Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşaq Psixologiyası"

Kiçik yaşlı uşağın psixologiyası-ƏTRAFLI

Kiçik yaşlı uşağın psixologiyasını öyrənmək hər bir valideyin üçün vacib amildir. 

  • 2 – 3 yaşlı uşaq müstəqillik qazanmış , fərqli yerlərə(bağça kimi) artıq ayaq açmışdır.
  • Yeməyini özü yeyir,bəzi geymlərini özü geyinib  soyuna  bilir.
  • Sevdiyi adamı və əşyalarını heç kimlə paylaşmaq istəməz.
  • Nə qədər müstəqil  yaşamaq istəsə də asanlıqla  yaxınlarından ayrılmaq istəməz.
  • Bu da sadəcə olaraq yeniyetməlik sindromu kimidir.
  • Öz-özünə oyun oynamaq istəyər, bu zaman fikri ancaq oyuncaqlarına yönlənmiş    olur.
  • Ətrafındakı uşaqlara çox az vaxt ayırıb onlarla oynayar.
  • İnsanlar onun üçün maraqlı deyildir, amma yaxınında olmaqları da  son dərəcə önəmlidir.
  • Sevincini və həyəcanını bir an içərisində bəyan edər.
  • Bununla bərabər hirsini də şıltaqlığını da əksik etməz.
  • İnadçıdırlar.
  • Her şeyə qarşı gəlirlər, durmadan dincəmədən “xeyir” deyirlər.
  • Valideyinləri bu vaxta qədər  intizamlı olan bu uşaqlarla artıq nəzarət  edə bilmədiklərini hiss edirlər.
  • Ən şıltaq dövürləridir  bu dövürlər və onlar heç bir qayda-qanuna əməl etmək istəmirlər.
  • Sevdikləri daima yanında olmalı, istəkləri isə əsla gecikdirilməməlidir.
  • Əgər gecikdirmiş olarsa böyük bir səs -küy yaradarlar.
  • 2-3 yaş dövrü  uşaqlar üçün başqa, valideyinlər üçün isə ayrı bir qaygı mərkəzi yaranır.
  • Bu uşaqlar 2-3 yaşlarına qədər  ata -ana, nənə babalarını  və digər insanları da ətraflarında görürdülər.
  • Bu insanlara qarşı onlarda sədaqət, bağlılıq yaransada, bəzilərinə qarşı isə ögeylik münasibətində olurlar.
  • 2 yaşından sonra bağçaya getmək, ya da daha çox sosiallaşması üçün parka götürülən uşaq sosiallaşmanın ilk addımlarını atır.
  • Bu dövürdə uşaqların tez-tez qarşılaşdığı     problemlər  isə  ayrılma qayğsıdır.
  • Dünyanın öz ətrafında olan sevdiklərindən ibarət olduğunu  izah edən uşaqlar ətraf aləmə  açılmağa  olduqca zorlanırlar.
  • Ailə içində çox  sevilir, bir dediyi iki edilmir,  hələ də hər kəs onun ətrafında dolanırsa   və elə də yaxınları onun ətrafında dolanırsa uşağın keyfinə dəyməyin.
  • Nə üçün o alışmadığı qayda-qanuna əməl etməlidir? Nədən o alışmadığı  qayda-qanunlarla dolu olan bağçada fəaliyyətə başlasın?  Tanımadığı  uşaqlarla  oynamaq  zorunda qalsın ki!
  • Yeməkləri televizor qarşısında oturub yeməli  olduğu halda,  niyə bağçada  uşaqlarla bərabər yesin?
  • Evdən və yaxınlarından ayrılmaq istəməzlər.
  • Başqa mühitdə və başqa insanlarla münasibət qura bilməzlər və davamlı ağlaya bilərlər.

“Qucağına al “sindiromu  (Kiçik yaşlı uşağın psixologiyası)

  • Evdə hər yeri qurcalayan, qarışdıran, sanki bir motor taxmış kimi ora-buraya qaçan uşaq  bayıra çıxan kimi “ana  məni qucağına al” deyə mızıldanıb ağlamağa başlayır.
  • Bütün şirinliyi ilə, məsumluğuyla sizə sarılırlar.
  • Bu vəziyyət uşağın  özünü  ətraf aləmin bir çox təhlükələrindən, bir çox insanlardan qorunma çabasıdır.
  • Ana  qucağına aldığında, qorunmuş olacaqlarını və hər növ zorluqların qarşısını ala biləcək deyə  düşünürlər.
  • Daha qapıdan çıxmadan   ayaqlarına  sarılmağa başlayırlar.
  • Buna “məni qucağına al sindiromu” deyirlər.
  • Üstəlik keyiflidir də!
  • Kim istəməz ki, xarci aləmin   təhlükələrindən qorunmağı.
  • Həm də alışmadıqları qarmaqarışıq həyatdan qorunmağı.
  • Onlara görə bəlkə də haqlıdırlar və  bunun da keyfini çıxartmaq üçün əllərindən gələni əsirgəmirlər.
  • özlərini yerə  atmaq ən   vacib metodlardan biridir. Diqqət çəkici bir şəkildə bağırmaq da olduqça  təsirlidir! Amma ən gözəli, çəkişdirərək ata ananı usandırmaqdır və uşaqlar bu mövzuda olduqca başarıqlıdırlar.

Yanlış zamanda rədd etmək özünə güvəni sarsıda bilər! (Kiçik yaşlı uşağın psixologiyası)

  • Uşaqlar bayırda və yaxud qonaqlıqda olanda tamamən başqalaşırlar.
  • Heç olmadıqları qədər hərəkətli olurlar , yaxud da əksinə  onlardan ilgi gözləyirlər .
  • Bəzən analar şikayətlənirlər də.
  • Neçə dəfə paltar asdım çəkdi dağıtdı.
  • Heç sözə qulaq asmır və s. kimi ifadələr işlədirlər.
  • Uşaq sizə bağırır.
  • Nədən bunu tərs başa düşürük.
  • Onları başa düşə bilmirik.
  • Dünyaya onların gözü ilə baxa bilmirik.
  • Bu dövrdəki uşaqların inadçılığı nə qədər ön planda olsa da, uşaqlar  toxunulmağa və qorunmağa ehtiyac duyurlar.
  • Bu çox təbii bir istəkdir və hər uşaqda müşahidə edilər.
  • Uşaq qucağa alınmaq istədiyində, çox vaxt ana ataların bunu rədd etdiyini, getməsi lazım olduğunu, bəzən də qışqırdığını görürik.
  • Bu rədd edişi  onları sakitləşdirməz və istəklərindən vaz keçirtməz.
  • Bu istə təbiidir və yerinə yetirilməsi də təbii və önəmlidir.
  • Rədd edilən uşaq: qorxaq, etibarı olmayan, ana atadan davamlı ayrılma qorxusu ilə yaşamağa başlayar.
  • Özünü müdafiəsiz və dəyərsiz hiss edər.
  • Qucağa alınan uşaq isə özünü güvəndə hiss edəcəkdir.
  • Ananın sevgisini hiss edərək ürkəkliyi azalacaqdır.
  • Ancaq burada diqqətə  alınması önəmli nöqtə isə uşağın ehtiyaç duyaraq  ata ananı qandırmaq və  yaxud da  istədiklərini yerinə yetirmə çabasını ayırd  etmək lazımdır.
  • Bəzən qucağa alma çabasından da valideyin uşağı vaz keçirdə bilər.

Kiçik yaşlı uşağın psixologiyası ilə əlaqədar valideyinlərə tövsiyyələr

  • Qarşı alınmaz bir gerçək vardır ki, nə edilirsə edilsin bu dövrdə bəzi problemlər qarşımıza çıxacaq.
  • Əhəmiyyətli olan bunlarla necə başa çıxacağımızı bilməkdir.
  • Yanlış  davranışlarla əgər bu dövrü pis atlatırsaq, bu dəfə də davranış problemləriylə məşğul olmaq məcburiyyətində qala bilərik. Alış veriş  mərkəzində, küçədə ya da yoldaşınızın evində qucağınızdan  enmək istəməyən uşağınızla əvvəl bir razılaşma edin: “Yaxşı qucağıma  alıram amma yorulanda istirahət etmək lazım olacaq razılaşdıq mı?
  • Çünki artıq böyüyürsən və ağırlaşırsan.
  • Belim ağrıyar  və xəstələnə bilərəm “deyilə bilər.
  • Bəzən əlinə kiçik bir paket verib, böyük bir vəzifə edirmiş havası yarada  bilərsiniz.
  • Bunlar onsuz da müəyyən  müddət ərzində  düzənə salınacaqdır.
  • Bu şəkildə uşağın sizə istədiklərini etdirmə təzyiqi da ortadan qalxmış olacaqdır.
  • Bağırmaq,  xeyir demək heç işə yaramayacaqdır.
  • Bəzən oyaladıqdan sonra hər şeyə xeyir deyən uşağınıza “yorulibsan  gəl qucağıma” deməyi də unutmayın.

menimailem.com

Go Back

UŞAĞIM SÖYÜŞ SÖYÜR! UŞAĞIM SÖYÜŞ SÖYÜR

əBzən  uşağımızın  pis  sözlər  danışdığını, ətrafındakıları  təhqir  etdiyini,  söyüş  söydüyünü  görürük. Elə isə  nə  etməli?  Bunun  qarşısını  almaq  üçün  hansı  addımları  atmalı?…

Bu  məsələdə  yol  verdiyiniz  ən  böyük  səhvlərdən  biri  də  uşağın  ağzından  pis  söz  eşidən  kimi  sərt   reaksiya  verməyimizdir:

“Bir daha  bu  sözü  səndən  eşitməyim, yoxsa  pis  olar”, “Ağzına  bibər  sürtərəm”, “Bu  sözləri  həyətdə  öyrənirsən, bir  də  məndən  icazəsiz  həyətə  düşməyəcəksən”, “Sən bu bu sözləri  bağçada  öyrənmisən?” və s. Bu  sözlər, bəlkə  də  problemin  müvəqqəti  həll etməyə  kömək  edə  bilər. Ancaq  uşaq  valideynin yanında  söyüş  söyməsə  də, buna  mane  olmayan  hər  hansı  bir  mühitə  düşdükdə  yenə   söyüş  söyməkdə  davam  edəcək. Yəni, burada  əsas  məsələ  uşağın  söyüş  söyməyi  ata-anasından  qorxduğu  üçün yox,  pis  hərəkət  olduğunu  başa  düşdüyü  üçün  tərgitməsidir. İndi  isə  bu problemin  qarşısını almaq  üçün  lazım  olan  tədbirləri  nəzərdən  keçirək.

Hər  şeydən  əvvəl  uşağı  söyüş  söyməyə  və   ya  ümumiyyətlə  pis  söz  danışmağa  sövq  edən  səbəblər  araşdırımalıdır. Buna  səbəb  dostlardırmı? Yoxsa, diqqəti  cəlb  etmək  üçün  belə  edir? Bəlkə  bu  şəkildə  daha  güclü  olacağını  düşünür? Yoxsa  sadəcə  olaraq  ona  maraqlı  olduğu  üçün  söyür?…

uşağım söyüş söyürƏgər  səbəbin uşağınızın  dostları olduğunu  düşünürsünüzsə, onun  dostları  ilə əlaqələrini  tamamilə  kəsməyin. Əvəzində  alternativ  “dostlar” təklif  edin və ya  uşağınızın  vaxt  keçirmək  imkanlarını  artıraraq  “mühitini” dəyişdirin. Beləliklə,  uşaq  dostlarını uzun  müddət  görə  bilmədiyi  üçün tədricən  bu  sözləri  unudacaq.

Səbəbin  diqqəti  cəlb  etmək  üçün olduğunu  düşünürsünüzsə,  uşağınız  söyüş  söyərkən  sərt  reaksiya  verməyin. Əks  halda  uşaq  bununla diqqəti  özünə  cəlb  etdiyini düşünəcək  və  söyüşlərinin  sayını  artıracaq. Ən  yaxşısı, məsələni  böyütməyin  və   uşağınız  söyüş  söydükdə  mümkün  qədər  rahat  davranmağa  çalışın. Bununla  yanaşı  uşağınızın  söyüş  söydükdə  mümkün  qədər  rahat  davranmağa  çalışın. Bununla  bərabər  uşağınızın  söyüş  söymədiyi  vaxtları  müəyyənləşdirin  və  bu  vaxtlarda  ona  diqqətinizi  artırın. Hər  dəfə  nəsihət  vermək  əvəzinə  onunla  söyüşə  bağlı  keçmişdə  yaşadığınız  hadisələri  bölüşün. Əgər  uşağınızın  söyüş  söyməsinin  səbəblərini  bilmirsinizsə,  və  ya  müəyyən etdiyiniz  səbəbin  qarşısını  almaqda  çətinlik  çəkirsinizsə, bir  mütəxəssislə  məsləhətləşin.

