Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşağa qulluq"

Uşağın boy ölçüsünü necə hesablamalı?

Mütəxəssislər boy cılızlaşmasını daxili ve xarici faktorlarin təsiri ilə əlaqələndirirlər.Bəzən insanlar boyun qisalığını nəsildən gələn amil kimi dəyərləndirirlər . 

Bu səhv fikirdi.Düzgün müalicə metodları ilə usaqların boyunu uzatmaq üçün imkanlar mövcuddur. Ana övladının illik böyümə sürətinə baxmalı , həmyaşıdlarının boyu ilə müqayısə etməlidir.Paltar ,ayaqqablarınin kiçilməsinə nəzarət etməli,evdə övladı üçün boy cədvəli tərtib etməlidir. Boy artımı zəif olan övladını ana mütləq həkimə göstərməlıdir.Uşaqların normal boya sahib olub olmamasını bilmək üçün yaşıdlarının boyu ilə müqayisə edib dəyərləndirmək mümkündür.Düzgün qidalanrmama, mədə - bağırsaq ,böyrək və ürək qusurları olan usaqlarda müdaxilə edilmədikdə qısa boyluluğa gətirib çıxarır.Qısa boyluğun bir sira sbəbləri var. 

Boy hormon çatışmamazlığı bu səbəblərdən yalnız biridir. Bundan əlavə qalxana bənzər vəzi hormonlarının və insulinin də rolu çox vacıbdir. Balanslaşdırılmış qida və vaxtlı vaxtında yuxu boy artımı üçün lazımdır.Hamımız bilirik ki insan təqribən 20 yaşına qədər böyüyür. Məhz bu zaman sümük toxuması və skelet tamamilə formalaşır və böyümək 20 yaşından sonra artıq mümkün deyil.

Uşağınızın qisa boylu olmamasını istəmirsizsə onun yetginlik dövrünə qədər boyunun artma sürətini nəzərdə saxlamalı lazım gələrsə düzgün müalicə üsulundan istifadə etməlisiniz. Övladınızın boyunu bilmək ücün hər iki valideyinin boy ölçüsünü toplamaq və cəmdən13 çıxaraq alınan reqəmi 2 yə bölürük . Aldığımız cavab övladınızın ideal boy ölçüsüdür.
Valıdeynlər üçün məsləhət , uşaqlarını somatotrop hormonu ilə müalicə etməyə qərar vermişlərsə həkim endakeinoloqa müraciət etsinlər.

Bəzən uşaqlar çox yavaş böyüyürlər və yalnız yetkinlik dövründə normal boya çatırlar. Orta statistik boy 167,2 ( ,kişilərdə 170,6 , qadınlarda 164,1) dır.

Həkim endokrinoloq uşaq üçün lazım olan analızləri təyin edir, və bu analizlərin köməyi ilə uşağın boy artımınbın zəifləməsinin bütün səbəbləri aşkar edilir. Bundan əlavə uşağın normadan kənar olan boy diaqramınin müayınəsinidə etmək lazımdir. Əgər uşaq həqiqətən boydan geri qalırsa o zaman həkim boy hormonu somatotropu təyin edir. Bu problemlə qarşılasşarsanızsa zamanla boy artar bizdə qisa boylu yoxdu deyib keçmək olmaz,həkim endokrinoloqa müraciət edin.

tibb.az

Go Back

Uşağın yad cismi udması təhlükəli ola bilər

 Bu problemlə kiçik yaşlı uşaqların analarının əksər hissəsi üzləşir. Kiçik yaşlı uşaqlar hər bir şeyin "dadına" baxmağı xoşlayırlar.

Adətən uşaqlar kiçik əşyaları - xırda oyuncaqlar və ya oyuncaqların hissələri, xırda pul, düymə, muncuq, daş, meyvə çəyirdəkləri və s. kimi əşyaları udurlar. Əksər hallarda bu, uşağın 1 yaşından 3 yaşına kimi baş verir. Məhz bu səbəbdən kiçik hissələri olan oyuncaqların üzərində "3 yaşından yuxarı olan uşaqlar üçün" yazılır.

Adətən kiçik ölçüdə olan, hamar yad cisimlər uşaqda heç bir narahatçılığa, ağrılara və s. pozulmalara səbəb olmur. Əksər hallarda belə yad cisimlər 2-3 gündən sonra özü-özündən nəcis ifrazı zamanı uşağın bağırsaqlarından çıxır. Həkimlə məslətləşdikdən sonra uşağa işlətmə dərmanı vermək olar.

 

İti və kəsici əşyalar (iynə, sancaq, şüşə və s.) isə çox təhlükəlidir. Onlar mədə-bağırsaq traktında ilişə bilər, onun divarını deşə və ya kəsə bilər. Bu isə ağır fəsadlara gətirib çıxardacaq. Bu səbəbdən əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal "təcili yardım" çağırın. Uşaq özünü yaxşı hiss edə bilər, lakin bu, heç də o demək deyil ki, təhlükə yoxdur. Həkim gələnə kimi uşağa yemək və maye verməyin, uşağı uzandırın.

 

Batareyalar da (xüsusilə diskşəkilli) çox təhlükəlidir. Mədənin turş mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayır ki, bu nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da dərhal "təcili yardım" çağırın.

 

Udulmuş maqnitlər də çox ağır pozulmalara səbəb olur - mədə-bağırsaq divarların yırtılması, daxili qanaxmalar və s. Hal hazırda uşaqlar üçün maqnitlərlə olan xüsusi ağıllı oyuncaqlar buraxılır. Bu oyuncaqları kiçik yaşlı uşaqlara almayın.

Nisbətən iri və ağır əşyaların (misal üçün, dəmir kürəciklər, iri dəmir pul və s.) udması uşağın səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaradır. Müəyyən müddət ərzində burada qaldıqda bu əşyalar mədə-bağırsaq traktının divarını yırta bilər ki, bu uşağın həyatı üçün təhlükəli olan daxili qanaxmaya səbəb olacaq. Məhz bu səbəbdən uşağın mədə-bağırsaq traktına yad cisim düşdükdə, mütləq onun buradan çıxıb-çıxmadığına fikir verin. Bunun üçün uşağın hər nəcis ifrazına nəzarət etmək lazımdır. Əgər uşaq unitazdan istifadə edirsə, bir müddət ərzində onu güvəcə otuzdurun.

 

Beləliklə, uşaq iti, kəsici, iri və ağır əşyanı, batareyanı, maqniti udubsa, dərhal həkimə müraciət edin.

Əgər istənilən digər udulmuş əşya 2-3 gün ərzində nəcis ifrazı zamanı uşağın bağırsağından çıxmayıbsa, mütləq həkimə müraciət edin.

Xəstəxanada uşağı cərrah müayinə edəcək. Lazım olduqda cərrah əlavə müayinələri (rentgenoloji, endoskopik müayinələr, USM) təyin edir. Rentgen zamanı yalnız dəmirdən olan yad cisimlər, daşlar, bəzi şüşə növləri görünür, plastmassdan və ağacdan olan əşyalar ilə görünmür.

Uşaq müayinə olunduqdan sonra onun vəziyyəti qiymətləndirilir və uşağa təcili müalicə təyin olunur və ya uşaq xəstəxanada həkimlərin nəzarəti altında qalır (uşağa işlətmə dərmanları verilir və həkim yad cisimin nəcislə çıxıb-çıxmamasına nəzarət edir).

Əgər əşya dərhal xaric olunmalıdırsa, bu məqsədlə endoskop istifadə oluna bilər. Endoskopun köməyi ilə qida borusunda, mədədə və 12 barmaq bağırsağında ilişmiş yad cisim çıxartmaq mümkündür. Əgər yad cisim daha dərin yerdə ilişibsə, laparoskopik üsullardan istifadə oluna bilər.

 

Bəzən ananın uşağın yad cisim udmasından xəbəri olmur. Hansı simptomlar buna işarə edə bilər?

- uşaqda ürəkbulanması və qusma.

- qarında ağrılar,

- artmız ağız suyunun ifrazı. gəyirmə,

- hərarətin artması,

- nəcisdə qanın və seliyin olması,

- qida qəbulundan imtina.

Belə simptomlar olduqda, vaxt itirmədən cərraha müraciət edin.

 

saglamolun.az

Go Back

Uşaq isterikaları

                                                                                         

Uşaqda isterika İsterikalarla məşğul olma uşağa valideynlik etməyin bir hissəsidir. Bir anlıq hər şey yaxşı gedir və birdən uşağınızda isterika başlayır. Uşağın davranışlar bəzən ən yaxşı valideynləri belə narahat edir. Uşaqlar hər şeyin onların istədiyi kimi olmasını istəyirlər, lakin, onların düzgün hərəkət etmək bacarıqları və anlayışı inkişaf etməyib ki, bu da pis davranışla nəticələnə bilər.

Qışqırmaq, vurmaq, dişləmək, təpikləmək və əşyaları atmaq uşağın davranışının adi hissəsidir. Lakin, aşağıdakı strategiyaların bəzilərindən istifadə edərək uşağınız düzgün davaranmağı öyrənməsini təmin dilərsiniz

Uşaq isterikalarının öhdəsindən gəlmək üçün məsləhətlər.

  • Sakit olmağa çalışın - İsterikanın nə qədər pis olmasından asılı olmayaraq, dərindən nəfəs alın və yadınızda saxlayın ki, siz məsuliyyət daşıyırsınız.
  • Əgər mümkündürsə, uşağınızı sakitləşənə qədər sakit bir yerə qoyun. Uşaqlarının isterikanın ortasında olarkən onlarla danışmağa çalışmayın, çünki adətən hər şey daha pis olur - onların sakitləşməsini gözləyin.
  • Əgər fasilələr istifadə etsəni, uşağınızla sakitləşdikdən sonra mütləq danışın.
  • Siz onların hərəkətini bəyənməsəniz də, onları yenə də sevdiyinizi bilmələrini təmin edin.
  • Əgər mümkündürsə, isterikaya səbəb olan vəziyyətlərdən qaçın, - onların oyuncaqla başlarını qatma və ya mühiti dəyişmə isterikanı yox etməyə kömək edə bilər.
  • Uşağınıza təhlükəsiz olduğu müddətdə maraqlı və araşdıran olmağa imkan verin - bu onlara öz əminliklərini və özünə-hörməti inkişaf etdirməyə imkan yaradır.
  • Uşağınıza bir az səlahiyyət verin - Uşağınıza iki seçim verməklə onlar qərar qəbul etməyi öyrənməklə yanaşı, , öz dünyalarında bir az səlahiyyətləri olduğunu hiss edəcəklər.
  • Pis davranışı mükafatlandırmayın (nümunə olaraq, sakit qalması üçün uşağınıza şirniyyat verməyin), lakin yaxşı davranış üçün, hədiyyə, həvəsləndirmə və mükafat verin.​

nutriciaclub.az

Go Back

İştahasız uşağa necə yanaşmalı?

“Uşağım yemək yemir” tez-tez rast gəldiyimiz şikayətlərdəndir. İştahasız uşağa necə yanaşmaq lazımdır? İştahasızlıq nə vaxt problemdir, nə vaxt isə adi hal? Nə vaxt narahat olmalı, nə vaxt isə uşağı öz-özünə buraxmalıyıq?

