Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Qadın Psixologiyası"

Qadın əsla unutmaz

Bir qadın əsla unutmaz... Əgər aldadıldığı halda münasibəti davam etdirirsə, bu unutuğu üçün deyil, bağışladığı üçündür, ya da qorxu və narahatlığa görədir. Qorxu və narahatlıqla davam etdirilən münasibət əsla gerçək bir münasibət ola bilməz. Sadəcə rəsmi bir evlilik olaraq davam edər. Əslində təməl sualımız evli qalmaq, ya da boşanmaq deyil, hər iki tərəf üçün də mənalı, sağlam, gözəl bir münasibəti davam etdirməkdir. Günümüzdə bir çox evliklik sadəcə evlilikdir. Nə bir həyat dostu, nə yoldaşdırlar.

Daxildən baxdığınızda ya sonlanmış, ya da əslində heç başlamamış münasibətlər, amma davam edən evliliklər görərsiniz. Bu evliliklər qorxu və ya qayğılarla davam etdirilən rəsmi evliliklərdir. Eyni evin içində yeyib-içib, televizor izləyib, aradabir cinsi münasibətdə olan evliliklərdir. Qayğılar və qorxular bütövlükdə bunlardır: uşaqlarla əlaqəli qayğılar, ekonomik qayğılar, yalnızlıq qorxuları, "bundan sonra kimlə evlənərəm" qayğıları, "aman, dul qadın olacağam" qorxuları, "aman, ailələri üzməyək, el-aləm nə deyər" və s. Bir çox qayğı və qorxular insanları sağlıqsız, ya da bitmiş münasibətlərdə saxlayar. Aldadılan qadın ilk mərhələdə emosional bir şok, travma yaşayar. Nə düşünəcəyini, nə edəcəyini bilməz. Bir tərəfi yoldaşına nifrət edərkən digər yarısı ondan ayrıla bilməz.

Ziddiyətli, tutarsız və nəzarətsiz davranmağa başlayar. Yoldaşının yaşadıqları ilə əlaqəli hər detalı bilmək, öyrənmək istəyər. Neçə dəfə bir yerdə oldular, necə oldular, harada oldular və b. Nə qədər və necə aldadıldığını bilmək istəyər. Yoldaşının gözündə peşmanlığı görmək istəyər, yoldaşının üzüldüyünü görmək istəyər, canını incitmək istəyər. Çünki öz ruhu çox ağrı çəkir. Axşam boşanmağı düşünər, sabah olunca evliliyini davam etdirməyi qərara alar. Gəl-getlər gedərək artır. Bu travma ilə, bu gerçəklə necə yaşayacağını bilməz. Artıq münasibətin sehri və saflığı pozulmuşdur. Heç bir şey əvvəlki kimi olmaz, amma necə davam edəcəyimizi bilmərik. Son sözüm kişilərədir: önəmli olan yoldaşınızın qorxu və qayğıları ilə ya da məcburiyyətlərilə sizinlə birlikdə olması deyil. Həyatı, həqiqətən, sizinlə paylaşmaq istədiyi üçün sizinlə həyata davam etməsidir. Güvənini bir dəfə itirdinizmi, bir daha yerinə qaytarmaq çox çətindir. Hətta çox vaxt imkansızdır. Bu səbəbdən də yoldaşınızı aldatmayın. Unutmayın, qadınlar əsla unutmaz!

Müəllif: Psx.Dnş. Tunç Tataker

Tərcümə: Aidə Mahmudova

qadin.net

Go Back

Xəyanətlə qarşı-qarşıyasınızsa.... Tələsməyin

 
Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin.

1. Hər şeydən əvvəl, çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün gəlməyinə yol verməyin. Acığınızı tökməkdən utanmayın, lakin yaxşı olar ki, bunu təklikdə, yaxud psixoloqun iştirakı ilə edəsiniz. Balışı döyəcləyin, təsəvvür edin ki, o sizin vəfasız yoldaşınız və ya sevgilinizdir. Onu ən tünd  təhqirlərə qərq edin. Bu zaman sakitləşərsiniz və hər ikiniz üçün çətin olan söhbətə başlamaq üçün hazır olarsınız.

2. Çalışın ki, imkan daxilində sakit, açıq danışıq zamanı, ümumiyyətlə xəyanətin olub-olmadığını aydınlaşdırasınız. Bəlkə bu sizin təxəyyülünüz, şübhənizin bəhrəsidir? Əgər həqiqətən xəyanət baş veribsə, ''daha məni sevmir'' kimi fikirdən uzaq olun. Bunu düşünmək çox təhlükəli və böyük şüursuzluqdur.

 Əvvəla, kişinin başqa qadınla bir dəfə yaxınlığı heç də tam xəyanət demək deyil. Ola bilsin ki, yoldaşınız yaxud sevgiliniz gənc və qəşəng qıza meyl göstərsin, amma qəlbini sizə bağlasın. Bəlkə də onu bu cür hərəkətə, intim ideyaları sövq edib. Bəlkə də şəxsi münasibətinizdə onu qane etməyən rəqibinizin ''intim bacarığı''dır. Axı bir çox xanım var ki, özünün sərt xasiyyəti ilə sevgidə çox soyuq olur. Belələri sevişməni arxa plana atıb, bunun ''ət tökən'' bir iş olduğunu deyirlər. Hələ bu təsəvvürün həyatınızı kasıblaşdırıb, ailə münasibətlərinin pisləşdiyini, həyat yoldaşınızın soyumasına necə təsir etdiyini qeyd etmirəm...

3.  Xəyanət gördünüzsə dərhal əlaqələri kəsməyi tələb etməyin. Bunu heç bir kişi özünə sığışdırmaz. Əlbəttə, sizin mənəvi cəhətdən onu ittiham etmək hüququnuz var, amma dönüb bir özünüzə də baxın. Ola bilsin ki, burada siz günahkarsınız. Həyatınızın intim tərəfinə etinasız və soyuqqanlıqla yanaşmanız bu cür halın baş verməsinə gətirib çıxarıb. İndi sizin qarşınızda yoldaşınızın ürəyini fəth etmək kimi vəzifə durur. Çalışın ona əvvəlki sevgili, ehtiraslı günləri yaşadasınız. Axı yaşadıqlarınız izsiz-tozsuz bir anda yox olub gedə bilməz. Xoş hisslərinizi mənfi emosiyalara qarşı qoyun. Bu böyük zəhmət, təmkin və dözüm tələb edir. Amma inanın buna dəyər. Əgər həqiqətən itirmək istəmirsinizsə...

4. Ən təsiredici taktika-onun gözlədiyinin əksinə hərəkət etməkdir. O, dava-dalaş, nifrət dolu baxış gözlədiyi halda, siz qayğıkeş olun.

Go Back

Qadınların evlilikdən qorxmasının səbəbi

Bağlanmaq qorxusu münasibətdə qadın və kişini narahat edən əsas məsələlərdəndir. Bunu uzun münasibət, yaxud da evlənmək qorxusu da adlandıra bilərik. Psixoloq Larissa Varol bağlanmaq qorxusunun səbələrini aşağıdakı kimi sıralayıb:

1.Tərəflərin azadlıqlarını itirəcəklərindən qorxmaları.
2.Tək güllə bahar olmaz prinsipi. Başqa dillə desək, yalnız bir nəfərlə münasibətdə olmaqdan, cinsi həyatın monotonlaşmasından qorxmaq.
3.Böyük bir yükün altına girməkdən çəkinmək.

Psixoloqun sözlərinə görə, insan həm qarşısındakının onun azadlığını məhdudlaşdıracağını düşündüyü, həm də münasibət bitdiyi zaman bu vəziyyətin onu incidəcəyini fikirləşdiyi üçün sevməkdən qorxur.

Qadın niyə bağlanmaqdan qorxur?

Qadınlar arasında aparılan sorğu nəticəsində belə məlum olub ki, onların evlənməkdən qorxmalarının əsas səbəbi boşanmaq və atasız uşaq böyütməkdir. Bu da qadınların neqativ fikirlərə daha geniş yer ayırması ilə bağlıdır. Psixoloqların sözlərinə görə, qadınlar hər bir işə başlamazdan öncə onun pozitiv tərəflərindən, nəticələrindən daha çox neqativ sonluqları barədə düşünürlər.

Bağlanmaq qorxusunun öhdəsindən necə gəlməli?

Psixoloqun sözlərinə görə, bağlanmaq qorxusundan qurtulmaq üçün hər şeydən əvvəl insan empatiya qurmağı bacarmalıdır. "Hər xırda məsələni böyütməzdən əvvəl özünüzü qarşınızdakı şəxsin yerinə qoyub, məsələni onun tərəfindən düşünün. Bu zaman münasibətinizin daha səmimi və uzunömürlü olmasına şərait yaradacaqsınız. Ən əsası isə qarşınızdakı şəxsə inanın. Onun hər sözünə şübhə ilə yanaşmayın. Əks təqdirdə əsaslı səbəb olmasa belə, sizin içinizdəki şübhələr tez zamanda bu münasibətə son qoyacaq.

 

carci.az

Go Back

Qadın ailədə hər şeyi sezir

Sədaqətsizlik ailədə xərçəng xəstəliyi kimidir. Bədəndə hüceyrələrarası münasibətlərin pozulması ilə xərçəng xəstəliyi əmələ gəldiyi kimi, ailədə də sədaqətsizlik göründümü, demək münasibətlərdə eyni xəstəlik yaranıb. 

Bədəndəki xərçəng xəstəliyi özünü ağrılarla büruzə verdiyi kimi, ailə münasibətlərində də analoji hal ər-arvad tərəfindən o andaca hiss edilir. Xüsusilə də, qadınlar bu məsələdə daha həssasdırlar. Hətta o qədər həssasdırlar ki, bəzən əsassız yerə şübhələnir, qısqanır, ailədə qanqaraçılığı çıxarır. Əgər həqiqətən də ailədə sədaqətsizlik varsa və qadın bunu hiss edirsə, onun necə davranacağı çox önəmli məsələdir. 

Ya hər şeyi öyrənib evdə dava-şava çıxaracaq, ya da bildiyini belə büruzə vermədən erkən aşkarlanmış xəstəlik kimi o vəziyyəti aradan qaldırmağa, tədbirlə, təmkinlə işi həll etməyə çalışacaq. İlk növbədə, oturub düşünməlidir. Müəyyən etməlidir ki, bu vəziyyətin yaranmasında özünün nə qədər təqsiri var. Əgər varsa, o qüsurları aradan qaldırmaq üçün fəaliyyətə başlamalıdır. Yox, əgər özündə ərinə qarşı bir qüsur görə bilməsə, yenə vəziyyəti doğuran amilləri müəyyən edərək ailəsinin bütövlüyü, bölünməməsi üçün mübarizəyə girişməlidir. Həm də bildirmədən, hiss etdirmədən. 

