Düşüncə Jurnalı

header photo

Blog posts : "Yeniyetmə Psixologiyası"

Qrup terapiyası

Qrup terapiyası oxşar problemləri olan bir neçə insanın eyni vaxtda problemlərini həll etməyə yönəlmiş terapiya növüdür.
Qrup terapiyanın məqsədi təcrübələrini paylaşmaq, fərqindəlik yaratmaq, çətinliklərlə mübarizədə yeni qaynaqlar əldə etmək, ünsiyyət bacarıqlarını formalaşdırmaq, təkmilləşdirmək, şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, özünüqiymətləndirmə və özgüvən duyğusunu, motivasiyanı yüksəltmək, kompleksləri aradan qaldırmaqdır.
Qrupun yaranması üçün ən az 8-10 nəfər üzv olmalıdır, ən çox 18-20 nəfərin iştirakı ilə yaranır.
Zamanla qrupun bəzi üzvləri qrupdan müxtəlif səbəblərlə ayrıla bilir və qrup üzvlərinin sayında dəyişiklik baş verir.
100 nəfəri keçən böyük qruplar da ola bilir ki, bunlar əsasən psixologiya üzrə təhsil alan tələbələr arasında həyata keçirilir, onlar birbaşa özləri üzərində qrup terapiyanın tətbiqi və aparılma qaydalarını öyrənirlər.
Qrup terapiya bir və ya iki mütəxəssis tərəfindən aparılır.
Bir pasientin eyni zamanda həm qrup terapiyaya, həm də fərdi seansa qatılması olduqca faydalıdır. Belə ki, qrup terapiyada qazandığı bacarıqları fərdi seansda dərinləşdirə, təkmilləşdirə bilər.
Lakin eyni zamanda iki fərdi seansa və ya iki qrup terapiyasına qoşulması qarışıqlıqlara səbəb ola bilər.
Qrup terapiyasına klinik psixoloqlar, sosial dərnəklər, universitetlər üzvlər yönləndirə bilər, həmçinin fərdi konsultantlar uyğun bildikləri pasientlərini yönləndirə bilərlər.
Bundan başqa, psixiatriya xəstəxanalarında yatılı qalan xəstələr də qrup terapiyasında iştirak edə bilərlər.
Qrup terapiyanın açıq və qapalı olmaqla iki növü ayrılır:
Açıq qrup terapiyasında yeni qatılanlar da iştirak edə bilərlər, konsultanta qeyd olunub gözləmə siyahısına alınanlar terapiyadan tamam uzaq qalmamaq üçün qrup terapiyasına yönləndirilərlər.
Qapalı qrup terapiyasında açıq növündən fərqli olaraq, terapiya başladıqdan sonra yeni üzv qəbul olunmur.
İpoxondriya xəstəliyi olanlar, bəzi şəxsiyyət pozuntuları, məsələn paranoidlər, fiziki şiddəti idarə edə bilməyənlər, psixoaktiv maddə istifadəçiləri və ya digər asılılıqları olanların  açıq yox, qapalı qrup terapiyasında iştirak etmələri uyğundur.
Bundan başqa, qısamüddətli və uzunmüddətli qrup terapiyaları da vardır. Qısamüddətli qrup terapiyalarında konkret müddət təyin olunduğu halda, uzunmüddətli növdə qrup üzvləri dəyişsə də, terapiya dayandırılmır, davam edir.
Qrup terapiyası əsasən həftədə 1 dəfə, 1,5-2 saat müddətində aparılır. Bəzi qruplar zamanla çıxanlar və yeni qatılanlarla birlikdə illərlə davam edə bilir ki, bunlar da uzunmüddətli qrup terapiya növünə aid edilir.
Yatılı psixiatrik xəstələrlə qrup terapiyası həftədə 3-4 dəfə və ya həftənin hər günü aparıla bilər.
Qrup terapiyanı digər terapiya növlərindən fərqləndirən, insanların  başqasının da onunla eyni yollardan keçdiyini, onun yaşadıqlarını yaşamış olduğunu öyrənməsini təmin etməkdir. Necə deyərlər, problemi olan bir insan üçün ən rahatladıcı söz başqasının “mən də” deməsidir. Qrup terapiyasının əsas məqsədi də məhz bunları sizə göstərməkdir.

Go Back

Yeniyetməlik yaşının ümumi xarakteristikası

Yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara bilər. Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiy­­yət yeniyetmələrin aparıcı fəaliyyəti olur. 
Bu dövrdə aparıcı fəaliyyətlə yanaşı olaraq təlim, ictimai-təşkilati, idman, bədii, əmək fəaliyyəti də özünə xüsusi yer tutur. Həmin ictimai-faydalı fəaliyyət növlə­rindən istifadə etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə şüurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Onlar müxtəlif qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına uyğun ünsiyyət yaratmağı öyrənir, öz «mən»lərini qiymətləndirmək bacarığına yiyələnirlər.
Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dö­nüş” və s. dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və psixi inkişafında müxtəlif keyfiyyət dəyişmələri baş verir. 
Bununla əlaqədar olaraq uşaqlıqdan yaşlılığa keçid həmin dövrün əsasını təşkil edir. 
Bu yaş dövründə uşaq orqanizminin bioloji yetkin­ləşməsi yolunda əsaslı dəyişiklik baş verir. Bədənin yuxarı və aşağı ətraf sahələrində sümüklər əzələlərə nisbətən uzununa daha sürətlə inkişaf edir. Ona görə də yeni­yetmənin xarici görkəmi çox qəribə olur. Bədənin ətraf hissələri gövdəyə nisbətən mütənasibliyini itirir, daha uzun görünür. Boy artımı çox sürətlə gedir, bəzən bir il ərzində 8-10 sm artır.
Məlum olduğu kimi kiçik yaşlı məktəblilərdə boyun və çəkinin artması əsasən uyğun şəkildə gedir. Düzgün həyat və qidalanma şəraitində yaşayan kiçik məktəbli nə kök, nə də arıq görünmür. Lakin yeniyetməlik yaşının başlanğıcından (10-11yaş) bu mütənasiblik kəskin şəkildə dəyişir. Yeniyetmənin çəkisinin və boyunun artmasında sıçrayış baş verir.
Mövcud ədəbiyyatdan məlum olduğu kimi, 9-10 yaş arasında oğlanlarda boy artımı təxminən 4,4 sm olduğu halda, 11 yaşında bu artım 5,3 sm, 12 yaşında – 6,1 sm-ə, 13 yaşında — 4,7 sm-ə, 14 yaşında – 7,2 sm-ə, 15 yaşında – 6,2 sm-ə çatır. Rəqəmlərdən göründüyü kimi, oğlanlarda ən yüksək boy artımı 13-14 yaş arasında baş verir. 
Qızlarda isə boyun artımı daha tez başlayır və həmin artım tez də aşağı düşür. 9 yaşlı qızlarda boy artımı 3,8 sm, 10 yaşda – 6,21 sm, 11 yaşda – 7,17 sm, 12 yaşda – 5,43 sm,  13 yaşında təxminən 6 sm-ə çatır. Bu zaman artım əvvəlki illərə nisbətən az olsa da qənaətbəxşdir. 14 yaşında boy artımı 3,7 sm-ə, 15 yaşında isə 2,3 sm-ə enir. Rəqəmlərdən göründüyü kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez başlasa da, sonradan əsaslı şəkildə aşağı düşür.

Çəkinin artmasına gəldikdə bu dövrdə o boyun artmasından geri qalır. 9 yaşlı oğlanların çəkisi orta hesabla 26,3 kq, 10 yaşda – 29,0 kq (artım 2,7 kq), 11 yaşda – 32,1 kq (artım 3,1 kq), 12 yaşda – 36,0 kq (artım – 3,9 kq), 13 yaşda – 39,2 kq (artım – 3,2 kq), 14 yaşda – 45,5 kq (artım – 6,3 kq), 15 yaşda – 51,9 kq (artım – 5,4 kq) olur. Rəqəmlərdən göründüyü kimi, yeniyetməlik dövründə oğlanlarda çəkinin artması qeyri-bərabər şəkildə gedir. 13 yaşında çəkinin artımı aşağı düşür.
Qızlarda da çəkinin artması təxminən eyni şəkildə gedir. 9 yaşlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaşda – 28,3 kq, 11 yaşda – 32,0 kq, 12 yaşda – 36,97 kq, 13 yaşda – 41,9 kq, 14 yaşda – 47,5 kq, 15 yaşda – 50,6 kq-a bərabər olur. Qızlarda çəkinin ən az artımı 10 və 11 yaşda özünü göstərir. 
Bu dəyişiklik xüsusilə cinsi yetişmənin baş­lanmasında özünü göstərir. Uşaqlara nisbətən yeniyet­mələrin siması dəyişir, böyüklərə yaxınlaşmış olur.
Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyet­­mənin fiziki imkanı da artır. Yeniyetməyə elə gəlir ki, onun hər bir şeyə gücü çatar.
Yeniyetmənin psixoseksual inkişafında xüsusi dəyişiklik baş verir. Bu dövrdə cinsi yetişmənin başlanması bir növ cinsi yetkinlik üçün başlanğıc rolunu oynayır. Bununla yanaşı olaraq psixoloji yetkinliyin, eləcə də sosial yetkinliyin baş verməsi üçün müvafiq şərait yaratmış olur. Yeniyetmələrdə sərvət sistemi dəyişir: ailə, məktəb, həm­yaşıdları yeni məna və əhəmiyyət kəsb etməyə başlayır.

Kayzen.az

Go Back

Yeniyetmələrlə necə davranmalı?

Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir. Bəzi yeniyetmələrin valideynləri uşaqlarının aqressiv, kobud, bədbin, yalançı olmasından şikayətlənirlər.
Uşağın yeniyetməlik dövrü ailənin ona yanaşma tərzindən çox asılıdır, bu mənada valideynlərin maariflənməsi vacib və aktual məsələdir. Yeniyetməlik dövründə yaranmış bir sıra psixi problemlər, o cümlədən özünəinamsızlıq, özünəqapanma halları, sosial fobia gələcək illərdə geri dönüşü olmayan böyük psixoloji travmalara aparıb çıxarır.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın dediyinə görə, yeniyetməlik dövrü bioloji, fizioloji və psixoloji inkişafın ən aktual dövrüdür və müxtəlif yaşlara təsadüf edə bilər: “Başlanğıc yaş həddi 9-12, sonrakı dövr 13-15 yaş müəyyən edilib. Əvvəlki dövrlərə nisbətən yeniyetmə ətraf mühitə yönəlmiş olur və yaşıdları ilə ünsiyyətə üstünlük verir. Bu, öz «mən»ini sübut etmək tələbatını ortaya çıxarır. Onun eqoları yüksəlir və yaşıdlarıyla özünü müqayisə edərək diqqət çəkməyə və seçilməyə çalışır. Həmin yaşda uşaqlar yaşlılar tərəfindən bəyənilməkdən çox, həmyaşıdları arasında nüfuz qazanmağa üstünlük verirlər. Onun enerjisinin həddi-hüdudu olmur, lakin həmin enerjinin sosial fəallığa ötürülməsi, gələcək perspektivlərə xərclənməsi daha məqsədəuyğun olar.

Həmin dövrdə psixoloji baxımdan bir sıra yeni maraqlar formalaşır. Böyümək, yetkin və sərbəst olmaq, bacarıq və etibar qazanmaq şəxsiyyətin formalaşması üçün əsas psixoloji amillərdir. Bəyənilmək, təqdir edilmək, sosial fəallıq gələcəkdə yeniyetmənin şəxsiyyət və mənlik anlayışlarının təşəkkülündə müəyyən rol oynayır, öz maraqlarını həmyaşıdları arasında təmin etmək istəyən yeniyetmə bəzən yanlış mühitə düşür. Həmin prosesdə ana-balanın rolunu unutmaq olmaz. Yeniyetməni duyğu və davranışları enişli-yoxuşludur, çox vaxt onun nə vaxt nə edəcəyi bəlli olmur. Bəzən böyüklər tərəfindən anlaşılmazlıq və təzyiqlər, özünəinamsızlıq və özünəqapanma halları yeniyetmələri intihara məruz qoyur. Zərərli maddələrə aludəçilik və zəruri vərdişlər qazanmaq əsasən həmin dövrə təsadüf edir. Belə hallar xoşagəlməz nəticəyə və ya ağır patoloji problemlərə aparıb çıxara bilər. Ailədə hər iki valideynin və ya birinin öz vəzifəsini yerinə yetirməməsi yeniyetmənin xarakter xüsusiyyətlərinin korlanmasına və onun mənfi istiqamətlərə yönəlməsinə səbəb olur”.

Psixoloq daha sonra deyib: “Ailə genoqramından qızların həssas və mənəvi cəhətdən zəngin şəxsiyyət kimi formalaşmasında atanın mühüm rolu var. Eyni zamanda oğlanlar da şəxsiyyət özəllikləri baxımından anaya ehtiyac duyur və bu mənada ailə bir tamlıq və bütövlük təşkil edir. Ailədə yeniyetmə gəncə səbirlə yanaşılmalı, övladla valideyn arasında ortaq nöqtələr tapılmalıdır. 

Yeniyetməlik dövrü öz həssaslığı və çılğınlığı ilə seçilir. Ona görə də həmin dövrdə övladı çox danlamaq, hər xırda məsələyə görə onu qıcıqlandırmaq olmaz. Həmçinin yeniyetmənin şəxsiyyətinə istiqamətlənən təhqir və onu idarə etməyə çalışmaq valideynlərin ən böyük səhvidir. Ona uzun-uzadı öyüd-nəsihət verməkdənsə sadəcə məlumatlandırmaq lazımdır. Bununla yanaşı qətiyyən laqeydlik göstərmək olmaz. Onların gələcəyi necə tərbiyə etdilməkdən çox asılıdır. İlk növbədə valideyn onun böyüdüyünü dərk etməli, uşağa qarşı əvvəlki münasibət və davranışı dəyişməlidir. Təbii ki, ən böyük iş ata və ananın həmin dövr üçün yaranmış bəzi problemlərin həllinə sevgi və duyğu ilə, ünsiyyət və səbirlə yanaşılmalıdır. Yeniyetmələri dinləmək, onları anlamağa çalışmaq, özlərini tanımaları üçün fürsət vermək lazımdır”.