Hazırladı: Psixoloq Esmira Teymurova

fitret.az

 

Go Back

Uşaqların psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar

Övladınızı olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin.

Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin.  İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun.

“Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən “ sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.

Özünü dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə edərkən uşaqda  özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən  və s. kimi hisslər yaşana bilər.

Övladınıza sevməyi öyrədin. İnsanları, heyvanları, bitkiləri,  təbiəti və s.

Ona olan sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu təmənnasız sevdiyinizi,  sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi bacarmadığında da – hər zaman sevdiyinizi ona hiss etdirin.

Övladınızın etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın. Sizin üçün çox sadə görünən bir məsələ onun üçün olduqca önəmli ola bilər.

Ona inandığınızı hiss etdirin. Sizə yalnız  doğru danışacağına inandığınızı ona bildirin.

Etdiyi səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır.Keçmişdə etdiyi səhvləri təkrar –təkrar xatırlatmağınız yanlışdır.

Dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin.

Övladınızla bağlı qərar verərkən onların da öz  fikirlərini bildirməsinə icazə verin.

Valideyn.az

Go Back

Uşaqlarda Davranış Pozuntusu - Kaprizlər

Hazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir.Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəlinir.

          Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.Klassik davranış pozuntusu aşağıdakı kimi sərgilənir :

1) Uzun müddət davam edən aqressiv davranışlar

2) Yalanlar yaxud hadisənin şişirdilməsi

3) Təcavüzkar davranışlar

4) Uyğunsuz ifadələrin işlədilməsi və.s

5) Altını islatma

6) Dırnaq yemə və barmaq əmmə

7) Əsassız qorxular

8) Masturbasiya(cinsiyyət  orqanını əli ilə oynatma)

9) İştahasızlıq

10) Yuxu problemləri (gec yuxuya getmə,yuxudan qəfil oyanma,yuxuda danışma və.s.)

11) Kaprizlər

12) Aşırı hərəkətlilik

 Yaranma səbəbləri

Davranış pozuntusunun aşağıdakı səbəbləri var :

1)Diqqət çəkmək istəyi –uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımi diqqəti almayan uşaq həmin diqqəti üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və .s.

2)Özünü təsdiqlətmək istəyi—Bəzən valideynlər uşaqlarını ya çox sıxır,çox qadağa qoyur,ya da onları aşırı qoruyur hətta uşağın işini onun yerinə yetirirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiqlətmək istəyi ortaya çıxır. Bunun əsas səbəbi uşaqlarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur. Belə ki, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, ancaq, əslində bu uşaqda davranış pozuntusunu ortaya çıxarır.

3)Valideynlərdən intiqam almaq istəyi – Bu əsasən diktator tipli ailələrdə meydana çıxan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət vermir. Belə halda uşaqda bir növ valideyindən intiqam almaq istəyi formalaşır və onda yuxarıda sadalanan davranışlar ortaya çıxmağa başlayır.

4)Özünü xatırlatma---Bu ən çox mühavizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı həddsiz çox qoruyur. Hətta, onun məsuliyyətinə daxil olan işləri də valideynlər  yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. Belə halda, uşağın şəxsiyyət inkişafı da ləngiyir. Çünki, psixi inkişafın əsası odur ki, şəxsiyyət fəaliyyət zamanı inkişaf edər. Şəxsiyyət tam formalaşmadıqda isə uşaqda özgüvən aşağı olur. Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. Şüuraltı bir növ “Özünü ailəyə xatırlatmağa çalışır.

Belə uşaqlarla necə davranmalı ?

1) Uşağa zaman ayırmaq, onun maraqları və istəkləri ilə maraqlanmaq. Onun xoşladığı tərzdə oyunlar oynamaq (macəra, axtarış və....)

2)Sevgi göstərmək—Uşağa qətiyyən aqressiya göstərmək olmaz. Krizlər zamanı sadəcə onu iqnora salın və bu durum keçdikdən sonra onunla bu hadisə haqqında danışın. Hər bir şey haqqında fikrini soruşun.Seçim haqqını ona verin.

3)Özgüvən vermək—onun yerinə yeitrdiyi hər xırda yaxşı işi belə tərifləyin.Daha da yaxşı davranması üçün cəsarətləndirin.Ona güvədiynizi və Onu təmənnasız sevdiyinizi bildirin.

Əziz valideyinlər bir şeyi heç vaxt unutmayın : uşaq gördüyü davranışı sərgiləyər. Ona görə hər şeydən öncə öz davranış və müraciət formalarınıza diqqət yetirin.

Fəridə Həsənova 

Narınc UPM-nin Pedaqoq-psixoloqu

 

Go Back

Uşaqlarda özgüvən problemləri

Özgüvən nə deməkdir?

Özgüvən bütün insanlar üçün çox önəm kəsb edən duyğudur.Özgüvən  insanın özünə və ətrafındakıların onun üçün verdiyi qiymətdən asılıdır.Özgüvən elə bir duyğudur ki, uşaqlıq dövründən artıq formalaşmağa başlayır.

Uşaqlarda özgüvənin inkişafına nələr təsir edə bilər?

Özgüvənin inkişafında xüsusi ilə uşaqlıq dövrünün ilk 3-4 yaş  arasındakı ana-atanın uşağa təsiri, uşagı necə yetişdirməsi ,uşağın özü haqqında fikirlərinin yaranması da özgüvənin yaranmasında son dərəcə önəmlidir.Daha sonra dostları  və sosial əhatəsindən aldığı reaksiyalarda  önəmli rol oynayır.Uşaq əhatəsindən aldığı reaksiyaların nəticəsində özünə qarşı müsbət və ya mənfi  fikirlər  yaradır.Uşaqlar  bəzən  dostları və sosial əhatesi tərəfindən  müəyyən haqsızlıqlara və bir növ itələnmələrə  məruz qalırlar.Bu zaman  bu cür rəftarla qarşılaşdığı zaman  uşağın verəcəyi reaksiya uşağın daha öncə ailəsi tərəfindən aşılanan güvən duyğusunun yetəri qədər olub olmaması ilə əlaqədardır.(Mötərizdən evvelki cumlə sehf yazılıb – Bu cür rəftarlarla qarşılaşdığı zaman uşağın verəcəyi reaksiya, uşağın daha öncə ailəsi tərəfindən aşılanan güvən duyğusunun yetəri qədər olub olmaması ilə əlaqədardır  ) Yəni ki ,uşaq öz ailəsində  yetəri qədər sevilir və qiymətləndirilirsə  ətrafdan gələn mənfi təsirlərdən çox da təsirlənməyəcək ,təsirlənsə belə bu qisa müddətdə öhdəsindən gələcəkdir.Ama  sevildiyini hiss etməyən,gözlədiyi yaxınlığı və münasibəti görməyən, onu başqa uşaqlarla müqayisə edən bir ailədə olan uşaq daim özünü dəyərsiz hiss edir və özgüvəni əksik böyüyər.Təbii ki belə uşaqlar daim ailəsində,sosial əhatəsində məktəbində hər zaman müxtəlif  problemlərə səbəb olur. Özgüvəni əksik uşaqlar öz duyğularında,qərarlarında və sosial  əhatəsində çətinliklər yaşayırlar.(Özlərini hər zaman ətrafındakı insanlardan daha gücsüz zəif hiss edirlər ki, buda onlarda iradənin, özgüvənin yox olmasına getirib çıxarır.) Bu vəziyyət  daha çox məktəbdə  uşağın həyatının digər istiqamətlərinə təsir edir.Bu zaman uşaq müxtəlif istiqamətdə  reaksiyalar göstərir ki ya hər bir şeyə qapalı olur, ya çəkingən olur,ya da ünsiyyət qurmaqda çətinlik yaşayır  və yaxud aşırı aqressiv  hər bir şeydə problem yaradan davranışlar göstərir.

Yuxarıda dediyimiz kimi  uşaq iki istiqamətdə göstərə bilər öz güvən əksikliyini.

Uşağın özgüvən əksikliyinin göstəriciləri:

Birinci göstəricilərə ana-ataya bağlılıq,utanqac və özünə qapalı,hər hansı sosial əhatəyə girməkdə cətinlik yaşayan,digər yaşıdları ilə ünsiyyət qurmaqda problemlər yaşayan,gec adaptasiya olan,özünü aşagı görən,hər hansı iş tapşırıldıqda o işi bacarmayacagından hər zaman qorxan, daim etrafındakı insanlara özünü təsdiq etmək istəyən və s. hallar daxildir.

İkinci göstəricilərə  aqessiv,əsəbi,ətrafındakılarla heç dil tapmayan,tez- tez  məktəbdən qaçan,məsuliyyət götürməyən,yalan danışan,hər zaman sevilib sevilmədiyini soruşan, hamıdan mütləq kömək istəyən və s.hallar daxildir.

Hər iki göstəricilər önəmlidirlər .Lakin ikinci göstəricilərə sahib uşaqlar ətrafdan diqqət çəkdikləri üçün hər zaman daha  problemli uşaqlar kimi dəyərləndirilir və ailəsi və müəllimləri tərəfindən daim cəzalandırılır. Birinci göstəriciyə malik uşaq isə heç kimi narahat etmediyi üçün bəzən görməzdən gəlinir bu isə daha özgüvənin aşagı düşməsinə səbəb olar.

Özgüvənin tam olması niyə önəmlidir?

Uşağın özünü yaxşı hiss etməsi,işində müveffeqiyətli olması,öz həyatından razı qalması üçün özgüvənə daim ehtiyacı olur.Özgüvənli uşaqlar gələcəyin özgüvənli valideynləri olacaqdır.

Özgüvənli övlad böyütmək üçün ana-ataya məsləhətlər:

1 Evdə hər kəs bir-birinə güvəndiyini hiss etdirməli  belə bir ailədə böyüyən uşaq  hər hansı bir problem yaşadığı zaman çox asandlıqla ailəsi ilə problemini  paylaşar.

2  Uşagınızın həm bacarıqlı olduğu həm bacarıqsız olduğu yönlərini  demək və qəbul etməsini göstərmək.

3 Davranışınız  ilə ona nümunə olun.Uşaqda görmək istədiyiniz  davranışları başqaları ilə göstərməyin.Siz  ona və ya ətrafdakılara necə davranacaqsınızsa uşaqda elə davranacaqdır.

4 Övladlarınıza məsuliyyət verin.Uşağa güvənib  məsuliyyət verilən uşaq özünü hər zaman önəmli hiss edir.

5 Onun hər bir  şeyinə diqqət yetirdiyinizi və dəyərləndirdiyinizi  göstərin.Kiçikdə olsa  uşağın etdiyi gözəl və düzgün davranışlarıını dəyərləndirin.

Ayşən Rza

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

 

 

 

Go Back

Uşaqlarda Autistik Spektr Pozuntuları

 İlk dəfə olaraq  1911 - ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən " autzm termini" elmi ədəbiyyata gətirilib. "Autizm" termini  "autos "(özüm) yunan sözündən əmələ gəlib. Autizm fərdin ictimi ünsiyyətinə, dil inkişafına və xarici dünyadan gələn informasiyaları qəbul etməsinə təsir edən neyro - inkişafı  pozğunluqdur. Autizmin əlamətləri 3 yaşından əvvəl müşahidə edilməyə başlayır.

                Autizmin davranış simptomlarına aşağıdakılar aiddir;

  • Sosial ( sosiallaşma ) problemi - Başqa uşaqların oyunlarına maraq göstərməyə bilər, bacı - qardaşına münasibətdə qəddarlıq nümayiş etdirə bilər, valideynlər onu qucaqda tutduqda, yaxud öpdükdə buna hər yolla mane olmağa çalışır, yatağında uzandığı vaxt kimsə ona əllərini uzadıb onu qucağına almaq istədikdə o da qarşılıqlı olaraq əllərini uzatmır və s.
  • Kommunikativ ( ünsiyyət ) problemi - Ətraf şəraiti hiss etmir, vizual əlaqədən yayınır, böyüklərin əlindən istifadə edir onu yönəldir və s.
  • Qəribə və ya ritual davranış - Əllərini yellətmə bir - birinə çırpma, durduğu yerdə öz ətrafında dönmə, xətt boyunca düzmə, öz - özünü yırğalamaq, işığı yandırıb söndürməyə sonsuz maraq və s.
  • Motorika - Pis koordinasiya, xırda motorika problemləri, fəza qavramanın defisiti, yöndəmsizlik yaxud mükəmməl tarazlıq və s.
  • Sensor yüklənmələr - Saçının qırxılmasına imkan vermir, su prosedurlarından qətiyyətlə imtina edir, musiqi səsinə güclə tab gətirir, əşyaları üzünə çox yaxın tutaraq fırladır, paltar dəyişməyi sevmir və s.
  • Özünə xətər yetirmə - Başını çırpır, özünü dişləyir və bu zaman ağrı əlamətləri göstərmir, öz dərisini qaşıyıb cırmaqlayır, öz saçını yolur və s.