Düşünməlidir ki, görəsən əri niyə xoşbəxtliyi öz ailəsində deyil, başqa yerdə axtarır. Təcrübə göstərir ki, bu düşüncələrlə məsələyə müdaxilə edən xanımlar əksər hallarda öz istəklərinə nail ola, öz ərlərini yanlış yoldan döndərə bilirlər. Özünüz təsəvvür edin, əgər bir insan bir işi gizlədirsə, demək o işin yaxşı iş olmadığını bilir. Bunu bilir, üstəlik də, ailəsindən vaz keçə bilmir. Əgər vaz keçsəydi, heç hay-küy çıxarmadan boşanar və istədiyinin yanına gedərdi. Onu ailəsinə bağlayan ən mühüm amil övladlarıdır. Həqiqətən də, övlad sevgisi hər duyğuya fəda ediləcək bir nemət deyil. Xanım da məhz bu faktorun verdiyi gücü, üstünlüyü işə salaraq ailə bütövlüyünü qorumalıdır. İlk növbədə isə öz əskiklərini düzəltməklə işə başlamalıdır. 

Bu bir gerçəkdir ki, kişini öz ailəsindən soyudan, gizli-gizli ünvanlara yönəldən ən birinci amil həyat yoldaşının diqqətsizliyi, laqeydliyidir. Demək olar ki, ailəsinə xəyanət edən kişilərin əksəriyyəti bu qəbahəti sevgi, diqqət, səmimiyyət görmədikləri ilə izah etməyə çalışır. Əlbəttə, xəyanətə, sədaqətsizliyə heç cür bəraət qazandırmaq olmaz, amma onu da unutmayaq ki, hər kəs yüksək düşüncəli, əxlaqlı, haramlardan, günahlardan qorxub çəkinəcək qədər iman sahibi deyil və evdəki diqqətsizlik belə birisinə xəyanətin qoynuna atılmaq üçün güclü və arzuedilən bir təkan olur. Ona görə də qadın hər şeydən daha çox öz ailəsinə diqqət ayırmalı, ailə səadətini işinə, karyerasına qurban verməməlidir. 

Qadın hər şeydən öncə bir kişinin xanımı və anadır. Övladlarının xoşbəxtliyi üçün əlindən gələn hər şeyi etmək qadının analıq borcudur. Vəzifəsi, maaşı nə olurolsun, istər ata, istərsə da ana övladların xoşbəxtliyi üçün təkbaşına lazım olan hər şeyi təmin edə bilməz. Onlar bir-birini tamamlayan iki yarım kimi ailənin başında tamamlanıb bir olmalı, bütöv olmalıdırlar.
 
Bu gün böyük şirkətləri, holdinqləri idarə etmək üçün ali təhsil alırlar. Ailəni idarə etmək, həm də ədalətlə idarə etmək şirkəti idarə etməkdən daha çətindir və mənə belə gəlir ki, gənclərə ailəni, ailə səadətini öyrədən fakültələrin açılmasına da böyük ehtiyac var. Əvvəllər uşaqlar böyük ailələrdə böyüyürdülər, babadan, nənədən ədəb-ərkan öyrənirdilər. Səbir etməyi, fədakarlığı, başqasının qayğısına qalmağı, qarşılıqlı ehtiramı görüb-götürürdülər, ailədə bir baba universiteti, nənə universiteti keçirdilər. Ona görə də boşanmalar, incikliklər, demək olar ki, yox dərəcəsində idi. İndi isə nənələri, babaları bir tərəfə atdıq, azad olmaq istədik və dedik ki, bizə kimsənin öyüd-nəsihəti lazım deyil. Mənzərə də göz qabağında; bu “azadlığın” nə qədər ayrılıqlara, göz yaşlarına səbəb olduğu hər kəsə məlumdur.
 
Sədaqətsizlik mövzusuna qayıdaq. Tutaq ki, qadın ərinin sədaqətsizliyini hiss elədi və heç nə düşünmədən dava salmağa başladı. Beləcə, evdə hər şeyin dadı qaçır, tərəflər bir-birini ittiham etməkdən yorulmurlar. Köhnə yorğan içi tökülür, kin, qəzəb gözlərini elə yumur ki, daha heç nəyi görmək istəmirlər. Kişi arvadının bu qədər boz, davakar üzünü görəndə illərlə bu həyatı necə yaşadığına təəccüblənir və ondan qaçıb qurtarmaqdan başqa bir şey fikirləşmir. Buyur, bu da sənə sürpriz sonluq, qaş qayıran yerdə vurub gözü də çıxardın. 

Ona görə də bu cür məsələlərdə hər zaman təmkin, tədbir ön planda olmalı, qadın özünü düşünməsə belə, övladlarının sabahını düşünməli və ailəsini dağıtmamalıdır. Yazımızın əvvəlində demişdik ki, qadın ailədə hər şeyi sezir. Amma yaxşı olar ki, iş işdən keçməmiş o öz qusurlarını və ərinin zövqünü öyrənib elə davransın ki, sonradan peşmançılıq olmasın.
 
zaman.az

Go Back

Qadın şüurunun 5 səviyyəsi

1-ci səviyyə: Bədən

Hər bir qadını ilk onun xarici görünüşü narahat edir. Hər zaman düşünür ki, görəsən necə görünürəm, yaşlı yoxsa cavan? Geyimim necədir? Çəkim artıqdır, yoxsa normal? Ətrafdıkı qadınlardan pis, yoxşa yaxşı görünürəm?

Bu fkirlərlə yaşayan qadın hər şeydən və hər kəsdən qaçmağa çalışır. Ona elə gəlir ki, xoşbəxttlik xarici görünüşdə, ideal bədən fiqurası və geyim tərzindədir. Gözəlliyini qorumaq üçün kifayət qədər pul, zaman və güc sərf edən bu xanımlar bir də baxırlar ki, sevgilisi və ya həyat yoldaşı artıq başqa qadına üstünlük verib. Rəfiqəsi ondan uzaqlaşıb. Çünki həmin insanlara münasibət, sevgi və sədaqət lazımdır. 

Bu hadisələrdən xəyal qırıqlığı yaşayan bu tip xanımlar varlı və gözəl xanımlara həsəd aparırlar. Heç kim mübahisə etmir ki, zahiri görünüş hər bir qadın üçün vacibdir. Lakin onu xarici görünüşündən başqa heç nə maraqlandırmırsa, bir gün xoşbəxtlik kimi həllolunmaz məsələ ilə qarşılaşacaq. 

2-ci səviyyə: Həyat enerjisi

Bu səviyyədə qadın başa düşür ki, gözəl və cavan qalmaq üçün getdiyi gözəllik salonlarından və maqazinlərdən daha vacib bir amil də var, bu onun sağlamlığıdır. Və o mütamadi olaraq idmanla məşğul olmağa başlayır. Sağlamlıqla yanaşı bu ona həm də sevinc də bəxş edir. Onlar başa düşürlər ki, sağlamlıq və gözəllik üçün siqaret çəkmək ziyandır. Gözləri gözəl və parıltılı göstərən heç də bahalı tuşlar deyil, sağlamlıqdır. Bu qadın xoşbəxtliyini təmin edilməsində sağlam həyat tərzi axtarmalı olacaq, fitnes və yoqa ilə məşğul olacaq. 

3-cü səviyyə: İntelektual inkişaf

Bu səviyyədə qadınlar kitablara üz tutur və hər gün yeni-yeni məlumatlar alır, intelektual səviyyələrini artırmağa başlayırlar. Onlar bir daha anlayırlar ki, gözəlliyin və sağlamlığın sirrini özlərində tapmalıdırlar. 

4-cü səviyyə: Müdriklik və həyat qüvvəsi

Hər bir qadın yaradılışdan ağıllıdır, xeyirxah və mərhəmətlidir. Ancaq hər qadın bu keyfiyyətləri özündə qoruyub saxlaya bilirmi? Bu səviyyədə olan qadınlar daha təcrübəli olur, dinləməyi bacarır, qarşısındakı insanlara hörmətlə yanaşır. O, həyatının hər anından həzz almağa çalışır. Çünki anlayır ki, boş fikirlərə ayıracaq zamanı yoxdur. O, başa düşür ki, həyatımız bir məktəbdir. Biz hər an nə isə yeni öyrənir, lazım gəldikdə öyrəndiklərimizi öyrətməyə başlayırıq. Və xoşbəxtlik hər bir insanın daxilindədir. Sadəcə onu üzə çıxarmağın yollarını bilmək lazımdır.

5-ci səviyyə: Səadət

Bu səviyyədə olan xanımlar müqəddəs hesab olunurlar. Bu qadınlar dünyaya diğər insanlara xidmət və kömək etmək üçün gəlirlər.

qadin.net

Go Back

Atılmış qız sindromu

"Sən mənə daha lazım deyilsən!”

Onun səsinə, iyinə, nəfəsinə, sığalına elə öyrəşmişdin. Düşünürdün ki, onun üçün çox vacibsən və heç vaxt ayrılmayacaqsız. Amma bir gün səbəbini demədən belə, səni atdı. Bu halla qızların çoxu rastlaşır. Onlar atılmış qız sindromunu yaşayırlar. Bəziləri ürəyini, bəziləri isə özünü öldürür.

Oğlan qızı niyə atır?

Psixiatr Elşən Mustafayev Milli.Az-a bildirib ki, bütün insanlar ayrılanda səbəb axtarır. “Yaxşı olar ki, oğlan qızı atanda səbəbini ona aydınlaşdırsın. Əks halda qız ayrılığı çox pis keçirir. Sevən insan ömür boyu nigaran qalır və içində rahatlıq tapa bilmir”, – deyə psixiatr hissləri ilə bölüşür: “Bəzən filmlərdə oğlanın xəstə olduğu üçün qızdan ayrıldığını və bunun səbəbini ona demədiyini görürük. Həyatda da belə şeylər olur. Oğlan, sadəcə, qıza ayrılıqlarının əsl səbəbini deyə bilmir. Düzdür, cəsarətsizliyə görə də səbəbi deməyənlər olur. Elə də olur ki, oğlan, sadəcə, qıza önəm vermir. Tanışlığı əyləncə xarakteri daşıyır. Bunun üçün də özünə əziyyət vermir”.

Ayrılıq kim üçün daha çətindir?

Mustafayevin sözlərinə görə, qadın var ki, ayrılığı, doğurdan da, pis keçirir: “Depressiyaya düşür, dəlilik dərəcəsinə çatır. Özünə intihar edənlər də olur. Qadın da var ki, onun üçün bu, adi gəlir. Əgər ailəli qadının ailə daxilində həyatı yaxşı keçməyibsə, onun üçün həyat yoldaşından ayrılmaq azadlığa çıxmaq kimi bir şeydir. Əgər o, sərbəstliyə öyrəşibsə, bu, onun üçün çətin olmayacaq”.

