. Sosial şəbəkələrin meydana çıxması ilə artıq gün ərzində onlarla insanın yazdığını oxuyur, müəyyən fikir formalaşdırırıq.
Çoxumuzun diqqət etdiyi bir fakt vardır: bəziləri aşkar şeyləri anlamaqda çətinlik çəkir, bəzən isə faktları inkar edir, ağ yalana üz tutur. Bir qisim insan hiddətlənir, digərləri tərəf müqabilini başa salmağa çalışır, müdrikləşmiş və hisslərini nəzarətdə saxlamağı bacaranlar isə əlini yelləyərək “boş verir”lər. 
Görəsən insanlar niyə yanılırlar?
Danışmaq haqqında bütöv bir elmi disiplin vardır. Psixologiyanın bir parçası olan bu cərəyana sosiolinqvistika deyirlər. Bu kiçik yazımızda sizə bu elmin incəliklərini aça bilməyəcəyəm əlbəttə — hələ bu işin ustası da deyiləm axı. Amma özümə verdiyim bəzi suallara tapdığım cavabları sizinlə paylaşmaq istəyirəm. 
Ünsiyyət formaları.
Gündəlik həyatınızda qarşılaşdığınız ünsiyyət formalarını belə sinifləndirmək olar:
-Rəsmi-işgüzar ünsiyyət tərzi
-Elmi ünsiyyət tərzi
-Publisistik ünsiyyət tərzi
-Məişət ünsiyyəti 
Dostunuzla kafedə, tədris ocağında apardığınız söhbət məişət ünsiyyəti sayılır. Məktəbdə lövhəyə çıxaraq dərs danışarkən bir az əvvəl tənəffüsdə dostunuzla etdiyiniz söhbət tərzi əlbəttə uyğun deyildir. Hər vəziyyətin öz ünsiyyət forması vardır. Əgər siz sosial şəbəkədə, digər insanların içərisində müəyyən bir fikir bildirirsinizsə, sizin ünsiyyət formanız artıq publisistikdir. İkisinin arasında fərq isə böyükdür. 
Məişət ünsiyyəti:
Qeyri-formal şəraitdə özünü ifadə etmək, şəxsiyyəti nümayiş etdirmək üçün istifadə edilir. Emosionaldır və ünsiyyətin bir qismi tamamilə bədən dilinə əsaslanır. Məsələn, əllərinizi həyəcanla başınızın üstünə qaldıraraq hündürlüyü təsvir etməyə çalışırsınız. Bir də “o boydaaaaaaa” deyə hərfləri uzadırsınız.
Bidirilən fikirlər subyektivdir. Hiss etdiyiniz şeyləri danışırsınız, yanıla bilərsiniz, göstərdiyiniz faktları çox vaxt heç yoxlamamısınız da. Dili daha sərbəstdir. Tez-tez qısaltmalardan, “əəəə, sən mənim canım” şəklində yenə də hissiyat yüklü sözlərdən və frazalardan istifadə edilir.
Publisistik ünsiyyət:
Publikaya istiqamətlənmiş bir çox hal bu qrupa girir. Məruzə etmək, nitq, mühazirə söyləmək, iclasda, televiziya və radioda, nümayişlərdə edilən çıxışlar, sosial şəbəkədə müəyyən qrupa və-ya ayrı-ayrı insanlara edilən müraciətlər, şərhlər, rəy bildirilməsi — hamısı tipik publisistik ünsiyyət formalarıdır.