Kayzen.az
 

Go Back

Yetkinlik çağının davranışları

Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür. 
Həyata yeni addımlarını atan yeniyetmə ətrafdakılarla münasibətləri tənzimləyərkən bəzən problemlər yaşayırlar.
İnsanın ən həssas dövrünü yaşadığı bu dönəmdə əksər davranışlar standart olur. Yəni bu davranışların çoxu bir-birini təkrarlayır.
Yetkinlik çağının klişe davranışlarını aşağıdakılardır:
1. Otağa qapanmaq
Otaqları onlar üçün qala kimidir. Ora başqalarının girməsini istəməzlər. Evdəki vaxtlarının çoxusunu öz otaqlarında keçirirlər.
2. Ailələrin müqayisəsi
Bütün yeniyetmələr üçün dünyadakı ən pis, ən qəddar, ən anlayışsız ailə özününküdür. Ən yaxşı ailə isə təbii ki, digərlərinin ailələridir. “Filankəsin atası (anası) həmişə oğlunu (qızını) daha yaxşı anlayır”. 
3. Mən keflənmirəm
Spirtli içkilərlə təzə-təzə tanış olmağa başlayan yeniyetmələr özlərini sübüt etmək üçün həmişə sərxoş olmadıqlarını iddia edirlər. Amma “mənim canım möhkəmdir, qardaş, içirəm, içirəm keflənmirəm”… Belə söhbətin axırı tualetdə qusmaqla bitir. 
4. Qapını çırpıb çıxmaq
Ailədə baş verən söz-söhbətin axırı qapını çırpıb getməklə qurtarır. Bəzən əllər o qədər öyrəşir ki, tualetin də qapısı çırpılır.
5. Problem səndə deyil, məndədir
Yeniyetmələr bir-birlərindən ayrılarkən bu ifadədən çox istifadə edirlər: “Sən yaxşı insansan, yaxşı dost ola bilərik”. Bəziləri üçün bu ifadələrin tələffüzü ömrün sonuna qədər davam edir.
6. Heç kim məni başa düşmür.
Yeniyetməlik bu hisslə gəlir: “Bu dünyada mən təkəm. Heç kim mənim dərdimi başa düşmür”. Amma bütün yeniyetmələr eyni dərəcədə tənhadırlar. 
7. Gəl evlənək
Bu yaşda bir-birləri ilə təzə tanış olan, məhəbbət başlarına vurmuş yeniyetmələr evlənmək sevdasına düşürlər. Bəzən bir-birlərinə üzük da bağışlayırlar. Ancaq bir xırda mübahisədən sonra o üzükləri atıb gedirlər.
8. Otağıma qarışma
Qeyd etdiyimiz kimi otağı bir yeniyətmə üçün qala kimidir. Valideynlərsə həmişə bu otağa qarışırlar. “Yerini yığışdır, paltarlarını düzəlt, corabları götür, kitabları düzəlt” kimi əmrlər verirlər. Ən pisi isə bir yeniyetmənin otağını yığışdırmaqdır. Onda qiyamət qopur. Çünki bütün bu dağınıqlığa baxmayaraq, onun özü hər şeyin yerin bilir.
9. Həyatın nə olduğun başa düşürəm
15 yaşında həyatı başa düşdüyünü zənn edən yeniyetmələrin dilindən düşməyən cümlədir. Hətta bəzən qoca kişilər kimi nəsihət də verirlər: “Bu həyatda gərək heç kimə inanmayasan, həyatın qanunu budur”
10. Buralardan gedəcəm
Ali məktəb imtahanlarının qorxusu başlayanda bu fikirlər oyanır. Birinci getmək istədikləri ölkə Amerika olur. Sonra yavaş-yavaş Avropa ölkələrinə gəlib çıxırlar. Axırda isə Gürcüstanla bitir bu arzu.
11. Siyasət murdar şeydir
“Bütün siyasətçilər öz mənfəətlərini güdürlər. Buna görə də həyatda heç vaxt siyasətə qarışmamaq lazımdır”. Buna görə də heç televiziya xəbərlərinə də baxmırlar.
12. Gündəlik yazmaq 
Yanvarın 1-də başlayırlar gündəlik yazmağa. 4-5 gün yazıb sonra cümlələri yavaş-yavaş azaldırlar. Axırda gündəlik kitabların arasında itib batır.
13. Ananla gəlirsən? 
Yeniyetmələrin anasından, atasından və bütün qohumlarından zəhləsi getdiyi bir dövr var. Ana və atasıyla bir yerə getdikləri üçün əsəbləşirlər. Küçədə valideynləri ilə görünməkdən utanırlar.
14. Sıxılıram
İnsan hərdən sıxıla bilər. Ancaq yeniyetmələrdə bu sıxılmaq bəzən uzun çəkir. Hara gedirsən get. Həmişə sifətlərində narazı ifadə var. Tez-tez sıxıldıqlarını deyirlər. Bu da zamanla keçən bir xəstəlikdir.
15. İntihar etmək
Yeniyetmələr qarşılaşdıqları xırda problemləri böyütməyi sevirlər. Ətrafdakılarla yaranmış anlaşılmazlıqlar, sevgili ilə problemlər, sevgilinin xəyanət etməsi bəzən onları intihar etməyə sövq edir. Lakin belə intiharların 80 faizi sadəcə, görüntü xarakteri daşıyır. Lakin yerdə qalan 20 faizdən ehtiyatlı olmaq lazımdır.
16. Qonşu binadakı qızla...
Yeniyetmə oğlanların seksual istəkləri çox güclü olsa da bu çox vaxt gerçəkləşmir. Ona görə də bir-birlərinə hansısa gözəl qız barədə yalanlar uydurmağa başlayırlar. “Filankəslə öpüşdüm”, “filankəslə yatdım” kimi… Lakin çox vaxt bunlar sadəcə xoş xəyallar olaraq qalır.

kayzen.az

Go Back

Psixomola

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji, ictimai inkişafın müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı, qarışıqlıq və qərarsızlıqlar müddətidir. Valideynlərdən ayrılıb müstəqilliklərini qazanmaq istəyinin olduğu, lakin eyni zamanda yetkin olmanın tələb məsuliyyətlərdən qaçmadır. 
Bütün bunları nəzərə alsaq yeniyetme olmaq asan deyil. Eyni şey ana atalar üçün də etibarlıdır, yeniyetme valideyni olmaq heç də asan deyil. Yeniyetme artıq valideyndən uzaqlaşma, onların səhvlərini tapmaq, zəifliklərinin fərqinə varmağa və yoldaşlarına daha çox yönəlməyə başlayır. Bu nöqtədə də valideynlərin qorxuları dövrəyə girir. Övladlarının səhv dostluqlar quraraq yanlış istiqamətə yönəlməsi, risk alma, maddə və spirt istifadə riski, aqressiv davranışların artması, dərs, iş davranışında problemlərin meydana gəlməsi və akademik həyata maraqsızlıq kimi onları narahat edən hallar ortaya çıxır. Bunun Sorğunun və öyüd-nəsihətin başlandığı nöqtədə, yeniyetme valideynlərindən uzaqlaşmağa başlayır. Burada yarana biləcək emosional qırıqlığı nəzərə alaraq bir mütəxəssisdən yardım almaq və çətin prosesin öhdəsindən gəlmək həm yeniyetməni həm də valideyni rahatlaşdırar. 

Hansı hallarda psixomola ola bilər? 
— Yeniyetmə ilə kommunikativ olaraq qopuqluq yaşanmağa başlanıbsa, 
— Şəxsiyyət qarışıqlığı yaşanırsa, 
— Valideyn olaraq, yeniyetmə övladınızla necə davranacağınızı bilmirsinizsə,
— Akademik müvəffəqiyyət düşürsə, 
— Spirtli içki və maddə istifadəsinə başlayırsa 
— Agresif davranışları artırsa
— Sosial uzaqlaşma və bənzəri hallarda psixoloqa müraciət edilə bilər. 

Əgər yuxarıda qeyd olunan hallar övladınızda da müşahidə olunursa mütəxəssisə müraciət etməyiniz mütləqdir. Unutmayaq ki, yeniyetməlik dövrü bizim həyata sağlam formalaşmış fərd kimi addım atmağımız üçün mühüm bir keçid dövrüdür. 

 

Validə Abbasova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

kayzen.az 

Go Back

Yeniyetmələrin əsas psixoloji problemləri

Yetkinlik,fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır.Uşaqlıqda başlayan yetkinlik qavramı,yeniyetməlik dövründə pik nöqtəyə çatır.13-14 yaşlarında başlayır,17-21 yaşlarında bitir.

Qızlarda 11-13 yaş

Oğlanlarda 13-15 yaş

 Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri:

-Yalnızlıq istəyi

-işləmək istəksizliyi

-can sıxıntısı

-narahatçılıq

-qaydalara qarşı dirəniş

-cəmiyyətlə ziddiyyət

-cinsiyyətə hədsiz maraq

-həssaslığın artması

-özgüvənsizliklə və s. ilə özünü göstərir.

 Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır.Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır.Eqoizm,ətrafdakıların hisslərinə laqeydlik,neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir.Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür.Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır.

  Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən,nəticə aydındır:aqressiv davranışın yaranmasında bioloji,psixoloji və sosioloji amillər mühüm rol oynayır.

 Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil,həm də situativ amillərdə təsir göstərə bilər.Məsələn:bu başqalarının yeniyetmələrə verdiyi qiymət,qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.

 Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya “qisas” arzusu ilə bağlı ola bilər.Əgər yeniyetmənin aqressiv hərəkətə cavab  vermək imkanı olmursa,nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir.

 Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir.Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir.

 Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir .Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir.Bu mövqedən çıxış edərək,kişinin güclü ,müstəqil,aktiv,aqressiv,şəxsi mailiyyətlərə yönəlmiş və s,qadının isə zərif,dözümlü,zəif,asılı,emosional,nəzakətli,ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir.

 Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq , “Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan,yeniyetməlik dövrünə keçmənin çətinlikləri,2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu,3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət:normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları,böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib.

 İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur,sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir.İnsanın inkişafında bioloji,sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir.Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir.Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir.Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.

 Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür.

 Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir.Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının,hisslərinin,həyat planlarını,təfəkkürün formalaşmasında mühüm rol oynayır.Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa,yeniyetməyə mənəvi,psixoloji cəhətdən yaxın,onun dayağı olan insanların mübahisəsi ,xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir.Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin ,həyəcanın,aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır.Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması ,valideynlərin ona münasibəti çox vacibdir.Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur.Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə,özünə,yaşıdlarına qarşı neqativ hisslər yaradır.

  Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir.Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: “Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s.  Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.

Sevinc Ələkbərli

Narınc uşaq psixologiya mərkəzinin psixoloqu

 

Go Back

Yeniyetməlik Dövründə Baş Verən Dəyişikliklər

ANA-ATALAR ÜÇÜN YENİYETMƏLİK RƏHBƏRİ

 Yeniyetməlik dövrü somatik dəyişikliklərlə başlayan və gəncin ictimai baxımdan yetkin kafiliyini qazanması ilə sonlanan bir dövrdür.

Yetkinlik dövrünün başlanğıcı da, sonlanması da kəslər arasında fərqliliklər göstərər. Bəzi yetkinlər daha erkən yaşlarda somatik olaraq inkişafa başlarkən bəziləri daha keç inkişaf edər. Qızlar ümumiyyətlə yetkinliyə oğlanlara görə bir iki il əvvəl girərlər. Ancaq həm qızlar arasında həm kişilər arasında genetik və bəslənmə xüsusiyyətlərindən qaynaqlanan fərqliliklər olacaq. Bu fərqlər yetkinlik dövrünün yaş sərhədlərinin olduqca elastik olmasına səbəb olar. Ümumiyyətlə, qızlarda yetkinliyin başlanğıc yaşı 11-13 ikən kişilərdə 14-16 yaşları arasında dəyişər.

 Sürətli fiziki dəyişiklik  başlaması ilə birlikdə yetkinin dəyişən bədəninə ruhi olaraq uyğunlaşma müddəti başlayır. Bədənsəl inkişafa bağlı dəyişikliklər fərqli surətlərdə və sırada ortaya çıxa bilər. Bu fərdi fərqliliklər yetkinin ictimailəşmə müddətinə təsir edər. Erkən yetkinlikdəki problemlər ümumiyyətlə bu müddətlə əlaqəli olaraq ortaya çıxar.

YETKİNLİKDƏ ORTAYA ÇIXAN SOMATİK DƏYİŞİKLİKLƏR

® Sürətli boy uzanması (qızlar üçün ortalama 11 yaşında, kişilər üçün isə 14 yaş ətrafında sürətli boy uzanması dövrü başlayır. Yeniyetmə qısa müddətdə 10-20 sm. qədər sürətli şəkildə uzanar.

® Bu dövrdə bədən nisbətləri dəyişər. Əvvəl əllər və ayaqlar böyüyər, qollar və qıçlar uzanar.

® Oğlanlarda səs dəyişər, çatlayar və qalınlaşar.

® Bədən yağ paylaşımında cinsiyyətə xas dəyişikliklər ortaya çıxar, qızlarda çanaq bölgəsi genişləyərkən oğlanlarda sinə bölgəsində genişləmə olar.

® Oğlanlarda əzələ inkişafı sürətlənər.

® Dəridə yağlanma artar. Bu yağlanma sızanaqların ortaya çıxmasına səbəb olar.

® Qız və oğlan tipli tüklənmə başlar.

® Cinsi orqanlarda cinsiyyətə xas dəyişikliklər ortaya çıxar.

BƏDƏNSƏL DƏYİŞİKLİKLƏRƏ BAĞLI OLARAQ SIX GÖRÜLƏN PROBLEMLƏR

® Ehtiyyatsızlıq: Qol və qıçların ani uzanması, əzələ gücündəki dəyişikliklər yeniyetmələrin hərəkətlərini nəzarət etməsində çətinliklər yaradar.

® Boy uzanması ilə əlaqədar qayğılar: Yeniyetməlik dövründə eyni yaşdakı uşaqlar fərqli sürətlərdə və zamanlarda uzanarlar. Bu vəziyyət özlərini digərləri ilə müqayisə etmələrinə və inkişafları ilə əlaqədar qayğılar yaşamalarına səbəb olar.

® Bədəndəki ani dəyişikliklərin, sinələrin inkişafının ətrafdan fərqinə varılması qayğısı bəzi yeniyetmələrin bədənlərini gizləmə səyi içinə girməsinə, donqar dayanmağa və ya bol geyimlərə yönəlməsinə səbəb olar.

® Yemə pozuqluqları: Cəmiyyətin gözəlliyə bağlı normalarına uyğun gəlmə səyi bəzi yeniyetmələrin həddindən artıq sərt diyetlər etməsinə və fiziki inkişafı dayanma nöqtəsinə gətirən yemə pozuqluqlarının ortaya çıxmasına səbəb ola bilməkdədir.

® Səsi gizləmə: Səsdə ortaya çıxan çatlama bəzi gənclərin bu vəziyyətdən narahatlıq duymalarına və səslərini gizləmək üçün danışmaqdan qaçınmağa başlamasına səbəb ola bilməkdədir.

® Cinsi inkişafın gecikməsi ilə əlaqədar qayğılar: xüsusilə fiziki və cinsi inkişafı daha gec olan qrupdakı gənclər özlərini yaşıdları ilə müqayisə etdiklərində inkişaflarının gecikməsinə bağlı qayğılar yaşayarlar, özlərinə və cinsiliklərinə bağlı şübhələr duymağa başlaya bilərlər.

® Həddindən artıq özün fərqindəlik halı və buna bağlı ictimai çəkilmə: sürətli dəyişmə diqqətin bədəninə və özünə yönəlməsinə səbəb olar. Bəzi gənclər həddindən artıq dərəcədə özlərini nəzarət etməyə, bütün gözlər öz üstlərində kimi hiss edib narahatlıq duymağa  başlarlar.

ANA -ATALARIN BƏDƏNSƏL İNKİŞAF MÜDDƏTİNDƏ ORTAYA ÇIXAN PROBLEMLƏRƏ BAĞLI TUTUMLARI NECƏ OLMALIDIR?

® Ünsiyyət kanallarını açıq saxlamaq və inkişaf müddəti ilə əlaqədar danışmaq lazımdır. Eyni cinsiyyətdən valideynlərin öz inkişaf  müddətindən, hansı yaşda yetkinliyə girdiyindən, nə növ qayğılar yaşadığından da nümunələr verərək danışması ümumiyyətlə gənci rahatlaşdırar.

® Bu dövrdə bədən gigiyenası əhəmiyyət qazanar. Gəncə tətbiq edə biləcəyi praktik təkliflər vermək, ehtiyac duymağduğu vasitələri götürməsi və istifadə etməsi üçün yol göstərici olmaq lazımdır.

® Yeniyetməlik dövründə xüsusilə kalori ehtiyacı artar. Gəncin inkişaf edən sümükləri daha çox kalsium ehtiva edən qidalar qəbul etməsini tələb edir. Xüsusilə sürətli uzanma dövründə kişilərin gündə 2800, qızların isə 2400 kkalori qəbul etməsi təklif edilməkdədir.

® Bedensel quruluşa uyğun idmana yönəltmək. Bedensel inkişafı ən yaxşı dəstəkləyən vasitə nizamlı şəkildə tətbiq olunacaq fiziki fəaliyyətlərdir.

® Gəncə sağlamlığını qoruma mövzusunda nitqlər vermək yerinə ana atanın sağlam həyat fikirini şəxsən tətbiq edərək nümunə olması daha təsirlidir.

MƏNTİQİ İNKİŞAF

  Gəncin düşüncə sahəsində ortaya çıxan dəyişikliklər bu dövrün ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Yeniyetməlik dövrü, bu dövrdə beyində ortaya çıxan dəyişikliklərə bağlı olaraq adamın uşaqlığa görə daha geniş və çox ölçülü düşünə bilməsini təmin edən bir dəyişmə keçirdiyi və nəticədə yetkin tipi düşüncə bacarığı qazandığı dövrdür.

