
AİLƏ PSİXOLOGİYASI
COVİD - 19 VİRUSUNUN İNSANLAR ÜZƏRİNDƏKİ PSİXOLOJİ TƏSİRLƏRİ NƏLƏRDİR?
PSİXİ SAĞLAMLIQ VƏ KORONAVİRUS ANTİPANDEMİYASI

COVİD - 19 VƏ QORXU PSİXOLOGİYASI.

COVID-19 ilə bağlı yeni məlumatlar getdikcə genişlənir və bəzi insanları narahat edir. Narahatlığınızı idarə etməyə, xəbərləri adekvat təhlil etməyə və müsbət bir əhval-ruhiyyəni qorumağa kömək edən bəzi tövsiyələr:
*İlk növbədə təşvişə düşməyin. Yetkin bir vəziyyətdə olun. Ekoloji təfəkkürünüzü işə salın, baş verənlərə mümkün qədər uyğunlaşın. Enerjinizi, resurslarınızı bizdən asılı olmayan sahələrə sərf etməyin. Daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. YADDA SAXLAYIN: koronavirusdan qorunmaq üçün vacib amillərdən biri də, insanın bu…
STRESSİN DOĞRU İDARƏ EDİLMƏSİ
Müasir cəmiyyətin xəstəliyi olaraq ifadə edilən stress,əslində gündəlik həyatın bir hissəsidir.Demək olar ki,hər kəs,fərqinə varmasa da,çox böyük bir stress yükünə malikdir.Gündəlik həyatınızda dəyişikliyə səbəb olan hər hansı bir şey,bədən sağlamlığınızda meydana gələ biləcək bir dəyişmə həyatınızda stressə yol aça bilər.Yenə gündəlik həyatınızdakı dəyişikliklər,anlaşılmazlıqlar, qarşıdurmalar da stress yaşamanıza səbəb ola bilər.Stress yaradan bir vəziyyətlə qarşılaşdığınızda nə etdiyiniz,stress səviyyənizə təsir etməkdədir.Tədqiqatçılar,stress səviyyənizin yüksəlməsinə və uzun müddət bu…
Koronavirusdan Psixoloji Qorunma

Bugünlərdə dünyanı cənginə almış koronavirus təhlükəsi həyatımızın mərkəzində baş rol oynamaqdadır. Ölkəmizdə koronavirusun insanlara nəinki bioloji, fiziololiji bunlardan daha çox psixoloji təsirlərini müşahidə edirik. Xüsusilə sosial şəbəkələrə baxdıqda virus haqqında davamlı olaraq doğru-yalnış hədsiz sayda məlumatlara rast gəlirik. Bu da koronavirusla bağlı panika-narahatlıq-qorxu hissinin daha da artmasına səbəb olur.
Əlbəttə ki, qorxu-narahatlığın müəyyən hədd daxilində olması bizi qoruyur, mövcud təhlükəyə zamanında reaksiya verməyimizi , mübarizə aparmağımızı, qoruyucu tədbirl…
UŞAQLARINIZLA FAYDALI VAXT KEÇİRMƏYİN YOLLARI
Uşaqlarla faydalı vaxt keçirmək uşağın emosional və zehni inkişafı üçün olduqca önəmlidir. Uşaqla faydalı vaxt keçirə bilmək üçün ilk öncə onun fiziki və mənəvi ehtiyacları qarşılanmalıdır. Bu ehtiyacları dəstəkləməyə yönəlmiş bəzi faktorlar mövcuddur.

Uşaqların fiziki və mənəvi ehtiyaclarını dəstəkləyən faktorlar:
Uşaq anadan olduğu andan etibarən ata və ananın həm fiziki, həm də mənəvi qayğısına ehtiyac duyur.Uşağın altını təmizləmək,qarnını doyuzdurmaq,bütün ehtiyyaclarını qarşılamaq fiziki qayğıdır.Uşaqla oynamaq, onu güldürmək, sevmək, oxşamaq,ona …
4 Yaşlı uşaqların inkişaf xüsusiyyətləri
Bu müddətdə uşağınız qavrayışının inkişaf etməyə başladığı və
ətraf-mühiti daha yaxşı başa düşəcəyi bir dönəmə girir.

