Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "RÜHƏNGİZ Rəhmanqızı"

Gülüşün səni büruzə verir!!!

 Hər bir insanın özünəməxsus xarakteri, davranışı, hissləri var. İnsanın içdiyi içki, qan qrupu, geyimi, hətta gülüşü ilə onun kimliyini, necə adam olduğunu müəyyən etmək olar. 

Gülərkən qaşlarını çatanlar

Gülərkən qaşlarınızı çatırsınızsa, demək siz çox təmkinlisiz. Lakin özünüzdən çox razısız. Çalışın özünüzə kənardan baxın.

 

Gülərkən ağzını tutanlar

Gülərkən əlinizi ağzınıza tutursunuzsa, özünüzə kifayət qədər güvənmirsiz. Tez sıxılırsız. Ətraf-mühitin diqqətindən kənarda qalmağı xoşlayırsız. Bu xasiyyəti tərgitin. Əks halda sonunadək tək qalacaqsız.

Gülərkən başı yelləmək

Gülərkən başınızı yelləyirsinizsə, siz çox sadəlövhsüz. Ətrafdakılar sizi heç başa düşmürlər. Amma ürəyiniz çox təmizdir. Sizə bel bağlamaq olsa da, qərar verəndə ağlınızın hökmünə deyil, ürəyinizin səsinə qulaq asırsız. Bu isə adətən məğlubiyyətlə nəticələnir.

Gülərkən burnunuzu qaşıyırsızsa

Deməli, siz çox dəyişkən insansız. Hər dəqiqə öz fikrinizi dəyişdirə bilərsiz. Siz bu xasiyyətdə küləkdən geri qalmırsız. Özünüzdən yaman razısız. Sanki alçaq dağları siz yaratmısız.


Haylı-küylü gülüş sahibləri

Onlar həddindən artıq temperamentli olurlar. Bəzən səbirli, bəzən tez özlərindən çıxırlar. Dostluqda alicənab olan bu şəxslərə düşünmədən etibar etmək olar. Onlar sevdiklərini yarı yolda buraxmazlar. Həm də tələbkardılar. Yalanı sevmirlər.


Özünəməxsus gülüş tərzi

Bu şəxslər həm mülayim, həm də qəddar olurlar. Fərqli xüsusiyyətləri, fərqli dünya görüşləri var. Keçmiş üçün yox, gələcək üçün yaşayırlar. Onları yıxmaq hər adama nəsib olmur.

 

Ruhəngiz Mehmanqızı 

Narınc UPM-in rəhbəri,

Psixologiya üzrə Fəlsəfə Elmləri Doktoru

Go Back

Komplekslər həyatınızı zəhərləyir

Komplekslər – bu sözü eşidəndə ilk ağlınıza gələn nə olur? Döyükən gözlər, inamsız yeriş, yaxud ümumi söhbətə girişməmək.

“Məni uşaqlıqda həmişə döyürdülər. Ona görə yox ki, zəif idim, sadəcə hansısa komplekslərim var idi və düşünürdüm ki, onlar güclüdür mən onlara qalib gələ bilmərəm.” 30 yaşında öz karyerasından narazı kişi.

”Mən hər zaman başqaları kimi qəşəng olmadığımı, zövqsüz geyindiyimi və öz yaşıdlarımdan fərqləndiyimi düşünürdüm”. Ona görədə mənimlə maraqlanan ilk kişi ilə evləndim. Çünki hər zaman evdə qalacağımdan qorxurdum. 40 yaşında yaraşıqı və həyat yoldaşı ilə ayrılmaq ərəfəsində olan bir xanım.
Komplekslər necə yaranır?
Hər iki faktda ümumi olan odur ki, onlar özlərini başqaları ilə müqayisə edirlər (kim güclüdür, kim varlıdır, kim qəşəngdir) sonra isə özlərində komplekslər yaradırlar.
Başqa bir vəziyyətdə komplekslərin yaranmasına əldə olanını qiymətləndirməmək durur. Üçüncü variantda bu pataloji vərdişi valideyinlər yaradır. Tez –tez uşaqlara xatırlayırlar sən heç nə bilmirsən, yaxud daha uğurlu həmyaşıdları ilə müqayisə edirlər, beləliklə natamamlıq kompleksinin bünövrəsini qoyurlar. Artıq yeniyetməlikdə uşaq özü özünü başqaları ilə müqayisə edir. Bəs nəticə necə olur? Həyatdan narazılıq, gücsüzlük, pis əhval ruhiyyə, özünütənqid və şübhələr. Əksər insanlar uşaqlıqdan özlərini sevməyi və qiymətləndirməyi öyrənməyiblər. Ola bilsin ki, onlar valideyinləri tərəfindən kifayyət qədər sevilməyiblər. Belə insanların əsas davranış motivləri imtina edilmək qorxusudur. Çox vaxt onlar başqasının xoşagəlməyən rəftarına illərlə dözə bilərlər. Hər zaman onlar düşünür ki, nəyisə düz etmədilər, nə isə yaxşı görsənmir. Bəzən belə insanlar özünə yaxşı münasibəti görmürlər, öz ünvanlarına xoş sözlər eşitmirlər, çünki onlar bunun heç vaxt olmayacağına özlərini yönəldiblər.

