Düşüncə Jurnalı

header photo

Blog posts : "Sağlamlıq"

İştaha hormonu - qrelin. Çox maraqlı faktlar

Qrelin hormonu 15 il bundan əvvəl aşkar olunub. Yaponiya alimləri digər mövzuda aparılan araşdırmalar zamanı aclıq vaxtımədə tərəfindən xüsusi hormonun ifraz olunmasını qeyd ediblər.

Bu hormonu "qrelin" adlandırıblar.

Qrelin aclıq zamanı mədədə ifraz olunur və qan axını ilə beynin müəyyən hissəsinə çatdırılır. Beyin orqanizmə siqnal verir və insan yemək axtarmağa başlayır.

Araşdırmalar nəticəsində məlum olub ki, qrelinin ifrazı stress zamanı kəskin artır. Məhz bu səbəbdən biz stress zamanı daha çox yeyirik.

Maraqlıdır ki, qrelin bizi məhz ən ziyanlı qidaları qəbul etməyə "məcbur edir" - kalorili, yağlı qidalar, şirniyyatlar və s.

İnsan qeyri-adi, gözəl bəzədilmiş qidaları görəndə, qrelinin ifrazı artır. Məhz bu səbəbdən diyetoloqlar arıqlamaq istəyən insanlara ən adi qidaları qəbul etmək, süfrəni bəzəməmək tövsiyə edirlər. Əksinə isə iştaha problemləri olan uşaqların valideynlərinə həkimlər qidaları maraqlı bəzəmək və gözəl servis etmək tövsiyə edirlər.

Alimlər araşdırmalar nəticəsində çox təəccüblü faktla qarşılaşıblar. Anoreksiyadan (qidadan imtina etməklə bağlı olan psixiki pozulma) əziyyət çəkən insanların qanında qrelinin səviyyəsi sağlam insanlarla müqayisədə daha çoxdur, lakin beyin buna sanki reaksiya vermir. Əksinə piylənmədən əziyyət çəkən, çoxlu miqdarlarda qida qəbul edən insanlarda bu hormonun səviyyəsi daha aşağıdır.

İştahadan əlavə qrelin arterial təzyiqə, qanda şəkərin səviyyəsinə, ürəyin fəaliyyətinə təsir edir.

Qrelin insanın əqli fəaliyyətinə də təsir edir. Belə ki, aclıq zamanı qanda qrelinin səviyyəsi yüksək olduqda, insanın əqli fəaliyyəti daha yaxşı olur. Əksinə qida qəbulundan sonra qrelinin səviyyəsi kəskin düşür və insanda əqli fəaliyyəti sanki ləngiyir. Bunu insanların əksər hissəsi hiss edib - yeməkdən sonra hər hansı məlumatı, bilikləri qəbul etmək daha çətindir. Bu səbəbdən alimlər imtahan, əqli fəaliyyəti ilə bağlı olan işdən əvvəl çoxlu miqdarda qida qəbul etmək tövsiyə etmirlər.

Alimlər aşkar ediblər ki, qrelinin səviyyəsi idman məşqlərindən sonra aşağı düşür. Bu səbəbdən iştaha ilə mübarizə aparmaq istəyənlər idmanla məşğul olmalıdır.

Qrelin spirtli içkilərə olan asıllığın yaranmasında da böyük rol oynayır.

Hal hazırda qrelinlə bağlı araşdırmalar davam edir. Alimlər gələcəkdə bu hormonun köməyi ilə insan sağlamlığında olan bəzi pozulmaları müalicə etməyi planlaşdırırlar.

 

Go Back

Hansı yaşda valideyn olmaq daha yaxşıdır

Dölyaratma prosesi üçün optimal yaş - hər iki valideyn üçün 20-29 yaş həddidir.

Yeniyetmə qız uşaqları ilk menstruasiya aktından sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur.

Ana olmaq üçün icazə verilən aşağı yaş həddi - ilk menstruasiyanın olduğu yaş + 5 il olmaqla hesablanır. Məsələn, 13 yaş + 5 yaş = 18 yaş,14 yaş + 5 yaş = 19 yaş.

Erkən (16-19 yaş) və orta (30-dan artıq) yaşlar qadınlar üçün risk faktorları hesab olunur. Bu yaş qrupuna daxil olan qadınlarda optimal yaş qrupuna (20-29 yaş) daxil olan qadınlardan nisbətən ağır formalı hamiləlik toksikozları, patoloji doğuşlar, həmçinin dölün və doğulmuş uşağın yaşamaq qabiliyyətinin aşağı olması daha çox hallarda təsadüf edilir.

30 yaşından sonra qadınlarda adətən bir sıra xəstəliklərə rast gəlmək olar ki, bu da ananın və doğulacaq körpənin saqlamlığına mənfi təsir göstərə bilər. Adətən hamiləliyə qədər aşkar olunmamış xəstəliklər məhz yaşlı dövrdəki hamiləlik zamanı özünü büruzə verir. Qadının yaşı artdıqca daxili cinsiyyət orqanlarında da dəyişikliklər baş verir. Cavan qadınlarda daxili cinsiyyət orqanlarının elastikliyi daha çox olur. Yaş artdıqca bu elastiklik azalır, bu da dölsalma riskini artırır.

40 yaşından yuxarı qadınlarda 30 yaşınadək olanlara nisbətən 3 dəfə artıq sayda hamiləlik diabeti inkişaf edir.

Qadın nə qədər yaşlı olarsa, o qədər də çoxdöllü hamiləlik ehtimalı artır. Bu da yaşlı qadın üçün daha çox təhlükə yaradır. 35-39 yaş çoxdöllü hamiləliyin ən zirvə dövrüdür. Yaşlı qadınlarda doğuş zəifləməsi, toxumaların elastikliyinin pozulması nəticəsində doğuş yollarının cırılması, qanaxma kimi hallar daha çox baş verə bilər. Bu səbəbdən 35 yaşdan yuxarı qadınlara həkimlər Keysər kəsiyi əməliyyatını tövsiyə edirlər. Lakin yaş dövründən başqa digər göstəricilər (çanaq ölçüləri, arterial təzyiq göstəriciləri, analizlər, ürək döyüntüləri, tənəffüs tezliyi) norma daxilindədirsə, təbii doguşa daha çox üstünlük verilməlidir.

Atalıq üçün 40-dan yuxarı yaş dövrləri isə daha yüksək risk faktoru kimi qəbul olunur.

Yaşlı dövrdə hamiləlik zamanı dölün genetik patologiyaları ehtimalını müəyyən etmək üçün əksər hallarda anaya qanın muayinəsinin aparılması məsləhət görülür. Ümumiyyətlə bu müayinələrdən qadınların bütün yaş dövrlərində keçməsi məsləhətdir. Əgər bu müayinələr nəticəsində hər hansı şübhə yaranarsa, əlavə müayinə metodları da aparıla bilər.

Hamiləliyin 7-9 həftəsində xorionun biopsiyası (gələcəkdə ciftə cevriləcək olan toxuma hissəciyin müayinəsi), 16-20 həftələrində amniosentez (dölyanı suların müayinəsi), 23-25 həftələrindəkordosentez müayinəsi aparılır (göbək ciyəsi damarlarından dölün qanı götürülür). Bu müayinələrin nəticəsi qənaətbəxşdirsə, körpədə genetik qüsurlara görə narahat olmağa dəyməz.

 

Go Back

Kompüter arxasında uzun müddət işləmək insanı əlil edir

Hal hazırda kompüterlər həyatımızın bir çox sahələrində istifadə olunur.

Bir çox peşələri kompütersiz hətta özünə təsvir etmək mümkün deyil. Bəli, kompüterlər işimizi, həyatımızı xeyli asanlaşdırıb. Lakin bu bizim sağlamlığımızın hesabına baş verir.

Kompüterdə uzun müddət ərzində işləyən insanların bir çox orqan və sistemlərinə ciddi ziyan vurulur.

1. Belə ki, kompüterdə işləyən insan uzun müddət ərzində hərəkətsiz oturmağa məcbur olur. Bu isə onurğa sütunda müxtəlif ağır və geriyədönməz dəyişikliklərə səbəb olur. Osteoxondroz (xüsusilə boyun osteoxondrozu), onurğa sütunu yırtıqları belə insanlarda kompüterdə işləməyən insanlarla müqayisədə daha tez-tez müşahidə olunur.

