Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Yeniyetmə Psixologiyası"

Yeniyetmələrə necə yanaşmaq lazımdır?

Müasir dövrümüzdə valideynlərin tez-tez "bizim dövrümüzdə yeniyetmələr belə deyildi, biz belə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq" kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq. Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir, nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə valideynlərin məsələyə subyektiv yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz bunlardır.

Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin  beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. 11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar, lakin yeniyetməlik dövrünün  başlanmasına  və qurtarmasına dəqiq sərhəd qoymaq  olmaz. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, yaxud əksinə, bir il və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri uşağın öz "mən"ini qabartması, heç kəsi qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən daha düzgün hesab etməsidir. Sadalanan bu fikirlər valideynlərə sözün əsl mənasında dəhşətli gəlir. Dünənədək uşaq saydığı, asanlıqla öz fikirlərini yeritdiyi və yönləndirə bildiyi övladı ilə ünsiyyət qurmaq valideyn üçün müşkülə çevrilir. Valideynlə yeniyetmə övladı  arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Bu dövrün özəlliyi ondan ibarətdir ki, valideyn övladının böyüməsindən xəbərsizdir. O həmişəki tələbkarlığı edir, amma əvəzində etiraz görür. Ata-ana çaşqınlığa düşür və nə edəcəyini bilmir.Valideynlərə bu məsələni kimsə xatırlatdıqdan sonra sanki onlar ayılırlar. Bəs ata-ana övladının yeniyetməlik yaş dövrünə qədəm qoyduğunu nədən bilməlidir? Aşağıdakı əlamətlərə fikir verək:

* Səsin qalınlaşması və ya dəyişməsi.

* Tər vəzilərinin aktivləşməsi.

* Bədəndə fizioloji dəyişikliklər.

* Bədən səthində tüklərin sərtləşməsi.

* Uşağın özünün xarici görünüşü ilə həddindən artıq maraqlanması.

* Geyim və danışıq tərzində baş verən dəyişikliklər.

* Müdaxilələrə qarşı verilən sərt reaksiya.

* Tənqidə qarşı kəskin reaksiya.

* Yaşıdlarına və sosial mühitə qarşı sonsuz maraq.

* Əks cinsə qarşı meyil.

Valideynləri və müəllimlərlə daha çox konfliktlər yaşayan yeniyetmə üçün ən qəbuledilməz şey onu tənqid eməkdir.Yetkin  insanların bu yaş dövründə olan övladını anlaması çox çətindir. Buna görə də onlar yeniyetməni dəyişmək üçün tənqid etməyə başlayırlar. Düşünürlər ki, tənqiddə fayda var. Halbuki valideynin həmin yaş dövründə olan övladını tənqid etməsi onları hər gün bir az da valideyndən uzaqlaşdırır və yadlaşdırır.Yeniyetmə bu zaman daha təhlükəli olur. Ailəsindən qopan yeniyetmələr kənar destruktiv qruplara meyil göstərirlər ki, bu da onların neqativ vərdişlərə yiyələnməsi ilə nəticələnir.

Yeniyetməlik dövrünu "dönüş dövrü" və "böhran dövrü" də adlandırırlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır. Uşaq öz həyatının bir mərhələsindən digərinə, yeniyetməliyə keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişafda sürətli irəliləyişlər özünü göstərir. Yeniyetmələrin əsas problemlərindən biri valideynlərlə qarşılıqlı münasibətdə yaranan anlaşılmazlıqlardır. Bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Valideynlər isə əksinə, inkişaf edən belə bir bərabərliyə meyilli olmurlar.

Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar əvvəllər də olub, ancaq o dövrlərdə həyat tərzi bir qədər qapalı idi. Hazırkı dövrümüzdə isə, çox təəssüf ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşib. Burada günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət əgər qarşılıqlı hörmət və düzgün  tərbiyədən gedirsə, bu məsuliyyətli vəzifə əsasən valideynlərin üzərinə düşür. Belə ki, valideynin  uşağa nisbətən daha çox həyat təcrübəsi var. Ata-ana  bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə ilk növbədə özləri bu keyfiyyətlərlə ona nümunə olmalıdırlar. Bir ailədə ki, valideynlər övladlarına qarşı şiddət və zorakılıq nümayiş etdirirlər, təbii ki, o ailədə böyüyən uşaqlarda mənəvi-psixoloji travmalar yaranması ehtimalı çoxdur. Bundan əlavə, əksər ailələrdə analar uşaqları ata ilə qorxudurlar. Bu yaş dövründə valideynlər, çox təəssüflər olsun ki,  uşaqları ilə münasibətləri həll etmək üçün dünənə qədər özlərinin düzgün saydıqları tərbiyə üsullarından istifadə edirlər. Bu da çox zaman yeniyetmənin faciəsi ilə nəticələnə bilər. Artıq uşağın ataya qarşı hörmət və sevgisi birmənalı olaraq qorxu hissinə çevrilir.

Valideynlər əslində uşağın öz dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli, onlarda özlərinə qarşı inam hissi yaratmalıdırlar.

Bəzən yeniyetməlik haqqında belə deyilir: "Bu dövrün əsas xüsusiyyətləri ondan ibarətdir ki, o özünü dünənə qədərki uşaqların arasında görmür, valideynləri isə onları böyüklərin sırasına buraxmır". Əgər  ata-ana övladına azadlıq  vermirsə, güvənmirsə, etibar etmirsə,  bu həmin yeniyetmənin ailədən tədricən uzaqlaşması ilə nəticələnir. O özünə başqa bir sığınacaq axtarmağa  başlayır, bununla da yetkinlik  yaşında olanlarda psixoloji gərginliklər yaranır. Məsələn, elə valideynlər var ki, geyim seçimlərində belə uşağa sərbəstlik vermirlər. "Sən heç nə bacarmırsan", "sən  işə yaramırsan" və s. kimi sözlərlə uşaqların özlərinə qarşı olan  inamlarını  qırırlar. Bu  atmosfer  altında böyüyən  uşaqlar təbii ki, gələcəkdə də daim valideynlərinə qarşı rəqib münasibətində olurlar. Bunu valideyn-övlad arasında gərginliklərin  yaranmasının ilkin səbəblərindən biri kimi  göstərmək olar. Valideynlə övlad arasında bu yaş dövründə hər hansı bir  konfliktin baş verməməsi üçün aşağıdakı məsləhətlərdən yararlanmaq olar:

* Övladlarınızı birbaşa tənqid etməyin.

* Onların maraq aləminə daxil olun.

* Fikirlərini sizinlə paylaşmasına çalışın.

* Övladlarınızın dostu olmağı bacarın.

* Özünüzü nümunə göstərməyin.

* Yeniyetmə oğul və ya  qızınıza həssaslıqla yanaşın.

* Onları yaşıdları ilə müqayisə etməyin.

* Övladlarınızın fikirlərinə önəm verin.

* Onları qıcıqlandıra biləcək məsələlərə toxunmayın.

* Uşaqlarınıza yaş dövrü haqqında informasiya verməyə çalışın.

* Onların geyim  və görünüş məsələlərinə çox müdaxilə etməyin.

* Sevdikləri şeylərə qarşı birbaşa tənqid yağdırmayın.

* Övladlarınızı olduğu kimi qəbul edin.  

muallim.edu.az

Go Back

Yeniyetmələr niyə cinayət törədirlər?

“Yeniyetmələr arasında oğurluq hallarının artmasında valideynlər və məktəb günahkardır. Son müşahidələr göstərir ki, uşaqlara ailə nəzarəti azalıb, bunun əksinə olaraq isə yad təsirlər çoxalıb”.

Bunu deputat Elmira Axundova son zamanlar oğurluq edən yeniyetmələrin sayının artmasına münasibət bildirərkən söyləyib.

Deputatın fikrincə, yeniyetmələr arasında oğurluq hallarının artmasına səbəb internet və xarici filmlərdir:

“Sovet dövründə uşaqlar üçün xeyirxah əməllərin təcəssüm olunduğu kino və cizgi filmləri var idi, tətillərdə uşaqlar ekskursiyalara, pioner düşərgələrinə aparılırdı, vaxtlarını səmərəli keçirirdilər. İndiki uşaqlar təklikdə və xarici təsirlərlə baş-başa qalıb”.

