Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşaq Psixologiyası"

SİZCƏ YAXŞI VALİDEYNSİNİZ?

Həyatda hərkəsin öz vəzifələri vardır! Bu vəzifələr ilə biz nəyisə edirik qarsılığında nə isə alırıq, lakin valideynlik vəzifəsi hər şeyi etməyinə baxmayaraq qarsılığında heç nə istəməyən yeganə vəzifədir!
Bəs biz yaxşı valideynik?
Bəzən ana va ata olaraq bir cox səhvlər edirik! Valideyn istəyir ki, övladı üçün ən yaxşı həyatı qursun . Bəzən biz belə düşünürük ki, valideynin vəzifəsi övladlarını sevindirməkdən ibarətdir, lakin belə deyil; valideyn övladını həyata düzgün hazırlamaq üçün vəzifələndirilib! Uşaqların tərbiyəsində ilkin olaraq cəzalandırmaq və mükafatlandırmaq bir qayda halında olmalıdır! Cəza və mükafatlandırma isə düzgün qaydada olmalıdır! Əgər cəza və mükafatlandırma yoxdursa bu zaman usaqda istək və davranışları qaydaya salmaq çətinlik yaradar və ya qarşısını ala bilməzsiniz .
Mükafatlandırma və cəza sistemini psixikamıza təsiri
İnsan mükafatlandırıldığı təqdirdə beyində dopamin hormonu, cəzalandırıldığı təqdirdə isə endorfin hormonu ifraz olunur.
Ailə psixologiyasında 4 cür valideyn tipi vardır. Bunlar:
1.Avtoritar valideyn – dediyimin üzərinə söz deyilməyəcək, müzakirə olunmayacaq və açıqlama verilməyəcək! Bu valideyn həyata özgüvənsiz, içəqapanıq, hər əmrə tabe olan insan formalaşdırır! Gələcəkdə işində uğurlar qazansa da, özgüvənsiz yetişirlər.
2.Liberal valideyn - uşaq sevinsin deyə onun hər dediyinə razı olan, razı olmadığı halda uşaq valideynin üstünə gedərək razı salınan valideyn tipidir! Burada ata yaxud ana hər hansı biri avtoritar, digəri isə liberal valideyndirsə, burada uşaqda şəxsiyyət pozuntusu olur!
3.Xaotik valideyn - övladı nəyisə maraqla göstərir yaxud danışmağa can atır valideyn isə başqa işlə məşğuldursa bu zaman valideyn ilə uşaq arasında ciddi qopuqluq yaşanır! Ananın ovlada maraqsız və diqqətsiz olması uşağı tamamilə pozur! Valideynlər anlamalıdırlar ki, əgər sən hər şeyi ilə övlada diqqət və maraqla yaxınlaşırsansa o da bunu hiss edib hər şeyi ilə sənə diqqət göstərəcəkdir .
4.Demokratik valideyn - bu valideynlər övladına cəza və mükafatlandırmadan istifade edənlərdir! Bu valideynlər daha qərarlı, tutarlı, dəqiq olurlar və duyğuları övladlarına keçirməyi bacarırlar! İzah etdiyimiz valideyn tiplərindən ən uğurlusu demokratik olandır! Çünki, qaydalar daxilində uşaq istədiyini edə bilər və daha düzgün yetişər !
Uşaq yeməyini yedi deyə, yaxud derslərini oxudu deyə yəni bir sözlə, ediləcək olanları etdi deyə onu mükafatlandırmaq lazım deyil, çünki bu onun vəzifəsidir əgər vəzifəsini ən yaxşı şəkildə edərsə o zaman mükafatlandırmaq lazımdır. Məsələn: yaxşı oxudu deyə yox sinif nümayəndəsi oldu deyə mükafatlandırmaq lazımdır. 2 formada mükafatlandırma vardır. Bunlar
1. Psixoloji mükafatlandırma
2. Material tərzli mükafatlandırma
Bunlar düzgün şəkildə istifadə edilməlidir ki, övladınız rüşvətə meyilli bir insan kimi yetişməsin!

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

 

Go Back

Uşağınızla yaşına uyğun davranın

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir. 
0-2 yaşda sosial bacarıqların inkişafı. 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.  
2-6 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar bu yaş dövründə bacardığı hər şeylə qürur duyur. Mən mərkəzçiliyi dövrüdür. Uşaq özünü dünyanın mərkəzində görür. Bu zaman intervalında ana-atası uşağa tualet vərdişləri ilə bağlı cəzalandırma və utandırıcı hərəkət edərsə, uşaqda qorxu və utancaqlıq yarana bilər. 3-4 yaşındakı uşaqlar adını və cinsiyyətini deyə bilir. Telefonda tanıdığı adamlarla danışır. 4 yaşında uşaq böyüklərdən çox öz dostları ilə maraqlanır, paylaşmağa başlayır. Oyun oynayarkən qaydaları başa düşür və tətbiq edir. 5 yaşında qrup oyunları oynamağı sevirlər, öz duyğularını və istəklərini kontrol edə bilirlər. 5-6 yaşda uşaqlarda dostluq, simpatiya, rəqabət, davalar görülür. Empatik anlayışlar inkişaf etməyə başlayır. 2-6 yaş dövründə uşağa müəyyən qədər sərbəstlik vermək lazımdır. Məsələn, uşaq meyvəni yumaq istəyirsə, ona “sən bunu pis yuyarsan, ver mən yuyum” yox, “sən almanı özün yuya bilərsən, əminəm ki, təmiz yuyacaqsan” demək daha düzgündür. Uşağın bir neçə işdə uğurlu olacağı mühit yaradılmalıdır. Əvvəlcə uşağa rahat, daha sonra çətinliklə edə biləcəyi işlər verilməlidir. Məşğul olduğu işdə səhv etdikdə anlayışlı olmaq, etdiyi səhvi özünün tapması lazım olduğunu demək lazımdır. 
6-12 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvəni artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir. Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər. 
Sosial inkişafa uyğun fəaliyyətlər  
Aşağıda uşağın sosial inkişafına müsbət təsir edən fəaliyyətlər verilmişdir: 
Blok oyunları: Müxtəlif həndəsi formalı, hissələrdən bütöv yaradılan materialların istifadəsiylə oynanan oyunlara blok oyunları deyilir. Bloklar uşaqların böyük və kiçik motorikasını inkişaf etdirən, düşünərək səbəb-nəticə əlaqəsini quraraq, sual verərək, yoxlayaraq öyrənməsini təmin edən oyunlardır. Uşaqlar blok oyunlarını əsasən digər uşaqlarla oynamağı seçirlər, paylaşmağı, nəzakətli olmağı, növbə ilə oynamağı öyrənirlər. 
Sosial inkişafda dram: Dram ifadəni, davranışı, fikri və ya yaşantıları teatr texnikalarından istifadə etməklə canlandırmaqdır. Dramatik oyun, hər kəsin bir vəzifəyə sahib olduğu qrup fəaliyyətidir. Dramatik oyun zamanı fərqli fikir və ifadələr deyilə bilər. Hər kəs müəyyən fikirlərinə görə hörmət qazanmaq şansına malikdir. Dramatik oyun zamanı uşaq oynadığı roldakı şəxsin hiss etdiyi kimi oynamaq və danışmaq üçün cəsarətləndirilməlidir. 
Musiqi və sosial inkişaf: Musiqi kəlmələrin ifadə edə bilmədiyi duyğuları ortaya çıxardır. Uşaq musiqi söyləyərkən səsini istifadə etməyi, nəzarət etməyi öyrənir. Musiqili tədbirlərdə uşaqların iştirak etməsi onların ictimai tədbirlərdə təcrübəsini artırır. 
Sosial inkişafda hərəkət və yaradıcı rəqs: Uşağın problem həll etməsi və özünü ifadə etməsi üçün yeni kəşflər etməsinə kömək üçün yaradıcı rəqsdən yararlanırlar. Uşağa məktəbəqədər yaş dövründə sistemli hərəkətlər ona sağlamlıqla əlaqəli vərdişləri, nizamlı olmağı, iradəli olmağı qazandırır.

 

Aynur Şahmuradova
“Narınc” Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu  

Go Back

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

 

Ən böyük ədalətsizlik...

Türk professor Səfa Sayqılı hesab edir ki, uşaqlar arasında cinsi fərq qoymadan tərbiyə etmək ədalətsizlikdir.

Uzman həkimin sözlərinə görə, oğlan və qız uşaqlarının duyğuları fərqli olduğu üçün tərbiyə üsulu da ona uyğun olmalıdır: "Qız və oğlan uşağını cinsiyyətini hər vaxt ön plana çıxararaq tərbiyə etmək lazımdır. Oğlanı qız, qızı oğlan kimi böyütmək onlara edilən ən böyük ədalətsizlikdir. Qız və oğlan fiziki baxımdan fərqli yaradıldığı kimi, duyğuları da fərqli olur. Bu səbəbdən qız və oğlan uşağının tərbiyəsində mütləq fərq qoyulmalıdır".
Həkim hesab edir ki, cinsi tərbiyə uşaq yetkinlik yaşına çatana qədər davam etməlidir: "Cinsi tərbiyə uşaq böyüyüb yetkin, müstəqil şəxsiyyətə çevrilənədək davam edir. Uşağa həm ümumi, həm də cinsi tərbiyə verilməsinə erkən yaşlarından başlamaq lazımdır. Bu halda bir çox valideynlərin əhəmiyyət vermədiyi ən cüzi detallar belə, mühüm əhəmiyyət kəsb edə bilər. Ata qızları, ana isə oğlanları çimizdirməkdən nə qədər tez uzaqlaşdırılsa, bir o qədər yaxşı olar. 5-6 yaşlı uşaqların əksəriyyəti artıq nisbətən müstəqil olaraq çimmək, yuyunmaq iqtidarında olurlar. Onlara, sadəcə, belini sürtməkdə, sabunlamaqda və başını yumaqda yardımçı olmağınız kifayət edər. Həmçinin, uşağı vannaya da alt paltarında otuzdurmaq, ona ehtiyacı olan yardımı göstərdikdən sonra isə vanna otağından çıxmaq lazımdır ki, digər yuyunmaq hərəkətlərini uşaq özü etsin".

"Sən qızsan?"

Psixoloq Narınc Rüstəmova hesab edir ki, valideyn 6 yaşına qədər oğlan uşağı ilə qız uşağının tərbiyəsində böyük fərq qoymamalıdır: "Uşaq tərbiyəsində cinsi ayrımlıq mühüm rol oynayır. 6 yaşına qədər uşaqların cinsiyyətini kəşf etmə dönəmidir ki, o dövrə qədər oğlan uşağı qız kimi, qız uşağı oğlan kimi rəftar edə bilir. Bu proses 6 yaşına qədər heç bir halda qorxulu deyil. Bəzi hallarda 2-3 yaşlarında uşaqlar öz cinsiyyət üzvlərinə maraq göstərməyə başlayırlar. Bu, heç də uşağın öz burnuna, qulaqlarına, göbəyinə və digər orqanlarına olan marağından başqa bir şey deyil. Bu, sadəcə, uşağın özünü dərk etməsi prosesidir. Əgər uşağınızın belə işlə məşğul olduğunu görsəniz, onu qətiyyən danlamaq, cəzalandırmaq olmaz. Bu zaman ehmalca olaraq uşağın başını başqa bir maraqlı məşğuliyyətə cəlb etmək məsləhət görülür. Bu dövrə qədər valideynlər uşaqlar arasında kəskin fərq qoymamalıdırlar. Amma 3 yaşından etibarən uşağın tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bu periodda valideynlər bəzən müşahidə edirlər ki, oğlan uşaqları anasının hündür ayaqqabılarını geyinmək istəyir, qız da atasının köynəyini geyinir. Xüsusən oğlan uşaqlarında bu, panika yaradır. Çünki qız uşağını düşünürlər ki, kişi qeyrətlidir, qız uşağı oğlan oyuncağı ilə oynayarkən valideyn normal qəbul edir. Amma oğlan uşağında bu, normal qarşılanmır. Hansı ki təbiidir. Bu dönəmdə uşaq həm qızın, həm oğlanın xüsusiyyətlərini öz üzərində daşıyır. Hər ikisini kəşf edərək öyrənməyə, arasındakı fərqi görməyə başlayır. Valideynlər belə situasiya ilə qarşılaşanda buna gülməməlidir. Lakin yaxşı bir şey olmadığı mesajını da ötürməməlidir ki, uşaq bunu oyun şəklinə çevirib intensivləşdirməsin. Vurmaq, ayıblamaq, utandırmaq, "sən qızsan?", "arvad kimisən" demək də olmaz. Çünki bu dönəmdə hələ onun cinsi kimliyi formalaşır. Bunlar təbiidir. Uşaq ətrafda gördüyü hər bir şeyi özünə bənzətməyə çalışır. Hətta, baxdığı cizgi filminin personasını belə özünə bənzədir. Bu, qorxulu deyil".