İlk öncə bir problemin olub-olmamasını araşdırmaq lazımdır. Görəsən, uşağın yeməsini ümid etdiyimiz qida miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğundur? Yoxsa ümidlərimizi dəyişməliyik. Bu sualın cavabını ən yaxşı sizə uşaq həkimi, diyetoloq verə bilər. Hər yaşın lazımı norması nə qədərdi? Məsələn, yaşyarımlıq bir uşağın gönorta yeməyində bir dənə kotlet, yarım kasa düyü və bir necə xörək qaşığı göy noxud yetərlidir. Əgər ana uşağının bundan daha da çox yeməsini düşünürsə bu zaman o, yiyən uşağını “iştahasız uşaq” kimi təyin edir.  Halbuki uşaq lazım olan miqdarı yeyir. Xüsusilə 1-3 yaş arası uşaqların bir qida qəbulu zamanı yaxşı yeyərkən digər bir qida qəbulu zamanı o qədər də yaxşı yeməmələri təbiidir. Qidalanmanı da günbəgün deyil, həftəlik olaraq qiymətləndirmək lazımdır.  Bundan başqa, uşaqlar onlar üçün ən sağlam qidalanma şəkli olan "az-az, tez-tez" yeməyə meyllidirlər. Bəzən də uşaqların yemək arasında çoxlu maye içmələri, ya da ayaqüstü tezbazar “nəisələr” yemələri də yemək əsnasında nisbi bir iştahszlık yarada bilər.

Əgər problem gözləmələrimiz ya da yuxarıda qeyd etdiyim digər səbəblər deyil isə, uşağımız yaşına görə lazım olandan az qidalanırsa bu problemin müvəqqəti yoxsa daimi olduğuna baxmaq lazımdır. Müvəqqəti iştahasızlıq qışda tez-tez rast gəlinən yuxarı tənəffüs yollarının infeksiyalarından ya da digər xarici amillər kimi səbəblərdən ötəri ola bilər. Dərman istifadəsi, iqlim dəyişikliyi ya da romantik səbəblər də uşaqların iştahlarının azalmasına səbəb ola bilər tip iştahsızlıklar ötəridir və daha sonrasında iştaha normaya dönər.
Əgər daimi bir iştah problemi varsa uşağa kompleksli şəkildə yanaşmaqda yaklaşmakta fayda ola bilər. Öncelikle büyümesi değerlendirilmelidir. Çəkisi yaşına uyğun artırmı? Boyu yaşına uyğun artırmı? 

Boyla çəki nisbəti birbirinə proporsional artırmı?  Bədən kütlə indeksi yaşa uyğundumu? Uşağın böyüməsində də, inkişafında da bir problem yoxdur ki? Bu sualı incə fərqlərinə belə fikir verərək yaxşı cavablandırmaq lazımdır.  Böyüməsində də inkişafında da problem olmayan uşağı belə problemsizdir deyə nəzərə almamaq səhv olar, ancaq böyümə və inkişafında problem varsa bu uşağın daha ətraflı araşdırılması lazımdır. Əvvəlcə aldığı kalorinin və qidanın kafi olub-olmadığına nəzarət yetirilir və kifayət olmadığı halda ailə ilə əlbir olaraq bunların necə artırılacağı barədə birgə qərar verilməlidir. Bəzi hallarda qəlxanvari vəzin göstəriciləri, ümumi və biokimyəvi qan təhlili, lazım gəlsə iltihab markerləri kimi testlərin keçirilməsi faydalıdır. 

İştahsızlığın və böyümə problemi olan uşaqda yatan xroniki bağırsaq xəstəliyi, qalxanvari vəz problemi kimi problemlər ola bilər.

Ancaq iştahsızlığın tibbi problemlərə bağlı olması nadirdir. Çox vaxtı bu ya quruluş problemidir və uşağın quruluşu, vərdişləri və ailənin yanaşması kimi faktorların birinin ya da bir neçəsinin cəmləşməsi ilə ortaya çıxır. Amma əksəriyyət hallarda, ailə içi bir uyğunluq görəcəksiniz. Çox iştahsız, incə quruluşlu bir uşağın ana və ya atası da uşaqkən oxşar yemə və böyümə nümunəsi göstərmiş ola bilər.

Daimi iştahasızlığı olan, yümək yeməyən uşağa isə çox incəliklə yanaşmaq lazımdır. Bir yandan ailənin yemək süfrəsi ətrafındakı mənfi duyğuları, savaşmaları dəstək şəklində həll edilməsinə çalışılmalıdır, digər tərəfdən isə uşağın həm tələblərinə uyğun həm də istəyi ilə  hazırlanmış menyu tərtib edilməlidir. Uşağa seçmə imkanı verməyən, onun seçimlərini, duyğularını hesaba almayan bir qidalanma sistemi sağlam olmaz. Əvvəlcə uşağa "Bu sənin sağlamlığın, özün üçün yeyirsən" hissi verilməlidir. Yeməyi müsbət və keyfli bir hal vəziyyətinə gətirmək, bir tərəfdən də öz sağlam qidalanma vərdişlərimizlə yaxşı nümunə olmaq lazımdır. Uşağın fərd olduğunu və bir az azad qərarvermə şansının da olmasının lazım olduğunu xatırlamaq sağlam uşaq qidalanmasının əhəmiyyətli şərtlərindəndir. Bəslənmə planının necə irəliləyəcəyi ailəyə və uşağa görə dəyişə bilər və olduqca səbr istəyən bir müddət ola bilər. Səbirli olmaq və asan olan səhv vərdişlərdən çəkinmək vacibdir. Məsələn, televiziya qarşısında yemək və ya kotleti yesin deyə şəkər vermək.
Səbirlə və düzgün prinsiplərlə yaxınlaşmamız iştahsız uşaqların qidalanmasını daha zövqlü və daha da yaxşılaşdıra bilər.

bebe.az

Go Back

Evimizdə "yatmış bomba": uşaqlarınızı uzaq tutun

Oyuncaqlar uşaqların həyata baxışını formalaşdırır, inkişafına böyük yardım edir. Valideynlər də imkanları çərçivəsində uşaqlarının bu tələbatını ödəmək üçün bazarlardan, uşaq oyuncaq mağazalarından müxtəlif oyuncaqlar alırlar.

Bir müddət əvvəl Amerikada aparılan araşdırmalar zamanı oyuncaqların uşaq həyatında böyük təsirə malik olduğu müəyyən edilib. Araşdırma aparan alimlər onu da müəyyən ediblər ki, bir çox inkişaf etməkdə olan ölkələrdə Çin istehsalı oyuncaqlardan istifadə edilir ki, bu da uşaqların sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Belə ki, Çində istehsal olunan oyuncaqların tərkibində olan melamin və fatalat sonsuzluğa səbəb olmaqla yanaşı xərçəng riskini də artırır. 

Araşdırmaya görə, əvvəllər Çində uşaq qidalarına və süd tozlarına əlavə edilən "fatalat" adlı plastik qatqı maddəsi, cinsi şəxsiyyət dəyişməsinə, sonsuzluğa, erkən sinə böyüməsinə, dəri və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Avropa Birliyi tərəfindən qadağan edilən fatalatlı oyuncaqlar bu gün də əksər ölkə bazarlarında satılır. 

Həkim-onkoloq Samir Hacıbabayevin sözlərinə görə, fatalat maddəsi uşaqların inkişafına çox mənfi təsir edir. Çin istehsalı olan uşaq qidaları, şokolad, pudinq, süd tozu kimi qidalarda ölümə səbəb olan melamin maddəsi də müəyyən edilib. Fatalat maddəsi oyuncaqları yumşaltmaq üçün istifadə edilən plastik maddədir. Bu maddə hər bir oyuncağın tərkibində olur. Fatalat hər bir oyuncaqda 1000:1 nisbətində olmalıdır. Bu nisbət aşıldığı zaman sağlamlıq üçün təhlükəli bir hal alır. 

Müsahibimiz bildirir ki, ümumiyyətlə, Çində istehsal olunan məhsulların 90 faizi sağlamlıq üçün zərərlidir. Bu ölkədə istehsal olunan məhsullar ucuz olduğundan dünyanın hər yerinə idxal edilir. Bu da Çindən dünyaya ölüm yayılması deməkdir. "Çindən Azərbaycana idxal olunan bir sıra məhsullar arasında uşaq geyimləri və oyuncaqlar da yer alıb. Bəzi işbazların pul qazanmaq həvəsi imkansız və az imkanlı təbəqənin uşaqları üçün potensial ölüm mənbəyinə çevrilir". 

Həkimin dediyinə görə, Çin malı olan oyuncaqlarda kiçik hissəciklər, maqnitlər olur ki, bu da azyaşlı uşaqlar üçün daha təhlükəlidir. Buna görə də uşaqlara oyuncaq alarkən daha diqqətli olmaq lazımdır. Uşaqlar oyuncaqları ağızlarına apardıqlarına görə, bu, daha böyük risklər meydana gətirir. Çindən gətirilən oyuncaqların boyası, qoxusu, tükləri və digər kiçik detalları uşaqların həyatını təhlükəyə atır. 

Pediatr İlhamə Qurbanovanın sözlərinə görə, körpəni lentli və ya incə ipli oyuncaqlarla oynamağa qoymaq olmaz. "Oyuncaqlara bağlı və xırda detalların möhkəm olduğuna əmin olun. Körpənin oyuncağı düz və yumru kənarlı olmalı, itiuclu, itikənarlı olmamalıdır. Uşaqlar hər şeyi ağızlarına aparırlar. Buna görə də çalışmaq lazımdır ki, uşağa boyalı oyuncaq alınmasın. Uşağa oyuncaq alarkən parçalanan, halqalar, muncuqlar və s. xırda detallardan ibarət olan oyuncaqlar almayın. Oyun zamanı bu oyuncaqlar parçalana və uşağın boğazında qala bilər". 

Həmsöhbətimizə görə, körpənin ilk oyuncağı yumşaq oyuncaqlar olmalıdır. Bura parçadan hazırlanmış heyvan fiqurları, top və ya kub formalı oyuncaqlar daxildir. 

Mütəxəssislər məsləhət görürlər ki, uşaqlar nə qədər çox oyuncağa meylli olsa da, istər fizioloji, istərsə də psixoloji baxımdan onun sağlamlığını qorumaq üçün uşaqlara çox oynamağa icazə vermək olmaz. Oyuncaqlarla uzun müddət vaxt keçirmək uşağın irəliləyən zamanlarda qapalı bir xarakterə sahib olmasına səbəb ola bilər. 

İ.Qurbanova bildirir ki, elektrik oyuncaqlar radiasiya yayır. Uşaqların bədənində su çox olduğu üçün uşaqlar bu radiasiyadan daha çox təsirlənirlər. "Oyuncaqlar hazırlanarkən tərkibinə kimyəvi qatqılar əlavə edildiyindən bu, uşaqlarda xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər. Hal-hazırda uşaqlarda qan xərçəngi daha çox yayılıb. Böyük ehtimalla bu, Çin mallarının "zəfəri"dir. Batareyalı oyuncaqlar da uşaqlar üçün təhlükə mənbəyidir. Batereyaların axması uşağın sağlamlığını təhlükə qarşısında qoyur". 