Elmira Axundova təhsil və tərbiyə cəhətdən yaxşı orta məktəblərin olduğunu da vurğulayıb:

“Düzdür, yaxşı məktəblər, orada təhsil alan kifayət qədər tərbiyəli uşaqlar da var. Amma erkən yaşlarından işə cəlb olunan uşaqların sayı da kifayət qədərdir. Avtobuslarda, şadlıq evlərində çalışan, dilənçilklə məşğul olan uşaqlarımız da az deyil. Küçələr belə uşaqlarla doludur. Problemin həlli üçün dəfələrlə Milli Məclisdə də məsələ qaldırmışam. Daxili İşlər Nazirliyi də mübarizə aparır. Amma yenə də küçələrdə kimsəsiz, asudə vaxtını pis vərdişlərə həsr edən uşaqlar çoxalmaqdadır. Hesab edirəm ki, bu sahədə kifayət qədər boşluqlar var. Həm təhsil müəssisələri, həm ailə, həm də qanunvericilik baxımından. Düşünürəm ki, Gənclər və İdman Nazirliyi də məsələyə biganə qalmamalıdır. Yeniyetmələrin müsbət şəbəkələrlə əhatə olunmasında mühüm qərarlar verilməlidir”.

Deputatın fikrincə, internet klublara nəzarət daha da gücləndirilməlidir: “Qaydaları sərtləşdirmək lazımdır. Həm də oranı işlədən şəxs özü baxmalıdır ki, komputer arxasında oturan 12, 13 yaşlı uşaq hansı saytlara girir, nəyə baxır.

Biz Milli Məclisin Sosial siyasət komitəsində “Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi” ilə bağlı qanun layihəsi hazırlamışıq. Payız sessiyasında onun qəbul olunacağı da gözlənilir”.

Uşaqlarda özünə güvən duyğusu azalıb

Psixoloq Elnur Rüstəmov isə düşünür ki, oğurluq edən yeniyetmələrin bir qisminin buna ehtiyacı yoxdur: “Nəzər yetirsək görərik ki, onların çoxu təmin olunmuş ailədən çıxıb. Amma adları oğurluq hadisələrində hallanır”.

Onun sözlərinə görə, bunun başlıca səbəbi birmənalı şəkildə özünütəstiqetmədir: “Araşdırma zamanı məlum olur ki, bu tip uşaqlar evdə özlərini təstiq və sübut edə bilmir. Nəticədə başqaları üçün faydalı olmağa çalışırlar. Məsələn, öz evindən oğurladığı pulu özgələrə xərcləməklə özgüvən qazanır, şüuraltı olaraq özünü yaxşı bir insan olaraq düşünür”.

Elnur Rüstəmov digər səbəb kimi yeniyetmələrdə özünə güvənmək duyğusunun aşağı olmasını qeyd edib: “Bəziləri oğurluğun yanlış davranış olduğunu bilsə də, bu cür əməli törətməklə özünə güvənmək duyğusunu artırmağa çalışırlar. Fikirləşirlər ki, bunu bacarırlar. Onu da nəzərə almaq lazımdır ki, söhbət insan psixologiyasından gedir”.

Məsələyə ümumi prizmadan yanaşan psixoloq bu cür problemin sırf ailə ilə bağlı olduğunu istisna etmir: “Ailə normal olduğu təqdirdə orada böyüyən uşaqlarda oğurluğa, digər qanunsuz əməllərə də maraq az olur. Uşaq bəzən oğurluq etməklə demək istəyir ki, mən böyümüşəm, bunun öhdəsindən gələ bilirəm. Yeniyetmə tez təsir altına düşür, fərqi yoxdur, qarşısındakı insan onu hansı istiqamətə çəkir. Artıq proses baş verəndən, həbs olunandan sonra pis bir işlə məşğul olduğunun fərqinə varır. Yeniyetmə şəxsiyyət olaraq formalaşmamış insandır. Övladlarının yeniyetməlik dövründə valideynlər daha çox diqqətli olmalıdır. Yeniyetmələrin psixologiyası fərqlidir, onları gözləmək, qorumaq lazımdır. Çünki yeniyetmələr hər cür qeyri-standart hərəkətlər edə bilərlər”.

modern.az

Go Back

Yeniyetmə psixologiyası haqda

Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür. 
Həyata yeni addımlarını atan yeniyetmə ətrafdakılarla münasibətləri tənzimləyərkən bəzən problemlər yaşayırlar.
İnsanın ən həssas dövrünü yaşadığı bu dönəmdə əksər davranışlar standart olur. Yəni bu davranışların çoxu bir-birini təkrarlayır.

1. Otağa qapanmaq
Otaqları onlar üçün qala kimidir. Ora başqalarının girməsini istəməzlər. Evdəki vaxtlarının çoxusunu öz otaqlarında keçirirlər.

2. Ailələrin müqayisəsi
Bütün yeniyetmələr üçün dünyadakı ən pis, ən qəddar, ən anlayışsız ailə özününküdür. Ən yaxşı ailə isə təbii ki, digərlərinin ailələridir. “Filankəsin atası (anası) həmişə oğlunu (qızını) daha yaxşı anlayır”. 

3. Mən keflənmirəm
Spirtli içkilərlə təzə-təzə tanış olmağa başlayan yeniyetmələr özlərini sübüt etmək üçün həmişə sərxoş olmadıqlarını iddia edirlər. Amma “mənim canım möhkəmdir, qardaş, içirəm, içirəm keflənmirəm”… Belə söhbətin axırı tualetdə qusmaqla bitir. 

4. Qapını çırpıb çıxmaq
Ailədə baş verən söz-söhbətin axırı qapını çırpıb getməklə qurtarır. Bəzən əllər o qədər öyrəşir ki, tualetin də qapısı çırpılır.

5. Problem səndə deyil, məndədir
Yeniyetmələr bir-birlərindən ayrılarkən bu ifadədən çox istifadə edirlər: “Sən yaxşı insansan, yaxşı dost ola bilərik”. Bəziləri üçün bu ifadələrin tələffüzü ömrün sonuna qədər davam edir.

6. Heç kim məni başa düşmür.
Yeniyetməlik bu hisslə gəlir: “Bu dünyada mən təkəm. Heç kim mənim dərdimi başa düşmür”. Amma bütün yeniyetmələr eyni dərəcədə tənhadırlar. 

7. Gəl evlənək
Bu yaşda bir-birləri ilə təzə tanış olan, məhəbbət başlarına vurmuş yeniyetmələr evlənmək sevdasına düşürlər. Bəzən bir-birlərinə üzük da bağışlayırlar. Ancaq bir xırda mübahisədən sonra o üzükləri atıb gedirlər.

8. Otağıma qarışma
Qeyd etdiyimiz kimi otağı bir yeniyətmə üçün qala kimidir. Valideynlərsə həmişə bu otağa qarışırlar. “Yerini yığışdır, paltarlarını düzəlt, corabları götür, kitabları düzəlt” kimi əmrlər verirlər. Ən pisi isə bir yeniyetmənin otağını yığışdırmaqdır. Onda qiyamət qopur. Çünki bütün bu dağınıqlığa baxmayaraq, onun özü hər şeyin yerin bilir.

9. Həyatın nə olduğun başa düşürəm
15 yaşında həyatı başa düşdüyünü zənn edən yeniyetmələrin dilindən düşməyən cümlədir. Hətta bəzən qoca kişilər kimi nəsihət də verirlər: “Bu həyatda gərək heç kimə inanmayasan, həyatın qanunu budur”

10. Buralardan gedəcəm
Ali məktəb imtahanlarının qorxusu başlayanda bu fikirlər oyanır. Birinci getmək istədikləri ölkə Amerika olur. Sonra yavaş-yavaş Avropa ölkələrinə gəlib çıxırlar. Axırda isə Gürcüstanla bitir bu arzu.

11. Siyasət murdar şeydir
“Bütün siyasətçilər öz mənfəətlərini güdürlər. Buna görə də həyatda heç vaxt siyasətə qarışmamaq lazımdır”. Buna görə də heç televiziya xəbərlərinə də baxmırlar.

12. Gündəlik yazmaq 
Yanvarın 1-də başlayırlar gündəlik yazmağa. 4-5 gün yazıb sonra cümlələri yavaş-yavaş azaldırlar. Axırda gündəlik kitabların arasında itib batır.

13. Ananla gəlirsən? 
Yeniyetmələrin anasından, atasından və bütün qohumlarından zəhləsi getdiyi bir dövr var. Ana və atasıyla bir yerə getdikləri üçün əsəbləşirlər. Küçədə valideynləri ilə görünməkdən utanırlar.

14. Sıxılıram
İnsan hərdən sıxıla bilər. Ancaq yeniyetmələrdə bu sıxılmaq bəzən uzun çəkir. Hara gedirsən get. Həmişə sifətlərində narazı ifadə var. Tez-tez sıxıldıqlarını deyirlər. Bu da zamanla keçən bir xəstəlikdir.