  Bu dövrdə uşaqlıqdakı konkret düşünmənin yerini mücərrəd düşünmə bacarıqları alır. Beləcə gənc:

1. Sualları soruşar, fərqli ehtimallar üzərində düşünər.

2. Mücərrəd anlayışlar üzərində düşünər.

3. Öz düşüncələri üzərində düşünər

4. Başqalarının görüş bucağını anlaya bilər.

5. Eyni anlayışın yanında və qarşısında olaraq mübahisə edə bilər.

6. Ehtimallar üzərində düşünə bilər.

7.Fərqli vəziyyətlərdə fərqli tutumlar sərgiləyə bilər.

ANA-ATALARA DÜŞÜNCƏ İNKİŞAFINI DƏSTƏKLƏMƏ TƏKLİFLƏRİ:

  Yeniyetməlik dövründə ortaya çıxan düşünmə bacarığı dəstəklənilməsi lazım olan bir xüsusiyyətdir. Gənc məntiq icra etməyi, sorğulamağı, plan etməyi, başqalarını görüş bucağını anlamağı bu yolla inkişaf etdirəcək. Buna görə ana ataların gəncin yeni inkişaf edən bacarığını dəstəkləməsi lazımdır.

® Gəncin fikirlərini səbirlə dinləmək, fikirlərinə dəyər verdiyinizi ifadə etmək əhəmiyyətlidir. Gəncin sizin inanclarınıza qarşı çıxdığı vəziyyətlərdə öz inanclarınızı sakin və məntiqli bir şəkildə müdafiə etməyə hazır olmalısınız. Sizinlə inanclarınız mövzusunda mübahisəsi hər zaman sizə qatılmadığı mənasına gəlməyə bilər.

® Gəncin öz bəyənmələrini və dəyər mühakimələrini inkişaf etdirməsini dəstəkləyin.

® Planlama bacarıqlarını inkişaf etdirməsini dəstəkləyin, bu mövzuda nümunə olun.

® Düşüncələr-duyğular və davranışlara fərqli yaxınlaşın, unutmayın ki "İnsan hər şeyi düşünə bilər, ancaq düşündüklərindən deyil etdiklərindən məsuldur". Bu ayrı-seçkiliyi edə bilməniz gəncin də məsuliyyət sahəsini dəqiqləşdirə bilməsinə köməkçi olacaq.

İCTİMAİ DUYGUSAL İNKİŞAF

® Şəxsiyyət qazanımı yetkin üçün ən prioritetli mövzulardan biridir. "Mən kiməm" sualına cavablar axtarar.

® Avtonomluq qazanma ehtiyacı artar, valideyn nüfuzuna qarşı çıxar

® Yoldaşların əhəmiyyəti artar

® Qarşı cinsə maraq duyar, romantik əlaqələr qurular

® Nümunə götürdüyü, ideallaşdırdığı kəslərə bənzəmə səyi olar

® Öz yaşıd qrupunun normaları gənc üçün böyük əhəmiyyət daşıyar.

  Bu dövrdə ana və ata ilə əlaqələrdə də dəyişikliklər olar. Gənclər gündəlik çətinliklərini duyğularını və problemlərini daha sıxlıqla anaları ilə paylaşarlar. Ata isə gələcəyə istiqamətli planların paylaşıldığı, fikir müzakirələrinin edildiyi, xüsusilə kişi yeniyetmələrin özünü qəbul etdirməyə çalışdığı adamdır. Qız uşaqlarla atalar arasındakı əlaqənin bu dövrdə daha məsafəli olduğu isə bütün dünyada edilən işlərdə ortaya çıxan bir tapıntıdır.

İCTİMAİ DUYGUSAL İNKİŞAFI DƏSTƏKLƏMƏYƏ İSTİQAMƏTLİ TƏKLİFLƏR

® Gəncin öz qərarlarını verməsini dəstəkləyin, doğru qərar vermək üçün üsul təklifin, öz düşüncənizi izah edin, nəticələri anladığından əmin olduqdan sonra seçkilərini öz etməsini dəstəkləyin.

® Mənimsəməsini istədiyiniz davranışlar mövzusunda nümunə olun

® Bir miqdar məsafəyə ehtiyacı olduğunda buna hörmət edin.

® Yaxşı bir yoldaş ətrafı meydana gətirmə mühiti təmin edin, yoldaşlarını tanıyın.

® Tərifdə və tənqiddə həddindən artığa qaçmayın, şəxsiyyətə deyil davranışa fokuslanın

® Müsbət davranışlarını öyün

® Sizə səhv gələn davranışları çox həyati bir səhvə səbəb olmursa fikirinizi söylədikdən sonra öz qərarına buraxın.

® Həyati səhvlərə mütləq maneə törədin.

® Öz gözləntilərinizi dürüstcə ortaya qoyunçancaq hər şərtdə sevginizin sürəcəyini də bildirin.

CİNSİ İNKİŞAF

® Yetkinlik, cinsi oyanış dövrüdür, cinsi duyğu və davranışlar üzərindəki basqının bir az azalması lazımdır.

® Bioloji inkişaf müddəti ictimai dəyər mühakimələri çərçivəsində mənalandırılar.

® Cinsi rolların qazanılmasında model alma əhəmiyyətli rol oynayar

® Qarşı cinslə yoldaşlıqlar insanın cinsəlliyin həyatındakı yerini fərqinə varması və cinsi rolları həyata keçirməsi üçün köməkçi olar

® Gənc bu dövrdə sevginin fərqli formaları ola biləcəyini öyrənər.

CİNSİ İNKİŞAF İLƏ ƏLAQƏDAR PROBLEMLƏR

® Cinsəlliyin ictimai dəyər mühakimələri çərçivəsində təzyiqlənməsi lazım olan bir xüsusiyyət hesab edilməsi, utanc və günahkarlıq duyğularının cinsəlliyə bağlı duyğularla birlikdə sıx şəkildə ortaya çıxması nəticəsini doğurar.

® Cinsəlliyin yalnız fiziki istiqamətiylə qəbul edilməsi, romantik yaxınlaşmanın yoldaşlıq etmədiyi əlaqələrin gənci zədələməsinə səbəb olar.

® Gəncin yaşıdları tərəfindən qəbul görmək məqsədiylə hazır olmadığı əlaqələr yaşaması öz mənlik hörmətinə mənfi təsir edər.

CİNSİ İNKİŞAFI DƏSTƏKLƏMƏYƏ İSTİQAMƏTLİ TƏKLİFLƏR

® Gəncin cinsi mövzularda doğru məlumatlanmasına uyğun şərtləri dəstəkləmək.

® Müsbət cinsi rol nümunələri təqdim etmək

® Özünün və bədəninin qiymətli olduğunu və gərəyində "xeyr" deməsini öyrətmək

® Cinsəllik mövzusunda öz dəyər mühakimələrini meydana gətirməsini dəstəkləmək, hazırlıqlı olmasını təmin etmək.

® Uyğun qarşı cins əlaqələrinə dəstək olmaq, uyğun tapmadıqları mövzusunda fikirlərini açıqca söyləmək ancaq son qərarı gəncə buraxmaq lazımdır.

® Qarşı cinslə normal yoldaşlıqlar, qrup içi yoldaşlıqlar qurması gəncin "xüsusi yoldaşlıqlar" qurmaq üçün ön hazırlıq etməsini təmin edər. Bu səbəblə qarışıq qruplar içində yer ala biləcəyi fəaliyyətləri dəstəkləmək lazımdır.

ŞƏXSİYYƏT İNKİŞAFI

® Gəncin " mən kiməm" sualına cavab axtarma müddəti sonunda özü, əlaqələri və həyat forması ilə əlaqədar iç tutarlılığa sahib bir özlük nəzəriyyəsi meydana gətirməsidir. Özünün necə bir insan meydana gətirdiyinə bağlı qaydalar inkişaf etdirər, bu qaydaları sınayar, dəyişdirər ya da bunlara uyğun gəlməyə çalışar. Özünə baxışı gedərək bir bütünlük və davamlılıq qazanar.

® Şəxsiyyət duyğusuna paralel olaraq bir dünya görüşü inkişaf etdirər və bu çərçivədə öz dəyər mühakimələrini meydana gətirər.

  Bu inkişaf müddəti gəncin zaman zaman qərarsızlıqlar yaşadığı, ana-atanın vərdiş etdiyindən çox fərqli davranış formaları sərgilədiyi, təcrübələr etdiyi bir dövr ola bilər. Bu dövr ümumiyyətlə gəncin yetkin tipi məsuliyyətlər götürməyə başlaması, yəni iqtisadi baxımdan və duyğusal baxımdan müstəqilliyini qazanması ilə sona çatar. Gənclər bu yetkinliyə fərqli yaşlarda çatarlar. Xüsusilə də təhsil müddətinin uzanması gənclərin məsuliyyət alma yaşının gedərək daha irəli atılmasına, daha uzun müddət ana-ataya iqtisadi baxımdan asılı qalmasına səbəb olmaqdadır. Ancaq ana-ataların bilməsi lazım olan ən əhəmiyyətli mövzu budur k,yeniyetmələr məsuliyyət götürməyə başladıqlarında çox vaxt gənclər öz ana-atalarına çox bənzər şəxsiyyətlər ortaya qoymağa başlayacaqlar.

Xəzər Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsi 

Arzu Rzayeva

Psixotest.az

Go Back

YENİYETMƏ XARAKTERİNİN FORMALAŞMASINDA AİLƏDAXİLİ ÜNSİYYƏTİN ROLU

Bu məqalədə hamımız üçün maraqlı və bir o qədər də çətin olan yeniyetməlik dövründən söhbət açacağıq. Hamımızın ailəsində, qohumlarımızda, ətrafımızda bu yaş dövründə olan uşaqlara rast gəlirik. Qeyd edim ki,  yeniyetməlik dövrü standart bir yaş həddi deyil, bəzi uşaqlarda bu dövr tez və yaxud gec başlaya və ya gec qurtara bilər. Ancaq ən çox yeniyetməlik dövrü oğlanlarda 10-14, qızlarda 11-15 yaşı əhatə edir. Bəs bu yaş dövründə biz uşaqlarımızla düzgün ünsiyyət qura bilirikmi, onları anlayırıqmı?

Uşağın bir şəxsiyyət kimi inkişafının özülü də ünsiyyət prosesində qoyulur. Yeniyetmə xarakterinin formalaşmasında ailədaxili ünsiyyətin rolu böyükdür. Yeniyetmə ata və ana vasitəsilə təbiət və cəmiyyət haqqında təsəvvürlərə və anlayışlara yiyələnir, özünü qiymətləndirmək meyyarlarını mənimsəyir. Yetkin adamlarla yanaşı aramızda hüquq normalarına, birgəyaşayış qaydalarına etinasızlıq göstərən, əxlaqi-hüquqi cəhətdən qeyri-sağlam böyüyən, çətin yeniyetmə kimi tanınan, qanunu pozan, cinayət xarakterli əməllərə meyl göstərən ümumxalq mənafeyini öz şəxsi mənafeyinə qurban verməyə hazır olanlar vardır. Müşahidə və sorğulardan bəlli olur ki, onların əksəriyyəti uğursuz ailələrdə böyüyüb boya-başa çatmış, tərbiyə almış məktəbi ictimai təşkilatların tərbiyəvi təsirlərinə biganə qalmışdır. Uğursuz ailələrdə valideynlər arasında qeyri-səmimi münasibətin kəskin şəkil alması, küsülülük, söz-söhbət, dava-dalaş olan ailələrdə yeniyetmə unudulur, tez-tez acılanır, döyülür. Ata ilə ana, ana ilə nənə arasındakı qeyri-səmimi münasibətlər gələcək vətəndaşı çıxılmaz vəziyyətdə qoyur. Ailədə qayğı üzünə həsrət qalan yeniyetmə öz dünyasına qapılır, söz eşitməz və kobud olur. Onun bu davranışı get-gedə sabit xarakter alır. Belə yeniyetmələrin tərbiyəsi çətinləşir, yeniyetmə öz üzərində nəzarətin zəiflədiyini görüb yad təsirlərə uyur. Yeniyetmə olan ailələrdə bəzən valideynlərin ünsiyyət zamanı pis sözlər danışması yeniyetmənin inkişafına mənfi təsir göstərir. Uşaqların yeniyetməlik dövründə bu pis sözlər onların nitqində ən dəbdə olan sözlərə çevrilir və onların əksəriyyəti belə təsəvvürdə olur ki, ancaq bu yolla əsl kişi olmaq mümkündür. Buna görə valideynlər istifadə etdikləri sözlərə diqqət yetirməli və nalayiq sözlərdən istifadə etməməlidirlər. Unutmamalıyıq uşaqlar bizim məsləhətlərimizdən çox işlətdiyimiz ifadələri və etdiyimiz hərəkətləri nümunə götürür.

Bəs biz yeniyetmələrlə necə münasibət qurmalıyıq? Yeniyetmənin düzgün tərbiyəsi onu tələb edir ki, biz yeniyetmə ilə yaşlı-uşaq münasibəti deyil, yaşlı-yaşlı münasibəti kimi təşkil edək. Təcrübələr göstərir ki, yaşlılar yeniyetmələrlə öz əvvəlki münasibətlərini dəyişmirlərsə, bu zaman böyük narazılıqlara səbəb olur. Bu münasibətlər aşağıdakı kimi ola bilər.

Birinci, valideyn yeniyetmə ilə öz münasibətini dəyişmir və bu zaman yeniyetmə ilə arasındakı çətinliklər get-gedə artır, ziddiyyətlər durmadan çoxalır. Bu isə yeniyetmənin ciddi etirazlarına səbəb olur. O, sözə qulaq asmır, müqavimət göstərir və s.

İkinci halda valideyn yeniyetmə təzyiqi altında öz şəxsi görüşlərinə zidd gedərək əvvəl icazə vermədiklərinə indi icazə verir. Lakin valideyn bu cür hərəkətlərində heç ardıcıllıq göstərmir. Bu zaman yeniyetmə ilə valideyn arasında ziddiyyətlərin sayı bir qədər azalsa da yenidən baş verdikdə valideynlər çıxılmaz vəziyyətdə qalır. Yeniyetmə hər dəfə onun keçən dəfəki verdiyi qərara görə təqsirləndirir və növbəti güzəştə nail olur. Qeyd edək ki, hadisələrin bu cür gedişi heç də xoşagələn deyil. Burada bəlalı cəhət orasındadır ki, yeniyetmə nəyi edə bilər, nəyi edə bilməz haqqındakı bilikləri nə yeniyetmə, nə də valideyn düzgün şəkildə dərk edə bilmir.

Üçüncü və ən doğru davranış yolu. Valideynlər zaman keçdikcə daha yeniyetməni uşaq hesab etmirlər. Bir dəfə onunla hesablaşır və davranış tərzlərini müvafiq surətdə dəyişirlər. Nəyə icazə olar, nəyə icazə olmaz bunu qaydalaşdırırlar və sabit fikirli olaraq bunu icra edirlər. Belə olduqda çətinliklər aradan qalxır. Yeniyetmə ilə valideyn arasında ziddiyyətlərin baş verməməsi üçün valideyn və müəllimlər yeniyetmə şəxsiyyətinə onun statusuna, mənliyinə, şəxsi ləyaqətinə hörmət hissi ilə yanaşmağı bacarmalıdırlar.

 

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Əsgərova Elvira

pcc.az

Go Back

Yeniyetmə övladı olan valideynlər üçün

Yeniyetməlik insan həyatında dəyişikliyin ən çox yaşandığı çətin bir dövrdür. Bu dövrdə valideynlərin öhdəsinə çox iş düşür. Həm fiziki, həm də əqli cəhətdən fərqli olan uşaq yetkin olmağa çalışarkən bir yandan da uşaq qalmaq istəyir.

Yeniyetməliklə birgə istəkləri, zövqləri, vərdişləri fərqli olur, ana-atadan uzaqlaşır, sorğulama və rədd etmə mərhələsi başlayır. "Bu dövrdə yeniyetmələrə necə yanaşmalıyıq?"sualına cavab tapa bilsək, özlərini çarəsiz hiss edən valideynlərə yol göstərə bilərik.