Uşaqlar sevincimizdir. Onların sağlamlığı hər bir valideyn üçün hər şeydən əhəmiyyətlidir. Odur ki, uşaqları sevindərməyi düşünüb onları zəhərləməyək.

ekspress.az

Go Back

Süd dişlərinə qulluq

Uşaqlar ağız qulluğuna yetkinlər qədər diqqət edə bilməzlər. Bu baxımdan körpə vaxtlarından ağız baxımı ciddiyə alınmalı, çürüklərə qarşı qoruma təmin edilməlidir. Elm adamları, hələ dişi çıxmamış körpələrdə arasında apardıqları araşdırma zamanı ağız içində çox sayda fərqli bakteriyanın varlığını təyin ediblər. Körpələrdə meydana gələn çürüklərin müalicəsi çox çətin olduğundan, qoruyucu tədbirlərin erkən dövrdə alınması lazımdır.

Təxminən altı ayından başlayaraq körpələrdə süd dişləri çıxmağa başlayır. 20-yə yaxın süd dişi çıxır. Təbii ki, böyüklərdə olduğu kimi, bu dişlər çeynəmə və yeməyə kömək edir. Həmçinin üz və çənənin normal inkişafına kömək edir, daimi dişlərin çıxması üçün şərait yaradır. Süd dişlərinin vaxtından tez çürüməsi diş ağrıları ilə bərabər gələcəkdə bir çox problemlərə də səbəb ola bilər. Bəs uşağın ağız boşluğunun və dişlərinin sağlamlığını qorumaq üçün nəyə diqqət yetirmək lazımdır?

Körpənin gələcəkdə sağlam dişlərə sahib olması süd dişlərinə düzgün qulluqdan başlayır. Uşağınızın yaxşı vərdişlərə sahib olmasına kiçik yaşlarından çalışmalısınız. Dişlərə qulluqla bağlı əsasən bunlara fikir vermək lazımdır:

Dişləri müntəzəm olaraq gün ərzində 2 dəfə  - səhər yeməkdən sonra və axşam yatmazdan öncə fırçalamaq.
Əmzik çürüyündən qorunmaq üçün aşağıdakı məqamlara diqqət yetirmək önəmlidir:
Körpənin gecə ağzında əmziklə yatmasının qarşısını almaq;
Qidalandırmadan sonra yatırmaq;
Əmzikdəki südə şəkər, bal, bəhməz kimi dadlandırıcılar əlavə etməmək;
Körpə bəsləndikdən sonra mütləq su içirmək;
İlk dişlərin çıxmağa başlaması ilə gecə və səhər qidalanmaları sonrası təmiz, yaş bir tənzif ilə dişlərini silərək təmizləmək lazımdır.
Uşaqlarda ağız mikroflorasının 1,5-3 yaş arasında, yəni ilk dişlərin çıxması ilə meydana gəldiyi fərziyyəsini araşdıran Kelli Svanson çürüklərin meydana gəlməsində yalnız bir bakteriya növünün deyil, bütün ağız florasının məsul olduğunu ifadə edib.
Uşağın əl bacarığı, marağı və valideynlərin mövqeyi uşaqda diş fırçalama vərdişini təyin edər.
Xüsusilə anaların tez-tez təkrar etdiyi bir səhv də əmzik ya da əmziyi şəkər, cem və s. kimi qidalara batıraraq uşaqlara vermələri və ya yuxu aralarında şəkərli süd, meyvə şirəsi kimi qidalara öyrəşdirmələridir. Beləcə qidalanma nizamsızlığı dişlərin çürüməsinə yol açır.
Körpə dişlərinə qulluğun ilk mərhələsi analara həvalə edilir.
İlk dişlər çıxan zaman onları təmizləməyə başlayın. Körpənizin dişlərini yumaq və nazik parça ilə silərək təmizləyin. Diş fırçasından təxminən 1 yaşdan sonra istifadə etmək olar. Fırçanın yumşaq və körpəyə uyğun olması zəruridir. Bu zaman fırçanı yalnız su ilə islatmaq məsləhətdir. Uşaq 2 yaşına çatdıqda diş məcunundan istifadə edin. Fırçanın üzərinə noxud dənəsi qədər məcun sıxın. Nəzarət edin ki, körpə diş məcununu udmasın.
Kiçik uşaqlar dişləri fırçalamağa çətinlik çəkir. Bu vərdişə sahib olana qədər siz ona yardım etməlisiniz. Düzgün fırçalamanı uşaq və diş həkimindən öyrənmək olar. Əsas məsələ odur ki, övladınız dişlərə mütəmadi qulluğun vacibliyini anlasın.
Unutmayın ki, süd dişlərinə düzgün qulluq daimi dişlərə birbaşa təsir edir. Daimi dişlər 5-6 yaşdan başlayaraq çıxmağa başlayır. Dişləri müntəzəm olaraq gün ərzində 2 dəfə  - səhər yeməkdən sonra və axşam yatmazdan öncə fırçalamaq.
Müntəzəm olaraq körpənizin dişlərini müayinə edin. Bu, onun dişlərinin sağlamlığını təmin edir. Həm də uşağın kiçik yaşlardan diş müayinəsinə alışmasına şərait yaradır.
Mütəxəssislər hesab edirlər ki, dişləri müntəzəm fırçalamaq ürək xəstəliklərinə yaxalanma riskini azaldır. Ağız bədənin ən çirkli yeri olduğundan dişlərin davamlı olaraq fırçalanmaması diş əti qanamalarına, bu da ağızdakı yüzlərlə bakteriyanın qan damarlarına daxil olmasına səbəb olur. 
joy.az

Go Back

Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu

Körpənin birinci yaşına qədər həyatındakı əsas hadisələrdən biri əlavə bərk qidaya başlamasıdır.

Bu ərəfədə "körpəyə ana südü çatmır, ana südü azaldı, körpənin əlavə qidaya ehtiyacı var" kimi səhv fikirlər çox geniş yayılmışdır. Buna görə də körpənin çəkisini artırmaq məqsədilə əmizdirmək əvəzinə əlavə qidaya başlanır. 0-1 yaş müddətində ana südü körpənin vitamin, mineral, zülal, yağ, su və s. ehtiyacını qarşılayan tək mənbədir. 4-6 aylarında körpənin çəki artımının yavaşlamasının təbii olduğunu və əlavə qidalara başlamaq üçün səbəb olmadığını bilmək lazımdır.

Bu müddətdə əsas olan körpəyə əlavə qida verilməsi deyil, onun hər istədiyində ana südü ilə qidalandırılmasıdır. Vaxtından əvvəl əlavə qidaya başlamaq, xüsusilə də ana südü əvəzinə verildiyində, körpənin qidalanma keyfiyyətini azaldır.

Körpənin yalnız ana südü ilə qidalandırıldığında 6-cı aya qədər su, çay, kompot və meyvə şirələrinə ehtiyacı yoxdur. Ana südü körpənin maye ehtiyacını qarşılayır. Əlavə qidaya başlayanda körpəyə fincanla su içirtmək tövsiyyə edilir. Meyvə şirələrini körpəyə vermək lazım deyil, çünki, bunların qida yönündən faydası yoxdur. Körpənin çoxlu miqdarda maye qəbulu onun az çəki almasına səbəb ola bilər.

Əlavə qidalara başlayanda, hər qida qəbulunda əvvəlcə ana südü, sonra əlavə yemək vermək lazımdır. Bu qidalanma tərzinin körpənin bir yaşına qədər tətbiq edilməsi tövsiyyə edilir.
Beləliklə, körpə böyüməsi və inkişafı üçün bütün lazımi maddələri ana südündən alar və yeni əlavə qidalar dadmış olar.

Əlavə qidaya başlama vaxtı hər uşaq üçün eyni deyildir. Verdiyiniz əlavə qidanı uşaq rədd edirsə bir-iki həftə gözləyib uşağınıza başqa bir qida verməyiniz tövsiyyə edilir. 6-cı ayından sonra körpəyə püre formasında qidalar verməyə ehtiyac yoxdur. Bu vaxt uşaqlar dişləməsi asan olan yeməklər xoşlayırlar.

Yaddan çıxarmaq lazım deyil ki, körpənin bir yaşına qədər vitamin, mineral, yağ, zülal və s. mənbəyi ana südüdür. 

ailem.az

Go Back

Uşaqlarda piylənmə zəkaya təsir edir

Son illərdə sıx görünən piylənmə (obezite) uşaq sağlamlığına da mənfi təsir edir. “Sağlam və bacarıqlı olmaq üçün daha çox yeməlisən” anlayışı artıq tarixə qovuşur.

Belə ki, obez uşaqlar üzərində aparılan araşdırma zamanı uşaqların başına qoyulan elektrotların köməyi ilə beyin dalğaları qeydə alınıb. Zehni funksiyaları göstərən bu elektrik dalğaların obez uşaqlarda pozulduğu təsbit edilib.

Obez uşaqlarda qısa müddətli hafizə və diqqətin pozulduğu da müəyyən olunub. Piylənmənin zamanla zehni funksiyaların yetərincə yerinə yetirilməməsinə səbəb olduğu və zamanla yaşanan unutqanlıq, hafizə itkisinin obezite ilə əlaqəli olduğu ortaya qoyulub.

İnsulin həyati dərəcədə önəmlidir.

İnsulin yalnız qan şəkərini salan və diabeti önləyən bir hormon deyildir. Eyni zamanda zehni funksiyaların nizamlanmasında son dərəcə önəmli funksiyalara malikdir. İnsulin, beyin hüceyrələrinin böyüməsi, inkişafı və maddələr mübadiləsi üçün həyati dərəcədə önəmlidir. İnsulin çatışmazlığında beyin hüceyrələrində funksional itki yaranır. Bu hal zehni funksiyaların pozulmasına səbəb olur.

Odur ki, piylənmədən əziyyət çəkən uşaqlar fast food kimi hazır qidalardan uzaq durmalı, daha çox tərəvəzli yeməklər, meyvə yeməli, unlu qidalar və işlənmiş şəkərin daha az daxil olduğu pəhriz proqramlarına əməl etməlidir. İdman vərdiş halına gətirilməlidir. Televizor qarşısında keçirilən vaxtın azaldılması və hərəkətdə olmaq məsləhətdir.

ailem.az

Go Back

Körpələrdə köp

Həkimlərin müşahidələrinə görə, bu problemə yenidoğulmuşların 70%-dən çoxunda təsadüf edilir.

Bu zaman tam sağlam və tox uşaq səbəbsiz olaraq çox bərk qaşqırır, ağlayır, ayaqlarını tərpədir, qarnına sıxır, qızarır. Belə tutmalar hər gün və gün ərzində bir neçə dəfə təkrar oluna bilər və bəzən hətta 3 saata kimi davam edə bilər. Uşaq qidadan imtina edir, yatmır, uşağın qarnı bərk ("daş kimi") olur. Uşağın bağırsaqlarından hava (və ya nəcis) çıxdıqdan sonra uşaq sakitləşir.