Peşə fəaliyyətinin ailə münasibətlərinə təsiri

Ailə, ailədaxili münasibətlər ər və arvadın peşə fəaliyyətinin onlara təsiri tarixən filosof və sosioloqları, psixoloqları dərindən maraqlandırmışdır.Cəmiyyət dinamikdir, yeniləşməyə və müasirləşməyə meyillidir. Ailədə mənəvi psixoloji iqlimin yaradılması, ailənin ideya, mənəvi estetik sərvətlərinə dəyərin qoyulması onun möhkəmliyinə dayanıqlı olmasına şərait yaradır. Ailədə sağlam, psixoloji mühit yaratmaq üçün, ər və arvad arasında daim qarşılıqlı anlaşma mövcud olmalıdır.
Ailə daxilində ərlə, arvadın qarşılıqılı münasibətləri, onların peşə fəaliyyətinin ailədaxili münasibətlərə müxt…
Ailənin Psixoloji İqlimi
A
Ailənin psixoloji iqlimi ərlə arvadın, valideynlərlə uşaqların, uşaqlarla uşaqların qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və bilavasitə onları əks etdirir. Əgər ərlə arvad bir – birinə rəğbət bəsləyirsə, hörmət edirsə, qəlbən yaxındırlarsa, ailədə psixoloji iqlim də əlverişli olur.Bu keyfiyyətlərdən hər hansı birinin olmaması və ya əks keyfiyyətə çevrilməsi, ər – arvad münasibətlərində soyuqluq yaradır. Ər –arvad arasında hətta ötəri bir narazılıq əmələ gələn kimi ailənin psixoloji iqlimi də bu və ya digər dərəcədə dəyişir.
Məktəb psixoloqları üçün təlimlər keçirilir.

Məktəb psixoloqları üçün təlimlər keçirilir.
“Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün təlimlər başlayıb.
Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirilir.
Təlimlərin keçirilməsində məqsəd layihənin tətbiq olunduğu məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarının təcrübə keçməsi, məktəblilərin və valideynlərin psixoloji mövzularda daha əhatəli məlumatlandırılması, eyni zamanda y…
Tələbə Psixoloqların I Ümumrespublika Konfransı. 23.12.2018

Psixologiya Elmi-Tədqiqat İnstitutu "Tələbə Psixoloqların I Ümumrespublika Konfransı" nı təqdim edir!
Psixologiya ixtisası üzrə təhsil alanlar və psixologiya ixtisası ilə maraqlanan, öz sahəsi üzrə ixtisaslaşmış 5 peşəkar spikerin təqdimatında baş tutacaq elmi,əyləncəli və praktik konfransda iştirak edə bilərsiniz.
Konfransın mövzuları:
1. Asılılığın insan psixologiyasına təsiri
2. Düşüncələr bizimlə necə oynayır?
3. Stresssiz həyat mümkündürmü?
4. NLP-də xarakter tipləri (workshop)
5. Özgüvən və Motivasiya (workshop)
Spikerlər:
1. Araz Manuçöhri-Lalei
2. Mələk Kərimova
3. O…
Sənin böyüməyən qızın...

Sənin böyüməyən qızın...
Əllərimi heç buraxma. Həmişə yanımda ol. Hər kəsə güclü görünə bilərəm və ya görünməyə çalışa bilərəm. Bir tək sənin yanında acizəm. Sən əlimi tutmasan, sən arxamda durmasan, varlığınla dayaq olmasan bu qəliz həyatda yaşamaq biraz da qəliz olar. Nə qədər böyüsəm də mən sənin balaca qızınam. Sən isə mənim ilk sevgimsən! Qəhrəmanımsan, ata! Əllərindəki qabara baxanda, üzündəki qırışa baxanda fəxr edirəm qəhrəmanımla. Mənim qəhrəmanım əslində çox çətinliklər çəkdi. Amma heç hiss etdirmədi. Amma həmişə dik durdu. Başını əymədi. Gücsüz olduğu zamanda belə mənə güc olma…
AİLƏ MÜNASİBƏTLƏRİNDƏ QADIN VƏ KİŞİ BƏRABƏRLİYİ – HƏR BƏRABƏRLİK TARAZLIQ DEYİL….

Bərabərlik tarazlıqdır. Bəs görəsən bu tarazlıq həmişə lazımdırmı? Mən deyərdim, yox. Ehtiyac yoxdur hər mövzuda ta`raz olmağa. Əgər məsələ qadın-kişi bərabərliyindən gedirsə, mən bu bərabərliyi inkar edərdim. Bəlkə də düşüncəm çoxları tərəfindən qınaq obyektinə çevriləcək. Axı biz gender bərabərliyini əlində rəhbər tutub ona heç cür nail ola bilməyən cəmiyyətdə yaşayırıq. Bəlkə də başqa bir ölkədə yaşamış olsaydım mən də qadın – kişi bərabərliyinin tərəfdarı olardım. Amma nə etmək olar ki,qaçılması mümkün olmayan reallıqlar var və biz onlarla barışmalıyıq. Əslində düşüncələrimizlə bu real…
Yüksək Riskli Ailələr Qrupu

Hal-hazırda dövrümüzdə inkişaf anomaliyalarının sayı durmadan artmaqdadır.Autizm,əqli gerilik,görmə pozulmaları,eşitmə və nitq qüsurları,psixi inkişafda olan anomaliyalar və digər inkişaf qüsurları insanları “həyacan təbili” çalmağa vadar edir.Təkcə autizmə rast gəlinmə faizi get-gedə artır.Belə ki,əvvəl hər 80-90 uşaqdan biri autizm diaqnozlu idisə,2018-ci il statistik göstəcilərinə əsasən bu say 60-ə enib.
Bəs anomaliyaların,qüsurların yaranmasına nələr səbəb olur? Bu halların qarşını almaq üçün hansı addımlar atmaq olar? İlk öncə “Yüksək Riskli Ailələr Qrupu” anlayışı ilə tanış olaq…
UŞAQLAR NƏ ÜÇÜN YALAN DANIŞIR?