Komplekslər xeyirlidir yoxsa təhlükəli

Birmənalı şəkildə natamamlıq kompleksi pisdir demək olmaz. Amerika psixoanalitiki Alfred Adlerə görə komplekslər normal və təbii insanı hisdir. O hətta öz fikrini belə bir afarizmlə əsaslandırdı. Hərtərəfli insan olmaq üçün natamamlıq kompleksi olmalıdır. Adlerin fikrincə komplekslər birmənalı şəkildə uşaqlığın fəsadlarıdır. Bəzən insanlar kökəldiyinə görə, hansısa şəraitdə xarici dildə danışa bilmədiyinə görə kompleksləri olduğunu deyir. Amma bunlar kompleks sayılmır. Natamamlıq kompleksi insanın həyatı boyu hiss etdiyi stabil vəziyyətdir. Statıstikaya görə komplekslərdən kişilər daha çox əziyyət çəkir. Çünki o qazanc sahibi, müdafiəçi və ailə başçısıdır. Qısamüddətli komplekslər insana hətta xeyirlidir. Onlar insanda idmançı qəzəbi yaradır və elə uğurlar əldə edə bilər ki, bu barədə xəyal edə bilməzdi.Yox əgər insan öz komplekslərini kompensasiya etmək istəmir, əl ayağını sallayıb oturursa onda bu təhlükəlidir. Onu da qeyd edək ki, natamamlıq kompleksindən xilas olmaq o qədər də asant deyil.

Komplekslərlə necə vidalaşmaq olar?

Hər zaman ideal tapıb özünüzü onunla müqayisə etməyin.
Özünüzü daha uğurlu, varlı, və ağıllı adamlarla müqayisə edib bundan əziyyət çəkməyin.
Uğur əldə etmək üçün qarşınıza məqsəd qoyun. Bu məqsədə çatmaq üçün müddəti müəyyən edin və onu reallaşdırmağa başlayın.
Özünüzdə olanlardan zövq alın, xırdalıqlarada sevinməyi bacarın.
Öz həyatınızı dəyişdirmək üçün sizə yaranan hər bir şəraitdən istifadə edin. Bacarmaram deyə sizə təqdim olunan tapşırıqdan boyun qaçırmayın. Əgər bəxt sizin qapınızı döyrsə onu acmaq lazımdır.

Düşünün ki, siz böyümüsüz, şəxsi təcrübəniz var, müstəqil qərar verməyə qabilsiz. Başqalarının ehtiyacını ödəməyə çalışmayın, özünüz zövq almağı öyrənin.
Öz üştün keyfiyyətlərinizin siyahısını yazın və hər bir situasiyada bu müsbət keyfiyyətlərinizi qabardın. Özünüzə sizin komplekslərdən xəbəri olmayan insan kimi baxın: yəqin ki, xeyli cəlbedici keyfiyyətlər görəcəksiniz.
Özünüzə qayda qoyun: “ Mənim həyatımda ən vacib adam mənəm”. Qorxmayın siz heç vaxt özünəvurğun eqoist ola bilməzsiz.

Özünüzün güclü və zəif tərəfinizi öyrənin. Əgər özünüzü kənardan görə bilmirsinizsə onda etibarlı dostunuza yaxud ailə üzvlərinizdən bu işdə sizə kömək etməyinizi xahiş edin.