Bildirilən fikir məlumatlandırıcı olmalıdır. Sənədli və ya faktoloji, araşdırma nəticəsində aşkar edilən hallar, rəsmi mənbələr istifadə edilməlidir. Gündəlik həyatda qarşılaşdığınız və ya şahidi olduğunu hadisələrin izahı. Sizi oxuyanlar söhbətin nədən getdiyini, hadisənin harada və nə zaman baş verdiyini, hansı nəticəyə gəldiyinizi və ən əsası nə üçün belə nəticə çıxardığınızı anlamalıdırlar.
Ünvanlı çağırışlar etmək. Müraciət və ya bildirdiyiniz fikrin kimə ünvanlandığı anlaşılmalıdır, ya da özünüz bunu açıq şəkil “ay həkimlər…” kimi göstərməlisiniz. Əsaslandırma üçün iqtibaslardan istifadə. Bildirdiyinizi fikri əsaslandırmaq üçün kitaba, məqaləyə, şahidi olduğunu hadisələrə, şəkil və fiqurlara müraciət etmək olar. Burada əsas şərt göstərdiyiniz qaynağın hamı tərəfindən əlçatan olmasıdır. Sizin gətirdiyiniz iqtibasları sizdən başqa heç kəs görə bilməyəcəksə, o fikri heç bildirməsəniz yaxşıdır.
Yumor hissi, lətifələr danışmaq alqışlansa da, açıq-aşkar sarkazm, lağ etmək pis qarşılanır. Sarkazm yerində çox gözəl fənddir, amma bunu bacarırsınızsa, tərəf müqabilinizi təhqir etməyəcək və alçaltmayacaqsınız bir formul tapmaq lazımdır.
Publikaya çatdırılan məlumatdan çox ehtiyatla istifadə etmək lazımdır. Diffamasiya qaydalarını pozaraq şər, böhtan xarakterli, ləyaqəti alçaldıcı gedişlərdən istifadə etmək sizi çox vaxt məişət ünsiyyəti formasına, yəni küçəyə “razborka”ya çatdıracaq. Publisistik ünsiyyət hər şeydən öncə Obyektivdir. 
İnsanlar niyə yanılırlar?
Çoxunuz leyləklə qurbağanın dostluğu haqqında təmsili bilirsiniz. Leylək qurbağanı qonaq çağırır, amma təkcə özünün dimdiyi girəcək hündür və dar boğazlı sürahidə dovğa ilə qonaq edir. Qurbağa da eyni yanlqıya düşərək leyləyi öz evində sinidə təqdim edilən düyüyə qonaq edir. Hər ikisi qonaqlıq sırasında ac qalır. Nəticədə bu dostluq alınmır.
Sosial şəbəkələrdə onillərlə yaşadığım təcrübə əsasında insanların bir-birini başa düşməkdə çətinliklərinin səbəbiolaraq məhz bir-birini anlamadıqlarını, başqa-başqa tərzlərdə ünsiyyət qurmalarında görürəm. Doğrudur, savadlı aparılan publisistik ünsiyyət sırasında tərəflərdən birinin “cığallıq” edərək faktları çarpıtdığı, aldatdığı halları da geniş yayılmışdır. Amma ən azından bir şeydə anlaşa bilərik: elə belə söhbətmi edirik, yoxsa fikir bildiririk?!
Əgər digər insanları da maraqlandıran məsələ haqqında publik, yəni o insanların hüzurunda yazırıqsa, artıq publisistik ünsiyyətin qaydalarına əməl etmək, rəylərdə və şərhlərdə obyektiv olmaq, fikrini əsaslandırmaq şərtdir. Həkim məsləhətidir. 