15. İntihar etmək
Yeniyetmələr qarşılaşdıqları xırda problemləri böyütməyi sevirlər. Ətrafdakılarla yaranmış anlaşılmazlıqlar, sevgili ilə problemlər, sevgilinin xəyanət etməsi bəzən onları intihar etməyə sövq edir. Lakin belə intiharların 80 faizi sadəcə, görüntü xarakteri daşıyır. Lakin yerdə qalan 20 faizdən ehtiyatlı olmaq lazımdır.

Go Back

Yeniyetməlik dövründə baş verən dəyişikliklər

ANA-ATALAR ÜÇÜN YENİYETMƏLİK RƏHBƏRİ

Yeniyetməlik dövrü somatik dəyişikliklərlə başlayan və gəncin ictimai baxımdan yetkin kafiliyini qazanması ilə sonlanan bir dövrdür.

Yetkinlik dövrünün başlanğıcı da, sonlanması da kəslər arasında fərqliliklər göstərər. Bəzi yetkinlər daha erkən yaşlarda somatik olaraq inkişafa başlarkən bəziləri daha keç inkişaf edər. Qızlar ümumiyyətlə yetkinliyə oğlanlara görə bir iki il əvvəl girərlər. Ancaq həm qızlar arasında həm kişilər arasında genetik və bəslənmə xüsusiyyətlərindən qaynaqlanan fərqliliklər olacaq. Bu fərqlər yetkinlik dövrünün yaş sərhədlərinin olduqca elastik olmasına səbəb olar. Ümumiyyətlə, qızlarda yetkinliyin başlanğıc yaşı 11-13 ikən kişilərdə 14-16 yaşları arasında dəyişər.

 Sürətli fiziki dəyişiklik  başlaması ilə birlikdə yetkinin dəyişən bədəninə ruhi olaraq uyğunlaşma müddəti başlayır. Bədənsəl inkişafa bağlı dəyişikliklər fərqli surətlərdə və sırada ortaya çıxa bilər. Bu fərdi fərqliliklər yetkinin ictimailəşmə müddətinə təsir edər. Erkən yetkinlikdəki problemlər ümumiyyətlə bu müddətlə əlaqəli olaraq ortaya çıxar.

YETKİNLİKDƏ ORTAYA ÇIXAN SOMATİK DƏYİŞİKLİKLƏR

® Sürətli boy uzanması (qızlar üçün ortalama 11 yaşında, kişilər üçün isə 14 yaş ətrafında sürətli boy uzanması dövrü başlayır. Yeniyetmə qısa müddətdə 10-20 sm. qədər sürətli şəkildə uzanar.

® Bu dövrdə bədən nisbətləri dəyişər. Əvvəl əllər və ayaqlar böyüyər, qollar və qıçlar uzanar.

® Oğlanlarda səs dəyişər, çatlayar və qalınlaşar.

® Bədən yağ paylaşımında cinsiyyətə xas dəyişikliklər ortaya çıxar, qızlarda çanaq bölgəsi genişləyərkən oğlanlarda sinə bölgəsində genişləmə olar.

® Oğlanlarda əzələ inkişafı sürətlənər.

® Dəridə yağlanma artar. Bu yağlanma sızanaqların ortaya çıxmasına səbəb olar.

® Qız və oğlan tipli tüklənmə başlar.

® Cinsi orqanlarda cinsiyyətə xas dəyişikliklər ortaya çıxar.

BƏDƏNSƏL DƏYİŞİKLİKLƏRƏ BAĞLI OLARAQ SIX GÖRÜLƏN PROBLEMLƏR

® Ehtiyyatsızlıq: Qol və qıçların ani uzanması, əzələ gücündəki dəyişikliklər yeniyetmələrin hərəkətlərini nəzarət etməsində çətinliklər yaradar.

® Boy uzanması ilə əlaqədar qayğılar: Yeniyetməlik dövründə eyni yaşdakı uşaqlar fərqli sürətlərdə və zamanlarda uzanarlar. Bu vəziyyət özlərini digərləri ilə müqayisə etmələrinə və inkişafları ilə əlaqədar qayğılar yaşamalarına səbəb olar.

® Bədəndəki ani dəyişikliklərin, sinələrin inkişafının ətrafdan fərqinə varılması qayğısı bəzi yeniyetmələrin bədənlərini gizləmə səyi içinə girməsinə, donqar dayanmağa və ya bol geyimlərə yönəlməsinə səbəb olar.

® Yemə pozuqluqları: Cəmiyyətin gözəlliyə bağlı normalarına uyğun gəlmə səyi bəzi yeniyetmələrin həddindən artıq sərt diyetlər etməsinə və fiziki inkişafı dayanma nöqtəsinə gətirən yemə pozuqluqlarının ortaya çıxmasına səbəb ola bilməkdədir.

® Səsi gizləmə: Səsdə ortaya çıxan çatlama bəzi gənclərin bu vəziyyətdən narahatlıq duymalarına və səslərini gizləmək üçün danışmaqdan qaçınmağa başlamasına səbəb ola bilməkdədir.

® Cinsi inkişafın gecikməsi ilə əlaqədar qayğılar: xüsusilə fiziki və cinsi inkişafı daha gec olan qrupdakı gənclər özlərini yaşıdları ilə müqayisə etdiklərində inkişaflarının gecikməsinə bağlı qayğılar yaşayarlar, özlərinə və cinsiliklərinə bağlı şübhələr duymağa başlaya bilərlər.

® Həddindən artıq özün fərqindəlik halı və buna bağlı ictimai çəkilmə: sürətli dəyişmə diqqətin bədəninə və özünə yönəlməsinə səbəb olar. Bəzi gənclər həddindən artıq dərəcədə özlərini nəzarət etməyə, bütün gözlər öz üstlərində kimi hiss edib narahatlıq duymağa  başlarlar.

ANA -ATALARIN BƏDƏNSƏL İNKİŞAF MÜDDƏTİNDƏ ORTAYA ÇIXAN PROBLEMLƏRƏ BAĞLI TUTUMLARI NECƏ OLMALIDIR?

® Ünsiyyət kanallarını açıq saxlamaq və inkişaf müddəti ilə əlaqədar danışmaq lazımdır. Eyni cinsiyyətdən valideynlərin öz inkişaf  müddətindən, hansı yaşda yetkinliyə girdiyindən, nə növ qayğılar yaşadığından da nümunələr verərək danışması ümumiyyətlə gənci rahatlaşdırar.

® Bu dövrdə bədən gigiyenası əhəmiyyət qazanar. Gəncə tətbiq edə biləcəyi praktik təkliflər vermək, ehtiyac duymağduğu vasitələri götürməsi və istifadə etməsi üçün yol göstərici olmaq lazımdır.

® Yeniyetməlik dövründə xüsusilə kalori ehtiyacı artar. Gəncin inkişaf edən sümükləri daha çox kalsium ehtiva edən qidalar qəbul etməsini tələb edir. Xüsusilə sürətli uzanma dövründə kişilərin gündə 2800, qızların isə 2400 kkalori qəbul etməsi təklif edilməkdədir.

® Bedensel quruluşa uyğun idmana yönəltmək. Bedensel inkişafı ən yaxşı dəstəkləyən vasitə nizamlı şəkildə tətbiq olunacaq fiziki fəaliyyətlərdir.

® Gəncə sağlamlığını qoruma mövzusunda nitqlər vermək yerinə ana atanın sağlam həyat fikirini şəxsən tətbiq edərək nümunə olması daha təsirlidir.

MƏNTİQİ İNKİŞAF

  Gəncin düşüncə sahəsində ortaya çıxan dəyişikliklər bu dövrün ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Yeniyetməlik dövrü, bu dövrdə beyində ortaya çıxan dəyişikliklərə bağlı olaraq adamın uşaqlığa görə daha geniş və çox ölçülü düşünə bilməsini təmin edən bir dəyişmə keçirdiyi və nəticədə yetkin tipi düşüncə bacarığı qazandığı dövrdür.

  Bu dövrdə uşaqlıqdakı konkret düşünmənin yerini mücərrəd düşünmə bacarıqları alır. Beləcə gənc:

1. Sualları soruşar, fərqli ehtimallar üzərində düşünər.

2. Mücərrəd anlayışlar üzərində düşünər.

3. Öz düşüncələri üzərində düşünər

4. Başqalarının görüş bucağını anlaya bilər.

5. Eyni anlayışın yanında və qarşısında olaraq mübahisə edə bilər.

6. Ehtimallar üzərində düşünə bilər.

7.Fərqli vəziyyətlərdə fərqli tutumlar sərgiləyə bilər.