Autistik əlamətləri göstərən digər diaqnozlar:

  1. Pedaqoji baxımsızlıq
  2. Ləngimə + pedaqoji ləngimə
  3. Displaziya (beyin həcminin kiçilməsi )
  4. Uşaq depressiyası
  5. Mutizm 

                Asperger - elmə 1944-cü ildə Avstarliyalı psixiatr Hans Asperger tərəfindən gətirilmişdir. Oğlanlarda daha çox müşahidə olunur. Aspergerli uşaqlar körpəlik illərində sağlam inkişaf edirlər, danışmanın gecikməsi olmur, hərəkətlərinə nəzarət etməkdə çətinlik çəkirlər, müvazinətsizlikləri nəzərə çarpa olur. Emosional sferada pozulma olur. İki sahədə ( riyaziyyat və rəsm ) yaxşı inkişaf edirlər.

                Rett sindiromu - İlk dəfə olaraq 1965-ci ildə Andress Rett tərəfindən araşdırılıb. 1983-cü ildə isə elmə gətirilib. Daha çox qızlarda rast gəlinir. Buna görə də "qız xəstəliyi" adlanır. Müəyyən olunmuşdur ki, xəstəlik X xromosomu üzərində olan MECP2 geninin qüsurlu olmasından irəli gəlir. Danışma qabiliyyətinin və əl bacarıqlarının itkisinə səbəb olur. Tarazlıq pozuntusu və getmədə pozulma başlaya bilər.

                Rett sindrounun klinik gedişində 4 stadiya ayırd olunur. 1) Xəstəlik başlandıqdan sonra təxminən 6 - 8 ay sonra davam edir və "Autistik " stadiya adlanır. Bu dövrdə uşaqda psixi inkişaf dayanır, ətrafdakı oyuncaqlara və insanlara maraq itir. 2) Bu mərhələ təxminən 1 - 4 yaş arası dövrdə rast gəlinir və "Sürətli reqresiya"  dövrü adlanır. Bu uşaqlarda nitq bir qayda olaraq ya inkişaf etmir, ya da zəif inkişaf etmiş olur. Əgər bu dövrdə nitq inkişaf edibsə də, bu mərhələdə nitqin pozulması baş verir. Bundan əlavə yuxu pozğunluğu, autoaqressiya(özünün dişləmə),cırmaqlama , ümumi motor narahatlıq ola bilər. Əldə əşyanı tutma qabiliyyəti itir. Oynaqların rekurvasıyası nəticəsində pilləkəndən enişin çətinləşməsi baş verir. 3) Psevdostasionar stadiyada uşağın vəziyyəti daha da ağırlaşır. Çeynəmə və udma qabiliyyətinin itirilməsi, epileptik hallar müşahidə olunur. Göz təması qorunub saxlanır, adı çəkildikdə reaksiya verir, ana və digər yaxınları ilə yalnız "taktil oyun" şəklində saxlanılır. Bu mərhələ 10 il və daha artıq çəkə bilər. 4) Total əqli gerilik stadiyası - bu dövrdə artıq nitq ilə yanaşı çeynəmə, yerimə və digər həyati vacib bacarıqların tamamilə itirilməsi baş verir. Ölüm bir qada olaraq həyatın 20-25-ci ilində baş verir.

                Dezinteqrativ pozuntu, digər adı ilə desək Heller sindromu 3 yaşından sonra uşaqlarda yaranır. Bunun nəticəsində uşaqların nitqində, motorikasında, sosial həyatında geriləmə baş verir. Niyə yarandığı isə hlə dəqiq bilinmir. Lakin bəzən onun yaranmasında dərman preparatlarının və psixososial hadisənin rolunu göstərirlər.Psixososial hadisələrə isə ayrılıq , ölüm, ailədaxili davalar, yeni bir uşağın doğumu, məktəbə başlamaq, yaşadığı evdən köçmək və s., tibbi səbəblərə isə qızılca, yüksək dərəcəli qızdırma, hepatit və s. aid edilir.

                Heller  sindromu ilk dəfə 1908-ci ildə Avstraliyalı Theodor Heller tərəfində aşkar edilib.  Klinik göstəricilərə əsasən oğlanlar arasında qızlara nisbətən 4-8 dəfə çox yayıldığı göstərilib. Bəzən autizmlə səhv salınır, lakin bunu autizmlə səhv salmaq olmaz. Dezinterqativ pozuntudan əziyyət çəkən uşaq adətən 2 yaşına qədər normal inkişafda olur və hər şey o zamana qədər qaydasında olur. Ancaq 2 yaşından 10 yaşına qədər qazandığı bacarıqlar aşağıdakı sahələrin ən az ikisində tamamilə itir;

  • Oyun bacarıqları
  • Dil öyrənmə bacarığı
  • Dil bacarıqları (danışıq)
  • Tualet ehtiyacını saxlaya bilmək bacarığı
  • Sosial bacarıqlar və özünə baxa bilmək bacarığı

Heller sindromu fərqli formalarda irəliləyir. İnkişaf mərhələləri aşağıdakılardır;

  1. 2  il içərisində nitq, insanlarla əlaqə, oyunlr formalaşır
  2. 3 yaşdan 10 yaşa qədər isə oyun, nitq, davranış, motorika qabiliyyətlərinin böyük hissəsi itirilir
  3. Yaşıdları ilə oynamaq, əlaqə saxlamaq itir
  4. Nitq təmiz itir
  5. Nitqdən sonra motorika da itir

AGAYEVA SEVDA

Narınc  Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Go Back

Uşaqlarda Minimal Beyin Disfunksiyası

Minimal Beyin Disfunksiyası diaqnozu  rast gelinən  uşaqlarda oyanıqlığın artması, emosional qeyri-labillik, zəif nəzərə çarpan sensomotor və nitq pozğunluqları, qavramanın pozğunluğu, diqqətsizlik, davranışdakı çətinliklər, təcrübi vərdişlərin formalaşmasının çatışmazlığı və intellektual fəaliyyətin seçici defisiti əlamətləri ilə müşayiət olunan simptomlar göstərilir.Bu vəziyyətlər mərkəzi sinir sisteminin perinatal zədələnməsi,yarımçıq doğulma,erkən yaşda kəllə-beyin travması və neyroinfeksiya ilə əlaqədar beynin yüngül ocaqlı zədələnməsindən meydana çıxan simptomokomplekslərdir.

Uşaqlarda beynin funksional sisteminin inkişaf tempində ləngimə müşahidə olunur.Ümumi intellektual inkişaf norma və subnorma həddində olur,lakin uşaqların məktəbdə oxuması və sosial adaptasiyasında çətinliklər yaranır.

Bu diaqnozu necə təyin etmək olar:

Uşaqların erkənpsixo-motorinkişafıyaşagörəgeriqalır; gecoturur, gecyeriyir,gecdanışır.

Uşaq çox hərəkətlidir, hövsələsiz, diqqetsiz, tələskən, impulsivdir və ya əksinə, çox sakitdir, az hərəkətli, tez yorulandir.

Belə uşaqlarda qamət pozğunluğu, əyri-pəncəlik, görmə zəyifliyi, başağrıları, kəkələmə, enurez, kiçik motorikanın geriliyi (düymə bağlamaqda, ayaqqabı geyinməkdə,qayçıdan istifadə etməkdə çətinlik çəkirlər) və s. olur.

Minimal beyin disfunksiyası baş beynin erkən,lokal zədələnməsi kimi qiymətləndirilir,həmçinin disontogenezin xüsusi forması olub,ali psixi funksiyaların ayrı-ayrı hissələrinin yaşa görə formalaşmasının ləngiməsi ilə xarakterizə olunur.Nəzərə almaq lazımdır ki,mürəkkəb funksional sistem kimi ali psixi funksiyalar beyin qabığının məhdud bir sahəsində və yaxud izolə olunmuş hüceyrə qrupunda lokalizə oluna bilməz.Əksinə,birgə fəaliyyət göstərən zonanı özündə birləşdirən mürəkkəb bir sistemdir.Ali psixi fəaliyyət tamamilə müxtəlif bəzən beynin bir-birindən uzaq hissələrini əlaqələndirir.

Bir yaşdan üç yaşa qədər tez-tez oyanıqlığın artması,hərəki narahatlıq,yuxu və iştahanın pozğunluğu,çəki artımının ləngiməsi,psixonitq və motor inkişafının ləngiməsi müşahidə olunur.Üç yaşda motor qeyri-dəqiqlik,diqqətsizlik,hərəki hiperaktivlik,impulsivlik,tərslik və neqativizm diqqəti cəlb edir.Bu yaşda uşaqlarda artıq enurez və enkoprezin ilk əlamətləri müşahidə olunur.Tez-tez immunitetin pozğunluğu,tez-tez xəstələnmə,yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri (tonzillit),dəri (ekustativ diatez,neyrodermit) və mədə-bağırsaq pozğunluqları (qastroduodenik,öd yollarının diskineziyası) müşahidə olunur.

Simptomların yaranması uşağın bağçaya getdiyi günə (3 yaşa) və ya məktəb yaşa (6-7 yaşa) təsadüf edir.Bu qanunauyğunluq mərkəzi sinir sisteminin yeni psixi və fiziki gərginliyin artması ilə əlaqədar mərkəzi sinir sisteminin yeni tələbatlara uyğunlaşa bilməməsi ilə əlaqədardır.Minimal beyin disfunksiyasının kritik dövrü uşağın psixi nitq inkişafı dövrünə aiddir.Bu dövr 1-2 yaşı əhatə edir.Bu vaxt beyin qabığının nitq sahəsinin fəallaşması və nitq vərdişinin formalaşması aktivləşir.Əlverişsiz faktorların bu dövrdə təsiri nitq inkişafının ləngiməsinə səbəb olur.İkinci kritik dövr 3 yaşı əhatə edir.Bu dövrdə uşaqda fəal işlədilən söz ehtiyatı artır,frazalı nitq təkmilləşir,diqqət və yaddaş aktiv inkişaf edir.Psixi yükləmənin bu dövrdə artması davranışının tərslik,neqativizm,sözə baxmamaq şəklində pozulmasına həmçinin psixonitq inkişafdan qalmaya və nevrotik pozğunluqlara səbəb olur.Üçüncü kritik dövr 6-7 yaşı əhatə edir.Bu dövr yazılı nitqin inkişafın etdiyi dövrə təsadüf edir.Bu dövrdə uşaqlarda akademik vərdişlərin formalaşmasının pozğunluğu və davranış problemləri meydana çıxır və yüksək tezlikdə travmatizasiyaya səbəb olur.Psixoloji xarakterin çətinliyi vegetativ damar distoniyası şəklində psixosomatik pozğunluqla müşahidə olunur.

Müalicə  nevropatoloq,  psixoloq,  loqoped,  pediatr,  ortoped və s. mütəxəssislərin nəzarəti ilə kompleks şəkildə  aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır.Televizor, kompüter qarşısında minimum vaxt  keçirmək (sutkada 30 dəqiqəyə qədər), üzgüçülük,rəqs,gimnastika ilı məşğul olmaq, uşaqla taktil kantakt yaratmaq (masaj), lazım gəldikdə müvəffəqiyyətlərinə görə  onu tərifləmək müsbət effekt verir.Kompleks yanaşmada pisixoloji-pedaqoji,psixo-terapevtik korreksiyadan Əlavə,medikamentoz müalicə də  mühüm yer tutur.Simptomatik müalicədə  nootroplar; beyin-qan dövranını yaxşılaşdıran,sakitləşdirən  vasitələrdən istifadə olunur.

 

  Mazanova  Əminə

Narınc Uşaq Psxiologiya Mərkəzinin psixo-pedaqoqu

 

 

Go Back

Uşaqlarda fonematik eşitmə zəifliyi

  Fonematik eşitmə düzgün eşitmək və səsləri düzgün başa düşmək imkanıdır.Fonematik eşitmə sayəsində uşaqlar səsləri tanıya və seçə bilirlər. Fonematik eşitmə səsləri düzgün tələffüz etmək üçün çox vacibdir. Fonematik eşitmə lazımi qədər inkişaf etməyibsə hər hansı bir səsi tələffüz etmək çətinləşir.

  Fonematik qavramanın çatışmamazlığı ona gətirib çıxarır ki, uşaq eşitmə ilə səslənməsinə görə və ya artikulyasiyasına görə oxşar səsləri qavramır ( konferensiallaşdıra bilmir ). Uşağın lüğət ehtiyatı tərkibində çətin fərqləndirilən səslərdən ibarət səslərlə zənginləşir.