Valideyin və müəllimləri yalandan başqa heçnə çox əsəbləşdirmir. Böyüklər ehtiyyat edirlərki kiçik yaşından yalan danışmağa başlayan uşaqda bu xarakterə çevriləcək və onlar ömür boyu bundan əziyyət çəkəcəklər. Bəs uşaqlar nə üçün yalan danışır?
3-7yaşlı uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmağda çətinlik çəkirlər. Buna görədə öz xəyallarının məhsulunu real kimi göstərə bilərlər.Məsələm: “Mənim böyük filim var.”, “Atam mənim üçün təyyarə alıb” və s. 7yaşdan sonra, xüsusilə 11 yaşdan sonra uşaqların hansı mövzularda yalan danışdığına fikir vermək lazlmdır. Yalan - bəzən müdafiədir.Ya…
Autizm və PECS terapiya

Dünyada Autizmin korreksiya ilə bağlı bir çox üsul və metodlardan istifadə olunur.Məsələn ABA (Applied Behavioral Analysis) terapiya, PECS(Picture Exchange Communication System) , Qum terapiyası, Musiqi və rəqs terapiyası, Qrup terapiyası və.s
Ölkəmizdə ABA terapiya,qrup terapiyası,art terapiya və digər terapiya növləri daha çox istifadə olunur.PECS metodu isə nisbətən az tədbiq olunmaqdadır.Hərifi mənası- Picture Exchange Communication System deməkdir. Bu üsul Amerikalı psixoloq Andy Bondy və Lori Frost tərəfindən inkişaf etdirilmişdir. Autizmli uşaqlarla aparılan korreksiya üsullarınd…
Sağlamlıq İmkanları Məhdud Uşaqlarda Qidalanma

Normal inkişaf edən uşaqlardan fərqli olaraq inkişafında müəyyən qüsurları olan uşaqlarda qidalanma prosesi daha çox diqqət tələb edir.Təəsüflər olsun ki,bu gün 1 çox valideynlər bu mövzuya o qədər də həssas yanaşmırlar.
İnkişaf qüsurlu uşaqlarda(xüsusilə USİ) ən çox görülən problem əzələ gücsüzlüyü səbəbilə udma və çeynəmədə olan çətinliklərdir.Bu problem zamanı yemək yedizdirərkən uşağı uyğun pozisiyada saxlamaq lazımdır.Qidalar uşağın vəziyyətinə uyğun seçilməlidir.Əgər göyərti,meyvə,tərəvəz kimi qidaları uşaqlar birbaşa qəbul edə bilmirlərsə onları püre halına salaraq uşağa vermək …
ZEİGRANİK EFFEKTİ

“Zeigarnik” effekti yarım qalmış, tamamlanmamış işlərin, tamamlanmış işlərə nəzərən daha aydın və asanlıqla xatırlanmasını ifadə edən psixoloji fenomendir. Bu hal ilk dəfə rus psixiatr və psixoloq Bluma Zeigarnik tərəfindən müəyyən edildiyi üçün onun adını almışdır.
1925-ci ildə B.Zeigarnik və psixoloq dostları restoranda olarkən, diqqətlərini restorandakı ofisiant çəkir. Ofisiant təkdir və sifarişləri heç yerə qeyd etmədən müştərilərə çatdırır. Daha sonra, psixoloqlar ofisiantdan bunu necə etdiyini soruşurlar. Ofisiant isə sifarişləri yaddaşında saxlayıb, yeməkləri çatdırdıqdan sonra i…
Uşaqlarda Ortaya Çıxan Tiklər
Memorial Xəstəxanası Uşaq və Ergen Ruh Sağlamlığı Uzmanları, uşaqlarda ortaya çıxan Tikler və Tikler müalicə yollarına bağlı məlumat verdi.
Mündəricat
Tik necə bir pozuqluqdur?
Uşaqda tik hansı səbəbdən ortaya çıxar? Hansı uşaqlarda görülər?
Uşaqlarda tik hansı yaşlar arasında görülər?
Uşaqda tiklər qalıcıdırmı?
Tiklərin qalıcılığının qarşısını almaq olarmı? Tikli uşağa ailənin münasibəti necə olmalıdır?
Tiklər mövzusunda müvəffəqiyyətli olan müalicələr nələrdir?
Tik necə bir pozuqluqdur?
Uşaqlarda görülən; tətikləyici, istək xarici, məqsədə istiqamət…
İPOXONDRİYA NƏDİR?

