Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "BU GÜN "

Üz ağardıcı maskalar

Hidroqen peroksidi və kəsmik tərkibli ağardıcı maska: 
Maskalarda Hidrogen Peroksidi və kəsmiyin ahəngi əla ağardıcı təsir bəxş edir. Bu maskanın hazırlanması üçün 50 qram kəsmiyi (¼ kəsmik paçkası) yumurta sarısı ilə əzirik, 5 hidrogen peroksidi damcısı qatıb, qarışdırırıq. Maskanı üz və boyun nahiyəsinə çəkib, 16 dəqiqə ərzində saxlayırıq. Ağardıcı təsirdən başqa, dərinizi qidalandırmaq da istəyirsinizsə, maskaya 1 çay qaşığı bal əlavə edə bilərsiniz. 

 

Limon suyudan hazırlanan maska:
Limon suyunun istifadəsi ilə hazırlanan maskalar da dərini yaxşı ağardır. Məsələn, bal ilə limon suyunun qarışığından ibarət maska çox populyardır (50 qram bal və 5 damcı limon suyu) – bu maskanı hər səhər istifadə edirlər. Maskanı su ilə yuduqdan sonra dəriyə qidalandırıcı krem çəkilir.


Quru dəri sahibələrinin nəzərinə! Əgər Siz dərinizi ağartmaq üçün yuxarıda göstərilən maskalardan istifadə edirsinizsə, maskanın tərkibinə bir xörək qaşığı qatı qaymaq əlavə etməyi unutmayın. 

Go Back

Qatarın altına aparan depressiya

Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün metronun “Ulduz” stansiyasında qeydə alınıb.
25 yaşlı oğlan (kimliyi hələ məlum deyil) özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcili tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb. ( milli.az )

Onun sağ qolu amputasiya olunub.
Bakı Metropolitenindən də APA-ya bildirib ki, “Ulduz” stansiyasında bir nəfər özünü “Nərimanov” stansiyasından gələn qatarın altına atıb. Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb. Metropolitendən o da bildirilib ki, özünün qatarın altına atan şəxs xilas edilib.

 

Go Back

Dərman kimi ədviyyat

Zəncəfil B3, B6, C və E vitaminləri, kalsium, dəmir, maqnezium, kalium, selen, fosfor və sink ilə çox zəngindir. Sakitləşdirici, ağrı kəsici, iltihabın qarşısını ala biləcək xüsusiyyətləri ilə həqiqətən də dərman kimi ədviyyatdır.

Qan dövranının dostu olan zəncəfil damar sağlamlığını qoruyur. LDL xolesterolunun oksidasiyasının qarşısını alaraq damar tıxanıqlığının əmələ gəlməsinin və inkişafının qarşısını alır. Ürək sağlamlığı üçün də faydalı gücə sahibdir.

Təzə zəncəfil kökü hər fəsildə istifadə edilə bilən bitkidir. Lakin tərkibində immunitet sisteminin əsasını təşkil edən sink bol olduğu üçün xüsusilə, qış aylarında çay və ədviyyat olaraq müntəzəm istifadəsi tövsiyyə edilir. Əl və ayaq üşüməsinə faydalı olan zəncəfilin təzəsini xırdalayıb limon, mixək və çubuq darçınla dəmləyərək səhər və axşam saatlarında içə bilərsiniz.

Qida dəstəyi

Zəncəfil özündə antimikrob və antivirus maddələri ehtiva edərək sanki antiseptik funksiya yerinə yetirir. Tərkibindəki qinqerol sayəsində iltihab yaranmasına gətirib çıxaran maddələrin qarşısını aldığı müşahidə olunmuşdur. Oynaq ağrıları və şişkinlik hiss edənlər, osteoartrit və revmatizm xəstələri üçün dərman kimidir. İnfeksiya, qıcolma, allergiya və astma müalicəsində əvəzolunmazdır. Zəncəfilin yumurtalıq və kolon xərçəngindən qorunmada da təsirli olduğunu göstərən bəzi təcrübələr mövcuddur.