ANA-ATALARA DÜŞÜNCƏ İNKİŞAFINI DƏSTƏKLƏMƏ TƏKLİFLƏRİ:

  Yeniyetməlik dövründə ortaya çıxan düşünmə bacarığı dəstəklənilməsi lazım olan bir xüsusiyyətdir. Gənc məntiq icra etməyi, sorğulamağı, plan etməyi, başqalarını görüş bucağını anlamağı bu yolla inkişaf etdirəcək. Buna görə ana ataların gəncin yeni inkişaf edən bacarığını dəstəkləməsi lazımdır.

® Gəncin fikirlərini səbirlə dinləmək, fikirlərinə dəyər verdiyinizi ifadə etmək əhəmiyyətlidir. Gəncin sizin inanclarınıza qarşı çıxdığı vəziyyətlərdə öz inanclarınızı sakin və məntiqli bir şəkildə müdafiə etməyə hazır olmalısınız. Sizinlə inanclarınız mövzusunda mübahisəsi hər zaman sizə qatılmadığı mənasına gəlməyə bilər.

® Gəncin öz bəyənmələrini və dəyər mühakimələrini inkişaf etdirməsini dəstəkləyin.

® Planlama bacarıqlarını inkişaf etdirməsini dəstəkləyin, bu mövzuda nümunə olun.

® Düşüncələr-duyğular və davranışlara fərqli yaxınlaşın, unutmayın ki "İnsan hər şeyi düşünə bilər, ancaq düşündüklərindən deyil etdiklərindən məsuldur". Bu ayrı-seçkiliyi edə bilməniz gəncin də məsuliyyət sahəsini dəqiqləşdirə bilməsinə köməkçi olacaq.

İCTİMAİ DUYGUSAL İNKİŞAF

® Şəxsiyyət qazanımı yetkin üçün ən prioritetli mövzulardan biridir. "Mən kiməm" sualına cavablar axtarar.

® Avtonomluq qazanma ehtiyacı artar, valideyn nüfuzuna qarşı çıxar

® Yoldaşların əhəmiyyəti artar

® Qarşı cinsə maraq duyar, romantik əlaqələr qurular

® Nümunə götürdüyü, ideallaşdırdığı kəslərə bənzəmə səyi olar

® Öz yaşıd qrupunun normaları gənc üçün böyük əhəmiyyət daşıyar.

  Bu dövrdə ana və ata ilə əlaqələrdə də dəyişikliklər olar. Gənclər gündəlik çətinliklərini duyğularını və problemlərini daha sıxlıqla anaları ilə paylaşarlar. Ata isə gələcəyə istiqamətli planların paylaşıldığı, fikir müzakirələrinin edildiyi, xüsusilə kişi yeniyetmələrin özünü qəbul etdirməyə çalışdığı adamdır. Qız uşaqlarla atalar arasındakı əlaqənin bu dövrdə daha məsafəli olduğu isə bütün dünyada edilən işlərdə ortaya çıxan bir tapıntıdır.

İCTİMAİ DUYĞUSAL İNKİŞAFI DƏSTƏKLƏMƏYƏ İSTİQAMƏTLİ TƏKLİFLƏR

® Gəncin öz qərarlarını verməsini dəstəkləyin, doğru qərar vermək üçün üsul təklifin, öz düşüncənizi izah edin, nəticələri anladığından əmin olduqdan sonra seçkilərini öz etməsini dəstəkləyin.

® Mənimsəməsini istədiyiniz davranışlar mövzusunda nümunə olun

® Bir miqdar məsafəyə ehtiyacı olduğunda buna hörmət edin.

® Yaxşı bir yoldaş ətrafı meydana gətirmə mühiti təmin edin, yoldaşlarını tanıyın.

® Tərifdə və tənqiddə həddindən artığa qaçmayın, şəxsiyyətə deyil davranışa fokuslanın

® Müsbət davranışlarını öyün

® Sizə səhv gələn davranışları çox həyati bir səhvə səbəb olmursa fikirinizi söylədikdən sonra öz qərarına buraxın.

® Həyati səhvlərə mütləq maneə törədin.

® Öz gözləntilərinizi dürüstcə ortaya qoyunçancaq hər şərtdə sevginizin sürəcəyini də bildirin.

CİNSİ İNKİŞAF

® Yetkinlik, cinsi oyanış dövrüdür, cinsi duyğu və davranışlar üzərindəki basqının bir az azalması lazımdır.

® Bioloji inkişaf müddəti ictimai dəyər mühakimələri çərçivəsində mənalandırılar.

® Cinsi rolların qazanılmasında model alma əhəmiyyətli rol oynayar

® Qarşı cinslə yoldaşlıqlar insanın cinsəlliyin həyatındakı yerini fərqinə varması və cinsi rolları həyata keçirməsi üçün köməkçi olar

® Gənc bu dövrdə sevginin fərqli formaları ola biləcəyini öyrənər.

CİNSİ İNKİŞAF İLƏ ƏLAQƏDAR PROBLEMLƏR

® Cinsəlliyin ictimai dəyər mühakimələri çərçivəsində təzyiqlənməsi lazım olan bir xüsusiyyət hesab edilməsi, utanc və günahkarlıq duyğularının cinsəlliyə bağlı duyğularla birlikdə sıx şəkildə ortaya çıxması nəticəsini doğurar.

® Cinsəlliyin yalnız fiziki istiqamətiylə qəbul edilməsi, romantik yaxınlaşmanın yoldaşlıq etmədiyi əlaqələrin gənci zədələməsinə səbəb olar.

® Gəncin yaşıdları tərəfindən qəbul görmək məqsədiylə hazır olmadığı əlaqələr yaşaması öz mənlik hörmətinə mənfi təsir edər.

CİNSİ İNKİŞAFI DƏSTƏKLƏMƏYƏ İSTİQAMƏTLİ TƏKLİFLƏR

® Gəncin cinsi mövzularda doğru məlumatlanmasına uyğun şərtləri dəstəkləmək.

® Müsbət cinsi rol nümunələri təqdim etmək

® Özünün və bədəninin qiymətli olduğunu və gərəyində "xeyr" deməsini öyrətmək

® Cinsəllik mövzusunda öz dəyər mühakimələrini meydana gətirməsini dəstəkləmək, hazırlıqlı olmasını təmin etmək.

® Uyğun qarşı cins əlaqələrinə dəstək olmaq, uyğun tapmadıqları mövzusunda fikirlərini açıqca söyləmək ancaq son qərarı gəncə buraxmaq lazımdır.

® Qarşı cinslə normal yoldaşlıqlar, qrup içi yoldaşlıqlar qurması gəncin "xüsusi yoldaşlıqlar" qurmaq üçün ön hazırlıq etməsini təmin edər. Bu səbəblə qarışıq qruplar içində yer ala biləcəyi fəaliyyətləri dəstəkləmək lazımdır.

ŞƏXSİYYƏT İNKİŞAFI

® Gəncin " mən kiməm" sualına cavab axtarma müddəti sonunda özü, əlaqələri və həyat forması ilə əlaqədar iç tutarlılığa sahib bir özlük nəzəriyyəsi meydana gətirməsidir. Özünün necə bir insan meydana gətirdiyinə bağlı qaydalar inkişaf etdirər, bu qaydaları sınayar, dəyişdirər ya da bunlara uyğun gəlməyə çalışar. Özünə baxışı gedərək bir bütünlük və davamlılıq qazanar.

® Şəxsiyyət duyğusuna paralel olaraq bir dünya görüşü inkişaf etdirər və bu çərçivədə öz dəyər mühakimələrini meydana gətirər.

  Bu inkişaf müddəti gəncin zaman zaman qərarsızlıqlar yaşadığı, ana-atanın vərdiş etdiyindən çox fərqli davranış formaları sərgilədiyi, təcrübələr etdiyi bir dövr ola bilər. Bu dövr ümumiyyətlə gəncin yetkin tipi məsuliyyətlər götürməyə başlaması, yəni iqtisadi baxımdan və duyğusal baxımdan müstəqilliyini qazanması ilə sona çatar. Gənclər bu yetkinliyə fərqli yaşlarda çatarlar. Xüsusilə də təhsil müddətinin uzanması gənclərin məsuliyyət alma yaşının gedərək daha irəli atılmasına, daha uzun müddət ana-ataya iqtisadi baxımdan asılı qalmasına səbəb olmaqdadır. Ancaq ana-ataların bilməsi lazım olan ən əhəmiyyətli mövzu budur k,yeniyetmələr məsuliyyət götürməyə başladıqlarında çox vaxt gənclər öz ana-atalarına çox bənzər şəxsiyyətlər ortaya qoymağa başlayacaqlar.