  Məlumdur ki,fonematik qavramanın çatışmamazlığı qrammatik quruluşa yiyələnməni də çətinləşdirir. Belə ki, fonematik qavramanın qüsuru bir çox sonların, köməkçi sözlərin başa düşülməsinin qeyri - mümkün etdiyindən uşaq cümlənin qurulmasında əziyyət çəkir. Beləliklə də, yuxarda göstərilən səbəb nəticəsində burada bütöv bir qüsurlar zənciri meydana gəlir. Onun dilində fonetiko - fonematik və leksiko - qrammatik qüsurları özünü göstərir. Başqa sözlə desək, mürəkkəb dislaliya nəticəsində fonematik qavrama pozğunluğu yaranır ki, bu da nitqin ümumi inkişafsızlığına gətirib çıxara bilir.

  Məktəbəqədər yaş dövründə uşaqlar arasında nitq səslərinin qüsurlu tələffüzü çox geniş yayılmış defektdir. Bu qurup uşaqlarda ayrı - ayrı səslərin və ya səs quruplarının təlləffüz pozuntusu müşahidə edilir.

  Belə uşaqların nitqinin ətraflı müayinəsi zamanı məlum olur ki, nitqin elementləri tam formalaşmamışdır : səs tələffüzü, ritmik - heca quruluşu, fonemlərin qavranması. Xaraktercə, bu cür əyintilər oxu və yazı vərdişlərinin mənimsədilməsi üçün zərərli faktorlardır.

  Fonetik - fonematik inkişafdan qalma qavramanın və fonemlərin defekt tələffüzü ilə bağlı müxtəlif cür nitq pozğuntusu olan uşaqlarda ana dilinin tələffüz sisteminin formalaşması prosesinin pozulmasıdır.

   Bu defekti xarakterizə edən əsas əlamətlər ; bir cüt və ya bir qurup səslərin differensiallaşmamış tələffüzü; bir səsin başqa səslə əvəz olunması. Sadə artikulyasiyalı səs mürəkkəb artikulyasiyalı səslə əvəz olunması bu nitqin erkən dövrü üçün xarakterik hal sayılır; səslərin qarışması bu hal bir sıra səslərin müxtəlif sözlərdə dəyişkən istifadə eilməsi ilə xarakterizə olunur.

  Nitqin səs tərəfinin bu cür pozulmaları valideynlərdən və tərbiyəçilərdən diqqətli olmağı tələb edir və fonematik qavramanın inkişafdan qalmasını göstərir.

  Fonetik - fonematik inkişafdan qalması olan uşaqları vaxtında aşkar etdikdə və onlarla xüsusi təşkil edilmiş loqopedik iş aparıldıqda nitq defektini aradan qaldırmaqla yanaşı onların məktəb təliminə tam hazırlığıda yerinə yetirilir.

 

Aygül Abbasova

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq loqopedi

Go Back

Artikulyasiya aparatının tələffüzdə rolu

Uşaqlarda düzgün və rəvan nitq formalaşdırmaq, onlarda mövcud nitq çatışmazlıqlarını aradan qaldırmaq üçün onun normal anatomik-fizioloji aparatı haqqında biliklər olmalıdır. Nitq aparatı bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik (icraedici) hissədən ibarətdir.

Mərkəzi nitq aparatı baş beyində yerləşir və o, baş beyin qabığından (daha çox sol yarımkürə), qabıqaltı düyünlərdən, ötürücü yollardan, beyin kökünün ( uzunsov beynin) nüvəsindən və tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.

Periferik nitq aparatı 3 şöbədən ibarətdir eşitmə, tənəffüs (ağciyər, diafraqma, döş qəfəsi, qarının nəfəsalma əzələləri), səs və artikulyasiya.

Baş beynin idarəedici təsiri nəticəsində bir-biri ilə qarşılıqlı qırılmaz əlaqədə olan nitq orqanları, öz daxilində hər birinin ayrıca rolu olan mürəkkəb funksional sistemi xatırladır. Onlardan birinin qüsuru, mütləq o birinin fəaliyyətinə də öz təsirini göstərir.

Artikulyasiya aparatında aşağıdakı qüsurlar ola bilər.

  1. USİ (Uşaq serebral iflici) nəticəsində nitq orqanlarının iflici;
  2. “Qurdağız” (yumşaq və srt damağın yarığı);
  3. “Dovşandodaq” (üst dodağın yarığı);
  4. Progeniya- alt çənə üst çənədən qabağa çıxır;
  5. Proqnatiya- üst çənə alt çənədən qabağa çıxır;
  6. Açıq dişləm;
  7. Yan dişləmlər;
  8. Dodaqların həddindən artıq böyük olması;
  9. Dilin böyük olması;
  10. Dilaltı qədəhin qısa olması və s.

Bu problemlərin gələcəkdə daha da ağırlaşmaması üçün onları mümkün qədər tez aradan qaldırmaq lazımdır. Artikulyasiya aparatının gimnastikası üçün keçirilən məşğələlər nitq qüsurlarının aradan qaldırılmasının ayrılmaz bir hissəsi olmalıdır. Bu hərəkətlər artikulyasiya orqanlarını möhkəmləndirir və onu səs tələffüzünə hazırlayır. Hər bir nitq qusuru üçün uyğun hərəkətlər seçilməlidir.

 

Firuzə Sadıqzadə

Narınc Uşaq Psxiologiya Mərkəzinin defektoloq-loqopedi

Go Back

UŞAĞIN SOSİAL İNKİŞAFI -Valideynlər üçün

 

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir.  Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.   

0-2 yaşda sosial bacarıqların inkişafı . 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər   onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.

2-6 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar bu yaş dövründə bacardığı hər şeylə qürur duyur. Mən mərkəzçiliyi dövrüdür. Uşaq özünü dünyanın mərkəzində görür. Bu zaman intervalında ana-atası uşağa tualet vərdişləri ilə bağlı cəzalandırma və utandırıcı hərəkət edərsə, uşaqda qorxu və utancaqlıq yarana bilər. 3-4 yaşındakı uşaqlar adını və cinsiyyətini deyə bilir. Telefonda tanıdığı adamlarla danışır. 4 yaşında uşaq böyüklərdən çox öz dostları ilə maraqlanır, paylaşmağa başlayır. Oyun oynayarkən qaydaları başa düşür və tətbiq edir. 5 yaşında qrup oyunları oynamağı sevirlər, öz duyğularını və istəklərini kontrol edə bilirlər. 5-6 yaşda uşaqlarda dostluq, simpatiya, rəqabət, davalar görülür. Empatik anlayışlar inkişaf etməyə başlayır.

2-6 yaş dövründə uşağa müəyyən qədər sərbəstlik vermək lazımdır. Məsələn: Uşaq meyvəni yumaq istəyirsə, ona “sən bunu pis yuyarsan, ver mən yuyum” yox, “sən almanı özün yuya bilərsən, əminəm ki, təmiz yuyacaqsan” demək daha düzgündür.  Uşağın bir neçə işdə uğurlu olacağı mühit yaradılmalıdır. Əvvəlcə uşağa rahat, daha sonra çətinliklə edə biləcəyi işlər verilməlidir. Məşğul olduğu işdə səhv etdikdə anlayışlı olmaq, etdiyi səhvi özünün tapması lazım olduğunu demək lazımdır.

6-12 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvəni artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir.   Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir. Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər.

Sosial inkişafa uyğun fəaliyyətlər. Aşağıda uşağın sosial inkişafına müsbət təsir edən fəaliyyətlər verilmişdir:

Blok oyunları: Müxtəlif həndəsi formalı, hissələrdən bütöv yaradılan materialların istifadəsiylə oynanan oyunlara blok oyunları deyilir. Bloklar uşaqların böyük və kiçik  motorikasını inkişaf etdirən, düşünərək səbəb-nəticə əlaqəsini quraraq, sual verərək, yoxlayaraq öyrənməsini təmin edən oyunlardır. Uşaqlar blok oyunlarını əsasən digər uşaqlarla oynamağı seçirlər, paylaşmağı, nəzakətli olmağı , növbə ilə oynamağı öyrənirlər.

Sosial inkişafda dram: Dram ifadəni, davranışı, fikri və ya yaşantıları teatr texnikalarından istifadə etməklə canlandırmaqdır. Dramatik oyun, hər kəsin bir vəzifəyə sahib olduğu qrup fəaliyyətidir. Dramatik oyun zamanı fərqli fikir və ifadələr deyilə bilər. Hər kəs müəyyən fikirlərinə görə hörmət qazanmaq şansına malikdir. Dramatik oyun zamanı uşaq oynadığı roldakı şəxsin hiss etdiyi kimi oynamaq və danışmaq üçün cəsarətləndirilməlidir.

Musiqi və sosial inkişaf: Musiqi kəlimələrin ifadə edə bilmədiyi duyğuları ortaya çıxardır. Uşaq musiqi söyləyərkən səsini istifadə etməyi, nəzarət etməyi öyrənir. Musiqili tədbirlərdə uşaqların iştirak etməsi onların ictimai tədbirlərdə təcrübəsini artırır.

Sosial inkişafda hərəkət və yaradıcı rəqs: Uşağın  problem həll etməsi və özünü ifadə etməsi üçün yeni kəşflər etməsinə kömək üçün yaradıcı rəqsdən yararlanırlar. Uşağa məktəbəqədər yaş dövründə sistemli hərəkətlər ona sağlamlıqla əlaqəli vərdişləri , nizamlı olmağı, iradəli olmağı qazandırır. 

 

Şahmuradova Aynur

Nrınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu

 

 

   

Go Back

Uşaqlara gecələr tualet təlimi: bezdən necə imtina etməli? - Analara TÖVSİYƏ

 

Əgər gündüzlər övladınızı ayaqyoluna getməyi öyrətmisinizsə, artıq gecələr də ona yerini islatmadan tualetə getməyi öyrətmənin zamanı gəlib. Bu kifayət qədər səbr tələb edən işin öhdəsindən gəlmək üçün Aile.lent.az valideyn.az-a istinadən sizə aşağıdakıları tövsiyə edir:

 

- Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır? Bunun ən düzgün vaxtını siz hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər gecədən sonra quru qalırsa, onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya bilərsiniz.

 

- Yatmadan öncə uşağı oyadıb tualetə aparmaq. Düzdür bir çox mütəxəssislər hesab edirlər ki, uşaqlar yuxudan tam oyanmırlarsa, onlar nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu, uşaqlarda yuxudan durub tualetə getmək vərdişi yaradır. Əgər uşağınızdan sonra yatırsınızsa, özünüz yatmadan öncə onu oyadın və tualetə aparın.

Döşəyi qoruyan plastik qoruyucu və ya döşəyin gecə islanmasının qarşısını alan digər vasitələr əldə edin. Azərbaycanda çox az satılsa da, daha baha başa gələn birdəfəlik döşəklərdən də istifadə edə bilərsiniz. Bu, gecənin bir aləmi döşək dərdi çəkməkdən sizi azad edəcək.

 

- Yuxudan əvvəl maye qəbulunu azaldın. Uşaq yuxuya getməmişdən bir neçə saat əvvəl maye qəbuluna nəzarət edin. Susuzluğu olarsa, 1-2 qurtum su verin. Çox maye qəbul etmək gecə uşağın yerini islatma ehtimalını artırır.

 

- Yatağın yanına güvəc qoyun və əmin olun ki, həmin yerə gecə lampasının işığı düşür. Uşaq oyanıb tualetə getmək istəsə, bir də bu işi böyük həngaməyə çevirməmək üçün əvvəlcədən hazır olun.

 

- Səbrli olun. Uşaqların gecə yerini islatmaması zaman tələb edir. Ola bilər ki, 5-6 ardıcıl uğurlu gecədən sonra yenə də “uğursuzluqla” üzləşəsiniz. Amma səbrli olub təlimə davam edin.

 

- Quru gecələrə görə övladınızı tərifləyin və həvəsləndirin. Məsələn, hər “uğurlu” gecəyə görə bir kiçik hədiyyə edin. Amma uğursuzluğa görə də həddindən artıq məyus olmayın.

aile.lent.az

Go Back

YENİYETMƏLİK DÖVRÜNDƏ RAST GƏLİNƏN İNTİHAR CƏHDLƏRİ - elmi yanaşma

İntihar, müxtəlif istiqamətlərdə uzun illərdi ki, üzərində araşdırmalar aparılan çox vacib məqam olmaqla yanaşı son 25-36 il ərzində xüsusilə yeniyetməlik dövründə intihar cəhdlərinin artması problemin miqyasını daha artırmış və bu sahədə tədqiqat işlərinin, profilaktik tədbirlərinin artmasına səbəb olmuşdur. İntihar, ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir. Jobes, Berman və Josselsan (1987) intiharda iki əsas mərhələni qeyd etmişdir. Birincisi, intiharın insanın özünə zərər verəcək şəkildə reallaşması, ikincisi isə intihar davranışının altında şəxsin ölüm istəyinin olmasıdır. Həmçinin intiharla bağlı düşüncələrlə intiharla bağlı davranışları mütləq şəkildə fərqləndirmək lazımdır. İntiharla bağlı düşüncə ölümlə bağlı fikirləri, intihar cəhdi ilə bağlı məqamları, spesifik planları, intihar üsulunu və intihar düşüncələrinin reallaşdırılmasını ehtiva edir. İntihar davranışı isə intihar cəhdini (ölümlə nəticələnməyən intihar davranışı) və ya intiharın tamamlanması yəni ölümlə nəticələnməsini əhatə edir.

