Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşaqlar"

Autik uşaqlarla rəftar

Autik uşaqla rəftar .....
Autizm-inkişafın elə pozuntusudur ki, bu zaman ətraf aləmlə və başqa insanlarla sosial əlaqələrin formalaşması çətinləşmiş olur.

Əsas simptonları ümumi xarakter daşıyır- bu ünsiyyətdən qaçmaq, yayınmaq, ekstremal təklik, eləcə də streotip davranış kimi mənəvi formalardır.
Autist uşaqlar digər uşaqlarla ünsiyyət qura bilmirlər və onların əlaqəyə reaksiyası digər insanların nöqteyi-nəzərincə parodoksaldır.
Ən çox rast gəlinən təzahürü qarşısındakının gözünə baxmaqdan yayınmaq, ünsiyyətə qoşulmaqdan çəkinməkdir.
Əslində onlarda ünsiyyətə girmək tələbatı var, lakin bu şüursuz mexanizm mükəmməldir. Buna görə belə uşaqları ünsiyyətə daxil olmağa məcbur etmək, israrlı olmaq lazımdır.
Uşaq həyatının ilk əvvəlində bu uşaqla ananın münasibətlərində özünü göstərə bilər .
Əgər uşaq valideynləri və yaxud başqa insanlarla az ünsiyyət qurursa, onda mütəxəssislər tez bir zamanda autizm diaqnozunu müəyyən etməyə bilərlər. Bu vəziyyətdə uşaq uşaq oyunlarının mənasını anlamır, məs: qaçdı-tutdu oyunu.
Autist uşağın yaşıdları ilə əlaqəsini qurmaq çox çətindir, lakin buna görə də uşaq cəmiyyətdən təcrid edilmiş kimi qala bilər.
Autist uşaqlar istəklərini və emosiyalarını monoton səslərlə bildirir, dialoqda iştirak etmirlər. Bu cür uşaqlarda taktil hissiyyat və ya həssaslıq müşahidə oluna bilər. Autist uşaqlar hiperhissiyyatlı uşaqlardır.Buna görə də onlarla çox ehtiyyatlı olmaq lazimdır.
Onlarla sakit danışmaq, yavaş və dəqiq toxunmaq lazımdır. Başqa cür olsa, isterika yarana bilər.
Körpənin müqavimətinin öhdəsindən gəlməyə və onu real həyata qatmağa çalışmaq lazımdır. Uşağın diqqətini maraqlı oyuna cəlb etməklə ona gözə baxmağı, onunla söhbət etməyi öyrətmək lazımdır ki, bu da iki tərəfli olmalıdır. Dilin köməyi ilə də ünsiyyəti stimullaşdırmaq olar. Məs: uşaq fincan istəyirsə, ona məhz fincan verin, əgər o qaşıq xahiş edirsə, amma əslində ona fincan lazımdır, onda ona qaşıq verin.
İstənilən davranış və hərəkətin düzgün forması uşaqla ünsiyyətin əhəmiyyətli qaydasıdır.
Autist uşaqları cəzalandırmaq qəti surətdə olmaz. Belə uşağa daha çox vaxt ayırmaq və mümkün qədər çox ünsiyyət saxlamaq lazımdır.
Bu körpələr adi uşaqlara nisbətən ünsiyyətə daha çox ehtiyac duyurlar.
Məhz buna görə autist uşaqları ixtisaslaşdırılmış, korreksiya işləri aparılan mərkəzə və ya məktəbə vermək lazımdır.

Sevda Mustafazadə psixoloq

 

Go Back

Yeni doğulan uşaqlarda yaddaşın inkişafı

Yeni doğulmuş uşaq hələ ana bətnində ikən hər şeyi eşidir və yadda saxlamağı bacarır. O, anasının səsini tez tanıyır, onun ürək döyüntüsünü eşitdikdə sakitləşir.

Həyatının birinci ilində uşağın yaddaşı daha məhsuldar olduğundan bu dövrdən yaxşı istifadə olunmalıdır. Belə ki, kiçik şerlər, uşaq mahnıları oxumaqla körpənin söz ehtiyatını zənginləşdirmək lazımdır.

3 aylıq dövründə uşaq əşyaları tanımağa başlayır. Əvvəllər gördüyü əşyaları görmədiklərindən ayırd edə bilir. Amma körpənin gözü önündən itən hər şey onun üçün həmişəlik itki sayılır. Məsələn, əlindəki oyuncağın döşəməyə düşməsini uşaq həmişəlik yox olmuş kimi qavrayır.

Bu hal eynilə anaya da aiddir. Anası ilə birlikdə olanda o, özünü çox xoşbəxt hiss edirsə, ana başqa otağa keçən kimi körpə ağlamağa başlayır. Çünki o elə bilir ki, anası bir daha qayıtmayacaq. Ona görə də uşağın səsinə səs vermək, uzaqdan da olsa, onu danışdırmaq lazımdır ki, uşaq anasının yaxında olduğunu başa düşsün.

Belə olduqda uşaqda ilk məntiqi vərdişlər formalaşır: anamı görmürəm – deməli, o yoxdur? Amma səsini eşidirəm – deməli, o var.
Körpənizlə gizlənpaç oynayın. Üzünüzü dəsmal və ya əlinizlə bağlayıb uşağın adını çağıraraq, ya da hər hansı bir səs çıxararaq üzünüzü açın.

Belə oyunları uşaqlar çox xoşlayırlar. Onlar belə əyləncəli oyunlardan həm çoxlu müsbət enerji alırlar, həm də göz qabağından itən şeyin həmişəlik itmədiyini anlamağa başlayırlar.

6 aylıq uşaqda göz yaddaşı inkişaf etmiş olur. Əvvəllər gördüyü insanları hətta fotoşəkildə də tanıyır, əlindən yerə düşən oyuncağı axtarır, gördüyü əşyaları və canlıları qruplaşdırır (Məsələn, pişik, it, inək – heyvandır. Sıyıq, yumurta, ət, alma – yeməkdir və s.)

7-8 aylığında uşağın yaddaşı daha da inkişaf edir. Bu zaman ona şəkillər göstərməli və zehni inkişaf etdirən oyunlar alınmalıdır.
Bir yaşına yaxın artıq uşaq nəinki tanış əşyaları və hadisələri tanıya bilir, hətta müəyyən işarələri başa düşür və cavab verə bilir, məsələn hər dəfə nənəsi ilə sağollaşanda balaca əllərini yelləyib “sağ ol ” deyir.

Beləliklə, uşaq daima təzə şeylər öyrənir və yeri gələndə onlardan istifadə edir. Balanızla birgə “xəzinə” yığın, məsələn rəngli daşlar, balaca oyuncaqlar, şəkillər və s. Bir neçə gündən sonra siz bu “xəzinəni” ona göstərdikdə balaca “xəzinədar” hər şeyi xatırlayacaq, bununla da siz övladınızın möhkəm yaddaşının təməlini qoymuş olursunuz.

narinc.az

 

Go Back

Enurez nədir?

Uşaq psixikasını ən önəmli hissəsi hər yaş dövründə bu yaşa uyğun davranışların düzgün mənimsənilmiş olmasıdır. Bunların içərisində ən önəmli hesab etdiyimiz davranışlardan biri uşaqların tualet vərdişidir. Körpəsi olan hər bir ana uşağının tualetə getmə isdəyini bildirməsini, sidiyini muəyyən müddət tuta bilmələrini,gecələr yatağını islatmamalarını arzulayır və buna olduqca boyük səy göstərir. Tez və ya gec, çox asan və ya çətin də olsa bütün uşaqlar bu vərdişə zamanla öyrəşir. Lakin elə hallar da olur ki, uşaqlar bütün bu vərdişləri öyrənsələr də, düzgün və vaxdinda isdəklərini ifadə edə bilsələr də, günün müəyyən vaxdi, xüsusən də gecələr yataqlarını isladırlar.

Uşaqların həyatının ilk ilində bağırsaq və sidik kisəsini idarə edən əzələ hələ yetəri qədər iradəyə tabe olmur, bunun olmasi üçün uşaqların müəyyən qədər həm fiziki, həm də zehni cəhətdən inkişafı vacibdir. Uşaqlar artıq 15 ayıdan etibarən altlarini batırdıqları zaman bunu analarına bildirə bilirlər və artıq tualet vərdişi yavaş-yavaş formalaşlmağa başlayır. 3 yaşında bir uşaq sərbəst şəkildə tualetə getmək isdəyini bildirə bilər.

Lakin elə hallar da olur ki,  tualet vərdişinə tam yiyələnən bir uşaq artıq sidiyini saxlaya bilmir və ya gecələr yatağını isladır. Uşaqların isdəkdən kənar öz sidiyini saxlaya bilməmə halına “enurez” deyilir. Əgər uşağınız həfdə ərzində ən azı 3 dəfə yatağını isladırsa enurezdən şupələnə bilərsiniz. Enurez adətən 3-5 yaş arası uşaqlarda müşahidə olunur və oğlanların sayı qızlardan təxminən iki dəfə çoxdur.

Enurezin 2 səbəbi vardır :

  1. Tibbi-genetik - bu cox önəmli səbəbdi. Çünki enurezi olan uşaqların 75%də ata və ya analarına bu hal olub. Ona görə də mütləq genetik faktoru unutmayin. Uşağınızda enurez haları müşahidə etdiyinizdən şüpələndiyiniz an genetik faktorla yanaşı, mütləq ilk öncə bir uroloqa müraciyət edib uşağınızın tibbi cəhətdən sağlam olduğuna əmin olun.
  2. Psixodinamik - enurezi olan uşaqları 95%də sırf psixoloji faktor səbəbi aşkarlanıb. Bunlar: reqressiv davranış kimi interpretasiya edilir,uşaqlarda körpə qalma isdəyi,özünə diqqət çəkmə, hiddətini və ya aciğını bildirmə, mansturbasiya etmə isdəyi nəticəsində yarana bilər. Eyniylə qardaş və bacı qisqanclığı nəticəsində, sevilməyən və ya isdənilməyən bir uşaq olduğunu hiss edəndə, kastrasiya narahatçılığı zamanı (oğlanların cinsiyətlərini kəşf etdikləri dövrdə qızların cinsi orqanını görüb, qizların cəza aldıqlarına görə cinsi orqanlarından məhrum olmalarını sanaraq, öz cinsi orqanlarının da kəsilə biləcəklərini düşünmələri), ailədəki konfliktlərə şahid olduqda, ailədə baş vermis xəstəlik və ya ölüm hallarından sonra, anaların həddindən çox təmizliyə düşgün olması və uşağa həddindən çox diqqət göstərməsi ( hədindən az diqqət yettirməsi), həmçinin mütamadi yaşayış yerinin( bağçanın,məktəbin) dəyişdirilməsi uşaqlarda bütün bu olanlara cavab olaraq enurez yarana bilər.

      Belə hallarla qarşılaşmasını istəmirsinizsə ilk öncə unutmayın ki,uşaqlar artıq 29-30 ayından etibarən özləri sərbəst şəkildə karaşokda otura bilərlər. Qətiyyən bu yaşdan sonra uşaqlara uşaq bezləri taxmayın, çünki 3 yaşından şəxsiyyətini tanımağa başlayan bir uşaq əgər uşaq bezi ilə gəzirsə onda həmin uşaqda özgüvən zədələnəcək və bu da enurezin yaranma səbəblərindən ən böyüyüdür.

      Əgər uşağınız təsadüfən paltarını batırıbsa qətiyyən ona qışqırmayın və ya tualetə (karaşoka) sizdə icazəsiz giribsə onnan icaze almalı olduğunu tələb etməyin. Bütün bunlar uşaqların qayğılanmasına gətirib çıxardır. Uşaq qayğılandığı zaman narahat olur və bu zaman sidiyini idarə edə bilmir.