Xəzər Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsi 

Arzu Rzayeva

psixotest.az

Go Back

Yeniyetmələrin ailədə valideynlərlə qarşılıqlı münasibəti

Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin  beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir.11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə ,13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar.Lakin yeniyetməlik dövrünün  başlanmasına  və qurtarmasına dəqiq sərhəd qoymaq  olmaz.Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya ,bir il və ya gec başa çata bilər.Bu dövr özünün praktik əhəmiyyəti , pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasinda baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Yeniyetməlik dövrünü bir çox müəlliflər “keçid dövrü “ (uşaqlıqdan gəncliyə),

(çətin dövr) ( müəllim və valideynlər üçün ), “dönüş dövrü” və böhran dövrü də adlandırırlar.Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır; uşaq öz həyatının bir mərhələsindən digərinə uşaqlıqdan yaşlılığa keçir.Bu vaxt istər fiziki,istərsə də psixi inkişafda sürətli irəliləyişlər özünü göstərir.

Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin “Uşağın psixi inkişafının hərəkətverici   qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir” müddəası çox böyük əhəmiyyət kəsb edir.A.N.Leontyevin yazdığı kimi ,psixi inkişafın müxtəlif mərhələsində onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer onun tərəfindən öz imkanlarına  müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişdirməyə səy göstərir.Uşağın həyat tərzi ilə  artıq onun  bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır.Buna müvafiq olaraq  onun fəaliyyəti yenidən qurulur.Bununla da uşağın psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır.

 Yeniyetməlik dövrünün “böhranları” da  içtimai həyatın onlara verdiyi konkret sosioloji tələbatı ödəyərkən ,yəni inkişaf edən yeniyetmənin böyüklər aləmində müəyyən mövqe tutmaq istədiyi zaman qazanılan xüsusiyyətlərə,müstəqilliyə artan tələbatla bu müstəqilliyi həyata keçirmək imkanları arasında  baş verir.

Antropoloqlar yeniyetməlik yaşını uşağın cəmiyyətdə müəyyən mövqe tutmağa doğru getdiyi yol, başqa sözlə desək bir növ cəmiyyətə daxil olma dövrü hesab edirlər.Bu ideyanı xüsusi ilə inkişaf etdirən Kurt Levin göstərir ki, cəmiyyətə nüfuz edən yeniyetmədə uşaqlıq dövrünə məxsus olmaqla, yaşlılıq arasında müəyyən bir sədd çəkdiyindən və uşaq qrupu ilə yaşlı qrupu arasında qaldığından onun inkişafında hər cür ziddiyyət və böhran baş verir.

Yeniyetmələrin əsas problemlərindən biri valideynlərlə qarşılıqlı münasibətdə olan problemlərdir.Bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam,hörmət,etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır.Amma onlar  inkişaf edən bərabərliyə meyilli olmurlar.

Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar əvvəllər də olur.Ancaq o dövrlərdə bir qədər həyat tərzi qapalı idi.Günümüzdə isə valideyn-övlad münasibətləri getdikcə gərginləşir.Burda günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət əgər qarşılıqlı hörmət və düzgün  tərbiyə sistemindən gedirsə, bu məsuliyyətli vəzifə əsasən valideynlərin üzərinə düşür.Çünki valideynin,uşağa nisbətən daha çox həyat təcrübəsi var.Və o bilməlidir ki, övladından yüksək tərbiyə , hörmət gözləyirsə ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir. Bir ailədə ki valideyn övladına qarşı şiddət və zorakılıq nümayiş etdirir, o ailədə böyüyən uşaqda mənəvi-psixoloji travmalar yaranması ehtimalı çoxdur.Bundan əlavə , əksər ailələrdə analar uşaqları ata ilə qorxudurlar.Artıq uşağın ataya qarşı hörmət və sevgisi bir mənalı olaraq qorxu hisslərinə çevrilir.Valideynlərin uşağın öz dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli ,onlarda özlərinə qarşı güvən hissini yaratmalıdırlar.Əgər  valideyn öz uşağına azadlıq  vermirsə ,ona güvənmirsə  bu həmin gəncin ailədən tədricən uzaqlaşması ilə nəticələnir.Özünə başqa bir sığınacaq axtarmağa  başlayır ,bununla da yetkinlik  yaşında olan gəncdə psixoloji gərginliklər yaranır.Məsələn :elə valideynlər var ki ,məktəbdə uşaqların qiymətlərini özləri yazdırırlar.Geyim seçimlərində belə uşağa sərbəstlik vermirlər ”Sən heçnə bacarmırsan “,"səndən heç bir şey olmaz” işə yaramırsan və.s kimi sözlərlə uşaqların özlərinə qarşı olan  inamlarını  qırırlar.Bu  atmosfer  altında böyüyən  uşaqlar,təbii ki,gələcəkdə də daima valideynlərinə qarşı rəqib münasibətində olurlar.Əlbəttə ki,bunu valideyn-övlad arasında gərginliklərin  yaranmasının ilkin səbəblərindən biri kimi  göstərmək olar.

Yeniyetməlik yaş dövrü- bütün ailə üzvlərinin sosial fərdi və ailə yetkinliyinin yoxlanması dövrüdür. Bu dövrdə bütün gizli işlər üzə çıxır, böhran və konfliktlər nəzərə çarpır. Yeniyetmələr və valideynlər arasında qarşıdurma belə başlayır. Yeniyetmələr kobud, sərt olur, valideynlərini və başqa şəxsləri tənqid edir. Əvvəl valideynlər uşaqlarla qarşılıqlı münasibətlərdə çox şeyləri hiss etmirdilər, öz avtoritetlərinin yüksək olmasına inanırdılar. Lakin birdən birə onların nüfuzdan düşməsi baş verir. Bunun baş verməsinin əsas səbəbi valideynlərin yeniyetmələri düzgün başa düşməməsidir. Bunula yanaşı hətta normal münasibətlərin olduğu ailələrdə də bəzi çətinliklər özünü göstərir. Valideynlərin çox vaxt uşaqlarla yeniyetmələri düzgün ayırd edə bilməməsi bu çətinliyin baş verməsinin əsas səbəbidir. Əksər hallarda valideynlər nəyə icazə vermək və ya nəyə qadağa qoymaq lazım olduğunu bilmirlər. Bütün bunların hamısı valideynlərlə yeniyetmələr arasındakı qarşılıqlı münasibətdə bir sıra problemlərin yaranmasına səbəb olur.

Bu yaranmış vəziyyətə uyğun olaraq ailələri 5 qrupa ayırmaq olar.

  1. Valideynlərlə uşaqlar arasında çox yaxın dost münasibəti olan ailələr. Bu cür abu-hava bütün ailə üzvləri üçün münasibdir. Belə ki, valideynlər həyatın müəyyən bir sahəsində öz oğul qızlarına təsir etmək imkanına malikdirlər. Lakin başqa ailələrdə bu münasibət şübhə altında olur. Belə ailələrdə valideynlər uşaq və böyüklərin fikir və arzularını nəzərə alır. Məsələn, müasir musiqiyə və modaya münasibətdə və s. Həmçinin uşaqlar da valideynlərə qulaq asır, onların fikirləri ilə razılaşırlar və ortaq məxrəcə gəlirlər. Belə uşaqlar aktiv, dosteanlı, mehriban və bir sıra müsbət xüsusiyyətlərə malik olurlar.
  2. Yaxşı münasibətlər atmosferi hökmranlıq edən ailələr. Bu cür ailələrdə valideynlər uşaqların inkişafını izləyir, onların həyatı ilə maraqlanırlar, öz şəxsi-mədəni imkanları ilə onlara təsir etməyə çalışırlar. Belə ailələrdə konfliktlər olsa da, bu münasbətlər aydın və tez öz həlli yolunu tapır. Uşaqlar valideynlərdən heç nə gizlətmirlər, onlara inanırlar. Belə ailələrdə böyük və kiçiklər arasında müəyyən sərhəd olur. Uşaqlar adətən mədəni, sözə qulaq asan, hörmətcil böyüyürlər. Çox nadir hallarda öz müstəqil olmaqları barədə elan edirlər.
  3. əksər ailələrdə valideynlər əsas diqqətlərini uşaqlarının təhsilinə yönəldirlər və bununla da kifayətlənirlər. Belə uşaqların həyatda yaşamaq üçün bütün şəraitləri var-geyim, videotexnika, musiqi və s. Bu uşaqların ayrıca otaqları olur və bu otaqda uşaqların özlərinəməxsus avadanlıqları yerləşdirilir. Lakin onların mebellərin yerini dəyişdirməyə və ya otağı çirkləndirməyə ixtiyarları yoxdur. Uşaqlarla valideynlər arasında baryer yaranır. Bu münasibətlər də konfliktə gətirib çıxarır.
  4. Elə ailələr də var ki, uşağı izləyirlər, ona inanmırlar, onlara güc tətbiq edirlər. Belə ailələrdə valideynlərlə uşaqlar arassında həmişə konflikt müşahidə olunur. Bu cür münasibət yeniyetmələrdə valideynlərinə qarşı düşmənçilik hissi yaradır. Müəyyən vaxt keçdikdən sonra belə uşaqlarda böyüklərə qarşı inamsızlıq hissi yaranmağa başlayır, onlar cəmiyyət arasında qarşılıqlı münasibət qurmaqda çətinlik çəkirlər.
  5. Dözülməz şəraitdə olan ailələr. Burada uşaqlar və valideynlər arasında münasibətlər qeyri normal xarakter daşıyır.belə ailələrdə atmosfer hər zaman gərgin olur. Dözülməz şəraitdə olan ailələrdə əksər vaxtlar valideynlərdən biri və ya hər ikisi müxtəlif alkoqol vasitələrə meylli olurlar. Bu cür vəziyyət çox vaxt cinayət hadisəsinə gətirib çıxara bilər.