"İlk sevgili valideyndir"

Psixoloq deyir ki, uşaqlar öz cinsiyyətinin mahiyyətini valideynlə məhəbbətdə dərk edirlər: "Oğlanlar öz cinsiyyətini ana ilə məhəbbətdə, qızlar isə ata ilə məhəbbətdə öyrənir. Oğlanın ilk sevgilisi anası, qızın da ilk sevgilisi atası olur. Bu dönəmdə qız uşaqları öz atalarına böyük məhəbbət bəsləyirlər, eynilə oğlan uşaqları da analarına məhəbbət göstərirlər. Bu periodlarda valideynlər anlayış göstərməli, analar qızlarını, atalar da oğlanları qısqanmamalıdır. Çünki bu dövrdə uşağın aldığı travma irəlidə onun cinsi kimliyini alçaldır. Qız uşağı ata ilə münasibət qurmursa və yaxud da natamam ailədirsə, mütləq ata obrazını dayı, baba, əmi əvəz etməlidir. Əgər bu obraz olmasa, qız gələcəkdə oğlan kimi böyüyür. Yalnız ana ilə ünsiyyətdə olan oğlan isə öz kimliyini öyrənmədiyi, hiss etmədiyi üçün gələcəkdə davranışları daha çox qadın xüsusiyyətlərinə bənzəyəcək. Qorxaqlığı, həssaslığı, hadisələrə yanaşması fərqli olacaq. Buna görə də valideyn əks cinsə diqqət etməlidir. Məcazi mənada ata öz qızının sevgilisi, ana da oğlunun sevgilisi olmalıdır".

"Güzəşt etmə!!!"

Qız və oğlan arasında rəng ayrımına toxunan psixoloq vurğuladı ki, valideynlər maksimum belə ayrımlardan qaçmalıdır: "Bəzən valideynlər rəng ayrımı edirlər. Məsələn "oğlana qırmızı geyinmək olmaz", "qız uşağı mavi rəng geyinməz" kimi fikirlər irəli sürürlər. Günümüzdə rəng ayrımı yoxdur. Yəni oğlan uşaqları qırmızı, çəhrayı koftalar da geyinir. Və ya qız uşaqları mavi paltarlar geyinirlər. Valideynlər maksimum dərəcədə rəng ayrımından qaçmalıdırlar. "Sən qızsan, bu rəngdə geyinmə", "sən oğlansan, bu rəng geyinmək olmaz" kimi fikirlərdən uzaq olmaq lazımdır. Digər hallarda cəzalar, qiymətləndirmə, həvəsləndirmə hər ikisinə eyni dərəcədə lazımdır və arada fərq qoymağa ehtiyac yoxdur. Cəzanın ağırlığı qız və ya oğlana görə dəyişməməlidir. "Bu qızdır, güzəşt et" kimi ifadələr işlədilməməlidir".

Cəzalar fərqli ola bilər, amma...

Psixoloq Hüseyn Xəlilov isə deyir ki, oğlan uşağı əsgər kimi, qız da xanım kimi yetişdirilməlidir: "Oğlanla qız uşağının təlim-tərbiyəsində fərqli cəhətlər var. Əslində tərbiyə prosesi hamiləlikdən gedir. Ana övladını öz bətnində tərbiyələndirir. Xüsusilə hamiləliyin 5-ci ayından başlayaraq ana daha çox övladına müsbət şeylər təlqin etməli, əhval-ruhiyyəsinin pozitiv olmasına çalışmalıdır. Psixoloqların gəldiyi qənaətə görə, körpə uşaqlar 5 yaşına qədər ömürlərinin 60 faizini yaşamış olurlar. Yəni şüuraltı olaraq onlar bir çox şeyləri götürə bilirlər. Təlim-tərbiyədə oğlan uşaqlarına verilən diqqət qız uşaqlarından fərqlənir. Dədə Qorqud dastanında da ata oğluna bir əsgər kimi yanaşır. Uşağa deyiləcək nağıllar, kitablar da, cizgi filmləri də oğlan uşağının tərbiyəsinə yansıyır. Uşaq ailədə cəsarəti, fədakarlığı, paylaşmağı görməlidir. Qız uşağına diqqət oğlandan fərqli olur. Qız uşağı qabalığı, kobudluğu görməməlidir. Onun tərbiyəsində üsullar ondan ibarətdir ki, doğru danışmaq, çevrəsində olan uşaqlarla paylaşmağı bacarmaq, ədəb-ərkan üsullarına riayət etməlidir. Uşaq müəyyən hadisələri şüur altında saxlayır, sonradan bunu ya müsbətə, ya da mənfiyə çevirə bilir. Uşağın tərbiyəsində daha çox reallıqları göstərmək lazımdır. Valideyn əgər uşaqlarını cəzalandırırsa, cəza üsulları döymək, söymək, təhqir etmək deyil, uşağın istədiyini verməməklə olmalıdır. Amma nə oğlanı, nə qızı ərköyün böyütmək lazım deyil. Cəzalar fərqli ola bilər. Amma heç birini ərköyün böyütmək olmaz".

Kaspi.az

Go Back

Xoşbəxt övlad tərbiyə etməyin yolları

Uşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?

Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun.

“Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən “ sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin. 

Özünü dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə edərkən uşaqda özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən və s. kimi hisslər yaşana bilər.

Övladınıza sevməyi öyrədin. İnsanları, heyvanları, bitkiləri, təbiəti və s.

Ona olan sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu təmənnasız sevdiyinizi, sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi bacarmadığında da – hər zaman sevdiyinizi ona hiss etdirin.

Övladınızın etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın. Sizin üçün çox sadə görünən bir məsələ onun üçün olduqca önəmli ola bilər.

Ona inandığınızı hiss etdirin. Sizə yalnız doğru danışacağına inandığınızı ona bildirin.

Etdiyi səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır. Keçmişdə etdiyi səhvləri təkrar –təkrar xatırlatmağınız yanlışdır.

Övladınıza dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin.

Övladınızla bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə verin.

kayzen.az

Go Back

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Araşdırmalara görə, uşaq psixoloqları körpələrdə travma olmaması üçün valideynlərə bəzi cümlələri işlətməməyi məsləhət görürlər. Onların fikrincə körpənin neçə yaşının olması əhəmiyyətli deyil — o artıq hər şeyi, hətta səs tonunu belə ayırd edir. 

1. Heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir — Ver, mən edim! 
Psixoloqlar təsdiq edirlər ki, bu cümlə uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə proqramlaşdırır. O özünü axmaq və kobud hiss edir, ana yenidən qışqıracaq deyə düşünərək, gələcəkdə təşəbbüs göstərməyə qorxur. İşlədilməsi lazım olan cümlə: "Özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən". 

2. Al, götür, təki sakit ol! 
Bəzi valideynlər üçün çoxsaatlı qəmgin halda «Nə olar, ver də» sözlərinə səbr edib, dözmək çətindir. Lakin, istədiyi şeyi uşağa verməklə razılaşdıqda, valideynlər özləri belə istəmədən, uşağın bu cür düşünməsinə icazə verirlər: Ah-vay və yola gətirməklə hər şeyə nail olmaq olar və ananın «Yox» sözünü ciddiyə almaq lazım deyil. İşlədilməsi lazım olan cümlə: «Başa düşürəm ki, çox istəyirsən..., amma bilirsən ki, bunu sənə icazə verə bilmərəm.» 

3. Əgər bir də belə etdiyini görsəm — sən görərsən!
Praktikanın göstərdiyi kimi, təhdidin davamı işin nəticəsinə gedib çatmır. Yəni, çox vaxt valideynlər övladlarını cəzalandırmaq istəsələr də, cəzalandırmırlar. Nə ana, nə də ata cəzalandırmanı yerinə yetirmirlər, uşaq isə, nəticədə fəqət bərk qorxmuş olacaq. Uyğun cümlə uşaqlarda inciklik və bacarısızlıq yaradır. Balacanızı qorxutmayın. Uşaq bu və ya əks təqdirdə nəyi gözləməyin lazım olduğunu dəqiq bilməlidir. Valideynlərin gözlənilməz qırılmaları yaxşı bir şeyə səbəb olmayacaq. İşlədilməsi lazım olan cümlə: «Mən sənə bu işin nəticəsi barədə xəbərdarlıq etmişdim, buna görə də incimə, gərək verdiyim sözü tutum.» 

4. Dedim ki, dərhal dur gözlə! 
Bu cür kəskin şəkildə uşaqla danışmağa dəyməz. Bu ki, sizin övladınızdır! Əgər özünüzdən çıxmısınızsa, ən yaxşısı üzr istəyin. Axı, uşaq özünü mütləq şəkildə səhv hesab etdiyi üçün inciyir. «Saxlamaq» əvəzinə etiraz etməyə başlayacaq — uşaqlar ağlayır və şıltaqlıq edir, yeniyetmələr isə, susaraq gedib, özlərinə qapılırlar. Ümumiliklə, hər nə cür edirsən, et, bu cümlə istənilən məqsədə çatmağa yardımçı olmayacaq. İşlədilməsi lazım olan cümlə: «Mən görürəm ki, bikefsən, bu haqda sən sakitləşdikdən sonra danışarıq.» 

5. Bunu anlamalısan ki… 
Bir çox uşaqlarda bu cümləyə qarşı mühafizə reaksiyası və onun zəhlətökən davamı yaranır. Uşaq öyüd-nəsihət anlamır və sizə qulaq asmadan başqa bir şeyə qoşulur. Nəsihətin daha pis qəbul edilməsi, uşaqların həyəcanlı, məyus və ya qəzəbli anlarında olur. Yadda saxlayın, o da hər hansı bir «problemi» ortaya çıxmış bir insandır və hal hazırda onun dərdindədir və sizin hətta məntiqi və düzgün qərarınızı belə heç cür qəbul etmir. İşlədilməsi lazım olancümlə: «Bu barədə nəzər nöqtəni dinləməyə hazıram, — Gəl, səninlə bir az gəzək, rəsm çəkək və s. 

6. Oğlanlar (qızlar) özlərini bu cür aparmır!
Bunu daim təkrarlayaraq, övladlarını bəlirlənmiş stereotplərlə cilalayırlar. Yaşa dolduqda belə, artıq böyümüş olan oğlan şəxsi emosionallığını layiq olmayan bir şey kimi qəbul edəcək, qız isə — qadına layiq olmayan sənət və ya yetərincə yığışdırılmamış ev səbəbiylə kompleks hiss edəcək. İşlədilməsi lazım olan cümlə: „Doğurdanmı, bu sənin xoşuna gəlir?“ 

7. Boş şeyə görə məyus olma! 
Ola bilər ki, bu, övlad üçün boş bir şey deyil. Öz uşaqlığınızı yadınıza salın! Bəli, uşaq — ona maşın verilmədiyi üçün və ya kubiklərdən yığılmış ev dağıldı deyə, kədərlənə bilər. Axı, onun kiçik dünyasında maşın və evcik — ən əsas şeyin özüdür! Uşağın problemlərinə qarşı etinasızlıq göstərərkən, onun etibarını itirməklə və gələcəkdə övladınızın heç də boş bir şey olmayan digər problemlərini bilməməyəcəyinizə dair risk edirsiz. Yəni, siz onun problemlərini boş bir şey olduğunu dilinizə gətirərək, həm etibarınızı itirir, həm də onun bir daha sizə problemini deməyəcəyinə zəmin yaradırsız. İşlədilməsi lazım olan cümlə: „Bilirəm, sənə necə ağır gəlir, mən də sənin yerində olsaydım, bikef olardım.“ 

8. Sağlamlığımı qoru! 
Çox vaxt bəzi analar bunu övladlarına deyir. Amma anlayın, gec-tez bunların hamısı ciddiliyini itirir, eynən „Çoban və canavarlar“ın nağılı kimi. Ananın özünü həqiqi cəhətədən pis hiss etməsi zamanı övlad adət səbəbindən diqqət göstərməyə bilər. Düşünəcək ki, ana yalnız səs salmasın, atdanıb-düşməsin, oyunamasın və s. deyə şikayət edir. 

9. Yox, bunu almayacağıq — pul yoxdur! 
Hər şeyi ardıcıl almağın niyə mümkünsüz olmasını uşağa başa salmaq çətindir. Amma belə çıxır ki, əgər ana və atanın pulu olsa, dükanda hər bir şeyi almaq mümkündür! Uşaq bu cümləni məhz bu cür anlayır. Məgər ana və atanın bu cür deməsi yaxşı deyilmi: „Sənin bu cür oyuncağın artıq var“, „Çox şokolad yemək ziyandır“. Bəli, başa salmaq hər zaman çətindir! Lakin uşaq valideynlərin bunu nə üçün onun üçün almadıqlarını anlamalıdır. 

10. Hamının uşaqları uşaq kimidir, sən isə... 
… Allahın bəlası, pinti, axmaq və s. bu kimi sözləri uşaqların boynundan „asmaq“ lazım deyil! Bu özünə dəyər verməyi alçaldır və həqiqətən uşaq onlara uyğun gəlməyə başlayır. 

İşlədilməsi lazım olan cümlə:  »Mən sənin yaxşı tərəfini də, pis tərəfini də sevirəm".

 

valideyn.az 

Go Back

Pişiklərlə böyüyən uşaqlar...

