Düşüncə Jurnalı

header photo

C- Yuxu Yozumları

CIRTDAN ADAM: Yuxuda cırtdan görmək həmişə yaxşı əlamətdir. Əgər cırtdanın zahiri görünüşü xoşagələndirsə, bu, imkanlarınızın həmişə inkişaf etdiyi maraqlı həyata işarədir. Belə yuxu sizə bir çox xeyirli işlərdə iştirak etməyə imkan verən fiziki və psixi sağlamlıq deməkdir. Yuxuda dostlarınızı cırtdan kimi görmək onlar üçün eyni həyat tərzi deməkdir. Yuxuda qəzəbli cırtdanlar görmək hansısa bədbəxt hadisənin olacağına xəbərdarlıqdır.


CANAVAR: Yuxuda canavar görmək o deməkdir ki, əməkdaşlarınız arasında istehsalat sirlərini yayan və oğurluğa qadir olan səhlənkar adam var. Canavar öldürmək – o deməkdir ki, sizi məğlub etmək istəyən hiyləgər düşmənlərinizlə baş çıxara biləcəksiniz.

Canavar – qəddarlıq, cəsarət, ölümlə açıq mübarizə, müstəqillik rəmzidir. Yuxuda canavarən tülkü ilə dalaşdığını görmək Rusiya və Ukrayna arasında uzun illər davam edəcək qarşıdurmaya işarədir. Yuxuda qara canavar görmək insanların xoş həyat tərzini pozacaq və onları kömək üçün Allaha sığınmağa məcbur edəcək insanın meydana gələcəyindən xəbər verir.Qırmızı papaqlı canavar görmək 2018-ci ilin sonunda keçiriləcək ölkələrin iclasında Rusiyanın şübhəli mövqe tutacağına işarədir və bu maddi yardımın olmamasında özünü biruzə verəcək. Yuxuda quzu dərisinə bürünmüş canavar görmək xain tərəfdaş tərəfindən satqınlığa işarədir. Xüsusilə xoruz ilində bundan qorunmaq lazımdır. Yuxuda insanın əlindən yem alan canavar görmək o deməkdir ki, insanları uzun müddət qorxuda saxlayan manyak həbs olunacaq.


CANLI MODEL: Yuxuda model görmək ictimai işlərinizin cibinizi xeyli ziyana salacağına və peşmançılığa işarədir. Gənc qadın yuxuda modeldirsə və ya olmağa can atırsa, onu sevgi macərası və sevgilisinin eqoistliyi ucbatından peşmançılıqlar gözləyir.

CAYNAQ: Yuxuda sizə iyrənc, sürüşkən caynağın toxunduğunu hiss etmək sizə ağır və uzun xəstəlik vəd edir. Yuxuda dəniz kənarında gözəl şəhər görmüsünüzsə, Qəflətən sudan nəhəng, dəhşətli caynaqlar çıxır. Onlar hərətərəfdən şəhəri əhatə edirlər və onu sıxmağa başlayırlar. Binalar yumurta qabığı kimi çartlayır, şəhər tədricən daş və betondan ibarət kütləyə çevrilir, bir neçə an onun hissələrə parçalanmasına bəs edəcək. Belə yuxu mənəviyaytın və əxlaqın çökməsindən xəbər verir. Müasir dünyada əbədi həqiqətlərin qiymətdən düşməsi baş verir. İnsan Allah tərəfindən ona verilən qanunları pozarkən buna görə onu qaçılmaz qisas gözləyir.


CAZİBƏ: Yuxuda özünü kiminsə cazibəsinin təsiri altında hiss etmək o deməkdir ki, yalnız ehtiyatlı olmağınız sizə pislikdən azad olmağa kömək edəcək. Gənc adamlar üçün belə yuxu böyüklərin xeyirxah məsləhətlərindən faydalanmağa çağırır. Kiminsə cazibəsinə qarşı müqavimət göstərmək o deməkdir ki, müdriklik və baxışların geniş dairəsi sizi gözəl ad, etibar qazandıracaq. Yuxuda kimlərisə məftun etməyə çalışmaq fəlakətə uğrayacağınıza işarədir.