Bununla da belə nəticəyə gəlmək olar ki, valideynlərin yeniyetmələrlə qarşılıqlı münasibətləri ailədə olan psixoloji iqlimindən asılıdır. Əgər uşaqlar valideynlərindən diqqət, qayğı və yaxşı münasibət görürsə, yeniyetmələrdə bu dövr rahat, səlis və asan keçir. Əgər bu dövrdə yeniyetmələr atıldığını, lazımsız olduğunu, sevilmədiyini hiss edərsə, onda başqalarına qarşı eqoizm, aqressiya, sərtlik və nifrət yaranır. Bu yaş dövründə valideynlər tələbatları ödəmək və azadlığı məhdudlaşdırmaq üçün bir mexanizmə çevrilirlər.

Əgər valideynlərin yeniyetmə ilə ünsiyyətində mürəkkəblik açıq-aydın görünürsə, onda bu hər şeydən əvvəl uşaqların sərbəst olmağa can atmaqları ilə əlaqələndirilir. Bu aysberqin ancaq görünən hissəsidir. Əslində isə həqiqətən də yeniyetməlik yaş dövründə valideynlərlə uşaqlar arasında yaş distansiyası ilə əlaqədar olaraq “nəsillər” konflikti şiddətlənir.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, yeniyetməlik yaşı-sadəcə olaraq məktəbli həyatının müəyyən bir dövrü deyildir. Məktəblinin gələcək həyatını kökləri bəlkə də bu yaş dövründə nəşət etməyə başlayır.

Oğlan və qızlar yeniyetməlik yaş dövründə yeni bir aləmə daxil olurlar. Bu zaman uşaq üçün mövcud olan ətraf aləmdə yeniyetmə üçün hüdudsuz bir dünya yaranır.

Qeyd etmək lazımdır ki, valideynlərin yeniyetmələrlə sosial-siyasi mövzularda söhbətləri də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Valideynlərin ictimai hadisələrə verdikləri qiymətlər əslində onlar üçün vətəndaşlıq dərsidir. Psixoloji tədqiqatlar göstərir ki, valideynlərin heç də hamısı bu imkanlardan eyni dərəcədə istifadə edə bilmirlər. Lakin bir cəhət də şüphəsizdirki, valideyn-yeniyetmə arasındakı qarşılıqlı münasibətlər nə qədər əlverişli olarsa , onların şəxsiyyətinin formalaşmasında bir o qədər düzgün istiqamətdə gedər.

Günel Əliyeva 

psixotest.az

Go Back

Övladlarımızı narkotikdən necə qoruyaq

Getdikcə daha cox yeniyetmələr esrar və digər yüngül narkotik vasitələrdən istifadə etməyə başlayır. 2005-ci ildə aparılmış tədqiqatlar göstərir ki, 17 yaşda olan gənclərin 50,3%-i hec olmasa bir dəfə də olsa narkotik maddələrdən istifadə ediblər. 2000 –ci ilin statistikasında isə bu rəqəm 45.5% olub. Bu faktlar gənclərin getdikcə narkotik maddələrə meylinin artmasını göstərir.Gənclərin çoxu hesab edir ki, yüngül narkotik maddələr zərərsizdir və bunlardan bir necə dəfə istifadə etsələr, heç bir ziyanı olmayacaq. Belə yanlış fikirlər çox vaxt gənclərin narkotik maddələrə alüdə olmasına gətirib çıxarır. Bu risk qrupuna daha çox özünə qapanan, öz fikir və düşüncələrini, problemlərini ətraf mühitdən gizlədən yeniyetmə və gənclər daxildir.

NARKOTİK MADDƏLƏRƏ MARAĞIN SƏBƏBLƏRİ

Bəs, niyə yeniyetmələr esrar və başqa narkotik maddələrdən istifadəyə maraq göstərir? Bu sualı narkotik maddələrdən asılılıqdan əziyyət çəkən gənclərə verəndə əksər hallarda belə cavab verirlər: “Esrar mənə stressdən kömək edir”. Gənclərə narkotik maddələr əsl psixoloji problemlərdən azad olmaq üçün asan yol kimi görsənir. Lakin onlar narkotik maddələrə qurşanmaqla daha böyük bəlalara düşəcəklərinə inanmırlar.

Əksər hallarda yeniyetmələr özləri də bilmədən valideynlərinə esrardan istifadə etdikləri barədə məlumat verirlər. Bu onlardan gələn spesifik iy və ya otaqda yaddan çıxıb qalmış kül ola bilər. Bu artıq valdeynlər üçün uşaqların daha çox qayğı və diqqətə ehtiyacları olduğu haqda bir siqnaldır. Belə yeniyetmələr hesab edirlər ki, narkotik maddələr onları daha sərbəst və xoşbəxt edir. Onların fikirincə, bu vasitə ilə öz adi yaşayış tərzini daha maraqlı və daha fəal edə bilərlər. Narkotik maddələrin insanı xoşbəxt, qayğısız və rahat etməsi kimi fikirlər adətən onlarda asılılığa gətirib çıxarır. Belə vəziyyətdə övladlarını bu fikirlərdən yayındırmaq kimi böyük məsuliyyət valideynlərin üzərinə düşür . Çıxış yolu tez tapılmasa, yeniyetmələr özlərinə daha çox qapanacaq və ya ancaq onlar kimi düşünən insanlarla ünsiyyət qurmaq səviyyəsinə enəcəklər.

Adətən narkotik maddələrə alüdə olanlar düşünürlər ki, "istədiyim vaxt ataram". Bəzən insanlarda esrar, heroin və ya spirtli içkilər asılılıq yaratmır kimi fikirlər yaranır. Lakin valideynlər belə hallarda daha diqqətli olmalı və narkotik maddələrdən istifadənin yaxşı nəticələnməyəcəyini izah etməlidirlər.

Belə hallarda valideynlər uşaqların narkotik maddədən necə istifadə etməsi barədə məlumat toplamağa başlamalıdırlar. Misal üçün, gündə neçə dəfə narkotik maddədən istifadə etməsi, hansı gənclərlə görüşdüyü zaman narkotik maddəni qəbul etməsi və ya mütəmadi hal alıb-almaması, bu narkotik vasitələrin necə əldə edilməsi kimi məlumatları toplayıb təhlil etmək lazımdır.
Uşaqlarla bu vasitələrdən istifadənin nə ilə nəticələnəcəyi barədə ətraflı söhbət etmək, narkotik maddələrin təsirindən görmə qabiliyyətinin azalmasını, beynin fəaliyyətinin zəifləməsini və gələcəklərinə böyük zərbənin vurulması haqda izah etmək lazımdır.

Qeyd edək ki, narkotik maddələrdən istifadə edən yeniyetmələr zehni fəaliyyət və ya idmanla məşğul olmaqdan imtina edir və əksər hallarda əvvəlki ətraf mühitlərindən, dostlarından üz çevirirlər . Əgər sizin uşağınız belə vəziyyətə düşübsə, onunla dah çox vaxt keçirin. Onda narkotik vasitələri atmağa maraq oyadın. Belə vəziyətlərdə ona sağlamlığı və taleyi haqqında fikirləşməsi üçün şərait yaradın və övladlarınıza sizin üçün çox dəyərli olduqlarını tez-tez deyin. Uşağa imkan yaradın ki, özü belə vəziyyətin onun üçün təhlükəli olduğunu və narkotik maddələrin təsirinin neqativ tərəflərini dərk etsin.