      Bacı, qardaş qisqanclığı enurezi yaradan ən böyük səbəblərdəndir. Bir çox ailələr ikinci övladları olduqdan sonra uşaqlarında enurezin yarandığından şikayətlənirlər.Adətə böyük uşaqlar ailəyə ikinci uşaq gəldikdən sonra valideyinlərinin artıq onları sevmədiyini düşünürlər və çıxış yolunu özlərini körpəyə bənzətməkdə tapırlar.Belə hallarda barmaq əmmə, yersiz şikayətlər və gecələri yataq islatma halları müşahidə olunur. Buna görə də böyük uşaqda müşahidə etdiyiniz bu davranışları ilk öncə normal qarşılayın. Daha sonra ona sözdə “sən böyüksən” yox, əməldə bunu gösdərin. Balaca qardaşına (bacısına) yeməyində,geyinməyində və s. gündəlik təlabatlarında ana rolunu uşağa verin. Icazə verin balaca qardaşını(bacısını) o yedizdirsin,geyindirsin və s. Bu zaman uşaq özünü həqiqətən böyük hesab edəcək və rəqib olma duyğusu azalacaq,eyni zamanda qısqanclıq da.

      Enurezin yaranma səbəblərindən biri də uşaqların valideyinlər arasında gərginliyə şahid olmasıdır. Ana atası arasında münaqişəyə şahid olan uşaqlar gecələr narahat yatir və onlarda qaranlıq fobiyaları yaranır.Bununla bağlı olraq uşaqlar sidik ifrazının idarəsinə nəzarət edə bilmir. Çalışmaq lazımdır ki, uşaq valideyin münaqişəsinə az şahid olsun.Uşaqlar 2 yaşından etibarən karaşokda oturaraq tualet vərdişinə başlayır.Bu dövr uşaqların cinsiyyət tanima dövrü olduğundan onlar uzun müddət karaşokda oturmaq isdəyirlər.Bu yaş dövrü psixoseksual inkişaf mərhələsi baxımından “anal” mərhələ olduğundan uşqaların həzz mərkəzi cinsi orqanlar olur.Onlar karaşokda oturaraq ,öz nəcislərini cinsiyyət orqanının bükücü əzələsiyə saxlayaraq ondan həzz alırlar.Buna görə də uşaqlarda tualet prosesi uzun muddət davam edir.Bəzən valideyinlər buna əhəmiyyət vermədiklərindən uşqaları tələsdirirlər bu da sonradan uşaqların psixikasına mənfi təsir gostərir.Gecə uşaqlar altlarını islatdıqları zaman valideyinlər qatı tədbirlər görür – uşağı danlayır,cəzalandırır,gecələri uşaqları vaxtsız oyadıb tualetə aparır və ya yatağını batırmasın deyə uşaq üçün narahat olan yataq hazırlayır.Bütün bu proseslər uşaqların yataq islatmasını daha da gücləndirir.

      Enurez psixoloji faktorlarla bağlı bir əlamət olduğu üçün həm tibbi, həm də psixoloji yanaşma birlikdə tətbiq olunmalıdır. Tibbi bir narahatlıq olmadığına əmin olduqdan sonra rahat bir şəkildə psixoloji müalicəyə başlaya bilərsiniz. İlk öncə çalışın enurezin psixoloji səbəbinin nədən olduğnu uşaq psixoloqu müəyyən etsin. Çünki enurezin nədən yarandığı tam müəyyən olunmazsa və ailə təxminən hesab etdikləri səbəblərə görə uşaqla yalnış münasibət qura bilərlər və bu enurezin daha qalıcı bir hal almasına gətirə bilər. Psixoloq enurezi olan bir uşaqda səbəbi müəyyən etdikdən sonra, ona uyğun korreksiya metodları ilə işləyəcək və siz də düzgün davranış qaydalarini biləcəksiniz.  “Necə olsa böyüyəndə keçər' məntiqiylə düşünmək problemin həllini gecikdirər.

       Belə olduqda valideyinlərdən səbirli olmağı və uşaqlara düzgün olanı öyrətməyi məsləhət görürük.Unutmayın ki uşaqlar bunu şüurlu şəkildə etmir. Uşağı alçaltmaq, günahlandırmaq yerinə bu davranışın səbəblərini araşdırın.Uşağınıza bu problemin normal bir hal olduğunu başa salın.Əks halda uşaqda özünə inam problemi meydana gələcək və uşaq cəmiyyət içərisində də özünü narahat hiss edəcək. Halbuki duyğularını paylaşdıqca uşağın qorxu və qayğıları azalacaq.

-Uşağınızla birlikdə bir təqvim tutun, yatağını islatmadığı günləri ulduzla işarələyin. Beləcə uşağınızı müsbət istiqamətdə motivasiya etmiş olarsınız. Ayın axırı ulduzların sayı çox olduqda onu mükafatlandırın.
-Uşağınızı stress meydana gətirəcək faktorlardan uzaq tutmağa çalışın. Xüsusilə yatma saatından əvvəl uşağa rahatlaşdırıcı fəaliyyətlər etdirin.Nağıl,hekayə danışın,sizin hər zaman onun yanında olduğunu anlasın
- Sadə vəzifələr verərək uşağın da yatağını toplamasını təmin edin.Yatağını islatdığı vaxtda da yatağını özünün toplamasına və təmizlikdə onun da iştirak etməsinə şərait yaradın
-Axşam yatma saatından əvvəl uşağın maye alışını azaldın. Beləcə tualetə getmə ehtiyacı azalacaq.

Unutmayın enurez adətən psixoloji narahatçılıqdır, həkim və dərmanların köməyi ilə siz prosesin yalnız sürətini azalda bilərsiniz. Prosesin səbəbi tapılıb həll edilmədikcə bu narahatçılıq davam edəcək. Uşağınızda belə bir naraharçılıqdan şüpələnsəziz mütəxəssisə müraciyət etməkdən çəkinməyin, çünki vaxtında göstərilən yardım uşağınızın daha xoşbəxt və qayğısız bir gələcəyinə təminatdır.

Narinc.az

Go Back

Uşaqlar da depressiyaya düşür

1. Pis əhval-ruhiyyə.

Uşaq və ya yeniyetmə bir neçə həftə ərzində əgər qəmgindirsə və günün müəyyən saatlarında və ya müxtəlif günlərdə bu halı bir qədər dəyişirsə, bu, depressiyanın əlaməti deməkdir. Ümumi olaraq, onu əhatə edən mühitin dəyişməsinə baxmayaraq, onun qəmgin və bədbəxt halı hələ də qalmaqdadır. Bəzən bu daimi xəstəliyi müəyyən etmək heç də asan olmur. Bəzən bu cür qız və ya oğlanlar onlarda olan bu dəyişikliyi boyunlarına almaq istəmirlər, onu gizlədirlər. Ola bilsin ki, depressiya bu cür oğlan və qızların ruhiyyəsində özünü başqa cür büruzə versin və qəmgin olmaqları çox da hiss edilməsin. Məsələn, heç kimə yaxınlaşmamaq, heç nəyi bəyənməmək, sözə qulaq asmamaq kimi. Onu da demək lazımdır ki, hər sözə baxmayan və ya problem yaradan uşaq depressiyada deyildir. Ancaq yeniyetmələrin arasında bu xəstəliyə kifayət qədər çox rast gəlinir. Bəzən depressiya nigarançılıqla bir yerdə olur. Bəzən də tibbin müəyyən edə bilmədiyi baş və ya mədə ağrısı kimi özünü göstərir. Bu zaman valideyn çox nigaran olur. Onlar çalışırlar ki, bu xəstəliyi uşağın orqanizmində axtarsınlar. Amma onun qəmgin olmasını heç nəzərə almırlar.

2. Ləzzət almamaq və gündəlik fəaliyyətlərdən razı qalmamaq.

Uşaqların və ya yeniyetmələrin əksəriyyəti çox hallarda hövsələsiz olurlar. Bu da depressiyanın əlaməti deyildir. O zaman bunu depressiya hesab etmək olar ki, uşağın əvvəllər ləzzət və həvəslə gördüyü işlər indi onun üçün mənasız görünür. Məsələn, gəzintiyə çıxmaq, dostları ilə ünsiyyət bağlamaq. Ancaq indi onun görüşməyə və ya gəzməyə hövsələsi çatmır. Ya, məsələn, əvvəllər məktəbdə idmanı çox sevərdi, ancaq indi idmana qarşı laqeyddir. Əgər bu cür əlamətlər bir neçə həftə uzanarsa, depressiyanın olduğunu bildirir.

3. Yuxunun pozulması.

Yuxunun pozulması bir neçə cür özünü göstərə bilər. Uşaq və ya yeniyetmə yatmağa getmək istəmir. Bu, onun üçün çətin bir işdir. Gecələr oyanır və bir daha yata bilmir. Səhərlər başqa vaxtda olandan daha tez durur. Təkrar və qəmgin yuxular görür. Ya da yuxuda gəzir və söhbət edir.

Go Back

Uşaqlar arasında qısqanclıq

Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur.Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır. 

Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir.Ailəyə yeni bir qardaş və ya bacının gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir vəziyyətdir. Uşağın yeni qardaş və ya bacısını  qəbul edə bilməsi  uşağın yaşı, ailənin uşaqla münasibəti  və uşağın şəxsiyyətinin inkişafı və s.bu kimi bir çox  faktorlardan asılıdır. Qardaş-bacı qısqanclığını tamamilə qarşısı alına bilməz.Çünki bu qisaqnclıq bir uşağın psixi inkişafı üçün önəmlidir. Buna görədə də bu qısqanclığı uşağın saglam inkişafı üçün sağlam rəqabətə çevirə bilərsiniz

Əğər uşağınız yeni doğulmuş körpəyə müraciyətlə “kaş ki hec olmasaydın”, “sənə nifrət edirəm” və s. bu kimi ifadələr işlədirsə deməli artıq qısqanclıq baş qaldırıbdır. Bir çox hallarda uşaqlarda qısqanclıq reqresiya(geriyə dönüş) ilə müşahidə olunur, yəni uşaqlar körpə kimi sosqa əmmək,yatağını islatmaq, tək başına yemək yeməmək və s.kimi davranışlar göstərirlər. Bəzi hallarda isə uşaqlar sevilmədiyini hiss edərək özlərinə qapanarlar. Heç kəslə ünsiyyətə girməzlər.Tez-tez müşahidə olunan davranış isə böyük uşaqların özlərindən kiçiklərə fiziki ziyan verməsidir(cimdikləmə,vurma, yerə atma və s).Uşağınızda bu cürə halları müşahidə edirsinizsə deməli artıq uşaqlar arasında qısqanclıq başlayıb.

 

Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı varsa nə etməlisiniz?

Əvvəlcə bunu unutmayın ki, əgər uşağınızda qısqanclıq müşahidə edirsinizsə onu buna görə cəzalandırmayın, duyğularının haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Uşaqdan böyük olmasını tələb etməyin. Ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını paylaşmasını gözləməyin. Çünki bunu tələb edirsinizsə uşağınıza əvvəlkindən daha çox diqqət və sevgi göstərməlisiniz. Amma artıq ailəyə ikinci uşaq gəlib və onun da diqqət,qayğı və sevgiyə ehtiyacı vardır. Bu vəziyyətdə böyük uşağa əvvəlkindən daha cox vaxt ayırmaq çox çətin olur.Uşaq artıq qarşılığında daha yorğun, onun nazı ilə daha az oynayan bir ana, daha az diqqər ayıran bir ata görür.  .Eyni şərtlər bizə də təqdim olunsaydı , biz də bu dəyişikliklərdən narazı olardıq. Bunun səbəbkarını yeni ailəyə gələn uşaqda görürlər . Bu zaman onunla çox ünsiyyət qurun və onun halını anladığınızı göstərin:"Başa düşürəm səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir.","Balaca qardasın (bacın) qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə oyun da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının) böyüdüyünü görəcəksən və o səninlə oynaya biləcək"

Uşağınızın körpəni rəqib görməməsi üçün bəzən analar “sən böyüksən”, “o balacadı” və s bu kimi ifadələr işlədirlər. Amma bunu sözlə deməklə uşağı özündən kiçik bacı və ya qardaşının başa düşəcəyini gözləməyin. Bunun əvəzinə onun böyük olduğunu əməldə göstərməsinə kömək edin. Balacanın altını təmizləməsində, onu yedizdirməsində və s bu kimi hərəkətləri etməklə uşağınız balacanın ondan asılı olduğunu görəcək və bu qısqanclıq duyğusu azalacaqdır.

Arada böyük uşağınızla təkbətək zamanda bir az gəzintiyə çıxın. Onun köpəli oyuncaqlarına,geyimlərinə birlikdə baxın, onunla necə oynadığınızı danışın.