Ümumiyyətlə, normal ailədə böyüyən ədəbli, əxlaqlı qız hansısa münasibət qurduqdan sonra ayrılanda dərd çəkir. Ona görə ki, oğlanla görüşəndə, artıq müəyyən arzularla, xəyallarla yaşayır. Təsəvvür edin, arzuları puç olanda insan özünü necə hiss edər? Sevdiyi insan bir müddət onunla sevgi macərası yaşayandan sonra “Sən mənə daha lazım deyilsən?” deyir. Və ya başqa bəhanə ilə onunla ayrılırsa, qız buna çox çətinliklə dözür. Günlərlə ağlaya, özünə qapana bilər. Elə qızlar olur ki, atıldıqdan sonra heç bir oğlana inana bilmirlər. Gələcəkdə kimləsə münasibət yaşayanda problemlər yaşayırlar. Həqiqi sevgiyə belə inamsız yanaşır, nə vaxtsa yenə atıla biləcəyindən qorxurlar.

Sevgilindən bir xəbər gözləyəndə…

Əgər səbəbsiz ayrılıblarsa, qız mütləq səbəbi araşdırmalıdır. Bütün cəhdlərə baxmayaraq, səbəb deyilmirsə, deməli, qarşı tərəf münasibəti bu şəkildə qurtarmağa çalışır. Bununla barışmaq və hər şeyi sıfırdan başlamaq lazımdır. Psixiatr qeyd edib ki, bəzən tərəflər küsür və barışmaq üçün birinci addım atmağa cəhd etmirlər. Onlar bir-birini gözləyirlər. Bu cür cütlüklərin gələcəyinin xoşbəxt olmasına ümid var.

Acı təcrübə

Mütəxəssisin dediyinə görə, bir sevgini unutmaq üçün başqa sevgi axtarmaq çox vaxt şəxsin yanlış hərəkətlər etməsinə gətirib çıxarır: “Atılandan sonra psixoloji travma alan qız qisas almaq və ya sadəcə, unutmaq üçün şəxsi həyatında səhvlərə yol verir. Bəzi hallarda üzüntüdən xilas olmaq üçün başqasıyla münasibət quran qız ondan dəstək gördüyü üçün onunla ailə həyatı qurmağa razılaşır. Sonradan isə seçiminin düzgün olmadığından sıxılır. Bu dəfə artıq qız ya özü oğlanı atır, ya da həyatı ilə barışır”.

Psixiatr məsləhət görür ki, atıldığını unutmaq üçün problemi gözündə kiçiltmək, onu adiləşdirmək lazımdır: “Atılmış qız yaşadığı ayrılığa təcrübə kimi baxmalıdır. Yeni ciddi münasibət də qura bilər. Ola bilsin ki, bu dəfə daha güclü sevsin və ona sonsuz kədər yaşadan insanı, nəhayət ki, unutsun. Sevdiyi işi, təhsili, səyahətə çıxmağı da ona unutmağa kömək edə bilər”.

Necə sığortalanmaq olar?

Bir xanım bir kişi ilə münasibətə başlayanda qarşıdakı insanın kim olduğunu, onun ailəsinin, dostlarının necə adam olduğunu araşdırmalıdır. Eləcə də, oğlanın münasibətə ciddi yanaşmasını qıza göstərdiyi hörmətə, diqqətə, dəvət etdiyi yerlərə görə bilmək olar. Düzdür, insanlar fərqlidir. Oğlan var ki, çayxanaya dəvət etdiyi qızla evlənir, oğlan da var ki, atır. Ona görə, dəqiq demək çətindir. Yaxşı olar ki, qadın kişini tam, heç olmasa 50 faiz tanıyana qədər yaxına buraxmasın. Ümumiyyətlə, atılmış qızların buraxdığı ən böyük səhv oğlanı tez yaxınına baraxmasıdır.

Bəzi əlamətlərinə görə də, oğlanın qıza ciddi yanaşmadığını başa düşmək olar. Ciddi fikri olan oğlan bayramlarda xanımına diqqət göstərir, tez-tez zəng edir, ona qayğı göstərir və s. Amma elə iş adamları olur ki, onların fikri ciddi olsa da, vaxt qıtlığına görə az zəng vurur və görüşür.

Əgər artıq münasibət qurmusuz və sonda atılmış qız sindromunun qurbanı olmaq istəmirsizsə, elə edin ki, oğlan sizdən bezməsin. 2 dəqiqədən bir zəng vurmaq, qısqanmaq oğlanı bezdirə bilər. Qızların oğlanlara qarşı sərt qadağalar qoyması da düzgün deyil. Məsələn, elə cütlüklər var ki, qız oğlana Facebook-a girməyə qadağa qoyur, başqa qızlarla ünsiyyət qurmağa icazə vermir. Yaxşı olar ki, xanım bir qədər laqeyd münasibət göstərsin. Belə ki, qadağalar kişini daha da maraqlandırır.

milli.az

Go Back

Bunu bacaran qadınlar var-dövləti və sevgini evə çağırırlar

Kim var-dövlətli olmaq istəmir ki?! Bəs, biz qadınlar var-dövləti, sevgini, xoşbəxtliyi dırnaqları düzgün rəngləməklə həyatımıza necə cəlb edə bilərik?

Xanımlar yaxşı bilirlər ki, hazırda iki rəngli manikür çox dəbdədir. Amma yəqin ki, bununla həm də həyatınızı yaxşılığa doğru dəyişə biləcəyinizi çoxlarınız bilmirdiniz. Bəli, bu, belədir! Amma bir şərtlə ki, dırnaqlarınızı fen-şunun prinsiplərinə uyğun rəngləməlisiniz, daha doğrusu rəngləri seçərkən aşağıda diqqətinizə təqdim etdiyimiz məqamları nəzərə alasınız.

Burada ilk növbədə, öz Zodiak bürcünüzün ünsürünə yaxud doğum ilinizin əsas elementinə uyğun rəngləri düzgün seçmək lazımdır. Ən sadə üsul doğum ilinin son rəqəminə yönəlməkdir. "0" və "1" metal, "2" və "3" su, "4", "5" ağac, "6" və "7" od, "8" və "9" torpaq ünsürünü ehtiva edir.

Metal manikür üçün qızılı, gümüşü, bürünc, poladı rənglərinin müxtəlif çalarları, boğuq qəhvəyi və qum rəngləri münasibdir. Qum kimi parlaq, zərli dənəciklər, metallaşdırılmış elementlərlə dırnaq bəzəmək yaxşı olardı.

Su ünsürlü manikür üçün şəffaf və soyuq rənglər - yasəmən, göy, mavi, zümrüd, həmçinin süd, sədəf çalarları, ombre manikür texnikası və ya mavi-göy qamması münasibdir.

Ağac manikürü üçün otların və yarpaqları təbii çalarları idealdır. Bundan başqa, bu mövsüm çox dəbdə olan qəhvəyinin, xakinin, yaşılın, yaşımtıl göyün, qrafit, qara və tünd-qəhvəyi rənglərlə dırnaqlarınızı boyaya bilərsiniz. Təbiət motivləri, bitki ornamentləri, kəpənəklər dırnaq dizaynı üçün əladır.

Od manikürü üçün fen-şu sistemində qırmızının bütün çalarları - tünd qırmızı, narıncı, zoğalı, qıpqırmızı, mərcan və sarı rənglər idealdır. Strazlar və müxtəlif xırda elementlər də neyl-art üçün daha münasibdir.

Fen şuda torpaq ünsürü manikür üçün açıq və tünd qəhvəyinin, şaftalı və krem rənginin, qırmızı-qonur, kərpic, isti çəhrayı, solğun narıncı rənglərin təbii çalarlarını seçmək münasib olardı. Dırnaq boyasının teksturası parlaq və ya donuq çalarla ola bilər.

Gül-çiçək məsələsini dəqiqləşdirdiniz? Onda fen-şu manikürünə başlayın! Sadəcə, öz qammanıza riayət edin. 

Lakin unutmayın ki, fen-şu maniküründə hansı rənglərin hansı barmaqdakı dırnağa vurulmasının da əhəmiyyəti var. Çünki fen-şu fəlsəfəsinə əsasən, hər bir barmaq bizim xarakterimizin və həyatımızın müəyyən sahəsinə cavabdehdir. Fen-şu mütəxəssisləri sağ əldəki barmaqları vurğulamağı məsləhət görürlər. Çünki məhz sağ əl müsbət enerjini çəkir və onu çoxaldır. Sol əldəki bəzi barmaqları isə əksinə, bizim güclü tərəflərimizi zəiflədə bilər.

Sağ əlin baş barmağı Marsın himayəsindədir, bu barmaq sağlamlığa, yaxşı əhval-ruhiyyəyə və əqli qabiliyyətin yüksək səviyyədə qalmasına cavab verir. Yupiterin himayəsində olan şəhadət barmağı özünə inamı gücləndirməyə kömək edir. Saturn planetinin himayə etdiyi orta barmaq özünü realizə etməyə, biznesdə və karyerada uğur qazanmağa, yaradıcı insanların tanınmasına yardım edir, var-dövlət cəlb edir. Günəşin himayəsi altında olan adsız barmaq müsbət emosiyalar və şəxsi həyatda uğuru təmin edir.

Təsadüfi deyil ki, fen-şu maniküründə çox vaxt sağ əldəki iki barmaq - orta və adsız barmaq xüsusi vurğulanır.

Və nəhayət, Merkurinin himayədarlıq etdiyi sağ əlin çeçələ barmağı ailədə harmoniya və qəlb rahatlığına cavabdehdir. Ona görə də evdə problemlər müşahidə etdikdə sağ əlin çeçələ barmağını düzgün rəng çaları ilə boyayın. Vəziyyət yaxşılığa doğru dəyişməlidir!

publika.az

Go Back

Qadınlar üçün psixoloji məsləhətlər

Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.

Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.

Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün boşaldın.

Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin.

Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.

Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşısınız və alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz. 

Heç vaxt özünüz haqqında pis danışmayın. Ələlxüsus özünüzə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxtigətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.

Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.

Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qurtarmış olasınız.

Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.

Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa özünüzü daha yaxşı anlaya bilərsiniz.

Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.

«Mən»inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O, «əyilir», amma «sınmır». «Mən»inizin qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki fəaliyyətsizlikdə və izolyasiyada olması.

Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçərsiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.

Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.

qadin.az

Go Back

Niyə qadın dostluğu azömürlüdür?

Kişilərdə və qadınlarda dostluq haqqında anlayışlar çox oxşardır, amma nədənsə kişi dostluğu illərlə davam edə bilər, amma qadın çox sürətli bitir. Nə üçün rəfiqə qadına lazımdır? Bircinsiyyətli dostluqdan qadınlar nə gözləyirlər?

Hər şeydən əvvəl, dostluq etibara əsaslanır, dinləmək və dəstəkləmək bacarığına, çətin dəqiqəyə öz çiyinini qoymaq və birgə müvəffəqiyyətlərə sevinmək bacarığı. Çox tez-tez dostluq münasibətləri insanların arasında yaranır, hansılarda ki, ümumi maraqlar və ya həvəslər olur.

Tarixdə çox hadisə məlumdur, nə vaxt ki, hələ uşaq bağçasından başlanmış iki qadının arasında dostluq üçüncü şəxsin  meydana çıxması ilə qurtarır. Bu üçüncü şəxsi,  iki rəfiqə bölə bilmir. 