Heyvanlarla birlikdə yaşamağın insan sağlamlığına bir çox faydası olduğunu bilirik. Bəs kiçik yaşdan etibarən pişiklərlə birlikdə yaşayan, onlarla böyüyən uşaqları necə bir gələcək gözləyir? “Kedici” jurnalı rəhbəri doktor Tarkan Özçetin, 5 yaşına qədər pişiklərlə böyümüş uşaqların necə və niyə sağlam olduğundan yazdı: Sağlam nəsillərin zəmanəti pişiklərdir. Heç unutmaram, illər əvvəl kilinikama pişik sahibi olmaq üçün yoldaşı Ankarada diplomat olan hamilə bir amerikalı xanım gəlmişdir. Hansı ki, çoxumuzun həyatında ən az bir dəfə şahid olub gözlərinə inanmadığı, yerə düşən əmziyi bir başa körpəsinin ağzına verən o məsuliyyətsiz, qərbli analardan biridir. Əminmisiniz deyə soruşmuşdum, istər-istəməz . İndiyə qədər deyil, niyə hamiləliyin son dövründə evlərinə pişik almaq istəyirdilər? Ağlım kəsmirdi. Doğulacaq körpəmin sağlamlığı üçün demişdir. Həkimi məsləhət görmüş, doğuşdan əvvəl evdə mütləq pişik və ya it olmasını söyləmişdir. Bizdəki çox həkimlər (hələ o illərdə) uşaqların sağlamlığı üçün buna şiddətlə qarşı çıxarkən, evdə olan iti pişiyi uzaqlaşdırılmasını istərəyəkən necə olur, başqa bir həkim belə bir məsuliyyətsizlik edə bilirdi? Məgər bir bildikləri varmış: “Gigiyena hipotezi” həddən çox gigiyenik mühitin və bu gigiyenanı təmin etmək üçün istifadə edilən məhsulların həm özümüz, həm də pişiyimiz üçün nə qədər təhlükəli olduğunu qeyd etmişdim. İndi bu gigiyena tutqusunun, insanlarda xüsusilə uşaqlarda, təxmin belə edə bilməyəcəyiniz qədər qalıcı sağlıq problemlərinə səbəb ola biləcəyini anlatmağa çalışacayıq. İmmunitet sistemi və ya vücudun müdafiə sistemi, adı nə olursa olsun, bu sistemin vəzifəsi, vücudumuza təhdid ola biləcək və xəstə edə biləcək bütün amillərə (bunlar bakteriya, virus, göbələk, parazit, hətta xərçəng hüceyrələri belə ola bilir) qarşı qorumaq və savaşmaqdır. İmmunitet sistemi inkişaf etmiş bir fərdin elə də asan xəstələnməyəcəyi çox dəqiq söylənə bilər. Bu sistem həyatın ilk günlərindən hətta ana bətnində inkişaf etməyə başlayır və inkişafının böyük bir hissəsini (bura çox vacibdir) 5 yaşına gəldiyində tamamlayır. Yəni doğuşundan 5 yaşına gələnə qədər yaxşı bir inkişaf göstərən immun sisteminə malik uşaqlar, ömrü boyu elə də asanlıqla xəstə olmurlar. Elə isə canımızdan çox sevdiyimiz uşaqlarımızın bu sistemlərinin inkişafı üçün nəyə ehtiyacları var? Cavab çox sadədir, amma bir o qədər də təəccüblüdür: Mikrob. Bəli səhv oxumadınız, 0-5 yaş arasındakı körpələrin, daha sonrakı həyatlarının bütün mərhələlərinə müsbət təsir edəcək sağlam bir immunitet sisteminə sahib olmaları üçün mikroblarla təmasda olmaları, tanış olmaları və onlarla mübarizə aparmaqları lazımdır. Bu olmazsa nə olar? Açıq demək lazımdırsa bu sistemin ağlı qarışır. Tanımadığı, bilmədiyi mikrobların əvəzinə savaşacaq başqa şeylər axtarır. Məsələn, polenlərə (çiçək tozu) həvəs göstərir. Nəticə: Allergiya. Mikrobsuz, təmiz mühitdə böyüdülən bu fərdlər ağıla gələ biləcək hər şeyə allergiya və sonrasında astmaya yoluxa bilir.
Ağardıcı iyi qoxan mühitlərdə doğulub böyüyən, ən kiçik temperatur yüksəlməsində dərmanlara və antibiotiklərə bulanan körpələrin müqavimət sistemlərinin daha da zəifləyir. Sistem öz vücudundakı hüceyrələri düşmən zənn edir və onlarla mübarizə aparmağa başlayır. Nəticə, allergiyadan daha da qorxulu: Otoimmun xəstəliklər yaranır. Bir çoxu uşaq deyilə biləcək yaşlarda meydana çıxan xəstəliklərdən bir neçəsi: Tip 1 diyabet ( şəkər xəstəliyi), MS (multiple skleroz), lupus ( qırmızı qurd eşənəyi) seliakiya siyahı, çox təəssüf belə davam edir və çox təəssüf heç birinin dəqiq müalicəsi yoxdur. İl 1989, David Strachan adlı bir araşdırmaçı, yuxarıda anlatmağa çalışdığımız “gigiyena hipotezi” deyə bir hipotez ortaya atır. Keçən 27 il içində, bu hipotezin (doğruluğu ya da səhvliyi hələ isbatlanmamışdır) doğruluğunu sübut edən yüzlərcə araşdırma aparılır. Ancaq bu təcrübələrin heç biri nə mediada, nə də başqa yerlərdə gündəmə gəlmir. Hətta gigiyenik hipnozu elmi mühitlərdə çürüdülməyə çalışılır, bunda uğursuz olunsa da sanki bunu həmişə hipotez olaraq qalması istənilir.

Go Back

Uşaqlarda anadan ayrılmaq qorxusu

*SEPARATİON ANXİETY DİSORDER*
Valideynlərin çoxu uşaqlarının onları tək buraxmamasından və davamlı olaraq arxasınca gəzdiyindən şikayət edir. Belə uşaqlar yatmaqda çətinlik çəkir və durana kimi yanında anasının olmasını istəyirlər. Bəzən qorxulu yuxular görür, yuxudan oyanır və valideynlərinin yanına qaçır. 
Bu pozğunluq bəzi travmalar ( Məs; uşağın ata- anasından uzun müddət uzaq qalmasından, yeni uşağın doğulması ilə yaranan qısqanclıqdan, bir yaxının və ya saxladığı ev heyvanının ölümündən sonra, bir uşağın və ya qohumun xəstəliyi sırasında, məktəb dəyişdirmək, yeni qonşuların olduğu başqa yerə köçməklə əlaqədar ) yarana bilər. 
Uşaqlarda ayrılmaq qorxusu məktəbəqədər yaş dövrü və ya ondan öncəki illərdə başlayır. Bəzən 18 yaşına çatmamış hər hansı bir yaş dövründə də rast gəlinə bilər. 
Adətən bu uşaqların çox qoruyucu anaları və çox məsafəli, soyuq rəftarlı ataları olur. Bəzən isə ana və ata uşağa həddindən artıq bağlı olur, özləri də uşaqlarından ayrılmağı heç cürə gözə almırlar. Bəzən də valideynlərin özləri narahat və inamsız olur, uşaqlarının başına pis hadisə gələcəyindən qorxur və uşaqlarını həmişə evdə tutmağa çalışırlar. Və beləliklə də uşaq özündən asılı olmayaraq evdən uzaqlaşarsa, məktəbdə olduğu zaman anasına, atasına, yaxud özünə pis şeylər olacağından qorxur və bunun qarşısını almaq üçün həmişə valideynlərinin yanında qalmaq istəyir. Bütün bunlar çox vaxt uşaqlarda itmək və valideynlərini bir daha görməyəcəyi qorxusu şəklində özünü göstərir. 
Bu uşaqlar məktəbə getmək istəmir, qonaq getmək istəmir və ata-anası olmadan başqasının evində qalmırlar. Evdə otaqda tək başına oturmur, anasının ətrafında gəzir və onu " bir kölgə kimi " izləyirlər. 
Ailədaxili münaqişələr, sosial fobiyalar, narahatlıqlar, bacı və ya qardaş qısqanclığı və s. bu pozğunluğun artmasına səbəb olur. 
Qeyd edim ki, inkişafda olan körpə ilə ana arasında bağlılıq yaşamın birinci ilində yaranır və ana ilə övladın bir- birinə qarşılıqlı enerjilərini ötürməsi şəklində olur. 
Əgər bu bağlılıq normal, sağlıqlı olaraq yaşanmazsa, gələcəkdə özünü pozğunluq şəklində göstərəcək. 
Bu uşaqlarda aşağıdakı əlamətlər müşahidə olunur: 
~ Məktəbə getməzdən əvvəl şikayətlər etməyə başlayır, yalvarır, qışqırır və məktəbə getmək istəmir. 
~ Onların IQ səviyyəsi digər uşaqlarla bərabər və ya daha yaxşı olması ilə xarakterizə olunur. 
~ Bu uşaqların analarının 5/1-i psixiatrik pozğunluğa sahibdir. 
~ İştahsızlıq, qusma, baş ağrısı, qarın ağrısı, halsızlıq, somatik şikayətlər ola bilər. Adətən şikayətlər məktəbə getməzdən əvvəl və ya məktəbdə olur. Evə gəldikdən sonra şikayətləri olmur və yaxşılaşırlar. 
Bu pozğunluq zamanı uşaqlarla birlikdə ailə terapiyası çox vacibdir. Psixoloq anaya dəstək olmalı, belə vəziyyət bir uşaqda rast gəlindiyinə və terapiya edilə biləcəyi deyilməlidir. 
Ailələrlə ailə terapiyası, uşaqlarla fərdi psixoterapiya, oyun terapiyası, psixodrama aparılır. 

Sərfin Səmədova. Bakı Qızlar Universiteti. IV kurs.

Go Back

İzn verin uşaqlar ağlasın

Valideynlərdən tez-tez uşaqlarının səbəbsiz yerə ağladığını, bir şeyi ağlayaraq istədiyini və ya ağlamaqla öz istəklərinə nail olmasını istəyini eşidirəm. Və bu uşaqların ağlamağı ilə bağlı siyahının yalnız bir hissəsidir. Niyə bizim uşaq göz yaşlarına münasibətimiz bu cür birtərəfli və qətidir? Niyə uşaqların göz yaşlarını görüb, onları həmən sakitləşdirib, susdurmaq istəyirik? Niyə oğlan uşaqlarının göz yaşları bizdə zəiflik və gücsüzlük əlaməti kimi qəbul olunur?
Biz uşaqların göz yaşlarının əsl səbəbini sona kimi anlaya bilməyəcəyik. Bəli, uşaqlar yorğunluqdan, aclıqdan, yuxusuzluqdan, həyacandan, qısqanclıqdan, sevincdən, narahatlıqdan, ana və ya ata üçün darıxdığından və digər səbəblərdən ağlaya bilər. Amma biz bu səbəbləri anlamaya da bilərik. Balaca uşaq qəlbindən neçə və necə fikirlərin keçməsi heç ağlımıza gəlibmi? Bizim gördüyümüz mənzərə həmişə həqiqi səbəbi təsvir etmir. Ona görə hərdən uşaq ağladığı zaman onu sakitləşdirmək üçün istifadə etdiyimiz üsullar və ya təkliflər mənasız olur. Və bu bizim əsəbləşməyimizə və hətta uşağa cəza verməyimizə səbəb olur. 
Təsəvvür edin ki, sizin uşağınız daha ağlamır. Bir anlıq “Nə gözəl!” fikri ağlınıza gələ bilər. Hələ dil açmayan uşaq bəs ağrısını necə bildirsin, ana üçün darıxdığı zaman necə hisslərini ifadə etsin, gecə zamanı qaranlıqda kölgələr görüb necə qorxusunu ifadə etsin? Uşaqlar ağlamasa biz onların tələbatlarını, istəklərini, ağrılarını bilməyəcəyik. Bu üsulla onlar bizim qəlblərimizə yol tapıb, onları anlaya biləcəyimizi ümüd edirlər. Onun əvəzinə isə uşaqlar səbrsiz və anlayış göstərməyən valideyn və digər böyüklərlə rastlaşırlar.
Uşaqlıqdan bir xatirə həmişə yadımdadır. Mən uşaq bağçasındayam. Uşaqlar qaçışır, oynayırlar. Mən isə pəncərədən həyətə baxırdım. Birdən uzaqda məni görməyən, kiçik bacımla dükana gedən anamı gördüm. Təbii ki, həmin an anamın yanında olmağı istəyirdim və bərk ağlamağa başladım. Çox təəssüflər olsun ki, o qədər də mehriban olmayan tərbiyəçilər sakitləşdirmək əvəzinə məni cəzalandırdılar. Özümü çox pis hiss edirdim, tərk edilmiş və atılmış kimi idim. İndi mən uşaqların hisslərini çox gözəl başa düşürəm. Uşaqlar hərdən yalnız rahatlamaq üçün, ana qucağında sakitləşmək üçün ağlamağa hazırdılar. Ağlamaq bir həyacan siqnalı kimidir. Biz həmən an qulaqlarımızı bağlamaq əvəzinə bu həyacan siqnalının nə ilə əlaqəli olduğunu anlayıb, uşağın həyacanını azaltmalıyıq.
Maraqlısı budur ki, uşaqlar valideyn və özlərinə daha yaxın olan insanların yanında ağlaya bilirlər, eyni ilə bizim kimi. Niyə? Bu sualı özünə vermisinizmi? Yalnız doğma insanların yanında insan özünü rahat hiss edir. Başqalara biz sərt, kobud görünə bilərik, amma yalnız doğma və əziz bildiklərimizin yanında yumşalıb, ağlaya bilərik. Uşaqlar bizi doğma bilib, bizə inanıb, öz hisslərini rahat təzahür edə bilirlər. Vaxt gələcək, uşaq böyüdükcə göz yaşları azalacaqdır. Bəlkə də ağlayacaq amma gizlində, ona vaxtı ilə ağlamağa imkan verməyən və inamı itirən böyüklər artıq valideyn kimi öz rolunu itirəcəklər.
Biz övladlarımıza qarşı həssas olmalıyıq. Adətən analar övladlarının nə səbəbdən ağladıqlarını artıq çox gözəl ayıra bilirlər. Hərdən isə, uşaqların heç ağlamağı da ana-atalara təsir etmir. Müəyyən bir müddətdən sonra uşaqların qəlbi elə daşlaşır ki, onlara nə ata sözü, nə ana sözü kar etmir. Bununla bağlı 1969-cu ildə Britaniyada çəkilən məşhur “Con” sənədli filmi yadıma düşdü. Anasının doğum evində müəyyən bir müddət qalmalı olduğuna görə, uşaq evində saxlanılan Con, bu ayrılıq səbəbilə anası üçün çox darıxan və ağlayan uşaq sonunda anasını görəndə üzünə də baxmaq istəmirdi. Ağlamaq uşağa qəlbi yumşaq, həssas olmağa yardım edir, mənfi emosiyalardan azad olub, rahatlanmağa və çətin vəziyyətlərə daha asanlıqla alışmağa imkan yaradır.
Bütün deyilənləri nəzərə alaraq, əziz valideynlər, övladlarınıza qarşı diqqətli olun. Səbrli olub, ilk öncə rahat bir vəziyyət seçib, uşağı qucağa alıb sakitləşdirməyə çalışın. Sizin mülayim, anlayış göstərən səsiniz onun rahatlamasına səbəb ola bilər. Əgər ağlamağının səbəbini bilirsinizsə, mümkün olanı edin (yedizdirin, yatızdırın və s.). Yox əgər bilmirsinizsə, adətən bu hansısa streslə əlaqəli ola bilər. Sizin dəstəyiniz və anlayış göstərməniz kifayət edə bilər. Belə hallarda uşağı qucaqda sakitləşdirib bir oyun təklif etmək olar, və ya başını digər maraqlı bir şeylə qatmaq olar.
Amma əgər uşağın ağlamağı gündən-günə şiddətlənir və səbəbini tapa bilmirsinizsə, bu halda həkimə müraciət etsəniz daha yaxşı olar. Hərdən uşaqlarda kəskin ağrılar dayanmayan göz yaşlarına səbəb olur. Bu hələ dil açmayan uşaqlara aiddir.
Hər bir uşağa fərdi yanaşma mütləqdir. Hətta eyni ailədə tərbiyə alan uşaqlara belə. Övladlarımıza həssas yanaşmaq üçün özümüzdən başlamalıyıq. Əgər uşaqlıqda sizə rahat ağlamağa imkan verməyiblərsə, əgər ağlamağı bir zəiflik kimi qələmə veriblərsə, siz də elə düşünəcəksiniz. Siz də parkda, dükanda və başqa ictimai yerlərdə qəflətən ağlayan övladınıza sərt münasibət bəsləyib, anlayış göstərməyəcəksiniz. Hər şey bizdən başlayır. Ağlamağa öyrənməyincə, qəlblərimizi yumşaltmayınca uşaqlarımıza qarşı digər üsülü seçmək mümkün olmayacaq. Mən isə öz növbəmdə demək istəyirəm: “İzn verin uşaqlar ağlasın!” 

