Düşüncə Jurnalı

header photo

U- Yuxu Yozumları

UÇQUN: Uçqun görmək – hörmətsizlik, böyük təhlükə əlamətidir. Qar uçqunu – qəm, kədər əlamətidir.

UÇUŞ: Uçuş – yaxşı emosiyalar, azadlıq, sərbəstliyə işarədir.Yuxuda uçmaq – həyatda azadlıq və sərbəstliyə can atırsınız.Yaxın günlərdə belə bir imkanınız yaranacaq. Yuxuda uçduğunuz zaman yıxılmısınızsa, maneələrlə üzləşərək onları dəf etməli və problemləri həll etməli olacaqsınız. Kosmik fəzada uçmusunuzsa, bu o deməkdir ki, həyatda öz aləminizə qapılaraq ətrafda baş verən hadisələri hiss etmirsiniz.

ULDUZ: Yuxuda aydın parlayan ulduzlara baxırsınızsa, bu sizin üçün möhkəm sağlamlıq və rifaha işarədir. Əgər yuxunuzda ulduzlar sönük və qırmızıya çalırsa, bu, gələcək bədbəxtlik və xoşagəlməz hallara işarədir. Əgər yuxuda alışıb yanan və düşən ulduzlar görmüsünüzsə, bu kədər və qəm əlamətidir. Gizlincə alışan və sönən ulduzlar yuxunuza giribsə gələcəkdə sizi sirrli hadisələr və dəyişikliklər gözləyir. Yuxuda ulduzların Yer ətrafında hərəkətini görmüsünüzsə, bu, qlobal hadisələrə işarədir.

Yuxuda ulduz birdən daşa çevrilibsə, işlərinizdə uğurlar gözlənilir. Ulduz toza çevrilibsə, kasıblıq və səfalət əlamətidir.

Ulduzlar – yüksək biliklilik, məlumatlılıq, iradə əlamətidir.Yuxuda düşən ulduza baxmaq xoşbəxt həyat, bütün müqəddəs arzularınızın həyata keçəcəyinə işarədir. Yuxuda çoxlu yerə düşən ulduzlar görmüsünüzsə, gələcəkdə Yerdə güclü sel olacaq və bütün kənd təsərrüfatı sahələrini məhv edəcək. Bütün il boyu bəşəriyyət aclıqdan əziyyət çəkəcək. Yuxuda qırmızı ulduzlar görmək –Rusiyada hakimiyyətə elə bir insan gələcək ki, dövləti xarabalıqdan qurtararaq dünyada ən qüdrətli ölkəyə çevirəcək. Qırmızı ulduzlar Kreml ulduzlarını simvolizə edir.Yuxuda ulduzlara doğru uçursunuzsa, gələcəkdə başqa bir planetə kosmik ekspedisiyanın iştirakçısı olacaqsınız. Yuxuda günorta vaxtı göydə ulduzları müşahidə etmək – gələcəkdə hakimiyyətə elə elə vicdanlı, ləyaqətli insanlar gələcəklər ki, bütün ölkələr arasında birdəfəlik sülhün bərqərar olmasına nail olacaqlar. Bütün xalqlar ümumi razılığa gələrək sülh şəraitində yaşayacaqlar. Belə yuxunu görən insanı nüfuzlu, mötəbər şəxslərlə tanışlıq gözləyir. Yuxuda çoxlu, xırda ulduzlar görmək o deməkdir ki, gələcəkdə ABŞ-dan hər hansı bir xəbər alacaqsınız. Ola bilsin ki, bu yuxu ABŞ-da baş verəcək hadisələrin bütün dünyanı lərzəyə salacağına işarədir.Yuxuda çoxlu xırda ulduzlar – Amerikanın əlli ştatını simvolizə edən Amerika bayrağının üzərindəki ulduzlardır.Yuxuda səmada ulduzlar yoxa çıxıbsa, bu, uzaq gələcəkdə ağır kosmik qəzaya işarədir. Yuxuda ulduzları suda əksinə tamaşa etmək böyük kəşflərə işarədir. Bu günə kimi məlum olmayan, canlıə varlıqların yaşadığı naməlulm planet aşkar olunacaq.Belə yuxunu görən insan üçün məşğul olduğu sahədə biliklər, məlumatların aşkar olunacağına işarədir.Yuxuda parlayan ulduz görmək Günəşə oxşar ulduzun aşkar olunacağına işarədir.Məhz həmin ulduz gələcəkdə Yeri işıqlandıracaq.Yuxuda ulduzlardan soyuğun gəldiyini hiss etmək əbədi qış əlamətidir.Elə bir zaman gələcək ki, Yerin üzünü buzlaqlar örtəcək. Ulduzun düşdüyü yerdə dayanmaq bir çoxlarının həyatını dəyişəcək qəzaya işarədir.Yuxuda yeni ulduz aşkar etmək – yaxın gələcəkdə sizə təsir edəcək hadisələrə işarədir.Ulduz xəritəsini öyrənmək və onun üzərində səyahət marşrutunu tətbiq etmək ekoloji böhran və xüsusi təhlükəli ərazilərdən miqrasiyanən çoxalmasına işarədir.