Unutmayın ki qardaş-bacı  qısqanclığı hər uşağın yaşayacağı normal bir duyğudur. Əsası odur ki, siz öz uşağınızı anlamalı və ona bu hislərini düzgün istiqamətlənməsi üçün kömək etməlisiniz.

Go Back

Ərköyün uşaq olduğunu göstərən 10 əlamət

Övladınız ərköyündür?

 1- Tez-tez Hirslənirlər
 Ərköyün uşaqlar çöldə, insan içində və hətta öz evində, tez-tez hirslənər, dayandıq yerdə qışqırmağa və ağlamaya başlar.
 2- Əsla Təmin Olmaz
 Ərköyün uşaqlar əsla sahib olduqlarıyla kifayətlənməzlər və əlindəkilərlə əsla təmin olmazlar. Əgər bir uşağın əlində başqa bir şey görsələr, mütləq onu istəyərlər.
 3- Heç Köməkçi Deyil
 Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz amma bir uşağın 4-5 yaşına gəldiyində artıq öz oyuncaqlarını toplamaya, öz ayaqqabılarını qaldırmağa başlaması lazımdır. Amma ərköyün bir uşaq bu kiçik işləri belə etmək istəməz.
 4- Böyükləri Nəzarət etməyə Çalışar
 Ərköyün uşaqlarda böyük-uşaq ayrı-seçkiliyi çox olmaz. Yaşına baxmadan, bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər.
 5- Sizi İnsan İçində Alçaq Edər
 Bəzi vəziyyətlərdə uşağınız sizi istəmədən utandıra bilər, amma ərköyün uşaqlar sizi bilərək və istəyərək insan içində utandırar və diqqəti cəlb etmə adına sizi alçaq edə biləcək davranışlarda ola bilər.
 6- Əsla Paylaşmaq İstəməz
 Paylaşma fikri kiçik uşaqlar üçün öyrənməsi çətin bir vəziyyətdir. Amma bir uşaq 4 yaşını keçdikdən sonra, oyuncaqlarını, yeməkləri və s. şeyləri qardaşlarıyla və yoldaşlarıyla paylaşma istəyinə sahib olar. Ərköyün uşaqlar paylaşmaz.
 7- Ona Yalvarmaq Məcburiyyətində Qalarsınız
 Valideynlər ya da baxıcı, uşaq üçün bir nüfuz fiqurudur və onun dediklərinə uyğun gəlmək məcburiyyətindədir. Uşağınıza bir şeyi etməsi üçün yalvarmaq məcburiyyətində qalmamalısınız, amma ərköyün bir uşağınız varsa bu ümumiyyətlə belə olar.
 8- Sizi Görməzlikdən gələr
 Heç bir uşaq "xeyr" sözündən xoşlanmaz, amma onunla danışarkən sizi görməməzlikdən və eşitməzdən gəlməsi, onun ərköyün bir uşaq olduğunu göstərər.
 9- Tək başına Oyun Oynamaz
 Bir uşaq 4 yaşına gəldiyində, tək başına oyun oynaya bilməli ya da tək başına oyun oynamağı istəyə bilməlidir. Davamlı anası ya da atasıyla oyun oynamaq istəməsi, onun maraq ehtiyacından qaynaqlanır ola bilər.
 10- Ona Rüşvət Verməlisiniz
 Valideynlərin uşaqlarına təkrarlanan işlərini etmələri üçün pul, oyuncaq, şəkər vs. kimi rüşvətlər verməməsi lazımdır. Amma ərköyün bir uşağa rüşvət vermədən bir şey etdirmək çox çətindir.

Go Back

Uşaq sizi idarə edir?

Uşaqlar valideynlərini necə “idarə edir” və bunun qarşısını almaq olar?

Psixoloq və pedaqoqların fikrincə, uşaqlar valideynlərini idarə etməyi bacarırlar. Belə gizli idarəetmə manipulyasiya adlanır. Uşaq ən yaxşı diplomatdır. Valideynlərinin “zəif damarı”nı tuta bilən uşaq bundan öz gizli məqsədlərinə çatmaq üçün istifadə edir. Məsələn, qız atanın növbəti gəlinciyi almaq istəməməsinə cavab olaraq “Nənəmi hamıdan çox istəyirəm, o, mənə hər şey alır” deyir. Şənbə günü səhər tezdən oğlana barabanda çalmağı qadağan edirlər, oğlan valideynlərinin yataq otağı qarşısında durub bərkdən ağlayır, o vaxta qədər ki, ona oynamağa icazə verilir. İcazə alınan kimi göz yaşları yoxa çıxır və oyun davam etdirilir.

Qızcığaza ananın dodaq boyası ilə oynamağa icazə verilmir — uşaq hirslənir, döşəməyə yıxılıb qışqıra-qışqıra “ana pisdir, nifrət edirəm!” deyərək ağlayır. Belə situasiyalarda ilkin olaraq valideynlər uşağı sakitləşdirmək və isterikanı kəsmək istəyirlər. Lakin uşaq istədiyini alan kimi göz yaşından əsərəlamət qalmır. Zaman keçdikcə, təcrübə qazandıqca uşaq məqsədinə nail olmaq üçün valideynlərinin “zəif damar”ından daha geniş istifadə edir. Uşaqlar yaxşı bilirlər ki, böyüklərdən kimə göz yaşı, qışqırıq və aqressiya, kimə yaltaqlıqla təsir göstərmək olar. Uşaqların bu cür davranışına valideynlərin nə qədər çevik reaksiya verirlərsə, uşaqlar bu üsullardan daha çox istifadə edirlər. Uşaq manipulyasiyalarının bir neçə növünü ayırırlar. “Kiçik diktator” inadkarlıq göstərərək ətrafdakılara hər zaman qəzəblə yanaşır. İsterika çıxararaq böyüklərin onun tələbini ödəməyə məcbur edir.  

Uşaq manipulyasiyası ilə mübarizə aparmağın yeganə yolu tərbiyədə ardıcıllıq və uşağa davranış qaydalarının öyrədilməsində daimilik prinsipinin gözlənilməsidir. Belə situasiyalarda əgər fikir verməsəniz, uşaq isterikanı tez dayandıracaq. Uşaq görsə ki, onun nümayişkaranə davranışı və göz yaşları lazımi effekt vermir, ağlamayacaq və valideynləri ilə ünsiyyət qurmaq üçün başqa yol axtaracaq. Əgər Siz hövsələnizi bassanız və üstündə dursanız, “bağlanmaq istəməyən” iplər əvvəl-axır bağlanacaq. Əgər ana, nənə və ya evdəki digər böyüklər “nəyi etmək olar və nəyi etmək olmaz” baxımından eyni mövqedə dursalar, uşaq davranış qaydalarına daha yaxşı riayət edəcək. Valideynlərlə aparılan bu “uşaq oyun”larından böyüyəndə manipulyatorlar yetişir. Uşaqlıqdan arzularının həyata keçirilməsinə öyrəşən insan ətrafdakılardan tələbatlarının ödənilməsi vasitəsi kimi istifadə edir. İnsanlara hörmət və məhəbbət bəsləmək əvəzinə, onları öz mənfəətinə uyğun idarə edəcəyi obyektlər timsalında görür. Uşağın insan kimi böyüməsi üçün insan cəmiyyəti və insan tərbiyəsinin olması lazımdır. Psixoloqların fikrincə, insan mühiti yalnız uşağın inkişaf şərti deyil, inkişaf mənbəyidir. Hər bir ailənin özünəməxsus “ruhu” “iqlimi” var. Bütün bunlar uşaqların davranış xüsusiyyətlərində, sabit şəxsiyyət keyfiyyətlərində ifadə olunur. Əgər uşaq qarşılıqlı hörmət, məhəbbət və mərhəmət şəraitində böyüyürsə, davranışında bu keyfiyyətləri təzahür etdirir.

Əgər uşaq dava-dalaş, ixtilaflar olan ailədə böyüyürsə, onun davranışı gectez analoji olacaq. Məlumdur ki, uşaq problemləri ailənin “güzgü”südür. Uşaq evdə, ailədə gördüklərini oyunlarında, yaşıdları və yaşlılarla ünsiyyətində əks etdirir. Uşaq üçün onun ailəsi dünyadır. Bu ailəni necə görürsə, onun ətraf aləmə münasibəti də elə olacaq. Erkən yaşlarından sevildiyini, valideynlərinə lazım olduğunu bilən uşaq böyük aləmdən qorxmur, çünki yaxınlarının dəstəyini hiss edir. Uşaqlıqdan sevilməyən, valideynlərində qəzəb və narazılıq yaradan uşaqlar özlərini sevilməyə layiq bilmir, insanlardan qorxurlar. Qorxu həmişə aqressiya yaradır, ən yaxşı müdafiə isə hücumdur.

Go Back

Körpələr nəyi yadda saxlaya bilir?

Körpələrdə yaddaşın inkişafı

 Yeni doğulmuş uşaq hələ ana bətnində ikən hər şeyi eşidir və yadda saxlamağı bacarır. O, anasının səsini tez tanıyır, onun ürək döyüntüsünü eşitdikdə sakitləşir.

Həyatının birinci ilində uşağın yaddaşı daha məhsuldar olduğundan bu dövrdən yaxşı istifadə olunmalıdır. Belə ki, kiçik şerlər, uşaq mahnıları oxumaqla körpənin söz ehtiyatını zənginləşdirmək lazımdır.

3 aylıq dövründə uşaq əşyaları tanımağa başlayır. Əvvəllər gördüyü əşyaları görmədiklərindən ayırd edə bilir. Amma körpənin gözü önündən itən hər şey onun üçün həmişəlik itki sayılır. Məsələn, əlindəki oyuncağın döşəməyə düşməsini uşaq həmişəlik yox olmuş kimi qavrayır.

Bu hal eynilə anaya da aiddir. Anası ilə birlikdə olanda o, özünü çox xoşbəxt hiss edirsə, ana başqa otağa keçən kimi körpə ağlamağa başlayır. Çünki o elə bilir ki, anası bir daha qayıtmayacaq. Ona görə də uşağın səsinə səs vermək, uzaqdan da olsa, onu danışdırmaq lazımdır ki, uşaq anasının yaxında olduğunu başa düşsün.

Belə olduqda uşaqda ilk məntiqi vərdişlər formalaşır: anamı görmürəm – deməli, o yoxdur? Amma səsini eşidirəm – deməli, o var. 
Körpənizlə gizlənpaç oynayın. Üzünüzü dəsmal və ya əlinizlə bağlayıb uşağın adını çağıraraq, ya da hər hansı bir səs çıxararaq üzünüzü açın. 

Belə oyunları uşaqlar çox xoşlayırlar. Onlar belə əyləncəli oyunlardan həm çoxlu müsbət enerji alırlar, həm də göz qabağından itən şeyin həmişəlik itmədiyini anlamağa başlayırlar.

6 aylıq uşaqda göz yaddaşı inkişaf etmiş olur. Əvvəllər gördüyü insanları hətta fotoşəkildə də tanıyır, əlindən yerə düşən oyuncağı axtarır, gördüyü əşyaları və canlıları qruplaşdırır (Məsələn, pişik, it, inək – heyvandır. Sıyıq, yumurta, ət, alma – yeməkdir və s.)

7-8 aylığında uşağın yaddaşı daha da inkişaf edir. Bu zaman ona şəkillər göstərməli və zehni inkişaf etdirən oyunlar alınmalıdır. 
Bir yaşına yaxın artıq uşaq nəinki tanış əşyaları və hadisələri tanıya bilir, hətta müəyyən işarələri başa düşür və cavab verə bilir, məsələn hər dəfə nənəsi ilə sağollaşanda balaca əllərini yelləyib “sağ ol ” deyir.

Beləliklə, uşaq daima təzə şeylər öyrənir və yeri gələndə onlardan istifadə edir. Balanızla birgə “xəzinə” yığın, məsələn rəngli daşlar, balaca oyuncaqlar, şəkillər və s. Bir neçə gündən sonra siz bu “xəzinəni” ona göstərdikdə balaca “xəzinədar” hər şeyi xatırlayacaq, bununla da siz övladınızın möhkəm yaddaşının təməlini qoymuş olursunuz.