 

Müəllif: Gülarə Rüstəmova

kayzen.az 

Go Back

Övladınıza paylaşmağı sevdirin.

Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz? 
Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən “ birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək.
Övladınızla birlikdə alış –verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Məsələn, paltar alarkən “Gəl, birini sənə alaq birini qardaşına. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır. 
Övladınızla söhbətinizdə “qardaşının dəftəri”, “mənim kitabım” və s. kimi ifadələri işlədərək bu hissin inkişafına müsbətyönümlü təsir edə bilərsiniz.
Övladınıza bu baxımdan nümunə olun. Özünüz ətrafınızdakı insanlarla nələrisə paylaşaraq ona ən gözəl nümunə ola bilərsiniz.
Əlindəki oyuncağını yoldaşı ilə dəyişdirməsinə kömək edin. Bu fikri izah edin ki, sənin oyuncağınla yoldaşın oynayacaq və sən də onun oyuncağı ilə oynayacaqsan. Bu zaman övladınız əşyasını itirmək hissindən uzaqlaşaraq özünü daha rahat hiss edər.
Bir neçə əşyasından hansını paylaşmaq istədiyinə özünün qərar verməsinə icazə verin.
Övladınız üçün xüsusi olan əşyasını kiminləsə paylaşmaması zamanı bunu etməsi üçün müxtəlif üsullar axtarmanıza ehtiyac yoxdur. Təkidlə bunu etdirməyə çalışsanız övladınız psixoloji narahatlıq keçirə bilər.
Övladınıza paylaşma hissini öyrədərkən onu məcbur etməyin. Əks halda qarşı tərəfə acıqlı ola, aqressiya nümayiş etdirə bilər.
Övladınıza paylaşmağı sevdirin.

kayzen.az

Go Back

İşləyən ana və övlad münasibətləri

Uşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər. Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığınının şahidi olursunuz. Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil. Hər iki işi uğurla həyata keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?
0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur. 
Ananın işləməsi və ya işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır.
Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar? Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?
Əgər siz çalışan anasınızsa övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:

  • Aqressivlik
  • Sevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən etməsi
  • Siz işə gedərkən ağlaması
  • Siz evə gələrkən ağlaması
  • Yemək yemə zamanı kaprizləri
  • Qısqanclığı və s.

Övladınızın bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə bu zaman övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları unutmamalısınız.
 

  • İşləmənizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona izah edin.
  • İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.
  • İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin. İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə önəm verin.
  • Suallar verin.
  • Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə bağlı məlumatları ondan soruşmanız övladınıza xoş təsir bağışlayar.
  • Diqqətinizin onda olduğunu hiss etdirin.
  • Danışdıqlarına qulaq asırmış kimi göstərib diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.
  • Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.
  • Yuxu zamanında nağıl danışın.
  • Həftəsonlarını gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə keçirin.
  •  
  • kayzen.az

Go Back

Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları

Statistikaya görə büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s.
Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər. 
Daha sonrakı illərdən (5-7 yaş) başlayaraq uşağınızın doğum gününə mütləq pul qutusu (money box) hədiyyə edin. Uşağa yeni əşyanın funksiyları haqqında danışın. Qarşısına qoyduğu ilk məqsəd üçün pul yığımında uşağa dəstək olun (yaxşı olar ki, baha olmayan əşyalardan başlayasız). Bir müddətdən sonra övladınızla birlikdə nə qədər pulunun olduğunu sayın. “Alacağınız əşya üçün daha nə qədər lazımdır?” sualını cavablandırın. Mütləq pul yığılan zaman həmin əşyanı uşaqla birlikdə almağa gedin. Sonra isə “bu əşyanı sən özün almısan, afərin sənə!”-deyərək tərifləyin.
Nəzərə alın ki, pul qutusu olan uşağa pulu yığa bilməsi üçün cib xərcliyi verilməlidir. Verəcəyiniz pulun həcmi aylıq qazancınızdan və ya uşağın yaşından asılı olaraq dəyişə bilər. Cib xərcliyini siz uşağın evdə gördüyü işə görə verə və artıra bilərsiniz. Uşağa “yaxşı oxusan, bu il 4 almasan” kimi şərtlərlə pul verməyin.* Hətta, daha böyük uşaqları “pulum yoxdur, səndə olsaydı mənə bu dəfəlik kömək edərdin” kimi təkliflərlə pul yığımına həvəsləndirin. Sonra təşəkkür edin və pul verdiyi üçün sizi necə çətin vəziyyətdən qurtardığını növbəti 2-3 gün ərzində təkrar edin.
Uşağı 11-14 yaşlarında, mücərrəd təfəkkür inkişaf etdikdən sonra, virtual pulla tanış etmək olar: plastik kartla necə ödəmələr edildiyini, pulun bankda necə saxlanıldığını, kreditin nə olduğunu izah edin.
Unutmayın ki, uşaqlar maliyyə qaydalarını öyrənən zaman səhvlər buraxa bilər, bu səhvlərə görə uşağı danlamayın və sakit şəkildə vəziyyəti izah edin. Uşağın səhvləri – valideyn məsuliyyətidir. Baxmayaraq ki, uşaqlar məktəbdə maliyyə anlayışı haqqında məlumat alırlar, lakin onlarda düzgün maliyyə vərdişlərinin yaranması valideynlərindən asılıdır. Övladınızda sağlam maliyyə vərdişləri yaratmağa çalışın:
— qazandığından çox xərcləmə; 
— öz büdcəni tərtib et və ona riayət et; 
— gəlirinin 10%-nə “təhlükəsizlik yastığı” kimi bax və o pulu yığ; 
— lazım olmayan əşyalara pul xərcləmə. 
Bu qaydaları mənimsəyən uşaq pulla daha düzgün rəftar etməyi öyrənəcəkdir.

valideyn.az 

Go Back

Uşaqlarınıza cəsarət vermək üçün bu ifadələri mütləq istifadə edin

Hər bir insanın uğur qazanması üçün mütləq cəsarətə, cəsarətləndirilməyə ehtiyacı var. Uşaqlar daha çox ruhlandırılmağa ehtiyac duyur. Uşaqlarınızın uğur qazanması üçün onları cəsarətləndirən cümlələr qurun.

1. Çox yaxşı iş bacarmısan, təşəkkür edirəm.

2. Doğru yoldasan, səninlə fəxr edirəm.

3. Anlayışlı olduğun üçün təşəkkür edirəm

4. İlk dediyimdə dinlədiyin və yerinə yetirdiyin üçün təşəkkür edirəm.

5. Mükəmməl bir uşaqsan.

6. Etdiyini təqdir edirəm.

7. Bir bax nələri bacarmısan.

8. Nə qədər vacib bir qərar aldın.

9. Mən istəmədən sən bunu etdiyin üçün təşəkkür edirəm.

10. Anlatmaq istədiklərini mütləq dinləmək istəyirəm.

11.Tək başına həll etdin, mükəmməl!

12. Addım –addım irəliləyirsən demək olar ki, bacardın.

13. Çox diqqətli dinlədin təşəkkür edirəm.

14. Bu etdiyin sənin üçün yeni bir şeydi çox mətanətlisən.

15. Yaradıcılığını çox bəyənirəm.

16. Ruhdan düşmədin bir neçə dəfə sınadın və bacardın.

17. Bir dəfə daha sına, vacib olan əlindən gələni etməkdir.

18. Bölüşdüyün üçün təşəkkür edirəm.

19. Davam et, bacara biləcəksən.

20. Səni sevirəm.

bizimyol.biz

Go Back

Uşaq serebral iflici: çarəsi var?

Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə psixoanalitik  Ziqmund Freyd tərəfindən təklif edilmişdir. Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan  simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran  zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri,  görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflic irsi xəstəlik deyil və bilavasitə uşaq ölümünün səbəbi olmur, lakin ömrünün  qısalmasına gətirib çıxara bilər. Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından  sonra əmələ gələ bilər.

Serebral iflicin yaranma səbəbləri. Uşaq serebral iflicinin səbəbləri haqqında hələ viktorian dövrdə (Viktorian dövr  (18371901) — Böyük Britaniyanın və İrlandiyanın kraliçası, Hindistanın imperiatriçası Viktoriyanın hakimiyyətdə olduğu və ölkənin hərtərəfli inkişafı  dövrü) 2 əsas nəzəriyyə mövcud idi. Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmamazlığının nəticəsi olur.  Lakin məlumdur ki, yenidoğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, adətən  beynin zədələnməsinə səbəb olmur. Hal-hazırda serebral iflicin səbəbləri aşağıdakılar hesab olunur:

1.Hamiləlik dövründə:

– Hamiləlik zamanı ananın infeksion xəstəliklərə  tutulması (məs. məxmərək, herpes,

sitomeqalovirus, toksoplazmoz və s)

– Rezus  konflikt

– Anada problemlər (şəkərli diabet, hamiləlik  toksikozu, preeklampsiya, qanaxmalar,

anemiya,stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )

– Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)

– Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)

2. Doğuş zamanı:

– Dölün asfiksiyası

– Doğuş travması

– Vaxtından  əvvəl  doğuşlar

– Gec doguşlar

3. Doğuşdan sonra

– İnfeksiya və ya susuzlaşma nəticəsində  yüksək bədən hərarəti

–  Beyin infeksiyaları

– Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı

– Beyin travmaları. Beyinə qansızma

– Məişət zəhərlənmələri

– Beyində şişlərin olması.

Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil

Serebral iflicin formaları

USİ-nin klassifikasiyası hərəkət pozğunluqlarının xarakterinə və zədələnmənin əhatə dairəsinə əsaslanır. Bu pozğunluqların aşağıdakı qrupları  ayırd edilir:

Spastiklik – əzələ tonusunun yüksəlməsi

– monoplegiya– bir ətrafda təzahür olunan zədələnmə

– hemiplegiya – bədənin birtərəfli zədələnməsi, əsasən bətndaxili olur, çox vaxt görmə, eşitmə, lamisə kimi funksiyaların və qavramanın pozulması da müşahidə olunur.