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bil…
Delfin Terapiyası

Xüsusi Qayğıya ehtiyacı olan şəxslərə ənənəvi metodlarla yanaşı qeyri-ənənəvi metodlardan istifadə edilərək də yardım göstərilir. Qeyri-ənənəvi metodlar dedikdə heyvan dəstəkli terapiyalar da nəzərdə tutulur.Heyvan dəstəkli terapiyalar ədəbiyyatlarda “Pet therapy “adı altında ümumiləşdirilir.Heyvan dəstəkli terapiyalar aşağıdakılardır:
-Hipoterapiya(atlarla terapiya)
-Delfino terapiya
-Konis terapiya(itlərlə terapiya)
-Cat therapy(pişiklərlə terapiya) və.s
İndi isə dünya təcrübəsində geniş istifadə olunan Delfino Terapiya haqqında danışaq.Terapiyanın əsasını xəstənın tibbi-p…
PANİK ATAK

Panik atak, başda panik pozuntu olmaq üzrə bir çox psixiatrik pozuntularda və bəzi fiziki xəstəliklərdə görülən sıx qorxu, qayğı,narahatlıq qarışığı bir narahatçılıqdır.Günümüzün dəyişən, həyat mühitlərində, həyat qayğılarının artması, maddi və mənəvi xaos ilə qeyri-müəyyənlik vəziyyətinin yaratdığı "heçlik duyğusu" nun çoxalması paralellik göstərən panik atak, bütün dünyada cəmiyyət sağlamlığını təhdid edər ölçüyə gəlmiş vəziyyətdədir."Psixoloji bir sindrom" olaraq təsvir edilməsinə qarşı, xəstə, əksəriyyətlə yaşadıqlarının həqiqətən fiziki qaynaqlı problemlər olduğunu amma kimsənin …
Autizm Zamanı Davranış Problemləri

Autizmli uşaqların əksəriyyətində müəyyən davranış pozulmaları özünü göstərir.Bu pozulmalar uşaqların təlim naliyyətlərinə,inkişafına mənfi təsir göstərir.Eyni zamanda özünə yada başqalarına qarşı zərər vurmaq vərdişi formalaşdırır.Əsasən məktəbə qədər dövrdə yada məktəb yaşı dövründə davranışlar daha çox aktivləşir.Əsasən 10 yaş civarında davranış pozulmaları stimullaşsa da ümumilikdə bütün yaş dövrlərində rast gəlinə bilər.
Bəs davranış problemləri hansı fəsadlarla özünü göstərir?
-öyrənmə bacarıqlarının məhdudlaşması
-sosial çevrə ilə ünsiyyətin məhdudlaşması
-həmyaşıdları …
Kəkələmənin psixoloji tərəfləri

Kəkələmə nədir? Kəkələmə nitq aparatının əzələlərinin qıc olması nəticəsində nitq tempinin və ritminin pozulmasıdır. Təxminən 5 yaş və ondan biraz tez və ya gec yaşda (2-7 yaş arası) başlayır. Danışarkən hərflərin, hecaların təkrarlanması, tutulmaların olmasıdır. Məsəslən, sa...lam, i...nsan və s. Kəkələmənin 3 əsas növü vardır: klonik. Tonik və qarışıq (klonik və tonik kəkələmə bir yerdə). Klonik kəkələmə hecaların uzadılması şəklində özünü göstərir. Tonik kəkələmə də isə tutulma olur. Xüsusiyyətlərinə görə isə damaq, qırtlaq, nəfəs və düşüncə kəkələməsi vardır. Ən ağır kəkələmə növü qa…
KAPGRAS SİNDROMU

Psixoloji xəstəliklər sırasında çox nadir eşitdiyimiz, ancaq Avropa ölkələrində həm psixiatrların, həm də klinik psixoloqların rastlaşdığı bir neçə qəribə sindrom var. Bunlardan ən tanınmışı və maraqlısı Kapgras sindorumudur.
Kapgras sindromu olan şəxslər xüsusi ilə emosianal əlaqə qurduqları şəxslərə, əşyalara ya da heyvanlara qarşı yadlaşma hissinin olması ilə tanınırlar. Şəxslərin üzlərini xatırlamaqlarına baxmayaraq, onlarla bağlı duyğuları xatırlaya bilmirlər. Məhz bu səbəbdən Kapgras sindromu olan şəxslər tanıdıqları birini gördükdə “Görəsən onun yerinə başqası keçib mi?”…
Ulrixa-Nunana Sindromu

Nunana sindromu vücudun fərqli yerlərində normal inkişafı ləngidən genetik bir patalogiyadır.Həm uşaqlarda həm də yetkinlərdə rast gəlinə bilər.Bu sindromdan əziyyət çəkən şəxslərdə müxtəlif qüsurlar ola bilər:özünəməxsus üz quruluşu,qısa boy,ürək qüsurları,digər fiziki problemlər və əqli gerilik.
Sindrom ilk dəfə olaraq 1883-cu ildə qalın boyun,qulaq qığırdağında anomaliya olan,saçının arxa hissəsində keçəllik olan 20 yaşında oğlan uşağında müəyyən edilmişdir.
Bu sindrom genetik mutasiya nəticəsində baş verir.Beləki embrional dövrdə valideynlərdən birindən aldığı kopya gen ümumi ink…
İPOXONDRİYA NƏDİR?