Go Back

Uşaqlar və çətin suallar

“Ananın qarnında 1 yuva var, uşaq orda qalır, yeyir, içir, böyüyür sonra vaxt tamam olanda xüsusi yollarla ordan çıxır və dünyaya gəlir”.

Bəzən övladlarımız və ya özümüzdən kiçik bacıqardaşımız bizə yaxınlaşıb “Uşaq necə olur?”, “Uşaq anaların qarnına necə girir?”, “Uşaq ananın qarnından necə çıxır?” kimi suallar verərək bizi çətin vəziyyətdə qoyurlar. Bilmirik necə izah edək ki, uşaq sualına ətraflı cavab alsın və dediklərimizi başa düşsün. Atalar demişkən: “nə şiş yansın, nə də kabab”. Bu gün bu məqaləni yazmaqda məqsədimiz az da olsa bu sualları psixoloji nüansları gözləyərək cavablandırmaqda sizə yardım etməkdir.

Əsasən uşaqlarda bu cür suallar məktəbəqədər dövrə təsadüf edir. 3-6 yaşları əhatə edən bu dövr uşağın gələcək həyatı üçün təməl dövrlərindən biri hesab olunur. Məktəbəqədər dövr uşağın öz cinsiyyətini kəşf etməsi kimi əsas proseslərdə də özünü göstərir. Artıq uşaq 3 yaşında cümlə qurub danışmağa, qadın və kişi orqanizmindəki fərqləri anlamağa başladığından ətrafdakı yaxınlarını sual atəşinə tuturlar. Xüsusən cinsiyyətlə bağlı suallara valideynlər heyvanlar (quşlar, həşəratlar) üzərindən cavab vermək istəyirlər. Amma bunun uşaqlar üçün maraqlı olmadığının fərqində deyillər. Çünki hələ onların özlərinə bənzəyən canlılardan (insanlardan) başqa heç bir canlının çoxaldığı barəsində məlumatı yoxdur. Başqa sözlə desək, bunu düşünəcək qədər zehni qabiliyyətləri hələ inkişaf etməyib.
Valideynlərin verdiyi qarışıq cavablar uşağı qane etmədikdə o, başqa üsullara əl ataraq suallarına cavab öyrənməyə çalışır. Nəticədə onlarda ana və ata yatan yerdə otağa basqın, əynini dəyişərkən qapının qırağından oğrunoğrun baxmaq kimi hərəkətlər müşahidə olunur. Bunun baş verməməsi üçün uşaqlarımızın 3 yaşı tamam olandan sonra oyuncaq terapiyasının cinsi inkişaf metodlarından istifadə edərək ailə, uşaq barəsində ssenarilər qurub onlarla birlikdə oynaya bilərik. Məsələn, bir kişi, bir qadındüzəltmək olar. Bu uşaqlara ailə həyatını, evlilikdən sonra uşağın olması kimi fikirləri anladır. Artıq uşaq bəzi vermək istədiyi suallara cavab tapır, valideynləri ilə ünsiyyət qurmaqla bağlı komplekslərini dəf edir. Suallarını başqalarına yox, ona ən doğru cavabı verəcək valideynlərinə ünvanlaya bilir. oyuncaq obrazını seçib toy edərək evləndirmək, sonra uşaqlarının olması, ona qullluq və s. kimi səhnəcik düzəltmək olar.
Sualları cavablandırarkən valideynin emosional vəziyyəti də çox önəmlidir. Valideyn həyəcan, təşviş, gərgin halda izahat verərsə, bu uşaqda soruşduğu şeyin pis bir şey olduğu haqqında təəssürat yaradır. Nəticədə uşaq cinsi həyatı utanc yaradan bir proses kimi qavrayar. Bu da gələcəkdə kompleks, fobiya (qorxu), panik atak, əks cinsə qarşı maraq və güvən hissinin olmaması, ana və ya atanı itirmək kimi narahatlıqlar yarada bilir. Bu o demək deyil ki, valideyn sualı gülərək, əyləncəli şəkildə cavablandırmalıdır. Xeyr! Bu zaman artıq uşaqda cinsliliyi çox adiləşdirmək və bunu hamının yanında danışmaq, valideynlərini utandırmaq kimi hərəkətlər müşahidə oluna bilər. Bunun üçün ən doğru rəftar soyuqqanlı, səbirli və konkret cümlələr şəklində verdiyimiz cavablardır. Və cavab verərkən mütləq uşağın yaşı nəzərə alınmalıdır. Ana övladına uşağın necə dünyaya gəlməsini nağıl şəklində izah edə bilər. Məsələn, “Ananın qarnında bir yuva var, uşaq orda qalır, yeyir, içir, böyüyür sonra vaxt tamam olanda xüsusi yollarla ordan çıxır və dünyaya gəlir”.
Çox vaxt valideynlər uşağın dünyaya gəlmə prosesinin sonunda yanlış izahat verirlər. “Qarnımı kəsib səni çıxartdılar” kimi cavablar (ola bilər müəyyən səbəblərdən ana həqiqətən keyser əməliyyatı keçirmişdir, amma bu təbii bioloji proses deyildir) zamanla heç də hamının belə olmadığını öyrənən uşağa travma verir, nəticədə onda özünə və ətrafa qarşı güvənsizlik duyğusu formalaşır.

Sonda onu qeyd etmək istəyirəm ki, uşaqlarımıza “səni leyləklər gətirib”, “qapının ağzında tapmışıq”, “xəstəxanadan almışıq” və s. kimi yalanlar uydurub müvəqqəti sakitçilik yaratmaqla “tərbiyəsi pozular” deyib icdanımızı rahatlamaq istəsək də, fərqində belə olmadan ona kifayət qədər travma veririk. Bu xüsusən yeniyetməlik dövründə valideyn-övlad konfliktlərinin kökündə duran səbəblərdən biridir. Bir nüansı nəzərə alın: Uşaqlarda öz cinsini kəşf etmə və anlama marağı yaransa da, hormonal və psixi durumu ilə əlaqədar onlarda cinsi meylin (seksual istəyin) hələ yaranmaması narahatlığınızın yersiz olduğunu göstərir.

 

Narınc Rüstəmova
“NARINC” UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin
rəhbəri, psixoloqu

Go Back

Beynəlxalq Daun günü

21 mart Beynəlxalq Daun Sindromu Günüdür. Beynəlxalq Daun Sindromu Günü 2006-cı ildən Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə qeyd olunur. Həmin gün Daun sindromlu insanların cəmiyyətə inteqrasiyası üçün müxtəlif ölkələrdə aksiyalar təşkil olunur.

Qeyd edək ki, Daun sindromu onu 1866-cı ildə ilk dəfə təsvir etmiş ingilis həkimi Con Daunun şərəfinə adlandırılıb. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələgəlməsidir. Beynəlxalq Daun sindromu gününün qeyd olunmasının tarixi də təsadüfi seçilməyib. Belə ki, məhz cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq Beynəlxalq Daun Sindromu Günü martın 21-də qeyd olunur.

2005-ci ildə Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının Daun sindromu üzrə 6-cı Ümumdünya Simpoziumunda bu günün Beynəlxalq Daun sindromu günü kimi qeyd olunmasi ideyası irəli sürüldü.

Ümumiyyətlə, insanların heç olmasa bu gün Daun sindromunun nə olduğu haqqında düşünməsi çox vacibdir. Bu genetik bir təsadüfdür, anomaliyadır. Bu cür uşaq hər bir ailədə doğula bilər.

Statistikaya görə, orta hesabla hər 700 doğuşdan birində bu anomaliya müşahidə olunur. Valideynlərin daun sindromlu uşaqların doğulmasında heç bir günahı yoxdur. Daun sindromlu oğlanlar və qızlar eyni əlamətlərlə doğulur. Onların səhhətində bir sıra problemlər - eşitmə və görmə zəifliyi, mədə - bağırsaq sistemində pozuntular, ürək qusurları, əqli inkişaf geriliyi müşahidə olunur. Daun sindromlu uşaqlar üçün əsas təhlükəni yaradan onların sağlamlığındakı problemlər deyil, əsas onlar haqqında cəmiyyətdə mövcud olan mənfi rəylərdir. Məhz cəmiyyətin münasibəti baryer yaradır, uşaqlara lazımi dəstəyi almağa mane olur.

Lakin bir artıq xromosomlu insanların da inkişaf etməyə və yaratmağa haqqı var. Onlara yalnız ailə və cəmiyyət tərəfindən daha çox kömək, diqqət və qayğı lazımdır.

Daun Sindromu nədir?

Daun sindromlu uşaq sahibi olan ailələrin ən böyük uğursuzluğu məlumat əskikliyidir. Buna görə bugünkü məqaləmizdə “Daun sindromu nədir?” sualını cavablandırmağa çalışacağıq.

Ən sadə dildə desək normal insanın xromosom dəsti 46-dır. Daun sindromlu insanlarda isə bədənindəki hüceyrələrin xromosom dəsti 46 əvəzinə, 47 xromosomdur. Bununla da deyə bilərik ki,daun sindromu bir xəstəlik deyil, genetik bir fərqlilikdir.

İnsan bədəni onu meydana gətirən hüceyrələrin nüvələri, xromosomlarla bir-birlərinə bağlanmış olan genlərdən meydana gəlmişdir. Buna görə də bu genlər və xromosomlar insanın fizioloji və psixoloji vəziyyətinə nəzarət edən, daha doğrusu insanı şəxsiyyət kimi formalaşdıran əsas ünsürdür. Xromosom dəsti sabitdir və kiçik bir dəyişiklik bu sistemi poza bilər. Ona görə də uşağınızın sahib olduğu bir artıq xromosom onun həyatına təsir edəcək.

Daun sindromu ilə bağlı iki şeyi dəqiq bilməlisiniz:

Birincisi: Daun sindromlu uşağın doğulma səbəbi ana-ata deyil - genlərdir. Həmçinin hamiləlikdən əvvəl və ya hamiləlik zamanı olan heç bir şey uşağın daun sindromlu doğulmasına gətirib çıxarmaz.

İkincisi: Digər uşaqlar kimi daun sindromlu uşaqların da özlərinə xas şəxsiyyətləri, qabiliyyətləri və düşüncələri var. Digər uşaqlar kimi onlar da fərqli şəxsiyyətə sahib bir fərd olaraq böyüyəcəklər.

Daun sindromu necə meydana gəlir?

Yuxarıda da qeyd etdiyim kimi, daun sindromlu uşaqlarda xromosom dəsti 46 əvəzinə 47 olur.Yəni daun sindromu genetik xəstəlikdir. Buna səbəb olan təsir edici faktorlar - ananın yaşı, radiasiya, troit antibodies, narkotik və spirt istifadəsi kimi müxtəlif səbəblər göstərilsə də bunların içində qətilik qazanmış olan səbəb hələ ki yoxdur. Son araşdırmalar göstərir ki, sindromun yaranma səbəbləri kimi spermatazoidin də tərkib hissəsi önəmlidir.

Sonradan uşaqların daun sindromlu olma riski varmı?

Bu problemin cavabı uşağın xromosom dəyişməsinin növünə bağlıdır. Risk yüksək deyil, lakin istisnalar da ola bilər.

*Qeyd …Bir ananın təcrübəsi “Ü çü n cü u ş ağ ımızın d o ğ u mu n a y ax ş I hazırlanmışdıq və iki uşaqdan sonra bu körpəmizin baxımıyla əlaqədar heç bir problem yaşamayacağımızı düşünmüşdük. Lakin hər şey çox fərqli inkişaf etdi. Doğumdan yarım saat sonar oğlumun daun sindromlu olduğunu öyrəndik. Bu bizim üçün bir şok idi. İki sağlam uşaqdan sonar belə bir problemlə qarşı-qarşıya qala biləcəyimiz ağılımızın ucundan belə keçməmişdi”, - deyə ana etiraf edir ki, digər uşaqları əmizdirdiyi üçün oğlunu əmizdirmək qədər onun üçün təbii bir şey yox idi. Lakin xəstəxanada həkimlər belə bir uşağın əmizdirilməsinin son dərəcə çətin olduğunu düşünürdülər. Lakin ana südü onun həyatı üçün çox əhəmiyyətli idi.