UNİVERMAQ, SUPERMARKET: Super market uzun müddət kapitalizmin təcəssümü hesab olunub. Bir çoxları böyük univermaq və mağazaları gəzməkdən və burada seçim çoxluğundan böyük zövq alırlar. Yuxuda böyük ticari mərkəzlər görmək – o deməkdir ki,seçim imkanlarınız çoxdur. Bu onunla bağlı ola bilər ki, son zamanlar siz çox israfçılsınız.Yuxuda real mağazalar üçün standart mal çeşidləri təqdim olunubsa, sizi hər şeydən çox maraqlandıran obyektlərə diqqət yetirin –onlar yuxunu yozmaq üçün əsas əlamət hesab olunur. Rast gəldiyiniz satıcılar tanışınız olduğu halda vacib məna kəsb edə bilər. Ola bilsin ki, özünüzü kiməsə borclu hesab edirsiniz və ya kimsə siz tərəfdən müəyyən hərəkətlər gözləyir. Sizı lazım olan mallar mağazanın piştaxtasında yoxdur və ya əksinə, boldur? Bu özünəməxsus müvazinət, tarazlığın təyinedici – metaforası və ya həyatın müxtəlif sahələrində onun olmamasıdır.

UNUDULMUŞ ƏLAQƏ VƏ MÜNASİBƏTLƏR: Hadisələr bəzən xoşagəlməz halların yaranmasına səbəb olur və real həyatda unutduğumuz insanlar və hadisələri yuxuda görürük. Yadda saxlayın ki,  keçmişi unutmağa cəhd göstərmək və onu buraxmaq – müxtəlif şeylərdir. Xoşagəlməz xatirələrdən əzab çəkməyinizə səbəb olan yuxu görmüsünüzsə, bu xatirələrin hazırkı həyatınızın hansı hadisələri ilə uyğun gəldiyini tutuşdurun. Ola bilsin ki, bu xəbərdarlıqdır – siz vaxtilə etdiyiniz və buna görə də peşman olduğunuz səhvi yenidən edə bilərsiniz. Belə məsələlər adətən öz-özünə həll olunmur.Yuxu – sadəcə nəzərdə tutulmuş məsələləri tamamlamağın vacib olduğunu göstərmək üçün vasitədir.

UŞAĞINI YEDİZDİRƏN ANA: Yuxuda uşağını yedizdirən ana görmüsünüzsə, bu, imkanlarınızın həyata keçməsi üçün gözəl şəraitin olacağına işarədir.