Özünüqiymətlənirmə və inam itdikdə diqqətinizi müsbət keyfiyyətlərə yönəldin. Bununla özünüzü həvəsləndirin. Deyə bilərsiniz ” mən bu işdə yaxşı olmaya bilərəm, əsas odur ki, başqa hansısa bir işdə möhtəşəm, əvəzolunmazam”. Öz diqqətinizi pozitiv şeylərə yönəldin.

Zəif tərəfinizi bilməklə bu sahələri yaxşılaşdırmaq üçün işlər görə bilərsiz. Amma düşünün ki, sizin zəiflikləriniz şəxsiyyətinizə və kimliyinizə təsir etmir.

Narınc Uşaq Psixologiya Mərkəzinin Nizami filialının rəhbəri Ruhəngiz Mehmanqızı 

 

Go Back

Bazarda satılmayan məhsul - intellekt

Ziyalı obrazını yaradan aktyor burnunun ucuna eynək taxıb, yerişində, baxışında elə nüanslar edər ki, inandırıcı olar. Mütəfəkkiri, zehinli və bilikli insanı da «oynamaq» olar. Amma intellekti yox. Aktyorlar yəqin bunu yaxşı bilir - intellekt yeganə roldur ki, onu oynamaq mümkün deyil.

Intellekt düşünmə və bununla bilik qazanma qabiliyyətini əks etdirir. İstənilən məşğuliyyətin uğurlu
həyata keçirilməsi və başqa qabiliyyətlərin kökündə duran, sadəcə olaraq kitab oxumaq, dar elmi bilik
və təcrübələr ilə bitməyib, ətraf mühiti daha geniş və dərin anlamaq qabiliyyəti, hadisələrin məğzini dərk
etmək və düşdüyü vəziyyətlərdə necə hərkət etməyi anlamaqdan ibarətdir.

İntellektin çəkisi

Hamının böyük məmnuniyyətlə kompliment kimi eşitmək istədiyi bu sözün arxasında nə dayanır? Və ən əsası, intellekti necə ölçmək, hansı ölçü vahidiylə hesablamaq olar? Hazırda bütün dünya intellekti İQ vasitəsiylə ölçür. İQ göstəricisi insanın əqli inkişafı, bilik səviyyəsi və məlumatlığını tədqiq eləməyə imkan verən testlər nəticəsində alınır. Müxtəlif göstəriciləri özündə əks etdirən bu testlər dünyada müxtəlif insanların yaşadığını hayqırır. Bu müxtəlifliyə İQ səviyyəsini yoxlamağa cəsarət etməyən insanlar da daxildir.

Dahi uşaq
Univerisitet məzunu olan 10 yaşlı Maykl Kevin haqqında eşitmisiz? Yəqin ki, sizə Maykl haqqında oxumaq maraqlı olar. Çünki, Kevin hələ 4 aylıq ikən danışmağa başlayıb. Altı aylığında isə həkimə sol qulağında problem olduğunu bildirib. Ömrünün 10 aylığına qədəm qoyar-qoymaz Kevin oxuyub-yazmağı öyrənib. Onun adı universitet bitirən ən gənc insan kimi Ginnesin rekordlar kitabına düşüb. Bundan əlavə o, "Kim milyonçu olmaq istəyir?" yarışmasının da qalibi olub. Kevin yarışmanın finalında "dosta zəng" köməyindən istifadə edərkən hamı onun sualın cavabını atasından soruşacağını düşünürdü. O isə sadəcə bunu demək üçün zəng etmişdi. “Ata, 1 milyon dolları aldım. Evə gəlirəm" .

1990-cı ildə dünyaya gələn Qriqori Smit isə oxuyub-yazmağı Maykldan bir az gec, yəni iki yaşında öyrənsə də 12 yaşında Nobel mükafatı alır. 10 yaşında Universitetə daxil olan balaca Smit öz dövrünün ən məşhur siyasətçiləri ilə tanış olub BMT-nin Baş Assambleyasında çıxış edir.

Bambalaca boyu var…

Elə düşünməyin ki, bu cür intellektləri özündə əks etdirən vücudlar artıq dünyaya gəlmir. Britaniyanın Cənubi Yorkşir qraflığının Barnsli şəhərində yaşayan üç yaşlı Şervin Şarabi dünyanın ən ağıllı adamlarını birləşdirən beynəlxalq "Mensa Dahilər Cəmiyyəti"nin ən gənc üzvlərindən biri oldu. Bu oğlan intellekt səviyyəsi üzrə testdə 136 ballıq nəticə əldə edib. Yaşlı adamlar üçün bu testdə orta göstərici 100 bal, xüsusi istedadlılar üçün isə 130 bal təşkil edir.