 

Dr. Vasif İsmayıl

P.S. Yazı sırasında Psyera humanitar-hüquqi portalının materiallarından istifadə edilmişdir.

Go Back

BEYNİMİZİ NECƏ ÇALIŞDIRMALI

Beyin də əzələlərimiz kimi çalışdıqca inkişaf edər, çalışmazsa zəifləyər. Əgər fiziki idman kimi rejimli olaraq çalışılarsa, beyniniz daha çox güclü və hazırlıqlı olacaqdır. Bunun bir çox metodları mövcuddur. Gəlin bir neçə isə sizi tanış edək.

1. İntensiv olaraq tapmaca tapın. – Krassvord həll edin. Məsələn, sudoku və ya digər zəka tapmacaları.

2. Bir musiqi alətində ifa edin. – Pis ifa etsəniz belə fərq etməz. Bilmirsinizsə, öyrənməyə başlamaq üçün gec deyil.  Sizə uyğun musiqi aləti mütləq vardır.

3. Rəsm çəkin. – Sizdən rəssam olmağınızı istəmirik. Ancaq ürəyinizdən gələni çəkməyə çalışın. Ya da bir kağız qələmi götürün nəsə qaralamağa çalışın. Özünüz üçün bir şey çəkməyə çalışın.

4. Yeni bir dil öyrənin. – Hər dil yeni bir insandır. Hər dil ilə beyninizi yeni bir şəkildə işlətməyi öyrənərsiniz. Fərqli bir düşünmə və söyləmə tərzi qazanarsınız.

5. Jonqlorluq öyrənin. (Jonqlor sirklərdə əlində topları və başqa cisimləri fırladan canbaz). Bu məşq ilə konsantrasiya və əl-göz əlaqəsini mükəmməl hala gətirə bilərsiniz. Eyni zamanda stress atmağınıza və beyninizi dinləndirməyə çox yarayacaqdır.

6. Yazın. – Şeir yazın, hekayə yazın, xatirələrinizi yazın. Yazı yazmaq yaradıcı güclərinizi hərəkətə gətirməkdə çox önəmli funksiyaya sahibdir.

9. Rol edin. – Hər hansı bir ruh vəziyyətinizi xəyal edib onun rolunu etməyə çalışın. Bu beyninizin iş xaricində yəni məntiqi tarazlığı qurmayan tərəfini hərəkətə keçirməyə yardım edəcəkdir. Tək başınıza yaxud bir yaxınınızla səssiz sinema oyununu bir cümlə ilə ifadə edərək də bunu gerçəkləşdirə bilərsiniz.

10. Səyahət edin. – Fərqli mədəniyyət və yerləri görmək beyninizi çalışdırar. Hər kəsin sizin kimi yaşamadığını, düşünmədiyini və davranmadığını görmək beyniniz üçün olduqca yaxşı bir məşqdir.

Səbinə Ələkbərova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

OBSESSIV KOMPULSIV POZUNTU(SARIŞAN HALLAR NEVROZU)

           

Gündəlik həyatında batil inancı olan,ən kiçik şeylərdən qayğı hiss edən və ya şübhələnən insanlar çoxdur.Bu kimi əlamətləri olan hər kəsə  xəstədemək olmaz,ancaq bu düşüncə və davranışlar həddindən artıq olduğunda obsessiv kompulsif pozuntudan söz gedə bilər.Bəzi şəxslər ağlına pis bir şeylər gəldiyində bir taxtaya vuraraq ‘Allah eləməsin’ deyir və ya evdən çıxarkən qapının bağlı olub-olmadığını bir neçə dəfə yoxlayırlar,bu cür davranışları obsessiv kompulsif pozuntu adlandırmaq olmaz.Bu xəstəliyin ən önəmli xüsusiyyətləri şəxslərin öz davranışlarının fərqində olmasıdır.Bu şəxslərdə ağla batan düşüncələr istiyərəkdən uzaqlaşdırılmaz və ya düzgün olmadığını bilə-bilə eyni davranış hər dəfə təkrar edilər(uzun müddət əl yuma və ya qapının bağlı olduğunu bilə-bilə dəfələrlə yoxlamaq).Bu xəstəliyə tutulmuş şəxslərin gündəlikfunksiyalarını yerinə yetirməsi ağırlaşır,iş həyatı və ictimai əlaqələri ümumiyyətlə pozulur.

Obsessiv kompulsif pozulmanın əlamətləri hansılardır:

Çirklilik:ətrafın qanla,tüpürcəklə,mikrobla bulanması və ya bir şəxsin ətrafı kirlətməsi.

 Edilən fəaliyyətin əsl məqsədini unudduracaq dərəcədə detallar,qanunlar,siyahılar,təşkil edir ya da proqram hazırlayır.

          Xüsusi bir deyeri olmasa belə köhnəlmiş ya da dəyərsiz şeyləri evdən çıxartmaz.