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilə…
MARTİN –BELL SİNDROMU

Kövrək X-xromosomu sindromu – dominant, cinsiyyətlə-ilişikli keçən, zəif penetrantlığa malik xəstəlikdir. Kişilərdə bir X xromosomu olduğuna görə, əgər həmin xromosom mutant allel daşıyırsa xəstəlik üzə çıxır. Qadınlarda iki X xromosomu olduğuna görə, onların normal allel alma şansı iki dəfə artır. Mutant FMR1 geninə malik qadın xəstə də ola bilər, sağlam da. İkinci X xromosomunun rezerv kopya ola bilməsinə baxmayaraq, X inaktivasiya nəticəsində hər hüceyrədə yalnız bir X xromosom aktiv olur. Martin-Bell sindromlu kişi xəstəliyi yalnız qızlarına ötürə bilər. Qadınlar isə 50% ehtimalla xə…
Hiperaktivlik zamanı İdmanın faydaları

Fiziki çalışmalar və idman uşağın inkişafında mühim rol oynayır.Stress,depresiya səviyyəsinin azalmasına,beyindəki funksiyaları inkişaf etdirməyə,hafizəni gücləndirmə və digər proseslərə saysız-hesabsız kömək edir.Davamlı edilən fiziki çalışmalar beyindəki dopamin,serotonim kimi maddələrin artmasına kömək edir.İdman uşağın yuxusunu normallaşdırır,diqqətini artırır və qidalanmada olan problemləri aradan qaldırır.
Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki,davamlı edilən idman hiperaktiv uşaqlarda yalnızlıq,utancaqlıq,ümidsizlik,aqressivlik,hiperaktivlik kimi halların azalmasına səbəb…
Konis Terapiya-İtlərlə Terapiya

Uzun illərdir ki,heyvanlar insanların can yoldaşı,ən sadiq dostu olmuşdur.Ədəbiyyatlarda Pet Terapy, pet psixoterapiya,heyvan dəstəkli terapiya və.s kimi terminlər işlədilmişdir.Araşdırmalar nəticəsində məlum olmuşdur ki,heyvanlarla edilən terapiya insanın psixoloji,sosial və fiziki inkişafında böyük rol oynayır.
Xüsusilə ev heyvanları ilə edilən bu cür heyvan dəstəkli terapiyalar daha əlverişlidir.Konis terapiya,başqa sözlə desək itlərlə terpaiya 1944-cu ildən rəsmi şəkildə tədbiq olunmağa başlayıb.Fiziki,psixoloji,ruhsal və sosial problem yaşayan uşaqlarla edilən bu terapiyalarda böyü…
Gəzən cəsəd- Kotard sindromu

Kotard sindromu ilk dəfə 1880 ci ildə Fransız psixiatr Jules Cotardın onu “dèlire des nègations” adlandırması ilə təsvir olunub. Sindromun xarakterik əlamətləri nihilistik yanlışlıqdır. Tipik olaraq, xəstələr orqanlarını, qanını və ya bədən hissələrini itirdiklərinə, hətta ölü olduqlarına inanırlar. Bu nisbətən nadir sindrom olub, depressiya, şizofreniya və ümumi vəziyyətlərdən qaynaqlanan psixiatrik pozuntusu olan xəstələrdə rast gəlinir və sızlıqla demans ilə əlaqələndirilir.
Deluziya ( aldanma) nevroloji xəstəliklərdə psixozun əsas təzahürüdür. Kotard sindromu və digər spesifik məz…
Prenatal Stressin körpəyə təsirləri

Qadınların bir çoxu hamiləlik müddətində siqaret, spirtli içkilər və narkotikanın körpənin inkişafına mənfi təsir etdiyinin fərqindədir. Lakin, onlar bilmirlər ki, bununla yanaşı hamiləlikdə yaşanan stress də dölün inkişafında diqqətə çarpacaq nəticələrə yol aça bilən bir risk faktorudur. Yəni hamiləlik müddətində yaşanılan stress, körpənin inkişafı, immunitet sisteminin funksiyası və onun koqnitiv inkişafı üzərində qalıcı təsirə malikdir.
Hamiləlik dövründə stresli hallara məruz qalmış döldə həm koqnitiv, həm davranış baxımından, həm də fiziki inkişafında müəyyən geriləmələr yaranır.
…Uşaq Serebral İflici Zamanı Rast Gəlinən Digər Problemlər