– diplegiya (Littl sindromu) – hər iki ətrafda,ya yuxarı, ya aşağı ətraflarda təzahür olunan zədələnmə; adətən aşağı ətraflarda daha çox təzahür edir.

– tetraplegiya – yuxarı və aşağı ətrafların ağır iflici; bu uşaqların əksəriyyətində dərin əqli gerilik, epilepsiya və zəifgörmə müşahidə olunur, ciddi inkişaf ləngiməsi ilə müşaiyət olunur .

70-80%  hallarda spastik formaya rast gəlinir.

Diskineziya – ətrafların, bədənin, üz əzələlərinin, dilin və udlağın qeyri-iradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı bu hərəkətlər müşahidə olunmur.

Ataksiya (atonik-astatik forma) – tez-tez yıxılma ilə müşayiət olunan muvazinətin pozulması

Qarışıq forma

Persepsiv (anlama) pozğunluqlar – çox zaman serebral iflic hissiyat orqanlarının funksiyasının pozulması ilə müşaiyət olunur. Görmə, eşitmə, lamisə vasitəsilə duyma qabiliyyəti normal olsa da, bu hisslərin düzgün izah etmə qabiliyyəti olmur. Belə uşaqlarda  təhrif edilmiş qavrama qeyd olunur: məs. gözüyumlu vəziyyətdə onlar ətraflarını kontrol etməyi bacarmırlar, bədənlərinin ölçülərini, hüdüdlarını anlaya bilmirlər,  şəkil ilə reallıqda olanı bənzətmək qabiliyyəti, əşyaların məkanda vəziyyətinin, onların arasında olan məsafənin və yerinin anlamasında çətinlik çəkirlər.

 

“  Serebral iflic uşağın hərəkətinə və bədən vəziyyətinə təsir göstərən və proqressivləşməyən  bir haldır”

Serebral iflicə rast gəlmə tezliyi

İnkişaf etmiş ölkələrdə son 30-40 ildə serebral ifliclə doğulan uşaqların sayı praktiki olaraq dəyişməz olub. 1970-1980-cı illərdə bir qədər azalma qeyd olunsa da, hal-hazırda çoxalmaya tendensiya müşahidə olunur: 1000  yeni doğulmuş uşaqdan  2-5-də serebral iflic aşkarlanır.

Diaqnostika:

Laborator diaqnostikanın  (qanın və sidiyin ümumi klinik analizləri) ancaq köməkçi vasitə kimi əhəmiyyəti var. Buna görə də USİ-nin profilaktikası məqsədilə hamilə qadınların müayinəsi və müşahidəsi ən vacibli tədbir hesab olunur.

Şübhə doğuran əlamətlər

  • Qidalanmada çətinlik
  • Oyanıqlıq ,əsəbilik
  • 1,5 aylığında və daha sonra uşaq başını saxlaya bilmir
  • Hərəki bacarıqların inkişafında ləngimə
  • Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi
  • Oyuncaqlara tərəf dartinmaması (4 ayından sonra)
  • Müəyyən vaxt çərçivəsindəuşağın bir vəziyyətdə donub qalması və ya qeyri-iradi hərəkətlər etməsi
  • Ana ilə kontakta  girməməsi, döşdən vaxtından əvvəl imtina etməsi
Bütün bunlar  USİ-nin   göstəricisi hesab oluna bilər .Uşaqda bu əlamətlər müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır !

Erkən diaqnoz

Spastik  tetraplegiya

* 6 aylıgında  yüksək əzələ tonusu, baş  barmağın bükülməsi

* 1-2 ay sonra ayaqların çarpazlaşması

* 9 aylığında  diffuz spastiklik və vətər reflekslərinin həddən artiq artması

Diskinetik USi

* 8 ayına qədər  müəyyən olunmur

Ataksik USi

* gec müəyyən oluna bilir

Ümumilikdə USi-nin dəqiq diaqnozunun 10 aylığında qoyulması nəzərdə tutulur

Diaqnozun qoyulmasına kömək edir :

– Hamilələiyin qeyri- normal keçməsi,doğuşun gedişi, neonatal period  haqqında məlumatlar

– Bir sira xəstəliklər və travmaların olması

– Uşağın erkən şərtsiz reflekslərinin yoxlanması (məs:avtomatik yerimə,ovuc-agız refleksi

və s.)

Müalicə

Sözün əsl mənasında uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yeni doğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Körpənin beyni çox plastikdir və  gərgin, davamlı  reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.

Erkən müdaxilə

Məqsəd:

–         əlilliyin qarşısının alınması / əlillik dərəcəsinin azalması

–         Multidissiplinar yanaşma – ən yaxşı effekt ancaq o zaman əldə etmək olar ki, əgər pediatr, nevropatoloq, ortoped, fizioterapevt, oftalmoloq, pedaqoq, psixoloq, loqoped və digər mütəxəssislər birgə çalışırlar.

Bir uşağın hekayəti

R. İbrahim – 17.07.2007-ci ildə S. rayonunda doğulub, anadangəlmə serebral iflicli uşaqdır. Onda aşağı ətrafların paraplegiyası var. 18 aylığında valideynləri İbrahimi İƏR mərkəzinə gətirib. 18 aylıq olduğuna baxmayaraq, İbrahim oturmurdu, iməkləmirdi, göstərilən əşyanı izləmirdi, bədən üzvlərini göstərə bilmirdi. İnkişaf səviyyəsinin qiymətləndirməsi onu göstərdi ki, İbrahim bütün bacarıqlar üzrə 4-aylıq uşağın səviyyəsinə uyğundur. Mərkəzin uşaq inkişafı üzrə mütəxəssisi İ.Q. İbrahim üçün fərdi inkişaf planı hazırladı və onu həm qrup məşğələlərinə,  həm də fərdi məşğələlərə cəlb etdi. Bu məşğələlərdə aktiv terapiya üsullarından istifadə edərək uşağın inkişafında  irəliləyişə nail olundu: İbrahim oturmağa, iməkləməyə başladı, əqli inkişafında da nəzərə çarpan müsbət dəyişiklər oldu. Son məşğələlərdə uşağın dəstəklə barmaqlarının ucunda yeridiyini  görən İ.Q. İbrahimin valideynərinə ortopedlə də məsləhətləşməyi və ortopedik ayaqqabı geyindirməyi  məsləhət gördü. 15 ay müddətində mərkəzin xidmətləri, multidissiplinar yanaşma  və valideynlərinin səyi nəticəsində İbrahim yeriməyə başladı.

Züleyxa Nəcəfova

Uşaq inkişafı mütəxəssisi

sosialish.wordpress.com

Go Back

Körpələrin boyu və çəkisi necə olmalıdır?

Xalq arasında yayılmış əfsanələrdən biri kök uşağın sağlam olması barədədir. Ancaq bir çox analar bilmirlər ki, artıq çəki daha çox sağlamlığa təhlükədir. Müəyyən edilib ki, erkən yaşlarda toplanan bədənin artıq kütləsi piyləşmənin inkişafına real imkan yaradır. Birinci il ərzində orqanizmdə formalaşan piy hüceyrələri sonradan demək olar ki, azalmır, o, böyüyür. Kök uşaqlarda infeksiyalara qarşı müqavimət aşağıdır, arterial təzyiq və gündüz temperaturu çox vaxt qalxır, “mərmərə oxşar dəri” və duruş pozuntusu, ayaq altının yastı olması, ayaq əyriliyi, cinsi inkişafda ləngimə müşahidə edilir. Artıq çəkili uşaqlarda bir qayda olaraq tənəffüs xəstəlikləri ağır keçir. Bundan əlavə, əvvəl axır kök uşaqların əziyyət çəkəcəkləri vaxt gəlib yetişir, xüsusilə əgər onlar onun kök olmasına gülən insanlarla əhatə olunublarsa (evdə, həyətdə, məktəbdə və s.). Bu halda uşaqda ya özünü tam dəyərləndirməmə, özünə inamsızlıq, və ya əksinə, aqressivlik duyğusu inkişaf edir.

Uşaqda artıq piy yığınının olmasını müəyyən etmək üçün piy qatının həcmini bir əlin barmaqları tutaraq göbək səviyyəsinə gətirirlər. Belə qatın qalınlığının 2-3 sm-dən artıq olması artıq piyin əmələ gəlməsindən xəbər verir.

Cədvələ nəzər salmaqla övladlarınızın normal çəkidə olub-olmadığını asanlıqla müəyyən edə bilərsiniz.

Yeni doğulmuş oğlanlar 3,3-3,5 kq; qızlar — 3,0-3,3 kq

1 ay oğlan 4,1 — qız 4,1
2 ay oğlan 5,0 — qız 4,8
3 ay oğlan 5,8 — qız 5,4
4 ay oğlan 6,6 — qız 6,0
5 ay oğlan 7,2 — qız 6,7
6 ay oğlan 7,6 — qız 7,4
7 ay oğlan 8,0 — qız 8,0
8 ay oğlan 8,6 — qız 8,5
9 ay oğlan 9,2 — qız 8,9
10 ay oğlan 9,7 — qız 9,3
11 ay oğlan 10,2 — qız 9,6
12 ay oğlan 10,4 — qız 9,8

Bu cədvəldə qəbul edilmiş ümumi həcmlər verilib. Bədən quruluşu və individual xüsusiyyətlərdən asılı olaraq uşağın çəkisi bu və ya digər tərəfdən orta çəkidən fərqlənə bilər, ona görə də əgər körpənizin çəkisi cədvəldə göstərilənlərlə üst-üstə düşmürsə narahat olmağa ehtiyyac yoxdur.

Qeyd edək ki, orta hesabla körpə ilk 6 aydan bir 400-700 qr çəki artırır. Birinci ilin sonuna isə aylıq çəki artımı 200-300 qr-a qədər azalır. Maraqlısı budur ki, analarının sinə ilə bəslədikləri uşaqlar çəkidə orta hesabla “sünilərdən” daha ləng artım edirlər. Bu birincisi yuxarıda artıq dönə-dönə qeyd etdiyimiz kimi ana südünün uşaq üçün optimal məhsul olması ilə və bununla da onun çəki artırmaması ilə izah edilir. İkinci, sinə ilə bəsləyən analar adətən uşağı daha çox hiss edirlər və ona çox etibar edirlər, buna görə də artıq yedizdirmirlər, körpni şüşə ilə yedirdən analar isə hər fürsətdə onu daha çox yedirtməyə çalışırlar.

İndi isə uşağın boy atmasında dayanaq. İlk yarım ildə uşaq təqribən hər ay 2-4 sm böyüyür. Növbəti 6 ayda isə onun boyu bir qədər az artır. Maraqlıdır ki, uşaq tədricən deyil, alimlərin tədqiqatlarının göstərdiyi kimi “sıçrayışla” böyüyür: uşaqlar bir neçə həftə ərzində daimi boyu saxlaya bilir, boyu isə cəmi bir gecə ərzində artırmağa nail olurlar. Heyrətləndirici haldır ki, 24 saat ərzində uşağın boyu santimetrədək arta bilir. 
Körpənizin aylar üzrə orta göstəricilərini müqayisə etmək üçün aşağıdakı cədvəldən istifadə edə bilərsiniz. Yalnız bir şeyi qeyd edək ki, uşağın çəkisi ilə əlaqədar olduğu kimi burada da körpənizin göstəriciləri orta göstəricilərdən az və ya çox olduqda qorxmaq lazım deyil. Yalnız körpənizin boyu aşağıda göstərilənlərdən əhəmiyyətli dərəcədə çox az və ya çox olduqda narahat olmaq lazımdır.

Yeni doğulmuş oğlanlar 50-51sm, qızlar 49-50 sm
1 ay — oğlan 54 – qız 54
2 ay — oğlan 57 – qız 57
3 ay — oğlan 60 – qız 60
4 ay — oğlan 63 – qız 62
5 ay — oğlan 66 – qız 64
6 ay — oğlan 68 – qız 66
7 ay — oğlan 70 – qız 68
8 ay — oğlan 72 – qız 70
9 ay — oğlan 73 – qız 72
10 ay — oğlan 74 – qız 73
11 ay — oğlan 75 – qız 74
12 ay — oğlan 76 – qız 75

Orqanizm yalnız onun hüceyrələrində, toxumalarında, orqanlarında boy funksiyası ilə bağlı müvafiq hormonlar fəaliyyət göstərdikdə böyüyür. Onlar ən azı 4 vəzidə — hipofiz (somatropin), mədəaltı (insulin), cinsi (testosteron) və qalxanvari vəzilərdə ifraz olunur. Bu hormonlardan birinin belə hasil edilməsində pozğunluq və ya onların orqanizmlə qarşılıqlı münasibətdə dəyişilməsi boyun inkişafında patoloji hallara gətirib çıxarır. Əgər hormonlar həddən artıq çox olsa qarşısıalınmaz böyümə baş verir, hormonların hasil edilməsi dayandıqda isə, böyümə prosesi də dayanır.

kayzen.az

Go Back

Körpələrin tərbiyəsi necə olmalıdır?