Bundan əlavə uzun müddət ərzində oturan insanda bədənin aşağı hissəsində qan durğunluğu yaranır. Bu isə toxumaların qidalanmasında pozulmalara səbəb olur, damarların divarlarını zədələyir. Nəticədə bu qrup insanlarda kişi və qadın cinsiyyət sistemi pozulmaların, babasilin inkişafı riski olduqca çoxalır. Kişilərdə bu prostatitin inkişafına təkan verir.

2. Kompüterdə uzun müddət ərzində işləyən insanların gözləri daim gərginliyə məruz qalır. Bütün dünya oftalmoloqları etiraf edir ki, uzun müddət ərzində kompüterdə işləyən insanlarda müxtəlif görmə pozulmaları yaranır. Xüsusilə bu görmə problemləri olan insanlar üçün çox təhlükəlidir. Belə ki, miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət ərzində kömpüterdə işləyərsə, onun görməsi daha da zəifləyəcək. Qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişafı riski kompüterdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir.

Oftalmologiyada hətta bir neçə yeni termin əmələ gəlib. Məsələn, "monitor xəstəliyi". "Monitor xəstəliyi" zamanı gözün akkomodasiya qabiliyyəti (gözün müxtəlif məsafələrdə olan şeyləri aydın görməyə uyğunlaşma) pozulur. Müxtəlif məsafələrə (yaxın, uzaq) baxdıqda, göz bülluru öz əyriliyini dəyişir. Bu normal fizioloji prosesdir və bu prosesə xüsusi kiçik əzələlər cavabdehdir. Lakin əgər insan uzun müddət ərzində eyni yerə (monitora) baxırsa, bu əzələlərin fəaliyyətində pozulmalar yaranır. Məhz bu səbəbdən kompüterdə bir neçə saat işlədikdən sonra insan hiss edir ki, uzağa baxdıqda çox dumanlı və pis görür. Belə hal daim təkrarlandıqda görmə zəifləyə bilər.

Daha bir yeni termin "quru göz sindromu". Normada insan 1 dəqiqə ərzində təxminən 20 dəfə göz qırpır. Bu zaman gözün buynuzlu qişası göz yaşı mayesi ilə daim nəmlənir və təmizlənir.

Kompüterdə işləyən insan 3 dəfə az göz qırpır, nəticədə buynuzlu qişa quruyur və bu müxtəlif pozulmalara səbəb olur. Gözlər yanmağa başlayır, qaşınır, qızarır, qözlərin kənarlarında olan damar toru daha aydın görünməyə başlayır. Vaxt keçdikcə bu simptomlar hətta kompüterdə işləmədikdə də yox olmur və daha gözəçarpan olur.

Göz yaşı antiseptik xüsusiyyətlərinə malikdir və gözə havadan və s. düşən müxtəlif infeksiyaları və mikrobları zərərsizləşdirir. İnsan daha gec-gec göz qırpdıqda, bu gözdə infeksiya riskini artırır.

3. Uzun müddət ərzində kompüterdə işləyən insanın barmaqlar və əllərin oynaqları və əzələləri və bazu önü əzələləri daim güclü gərginliklərə məruz qalır ki, bunun nəticəsində bu hissələrdə tez-tez təkrarlanan ağrılar, qıcolmalar olur. Belə ağrılar hətta insanı yuxuda narahat edir, oyanmağa vadar edir

4. Kompüterdə işləyən insanların əksəriyyəti gün ərzində çoxlu müxtəlif məlumatlarla işləyir, bu məlumatları analiz edir, müxtəlif məsələləri həll edirlər. Bütün bunlar isə insanın sinir sistemini daim gərgin vəziyyətdə saxlayır. Bu isə xroniki streslərə, xroniki yorgunluq sindromuna səbəb olur.

Uzun müddət ərzində kompüterdə işləyən insanlarda güclü və tez-tez təkrarlanan baş ağrıları, qulaqlarda küy, başgicəllənməsi, ürəkbulanması kimi simptomlar yaranır.

Kompüterdə uzun müddət ərzində işləyən insanlarda spesifik psixiki pozulma olan "kompüter asılılığı" yarana bilər.

5. Uzun müddət ərzində kompüterdə işləyən insanlarda azhərəkətlilik və xroniki streslər  ürək-damar sistemi pozulmaların, şəkərli diabetin riskini artırır.

Həzm sistemində də müəyyən pozulmalar yaranır - qəbizlik və s.

Təbii ki, kompüterlərdən tam imtina etmək mümkün deyil. Lakin onların bizim orqanizmimizə olan mənfi təsirini azaltmaq mümkündür.

- Bunun üçün işinizdə hər 30 dəqiqədən bir bir neçə dəqiqəlik fasilə edin, ayağa qalxın, gəzişin.

- Hər 20-30 dəqiqədən bir gözlərinizi monitordan çəkib uzağa (pencərədən çölə və s.) baxın.

- Kompüterdə oyunlar oynamayın, İnternetdən lazım olandan artıq istifadə etməyin.

- Məntləri mümkün qədər monitorda yox, kağızda oxuyun (çap edin və oxuyun).

- Kompüterdə hər hansı sizdən asılı olmayan proses getdikdə, monitora baxmayın. Telefonla danışdıqda, fikirləşdikdə monitora yox, uzağa baxın.

- Monitor göz səviyyəsindən bir qədər aşağıda yerləşməlidir.

- Daha tez-tez açıq havada olun, sağlam qidalanın, idmanla məşğul olun, kifayyət qədər yatın və dincəlin.

 

Go Back

Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiri

         Dünyaya sağlam uşaq gətirmək hər bir ananın ən böyük arzusudur. Ancaq bəzən elə hallar olur ki, ananın bu istəyi elə arzu olaraq da qalır. Normal hamiləlik dövründə hər bir ana hamiləliyini uğurla başa vurmasını istəyir və bunun üçün hamiləliyinə zərər verəcək şeylərdən qorunur. Lakin doğuş zamanı körpə müxtəlif travmalı dünyaya gəlir.

         Maşa travması - Doğuş zamanı kəllənin zədələnmələri yumşaq toxumalara qansızma, beyin qişalarının, qan damarlarının və beyni toxumasının travması ilə müşahidə olunur.

         Kəllə sümüklərinin sınıqlarına daha az təsadüf olunur. Bu patoloji doğuşlarda maaşalardan istifadə zamanı baş verir. Doğuş zamanı uşağın kəlləsinə edilən təzyiq nəticəsində yastı sümüklərlə sümüksüzlüyü arasında qansızma baş verir ki, bu da yumşaq toxumaların aralanmasına səbəb olur. Buna yumşaq toxumların qansızması deyilir. Qansızma çox zaman təpə sümüyü nahiyyəsində, az halda isə ənsə və alın nahiyəsində rast gəlinir. Doğuşdan bir neçə saat və ya gün keçdikdən sonra uşağın kəllə nahiyəsində şişkinlik ortaya çıxır. Onun ölçüsü müxtəlif ola bilər. Şiş yalnız hansı sümüyün üstündə əmələ gəlibsə, orada da olur, heç vaxt qonşu sümüyə keçmir. Dəri üzərindəki şiş ağrısız olur. Qansızma nahiyəsi nəbz kimi vurur. rentgen müayinəsində kəllə sümüyünün sınığı aydın görünür. Qansızma bəzən beynin sıxılmasına səbəb ola bilər.

         Yumşaq toxumalara qansızma adətən fəal cərrahi əməliyyat tələb etmir. Çox vaxt 10-12 gün müddətinə hematoma özü sorulur. Əgər ilk gündən hematoma böyüməyə meyilli olursa, onda sıxıcı sarğı qoymaq lazımdır. Bu dövrdə hematomanı punksiya (iynə vasitəsilə çəkmək) etmək olmaz, çünki bu qanaxmaya səbəb ola bilər ki, bu da yenidoğulmuşun  həyatı üçün çox təhlükəlidir. Əgər qansızma çox gec sorulursa, onda 1,5-2 aydan sonra yerində bərkləşmə və kalsium duzları nəticəsində daşlaşma əmələ gəlir. Bu, rentgen müayinəsi zamanı kölgə kimi görünür.