"Beləliklə südümü süni yolla sağıb uşağımı ana südü ilə bəsləməyə başladım. Xüsusilə onu qəbul edə bilmədiyim üçün hiss etdiyim günahkarlıq duyğusundan sonra uşağımın böyüməsinə kömək etmək mənim üçün çox gözəl bir hiss idi. Sinədən əmməyi oğlum ancaq 4 həftə sonra bacara bilmişdi. İnfeksiyalara qarşı ana südünün köməyi ilə qorunmuşdu. Ağız və çənə əzələləri ana sinəsini əmdiyindən qüvvətlənmişdi. Əmizdirmə zamanı mənimlə yaxın əlaqə nəticəsində bizi çox yaxın zamanda qəbul etdi və 10 həftədən sonra bizə gülməyə başladı. Indi mənim oğlumun 6 yaşı var. Düzdü o başqa usaqlardan fərqlidir, amma xəstə deyil. Sadəcə başqalarından fərqlənir…”, - deyə ana öz hissləri ilə bölüşür.

Əmizdirmək, bütün körpələr üçün olduğu kimi daun sindromlu uşaqlar üçün də son dərəcə əhəmiyyətlidir. Bu uşaqların ana südü ilə bəslənmələri, çənə aparatının qüvvətlənməsini təmin edir. Qüvvətli şəkildə əmmək, normal bir ağız quruluşunun meydana gəlməsinin ən yaxşı yoludur. Əmizdirmə ilə alt çənənin inkişafı və dil hərəkəti nəticəsində ağızın bağlanılmasının öyrənilməsi daha asandır. Çünki daun sindromlu uşaqlarda ağızın tam olaraq bağlı saxlanması çətin olur.

Daun sindromlu uşaqlar necə inkişaf edər?

Daun sindromlu usaqların xarici görünüşündəki ən önəmli dəyişiklik gözlərinin çəkik olmalarıdır.Onlar hər zaman gülərüz olurlar. İlk gösdərici zəka geriliyinin olmasıdır. Onların boyu nisbətən alçaq olur. Normal uşağın 3-4 ilə göstərdiyi inkişafı onlar 9- 10 ilə göstərirlər. Onların yadda saxlama qabiliyyəti azdır, diqqətləri dağınıqdır, nitqləri təmiz deyil, amma güclü təqlid bacarıqları var. Çox xromosom uşağın inkişafına mənfi təsir edir. Bu vəziyyət çox təəssüf ki, belə olacaq. Çünki xromosomu dəyişmək mümkün deyil. Lakin unutmamalıyıq ki, bir uşağın inkişafı yalnız genetik faktorlara bağlı deyil. Ətraf və öyrənmə faktorları da uşağın inkişafına çox təsir edir. Evdə yaxşı təlim keçən daunlar özləri geyinib soyuna bilər, yemək və su içə bilər, öz gigiyenik ehtiyaclarını təmin edə bilərlər. Bəzi daunlar hətta məktəbə və universitetə gedir, təlimə yiyələnə bilirlər. Daun sindromlu uşaqların ehtiyacları digər uşaqların ehtiyaclarından fərqli deyil. Onlar da ana, ata və qardaşlarıyla birlikdə olduqda xoşbəxt olurlar. Ətraflarını kəşf etmək, oynamaq, öyrənmək, gülmək istəyirlər. Daun sindromlu bir uşağın mümkün olduğu qədər ictimai mühitdə böyüdülməsi inkişafı üçün son dərəcə faydalıdır.

Uşağınızın fiziki görünüşü digər uşaqlardan bir az fərqli ola bilər, bir sıra sağlamlıq problemləri ola bilər. Lakin unutmayın ki, bəzi uşaqların sarı saçlı, bəzilərinin mavi gözlü olması kimi sizin uşağınızın da daun sindromlu olması bir genetik fərqlilikdir.

Uşaq psixoloqu: Anarə Baxşəliyeva

 

 

Go Back

Uşaqlar pişikdən niyə qorxur?


Adətən pişikdən qorxan adamlara “Bu balaca, şirin pişikdən qorxursan?”, “Gəl, əlini vur, heç nə olmayacaq”, “Sən, indi bu boyda adam pişikdən çəkinirsən?” kimi ifadələr deyirlər.

Pişikdən qorxduğunu etiraf etmək heç də asan deyil. Belə ki, ətrafdakılar pişikdən qorxan şəxsi ya gülüş obyektinə çevirir, ya da asanlıqla qınayaraq heyvanları sevməyən bir adam kimi qiymətləndirirlər.
Təbii ki, pişikdən qorxanların bu cür davranışı nə heyvanları sevməmək, nə də ki, artistizm demək deyil. Elmdə bu ailurofobiya adlanır. Ailurofobiya adlanan pişik qorxusu üzərində işlənməli psixoloji bir haldır. Əks halda zamanla şəxsin emosional sferasında pozğunluqlar müşahidə olunur. Pişiyi görərkən ürək döyüntüləri, nəfəsin tez-tez və ya qısa alınması, ürək bulanma və s. kimi baş verən reaksiyalalar zaman keçdikcə dərinləşir. Hər bir qorxunun səbəbi olduğu kimi bu qorxunun da bir kökü var. Burda bir neçə faktorlar nəzərə alınmalıdır.
Çox vaxt pişikdən qorxan adam görərkən ilk növbədə nə vaxtsa pişikdən qorxduğunu, pişiyin onun üstünə atıldığını və ya cırmaqladığını düşünürlər. Əslində bu tip hadisələr tez-tez müşahidə olunsa da, bunun həmişə belə olduğunu deyə bilmərik. Əsasən zoofobiyası olan insanların keçmişini araşdırdıqda görürük ki, bu hallar valideynlərin ən azı birində müşahidə olunur. Ata və ya ananın hansısa heyvandan qorxması zamanla uşaq tərəfindən öz üzərinə köçürülür.
Bəs, belə bir sual sizi düşündürə bilər, niyə məhz pişik? Bu arxaiq olaraq keçmişdə həmişə dişli, tüklü və quyruqlu heyvanların məməliləri öldürməsi mifi ilə bağlıdır. Pələng, şir, canavar, tülkü və s. bunlara misal göstərə bilərik. Bu fikrin şüuraltında kodlaşması zamanla ən yaxınımızda olan heyvana köçürülməsinə gətirib çıxarır. İlandan qorxan insan o qədər cəmiyyətdə aşkar olunmur, amma hər tərəfdə olan bu ev heyvanlarından qorxan insan getdiyi restoranda, oteldə, həyətdə və s. göstərdiyi emosional reaksiya ilə diqqət çəkir.
Həyatının müəyyən dövründən sonra pişikdən qorxma halları isə cinsi həyatda olan problemləri göstərir. Uşaqlarda isə bu öz cinsiyyətini dərk etməklə bağlı məlumatın azlığını və ya yanaşma ilə problemin olduğunu əks etdirir.
Pişik qorxusunu aradan qaldırmaq üçün psixoloqdan yardım almaq vacibdir. Korreksiya zamanı pasientə birinci növbədə bu qorxunun pişiklə əlaqəli deyil, bunun arxasında simvollaşdırılmış hansı fikrin olduğunu izah etmək, pişiyə qarşı neqativ hissləri pozitivlə əvəzləmək lazımdır. Bu uzun müddət tələb edən mərhələli bir prosesdir.

Sonda isə onu vurğulamaq istəyirəm ki, bütün qorxular öz normasında bizə həyat fəaliyyətimizi davam etdirmək üçün faydalıdır. Ancaq bu artıq sizə ziyan verməyə başlayırsa, buna dırnaq arası baxmamalısınız. Bu səfər “pişik təhlükəsini” keçərək bir də nə vaxt pişiklə rastlaşacağınız günü gözləməməlisiniz!

“NARINC” UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri, psixoloq Narınc Rüstəmova

Go Back

Mən sizi eşitmirəm, sizi görürəm

Belə bir vəziyyəti gözümüzün qabağına gətirək: Vağzaldır. Vaqonların pəncərəsindən bayıra baxan insanlar onları yola salanlara ya başını yellədir, ya əl edir, ya da əl hərəkətləri ilə nə isə başa salmağa çalışırlar. Bu situasiya ilə onlar qarşısındakı insanı “Mən səni eşitmirəm, yalnız görürəm. Əllərimə diqqətlə bax” deməyə çalışaraq “Məni başa düş” oyununa dəvət edir. Beləliklə, onlar istər-istəməz jest dünyasına ayaq qoyurlar.
Uşaqlıqdan biz özümüz də hiss etmədən jestlərdən istifadə etmişik. Məsələn, yoldaşlarımızla küsülüyüksə, çilə barmağımızı uzadarkən qarşı tərəf barışmaq istədiyimizi başa düşərdi. Digər bir misal, dişimiz ağrıdıqda həç kəsə cavab verməyib, dişimizi göstərib jest və üzümüzün mimikası ilə ağrıdığını bildiririk. Və ya körpə uşağa “Xalanla sağollaş” deyə əlini qaldırıb yelləyirik. Turş bir şey yeyəndə, sevinəndə, qəmlənəndə, fikirli olanda və ya xəyala dalanda mütləq üzümüzün mimikası ilə bunu bildiririk.
Lakin mən sizə kədərləndirən bir misal çəkmək istəyirəm. Kənardan iki cavanın bir-birinə sevgi dolu baxışlarla baxdığını görürük. Birdən onların səslərindən deyil, əllərindən istifadə edərək havada nə isə cızdıqlarının, əl hərəkətləri ilə fiqurların dəyişdiyinin şahidi oluruq. Bununla yanaşı onların üzlərindəki müxtəlif emosiyalar: sevinc, hirs, qorxu görünür.

Onların əlləri ilə nəsə göstərərək bir-birini aydın başa düşməsi ətrafdakılar üçün qəribə görünür. Bəli! Jest dili onların ana dilləridir... Zahirən adi olan bu insanları bizdən yalnız eşitməmələri ayırır. Digərləri kimi onlar da dərsə gedir, oxuyur, işləyir, cəmiyyətdə özlərinə lazımlı yer tutur, vaxtı gəldikdə ailə və uşaq sahibi olurlar.
Jest dili maraqlı, qəribə, rəngarəng və variantlıdır. Eşitmə problemi olan hər bir qrupun, cəmiyyətin özünün jest dili var. Bu dil demək olar ki, fokusa oxşayır. O çıxış edən insanın emosiyasından, temperamentindən, fiziki göstəricilərindən asılıdır. Eyni bir jest müxtəlif insanlarda müxtəlif cür görünə bilər.

Bu jest dünyasının yollarında sizə uğurlar arzulayıram!

“NARINC” UŞAQ
PSİXOLOGİYA MƏRKƏZİnin
defektoloq, loqoped
Sevda Rzayeva

Go Back

Sevinci və həyatı onlardan öyrənək

"Düşüncə" jurnalının bu dəfəki qonağı Emil Ələkbərovdur.

Bir uşağın böyüyə öyrədə biləcəyi üç şey vardır: səbəbsiz sevinmək, həmişə özünə məşğuliyyət tapmaq və öz istədiyində təkid etmək. -Paulo Koelyo

 -Emil, neçə yaşın var?

-9.

-Neçənci sinifdə oxuyursan?
-4-cü sinfə keçirəm.

-Dərsə getməyi xoşlayırsan?
-Bəli.

-Hansı fənləri həvəslə oxuyursan?
-Riyaziyyat.

-Ev tapşırıqlarını etməyə kim kömək edir?
-Bacım, arada xalam da kömək edir.

-Sevimli məşğuliyyətlərin var?
-Kompüterdə oyun oynamağı çox sevirəm. Daha çox “atışma” oyunlarını oynayıram. Bu oyunu oynayanda mən gizlənirəm, snayperlə düşmənlərin başından vururam. Düşmənlərin qarnına bıçaq da soxub onları məhv edirəm. Çox vaxt tək oynayıram. Misal həll etməyi, rəsm çəkməyi də Xoşlayıram.

-Çəkdiyin rəsmlərdən anana hədiyyə vermisən?
-Mən bayramlarda anam üçün hədiyyə düzəldib verirəm. Anam çox sevinir. Bir dəfə də anama ev rəsmi çəkib hədiyyə etmişdim.

-Boş vaxtlarını necə keçirmək istəyərdin?
-Mən basketbola getmək istəyərdim.