Bəzən bayağı paxıllıq qadın dostluğuna mane olur. Hələ ki rəfiqələr eyni həyat səviyyəsinə malikdirlər, onların dostluğuna heç nə hədələmir, amma qarderobda yaxşı işə, gözəl kişiyə və ya elementar zərif təzə şey peyda olur, rəfiqələri paxıllığı basmağa başlayır. Bu onunla izah olunur ki, uşaqlıqdan qadınlarda güclü rəqabət ruhu inkişaf etmişdir.

Onlar həmişə özünü daha yaxşı hesab edirlər və kiməsə bu mifi qovmağa icazə verməyəcəklər. Hətta əgər bu ən yaxşı rəfiqə olacaqsa, heç cür buraxmaq olmaz ki, o daha gözəl, daha müvəffəqiyyətli, daha geyinib-kecinmiş, daha cazibədar varlı olsun və s. 

Əgər qadın öz rəfiqəsinin müvəffəqiyyətlərinə sevinə və hətta onların nailiyyətində kömək edə bilirsə, onda onların arasında dostluq yalnız möhkəmlənəcək. Amma, ən vacib bu qarşılıqlı olsun, başqa cür kömək birtərəflidir, özünü qurban vermək kimi görünür və bu dostluqdan daha çox daimi istismara oxşayacaq.

Bununla belə, çox qadınlar dostluq edə bilirlər və bütün həyatları boyu dostluğu daşıyırlar. Kim hələ ailə qarışıqlıqları haqqında sənin şikayətlərini,işdə və başqa problemlərdə xoşagəlməz hadisələr dinləyə bilər? Kim ciddi məsləhət verə və ya dadlı piroq reseptiylə bölüşə bilər? Q Əsl rəfiqə həmişə sənin müdafiənə qalxacaq, hətta, əgər sən haqlı deyilsənsə və ya şəhərin başqa sonuna qaçıb gələcək, əgər sənə çox pisdirsə.

Amma əgər sən rəfiqənin şəxsi xoşbəxtliyini hədələməyə başlayırsansa və ya işdə onun yerini tutmağa çalışırsansa, onda dostluğa son gələ bilər.  Etibar və səmimilik ağıllı hüdudlarda olmalıdır. Onda rəfiqələrə danışmayın gizli saxlamaq istədiklərinizi.
Qadınlar emosional varlıqlardır, münasibətlərin qırılması vaxtı amansız və xain qisasa malikdirlər. Ona görə də diqqətli və ehtiyatlı olun. Belə hallarda açıqladığınız sirləriniz qisasçı rəfiqəniz üçün əsl  var-dövlət ola bilər.

legend.az

Go Back

Xoşbəxt qadının 8 əlaməti

Əksəriyyətimiz həmişə gülərüz, günəş kimi parlaq, nurlu xanımlara gündəlik həyatımızda rast gəlirik. Bir çox suallar doğur. Onların belə gözəl görünməsinə səbəb nədir? Genin təsiri? Problemsiz həyat? Gözəllik salonlarının təsiri? və s.

1. Qadınlar ailələrinə, evlərinə, uşaqlarına pul xərcləyib ehtiyacları ödəməyi sevirlər. Amma özlərinə növbə çatanda bir az xəsislik edirlər. Amma hərdən siz də ərköyünlük edib heç olmasa ayda iki dəfə sevdiyiniz mağazadan özünüzə hədiyyə edib, xoş-əhval ruhiyyə yaradın..
  
2. Neyrobioloqların fikrincə idrak məşğələləri insana çox yaxşı təsir göstərir. Bu məşğələlər insanda olan 5 hissdən istifadə etməklə əldə edilir. Bu da əsəb sisteminin yaxşılaşmasına gətirib çıxardır.
  
3. Qorxu bəzən insanı qocaldır. Biz işimizi, sevdiyimiz insanı itirməkdən qorxuruq. Qorxuruq ki, kiminsə xətrinə dəyərik. Qorxururq ki, uşaqlarımız bizi sevməz və s. Amma bəzən risklər insanda həyatı sevmək üçün adrenalin rolunu oynayır. Odur ki, kiçik risklər sizin dadınıza çatacaq.

4. Bir sıra mənfi emosiyalardan özünüzü kənar tutun. Pis fikirləri uzaqlaşdırın. Sadəcə inanın ki, hər şey yaxşı olacaq.
  
5. İdmanla məşğul olun. Sağlam həyat rahat yaşamağınıza, gözəl görünmənizə kömək edəcək.
  
6. Bir az yumor hissini özünüzdə yaradın. Hər şeyi ciddiyə alıb, dərinliyə gedib problem yaratmaq heç kimə kömək etməyib. İnanın ki, siz də istisna olmayacaqsınız. 
   
7. Sitrus bitkilərinin iyi müsbət aura yaranmasında sizə başlıca yaradımçı vasitə olacaq.
      
8. Maliyyə məsələlərini planlı şəkildə həll edin.
         
mix.az

Go Back

Qadınlar da səhv edir

Söz ustalarımız, şairlərimiz qadını yüksəltmiş, onu fələklərin Fövqünə qaldırmışlar, özlərini isə günahkar bəndələr səviyyəsində aşağı tutmuşlar.

Ol pərivəş kim məlahət mülkünün sultanıdır,
Hökm onun hökmüdürür, fərman onun fərmanıdır! 
— deyən Füzuli xanımları «məlahət mülkünün sultanı» adlandırır. Sultanların hökmünü təhlil yox, icra edərlər. Amma bəzən bu hökmlərdə səhvlər də olur.

Amerikalı psixoloq Barbara de Anceles tədqiqlərində yazır:

Qadınlar kişilərə qarşı münasibətdə aşağıdakı əsas səhvləri buraxırlar:

* Özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər;

* Özlərini sevdikləri şəxsə qurban verirlər. Özlərini ondan sonra ikinci hesab edirlər;

* Kisinin potensial imkanlarına aşiq olurlar;

* Öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər;

* Kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.

Qadınlar kişiyə tez-tez nəyisə xatırlatmalı olurlar. «Yolda ehtiyatlı ol», «Ev kirəsini ödəməyi unutma», «Pulu boş yerə xərcləmə, yoxdu», «Tərləmisən, əynini dəyiş» kimi «tapşırıqlar» qayğıkeş qadınlar üçün adi gündəlik sözlərdir.

Qadınlar kişilərlə uşaq kimi rəftar edirlər. Onlara elə gəlir ki, kişilər sərbəst heç nə edə bilmirlər, daim tapşırığa, nəzarətə ehtiyac duyurlar. Unutmayın ki. sizin bu rəftarınız kişini özünü balaca uşaq kimi aparmağa vadar edər.

Bəs qadınlar kişi ilə ana kimi rəftar edərkən hansı səhvlərə yol verirlər?

* Daim kişilərə onların görməli olduqları işlərdə kömək edirlər.

* İnformasiya almaq üçün söz oyunu oynayırlar.

* Güman edirlər ki, kişilər unutqandırlar və buna görə özləri xatırlamalı olduqları şeyləri də onların yadlarına salmaq lazımdır.

* Kişini uşaq kimi qabaqlarına salıb danlayırlar.

* Kişinin nəyisə düzgün edə bilməyəcəyini düşünərək məsuliyyəti öz üzərlərinə götürürlər.

* Səhvlərini tutur və istiqamətləndirməyə çalışırlar.

Bəs bunun kökləri haradan dəlir? Məsələ burasındadır ki, qadınları uşaq yaşlarından ana olmağa hazırlayırlar, sonra isə onları analıq keyfiyyətlərinə görə tərifləyirlər. Bundan başqa, qızlar üçün əsas örnək, nümunə anadır. Qız uşaqlarının gəlinciklə oynamağının fəlsəfəsi də bunu üzə çıxarmağa xidmət edir. Ananın övladları və həyat yoldaşı ilə rəftarı gələcəkdə qızlarda adət formasına keçir. Yetkin insan olduqda da qadınlara elə gəlir ki, kişi ilə rəftarın yeganə yolu budur. Əslində, qadının bu rəftarına səbəb kişini özündən asılı etmək arzusudur. Qadın yoldaşının bütün istəklərini yerinə yetirdikdə, kişi ondan ayrı yasaya bilməyəcək vəziyyətə düşür. Qadınlar əmindirlər ki, kisinin qayğısını nə qədər çox çəksələr o, bir o qədər tənbəlləşəcək və asılı olacaq. Bu isə atılmaq qorxusundan irəli gəlir. Hər bir qadının təhtəlşüurunda «o məndən asılı olsa, heç vaxt məni tərk etməz» fikri var. «Ana qayğısına» öyrəşən kişilər isə həyat yoldaşlarının qayğısını qəbul edirlər. Bu hal onlara özlərini sevimli hiss etmək imkanı verir. Üstəlik, ana qayğısı ilə böyümüş, sonra isə sərbəst yaşamağa məcbur olan kişilər həyat yoldaşına da asanlıqla təslim olurlar. Təəssüf ki, ilk vaxtlar kişiyə xoş gələn bu münasibət sonra möhkəm ittifaqı pozmağa başlayır. Kişi əsəbiləşib qadına qarşı çıxır. Ana qayğısından «bezən» oğlanlar tezliklə sərbəstliyə çıxmağı arzuladıqları kimi, yetkin kişilər də azad olmağa üstünlük verirlər. Ola bilər ki, kişi ünsiyyətdən narazı qaldığını üzə vurmasın. Daxildə isə özünə bu münasibətdən bezdiyini etiraf edəcək və sərbəstliyə can atmağa başlayacaq. Daim nəzarətdə olmaq tək kişiləri yox. qadınları da sıxır.

Kişini bezdirən başqa bir səbəb özünün yararsız olduğunu hiss etməsidir. Onun yerinə hər işi görməniz, etməli olduqlarını xatırlatmanız onda məhz inamsızlıq hissi əmələ gətirir. Beləliklə, özünə verdiyi dəyəri itirən kişi sizin də dəyərinizi qısa zamanda itirir. Təbii ki, bundan sonra kişidə sevgi və arzu da azalar.

Kişi ilə ana kimi rəftar etdikdə qısa zamanda aradakı ehtiras da yox olur. Qadın özünü ana kimi apardıqca kişinin ona marağı azalır. Eyni hisslər qadında da yaranır.

Bu halda çıxış yolu kişi ilə ana kimi rəftar etməkdən əl çəkməkdir. 15 illik birgə həyatdan sonra belə, siz özünüzü yoldaşınızın sevgilisi kimi aparmağı bacarmalısınız. Kişinin əvəzinə iş görməyin. Qoyun, yoldaşınız itmiş açarlarını özü tapsın, ziyafətə nə geyinəcəyinə özü qərar versin, yerə atdığı Paltarı özü götürsün! Bu, o demək deyil ki, yoldaşınız sizdən açarının yerini soruşduqda siz "özün axtar tap, huşsuzun biri huşsuz!" deməlisiniz. Qayğı və diqqət hətta itə, pişiyə də xoşdur, onları hər an saxlamaq lazımdır. Ancaq siz anadan çox, həyat yoldaşı, sevgili olmalısmız.