Xüsusi Pedaqogikanın əsas kateqoriyalarından birini də “Dayaq-Hərəkət Aparatı Pozulmuş Uşaqlar” təşkil edir.Bu kateqoriyanın əsas kontingentini isə Uşaq Serebral İflic-i təşkil edir.USİ müxtəlif təsirlər nəticəsində baş beyindəki hərəkət mərkəzlərinin zədələnməsi ilə meydana çıxır.USİ-nin pataloji,anatomik və klinik təsvirini verən M.Y.Britian qeyd etmişdir ki,bu xəstəlik zamanı təkcə hərəkət sferası deyil həmdə intelekt,nitq,görmə,eşitmə və digər sahələr də zərər çəkir.
USİ zaman aşağıdakı sahələrdə problemlər də qeyd olunur.
Görmə-Bu sahədə ən çox rast gəlinən problem çəpgözlükdür.…
Depressiyanın Bədən Dili

Müasir dövrdə həyat şəraiti,sosial,ekoloji problemlərlə əlaqəli olaraq depressiya həddindən çox artıb.Yaxınlarımızda,ətrafımızda olan insanların əksəriyyəti bu problemdən əziyyət çəkir.Təbii ki,bir insanın depressiyada olub-olmadığını soruşaraq müəyyən etmək olmaz.İnternetdə depressiyanın psixoloji əlamətləri ilə bağlı yeterincə məlumat var.Ancaq bir insanın fiziki əlamətlərinə görə də depressiya olub-olmadığını müəyyən etmək olar.Çünki insan öz daxili əhval-ruhiyyəsini öz bədən dilində də əks etdirir.Əgər aşağıdakı bədən dili göstəricilərindən ən azı 3 və ya 4-ü sizdə və ya ətrafınızda ol…
Şerşevski Terner sindromu

X və ya Y xromosomu olmayanda ortaya çıxan sindromdur. Bir X daşıyan yumurta hüceyrəsi cinsiyyət xromosomundan məhrum bir spermatozoid ilə (O) mayalandıqda XO tipli rüşeym meydana çıxır. Belə adamların somatik huceyrelerinde 46 deyil, 45 xromosom (44 A+X=45) olur. Belə insanlar anatomik quruluşca qadınabənzər olurlar.
Autosom xromosomlari normada olub (44) bir X xromosomu olan və Y xromosomundan məhrum olan fərd qadın genotipində meydana çıxır və ya onda qonadalar olmadıqda "neytral" fərdiyyət dünyaya gəlir. Xəstəliyin klinik əlamətləri cox müxtəlif ola bilər. Belə xəstələrin xarici ci…
Autizm və Epilepsiya

Bildiyimiz kimi autizm zamanı digər nevroloji xəstəliklər də özünü biruzə verir.Bunlara epilepsiya,tiklər,mutizm,psixiatrik pozulmaları və.s misal göstərmək olar.
Autizmli şəxslərdə epilepsiyanın görünmə sıxlığı 5-46% arası dəyişir.Autizmlilərdə epilepsiyanı müəyyən etmək bəzən çətin olur.Çünki epilepsiya halında olarkən yaşanan bəzi vəziyyətlər elə autizm üçün xarakterik olan hallarla qarışdırılır.Məsələn streotip hərəkətlər,davamlı ağlama və qəzəb,motor tiklər və.s bu hallara misal ola bilər.1998(Rapin)-ci ildə 180 autizmli uşaqla aparılan təcrübədə müəyyən olunmuşdur ki,bu uşaqlardan…
Dismorfobiya – Özünü Bəyənməmə Xəstəliyi

Özünü bəyənməmə xəstəliyi kimi bilinən dismorfobiya müalicə edilməsi lazım olan psixoloji xəstəlikdir. Xüsusilə yeniyetməlik dövründə başlayan və insanın bədəni ilə bağlı qüsur yaratması ilə xarakterize olunan xəstəlikdir.
Dismorfobiya çox vaxt gizli qalan bir xəstəikdir. Bu xəstəliyə yoluxan insanlarda tez-tez güzgüyə baxma və özündə gördüyü fiziki qüsuru gizlətmə cəhdləri özünü göstərir. Qırışıqlar, yara izləri, damar izləri, dəri rəngindəki solğunluq və qızarıqlıq, saçın nazikliyi, üzdə həddindən artıq tüklənmə kimi şişirdilmiş qüsurları olduğunu düşünərlər. Belə xəstələrin, demək o…
Autizmli uşaqlara tədbiq edilən Gluten Və Kazein Dietası