İntiharın dinamikasını nəzarətdə saxlamaq üçün 7 intihar tipi fərqləndirilir:

1.Psixoz və ya şəxsiyyətin formalaşmaması – özünü öldürməklə bağlı audial (eşitmə) hallüsinasiyaları olur.

2.Özünə yönəlik cinayət (homosid) – bu cür intiharlar da başqa insana qarşı aqressiyadan qaynaqlanır. Bəzi səbəblərdən dolayı bu qəzəb kənara əks olunmur və insan bu hissi özünə yönəldir. Simvolik şəkildə qarşısındakı insanı oldürəcəyini düşünür.

3. Real və ya xəyali tərk oldunduğu üçün intiqam alma – imtina olunmaq və ya tərk edilməklə ətrafındakı insanları qorxudan yeniyetmə, intiharı güc simvolu olaraq istifadə edir.

4.Şantaj və ya öz mənfəətini üstün tutma – bu tip intiharda, yeniyetmə intiharı qorxutma vasitəsi olaraq istifadə edir. “Əgər mənə yaxşı davranmasan, sonra peşman olacaqsan”. İntiharın tez-tez səsləndirildiyi ailələrdə bu və öncə qeyd olunan intihar növü mütəmadi qarşılaşılan üsullardır.

5.Sevilən və ya itirilən obyektlərə yenidən qovuşma – vəfat edən valideyn\nənə-baba ilə yenidən birlikdə olmaq üçün vasitə kimi qəbul olunur.

6. Bağışlanmaz günahların kompensasiyası – günahkarlıq və neqativ duyğulardan xilas olmağın yeganə yolu olaraq intihar edilir.

7. Kömək üçün ağlamaq (Crying for help) – problemin əsas səbəbindən asılı olmayaraq yeniyetmə narahatlığı olduğunun fərqindədir və bu problemi aradan qaldırmaq üçün intihara üstünlük verir.

İntihar edərkən istifadə olunan üsullar

İntihar cəhdi edən insanlar üzərində aparılan tədqiqatların 70%-də hədsiz dozada dərman istifadə edərkən, intihar edənlərin 63%-nin silaha üstünlük verdiyi aşkar olunmuşdur. Özünü zəhərləmə, asma, kəsmə, yandırma, maşının önünə atma yeniyetməlik dövründə tez-tez rastlanılan üsullar arasındadır. Digər araşdırmaya əsasən qeyd olunmuşdur ki, yeniyetmələrin böyük bir qismi hündür yerdən atlama ilə intihar edir.

Yeniyetmə intiharlarında risk faktorları

Risk faktorlarını müəyyənləşdirmək intiharın qarşısının alınması üçün əhəmiyyətli faktorlardan ilkidir. Daha əvvəl intihar cəhdinin olması yeniyetmə intiharlarında vacib risk faktorları arasında hesab olunur. Lakin tamamlanmış intiharı olan yeniyetmələrin sadəcə 10-40%-i əvvəlcə intihar cəhdinin olması digər risk faktorlarını da dəyərləndirməyi təklif edir. Digər risk faktorları arasında psixopatoloji, ailə, bioloji və situativ faktorlar xüsusi əhəmiyyət daşıyır.

Psixopatoloji risk faktorları

İntihar edən yeniyetmələr üzərində aparılan psixoloji autopsiya işlərinin nəticəsində psixiatrik pozuntuların intihar davranışının dinamikasında yer alan ən əhəmiyyətli faktor olduğu aşkarlanmışdır. Bu psixiatrik pozuntular arasında depressiv pozuntular və maddə istifadəsi ilk sıralarda yer alır. Tədqiqatçılar, intiharların 90%-nin asılılıq və mental pozuntularla əlaqəli olduğunu düşünürlər. Yeniyetməlik dövründə intiharla bağlı qarşılaşılan digər psixiatrik pozuntular arasında affektiv xəstəlikləri, ünsiyyət pozuntusunu və borderline şəxsiyyət pozuntusunu qeyd etmək mümkündür. Şizofreniya, yetkin intiharları üçün vacib risk faktoru olduğuna rəğmən bütün yeniyetmə intiharlarının kiçik bir qismində bu pozuntuya rastlanılır.

Ailə ilə bağlı faktorlar

Ailənin intiharla bağlı keçmişi, ailədəki medikal və psixiatrik narahatlıqlar da intihar riskini artırır. İqtisadi sıxıntı, ailədaxili konfliktlər və itkilər, valideynlərin ayrı yaşaması, yenidən evlənməsi, ailə üzvlərindən birinin əvvəllər intihar cəhdi etməsi, ailə üzvlərində depressiya və maddə istifadəsi risk faktorları arasında qeyd olunur. İntihara təşəbbüs edən yeniyetmələr ailələrini laqeyd. imtina edən və dəstək olmayan fərdlər kimi dəyərləndirirlər. Digər faktor isə intihar cəhdi olan yeniyetmələrin daha çox ruhi problemi və alkoqolizmdən əziyyət çəkən şəxslərin ailəsində böyüdüyünü qeyd edir. Göstərilən məqamların hər biri ailələr üzərində uzun müddətli tədqiqatlar əsasında müəyyənləşdirilmişdir.

Bioloji faktorlar

Neyrokimyəvi sahədə aparılan bəzi tədqiqatlar serotonin hormonunda funksional pozuntunun olduğunu qeyd etməklə yanaşı intiharla arasındakı münasibəti tam olaraq açıqlamışdır. Serotoninin azalmasıyla intihar davranışının artdığı müşahidə edilmişdir. Tədqiqatçıların böyük qismi oxşar şəkildə xüsusilə intihar cəhdi edən yeniyetmələrin serotonin səviyyələrinin aşağı olmasının növbəti intiharın tamamlanması baxımından vacib faktor olduğunu qeyd edir.

Situativ risk faktorları

Risk faktorları vəhdət şəkildə olduqda intihara meyillilik daha yüksək olur. Yeniyetməlik dövründəki intiharların 40%-də imtina olunma, istənilməyən hamiləlik, məktəbdə uğursuzluq, dalaşmaq, sevgilisindən ayrılma ailə bağlı risk faktoru kimi rol oynayır. Yeniyetməlik dövründə vacib stress faktorları arasında travmatik yaşantılar, itkilər, iqtisadi problemlər, sosial dəstək sistemlərinin qeyri-kafi olması və tabu krizləri də sayılır. Shaffer (1974) intihar cəhdi edən 15 yaşından aşağı uşaqlarda bu davranışdan əvvəl məktəbə getməmə və ya bənzər fenomenlərin olduğunu qeyd etmişdir. Bilavasitə məktəbə getməməklə sosial izolyasiya olur və intihar davranışı törətməyə meyillilik daha da yüksək səviyyədə müşahidə olunur. İntihar cəhdinə səbəb kimi koqnitiv faktorlar və yetkin intiharlarında olduğu kimi burada da ümidsizlik və intihar arasında əlaqə olduğunu qeyd etmək mümkündür.

Bütün qeyd olunanlarla yanaşı intiharla bağlı yanlış düşüncələr var ki, bunlardan 15-ni qeyd edə bilərik:

1.Yeniyetmə intiharları azalır - 1950-ci ildən etibarən yeniyetmələr üzrə intihar cəhdləri 3 qat artmışdır.

2.Yeniyetmələrin digərlərini qətlə yetirmələri intihar etmələrindən daha çox yayılıb.

3.Yeniyetmələr heç bir işarə olmadan intihar edirlər - intihar edən hər 10 yeniyetmədən 9-u intihar etməzdən əvvəl müəyyən işarələr verir. Xəbərdarlıq siqnalları arasında depressiv vəziyyət, maddə istifadəsi, zövq aldıqlarına qarşı laqeydlik, diqqət defisiti, izoliyasiya, daxilə qapanma, ölüm düşüncəsi, yuxu problemləri və verbal işarələr (kaş ölsəydim…), qeydlər yazma və əşyalarını başqalarına vermə xüsusi yer tutur.

4.İntihar haqqında danışan yeniyetmələr intihar cəhdi etməz və tamamlanmış intihar olmaz -ən vacib xəbərdarlıq siqnallarından biri insanın davamlı ölüm haqqında danışmasıdır. Yeniyetmənin intiharla bağlı qorxutmaları birmənalı şəkildə ciddi qarşılanmalı və yardım üsulları axtarılmalıdır.

5.İntihar cəhdi olan yeniyetmələrin əksəriyyəti həqiqətən ölmək istəyirlər - yeniyetmələrin böyük bir qismi psixoloji əzablarından qurtulmaq üçün ölümlə yaşamaq arasında tərəddüd yaşayırlar. Bu cür ambivalent duyğular haqqında danışmaq  intihar cəhdini 80% azaldır.

6.Yeniyetmələrlə intihar haqqında danışmaq və ya onlara təlim vermək, intihar riskini artırır -məktəbdə oxuyan yeniyetmələrin 3/4-nün intiharla bağlı məlumatları olsaydı dostlarına yardım edəcək ilk insan olardılar. Təlim proqramları yeniyetmələri risk altındakı dostlarını tanımalarına kömək etməklə yanaşı lazım olduqda yardım almalarını da asanlaşdırar.

7.Yeniyetmələrin intihar düşüncəsi olan insanla əlaqəsi yoxdur - Amerikada orta məktəbdə oxuyan 400 şagird üzərində aparılan tədqiqatda şagirdlərin təxminən yarısının intihar cəhdi olan dostundan xəbərdar olduğu aşkarlanmışdır.

8.Qız və oğlan yeniyetmələrin intihar davranışında heç bir fərq yoxdur - Qız yeniyetmələr intihar haqqında daha çox düşünərkən və daha çox intihar cəhdi edərkən oğlan yeniyetmələrdə tamamlanmış intihar faizi qızlara nisbətdə daha çoxdur.

9.Qızlarda tamamlanmış intiharların faiz göstəricisi aşağı olduğundan qızların intihar cəhdi ciddi qarşılanmamalıdır - tamamlanmış intiharlarda ən vacib göstəricilərdən biri əvvəlki intihar cəhdidir. Bunun üçün cinsiyyət ayrıseçkiliyi edilmədən bütün intihar cəhdləri ciddi qarşılanmalıdır.

10.Tamamlanmış intiharlarda ən geniş üsul hədsiz dozada dərman qəbul etməsidir - 1994-cü ildə intihar edənlərin 67%-i silahdan istifadə edib. Silah əldə etmənin qarşısının alınması 15-24 yaş arası yeniyetmələrdə intihar səviyyəsinin əhəmiyyətli sayda enməsinə səbəb olmuşdur.

11.İntihar davranışıyla maraqlanan bütün yeniyetmələr mental baxımdan xəstədirlər -yeniyetmələrin çox böyük qismi həyatlarında ən az bir dəfə intihar haqqında düşünüblər. İntihar cəhdi olan və ya intihar edən yeniyetmələrin əksəriyyətində psixotik pozuntu yoxdur. Yeniyetmələrlə bağlı aparılan psixoloji autopsiya işlərində ölüm anında rasional və məntiqli olduqları göstərilmişdir.

12.Əgər bir yeniyetmə ölmək istəyirsə heç bir şey ona mane ola bilməz - xəbərdarlıq siqnallarını müəyyənləşdirmək və təhlükə anında yardım etmək öldüqca vacibdir. Məktəbdə çalışan mütəxəssislərin bu risk faktorlarını və kriz anında necə reaksiya verəcəyini bilməsi mütləqdir.

13.İntihar davranışı genetikdir - intiharla bağlı spesifik gen qeyd olunmur.

14.Sadəcə iqtisadi baxımdan aşağı səviyyəli ailələrdə böyüyən yeniyetmələr intihar edir - hər növ sosio-iqtisadi səviyyədə intihar davranışı müşahidə olunur.

15.Sadəcə psixoloq və ya psixiatr yeniyetməyə yardım edə bilər - intiharı düşünən yeniyetmələrin böyük bir qismi bu düşüncə olduğu təqdirdə mütəxəssisə müraciət etmək əvəzinə ilk növbədə yaxınlarına müraciət edirlər.