Qeyd: ABŞ prezidentləri Barak Obama və Bill Klintonun bu testin nəticəsinə görə İQ göstəricisi 137 bal, Şakirada isə 140 baldır.

Qeyd edək ki, Şervin 10 aylığında danışmağa başlayıb, 20 aylığında isə artıq mürəkkəb cümlələr qura bilirdi. Hazırda o, xəritədə istənilən dövləti tapır və onun bayrağını göstərir. "O, son dərəcədə biliklidir, demək olar, hər şeyi bilir. O, hətta uşaq verilişlərinə deyil, xəbər buraxılışlarına baxır.” Uşağın 36 yaşlı anası Amanda Şarabi deyirki, “Mən heç vaxt onu nəyisə öyrənməyə məcbur etməmişəm. O, özü yaxınlaşır və hər şeyi soruşur". 

Belə gənc yaşda bu qədər yüksək intellekt səviyyəsinə çox nadir hallarda təsadüf olunur. Buna baxmayaraq, Şervin Şarabi rekordçu vunderkindlərə çata bilməyib. Xüsusi intelektə sahib olan uşaqların İQ səviyəsi üzrə sıralanmasını “Mensa” təşkil edir. "Mensa" təxminən 100 ölkədən 110 mindən artıq insanı birləşdirir. Təşkilatınən böyük nümayəndəliyi ABŞ-dadır. Onun 56 mindən çox üzvü var. Böyük Britaniya isə 22 min üzvlə ikinci yerdədir. Ümid edək ki, bir gün bu sıralamalarda biz özümüzü də görəcəyik. Yəqin ki, bunun üçün öncə İQ testindən keçməyə cəsarət etmək lazımdır.

Dahilər hansı ailədə doğulur?


Təcrübəyə görə İQ-nü yoxlamadan, valideynlərin peşələrinə görə uşağın intellektini müəyyən etmək olar. Əlbətdə ki, mütəxəssislər intellektual uşaqlar hansı ailədə, hansı şərtlərlə böyüyür sualına cavab tapmaq üçün müxtəlif təcrübələr keçiriblər. Burada ata və ananın evlilik yaşı, uşağın qidalanması, hətta valideynin çəkisibelə böyük əhəmiyyət daşıyır. Dünyada  intellektual uşaq dünyaya gətirməyin hesabına arıqlayan analar da var. Statistikaya görə valideynlərin 30 - 42 yaş arasında dünyaya gətirdikləri uşaqlar daha intellektual olurlar. İntellektin formalaşmasında nə təhsilin, nə də məktəbin rolu var. Çünki bu kiçik yaşlarından, xüsusən məktəbəqədər yaşda formalaşır. Araşdırmalara görə ata - ana yanında böyüyən uşaqlar, nənə - baba yanında böyüyən uşaqlara nisbətən daha intellektual olur. Həmçinin intellekti yüksək olan insanların 90% 1 yaşdan artıq ana südü ilə qidalananlardır. Keysəriyyə əməliyyatı zamanı dünyaya gələn uşaqların intellektinin aşağı olması da mütəxəsislərin gəldiyi nəticədir. Psixoloq Zaytsın fikrincə böyüklərlə daha çox ünsiyyətə girdiyinə görə evin böyük uşağı daha intellektual olur. Bizim nağıllardan belə qəhrəman hesab etdiyimiz sonbeşiklər isə özündən böyük bacı qardaşı ilə oynamaq, ünsiyyətə girmək imkanının geniş olduğundan qəhrəman olur.

"Narınc Uşaq Psixologiya Mərkəzi"nin Nizami filialının rəhbəri

Ruhəngiz Mehmanqızı

 

 

 

 

 

 

 

Go Back

Hiperaktiv uşaqlar

Fəal uşaq yaxşıdır. Yəni bu o deməkdir ki, uşaq ilk növbədə sağlamdır. O qacır, tullanır, yıxıb-dağıdır, dalaşır, dişləyir, rəqs edir, mahnı oxuyur və s. Belə uşağın anası ancaq uşaq yatanda sevinir.