Hüceyrə yaşlanmasının qarşısını alan yüksək antioksidant tərkibli zəncəfil , eyni zamanda, iltihab əleyhinə vasitədir. Bununla yanaşı, ürək bulanma, qusma və soyuq tərləmə üçün də faydalıdır. Depressiyalı və tez-tez duyğu dəyişmələri yaşayan insanlar üçün də faydası vardır.

Mətbəxdə necə istifadə etməli?

Toyuq və ya ət suyu istifadə etdiyiniz suplara və tərəvəz yeməklərinə təzə zəncəfil xırdalayıb əlavə edə bilərsiniz.
Toz halı çay olaraq dəmləməyə uyğun deyil, ancaq darçınla birlikdə südə əlavə edilə bilər, ya da fərqli ədviyyatlarla qarışdıraraq yemeklərdə istifadəsini daha da asanlaşdıra bilərsiniz.

Bişirmə mərhələsində zəncəfili yeməyə əlavə etdiyiniz zaman vacibdir. Məsələn, Yemək bişirməyə başlayarkən əlavə etdiyiniz təqdirdə xoş ətir, bişməyə yaxın əlavə etsəniz isə daha kəskin dad əldə edə bilərsiniz.

Go Back

Yapon Firmalarında İdarəetmə və Müvəffəqiyyətin Sirləri

Yaponiya, iqtisadi cəhətdən dünyanın ən önəmli güc mərkəzlərindən biridir. Texnoloji üstünlüklərini, hər sahədə dahicəsinə inkişaf etdirərən yapon firmaları, mövcud dünyada sarsılması qeyri-mümkün olan bir imperiya  qurublar. Bəs yapon firmalarının uğurlarının təməlindəki sirr nədir?

Əslində, kiçik bir araşdırmayla bunu anlamaq heç də çətin deyildir. İşgüzar rəhbərlik üslubu, şəffaflıq, bərabərlik, maddi imkanlar və ən vacibi "daimi məşğulluq" anlayışları bu müvəffəqiyyəti izah edir. Yüksək səviyyədə təşkil edilmiş “firma-işçi” münasibətləri və insanların işlədikləri firmaları bir ailə təşkilatı kimi görmələri, davamlı olaraq yüksək məhsuldarlığın təminatçısıdır.

Yapon idarəetməsinin möhtəşəm uğurlarını nəzərə alaraq, bu sistemin bəzi sirlərini sizə açıqlayırıq.

Müasir dünyada yapon şirkətlərinin müvəffəqiyyəti heyrətamizdir. Xüsusilə avtomobil, elektrik və elektronik sahələrdə yapon şirkətlərində müşahidə olunan inanılmaz artım tempi bütün dünyanın marağına səbəb olmuşdur. Uğurlu yapon idarəetməsinin sirlərini öyrənərək, tətbiq etmək çox faydalıdır. Hal-hazırda dünyanın bir çox iri şirkətləri Yaponiyadakı şirkətlərin sturukturunu, iş sistemini və qaydalarını dərindən öyrənirlər. Yapon şirkətlərini müvəffəqiyyətə aparan şey, ayrı-ayrılıqda nə insan faktoru, nə də sistemdir. Yapon idarəetməsindəki müvəffəqiyyətin sirri "təşkilat mədəniyyəti" və ya "təşkilat iqlimi"ndə axtarılmalıdır. Təşkilat mədəniyyəti bir təşkilatdakı bütün ünsürləri ehtiva etməkdədir : rəhbərlik, işçilər, iş alətləri və ya texnika, sistem, ətraf mühit və sairə.