Uşaqlarınızı ərköyün böyütməyin. Uşaqları ərköyün böyütmək onları zəif, iradəsiz, özbaşına və inadcıl edir. Atalar gözəl söyləyib: övladım əzizdir, tərbiyəsi ondan da əzizdir.
Ərköyün böyümüş uşaqlar daha iki böyük bəlaya düçar olurlar:
a) Bu tip uşaqlar valideynlərindən gördükləri nəvazişi cəmiyyətdəki insanlardan da umurlar. Hamının onlara hörmət edib, istəklərini sözsüz yerinə yetirmələrini arzulayırlar. Ətrafdakılardan bunun əksini gördükdə özlərini alçaldılmış hiss edirlər, psixoloji problemlər yaşayırlar.
b) Ətrafdakıların onlara göstərdiyi münasibət mənəvi sarsıntılara səbəb olduğundan, bu tip uşaqlar tünd xasiyyət, əsəbi, hövsələsiz və bədəxlaq olurlar. Digər tərəfdən belə uşaqlar insanlara qarşı bədbin olub, öz pis sözləri və bəyənilməz əməlləri ilə onları qəzəbləndirib, narahat edirlər.
Uşaqları təhqir etməyin. Heç bir şey təhqir qədər uşağın özünə olan inamını söndürə bilmir. Xüsusilə, uşaq bir işi görəndə ona: «Boş yerə səy etmə, sən bacarmazsan…» – deyildikdə, o, özünü sınmış hiss edir və özünə olan güvəni sarsılır.
Uşaqlarınız üçün dua edin. Həzrət İbrahim (ə) və Həzrət Zəkəriyya (ə) Allahdan övlad diləyərkən, pak, saleh və namaz qılan bir övlad diləyiblər.
İmam Səccad (ə) dualarının birində bu barədə buyurub: «…Ey Allahım! Mənə minnət qoy və övladlarımı mənə bağışla. Mənə minnət qoy və onları xeyirli nemətlərdən və savabdan məhrum etmə. Məni onların inam və tərbiyələrinin gözəlliyindən faydalandır. Mənim övladlarımı təqva və bəsirət zinəti ilə zinətləndir ki, gözəl görüb, gözəl eşitsinlər və sənin fərmanlarına müti olub, itaət etsinlər…»
Uşaqları mülayim tərzdə tənbeh edin. Elə edin ki, sözünüz uşaqda ikrah hissi yaratmasın, müsbət təsir qoysun. Belə rəvayət olunur ki, bir gün imam Həsən (ə) həm özünün, həm də qardaşının övladlarını bir yerə yığaraq, onlara belə buyurub: «Əgər siz bu gün cəmiyyətin uşaqlarısınızsa, sabah cəmiyyətin böyükləri olacaqsınız. Odur ki, elm öyrənməyə çalışın. Sizlərdən kimsə müəllimin dediklərini yadında saxlaya bilmirsə, onu yazsın və saxlasın…»
Göründüyü kimi, Həzrət (ə) qorxuzmadan, döymədən və cəza vermədən uşaqlarda təhsilə qarşı eşq və maraq yaratmışdır. Həzrət (ə) uşaqlara anlatmağa çalışır ki, bu gün dərs oxumaq, sabahın izzət və böyüklüyünə yetişməkdən xatirdir.
Körpələri yalan söyləmələrinə görə danlamayın. Çünki beş yaşına qədər olan uşaqlar nadir hallarda düşünülmüş yalan söyləyə bilərlər. Onların söylədikləri uşaq təxəyyüllərinin nəticələridir. Körpələr bunu başqaları ilə əylənmək, onları heyrətləndirmək və s. üçün söyləyərlər.
Uşaqlarınızın suallarına cavab verin və çox sual verdiklərinə görə onları məzəmmət etməyin. Çünki bu, onlarda olan maraq hissini zəiflədər.
Övladlarınız yanında mübahisə etməyin. Çünki bu iş onlara çox əziyyət verməkdən əlavə, onların şəxsiyyətini də dəyişib, alt-üst edir.
Övladlarınızda mövcud olan qabiliyyətləri axtarıb tapın və bu qabiliyyətlərin inkişaf edib çiçəklənməsi üçün səy göstərin.
Övladlarınızın maddi baxımdan olan ehtiyaclarını son həddə təmin etməyin. Çünki belə etsəniz, onlar azğınlığa düşə bilərlər. Həmçinin, bu işdə etinasızlıq da göstərmək olmaz. Hər iki hal da çox qorxuludur.
Uşaqların yanında ölümdən danışmayın. Uşaqlar «ölüm» sözündən, xüsusilə valideynlərinin ölməsindən çox qorxarlar. Uşaqlara ölümün həqiqətini, bunun həyatın, təbiətin varlığı olduğunu anlatmağa çalışın.

 

Qadinsayti.com

 
 

Go Back

Uşaqların rəngli dünyası

Uşaqlar rəngləri necə görür? Onların dünyaları hansı rənglərə boyanıb? Uşaq dünyanı necə qəbul edir? Heç bu suallar barədə düşünmüsünüzmü? 

Sualları cavablandıran psixoloq İrina Sirotkinonun “Parlaq işləyirik: rəngli satıcılar, rəngli alıcılar” kitabında maraqlı cavablar var. Sizi də həmin faktlarla tanış edirik.

Uşaqların rəngləri qəbul etmə prinsipi böyüklərinkindən çox fərqlənir. Belə ki, onlarda palitra yaş geçdikcə genişlənir və dəyişir. Yeni doğulmuş körpə dünyanı ağ-qara görür. Lakin bu heç də Adamslar ailəsinə oxşayıb qara beşik, cansıxıcı, boz oyuncaqlar, bələklər, uşaq geyimləri almağınıza şərait yaratmır. Çünki təxminən 6 həftə sonra vəziyyət dəyişəcək. İlk olaraq körpələr qırmızı rəngi seçməyə başlayacaqlar, daha sonra digər parlaq rəngləri görməyə başlayırlar:

Məsələn: sarı. Parlaq rənglər uşaqları maqnit kimi cəlb edir. Körpələr rənglərin adını öyrənməmişdən çox əvvəl onları seçməyi bacarırlar.

2-5 yaş arasındakı uşaq rənglərin adını öyrənməyə başlayır. Həmçinin qızlar rənglərin adını oğlanlara nisbətən tez öyrənir.
 
Yaşıl günəş, qırmızı ot

İlk olaraq körpələr müxtəlif assosiasiyalara əsasən rəngləri qəbul edirlər. Məsələn: sarı – günəş, limon, banan, yaşıl – ot, yarpaq, qırmızı – pomidor, göy – səma, qəhvəyi – ayı. Əgər körpəyə göstərilən əşya adət olmayan rəngdədirsə o zaman uşaq onu başqa əşya kimi qəbul edəcək.
 
Məsələn: hər hansı şəkildə günəş yaşıl və ya çay sarı olsa bu ona gülməli gələcək. Əksinə şəkildəkiləri tanıyan zaman zövq alacaq və sevinəcəklər. 
 
On yaşa qədər uşaqların sevimli rəngləri qırmızı, çəhrayı və sarıdır. On yaşdan sonra isə göy rəngə üstünlük verirlər. Qızlar adətən çəhrayı, mavi və bənövşəyi rəngi, oğlan uşaqları isə tünd çalarlarları xoşlayırlar.

Əgər uşağa paltarın və otağın dizaynında rəng seçiminə icazə versəniz o daha sərbəst böyüyəcək.

Parlaqlıq daha yaxşıdır

Uşaqlar çoxlu rəng çalarlarını ayırmağa başladıqda onlarda rəngli qələmlərə meyl olur. Qələmlərdə rəng çaları nə qədər çox olsa bir o qədər yaxşıdır. Buna görə də uşaqlar parlaq ərzaqlara üstünlük verirlər. Saqqız, yoqurt, tort üzərindəki süni krem-gülləri çox sevirlər. Uşaqlar qeyri-təbii rənglərə - parlaq bənövşəyi, sarı, salat və moruq rənglərini xoşlayırlar. Xüsusən də, parlayan, sayrışan, metal və sədəf rəngi, işıldayan boyalar və s.

Yeniyetməlik dövründə parlaq rənglərə ehtiras itmir. Rəngli saç broşkaları, dırnaq boyaları yenə də cəlbedici görünür. Buna görə də rəngli qazlı sular (fanta, mirinda və.s), saqqızlar onlar üçün nəzərdə tutulub.
 
Əgər günlərin bir günü görsəniz ki, parlaq rənglər onun üçün dəbdən düşmüş sayılır, bu o deməkdir ki, körpəniz artıq böyüyüb.
cazibe.info

Go Back

Cəzanın insan tərbiyəsindəki fəsadları

Bir  çox  valideynlər  uşaqlarının  davranış  pozuntularının  qarşısını  almaq  üçün  ən  çox  istifadə  etdikləri  üsullardan  biri də  cəzadır. Ancaq  onlar  cəzanın  uşaqlarda  iz qoyduğu   təsirlərdən  xəbərsizdirlər... Çünki  cəza  insan  tərbiyəsində  deyil, heyvan  tərbiyəsində  aparılan bir  vasitədir. 

Cəza  insan tərbiyəsində  istifadə olunmazdı, insan vicdanı  ilə  tərbiyə olunmalıdır. Deməli, vicdan  insan  tərbiyəsinin bir  ünsürüdür.                                                                                                                   

   İnsan  tərbiyə  edərkən  onu  döyə-döyə  çarəsizləşdirmək  əvəzinə  onun  buzlaşmış  qəlbinə  sevgi  yanaşaraq   o  buzu  əritmək  lazım  gəlir...                     

  Döyərək, söyərək  kim tərbiyə  oluna  bilərki?  Əgər o insandırsa... Əgər  o  insan  sizin  uşağınızdırsa... Əgər o  uşaqla  bərabər  öz  “kiçik   dünyanızı”  quracaqsınızsa...   

  Cəzanın  yalnız  heyvan  tərbiyəsində  istifadə  olunmasına  aid  bir  kiçik  hekayəyə  nəzər  salaq:                                                                                                                 

Bir  qadın  yol  ilə  gedərkən  görür  ki, bir  kişi  ayıya  tütək  çalan  kimi   ayı  oynamağa  başlayır.  Qadın  buna  təəccüblənib  ayı  tərbiyəçisinə  yaxınlaşıb  soruşur ki, mən  bir  uşağı  tərbiyə  etməkdə  aciz  imişkən  sən  bir  ayıya  bunu  necə  öyrədirsən.  Ayı  tərbiyəçisi  deyir ki, sən  iki  həftə  uşağını  mənim  yanıma  gətir  mən  onu  düzəltmiş  halda  sənə  təhvil  verəcəm. Qadın  uşağını  ayı  tərbiyəçisindən  təhvil  aldıqdan  sonra  görür  ki,  həqiqətən  də  uşağı  tamamilə  dəyişib. Otur  deyən  kimi  oturur, dur  deyən  kimi  durur,  bir  sözlə  əmrlərə  tabe  olan  bir  uşaq  olur.  Qadın  buna  çox  sevinir.   Ancaq  bir  neçə  il  keçəndən  sonra  məktəbdəki  müəllimlərdən  şikayətlər  gəlir  ki,  bu  uşaq  sinifdəki  digər  uşaqların  əşyalarını  oğurlayır,  onlara  şiddət  göstərir,  uşağın   ruhunda  heyvani  hisslər  formalaşıb.  Qadın  müəllimlərə  deyir ki,  mən  bu  uşağı  tərbiyə  etmək  üçün  nələr  etdim,  hətta  ayı  tərbiyəçisinin  yanına  göndərdim.  Ayı  tərbiyəçisinin   adını  eşidən  kimi  müəllimin  gözləri  bərəlir  və  deyir:                                                                       

Heyvanı  tərbiyə  edən  şəxsə  uşağını  necə  əmanət  etmisən?  Sən  heç  bilirsən  onlar  ayını  necə  tərbiyə  edirlər?                                                                                 

Ayını  tərbiyə  edərkən  o,  əvvəlcə   ayını  qəfəsin  içinə  salır,  sonra  qəfəsin  altından  od  yandırır.  Ayının  ayaqları  yanan  vəziyyətdə  o  tütək   çalır.  Əvvəlcə  ayının  ön  ayaqları  yanır  deyə  o,  arxa  ayaqları  üstə  dayanır,  arxa  ayaqları  da  yandığı  üçün  ayı  fəryad  ilə  hoppanmağa  başlayır.  Bu  tütək  səsi  də  ayıda  refleks  halını  alır.  Nə  vaxt  tütək  səsi  eşitsə ,  ayaqları  yanar  qorxusu  ilə  o,  əvvəlcə  arxa  ayağı  üstdə  dayanır  sonra  isə  hoppanmağa  başlayar.                                          

Ey  qadın,  sənin  küçədə  gördüyün  ayı  zöqlə  oynayan  bir  ayı  deyildir.   Acı  ilə  fəryad,   qorxu   ilə  oynayan  bir  ayıdır...         

   Bəzi  valideynlər  də   ayı  tərbiyəçisinin  istifadə  etdiyi  üsulla  uşaqlarını  tərbiyə  edirlər.  İncidərək,  istəmədiyi  bir  işi  ona  məcbur  gördürərək, qorxudaraq, vuraraq, hədəliyərək....  Əziz  valideynlər,  bunlar  insan  tərbiyəsində  istifadə  olunan  bir  metod  deyildir...