Nəticə

Son dönəmlərdə intihar cəhdlərinin artması səbəbiylə geniş miqyaslı tədbirlər görmək, maarifləndirmə işləri aparmaq mütləqdir. Ciddi şəkildə yanaşılaraq ilk öncə məktəblərdə, valideynlər və uşaqlar arasında bununla bağlı təlimlər keçirilməli və təhlükə anında mütləq şəkildə psixoloqa müraciət edilməlidir. Bu hal zaman keçdikcə intihar düşüncələrinin və davranışının əhəmiyyətli səviyyədə azalmasına gətirib çıxarar.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri,psixoloq Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Nərmin Quliyeva

pcc.az

Go Back

Diqqət əksikliyi və hiperaktivlik

     

Dövrün əsas problemlərindən sayılan “dəcəl uşaq”,”sözə baxmayan uşaq”anlayışı əslində Psixologiyada xüsusi bir diaqnoz olaraq taninir.Belə ki, ”uşağım hər şeyi dağıdır,sındırır”,”sözümə baxmır”,”dərslərini oxumur”,”yaddaşı zəifdir”kimi şikayətlər heç də uşağın “tərbiyəsiz”olmasından irəli gəlmir.Psixologiyada bu tip davranışlar əsasən hiperaktivlik kimi tanınır.

     Hiperaktivlik-şəxsin həddindən artıq fəallığı,davranışlarına nəzarət edə bilməməsi ve uzun müddet diqqətini toplaya bilməməsi ilə bağlı bir durumu əks etdirir.Hiperaktivlik genetik faktordur,əsasən ata xəttiylə keçir,ancaq ana xəttiylə keçdiyi hallar da olur.Bununla bərabər problemli doğuş,ana və ya uşağın infeksiyalara yoluxması uşağın həyatının ilk ilində onun həssas sinir sisteminə təsir göstərir və nəticədə minimal beyin disfunksiyasının(hiperaktiv uşaq   sindromunun)formalaşmasına gətirib çıxarır.Alimlər isə beyində davranışa nəzarət etməyə yardım göstərən “neyroötürücülər”adlanan kimyəvi maddələrin çatışmadığını iddia edirlər.

    Hiperaktivliyin 3 əsas əlaməti var:

I.       Çoxhərəkətlilik

II.      Impulsivlik

III.     Diqqət əksikliyi

Çoxhərəkətlilik-həddindən artıq hərəkətlidirlər,bir yerdə dayana bilmirlər,ev içində qaçırlar,harasa dırmaşırlar.Sakitlik istəyən fəaliyyətləri sevmirlər..Bir sözlə,hiperaktiv uşaqlarda zaman və məkan fərqi olmur,onlar hər zaman ,hər yerdə aktivdirlər.

İmpulsivlik-hisslərini gizlədə bilmirlər,öz hərəkətləri barədə düşünmür,”mənfi”və “müsbət”cəhətləri müqayisə etmirlər.Düşünmədən hərəkət edirler ki,bu da bir sıra təhlükələrə yol aça bilər.Belə ki,çox hündür olan bir ağaca çıxa bilər,ətrafa baxmadan yolu keçərlər və s.Tələskəndirlər,digərlərinin sözünü kəsər,hər şeyə qarışar,sıra gözləməyi sevməzlər.

Diqqət əksikliyi-diqqəti bir nöqtəyə toplaya bilmirlər,dərsləri etməkdə çətinlik çəkirlər,fikirləri asanlıqla yayınır,əşyalarını tez-tez itirirlər.Qarşısındakını dinləməmə,mövzudan yayınma kimi hallar baş verir.İşləri plansız olur.

Hiperaktivliyin 3 ağırlıq dərəcəsi var:

      1-ci dərəcə hiperaktivliyin yalniz bir əlaməti olur,yəni uşaqda ya coxhərəkətlilik,ya impulsivlik,ya da diqqət əksikliyi olur.

      2-ci dərəcə hiperaktivliyin ya 2 əlaməti olur və ya 3 əlaməti olur,ancaq bu əlamətlər beyinə ləngimə vermir.

      3-cu dərəcə hiperaktivliyin hər 3 əlaməti və paralel olaraq beyin ləngiməsi olur.

Əgər sadalanan əlamətlərdən biri və ya bir neçəsini övladınızda müşahidə etmişsinizsə yaxşı olar ki,mütəxəssisə müraciət edəsiniz.Valideynlər belə uşaqlarla son dərəcə səbrli davranmali,onlarin güclü cəhətləri  və istedadları barədə söz açmali,yaxşı bir iş gördükdə tərifləməlidirlər.Uşağınıza sadəcə nəyi etməməli olduğunu deyil,nəyi etməli olduğunu da söyləyin.Hiperaktiv uşağın daima mənəvi dəstəyə ehtiyacı olur,o da digər uşaqlar kimi uğur qazanmaq istəyir.Lakin bu onda həmişə alınmır.Buna görə də valideynlər belə uşaqların yalnız özlərinə maraqlı və həvəsləri olan işlərlə məşğul olacaqlarını bilməlidirlər.

   Və son olaraq,istənilən halda uşaqlarımızı digər uşaqlarla müqayisə etməyək,aralarında fərq qoymayaq,nəzərə alaq ki,hər uşaq bir dahidir…

 

Gülnar Yusifova

 

Go Back

MƏKTƏB FOBİYASININ UŞAQLARA TƏSİRİ

         Uşaqlarımızın həyatında bu və ya digər səbəblərdən fobiyalar ola bilər. Qaranlıq fobiyası, tək qalmaq fobiyası, valideynlərini itirmək fobiyası və s. Bəzən biz fobiyaları asanlıqla aşa bilərik, amma bəzən fobiyaları aşmaq üçün müəyyən zaman, müddət tələb olunur.

         Hər bir valideynin uşağına olan arzuları vardır. Bunlardan biri də məktəbə daxil olub, təhsilini müvəffəqiyyətlə başa vura bilməsidir.

         Sentyabr qabağı hazırlıqlar başlanır. Valideynlər uşaqlarının dərsə başlaması üçün bütün hazırlıqları görür. Müşahidələr göstərir ki, uşaqlar məktəb həyatının ilk mərhələsində uşaq məktəbdən daxilən uzaqlaşmağa meyl edir. Məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə sosial-psixoloji cəhətdən məktəbə hazır olmalıdır. Hazır olmadıqda bu onlarda gərginlik yaradır. İlk növbədə dərsə getmək istəməyəcək, məktəbi qorxulu bir yer kimi yadında saxlayacaq. Valideynlər bunu adi bir uşaq nazı kimi qəbul etsələr belə, əslində heç də belə deyil. Çünki bu onlar üçün heç də asan olmur. Məktəbə başlamaq, erkən qalxmaq, evdən uzaqlaşmaq və s. kimi bir çox şeylərdən uzaq olurlar. Əgər əvvəllər həyatının mərkəzində sadəcə oyun oynamaq idisə, indi isə onlara müəyyən məsuliyyətlər verilib. Ayrıca müəyyən müddət partanın arxasında əyləşmək, müəllimənin dediklərinə qulaq asmaq onun üçün çətin olur. Bu bizlərdə də belədir. Bizlərdə yeni bir kollektivə girdikdə, biz ilk əvvəllər həmin kollektivə tez bir zamanda adaptasiya olunmaq istəyirik. Əgər bu bizə  bir qat ağırdısa, bu onlar üçün on qat çətin olur. Ona görə də bu fobiyanı adi şəkildə qarşılamamalıyıq. Onların yanında olmalıyıq. Onlar üçün bu yükü yüngülləşdirməliyik.

         Bu dövrdə uşaqlar bir neçə işin öhdəsindən gəlməlidirlər:

1. İlk növbədə yeni kollektiv görür, yeni insanlar tanıyır;

         Təbii ki, onlara öyrəşməsi, yeni kollektivə adaptasiya olunması müəyyən zaman alır.

2. Yeni müəllimlər tanıyır, onlara öyrəşməli olur;

         Çox zaman uşaqlar məktəbəqədər yaşı dövründə olduqları kollektivi, müəllimlərini unutmur. Bu da yeni kollektivə öyrəşməkdə maneçilik yaradır;

3. Ən əsası bu dövrdə onlar oyun fəaliyyətindən çox təlimlə məşğul olur. Bu onlara cansıxıcı gəlir;

4. Səhər tezdən durur, tez yatmalı olur, hər gün onlara söylənilən "tez yat, yoxsa səhər məktəbə gecikərsən", "dərsə gecikmək olmaz" kimi ifadələr onlarda gərginlik yaradır.                          Əslində məktəbi başqa cür danışsaq, sevilməyən tərəflərindən çox sevilən tərəflərini danışsaq, onlara qazandığı yeni dostlarla birlikdə vaxt keçirdə biləcəklərini, dərsləri ilə yanaşı oyun da oynaya biləcəyini, yeni bilgilər ala biləcəyini, birlikdə hər şeyin üstəsindən gələ biləcəyini öyrədə bilməliyik.  Məktəb sözünün özü belə bəzən uşaqlarda qorxu yaradır. Onlar elə hesab edirlər ki, məktəb başladığı andan valideynlər onlara oyun oynamağa imkan verməyəcək, sadəcə dərs elətdirəcəklərini düşünürlər. Bunun belə olmayacağını biz uşaqlara danışmalı, başa sala bilməliyik.

         Bu dövrdə ən əsası biz valideynlər onlara adaptasiya dövründə kömək olmalıyıq. Adaptasiya dövrünü hər uşaq müxtəlif cür keçirir. Bəzən biz valideynlər hər zaman bir suala cavab axtarırıq - Niyə mənim uşağım digər uşaqlar kimi məktəbə getmir, məktəbə öyrəşmir, məktəbi sevmirlər???

         Bunun tək bir cavabı ola bilər -

         Biz valideynlər məktəb həyatının adaptasiya dövründə onların yanında olmalı, onları məktəbin vacibiyyəti ilə yanaşı, əyləncəli yer ola biləcəyini danışa bilərik. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsaq daha yaxşı olar. Bununla uşaq həm sevildiyini, həm də onlar üçün vacib olduqlarını göstərin. Məktəbdə başına gələn uğursuzluqlara belə sakit şəkildə qulaq asıb, onların hamının başına gələ biləcəyini, adi uğursuzluqda belə hər zaman onun yanında olacağımızı onlara göstərək. "Mənə güvənə bilərsən - mən səni hər zaman dinləyəcəm, səninlə hər şeyin üstündən gələ bilərik" kimi ifadələr onları rahatlaşdırır. Çünki onlar arxalarında güvəndikləri insanın olduğunu biləndə bu onlara özgüvən verir.

         Ən əsası hər zaman uşaqlarımızın əlindən tutub günümüzü onlarla əyləncəli hala çevirməliyik. Məktəb fobiyasının olması onlarda iştahasızlıq, ürək bulanma, narahatlıq kimi hallar ola bilər. Bu hallar əsasən səhər tezdən oyananda baş verə bilir. Valideynlər xəstəsənsə məktəbə getməyə bilərsən sözündən sonra aradan qalxır. Bütün bunlar birlikdə aradan qalxacaq. Yəni, müəllim, valideynlər (ana və ata) birlikdə bu işlərə kömək etməlidir. Uşaqlar bu dövrdə həssas ola bilirlər. Onların yanaşarkən bunları nəzərə almaq lazımdır. Bu dövrü düzgün şəkildə keçirtməliyik ki, sonrakı dövrlər onun üçün çətin olmasın... Çünki sonrakı dövrlər yeniyetməlik, erkən gənclik dövrü onlar üçün yeni problemlər yaranır. Bu dövr onlar üçün daha çətin keçə bilər.

         Uşaqlarda məktəb fobiyası ciddi şəkildə özünü göstərərsə bu zaman psixoloq məsləhəti alınsa yaxşı olar.

         Uşaqlarımıza verə biləcəyimiz ən böyük xəzinə - sevgimizdir......

 

Psixoloq : Əliyeva Günel

Go Back

Uşaqlarda əqli gerilik, yaranma səbəbləri və aradan qaldırılma yolları

Əqli gerilik nədir?

Əqli gerilik nədir?Əqli geriliyin səbəbləri nədir?Əqli geriliyi necə korreksiya etmək olar?Mən bütün bu suallara məqaləmdə aydınlıq gətirəcəm.Əqli gerilik haqqında ilk kateqoriyalaşdırma sahəsində araşdırmanı 1921 ci ildə American association on mental retardation tərəfindən aparılıb.Ətrafındakı insanlarla münasibətdə ,danışma və əlaqə qurmaqda ,motorik bacarıqlarda,yeni məlumatların öyrənilməsində böyük problemlər yaşanır.Əqli gerilik ağırdan yüngülə doğru bir konsdeptdə yer alır.

Əqli gerilik nədir?- Uşaqlıq - insanın gələcək həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiyalar bəzən ömürlük yaddaşda qalır. Lakin insan beyni daim inkişafdadır və həmişə daha yeni, mürəkkəb funksiyaların qavranılması üçün məşq etdirilə və istifadə oluna bilər. Uşaqların bütün hissiyat bacarıqları ( görmə, toxunma, iybilmə, dadbilmə, eşitmə) oyun vasitəsilə inkişaf etdirilməlidir. Hissetmə bizə ətraf mühit haqqında məlumat əldə etməyə imkan verir. Beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər çox inkişaf etmiş olar. Əgər uşaqların beyni informasiyalardan təcrid edilərsə, o heç vaxt normal inkişaf etməyəcək.