Tənqiddə simic, tərifdə comərd olun

Yeniyetmələrin qəbul edilmə, qiymətləndirilmə və bəyənilmə ehtiyacları hədsizdir. Uşaqlıq dövründə böyüklərin dediklərini doğru bilən yeniyetmələr bu dövrdə sorğulamaya başlayar və öz doğrularını tapmağa çalışarlar. Daha çox "mən"ə diqqət yönəldən fərd bu dövrdə daha çox daxili səsini dinləyər, duyğuları ilə məntiqi arasında balans yaratmağa çalışar və ətraf səslərdən narahat olarlar. Valideynlərin dediklərini dinləməz, dostlarının dediklərini isə canla-başla eşidərlər.

Buna görə onun bu yolda atdığı addımlarını izləmək, səhvlərini görməzdən gəlmək, ona hiss etdirmədən yolunu asanlaşdırmaq üzərindəki təzyiqi azaldacaq. Etdiyi yaxşı işlər üçün tərif dolu sözlər demək, bir sonrakı addımı atması üçün həvəsləndirmək lazımdır.

Təriflərinizi eşitmir, ya da heç vecinə deyilmiş kimi davransa da, əslində önəmsəyir.

Fərqli olduqlarını qəbul edin

Uşaqlarımız bizimlə eyni dövrdə dünyaya gəlməyib. Onların dövrü texnologiya dövrü sayılır. Sosiallaşmanı virtual dostlar tapmaq kimi qavrayan yeni nəsillə aramızda həm yaşam, həm də dünyagörüşü fərqinin olduğunu qəbul etməliyik. Bizim doğrularımızla onlarınkı eyni ola bilməz. Bizə keçmiş düşüncəli deyə bilərlər. Məsələn, siz də vaxtilə öz valideynlərinizlə eyni mövzularda mübahisə etmisiniz yeqin. Nələrdən zövq aldıqlarını, günün trendlərini eyni dildə danışa bilmək aradakı bağın zəifləməsini əngəlləyəcək. Ancaq şəxsi həyatlarına müdaxilə etməkdən, dostları ilə virtual aləmdəki söhbətlərinə burun soxmaqdan qaçın. Ana və atanın münasibəti güvən ehtiva edirsə, uşaq da yalan deməyəcək, gizlətmək ehtiyacı duymayacaq. Ancaq telefonu, sosial şəbəkələri yoxlanılan bir yeniyetmə bunu hiss edərsə, yaşayacağı güvənsizlik duyğusu tamamilə ailədən uzaqlaşmasına, güvənəcəyi başqa bir liman axtarmasına, özünə qapanmasına səbəb olacaq.

Bu dövrün müvəqqəti olduğunu özünüzə tez-tez xatırladın

Valideynlər bəzən özlərini çarəsiz hiss edə bilər. Çıxış nöqtəsi tapmaqda çətinlik çəkə bilərlər. Həmişə uşaqla mübahisə etmək, söz dinlətməyə çalışmaq, etdiyi səhvləri görüb tənqid etməmək çətindir, əlbəttə. Amma keçmişə baxıb eyni yolları bizim də keçdiyimizi xatırlamaq işə yaraya bilər. Bir müddət sonra fırtınanın sakitləşəcəyini bilmək sizi rahatlada bilər.

Yeniyetmənin tək istədiyi bir an əvvəl bu dövrün bitməsi, bədəninin yetkinləşməsi, dediklərinin qəbul edilməsidir. Onu rahat buraxmaq, kənardan müşahidə etmək, güvənini qazanmaq, önündə, ya arxasında deyil, yanında olduğumuzu hiss etdirmək çox vacibdir.

Hər zaman yaxşı dostları olmayacağını bilin

Həyat bizə yaxşı ilə pisi ayırd etməyi təcrübələr yaşadıqlarımız əsasında öyrədir. Dostlarla yaxın əlaqələri çox vacibdir. Onlarla birlikdə ikən təcrübə qazanır. Nəticələri o an üçün mənasızdır. Sınamaq, yanılmaq, yenə sınamaq öyrənməyin təməl formuldur.

Biz nə desək, yenə havada qalacaq. Yıxılacaq, qalxacaq, yıxılacaq, yenə qalxacaq.

Ətrafında yaxşı dostları olduğu kimi, mənfi dostları da olacaq. Heç birinin təsadüfən qarşılarına çıxmadığını, hər fərddən öyrəncəyi bir şeylər olduğunu bilmək, səbrli olmaq işimizə yarayacaq.

lent.az

Go Back

Valideynlərə xəbərdarlıq: övladınız heyrandırsa

Qiymətləndirmə hissi yeniyetmələrdə yetkinlik duyğusunu oyadan ən önəmli amildir. Hər birimizin yeniyetməlik dövründə heyran olduğumuz, özümüzü bənzətməyə çalışdığımız kumirimiz başqa sözlə, sevimli aktyormuz ( aktrisa ) olub.

Yeniyetməlik dövründə bir çox insanlar məşhurlara heyranlıq duyaraq onları təqlid edirlər. Bu vəziyyətdə ailələrin tənqidçi olmamaları lazımdır.
Yeniyetməlik dövrü insanlarda şəxsiyyətin formalaşmağa başladığı, həyatla bağlı məsələləri gənc və təcrübəsiz düşüncəsi ilə dərk etdiyi və idarə etməyə çalışdığı vaxtdır. Yeniyetmə olmaq, ailə, məktəb, dostlar çevrəsi, məşhur sosial əhatə ilə böyüməkdir. Başqa sözlə, insanların ondan gözlədiklərinin nə olduğunun fərqinə vardığı mərhələ hesab olunur.
Analar deyinir, "Qardaşımın məşhurlara olan marağı bizi qorxudur, 16 yaşında qardaşım var, bir müddətdir qəribə davranır, saçlarını cürbəcür formalara salır. Elə bilir ki, Justin Bieberdir" - deyə, bacılar deyinir.
 
Digər tərəfdə isə yeniyetmə şəxsiyyət olaraq özünü tam ifadə edə bilmir. Belə vaxtlarda hiss edilən çatışmazlıqla mübarizə aparmaq üsulu olaraq yeniyetmə ideallaşdırdığı, çevrəsinin ya da toplumun qəbul etdiyi insanları özünə obraz seçir.
Bu insanlar sənət, siyasət, idman sahəsində məşhur olan simalardan tutmuş, qonşuluqdakı əmilər, dayılar, xalalar, bibilər də ola bilər. Məsələn, yeniyetmələr uşaq olarkən sevdikləri futbolçunun adını köynəklərinin arxasına yazdırıb futbol oynayarkən də özləri-özlərinə şərhçilik də edirlər. Şərhçi uşaq topu özü vurur, amma həm də formasında yazılan adı çağırır. Bunun adı ideallaşdırmaqdır. Uşaq öz şəxsiyyətini ideal şəxsiyyətlə bağlayır. Topa yeniyetmə Əhməd vurur, amma o topu Arda Turan kimi vurur. O, özünü Arda Turan kimi hiss edəndə topa daha inamla və güvənlə vurur.
 

Yeniyetmə fərdlər təsdiqlənmək istəyir
 
Model kimi qəbul edilən insanlar yeniyetmənin həll edə bilmədiyi suallara cavab verə bilirlər. Onların qəbul edilən obraz olmalarına səbəb geniş kütlə tərəfindən təsdiqlənmələridir. Təsdiqlənmə hissi yeniyetmələrdə güvən və inam hissini oyadan ən önəmli faktorlardandır. Buna görə də, təsdiqlənən obraz kimi davranmaq, onun kimi geyinmək, onun kimi danışmaq, istifadə etdiyi aksessuarlardan istifadə etmək yeniyetmə üçün böyük əhəmiyyət kəsb edir.
 
Lakin bəlli bir müddətdən sonra yeniyetmə kimisə təqlid etməkdən yorulacaq. Bundan sonra isə o özünə aid olan davranışları nümayiş etdirməyə başlayır. Lakin məşhuru təqlid etmək bir vərdişə də çevrilə bilər, buna görə də yeniyetmənin həyatına diqqət etmək lazımdır. Zaman keçdikcə onun özünə aid davranış və xüsusiyyətlərinin daha maraqlı olduğunu bildirmək lazımdır.
 

Ailələrin diqqətinə!

Obraza girən yeniyetməyə qarşı kəskin mövqe tutmayın. Yeniyetmə yolunu aza bilər və özünü arada qalmış hiss edə bilər. Daha yaxşı olar ki, yeniyetmə ilə  onun yaratdığı obraz haqqında danışın, onun həmin obrazda nəyi bəyəndikləri ilə maraqlanın. Bu zaman yeniyetmədə nəyin çatmadığını biləcəksiniz. Valideynlər övladlarına yaxın olmalıdırlar. Onun bütün davranışlarına qayğı ilə yanaşın, özünü tapmasına kömək edin. Bu zaman o yaratdığı obrazdan daha tez əl çəkəcək. Əks halda isə, psixoloqa müraciət edin.

lent.az

Go Back

Yeniyetmə övladı olan valideynlər üçün

Yeniyetməlik dövrü hamımızın həyatında şübhəsiz ki, ən böyük dəyişikliklərdən biri olub. Bu dövrdə baş verən dəyişikliklər tək yox, çox istiqamətli xarakter daşıyır. Gözlə görünən fiziki dəyişikliklərlə bərabər, psixoloji dəyişikliklər də özünü göstərir.

Heç bitməyəcəkmiş kimi təsəvvür etdiyimiz uzun və yorucu yeniyetməlik dövrünü biz artıq geridə qoyduq. İndi isə uşaqlarımız bizim keçdiyimiz o yollardan keçir, onları nə qədər yaxşı anlasaq və bu anlayışımızı göstərsək onlar da bu dövrü bir o qədər yüngül keçirdəcəklər.

YETKİNLİK DÖVRÜ DOSTLUQ MÜNASİBƏTLƏRİNİN ƏN SIX OLDUĞU DÖVRDÜR

"Mənə yoldaşını söylə, sənə kim olduğunu söyləyim!" sözü yetkinlik dövrü üçün doğru yanaşmadır. Yeniyetməlik çağında olan insan ətrafdakı insanların təsirinə daha asanlıqla düşür. İstədiyi mühitdə qəbul olunmaq və o mühitə girə bilmək üçün öz davranışlarında müsbət və ya mənfi istiqamətdə hər hansı dəyişikliklər etmək onlar üçün çox asandır. Çünki bu dövrdə davranışlardan çox ətrafdakılar tərəfindən qəbul edilmək və maraq doğurmaq önəm daşıyır. Xüsusilə ailə mühitində sevilmədəyini hiss edən uşaqlar ətrafda özlərini təsdiq etməyə çalışırlar. Əgər biz uşaqlarımıza dəyər verməsək, onlar da özlərini dəyərli hiss edəcək başqa bir yer axtarmağa başlayacaqlar. Bəzən ailədə yeniyetməyə dəyər verilsə də, yeniyetməlik dövrünün çətinlikləri və ailədə valideynlər arasında sağlam əlaqənin olmaması nəticəsində də yeniyetmə pis mühitə düşə bilər. Buna görə də ailə daxili münasibətlərin sağlam olması xüsusilə yeniyetməlik dövründə çox önəmlidir.

DOSTLARININ AİLƏLƏRİ İLƏ TANIŞ OLMALISINIZ

Yeniyetməlik dövründə ailə daxili münasibətlərin sağlam olmasına çalışmaqla bərabər övladımızın kimlərlə dostluq etdiyini də bilməliyik. Bu həssas dövrdə "dost" anlayışı yeniyetmə üçün xüsusilə önəmli olduğundan dostlarını sərt tənqid etməməyə çalışmalıyıq. Dostları haqqında mənfi fikirlərimiz varsa belə bunu dərhal dilə gətirməməliyik.

Onların bizim üçün çox dəyərli olduqlarını, hər zaman onlar üçün ən yaxşısını istədiyimizi və ən çətin, mürəkkəb vəziyyətdə belə daim yanında olacağımızı söyləməli və hiss etdirməliyik.

YENİYETMƏLİK AZADLIQDIR?

Uşaqlıq dövrünü geridə qoyub yeniyetməliyə doğru addımladıqları üçün bu dövrdə övladlarımız uşaq rəftarı görməkdən məmnun qalmırlar. Münasibətlərimizi bunu nəzərə alaraq tənzimləsək yeniyetmə övladımız bizdən razı qalacaq. Bəzən yeniyetmə valideynlərinin dəstəyini daha az hiss edərək sərbəst şəkildə əldə etdiyi müvəffəqiyyətlərinin dadını çıxarmaq istəyir. Təbii ki, bu vəziyyətdə onları tənqid etməməli, əksinə dəstək olmağa çalışmalıyıq. Tövsiyyə xarakterli ifadələri çox eşitməyi sevməyəcəklər. Onların müstəqillik, azadlıq istəyinə qulaq asmalıyıq! Sərhədsiz azadlıqdan əlbəttə ki, qaçmalıyıq. Belə bir həssas dövrdə övladlarımızı tam sərbəst buraxmaqdan qaçmalıyıq. Sərhədləri şüurlu şəkildə təyin etmək valideynin vəzifəsidir. Bir tərəfli ərar qəbulundan qaçmalıyıq. Qarşılıqlı anlaşma bu dövrdə xüsusi əhəmiyyət daşıyır. Əgər bəlirlədiyiniz qaydalar yeniyetmənin ürəyincə olmasa, o onsuz da bu qaydaları çeynəyəcək. Ailə üçün ən sağlam qərar birlikdə müzakirə olunaraq qəbul edilən qərardır.

Yeniyetməlik dövründə ünsiyyət problemləri necə həll edilə bilər?

Əslində ailə daxili ünsiyyət problemləri yalnız yeniyetməlikdə yaşanmır. Uşaq doğulduğundan etibarən yaşadığı ailə mühitində ünsiyyət problemləri ilə üzləşə bilər. Ancaq müşahidələr göstərir ki, bu problemlər yeniyetməlik çağında daha sıx təsadüf olunur.

Normal ünsiyyət prosesinin yaranması və qorunub saxlanması üçün bir neçə məsləhət:

-Övladınızı sevdiyinizi ona hiss etdirin.

-Sevginizi maddi imkanlarınızla göstərməkdən qaçın.

-Övladınızın hər hansı səhv davranışına cavab olaraq sərt tənqiddən qaçın.

-Övladınızın bir şəxsiyyət olduğunu unutmayın və onu şəxsiyyət kimi qəbul etdiyinizi, şəxsiyyətinə hörmət etdiyinizi göstərin.

-Övladınızla ünsiyyət zamanı yaxşı bir dinləyici olun.

-Dinlədiklərinizi tənqid etmədən obyektiv şərh etməyə çalışın. Lazım gələrsə məsləhət verin.

-Ailə içi qaydaları təyin edərkən uşaqlarınızın iştirakçı olmalarını əhəmiyyət verin.

-Ailəniz üçün hər hansı bir qərarı qəbul etdiyiniz zaman mütləq onunla da məsləhətləşin.

-Valideynlər arasındakı münasibətin sağlam olmasını təmin edin.

narinc.az

Go Back

Yeniyetməlik böhranı problemi

Yeniyetməlik yaşları və bu dövrdə məktəblilərlə düzgün iş formaları və istiqamətləri seçmək üçün unutmaq olmaz ki, bu dövr insan həyatının ən böhranlı çağlarıdır. Psixoloqlar tərəfindən yeni böhran onun xarakteri və əhəmiyyəti, baş vermə səbəbləri müxtəlif şəkildə başa düşülür. Çox tədqiqatçılar bu dövrün cəmiyyətin bütövlükdə yeniyetmələrə düzgün olmayan münasibəti kimi izah olunur. Qeydlərə görə şəxsiyyət yeni yaş mərhələsində qarşısında duran problemləri sadəcə olaraq həll etməkdə çətinlik çəkir. Bir sıra alimlərin fikrincə, bu inkişaf mərhələsinin yeniyetmələr tərəfindən nisbətən sakit keçirilməsi “böhransız” nəzəriyyələrin irəli sürülməsinə səbəb olmuşdur.