Əgər siz uşağınızda belə problemlə rastlaşmısınızsa, ilk növbədə mütləq pediatra müraciət edin. Yalnız həkim digər mümkün olan səbəbləri istisna etməklə (qulaq ağrısı, qəbizlik, dəri problemləri, bağırsaq infeksiyaları, ana südünün körpəyə çatmaması və s.) dəqiq diaqnoz qoya bilər.

Uşaqda heç bir problem aşkar olunmazsa, bu o deməkdir ki, uşağı köp narahat edir. Köp həm ana südü ilə, həm də süni süd qarışıqları ilə qidalandırılan körpələrdə müşahidə oluna bilər. Adətən belə tutmalar körpənin həyatının 3 həftəsindən sonra başlayır və təxminən 3-4-cü ayında keçir.

Buna səbəb körpənin bağırsaqlarında hava qabarcıqların yığılmasıdır. Bu qabarcıqlar bağırsaqların divarlarını dartır ki, bunun nəticəsində ağrılar əmələ gəlir.

Körpələrin bu problemi fizioloji hal sayılır (yəni xəstəlik deyil). Həkimlərin fikirinə görə, bu problemin səbəbi körpələrin həzm sisteminin natamam inkişafıdır. Uşağın həzm sistemi inkişaf etdikcə, bu problem də müstəqil şəkildə (müalicəsiz və dərmansız) həll olunacaq.

Körpənin sağlamlığına belə tutmalar heç bir ziyan etməsə də, anaları çox narahat edir.

Bu vəziyyətdə ana uşağa hər bir vasitə ilə kömək etmək istəyir. Bunun üçün nə etmək olar?

- Uşağına süd verən ana öz qidalanmasına qarşı daha diqqətli olmalıdır. Əgər hər hansı qida anaya köp, qarın ağrısı, diskomfort verirsə, uşaqda da eyni simptomlar yaranacaq. Ana şüyüd, razyana, çobanyastığı, nanə dəmləmələrini (və ya xüsusi hazır çaylar) içə bilər ki, bu dəmləmələr və çaylar həm ananın, həm də körpənin bağırsaqlarına (ana südü vasitəsilə) müsbət təsir edəcək.

- Körpə süni süd qarışığı ilə qidalandırılırsa, həkimlə məsləhətləşdikdən sonra bu süd qarışığını digəri ilə əvəz edin. Bəzi hallarda hər hansı süd qarışığı körpəyə uyğun gəlməyə bilər və bu körpədə güclü köpə və ağrılara səbəb olur.

- Köpün səbəbi həmçinin körpənin qidalandırılma zamanı çoxlu miqdarda havanın udmasında da ola bilər. Bunun qarşısını necə almaq olar? Uşaq ana südü ilə qidalandırılırsa, onu düzgün əmizdirin (bu haqda saytımızda çoxlu məlumat var). Süni qidalandırılan körpəyə xüsusi antivakuum əmzik alın. Bu əmzik körpəyə havanı daha az udmağa kömək edəcək.

- Lazım olduqda həkim uşağa xüsusi köpəleyhinə dərman təyin edə bilər. Bu dərmanlar həm müalicəvi bitkilər əsasında, həm də kimyəvi ola bilər. Köp zamanı həmçinin probiotiklər də yaxşı kömək edir (konkret preparatı həkim seçməlidir).

- Bəzən ana körpəyə lazım olandan artıq qida verir (söhbət süni qidadan gedir) və bu da köpə səbəb olur. Süni süd qarışığı ilə qidalandırılan uşağa qidanı yaşına (ayına) uyğun dozalarda və 3-3,5 saat fasilələrlə vermək lazımdır.

- Hər qidalandırılmadan sonra körpəni 15-20 dəqiqə ərzində şaquli vəziyyətdə saxlayın ki, mədədə yığılan hava çıxsın.

- Hər qidalandırılmadan təxminən 20 dəqiqə əvvəl uşağı mütləq qarının üzərinə qoyun, sonra isə qarnını yüngül massaj edin. Bu bağırsaqlarda köpün əmələ gəlməməsi üçün ən yaxşı profilaktik vasitədir. Ümumillikdə massaj köplə mübarizədə ən yaxşı vasitədir. Massajı həm qidalandırılmadan əvvəl, həm də qidalandırılmadan bir müddət sonra etmək olar. Uşağın qarnını saat əqrəbi istiqamətində massaj etmək, yüngül ovuşdurmaq, ayaqlarını yüngül qarnına saxmaq olar. (Saytımızda belə massajın videosu var.)

- Köp tutması zamanı uşağın vəziyyətini yüngülləşdirmək üçün onun qarnına ilıq qrelka qoya bilərsiniz. İsti spazmı azaldacaq.

- Uşaq çox narahatdırsa, onu qucağınızda yellədə bilərsiniz.

- Uşağa ilıq vanna da kömək edə bilər.

- Uşağı qarın üstə olmaqla dizlərinizin üzərində uzadın və belini sığallayın.

- Evdə xüsusi uşaq yellənçəyi varsa, uşağı bu yellənçəkdə yellədə bilərsiniz.

Əgər sadaladığımız üsullar kömək etmir və uşaq ağlamağa davam edirsə, xüsusi qazçıxardan borucuqdan və ya mikroklizmadan (hazır mikroklizmalar apteklərdə satılır) istifadə edə bilərsiniz. 

ailem.az

Go Back

Uşaq niyə ağlayır?

İlk günlərdən analar uşağın niyə ağladığını başa düşməyə çalışırlar. Bu o qədər də çətin deyil, çünki ana körpəsinin verdiyi siqnalları başa düşmək məharətinə malikdir. Uşaqdan gələn bütün siqnallara reaksiya vermək lazımdır.

Əvvəllər bizi əmin edirdilər ki, uşağın hər dəfə ağlamasına, özünü «pis aparmasına» fikir vermək vacib deyil. Ancaq yeni doğulmuş özünü «pis apara» bilməz və ağlamaq onun üçün xarici mühitlə yeganə təmas vasitəsidir.

Ağlamasına məhəl qoyulmayan uşaq «yaxşı» uşağa çevrilmir, o sadəcə onu başa düşməyəcəkləri və tələbatını ödəməyəcəkləri ilə barışaraq sakitləşir. Lakin problem həll olunmamış qalır. Ağlama körpənin yaşaması və inkişafı üçün əhəmiyyətli əlaqə vasitəsidir. Valideynlər! Körpənizin ağlamasına biganə qalmayın. Ağlamaya verilən reaksiya ana və uşaq arasında yaranan sıx ünsiyyətin ilk pilləsidir.

Beləliklə, uşaq niyə ağlayır?

- əgər o acdırsa - şiddətli ağlamağa keçən qəfləti qışqırıq. Onu əmzik və ya bir neçə qurtum su sakitləşdirmirsə, körpəni yedizdirmək lazımdır. Körpənin sakitliyi onun rejim prinsiplərindən qat-qat üstündür;

- əgər qarnı ağrıyırsa - qısamüddətli hündürdən qışqırırlar. Bu zaman o, ayaqlarını döyəcləyir, gözlərini yumub, alnını qırışdırır. Uşağı ələ götürmək lazımdır ki, gəyirsin. Ona şüyüd suyu və ya yelə qarşı başqa bir dərman verin və qarnı üstə uzandırın. Əgər bu kömək etmirsə, bağırsaq yelini çıxarmaq üçün arxa dəliyə rektal rezin borucuq yeridin;

- uşağa soyuqdursa və ya istidirsə - əsasən həyatın ilk 3 ayında zəif termorequlyasiya nəticəsində o ya üşüyür, ya da ona çox isti olur. Bu zaman şəraitə uyğun hərəkət edin;

- əgər uşaq darıxırsa - ağlamaqla öz narazılığını bildirir, bəzən də var gücü ilə qışqırır. Onu çox ağlamağa qoymayın. Körpəni mehribancasına oxşayın, oyuncaqla başını qatın və ya onu elə uzadın ki, anasını görə bilsin.

Əgər sizin bütün səylərinizə baxmayaraq uşaq ağlamağa davam edərsə, deməli, o xəstədir və həkim çağırmaq lazımdır. Ana özündən çıxmamalı və ağlayan uşağa hirslənməməlidir.

Körpə yalandan ağlamağı bacarmır, deməli, bunun səbəbi var. Uşaq ananın hövsələdən çıxdığını və ya aqressiyasını hiss edir və bu onun sakitləşməsinə daha da mane olur.

saglamolun.az

Go Back

Körpələr və uşaqlar üçün reseptlər

Evdə hazırlanmış körpə yeməkləri reseptləri

Aşağıda verilmiş körpə yeməyi reseptləri körpənizə çoxlu dadda və formada yeməklərin verilməsinə kömək edəcək. Əlavə qidaya keçidin başlanğıcında yeməkləri püre şəklinə salmağı unutmayın və sonradan körpəniz böyüdükcə bərk yeməklərin sayını   tədricən artırın. Bu 12 aylıq olanadək davam edir və daha sonra çağaya uyğun ölçüdə yemək hissələri verə bilərsiniz. Hətta yüngül qəlyanaltılar da sağlam ola bilər. Ələnməmiş un tostunun üzərində makarel hissəsi əla seçimdir, lakin sümüksüz file seçdiyinizdən əmin olun. Qaynadılmış yumurta da vitaminlərin, mineralların və omega-3-ün tez və asan mənbəyi ola bilər. Aşağıdakı reseptlər körpələr üçün dadlı və qidalandırıcı yeməklər hazırlamaq üçündür.                                                                               
Meyvəli sürpriz 
  • 100 q qurudulmuş ərik
  • Qabığı soyulmuş və hissələrə bölünmüş 2 şaftalı və ya armud 
Ərikləri kiçik tavaya qoyun, üzərini örtəcək qədər su tökün və qaynatmağa qoyun. İstiliyi azaldın, bağlayıb və 5 dəqiqə qaynadın. Şaftalı və ya armudu qurudun və əlavə edin. 2 dəqiqə bişirin. Püre. 4 porsiya edir                    
Portağal kökü üçlüyü ilə 
  • 175g doğranmış kök 
  • 175g doğranmış şirin kartof
  • 100g doğranmış pasternak 
20 dəqiqə və ya yumşalana kimi qaynadın, 100ml su ilə püre edin. 6 porsiya edir                                               
Makaron
  • 75g kiçik makaron 
  • 50g kub formasında kəsilən yerkökü
  • 50g kub formasında kəsilən qabaq 
  • 50g kub formasında kəsilən brokkoli 
  • 25g yağ 
  • 25g sürtülmüş pendir
Makaron və tərəvəzləri birlikdə 12 dəqiqə və ya yumşalana kimi qaynadın.  Yağı tavada əridin, tərəvəz və makaronu qarışdırın və üzərinə pendiri əriyənə qədər tökün.  Bu 4 porsiya edir.                                                    
nutriciaclub.az

Go Back

Uşaq bezləri

Texnologiyanın inkişafını nəzərə alsaq, əvvəllər ana olmaq daha çətin idi deyə bilərik. Buraya təkcə yeni çıxan elektronik avadanlıqlar daxil deyil. Söhbət anaların həyatını yüngülləşdirən uşaq bezlərindən gedir. 

