Düşüncə Jurnalı

header photo

Gülüşün səni büruzə verir!!!

 Hər bir insanın özünəməxsus xarakteri, davranışı, hissləri var. İnsanın içdiyi içki, qan qrupu, geyimi, hətta gülüşü ilə onun kimliyini, necə adam olduğunu müəyyən etmək olar. 

Gülərkən qaşlarını çatanlar

Gülərkən qaşlarınızı çatırsınızsa, demək siz çox təmkinlisiz. Lakin özünüzdən çox razısız. Çalışın özünüzə kənardan baxın.

 

Gülərkən ağzını tutanlar

Gülərkən əlinizi ağzınıza tutursunuzsa, özünüzə kifayət qədər güvənmirsiz. Tez sıxılırsız. Ətraf-mühitin diqqətindən kənarda qalmağı xoşlayırsız. Bu xasiyyəti tərgitin. Əks halda sonunadək tək qalacaqsız.

Gülərkən başı yelləmək

Gülərkən başınızı yelləyirsinizsə, siz çox sadəlövhsüz. Ətrafdakılar sizi heç başa düşmürlər. Amma ürəyiniz çox təmizdir. Sizə bel bağlamaq olsa da, qərar verəndə ağlınızın hökmünə deyil, ürəyinizin səsinə qulaq asırsız. Bu isə adətən məğlubiyyətlə nəticələnir.

Gülərkən burnunuzu qaşıyırsızsa

Deməli, siz çox dəyişkən insansız. Hər dəqiqə öz fikrinizi dəyişdirə bilərsiz. Siz bu xasiyyətdə küləkdən geri qalmırsız. Özünüzdən yaman razısız. Sanki alçaq dağları siz yaratmısız.


Haylı-küylü gülüş sahibləri

Onlar həddindən artıq temperamentli olurlar. Bəzən səbirli, bəzən tez özlərindən çıxırlar. Dostluqda alicənab olan bu şəxslərə düşünmədən etibar etmək olar. Onlar sevdiklərini yarı yolda buraxmazlar. Həm də tələbkardılar. Yalanı sevmirlər.


Özünəməxsus gülüş tərzi

Bu şəxslər həm mülayim, həm də qəddar olurlar. Fərqli xüsusiyyətləri, fərqli dünya görüşləri var. Keçmiş üçün yox, gələcək üçün yaşayırlar. Onları yıxmaq hər adama nəsib olmur.

 

Ruhəngiz Mehmanqızı 

Narınc UPM-in rəhbəri,

Psixologiya üzrə Fəlsəfə Elmləri Doktoru

Go Back



Sorğu göndər