Uşağınız  fiziki  və  mənəvi  cəzalar  ala-ala  ruhları  elə  korlanır  ki,  başqalarına  da cəza  verməyi  öyrənirlər. Və  ilk  cəza  verəcəyi  şəxs  valideynləridirsə... İnanın  sizin  ona  verdiyiniz  cəza   onun  sizə  verəcəyi  cəzadan  daha  çox  ağır  olacaqdır.  Hələ ki  18-20  yaşlarına  gəlsin...  Sizi  cəzalandırmağı  ağlına  qoyubsa...  Sizin  güclü,qüvvətli  olduğunuz  vaxtda  uşağınıza  nə  münasibət  göstərmisinizsə  uşağınız da  güc, qüvvəsini  əldə  etdiyində  sizə  onun  bənzərini  göstərəcəkdir... Sizin  illərlə  ona  öyrətdiyiniz  cəza  üsulları  sizə  geri  qayıdanda  bunun  əzabını  artıqlaması  ilə  çəkəcəksiniz...

Deməli, əziz  valideynlərimiz,   nə  əkiriksə,  onu  da  biçmiş  oluruq...

 

Əminə  İsrafilzadə

ADPU-nun Pedaqogika və Psixologiya  fakültəsinin magistr 1-ci kurs tələbəsi

Go Back

Uşaqları necə tərbiyə etməliyik?

Uşaqların düzgün tərbiyə edilməsi bütün dövrlərdə valideynlər üçün çox aktual məsələdir. İnsanlar övladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının, özlərindən böyüklərin təcrübəsinə əsaslanırlar. Bəzən isə onlar mütəxəssislərə, psixoloqlara etibar edir, onların məsləhətlərindən nəticə çıxarırlar. Ancaq istənilən halda valideyn-övlad münasibətlərində, uşaqların düzgün tərbiyəsi məsələsində problemlər də ortaya çıxır. Mövzunun aktuallığını, uşaqların düzgün tərbiyəsi məsələsinin əhəmiyyətini nəzərə alaraq psixoloq Səkinə Mustafayeva ilə həmsöhbət olduq. Səkinə xanımla uşaq psixologiyası, bu gün uşaq tərbiyəsində yol verilən nöqsanlar, uşaqların düzgün tərbiyəsi metodları və s. barədə söhbət etdik.
- Həqiqətənmi uşaqların tərbiyəsi ana bətnindən başlayır?
- “Körpə ana bətnində olarkən onun tərbiyəsi ilə məşğul olmaq lazımdır” deyiminin doğruluğunu alimlər sübut ediblər. Qadın hamiləlikdən 3 ay öncə özünü psixoloji və fiziki cəhətdən ana olmağa hazırlamalıdır. Ancaq bu halda o, sağlam uşaq dünyaya gətirə bilər. Xüsusilə hamiləliyin 5-ci ayından sonra ana öz körpəsinə xoş sözlər deməli, onu əzizləməlidir. Daha çox klassik musiqilər dinləməli, açıq havada gəzməlidir. Bu özü də tərbiyədir.
Uşaq nəyin pis və ya yaxşı olduğunu anasının özünü necə hiss etməsindən anlayır. Ana narahat və ya əsəbidirsə, körpə də çox ağlayır, gecələr yatmır və s. Valideyn heç vaxt fikirləşməməlidir ki, övladı çox kiçikdir, o hələ heç nə anlamır.
Ümumiyyətlə, uşaq dünyaya gəldikdən sonra təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün isə öncə ata və ana öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmalıdırlar. Uşaqlar 5 yaşına qədər ailədə gördükləri hər şeyi şüuraltına yığırlar. Ona görə də valideyn övladına verdiyi tərbiyənin əhəmiyyətini dərk etməlidir.
6-7 yaşına kimi uşaqların tərbiyəsinə daha ciddi yanaşmaq lazımdır. Həmin dövrdə xarakterin ana xətti formalaşır. Artıq bu yaşa qədər balacalar özlərinə güvənməli, daxili komplekslərdən azad olmalı, özlərini sevməlidirlər. Bu yaşda özünə güvənən uşaqlar şüurlu sürətdə məktəbə təhsil almaq üçün getdiklərini bilirlər, yaxşı oxumağa can atırlar. Sonra ali məktəbə daxil olmağa, daha sonra karyera qurmağa çalışırlar.
- Uşaq tərbiyəsində sağlam psixoloji mühit nə qədər əhəmiyyətlidir?
- Bu, çox əhəmiyyətli məsələdir. Sevgi və nəvazişlə dolu, müsbət emosiyalı, mübahisə olmayan ailədə böyüyən uşaqlar digərlərindən özlərinə güvənmələri, özlərini yüksək qiymətləndirmələri ilə fərqlənirlər.
Qeyd edim ki, ailədə bütün vacib məsələlərdə, xüsusən uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəni ananın sözünü ata və ya atanın sözünü ana inkar edərsə, bu zaman övladın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi də valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzi nümayiş etdirəcək. Valideynlər davranışları ilə öz övladlarına örnək olmalıdırlar. Məsələn, ata oğluna böyüklərə hörmət etməyi tövsiyə edirsə, amma özü yaşlılarla hörmətsiz davranırsa, insanlara qarşı laqeyddirsə, onun ədəb dərsi keçməsi mənasızdır.
- Valideynlə övlad arasında sərhəd, el dili ilə desək, “pərdə” olmalıdırmı?
- Ölkəmizdə valideynlərlə oğul-qız arasında müəyyən sərhəd hər zaman olub və indi də var. Bunun nəticəsidir ki, valideynlər övladlarının, övladlar isə valideynlərinin onları anlamamasından şikayət edirlər. Nə qədər ki, onlar arasında səmimiyyət, dostluq yoxdur, problemlər qaçılmazdır. Valideynlə dost olmayan övlad xarici mühitə can atır, ailədən uzaqlaşır. Ev onun üçün yalnız yemək, yatmaq, pul götürmək yeri olur.
Bizdə adətən atalar uşaqların tərbiyəsinə birbaşa qarışmır, bütün məsuliyyət isə anaların üzərinə düşür. Ancaq tək ananın tərbiyəsi yetərli deyil. Hər bir valideyn övladları arasında fərq qoymadan onların tərbiyəsi ilə məşğul olmalı, onlara sevgi ilə yanaşmalıdır.
- Valideynlərin öz uşaqlarını döyməsi, onlara zor tətbiq etməsi hallarına hələ də rast gəlinir. Bu cür tərbiyə üsulu nə dərəcədə effektivdir?
- Təəssüflə qeyd etməliyəm ki, bu gün həqiqətən də ayrı-ayrı ailələrdə valideynlərin öz övladlarına müxtəlif ağır cəzalar verməsi, aqressiv, zorakı davranışlar göstərməsi hallarına tez-tez təsadüf edirik. Amma heç bir psixoloq döyməklə, söyməklə, ağır cəzalar verməklə hansısa bir uşağın yaxşı tərbiyə olunduğunu deyə bilməz.
Ailədə uşağın şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, onun hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edirsə, döyürsə, bu, körpənin aqressiv böyüməsinə və onda müəyyən psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür, onların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Belə uşaqlar sağlam ruhda böyümür, gələcəkdə özlərini bir şəxsiyyət kimi görmürlər. Nəticədə, onlar cəmiyyətdə, ailədə rahat ünsiyyət qura, sağlam düşünə bilmirlər, yaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər.
Tərbiyənin ən yaxşı yolu valideynin öz münasibətini mimikası ilə ifadə edə bilməsidir. Yəni övlad atasının və ya anasının üzünün ifadəsindən anlamalıdır ki, valideyni onun hansısa hərəkətindən narazı qalıb. Digər uğurlu yol isə uşağın öz valideynlərinin səs tonunu tanımasıdır. Onlara qışqırmaqla yox, səs tonunu bir az yüksəltməklə hərəkətinin səhv olduğunu bildirmək lazımdır.
Uşağı döyərək tərbiyə etmək mümkün deyil. Döyülmək onda anaya, ataya qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir.
Psixologiyada “mükafat və cəza” adlı tərbiyə metodu da var. Burada mükafatlandırma dedikdə uşaqların bacarıqlarını və gözəl əməllərini qabardıb onları tərifləmək və ya onları sevindirəcək kiçik bir hədiyyə etmək nəzərdə tutulur. Bu, uşaqların xoşladığı şirniyyat, kiçik gəzinti və s. ola bilər. Onları pul və başqa qiymətli şeylərlə mükafatlandırmaq olmaz.
Cəza dedikdə isə qətiyyən fiziki təzyiqdən söhbət getmir. Uşaq nə qədər fiziki təzyiq görsə, o qədər tərs olur və deyilən sözün əksini edir. Yalnız onun öyrəşdiyi, xoşladığı şeylərə qısamüddətli qadağa qoymaqla cəza vermək olar. Məsələn, valideyn əvvəldən xəbərdarlıq etməlidir ki, bu cür davransan, səni bir günlük cizgi filminə baxmaqdan və ya bazar günü gəzintisindən məhrum edəcəyəm. Bu zaman ən önəmli məsələ valideynin verdiyi sözə əməl etməsidir. Əks halda, uşaqda valideynə inam itər və gələcəkdə onun heç bir sözünü dinləməz.
Ümumiyyətlə, valideynlər övladlarına kifayət qədər zaman ayırmalı, diqqət, qayğı göstərməlidirlər. Nəzərə almalıyıq ki, düzgün tərbiyə edilməyən uşaq gələcəkdə həm öz ailəsi, həm də cəmiyyət üçün problemə çevrilir.
-Valideynlər övladlarını tərbiyə edərkən daha çox hansı səhvlərə yol verirlər?
- Uşaq vaxtı çox döyülən insanlar deyirlər ki, mən heç vaxt öz uşaqlarıma əl qaldırmayacağam. Amma onlar özləri övlad sahibi olduqdan sonra bəzən eyni davranışı təkrarlayırlar. Elə ata, ana var ki, uşaqların düzgün tərbiyə edilməsi haqda müxtəlif kitablar oxuyur, özünü maarifləndirir, amma oxuduqlarını, doğru bildiklərini praktik həyatda yerinə yetirməyi bacarmır. Bəzi valideynlər ailədə həyat yoldaşına və ya işdə müdirinə və s. bərk əsəbiləşirlər, nəticədə isə heç bir günahı olmayan uşaqla aqressiv davranırlar. Bu, yolverilməzdir.
Uşaq psixoloqları valideynlərə övladları ilə danışarkən bəzi ifadələrdən istifadə etməməyi məsləhət görürlər. Məsələn, “sən heç nə bacarmırsan”. Bu cümlə uşağı uğursuzluğa proqramlaşdırır. Əslində isə deyilməlidir ki, özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən.
“Götür, təki sakit ol!” ifadəsi də yanlışdır. Başları dinc olsun deyə, istədiyi hər şeyi uşağa verməklə razılaşan valideynlər nə zamansa “yox”, “olmaz” dedikdə, onların bu sözləri övladları tərəfindən ciddi qəbul edilmir. Uşaqlara “bunu almayacağıq, çünki pul yoxdur” demək də doğru deyil. Bu sözdən belə çıxır ki, əgər ana-atanın pulu olsa, dükandakı hər şeyi almaq olar. Əslində isə “Sənin bu cür oyuncağın var”, “Çox şokolad yemək ziyandır” və s. deyilməlidir, yəni nəyinsə alınmamağının əsl səbəbi izah olunmalıdır. Bəzən bu asan olmur, bir qədər vaxt ala bilər. Bəli, başa salmaq başdan eləməkdən çətindir, lakin uşaq valideynlərin onun istəyini niyə yerinə yetirmədiyini anlamalıdır.
- Uşaqları “xortdan gələr”, “it dişləyər”, “həkim sənə iynə vurar”, “polis gəlib aparar” və s. kimi ifadələrlə qorxutmaq onların psixologiyasına necə təsir edir?
- Həqiqətən, qadağa qoymaqla heç nə əldə edə bilməyən, övladları tərəfindən sözləri eşidilməyən valideynlər bir çox hallarda qeyri-ciddi metodlarla öz istəklərini həyata keçirirlər, onları müxtəlif əşyalarla, heyvanlarla, hətta insanlarla qorxudurlar. Onlar övladlarının psixoloji vəziyyətində qorxunun hansı mənfi nəticələrə, hətta isteriyaya gətirib çıxaracağını dərk etmirlər. Bütün bunlar, əlbəttə ki, yolverilməz hallardır.
- Sizin yanınıza gətirilən uşaqlarda daha çox hansı problemləri müşahidə edirsiniz?
- Bu gün ünsiyyətdə olduğumuz uşaqlarla bağlı ən ciddi problem valideynlərin onlara qarşı diqqətsizliyidir. Təəssüf ki, bir çox valideynlər düşünürlər ki, övladlarına nə qədər çox bahalı oyuncaqlar alsalar, onları əyləncə mərkəzlərində nə qədər çox gəzdirsələr, hər istəklərini yerinə yetirsələr, onlara bir o qədər çox diqqət göstərmiş olurlar. Əksər valideynlər bununla öz vəzifələrini bitmiş hesab edirlər. Ancaq övladları ilə ünsiyyətdə olmaq, onlarla söhbət etmək, fikirlərini bölüşmək ağıllarına gəlmir. Onlar bilmirlər ki, uşaqlar üçün çox müasir, bahalı oyuncaqlar yox, valideynləri ilə əylənmək, söhbət etmək, oynamaq maraqlıdır. Bu gün uşağı dinləmək, onun nə barədə düşündüyünü öyrənmək, onu narahat edən suallar barədə söhbət etmək sabahkı bir çox psixoloji problemlərin qarşısını almaq deməkdir.