L.S.Viqotski onu qeyd edir ki, böhranın hər bir neqativ simptomunun arxasında pozitiv məzmun gizlənib ki, bu da yeni , ali formaya keçməkdir. Böyüklər adətən çalışırlar ki, yeni tələbatların ödənilməsi üçün şərait yaratmaqla böhranın qarşısını alsınlar. Ancaq təcrübə göstərir ki , uşaqlar bir qayda olaraq valideynlərini buna məcbur edir ki, sonradan icazə verilməyən hərəkətləri etməklə öz qüvvələrini yoxlasın, şəxsi çalışmaları nəticəsində öz müstəqillik çərçivəsini genişləndirsin. Məhz belə toqquşmalar zamanı yeniyetmə özünü tanımağa, qiymətləndirməyə, imkanlarını görməyə başlayır, özünütəsdiqləmə tələbatını ödəyir.O hallarda ki, bu baş vermir , ondakı yeniyetməlik dövrü sakit, konfliktsiz keçir, onda çox zaman sonradan gecikmiş, ona görə də daha əzabverici böhran baş verir. Bu da 17 – 18, bəzən də bir az da gec yaşlarında özünü göstərir və uşağın uzun sürən infantil mövqeyini xarakterizə edir. Beləliklə, yeniyetmə nisbətən qorxulu olmayan şəraitdə gedən müstəqillik uğrunda mübarizədə yeniyetmə özünüdərketmə və özünütəsdiqləmə tələbatlarını təmin edir. Onda bu zaman nəinki özünə inam hissi yaranır, həm də əxlaq qaydaları formalaşır. Bu da gələcəkdə rastlaşdığı həyati çətinliklərin öhdəsindən gəlməyə imkan yaradır.

Inkişaf bütün böhran dövrlərində olduğu kimi yeniyetməlik yaşlarını da böhranı üç mərhələdə keçir:

-neqativ və ya böhran qarşısında, başqa sözlə, köhnə vərdişlərin, stereotiplərin, əvvəldə formalaşmış strukturlarının dağılması

-böhranın kulminasiya nöqtəsi, bu da yeniyetməlik yaşlarında bir qayda olaraq, 13 yaşında baş verir, ancaq fərdi variantlar da özünü göstərir;

-böhranlı fazadan sonrakı dövrüdür ki, bu zaman yeni strukturlar, yeni münasibətlər və s. formalaşır.

Psixoloji ədəbiyyatda yaş böhranı axınının əsasən iki yolu təsvir olunub. Birincisi, daha geniş yayılmış – müstəqillik böhranıdır. Onun simptomları aşağıdakılardır:
-höcətçi, inadkar, tərslik, hər şeyə neqativ münasibət, özbaşınalıq, mülkiyyətə qısqanclıq. Əgər 3 yaşlı uşaqda mülkiyyətə qısqanclıq başqa uşaqlarla oyuncaqları bölüşmək istəməsində özünü göstərirsə, bu tələbat yeniyetmədə onun stolunun üstündəkilərə başqalarının toxunmasına , otağa heç kəsin girməsinə razı olmadıqda , sözün qısası, onun qəlbindəkilərlə maraqlanmamaq istəyidir.

Aslılıq böhranının simptomları isə sadaladıqlarımızın əksinədir. Həddindən artıq başqalarına qulaq asmaq, yaşlılardan, güclülərdən aslılıq, köhnə maraq və əxlaq formalarına tənəzzülə aludə olmaq, həvəs göstərmək.

Onu da nəzərə almaq lazımdır ki, böhranlı dövrlərdə ailədə narahatlıq törətməyən uşaqlarda diqqət mərkəzində olmalı və psixoloqlardan psixoloji dəstək almalıdırlar. Bir sözlə, bu dövrdə yeniyetmələri başa düşməyi bacarmalı və onlara vaxtında kömək göstərmək lazımdır.

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Yeniyetmə övladınızı intihara sürükləməyin! - DİQQƏT

Uzun illər mən bu hekayəni unutmağa çalışırdım. Bəlkə də heç xatırlamaq və paylaşmaq da lazım deyil bu hadisəni. Amma mən belə düşünmürəm. Əgər kimsə özü üçün nələrisə götürəcəksə hər şeyə rəğmən mən bunu sizlərlə paylaşacam. Hekayə Zeynəbin hekayəsidir.

Zeynəb 9 cu sinif şagirdi idi. Həyat dolu, şən, gülərüz, bir qiz idi. Bizi etrafina yigmaği bacarirdi,onunla günlərimiz maraqli keçirdi.Birlikdə gəzirdik,maraqli nələrsə kəşf eləyirdik,özümüz üçün heç kimə ziyani olmuyan xeyallar qururduq. Arzular dnizinə səyahət etməkdən çəkinmirdik. O günü dünən olmuş kimi xatırlayıram. Zeynəb qarşımda dayanmış və mənə qonşularındakı bir oğlandan xoşu gəldiyini söyləyir. Bizim ilk reaksiyamız gülmək oldu. O isə utandığından qıpqırmızı olmuşdu.

Bizim bu söhbətdən bir həftə kecmişdi.Zeynəb gəlib dedi ki, bəs həmin oğlan mənə sevgi elan edib. Gözümün önündən getmir. Zeynəb sevincdən dəli olmuş kimi idi,ilk dəfəydi belə bir şey başina gəlirdi, biz xeyli danişdiq güldük. Biz elə bilirdik xoşbəxt günlər başladı. Biz elə bilirdik Zeynəbin dünyası rəngləndi. Biz belə bir gülüşlərlə başlayan hekayənin sonunun necə olacağını təxmin edə bilməzdik.

Bu hadisədən artıq bir ay keçmişdi,Zeynəbgilin qonşuluğundan bir qız mənə zəng vurub narahat səslə mənə bərk-bərk tapşırdı ki, Zeynəbgilə gedim. Səsi çox təlaşlı idi. Mən tez evdən çıxıb onlara getdim. Qapını Zeynəbin anası açdı, Zeynəbin evdə olmadığını əmisigilə getdiyini desədə inanmadım. Uşaq deyildim ki….

O dəqiqə nəsə bir qarışıqlıq olduğunu hiss elədim.Amma heç nə demədən də evə qayıtdım. Bir həftə Zeynəbdən heç bir xəbər ala bilmədim,telefonuna zəng çatmırdı,anası isə bizim görüşməyimizə mane olurdu.Nəhayət 10 günnən sonra Zeynəb məktəbə gəlməyə başladı. Mən onu görəndə təlaşlandım, rəngi solmuşdu və o həmişəki Zeynəbdən fərqli olaraq çox baxımsız idi. Yanına yaxınlaşdığımdan bir neçə saniyə sonar o artıq məni qucaqlayıb ağlayırdı. Nələr oldu deyə soruşsanız bunları deyərəm.

 Zeynəbin qardaşı onun qonşularındakı oğlanla olan münasibətini öyrənib və Zeynəbi döyüb.

“Axı o nə biləydi ki, bacısı belə xoşbəxtdi”

Ailəsi telefonunu əlindən alıb, həyətə çıxmağı, dostlarla deyil ünsiyyət qurmaq salamlaşmağı belə qadağan edib. Ailəsi Zeynəbə sevməyi qadağan edib.

Ailə üzvləri evdə Zeynəblə danışmır,hətta anası belə ondan üz çevirmişdi.Sanki Zeynəb böyük bir səhv eləmişdi..

Bu bizim Zeynəblə son görüşümüz oldu.Zeynəb bu olanlara dözə bilməmişdi,həyatının ən çılğın vaxtlarını yaşayan o yeniyetmə intihar etdi..

İndi bu hadisənin üstündən illər keçib. Hal- hazırda mən psixologiya ixtisasının 3cü kurs tələbəsiyəm,bu da Zeynəblə qurduğumuz xəyallardan biri idi.Zeynəbın başına gələn bu hadisə məni bununla bağlı araşdırmalar aparmağa sövq etdi.Zeynəbin yaşadığı vəziyyət gündə yüzlərlə yeniyetmənin başina gəlir.Belə ki, Zeynəbin timsalinda  bütün bu yaşda yeniyetmələri suisiddən uzaq tutmaq üçün valideynlərlə və bu yaşda yeniyetmələrlə maarifləndirmə işləri aparmaq lazımdır. Mütəxəssislər uşaq və yeniyetmələr arasında intihar hallarının səbəblərini müxtəlif amillərlə izah edir. Son dövrlərdə yeniyetmələr arasında intihar hallarının artması cəmiyyətdə sosial gərginliklə əlaqədardır. Bundan da ən çox yeniyetmələr əziyyət çəkir. Uşaqları intihara aparan yol onlara qarşı diqqətsizliyin və məsuliyyətsizliyin nəticəsidir.

Yetkinlik çağının  bir sıra xüsusiyyətləri var. Bütün yeniyetmələr üçün dünyadakı ən pis, ən qəddar, ən anlayışsız ailə özününküdür. Ən yaxşı ailə isə təbii ki, digərlərinin ailələridir. “Filankəsin atası (anası) həmişə oğlunu (qızını) daha yaxşı anlayır”. Yeniyetmələr qarşılaşdıqları xırda problemləri böyütməyi sevirlər. Ətrafdakılarla yaranmış anlaşılmazlıqlar, sevgili ilə problemlər, sevgilinin xəyanət etməsi bəzən onları intihar etməyə sövq edir. Lakin belə intiharların 80 faizi sadəcə, görüntü xarakteri daşıyır. Lakin yerdə qalan 20 faizdən ehtiyatlı olmaq lazımdır. Hər bir fərd var olmaq ve özünü ifadə etmək istəyir. Özünü ifadə edə bilməyən fərdlərdə özünə qapanma halları baş verir. Gənc qızın həyatında edilə biləcək ən böyük səhv duyğularının gizlədilməsi və ailə tərəfindən heç sayılmasıdır. Etdiyi səhvlərə görə ailə tərəfindən alçaldılması ünsiyyət kanallarını bağlanmasına ve mənfi mühitə yönəlməsinin sürətlənməsinə səbəb olacaq. Gənc qizların mütəxəssislərlə söhbətlərinin çoxunda valideynləri ilə ünsiyyət qura bilmədiyi üçün yanlış yola düşdükləri müşahidə edilir. Bu yaş dövründə sevgilisi olmaq fərqlilik və üstünlük kimi qəbul olunur. Bir gənc qıza bunun səbəbini soruşduqda bunu "Məni ailəm heç bir zaman anlamayıb, məni anlayan tək insan odur" kimi ifadə edə bilər. Belə olan halda valideynlər gənc qızı mühakimə etmədən, şəxsiyyətinə hörmət edərək danışmalıdır.

Zeynəbin də ailəsi tərəfindən anlaşılmaması,onun hislərinin ailəsi tərəfindən heç sayılması ona mənfi təsir göstərmişdi.Bu da Zeynəbin özünü yalniz hiss etməsinə,vəziyyətdən çıxış yolu tapa bilməməsinə və nəticədə onun intiharina səbəb oldu.Yeniyetməlik dövründə uşaqlarınıza dəstək olun,onlarla düzgün ünsiyyət qurmağa,onları anlamağa çalışın.Sizin hər hansi bir sözünüz,hərəkətiniz onların psixologiyasını zədələyə və onların sizdən üz çevirməsinə səbəb ola bilər. Bu isə nə sizə nə də ona lazımdır.

 

TEYMURLU ÇİNARƏ

Bakı Dövlət Universiteti Təhsildə sosial-psixoloji xidmət 3cü kurs 

 

MƏQALƏLƏRİN İSTİFADƏSİ ZAMANI SAYTA İSTİNAD MÜTLƏQDİQ!

Go Back

Yeniyetməlik Dövründə Baş Verən Dəyişikliklər

 

 

 

 

 

       

ANA-ATALAR ÜÇÜN YENİYETMƏLİK RƏHBƏRİ

 Yeniyetməlik dövrü somatik dəyişikliklərlə başlayan və gəncin ictimai baxımdan yetkin kafiliyini qazanması ilə sonlanan bir dövrdür.

Yetkinlik dövrünün başlanğıcı da, sonlanması da kəslər arasında fərqliliklər göstərər. Bəzi yetkinlər daha erkən yaşlarda somatik olaraq inkişafa başlarkən bəziləri daha keç inkişaf edər. Qızlar ümumiyyətlə yetkinliyə oğlanlara görə bir iki il əvvəl girərlər. Ancaq həm qızlar arasında həm kişilər arasında genetik və bəslənmə xüsusiyyətlərindən qaynaqlanan fərqliliklər olacaq. Bu fərqlər yetkinlik dövrünün yaş sərhədlərinin olduqca elastik olmasına səbəb olar. Ümumiyyətlə, qızlarda yetkinliyin başlanğıc yaşı 11-13 ikən kişilərdə 14-16 yaşları arasında dəyişər.

 Sürətli fiziki dəyişiklik  başlaması ilə birlikdə yetkinin dəyişən bədəninə ruhi olaraq uyğunlaşma müddəti başlayır. Bədənsəl inkişafa bağlı dəyişikliklər fərqli surətlərdə və sırada ortaya çıxa bilər. Bu fərdi fərqliliklər yetkinin ictimailəşmə müddətinə təsir edər. Erkən yetkinlikdəki problemlər ümumiyyətlə bu müddətlə əlaqəli olaraq ortaya çıxar.

YETKİNLİKDƏ ORTAYA ÇIXAN SOMATİK DƏYİŞİKLİKLƏR

® Sürətli boy uzanması (qızlar üçün ortalama 11 yaşında, kişilər üçün isə 14 yaş ətrafında sürətli boy uzanması dövrü başlayır. Yeniyetmə qısa müddətdə 10-20 sm. qədər sürətli şəkildə uzanar.

® Bu dövrdə bədən nisbətləri dəyişər. Əvvəl əllər və ayaqlar böyüyər, qollar və qıçlar uzanar.

® Oğlanlarda səs dəyişər, çatlayar və qalınlaşar.

® Bədən yağ paylaşımında cinsiyyətə xas dəyişikliklər ortaya çıxar, qızlarda çanaq bölgəsi genişləyərkən oğlanlarda sinə bölgəsində genişləmə olar.

® Oğlanlarda əzələ inkişafı sürətlənər.

® Dəridə yağlanma artar. Bu yağlanma sızanaqların ortaya çıxmasına səbəb olar.

® Qız və oğlan tipli tüklənmə başlar.

® Cinsi orqanlarda cinsiyyətə xas dəyişikliklər ortaya çıxar.

BƏDƏNSƏL DƏYİŞİKLİKLƏRƏ BAĞLI OLARAQ SIX GÖRÜLƏN PROBLEMLƏR

® Ehtiyyatsızlıq: Qol və qıçların ani uzanması, əzələ gücündəki dəyişikliklər yeniyetmələrin hərəkətlərini nəzarət etməsində çətinliklər yaradar.

® Boy uzanması ilə əlaqədar qayğılar: Yeniyetməlik dövründə eyni yaşdakı uşaqlar fərqli sürətlərdə və zamanlarda uzanarlar. Bu vəziyyət özlərini digərləri ilə müqayisə etmələrinə və inkişafları ilə əlaqədar qayğılar yaşamalarına səbəb olar.

® Bədəndəki ani dəyişikliklərin, sinələrin inkişafının ətrafdan fərqinə varılması qayğısı bəzi yeniyetmələrin bədənlərini gizləmə səyi içinə girməsinə, donqar dayanmağa və ya bol geyimlərə yönəlməsinə səbəb olar.

® Yemə pozuqluqları: Cəmiyyətin gözəlliyə bağlı normalarına uyğun gəlmə səyi bəzi yeniyetmələrin həddindən artıq sərt diyetlər etməsinə və fiziki inkişafı dayanma nöqtəsinə gətirən yemə pozuqluqlarının ortaya çıxmasına səbəb ola bilməkdədir.

® Səsi gizləmə: Səsdə ortaya çıxan çatlama bəzi gənclərin bu vəziyyətdən narahatlıq duymalarına və səslərini gizləmək üçün danışmaqdan qaçınmağa başlamasına səbəb ola bilməkdədir.

® Cinsi inkişafın gecikməsi ilə əlaqədar qayğılar: xüsusilə fiziki və cinsi inkişafı daha gec olan qrupdakı gənclər özlərini yaşıdları ilə müqayisə etdiklərində inkişaflarının gecikməsinə bağlı qayğılar yaşayarlar, özlərinə və cinsiliklərinə bağlı şübhələr duymağa başlaya bilərlər.

® Həddindən artıq özün fərqindəlik halı və buna bağlı ictimai çəkilmə: sürətli dəyişmə diqqətin bədəninə və özünə yönəlməsinə səbəb olar. Bəzi gənclər həddindən artıq dərəcədə özlərini nəzarət etməyə, bütün gözlər öz üstlərində kimi hiss edib narahatlıq duymağa  başlarlar.