Yaxın keçmişdə analar uşağı bələyəndə, gəzməyə aparanda və tualetə getməyi öyrənənə qədər parça bezlər işlədiblər. Artıq neçə illərdir ki, hazır uşaq bezləri satılır. Bu bezlər analara «nəfəs almağa imkan versə də», maddi cəhətdən ailənin büdcəsinə ziyan verir. Bəziləri bezlərin uşaq sağlamlığı üçün zərərli, bəziləri isə heç bir zərərin olmadığı iddia edir. Xüsusən də yaşlı nəsil bezlərin əleyhinə çıxır. Amma bezlər elə hazırlanıb ki, onların körpənin dərisinə dəyən hissəsi quru qalır, dəri nəmişliyə məruz qalmır. 

Bezlərin oğlan uşaqlarında sonsuzluğa səbəb olduğunu fikirləri də tez-tez səslənir. Belə fikirlər çox səslənsə də, dəlilərlə hələ sübut edilməyib. Bu sonsuzluq halları birdəfəlik bezlərdə deyil, məhz adi tənzif bezlərdə böyüyən kişilərə də aid edilir. Birdəfəlik bezlərə qarşı səslənən daha bir irad uşaqların güvəcə (rus dilində — qorşok) gec alışmasıdır. 

Əslində, bu, bezlərlə əlaqədar deyil. Paltarının yaş olduğunu hiss etməyən uşaqda lazımi refleks sönür — o, sidiyə getmək istədiyi siqnalını verə bilmir. Amma bu o demək deyil ki, uşaq özünü idarə edə bilmir. Sadəcə, uşaq güvəcə normal vaxtından 2-3 ay gec öyrəşir. Əgər bu, valideynləri narazı salırsa, onda uşaqlara birdəfəlik bezləri yalnız axşamlar geyindirmək məsləhət görülür. Yəni gündüz vaxtı uşağı güvəcə alışdırmaq olar. Heç bir daxili orqan bezlərdən əziyyət çəkmir. 

Amerika və Qərbi Avropada 30-35 ildir ki, birdəfəlik bezlərdən istifadə edilir və ciddi zərəri hələ ki, aşkar edilməyib. İllər keçdikcə bez istehlakçıları daha keyfiyyətli bezlər istehsal etməyə nail olurlar. Bezlər daha təbii materiallardan hazırlanır və tərkibinə uşaq dərisini incitməyən maddələr vurulur, çəki isə əvvəl çıxan bezlərlərlə müqayisədə çox yüngüldür. Bir bezin çəkisi təxminən 50 qramdır.

Bezlərin lazım olduğundan artıq istifadəsini və keyfiyyətsiz olduğunu nəzərə alsaq, uşağa mənfi təsiri qaçılmazdır. Mütəxəssislər bezlərin 3 saatdan bir dəyişdirilməli olduğunu söyləyir. Bezlər hər yaş qrupuna uyğun alınmalıdır, həm də uşağın hansı çəkidə olması da nəzərə alınmalıdır. Körpələr tualetə getməyi vərdiş etdikdən sonra bezlərdən ancaq gəzməyə çıxanda və gecələr qoyulmalıdır. 

Gənc analar bezlərdən düzgün istifadə edə bilmir. Bu barədə heç bir məlumatınız yoxdursa, narahat olmayın! 
Uşağın dərisininin hava keçirməsinə mane olmamalı, quru saxlayan və səpdirməyən bezlər alınmalıdır. Kağız ya da pambıq bezlərə üstünlük verilməlidir.
Uşağı bütün gün eyni bezdə saxlamaq olmaz.
Yalnız keyfiyyətli bezlərdən istifadə edilməlidir.
Gündə bir neçə saat uşağın yumşaq yeri havaya verilməlidir.
Bəzən yumşaq yerə krem vurmalıdır.
Uşaq hər gün çimizdirməli və ya yuyulmalıdır.

Dərisi bişərsə: 
1.
 Uşaqlarda bakteriyaları öldürmək üçün hər şeydən əvvəl əllərinizi yuyun. Uşağın bezini dəyişdirərkən yerə dəsmal ya da alt dəyişdirmə örtüsü sərin.

2. Çirkli bezi uşağın əynindən dərhal çıxarın. Kənarlarını bağlayıb paketə qoyub atın. 
3. Uşağın arxasını diqqətlə silin. Qız uşaqları genital bölgədən axraya, oğlan uşaqlarını isə cinsəl orqanlarını sonra arxasını silin. Oğlan uşaqlarının cinsiyyət orqanı yaxşı silinməlidir. Hər dəfə salfetin təmiz tərəfi ilə silməyə diqqət göstərilməldir.  
4. Nəm salfetlə sildikdən sonra quru dəsmalla silin, ya da qurumağını gözləyin. 
5. Körpənin ayaq biləklərini tutaraq yavaşca iki yana ayırın. Sonra təmiz bezi uşağın qarnını sıxmayan formada yerləşdirin və yapışqan bantları yapışdırın.
6. Dəyişdirdikdən sonra əllərinizi yuyun. 
7. Birdəfəlik bezlərdən körpənin qarın problem olarsa, istifadəsi bir müddətlik dayandırılmalıdır. 

Yalnız gigiyenik sertifikatı olan keyfiyyətli bezlər alın. Keyfiyyətsiz bezlər dəri zədələnməsinə səbəb olur. Həmçinin qənaət etmək məqsədilə uşağı eyni bezdə uzun zaman saxlasanız, yenə də dermatit əmələ gələ bilər. Amma bəzi uşaqlarda keyfiyyətli bezlərdən istifadə edildikdə belə dermatit müşahidə olunur. Uşağın dərisi bezin hazırlandığı materiala reaksiya verir. Bu zaman bezlərdən istifadə qadağandır. Amma belə uşaqların sayı çox azdır. 

Uşaq bezlərinin üstnüdə əyləncəli və rəngli fiqurların da olması vacibdir. Çünki oyuncaqları sevməyən uşaqlar yoxdur. Təcrübəli analar, sevimli fiqurların və rənglərin uşaqların üçün nə qədər əhəmiyyətli olduğundan xəbərdardır. Körpələrin əl və ayaq hərəkətləri inkişaf edəndə, bezlərini çıxarmaq üçün çalışdıqlarını görəcəksiniz. Körpələr bezi xoşlamadığı üçün deyil, çılpaq qalmağı çox sevdiyi üçün çıxarmağa çalışırlar. Bezin üstündəki oyuncaq şəkilləri isə körpələri bezi mənimsəməyini asanlaşdırır.
narinc.az

Go Back

Körpələrdə qulaq ağrısı

Körpələr tez-tez ağlayır. Bunun səbəbləri müxtəlif ola bilər.  - uşaq acdır, onu köp və sancılar narahat edir, ona isti və ya soyuqdur, "pampers" yaşdır və s. Körpə uşaq öz "dərdini" yalnız ağlamaqla bizə çatdıra bilər. Ana hər zaman uşağın ağlamağının səbəbini başa düşməyə və ona kömək etməyə çalışmalıdır.

Qulaq ağrısı uşaqlarda ağlamaq və narahatçılıq üçün növbəti səbəbdir. Orta qulağın infeksiyası olan otit uşaqlar arasında çox yayılmış xəstəlikdir və ilk dəfə otit 1 yaşına qədər olan uşaqda inkişaf edə bilər.

Körpədə qulaq ağrısının simptomları:

- uşaq döşdən və ya süni südlə olan butulkadan imtina edir. Əmməyə başladıqdan dərhal sonra körpə narahat olmağa başlayır, döşü (və ya əmziyi) buraxır, ağlayır, başını fırladır. Məsələ burasındadır ki, əmmə hərəkətləri qulaq ağrısını artırır.

- gecəyə yaxın uşaqda hərarət yüksələ bilər.

- körpənin qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntıya yüngül basdıqda, o, şiddətli ağrı hiss edir və güclü ağlamağa başlayır, başını fırladır.

Uşaqda bu simptomaları gördükdə, mütləq LOR həkiminə müraciət edin. Otit adətən antibakterial preparatların ("antibiotik"lər) köməyi ilə müalicə olunur. Bu preparatları, təbii ki, yalnız həkim təyin etməlidir.

Lakin bəzən dərhal həkimə müraciət etmək mümkün olmur. Bu halda ana özü körpəyə kömək etməyə çalışmalıdır. Bunun üçün quru kompress istifadə etmək olar. Uşağın xəstə qulağını pambıqla bağlayın və onun başına papaq taxın. İsti ağrını azaldır. Uşaq narahatdırsa, ağlayırsa, ona yaşına uyğun dozada sirop və ya şam şəklində olan hərarətin salınması üçün istifadə olunan dərmanlardan birini verin (panadol, nurofen). Bu preparatların tərkibində ağrısızlaşdıran maddə var.

Qulaq damcıları körpəyə yalnız həkim (valideynlər yox!) müayinədən sonra təyin edə bilər. Qulaq damcıları uşağın qulağına mütləq isti şəkildə tökmək lazımdır. Bunun üçün dərmanı qabaqcadan isti su olan qabda bir qədər qızdırmaq lazımdır.

Körpələrdə otitin səbəbləri:

- qulaq travması (ana uşağın qulağını təmizlədikdə),

- soyuqdəymə. Uşaqlarda orta qulağı burun-udlaq boşluğu ilə birləşdirən boru (yevstaxi borusu) böyüklərlə müqayisədə daha qısadır və bunun nəticəsində burun-uqlaqda olan infeksiya uşağın qulağına çox tez düşür.

- burun-udlaq hissəsindən orta qulağa ana südün və ya süni südün düşməsi. Bu da körpələrdə yevstaxi borusunun qısa olması və körpələrin günün bir çox hissəsini uzanaq vəziyyətdə olması ilə izah olunur.

Körpələrdə otit zamanı qulaqdan irin ifraz oluna bilər. Bu irinli otitdir.

Körpə uşaqlarda otitin profilaktikası üçün qulaqları düzgün təmizləmək lazımdır. Bunun üçün uşağın qulağına pambıq, qulaq çöpü və s. salmayın, yalnız qulaq seyvanı ilıq qaynanmış suda isladılmış steril pambıqla təmizləyin!

Çimizdirmə zamanı uşağın qulağına pambıq qoyun və çımızdirdikdən sonra qulaqları yaxşı qurulayın.

Uşağı yedizdirdikdən sonra mütləq şaquli vəziyyətdə saxlayın.

Uşaqda burun-udlaq infeksiyaları mütləq və vaxtında müalicə olunmalıdır ki, infeksiya qulaqlara yayılmasın.

Müalicə olunmadıqda otit çox təhlükəli fəsadlara səbəb ola bilər - baş beyini, ürək, böyrəklər və digər vacib orqanlar zədələnə bilər, eşidmə qabiliyyəti pozula bilər, hətta karlıq inkişaf edə bilər.

saglamolun.az

Go Back

Uşaqları onlardan uzaq tutun

Fast-fud haqqında nə qədər yazılsa da, zərərlərindən bəhs edilsə də, onlar azalmır ki, azalmır. Tez qidalar hazırlayan restoranların sayı günü-gündən artmaqdadır.

Bəs niyə belə olur? Həkimlərin xəbərdarlıqlarına baxmayaraq, hər gün daha çox insan tez hazırlanan qidalara üstünlük verir.