         Kəllə beyin zədələnməsi – Patoloji doğuşdan sonra uşaqlar arasında təsadüf olunan travmalardan biri də doğuş kəllə-beyin travmasıdır. Çətin doğuş zamanı beyin damarları və beyin toxumasız zədələnə bilər.Əgər bu zaman beyin əzilməsi və qansızma müalicə tələb edirsə, kəllədaxili hematomalar, bəzən isə sınıqlar təcili  neyro-cərrahi müdaxilə tələb edir. Doğuş travması nəticəsində baş verən kəllə-beyin travması zamanı çox vaxt beyin toxuması onun qan damarlarını zədələyir.

         Xəstələrdə süstük, sklet əzələlərinin hipertoniyası və qarın divarının tonusunun zəifliyi müşahidə olunur. Bəzi körpələrdə ətrafların əsməsi və qıcolmalar baş verir.

         Həyatı orqanlar risk altında – Ağır kəllə-beyin travması zamanı həyati vacib orqanların (ürək-qan-damar-tənəffüs sistemi) fəaliyyəti, udma və sorma reflekslərini pozulur. Yenidoğulmuşlarda kəllə-beyin əzilməsində və qansızma zamanı bu əlamətləri aşkar etmək çox çətin olur. Diaqnozun qoyulmasında onurğa beyindən götürülən analizin böyük əhəmiyyəti var. Yenidoğulmuşlarda kəllə-beyin travması çox konservativ müalicə tələb edir. Sakitlik, başa soyuq kompreslər, yeməyi ancaq qaşıqla yedizdirmək və s.

         Əgər xəstədə kəllə sümüklərinin sıxıcı və kəllədaxili hematoma varsa, cərrahi müdaxilə tələb olunur.

         Epilepsiya təhlükəsi – Kəllə sümüyünü batmış sınıqları travmanın kəskin dövründə müvəqqəti olaraq beynin funksiyasını pozmaqla bərabər, beyin qişalarında çapığın əmələ gəlməsinə səbəb olur ki, bu da sonradan uşaqda epilepsiya xəstləiyinin meydana çıxmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, beyin uşaqlarda 2 yaşına kimi çox sürətlə inkişaf edir. Ona görə də batmış kəllə sınıqları travmadan 2-3 gün keçən müddətdə əməliyyat edilməlidir. Əməliyyatdan sonra tədricən xəstədə sınıqların təsirindən meydana çıxan bütün fəsadlar aradan qalxır.

         Ginekoloq məsləhəti – Doğuş zədələnməsi əsasən dölün böyük çanağın və uşaqlıq yolunun dar olması nəticəsində doğuş aktı çətin olduqda və ya bu vaxt göstərilən yardımçı köməklər zamanı baş verir. Həmçinin uşaq asfiksiya (boğulma) ilə doğulduqda ilk yardım zamanı da zədələnmələr ortaya çıxır.

Doğuş çətin keçən zaman uşaq mütləq travma alır. Həkim nə qədər peşəkar olsa da çanaq dar, dölün baş ölçüləri böyük olanda doğuş aktı çətin və ya bu vaxt göstərilən yardım uşağın travma alma riski qaçılmaz olur. Buna kəllənin doğuş travmaları deyilir.

Sağrı gəlişi – (yan gəlişi) zamanı uşağa doğuş zədələnmələrindən qorunmaq üçün qeysəriyyə əməliyyatı yolu ilə uşağı bu zədələrdən qorumaq olur.

         Rəna Kazımova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

Go Back

Artikulyar aparatın orqanik quruluşu

                    

      Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır. Deməli onun inkişafı ətrafdakı bir çox faktordan asılıdır. Nəzərə alsaq ki, uşağın nitqi 5 yaşına qədər formalaşır, deməli hər bir mərhələdə onun inkişafına müsbət təsir göstərmək mümkündür. Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmaması əksər hallarda inkişaf geriliyinə gətirib çıxarır.

      Bizim nitqimiz mərkəzi və periferik nitq orqanlarından ibarət mürəkkəb anatomik – fizioloji aparatın köməyi ilə həyata keçirilir. Mərkəzi orqan baş beyin və əsasən, onun böyük yarımkürələrinin qabığından ibarətdir. Periferik orqanlara isə eşitmə, tənəffüs (ağciyər, diafraqma, döş qəfəsi, qarının nəfəsalma əzələləri), səs və artikulyasiya aparatı orqanları aiddir.

      İ.P. Pavlov artikulyasiya aparatını II siqnal sisteminin əsas komponenti adlandırmışdır. Artikulyasiya aparatı orqanlarına _ səs telləri, dil, yumşaq damaq, sərt damaq, dişlər, alt və üst çənələr, dodaqlar və üz əzələləri aiddir. Əgər bu orqanlarda mobillik olmazsa, nitq bir məhsul kimi qeyri – mümkün  olar. Hər kəs stomotoloqda novokain vurdurduqdan sonrakı halını təsəvvürünə gətirə bilər. Beləki, bu zaman dil stasionar olur, çənədə hər hansı bir hərəkət çətinlik yaradır və çalışırsınız ki, bu müddətdə ümumiyyətlə heç danışmayasınız.

     Baş beynin idarəedici təsiri nəticəsində bir-biri ilə qarşılıqlı qırılmaz əlaqədə olan nitq orqanları, öz daxilində hər birinin ayrıca rolu olan mürəkkəb funksional sistemi xatırladır. Onlardan birinin qüsuru, mütləq o birinin fəaliyyətinə də öz təsirini göstərir.

     Artikulyasiya aparatında aşağıdakı qüsurlar ola bilər:

  1. USİ (Uşaq serebral iflici) nəticəsində nitq orqanlarının iflici;
  2. “Qurdağız” ( yumşaq və sərt damağın yarığı );
  3. “Dovşandodaq” ( üst dodağın yarığı );
  4. Progeniya – alt çənə üst çənədən qabağa çıxır;
  5. Proqnatiya – üst çənə alt çənədən qabağa çıxır;
  6. Açıq dişləm;
  7. Yan dişləmlər;
  8. Dodaqların həddindən artıq böyük olması;
  9. Dilin böyük olması;
  10. Dilaltı qədəhin qısa olması və s.

     Əgər kiçik yaşlarında uşağın artikulyasiya aparatında hər hansı bir qüsur olarsa, bu onun qidalanması zamanı da özünü biruzə verəcəkdir:

  1. Əmmə prosesi ritmik olmur;
  2. Birnəfəsə edilən sormaların sayı çox az olur ( normada bu, təxminən 20 sorma olmalıdır );
  3. Əmmə zamanı süd ağızdan və burundan kənara axır;
  4. Qidanı udarkən öskürmə, boğulma və çeçəmə halları baş verir;
  5. Yemək zamanı ağzını bağlamır;
  6. Yemək ağızdan kənara tökülür;
  7. Dil yuxarı qalxmış vəziyyətdə və gərgin olur;
  8. Dili ilə yeməyi bayıra itələyir;
  9. Dil dartılır;
  10. Dişləmə refleksinin patalogiyası;
  11. Yavaş udma və udmadan sonra ağızda yeməyin qalması;
  12. Ağıza qida düşdükdə narahatçılıq yaradır;
  13. Reflektor olaraq öyümə baş verir;
  14. Reflektor olaraq qidanı bayıra atır.

      Bu problemlərin gələcəkdə daha da ağırlaşmaması üçün onları mümkün qədər tez aradan qaldırmağa çalışmaq lazımdır.

Ülkər Əhmədzadə

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi

Go Back

Mənfi hisslər hansı orqanlara ziyan vurur

Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb.

Əsəb və qaraciyər
Həkimin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir:

"Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır”.

Kədər və ağciyərlər
Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur.

"Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”.

Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir.

Qorxu və böyrəklər
Daxili orqanlara pis təsir edən duyğulardan biri də qorxudur. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir.

Zehni yorğunluq və dalaq
Zehni yorğunluğun dalağı sıradan çıxartması  bir az qəribə səslənsə və inandırıcı görünməsə də araşdırmalarla təsdiq edilən faktdır. Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir.

Nifrət və ürək
Həkim mənfi duyğuların ürəyə də təsir etdiyini vurğulayıb. O qeyd edib ki, ürəyə ən çox ziyan vuran hiss nifrətdir.

"Nifrət hissi ürəyin ritmini pozur. Ürək daha sürətlə döyünür. Bu isə həmin orqanın yorulması ilə nəticələnir”.