- Sən nə gözəl yatırsan!

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir. Reallıq budur ki, hazırda qiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilmirlər. Sanki aralıq mövqedə dayanaraq həm valideyinlər, həm də müəllimlər üçün pröblemlər yaradırlar.

Uşaqların belə davranışlarına adətən məktəbəqədər və kiçik məktəbli dövründə rast gəlinir. Bu uşaqlar müəllim və tərbiyəçi üçün çətin, rahat olmayan uşaq kimi, oxumaq, yazmaq nitqin inkişafı, qavrama qabiliyyəti və s. kimi işlərdə problemlər yaradır. Ancaq, bunları nevroloji və psixi xəstəliklərin əmələ gəlməsi hesab etmək olmaz. Son dövrə qədər psixoloqlar və nevropatoloqlar bu qeyri adi hərəkətlərin hansı səbəbdən yaranmasını öyrənə bilmirdilər. Ancaq, son illər məlum oldu ki, hiperaktiv uşaqların və bütün bu tip çətin uşaqların beyinləri prinsipcə normaldır. Amma, hərəkətləri diqqətini tənzimləməkdə bir qədər gecikir.

Valideynlər üçün test

 İndi isə uşağın hiperaktivliyini öyrənmək üçün valideyinlərə test təqdim edirik.
O həmişə hərəkətlidir, ancaq özünü idarə edə bilmir, yorulsa da yenə hərəkət edir. Bütün gücünü itirənə kimi ağlayır, qışqırır.
Tez tez və çox danışır, danışarkən sözləri yeyir, başqalarının sözünü kəsir, tapşırığa axıra qədər qulaq asmır. Miliyon dənə sual verir ancaq cox az hallarda cavaba qulaq asır.
Onu yatmağa məcbur etmək olmur. Yatanda isə çox narahat yatır, tez-tez ürəkbulanması olur. Hiperaktiv uşaqlar hər şeydən allergiya ola bilərlər.
Bu uşağı idarə etmək çətindir, çünki onlar heç vaxt qadağalara və sərhədlərə əhəmiyyət vermir.
Tez-tez konflikt yaradır, öz aqressiyalarına nəzarət etmir, başqa uşaqları dişləyir, itələyirlər hətta daşdan cubuqdan da istifadə edirlər.

Elə uşaqlar var ki, onların hərəkət aktivliyi çox biruzə verir. Məsələn uşaq dayanmadan hərəkətdə olur, başı üstə fırlanır və dayana bilmir. O aqressivdir əsəbi və yuxusuzluq problemi var. Bu halda uşağa dərman vermək məsləhət deyil. Məsləhətdir ki, evdə uşaq üçün bir idman küncü ayırasınız. Uşaq idman hərəkətləri edir və nəticədə 2 həftədən sonra normal uşağa oxşamağa başlayır. Əgər uşağın diqqəti zəifdirsə onu idarə etmək üçün bir çox ölkələrdə maraqlı bir üsuldan istifadə edilir. Diqqəti olmayan uşağın başına elektrodlardan papaq geyindirir və cizgi filmi göstərilir. Uşaq diqqətini yayındıranda cizgi filmi təsvirini itirir və nəticədə uşaq öz diqqətinin idarə edə bilir.

Məsələn əgər uşaqda bu siyahıda olan 6 keyfiyyət varsa, onda diqqət catışmamazlığı diaqnozu qoyulur.
Detallara heç vaxt diqqət yetirmir, işdə səhvlər edir.
İşdə və oyunda cətinliklə diqqətini cəmləyir.
Ona deyiləni eşitmir.
İnstruksiyaya əməl etməyi bacarmır.
Heç bir oyun və yaradıcılıq təşkil edə bilmir.
Tapşırıqları yerinə yetirməkdə cətinlik cəkir.
Tez tez əşyalarını itirir.
Tez və asantlıqla dıqqəti yayınır.
Unutqandır.

Bu sualların biz yarısının çox cəsarətlə öz uşağımızda olduğunu deyə blərik. Məsələn kim belə uşaq görüb ki, heş vaxt gördüyü işdə səhv etməsin, diqqəti yayınmasın, hər şeyi yadda saxlasın. Amma əşyalarını itirmək tapşırığı yerinə yetirərkən çətinlik çəkmək bu artıq xarakterik xüsusiyyətdir.