Məsələ burasındadır ki, müasir həyatın ritmi insanlara imkan vermir ki, normal qidalansınlar. Gənclər isə yemək hazırlamağa meyl etmirlər. Əziyyət çəkməkdənsə, yolustü fəst-fud almağı seçirlər: tez, ucuz və hər zaman əl altında.

Tez hazırlanan qidalar uşaqların orqanizmlərində ciddi problemlərə səbəb olur. Bu məlumat Ohayo Universitetinin araşdırmasının nəticəsində ortaya çıxıb. Tədqiqatçılar 10-14 yaş arası 20 min uşaq arasında araşdırma aparıblar. Onların 10%-i hər gün fəst-fud yeyib. Digərləri isə həftədə bir neçə dəfə belə qidalanıblar. Fəst-fuddan hər gün istifadə edən uşaqların zehinləri digərlərindən zəif olub.

Bir porsiya tez hazırlanan qidanın tərkibində insanın gün ərzində qəbul edə biləcəyi sutkalıq qida norması var. Amma heç kim bir porsiya ilə kifayətlənmir.

Elə insanlar var ki, fəst-fudla qidalanmanı tamamilə dayandırıblar. Onlar öz səhhətlərində ciddi problemlər aşkarladıqları üçün belə  ediblər. Lakin belə adamların sayı azdır.

milli.az

Go Back

Uşağın iştahasını artırmağın yolları

Uşaqlarda iştah problemi valideynlərin tez-tez dilə gətirdikləri və həkimlərin qarşılaşdıqları şikayətlərdən biridir. Uşaqlardakı iştahasızlıq Hepatit və sidik yolu iltihabı kimi ciddi xəstəliklərin əlaməti olsa da, çox hallarda elə də ciddi təhlükə daşımayan səbəblərlə bağlı olur. Uşaqların 25-40 %-də iştahasızlıq görülür.

Bir sözlə altda heç bir xəstəlik yatmır və uşağınız sağlam, normal həyatına davam edirsə, elə çox narahat olmağa dəyməz. 

Əmziklə bəsləməyin. Əmziyin əziyyətsiz əmmə tərzi uşaqları daha çox əziyyət tələb edən və çalışmasını gərəkdirən ana döşünü əmməsinə marağını azaldır. Çiynəmə tərzi qidalanmağa keçidi çətinləşdirir.

Əlavə qidalar verməkdə tələsməyin. İlk 6 ay sadəcə ana südü ilə qidalandırın. Həkimin məsləhəti ilə hər gün eyni saatda eyni şeyi verin.

Ailə süfrənizə oturdun. 9 aylıqdan etibarən körpənizi ailə süfrəsinə oturdun. Onun üçün hazırlanmış yeməklərdən verərək yemək yemənin eyni zamanda sosial bir hadisə olduğunu və ailənin bir araya gələrək yemək yemənin əyləncəli bir hala gəldiyini göstərməyə çalışın.

Rol modeli olun. Yemək yeyərkən öz yemə tərzinizə diqqət edin. Çünki uşaqlar yemək zamanı sizi diqqətlə izləyər. Əgər siz balqabaq, ya kələmi iyrənərək, ağızınızı bürüşdürərək yesəniz, onda uşağınız da bunları yeyərkən eyni cür davranacaq.

Töksə də, dağıtsa da, özü yesin. Ən gözəl yeyən uşaq özü yeyən uşaqdır. 9-cu ayından etibarən uşağınızın özünün yeməsi üçün imkan yaradın. İlk başda qaşığın içindəkini yerə töksə də, zamanla ağzına aparmağı bacaraq. Əgər ona bu zövqü yaşatsanız, o zaman daha da iştahlı olacaq.

Mülayim-sərt oterite. Enerjili bir uşağı yeməyə vadar etmək çətin olur. Uşaq sizin qərarlı olduğunuzu görsə, mülayim- sərt nüfuzunuzu hiss etsə, ciddiliyinizi qəbul edəcək.

Yuxu norması. Bir uşaq üçün müntəzəm yuxu saatı və qidalanmanın olması vacibdir. Gec yatdığı üçün gec qalxan, gecə yaxşı yatmayan, gündüz yuxuları düzənli olmayan bir uşağın qidalanmasının uyğun olması mümkün deyil. 

Evdə uşaq yığıncağı təşkil edin: Bu, sosial motivasiyaüçün  çox böyük əhəmiyyət daşıyır. Buna görə uşaqlar məktəbdə daha yaxşı yemək yeyirlər. Əgər ətrafınızda iştahı yaxşı olan uşaqlar varsa, onları da çağırıb evinizdə bir uşaq yığıncağı təşkil edə bilərsiz.

Şəkərli, kolalı və hazır qidalar verməyin. Uşağınız yemir, ac qalır deyə, yeməməsi lazım olan qidaları verməyin.

Təkid etməyin,  ancaq alternativ də yaratmayın: Uşağınız yemək yemir, ya da qabını yarımçıq qoydusa, ara yeməkdə bir şeylər verməyin. Növbəti əsas yemək vaxtını gözləməli olduğunu öyrənsin.

Gözünü qorxutmayın. Yeməyin miqdar olaraq deyil, növ fərqliliyi olaraq çox yeyilməsi lazımdır. Çox miqdarda yeməsini tələb etməyin. Bu təkid onda bacarıqsızlıq duyğusu yaradar və qidalanmadan qaçmasına səbəb olar.

Şişirdilmiş reaksiyalar göstərməyin. Uşağınız yemək yemirsə, bunu duyğusal, ya fiziki olaraq çox şişirtməyin. Uşağınız sizin diqqətinizi çəkdiyini görüncə daha da çox yeməkdən qaçacaq.

Bir saat əvvəl maye qəbulunu azaldın. Uşağın balaca mədəsinin maye ilə dolması onda toxluq yaradacaq.

Qidaları mükafat-cəza dəyərində istifadə etməyin. Uşaqlar yemək yeməyin özünə aid bir məsuliyyət olduğunu bilməlidir.

Boğazında qalacaq qorxusunu ona yansıtmayın.  Əgər bu qorxunuzu uşağa yansıtsanız, uşaqda qusma, tüpürmə, çeynəməmə, öyümə kimi pis yemək problemləri yaranacaq.

ailem.az

Go Back

Yeni doğulmuş körpəyə gigiyenik qulluq

Körpəni yumaq qaydaları:

- Yalnız axar su altında 37-38 C temperaturda yumalı;

- Qızları yalnız öndən arxaya yumalı;

- Mütləq hər nəcis ifrazından sonra yumalı;

- Sidik ifrazından sonra hər dəfə yumaq vacib deyil!!!

- Suyun temperaturunu tənzimləməli;

- Usağı beli üstə qolunuza söykəməli;

- Körpəni axar su altında yumalı;

- Yumşaq mələfə ilə hopdurucu hərəkətlərlə qurutmalı;

Yeni doğulmuş körpənin səhər yuyunması:

1. Üzün yuyulması: Qaynanmış suda isladılmış pambıq tamponla körpənin üzünü hopdurucu  hərəkətlərlə silməli;

2. Gözlərin yuyulması: Gözlərin kənarlarını xarici küncdən daxilə doğru qaynanmış suda isladılmış pambıq tamponla silməli (hər göz üçün ayrıca tampon götürməli), sonra gözləri steril quru tamponla qurutmalı;

3. Burun dəliklərinin yuyulması:  Tarım pambıqdan burmalar düzəltməli, steril bitki yağınnda islatmalı. Fırladıcı hərəkətlərlə burmaları burun dəliyinin 1-1,5 sm dərinliyinə yeritməli;

Burunu möhkəm əşyalarla (o cümlədən pambıq çubuqlarla) silmək qadağandır!!!

4. Xarici qulaq seyvanının təmizlənməsi: Hər qulaq üçün ayrılıqda tarım pambıq burmalar düzəltməli, steril bitki yağında islatmalı. Fırladıcı  hərəkətlərlə burmaları qulaq seyvanına yeritməli;

Qulağı möhkəm əşyalarla (o cümlədən pambıq çubuqlarla) silmək qadağandır!!!

5. Ağız boşluğuna baxış: Körpənin çənəsinə yavaşca basmaqla ağzını açmalı. Ağız boşluğunun selikli təbəqəsində patologiya olmadıqda yuyulma tələb olunmur!!!

6. Dərinin təbii qatlarının yuyulması: Pambıq tamponları steril bitki yağında islatmalı və aşağıdakı qaydada dəri qatlarını təmizləməli: qulaq arxası, boğaz, qoltuqaltı, dirsək, bilək, diz, topuq-daban, qasıq və sağrı.

7. Göbək yarasının yuyulması: Göbək yarası tam sağalana qədər - səhər yuyunması və axşam çimizdirilməsindən sonra gündə 2 dəfə olmaqla hər gün yuyulur.

- sol əlin şəhadət və baş barmaqları ilə göbək yarasının kənarları yaxşıca açılmalı;

- yara sahəsinə pipetlə hidrogen peroksid damcılatmalı və köpük əmələ gəlmə prosesi (yaranın mexaniki təmizləmə prosesi gedir) başa çatana qədər gözləməli;

- yaraya quru pambıq tampon batırmalı;

- göbək yarası 1%-li brilyant yaşılı (zelyonka) ilə emal edilmiş pambıq çubuqla təmizlənməlidir.

8. Gigiyenik vanna: Sağlam yeni doğulmuş körpəni hər gün axırıncı əmizdirmədən əvvəl yuyundururlar. Sabundan həftədə 1-2 dəfə istifadə olunur.

9. Qneys zamanı başın tüklü hissəsinin yuyulması: 

- pambıq tampon sterli bitki yağında yaxşıca isladılır.

- başın tüklü hissəsinin qneys lokallaşan sahəsini hopdurucu hərəkətlərlə emal edilir.

- minimum 2 saat müddətinə papaq geyindirilir.

- yavaşca qabığı qoparmaqla uşağın başı yuyulur.

Əgər yuyundurduqdan sonra bütün qabıqlar təmizlənmədisə, onda proseduru 1 neçə gün təkrarlamaq lazımdır.

10. Dırnaqlara qulluq: Dırnaqlar 7-10 gündən bir 1 dəfədən çox olmaqla uzandıqca kəsilməlidir. Kəsilmə ağzı dəyirmi və ya bükülmüş sonluqlu qayçı ilə həyata keçirilməlidir. Qayçının kəsən hissəsi spirtlə təmizlənməlidir. Körpənin əl dırnaqları dairəvi, ayaq dırnaqları isə düzxətli kəsilməlidir.

 

qadin.net

Go Back

Ana südü haqqında 10 yalan

Yeni ana olmuş təcrübəsiz xanımları ana südü və əmizdirmə mövzusunda əslində, doğru olmayan məlumatlarla yükləyən qohum, dost və tanışlar həmişə var.

Onlar sözsüz ki, bu məsləhətləri xoş niyyətlə verirlər və əmizdirmə ilə bağlı yarana biləcək problemlərdən qorumağa çalışırlar. Amma təəssüf ki, bu cür məsləhətlər nəinki yeni olan analara kömək edir, bəzi hallarda onlar üçün problem yaradır. Əgər körpənizi əmizdirməyi qərara almısınızsa, onda mənfi fikirlərə qapılmayın.