Birsel Kavaklı mənfi hisslərin təsirindən qorunmağın tək yolunun müsbət düşüncələr və pozitiv enerji olduğunu qeyd edib. "Nifrət etmək əvəzinə sevin, gələcəyə ümidlə baxın. Bu həm mənəvi, həm də fiziki baxımdan sizə çox yaxşı təsir edəcək”.

qadinlar.biz

Go Back

Keçməyən kürək ağrılarına diqqət... Onurğa şişləri gizli inkişaf edir

b_420_0_16777215_0___images_stories_ONKOLOGIYA_kurek-agrisi.jpeg

Onurğa şişləri bədən analizləri zamanı təsadüfən məlum olur və ya yeriməkdə çətinlik çəkməklə özünü büruzə verir.

Habertürk.com saytının məlumatına görə, ortopediya və travmatologiya üzrə mütəxəssis dr. Çağatay Öztürk onurğadakı lokal ağrılara diqqət edilməsi barədə xəbərdarlıq edərək risk altındakı xəstələrin bədən analizinin aparılmasının labüdlüyünü vurğulayıb.

Döş, ağciyər və bədənin müxtəlif yerlərində ortaya çıxa bilən şişlərin onurğaya keçməsi ilə əmələ gələn metastatik onurğa şişlərinin xəstənin müalicəsi zamanı hər zaman fərqinə varılmır və xəstənin iflic riski ilə qarşı-qarşıya qalmasına səbəb olur.

Geçməyən kürək ağrılarına diqqət

Onurğa və onurğa iliyi şişləri yerləşmə vəziyyətinə görə fərqli siqnallar verə bilər. Kürəkdə olan və istirahətlə keçməyən ağrı ən çox rastlanan şikayətlər sırasındadır. Yüksək hərarət, çəki itirmə, halsızlıq kimi xronik xəstəlik əlamətləri də müşahidə oluna bilər. Kürək və bel bölgəsində olan şişlər qollar və ayaqlarda keyləşmə hissi ilə yanaşı yeriməkdə də çətinlik yaradır. Çağatay Öztürk metastatik onurğa şişlərinin müalicəsində radiologiya və onkologiya mütəxəssislərinin birlikdə fəaliyyət göstərdiyini qeyd edib. Onun fikrincə, bədəninin başqa bölgəsində şiş olan xəstələri həm fiziki, həm də psixoloji olaraq metastatik onurğa şişinin müalicəsi üçün hazırlamaq lazımdır. Müalicə prosesi şişin yerləşdiyi bölgə, şişin böyüklüyü, xəstənin yaşı kimi faktorlardan asılı olaraq fərqli ola bilər. Cərrahi müdaxilə, radioterapiya, kemoterapiya, immunoterapiya kimi metodlar ayrı-ayrı və ya kompleks şəkildə istifadə edilərək xəstənin müalicə prosesinə başlanılır.

Həmçinin metastatik onurğa şişlərində əsas risk qrupunu 45 -65 yaşlarında xərçəng tarixçəsi olan kişilərin təşkil etdiyi vurğulanır.

 

Go Back

Xromosom xəstəlikləri

      “Xromosom” yunan sözü olub, “chromo”- rəng, “soma”- cism deməkdir.Heyvan və bitki orqanizmlərinin hüceyrə nüvələrində olan və müvafiq surətdə boyadıldıqda aydın surətdə gözə görünən cisimciklərdir.

         Xromosom DNT və zülallardan əmələ gəlmiş hüceyrəvi sturukturdur. Hüceyrə nüvəsinin daimi və mütləq vahidi sayılır. Hər bir calı orqanizm kimi insan orqanizmi də milyardlarla hüceyrələrdən əmələ gəlir. Hüceyrə bütün canlı formalarının ən kiçik vahididir.

         Nüvənin içində isə xromosom adı verilən ipəbənzər cisimciklər vardır. Xromosomlar molekulyar sturukturu yaxşı bilinən DNT ilə histon adlandırılan zülallarla yanaşı, bir çox başqa zülal vasitəsilə mürəkkəb bir sturukturdur.

         İnsanların hər bir hüceyrəsində 46 xromosom olur. Mayalanma zamanı 23 xromosom anadan, 23 xromosom atadan alınır. 23 cüt xromosonun hər bir cütünün bir xromosomu anadan, bir xromosomu atadan gəlir.

       Gen və xromoson mutasiyaları nəticəsində əmələ gələn və çox nadir hallarda rast gəlinən pataloji hallardan savayı, gen və xromosomlarla baş verən dəyişikliklərlə əlaqədar olan və daha çox hallarda təsadüf edilən bir sıra xəstəliklər mövcuddur. Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun uzanmasının ləngiməsi, şəkərli diabet, epilepsiya, sonsuzluq, skelet pozğunluqları, böyrək patalogiyaları və .s. xəstəliklər mövcuddur. Tibbdə gen və xromosom patalpgoyaları ilə əlaqədar olan 6000-dən artıq mütəlif xəstəliklər müəyyən edilmişdi.

       Belə xəstəliklərin bir hissəsi, məsələn, karlıq, korluq, zehni zəiflik, uşaq doğulan andan özünü biruzə verir, digərlərinin əlamətləri isə 10, 20, 30 il və daha artıq müddət keçdikdən sonra üzə çıxır.

      Xromosom saylarında olan pataloji dəyisiklərin əmələ gəlməsinin səbəbləri mütəlif ola bilər: valideynleərin yaşı, müxtəlif xəstəliklər, ətraf mühitin zərərli faktorları- şüalanma, kimyəvi infeksiyalar, zəhərlənmələr və .s.

     Xromosom saylarında olan pataloji dəyisikliklər, nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri Daun sindromudur. Belə xəstəliklərdə xromosom dəstinin sayı 46 deyil 47 olur. Artıq olan bir qeyri- cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin dərəcədə zəif olur.

    Cinsi xrosom patalogiyası ilə əlaqədar olaraq kişilərdə sonsuzluq müşahidə etmək mümkündür. Bildiyimiz kimi, kişi xromosom dəsti 46_XY olur. Bəzi hallarda oğlanlarda artıq cinsi xromosom olmaqla 47_XXY xromosom dəsti olur. Belə oğlan uşaqları cinsi inkişafdan geri qalmaları,qadına bənzər bədən quruluşları və süd vəzilərinin böyüməsi ilə fərqlənirlər. Bu patalogiyası olan kişilər sonsuz olurlar və onların müalicəsi isə indiyə qədər hələki mümkün hesab edilmir.

         Lamiyə Rzayeva

Narınc Uşaq Psixologiya Mərkəzinin Pedaqoqu, İnkişaf Geriliyi üzrə Mütəxəssis 

Go Back

Qarnım niyə böyüyür? 4 təhlükəli səbəb

Qarnın böyüməsi ciddi xəstəliklərin simptomu ola bilər.

Bu səbəbdən əgər siz özünüzdə bu simptomu müşahidə edirsinizsə, diqqətli olun, həkimə müraciət edin və lazım olduqda müayinələrdən keçin.
Qarnın böyüməsi müxtəlif pozulmalar nəticəsində inkişaf edir. Bu pozulmalar arasında:
- Abdominal piylənmə (piylərin qarın boşluğunda yığılması). İnsanın orqanizmində müəyyən miqdarda piy olmaldır. Bu normal fizioloji haldır. Lakin orqanizmdə piylərin normadan artıq yığılması təhlükəlidir. Artıq piy qarın boşluğunda yığılmağa başlayır ki, nəticədə insanın qarnı böyüyür. Buna visseral piy deyilir.
Visseral piy orqanların (mədənin, qara ciyərin, böyrəklərin, bağırsaqların) ətrafında yığılır və onların qan dövranını pozur. Piyin burada yığılması ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin riskini artırır.
Abdominal piylənmənin obyektiv və ən həssas gostəricisi belin dairəsinin ölçüsüdür. Beynəlxalq diabet federassiyasının rəyinə əsasən, belin dairəsinin kişilərdə 94 sm-dən, qadınlarda isə 80 sm-dən yuxarı olması abdominal piylənmənin inkişafına işarə edir.
- Assit (qarın boşluğunda mayenin yığılması). Normada qarın boşluğunda cüzi miqdarda maye olur. Bu maye bağırsaqların daha rahat sürüşməsinə kömək edir və bitişmələrin əmələ gəlməsinə mane olur. Lakin bəzi ağır xəstəliklər zamanı (qara ciyər sirrozu, qara ciyər xərçəngi, bəzi ürək xəstəlikləri, şiş xəstəlikləri və s.) maye burada çoxlu miqdarda yığılır və nəticədə qarın böyüyür. Bu çox təhlükəli simptomdur.
- Qarın boşluğu şişləri qarnın böyüməsinə səbəb ola bilər.
- Qadınlarda bəzi ginekoloji xəstəlikləri zamanı (mioma, yumurtalıqların kistaları, yumurtalıqların xərçəngi) qarın xeyli böyüyə bilər.

saglamolun.az

Go Back

Erkən oyanmağın 5 faydası

Aparılan araşdırmalar sübut edib ki, yuxudan erkən saatlarda oyanmaq insan səhhətinə yaxşı təsir edir.