-Bu oyundan niyə xoşun gəlir?
-Ona görə ki, orada uşaqlar var, mən də onları uduram.

-Ən yaxın dostların haqqında “Düşüncə” jurnalına danışa bilərsən?
-Ən yaxın dostumun adı İsmayıldır. O, yaxşı oğlandır və mənim çox xoşuma gəlir.

-İsmayıl ilə nə haqda söhbət edirsiniz?
-Dərslər və kompüter oyunları haqqında danışırıq.

-Yəqin ki, başqaları ilə də dostluq edirsən?
-Bağa gedəndə xalam, dayım uşaqları ilə də oynayıram. Onlarla velosiped sürürəm, avtomatla oynayıram. Basketbol, kompüterdə oyunlar, “əsgər” oyunu da oynayırıq. “Əgər” oyununda tapançanı konstruktor tipli oyuncaqlardan düzəldib oynayırıq. Bacımla isə bacı-qardaş, həkim, avtomat oyunları oynayırıq.

-Bacınla dalaşdığınız anlar olur?
-Olur da arada. Amma çox olur.

-Nəyə görə dalaşırsız ki?
-Bəzən o, mənim xətrimə dəyir, bəzən də mən onun. Televizora baxanda biz fərqli kanallara baxmaq istədiyimiz üçün mübahisə edirik. Bir-birimizə pis söz deyəndə də dalaşırıq.

-İstirahət günlərini necə keçirməyi xoşlayırsan?
-Yelləncəklərdə yellənməyə, Park Bulvara, restoranlara getməyi xoşlayıram. Xarici ölkələrə səyahət etməyi də çox sevirəm. Ümumiyyətlə, istirahət günləri gələndə sevinirəm. Ona görə ki, həmin günləri həm əylənir, həm də gecə gec yatırıq. Amma bazar gününü xoşlamıram. Ona görə ki, bazar ertəsi səhər tezdən oyanıb dərsə getməliyik. Bu səbəbdən də gecə tez yatırıq.

-Ananı çox sevirsən yoxsa atanı?
-İkisini də.

-Onlarla nə haqda danışırsan?
-Anamla etdiyimiz söhbətlər yadımdan çıxıb. Atamla isə telefon haqqında danışıram. Ona görə ki, ataya mobil telefon aldırmaq istəyirəm. Ata və ana isə mənə deyirlər ki, “Yaxşı danış, dərslərini yaxşı oxu. Onda sənə istədiyin mobil telefonu alarıq”.

-Telefonun olanda nə etməyi planlaşdırırsan?
-Sinif yoldaşlarıma, bacıma, anama, atama, xalama zəng vuracağam.

-İstədiyin qız var?
-Var.

-Adını deyə bilərsən?
-Yox! Sevdiyim qızın adını deməyəcəyəm. Onun adını jurnalda yazmayın!

-Sevdiyin qıza telefonla zəng vuracaqsan?
-Onun telefon nömrəsini bilmirəm deyə zəng vura bilməyəcəyəm.

-Sevdiyin qızla bir sinifdə oxursunuz?
-Bəli. Onunla bir parta arxasında otururuq.

-Onda sən xoşbəxt adamsan ki, hər gün sevgilinin yanında oturursan.
-Amma artıq həmin məktəbdən çıxıram. Başqa məktəbdə oxuyacağam.

-Bəs, sən sevdiyin qız üçün darıxmayacaqsan?
-Yox! Sevdiyim qıza görə heç narahat olmuram. Güya, başqa qız yoxdur. Təzəsini tapacağam.

-Qız onu sevdiyini bilir?
-Bilir? O, da məni sevir.

-Sevdiyin qıza qarşı diqqətlisən?
-Diqqətliyəm. Mən ona 8 mart qadınlar bayramında hədiyyə vermək istəyirdim. Təəssüf olsun ki, ona başqa oğlan hədiyyə verdi.

-Bəs, sən əsəbləşmədin?
-Yox.

-O, sənin neçənci sevgilindi?
-İkinci. Əvvəllər özümdən 4 yaş böyük qızı sevirdim. Onun şəklini yastığın altında saxlayırdım.

-Qızı nəyə görə sevirsən? Onun nəyindən xoşun gəlir?
-Onun saçları, üzü, gözləri xoşuma gəlir. Qızın gözlərinə vurulmuşam.

-Gözləri nə rəngdədir?
-Nə bilim. Sevdiyim qızın gözlərinin rəngi yadımdan çıxıb. Çünki mən məktəbə çoxdandır ki, getmirəm.

-Böyüyəndə kim olmaq istəyirsən?
-MTN-də işləmək istəyirəm.

-Ailə üzvlərinin sənə hədiyyə etdiyi ən yadda qalan, xoşuna gələn hədiyyə hansı olub?
-Ən yaxşı hədiyyəm “aypot” və avtomat olub. Bacım isə bir dəfə mənə qatar almışdı.

-Səni nə xoşbəxt edir?
-Kompüter oyunları.

-Ana sənə oyunları oynamağı hər gün icazə verir?
-Arada. Ən çox 5,6,7-ci günlər icazə verir.

-Böyüklərin gördüyü işlərdən hansını edə bilirsən?
-Maşın sürə bilirəm. Düzdür, maşın sürəndə atam mənə kömək edir. Amma sükanı özüm tuturam.

-Böyüyəndə hansı maşını alacaqsan?
-Ferrari” alacağam. Anamı da yanımda oturduracağam.

-Gələcəkdə anana necə baxacaqsan?
-Ona hədiyyələr alacağam. Anam üçün gözəl ev tikəcəyəm. Hər gün ona pul verəcəyəm. Ürəyi istədiyi hər şeyi anam üçün alacağam.

Baş redaktorun müavini
Aynurə Məmmədova

Go Back

"Sol əl ilə yazıram"

Əziz valideynlər, gəlin, "uşağımız niyə solaxaydır?" deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi hal yoxdur. Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən bu proses gizli getdiyindən valideynlər bunu hiss edə bilmirlər. Solayaxlıq nadir hal deyil. İnsanların 10 faizi solaxaydır.

Bəzi ibtidai sinif müəllimləri solaxay uşaq görəndə dəhşətə gəlirlər. Həkimin nəzarəti olmadan onların vərdişlərini sağ ələ keçirməyə çalışırlar. Ancaq unudurlar ki, insanın beyni sol və sağ yarımkürədən ibarətdir. Sol yarımkürə bədənin sağ tərəfinin, sağ yarımkürə isə sol tərəfinin hərəkətlərini idarə edir. Bu yarımkürələrdən biri aparıcı olduqda insanın sağ əli, ayağı, digər orqanları daha çevik və güclü olur. Zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nervoz, pəltək və tənbəl olur.

Solaxaylığı qüsur hesab etmək düzgün deyil.
Təcrübələrdən də görürük ki, solaxay uşaqlar normal şəraitdə öz çevikliyi və bilikli olması ilə seçilirlər. Məhşur italiyalı rəssam Leonardo da Vinçi, tanınmış ingilis aktyoru Çarli Çaplin, görkəmli yazıçı və riyaziyyatçı Luis Keroll, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və başqa görkəmli şəxsiyyətlər solaxay olublar.
Solaxay uşaqların məktəbə tam hazır olması üçün onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə vurmamaq lazımdır. Evdə, uşaq bağçasında bu ləqəbdən istifadə etmək, irad tutmaq yanlış addımdır. Uşağın hər bir müvəffəqiyyətini qiymətləndirmək vacibdir.

“NARINC” UŞAQ PSİXOLOGİYA
MƏRKƏZİ-nin psixoloqu
Gülnarə Məmmədova

Go Back

Körpəmə dünyanı necə göstərim?

Sensor inkişaf - bu körpənin ətraf aləmi hissiyyat orqanları vasitəsilə qavraması deməkdir. Görmə, eşitmə, iy duyma, toxunma hissi – bunlar uşaq üçün ətraf mühitin öyrənilməsində ən yaxşı köməkçiləridir.
Sensor tərbiyənin üç yaşa qədər uşaqların inkişafında böyük əhəmiyyəti var. Çünki uşaq bu yaşda ətraf aləmlə hissiyyat orqanları vasitəsilə tanış olur. Uşağın estetik inkişafı da onun hissiyyat orqanlarından asılıdır.
Sensor inkişaf üçün oyunlar
Uşaqların sensor inkişafı üçün nəzərdə tutulan xüsusi oyunlar mövcuddur. Bu oyunlar müxtəlif əşyalar vasitəsilə oynanılır. Xüsusi oyunlar uşaq üçün faydalı olmaqla yanaşı onunla birgə maraqlı və faydalı vaxt keçirməyinizə kömək edəcək.
Körpələrin sensor inkişafı üçün oyunlar.
Aşağıda göstərilən oyunların köməyi ilə uşaqların sensor qabiliyyətlərini inkişaf etdirmək olar:

1.Konusvari piramida Konusvari piramida körpədə əşyaları ölçulərinə görə mənimsəməsini inkişaf etdirir. Uşağa piramidanın halqalarını onların ölçüsündən asılı olaraq düzüldüyünü göstərmək lazımdır.

2.Toxunma hissini inkişaf etdirmək Belə tapşırığı körpənin əli ilə müxtəlif əşyalara toxunmaqla keçirmək lazımdır: oyuncaq, qələm, əlcək və s. Sonra körpənin gözünü bağlayaraq toxunmalarını təkrarlayın. Körpənin vəzifəsi həmin əşyalara toxunmaqla onları xatırlamaqdır.

3.Rəngli kubiklər Kubikləri rənglərə görə ayırmaq – bu uşaq üçün çox faydalı bir tapşırıqdır. Bunun üçün iki yaşlı uşağa çoxlu sayda eyni ölçüdə müxtəlif rəngdə kubiklər vermək və rənglərə görə ayırmağı tapşırmaq lazımdır. Oyunu rəngləri artırmaqla bir az da çətinləşdirmək olar.

4.Meyvə və tərəvəzlərlə oyun Parçadan tikilmiş torbaya müxtəlif tərəvəzləri - pomidor, xiyar, kartof, kök və s. qoyuruq. Həmçinin meyvələrdən də istifadə etmək olar. Məsələn: alma, armud, alça, gavalı, portağal və s. Körpə əlini torbaya salaraq, onlara toxunmaqla tərəvəz və ya meyvəni tapmalıdır. Hətta tapşırığı çətinləşdirmək üçün həmin meyvənin hansı rəngdə olması və forması barədə məlumat verməsini təklif etmək olar.

5.Yamsılamaq oyunu Körpəyə müxtəlif mimikalar göstəririk, məsələn, qaşqabağımızı tökürük, gülümsəyirik, gözümüzü bərəldirik, dişlərimizi ağardırıq və s. Qoy uşaq da size təkrarlasın. Əl və ayaqların iştirakını da daxil etməklə hərəkətləri daha da çoxaltmaq olar. Onda uşaq daha çox razı qalacaq. Bundan başqa bu hərəkətlər həm də kiçik gimnastikadır.

Sizə və körpənizə xoş sensor oyunlar arzulayırıq!

“NARINC” UŞAQ PSİXOLOGİYA
MƏRKƏZİ-nin psixoloqu
Sevda Mustafazadə

Go Back

Uşaqlarda televiziya asılılığı

Televiziya və kompüter asılılığını günümüzün xəstəliyi hesab edə bilərik. Elə bir dövrdə yaşayırıq ki, uşaqdan böyüyə qədər hər kəs televiziyaya baxmaqdan böyük zövq alır, televiziyanı həyatlarının əsas hissəsinə çevirirlər. Xüsusilə uşaqlar yaradıcı fəaliyyətə yırdıqları zamandan daha çox elevizora baxırlar. Televiziyada əsasən məzmunu uşaqlar üçün uyğun olmayan
proqramları həddindən artıq izləmək uşaqların inkişafına mənfi təsir göstərir. Günün müxtəlif saatlarında televiziyada uşaqlar üçün uyğun olmayan verilişlərin verilməsi isə işləri daha da çətinləşdirir. Uşaqlar hətta bunu bir növ istirahət növü hesab edirlər.