Kişiylə bacarıqlı, etibar etdiyiniz bir şəxs kimi davranın. Xatırlamalı olduğu heç nəyi onun yadına salmayın. Onun yaddaşını və təqvimini əvəz etməyin. Onunla yetkin və məsuliyyətli insan kimi rəftar edin. Kişi ilə uşaq kimi danışmağa son qoyun. Onu danlamayın. Əsəbi və gərgin olduğunuzu bildirmək, təbii ki, haqqınızdır. Ancaq bu halda da onun yaşlı insan olduğunu unutmayın. Çalışın ki, nikahda hər birinizin öz məsuliyyəti olsun. Təkcə pul qazanmağı kişiyə etibar edib qalan işləri öz üzərinə götürmək düzgün deyil. Ola bilər ki, hər şeyi sizin etmənizə alışan yoldaşınız ilk vaxtlar sərbəst bir iş görərkən müəyyən səhvlər buraxsın. Lakin zaman ötdükcə o, yeni vəzifələrinə alışacaq və sizdən ağıllı olduğu üçün səhvlər etməyəcək.

Qadınlar öz maraqlarını, məşğuliyyətlərini, sevdikləri işi asanlıqla kişiyə qurban verir. Bunu etmək üçün sevdiyiniz kişinin sizin maraq dairənizi mənasız hesab etməsi kifayətdir. Kişilərin edilən fədakarlığa qiymət verməsi isə çox nadir haldır. Qəribə olsa da, qadınlar, həyat yoldaşının xoşuna gəlməyən rəfiqələrindən, qohumlarından asanlıqla uzaqlaşırlar. Qadın üçün sevdiyi kişinin məhəbbətini itirməkdənsə, əziz adamlardan imtina etmək daha asandır. Unutmayın ki, sizi əziz adamlarınızdan qoparmağa çalışan kişilər, adətən, özlərinə inamlı olmayanlardır. Bəzi kişilər üçün tam nəzarəti hiss etmək vacibdir. Kənardan kiminsə qadına dəstək verə biləcəyi fikri onları qorxudur. Beləliklə, siz birinin məhəbbətini əldə edərək. başqalarının sevgisindən məhrum olursunuz. Bu isə qadını yoldaşının sevgisindən asılı edir. Üstəlik, qadının ətraf mühitdən təcrid olunması kişini əlavə qısqanclıq fikirlərindən qoruyur.

Özünü kişidən sonra ikinci yerə qoyan qadın, bütün fərdi keyfiyyətlərini itirib sırf onun istədiyi adama çevrilir. Onun arzularının qadını olmağa çalışaraq özünüzə xəyanət edirsiniz. İmkanların geniş olduğu çağdaş dövrdə isə qadınlar bu yolda hətta xarici görünüşlərini belə tamamilə dəyişə bilirlər.

Fədakarlıqlarınızdan sonra onun bir gün sizi atacağını təsəvvür edin. Əmin olun ki. bu baş verərsə, yaşayacağınız peşmançılıq sizi stress vəziyyətinə sala bilər. Ona görə də ağıllı olun.

Sevdiyiniz şəxsin arzularının həyata keçməsi üçün siz öz arzularınızdan imtina etməyə qadirsiniz. Yoldaşının arzu etdiyi işi qurmaq üçün illərlə can atdığı arzusundan vaz keçən qadınlarla heç rastlaşmamısınız? Gəlirli işini itirən ərindən ayrılan qadın sonra səhv etdiyini anlayır, onda isə çox gec olur. Çalışın ki. özünüz bu qadınlardan olmayasınız.

Minilliklər boyu kişilərə qadınlardan öndə olduqları öyrədilib. Onlar qadının fədakarlıqla özünü qurban verməyini indi də gözləyirlər. Bu. heç kimə qəribə görünmür. Qadınlara elə gəlir ki. bu kişilərin təkəbbüründən irəli gəlir. Ona görə də. onlar arzularını həyata keçirməkdənsə, qurbanlarını reklam etməyə üstünlük verirlər. Bunu tez-tez ərinə xatırladırlar.

Öz istək və arzularınızı qurban verərkən, qəlbinizin dərinliyində onun sevgisinin artmasını gözləyirsiniz. Doğrudur. bundan sonra onun sevgisi arta bilər, ancaq əksinə olmayacağına da kimsə təminat verə bilməz. Hər itirilən arzu ilə şəxsiyyətiniz də itir və bir gün ayılıb özünüzü bomboş bir aləmdə görəcəksiniz. Sizdən heç nə qalmayacaq. Arzuolunan olmaq üçün, siz hər şeyinizi vermisiniz, bu yolda isə öz varlığınızı, qadın qəlbinizi itirmisiniz. Bu itki adətən qəddarlıq və depressiya ilə nəticələnir. Özünüzdən narazı olursunuz, özünəinamı və özünəhörməti itirirsiniz. Bax bu zaman sizdə səbəbkar saydığınız kişiyə qarşı qəzəb və inciklik hissi baş qaldırır. Bunun baş verməməsi üçün əvvəlcədən qurban olmaqdan əl çəkin! Onu sevin. Sevgi bütün xəstəliklərin əlacıdır.

Mənbə: filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  "Sevgilini tanıyırsanmı?" kitabından

Go Back

Qadınların kişilərdən öyrənməli olduğu bəzi şeylər

Aydındır ki, qadınlar və kişilər özlərinə məxsus unikal keyfiyyətlərə malikdirlər. Kişilər fiziki qüvvə, alicənablıq və qürur, qadınlar isə gözəllik və nəzakət varlıqlarıdırlar. 
Buna baxmayaraq, qadınlara nisbətən kişilərin daha yaxşı mənimsədiyi bir sıra keyfiyyətlər var :

Emosiyaları idarə etməyi bacarmaq
Qadınlar hər zaman məsələləri dramatikləşdirməyə meyillidirlər. Bu aydındır ki,qadınlar həssas məxluqlardırlar, lakin bəzi məsələlərə həddən artıq emosional yanaşmaqdan boyun qaçırmaq hamının ümumi rifahı üçün daha məqsədəuyğundur.

Daha realist olmaq
Qadınlar daha xəyalpərəstdirlər və çox vaxt özləri qurduqları xəyallara özlərini inandırdıqları üçün bu onların reallığı görmələrini çətinləşdirir. Bu, daima pozitiv olmaq üçün mükəmməl olsa da, açıq şəkildə çatışmazlıqlarını və səhvlərini qəbul etməyi rədd etməklərinə səbəb olur. Səhvlərini qəbul etmək və onlarla yaşamağı bacarmaq qadınların öyrənməli olduğu bir şeydir. 

Daha cəsarətli olmaq
Həyat yalnız risk etməyi bacardıqda daha əyləncəli hala gəlir. Qadınlar həyatın ən kritik anlarında riskə getmək əvəzinə sadəcə geri çəkilməyi seçirlər. Kişilər qadınlara nisbətən riskə getməyə daha çox meyillidirlər.

Daha az gərginlik
Qadınlar həmişə bütün detallara çox diqqətlə yanaşırlar. Onlar ən xırda məsələləri belə həddən çox analiz edir və mürəkkəbləşdirirlər. Detallara qarşı diqqətli olmaq yaxşı xüsusiyyətdir, lakin qadınlar buna məhdudiyyət qoymağı da bacarmalıdırlar.

Sürücülük
Xanımların xətrinə dəyməsin, lakin onlar avtomobil sürməyə tamamilə vərdiş etməyi heç vaxt bacarmırlar. Onlar maşınları park etməkdə çətinlik çəkirlər. Bu qadınların kişilərdən öyrənməli olduğu praktiki xüsusiyyətlərdən biridir.

Hamını bağışlamaq
Kişilər heç vaxt kin saxlamırlar. Onlar ən böyük mübahisələrini belə unutmağı bacarırlar. Qadınların kişilərdən öyrənməli olduğu keyfiyyətlərdən biri də kin saxlamamaqdır.

Texnologiya biliyi
Qadınlar və texnologiya çox vaxt bir – birilə uyğun gəlmir. Kişilər texnologiya haqda öyrənməyə daha çox maraq göstərərkən, qadınlar ondan uzaq durmağı üstün tuturlar. Halbuki qurğular haqda daha çox şey öyrənmək onlar üçün daha faydalı ola bilər.

Yumor hissi
Kişilər bütün növ zarafatlara açıqdırlar, lakin qadınlar bunu o qədər də rahat qarşılaya bilmirlər. Qadınlar öz yumor diapazonlarını yüksək tutaraq daha çox əylənə bilərlər.

Şübhəsiz ki, qadınlar son dərəcə xüsusi varlıqlardırlar. Onlar elə keyfiyyətlərə sahibdirlər ki, kişilər hətta bunu dərk etməkdə belə çətinlik çəkə bilərlər. Lakin onlar yuxarıda sadalanan bəzi keyfiyyətləri mənimsəsələr, daha mükəmməl olmağa doğru yol alarlar.

 

kayzen.az

Go Back

Qadınlar nə istəyir

Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü.
Bəs nəyə görə kişilər qadınların çətin xaraketli və nə istədiklərini bilmədiklərini düşünürlər?! Ziqmund Freydin belə bir deyimi var: " 30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”
Maraqlıdır. Kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək bu qədər mi çətindir?! Qadın həyatda elə bir kişi arzulayır ki hər bir frekansda onunla bərabər ola bilsin. Bu bir qayda deyil, amma şüuraltı əsasən gözəl qadınlar məhz bu tip kişiləri arzulayırlar. Bununla belə qadınlar güvən verməyən kişilərə təəccüblü olsa da nifrətlə yanaşırlar. Bir qadının diqqətini kişiyə qarşı nə çəkə bilər sualına belə bir cavab verə bilərik. Kişinin özgüvənli olması, özünə hörmət və kontrol etmək bacarığı qadının diqqətini çəkir. Əksəriyyət kişilər qadınlar haqqında nə istədiklərini bilmirlər sözlərini tez-tez deyirlər. Amma gəlin baxaq. 