Alimlərin iddiasına görə, bunun həm mənəvi, həm də fiziki baxımdan faydalarını sadalamaqla bitməz.

Erkən oyananlar daha enerjili olurlar
 
Gec yatıb səhər oyana bilməyənlər gün boyu özlərini yorğun hiss edirlər. Bu isə həm iş həyatına, həm də şəxsi həyata mənfi təsir edir. Belə insanlar vaxtı düzgün bölə bilmədikləri üçün dostları ilə görüşləri, əyləncələri qaçırırlar.
 
Erkən oyananlar özünü xoşbəxt hiss edir
 
Erkən qalxanlar özlərini daha xoşbəxt hiss edirlər. Alimlər bunu səhər saatlarında havada ionların çox olması ilə əlaqələndirirlər.
 
Depressiya riski azalır
 
Erkən oyananların depressiyaya düşmək riski olduqca azdır. Bunun səbəbi gec yatıb gec oyananlardan fərqli olaraq özlərini daha enerjili və xoşbəxt hiss etmələridir.
 
Sağlam qidalanmağa sövq edir
 
Araşdırmalar göstərib ki, gecə gec yatıb səhər oyanmaqda çətinlik çəkənlər yeməyə meyilli olurlar. Belə insanlar gün ərzində fast-food və şirniyyat yeməyə üstünlük verirlər. Tez yatıb erkən oyananlar isə özlərini gün boyu enerjili və tox hiss edirlər. Ona görə də meyvə-tərəvəz kimi sağlam qidalara üstünlük verirlər.
 
Nikbin
 
Araşdırmalar göstərib ki, səhərlər erkən oyananlar daha nikbin olurlar. Onlar çətinliklərlə üzləşsələr də, əsla yollarından dönmürlər.

publika.az

Go Back

Onlar niyə sağlam və uzunömürlüdürlər?

Yaponiyada orta ömür həddi 84,5 ildir. Yaponlarda köklük problemi yoxdur, yaşından asılı olmayaraq hamı arıq və sağlamdır. Bəs, görəsən, buna necə nail olurlar?

Etiraf etməliyik ki, yaponlar sağlam olmaq üçün böyük fədakarlıq göstərmirlər. Onlar sadəcə həyat tərzlərinə uyğun yaşayırlar. Yaponiyanın mətbəxi bu ölkənin insanlarının ən böyük şansıdır. Çünki onların mətbəxi sağlam qidalarla zəngindir. Bizim sadəcə pəhriz zamanı yediyimiz qidalar onların gündəlik qida menyusuna daxil olur. Balıq, soya, düyü, meyvələr, dəniz yosunları, tərəvəzlər və yaşıl çay bu ölkənin mətbəxində çox önəmli yer tutur. Onlar unlu qidalardan, yağ, qırmızı ət və şirniyyatdan demək olar ki, istifadə etmirlər. Dünyada ən çox balıq yeyən xalq yaponlardır.
Onlar öyünlərdə yeməklərini kiçik porsiyalar şəklində yeyirlər. Yeməyi çox çeynəyir və yavaş-yavaş yeyirlər. Yeməklərinin çoxu buxarda bişirilir. Bir neçə yeməklərində qızartma olsa da, heç bir şey 5 dəqiqədən artıq qızardılmır.
Demək olar ki, şirniyyat yemirlər. Mətbəxlərində bir neçə şirniyyat növü var. Bunları da kiçik porsiyalarla təqdim edirlər.
İdman yaponiyalı insanlar üçün böyük əhəmiyyət kəsb edir. Ölkədəki hər kəs idmanla məşğul olur. Kimi yeriyir, kimi qaçır, kimi də velosiped sürür. Bütün məktəblərində idman zalları var. İdman dərslərinə girmək və aktiv olmaq zəruridir.
Gördüyünüz kimi, uzun və sağlam ömür sürmək hər kəsin öz əlindədir. Siz də sağlam həyat tərzini seçərək uzun illər sağlamlığınızı qoruya bilərsiniz.

publika.az

Go Back

Günorta yuxusunun 5 faydası

Mütəxəsisslər sağlam və uzun ömürlü olmaq üçün yuxunu əvəzedilməz hesab edirlər. Dünyanın ən nüfuzlu həkimlərinin fikrincə, yetişkin insanlar da eynilə körpələr kimi günorta yuxusuna ehtiyac duyurlar. Ancaq müasir həyat şəraiti, iş rejimi və digər səbəblərdən bu yuxu ehtiyacı ödənilmir.

Alimlər günorta yuxusunun faydalarını aşağıdakı kimi sıralayıblar:
 
15-20 dəqiqəlik yuxu
Günortalar 15-20 dəqiqə yatsanız, bütün gün özünüzü daha gümrah hiss edəcəksiniz. Bu müddət sizə qısa görünə bilər, ancaq mütləq faydasını görəcəksiniz.
 
30 dəqiqəlik yuxu
Yarım saatlıq yuxu bədənin enerjisini artırır. Özünüzü daha dinc və sakit hiss etmənizə kömək edir.
 
45 dəqiqəlik yuxu
Bu yuxu qan təzyiqini aşağı salır. Yaddaşın güclənməsinə kömək edir. Xüsusilə, imtihanlara hazırlaşanlar mütləq günortalar 45 dəqiqə yatmalıdırlar.
 
60 dəqiqəlik yuxu
Aparılan araşdırmalar göstərib ki, 1 saatlıq yuxu  insan orqanizminə eynilə, 1 fincan qəhvə kimi təsir göstərir.
 
Bu da o deməkdir ki, günorta 1 saat yatdıqda, beyin bütün prosesləri daha sürətli şəkildə həyata keçirir. Diqqət artır, yaddaş güclənir.
 
90 dəqiqəlik yuxu
Əslində günorta bu qədər yatmağa ehtiyac yoxdur. Mütəxəssislər 90 dəqiqəlik yuxunu sadəcə isti və ya başqa səbəblərdən gecə rahat yata bilməyənlərə və gün ərzində özlərini yorğun hiss edənlərə tövsiyə edirlər. 

publika.az

Go Back

Stressin düşmənləri

Stress gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. İstər şəxsi, istərsə də özümüzdən asılı olmayan səbəblərdən hər gün əsəb, stress yaşaya bilərik. Bəzən günlərlə bu stressi üzərimizdən atmağa çalışsaq da, bacarmırıq. 
Lakin dietoloqlar heç bir dərman və ya başqa vasitə qəbul etmədən, sadəcə, düzgün qidalar seçməklə stresdən azad olmağın yollarını göstərirlər.

Çiy yeyilən təzə meyvə və tərəvəzlər: Təzə meyvə və tərəvəzlər tamamilə mexaniki bir şəkildə stressi azaltmağa kömək edə bilər. Məsələn, kərəviz və ya kök çənə əzələlərinizi işlədərkən gərginliyinizi də azalda bilər.

İspanaq: Bol maqnezium mənbəyi olan ispanaq stressin başağrısı, yorğunluq kimi təsirlərini aradan qaldırır.

Badam: Təkibindəki E və B vitaminləri ilə stressinizi yox edir və əsəblərinizin sakitləşməsini təmin edir. Badam həm də immunitet sisteminizi də gücləndirən bir qidadır.
 
Yağlı balıq: Stressinizi nəzarət altında tutmaq üçün yağlı balıqlar da menyunuzdan əksik etməyin. Somon və ton balığı kimi balıqlarda olan omega-3 yağ turşuları, stress hormonlarının artmasının qarşısını almaqla, ürək xəstəliyi, depressiya kimi əhval pozuqluqlarına qarşı da qoruyucu təsir göstərir. Özünüzü yaxşı hiss etmək istəyirsinizsə, həftədə ən azı iki dəfə yağlı balıq yeyin.