ANA -ATALARIN BƏDƏNSƏL İNKİŞAF MÜDDƏTİNDƏ ORTAYA ÇIXAN PROBLEMLƏRƏ BAĞLI TUTUMLARI NECƏ OLMALIDIR?

® Ünsiyyət kanallarını açıq saxlamaq və inkişaf müddəti ilə əlaqədar danışmaq lazımdır. Eyni cinsiyyətdən valideynlərin öz inkişaf  müddətindən, hansı yaşda yetkinliyə girdiyindən, nə növ qayğılar yaşadığından da nümunələr verərək danışması ümumiyyətlə gənci rahatlaşdırar.

® Bu dövrdə bədən gigiyenası əhəmiyyət qazanar. Gəncə tətbiq edə biləcəyi praktik təkliflər vermək, ehtiyac duymağduğu vasitələri götürməsi və istifadə etməsi üçün yol göstərici olmaq lazımdır.

® Yeniyetməlik dövründə xüsusilə kalori ehtiyacı artar. Gəncin inkişaf edən sümükləri daha çox kalsium ehtiva edən qidalar qəbul etməsini tələb edir. Xüsusilə sürətli uzanma dövründə kişilərin gündə 2800, qızların isə 2400 kkalori qəbul etməsi təklif edilməkdədir.

® Bedensel quruluşa uyğun idmana yönəltmək. Bedensel inkişafı ən yaxşı dəstəkləyən vasitə nizamlı şəkildə tətbiq olunacaq fiziki fəaliyyətlərdir.

® Gəncə sağlamlığını qoruma mövzusunda nitqlər vermək yerinə ana atanın sağlam həyat fikirini şəxsən tətbiq edərək nümunə olması daha təsirlidir.

MƏNTİQİ İNKİŞAF

  Gəncin düşüncə sahəsində ortaya çıxan dəyişikliklər bu dövrün ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Yeniyetməlik dövrü, bu dövrdə beyində ortaya çıxan dəyişikliklərə bağlı olaraq adamın uşaqlığa görə daha geniş və çox ölçülü düşünə bilməsini təmin edən bir dəyişmə keçirdiyi və nəticədə yetkin tipi düşüncə bacarığı qazandığı dövrdür.

  Bu dövrdə uşaqlıqdakı konkret düşünmənin yerini mücərrəd düşünmə bacarıqları alır. Beləcə gənc:

1. Sualları soruşar, fərqli ehtimallar üzərində düşünər.

2. Mücərrəd anlayışlar üzərində düşünər.

3. Öz düşüncələri üzərində düşünər

4. Başqalarının görüş bucağını anlaya bilər.

5. Eyni anlayışın yanında və qarşısında olaraq mübahisə edə bilər.

6. Ehtimallar üzərində düşünə bilər.

7.Fərqli vəziyyətlərdə fərqli tutumlar sərgiləyə bilər.

ANA-ATALARA DÜŞÜNCƏ İNKİŞAFINI DƏSTƏKLƏMƏ TƏKLİFLƏRİ:

  Yeniyetməlik dövründə ortaya çıxan düşünmə bacarığı dəstəklənilməsi lazım olan bir xüsusiyyətdir. Gənc məntiq icra etməyi, sorğulamağı, plan etməyi, başqalarını görüş bucağını anlamağı bu yolla inkişaf etdirəcək. Buna görə ana ataların gəncin yeni inkişaf edən bacarığını dəstəkləməsi lazımdır.

® Gəncin fikirlərini səbirlə dinləmək, fikirlərinə dəyər verdiyinizi ifadə etmək əhəmiyyətlidir. Gəncin sizin inanclarınıza qarşı çıxdığı vəziyyətlərdə öz inanclarınızı sakin və məntiqli bir şəkildə müdafiə etməyə hazır olmalısınız. Sizinlə inanclarınız mövzusunda mübahisəsi hər zaman sizə qatılmadığı mənasına gəlməyə bilər.

® Gəncin öz bəyənmələrini və dəyər mühakimələrini inkişaf etdirməsini dəstəkləyin.

® Planlama bacarıqlarını inkişaf etdirməsini dəstəkləyin, bu mövzuda nümunə olun.

® Düşüncələr-duyğular və davranışlara fərqli yaxınlaşın, unutmayın ki "İnsan hər şeyi düşünə bilər, ancaq düşündüklərindən deyil etdiklərindən məsuldur". Bu ayrı-seçkiliyi edə bilməniz gəncin də məsuliyyət sahəsini dəqiqləşdirə bilməsinə köməkçi olacaq.

İCTİMAİ DUYGUSAL İNKİŞAF

® Şəxsiyyət qazanımı yetkin üçün ən prioritetli mövzulardan biridir. "Mən kiməm" sualına cavablar axtarar.

® Avtonomluq qazanma ehtiyacı artar, valideyn nüfuzuna qarşı çıxar

® Yoldaşların əhəmiyyəti artar

® Qarşı cinsə maraq duyar, romantik əlaqələr qurular

® Nümunə götürdüyü, ideallaşdırdığı kəslərə bənzəmə səyi olar

® Öz yaşıd qrupunun normaları gənc üçün böyük əhəmiyyət daşıyar.

  Bu dövrdə ana və ata ilə əlaqələrdə də dəyişikliklər olar. Gənclər gündəlik çətinliklərini duyğularını və problemlərini daha sıxlıqla anaları ilə paylaşarlar. Ata isə gələcəyə istiqamətli planların paylaşıldığı, fikir müzakirələrinin edildiyi, xüsusilə kişi yeniyetmələrin özünü qəbul etdirməyə çalışdığı adamdır. Qız uşaqlarla atalar arasındakı əlaqənin bu dövrdə daha məsafəli olduğu isə bütün dünyada edilən işlərdə ortaya çıxan bir tapıntıdır.

İCTİMAİ DUYGUSAL İNKİŞAFI DƏSTƏKLƏMƏYƏ İSTİQAMƏTLİ TƏKLİFLƏR

® Gəncin öz qərarlarını verməsini dəstəkləyin, doğru qərar vermək üçün üsul təklifin, öz düşüncənizi izah edin, nəticələri anladığından əmin olduqdan sonra seçkilərini öz etməsini dəstəkləyin.

® Mənimsəməsini istədiyiniz davranışlar mövzusunda nümunə olun

® Bir miqdar məsafəyə ehtiyacı olduğunda buna hörmət edin.

® Yaxşı bir yoldaş ətrafı meydana gətirmə mühiti təmin edin, yoldaşlarını tanıyın.

® Tərifdə və tənqiddə həddindən artığa qaçmayın, şəxsiyyətə deyil davranışa fokuslanın

® Müsbət davranışlarını öyün

® Sizə səhv gələn davranışları çox həyati bir səhvə səbəb olmursa fikirinizi söylədikdən sonra öz qərarına buraxın.

® Həyati səhvlərə mütləq maneə törədin.

® Öz gözləntilərinizi dürüstcə ortaya qoyunçancaq hər şərtdə sevginizin sürəcəyini də bildirin.

CİNSİ İNKİŞAF

® Yetkinlik, cinsi oyanış dövrüdür, cinsi duyğu və davranışlar üzərindəki basqının bir az azalması lazımdır.

® Bioloji inkişaf müddəti ictimai dəyər mühakimələri çərçivəsində mənalandırılar.

® Cinsi rolların qazanılmasında model alma əhəmiyyətli rol oynayar

® Qarşı cinslə yoldaşlıqlar insanın cinsəlliyin həyatındakı yerini fərqinə varması və cinsi rolları həyata keçirməsi üçün köməkçi olar

® Gənc bu dövrdə sevginin fərqli formaları ola biləcəyini öyrənər.

CİNSİ İNKİŞAF İLƏ ƏLAQƏDAR PROBLEMLƏR

® Cinsəlliyin ictimai dəyər mühakimələri çərçivəsində təzyiqlənməsi lazım olan bir xüsusiyyət hesab edilməsi, utanc və günahkarlıq duyğularının cinsəlliyə bağlı duyğularla birlikdə sıx şəkildə ortaya çıxması nəticəsini doğurar.

® Cinsəlliyin yalnız fiziki istiqamətiylə qəbul edilməsi, romantik yaxınlaşmanın yoldaşlıq etmədiyi əlaqələrin gənci zədələməsinə səbəb olar.

® Gəncin yaşıdları tərəfindən qəbul görmək məqsədiylə hazır olmadığı əlaqələr yaşaması öz mənlik hörmətinə mənfi təsir edər.

CİNSİ İNKİŞAFI DƏSTƏKLƏMƏYƏ İSTİQAMƏTLİ TƏKLİFLƏR

® Gəncin cinsi mövzularda doğru məlumatlanmasına uyğun şərtləri dəstəkləmək.

® Müsbət cinsi rol nümunələri təqdim etmək

® Özünün və bədəninin qiymətli olduğunu və gərəyində "xeyr" deməsini öyrətmək

® Cinsəllik mövzusunda öz dəyər mühakimələrini meydana gətirməsini dəstəkləmək, hazırlıqlı olmasını təmin etmək.

® Uyğun qarşı cins əlaqələrinə dəstək olmaq, uyğun tapmadıqları mövzusunda fikirlərini açıqca söyləmək ancaq son qərarı gəncə buraxmaq lazımdır.

® Qarşı cinslə normal yoldaşlıqlar, qrup içi yoldaşlıqlar qurması gəncin "xüsusi yoldaşlıqlar" qurmaq üçün ön hazırlıq etməsini təmin edər. Bu səbəblə qarışıq qruplar içində yer ala biləcəyi fəaliyyətləri dəstəkləmək lazımdır.

ŞƏXSİYYƏT İNKİŞAFI

® Gəncin " mən kiməm" sualına cavab axtarma müddəti sonunda özü, əlaqələri və həyat forması ilə əlaqədar iç tutarlılığa sahib bir özlük nəzəriyyəsi meydana gətirməsidir. Özünün necə bir insan meydana gətirdiyinə bağlı qaydalar inkişaf etdirər, bu qaydaları sınayar, dəyişdirər ya da bunlara uyğun gəlməyə çalışar. Özünə baxışı gedərək bir bütünlük və davamlılıq qazanar.

® Şəxsiyyət duyğusuna paralel olaraq bir dünya görüşü inkişaf etdirər və bu çərçivədə öz dəyər mühakimələrini meydana gətirər.

  Bu inkişaf müddəti gəncin zaman zaman qərarsızlıqlar yaşadığı, ana-atanın vərdiş etdiyindən çox fərqli davranış formaları sərgilədiyi, təcrübələr etdiyi bir dövr ola bilər. Bu dövr ümumiyyətlə gəncin yetkin tipi məsuliyyətlər götürməyə başlaması, yəni iqtisadi baxımdan və duyğusal baxımdan müstəqilliyini qazanması ilə sona çatar. Gənclər bu yetkinliyə fərqli yaşlarda çatarlar. Xüsusilə də təhsil müddətinin uzanması gənclərin məsuliyyət alma yaşının gedərək daha irəli atılmasına, daha uzun müddət ana-ataya iqtisadi baxımdan asılı qalmasına səbəb olmaqdadır. Ancaq ana-ataların bilməsi lazım olan ən əhəmiyyətli mövzu budur k,yeniyetmələr məsuliyyət götürməyə başladıqlarında çox vaxt gənclər öz ana-atalarına çox bənzər şəxsiyyətlər ortaya qoymağa başlayacaqlar.

Xəzər Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsi 

Arzu Rzayeva

pcc.az

Go Back

Yeniyetmə övladı olan valideynlər üçün

Frances E.Jensen yeniyetmələrin psixologiyası haqqında yeni kitab yazıb. Bu kitab yeniyetmələrin niyə və necə fərqli düşündüyünü izah edib. Eyni zamanda uşaqların ruh halı dəyişikliklərinin onların günahı olmadığını, bunun beyinlə əlaqəli bir hal olduğunu ortaya çıxarıb.

 

Övladınızı ilk dəfə qucağınıza aldığınız andan məktəbə gedənə kimi onun dünyasının mərkəzində olursuz. Yeniyetməlik dövründə yaşanan bütün dəyişikliklər isə sizdən ayrılıb müstəqilliyə atıldığı andan başlayır. Kitabda valideyn olaraq övladınıza bu keşməkeşli dövründə necə dəstək ola biləcəyinizlə bağlı tövsiyələr də verilib.

 

Onu şirin, sevimli uşaqdan mağara canavarına çevirən nədir?

Ən əsas dəyişiklik testesteron, progesteron və esterogen hormonları ilə bağlı olur. Oğlanlarda üzün tüklənməsi, səsin kobudlaşması, qızlarda döşlərin böyüməsi və menstruasiyanın başlaması ilə biruzə verən bir haldır. Yeniyetmələr bu hormonlarla yeni tanış olur və bunlar beynin emosional bölməsi olan limbik sistemində daha da aktiv olur.

 

Valideynlər övladının hər hərəkətinə reaksiya vermədən əvvəl 10-a kimi saymalıdır.

 

Niyə bütün gecə oyaq qalıb gündüzlər yatırlar?

Səbəbi bizə “artıq yatmaq vaxtıdır” siqnalını göndərən melatonin hormonunun bu siqnalı yeniyetmə beyinlərinə iki saat gec ötürməsidir. Gündüzlər məktəbə getmək vaxtında isə melatonin ifrazı hələ də davam etdiyindən oyanmaq çətinləşir.

Yeniyetmələrin bu yaşda çox az yatması uşaq cinayətləri, depressiya, öyrənmə çətinliyi, yüksək təzyiq, piylənmə və ürək xəstəliklərinə  səbəb olur.

Valideyn olaraq gecə yatmadan 2 saat əvvəl televizor, kompüter, telefona qadağa qoyun. Beyni yoran fiziki işlərlə məşğul etdirin, qızartma yemək, şirniyyat və kofein qəbulunu azaldın. 

 

Niyə onlar bu cür axmaq şeylər etməyə məcburdur?

Dərsdən qaçmaq, mənasız şəkillərini internetdə paylaşmaq yeniyetmənin axmaq davranışlarındandır. Müəllifin fikrincə, bu hərəkətlər övladların valideynlərindən ayrılıb müstəqil həyat yaşamaq çabalarıdır. Çünki yeniyetmələrdə yanlış hərəkətlərə görə məsuliyyət hissini dərk edən beyin bölməsi hələ tam formalaşmayıb və davranışlarının nə ilə nəticələnəcəyini və ya səhv olduğunu anlamaqda çətinlik çəkirlər.

Nəyin nə olduğunu və nəyə icazə verilmədiyini ona xatırladın. 

 

Onlar niyə unutqandır?

Yeniyetmələrin 20 yaşı tamam olana kimi yaddaşı idarə edən beyin bölməsi inkişafını tam bitirmiş olmur. Buna görə unutqan olan yeniyetmələr hər işlərində valideynlərinə güvənirlər.

Nəyisə edəndə siz də ona kömək edin. Bununla da eyni hərəkəti növbəti dəfə necə etməli olduğunu unutmayacaq. Məktəbə gedərkən, ya evdən çıxarkən nə etməli olduğunun siyahısını tutub ona verin. Bu yolla işlərini sizin köməyiniz olmadan etməyi öyrənəcək.

 

Smart telefonlar onlara ziyandırmı?

Yeniyetmə olsalar da kompüter, planşet, smart telefonların istifadəsini qəbul etmirsiz.

Onların bu yaşdakı məcburi ehtiyacı iki formada (davranış və biokimyəvi şəkildə) özünü göstərən digital əlaqədə olmaqdır. Yetkinlərin seks, içki, narkotik maddədən aldığı dopamin zövqünü yeniyetmələr smart telefonlarına gələn mesaj, zəngdən alır.

Ancaq oyun asılılığı onlarda qərar vermə bacarığı və öyrənmə keyfiyyətinə zərər verir. Yaşanan depressiya, zəif akademik göstərici və bacarıqsızlıq “online”da keçirilən vaxtla əlaqələndirilir.

Yeniyetmələr virtual zamanda keçirdiyi vaxta limit qoymağı mümkünsüz hesab edir. Siz bir valideyn olaraq buna məhdudiyyət qoyub, bir, ya iki saat vaxt təyin edin. Daha çox real aləmlə ünsiyyətdə olması üçün bir şeylər etməyi tapşırın.