Bildiyimiz kimi autizmin korreksiyasında dünya təcrübəsində 1 çox üsullardan istifadə olunur.Buraya davranış terapiyaları,alternativ terapiya növləri və eyni zamanda bio-tibbi terapiyalar da daxildir.Bio-Tibbi Terapiyalar dedikdə,Kazein və Gluten dietası,”Qidalı Maddələrin Çatışmazlığı”dietası,Katagenik dieta,Venadaxili imunoqlobin müalicəsi,Vitamin B6 dəstəyi,Maqnezium dəstəyi və.s nəzərdə tutulur.
Son dövrlərdə autizmli şəxslərə ən çox təyin olunan bio-tibbi terapiya növü isə Gluten və Kazein dietasıdır.1neçə il əvvəl bu tip üsulların tədbiqi insanlara çox absurd görünürdü.Ancaq indi …
Davranış pozuntuları

Davranış pozuntusu, digər şəxslarin təməl hüquqlarının, ictimai dəyərlərin,heçə sayıldığı, təkrarlayıcı və davamlı bir pozuntudur. Davranış pozuntusu olan insanlar, digırlərinin duyğuları, arzu və istəklərini diqqətə almaz və empatiya qura bilməzlər. Təhdid edici reaksiyalar göstərir və bu reaksiyalarında haqlı və məntiqli olduqlarına inanarlar. Güclü görünməyə çalışsalar da özlərinə inamları olduqca aşağı olur.
Valideyn laqeydliyi, fiziki və cinsi istismar, zorakılıq, diqqət əksikliyi, ailədə böyüklərin sayının çox olması, uşağa qulluq edənlərin tez-tez dəyişməsi davranış pozuntuların…
Fiziki Xəstəliklər və Psixoloji səbəbləri

Louise L. Hay tərəfindən yazılan “Düşüncə gücü ilə müalicə” adlı kitab sahib olduğumuz narahatlıqlara fərqli yöndə baxmamızı bizə öyrədir.Qeyd edilir ki,yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir.Əgər düşüncələrimizi,emosiyalarımızı düzgün idarə edə bilsək,fiziki cəhətdən də gümrah olarıq.Amerikada edilən araşdırmalar sonunda məlum olmuşdu ki,xronik xəstələrin əksəriyyətində ağır psixiloji problemlər var.Məsələn mədə problemləri,ağır stressdən,bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər.Unutmayaq ki,daxili aləmimizd…
Nəqliyyat vasitələrində olarkən yaranan ürək bulanma və qusma refleksi

El arasında “Maşın məni tutur” olaraq bilinən bir ifadə vardır.Statistik məlumatlara əsasən dünya əhalisinin təxminən 25-30% bu problemdən əziyyət çəkir.Bu problem əsasən maşında,avtobusda,qatarda bəzənsə təyyarədə səyahət edərkən qarşıya çıxır.Ürək bulanma,qusma,baş gicəllənmə kimi əlamətlərlə özünü biruzə verir.Xüsusilə nəqliyyat vasitələrində kitab oxuyarkən,telefona və.s baxarkən daha da şiddətlənir.Bu problemdən əziyyət çəkmə dərəcəsi insandan asılı olaraq dəyişə bilər.Məsələn yola çıxmazdan əvvəl qəbul edilən qida,insanın sinir sitemi,genomu buna təsir edir.
Bəs səbəbləri nədir?-B…
Rett sindromunun mərhələləri və əlamətləri

Mərhələ 1 : Fasilə
Rett sindromlu uşaqlarda 6-12aya qədər normal və ya normala yaxın inkişaf gedir. Daha sonra inkişafin dayandığı uzun bir fadilə dövrü başlayır. Bu fadilə mərhələsində ( 6 aydan 1.5 yaşa qədər) körpələr çox az göz kontaktı qururlar və ouuncaqlara qarşı maraqları azalır.
Mərhələ 2 : Sürətli təxrib edici
Bu mərhələdə (1-4 yaş arası) isə funksiyalarda sürətli itkilər meydana gəlir . Məqsədyönlü əl bacarıqlarının itməsi ilə birlikdə, nitqi anlamaqda və istifadə etməkdə itkilər yaşanar. Hərəkətlər əsasən əli ağıza götürmə, əl bükmə və ya əl yumma kimi əl hərəkətləri ş…
Sosial fobiya

Sosial fobiya əsasən sosiallaşma qorxusudur. Sosial fobiyası olan insan sıxlıq bir mühitdə olma, ictimailəşmə, kütlədə danışmaqdan qorxur. Hər kəs ona baxanda rahat hərəkət edə bilmir. Sosial fobiya bəzi mənbələrdə sosial narahatlıq pozuqluğu olaraq da adlandırılır.
Sosial fobiya müalicə oluna bilən xəstəlikdir. Ancaq bu müalicə dərmanlarla baş vermir. Sosial fobiyası olan insan həm ətrafındakı insanlardan, dostlarından, həm də psixoloqundan kömək almalıdır. Bundan başqa, sosial fobiyanın müalicəsində ən böyük maneələrindən biri də sosial fobiyanın xalq arasında bir xəstəlik olaraq g…
İkinci evlilik