Süd gələnə qədər süni qida vermək lazımdır.Çox geniş yayılmış səhv məlumatlardan biri doğuşdan sonrakı 3-4 gün müddətində ananın döşlərində körpəni qidalandırmaq üçün lazımi miqdarda südün olmamasıdır. Həqiqətən də, bu dövrdə ananın döşlərində süd olmur. Lakin tərkibində ana südündən qat-qat zəngin zülal olan ağuz südü olur. “Childbirth” Beynəlxalq Təlim Təşkilatının təqdim etdiyi sonuncu məlumatlara (2010) görə, ana südünün 100 ml-də 0.9 qr zülal olduğu halda, eyni miqdarda ağuz südünün tərkibindəki zülalalın miqdarı 2.3 qr təşkil edir. Ağuz südü verməklə körpənizin bütün qida ehtiyaclarını ödəmiş olacaqsınız və süni qidaya heç bir ehtiyac qalmayacaqdır.

Ana südü ilə bərabər körpəyə əlavə maye və qida lazımdır. Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir. Körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyacı yoxdur. Bunu eşidən nənənlər başını tutub, “Siz uşağa şirin çay vermirsiniz?” deyəcəklər. Aşraf R.N. (Ashraf R.N.) “Additional water is not needed for healthy breastfed babies in hot climate” (Acta Paediatrica Scandinavia 1993) adlı məqaləsində hətta qızmar yayın istisində belə ana südü ilə qidalanan körpəyə əlavə mayenin verilməsinin lazımsız olduğunu qeyd edir. İsti iqlim ölkələrində körpələrin sadəcə olaraq daha tez-tez əmizdirilməsini Qoldberg N. (Goldberg N.) və E. Adams (Archives of Diseases of Childhood 1983) “Supplementary water for breast-fed babies in a hot and dry climate-not really a necessity” adlı məqalədə tövsiyə edirlər. 

Amerika Pediatrlar Akademiyası (American Academy of Pediatrics) və Dünya Səhiyyə Təşkilatı (World Health Organization) ümumiyyətlə, 6 ayına qədər körpəyə ana südündən başqa heç bir qidanın (su, meyvə, tərəvəz, şirə, sıyıq və s.) verilməsini məsləhət görmür. Mütəxəssislər bildirirlər ki, bu hal gələcəkdə körpənin sağlamlığında fəsadlara səbəb ola bilər.
Cill Rapli (Gill Rapley) və Treysi Mörkit (Tracey Murkett) “Baby-led weaning” (2008) adlı kitabında məlumat verirlər ki, 2003-cü ildə Dünya Səhiyyə Təşkilatının “Ana südü Əvəzləyicilərinin Beynəlxalq Marketinq Məcəlləsi” (International Code of Marketing of Breast-Milk Substitudes) 6 ayından aşağı körpələr üçün qidaların istehsal olunmasına məhdudiyyətlər qoyduğu halda, hələ də bir çox ölkələrin dükanlarında (Azərbaycan da daxil olmaqla) 4 aylıq körpələr üçün nəzərdə tutulan hazır qidalara rast gəlmək olar. Kanada Pediatrik Cəmiyyəti, Kanada Dietoloqları və Kanada Səhiyyənin (The Canadian Paediatric Society, The Dietitians of Canada, Health Canada) birgə nəşr etdirdikləri bəyanatda deyilir ki, “Ana südü körpələr üçün ən optimal qidadır. Buna görə də körpələr 2 yaşlarına qədər ana südü ilə qidalanmalıdırlar”.

Ana südü dəyişmir. Ananın südü körpənin ehtiyaclarından asılı olaraq günü-gündən həm miqdar, həm də keyfiyyət baxımından dəyişmək qabiliyyətinə malikdir. Ananın və ya körpənin xəstə olması südün tərkibində xəstəliklə mübarizə apara bilən əlavə anti-cisimlərin ifraz olunmasına səbəb olur. Ananın qidalandığı yeməklərin dadı südə tam verir. Cill Rapli və Treysi Mörkit “Baby-led weaning” (2008) adlı kitabında hesab edirlər ki, məhz bu səbəbdən ana südü ilə qidalanan körpələr daha rahat “ümumi qida masasına” keçir və yeməklər arasında daha az fərq qoyurlar.

Süni qidanın tərkibində ana südündə olduğundan artıq vitamin var. Sözsüz ki, ana südü və süni qidanın tərkibində olan vitaminlərin miqdarına baxsanız, çox təəccüblənəcəksiniz. İnanmazsınız, lakin süni qidanin tərkibində vitaminlər qat-qat çoxdur (Childbirth Beynəlxalq Təlim Təşkilatı nəzərə çatdırır ki, məsələn, 100 ml ana südündə dəmir 0.04 mq olduğu halda süni qidada 1.4 mq-dır). Lakin yenə də ana südü üstünlüyünü itirmir. Çünki ana südündə olan az miqdarda dəmir təbii olduğundan daha böyük faydaya malikdir. Ana südünün həzm olunması çox rahatdır və həzm prosesinin getməsi üçün daha az vitaminə ehtiyac duyulur. Sintez olunmuş süni qidanın həzminə isə külli miqdarda faydalı maddə sərf olunur. Məhz bu səbəbdən süni qidaların tərkibindəki vitaminlərin miqdarı qat-qat artırılır .

Müasir süni qidalar demək olar ki, ana südü ilə eynidir. Tamamilə yalnış olan bu fikir haqqında kanadalı pediatr və əmizdirmə üzrə dünya miqyaslı mütəxəssis Cek Nyümən (Jack Newman) “Some Breastfeeding Myths” adlı məqaləsində (1998) yazır: “1900 və ondan əvvəlki illərdə istehsal olunan süni qida müasir süni qida ilə eyni tərkiblidir. Onların tərkibində ana südündə olan anti-cisimlər, canlı hüceyrələr, hormonlar və fermentlər yoxdur. Ana südü doğuşdan 1-7 gün ərzində, anadan və körpədən asılı olaraq dəyişdiyi halda, süni qidanın tərkibi sabit olaraq qalır. Ana südü konkret körpənin, süni qida isə bütün körpələrin ehtiyacını ödəmək üçün nəzərdə tutulduğundan heç bir xüsusi xassəyə malik deyil”. Belə bir qənaətə gəlmək olar ki, süni qidalarda dəyişən yalnız rəngarəng, gözəl və cəlbedici qablaşdırmalardır.

Döşdə olan süd köhnəlir. Beynəlxalq Süd Liqi (La Leche League) “The womanly art of breastfeeding” (2004) adlı kitabında oxucuların nəzərinə çatdırır ki, ananın döşündə olan süd şüşə qabda olan südlə eyni deyil. Ana bədənindən ifraz olunan “sehrli” maye həmişə eyni hərarətdə və yüksək keyfiyyətdə olur.

Yağlı və yağsız süd. Dünya praktikasında ana südünə tətbiq olacaq belə bir terminologiya və ümumiyyətlə, anlayış mövcud deyil. Mövcud olan başqa bir anlayışlar var: ön və arxa süd. Ön süd tərkibində daha çox maye, arxa süd isə daha çox yağdan və zülaldan  ibarət olan süddür və bütün anaların südünə aiddir. Əgər kiminsə yalnız ana südü ilə qidalanan körpəsi sizin körpənizdən daha canlı və kökdürsə, bunun səbəbini südünüzün qüsurlu olmasında axtarmayın. Sadəcə həmin körpədə genetik ailə tarixi və şəxsi bədən konstitusiyası özünü göstərə bilər.

Çox yemək! Çox içmək! Çox yatmaq! Dusdiyeker L.B (Dusdieker L.B.) “Is milk production impaired by dieting during lactation?” ( American Journal of Clinical Nutrition 1994) və Duvi K.Q. (Dewey K.G.) “Effects of maternal caloric restriction and exercise during lactation” (Journal of Nutrition 1998) məqalələrdə əmizdirən ananın qidası haqqında ətraflı məlumat veriblər. Bu mütəxəssislər ananın çoxlu su içməsi və qidasında çox miqdarda və kalorili yeməklərin südü daha keyfiyyətli etməsi fikirlərini təkzib edirlər.

UNİCEF (BMT-nin Uşaq Fondu) qeyd edir: “Əgər ana çox kasıb deyilsə və şiddətli qida çatışmamazlığından əziyyət çəkmirsə bu halda, Afrikanın kəndində yaşayan ana ilə Manhettanda (Nyü York şəhərinin ən sıx məskunlaşmış və bahalı küçəsində) yaşayan ananın südünün keyfiyyəti eynidir.” Ana ac olduğu zaman yeməli, susuzlayanda içməli və yorulanda dincəlməlidir. İfrata varmağa ehtiyac yoxdur.

Yalançı südartıran ərzaqlar. Azərbaycanda qatılaşdırılmış südü, çay və ağır xəmir xörəklərini analara tez-tez süd artıran ərzaqlar kimi məsləhət görürlər. Qeyd etmək lazımdır ki, vətənimizin hər bir bölgəsinin özünə məxsus ləziz xəmir xörəkləri analara demək olar ki, doğuşdan dərhal sonra verilir və əmizdirən analara təklif olunur. “Childbirth İnternational”ın verdiyi məlumata görə, Cənubi Amerikanın And dağlarında yaşayan bəzi tayfalarda əmizdirən analara hakaçu quşunun ətini və lələklərini yedizdirmək, Çində isə kurau balığının yumuşaq, ağ ətindən şorba azırlamaq yerli ənənənin bir hissəsidir. Sözsüz ki, bütün bunların heç bir möhkəm elmi və praktiki əsasları yoxdur. Yalnız sağlam qida vərdişləri laktogenetikaya müsbət təsiri ilə özünü dəfələrlə təsdiqləyib.

Südün miqdarı sağılmaqla bəllidir. Anaların ən böyük dərdi “istehsal” etdikləri südün miqdarının körpələri üçün kifayət olub-olmamasıdır. Adətən bunun üçün analar südlərini əl və ya südsağan aparatlar ilə sağıb miqdarını ölçməyə çalışırlar. Südünüzün kifayət qədər olmasını sübuta yetirən başqa vasitələr var. Ilk növbədə körpənizi müşahidə edin. Yaxşı əmən körpə ananın bütün çalışqanlığı ilə sağa biləcəyi süddən dəfələrlə çox süd əldə edə bilir. Dr. Nyümana görə, sağmaq süd ehtiyatınızı deyil, yalnız sizin sağa biləcəyiniz südün miqdarını göstərə bilər.

Bu mövzuda “yalnış” məlumatların geniş vüsət almasına baxmayaraq, ana südü minilliklər boyu özünü doğruldub və həyatın müxtəlif sınaqlarından müvəffəqiyyətlə çıxıb. Zəngin tərkibi olan ana südü bəşəriyyətin yaradıldığı gündən etibarən keyfiyyətinə və eyni zamanda asanlığına görə rəqib tanımır. Müharibə, yoxsulluq, təbii fəlakət və digər fövqəladə vəziyyətlərdə körpələrin sağ qalmasına səbəb olan və ətraf mühitdə baş verənlərdən asılı olmayaraq, körpələri ən keyfiyyətli qida ilə təchiz edən məhz ana südüdür.

kayzen.az

Go Back

Uşaqların sümüklərini möhkəmləndirmək üçün vasitələr

Sağlam və möhkəm sümük sistemi insanın ümumi sağlamlığında böyük rol oynayır. Möhkəm sümük sistemin təməli uşaqlıqda qoyulur. Bu səbəbdən uşağın sümüklərini daim möhkəmləndirmək lazımdır.

