Düşüncə Jurnalı

header photo

29 Noyabr "PSİXOLOGİYA GÜNÜ" layihəsi - İLK DƏFƏ

AR. Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzi, Psixologiya və Konsultasiya Mərkəzi və Narınc Uşaq Psixologiya Mərkəzindən yeni ortaq bir layihə!

Təşkilati dəstək “DÜŞÜNCƏ” Psixologiya Jurnalı

Artıq hər ayın bir günün peşəkar mütəxəssislərin iştirkakı ilə “PSİXOLOGİYA GÜNÜ” keçiriləcəkdir!

Bu layihə cəmiyyəti psixoloji və psixiatrik maarifləndirmə yönümündə atılan dəyərli bir addımdır!  Artıq hər ayın bir günü ( öncədən təyin  edilmiş), 6 saat müddətində  3 mütəxəssis tərəfindən müxtəlif mövzularda seminarlar keçiriliəcək! ( hər biri 2 saat olmaqla).

 İştirak etmək istəyənlər öncə qeydiyyatdan keçməlidirlər. Əsas üstünlük ilk növbədə psixologiya üzrə təhsil alan tələbələrə, magistrant və doktorantlara veriləcəkdir! Seminar təmamilə ödənişsizdir!!!

 Seminarda iştirak etmək üçün  aşağıdakı onlayn müraciət formasını doldurub göndərin, sizə cavab mesaji gələcəkdir!

http://goo.gl/forms/bDV0DIaTwW

İlk “Psixologiya günü” müz 29 noyabr tarixində saat 10:30- dan etibarən baş tutacaqdır! İlk seminarımız  6 saat müddətində davam edəcəkdir!

29 NOYABR “PSIXOLOGIYA GÜNÜ”  PROQRAMI:

10:30 – Açılış mərasimi

11:00 -13:00 – “Psixi Pozuntulara Qarşı Stiqmalar və Diskriminasiya” – Fuad İsmayılov  (Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Tibb Elmləri doktoru, professor )

13:00-13:30 – Kofe Break

13:30 – 15:30 -  Kazımlı Təranə ( Narınc Uşaq Psixologiya Mərkəzinin icraçı direktoru, uşaq psixoloqu)

15:30 – 16:00 – Kofe break

16:00 – 18 : 00 – Psixoloji Konsultasiya anlayışı - Elnur Rüstəmov (Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri,  psixoloq)

Go Back



Sorğu göndər