Bu ünsürlərin heç biri tək başına bir təşkilatı uğurlara apara bilməz. Yaxşı yetişmiş, səriştəli insan gücü, özünə dəyər verməyən, motivasiyanı yüksəltməyən, təqdir etməyən və mükafatlandırmayan bir idarəetmədə yüksək performans göstərə bilməz. Rəhbərliyin vizion və missiya sahibi olması çox vacibdir. Vizion olmadan missiya olmaz, missiya olmadan da reallaşdırılması nəzərdə tutulan hədəfə, yəni viziona çatmaq olmaz.

Təşkilatda qurulmuş sistem və bu sistemin qaydaları çox mühümdür. Qaydaların açıq və ədalətli müəyyən olunmadığı heç bir təşkilatdan möcüzəvi bir müvəffəqiyyət gözləmək olmaz. Yaxşı bir oyun üçün həm oyunçuların, həm də oyunun qaydalarının yaxşı olması lazımdır. Xülasə, keyfiyyətli insan resursları və keyfiyyətli sistem olmadan yüksək performans və müvəffəqiyyət xəyaldan başqa bir şey deyildir.

 KAIZEN

 Yaponiyada fəaliyyət göstərən təşkilatları analiz edən mütəxəssislər, bu ölkədə kadrların və sistemin keyfiyyətinə xüsusi önəm verildiyini bildirirlər. “Yapon idarəetməsi” anlayışında şirkət mədəniyyətində 7 qanun çox əhəmiyyətlidir. Bu yeddi qanunun birincisi və mənə görə ən vacibi “Kaizen” fəlsəfəsidir. Kaizen, yapon dilində "davamlı inkişaf" deməkdir. Uğur, yalnız bir dəfə baş tutarsa, əldə edilən mənfəət də bir dəfəyə məxsusdur. Tədrici inkişaf isə, asta və daimi inkişafdır. Vacib olan isə, əvvəlcə təşkilat iqliminin bütün ünsürlərini tanımaq və buna inanmaqdır. Bundan sonra sürətli və radikal dəyişiklik lazımlıdır. Bu radikal dəyişikliyin nəticəsi olaraq təşkilat performansında "sıçrama" baş tutacaqdır. Bu mərhələ, sonu olan bir mərhələ deyildir və fasilə vermədən bu inkişaf performansını davam etdirmək lazımdır. Bunun üçün də “Kaizen” fəlsəfəsinə inanmaq lazımdır.

 KESSAI

 Japoniyada şirkət mədəniyyətində ikinci əhəmiyyət daşıyan ünsür “Kessai”dir. Bu anlayış, idarəetmə elmində "qrup çalışması" və "sinerjik idarəetmə" olaraq bilinən fəlsəfəni ifadə edir. Kessai, təşkilatda komanda işini, konsensusa əsaslanan qərar vermə qanununu, işçilərini, prosesisnin hər səviyyəsində qərar qəbul etmə prosesinə cəlb edilməsini, dialoq və ünsiyyətə önəm verilməsini təklif edir.

 KAISHA (KYOSEI)

 Japon idarəetməsinin uğurlarının üçüncü sirri, yaponların “Kaisha” və ya “Kyosei” adlandırdıqları fəlsəfədir. Kyosei, yaponca "ortaq həyat" mənasını verir, yəni, hər bir şirkətdə ailə həyatına bənzər həmrəylik mövcud olmalıdır. Yaponlar, işlədikləri şirkəti, ikinci ev olaraq görürlər. Şübhəsiz ki, ailədə xoşbəxt olmayan bir uşağın yaşadığı evi tərk etməsi kimi, işlədiyi təşkilatdan məmnun olmayan bir işçinin işdən ayrılması da labüddür. Ancaq burada vacib olan "müştəri məmnuniyyətindən" əvvəl "işçilərin məmnuniyyəti" dir. İşçilərinin xoşbəxt olmadığı bir şirkətdə müştəriləri də məmnun etmək çətindir. Bu səbəbdən əvvəlcə işçilərə bir insan olaraq dəyər verilməlidir.