 

Yeniyetməlik imtahanlar üçün ən yaxşı vaxtdır?

Sinif yoldaşları ilə mübahisə,  hər səhər yataqdan qalxmaq əzabı, uşaqlıqdan məhrum edilmə hissi də üstünə gəlincə çətin dövr olaraq xarakterizə edilən yeniyetməlik, imtahanlarda uğur qazanmaq üçün ən uyğun dövr hesab olunur.

Yeniyetmənin beyni səmərəliliyi ilə fərqlənir. Xatirələr yaddaşa daha asan həkk olunur və uzun müddət qalır. Dil öyrənmək və hansısa alətdə çalmağı öyrənməyin bundan yaxşı vaxtı yoxdur.

Ancaq acı haldır ki , təhsil bu vaxtı yeniyetmə həyatında ən əhəmiyyətsiz yerdə durur.

Valideyn olaraq evdə dərsini hazırlaya bilmək üçün məkan hazırlayın. Dərsini öyrənib təkrarlamasına nəzarət edin. Axşam erkəndən dərslərini hazırlayıb gecə biliklərini möhkəmləndirmək üçün vaxtında yatmasına çalışın. 

 

Niyə seçilmiş hiss edirlər?

Müəllimlərinin onları nümunə gətirməsi, ədalətli olmayan valideynlər, onları tərk edən qondarma dostlar yeniyetməyə özünü “seçilmiş, təcrid olunmuş” hiss etdirir. Çünki bu yaşda onların həyatını idarə edən emosional qaydalar və məsuliyyət hansısa səbəblə deyil, hisslərlə idarə olunur. Yaşanan neqativ hisslər “tetrahidro” hormonu ilə əlaqədardır və “əsəbi pələng” kimi davranmasına səbəb olur.

Uşağınızda baş verən  dəyişiklikləri (depressiya, yemək yeməmə kimi)  nəzarətdə saxlayın. Həmişə onun yanında olub dinləyin.

 

Qız və oğlanlar fərqlidirmi?

Yeniyetmə qızlar həyatında baş verənlərə dramatik şərh versələr də, oğlanlar monosillabik həyat yaşamağa çalışırlar. Səbəb isə qızların yalnız şifahi deyil, həm də yazı və oxuda oğlanlardan üstün olmasıdır.

Oğlunuz bir işi bacarmırsa, onu rəfiqənizin qızı ilə müqayisə etməyin. Unutmayın ki, qız və oğlanlar bu yaşda fərqli olurlar.

Əgər onlar da “palaza bürün, ellə sürün” məsəlinə əməl edərək yanlış davranışlar edər, sizdən gizli siqaret çəkər, içki içərsə, sərhədlər seçin və cəzalar tətbiq edin.

Elektron cihazlarını müsadirə edin.

 

Onlar nə zaman böyüyəcək?

Yenidən sizi qucaqlayan, sevimli övladınız kimi davranması üçün darıxmısız?

Bir neçə ildən sonra bu münasibətlər yenidən geri qayıdacaq. Möhkəm və səbrli olun. 

 

lent.az

Go Back

Yeniyetməlik yaşının ümumi xarakteristikası

Yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara bilər. Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiy­­yət yeniyetmələrin aparıcı fəaliyyəti olur. 
Bu dövrdə aparıcı fəaliyyətlə yanaşı olaraq təlim, ictimai-təşkilati, idman, bədii, əmək fəaliyyəti də özünə xüsusi yer tutur. Həmin ictimai-faydalı fəaliyyət növlə­rindən istifadə etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə şüurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Onlar müxtəlif qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına uyğun ünsiyyət yaratmağı öyrənir, öz «mən»lərini qiymətləndirmək bacarığına yiyələnirlər.


Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dö­nüş” və s. dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və psixi inkişafında müxtəlif keyfiyyət dəyişmələri baş verir. 
Bununla əlaqədar olaraq uşaqlıqdan yaşlılığa keçid həmin dövrün əsasını təşkil edir. 

Bu yaş dövründə uşaq orqanizminin bioloji yetkin­ləşməsi yolunda əsaslı dəyişiklik baş verir. Bədənin yuxarı və aşağı ətraf sahələrində sümüklər əzələlərə nisbətən uzununa daha sürətlə inkişaf edir. Ona görə də yeni­yetmənin xarici görkəmi çox qəribə olur. Bədənin ətraf hissələri gövdəyə nisbətən mütənasibliyini itirir, daha uzun görünür. Boy artımı çox sürətlə gedir, bəzən bir il ərzində 8-10 sm artır.
Məlum olduğu kimi kiçik yaşlı məktəblilərdə boyun və çəkinin artması əsasən uyğun şəkildə gedir. Düzgün həyat və qidalanma şəraitində yaşayan kiçik məktəbli nə kök, nə də arıq görünmür. Lakin yeniyetməlik yaşının başlanğıcından (10-11yaş) bu mütənasiblik kəskin şəkildə dəyişir. Yeniyetmənin çəkisinin və boyunun artmasında sıçrayış baş verir.
Mövcud ədəbiyyatdan məlum olduğu kimi, 9-10 yaş arasında oğlanlarda boy artımı təxminən 4,4 sm olduğu halda, 11 yaşında bu artım 5,3 sm, 12 yaşında – 6,1 sm-ə, 13 yaşında — 4,7 sm-ə, 14 yaşında – 7,2 sm-ə, 15 yaşında – 6,2 sm-ə çatır. Rəqəmlərdən göründüyü kimi, oğlanlarda ən yüksək boy artımı 13-14 yaş arasında baş verir.
Qızlarda isə boyun artımı daha tez başlayır və həmin artım tez də aşağı düşür. 9 yaşlı qızlarda boy artımı 3,8 sm, 10 yaşda – 6,21 sm, 11 yaşda – 7,17 sm, 12 yaşda – 5,43 sm,  13 yaşında təxminən 6 sm-ə çatır. Bu zaman artım əvvəlki illərə nisbətən az olsa da qənaətbəxşdir. 14 yaşında boy artımı 3,7 sm-ə, 15 yaşında isə 2,3 sm-ə enir. Rəqəmlərdən göründüyü kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez başlasa da, sonradan əsaslı şəkildə aşağı düşür.
Çəkinin artmasına gəldikdə bu dövrdə o boyun artmasından geri qalır. 9 yaşlı oğlanların çəkisi orta hesabla 26,3 kq, 10 yaşda – 29,0 kq (artım 2,7 kq), 11 yaşda – 32,1 kq (artım 3,1 kq), 12 yaşda – 36,0 kq (artım – 3,9 kq), 13 yaşda – 39,2 kq (artım – 3,2 kq), 14 yaşda – 45,5 kq (artım – 6,3 kq), 15 yaşda – 51,9 kq (artım – 5,4 kq) olur. Rəqəmlərdən göründüyü kimi, yeniyetməlik dövründə oğlanlarda çəkinin artması qeyri-bərabər şəkildə gedir. 13 yaşında çəkinin artımı aşağı düşür.
Qızlarda da çəkinin artması təxminən eyni şəkildə gedir. 9 yaşlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaşda – 28,3 kq, 11 yaşda – 32,0 kq, 12 yaşda – 36,97 kq, 13 yaşda – 41,9 kq, 14 yaşda – 47,5 kq, 15 yaşda – 50,6 kq-a bərabər olur. Qızlarda çəkinin ən az artımı 10 və 11 yaşda özünü göstərir. 
Bu dəyişiklik xüsusilə cinsi yetişmənin baş­lanmasında özünü göstərir. Uşaqlara nisbətən yeniyet­mələrin siması dəyişir, böyüklərə yaxınlaşmış olur.
Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyet­­mənin fiziki imkanı da artır. Yeniyetməyə elə gəlir ki, onun hər bir şeyə gücü çatar.
Yeniyetmənin psixoseksual inkişafında xüsusi dəyişiklik baş verir. Bu dövrdə cinsi yetişmənin başlanması bir növ cinsi yetkinlik üçün başlanğıc rolunu oynayır. Bununla yanaşı olaraq psixoloji yetkinliyin, eləcə də sosial yetkinliyin baş verməsi üçün müvafiq şərait yaratmış olur. Yeniyetmələrdə sərvət sistemi dəyişir: ailə, məktəb, həm­yaşıdları yeni məna və əhəmiyyət kəsb etməyə başlayır.

kayzen.az

Go Back

Yeniyetmələrin beyinləri böyüklərdən nə ilə fərqlənir?

Nevrologiya üzrə alim Fransis Censen karyerası boyu insan beynini araşdırıb. Onun araşdırmasının nəticələri valideynlərə, müəllimlərə və yeniyetmələri anlamağa çalışan digər insanlara bəzi şeyləri daha yaxşı başa düşməyə yardım edir.

İnsan yetkinlik yaşına çatanda onların bədəni dəyişir və onlar daha çox böyük insanlara oxşamağa başlayırlar. Güman edilir ki, onların beyinləri də böyük insanların beyinləri kimi işləyir.
 
Amma Censen bunun belə olmadığını bildirir. “Beyin bədəndə yetişən ən son orqandır və onun yetişmə prosesi 20 yaşlarında tamamlanır. Yeniyetmələrin beyinlərinin strukturu beynin yekun formasının 80 faizini təşkil edir.
 
Censen bildirir ki, yeniyetmələrin beyinləri elə qurulub ki, onlar böyüklərdən daha yaxşı öyrənirlər.
 
“İnsanın beynində sinapsislər var və bu sinapsislər insanın necə öyrənməyini təyin edir. Bu sinapsislar vasitəsilə beyin hüceyrələri bir-birilərinə məlumat ötürür. Nə isə öyrənəndə sinapsislər böyüyür. Sinapsislərin böyüməsinə kömək edən protein və kimyəvi maddələr ən çox balaca uşaqlarda olur, yeniyetmələrdə biraz az, böyüklərdə isə çox az. Ona görə uşaqlar çox asanlıqla iki, üç dil öyrənə bilirlər, yeniyetmələr isə böyüklərdən daha sürətlə informasiya qəbul edə bilirlər."
 
Maraqlısı isə odur ki, yeniyetmələrin böyüklərə nisbətən daha yaxşı öyrənmək qabiliyyətləri olsa da, onların beyinlərinin müxtəlif sahələrindəki əlaqələr hələ də inkişaf etməkdədir.
 
Beyində ən son inkişaf edən və digər hissələrlə əlaqə yaradan beynin ön hissəsidir. Beynin ön hissəsi anlayış, qərar, nəbzin idarəsi və empatiya hissiyatına cavabdehdir. Ona görə də yenitmələrdə bu hisslər tam inkişaf etməmiş olur.
 
Censen bildirir ki, narkotik və spritli içki yeniyetmələrin beyinlərinə böyüklərin beynindən daha çox təsir göstərir. Censen bildirir ki, “13-17 yaşlar arası insanın IQ-su (İntelektual Keyfiyyəti) dəyişir. Bu yaşlar arasında insan nə qədər çox spirtli içki qəbul etsə, IQ bir o qədər azalır.” Spirtli içki və narkotik yeniyetmələrdə uzunmüddətli problem yaradır.
 
Son araşdırmada isə yeniyetmələrin qısamüddətli problemi araşdırılıb. Bu isə bir neçə işi eyni anda görməkdir. Belə bir həssas yüklənmə onların sözləri yada salma qabiliyyətlərinə mane olur.
 
Beynin inkişafına cinsin də təsiri var. Censen bildirir ki, beynin informasiyanı qəbul edən hissəsi uşaqlıq vaxtı genişlənir, daha sonra isə incəlir. Qızlarda genişlənmənin pik nöqtəsi 12-14 yaşlar arası olur, oğlanlarda isə bu, iki il sonra baş verir. “Təbii ki, istisnalar var, amma ümumilikdə qızlar daha plançı olur, daha çətin iş və ya dərs qrafikini idarə edə bilirlər, amma bu yaşda oğlanlar planlaşdırmada çətinlik çəkirlər,” deyə Censen bildirir.
 
Bilik və yaddaş üçün yuxu vacib olsa da, yeniyetmələr (həm qızlar, həm oğlanlar) kifayət qədər yatmırlar. 

Onlar gecə gec yatanda və səhər gec oyananda valideynləri yeniyetmələrin tənbəl olduqlarını düşünürlər. Amma Censen bunun reallıq olmadığını deyir. Onlar yenityetmə olduqları üçün belə edirlər. “Onların bioloji saatları böyüklərin yatmaq və oyanmaq saatlarından 2 saat daha gec vaxta uyğunlaşdırılıb,” deyə Censen qeyd edir.
 
Yeniyetmələrin beyinləri ilə bağlı yeni infromasiya valideyn və müəllimlərə uşaqları daha yaxşı anlamağa kömək edə bilər.
 
“Onlarla daha çox əlaqə qurun və daha səbirli olun,” deyə Censen valideyinlərə məsləhət görür.
 
Əqli xəstəliklər də yeniyetmə yaşlarında başlayır. Bunlara ikiqütblü (bipolar) pozuntular, depressiya və şizofreniya daxildir. Bu xəstəliklər 18-20 və bəzəndə 20-25 yaş aralarında başlayır. Ona görə də, bu xəstəliklərin əlamətlərini müşahidə etmək üçün yeniyetmələrlə əlaqə yaratmaq vacibdir.
 
Censen validenynləri bu informasiyanı uşaqları ilə paylaşmağa təşviq edir. 

“Yeniyetmə yaşlarında uşaqlar kim olduqlarını, şəxsiyyətlərini öyrənmək istəyirlər. Onların özləri barədə hər bir şeyə öyrənməyə təbii maraqları var. “Ona görə də siz onlara onların yetkinləşmələri ilə bağlı daha çox məlumat verdiyinizdə, bu məlumatın onlar üçün nə qədər maraqlı olduğunu müşahidə edəcəksiniz,” deyə Censen bildirir.
 
milli.az

Go Back

Yeniyetməlik böhranı problemi

Yeniyetməlik yaşları və bu dövrdə məktəblilərlə düzgün iş formaları və istiqamətləri seçmək üçün unutmaq olmaz ki, bu dövr insan həyatının ən böhranlı çağlarıdır. Psixoloqlar tərəfindən yeni böhran onun xarakteri və əhəmiyyəti, baş vermə səbəbləri müxtəlif şəkildə başa düşülür. Çox tədqiqatçılar bu dövrün cəmiyyətin bütövlükdə yeniyetmələrə düzgün olmayan münasibəti kimi izah olunur. Qeydlərə görə şəxsiyyət yeni yaş mərhələsində qarşısında duran problemləri sadəcə olaraq həll etməkdə çətinlik çəkir. Bir sıra alimlərin fikrincə, bu inkişaf mərhələsinin yeniyetmələr tərəfindən nisbətən sakit keçirilməsi “böhransız” nəzəriyyələrin irəli sürülməsinə səbəb olmuşdur.

L.S.Viqotski onu qeyd edir ki, böhranın hər bir neqativ simptomunun arxasında pozitiv məzmun gizlənib ki, bu da yeni , ali formaya keçməkdir. Böyüklər adətən çalışırlar ki, yeni tələbatların ödənilməsi üçün şərait yaratmaqla böhranın qarşısını alsınlar. Ancaq təcrübə göstərir ki , uşaqlar bir qayda olaraq valideynlərini buna məcbur edir ki, sonradan icazə verilməyən hərəkətləri etməklə öz qüvvələrini yoxlasın, şəxsi çalışmaları nəticəsində öz müstəqillik çərçivəsini genişləndirsin. Məhz belə toqquşmalar zamanı yeniyetmə özünü tanımağa, qiymətləndirməyə, imkanlarını görməyə başlayır, özünütəsdiqləmə tələbatını ödəyir.O hallarda ki, bu baş vermir , ondakı yeniyetməlik dövrü sakit, konfliktsiz keçir, onda çox zaman sonradan gecikmiş, ona görə də daha əzabverici böhran baş verir. Bu da 17 – 18, bəzən də bir az da gec yaşlarında özünü göstərir və uşağın uzun sürən infantil mövqeyini xarakterizə edir. Beləliklə, yeniyetmə nisbətən qorxulu olmayan şəraitdə gedən müstəqillik uğrunda mübarizədə yeniyetmə özünüdərketmə və özünütəsdiqləmə tələbatlarını təmin edir. Onda bu zaman nəinki özünə inam hissi yaranır, həm də əxlaq qaydaları formalaşır. Bu da gələcəkdə rastlaşdığı həyati çətinliklərin öhdəsindən gəlməyə imkan yaradır.