İnsanlar adətən, evlənərkən bunun bir ömür davam edəcəyini düşünərək evlənir.Böyük xəyallarla və ümidlərlə qurulan ilk evliliklər bəzən çox tez bitə bilir.İkinci dəfə ailə quran şəxslərdə yenə ayrılıq yaşaya biləcəyi qorxusu olur.
İkinci evliliklərin ilk evliliklərdən nə kimi fərqləndiyi üzrə bir çox araşdırmalar aparılmışdır.2007-ci ildə Falke tərəfindən aparılan araşdırmada, uğurlu alınan ikinci evliliklərdə aşağıdakı xüsusiyyətlər mövcuddur:
- Cütlüklər arasında xüsusən, önəmli mövzularda fikir birliyinə sahib olmaq;
- Ailələrindən və dostlarından sosial dəstək almaq;
- Madd…
Loqopedik masaj haqqında

Son illər cəmiyyətdə, xüsusilə uşaqlar arasında yayılan problemlərdən biri də nitq qüsurudur. Bir qayda olaraq nitq qüsurundan əziyyət çəkən uşaqların vaxtında həkimə göstərilməsi, həmin uşaqlarla xüsusi məşğul olmaq zərurəti meydana çıxsa da, lakin bəzi hallarda valideynlər məsuliyyətsizlik edərək bu probleminin həllini zamanın öhdəsinə buraxırlar. Bu isə uşaqda olan nitq problemi, danışıq qabiliyyətini getdikcə daha da çətinləşdirir. Vaxtinda müdaxilə edilərsə qarşısı alına bilər. Bunun üçün loqopedə müraciət etmək lazımdır. Loqopedin işi isə masajdan başlanır. Loqopedik masaj loqopedik…
Uşaq depressiyası

İnanmaq istəməsək də uşaqlar da depressiya keçirə bilir.Valideynlərin gözündə uşaqlar hər zaman oyun oynamaq istəyən, sevinən və hər kiçik bir şeydən xoşbəxt olan varlıqlardır.Çünki, bir uşaq incidikdə, daxili sıxıntılar keçirdikdə bunu dilə gətiə bilməz və “özümü pis hiss edirəm” deyə bilməz.Ailədə olan problemləri, xüsusən də ananın keçirdiyi narahatlıqları uşaq hiss edər.Lakin ifadə forması fərqli olduğundan valideynlər anlamaz yaxud anlamaq istəməz.Yetkin insanlar sıxıntılar keçirdikdə bunun həlli yollarını axtarmağa başlayır.Uşaqlarda isə bu özünü davranış pozuntusu, yuxu pozuntuları,…
UŞAQLARDA ASPERGER SİNDROMU

Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorno Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır.
Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.
Asperger sindromu nədir?
Asperger sindromu autizm qr…
Konversiyon pozuntu

Konversiyon pozuntu bir ruhi xəstəlikdir.Konversiya pozuntusu müxtəlif psixoloji problemlərin ( kədər, qorxu, utanc, qəzəb ) fiziki problemlərə çevrildiyini (məsələn, danışmama, zəiflik,iflic, gücsüzlük, və s.) ifadə edir. Bu xəstələrdə edilən müayinələrə baxmayaraq, bu göstəriciyə səbəb ola biləcək heç bir fiziki bir xəstəlik yoxdur. Qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox olur. Hər yaşda, nadir hallarda uşaqlarda görülür, tez-tez yeniyetməlik və gənclik zamanı baş verir.10 yaşdan kiçik və 35 yaşdan yuxarı nadir hallarda görülür. Ən çox görülən simptom ve həkimə müraciət səbəbi hu…
Övladımıza necə adlar seçməliyik?
Ad insan üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Cəmiyyətimizdə yaxşı, mənasız və hətta pis adları olan, adları ilə müsbət və ya mənfi təsəvvür yaradan öyünüb qürrələnən və ya xəcalət hissi keçirən adamlar var. Insanın bəzən gündə yüz dəfə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq çətin olmaz.
Körpəsi doğulan ailələrdə mühüm məsələlərdən biri ona ad qoymaqdır. BMT – nin Uşaq Haqları Konvensiyasının 7 – ci maddəsində uşağın doğulduqdan dərhal sonra ad almaq hüququna malik olduğu bildirilirsə, hələ 14 – cü əsrdə dinimizdə onun yalnız ad deyil, ü…
Sevgisizlik

Müdriklərdən birinin kəlamlarından oxuyuruq: "Sevgidə günəş kimi ol"...
Necə ola bilər, axı? Günəş kimi olmaq mümkündürmü? Biz hara, Günəş hara? "Özümüzü bədii çalara bürünmüş bu şeir parçası ilə niyə aldadaq?" – fikri bəzi oxucuların zehnindən keçə də bilər.
Uşaq kitablarından oxuyuruq: "Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq, istilik verməsə, Yer üzündə olan su, hətta hava donar. İnsanlar, heyvanlar, bitkilər məhv olar".
Geniş izah yazmıram, öz…
