İstənilən bir qadına sual verilsə ki, qadın nə istəyir? Cavabında –"burda çətin nə var ki” cavabını almaq olar.
• Kişi sərbəst və özümə inamlı olmalıdır. Hətta qürurlu, güclü xanımlar özgüvənli kişinin yanından özlərini sevilən qadın kimi görmək istəyirlər.
• Kişi maraqlı həmsöhbət, dinləməyi bacarmalı qadına nə etməyi öyrətməyi yox, öz fikrini bildirməlidir.
• Qadınların kişilərdə görmək istədiyi ən əsas xüsusiyyətlərdən ən əsas xüsusiyyətlərindən biri isə onlarda yumor hissinin olmasıdır.
• Onu da qeyd edək ki, qadınlar kişilər haqqında danışarkən çox vaxt şablon sözlərdən istifadə edərək daxili gözəl olmalıdır deyirlər. Amma həqiqətəndə həyat yoldaşı seçmək üçün xarakter çox önəmlidir. Bəzən zahiri görünüş bizi aldada bilər, amma görünüş gözlərə ilk siqnal verir.
Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələrdə xarici görünüşlü üstün tuturlar. Bu isə ən əsas vizual tip xanımlara aiddir. Qadınlar üçün ideal şərtləri yaraşıqlı, sadiq, sabit xarakterli ağıllı yaxşı statusa mailk olan kişilərdir. Təbii ki, bütün bunların hamısı bir insanda cəm ola bilməz. İdeal insanın zehnində həyat nədir, ölüm nədir, varlıq nədir, varlığa münaibətin mahiyyəti nədir, qulluq nədir, ibadət nədir, günah nədir, savab nədir, münasibətlər nədir və bunlar niyə insanın başına gəlir? Bunun kimi bir çox suallar qanunları meydana gətirir. Bunun müqabilində o vicdanında şimşək kimi çaxan hikmət parıltılarından, ruhunda əks olunan ilham yellərindən hörüb ortaya qoyduğu nur halqaları zirvəsinə yüksəlir. Oradan hər şeyin pərdə arxası olan heyrət , heyranlıqla doğan sevgi və məhəbbətə qovuşur.

İdeal insanlar ideal cəmiyyətin ideal insanıdır.
Qadınların əsas istədiyi 10 xüsusiyyət:
1. Qadın qarşılıqlı sevgi istəyir. Əlbəttə ki, ən əsası böyük təmiz sevgi istəyir. Qadın sevib sevilmək və hiss etmək istəyir ki, onun qayğısını çəkən insan var.
2. Qadın ailə istəyir. Əlbəttə ki, qadın bütöv ailə istəyir, uşaq, onu sevən həyat yoldaşı-sözün əsl mənasında möhkəm ailə.
3. Qadın özünü və ailəsini sağlam görmək istəyir. Belə bir deyim var. Can sağlığı olmadan insan xoşbəxt ola bilməz. Bunu elə boşuna deməyiblər.
4. Qadın firavanlıqda yaşamaq istəyir. Hər bir qadın öz həyatında görmək istədiyi məhz budur.
5. Qadın cazibədar olmaq istəyir. Zahirən cazibədar görsənmək istəyir. Çünki qadınlar hər zaman təravətli və gözəl görsənməyə can atırlar.
6. Qadın həyatda özünü təsdiq etmək istəyir. Demək olar ki qadınlar hər zaman özlərini təsdiq etməyə çalışırlar. Biz sevdiyimiz işi istəyirik və məqsədə çatmaq üçün çalışmalıyıq.
7. Qadın müstəqil olmaq istəyir. Yəqinki son illər qadınlar idarəetmə, siyasət biznes sahibində uğurlar qazandıqlarını gözdən qaçırmamısınız. Çox qadınlar müstəqil olmağı sevir.
8. Qadın sabahkı gününə görə inamlı olmağı istəyir. Kim istəməzki sabahından arxayın olsun?! Sabahına güvənən qadın öz gücünü qoruyub sağlamlığının qədrini bilir və bütün gücünü gələcək məqsədlərinə sərf edir.
9. Qadın hədiyyə, çiçək, kompliment eşitmək, zərif romantik olmaq istəyir. Gül dəstəsi və diqqət qadını həyata daha da bağlı və sevgi dolu edir.
10. Qadına güclü kişi lazımdır. Çünki qadın gücü, güvəni kişidən almaq istəyir.
Əlbəttə ki, qadınların milyonlarla istəyi var. Sonda isə onu qeyd etmək lazımdır ki, kişi iddialı və fikrində qətiyyətlidirsə mütləq qadının istəyi hər bir şeyə nail olacaqdır.

Vəfa Rəşidova

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin psixoloqu 

Go Back

Qadın tipləri

Vampir qadın
Bu tip qadınlar kişiləri cəzb etsə də, heç bir kişini həqiqətən sevmir. Vampir qadın ona vurulan kişilərin əzablarına baxmaqdan zövq alır. Belə qadın tiplərinə tarixi şəxsiyyətlərdən Kleopatranı misal göstərmək olar. Bəzi məlumatlara görə, Kleopatra onunla bir gün olsa belə, sevgi yaşamaq istəyən kişilərdən həyatını qurban verməyi tələb edirdi.
Qeyd edək ki, kişilərin əksəriyyəti nədənsə belə tip qadınların toruna asanlıqla düşür. Kişilər vampir qadınlarla münasibətin pis nəticələnəcəyini anlasalar da, sevgilərindən geri dönmürlər.
Vampir qadınlar heç də həmişə gözəlliyi ilə seçilmir. Lakin o, hər zaman cəzb edir.

İlham pərisi
Uzaqda yaranan xəyallarmələyini heç cür tutmaq olmur. Belə qadınlar kişiləri ilhamlandırır. Xüsusilə də belə qadınlar yaradıcı insanları maraqlandırır. Belə qadının diqqətinə, sevgisinə asanlıqla nail olmaq olsa da, onlar sirli qalmağı bacarır. İlham pərisi tipinə aid olan qadınların sanki bir hissəsi başqa dünyada, çox uzaqlarda uçur və bu uzaqda yaranan xəyallar mələyini heç cür tutmaq olmur. Elə bu cəhət də bir çox rəssamları, şairləri cəzb edir.
Onlar bu harasa uçub gedən gözəlliyi tutmaq istəyir, amma bu çox qısa müddət ərzində mümkün olur. Və ilham pərisi yenə də mələk kimi uçaraq reallıqdan uzaqlaşır. Bu qadın tipinə misal olaraq rəssam Salvador Dalinin həyat yoldaşı və ilham pərisi olan Qalanı göstərmək olar.
Kişilərə elə gəlir ki, onlar belə qadınla ailə həyatı qursalar çox xoşbəxt olacaqlar.

Gözəl xanım
Sadalanan qadın tiplərindən fərqli olaraq bu qadınlar gözəl olur və öz gözəlliyini dərk edirlər. Bu qadınlar məhz gözəl olduqlarını bildikləri üçün sakit və təmkinli olur. Kişilərə elə gəlir ki, onlar belə qadınla ailə həyatı qursalar, çox xoşbəxt olacaqlar. Adətən gözəl xanımlara müxtəlif kişilər maraq göstərir. Əksər hallarda kişilər belə qadınlarla ailə həyatı qurmağı arzulayırlar.

Romantik qadın
Sirli qalan bu qadınlar gözəl və ya sadəcə baxımlı ola bilərlər. Bu tipə aid olan qadınlar gözəl olsalar belə öz gözəlliyini anlamırlar. Məhz bu cəhət də onları maraqlı edir. Belə ki, kişilər hiss edir ki, belə qadınlar özlərinə əmin deyillər və onlara nə qədər gözəl olduqlarını sübut etmək istəyirlər.

Şıltaq qız
Bu tip xanımlar yeniyetmələr kimi özünü aparır. Onlar yeniyetmələr kimi geyinməyə də üstünlük verir. Bu xanımlar şıltaq və sadəlövh olurlar. Şıltaq qız tipinə aid olan qadınlar üçün hər şey maraqlı gəlir. Onlar sanki hər şeyi özləri üçün yeni kəşf edirlər. Şəxsi münasibətlər zamanı belə qadınlar oynamağı, şıltaq olmağı, yeniliklər etməyi sevirlər. Bu qadınlar üçün kişi ilə münasibət oyundur. Amma onlar vampir qadınlar kimi qəddar və zülmkar deyillər. Kişilər belə qadınlarla münasibət qurmağa can atır. Belə ki, belə qadınlar onlara cavanlıq illərində yaşadıqları hissləri yenidən yaşadır. Şıltaq qızlarla kişi özünü problemlərdən uzaq və məsuliyyətsiz hiss edir.

Yüngül təbiətli qadın
Belə qadınların əksər hallarda bütün kişilər xoşlarına gəlir. Bu səbəbdən də bu tipə aid olan qadınlar heç kimə yox demir və bütün kişilərlə mehriban davranır. Onlar üçün çoxlu kişilərlə münasibət qurmaq həyat tərzidir. Belə qadınlar adətən başqalarının qınaq obyektinə çevrilir. Onlara kişilərdən yalnız məhəbbət lazımdır. Belə qadınlarla kişilər xoşbəxt olsalar da, bu uzun sürmür.

Sakit və diqqəti çəkməyən qadın
Sakit və diqqəti çəkməyən qadın. Onlar sakit və utancaq olurlar. Diqqəti çəkməyi sevməyən bu qadınlar kütlə içındə seçilmirlər. İşdə, müxtəlif ictimai fəaliyyət zamanı da onlar özlərini çox sakit aparırlar. Belə qadınlar öz gizli arzularını birüzə verməyə qorxur və maraqsız həyatlarını xəyallar qurmaqla doldururlar. Xəyallarda özlərini olduğundan fərqli görür və başqa cür davranırlar. Onların daxili aləmi fantaziyalarında canlanır. Adətən çoxlu komplekslərdən əziyyət çəkirlər. Komplekslərin əksəriyyəti isə əsassız olur. Lakin onlar sadiq həyat yoldaşı və yaxşı dost olurlar. Onların xarici görünüşü də davranışları kimi diqqəti çəkmir. Çox vaxt makiyaj etməyən bu qadınların baxışları aşağı yönəlir, bədənləri isə hərəkətsiz qalır, belləri bir qədər də olsa bükülü formada olur.

kayzen.az

Go Back

Saç rənginə görə qadın xarakteri

İnsanları üz quruluşundan tanımaq mümkün olduğu kimi saç rəngindən də çox şey öyrənmək olar.

Saç rənginə görə qadın xarakteri haqqında maraqlı məlumatları təqdim edirik:

Tünd rəngli saçlar

Tünd saç rəngli qadınlar (bura qara və şabalıdı saçlar daxildir) həm quruluş, həm də xüsusiyyətlərinə görə sarışınlardan çox fərqlənir. Onlar ailəsinə bağlı, lakin bir az tənbəldirlər. Sarışınlarla müqayisədə qaraşınlar daha səbirli, tədbirli, düşüncəli, ağır və vasvası, sənət qabiliyyəti və sənət sevgisi qüvvətli, sadiq, dözümlü və dinə bağlı olur. Onların əksəriyyəti qüvvətli, orijinal fikirli, həvəsli, yaradıcı və hər növ qabiliyyətə malik insanlardır. Tünd saçı olanlar cəsur, səbirli olduqları kimi düşünməyi və düşündürməyi də çox sevirlər.

Alışdıqları həyatdan ayrılmaq onlara çox çətin gəlir. Enerjilərini sərfəli şəkildə istifadə etməyi bilirlər. Tünd rəngli saçların sahibləri vasvası və diqqətli olduqları üçün işlərdə çox müvəffəqiyyətlidirlər. Sənət qabiliyyəti və sənət sevgisi qüvvətlidir. Anlayışlı və sadiqdirlər.

Sarı rəngli saçlar

Sarışınlar ümumiyyətlə, qüvvətli, orijinal fikirli, hər vəziyyətə uyğunlaşan, həvəsli, yaradıcı və müxtəlif qabiliyyətlərə sahib kəslərdir. Dəyişikliyi çox sevirlər. Ümumiyyətlə, səbirli deyillər. Həyəcanı və əyləncəni çox sevirlər.