Inkişaf bütün böhran dövrlərində olduğu kimi yeniyetməlik yaşlarını da böhranı üç mərhələdə keçir:

-neqativ və ya böhran qarşısında, başqa sözlə, köhnə vərdişlərin, stereotiplərin, əvvəldə formalaşmış strukturlarının dağılması

-böhranın kulminasiya nöqtəsi, bu da yeniyetməlik yaşlarında bir qayda olaraq, 13 yaşında baş verir, ancaq fərdi variantlar da özünü göstərir;

-böhranlı fazadan sonrakı dövrüdür ki, bu zaman yeni strukturlar, yeni münasibətlər və s. formalaşır.

Psixoloji ədəbiyyatda yaş böhranı axınının əsasən iki yolu təsvir olunub. Birincisi, daha geniş yayılmış – müstəqillik böhranıdır. Onun simptomları aşağıdakılardır:
-höcətçi, inadkar, tərslik, hər şeyə neqativ münasibət, özbaşınalıq, mülkiyyətə qısqanclıq. Əgər 3 yaşlı uşaqda mülkiyyətə qısqanclıq başqa uşaqlarla oyuncaqları bölüşmək istəməsində özünü göstərirsə, bu tələbat yeniyetmədə onun stolunun üstündəkilərə başqalarının toxunmasına , otağa heç kəsin girməsinə razı olmadıqda , sözün qısası, onun qəlbindəkilərlə maraqlanmamaq istəyidir.

Aslılıq böhranının simptomları isə sadaladıqlarımızın əksinədir. Həddindən artıq başqalarına qulaq asmaq, yaşlılardan, güclülərdən aslılıq, köhnə maraq və əxlaq formalarına tənəzzülə aludə olmaq, həvəs göstərmək.

Onu da nəzərə almaq lazımdır ki, böhranlı dövrlərdə ailədə narahatlıq törətməyən uşaqlarda diqqət mərkəzində olmalı və psixoloqlardan psixoloji dəstək almalıdırlar. Bir sözlə, bu dövrdə yeniyetmələri başa düşməyi bacarmalı və onlara vaxtında kömək göstərmək lazımdır.

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Yeniyetməlik dövrünün problemləri

Yeniyetməlik dövrü hamımızın həyatında şübhəsiz ki, ən böyük dəyişikliklərdən biri olub. Bu dövrdə baş verən dəyişikliklər tək yox, çox istiqamətli xarakter daşıyır. Gözlə görünən fiziki dəyişikliklərlə bərabər, psixoloji dəyişikliklər də özünü göstərir.

 Heç bitməyəcəkmiş kimi təsəvvür etdiyimiz uzun və yorucu yeniyetməlik dövrünü biz artıq geridə qoyduq. İndi isə uşaqlarımız bizim keçdiyimiz o yollardan keçir, onları nə qədər yaxşı anlasaq və bu anlayışımızı göstərsək onlar da bu dövrü bir o qədər yüngül keçirdəcəklər.

 YETKİNLİK DÖVRÜ DOSTLUQ MÜNASİBƏTLƏRİNİN ƏN SIX OLDUĞU DÖVRDÜR

 "Mənə yoldaşını söylə, sənə kim olduğunu söyləyim!" sözü yetkinlik dövrü üçün doğru yanaşmadır. Yeniyetməlik çağında olan insan ətrafdakı insanların təsirinə daha asanlıqla düşür. İstədiyi mühitdə qəbul olunmaq və o mühitə girə bilmək üçün öz davranışlarında müsbət və ya mənfi istiqamətdə hər hansı dəyişikliklər etmək onlar üçün çox asandır. Çünki bu dövrdə davranışlardan çox ətrafdakılar tərəfindən qəbul edilmək və maraq doğurmaq önəm daşıyır. Xüsusilə ailə mühitində sevilmədəyini hiss edən uşaqlar ətrafda özlərini təsdiq etməyə çalışırlar. Əgər biz uşaqlarımıza dəyər verməsək, onlar da özlərini dəyərli hiss edəcək başqa bir yer axtarmağa başlayacaqlar. Bəzən ailədə yeniyetməyə dəyər verilsə də, yeniyetməlik dövrünün çətinlikləri və ailədə valideynlər arasında sağlam əlaqənin olmaması nəticəsində də yeniyetmə pis mühitə düşə bilər. Buna görə də ailə daxili münasibətlərin sağlam olması xüsusilə yeniyetməlik dövründə çox önəmlidir.

 DOSTLARININ AİLƏLƏRİ İLƏ TANIŞ OLMALISINIZ

 Yeniyetməlik dövründə ailə daxili münasibətlərin sağlam olmasına çalışmaqla bərabər övladımızın kimlərlə dostluq etdiyini də bilməliyik. Bu həssas dövrdə "dost" anlayışı yeniyetmə üçün xüsusilə önəmli olduğundan dostlarını sərt tənqid etməməyə çalışmalıyıq. Dostları haqqında mənfi fikirlərimiz varsa belə bunu dərhal dilə gətirməməliyik.

 Onların bizim üçün çox dəyərli olduqlarını, hər zaman onlar üçün ən yaxşısını istədiyimizi və ən çətin, mürəkkəb vəziyyətdə belə daim yanında olacağımızı söyləməli və hiss etdirməliyik.

 YENİYETMƏLİK AZADLIQDIR?

 Uşaqlıq dövrünü geridə qoyub yeniyetməliyə doğru addımladıqları üçün bu dövrdə övladlarımız uşaq rəftarı görməkdən məmnun qalmırlar. Münasibətlərimizi bunu nəzərə alaraq tənzimləsək yeniyetmə övladımız bizdən razı qalacaq. Bəzən yeniyetmə valideynlərinin dəstəyini daha az hiss edərək sərbəst şəkildə əldə etdiyi müvəffəqiyyətlərinin dadını çıxarmaq istəyir. Təbii ki, bu vəziyyətdə onları tənqid etməməli, əksinə dəstək olmağa çalışmalıyıq. Tövsiyyə xarakterli ifadələri çox eşitməyi sevməyəcəklər. Onların müstəqillik, azadlıq istəyinə qulaq asmalıyıq! Sərhədsiz azadlıqdan əlbəttə ki, qaçmalıyıq. Belə bir həssas dövrdə övladlarımızı tam sərbəst buraxmaqdan qaçmalıyıq. Sərhədləri şüurlu şəkildə təyin etmək valideynin vəzifəsidir. Bir tərəfli ərar qəbulundan qaçmalıyıq. Qarşılıqlı anlaşma bu dövrdə xüsusi əhəmiyyət daşıyır. Əgər bəlirlədiyiniz qaydalar yeniyetmənin ürəyincə olmasa, o onsuz da bu qaydaları çeynəyəcək. Ailə üçün ən sağlam qərar birlikdə müzakirə olunaraq qəbul edilən qərardır.

 Yeniyetməlik dövründə ünsiyyət problemləri necə həll edilə bilər?

Əslində ailə daxili ünsiyyət problemləri yalnız yeniyetməlikdə yaşanmır. Uşaq doğulduğundan etibarən yaşadığı ailə mühitində ünsiyyət problemləri ilə üzləşə bilər. Ancaq müşahidələr göstərir ki, bu problemlər yeniyetməlik çağında daha sıx təsadüf olunur.

 Normal ünsiyyət prosesinin yaranması və qorunub saxlanması üçün bir neçə məsləhət:

 -Övladınızı sevdiyinizi ona hiss etdirin.

 -Sevginizi maddi imkanlarınızla göstərməkdən qaçın.

- Övladınızın hər hansı səhv davranışına cavab olaraq sərt tənqiddən qaçın.

 -Övladınızın bir şəxsiyyət olduğunu unutmayın və onu şəxsiyyət kimi qəbul etdiyinizi, şəxsiyyətinə hörmət etdiyinizi göstərin.

 -Övladınızla ünsiyyət zamanı yaxşı bir dinləyici olun.

- Dinlədiklərinizi tənqid etmədən obyektiv şərh etməyə çalışın. Lazım gələrsə məsləhət verin.

 -Ailə içi qaydaları təyin edərkən uşaqlarınızın iştirakçı olmalarını əhəmiyyət verin.

 -Ailəniz üçün hər hansı bir qərarı qəbul etdiyiniz zaman mütləq onunla da məsləhətləşin.

 -Valideynlər arasındakı münasibətin sağlam olmasını təmin edin.

 

Aytən Eminova

BDU, Sosial elmlər və Psixologiya fakultəsi

Go Back

İxtisası necə seçməli?

Yeniyetməlik dövrundə yeniyetmələri gözləyən ən əsas vəzifələrdən biri də, pesə seçimidir. Bildiyiniz kimi insanın peşə seçməsi və bu seçimi həyata keçirmək üçün calışması onun bütün həyatına təsir edən faktordur.

Çünki insanın peşəsi, onun həyat tərzini, dəyərlərini, sosial statusunu müəyyən etmədə önəmli rol oynayır. Ayrıca seçilən peşədə görulən fəaliyyətlər insanın psixi ehtiyaclarını ödəməyə və öz qüvvəsini ortaya qoymağa fürsət yaradır.

Insanlar ehtiyaclarını ödəyərkən çox vaxt qərar vermək problemi ilə qarşılaşırlar. Əgər qərardan asılı olan nəticə əhəmiyətsizdirsə, insan daha az stress yaşayır. Ancaq peşə seçimi kimi önəmli qərar vermək mərhələsində olan gənclər seçimlərini əvvəlcədən görmək imkanına və bunun üçün də görüləcək fəaliyyətləri planlaşdırmaq gücünə sahibdirlər.

Qeyd edək ki, qərar vermək mərhələsində olan gənclər çox fərqli davranırlar. Belə ki, qərar vermək tərzi insanların mənlik şüuru ilə əlaqədardır.

İnsanlar həyatı boyu özlərinə aid bütün hadisələri müşahidə edirlər. Müşahidə etdikləri hadisələr duyğu orqanları vasitəsilə insanda təəssürat yaradır. Bu təəssüratlar bir-biri ilə əlaqələndirilərək müəyyən fikir yaradır. Beləliklə insanda özü haqqında da təəssüratlar formalaşır. Insanın özu haqqında bilikləri onun “mən”liyini formalaşdırır. Peşə seçməyə qərar verən gənc də “mən”inə uyğun ixtisaslardan bəhs etməyə başlayır. Peşə seçmək də bir fəaliyyətdir. Beləcə, gənc öz xasiyyətinə uyğun peşəni seçir. Peşə seçimi edən bir yeniyetmə isə bir şəxsiyyət kimi öz daxili gücünü ortaya qoymaq üçün artıq fəaliyyətə keçir.

Nəzərinizə çatdıraq ki, ayrıca gənclərin “mən” obrazının və “peşə mənliyi”nin inkisafında, ata, ananın ya da onu əvəz edən böyüklərin rolu əvəzsizdir. Ailə daxili münasibətlər gəncin peşə seçimində qərarını çətinləşdirə bildiyi kimi, asanlaşdıra da bilər. Təzyiq göstərən valideynlər uşaqlarının fikirlərini öz istədikləri tərəfə çəkməyə calışırlar və övladlarının fikirlərinə, istəklərinə göz yumurlar, özlərinin həyata keçirə bilmədikləri arzu və yaşayış tərzini uşaqlarında görmək istəyirlər. Halbuki, təzyiq göstərməyən valideynlər övladlarının xarakterini, “mən” obrazlarını tanıyaraq, onların çətinliklərinə qarşı həssaslıqla yanaşaraq, uşaqlarına mənəvi dəstək olmağa çalışırlar. Belə münasibət quran ailədə istilik, övladını olduğu kimi qəbul etmə anlayışı hakimdir. Belə ata və analar övladları ilə yaxın ünsiyyət quraraq onları başa düşməyə çalışır, onların peşə qərarlarına hörmətlə yanaşırlar.

Ümumiyyətlə, imtahana hazırlaşan bir şagirdin ana və atasının üzərinə böyük məsuliyyət düşür. Onların vəzifəsi uşağına yaxşı təhsil vermək və ona maddi dəstək saxlamaqdan ibarət deyil. Belə ki, valideynlər övladlarının narahatlığını başa düşməli, onlara düzgün yol göstərməlidirlər.

Ali məktəbə hazırlaşan gənclərin yasadıqları çətinliyin 2 səbəbi var. Birinci səbəb insanın bütün həyatına təsir edəcək bir qərarın verilməsidir. Bu qərara görə narahatlıq normaldır. Amma ikinci səbəbin real və məntiqi əsası yoxdur. Şagirdlərdə onların stress səviyyələrini yüksəldən düşüncələr olur. Bu düşüncələri belə sıralamaq mümkündür.

Fəlakət halına gətirmək – real vəziyyətə aid bütün müsbət halları görməyib, həmişə mənfi halları fikirləşmək (imtahanı verə bilməsəm, rüsvay olacağam, heç nə bacarmayacağam.)

Ümumiləşdirmək – bir hadisəyə nəzərən bütün hadisələrdə oxşar nəticənin olacağına özünü inandırmaq (kursda imtahan pis keçdi).

“Ağıl oxuma” – başqalarının nə fikirləşdiyini bilmədən, onların nə düşündüyünü bildiyini düşünmək (qohumlar imtahanı yaxşı verəcəyimə inanırlar).

Yuxarıda sadalanan misallar yəqin ki, bir çox valideynə tanışdır. Valideynə düşən əsas vəzifə bu cür fikirlərin yerinə daha real və ruhlandıran düşüncələri gəncə aşılamaqdır. Valideynlərin uşaqların kiçik yaşlarından etibarən onlardan çox şey gözləməsi, uşağın səhvlərini duzəltmək yerinə onları daim tənqid etməsi, fiziki cəza tətbiq etməsi, “tənbəl”, “ləng”, “məsuliyyətsiz” və s. kimi sözlərlə övladını tənbeh etməsi də vəziyyəti çətinləşdirən amillərdəndir.

Övladınızın narahatlığını artırmayın.

“Belə oxumaqla çətin ki, imtahanı verə biləsən”, “Belə başla çətin yaxşı oxuya biləsən”, “Bu cür oxumaqla çətin ki, işinin mütəxəssisi olasan” kimi fikirlər yeniyetmədə stress yaradır və narahatlığın artmasına səbəb olur.

Övladınız yaxşı təhsil ala bilməsə

Övladınız sizin bir parçanızdır. Ali məktəbə daxil olmayan yeniyetmə çox məyus olur. Onun kədərini bir daha artırmaq övladınızın psixikasına ciddi təsir göstərə bilər. Həyatın məqsədi yaşadığın həyatdan zövq ala bilmək çətinliklərə dözmək və düzgün nəticə cıxarmaqdır. Ali məktəbə qəbul olmaqsa bir yoldur. Həyatda uğur qazanmaq ali məktəbə girməkdən asılı deyil. Övladınızla aranızdakı yaxın münasibətiniz sizin məqsədiniz olmalıdır. Ali məktəbə qəbul olub-olmamasından asılı olmayaraq, övladınızla münasibətlərinizi korlamayın. Əgər uşağınıza “oxu” deyirsinizsə və münasibətləriniz də gərgin və soyuqdursa bu vəziyyəti düzəltməyəcək. Əksinə münaqişəli şəraitdə bunu deyirsinizsə, dediyiniz sözun heç bir əhəmiyyəti olmayacaq.

Siz nəyə dəyər verirsiniz?

Usağınızın müvəffəqiyyətini ürəkdən istədiyinizi və dəstəklədiyinizi bilirik. Bunun qarşılığında, ondan dərslərini oxumağını gözləməyiniz təbiidir. Ancaq uşağınız da əlindən gələni edib istədiyini əldə edə bilmirsə, o zaman bacarığının bu qədər olduğunu qəbul edin. Düzgün hazırlaşa bilmədiyini, zamanından düzgün istifadə etmədiyini hiss edirsinizsə, bu sahə üzrə mütəxəssisə müraciət edin.

Mələk Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Xəzər Universitetinin psixologiya fakültəsinin dekan müavini

pcc.az

Go Back

20 blog posts