Kalsium sümüklərimizin əsas tikinti materialıdır. Bu elementin çatışmazlığı nəticəsində uşağın sümükləri daha zəif və kövrək olur. Bunun nəticəsində isə uşaq sınıqlara meyilli olur, sümüklər gec bitişir, boyatma ləngiyir və s.

Bu səbəbdən doğulduğu andan başlayaraq uşaq orqanizminin kalsiumla normal təmin olunmasına ciddi fikir vermək lazımdır.

1. Ana südü

Körpələrdə ana südü ilə qidalandırma böyük rol oynayır. Ana südündə olan bütün faydalı maddələr (o cümlədən, kalsium elementi) çox asanlıqla uşağın orqanizmi tərəfindən mənimsənilir. Ana südü ilə qidalandırma mümkün olmadıqda uşağa donor südü verilməlidir. Bu da mümkün olmadıqda isə uşaq müasir süni süd qarışıqları ilə qidalandırılmalıdır.

2. Süd və süd məhsulları

Daha böyük uşaqların rasionuna daim süd və süd məhsulları əlavə etmək lazımdır. Əgər uşağınızda südə qarşı allergiya və ya xüsusi dözümsüzlük yoxdursa, uşağa 1 yaşından başlayaraq hər gün südlü sıyıqlar, südlü kokteyllər, südlü kisel və s. vermək lazımdır.

Əgər uşaqda süd məhsullarına qarşı fərdi dözümsüzlük və ya allergiya varsa, bu halda uşağa kəsmik, şor, qatıq, xama, pendir , yoqurt kimi məhsulları vermək lazımdır.

Çalışın uşağa təbii süd və süd məhsulları (kənd südü, qatığı, şoru və s.) verin. Dükanlarda satılan və xüsusilə saxlama müddəti uzun olan belə məhsulların tərkibində külli miqdarda konservantlar və s. ziyanlı maddələr var.

3. Balıq

Uşağın 10-11 ayından başlayaraq onun rasionuna balıq əlavə etmək lazımdır (allergiya yoxdursa). Balıq sümüklər üçün çox vacib olan kalsium və fosfor elementləri ilə zəngindir. Bundan əlavə balıq D vitamini ilə zəngindir ki, bu vitamin orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır.

4. Gün şüaları

Hər gün uşaq 1,5-2 saatdan az olmayaraq açıq havada olmalıdır. Gün şüaları təsirindən insan orqanizmində D vitamini istehsal olunur.

Yay aylarında çalışmaq lazımdır ki, uşaq günün bir çox hissəsini açıq havada keçirsin. Bu çox vacibdir. Yay aylarında uşaqlarda boyatma prosesi güclənir. Uşaqların pəhrizində süd və süd məhsullarının miqdarını artırın.

5. Bitki mənşəli məhsullar

Bəzi bitki mənşəli məhsulların tərkibində  kalsium elementi var. Bu məhsulların arasında: günabaxan tumları, badam, brokkoli kələmi, ispanaq, şokolad, yumurta sarısı, lobya. Lakin bu məhsullarda olan kalsium süd məhsulları ilə müqayisədə daha pis mənimsənilir.

5. Fiziki aktivlik

Fiziki aktivlik sümüklərin möhkəm və sağlam olması üçün çox vacibdir. Bu halda sümüklər onlara lazım olan maddələrlə daha yaxşı təmin olunur. Bu səbəbdən uşağın fiziki aktivliyi üçün lazım olan şərait yaratmaq lazımdır - hərəkətli oyunlar, bədən tərbiyəsi, üzgüçülük və  s.

6. Bəzi məhsulların qəbulu kalsiumun mənimsənilməsini pozur. Bu məhsulların arasında: şəkər, şirniyyatlar, duzlu qidalar. Bu səbəbdən uşaqların qidalanmasında konfet, peçenye, pirojna, tort və s. şirniyyatların  miqdarı minimuma çatdırmaq lazımdır. Onları kişmiş, ərik qurusu, bal və s. kimi təbii şirniyyatlarla əvəz edin. Kola, limonad və digər bu kimi içkilər şəkər və digər sümüklər üçün ziyanlı maddələrlə zəngindir. Bu səbəbdən belə içkiləri uşaqlara vermək olmaz.

Kolbasa, sosiska, çipsi, kartof-fri, digər fast-fud qidaların tərkibində çoxlu miqdarda duz var. Bu səbəbdən bu qidaları da uşağa vermək olmaz.

Heyvanı zulalın lazım olandan artıq qəbulu kalsiumun mənimsənilməsini ləngidir. Bu səbəbdən uşağa gün ərzində 1 dəfədən artıq ət yeməyi vermək tövsiyə edilmir.

saglamolun.az

Go Back

Uşağa gündəlik qulluq

Doğuş otağında mama-tibb bacısı artıq uşağın tualetinə başlayır: onun cifti işlənilir, yenidoğulmuşların gözlərinə göz xəstəliklərinə tutulmaması üçün sulfasil-natrium məhlulu tökür, sonra onun dərisini yumşaq salfetlərlə qandan və selikdən təmizləyir, onu steril əsgilərə və yorğana bükür, ayaqlarının altına qızdırıcı qoyur.

Həyatın 5-ci günü bütün uşaqlara, yalnız əks-göstərişi olanlar istisna olunmaqla, vərəm əleyhinə peyvənd vurulur. Peyvənd çiyin nahiyəsinə dəri altına vurulur. Gənc valideynlər peyvənd yerində əmələ gələn qabıqdan qorxmamalı və həmin yeri “zelyonka” ilə silməməlidir.

Körpənin səhər tualetini səhər yeməyindən sonra etmək lazımdır. Əvvəl əllərini və üzünü yuyun və yumşaq tənziflə qurulayın. Gözlərini qaynadılmış suda islanmış steril pambıq tamponla silin. Hər göz kənarından başlayaraq burun çəpəri istiqamətdə silinir. Burun yolları uşaq üçün krem və ya xüsusi uşaq yağlarına batırılmış pambıq qaytanlarla silinir. Başına pambıq dolanmış kibrit çöpündən istifadə etmək olmaz. Qulaqları çox nadir hallarda, yalnız çiməndən sonra quru pambıq qaytanla təmizləyirlər. Qulaqların içini təmizləmək olmaz!

Körpələrin ağız boşluğunu silmirlər. Əgər dilin üzərində və içəri yanaqlarda ağ ərp-göbələk əmələ gəlmişdirsə, 1-2 gün ərzində gündə 1 dəfə körpənin ağzına əzilmiş 1/4 həb “Nistatin” və ya “Mikozol” tökün (həkimlə məsləhətləşin!).

Cinsiyyət orqanları uşaq losyonu və ya ilıq suda isladılmış pambıq tamponla silinir. Qızlar öndən arxaya doğru silinir, oğlanları silərkən kənar özülü bərk dartmaq olmaz.

Dırnaqları körpə yatan zaman tutmaq olar. Bunun üçün xüsusi maqqaşlardan və ya kiçik, dezinfeksiya edilmiş qayçıdan istifadə edə bilərsiniz. Növbəti dəfə bu proseduru körpəni çimizdirdikdən sonra edə bilərsiniz. Əl dırnaqları dairəvi şəkildə, ayaq dırnaqlarını düz kəsmək lazımdır. Dırnağı çox qısa, dəriyə yaxın kəsmək olmaz.

Südəmər körpə üçün kosmetika seçərkən onun tərkibinə diqqət yetirin. Tərkibdə efir yağlarının olması arzuolunan deyil, bitki mənşəli əlavələrdən çobanyastığı, buğda rüşeymi, aloe ekstraktının olması məsləhət görülür. İmkan daxilində kosmetik vasitələr birtərkibli olmalıdır. Nəm salfetlər uşaq bezi ilə eyni markadan olsa məqsədəuyğundur.

saglamolun.az

Go Back

Uşağa yeməyi necə sevdirək? - YOLLAR

Uşaqlarda iştahasızlıq ailələr tərəfindən ən çox dilə gətirilən şikayətdir. Uşaqların yüzdə 25-40 faizində bu probem var. İştahasızlıq bəzən çox da ciddi olmayan səbəblərdən qaynaqlanır, bəzən də sidik yolu iltihabı, hepatit kimi ciddi xəstəliklərin xəbərçisi ola bilir. Buna görə uşağınızın səhhətində iştahasızlıqla bərabər elə ciddi problem hiss olunmursa, naraht olmağa dəyməz. Bəs iştahası olmayan uşağa yemək yeməyi necə sevdirmək olar? Ailem.az bunun yolllarını təqdim edir.

 Başını qatmayın

 İlk  6 ay sadəcə ana südü ilə bəsləyin. Əlavə qidalara keçmək üçün tələsməyin. Hər gün eyni saatda eyni şeyi verin. Yemək yeyərkən başlarının qarışmaması üçün diqqətli olun.

 Rol modeli olun

 Yemək yeyərkən öz yemə tərzinizə diqqət edin. Çünki uşaqlar yemək zamanı sizi diqqətlə izləyər. Əgər siz balqabaq, ya kələmi iyrənərək, ağızınızı bürüşdürərək yesəniz, onda uşağınız da bunları yeyərkən eyni cür davranacaq.

 Dağıtsa da, yerə töksə də, özü yesin 

 9-cu ayından etibarən uşağınızın özünün yeməsi üçün imkan yaradın. İlk başda qaşığın içindəkini yerə töksə də, zamanla ağzına aparmağı bacaraq. Əgər ona bu zövqü yaşatsanız, o zaman daha da iştahlı olacaq.

 Boğazında qalacaq qorxusunu ona yansıtmayın

 Əgər bu qorxunuzu uşağa yansıtsanız, uşaqda qusma, tüpürmə, çeynəməmə, öyümə kimi pis yemək problemləri yaranacaq.

 Əmziklə bəsləməyin

 Əmziyin əziyyətsiz və rahat əmilməsi uşağın ana döşünü əmməsinə marağını azaldır. Uşağa hər sıxıntı yaşadığında sakitləşməsi üçün tez ana döşü, ya əmzik verilərsə, iştahsızlığa zəmin yaratmış olursuz. 

 Mehriban - sərt nüfuz

 Enerjili bir uşağı yeməyə vadar etmək çətin olur. Uşaq sizin qərarlı olduğunuzu görsə,  mehriban-sərt bir davranış göstərsəniz, ciddiliyinizi duyaraq sizə itaət etməli olacaq.

 Erkən yatızdırıb, erkən qaldırın

 Bir uşaq üçün müntəzəm yuxu saatı və qidalamanın olması vacibdir. Gec yatdığı üçün gec qalxan, gecə yaxşı yatmayan, gündüz yuxuları düzənli olmayan bir uşağın qidalanmasının uyğun olması mümkün deyil. 

ailem.az

Go Back

20 nəticə göstərilir