Sarışınlar dəyişikliyə can atırlar, lakin çətinliyə düşən kimi əllərindəki işi buraxıb yeni iş arxasınca qaçırlar. Onlar enerjilərini düzgün istifadə edə bilmədikləri üçün tez yorulur, səbirsiz olduqları üçünsə tez və həvəslə işləyirlər.

Sarışınlar daim yenilik axtarışında olduqları üçün vəfasız, hətta sədaqətsiz olur. Onlar hakimlik etməyi, işlərində və şəxsi həyatlarında liderlik etməyi sevirlər. Belə saçlara sahib olanlar başqasının şəxsi həyatına qarışmadıqları üçün başqalarının da onlara müdaxilə etməsinə imkan vermirlər.

Kürən saçlar

Kürən saçlara sahib olanlar sarışınlara bənzəsələr də, onların arasında müəyyən fərqlər var. Kürən saçlılar sarışınlara nisbətən daha çox səbirsizdirlər, tez sevinib, tez də kədərlənirlər. Sevinəndə hədsiz sevinir, kədərlənəndə hədsiz sıxıntı keçirirlər. Amma bir dəfə canları sıxılsa, özlərini çox bədbəxt hiss edərlər. Onları sarışınlardan fərqləndirən cəhət başqalarının həyatına maraq göstərmələridir. Qırmızı saçlılar dostluq etməyi bacaran və istiqanlı insanlar olurlar.

Kiçik məsələləri problemə çevirirlər, amma bu vəziyyət uzun davam etmir. Sevincləri tez özünü göstərər. Qırmızı saçlı qadınlar maraqlıdır. Hər hansı bir mövzu üzərində qərar vermələri çətin ola bilər. Xasiyyətcə skeptik ola bilərlər.

tabloid.az

Go Back

Qadınlar nə vaxt yalan danışa bilmir?

Qadınlar oturan vəziyyətdə və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışa bilirlər. Bunu belçikalı alimlər müəyyənləşdiriblər.

Professor Bruno Verçuerin rəhbərliyilə aparılan tədqiqat nəticəsində məlum olub ki, qadınlar ayaq üstə və oturaq vəziyyətdə rahatlıqla yalan danışa bilir. Ancaq uzanan vəziyyətdə yalan danışa bilmirlər. Əgər qadın uzanıbsa, bu halda yalan danışmaqda çətinlik hiss edir. 123 qadının arasında aparılan tədqiqat zamanı onların məhz oturarkən və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışdığı sübut olunub. Alimlər bunun səbəbini müəyyənləşdirə bilmədiyi üçün araşdırmanın davam etdirilməsini qərara alıblar.

Araşdırmada o da məlum olub ki, qadınlar munasibətlərində ən çox muraciət etdikləri yalanları adətən özlərini qorumaq üçün istifadə edirlər. Sanki kişilərin etdiyi heç bir hərəkətə onların ürəyi sıxılmır və ya incimirlər. Bu yalan qarşıdakı insanın səhvinə çox da əhəmiyyət verilmədiyini göstərmək üçün işlədilə bilər. Məsələn, sevgilisi ad gününü yaddan çıxanda onlar adətən bunun mühüm olmadığını deyirlər. Amma kişilər bunun ağ yalan olduğunu hiss edə bilirlər. Çünki hər bir qadın özəl günlərində xatırlanmağı və həmin günün unudulmaz keçməsini istəyirlər.

publika.az

Go Back

Dünyanın ən varlı qadınlarından məsləhətlər

Dünyanın ən bacarıqlı iş qadınları karyerada uğur qazanmağın sirlərini açıqlayıb. İş həyatının qadın üçün ağır olduğunu düşünürsünüzsə, dünyanın ən nüfuzlu şirkətlərində çalışan iş qadınlarının məsləhətlərini nəzərə alın və əməl edin. Dünyanın ən varlı qadınlarının məsləhətlərini təqdim edirik:

Yuxudan tez durun

“Starbucks” un rəhbəri Mişelle Qass yuxudan çox vaxt 4.30-da durduğunu və qaçdığını söyləyir.

“Avon” kosmetika firmasının rəhbərlərindən biri Andrea Jung isə yuxudan saat 5-də oyanır. Sübh tezdən oyanmaqla iş həyatınızda daha böyük uğurlar əldə edə bilərsiniz.

Alış-veriş etməyi öyrənin

Araşdırmalar qadınların bazarlıq etməkdə kişilərdən daha bacarıqsız olduğunu göstərir. Bu da kişilərin niyə qadınlardan daha çox pul qazandığını göstərir. Daha çox pul qazanmaq istəyirsinizsə, bazarlıq etməyi öyrənməlisiniz.

İşlərinizi bölün

“Four season” otellərinin baş meneceri Katie Taylor nəzarət etməyin aşiqi olduğunu etiraf edir. Ancaq işçilərə də tapşırıqlar verməyi unutmur. Hər işin öhdəsindən gəlməyi bacardığınızı düşünüb bütün işləri öz üzərinizə götürməyin.

Araşdırın

“Facebook”-un baş meneceri Şerl Sandberq vacib görüşdən əvvəl həmin insan haqqında araşdırma aparmağın vacib olduğunu vurğulayır. Görüşdən sonra isə həmin insana mövzu barədə məktub yolladığını və təkliflərini bildirdiyini söyləyir .

Suallar verin

“Disney Media Networks” şirkətinin rəhbərlərindən biri Anne Sviney mütəmadi olaraq bilmədiyiniz məsələlər haqqında suallar verməyin iş həyatında vacib olduğunu söyləyir.

Dinləməyi bacarın

“QVC” ticarət və media şirkətinin baş meneceri Claire Vatts hər cümə axşamı ofisdə hamıya sərbəstlik verir. Həmin gün məsləhətə ehtiyacı olan hər kəs gəlib onunla söhbət edə və fikirlərini bölüşə bilər.

Qarşınıza hədəflər qoyun

“Campbell” şirkətinin baş meneceri Denise Morrison, uşaqlığından bəri qarşısına məqsədlər qoyduğunu etiraf edir.

Cəsur olun

“KeyCorp”un baş meneceri bank sahəsində karyerasına başlayarkən şəhərdəki bütün bankları gəzdiyini və iş axtardığını söyləyir. Hətta bir bankda işə qəbul olunmaq üçün 3 saata qədər gözləyib.

Yox deməyi öyrənin

Dünya Qida Proqramı idarə heyətinin rəhbəri Ertharin Cousin, yox deməyin çətin, amma faydalı olduğunu vurğulayır.

İnadkar olun

Ən uğurlu iş qadınları karyerasında əldə etdikləri uğurları inadçı və israrlı xüsusiyyətlərinə borclu olduğunu qeyd edirlər.

qadinklubu.com

Go Back

Üç qrup qadın

Qadınların həyatımızdakı rolu əvəzedilməzdir. Bu dünyanı onlarsız təsəvvür etmək yəqin ki, heç Allaha da xoş getməz. Hər dəfə səfərə çıxanda, şəhərdə gəzəndə, avtobusda, müxtəlif yerlərdə bir-birindən fərqlənən qadınlarla rastlaşıram. Bu qadınlar bəzən çox xoşbəxt, bəzən çox kədərli, bəzən isə həddindən artıq bədbəxt görünürlər. Məncə heç bir qadın göz yaşına layiq deyil. Ən nifrət etdiyimiz qadının belə gözlərində göz yaşı gördükdə istənilən kişi qəlbində mərhəmət yaranır. Qadınlar daxilən sıxıntı keçirib əzab çəksələr də bunu çox vaxt büruzə verməməyə çalışırlar. Çünki kişilərdən fərqli olaraq qadınlarda rəqabət, qısqanclıq, paxıllıq, kin hissləri daha alovludur. Bu baxımdan cəmiyyətdə duruşuna görə qadınlar arasında şərti olaraq 3 bölgü aparmaq olar.

1.Xoşbəxt qadınlar

2.Xoşbəxt görünən qadınlar

3.Bədbəxt qadınlar.

Xoşbəxt qadınlar-Bu bölgüyə daxil olan qadınlar iş, ailə, sevgi sahəsində digərlərindən bir addım öndə olsalar da çox vaxt sahib olduqlarının dəyərini bilmirlər, daima narazılıq edib yeni seçimlər, axtarışlar edirlər. Cəmiyyət belə qadınları xoşbəxt adlandırır. Ancaq bu qadınlar özləri ilə baş-başa qaldıqlarında heç də xoşbəxt olduqlarını düşünmürlər, cəmiyyətin onları xoşbəxt görməsi isə onlar üçün xoşbəxtlikdir.

Xoşbəxt görünən qadınlar -Bu bölgüyə daxil olan qadınlar içindəki eqo (mən) ilə mübarizə  aparan, ailədə, işdə uğur əldə etməsələr də makiyaj, gözəl geyim, saxta gülüşlə gözəl görünməyə çalışırlar. Ailəyə vermədikləri enerjilərini cəmiyyətdə əks etdirirlər. Bu qadınlar daim gözəl və gülərüz görünürlər. Belə qadınları bədbəxt qadınlardan fərqləndirən xüsusiyyət isə bunların xoşbəxt olmaq üçün xoşbəxt görünmələrinin kifayət etməsidir.

Bədbəxt qadınlar Bu bölgüyə daxil olan qadınlar gənclik illərində sevgiyə, təhsilə o qədər də önəm verməyib zaman keçdikcə isə bunun peşmanlığını çəkən, daha çox keçmişini düşünən qadınlardır. Xaraktercə aqressiv, əsəbi olmaqları ilə yanaşı qara rəngli geyimlərə daha çox üstünlük verirlər. Bu qadınlar gənclik illərində atmadıqları addımlar üçün çox vaxt fikir içində olur əzab çəkirlər. Əsəbi, özünə fikir verməyən, həyatda hər şeyi itirdiyini düşünən, başqaları üçün həyatlarını fəda edənlərdir. Onların çox vaxt yalançı gülümsəməyə də gücləri çatmır, çünki əzab, fikir, sıxıntı onları sıxır və ən pisi isə özlərini bədbəxt görürlər. Günü-günə satır, həyatlarında bir işıq üçün addım atmırlar.

Ey qadın. Ey ana, sən bədbəxt deyilsən, dünyaya qadın gəldiyin üçün xoşbəxtsən. Önəmli olan qadın müqəddəsliyini dərk etmək və o pillədə qalmaqdır. Hər qadın «qadın» adını daşıya bilər. Əsas odur ki, qadın müqəddəsliyini dərk edib bunu həyatda tətbiq edə bilsin.      

Xoşbəxtlik nisbi bir anlayışdır, sadəcə xoşbəxt an və anlar var. Sən xoşbəxtliyini qadın müqəddəsliyində gör. Unutma-Qadının Yaradılışı müqəddəslikdir!