Avakado: Yüksək qan təzyiqini azaltmaq üçün ən yaxşı üsullardan biri də yetərli miqdarda kalium qəbul etməkdir. Yarım avakado və ya bir ədəd bananda çox miqdarda kalium var.
 
Karbohidratlar kompleksi: Bütün karbohidratlar xoşbəxtlik qaynağı olan serotonla zəngindir. Özünüzü yaxşı hiss etmək üçün daha yavaş həzm olunan tam taxıllı səhər yeməkləri, yulaf əzməsi kimi kompleks karbohidratları seçin. Bu cür karbohidratlar qan şəkərinin səviyyəsini qoruyarkən özünüzü də xoşbəxt hiss etmənizi təmin edər.

Portağal: Tərkibində yüksək miqdarda C vitamini olan portağal immunitet sisteminizi gücləndirərkən stress hormonlarını da azaldır. Aparılan araşdırmalara görə stresli bir işə başlamazdan öncə C vitamini qəbul edən şəxslərdə yüksək qan təzyiqi, stres hormonu olan kortizol səviyyəsi daha sürətli normala dönür.
 
Antep fıstığı: Antep fıstığı, habelə digər fındıq növləri orqanizmin qəbul edə biləcəyi ən sağlam yağlar üçün əvəzedilməz qaynaqadır. Hər gün bir ovuc püstə, qoz, badam kimi düzgün qurudulmuş quru meyvələri qəbul etmək şəkərli diabet riskini azaltmaqla yanaşı, bədəndən xolesterolu təmizləməyə də yarımdçı olur və stresin təsirlərini azaldır.

Qara çay: Qara çay içmək stresdən daha tez xilas olmanıza kömək edə bilər. Tibb mütəxəssislərinin apardığı bir təcrübə də bunu təsdiqləyib. Belə ki, təcrübə üçün seçilmiş insanları iki ayrı qrupa bölərək, 6 həftə boyunca birinci qrupa gündə 4 stəkan qara çay, digər qrupa isə başqa bir içki verilib.
 
6 həftənin sonunda hər iki qrupda yer alan insanların vəziyyəti müqayisə edilib və qara çay içənlərin daha sakit və stressiz olduğu, onlarda  stress hormonu olan kortizol səviyyələrinin digər qrupdakılara nisbətən daha aşağı olduğu müəyyən edilib. Lakin qəhvə və kofein tərkibli içkilər stress hormonlarını və qan təzyiqini yüksəldə bilər. 

milli.az

Go Back

Peyvənd bədəni necə qoruyur? - Elmi izah

Peyvənd sağlamlığın yaxşılaşdırılması üçün insanlığın atdığı ən böyük addımlardan biridir. İllər ərzində inkişaf etdirilən peyvənd sayəsində infeksiyanın nəzarətə alınması, azaldılması və hətta ortadan qaldırılması mümkün olub. Gigiyena qaydalarına əməl etmək, yaxşı qidalanmaq, ya da immunitet sistemini gücləndirən inyeksiyalar istifadə etmək peyvəndin yerini verə bilməz. Valideynlərin uşaqlarını yoluxucu xəstəliklərdən qorumaq üçün ən mühüm “silahı” bu peyvəndlərdir. Peyvəndlər həyatın erkən dövrlərində vurulmalıdır, çünki körpələr yoluxucu infeksiyalara qarşı həssasdır. Unutmayaq ki, peyvənd olunma, insanlar sadəcə özlərini deyil, ətrafındakıları da təhlükəyə atmış olur.

 

Peyvənd bədəni necə qoruyur?

 

Bədənimiz bir mikroba yoluxub qalib gəldiyində orqanizmdə xəstəliyə qalib gəlməyə yarayan antikor adlı qoruyucu maddə qalır. Eyni mikrobla yenə qarşılaşdığımızda hüceyrələrimiz mikrobu tez tanıyır və antikor dərhal hərəkətə keçərək mikrobu dəf edir. Peyvəndlər də infeksiyanı təqlid edərək immuniteti gücləndirir, ancaq bu təqlid xəstəlik yaratmaz, çünki peyvənd xəstəlik yaradan canlı mikrob yerinə zəiflədilmiş və ya ölü mikrob, yaxud mikrobun saxta bir parçası şəklində bədənə verilir.

Hamiləliyin son həftələrində ananın qoruyucu antikorları körpəyə keçər. Bu antikorlar körpəyə qismən qoruma təmin edir. Ancaq ömrü az olduğundan peyvəndlənməmiş körpələr təhlükəli xəstəliklər qarşısında müdafiəsiz qalır.

 

Nə vaxt peyvənd vurmaq olmaz?

 

Peyvəndlərin ciddi bir səbəb olmadan gecikdirilməsi düzgün deyildir. Az qızdırmalı, qızdırmasız hallar, antibiotik istifadə etmək, ya da xəstəliyin sağalma dövründə olmaq peyvənd üçün səbəb deyil. Orta ağır dərəcədə xəstəlik, ya da peyvəndə qarşı allergiya yaranıbsa, təxirə salmaq olar. Peyvəndlərin immunitetin pozulduğu zamanlarda vurulması təhlükəlidir. Dəyişik peyvəndlər bir arada və eyni gündə vurula bilər, körpəyə ağır gəlməz. İmmuniteti zəiflətməz, əksinə qüvvətləndirər. 

 

aile.lent.az

Go Back

Sevgisiz böyüyən uşaqların boyu balaca olur

 

Uşaqların boy problemi günümüzün aktual mövzularından biridir. Türkiyənin Nəcməddin Ərbakan Universitetinin professoru Mehmet Emre Atabek bildirib ki, uşaqların boyu ana qarnında artmağa başlayır və yeniyetməlik dövrünün sonuna qədər davam edir. Uşaqlarda qısaboyluluğun müxtəlif səbəbləri olduğunu deyən professorun sözlərinə görə, xüsusən xroniki xəstəliklər və yetərsiz qidalanma da boy problemi yaradır. 

 

Amma maraqlıdır ki, boy probleminin səbəbləri sırasında sevgisizlik də yer alır: “Valideynləri tərəfindən sevilməyən, sosial problemləri çox olan ailələrin uşaqlarında boy problemi xüsusən müşahidə olunur. Ata-anadan ayrı böyüyən ya da valideynləri ayrılmış uşaqlar xüsusən sevgisiz böyüyürlər. Bu uşaqların boy artımında bir fasilə görünür. 

 

Sevgi görməyən uşaqlar xəstəxanaya göndəriləndə isə onlar heç dərmandan istifadə etmədən boy problemi yoluna qoyulur. Burada uşağa sevgi, psixoloji dəstək verilir. Professor deyib ki, sevgi olmayanda böyüməni təmin edən proteinlərdə də dəyişikliklər yaşanır.

(musavat.com)

Go Back

Orqanizmi cavanlaşdıran detoksun faydaları

Detoks nədir?

Hər bir insan orqanizminə toksin yığılır. Toksin - zəhər deməkdir. Həm bədənimizdə istehsal olunur, həm də xaricdən alınır. Detoks isə hər hansı bir yolla bədənimizə daxil olan, ya da bədənimiz tərəfindən istehsal edilən və tullantı maddə olaraq xaric olunmağı gözləyən zərərli toksinlərdən xilas olmaq mənasına gəlir. Latın mənşəli sözdür və "Detoxikation" anlayışının qısaldılmış variantıdır.
 
Zərərli toksinlər necə yaranır?
Toksinlər qismən xaricdən alınır, bir qismi də orqanizmdə yaranır. Müasir elmdə "sərbəst radikallar" adlandırılan bu zəhərli maddələr, təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi sonucu orqanizmdə yaranırlar.
 
Detoks orqanizmi yalnız zərərli artıqlardan təmizləmir, həm də qocalmağa və xəstəliyə yol açan toksinlərdən azad edir. Fizioloji tarazlığı bərpa edən detoks toxumalardakı toksinləri yumşaldaraq qan dövranı sisteminə çəkir. Bütün zəhərli hissə qanla bağırsaqlarda toplanaraq fəal və təbii üsullarla oradan təmizlənir.
 