 POKA YOKE

  Yaponların “Poka Yoke” adını verdikləri anlayış çox əhəmiyyətlidir. Poka Yoke, səhvin qarşısını almaq üçün tədbir görməkdir. Poke Yoke, iş prosesində məhsulun dizaynını səhvsiz yaratmağa çalışmaq mənasına verir.

 JIDAKO

 Jidako, istehsalatda səhvləri araşdıran mexanizmə verilən addır. Bu mexanizm, istehsal prosesində səhvlər müəyyən olunarsa, istehsalın avtomatik olaraq dayandırılmasını təmin edir. Yaponların problemi əvvəlcədən həll etmək üçün istifadə etdikləri bu anlayış, şirkətlərə uğur qazanmaq üçün təxmin edildiyindən də çox zəruridir. Bu mexanizm, təşkilatdakı israfçılığı  minimuma endirərək, fəaliyyəti və məhsuldarlığı artırır. Amerikalılar, son illər bu anlayışa "sıfır səhv cərəyanı" adını vermişlər. İdarəetmə problemləri üzrə Filip Krosbi adlı bir mütəxəssis, bu cərəyanın ABŞ-dakı qabaqcıllarından biri kimi tanınır.

HOSHIN

 Japon idarəetmə mədəniyyətində önəm daşıyan digər bir qanunu "Hoshin" anlayışı ilə ifadə edilir. Hoshin, planlı rəhbərliyi ifadə edir. Yaponların bu anlayışı, idarəetmə elmində "Strateji Rəhbərlik" adı altında tədqiq olunur.

 DONTOTSU

 Japonların şirkət mədəniyyətində “Dontotsu” adı verilən qanun çox önəmlidir. Dontotsu, "yaxşıların yaxşısı"nı tapmağa çalışmaq və təşkilata uyğunlaşdırmaq mənasını verir. Müvəffəqiyyət qazanmış şirkətləri tanımaq, onlardan yeni şeylər öyrənmək və bunları tətbiq etmək, tətbiq olunan firmada performans səviyyəsinin yüksəldilməsinə xidmət edir. Axır zamanlar, manecmentdə bu qanun "benchmarking" adı ilə tanınır və şirkətlərdə uğurla tətbiq edilir. İndi dünyanın qabaqcıl şirkətləri, yaponların Dontotsu adını verdikləri üsulu tətbiq etməyə çalışırlar.

 

Go Back

Bloqunda yazdı, işsiz qaldı

İsveçin Örebro şəhərində yaşayan bir gənc qız, işlədiyi “Mc Donalds” restoranının şefini internetdəki bloq səhifəsində tənqid etdi. Bunu öyrənən şefi də onu işdən qovararaq, bu xəbəri “Facebook”dakı səhifəsində yaydı. Bloqlar arası bu çəkişmələr, İsveç qəzetlərinin gündəminə çıxdı və yazılanlar ictimaiyyət arasında böyük mübahisəyə çevrildi.

İsveçdə nəşr olunan “Aftonbladet” qəzetində dərc edilən xəbərə görə işçinin bloqunda yazılan tənqidlərə görə işdən çıxarılmasını səhifəsində şərh edən müdir, öz bloqunda: "İş yeri haqqında nalayiq şeylər söyləyən bir qızı işdən çıxardım, çünki sırf yoldaşları gülsün deyə törətdiyi əməllər doğru deyil. İndi isə mən gülürəm" – sözlərini yazdı və gülüş işarəsini :) əlavə etməyi unutmadı.

O bölgədəki dörd “Mc Donalds” restoranının sahibi isə qəzetlərə öz bloqunda tənqid yazan qızın əməlinin yanlış olduğunu və ona iki alternativ təqdim edildiyini - ya öz istəyiylə işdən çıxmasını ya da məcburi çıxardılmasını təklif etdiklərini yazdı. restoran sahibi, qızın öz istəyiylə çıxmağı seçdiyini, müdirin “Facebook”dakı şərhinin də xoşagəlməz bir hal olmadığını əlavə etdi.