Xüsusilə abituriyentlər istirahətə ayırdıqları vaxtı televiziyaya baxmaqla keçirirlər. Əslində bu, çox yanlış düşüncədir. İnsan televizoru izlədiyi zaman beyin aktiv fəaliyyətdə olur ki, bu da insana dincəlməyə imkan vermir. Əksinə, televizora baxarkən dərsi öyrənməyə sərf etdiklərindən daha çox enerji sərf edirlər.

Televiziyanın həddindən artıq izlənməsi həm fiziki, həm psixoloji səbəbdən məsləhət görülmür.

Televizora baxaraq yemək yeyən insanın beyninə doyma aktı barədə siqnal gec çatır ki, bu da iki dəfə çox yeməklə nəticələnir. Buna görə də mətbəxə televizorun yerləşdirilməsi düzgün hesab olunmur. Pediatrlar «televiziya artriti» ya da «oynaq iltihabı» deyə adlandırılan xəstəliklər üzərində araşdırmalar apararkən bu narahatlıqların uşaqların televiziyanın qarşısında üzü üstə yerə yatıb, dirsəklərini yerə söykəyərək və başlarını iki əlləri arasına alıb saatlarla tərpənmədən televiziya izlədikləri üçün qaynaqlandığını, xüsusən, qeyd edirlər.
İstəyirəm, bu problemin daha çox psixoloji səbəblərinə toxunum. Televiziyaya çox baxan uşaqlar həyətdə, məktəbdə, dostları arasında özlərini cox aciz və qorxaq aparır, öz fikirlərini sərbəst ifadə edə bilmirlər. Boş zamanını otağında şəkil çəkərək ya da oyuncaqlarıyla oynayaraq keçirən bir uşaq televiziyaya uzun müddət baxan uşaqdan daha çox sərbəst olur. Televiziya əvəzinə uzaqdan idarə alətiylə (pult) video izləmək uşağa, baxdıqlarına özü hökm etdiyi üçün daha faydalı olur. Çünki uşağın televiziyada xoşladığı bir verilişin anlamadığı və ya təkrar müşahidə etmək istədiyi bir sujetini yenidən baxmaq imkanı olmaz və baxa bilmədiyi üçün də əsəb keçirər və aqresivləşər. Video izlədiyi zaman isə bu cür hallar baş verməz.

Uşaqlar televiziyaya neçə saat baxa bilərlər?
Uşaqların yaş dövrlərinə görə televiziya izləmə müddətini nəzərə almalıyıq. 2-3 yaş (körpəlik dövrü) arası uşaqlar gün ərzində 20 dəqiqə, 3-6 yaşlılar (məktəbəqədər dövr) 1 saat, 6-9 yaşlı (kiçik məktəbli ) uşaqlar 2-3 saat televiziya izləyə bilərlər. Bu vaxtlar gün ərzində 20-30 dəqiqəlik bölgülər halında qurulmalıdır. Uşaqlarınızın nəyi izlədiyini nəzarət etmək istəyirsinizsə, uşağınızla birlikdə televiziyaya baxın və sonra izlədiklərinizi onunla müzakirə edin.
Onu da unutmayın ki, uşaqlar böyükləri özləri üçün nümunə hesab edirlər. Böyüklər nə edirsə, uşaqlar da onları təqlid etməyə çalışır. Buna görə də axşam evə gəldiyiniz vaxt çalışın birinci televiziyanı açmayın, yataq otağında, mətbəxdə əsla televizor yerləşdirməyin. Uşağınızın nəyi izləməsinin lazım olduğuna siz qərar verməlisiniz. Uşaqlarınız üçün uyğun olmayan proqramlar olduqda, kanalı dərhal dəyişdirmək yerinə ona qısaca şərh verə bilərsiniz. Uşağın seyr etdiyi proqram qurtardığı vaxtdan 10 dəqiqə qabaq xəbərdarlıq edərək televizoru söndürün. Uşağınız yenə baxmaq istəyərək sizdən icazə almaq istəyəcək, amma razılaşmayın. Əvvəlcədən, nə qərar vermisinizsə, ona əməl etməyə çalışın.
Çünki vədinizdən çəkinsəniz, uşağınızda sizin qoyduğunuz qaydalara qarşı güvənsizlik
yaranacaq. Bu da uşağınızın gələcək tərbiyəsində maneə yarada bilər. Televiziya vərdişini aradan qaldırmaq çətin olsa da, qeyri-mümkün deyil. Səbr, səmimiyyət, ən əsas qərarlılıqla bunun öhdəsindən gələ bilərik.

 

“NARINC” UŞAQ PSİXOLOGİYA
MƏRKƏZİ-nin psixoloqu
Anarə Baxşəliyeva

Go Back

Hiperaktiv uşaqlar

Hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır.
Hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəlaliyyət növündən digərinə asanlıqla keçir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər də edirlər.
Ümumiyyətlə, hiperaktiv uşaqlar davranışlarının diqqəti çəkən və narahatlıq yaradan olduqlarını bilirlər. Lakin bunun qarşısını almaq üçün heç nə edə bilmirlər. Valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Hiperaktivliyin gətirdiyi çətinlikləri keçə bilmək üçün uşaqlarının həkimi, psixoloqu və müəllimləri ilə mütəmadi əlaqə saxlamalıdırlar.
Qeyd edək ki, hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır. Hiperaktiv uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir və başqa uşaqlara nisbətən çox fəal olmalıdırlar. Bəzi hiperaktiv uşaqlarda isə diqqətini cəmləyə bilməmək, düşünmədən hərəkət etmək kimi əlamətlər özünü göstərsə də, onlarda həddindən artıq hərəkətlilik müşahidə olunmur. Bundan başqa qız uşaqlarında fəallıq, hərəkətlilik olmadan da diqqət əkssikliyi özünü göstərə bilər. Bu vəziyyətdə isə diaqnoz qoymaq çətindir. Çünki bu vəziyyət səssiz, özünə qapanan qız uşaqlarında bir müddət gizli qala bilər. Diqqətini cəmləyərkən çəkdiyi çətinlik, diqqətinin tez yayınması ara-sıra gözə dəyər.
Uşaqlar böyüklərə nisbətən daha fəal və hərəkətlidirlər. Ancaq hiperaktiv uşaqlarda bu hərəkətlilik uşağın öz yaşıdları ilə müqayisədə diqqətə çarpacaq qədər çoxdur. Uşaqların hərəkətliliyi oyunlar zamanı, baxçada, məktəbdə və ya evdə olarkən ailə və müəllimlər üçün problem yaratdıqda həddindən artıq hərəkətlilik kimi xarakterizə edilir. Digər tərəfdən hiperaktiv uşağın qısa müddətli işlər ərzində, televiziyaya baxmaq, kompüter oyunu oynamaq kimi əyləncələr zamanı çox diqqətli olduğunu da görə bilərsiniz.

Hiperaktiv uşaqların davranışı
Belə uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir, mebellərin üstü ilə gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya ilə oynayır, növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin bu uşaqlar diqqət əkssikliyi göstərmədən saatlarla televizora baxır, computer oyunları oynayırlar. Belə bir halda uşaq necə hiperaktiv ola bilər?
Cavab çox asandır. Kompüter oyunları və televiziya uşaqların diqqətini cəmləyərək xəbərdarlıq göndərir. Yəni bu uşaqlar televizora baxarkən və ya kompüter oyunlarını oynayarkən passiv mövqedədirlər və diqqətlərini kənardan gələn xəbərdarlıqlar sayəsində cəmləyə bilirlər.

Hiperaktiv uşaqların valideynlərinin nəzərinə
Hiperaktiv uşaqlar həm vaildeynlərə, həm də ailənin digər üzvlərinə böyük problemlər yaradır. Müalicə olunmayan hiperaktiv uşaq ailəyə narahatlıq yaratmağa davam edəcək. Bu səbəbdən də uşağınıza davranışını idarə edə bilməsi üçün sizə kömək etmək məqsədilə bir neçə məsləhət veririk:
► Uşağınız üçün gündəlik bir proqram hazırlayın. Onun yemək yediyi, yuyunduğu, məktəbə getmək üçün evdən çıxdığı vaxtı hər gün eyni saatlarda müəyyən edin.
► Hiperaktiv uşaqlar ancaq yanlış bir şey etdikləri zaman böyüklərin diqqətini çəkirlər. Bu səbəbdən də uşağınızı gözəl sözlər deyərək qucaqlayıb mükafatlandırmağınız, müsbət davranışları üçün kiçik hədiyyələr verməyiniz çox önəmlidir. Valideyn və digər ailə üzvləri və yoldaşları tərəfindən olan bu cür müsbət dəstək və sevgi uşağınızın özünü yaxşı hiss etməsini təmin edəcək. Bu uşaqlar üçün ən uyğun davranış forması onları cəzalandırmaq əvəzinə mükafatlandırmaqdır. Onlarla danışarkən mümkün qədər düz gözlərinə baxmaq, bəzən kürəyini və ya əlini tutaraq toxunmaq da yaxşı nəticə verir.
► Məktəbdə uşaq lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura biləcəyi və xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır.
► Öyrənmə çatışmazlıqları varsa pedaqoji üsullar tədbiq olunur. Hiperaktiv uşaqların təhsil almasında ailə üzvlərinin və uşağın ünsiyyətdə olduğu insanların rolu da çox böyükdür. Belə uşaqlar da məktəbdə ən azı digər yoldaşları qədər müvəffəqiyyətli ola bilirlər. Uşağın hiperaktiv olması əsla onun kifayət qədər ağıllı olmadığını göstərmir. Hiperaktiv uşaqlar nizamsız və diqqətsiz ola bilərlər. Lakin bu onların öyrənmə qabiliyyətlərinin olmamasından xəbər vermir. Bu onların hiperaktivliyindən irəli gəlir.

Sonda isə əziz valideynlərə məsləhətim odur ki, pozitiv düşünsünlər. Övladlarının daxili aləmi ilə daha yaxından maraqlansınlar.

 

“NARINC” UŞAQ PSİXOLOGİYA
MƏRKƏZİ-nin psixoloqu
Elnurə Cahangirova

 

Go Back

Onları başa düşək..

Bəzi uşaqlarda görünən tutulma, təkrar və ya uzatma şəklindəki nitq qüsurları uşağınızın kəkələdiyi haqda dəqiq fikir söyləməyə əsas vermir. Siz ona kəkələyən desəniz, o da özünü kəkələyən olaraq görməyə başlayar.

İlk növbədə uşağın danışığındakı ilişmə və təkrarlar problem kimi qəbul olunmamalıdır. Uşağın danışması mükafata layiq hala gətirilməlidir. Eyni zamanda valideynlər uşaqla şəxsi fikirlərini paylaşmalıdırlar ki, o da öz fikirlərini valideynləri ilə bölüşsün. Kəkələyən uşaq normal danışan uşaqdan daha çox dinlənməyə ehtiyac duyar. O, danışarkən səbirlə dinləyin. Onu anlayan gözəl bir dinləyiciyə çevrilin.

Kəkələyən uşağın mümkün olduğu qədər əsəbləşməməsi, gərgin bir vəziyyətə düşməməsi vacibdir. Bu səbəbdən uşağın ailədaxili münaqişələrdən və gərginlikdən uzaq olmasına çalışın.

Valideynlərin nitqi hər zaman uşağa öz təsirini göstərir. Bu səbəbdən də valideynlər kəkələyən uşaqla danışarkən aşağıda sadalanan məsləhətlərə riayət etməlidir:

1.Danışarkən uşağınızın gözlərinin içinə baxın. Göz təması uşağın özünə güvən hissini artmasına kömək edir. Göz təmasından qaçmaq isə uşağa zəif və yazıq olduğunu hiss etdirə bilir.

2.Uşağa özünə inamı artıran fikirlər söyləməlidirlər. Ən sadə davranışlarını qiymətləndirməli və təqdir etməlidirlər. Məs: “Çox sağ ol, nə dadlı su verdin mənə!” və s.

3.Danışarkən vaxtaşırı dayanmalıdırlar.

4.Yavaş-yavaş danışmalıdır.

5.Qısa, sadə cümlələr qurulmalıdır.

6.Uşağı maraqlandıran şeylər haqqında danışmalıdırlar.

7.Daim narahat olaraq bununlada uşağınızın inkişafını ləngitməyin. Bunun əvəzinə özünüz yavaş danışmağa çalışın və uşağınızı da tələsdirməyin.