Müəllif: Nizami Kamaran 

Go Back

Qadınlar kişilərdən nəyi gizlədir

Kişilər tez-tez qadınları anlamaqda çətinlik çəkdiklərini bildirirlər. Elə oxucularımız arasında da bu mövzu ilə bağlı bizə sual ünvanlayanlar kifayət qədərdir. Buna görə də indi sizinlə qadınların bir neçə sirrini bölüşmək istəyirik.

1. Sevgiyə görə hər şeylərini qurban verməyə hazır olduqlarını desələr də, əslində birinə bağlanmaqdan çox qorxurlar.
2. Anaları əksər məsələlrdə onlar üçün ideal qadın obrazıdır. Amma bununla yanaşı qadınların əksər hissəsi anasına oxşamaqdan qorxur.
3. Kişilərin onlara ev işlərinə kömək etməsini sevirlər.
4. Onların dediyi hər sözə inanamayın. Qadınlar yeni saç stiliniz hər nə qədər xoşlarına gəlməsə də, onu bəyəndiklərini deyərlər.
5. Müəyyən zamanlarda onların da ağlından erotik səhnələr keçsə də, bunu qarşı tərəflə paylaşmaqdan çəkinərlər.
6. Köhnə xatirələrini heç vaxt unutmaz, şəkillərini isə atmazlar. Amma belə şəkillərini elə yerdə saxlayarlar ki, onları asanlıqla ələ keçirməyiniz mümkünsüzdür.
7. Çox vaxt orqazm təqlidi edirlər.
8. Rəfiqələrinin bəzi sirrlərini sizinlə bölüşsələr belə, heç zaman hər şeyi olduğu kimi danışmazlar.
9. Yaraşıqlı hesab etdikləri məşhurlarla bağlı bəzən müəyyən xəyal qurarlar, amma heç zaman sizin onlar kimi olmağınızı gözləməzlər.
10. Özləri etiraf etməsələr belə, tərəf müqabillərinin qısqanc olmasından xoşları gəlir.
11. Sizdən nə qədər müasir düşüncəli olmağınızı tələb etsələr də, evdə kişinin söz keçirməsinin tərəfdarıdırlar.

kishi.az

 

Go Back

Qadınların Qorxulu Kabusu: Klimaks haqqında bilmədikləriniz

Qadın orqanizmi  kişilərdən tamamilə fərqlənir. Müəyyən yaşdan sonra bütün qadınların bədənində dəyişikliklər baş verir. Bütün qadınların üzləşməli olduqları bir proses var ki, ondan qorxmayan, həmin dövrün gəlib çatmasından narahat olmayan xanım yoxdur. Qadınları qorxuya salan dövr klimaks və ya menopauza adlanır. 
Klimaks qadın orqanizmində gedən fizioloji prosesdir. Bu, yumurtalıqların və qalxanabənzər vəzin fəaliyyətini müəyyən edən hormonların istehsalının  pozulmasıdır ki, nəticədə menstruasiya tamamilə kəsilir.
Menopauzanın əsas səbəbi qadınlıq hormonu olan estrogen və progesteronun azalmasıdır. 40 yaşından sonra qadının yumurtalığında  bu hormonların istehsalı azalır. Nəticədə menopauza prosesi başlayır. Menopauza başlayandan 3-5 il sonra qadınlarda sümük əsriməsi başlaya bilər. Bu isə sümüklərin sınmasına səbəb ola bilər, bədənin görüntüsü də dəyişə bilər. Estrogen hormonunun azalması qadının ürək-damar xəstəliklərinə yaxalanmaq riskini artırır.
Klimaks qadınlarda 45-50 yaşda başlayır. Ancaq erkən menopauza (40 yaşadək) və gecikmiş menopauzaya (55-56 yaşdan sonra) da rast gəlinir. Klimaks bütün qadınların həyatında olan normal prosesdir və xəstəlik deyil. Ancaq erkən və gecikmiş klimaks müalicə olunur.
 
Menopauzanın əlamətləri:
 
- qadın cinsi hormonlarının sintezi azalır
 
- menstrual tsikl pozulur (intensivlik dəyişir, ifrazatın miqdarı azalır və s.)
 
-uşaqlıq yolunun selikli qişasında dəyişikliklər baş verir: nazikləşir və ya elastikliyini itirir
 
Menopauzanın ilk əlamətləri ilə birgə qadınlar çox vaxt klimakterik sindromla üzləşməli olurlar. Klimakterik sindrom özünü aşağıdaki əlamətlərlə göstərir:
 
  • sifət və boyunda qırmızılıq 
  • baş ağrıları
  • tez-tez tərləmək
  • ürək döyünmə
  • təzyiqdə dəyişikliklər
  • tez yorulma
  • cinsi həvəsin azalması 
  • yuxusuzluq 
Bu dövrdə qadınların bəziləri tez-tez sidiyə getməkdən və ya sidiyi saxlaya bilməməkdən şikayət edirlər.
Menopauza dövründə qadınlar özlərinə qarşı diqqətli olmalıdırlar. Çünki orqanizmdə gedən dəyişikliklər ciddi xəstəliklərə səbəb ola bilər. Bu xəstəliklərə miokard infarktı, insult, hipertoniya, osteoporoz, aterosklerozu misal göstərmək olar.
 
Bəs erkən və gecikmiş klimaks nədir?
 
Gecikmiş klimaks: 
Bu erkən klimaks qədər təhlükəli deyil. Sadəcə ağrılarla müşahidə olunduğu üçün qadını narahat edir. 3 aylıq müalicə ilə normal klimaks prosesinə çevrilir.
 
Erkən klimaks:
Bəzi qadınlar 30 və hətta daha erkən yaşlarda menopauza yaşamağa başlayırlar.
 
Bu insan ömrünü 10 il azaldır və çox təhlükəlidir. Onu da qeyd etmək lazımdır ki, erkən klimaks daha çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur. Siqaret çəkən qadınlar klimaks dövrünü ən az 3 il erkən yaşamalı olurlar. Buna səbəb siqaret və spirtli içkilərin təsirindən yumurtalıqları kiçilməsidir. 
Həkimlər qeyd edirlər ki, vegeterianlarda da klimaks dövrü erkən başlayır və bu proses çox ağır keçir.
Yuxarıda da qeyd etdiyimiz kimi, klimakterik sindrom yaşayan qadınlar mütləq həkimə müraciət etməli və müalicə almalıdırlar. Çünki klimatrik sindrom bəzən dözülməz ağrılara və digər problemlərə səbəb ola bilir.
Müalicə qadının şikayətləri, müayinə nəticələri nəzərə alınaraq təyin olunmalıdır.
 Müalicədən öncə qadınlar ginekoloq müayinəsindən, həmçinin reproduktiv orqanların USM, mammoqrafiya, qan analizləri, sümüklərin rentgeni kimi müayinələrdən keçirlər.
Həkimlər klimakterik sindromun ən müasir müalicə üsulunun qadın orqanizmində çatışmayan hormonların təmin edilməsi olduğunu deyirlər. Hormonal terapiya yalnız xoşagəlməz simptomları aradan qaldırmır, həmçinin ağır xəstəliklərin yaranmasından da qoruyur.
 
Estrogen hormonu ilə edilən müalicə ağızdan qəbul edilən və ya dəriyə yapışdırılan dərmanlarla həyata keçirilir.
 
Dəriyə  yapışdırılan dərmanlar 3 gündə bir və ya həftədə bir dəfə dəyişdirilir. Buna həkim qərar verir.
 
Bu müalicə yaddaş itkisinin və bağırsaq xərçəngi xəstəliyinin qarşısını alır.
 
Menopauza zamanı müşahidə olunan cinsi əlaqə zamanı ağrının olması, yanma və qaşıntı hissi kimi problemlər bu müalicə ilə 1 ildə aradan qaldırılır.
 
Klimakterik dövrdə düzgün qidalanma çox önəmli rol oynayır. 
Tərkibində kalsium olan tərəvəzlər qida rasionunda əsas yeri tutmalıdır. 
Qan artıran - nar, albalı kimi meyvələrdən uzaq durmaq lazımdır. 
İsti çay və qəhvə içməkdən,  Günəş altında gəzməkdən uzaq durmaq mühüm əhəmiyyət kəsb edir.
 
Klimakterik dövr bütün qadınların üzləşməli olduqları problemdir. Qadınların ən böyük kabusuna çevrilən bu sindrom nəticəsində onların  15 faizi dünyasını dəyişir.
Ölümlərə səbəb bu dövrdə yaranan xəstəliklər olur. Ekspertlər bildirirlər ki, klimakterik dövrdə qadınların 30 faizi sümük əriməsindən, 12 faizi depressiyadan, 20 faizi isə anemiyadan əziyyət çəkirlər.
 
Bu dövrü daha rahat keçirmək üçün 9 məsləhət:
Qadınların menopauza dövrünü daha rahat keçirməsi üçün qadın xəstəlikləri uzman həkim  Aytun Aktanın 9 tövsiyəsi var. Bu məsləhətlər klimaks dövrünü maksimum ağrısız, xəstəliklərə yaxalanmadan keçirməyə kömək edəcək: 
1.Müalicəyə başlamadan əvvəl həyat tərzi və qidalanma forması həkim ilə birgə yenidən müəyyən edilməlidir.
2.Siqareti tərgitmək lazımdır.Bu xərçəng və digər təhlükəli xəstəliklərə yaxalanma riskini azaldacaq.
3. Hər gün mütləq idman etmək lazımdır. Bunu üçün idman salonunda qeydiyyatdan keçmək daha yaxşı qərar ola bilər. Beləliklə idmanla məşğul olmaq üçün məsuliyyət hiss edəcəksiniz.İdman sümük əriməsinin qarşısını almaqda ən təsirli vasitələrdən biridir.
4. Yağlı və şəkərli qidalardan uzaq durmaq lazımdır. Qida rasionunda meyvə və tərəvəz üstünlük təşkil etməlidir.
5. Menopauza zamanı sindromun aradan qaldırılması üçün tətbiq edilən müalicənin döş xərçənginə səbəb olduğu iddia olunur. Bu tibb dünyasında ən çox müzakirə olunan məsələlərdən biridir. Ona görə də müalicə hər xəstəyə uyğun aparılmalıdır. Həkim seçərkən diqqətli olmaq lazımdır.
6. Spirtli içki, artıq çəki və hərəkətsizlik qadınların sağlamlığına mənfi təsir edir. Ona görə də bunlardan uzaq durmaq lazımdır. 
7.Menopauza dövründə qadınların günlük kalsium ehtiyacı artır. Ona görə də qidadan əlavə həkimin də məsləhəti ilə kalsium və D vitamini qəbul etmək lazımdır. Qadın gün ərzində minimum  1500–1700 mq kalsium qəbul etməlidir. 
8.Ədviyyalı yeməklər, isti içkilərdən uzaq olun. Çünki bunlar istilənməni və tərləməni artıra bilər.
9.Menopauzadan sonra da hər il mamoqrafi və ginekoloji müayinələr aparılmalıdır. (joy.az)

                                                                                                                                                                                          

Go Back

20 nəticə göstərilir