Detoksun məqsədi nədir?
Detoksdan məqsəd bədənimizi toksinlərdən təmizləyərək sağlamlığımızı qorumaq, bədəndəki mayelərin turşulaşmasının qarşısını almaq, turşu  tarazlığını qorumaqdır. Bildiyimiz kimi, sağlam orqanizmdə qan və bədən sularının yüngül qələvi olması şərtdir. Qələvi bədən mayesi və qandakı oksigen səviyyəsi eyni zamanda güclü immunitet sisteminin əsasıdır. Qanın turşulaşması isə orqanlarımıza və beyin hüceyrələrə zərər verə bilər.
 
Detoksu nə vaxt etmək lazımdır?
Detoks ehtiyacı insana və sağlamlıq vəziyyətinə görə dəyişir. Mövsüm dəyişikliklərində detoks etmək bədənimiz üçün faydalı ola bilər. Odur ki, hər mövsüm detoksa icazə verilir.
 
Detoks formaları nələrdir?
 
1. Total oruc / yalnız su, çay və meyvə-tərəvəz suları ilə
2. Bazik oruc / qidalanma (turşu ifraz edənlər yeyilmir)
3. Tək istiqamətli qidalanma: Sadəcə bişməmiş qidalar ilə qidalanma (maye və ya bərk)
4. Həftənin bir günü heç bir şey yemək olmaz
5. Müxtəlif dini oruclar
 
Detoks müddətləri nə olmalıdır?
1. Total oruc üçün: Ən az 5 gün və ən çox 21 gün; İldə 1-2 dəfə edilir.
2. Bazik qidalanma üçün: Ən az 7 gün və ən çox 21 gün; İldə bir neçə dəfə edilir.
3. Tək istiqamətli qidalanma (yalnız meyvə və ya çiy qidalar) üçün: Həftədə bir gün davamlı olaraq edilir.
4. Həftənin bir günü bir dəfə heç bir şey yeməyin: Müddətsizdir.
 
Detoks nəyə lazımdır?
1. Xəstəliklərdən qorunmaq
2. Orqanlara istirahət vermək.
3. Təmizlənmək
4. Cavanlaşmaq
5. Dərini təmizləmək
6. Qocalmağı ləngitmək
7. Motivasiyanı artırmaq
8. Məhsuldarlığı təmin etmək
9. Sakitləşmək
10. Gümrah və qoçaq olmaq
Kimlər detoks edə bilməz?
1. Ciddi psixoloji müalicə alanlar
2. Hamilələr və uşaq əmizdirən analar
3. Yüksək təzyiq xəstələri
4. Podaqra xəstələri,
 5. Ürək-damar sağlamlığından əziyyət çəkənlər
 6. Sümük xəstələri
 7. Diabet xəstələri
 9. 16 yaşından aşağı uşaqlar
10. Fiziki ağır işdə çalışanlar
11. Sağlamlıq problemi olan yaşlılar
12. Qanazlığı olanlar
13. Müntəzəm dərman almaq məcburiyyətində qalanlar.
 
Detoks ən çox kimlərə təklif olunur?
1. Ürək bulanması halı
2. Paslı dil
3. Heç bir sağlamlıq problemi olmadan, artıq çəkiləri səbəbindən zəifləmə proqramına daxil olanlar
4. Qəbizlik
5. Zehni bulanıqlıq, irritasyon, gözaltı qara halqalar yaranan zaman
6. Çətin nəfəs almaq
7. Qəbizlik
 8. Kəskin bədən qoxusu problemi olanlar
 9. İshal
 10. Dəridə yara və sızanaq problemi olanlar
11. Siqaret çəkib və ya spirtli içki qəbul edənlər, kimyəvi materiallarla işləyənlər
12. Qan testləri normal çıxanlar.
 
Detoksda hansı qidalar istifadə olunur?
Avokado, şaftalı, limon, limon yarpağı, bal, şaftalı, ərik, krem pendir, vanil, qurudulmuş çobanyastığı, qurudulmuş lavanda, böyürtkən, qatıq, hil toxumu, yerkökü suyu, manqo, yaşıl çay, itburnu, ada çayı, darçın, zəncəfil, mixək, nar, portağal, qaragilə detoks üçün ən effektli qidadır. 
Toksin  qəbulunu azaltmaq üçün nələr edə bilərik?
Yemək bişirmə üslubumuzu dəyişməliyik.
İstifadə etdiyimiz sabun və yuyucu vasitələrin bitki əsaslı olmasına diqqət etməliyik.
 
İmkanınız varsa, bir damcı təmiz dəniz suyunu içməli suyunuzun içinə qataraq bədəninizin turşu nisbətini təmin edə bilərsiniz. Dənizdə üzməyin də müalicəvi xüsusiyyətləri var və gündə müəyyən fasilələrlə suya girmək çox faydalıdır.
 
Yenə imkanınız varsa, dağ və dəniz havası qəbul edin. Dağ və dəniz havasının oksigen artırıcı və tarazlıq tənzimləyici təsirləri var.
 
Bitki çayları için. Başda yaşıl çay olmaqla, bir çox bitki çayı detoks təsirə malikdir.
 
Avokado+Şaftalı içkisi
1 tam yetişmiş avokado
½ st. tofu pendiri
1 st. yeni sıxılmış şaftalı və ya alça suyu
2 çay qaşığı bal
½ çay qaşığı maye vanil
2 qab buz,
Hamısını blenderdən keçirin.
Qarışıq limonad
1/2 l. yaşıl yeni sıxılmış limon suyu
1/2 l. portağal suyu
1 l. adi su
Buzlu limon dilimləri
Limon yarpağı və çobanyastığı çayı
½ st. qurudulmuş çobanyastığı
2 x.q. qurudulmuş limon yarpağı
1/3 st.  bal
6 st. su
 
Tələb olunan ərzaqları qaynar qaynadılmış suya töküb ağzı bağlı şəkildə 10 dəqiqə dəmləyin. Daha sonra süzüb üzərinə bal əlavə edərək isti və ya buzlu su ilə içə bilərsiniz.
 
Böyürtkən+Qatıq
3 st. böyürtkən
1 st. azyağlı qatıq
1 st. azyağlı süd
3 ç.q. bal
Ərzaqları blenderdən keçirin.
 
Banan+qatıq
1 banan
½ st. azyağlı qatıq
2/1 ç.q. bal
Buz
Bütün ərzaqları blenderdən keçirin və buz əlavə edib içə bilərsiniz.
 
Nar+Portağal
1 st. təzə nar suyu
1 st. təzə portağal suyu
1 ç.q. zəncəfil əlavə edib için.
 
Nar+ qara qarağat
1 st. nar suyu
½ st. qara qarağat
1 çubuq darçın
Ərzaqları aşağı istilikdə 10 dəqiqə dəmləyib darçını çıxarın. 1st. adi su əlavə edin.

publika.az

Go Back

Gün vurma zamanı ilk tibbi yardım

Gün vurma – günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Gün vurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir.

Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir.

Gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).

Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul – paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün. 

Xəstənin vəziyyəti ağırlaşarsa dərhal “təcli yardım” çağırın!

Huşunu itirdiyi halda zərərçəkənə naşatır spiriti iylətmək, tənəffüs olmadıqda isə sünü tənəffüs vermək tələb olunur.

İsti vurma uzun müddət ərzində havası boğanaq olan otaqda (hamamda, saunada, avtobusda, metroda), qalması zamanı, çölə çıxarkən havaya uyğun olmayaraq çox isti geyindiyi hallarda, çimərlikdə voleybol, futbol və s. oyunlar oynadığı zaman baş verir. Uşaqların və yaşlı adamların orqanizmində istilik mübadiləsi zəif şəkildə tənzimləndiyi üçün isti vurma onlarda daha tez-tez baş verir.

İsti vurma bir çox hallarda qəflətən meydana çıxır: ilk baxışda kifayət qədər sağlam görünən insan birdən birə əzgin olur, onun temperaturu 400 C və daha atıq dərəcəyə yüksəlir, bəzi hallarda qıcolmalar, sayıqlama və hallusinasiyalar (qarabasmalar) qeyd edilir. Xəstənin sifəti əvvəlcə qızarır, sonra isə birdən birə avazıyır. Nəbz sürətlənir, çətinliklə əllənir; tənəffüs səthi olur, bəzən qusma da qeyd edilir.

İsti vurma zamanı ilk tibbi yardım gün vurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal “təcli yardım” çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.