Ailə üzvləri çalışmalıdırlar ki, aşağıda göstərilən davranışlara yol verməsinlər:
1.Uşağın nitqini düzəltmək, uşağa və nitqinə hər zaman nəzarət etmək.
2.Uşağın danışığına ailənin digər üzvlərinin lağ etməsi.
3.“ Rahat”, “ yavaş danış ” şəklində uşağın danışığına müdaxilə etmək.
4.“ Qısa cümlələr qur” kimi ifadələr işlətmək əvəzinə göstərərək nümunə olun.
5.Uşaq pis danışdığı zaman onu cəzalandırmayın və yaxud cəzalandlrmaqla qorxutmayın.
6.Uşağın kəkələməsi ilə bağlı onun yanında danışmayın.

Əziz valideynlər, övladınızın yaşadığı sıxıntını, əziyyəti hiss edirsiniz və onun daha rahat bir şəkildə danışaraq özünü ifadə edə bilməsi üçün əlinizdən gələni etməyə çalışırsınız...

Əgər övladınız nitqindəki qüsuru özü dərk edirsə və buna görə ünsiyyətdən çəkinirsə, ona bunun o qədər də əhəmiyyətli nöqsan olmadığını və çox adamda buna bənzər vəziyyətin olduğunu izah etməklə onu sakitləşdirməyə çalışın.

Övladınıza kömək etmək istəyirsinizsə soyuqqanlı davranın. Onun nitqini mükəmməl etmək və daim nəzarətdə saxlamaq fikrindən uzaqlaşdığınız zaman buna nail ola bilərsiniz.

 

“NARINC” Uşaq Psixologiya Mərkəzinin
Kəkələmə üzrə mütəxəssisi
Bahar Mustafayeva

Go Back

Autizmin əlamətləri

Autizm – ömür boyu sürən zehni narahatlıq olub, ictimai qarşılıqlı təsirdə, ictimai ünsiyyətdə, istifadə edilən dildə, simvolik və ya xəyali oyunlarda gecikmələrlə özünü göstərən sinir sistemində nizamsızlıqdır. Uşaq gördüklərini, eşitdiklərini, hiss etdiklərini doğru şəkildə qəbul edə bilmir, bu səbəbdən ictimai əlaqələrdə və davranışlarda ciddi problemlər yaranır. Ümumiyyətlə körpəliyin 2 illiyində autizmin əlamətləri görünə bilər. Nadir hallarda bu əlamətlər daha gec yaşda da başlayır.
Autizmin əlamətləri uşağın yaşına və inkişaf səviyyəsinə görə fərqlənə bilər.
Mərkəzimizə müraciət etmiş 4 yaşlı Əlinin anası uşağının digər adi uşaqlar kimi olmadığını hiss etmiş və başa düşmüşdür, lakin inkişafında ciddi problemlər olduğun dərk etməmişdi. Ananın sözlərinə görə uşaq vaxtında danışmağa başlayıb, hətta şeirləri çox tez yadında saxlayıb, əzbərdən deyirmiş. Bundan əlavə onun sözlərinə görə uşağın yaddaşı çox möhkəm olub, nağıl və cizgi filmlərdən bəzi frazaları təkrar-təkrar söyləyərək yatırdı, tez-tez səsini ananın səsinə oxşadaraq, intonasiya ilə sözlərini təkrarlayırdı.
Uşaqla dialoq qurmaq mümkün deyildi, Əli sanki heç nə eşitmirdi. Hətta müxtəlif metodlardan istifadə edilsə də heç bir xahişə, irada fikir vermirdi.
Uşaqda başqa qəribəliklər də var idi. Məsələn, uşaq heç vaxt sual vermirdi. Uşaqda öz yaşıdlarında olmayan başqa qabiliyyət var idi. Saatlarla eyni oyuncaq və yaxud hər hansısa bir əşya ilə məşğul olurdu. Halbuki, adi uşaqlar eyni oyuncaqla bir saatdan çox oynaya bilmirlər. Anası yarım gün piano çalsaydı uşaq onun yanında dayanıb fasiləsiz qulaq asa bilirdi. Kimsə ona mane olursa uşaq qışqırır, aqressiv olurdu.
Hərdən hər hansı bir şeirin bir bəndini saatlarla təkrar edirdi. O, özünü 1-ci şəxs kimi deyil 3-cü şəxs kimi istifadə edirdi. Məsələn, “mən getdim” əvəzinə “Əli getdi”, hərdən də cəm halında işlədirdi.
Kənar şəxslərlə istənilən ünsiyyət uşağı özündən çıxardır. Anaya da elə gəlirdi ki, o, kənar şəxslərdən qorxur, evə qonaq gələndə Əli künclərdə gizlənir, anası onu qonaqla tanış etmək istəyəndə o bərkdən qışqırır və ağlayırdı. Hətta gizləndiyi yerləri tez-tez dəyişirdi.
Psixoloq və həkimin qərarı üst-üstə gəlir – Əli autikdir.
Əsas əlamətlər:
-Ətrafına qarşı laqeyd olmaq, hadisələrə və insanlara reaksiya verməmək; -Ünsiyyət, danışma çətinliyi çəkmək;
-Ümumiyyətlə tək başına qalmaq istəyi;
-İnsanlarla təmasdan, qucağa alınmaqdan, ya da sevilməkdən xoşlanmamaq; -Göz kontaktının çox az, ya da heç olmaması
-Səbəbsiz gülmək, ağlamaq;
-Səslərə qarşı həddindən artıq həssaslıq, laqeydlik; -Davamlı olaraq eyni oyunları oynamaq ;
-Hər şeyin eyni olmasını istəmək, dəyişikliklərə həddindən artıq reaksiya vermək; -Matorikanın inkişafında nizamsızlıq;
-Təkrarlayıcı davranışlar; -Mənasız sözləri təkrarlamaq;
-Əllərini, qollarını çırpmaq, olduğu yerdə yelləmək, öz ətrafında dönmə; -Təhlükəyə, ağrıya qarşı laqeydlik;
-Əşyalara gərəksiz yerə bağlanmaq;
-Həddindən artıq hərəkətlilik ya da hərəkətsizlik.
Autist uşağın müalicəsi bu faktorlardan asılıdır: erkən diaqnoz, psixoloq, nevropotoloq və valideynin birgə iş birliyi, səbr, inam...
Erkən uşaq autizmi tibbi diaqnozdur, buna görə onu ancaq uşaq nevropotoloqu qoya bilər. Mütləq uşaqla hərtərəfli müayinələrdən keçmək, sonra həkimlə birgə müalicə və fərdi korreksiya proqramı lazımdır. Heç vaxt düşünməyin ki, uşağınız normal deyil, heç vaxt dəyişilməyəcək, buna inanmayın. Əsas uşaqla səbirli və mehriban olmaq, həmişə müvəffəqiyyətə inanmaq lazımdır.

 

“Narınc” UPPİM-nin Psixoloqu
Sevda Mustafazadə

Go Back

Körpələrin yuxu rejimi

Uşaqlar dünyaya gəldiyi zaman bəzi xarakterik xüsusiyyətlərini də özləri ilə gətirirlər. Bunlardan biri də yuxu rejimidir. Bəzi uşaqlar üçün yuxu prosesi problemsiz keçsə də bəziləri üçün bu böyük bir problemə çevrilir. Bu səbəbdən də ilk növbədə uşağın inkişafına uyğun düzgün yuxu saatlarını bilməliyik ki, yuxu rejimi pozulanda tez qaydasına salaq.

Körpə 3 ayına kimi gün ərzində 17-18 saat yatır. Burada bir detalı nəzərə almaq lazımdır ki, balaca fidanlar heç vaxt uzun müddətli yuxuya getmirlər. Tez-tez yemək vaxtı gəldiyi və ya altları dəyişdirildiyi üçün yuxuları daim bölünür. Ümumiyyətlə, bu dövrdə körpənin 2-3 saatdan çox fasiləsiz yatmağı məqsədə uyğun deyil. Bununla bərabər 2 həftəliyindən etibarən körpəyə gecə ilə gündüzün fərqini hiss etdirmək lazımdır.

Gündüz yuxu fasilələrində körpəylə oynamaq, söhbət etmək məsləhətdir. Gecə oyandığı zaman isə işıqları
zəif yandırıb, yarıqaranlıq otaqda daha asta templə danışaraq ona gecə olduğunu hiss etdirmək olar.
3-cü aydan körpənin yuxu saatı sutkada 15 saata enir. Bu yuxunun böyük bir hissəsi gecəyə, 4 5 saatlıq hissəsi isə gündüzün payına düşür. Körpə, artıq ilk aylardakı kimi tez-tez yatmamalıdır. Onu gecələr bir neçə dəfə oyandırıb yedizdirmək olmaz. Bundan sonrakı aylarda gecə yeməyini azaltmaq lazımdır. Gündüzlər körpə 2-3 dəfə yataraq norma olan 5 saatını doldurmalıdır.
Çalışın körpənizi daima eyni saatda yatızdırasınız. Körpəni yatızdırmaqdan əvvəl onun üçün planlaşdırdığınız müəyyən məşqləri edin. Artıq körpə hiss etməlidir ki, o yatacaq. Uşaq bunu acı və gərginlik olaraq qəbul etməməlidir. Körpədə əmələ gələn yuxu barəsində emosiyalar böyük yaşlarında da yuxuya münasibətini formalaşdırır. Yuxudan cəza kimi istifadə edilən ailələrdə bu problem daha çox müşahidə olunur. Amma yatmağı xoş və sevimli məşğuliyyət kimi formalaşdırmaq uşaqda yuxuya getməni asanlaşdırır. Məsələn, pijamalarını geyindirə-geyindirə xəfif musiqi dinlətmək və ya zümzümə etmək, əzizləyici sözlər demək, hekayə danışmaq olar. Çimizdirməyi də yatmazdan əvvələ sala bilərsiniz.
6 və 9-cu aylar arasında isə körpənin sutkada təxminən 14 saatlıq yuxuya ehtiyacı var. Yuxunun 7saatında körpə heç oyanmaya da bilər. Bu period başladığı zaman, artıq gündüz yuxuları da nizama salınır. Səhər və günortadan sonra körpəni 2 dəfə yatızdırmaq gecə yuxusunun sisteminə də uyğun gələcəkdir. Bu dövrdə körpənin yatmazdan əvvəl öyrəşdiyi məşğuliyyətlər varsa onlar başladıqda o, artıq yatmalı olduğunu qəbul edəcəkdir.
9-cu aydan sonra isə yuxu ehtiyacının böyük qismi gecə təmin olunduğu üçün gündüz yuxuları bir az qısala bilər. Gündüz yarım saatla 2 saat arasında 2 dəfə yatarkən gecə 10-12 saatlıq yuxu müddəti normaldır. Burada vacib olan məqam yuxudan öncə olan məşğuliyyətlərini pozmadan davam etdirmək, özünün yuxuya getməsi üçün çalışmaqdır.
12-ci aydan etibarən gündüz yuxusu günortadan sonra 1 dəfə ola bilər. 18-ci aya qədər çalışın gündüz 2 dəfəlik yuxu rejimini yavaş-yavaş 1 dəfəyə endirəsiniz. Bu aylarda körpəni öz-özünə yatmağa alışdırmaq lazımdır. 18- 24-cü aylardan isə gecələr 10-12 saat, gündüzlər 2 saatlıq bir yuxu kifayət edir. Artıq bu aylarda uşağınız üçün qurduğunuz məşğuliyyətlər intelektin artması ilə nəticələnir və bununla da o, müxtəlif hiylələrə əl ata bilər.
Sonda isə, əziz valideynlər, onu demək istəyirəm ki, yuxu uşaqlarımızın 6 yaşına qədər psixo fizioloji inkişafına böyük təsiri olan bir prosesdir. Yuxunun tam alınması balacalarımızın həm inkişafına, həm də günlük davranışlarına təsir edən faktordur. Bunun üçün gəlin onların yuxu saatını özümüzün rejiminə görə deyil onların rejiminə görə təyin edək.

 

Narınc Rüstəmova
NARINC
MƏRKƏZİ - nin rəhbəri
www.narinc.az
UŞAQ PSIXOLOGİYA

Go Back

20 nəticə göstərilir