UŞAQ: Uşaq – gələcəyə ümid rəmzidir. Yuxuda heyvanın uşağı yediyini görmüsünüzsə, bu yuxu ona işarədir ki, gələcəkdə Yer üzündə çoxlu xortdanlar, qaniçənlər meydana gələcək ki, onlar da xüsusilə uşaqlar üçün təhlükə yaradacaqlar.Yuxunu görən şəxsə bu yuxu Antixristlə görüşə işarədir.Yuxuda hamilə kişi görmək – o deməkdir ki, illərdir ki, sözü gedən söhbət –yəni kişinin hamilə olaraq uşaq doğması gələcəkdə həqiqətə çevriləcək.Ola bilsin ki, bu qara qüvvələrin maneəçiliyi olmadan baş verəcək və bu fakt kişi və doğduğu uşağı bütün dünyada məşhur edəcək.Yuxuda şikəst uşaq görmüsünüzsə, belə yuxu bütün bəşəriyyətə atmosfer çirklənməsi təhlükəsi barədə xəbərdarlıq edir. Belə yuxunu görən insan köməyinə ehtiyacı olduğu insanla görüşəcək.Yuxuda əxlaqsız bir qadının əlində uşaq görmək – Yer çox böyük təhlükə altındadır. Gələcəkdə SPİD bütün dünyanı əhatə edərək insanlara yoluxacaq. Lakin bu bədbəxt vəziyyətin çarəsi tapılmadığı zaman bu dəhşət xəstəliyə çarə tapan insan peyda olacaq. Yuxuda əl-ayağı olmayan uşaq görmək cəmiyyətin real təhlükə altında olacağına işarədir.Ətraf mühit çox çirkləndiyinə görə, fiziki qüsurlu və həmçinin psixi çatışmazlıqları olan çoxlu uşaqlar dünyaya gələcək. Yuxuda sağlam, gülümsəyən uçaq görmək –xoşbəxt əlamətdir.Yer üzündə sevgi ilə idarə olunan xoşbəxt məqamlar başlayacaq. İnsanlar aclıq, müharibə və yoxsulluqdan qorxmayacaq və dünyaya çoxlu sağlam, gözəl uşaqlar gətirəcəklər. Yuxuda qaçan uşaq görmək – yenilik və yeni bəşəriyyət əlamətidir.Yuxuda uşaq ilanı əzib və ya boğubsa, bu bəşəriyyətin nüvə müharibəsi təhlükəsindən azad olmaq yolunu tapacağına işarədir. Yuxuda ağlayan uşaq görmək gələcəkdə təhlükəyə məruz qalacağınıza işarədir.Yuxuda öz uşağını axtarmaq – itirilmiş ümidlərin yaranmasına işarədir. Yuxuda gül dərən uşaq görmək mənəvi işıqlanmaya işarədir. Yuxuda əlində körpə uşaq saxlamaq çətin vəziyyətdən çıxmağa cəhd göstərmək kimi yozulur.

UŞAQLAR: Yuxuda qəşəng uşaqlar görmək çiçəklənmə, xoşbəxtlik və rifaha işarədir. Ana yuxuda uşağını yüngül xəstə görürsə,bu o deməkdir ki, onun həmişə möhkəm sağlamlığı olacaq, lakin onu övladı ilə bağlı digər kiçik xoşagəlməz hallar narahat edəcək. Öz uşağını yuxuda ağır xəstə və ölü görmək o deməkdir ki, qorxmaq üçün əsas var və onu sağlamlığı ilə bağlı təhlükə gözlənilir. Yuxuda ölü uşaq görmək yaxın gələcəkdə narahatlıq və kədərə işarədir. Yuxuda nədənsə kədərlənmiş, ağlayan uşaqlar görmək gələcəkdə xoşagəlməz hallar, həyəcanlı hisslər və dostlarınızın qeyri-səmimiliyinə işarədir. Uşaqlarla oynamaq o deməkdir ki, siz bütün ticari və sevgi işlərində məqsədinizə nail olacaqsınız.

—–

Uşaqlar – xüsusi diqqət tələb edən obrazdır, çünki bu obraz fikirlərimiz və həyəcanlarımızı özündə əks etdirir. Uşaqlar həmişə qorxmağa dəyəcək şeylərdən qorxurlar.Onlarda ədalətlilik hissləri güclü olur, onlar yaxşı və pisi çox gözəl ayırmağı bacarırlar. Onlar qarşılarındakı insana sevgi və nifrətlərini açıq, səmimi olaraq bildirirlər. Yuxuda uşaqla dostluq etmisiniz? Bunun şərhi birmənalı deyil. Əgər yuxuda gördüyünüz uşaq real həyatda da varsa, ola bilsin ki, bu sizin arzu və istəklərinizin sadəcə əksidir. Yozmanın əsas elementi – özünüzü necə aparırsınız və bu uşaqla hansı əlaqələriniz var. Yuxuda valideyn olmusunuzsa və öz uşaqlarınızı görmüsünüzsə, şübhəsiz ki, bu arzuları həyata keçirmə istəyinizdir. Yuxu eyni zamanda valideynləriniz və sizin üçün mühüm olan digər insanlarla yola getmədiyinizə işarədir.Bundan əlavə, özünü valideyn görmək real həyatda kiməsə təsir göstərmək istədiyinizə işarədir. Məsələn, sizin əhatə dairənizdən hər hansı bir nüfuzlu şəxslə münasibətlər pozulub və bu münasibətləri geri qaytarmaq istəyirsiniz. Bizim əksəriyyətimiz valideynlərimizin üzərimizdə hakimiyyətini görmüşük və böyüyərək həmin hərəkətləri təkrar etmək istəyirik. Yuxuda uşaqlıqda olduğu kimi paltardəyişmə işində oynamısınızsa, həmkarlarınız isə adi böyük insanlardırsa, bu yuxu real həyatda həmkarlarınızın sizdən daha nüfuzlu olduğuna işarədir.

