Düşüncə Jurnalı

header photo

Ana bətnində əkizlərdən biri digərini necə yeyir

Son günlər dünya mətbuatında ana bətnindəki əkizlərdən birinin digərini yeməsi haqqında xəbərlər dolaşır. Bunun bir əfsanə və ya gerçək olması isə hələlik məlum deyil. Türkiyəli qadın xəstəlikləri və doğuş mütəxəssisi Can Şener bu hadisəni maraqlı faktlarla izah edib. 

Türkiyəli uzmanın əkizlərin birinin digərini yeyə bilməsi halına aydınlıq gətirib.

Sirr deyil ki, hamiləlik müqəddəs, lakin bir o qədər də çətin prosesdir. Hamiləliyin və doğuşun nə qədər çətin bir imtahan olduğunu xüsusilə əkiz körpə gözləyən qadınlar daha çox bilir. Bəzənsə ətrafdan alınan səhv məlumatlar bu prosesi daha da çətin bir hala gətirir: "İstər eyni, istər fərqli cinsdən olan iki körpəyə eyni anda sahib olmaq çox gözəl görünsə də, hamiləlik müddəti, doğuş, doğuşdan sonra eyni anda iki körpəyə baxmaq və böyütmək fiziki, sosial, iqtisadi problemlər yaradır. Əslində insan bədəni üçün təkamül quruluşuna görə bir geriləmə kimi qəbul edilən əkiz hamiləlik çox zaman ağır və faciəli fəsadlara səbəb olur. Bu cür fəsadlardan biri də xalq arasında səhv adlandırılan "əkizini yeyən körpə" əfsanəsidir. Əlbəttə ki, həqiqi mənada belə bir şey mümkün deyil".

C. Şener sadəcə olaraq bu əfsanənin ortaya çıxmasına səbəb ola biləcək bəzi fəsadların olduğunu deyir. Uzman həmin fəsadları bu ardıcıllıqla sadalayıb:

1. Bəzən hamiləliyin erkən dövründə dölün biri ölür, ya qanama nəticəsində itir, ya da bədən tərəfindən əmilir. UZİ əkiz hamiləlik diaqnozu qoyduqdan qısa bir müddət sonra ikinci körpə ortadan qalxır, yəni sanki itir.

2. Xüsusilə tək yumurta əkizlərində birinin digər əkizə qanla transferi reallaşır. Ana bətnindəki əkizlərdən biri digərinin qan qaynağının əhəmiyyətli bir qismini özü üçün istifadə edir, özü təhlükəli böyümə və ürək çatmazlığı riskini aradan qaldırır, lakin qardaşının (bacı) qidalanması və çox vaxt ana bətnində ölümünə səbəb olur.

3. Çox vaxt 20 yaşlarında gənc qızlarda yaranan yumurtalıq şişi olan kistik teratomlar da bədəndə olan uşağa bitişik olur və onun əkizi kimi görünür. İnsanı yaradan bütün hüceyrə təbəqələrindən təsadüfi toplanmış bir hüceyrə yığını olan bu şişlərin tərkibində çox vaxt saç və diş strukturlarına belə rast gəlinir.

Türkiyənin digər qadın xəstəlikləri və doğuş mütəxəssisi Suat Süphan Erşahin də əkizlərdən birinin digərini yeməsinin reallığa uyğun olmayan bir hal olduğunu deyir. Lakin o, "twin- twin" deyilən bir sindromun olduğunu da vurğulayır: "Bu sindromda bir körpənin qanı digər körpəyə keçir. Bir körpə həddindən artıq inkişaf etdiyi halda, digər körpədə zəiflik baş verir, körpə qidalanmır və ölümlə nəticələnir. Bu, yalnız tək plasenta və tək amniyon kisəsi olan hamiləliklərdə ola bilən haldır".

qadin.az

Go Back

Sorğu göndər