Düşüncə Jurnalı

header photo

"ÖYRƏNƏK VƏ YARDIM EDƏK" - maarifləndirici seminar. 05.10.2019

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi tam fərqli konsepsiyalı, xeyriyyə məqsədilə təşkil olunan

"ÖYRƏNƏK VƏ YARDIM EDƏK" adlı maarifləndirici  seminara dəvət edir.

Seminarda üç peşəkar mütəxəssisin üç fərqli mövzuda çıxışını dinləyəcək, həmçinin sual

qutusuna anonim olaraq yazıb yerləşdirdiyiniz sizi maraqlandıran bütün suallarınıza cavab tapacaqsınız.

Seminarda çıxış edəcək mütəxəssisləri və məruzə mövzularını sizə təqdim edirik:

1.Gülər Məmmədova - Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi, doktorantı.

Mövzu: "Cinsi problemlərə psixoloji yanaşma";

2. Əli Xəlilov - Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu,

Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimi.

Mövzu: "Motivasiya və məqsədli davranış - psixoloji yanaşma".

3.Aydan Xasməmmədzadə - Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu.

Mövzu: "Asılılığın psixologiyası". Qeyd edək ki, seminar xeyriyyə məqsədilə təşkil olunur

və seminardan toplanan vəsait valideyn himayəsindən məhrum olan uşaqların ehtiyaclarının qarşılanmasına xərclənəcək.

Əgər siz də  maariflənməyə və dəstəyə ehtiyacı olan həmvətənlərimizə yardım etmək istəyirsinizsə,

hər birinizi "Öyrənək və Yardım Edək" adlı xeyriyyə seminarımızda iştirak etməyə dəvət edirik.

Seminar 5 Oktyabr 2019-cu il tarixində saat 12:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq.

Ödəniş: 10 AZN.

Öncədən qeydiyyat mütləqdir!

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what's App).

 

Go Back

Sorğu göndər