Düşüncə Jurnalı

header photo

Q- Yuxu Yozumları

QIZARMIŞ ÇÖRƏK: Yuxuda pendirlə qızarmış çörək yemək o deməkdir ki, işləriniz tezliklə qarışıq vəziyyətə düşəcək, çünki diqqətiniz və fikirləriniz bir hiyləgər qadına yönələcək, göylərdə uçacaqsınız. Siz qeyri-müəyyən xəyallar və nəticəsiz arzularla yaşayacaqsınız.

QARA MEBEL: Yuxuda qara taxtadan hazırlanmış mebel və ya digər əşyalar görmüsünüzsə, bu, evinizdə bir müddət narazılığın hökm sürəcəyinə işarədir.

QOBOY ( musiqi aləti): Artistizm istedadının olduğuna işarədir.

QADIN: Yuxuda qadın görmək ailə qurmağa işarədir, bəzənmiş, geyinmiş qadın – dedi-qodu, çəkişmə və gözlənilməz hadisələrdən xəbər verir.

Qadın yuxuda boyunbağı hədiyyə alıbsa, bu, o deməkdir ki, həyatda onu sevən əri və gözəl ocağı var. Boyunbağını itirmək o deməkdir ki, o erkən yaşda ağır itkidən kədərlənəcək. Yuxuda gözəl boyunbağı taxmaq əslində şübhə etdiyiniz yüksək şərəfə işarədir. Qadın üçün belə yuxu bir neçə qeyri-səmimi pərəstişkara işarədir.

QAZANC, GƏLİR ƏLDƏ ETMƏK: Gəlir haqqında yuxu yaxın gələcəkdə sizə real uğur gətirəcək.

QURUM, HİSS: Xoşbəxtlik əlamətidir

QİSAS İNTİQAM: Xoşbəxtlik əlamətidir.

QAŞIQ, LƏVAZİMAT: Yuxuda qaşıq görmək və ya ondan istifadə etmək yaxşı əlamətdir, uğura işarədir. Ev işləri sizə sevinc və məmnunluq gətirəcək. Yuxuda qaşıq itirmisinizsə, bu o deməkdir ki, hansısa ağılsız bir işdə sizdən şübhələnəcəklər. Yuxuda qaşıq oğurlamaq o deməkdir ki, simicliyiniz və öcəşkənliyinizə görə töhmətə layiqsiniz. Yuxuda sınıq və çirkli qaşıqlar itki və bədbəxtliyə işarədir.

QAYĞANAQ, OMLET: Yuxuda omlet hazırlamısınızsa, bu sizə qarşı istifadə olunacaq yalan və ikiüzlülüyə işarədir. Yuxuda omlet yemək etibar etdiyiniz adam tərəfindən aldadılacağınıza işarədir.

QAB: Yuxuda təmiz qab görmək xoşbəxtlik çağının başlanğıcına işarədir; nəhayət, tale sizin də üzünüzə güləcək. Çirkli qab pis gələcəyə işarədir. Yuxuda əlinizə qab almısınızsa, həqiqətdə uğur sizi hökmən tapacaq; qablar əlinizdən düşüb sınıbsa, uğurlu hadisələrin müddəti qısa olacaq. Yuxuda rəfdə işıq saçan qablarınızdan zövq almısınızsa, bu, imkanlı olduğunuza və yaxşı gəlirə işarədir. Gənc qadın gözəl qab-qacaq mağazasına giribsə və mallara heyran olubsa, onu yaxşı bir insanla xoşbəxt evlilik gözləyir. Səliqəsiz, boş rəfləri olan qab mağazası işlərdə dolaşıqlıq və ruh düşkünlüyünə işarədir.

Уuxuda qab görmək o deməkdir ki, sizi qəmli hadisələr gözləyir. Əgər yuxuda qabı su ilə doldurursunuzsa, bu, işlərinizdə uğur vəd edir. Belə yuxu iş adamına biznesdə uğur vəd edir. Yuxuda qab yumaq ədalətsizliyə işarədir. Ola bilsin ki, sizi təhqir etsinlər. Əgər siz bağ evinizdə böyük qab görürsünüzsə, sizi xoşbəxt həyat gözləyir, maddi problemlər yaşamayacaqsınız. Gənc qadın yuxuda qab rəngləyirsə, o, başqa qadına məxsus kişinin sevgisini qazanmağa nail olacaq.