CEHİZ: Yuxuda cehiziniz yoxdursa, sizi real həyatla acı qarşılaşma, başqalarından asılılıq gözləyir. Yuxuda cehiz almısınızsa, həyatda ən parlaq ümidləriniz gerçəkləşəcək.


CEM: Yuxuda cem görmək xoş sürpriz və səyahətə işarədir.Qadın yuxuda cem hazırlayırsa, bu firvan həyat və həqiqi dostlara işarədir.

CİB: Yuxuda öz cibini görmək sizə qarşı istiqamətlənmiş düşmənçilik qüvvələrinə işarədir.

CİLOV: Yuxuda cilov görmək o deməkdir ki, siz uğur və xoşbəxtliyə aparan yolda bütün maneələri dəf edə biləcəksiniz. Əgər onlar özləri kəsilibsə və yaxud siz onu kəsmisinizsə, bu, düşmənlərinizə təslim olacağınıza işarədir.

COD TÜK: Görmək və ya ona toxunmaq- maneələr gözlənilir.

CƏDVƏL: Borcunuz olacaq.


CƏHƏNNƏM: Yuxuda cəhənnəmə düşmək vəziyyətin müvəqqəti pisləşəcəyinə işarədir. Cəhənnəmə düşmək – sizə paxıllıq edirlər. Oradan sağ-salamat çıxmaq təhlükədən xilas olmağa işarədir.


CƏMDƏK: Uzunömürlülüyə işarədir.


CƏRRAH: Yuxuda cərrah həkimi gördünüzsə sizi yüngül naxoşluq gözləyir.


CƏZA: Yuxuda cəza almısınızsa, bu o deməkdir ki, üzərinizə düşən öhdəliklər sizi qıcıqlandırır, buna görə də onları yerinə yetirmirsiniz. Cəza şəklində cərimə ödəmək xəstəlik və maliyyə itkilərinə işarədir. Cəriməni ödəməkdən boyun qaçırmaq mübahisədə qalib olacağınıza işarədir. Valideynlər yuxuda uşaqlarını cəzalandırdıqlarını görüblərsə, bu o deməkdir ki, onlar uşağa hörmətin olmadığı tərbiyə qaydalarını seçməkdə doğru olub olmadıqlarına şübhə edirlər.

CƏVAHİRAT, DAŞ-QAŞ: Yuxuda daş-qaş görmək məmnunluq və zənginlik deməkdir. Özündə onları görmək şöhrətpərəstliyə işarədir. Başqalarında onu görmək siz və ya dostlarınızın qazanacağı şöhrətliyə işarədir. Yuxuda daş-qaşla bəzənmiş paltar görmək nadir tapılan uğura işarədir. Əgər yuxuda daş-qaş sizə miras qalıbsa, bu, maddi vəziyyətinizin yaxşılaşacağına işarədir. Yuxuda sizə daş-qaş hədiyyə olunubsa, bu sizin hazırkı vəziyyətinizi təhlükə altında qoyur. Gənc qadın yuxuda daş-qaş hədiyyə alıbsa, onu arzuolunan evlilik gözləyir. Əgər qadın daş-qaşını itiribsə, bu o deməkdir ki, onu çaşqınlığa salan insanlarla qarşılaşacaq. Daş-qaş tapmaq maraqlandığınız işlərdə tezliklə parlaq uğur əldə edəcəksiniz. Onları almaq bir çox işlərdə, xüsusilə ürək məsələlərində böyük uğur vəd edir.


CƏFAKEŞ, MƏZLUM: Yuxuda məzlum görmək qeyri-səmimi dostlar, evdaxili narazılıqlar və işlərdə itkiyə işarədir. Yuxuda özünü məzlum, cəfakeş kimi görmək dostlarla ayrılığa işarədir. Ola bilsin, düşmənləriniz sizə şər atacaqlar.


CADUGƏR: Yuxuda qorxunc bir cadugər görən adamın ona dəxli olmayan hər cür qovğadan çəkinməsi gərəkdir. Belə qovğalara girişmək təhlükəli nəticələr verə bilər.

 

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.