Eyni ilə həmin şeyləri qiperaktiv uşaqlar üçün də demək olar. Beləliklə bu diaqnozu təsdiq etmək ücün aşağıdakı 6 punktdan 5-i sizin uşağınızda olmalıdır.
Əlləri və ayaqları ilə həmişə hərəkətdədir.
Tez-tez öz yerini dəyişir.
Səssiz hərəkətsiz dayanmaq lazım olduğu anda həddən artıq fəal olur.
Sakit oyunlarda oynamaq istəmir.
Həddən artıq çox danışır.
Heç vaxt hərəkətsiz dayanmır.

Bəzən elə olur ki, bu diaqnozu çox kicik yaşında hətta aylıq uşaqlara qoyurlar. Mütəxəssislər isə bu diaqnozu 5-6 yaşdan yuxarı olan uşağa aid edirlər. Onların izahına görə hiperaktivliyin əsas kriteriyasından biri öyrətmənin çətinliyində özünü göstərir. Kiçik yaşlı uşaqlarda isə bu sərhəd məhduddur. İknci məqam isə ailə və cəmiyyətdə tərbiyə sisteminin norma yoxsa patalogiyadan asıllığıdır.

Valideynlərə məsləhətƏ


ziz valideyinlər əgər uşağınızda hiperaktiv diaqnozunu təsdiqlədinizsə onda ilk öncə sizə böyük səbir arzulayırıq və bu psixoloq məsləhəti məhz sizin ücündür.

1.Uşaqla münasibətdə pozitiv modelə üstünlük verin. Onu layiq olduğu hərhərəkətinə görə tərifləyin, uğurlarını vurğulayın. Bu uşaqda öz gücünə inam yaradacaq.

2. Yox, olmaz sözlərini təkrar etməkdən qaçın.

3. Onlarla sakit, yumşaq, təmkinlə danışın.

4. Ayrılmış müəyyən vaxtda uşağa elə iş tapşırın ki, o həmin işin öhdəsindən gələ bilsin.

5. Uşağı diqqətin mərkəzləşməsini tələb edən yaradıcılıq işlərinə yönəldin.

6.Evdə günün planını tutun. Qida qəbulu, ev işlərini görmək, yatmaq hamsı bu cədvələ uyğun olsun.

7.Oyun zamanı calışın ki, uşağın bir partnyoru olsun. Narahat səs küylü uşaqlardan qaçsın.

8.Uşağa imkan verin ki, öz enerjisini sərf edə bilsin.Ən faydalısı fiziki aktivlikdi. Bu təmiz havada uzunmüddətli gəzinti, qacmaq, idman hərəkətləri və s. ola bilər

Müəllimlərə məsləhət

 Hiperaktiv uşaqlar öz müəllimlərinə də məsuliyyətli pol verirlər. Məktəblərdə qiperaktiv və diqqətsiz uşaqlara mənimsətmənin çətinliklərini nəzərə alaraq bu sahədə оnların müəllimlərinə bəzi məsləhətləri verməyi qərara aldıq.
Hiperaktiv uşaqlarla iş indivüdal qurulmalıdır. Bu vaxt əsas güc uşaqların diqqətinin mərkəzləşdirilməsinə və zəif yaradıcılıq sahəsinə yönəldilməlidir.
Dərs vaxtı calışmaq lazımdır ki, uşağın diqqətini yayındıran faktorlar minimuma endirilsin.Məsələn hiperaktiv uşağı orta cərgədə lövhənin önündə oturtmaq lazımdır. Uşağı müəllim özünə köməkçi kimi çətinlik yaranan kimi istifadə etməlidir.
Dərs məşğələlərini planla qurmaq lazımdır.
Hiperaktiv uşaqlara xüsusi gündəlik və kalendardan istifadə etməyi öyrətmək lazımdır.
Çox tapşırıq vermək olmaz.
Məktəbdə verilən tapşırığı bu uşağa lövhədə yazmaq tapşırılır.

Gördüyünüz kimi, hiperaktivlik, sadə göründüyü qədər də mürəkkəb və həlli çətin olan problemdir. Bu sahədə marifləndirmə işinin aparılması, uşaqlara fərdi yanaşma olduqca vacibdir.

Ruhəngiz Mehmanqızı, Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Psixologiya üzrə fəlsəfə doktoru

 

Go Back

4 nəticə göstərilir