QABAN, İNƏK: Yuxuda yağlı, əkə qaban görmək ticarət və işgüzar sahədə canlanmaya işarədir. Arıq, cılız qabanlar narahatlıq və qəmlənməyə işarədir. Yuxuda donuzun bala verdiyini görmək kəndlilər üçün bol məhsul və digərlərinə işlərində uğur deməkdir. Qabanların səsini eşitmək pis xəbərlərə işarədir. Bu yuxu kiminsə ölümünə görə kədərlənmə və yaxud hansısa vacib işin yerinə yetirilməsinə görə mükafatın alınmaması ilə bağlı məyusluğa işarədir. Yuxuda şəxsi donuzlarını yemləmək gələcəkdə mal-mülkünüzün artacağına işarədir. Qabanla ticarət etmək o deməkdir ki, real həyatda böyük səylər və enerjili iş sayəsində böyük bir mülkün sahibi olacaqsınız.

QABARMA: Yuxuda qabarma, yüksəlmə görmək (dəniz suyu) işlərinizin inkişafı üçün yaxşı şərait yaranacağına işarədir.

QAÇIŞ: Qaçış – ənənəvi sağlamlıq və uzunömürlülük rəmzidir.Yuxuda qaçış elementlərindən istifadə kişilik,mərdlik və xilaskarlıq əlamətidir.Yuxularınızda qaçırsınız və qorxu əsas hisslərə çevrilibsə,gecələr qaçırsınız və nəhayət ki, təhlükədən uzaqlaşırsınız ya da ki, həyatda ya həmişə büdrəyəcəksiniz, xilas olmaq istədiyiniz obyektlər daha da qorxunc olacaq.Son hadisədə yuxuya real həyatda başınıza gələn hadisələr prizmasından baxmağa çalışın və təzyiq göstərdiyiniz sahəyə diqqət yetirin. Bəzən bu mühüm problemin çox gözəl həlli ola bilər.

QAÇMAQ: Əgər yuxuda başqa insanların qrupuna qaçdığınızı görmüsünüzsə, bu o deməkdir ki, siz hansısa şən bayramda iştirak edəcəksiniz; bundan əlavə, siz tezliklə müəyyən edəcəksiniz ki, işləriniz yaxşı, uğurla gedir. Əgər yuxuda toqquşsanız, yaxud yıxılsanız, bu sizin iflasa uğrayacağınıza və öz adınızı, şöhrətinizi korlayacağınıza işarədir. Tək qaçmaq o deməkdir ki, siz öz dostlarınızı ötüb-keçərək cəmiyyətdə daha yüksək mövqe tutacaqsınız. Əgər yuxuda təhlükədən qaçırsınızsa, bu o deməkdir ki, sizi həyatda itki gözləyir və öz işlərinizi istədiyiniz şəkildə qaydaya sala bilməyəcəksiniz. Əgər yuxuda başqa insanların təhlükədən qaçdığını görmüsünüzsə, bu, dostlarınızdan birinin ölümünə, pis hadisəyə işarədir.

Uğurunuzu uğursuzluqlar əvəz edəcək.

QADIN AYAQQABISI: Yüngül qorxuya işarədir.

QADIN MÜHİTİ: Dedi-qoduya işarədir.

QADINLAR: Yuxuda qadınlar görmək intriqalardan xəbər verir. Qadınla mübahisə etmək o deməkdir ki, sizi aldadacaqlar və planlarınız korlanacaq. Yuxuda qarabuğdayı, mavigözlü, fındıqburun qız görmək sizin mübarizədən çəkilməyinizə və qələbə şansını itirəcəyinizə işarədir. Əgər qadının qızılı-şabalıdı, tünd-kürən və yaxud qırmızı-qəhvəyi saçları və dik burnu varsa, belə yuxu sizə əlavə çətinliklər və narahatlıqdan xəbər verir. Əgər o sarışındırsa, bu yuxu sizin yalnız xoş və arzuladığınız işlə məşğul olacağınıza işarədir.

QAĞAYI: Təmkinliyiniz, ağırlığınızla uzunömürlü olacaqsınız.

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.