Bloqlar arası belə bir hadisə yaşanarkən, ictimaiyyətdə bloqlardakı iş yeri haqqında tənqidlər müzakirə mövzusu oldu.

 

Go Back

Dünyanın ən çox qazanan müğənnilərinin reytinqi açıqlandı

Məlumata görə siyahıya ötən ilin mayından bu ilin mayınadək 58 milyon dollar qazanan Britni Spears başçılıq edir. Ona əsas gəliri son albomu “Femme Fatale”nin satışından, eyni adlı dünya turnesindən, eləcə də reklam çəkilişləri və öz ətirlərindən gəlib. Bundan başqa, Britni Spears məşhur “The X Factor” musiqi şousunda münsifdir və bunun müqabilində ildə 15 milyon dollar alacaq.

Liderlərin ilk üçlüyündə 24 yaşlı pop ulduzu Rihanna da var. O, 53 milyon dollar qazanıb. 26 yaşlı qalmaqallı müğənni Ledi Qaqa isə bu il 52 milyon dollarlıq gəlirlə birinci yerdən dördüncü yerə enib. Onu 45 milyon dollar qazanan 28 yaşlı Keti Perri izləyir.

Go Back

ŞOK! Paris Hilton dondurulmasını istəyir

 

19 yaşlı model ilə eşq macərası yaşayan Paris Hilton Krioniki Unversitetinə böyük məbləğdə pul keçirib ki, gələcəkdə həkimlər onu diriltsin. Paris Hiltonun dediyinə görə gələcəkdə elm yüksək səviyyədə inkişaf edəcək və bu da imkan verəcək ki, həkimlər donmuş insanları yenidən həyata qaytarsınlar. “Bunun sayəsində mənim həyatım 100 və 1000 illər dəvam edəcək”- Paris Hilton bildirib.

 

 

Go Back

Cessika Albanın pəhriz menyusu

 

Səhər yeməyi:

Yumurtanın ağından buxarda hazırlanmış omlet;
Təzə şaftalı və istənilən giləmeyvələrlə 200 qram yağsızlaşdırılmış kəsmiyin qarışığında hazırlanmış sıyıq porsiyası.

Nahar:
Ət və ya balığın kiçik tikəsi;
Təzə pomidor, xiyar, şirin bibər və bitki yağında hazırlanmış tərəvəz salatı.

Şam yeməyi:
Düyü və toyuq ətinin qaynadılmış kiçik tikəsi;
Qidanın əsas qəbulları arasında qəlyanaltı;
Təbii yoqurt, müxtəlif ləpələr, quru meyvələr.

Amerikanın məşhur aktrisası Cessika Alba kinematoqrafiyada 13 yaşından müvəffəqiyyətli karyera qurub. Uzun illər boyunca pərəstişkarları onun yaradıcılığına maraq göstərib. 2007-ci ildə o, dünyanın ən cazibədar qadını titulunun sahibəsi olub.

Cessikanın çəki problemləri doğuşdan sonra yaranmağa başlayıb. Cessika Albanın pəhrizi qeyriadi və orijinal “3+2+1" prinsipi üzrə təşkil edilmişdi: gündə üç dəfə qida qəbulu – "3", iki dəfə yaxşı qəlyanaltı – "2" və bir litr maye – "1".

Duz və duzlu məhsullar, şəkər, şirniyyat, yağlı yeməklər, tez və ayaqüstü qəbul edilən qidalar, ədviyyatlı, çox yağlı souslar qida rasionundan tam çıxarılmalıdır. Cessika Albanın pəhrizini təşkil edən yeməklərin kalorililiyi 1800 kkal-dən çox olmamalıdır.

Go Back

8 nəticə göstərilir