Diqqət! Çimərlikdə olduğu zaman heç bir halda alkoqol içkiləri qabul etməyin! Alkoqol orqanizmdə termorequlyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozduğu üçün bu istivurmanın səbəbi ola bilər.

saglamolun.az

Go Back

Hərəkətsizlik psixi pozğunluqlara yol aça bilər

Avstraliyalı elm adamlarının fikrincə, hərəkətsizlik sadəcə bədən deyil, ruh sağlamlığına da təsir edə bilər.
 
Uzun müddət eyni vəziyyətdə qalmağın həyəcan və narahatlıq hisslərinə səbəb ola biləcəyi qeyd edilib. Avstraliyanın Deakin Universitesindən olan elm adamlarının araşdırması hərəkətsizliyin sadəcə bədən deyil, ruh sağlamlığına da təsir edə biləcəyini göstərib.
 
Alimlər hərəkətsizlik və narahatlıq hallarını nəzərdə tutan, ümumilikdə 13 min 470 insanın qatıldığı 9 araşdırmanın nəticələrini dəyərləndirib.
 
Alimlər saatlarla televizor və ya kompyuter ekranı qarşısında oturmanın yuxu pozğunluqlarına yol açaraq metabolizmə də mənfi təsir göstərdiyini qeyd edib. Onlar həmçinin “tənbəlliyin” cəmiyyət arasına qarışmağın qarşısını aldığı və həyəcan kimi psixi pozğunluqlara zəmin hazırlaya biləcəyi qənaətinə gəlib.
 
Alimlər hərəkətsiz qalınan müddət nə qədər uzun olarsa, həyəcan hissinin də bir o qədər artdığını vurğulayıb.
 
Araşdırmanın nəticələri "BMC Public Health" jurnalında dərc olunub. Daha əvvəl aparılan araşdırmalar hərəkətsizliyin diabet, köklük kimi bir çox xroniki xəstəliyə gətirib çıxardığını ortya qoymuşdu.
 
Amerikalı elm adamlarının bir araşdırması da 3 saatlıq zaman zərfində hər saat 5 dəqiqə gəzməyin qan dövranı və təzyiqə müsbət yöndə təsir etdiyini göstərmişdi.
Dünya Səhiyyə Təşilatı (DST) formada qalmaq və sağlamlığı qorumaq üçün gündə 10 min addım atılmasını tövsiyə edir.
 
Araşdırmalara görə, müntəzəm idmanla məşğul olmaq döş xərçəngi riskini 39 faiz, bağırsaq xərçəngi riskini 26 faiz, diabet riskini 34 faiz azaldır.
DST-nin yayımladığı Fiziki Aktivlik Hesabatına əsasən, hərəkətsiz yaşam yüksək təzyiq, siqaret və diabetdən sonra ölümə yol açan 4-cü amildir. (saglamolun.az)

Go Back

Əlimizdə gəzdirdiyimiz təhlükə

Fikir vermisinizsə, artıq heç kim telefonu əlindən yerə qoymur. Ağıllı telefonlar hər birimizdə bir asılılıq yaradıb.  Ancaq çox istifadə etsəniz, anidən baş barmağınız kilidlənə bilər. Gündə üç saatdan çox ağıllı telefon istifadə etmək əl tendonlarında sıxılmaya və barmaqlarda kilidlənməyə yol açır.
 
Son illərdə tətik barmaq xəstəliyinə daha sıx rastlandığını deyən mütəxəssislər ağıllı telefonların səbəb ola biləcəyi ciddi təhlükə ilə bağlı xüsusən gənclərə xəbərdarlıq edir.
Barmaqlarımızın hərəkətlərini təmin edən tendonlar qolumuzdakı əzələlərimizin uc qisimləridir və əzələlərin sümüklərə yapışmasını təmin edir. Tendonlar ip şəklində toxumalardır. Tendon adı verilən bu iplər sağa-sola hərəkət etməsin deyə halqa şəklindəki toxumalarla əhatəlidirlər. Bu toxumaların fərqli səbəblərdən qalınlaşması tendonu sıxır və düyün yaranmasına səbəb olur. Çox hərəkət zamanı bu düyün halqa içindən keçir və barmaq açılır. Tətik barmaq adlanan bu hal barmaqların çox istifadəsi zamanı ortaya çıxır.
 
Tətik barmaq halının yaranmasının ən əsas səbəbi də barmağı və barmağa bağlı tendonun çox istifadə edilməsidir. İndidə yolda, işdə, evdə, hətta dostlarla görüşdə əlindən telefon düşürməyən insanlar çoxdur.
 
Ən çox baş barmaq təhlükədədir 

 
Telefonla oyun oynayarkən, ya yazı yazarkən daha çox istifadə edilən baş barmaq çox yorulur. Əldə və ovuc içində uzun müddət tutduğumuz telefonlar tətik barmaqdan dolayı insanın yaşadığı problemləri daha da gərginləşdirir.
 
Gənclər risk altındadır
 
Hər birimiz gündəlik olaraq telefon və kompüterdən istifadə edirik, ancaq daha sıx istifadə edən gənclərdir.
 
Tətik barmaq probleminin yaranmasının ilk əlaməti barmaqda ağrı və zoqquldamadır. Laqeyd yanaşılsa, əl və barmaqda hərəkət itkisinə yol açar.
 
Tətik barmaq halını əngəlləmək üçün barmaqları çox yükləməmək, gündə mümkündürsə, 3 saatdan çox telefon istifadə etməmək lazımdır.  
 
Əl və barmaqlar dincəldilməli, əldə ağrı varsa, buz kompresi edilməlidir.
 
Barmaqlar çox və sürətli istifadə edilməməlidir.

 
lent.az

Go Back

Rektum xərçəngi nədir?

Düz bağırsaq (latınca rectum) xərçəngi riski 35 yaşdan etibarən artır və ən çox 50 yaşdan sonra rastlanır. Ölümə səbəb olan xərçənglər arasında isə ikinci yerdədir.

Əksərən qalın bağırsaqda meydana gələn adenomatoz poliplərdən qaynaqlanır. Ailəsində yoğun bağırsaq xərçəngi, ya polipi olan və xoralı kolit xəstəliyi olanlarda bu xərçəng riski daha yüksəkdir.

Düz bağırsaq xərçəngində ilkin əlamət olaraq nəcis ifraz etmə vərdişindəki dəyişiklik sayılır. "Tenesmus" adlanan bu halı yaşayanlar tualetə gedib rahatlaya bilmirlər. İkinci əlamət isə bağırsaqdan gələn qandır. Çox hallarda bu şikayətlər babasillə qarışdırılır, buna görə ilkin diaqnoz üçün çox gecikmiş olurlar.

Xəstəlik çox tez aşkar edilsə, əməliyyatdan əvvəl radioterapiya və kimyaterapiyaya ehtiyac duyulmur. 40 yaşından etibarən kolonoskopiya və qastroskopiya məsləhət görülür. Erkən diaqnoz sayəsində sağalma şansı 80-90 %-dir. Xoşxassəli poliplərin xərçəngə dönmədən müəyyən edilməsi və əməliyyatla çıxarılması mütləqdir.

Xəstəlik müalicə edilməzsə, digər orqanlara da yayılması qaçınılmazdır. Həkimə gec müraciət edildiyində qaraciyərdə metastaz aşkarlanır.

Hansı yaş qrupunda daha çox rastlanır?

Sütun və bağırsaq xərçəngi riski 50 yaşdan yuxarı artır, 40 yaşdan aşağı isə risk azalır. Yaşı 40-dan aşağı olanlarda bağırsaq xərçəng riski yüzdə 5-7 arasındadır. Mədə xərçəngində isə yaşı 60-65-dən yuxarı olanlarda risk daha böyükdür.

Nələr səbəb olur?

Marqarin tipli doymuş yağların istifadəsi, siqaret, çiy meyvə və tərəvəzlərin yeyilməməsi, qırmızı ətin çox yeyilməsi, ətin yanmış, kömürlənmiş halda yeyilməsi bağırsaq və sütun xərçənginə səbəb olur.

Genetik amil də bağırsaq xərçəngi riskinin yaranmasında mühüm sayılır

Bağırsaq xərçəngindən qorunmaq üçün zeytun yağı ilə qidalanmaq, əti düzgün qaydada bişirmək, hər gün 5 km piyada gəzmək, 40 yaşından etibarən hər 10 ildən bir kolonoskopiya və qastroskopiya etdirmək tövsiyə edilir.

lent.az

Go Back

20 blog posts