          Başqaları tam olaraq özünün istədiyi kimin etmədikdə vəzifə bölgüsü etmək ya da onlarla birlikdə çalışmaq istəməz.

Pul xərcləmə mövzusunda da həm özünə,həm də başqalarına qarşı xəsis davranır.

Öz başına və ya yaxınlarının başına bir pislik gələcəyini düşünür.

Saatlarla əl yuma,vanna qəbul elemə və ya təkrar-təkrar ev təmizləmə,əl yuyaraq gündə bir sabun işlədən və ya paltar suyu ilə əlini yuyan xəstələr çoxdur.

 Məsələn iş otağında hər şeyin simmetrik dayanması və ya stolun üstündəki hərşeyin müəyyənn sıra ilə düzülməsi şərtdir.Yuxarıda sadaladığımızdan elavə həddindən artıq siyahı tutma və ya çoxlu dua etmə kimi başqa kompulsiyonlarda ola bilər.

           Sonda isə bunu deye bilərəm:düşünmək pis bir şey deyil.İnsanın ağlına hər cür şey gəlir.Düşünmənin cəzası da yoxdur,mükafatıda da.Məncə insan düşüncələrinə görə məsuliyyət daşımır.Ona görədə obsesyon pozulma mənim üçün hər zaman ‘’xəstəliyin düşüncələri’’dir,əsla mənim düşüncələrim deyil.

 Tərcümə etdi:Mənbə:

Salamzadə Afaq                                        Internet

Go Back

STRESS

Stress çox eşitdiyimiz , hər kəsin həyatı boyunca qarşılaşdığı bir vəziyyətdir.Stress insanın ətrafıyla olan münasibətini pozur və çətinləşdirir.Hərkəs stresdə olub-olmadığını anlaya bilir.Stress ,belə demək olar ki, insanın özünü narahat hiss etdiyi bir vəziyyətdə orqanizmanın verdiyi cavab reaksiyasıdır.Vücud stresli halda hər vəziyyətə eyni reaksianı verməz.Yəni ,pis hadisə ilə də qarşılaşsa, yaxşı hadisə ilə də qarşılaşsa hər iki vəziyyətə adaptasya olunmaq məcburiyyətindədir.

Stressiz bir insan yoxdur.Çünki insanlar ətrafda olub-bitənlərə reaksiya verirlər.Əgər stress heç yoxdursa ,insan reaksiya verə bilməz.Çünki enerjisi yoxdur.Bu da ölüm deməkdir.Buna görə də stress həyatın bir parçası olaraq qəbul edilir.Bunun tam əksinə ,yəni həddindən artıq stresdə insan yaşaya bilməz.Çünki bu zaman həddindən artıq enerji sərf edir.Buna görə də stress lazım olan qədər olmalıdır.Stress bizim zehni və fiziki gücümüzü azalda bilər.Həyata mənfi yönlə baxar,pessimist bir ruh halında ola bilərik.Bu stressin mənfi tərəfidir.Müsbət yönlü stress isə,məqsədə çatarkən öz potensialımızı lazımı qədər ortaya qoymağımızı təmin edər.

Stress halında bədəndəki dəyişikliklər :

Bu gün stressin sağlamlıq baxımından bir çox problemlərə yol açdığı məlumdur.Stress halında beyindən bədənə siqnal gəlir.Bu zaman ürək daha sürətlə döyünməyə başlayır.Oksigenin miqdarını artırmaq üçün tənəffüs sürətlənir və qan damarları genişlənir.İnsanların bir çoxunun fərqinə vardığı bir vəziyyət yaranır: göz bəbəkləri genişlənir.Həzm prosesinin isə sürəti azalır.Beləcə enerji beyin və əzələ tərəfindən istifadə edilir.Bu vəziyyət uzun müddət davam edərsə vücudumuza zəzər verir. Stress vəziyyətində çox enerji tükəndiyindən fərd özünü gücsüz, yorğun hiss edir.Daha sonra insan yuxu problemlərindən əziyyət çəkməyə başlayır.Əsəbi olur və tez həyacanlanır.Daha öncə çox asanlıqla etdiyi işləri edərkən çətinlik çəkir və diqqətini toplaya bilməz.Yəni özü öz işini çətinləşdirir və insanda panika halları ortaya çıxır.