Əgər yeniyetmə sizinlə razılaşmırsa və ya sizin istifadə etdiyiniz spirtli içkinin və tütün məmulatlarının da orqanizm üçün zərərli olduğunu deyirsə, nümunəvi valideyn olmaq üçün bu məhsullardan istifadəyə son qoymağınız məsləhətdir. Bunu etdikdən sonra övladınız sizin sözlərinizə daha çox inanacaq və onun gözündə hörmətiniz artacaq. Nəticədə o, sizdən nümunə götürərək bu vasitələrdən istifadəni dayındıra biləcək.

Denis Rzayev

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)nin klinik psixoloqu 

Go Back

Yeniyetməlik dövründə alınan artıq çəkilər

YENİYETMƏLİK: bir keçid dövrüdür və bunu doğru formada başa vurmaq hər zaman asan olmur. Bu dövrdə yaranan problemlər tək uşaqları deyil, valideynləri də narahat edir. Bunların arasında xarici görünüşlə bağlı komplekslər, xüsusilə artıq çəki və piylənmə əsas yerlərdən birini tutur. Burada problem yeniyetmənin pis görünməsi və yaşıdları arasında narahatlıq keçirməsi, ən əsası isə sağlamlıq üçün ciddi təhlükənin olması ilə bağlıdır. Belə ki, piylənmə bir çox xəstəliklərə, misal üçün, şəkər, ürək-damar sistemi xəstəlikləri, cinsiyyət hormonlarının düzgün çalışmamasına və hətta sonsuzluğa səbəb ola bilər. Yəni bir uşağa bu problemin öhdəsindən gəlməyə kömək etməklə onun həyatını uzadırıq.
Bəs artıq çəki hansı səbəblərə görə yaranır? Endokrin sisteminin pozulması, irsi amillər, yanlış qidalanma, stress, hərəkətsizlik – bütün bunlar bu prosesdə əsas səbəblər hesab olunur. Gəlin bu səbəblərə nəzər salaq.

İrsi səbəblər: Əgər valideynlərdən biri və ya ikisi də artıq çəkidən əziyyət çəkirsə uşaqlarda bu problemin olması ehtimalı daha çoxdur.

Yanlış qidalanma: Bəzən valideynlər sevgini qida ilə əvəz edir, ana və nənələr sevgilərini bu cür, yəni uşağı yedirtməklə ifadə etməyə çalışırlar. Xalq arasında deyildiyi kimi “toppuş” körpələr hər birimizin diqqətini çəkir, onlarla ünsiyyət qurmaq, onları əzizləmək bizə zövq verir.
Yalnız zaman keçdikcə bu toppuşluq köklük və hətta piylənmə ilə nəticələnə bilir. Bunun səbəbkarı isə çox vaxt onu uşaqlıqdan müxtəlif yollarla (məcburi yedizdirmək, başını qatmaq və s.) həddən artıq yedizdirən valideynlər olur.

Stress: Körpə ağlayan kimi bunun səbəbini bilmədən ananın ona yemək verməsi də uşağın gələcəkdə bütün streslərin öhdəsindən yeməklə gəlməyə çalışmasına səbəb olur.

Hərəkətsizlik: Oturaq həyat tərzi, televizor, internet və s. qarşısında saatlarla vaxt keçirmək də piylənməyə səbəb olan hallardandır.
İndi isə artıq çəki və piylənməyə qalib gəlmək üçün bir sıra əsas fizioloji və psixoloji tədbirlərə nəzər salaq.

Fizioloji tədbirlər: Yeniyetmə üçün hərəkət etmək vacibdir. Yeniyetmə sevdiyi idman növü ilə məşğul ola bilər.. Valideynlər uşağın aktiv həyat tərzi keçirməsini təmin etməlidirlər. Bu həm də uşaqların kompüter, televizor və s. qarşısında artıq vaxt keçirmələrinin qarşısını alır. Fizioloji tədbirlərə şirin içkilərdən, şəkəri yüksəldən qidalardan uzaq olmaq da daxildir. Daha çox təbii şirələrə üstünlük vermək, yemək vaxtını ötürməmək lazımdır. Tez-tez və az yemək məsləhətdir. Yuxu rejimi dəqiq olmalıdır. Yataq otağında telefon, televizor, kompüterin olması düzgün deyil. Ümumiyyətlə, piylənmə nəfəsə mane olduğu üçün yuxuya da mənfi təsir göstərir.
Çox duzlu ət, kolbasa, sosiska kimi qida məhsullarından da uzaq durmaq lazımdır. Çalışın ki, meyvə və tərəvəzlərə üstünlük verəsiniz. Bəzən vitamin çatışmazlığı da piylənməyə səbəb ola bilər. Qidaya B6, B12, vitamin D aid etmək olar. Aclıq hiss edəndə su içmək və bir qədər gözləmək lazımdır, çünki aclıq hissi keçə bilər. Bəzən biz susuzluğu da aclıq kimi qəbul edirik.

Psixoloji tədbirlər: Stressli yüklənməni azaltmaq lazımdır. Davamlı stress orqanizmdə kortizolun səviyyəsini yüksəldir, bu da qarın və bağırsaqlarda piylənməni artırır. Əgər uşaq çox həssasdırsa psixoloq yardımı ilə ona sakitləşdirici çalışmalar öyrətmək olar. Gün ərzində 2 saatdan çox televizora baxmamalıdır. Biz bəzən ekran qarşısında nəzarətsiz olaraq ləzzətli qida qəbul edirik və bu avtomatik olaraq baş verir. Yemək üçün kiçik ölçüdə boşqab seçmək məsləhətdir. Belə ki, yeməklə dolu olan qab insanda daha çox xoşbəxtlik hissi yaradır. Çörəkdən az istifadə etmək, masanın üstündə çörək saxlamamağa çalışın. Belə bir fənd də işə yarayar: boşqabdakı yeməyi 2 hissəyə bölüb, əvvəlcə birini yemək lazımdır. Bundan sonra ola bilər ki, ikinci hissəyə ehtiyac qalmasın. Yemək zamanı sakit musiqiyə qulaq asmaq da yaxşı nəticə verə bilər. Bu zaman istəristəməz yemək tempi aşağı düşür, çeynəmə prosesi uzanır və təbii ki, sağlamlığa müsbət təsir edir. Axşam yeməyindən sonra dişləri fırçalamaq və ondan sonra heç nə yeməmək məsləhətdir. Bütün bunlardan əlavə yaxşı olar ki, bu dönəmdə yeniyetməni mütəmadi olaraq psixoloq müşaiyət etsin. Bu ortaya çıxacaq problemlərin tez bir zamanda aradan qaldırılmasına kömək edən üsuldur.
Valideynlər ümumiyyətlə, bütün ailə üzvləri uşağa dəstək olmalı, onu anlamalı, eləcə də ata-ana öz qida və gün rejimi ilə nümunə olmalıdırlar. Unutmayaq ki, uşaqlar bizim dediklərimizi yox, etdiklərimizi həyata keçirirlər.

 Ceyran Həsənli

Psixologiya və Konsultasiya Mərkəzi
(PCC)-nin psixoloqu

Go Back

Yeniyetmələrlə davranış qaydaları

Uşaqlar böyüdükcə problemləri də böyüyür. Əgər dünənə qədər əsas qayğımız uşağı gəzintiyə aparanda düzgün geyindirmək, ona “dostunu nəyə görə incitmək olmaz” deyə başa salmaq idisə, bu gün o, artıq özü bizə necə yaşamağın lazım olduğunu öyrətməyə başlayıb. Artıq tez-tez onun davranışları qarşısında çıxılmaz vəziyyətdə qalırıq. Bəs, nə etmək olar? Qarşılıqlı anlaşmanı necə əldə edə bilərik?

Yeniyetmə ilə uşaq kimi davranmaq olmaz. Ona böyük kimi davranmaq isə hələ tezdir. Valideynlər, adətən yeniyetməlik dövründə olan övladlarının onlara qulaq asmadığı, sanki eşitmədiyi üçün, yeniyetmələr isə əksinə, valideynlərin həddindən artıq tapşırıq verməsi, azadlıqlarına imkan yaratmaması üçün şikayətlənirlər.

Müşahidə edirik ki, yeniyetmələr istər musiqiyə, istərsə də dostlarına daha həvəslə qulaq asır, sıra valideynlərə çatanda isə vəziyyət dəyişir. Valideyn qışqırıb hədələsə belə heç bir faydası olmur. Bu təəccüblü deyil. Təcrübələrə görə, yeniyetmələrin tərbiyə prosesində çətinlik törədən amillərdən ən başlıcası “övladım məni eşitmir”dir. Deməli, onun bizi eşitməsi üçün başqa metodlara müraciət etməliyik.