—–

Yuxuda çoxlu uşaq görmək sizdən əlavə vaxt və səy tələb edəcək çoxlu sayda xırda problemləri həll etməli olacağınıza işarədir. Ola bilər, belə yuxu planetdə doğumun səviyyəsinin artacağından xəbər verir. Yuxuda özünü uşaq görmək real həyatda özünüzü yaxşı aparmadığınız deməkdir. Sizin uşaqcasına hərəkətlərini yersidir və ətrafınızdakı adamları sizdən küsdürür. Ağlayan uşaq görmək dünyəvi təhlükədən xəbər verir. Kişilərin müharibəyə gedəcəkləri, qadınların özlərinə xas olmayan işlərlə məşğul olacaqları, uşaqların çoxlu göz yaşı axıdacaqları vaxt gələcək. Belə yuxu yuxu görənin uşaqları və onun yaxın qohumlarının uşaqları üçün fəlakətə işarədir. Əlil uşaqlar görmək ziyanlı vərdişlərinizin nəinki öz sağlamlığınıza, həm də ətrafınızdakı adamların səhhətinə ciddi ziyan vuracağı deməkdir. Bəzən belə yuxu planetdəki ekoloji fəlakətə işarədir. Yuxuda öz uşaqlarının görmək sizin öz ev adamlarınıza diqqət göstərməniz lazımdır. Sizin öz hərəkət və sözlərinizlə onları möhkəm küsdürdüyünüz tamamilə mümkündür. Uşaqları axtarmaq pis əlamətdir. Bəzi xırda qarışıqlıq üzündən yaranmış vəziyyətdən çıxış yholu tapa bilməyəcəksiniz. Yuxuda uşaqlarla oynamaq real həyatda ürəyinizcə iş axtardığınıza, lakin bir müddət son qüvvənizi əlinizdən alan sevmədiyiniz köhnə işinizlə vaxt keçirməli olacağınıza işarədir.

UÇURUM: Pis və acı xəbərlər alabiləcəyinizi işarət edər. Uçuruma düştüyünü görmək, evliliyinizin pisə gedəcəyinə yozulur.

UÇURTMA: Röyada uçurtma, heç gözlədiyiniz bir zamanda, heç gözləmədiyiniz yerdən xəbərlər alacağınıza yozulur. Bir yerdə duran uçurtmalar, hənüz yola çıxmamış xəbər deməkdir. Uçurtma uçurmaq çevrəsindəki insanları etkiləyəcək, etibar qazanacaq anlamındadır. Uçurtmanın yerə düştüyünü görmək yalan xəbərə yozulur.

UD: Röyada ud çalmaq keçmişdə yaşadığınız hadisələrin yaddaşınızdan çıxmadığına yozulur.

UĞURBÖCƏYİ: Röyada uğurböcəyini uçarkən görmək, çox gözəl, sevindirici bir xəbər almaq deməkdir. Uğur böcəyinin üstünə qonduğunu görmək problemləriniz həllini tapacaq və xoşbəxt olacaqsınız. Uğurböcəyini öldürmək uğursuzluğa yozulur.

ULAMAQ: Röyada ulama səsi duymaq, çox pis bir xəstəliyə tutularaq, sıxıntılı günlər keçirəcəksiniz deməktir.

UN: Röyada un çox pul qazanmaq və zəngin varlı olmaq deməkdir. Un dolu çuvallar görmək, heç əmək vermədən zəngin varlı olmaq deməkdir. Üstü başı una bulandığını görmək istədiyiniz şeylərə sahib olacağınıza yozulur.

 

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.