Düşüncə Jurnalı

header photo

Xəyanətin psixoloji təhlili

Səbəbi nə olursa olsun aldatma, qəbul edilməsi çətin, hətta çox vaxt qeyri-mümkün bir vəziyyətdir. Aldadılan, eynilə bir yaxınının ölümü sonrasında hiss etdiklərini bənzər bir ruh halı içində, aldadan cəbhəsində vəziyyət çox daha fərqlidir. O rəftarından bəhanələr taparaq işə özünü aldatmakla başlayır. Sosial psixoloq Leon Festinger tərəfindən inkişaf etdirilən Koqnitiv-bihevioral uyğunsuzluq nəzəriyyəsinə əsasən bir-biriylə zidd düşən duyğu və düşüncələrimizin yaratdığı balanssızlıq,bizi narahat edər və bir cür idraki uyğunlaşmazlıq yaşayarıq. Bu balanssızlığı ortadan qaldıraraq narahatlığımızı rahatlamak üçün konflikti sonlandırmamız lazımdır. Bunun üçün zidd düşən duyğu və düşüncələrimizi bir-biriylə uyğun hala gətirməyə, aralarında səbəb-nəticə əlaqəsi qurmağa çalışarıq. Başqa sözlə, öz-özümüzü aldadır, öz yalanımıza inanırıq. Amma unutmayın ki, bütün bunları şüurumuzun idarəsi xaricində, fərqində belə olmadan edərik.

Davranış uyğunsuzluğu həyatın bir çox sahəsində, bir çox mövzuda müşahidə olunur, ancaq davranışlarımızın özümüzə hörmətə zidd düşdüyü vəziyyətlərdə çox daha diqqətə çarpan bir şəkildə yaşayarıq. Aldatma da bunların başında gəlir … “O gün Anarın doğum günü idi, amma arvadı bunu unutmuşdu. Anarda, doğum gününü qeyd etmək üçün kişi yoldaşlarıyla birlikdə bir bara getdi. Barda bir qadınla tanış oldu və birlikdə bir şeylər içdikdən sonra, gecəni 15 illik yoldaşıyla deyil, o qadınla keçirdi. “Gecəni barda tanış olduğu qadınla keçirərək arvadını aldatarkən Anar belə düşünür:” Arvadım doğum günümü xatırlamır çünki artıq məni əvvəlki kimi sevmir. Məni əvvəllər çox sevərdi və doğum günümü heç unutmazdı. “Bu düşüncəsinə bir neçə qədəh də içki yoldaşlıq edincə və birinin ona maraq göstərməsinin, onu bəyənməsinin həyəcanı da əlavə olununca, Anar aldatma mövzusunda özünü rahat hiss edər. Ancaq Anar, səhv olduğunu bilərək etdiyi davranışının nəticəsində özünü pis hiss edər və aldatma sonrasındakı günahkarlıq duyğusu baş etməyə çalışarkən, bu qarşıdurmanı aradan qaldırmaq üçün belə düşünür: “Mən arvadmı heç aldatmaram, doğum günümü unutmasaydı gecəni o qadınla geçirməzdim.” Qurduğu bu səbəb-nəticə əlaqəsiylə, etdiyi şeyin haqlı və etibarlı bir səbəbi olduğuna özünü razı edər. Bu vəziyyəti, çox zərərli olduğunu bildiyi halda siqaret çəkən bir Narkomanın psixologiyasına bənzədə bilərik. Siqaret çəkən də yaşadığı qarşıdurmanı aradan qaldırmaq üçün “siqareti az içdiyi, siqaret çəkmədiyi halda xərçəng olan kəslərin olduğu, gündə bir-iki paket siqaret çəkən bir qohumunun 90 yaşına qədər yaşadığı” kimi düşüncələrlə davranışını bir məntiq təməlinə oturmağa çalışaraq özünü aldadar. Aldatmanın altında yatan səbəblər və aldatma psixologiyası olduqca mürəkkəbdir. Çünki söz mövzusu aldatma olduğunda, hər kəsin fərqli səbəbləri və fərqli duyğuları vardır. Bu səbəbdən aldatma psixologiyası də aldadan adama görə fərqliliklər göstərir əlbəttə. Ancaq, aldatma psixologiyası ümumi olaraq ələ alındığında keçmişdən bu günə qədər bu mövzuda edilən araşdırmaların nəticələri, aldatmanın mənlik anlayışında yaratdığı əsassızlıq üzündən romantik olaraq narahatlıq verən bir vəziyyət olması səbəbiylə aldadan adamın özünü bu psixologiyadan qurtaracaq idraki hiylələrə müraciət etdiyini və “Aldadan aldanır!” Sözünü haqlı çıxardığını ortaya qoyur.

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Sorğu göndər