 

Ü.FƏRZƏLİYEVA

tibbqazeti.az

Go Back

Uşaqlarda heyvan qorxusu

 

Elə bir insan yoxdur ki, o, hər hansı bir heyvandan qorxmasın. Qorxu hissi hər insanda var və bu qorxu yaşa, yaşadığı mühitə, məkana görə də dəyişir. Əksər insanlar hətta illər keçsə belə, hansısa heyvana qarşı olan qorxularını dəf edə bilmirlər. Nəticədə bu hiss daha da yığılaraq insanda fobiya əmələ gətirir.

Qorxunun ən şiddətli forması artıq insan heyvanın adı gəldikdə belə qorxmağa başlayanda özünü göstərir. Heyvanın şəkli, oyuncağı və bu kimi onu xatırladan nüanslar göz önünə gəldikdə insan psixoloji olaraq gərilir. Qorxu özbaşına yaranmır. Uşaq yaşlarında hər hansı bir travma yaşayan, eyni zamanda heyvanlarla bağlı pis xatirələrə malik olan insanlar üçün qorxunun bir ömür boyu davam etməsi də qaçılmaz haldır.

Bu günün uşaqları isə daha həssasdır. Nəzərə alsaq ki, ən qorxulu xəstəliklərin özü belə qorxudan yarana bilir, o zaman uşaqların qorxularına qarşı daha diqqətli olmaqda fayda var. Müxtəlif miflərdən, adamlardan, qaranlıqdan qorxan uşaqlar üçün bu qorxu müəyyən müddət sonra gülməli bir xatirəyə çevrilə bilər, amma heyvan qorxusunu canından atmayan uşaq üçün həyat heç də asan olmayacaq. Onlarda bu qorxunun qarşısını almaq isə valideynlərin üzərinə düşür.

Maraqlı haldır ki, rayon uşaqları, eləcə də həyət evində böyüyən uşaqlar üçün heyvan qorxusunun olması nadir haldır. Bu cür uşaqlar şəhər uşaqları ilə müqayisə edildikdə ortaya kəskin fərq çıxır. Şəhər uşaqları adi milçəkdən qorxduğu halda rayon uşaqları üçün ağıla gələ bilməyəcək həşəratlara qarşı belə qorxu olmur. Səbəb isə valideyn rahatlığı və mühitdir. Məhz bu cür uşaqların gələcək həyatları da rahat və problemsiz keçir. Şəhər mühitinin qorunan uşaqları üçün isə vəziyyət heç də ürək açan olmur.

Psixoloq Gülər Namazovanın sözlərinə görə, bəzən valideynlər özləri uşaqlarını qorxutmaq üçün müxtəlif heyvan və həşəratları əməllərinə alət edirlər. "Şkafı açma tarakan dişləyər", "qapıya getmə böcək yeyər" və s. kimi bir növ qorxutmaq xarakterli işlədilən deyimlər uşaqlarda heyvanı görmədən ona qarşı qorxu yaradır. Valideyn nəzərə almır ki, ev şəraitində qorxutduğu heyvanlarla övladı bir gün qarşılaşa bilər və o an keçirilən qorxu hissi də uşaqda iz buraxa bilər. Ümumiyyətlə, bu mövzuda olduqca həssas olmaq və uşağın irəli yaşlarda da qarşılaşma ehtimalı olan canlılarla onu qorxutmamaq lazımdır: "Valideynlər digər canlılara qarşı sevgi, mərhəmət hissini kiçik yaşlarda uşaqlara aşılamalıdırlar. Ana və ya ata düşünməməlidir ki, uşaq da böyüklər kimi hər şeyi dərk edir. Böyüklər ağıllarına belə gətirə bilməzlər ki, valideynin hər hansı bir hərəkətini kiçiklər hansı istiqamətə yozub necə nəticə çıxara bilərlər. Əgər bu gün küçədə görsəniz ki, uşaq daşla hər hansı bir canlını, məsələn, quşu vurb öldürməyə həvəslidir, pişiyə qum atıb bundan zövq alır, bilin ki, ailədə vəziyyət eynilə bu cürdür. Uşağın valideynləri uşağın gözü önündə hər hansı həşəratı ayaqqabıyla əzib buna sevinir, dərhal onu çölə atır və qəhrəmanlıq edirmiş kimi davranır. Uşaq dərk edə bilmir ki, evdəki böcəklə həyətdəki pişik fərqlidir. Onun üçün heyvan bir mənanı daşıyır və bu, fərq etmir zərərli və ya zərərsiz olsun. Örnək davranış hər hansı bir böcəyi və ya heyvanı uşağa göstərmək, onun təhlükəsiz olmasını izah etmək və ehtiyyatla, öldürmədən ondan qurtulmaqdır".

Psixoloq deyir ki, valideynlər əksər hallarda övladlarını qorumaq üçün onları mühitdən təcrid edirlər. Həyətə olmaz, qumla oynamaq olmaz, heyvana əl vurmaq olmaz, üzərinə getmək olmaz və s. "Olmaz"lar olduğu təqdirdə daim maraq obyekti olacaq heyvanlar eyni zamanda uşaq beynində qorxu da yaradacaq. Deməli, bu, təhlükəlidir ki, anam məni qoruyur və mütləq mən də özümü qorumalıyam instinkti meydana çıxacaq: "Heyvan bəsləmək başqa, onunla oynamaq başqadır. Düzdür, heyvanların uşaqların böyüməsində, tərbiyəsində, psixologiyasında yeri əvəzsizdir, amma əgər ev şəraitində hər hansı bir heyvan saxlamaq mümkün deyilsə, uşağı anlıq sevgidən də məhrum etmək düzgün deyil. Sərbəst buraxın, böcəyi çevirsin, pişiklə oynasın, qurbağa ilə əylənsin. Bu cür münasibətdən valideyn qorxa bilər, amma bu o demək deyil ki, uşaqların "ilanboğan" yaşlarında onları da qorxutmaq və uzaq saxlamaq lazımdır. Uşaq üçün hər şeyin təməlinin qoyulduğu erkən yaşlarda mümkün qədər onları qorxusuz və cəsur böyütmək lazımdır. Bu, onların sonrakı yaşamlarında da müsbət keyfiyyətlər orata çıxaracaq. Qorxusuz həyat yaşayan uşaqlar üçün əylənmək və öyrənmək üçün heç bir maneə olmur. Uşaq sərbəstliyi onu həm müxtəlif fobiyalardan qoruyacaq, eyni zamanda mərhəmətli, sevgi dolu böyüməsinə də yardım edəcək. Valideynlər üçün qızıl qayda budur. Qorxma, qorxutma, öldürmə və öldürməsinə izn vermə. Yalnız bu qayda ilə böyüdülən uşaqlar üçün qorxu anlayışı sıfır olur".

ulu.az

 

Go Back

Uşaqların gec danışması nədən irəli gəlir?

Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Səlist danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda kəkələmək, fikrini izah edə bilməmək, ən pis halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır. Belə insanlar hər zaman ətrafdakılar tərəfindən “yazıq”, “bəxti gətirməyən” adlandırılırlar.

Elə buna görə də körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Əksər ailələr isə uşaqlarının danışmaq ərəfəsində onların sadəcə susub baxmasını izləyirlər. Lakin hər susan uşaq sonuna kimi danışmayacaq, yaxud dilində qüsuru olacaq demək deyil. Vaxtında nəzarət olunan və aşkarlanan problemləri aradan qaldırılan uşaqlar gələcək həyatlarında da maneələrlə üzləşmirlər.

Nevroloji səbəblər, uşaqlarda anadan gəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur. Əsasında isə sinir sistemindəki pozğunluqlar durur. Menengit, zədə, damar mənşəli xəstəliklər, əzələ xəstəlikləri, beyinə təsir edən infeksiyalar da uşaqlarda dil və danışma pozuqluğuna səbəb olur.

Loqoped Fəxriyyə Babaşovanın sözlərinə görə, əgər uşaqda baş-beyinlə əlaqəli heç bir xəstəlik yoxdursa, onda uşağın gec danışması elə də qorxulu sayılmır: “Dəqiq olaraq bir yaş deyə bilmərik ki, bu yaşda uşaq mütləq danışacaq. Danışma yaşı uşaqdan-uşağa dəyişən bir prosesdir. Elə uşaq var ki, onlar 4-5 yaşlarında dil açır və heç bir dil problemi olmadan rahat fikrini izah edə bilir. Bəzi uşaqlar çox gec, bəziləri isə çox tez danışa bilərlər. Gec danışmaq o demək deyil ki, uşağın ya beynində, ya da hər hansı bir orqanında problem var. Sadəcə, müəyyən faktorlara diqqət yetirmək lazımdır. Müşahidə əsnasında uşaqda başqa problemlərin olub-olmamasını valideynlər özləri aşkar edə bilərlər. Bəzən gec danışan uşaqlarda bunun səbəbi onların sinir sistemlərində olan hər hansı bir pozuntu ilə bağlı olur. Belə uşaqlar da bir müddət sonra dil açır və yaşıdları ilə müqayisədə çox yaxşı danışırlar”.

Uşaqlar ilk 6 ayından etibarən səslər çıxarmağa, bir növ danışmağa çalışırlar. 12-ci ayına gələndə isə artıq sadə və deyilməsi rahat olan sözləri deməyə cəhd edirlər. 18-ci ayından sonra sərbəst cümlə qurmağa başlayan körpələr bundan sonrakı digər aylarda danışıqlarını hər ay bir az daha inkişaf etdirirlər. Mütəxəssislər bildirir ki, uşaqların vaxtında dil açması onlar üçün faydalıdır. Çünki vaxtında dil açan uşaqların zəka və öyrənmə prosesləri daha sürətli inkişaf edir. Gecikən danışıq uşaqların zəka və sosial inkişafını da zədələyir.

Loqoped bildirir ki, 12-ci ayından sonra hələ də səs çıxarmayan, danışmağa cəhd etməyən uşaqları valideynlər ciddi nəzarətə götürməlidir. Uşaq başa düşülməyən səslər çıxarırsa, istədiklərini aqressiv formada izah etməyə çalışırsa, yeni mühitə alışmaq onlar üçün çox çətin olursa, ona göstərilən əşyalara qarşı biganədirsə, gələn səslərə qarşılıq vermirsə, artıq həkimə müraciət etmək lazımdır. Müayinə və laboratoloji testlərdən sonra səbəblər aşkarlanır və bu istiqamətdə tədbirlər görülməyə başlanılır:

“Azərbaycanda 2-5 yaş arası danışmağı bacarmayan uşaqlar elə də az deyil. Bəzi ailələr uşaqları gec danışanda “nəslimizdə olan şeydir” deyib vaxtında həkimə müraciət etmirlər. Bu isə uşaqların normal inkişafı ilə yanaşı, onların psixologiyasını da zədələyir. Elə uşaqlar var ki, onlarda beyində zədə, yaxud eşitmə problemləri olur ki, gec danışmasının səbəbi məhz bu patologiyalardır. Lakin tibbi baxımdan heç bir problemi olmayan və 2 yaşı keçməsinə baxmayaraq danışmaqda çətinlik çəkən uşaqlar da var. Bu uşaqlar ən sadə sözləri deməkdə belə çətinlik çəkirlər. 2 yaşına qədər uşaqların çıxardığı səslərin onları zəkası ilə bir bağlılığı olmur. Lakin 2 yaşdan sonra danışıq bir baş beyinlə əlaqələnir. Özünü ifadə edə bilməmək, ünsiyyət qura bilməmək gələcəkdə uşaqlarda zəka geriliyinin yaranmasına da səbəb ola bilər. Qeyd edim ki, bu gün uşaqların gec danışmasına səbəb olan amillərdən biri də televizor, səssiz, sözsüz, cizgi filmləridir”.

Uşaqların gec danışması, nitqində qüsurların olmasının əsas səbəblərindən biri də ailədə uşaqlarla ünsiyyətin qurulmamasıdır. Mütəxəssislər məsləhət görür ki, uşaqlar danışdıqda onu diqqətlə dinləmək lazımdır, danışdığı önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir.

F.Babaşova qeyd edir ki, körpələrdə eşitmə testləri normal olsa belə daha sonrakı dövrlərdə keçirilən qızdırmalı xəstəliklər və orta qulaq iltihabları eşitmə zəifliyinə səbəb ola bilir. Uşaq tamamilə kar olmasa belə bəzi tezlikdəki səsləri eşitməməsi danışma pozuqluğuna şərait yaradır. Belə hallarda uşağa edilən testlər ilə hansı tezlikləri eşidib-eşitmədiyi təyin olunub, ona görə müalicə yazılır. Şəxsi cihazlar istifadə olunur: “Eşitmə pozuqluğunu erkən müəyyən edib müalicəyə erkən başlamaq lazımdır. 3-4 yaşından sonra başlanan müalicələrdə müvəffəqiyyət şansı azalır. 2 yaşında olan uşaq təxminən 50 söz deməlidir. 3-4 yaş aralığında isə danışılan kəlmələrin yarısı səlist, aydın olmalıdır. 5 yaşı keçdikdən sonra artıq müalicə və müayinələr lazımdır”.

gencaile.az

Go Back

20 nəticə göstərilir