 

Hər bir uşaq 3 əsas sahədə inkişaf edir:

1. Fiziki (bədən) inkişaf

2. Əqli (intellektual) inkişaf

3. Sosial (ünsiyyət) inkişaf

Uşağın sosial inkişafı üçün əqli cəhətdən inkişaf etməsi zəruridir. Lakin istisna hallar da mümkündür. Məsələn, ictimai həyatımızda bəzən elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan bir şəxs öz sosial inkişafına görə tipik olan həmyaşıdlarından heç də geri qalmır. Sual olunur: "Əgər insanın sosial inkişafı onun əqli inkişafından asılıdırsa, bu necə olur?" Sualın cavabı çox sadədir: Sosial cəhətdən inkişaf etmiş əqli cəhətdən geri qalan uşaqla mütəxəssis məşğul olub və onun ətrafındakı insanlar məsələnin ciddiliyini başa düşüb problemi tez və müştərək həll etməyə çalışıblar. Bəzən istər tipik, istərsə də əqli cəhətdən geri qalan uşağın sosial inkişafına elə onun ətrafındakı insanlar mane olur. Bu ya məsuliyyətsizlikdən, ya da savadsızlıqdan irəli gəlir. Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək qabiliyyətləri ilə bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin funksional xəstəliyidir.

Əqli geriliyin yaranma səbəbləri nədir?- Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini aşkar etmişlər. Bunlardan ən mühümləri aşağıdakılardır:

1. Genetik hallar.

2. Hamiləlik zamanı yaranan problemlər.

3. Doğuş problemləri.

4. Sağlamlıq problemləri.

Əqli gerilik xəstəlik deyil. Əqli gerilik başqasından yoluxa bilməz. Əqli geriliyin 3 dərəcəsi var:

Ən ağır dərəcə (idiotluq). Belə uşaqlarda baş beyin qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə etdiyindən onlarda nəinki intellekt çox aşağı səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, eşitmə və digər analizatorlar da inkişafdan qalmış olur. İdiot uşaqlar ətraf aləmi mənalandırıb qavraya bilmir.

Ağır və orta dərəcə (imbessillik). İmbesil uşaqlar nitqə, çox da çətin olmayan, sadə əmək vərdişlərinə yiyələnmək imkanına malikdirlər. Lakin dərk etmə, hafizə, təfəkkür, emosional-iradi proseslərin, dilin kommunikativ funksiyaların inkişafdan geri qalması onların təlim-tərbiyə işini demək olar ki, qeyri-mümkün edir.

Yüngül dərəcə (debillik). Belə uşaqlarda intellekt aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud qüsurlar olur. Bütün bunlar onlara ümumtəhsil proqramına yiyələnməyə imkan vermir.

Qüsurun müəyyən qədər kompensasiyası üçün oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır. Bunun üçün müəyyən psixoloji və qeyri-ənənəvi metodlardan istifadə olunur. Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan psixoloji metodlar aşağıdakılardır:

İnkişafetdirici oyunlar - bu, uşağın şəxsiyyət kimi formalaşmasına, kollektivdə öz yaşıdları ilə münasibətlərin yaxılaşmasına istiqamətlənmiş xüsusi məşğələlər komplesidir.

Kukloterapiya - bu metod sosial həyatda tələb olunan bacarıqların mənimsənilməsi məqsədilə qrup məşğələləri zamanı istifadə olunur. (başqalarını dinləmək, birgə oyunda iştirak etmək, münaqişələrin davasız həll edilməsi).

Rəsm çəkmə və nə isə düzəltmə - yazmaq və oxumaq üçün hazırlıq mərhələsi kimi əl motorikasını inkişaf etdirir. Məhz incə əl motorikasının uşağın intellektual qabiliyyətlərini inkişafına təsir etdiyi məlumdur.

Psixoloji nağıl - bu üsul hər bir uşaq üçün tanış olan bir yol nağıl uydurulması əsasında qurularaq uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.

Art-terapiya ( yəni uşağın yaradıcı qabiliyyətlərinin aşkar edilməsi) - uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.

Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan qeyri - ənənəvi metodlar isə aşağıdakılardır:

Cıdır terapiya - atlar üzərində gəzmək. Uşaqlarda hərəki reflekslərin inkişafına həddindən artıq köməklik göstərir. Atın üzərində əyləşməklə uşaq müvazinətini saxlamağı öyrənir, onda düzgün duruş formalaşır, əzələlər inkişaf edir. Cıdır terapiya üçün xüsusi şərt - yəhərlənməmiş atlar olmalıdır və nəzarətçi olduqca diqqətli olmalıdır. At üzərində gəzinti zamanı bütün əzələlər işə düşür, əzələ tonusu normallaşır. Fiziki inkişafa müsbət təsirdən əlavə, atlarla ünsiyyət onlarda psixoemosional sahəyə də təsir edir. Əqli cəhətdən geri qalan uşaqlar bəzən ətraf mühitlə ünsiyyətdə çətinlik çəkirlər, özlərinə qapanıq olurlar və onları bu vəziyyətdən çıxarmaq olduqca çətin olur.

Yoqa - reabilitasiya üçün digər effektiv metodlardan biridir. Bu tip uşaqlar güclü elastikliyə sahib olurlar. Yoqa üçün lazım olanlar duruş, əyilmə onlar üçün problem deyil. Oynaqlardakı elastikliyə görə yoqa mütəxəssisi onlara xüsusi ehtiyatlılıqla yanaşaraq əzələ gücünün artılmasına, hərəkətlərdəki koordinasiyanın inkişafına, ayaqların gücünə nəzər yetirməlidir. Yoqa, diqqətin inkişafı, bilik əldə etmə, saymağı öyrənmək üçün əla vasitə ola bilər. Yoqa terapiya nəticəsində əqli cəhətdən geri qalan uşaqlar düzgün nəfəs almağı, diqqətlərini cəmləşdirməyi, öz bədənlərini hiss etməyi, məkanda özünü hiss etməyi öyrənmiş olurlar.

Musiqi terapiya - musiqi ilə müalicədir. Musiqiyə heç kim biganə yanaşa bilmir. Uşaqdan tutmuş böyüyə qədər hamı musiqiyə reaksiya verir. Musiqi əhval - ruhiyyəni qaldırmağa, insanı dərin düşüncələrə dalmağa, arzu və istəklərin daha da qabarmasına səbəb olur. Bütün bunlar əqli cəhətdən geri qalan uşaqlarda da belədir. Düzgün musiqi seçimi nəticəsində müəllim uşaqda inam hissini artıra, əhval -ruhiyyəsini yaxşılaşdıra bilər. Musiqi terapiya sayəsində diqqət və hafizə inkişaf etdirilir, hərəkətlərin koordinyasiyası 15 yaxşılaşdırılır. Hər bir uşaq üçün ayrılıqda musiqi seçilməlidir. Bununla aqressiyanın azalmasına, rahatlaşdırmaya, və ya əksinə bəzi uşaqlarda ləngimə, hərəkət etməyə məcbur etməyə, tapşırıqlarda rahatlıqla iştirak etməyə nail olmaq olar.

Kanisterapiya - itlərlə müalicə. Xüsusi təlim keçmiş itləri əqli cəhətdən geri qalan uşaq olan evlərə verirlər. Uşaqlarda qayğı bacarıqlarını, ünsiyyət qurmaq vərdişlərini inkişaf etdirməyə istiqamətlənib.

Delfinoterapiya - delfinlər vasitəsilə müalicə üsuludur. Ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustuk dalğalarla həmin uşaqlara təsir etmək olar. Delfinlər vasitəsilə sinə qəfəsində masaja nail olmaq olar. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girə bilirsə demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor, sensor sferanı inkişaf etdirmək olar. Uşaqlar daha açıq, ünsiyyətcil, yaddaşları, diqqətləri, nitqləri inkişaf etmiş olur.

Əqli geriliyin korreksiyası- Bu zaman valideynlərə diqanoz qoyulduğu andan məlumatlar verilməlidir.Ümumi tibbi müayinə olunmalıdır.Bu cür uşaqlara daha çox sevgi və qayğı göstərmək lazımdır.Çünki bu cur uşaqlar cox problemler yaradırlar.Onlar etdiklərini tez unudurlar.Bu tip uşaqllarla diqqət artıran oyunlar oynanılmalıdır.evin dizaynı belə məhz onlara uyğun qurulmalıdır.Bir sozlə psixoloq və valideyn komleks problemləri aradan qaldirmaq üçün çalışmalıdır.

Adilə Nəzirova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu

Go Back

Uşaqlarda davranış pozuntusu - KAPRİZLƏR

Hazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir.Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəlinir.

          Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.Klassik davranış pozuntusu aşağıdakı kimi sərgilənir :

1) Uzun müddət davam edən aqressiv davranışlar

2) Yalanlar yaxud hadisənin şişirdilməsi

3) Təcavüzkar davranışlar

4) Uyğunsuz ifadələrin işlədilməsi və.s

5) Altını islatma

6) Dırnaq yemə və barmaq əmmə

7) Əsassız qorxular

8) Masturbasiya(cinsiyyət  orqanını əli ilə oynatma)

9) İştahasızlıq

10) Yuxu problemləri (gec yuxuya getmə,yuxudan qəfil oyanma,yuxuda danışma və.s.)

11) Kaprizlər

12) Aşırı hərəkətlilik

 Yaranma səbəbləri

Davranış pozuntusunun aşağıdakı səbəbləri var :

1)Diqqət çəkmək istəyi –uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımi diqqəti almayan uşaq həmin diqqəti üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və .s.

2)Özünü təsdiqlətmək istəyi—Bəzən valideynlər uşaqlarını ya çox sıxır,çox qadağa qoyur,ya da onları aşırı qoruyur hətta uşağın işini onun yerinə yetirirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiqlətmək istəyi ortaya çıxır. Bunun əsas səbəbi uşaqlarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur. Belə ki, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, ancaq, əslində bu uşaqda davranış pozuntusunu ortaya çıxarır.

3)Valideynlərdən intiqam almaq istəyi – Bu əsasən diktator tipli ailələrdə meydana çıxan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət vermir. Belə halda uşaqda bir növ valideyindən intiqam almaq istəyi formalaşır və onda yuxarıda sadalanan davranışlar ortaya çıxmağa başlayır.

4)Özünü xatırlatma---Bu ən çox mühavizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı həddsiz çox qoruyur. Hətta, onun məsuliyyətinə daxil olan işləri də valideynlər  yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. Belə halda, uşağın şəxsiyyət inkişafı da ləngiyir. Çünki, psixi inkişafın əsası odur ki, şəxsiyyət fəaliyyət zamanı inkişaf edər. Şəxsiyyət tam formalaşmadıqda isə uşaqda özgüvən aşağı olur. Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. Şüuraltı bir növ “Özünü ailəyə xatırlatmağa çalışır.

Belə uşaqlarla necə davranmalı ?

1) Uşağa zaman ayırmaq, onun maraqları və istəkləri ilə maraqlanmaq. Onun xoşladığı tərzdə oyunlar oynamaq (macəra, axtarış və....)

2)Sevgi göstərmək—Uşağa qətiyyən aqressiya göstərmək olmaz. Krizlər zamanı sadəcə onu iqnora salın və bu durum keçdikdən sonra onunla bu hadisə haqqında danışın. Hər bir şey haqqında fikrini soruşun.Seçim haqqını ona verin.

3)Özgüvən vermək—onun yerinə yeitrdiyi hər xırda yaxşı işi belə tərifləyin.Daha da yaxşı davranması üçün cəsarətləndirin.Ona güvədiynizi və Onu təmənnasız sevdiyinizi bildirin.

Əziz valideyinlər bir şeyi heç vaxt unutmayın : uşaq gördüyü davranışı sərgiləyər. Ona görə hər şeydən öncə öz davranış və müraciət formalarınıza diqqət yetirin.

Fəridə Həsənova 

Narınc UPM-nin Pedaqoq-psixoloqu

Go Back

Xoşbəxt uşaq böyütmək üçün 14 unikal məsləhət



Uşaq psixoloqları və pedaqoqların gəldiyi rəy əsasında hazırlanan məsləhətlərə əməl etməklə, uşağınızın xoşbəxt, gələcəkdə ugurlar qazanmasına yardımçı ola bilərsiniz. Unutmayın ki, uşaqlarınız və onların gələcəyi sizin əsərlərinizdir. Odur ki, aşağidakı qaydalara əməl etməyə çalışın:

1. İlk növbədə özünüzdən başlayın. Çalışın həmişə əhval- ruhiyyəniz yüksək olsun. Problemlərinizi uşağa hiss etdirmədən həll edin. Gümrahlıgınız üçün, özünüzün və uşağın saglıam həyat tərzi üçün lazım olan hər şeyi edin. Düzgün qidalanın, vaxtında dincəlin, yuxu rejiminə diqqət edin. Bunları özünüz etməsəniz, uşağınıza da öyrətmək çətin olacaq. Unutmayın ki, uşaqlar həmişə valideyinlərdən nümunə götürür.

