Düşüncə Jurnalı

header photo

Ağlamaq istəyəndə, ağlayın

Bildiyimiz kimi, gülmənin insan sağlamlığına təsiri böyükdür. Bir çox həkimlər daha uzun yaşamaq üçün daha çox gülün deyir. 

Bəs ağlamaq? Ağlamaq zərərlimidir? 

Əlbəttə ki, Xeyr! Ağlamanın faydaları üzərində bir çox araşdırmalar aparılmışdır, gəlin onlara nəzər salaq. İnsanlar sevincdən olsun, kədərdən olsun, zaman-zaman ağlayırlar. Gülmənin kişisi- qadını necə olmursa, ağlamanın da olmaz. 

Endorfin
Ağlamaq endorfin hormonun ifrazına səbəb olur. Endorfini «xoşbəxtlik hormonu» adlandırırlar. Məhz bu səbəbdən insanlar ağlayanda sakitləşir, özünü daha yaxşı hiss edirlər. Endorfinin bir faydası da ağrıların azaltmasıdır. Bu səbəbdən baş, diş və s. ağrılar zamanı ağlayanda biz ağrıların azalmasını hiss edirik. 

Duyğuları xaricə çıxarır
Psixoloqların hər zaman necə çalışdıqlarını düşünün. Sizi davamlı olaraq danışdırır — dərdinizi, uşaqlığınızı, ağlınızda qalan fikirləri və sizi kədərləndirən şeyləri… çünki bu, həm həkimin sizi tanımasını təmin edir, həm də içinizdə toplanan problemləri birinə danışdığınızda rahatlamağınıza səbəb olur. Davamlı içə atılan dərdlər və basdırılan duyğular sonrakı səhifələrdə inanılmaz bir şəkildə partlayaraq sizi psixoloji pozuntulara qədər apara bilər. 

Ağlamaq, üzləşməkdən qaçmayıb gözlərinizin önünə gətirdiyiniz bir gerçəyi danışıb xilas olmaq kimidir. Ağlamaqdan qorxmayın. 

Ruh sağlamlığı 
Sosial və klinik psixologiya jurnalında 2008-ci ildə edilən bir çalışmada ağlayan insanların ruh sağlamlığının daha tez düzəldiyi bilindi. Xüsusilə, bir sevinc sonrası gələn ağlamanın ruh sağlamlığına pozitiv yöndə maksimum təsir etdiyi görüldü. 

Sakitləşdirir
Ağlamaq bir sakitləşdirici dərman kimidir. Ən təbii və ən təsirlilərindən. Ümumillikdə insanlar ağladıqdan sonra adətən yatmaq istəyirlər. Çünki sakitləşdirici bədənə yayılmışdır və insan özünü halsız hiss edir. Bu da hər hansı bir şəkildə özünə və ya ətrafına zərər verəbiləcək olan birinin sakitləşməsini təmin edər. 

Gözləri təmizləyər
Vücudunuzun bir çox toksini göz yaşlarınız ilə ata bildiyini bilirdinizmi? Ağlamaq həm vücudunuzdakı kimyəvi maddələrin xaricə çıxmasına köməkçi olur, həm də gözünüzü bakteriyalardan təmizləyər. 
Beləliklə, ağlamaq istəyirsinizsə, heç kəsi vecinizə almayın və ağlayın!

Lakin!
Bəzi astma xəstələrində uzun müddətli ağlamaların ardından nəfəs darlığı kimi kritik nəticələr baş verir. Bu səbəbdən astma xəstələri və nəfəs problemi olanlar, lütfən uzun müddətli bir şəkildə ağlamasın və özünü təlqin edərək rahatlasın ki, sağlamlıqlarına zərər verəbiləcək şəkildə təsirlənməsinlər.

Günay Babazadə

Kayzen.az

Go Back

Sorğu göndər