Gəlin, o metodlara birgə nəzər salaq:

1.Uşağın diqqətini özünə cəlb etməyin ən sadə yolu çox deyil, az danışmaqdır. Qəribə də olsa, bu halda onun sizi eşitmək ehtimalı daha çoxdur. Uşaqların, eşitdiklərinə cavab vermək üçün düşünüb daşınmağa ehtiyacları var. Belə ki, siz övladınıza sual verir və ya nəyisə xahiş edirsinizsə, heç olmasa üç saniyə gözləyin. Bu zaman uşaq daha çox informasiya qəbul edəcək və yəqin ki, nəticədə normal cavab verəcək.

2.Özünüz diqqətli dinləyici olun. Nümunə götürəcəyi bir insan olmasa sizin böyüməkdə olan övladınız da diqqətli dinləyici olmaz. Əmin olun, övladınızdan tələb etdiyiniz hərəkət üçün özünüz ona nümunə ola bilərsiniz. Həyat yoldaşınızı, dost və doğmalarınızı və əlbəttə ki, uşağın özünü dinlədiyinizi göstərin. Övladınıza öyüd-nəsihət verdiyinizdən iki dəfə artıq onu dinləyin.

3.Nəzakətli və sakit danışın. Əgər səsinizdə aydın hiss edilən tənqid, əmr, mühazirə, günahlandırma, yüksək ton və yalvarış varsa böyük ehtimalla övladınızı sizə əhəmiyyət verməməyə məcbur edəcəksiniz. Sadəcə olaraq, özünüzə rəva bildiyiniz danışıq tərzi ilə nəzakətlə onunla danışın. Bir də, səs tonunuzu qaldırmaq əvəzinə bir qədər aşağı salın - yumşaq və sakit danışın. Adətən bu onlar üçün gözlənilməz olur və sakitləşib qulaq asmağa başlayırlar. Müəllimlər bu metoddan müvəffəqiyyətlə istifadə edirlər.

4.Sözü deməmiş özünüzə diqqət yetirin. Övladınızın sizin üzünüzə baxdığına əmin olun. Bir-birinizin gözünə baxırsınızsa, uşaq sizin ixtiyarınızdadır, öz xahiş və ya sualınızı ona verə bilərsiniz. Hər dəfə övladınızın diqqətini çəkməyə ehtiyac olanda, belə etsəniz o, sizə qulaq asmağa alışacaq.

5.Bəzən yeniyetmələrin diqqətini çəkmək çətin olur, xüsusilə də onlar sevdikləri bir işlə məşğul olduqda. Ola bilər kı, uşaq həqiqətən də sizi eşitmir. O zaman xəbərdarlıq edin, müvəqqəti sərhədlər qoyun: “İki dəqiqədən sonra mənə sənin köməyin lazım olacaq” və ya “Bir dəqiqədən sonra mən səninlə söhbət etmək istəyirəm. Xahiş edirəm, işini yekunlaşdır”. (Yalnız bu zaman limit, beş dəqiqədən artıq olmasın. Yoxsa xahişiniz unudulacaq).

6.Qısa, yumşaq və dəqiq danışmağa çalışın. Bu yaşlarda uşaqlar uzun - uzadı “mühazirələrə” qulaq asmayacaqlarını biləndə daha çox icraçı olurlar. Buna görə də qoy sizin xahişləriniz qısa və konkret olsun: “Zəhmət olmasa, gəzməyə getməzdən əvvəl şkafını səliqəyə sal”, “Sən indi fizikanı öyrənməlisən” və s. Çox zaman son dərəcə dəqiqlik işə yarayır. Hərdən sözlə belə xatırlatma kifayət edir: “Təmizlik”, “Cəbr”.

Kobudluqdan hörmətə

Yeniyetmələrdə çox vaxt özünü böyük kimi hiss etmənin zəruriliyindən kobudluq, hörmətsizlik kimi xüsusiyyətlər əmələ gəlir. Bunun səbəbi heç də hər zaman tərbiyə proresində yol verilmiş səhvlər olmur. Sadəcə olaraq, yetişkənlik dövründə yeniyetmə, böyüdüyünü necə göstərəcəyini bilmir və əvvəllər heç də özünə rəva bilmədiyi dərəcədə kobudluq edir, xoşagəlməz ifadələrdən istifadə etməyə başlayır. Məhz bu zaman qışqırmaq, öz avtoriteti ilə “əzmək” deyil, situasiyanı yoluna qoymaq üçün valideynin düzgün davranış metodu seçməsi çox vacibdir.

1.Birinci növbədə yeniyetmə ilə bərabərhüquqlu insan kimi söhbət edin, nə əzizləməyin, nə də təzyiq etməyin – onun vacibliyini və dəyərliliyini hiss etdirin ki, o, bunları hiss etmək üçün başqa yollar axtarmasın. Tez-tez ailə məsələləri barədə məsləhətləşin – onun hər hansı yeni ideyalar verəcəyi istisna deyil, bu zaman ona kobud cavab verməyin.

2.Övladınız kobudluq edərsə, bunu ona dərhal bildirin ki, sərhəddi aşdığını bilsin. Başlıcası odur ki, tənqidiniz onun şəxsiyyətinə deyil, davranışına yönəlsin. Məsələn: “Mən səninlə danışanda gözlərini çəkib “hirişirsən””. Belə demək hörmətsizlikdir. “Bir də bunu təkrarlama”, “Mən danışanda “bəsdir” deməməlisən, bundansa elə et ki, sözümü təkrar etməyə ehtiyac qalmasın”.

3.Ona nəyin düzgün olmadığını deməyə çəkinməyin, düşünməyin ki, o, özünü necə aparmağı bilir. Sadəcə olaraq bunu mənəviyyat dərsi şəklində deyil, dostcasına söhbət əsnasında deyin. Ən yaxşısı öz davranışınızla nümunə göstərin. Siz – böyüklər ailədə öz ünsiyyətinizə diqqət yetirin. Bəlkə, əsas məsələ elə burdadır? Əbəs yerə deməyiblər ki, biz öz uşaqlarımıza nə qədər mənəvi keyfiyyətlər öyrətsək də, onlar onsuz da özlərini valideynləri kimi aparacaqlar. Düzgün davranış qaydaları haqqında söhbətləri ailə üzvləri ilə birgə yemək zamanı aparmağı sınayın: istənilən bir mövzu ətrafında səmimi və nəzakətlə söhbət edin.

4.Heç bir zaman mübahisələrə girməyin. Nümayişkaranə şəkildə əsəb və incikliyinizi göstərməyin. Dilə tutmaq, nəsihət vermək, acıqlanmaq – bu yollar effektli deyil, əksinə sözü gedən davranışı daha da təhrik edir. Araşdırmalar göstərir ki, yeniyetmələr kobudluqla və cavab qaytarmaqla böyüklərin diqqətini çəkməyin faydasız olduğunu görəndə, bundan əl çəkirlər. Belə ki, neytral olun və cavab verməyin. Məsələn, diqqətinizi başqa işə yayındırın, bu da işə yaramasa ayrı otağa çəkilin. Kobudluğundan əl çəkənə qədər, sadəcə olaraq söhbəti davam etdirməyin və bunu həmişə edin.

5.Övladınız özünü yanlış və səhv aparırsa, ona iradınızı başqa insanların və ya yaşıdlarının yanında deyil, yalnız təklikdə bildirməyiniz vacib şərtdir. Əks təqdirdə onun daha böyük kobudluğuna zəmin yaratmış olarsınız – unutmayın, övladınız artıq balaca deyil və öz ünvanına deyilən istənilən tənqidi çox ağrılı qəbul edə bilər, xüsusilə də bu, digər insanlar arasında baş verərsə!

6.Onun doğru və hörmətə layiq davranışlarını mümkün qədər tez-tez təqdir edin – bu, istədiyiniz nəticəni almağın ən sadə yoludur. Müşahidələr göstərir ki, yeniyetmələrin valideynləri təəssüf ki, çox zaman bunun əksini edirlər: yaxşı işlərə diqqət etmək əvəzinə, hər zaman “neqativə köklənirlər”. Belə ki, siz öz “kobud” uşağınızdan hər hansı nəzakət və hörmət görən kimi onu mütləq tərifləyin və bu cəhdlərini qiymətləndirin, hətta sözü gedən davranış tam olaraq istənilən kimi alınmayıbsa belə, hər halda o, bunun üçün çalışıb. Övladınızın buna nə qədər sevindiyinin şahidi olacaqsınız.

Əziz valideynlər, ən əsası övladınıza çətin sayılan yeniyetməlik dövründə dəstək olun!

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu Ceyran Həsənli

www.pcc.az

Go Back

8 nəticə göstərilir