2. Emosional vəziyyətinizi nəzarətdə saxlayın. Stress, depressiya, sterika həddinə çatmanıza icazə verməyin. Unutmayın ki, eyni halları uçaq da sizlə birlikdə yaşayacaq, hiss etməsəniz belə.

3. Uşağın kaprizlərinə diqqətlə yanaşın. Ola bilsin ki o, bu hərəkətlə sizə nəyisə catdırmaq və ya qayğınızı istəyir. Bu adətən valideyinlərin az diqqət və vaxt ayırdıgı uşaqlarda olur.

4. Uşaga heç vaxt pis "möhür” vurub danlamayın. Bu uşaq tərbiyəsində valideynin ən yanlış hərəkətidir. Uşaqda özünüqiymətləndirməni aşağı salır.

5. Qarşılıqlı hörmət prinsipini bütün halarda qoruyub saxlamağa çalışın. Əgər özünüzə və seşimlərinizə qarşı hörmət gözləyirsinizsə, bunu ilk növbədə ailə üzvlərinə qarşı siz edin.

6. Tənqid və tərifləri uşagın özünə yox, hərəkətlətinə edin.

7. Uşağınızı necə varsa, elə qəbul edin. Onun əsaslı xarakterini dəyişməyə çalışmayın.

8. Hər zaman uşaqla sakit tonda və sevgi ilə danışın.

9. Söhbət zamanı uşagın gözlərinə baxın.

10. Kaprizlərinə görə isterika yaradan zaman reaksiya verməməyə çalışın. Belə halda uşaq daha tez sakitləşir.

11. Həmişə uşağınıza, sizin üçün nə qədər önəmli, dəyərli olduğunu göstərin.

12. Düşünülmüş şəkildə olmaq şərti ilə, uşağnızda özünüqiymtətləndirməni yüksəltməyə çalışın.

13. Hərəkətlərində və seşimində uşağa sərbəstlik və məsuliyyətlilik aşılayın.

14. Çalışın uşağınız sevgi, qayğı və rahatlıqlığın əhatəsində böyüsün.

qadın.az

Go Back

Oğlunuz “qız oyuncaqlarıyla” oynayırsa nə etməlisiniz

Bir çox valideynləri oğlan övladlarının qızların seçdiyi oyuncaqlarla oynaması və qızların maraqlandığı oyunlarla maraqlanması narahat edir. "Valideyn məsləhət mərkəzinə” müraciət edən valideynlərin ünvanladığı ilk sual məhz bu olur: "Oğlum qız oyuncaqlarıyla oynayır, biz nə etməliyik?”

Bu məsələdə narahat olmağın nə qədər əhəmiyyətsiz olduğunu bilmək üçün ilk olaraq uşaq üçün oyunun nə olduğunu dərk etmək gərəkdir. Uşaq üçün oyun real həyatdır. Onlar hər hansı bir oyunu oynayarkən real həyatı canlandırırlar. Bu həyatın içində isə həm kişi obrazları (atası, babası, dayıları, əmiləri), həm də qadın obrazları (anası, nənəsi, xalası, bibisi) olur. Atasını avtomobil istifadə edərkən görən uşaq, anasını da yemək hazırlayarkən izləyir.

Dolayısıyla ansının etdiklərini oda öz uşaq aləmində təkrarlamağa başlayır. Belə ki, əgər oğlan uşağı oyuncaqlarına yemək yedizdirməyə çalışarsa, anasının ona "bu qız oyunudur, sən oynama” deməsi çox təhlükəli vəziyyətə gətirib çıxara bilər. Çünki, uşaq bu oyuncaqlarla oynayaraq pis hərəkət etmir. Əgər uşağın bu oyuncaqlarla oynamasına qadağa qoysanız istəyinizin əksinə nail olacaqsınız.

Övladınıza hər cür oyuncaqlarla oynamağına icazə verə bilərsiniz. Bu təbii ki, uzun sürməyəcək və zaman keçdikcə oğlanların seçdiyi oyunlara meyl edəcək. Yox əgər, görsəniz ki, oğlunuzun belə oyuncaqlara bağlılığı daha da artır o zaman bir mütəxəssisə müraciət edə bilərsiniz.

qadin.az

Go Back

Uşaqların təhsilə münasibətində valideynin rolu

 

Uşaqlarda təhsilin doğumdan sonra başlamasıyla birlikdə, hər yaşda fərqli motor bacarıqlarının inkişafı psixoloji vəziyyətləri haqqında ipucu verir.Sevgi, şəfqət, empati, eyni zamanda qaydalar, sərhədlər və məsuliyyətləri gözəl bir ailə mühitində nizamlayıb dinc və xoşbəxt böyümələrini təmin etmək ,məktəb əvvəli təhsildə faydalı olacaq.

Ana-Ata Nəzarəti Uşağın İnsanlığını əks etdirir.

Ana-atalar məktəb əvvəli məktəbin və oxumanın uşağa qazancları haqqında nümunələrlə danışa, özlərindən də nümunələr verərək ömür boyu yoldaşlıqlar, xoş xatirələr, əyləncələr, məktəbdə öyrəndiklərini xüsusi həyatda necə tətbiq etmək; məktəbin daha sonrakı peşə və təhsil üçün vacibliyini və qazanclarını izah edərək sevdirə bilirlər.

Ana-ata idarəsi; sərhədləri tanıma və qaydaları öyrənmənin təməlidir. Burada ola biləcək axsaqlıqlar asılı, təcavüzkar, zəif şəxsiyyətləri meydana gəlməsinə səbəb olar. Uşaqların pozaraq, sınayaraq öyrəndiyinə diqqət çəkən  Psixoterapevt "Hər şeyi uşağınızın yerinə edər, önünə hazır qoysanız normal inkişafını və öyrənməsini maneələrdir. Uşaq inkişaf edə, yetkinləşə və gözləməyi öyrənə bilməz. Bu uşaqlar məktəbə başladıqlarında deyərsən sonuna qədər oturmağı bacara "xəbərdarlığını etdi.

Məktəb çağındakı uşaqla necə maraqlanmalı?

 Ailə tərəfindən birlikdə zaman keçirmək və bu zamanı problem danışmaq üçün deyil birlikdə oyunlar oynayaraq əyləncəli bir birlikdəliyə çevirmək təsirli olacaq

 Uşağı məktəb seçkisində də qərar mərhələsinə qatarsınızsa uşaq, özünün gələcəyi ilə əlaqədar bir qərarda məsuliyyət alaraq, məktəbi və məktəb həyatını daha çox sahiblənər və özünə inamı artar.

1.Məktəbin üzrə məsuliyyət və fərdi inkişaf vasitəsi olduğunu unutmamaq, ana-ata olaraq uşaqları yarışa çıxmış fərdlər olaraq görməmək, yalnız məktəblə əlaqədar ortaq mövzu etməyib, uşağın başqa ehtiyaclarını də müşahidə və bu ehtiyaclarını aradan qaldırmaq.

2.Uşaq məktəbdə müvəffəqiyyətli olduğu zaman mükafatlandırılaraq özünə olan etibarı və motivasiyası inkişaf etdirilməlidir.

3.Uşağa mənəvi dayaq verib, etibarını artırmaq, qayğı və narahatlıqlarını azaltmaq,

4.Onunla ailə tərəfindən və ya birəbir onun xoşlandığı bir məşğuliyyət paylaşmaq. Məsələn; oturub birlikdə onun musiqisini dinləmək. Sonunda fikirimiz nə olursa olsun, səy əhəmiyyətlidir. Beləliklə hörmətli və dürüst davranış nümunəsi meydana gələr.

5.Nələri sevər, nələri sevməz, onu maraqlanıb öyrənmək

6.Onu anlamağa çalışmaq, çətin də olsa hadisələri onun baxımından ələ alıb onun probleminə  yaxınlaşmaq,

7.Sevginizi açıq bir şəkildə göstərin ki xeyr dediyinizdə verdiyiniz qaydalara hörmət eşitsin, sizi qorxduğu üçün deyil saydığı üçün dinləsin.

8.Ona hörmət etmək, onu ciddi qəbul etmək, şəxsiyyəti haqqında yalnız mənfilikləri deyil yaxşı tərəflərini da görüb bunu müəyyən etmək, onunla qürur duyduğumuzu müəyyən etməkdir lazımdı.

Övladlarınızın uğurlu olmağını istəyirsizsə ilk öncə onları tanıyın,dinləyin ,hörmət edin ki,sabah da böyüyəndə sizə hörmət etsinlər.

Xəzər Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsi 
Ibrahimova Aydan 

Go Back

Ata-analar bilməlidir: uşaq “yox” deyirsə

 

Kiçik yaşlı uşaqları təhlükə və arzuedilməz davranışlardan qorumaq üçün “xeyr” sözü tez-tez deyilir. Lakin çox vaxt uşaqlar da “yox” sözünü işlədir. Türkiyəli psixoloq Əhməd Yılmaz tez-tez “yox” deyən uşaqlar haqqında danışıb. Həkim bildirib ki, bu cür uşaqları nəyəsə məcbur etmək olmaz. Aile.lent.az mütəxəssisin bununla bağlı valideynlərə məsləhətlərini təqdim edir.

 

Valideynlər uşaqlarını təhlükədən qoruyur, uşaqlar isə onların istəklərini yerinə yetirmədikləri üçün ərköyünlük edir. Bu zaman valideynin uşağa hər hansı müraciəti “yox” cavabı və istəksizliklə qarşılanır: “Uşaqla valideyn arasında narazılıq daha çox yemək vaxtı meydana çıxır. Ana uşağı yedirtmək istəyir, uşaqsa imtina edir, “yox” deyir. Bu zaman valideyn uşağa nəvaziş göstərir, öpür. Bu halda da uşaq inad edərək ağzını açmır. Barmaqla sayılacaq qədər valideyn uşağın bu istəyinə hörmətlə yanaşır və onu məcbur etmir. Nəzərə alın ki, uşaq da bir şəxsiyyətdir, seçimləri var və hörmətlə yanaşmaq lazımdır”.

 

“Yox” sözü “mən bunu etmək istəmirəm” deməkdir. Bir çox ailələr uşaqları etiraz etsələr belə, onlara zorla istədiklərini etdirirlər və bir müddət sonra uşaq üçün bu sözün bir mənası qalmır. Uşaq “onsuz da “yox" desəm də, istədiyim olmayacaq”, - deyə düşünməyə başlayır: “Bir çox valideynlər uşaq “yox” dedikdə ondan küsər, sevmədiklərini, incidiklərini, kədərləndiklərini bildirərək, onları romantik dilemma qarşısında qoyurlar. Bu cür hallarda uşaqlar “yox” deməkdən çəkinirlər, düşünürlər ki, bu söz onlarla ata-anası arasında əlaqələri qırır, bununla valideynlərini incidirlər. Bəlkə kiçik yaşlarda bu, əhəmiyyətsiz kimi görünə bilər. Lakin uşaq yetkinlik dövrünə gəldikdə bu, onların həyatlarında ciddi problemlərə səbəb ola bilər”.

 

Yetkinlik dövründən uşaqların çevrəsi genişlənir. Bu dövrdə hər kəsin qarşısına hər cür insan çıxa bilər. İctimai fəallığı yüksək olan uşaqlarsa dost qazanmağa daha çox meylli olur, çevrələrinin geniş olmasına can atırlar: “Məhz uşaqlıqdan “xeyr” deməyi öyrənməyən uşaqlarda bir xaraktersizlik, üzüyumşaqlıq yaranır. Bu halda yetkinlik yaşında qarşısına çıxan pisi və yaxşını ayıra bilməyən uşaq “xeyr” deməyi bacarmır. Nəticədə isə pis dostlarının cəmiyyət tərəfindən xoş görülməyən davranışlar - cinayət, spirtli içkilər, maddə təklifi, siqaret, şiddət və s.-ə də etiraz edə bilmir. Çünki bu halda yoldaşlarını itirməkdən, onların gözündə alçalmaqdan, gücsüzlüklə ittiham edilməkdən qorxur. Nəticədə, “xeyr” deməkdən çəkinirlər və bu cür pis davranışlara meyl edərlər”.

 

Psixoloq sonda bir daha vurğulayır ki, uşaqları “xeyr” dedikdə valideynlər buna hörmətlə yanaşmalıdır. Uşaq istəmədiyini qarşı tərəfə rahat şəkildə ifadə edə bilməlidir: “Onlara sərhəd qoymalarını öyrədərək, yanlarında olmadığımız zamanlarda özlərini qorumalarını təmin etmiş olarıq. İcazə verin uşaqlar özləri özlərini qorusunlar”.

 

 

 

Go Back

20 nəticə göstərilir