Düşüncə Jurnalı

header photo

Artıq Azərbaycanda virusun qarşısının alınmasına görə tədbir görülür!!!

    Ebola ilə bağlı tapşırıq

Azərbaycanda virusun qarşısının alınmasına görə tədbir görülür!!!

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan Ebola virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir. Öldürücü gücə malik Ebola virusu ilk olaraq 2014 ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionesdə aşkarlanmışdır. Xəstələr arasında ölüm göstəricisi təxminən 90% təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində habelə, insandan insana yoluxma ilə baş verir.

Səhiyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, qeyd olanları nəzərə alaraq respublikamızda da Ebola virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.

Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi A.Vəlibəyov bununla əlaqədar əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi əlaqədar əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.

Mənbə:ANS PRESS 

Go Back

Sorğu göndər