 

Tərcümə etdi:Temirova Məlahət            Mənbə:www.sağlık.net

 

Go Back

Sosial fobiya

 

 

 

 

 

 

 

Insan xoşbəxt ola bilmək ,doyumlu bir həyat yaşaya bilmək üçün özüylə,digər inanlarla və dünyayla yaxşı əlaqələr inkişaf etdirməlidir.Digər insanlarla uyğun şəkildə əlaqəyə girmək ,özünü ifadə etmək ,qarşısındakını dinləmək və s. insanın ən əsas ehtiyaclarındandır.Ancaq bəzi insanlar digər insanların arasında özlərini rahat hiss edə bilməz, yaxşı ifadə edə bilməz,insanların olduğu mühitdən uzaqlaşmaq istəyərlər.İctimai fobiya yaxşı insani əlaqələrin qurulmasına əngəl olan psixoloji bir narahatlıqdır.İctimai fobiya ,ümumiyyətlə ictimai vəziyyətdən narahat olmaq və qacmanız olaraq ifadə oluna biər.Sıxlıqla narahat olunan ictimai vəziyyətlər,kütlə qarşısında danışmaq, yeni insanlarla tanış olmaq,sosial mühitlər,qarşı cinslə dostluq əlaqəsi qurmaq,insanlar içində yemək yemək,ümumi ayaqyolulardan istifadə etmək, müəyyən bir mövqeyə  malik olan adamlarla danışmaq və başqalarının fikirlərinə qarşı çıxmaq olaraq göstərilə bilər.

İctimai fobiyası olan insanlar nümayiş etdirdikləri davranışlara görə digər insanların onlar haqqında mənfi düşüncələr inkişaf etdirəcəklərinə inanırlar.Başqalarının onlardakı tərləmə,titrəmə, üz qızarması kimi qayğı əlamətlərini hiss edəcəklərindən ehtiyat edirlər.İctimai fobiyalı insanlar sıxlıqla narahat olduqları mühit və vəziyyətlərdən qaçmağa-uzaq durmağa çalışırlar.Bunu etmədiklərində isə, özlərini son dərəcə qayğılı və utanmış hiss edirlər.Narahat olan vəziyyət və mühitlərdən uzaq qaçmaq səyləri zaman-zaman panik hallarına yol aça  bilər. İctimai fobiya utancaqlığın ağır və pozucu bir funksiya halıdır və insanın normal yaşamasına problemlər yarada bilər.Sağlam dostluq əlaqələri inkişaf etdirə bilməmək ,ictimai əyləncələrə qatılmamaq, qarşı cinslə əlaqə qura bilməmək ictimai fobiyanın yol açacağı problemlərdən bəziləridir.İctimai fobiya insanda yaratdığı narahatlıq səbəbindən depressiyaya da gətirib çıxara bilər.

İctimai fobiyanın səbəbləri nələrdir?

İctimai fobiyanın səbəbləri tam olaraq bilinmir.Ancaq müxtəlif faktorların bu vəziyyətə yol açdığını söyləmək olar:

1.Genetik səbəblər

İctimai fobiyası olanların utancaq,çəkingən ya da sosial fobiyası olan qohumları var.

2.Keçmiş yaşantılar

Sosial fobiyası olan insanların bir çoxu keçmişdə utanc hissetdiyi, aşağılanmış hissetdiyi, xəcalətli vəziyyətə düşdüyü yaşantılardan bəhs edərlər.Bu  yaşantılar onlarda eyni şeylərin təkrarlanma qorxusunu ortaya çıxarır.

 

 

Tərcümə etdi:Temirova Məlahət            Mənbə:yusufbayalan.com

 

Go Back

20 nəticə göstərilir